Məhkəmə qərarları › İş №1(104)-244/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-244/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-244/2024 10.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası; hakimlər X12 (sədrlik edən və məruzəçi), X16 və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə,Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X8, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2, 178.2.3 və 182.2.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 1(100)-8/2024 nömrəli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakim Elmin Rüstəmovun sədrliyi, hakimlər Dadaş İmanov və Roman Ələkbərlidən ibarət tərkibdə) 05 fevral 2024-cü il tarixli, 1(100)- 8/2024 nömrəli hökmü ilə xx xxxxxx 1972-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Qıvraq kəndində kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu Qıvraq kəndində qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsində kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.3 və 182.2.2-ci maddələri təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3-cü maddələri ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaqla ona qəti olaraq 07 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanması, həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 20 dekabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmə əsasən Rüstəmov X6 rayon sakini Şahid1 müraciəti üzrə Salyan rayon polis şöbəsində aparılan araşdırmanın sonuncunun xeyrinə müsbət həll olunması ilə bağlı 2020-ci ilin sonlarında özünə müraciətindən sonra guya Salyan rayon polis şöbəsində vəzifəli şəxslərlə yaxın münasibətlərinin olduğunu Salyan rayonunda görüşləri zamanı Şahid1 yalandan bildirərək, həmin məsələnin müsbət həlli üçün qeyd edilən polis şöbəsində guya yüksək vəzifədə işləyən tanışlarına 400 (dörd yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində verilməsinin zəruri olmasını sonuncunu aldatmaqla, Şahid1 razılığını aldıqdan sonra 2020-ci ilin sonlarında Şahid1 tərəfindən istintaqa məlum olmayan bank hesabına göndərilmiş 200 manat və 2020-ci ilin sonlarında sonuncunun Neftçala rayonu Qaraqaşlı kəndində yaşadığı evində 200 manat olmaqla ümumilikdə 400 manat pul vəsaitini dələduzluqla ələ keçirmişdir. Bundan başqa, o, xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmış, faktiki olaraq 2021-ci ilin yanvar ayından fəaliyyətə başlayan (VÖEN **********) "xxxx" MMC-nin faktiki direktoru vəzifəsində işləyərkən cəmiyyətin cari fəaliyyətinə rəhbərlik edilməsi və onun operativ idarə olunmasının həyata keçirmək, vəkalətnamə olmadan cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 1-ci Qarabağ müharibəsi iştirakçısı X3 qazi kimi ev və avtomobil növbəsinə qeydiyyata alınmaqla bağlı 2021-ci ilin mart ayında köməklik göstərilməsi üçün özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu Oruc Qafarova bildirərək, həmin şəxslər vasitəsi ilə guya Oruc Qafarova ev və avtomobil verilməsi imkanına malik olmasını Bakı şəhəri, Sabuncu rayonu, Sabuncu qəsəbəsində yerləşən sonuncunun yaşadığı evdə görüşləri zamanı yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışlarına 4.400 (dörd min dörd yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla, Oruc Qafarovun razılığını aldıqdan sonra, həmin adla 2021-ci ilin mart-iyun ayları ərzində Bakı şəhəri ərazisində ayrı-ayrı ünvanlarda hissə-hissə olmaqla, ümumilikdə 4.400 manat pul vəsaitini Oruc Qafarovdan ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 1-ci Qarabağ müharibəsi iştirakçısı Şahid2 qazi kimi ev və avtomobil növbəsinə qeydiyyata alınmaqla bağlı 2021-ci ilin yaz aylarında köməklik göstərilməsi üçün özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu Şahid2 bildirərək, həmin şəxslər vasitəsi ilə guya Şahid2 ev və avtomobil verilməsi imkanına malik olmasını Bakı şəhəri, Sabuncu rayonu, Sabuncu qəsəbəsində yerləşən sonuncunun yaşadığı evdə görüşləri zamanı yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışına 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla, Şahid2 1.300 manata razılığını almaqla sövdələşərək, həmin adla 2021-ci ilin yaz aylarında Bakı şəhəri, Zərifə Əliyeva adına Göz Klinikasının yaxınlığında Çinar kafesində 1.300 manat pul vəsaitini Şahid2 alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus cəmi 1.300 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Şahid4 tanışı Qusar rayon Urva kənd sakini X1 əlillik dərəcəsinin verilməsinə köməklik etməsi ilə bağlı 2021-ci ilin yay aylarında özünə müraciətindən sonra əlilliyin təyin edilməsini həyata keçirən şəxslərlə yaxın münasibətlərinin olduğunu Şahid4 bildirərək, həmin şəxslər vasitəsi ilə guya Gülyanə Bağırovaya əlilik dərəcəsi təyin edilməsinə köməklik edəcəyini Qusar şəhər Avtovağzalının yaxınlığında yerləşən parkda görüşləri zamanı yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışına 1.100 (bir min bir yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid4 aldatmaqla bildirib, Şahid4 və Gülyanə Bağırovanın razılığını almaqla sövdələşərək, həmin adla 2021-ci ilin yay aylarında Qusar şəhər Avtovağzalının yaxınlığında X11 Şeydabəyov vasitəsilə göndərdiyi 1.100 (bir min bir yüz) manat pul vəsaitini alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə X1 məxsus 1.100 (bir min bir yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Şahid5 qohumu X10 dayandırılmış əlilliyinin bərpasına köməklik etməsi ilə bağlı 2021-ci ilin yaz aylarında özünə müraciətindən sonra əlilliyin təyin edilməsini həyata keçirən şəxslərlə yaxın münasibətlərinin olduğunu Şahid5 bildirərək, həmin şəxslər vasitəsi ilə guya X10 pensiyasının ödənilməsini bərpa edəcəyini Bakı şəhərində, Bakı Metropoliteninin “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən ofisində görüşləri zamanı yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışına 1.300 (bir min üç yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid5 aldatmaqla bildirib, Şahid5 və Asəf Kərimovun razılığını almaqla sövdələşərək, həmin adla 2021-ci ilin avqust ayında həmin ofisdə X17 Məmmədova vasitəsilə göndərdiyi 1.300 (bir min üç yüz) manat pul vəsaitini alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə X13 məxsus 1.300 (bir min üç yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Masallı rayon sakinləri Şahid7 və Şahid8 Azərbaycan Respublikasının Dövlət Gömrük Xidmətinin Əməliyyat və İstintaq Baş idarəsində istintaq olunan ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş Astara rayon sakini X4 cinayət məsuliyyətindən azad edilməsində köməklik göstərilməsi barədə 2021-ci ilin avqust ayında özünə müraciətlərindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu Şahid7 və Şahid8 bildirərək, həmin şəxslər vasitəsi ilə guya Elsevər Əliyevin cinayət məsuliyyətindən azad edilməsi imkanına malik olmasını Cəlilabad rayonunda “Ştuttqart” avtomobil ehtiyat hissələri satılan mağazanın yaxınlığında yerləşən çayxanada görüşləri zamanı yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid7 və Şahid8 aldatmaqla bildirib, sonuncuların razılığını almaqla sövdələşərək, həmin adla Cəlilabad rayonunda “Ştuttqart” avtomobil ehtiyat hissələri satılan mağazanın yaxınlığında yerləşən çayxanada Şahid7 məxsus 2.000 manat və Şahid8 məxsus 3.000 manat olmaqla, ümumilikdə 5.000 manat pul vəsaitini alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid7 məxsus 2.000 (iki min) manat və Şahid8 məxsus 3.000 (üç min) manat, cəmi 5.000 (beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 1-ci Qarabağ müharibəsi iştirakçısı Şahid9 Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün kimi ona ev verilməsi ilə bağlı köməklik göstərilməsi üçün 2021-ci ilin yay aylarında özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu Şahid9 bildirərək, həmin şəxslər vasitəsi ilə guya Şahid9 ev verilməsi imkanına malik olmasını Bakı şəhərində, Bakı Metropoliteninin “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən ofisində görüşləri zamanı yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışına 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya aldatmaqla bildirib, Şahid9 razılığını almaqla sövdələşərək, həmin adla 2021-ci ilin yay aylarında həmin ofisdə 5.000 manat pul vəsaitini Şahid9 alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2-ci Qarabağ müharibəsi iştirakçısı Şahid10 İİ qrup əlillik dərəcəsi almasına köməklik etməsi ilə bağlı 2021-ci ilin yay aylarında özünə müraciətindən sonra əlilliyin təyin edilməsini həyata keçirən şəxslərlə yaxın münasibətlərinin olduğunu Şahid10 yalandan bildirərək, həmin şəxslər vasitəsi ilə guya sonuncuya pensiyasının təyin ediləcəyini Bakı şəhərində, Bakı Metropoliteninin “Koroğlu” metrostansiyasının yaxınlığında görüşləri zamanı yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışına 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya aldatmaqla bildirib, Şahid10 razılığını almaqla sövdələşərək, həmin adla 2021-ci ilin yay aylarında Bakı Metropoliteninin “Koroğlu” metrostansiyasının yaxınlığında iki dəfəyə, hər dəfəsində 2.500 manat olmaqla, ümumilikdə 5.000 manat pul vəsaitini alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə sonuncuya məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 1-ci Qarabağ müharibəsi iştirakçısı X7 dayandırılmış əlilliyin bərpasına köməklik etməsi ilə bağlı 2021-ci ilin yay aylarında özünə müraciətindən sonra əlilliyin təyin edilməsini həyata keçirən şəxslərlə yaxın münasibətlərinin olduğunu Azər Məmmədova yalandan bildirərək, həmin şəxslər vasitəsi ilə guya sonuncunun pensiyasının ödənilməsini bərpa edəcəyini Bakı şəhərində, Bakı Metropoliteninin “Nərimanov” metrostansiyasının yaxınlığında yerləşən parkda görüşləri zamanı yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışına 3.600 (üç min altı yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya aldatmaqla bildirib, Azər Məmmədovla razılığını almaqla sövdələşərək, həmin adla 2021-ci ilin avqust ayında Bakı şəhərində, Bakı Metropoliteninin “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən ofisində Azər Məmmədovun cinayətdən xəbərsiz Şahid11 vasitəsilə göndərdiyi 3.600 manat pul vəsaitini alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Azər Məmmədova məxsus 3.600 (üç min altı yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgəyə məxsus pul vəsaitini tələb etməyə dair cinayətkar niyyətini həyata keçirmək üçün 2021-ci ilin sentyabr ayının sonlarında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Göygöl rayon şöbəsinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs3 işlədiyi Göygöl şəhəri, Heydər Əliyev prospekti 57 ünvanında yerləşən iş yerinə gələrək sonuncunun Kəlbəcər rayonuna qanunsuz səfər etməsi barədə rəhbəri olduğu redaksiyaya məlumat daxil olduğunu, bir araşdırmaçı jurnalist kimi bu barədə "xxxx" xəbər portalında məqalə dərc etmək istədiyini bildirərək həmin məlumatları yayacağı ilə onu hədələyib, Zərərçəkmiş şəxs3 qeyd edilən xarakterli rüsvayedici məlumatları "xxxx" xəbər portalında dərc etməməsindən ötrü istifadəsində olan mobil ***-***-**-** nömrəsindən Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Whatsap” proqramı vasitəsilə 6 oktyabr 2021-ci il tarixdə şəklini göndərdiyi istintaqla müəyyən olunmayan bank hesabına 200 (iki yüz) manat məbləğində pul vəsaitini göndərməklə ona verməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, özgə əmlakını təkrarən hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgəyə məxsus pul vəsaitini tələb etməyə dair cinayətkar niyyətini həyata keçirmək üçün 2021-ci ilin dekabr ayının ortalarında Samux rayonu Sərkar kənd musiqi məktəbinin direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı telefona özünə məxsus 051- ***-**-** mobil nömrəsindən zəng edib rəhbərlik etdiyi mətbuat qurumunun redaksiyasına qeyd edilən musiqi məktəbinin hər hansı fəaliyyətinin olmaması və dövlət tərəfindən ayrılan pul vəsaitlərinin mənimsənilməsi barədə şikayətin daxil olduğunu, bir araşdırmacı jurnalist kimi bu barədə "xxxx" xəbər portalında məqalə dərc edəcəyini bildirərək həmin məlumatları yayacağı ilə hədələyib, qeyd edilən xarakterli rüsvayedici məlumatları "xxxx" xəbər portalında dərc etməməsindən ötrü 2.000 (iki min) manat məbləğində pul vəsaitini ona verməli olmasını Zərərçəkmiş şəxs1 bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, özgə əmlakını təkrarən hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgəyə məxsus pul vəsaitini tələb etməyə dair cinayətkar niyyətini həyata keçirmək üçün 2021-ci ilin dekabr ayında Samux rayonu Sərkar kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefona xx.xx.2021-ci il tarixdə özünə məxsus ***-***-**-** nömrəli telefon nömrəsi ilə “Whatsapp” proqramı vasitəsilə zəng edərək rəhbərlik etdiyi mətbuat qurumunun redaksiyasına guya məktəbdə intihar hadisəsinin olması barədə şikayətin daxil olduğunu, bir araşdırmaçı jurnalist kimi bu barədə "xxxx" xəbər portalında məqalə dərc edəcəyini bildirərək bu məsələnin aydınlaşdırılması üçün görüşə dəvət etsə də, Zərərçəkmiş şəxs2 həmin görüşdən imtina etdikdə həmin məlumatları xəbər portalında rüsvayedici məlumatlar kimi yayacağı hədəsini təkrarən sonuncuya bildirərək qeyd edilən məqalənin mətbuatda yayılmamasından ötrü tərəfindən məlumatları göndəriləcək bank hesabına 1.000 (bir min) manat məbləğində pul vəsaitinin göndərilməli olduğunu Zərərçəkmiş şəxs2 bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, həmin pul vəsaitini Zərərçəkmiş şəxs2 təkrarən hədə-qorxu ilə tələb etmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum apellyasiya şikayəti verərək, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün dəyişdirilməsini, onun əməlində Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsinin tərkib əməli olmadığından həmin maddə ilə cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkum apellyasiya şikayətini qısa şəkildə onunla əsaslandırmışdır ki, hökmlə razı deyildir, Gəncə Ağır Cinayətlər Məhkəməsinin bu hökmü bütün faktiki halların araşdırılması üçün əhəmiyyətli olan faktların sübuta yetirilməməsi ilə çıxarıldığından onu qanunsuz və əsassız hesab edir. Hesab edirki, törətdiyi əməllərdə Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibini yaradan hərəkətlər olmuşdur. Lakin o heç vaxt heç bir kəsdən hədə qorxu ilə pul tələb etməmiş və ibtidai istintaq və məhkəmə istintaqı zamanı Cinayət Məcəlləsinin 182.2.2ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı onun əməli sübuta yetirilməmişdir. Odur ki, işinə ədalətli şəkildə yenidən baxılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdi, şikayətin təmin edilməsini və barəsində tətbiq edilən cəzanın yüngülləşdirilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, özünü CM-in 182.2.2-ci maddəsi ilə təqsirli bilmir və qeyd olunan cinayət əməlini törətməmiş, yəni zərərcəkmiş şəxslərdən pulu almamışdır. Həmçinin ona həddən artıq ağır cəza təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, şikayətin təmin edilərək məhkum barəsində aşağı həddə cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə qarşı etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu bildirdi, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün qüvvəsində saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apelyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunmasına dair məhkumun və onun müdafiəçisinin, apellyasiya şikayətinin təmin olunmamasına dair dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkum apellyasiya məhkəməsinin iclasında onun tərəfindən Cinayət Məcəlləsinin 182.2-ci maddəsi ilə cinayət hadisəsinin törədilməməsini qeyd etdi, bu səbəbdən də əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmünün çıxarılması xahiş etdi. Bununla əlaqədar məhkəmə CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Əksinə apellyasiya şikayətində göstərilən xüsusatlar digər danılmaz sübutlarla – ibtidai istintaq və birinci instansiya məhkəməsində məhkumun və zərərçəkmiş şəxsin ifadələri və üzləşdirmə protokolu, habelə sair iş materialları ilə tamamilə təkzib edilmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş məhkum Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ... "xxxx" MMC-də hər-hansı vəzifə tutmamış, Dövlət Vergi xidmətinə gedərək "xxxx" MMC-ni (VÖEN **********) təsis etmişdir. Həmin cəmiyyətdə rəsmi qeydiyyatda olmasa da özü rəhbərlik etmişdir. Daha sonra www.beyaztv.az sosial şəbəkəsini yaratmış, cəmiyyətin adından istifadə edərək bir neçə müsahibələr almışdır. Müsahibələr əsas qazilər ilə bağlı olub və həmin müsahibələri sosial şəbəkədə paylaşmışdır. Oğlu Alməmməd vasitəsilə onun dostu X5 tanımış, təxminən 2021-ci ilin mart ayında Oruc Qafarov onlara gələrək oğlu Alməmməd ilə görüşərkən onunla söhbət əsnasında 2-ci Qarabağ müharibəsində iştirak etdiyini, döyüş tapşırığını yerinə yetirərkən xəsarət aldığını bildirmişdir. Ona qazi kimi ev və avtomobil növbəsinə qeydiyyata salmağa, habelə əlilliyə görə pensiya verilməsi üçün yuxarı vəzifəli şəxslərə verilməsi adı ilə 3.500 manat pulunu almış, daha sonra Oruc Qafarov onun üçün heç bir köməyi olmadığına görə pulunu geri istəmişdir. Həmin pulu verməkdən əvvəlcə imtina etsə də, daha sonra hissə-hissə qaytaracağını bildirmiş, lakin hazıradək tərəfindən heç bir vəsait qaytarılmayıb. Bundan başqa, Sabunçu qəsəbəsində yaşayan Şahid11 ilə Oruc Qafarovun vasitəsilə tanış olmuş, təxminən 2021-ci ilin yay aylarında Şahid11 tanışı 2-ci Qarabağ müharibəsi iştirakçısı Şahid10 əlillik dərəcəsi alınması üçün yuxarı vəzifəli şəxslərə verilməsi adı ilə 5000 manat, 1-ci Qarabağ müharibəsi iştirakçısı Bəxtiyar adlı şəxsə ev alınmasına köməklik edəcəyi ilə bağlı 5000 manat və həmin ilin sentyabr ayında 1-ci Qarabağ müharibəsi iştirakçısı Azər adlı şəxsdən dayandırılmış pensiyanın bərpa edilməsi üçün 4000 manat pul almış və xərcləmişdir. Azər adlı şəxsdən aldığı 4000 manatdan 2350 manatını geri qaytarmışdır. Bundan başqa, tanışı Qabildən yuxarı vəzifəli şəxslərə verilməsi adı ilə 1000 manat alaraq sonuncunun qohumuna əlilliyə görə pensiya almasına köməklik göstərəcəyini bildirmişdim. Masallı rayonundan olan Adil adlı şəxsdən sonunucnun həbsdə olan qohumunun məhkəmə işində kömək edəcəyini bildirərək 4000 manat məbləğində pulunu almış və vəsaiti şəxsi ehtiyacları üçün xərcləmişdir. Tanış olduğu şəxslərə özünü www.beyaztv.az ("xxxx" MMC) sosial şəbəkəsinin rəhbəri kimi təqdim etmişdir. Lakin həmin müəssisə ilə heç bir əmək müqaviləsi bağlanmamışdır. Ona ünvanlanmış iş materiallarından Sərkar kənd musiqi məktəbinin direktoru Zərərçəkmiş şəxs1 və Sərkar kənd tam orta məktəbinin direktoru Zərərçəkmiş şəxs2 zəng edərək rəhbəri olduqları məktəblər barədə redaksiyaya rüsvayedici materiallar daxil olduğunu bildirib həmin materialları "xxxx" internet saytında ictimailəşdirəcəyini deyərək hədə qorxu gəlib ictimailəşdirməmək müqabilində onlardan müvafiq olaraq 2000 və 1000 manat pul istəməsinin görünməsi ilə bağlı heç kimə hədə-qorxu gəlməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Məryəm tanışı olduğu üçün ona görə 400 manat borc almışam və qaytarmışdır. Bundan başqa Orucun ərizələrinə və sənədlərinə köməklik 3500 manat pul almış 2500 manatını qaytarmış, 1000 manatı qalmışdır.Bundan başqa Gülyanadan aidiyyəti orqanlara ərizələr yazmaq üçün 1000 manat almış, onu da qaytarmışdır. Asəflə aralarındaki danışıqları 1300 manat olub 750 manat vermiş, 750 manat qalmışdır.Adildən 2000 manat alıb, sadəcə 900 manat qaytarmış, Şirindən 5000, Ruslandan iki dəfəyə 3600 manat almış və hər ikisini də qaytarmışdır. Azərdəndən 3600 manat almış bir hissənin vermiş 1300 manatı qalmışdır. İşlərlə bağlı müsahibə götürmək üçün jurnalist kimi kimi fəaliyyət göstərdiklərini kanal üçün məlumatlar alıb yazılar hazırlamış, pulları köməklik etmək üçün almışlar. Birinci instansiya məhkəməsində dindirilmiş Zərərçəkmiş şəxs1 Fəhrad qızı qızı ifadəsində göstərmişdir ki, Samux rayon Sərkar müsiqi məktəbinin direktoru olduğunu bildirmiş və 2021-ci ilin dekabr ayının 13-də işdə olarkən telefonuna tanımadığı ***-***-**-** mobil nömrəsindən zəng gəldiyinə görə həmin nömrəni tanımadığı üçün telefona cavab verməmişdir. Daha sonra “Getcontact” proqramı vasitəsilə nömrənin kimə məxsusluğunu yoxlayarkən Bəhrəm sözü çıxmış, tanımadığı adam olduğundan telefonu açmamışdır. Daha sonra ***-***-**-** mobil nömrəsindən zəng gəlməyə başlasa da, həmin nömrəni də tanımadığı üçün açmamışdır. Sonda ***-***-**-** mobil nömrəsindən istifadəsində olan ***-***- **-** mobil nömrəsinə “Səadət müəllimə salam sizi narahat etdiyim üçün üzürlü sayın Bəhram müəllimdir Bəyaz tv dən zəhmət olmazsa telefonu açardınız” şəklində mesaj gəlmiş, həmin mesaja reaksiya vermədiyinə görə növbəti dəfə “Səadət müəllimə Sizdən şikayət xarakterli məktub gəlib bizim redaksiyaya onun üçün sizə zəng vurdum danışmaq istəmirsinizsə materialı buraxaq getsin” şəklində mesaj gəlmişdir. İşlədiyi dövrdə qanunsuzluğa yol vermədiyindən materialın məzmununun nədən ibarət olması ona maraqlı gəlmiş, növbəti dəfə Bəhram adlı şəxs yığanda onun zəngini qəbul etmişdir. Onunla danışıq zamanı Bəhrəm ona rəhbəri olduğu redaksiyaya guya musiqi məktəbinin fəaliyyətsiz olması ilə bağlı material daxil olduğunu, həmin materialın ictimailəşməməsi üçün onunla görüşmək istədiyini bildirmiş, Bəhrəmə yalandan ölkə ərazisində olmadığını, amma onunla nə üçün görüşmək istədiyini soruşmuşdur. Bəhrəm adlı şəxs bundan sonra materialın yayılmaması üçün onu “görmək” lazım olduğunu deyərək telefonda ondan 2000 manat pul istəmiş və həmin pulu şəklini göndərəcəyi karta göndərməsini bildirmişdir. Bəhrəm adlı şəxsə hər hansı bir qanunsuzluğa yol vermədiyini və musiqi məktəbinin qanuni fəaliyyət göstərdiyini, ona verməyə hər hansı bir məbləğdə pulunun olmadığını bildirmiş, daha sonra aralarında danışıq bitsə də, Bəhrəm dəfələrlə telefonuna zəng etsə də, zənglərini qəbul etməmiş və Bəhrəm adlı şəxslə görüşmək barədə təkliflərini qəti surətdə rədd etmişdir. Ona görə də Bəhrəm adlı şəxsin üzünü görməmiş, yalnız telefon nömrələrini bilir. Ona ünvanlanmış Bəhrəm adlı şəxsin 2000 manat pulu nə vaxt, harada və nə üçün istəməsi barədə suala cavab olaraq bir daha bildirmişdir ki, Bəhram adlı şəxs 2000 manat pulu 2021-ci ilin dekabr ayının ortalarında telefonda ona zəng edərək barəsində olan materialın "xxxx" internet portalında yayımlanmaması qarşılığında istəmiş və həmin pulu onun göndərəcəyi bank kartına yükləməyimi demiş, lakin bundan imtina etmişdir. Ona görə də Bəhrəm kartı ona göndərməmişdir. Bəhrəm adlı şəxs özünü ona "xxxx" nin rəhbəri kimi təqdim etmişdir. Əlavə olaraq bildirmişdir ki Təqsirləndirilən şəxs şikayətçidir. Birinci instansiya məhkəməsində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2015-ci ildən 2018-ci ilə qədər Samux rayonu Sərkar kənd Nizami Gəncəvi tam orta məktəbində direktor vəzifəsini əvəzedən, 2018-ci ildən isə Təhsil Nazirliyi tərəfindən həmin məktəbin dikretoru vəzifəsinə təyin olunmuşdur. 13 dekabr 2021-ci il tarixdə direktor işlədiyi məktəbə 2 nəfər tanımadığı şəxslər yaxınlaşaraq özlərini “beyaz tv”-nin baş redaktoru və təsisçisi kimi təqdim edərək, məktəbdə çəkiliş aparmaq istədiyini bildirmiş, söhbət əsnasında həmin şəxslərdən birinin adının Təqsirləndirilən şəxs, digərinin isə Rəfail Məmmədov olduğunu bilmişdir. Hər iki şəxs jurnalist olmalarına dair sənəd təqdim etmədiklərinə görə məktəbə daxil olmalarına və çəkiliş aparmalarına icazə verməmişdir. Həmin şəxslərdən jurnalist və ya redaktor olmaları barədə sənəd təqdim etmələrini bildirdikdə, Təqsirləndirilən şəxs və R.Məmmədov ona hər hansı bir vəsiqə və ya sənəd təqdim edə bilməmişlər. Bundan başqa hər iki şəxsin vaksin olunmaları barədə peyvənd sertifikatı olmadığına görə onlara qapalı məkana girişin qanunla qadağan olduğu bildirilmişdir. Növbəti gün ona məxsus olan +99***-***-**-** mobil nömrəsinə +99***-***-**-** nömrədən gələn zəngə cavab verdikdə, həmin nömrənin sahibinin Təqsirləndirilən şəxs olduğunu bilmiş, telefon danışığı zamanı Təqsirləndirilən şəxs ona direktoru oluduğu məktəbdə intihar hadisəsinin baş verdiyi və həmin xəbəri redaktoru olduğu sosial şəbəkədə (www.beyaztv.az) paylaşacağını demiş, hətta ondan həmin xəbəri paylaşıb paylaşmamasını soruşmuşdur. Bu sualı verməklə Bəhrəm ondan paylaşmamaqla bağlı xahiş etməyini gözləmişdir. Amma əksinə ona cavab olaraq belə bir hadisənin baş vermədiyini bildirmişdir. Bundan sonra R.Bəhrəmov həqiqəti əks etdirməyən xəbəri www.beyaztv.az sosial şəbəkəsində paylaşdıqdan sonra +99455-895- 53- 14 mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “whats app” programı vasitəsilə həmin sosial şəbəkədə paylaşdığı xəbərin linkini ona göndərmişdir. Eyni zamanda Bəhrəm ona www.nezaret.tv sosial şəbəkəsinin də dostlarına aid olduğunu bildirmişdir. “whats app” programı vasitəsilə Təqsirləndirilən şəxs +994-55-739-04-96 nömrəsi ilə qeydiyyatdan keçərək işlətdiyi “whats app” programına yazılı şəkildə verdiyi yanlış və qərəzli yazıya görə Hüquq Mühafizə orqanlarına müraciət edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs göndərdiyi yazıdan sonra www.beyaztv.az sosial şəbəkəsində həmin xəbər başlığı silinmişdir. Bəhrəm dərhal onunla əlaqə yaradaraq yenidən həmin xəbərin redaktoru olduğu saytda və digər saytlarda paylaşılmaması üçün ona hədə-qorxu gələrək 1000 (bir min) manat pul tələb etmişdir. Həmin pulu isə ona məxsus olan kart hesabına göndərməsini istəmişdir. Bəhrəmə etirazını bildirirək, sağollaşdığından sonuncu ona kart nömrəsini göndərə bilməmişdir. Növbəti gün ona Rəfail Məmmədova məxsus olan +994-99-899-75-77 mobil nömrəsindən zəng gələrək, Təqsirləndirilən şəxs tələb etdiyi 1000 manatın hansı səbəbdən göndərmədiyini soruşduqda, Rəfail Məmmədova yalan məlumat yaymaqla ona hədə-qorxu gələrək pul tələb etdiklərinə görə aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edəcəyini bildirmişdir. Aralarında olan telefon danışığından sonra Təqsirləndirilən şəxs və Rəfail Məmmədovu görməmiş və heç bir telefon danışığı olmamışdır. Təqsirləndirilən şəxs şikayətçidir və ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayının sonlarında işdə olarkən ona idarədən "xxxx" informasiya portalından 3 nəfər jurnalistin gəldiyini, qəbuluna düşmək istədiklərini demiş, həmin şəxsləri qəbul etmişdir. Qarşısında oturan Bəhrəm həmin vaxtı özünü "xxxx" -nin rəhbəri kimi təqdim edərək ondan Göygöl rayonu Quşçu kəndindən olan bir qazini incitməyi barədə onların redaksiyasına material daxil olduğunu, həmin materialla əlaqədar gəldiklərini demiş, Bəhrəmdən həmin qazinin adını və soyadını soruşduqda sonuncu ona həmin şəxsin məlumatlarını deməmiş, belə olan halda Bəhrəmin yalan danışdığını deyərək idarədən çıxmasını xahiş etmişdir. Bəhrəm isə ona barəsində Bəyaz TV-də material dərc edəcəyini demiş, Bəhrəmə qanuni fəaliyyət göstərdiyini deyib istədiyi materialı paylaşa biləcəyini bildirmiş, həmin vaxt əsas onunla söhbətləri Bəhrəm aparmış. Onlar çıxıb getdikdən sonra Bəhrəm yenə dayanmayaraq bu dəfə ona zəng edərək guya onun qanunsuz olaraq Kəlbəcər rayonuna səfər etdiyini deyərək bunu mətbuatda işıqlandıracağı ilə hədələmiş, bu söhbət aralarında dəfələrlə davam etmişdir. Eyni zamanda yazının mətbuatda işıqlandırılmaması üçün Bəhrəm ondan 200 manat istəmişdir. Bəhrəmin dəfələrlə ona ***-***-**-** nömrəsindən zəng edib hədə-qorxu gəlməsindən bezmişdir. Bəhrəm də ona kartı göndərmiş, Bəhrəm hətta Bəyaz Tv informasiya portalında paylaşdığı xəbərləri də hədə kimi ona göndərərək həmin pulu verməyəcəyi təqdirdə barəsində bu cür yazılar paylaşacağını göstərmişdir. Lakin onun tələb etdiyi məbləği ödəməmiş və barəsində hüquq-mühafizə orqanına müraciət edəcəyini dedikdən sonra Bəhrəmlə əlaqə kəsilmiş və sonuncu onu bir daha narahat etməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Bəhrəmin hədə-qorxu gələrək pul tələb etməsini sübut etmək üçün pulu göndərməsi üçün ondan kart göndərməsini xahiş etmişdir. Bəhrəmin yanında olan iki şəxs isə sakit durmuşlar. Ona görə də həmin şəxslər özlərini təqdim etmədiyindən və onlar söhbətə qoşulmadıqlarından onların ad və soyadlarını öyrənə bilməmişdir. Bəhrəmlə barışdıqlarını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan 22 dekabr 2021-ci il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan “Huawei” markalı telefona xx.xx.2021-ci il tarixdə baxış keçirilərkən “WhatsApp” proqramında kontakt adı “Seadet musiqi samux” şəklində qeyd edilmiş ***-***-**-** mobil nömrəsinə Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən proram vasitəsilə xx.xx.2021-ci il tarixdə saat 15:28-də “Salam Səadət müəllimə mən Bəhram müəllim bir az öncə sizə yazdığım kimi şikayət məktubu ilə əlaqədar olaraq sizi narahat etdim amma siz telefonu açmırsınız. Mənim Azərbaycan xanımına hörmətim var bir Azərbaycanlı kimi sizinlə bu məktubda yazılanları müzakirə etmək istəyirəm məktəbə gəldik yerinizdə olmadığınız üçün zəng vurdum.” Şəklində, saat 15:38-də “məktubda yazılan faktlardan ikisini sizlərə təqdim edirik. Məktəbdə 300-ə qədər şagird olduğu halda dərsə 30 şagirddən artıq məktəbdə uşaq olmur. Müəllimlərdən bir çoxu xaricdə ola ola adı sizin məktəbdə gedir. Və sizin diplomunuz barədə yazılı məktub var. Əgər siz bizə 24 saat ərzində cavab verməsəniz biz məcburən bunlardan başqa da olan faktlar kanallarımızda işıqlandıracağıq cox sağolun” şəklində mesaj göndərilmişdir. Cinayət işinin materiallarında olan 21 yanvar 2022-ci il tarixli “üzləşdirmədə dindirmə haqqında” protokoldan görünür ki,İstintaq zamanı ifadələr arasında olan ziddiyətlə bağlı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək sonuncunun törətdiyi cinayət əməlini ifşa etmişdir. Cinayət işinin materiallarında olan 21 yanvar 2022-ci il tarixli “üzləşdirmədə dindirmə haqqında” protokoldan görünür ki,İfadələr arasında olan ziddiyətlə bağlı Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deyərək sonuncunun törətdiyi cinayət əməlini ifşa etmişdir. Təqsirləndirilən şəxs isə ona hədə-qorxu gəlmədiyini, Rəfail Məmmədovun telefonundan özünün zəng etdiyini, Rəfailin bu işlərdə hər hansı bir iştirakının olmadığını göstərmişdir. Cinayət işinin materiallarında olan 22 dekabr 2021-ci il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan “Huawei” markalı telefona xx.xx.2021-ci il tarixdə baxış keçirilərkən “WhatsApp” proqramında kontakt adı “Afaq Sərkər Məktəbi” kimi qeyd edilmiş ***-***-**-** mobil nömrəsinə xx.xx.2021ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən "xxxx" saytına yerləşdirilmiş “X22 rayonun Sərkər kənd orta məktəbində özünə qəsd hadisesi baş verib” başlıqlı linklər göndərilmiş, “Afaq Sərkər Məktəbi” adlı kontakt isə həmin linklərə cavabında “verdiyiniz yanlış və qərəzli yazıya görə hüquq mühafizə orqanlarına müraciət olunacaq” şəklində mesaj göndərilmişdir. Qeyd edilən linklərə internet səhifəsi bağlandığından daxil olmaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən həmin kontakta sözügedən proqramda xx.xx.2021-ci il tarixdə 15:49 və 16:04-də zənglər olunmuş, lakin cavab verilməmiş, xx.xx.2021-ci il tarixdə yenidən saat 09:32 və 09:45-də zənglər olunmuş cavab verilməmiş, xx.xx.2021-ci il tarixdə isə həmin kontaktla Təqsirləndirilən şəxs arasında saat 09:48-də 1 dəqiqə 34 saniyə, saat 10:03-də 59 saniyə, saat 10:24-də 1 dəqiqə 32 saniyə müddətində danışıqlar aparılmışdır. Cinayət işinin materiallarında olan 21 yanvar 2022-ci il tarixli “üzləşdirmədə dindirmə haqqında” protokoldan görünür ki, ifadələr arasında olan ziddiyətlə bağlı Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək sonuncunu ifşa etmişdir, həmçinin üzləşdirmə zamanı Bəhrəm Zərərçəkmiş şəxs3 hədə-qorxu gəlmədiyini, sadəcə yol xərci kimi 200 manat pul istədiyini göstərmişdir. Cinayət işinin materiallarında olan 22 dekabr 2021-ci il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki,İstintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan “Huawei” markalı telefona xx.xx.2021-ci il tarixdə baxış keçirilərkən “WhatsApp” proqramında kontakt adı “Elməddin Göygöl əmlak” kimi qeyd edilmiş ***-***-**-** mobil nömrəsinə Təqsirləndirilən şəxs tərəfindən proqram vasitəsilə xx.xx.2021-ci il tarixdə saat 14:48-də “Salam Elməddin müəllim xoş gördük”, xx.xx.2021-ci il tarixdə saat 10:58-də bulanıq formada görünən lakin gözlə üzərindəki yazıları görmək mümkün olmasa da, bank kartının olduğu aydın görünən şəkil göndərilmiş, həmin şəkil xx.xx.2021-ci il tarixdə yenidən göndərilmiş, eyni zamanda "xxxx" informasiya portalında xəbərlərin linkləri göndərilmişdir. Beləliklə, apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs hökmdə qeyd olunan şəxslərdən özgə əmlakını təkrarən hədə-qorxu ilə tələb etməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Məhkəmə iclasında göstərilənlər əsasında məhkuma CM-in 182.2.2-ci maddəsi ilə bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutları isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Məhkumun CM-in 182.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair göstərilən hallara məhkəmə tənqidi yanaşır və vurğulayır ki, məhkumun göstərdiyi sözügedən xüsusat əsassız olmaqla ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Belə ki, istinad olunan cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ibtidai istintaq və birinci instansiya məhkəməsi zamanı özünün verdiyi etirafedici ifadələri, dindirilmiş zərərçəkmiş şəxslərin ifadəsi, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş sübutların məcmusu ilə tam təsdiq edilir və birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutların cəminə obyektiv hüquqi qiymət verməklə haqlı olaraq Təqsirləndirilən şəxs CM-in 182.2.2-ci maddəsi ilə verilmiş ittihamla razılaşmışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CM-in 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Məhkum apellyasiya şikayətində CM-nin 178-ci maddəsinə münasibətdə təqsirsizliyi ilə bağlı heç bir dəlil irəli sürməmiş, verdiyi etirafedici ifadələri inkar etməmiş, sadəcə olaraq apellyasiya şikayətinin təmin edilməsini qeyd etmişdir. Yalnız apellyasiya instansiya məhkəməsində məhkum Təqsirləndirilən şəxs CM-in 182.2.2-ci maddəsi ilə verilmiş ittihamı mübahisələndirməsi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs vəziyyətinin yüngülləşdirilməsi məqsədi ilə həmin xüsusatı mübahisələndirmişdir. Lakin aparılan araşdırma zamanı verilmiş ittihamın qanuniliyini və əsaslılığını şübhə altına alacaq heç bir mötəbər dəlil müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadələrsi, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apelyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Daha sonra, məhkəmə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəza ilə bağlı aşağıdakıları qeyd edir. Məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi iddiası ilə bağlı məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, əməlində cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaqla ona azadlıqdan məhrumetmə cəzası təyin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən qanunun tələbinə uyğun olaraq barəsində olan halları kifayət qədər araşdırmış, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin edərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaqla ona qəti olaraq 07 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir və hazırki halda məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin aşağı endirilməsi, məhkum olunduğu maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsi və ya onun şərti məhkum edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Beləliklə məhkəmə törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini xarakterizə edən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təyin edilmiş cəzanın müddətinin aşağı endirilməsini, məhkum olunduğu maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsini və ya onun şərti məhkum edilməsini məqsədəmüvafiq hesab etmir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, şəxsiyyətinə uyğundur. Bundan başqa Təqsirləndirilən şəxs CM-nin 178-ci maddəsi ilə verilən ittihamdan məlum olur ki, 1-ci epizod üzrə o Neftçala rayon sakini Şahid1 müraciəti üzrə Salyan rayon polis şöbəsində aparılan araşdırmanın sonuncunun xeyrinə müsbət həll olunması ilə bağlı 2020-ci ilin sonlarında özünə müraciətindən sonra guya Salyan rayon polis şöbəsində vəzifəli şəxslərlə yaxın münasibətlərinin olduğunu Salyan rayonunda görüşləri zamanı Şahid1 yalandan bildirərək, həmin məsələnin müsbət həlli üçün qeyd edilən polis şöbəsində guya yüksək vəzifədə işləyən tanışlarına 400 (dörd yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində verilməsinin zəruri olmasını sonuncunu aldatmaqla, Şahid1 razılığını aldıqdan sonra 2020-ci ilin sonlarında Şahid1 tərəfindən istintaqa məlum olmayan bank hesabına göndərilmiş 200 manat və 2020-ci ilin sonlarında sonuncunun Neftçala rayonu Qaraqaşlı kəndində yaşadığı evində 200 manat olmaqla ümumilikdə 400 manat pul vəsaitini dələduzluqla ələ keçirmişdir. Bundan başqa, o, xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmış, faktiki olaraq 2021-ci ilin yanvar ayından fəaliyyətə başlayan (VÖEN **********) "xxxx" MMC-nin faktiki direktoru vəzifəsində işləyərkən cəmiyyətin cari fəaliyyətinə rəhbərlik edilməsi və onun operativ idarə olunmasının həyata keçirmək, vəkalətnamə olmadan cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 1-ci Qarabağ müharibəsi iştirakçısı X3 qazi kimi ev və avtomobil növbəsinə qeydiyyata alınmaqla bağlı 2021-ci ilin mart ayında köməklik göstərilməsi üçün özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu Oruc Qafarova bildirərək, həmin şəxslər vasitəsi ilə guya Oruc Qafarova ev və avtomobil verilməsi imkanına malik olmasını Bakı şəhəri, Sabuncu rayonu, Sabuncu qəsəbəsində yerləşən sonuncunun yaşadığı evdə görüşləri zamanı yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışlarına 4.400 (dörd min dörd yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla, Oruc Qafarovun razılığını aldıqdan sonra, həmin adla 2021-ci ilin mart-iyun ayları ərzində Bakı şəhəri ərazisində ayrı-ayrı ünvanlarda hissə-hissə olmaqla, ümumilikdə 4.400 manat pul vəsaitini Oruc Qafarovdan ələ keçirib təkrarən dələduzluq etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs 1-ci epizod üzrə üzrə 2020-ci ilin sonlarında Şahid1 qarşı etdiyi dələduzluq əmlinə görə verilən ittiham CM-nin 178.1-ci maddəsinin tərkibini yaradır. 2-ci epizod üzrə verilmiş ittihamdan məlum olur ki, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 1-ci Qarabağ müharibəsi iştirakçısı X3 2021-ci ilin mart-iyun ayları ərzində Bakı şəhəri ərazisində ayrı-ayrı ünvanlarda hissə-hissə olmaqla, ümumilikdə 4.400 manat pul vəsaitini Oruc Qafarovdan ələ keçiridiyindən ona təkrarən dələduzluq etmə kimi ittiham verilmişdir. CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-nin 75.1.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirləndirilən şəxs 1-ci epizod üzrə Şahid1 qarşı etdiyi dələduzluq əmlini 2020-ci ilin sonlarında törətmiş, həmin vaxtdan hazırki vaxtadək iki il müddət keçmişdir. Cinayət təqibini istisna edən hallardan bəhs edən CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə başlanmış cinayət təqibitnə xitam verilməlidir. Məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsinin əsaslarından bəhs edən 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.3 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Məhkum etmənin əsaslarından bəhs edən CPM-nin 44.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Birici instansiya məhkəməsində Təqsirləndirilən şəxs həmin epizod üzrə verdiyi ifadəsindən məlum olur ki, zərərcəkmiş şəxsdən 400 manat pulu dələduzluq yolu ilə deyil, borc kimi aldığını bildirmişdir. Həmin ifadədən də məlum olur ki, həmin epizod üzrə özünü elan olunmuş ittiham üzrə təqsirli hesab etmir və cinayət təqibinə xitam verilməsi barədə razı olmasını bildirməmişdir. Məhkəmə hesab edir ki, həmin epizod üzrə Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə də təqsirli bilinməli, həmin epizod üzrə ona cəza təyin edilməməlidir. Belə olan halda 2-ci epizod üzrə verilmiş ittihamdan təkrarlıq müddəası da xaric olunmalıdır. Qeyd edilənlər Təqsirləndirilən şəxs təqsirli bilinərək məhkum olunduğu CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzaya heç bir təsir etmədiyindən şikayət edilən hökmün dəyişdirilməsi ücün əsas hesab edilə bilməz. Beləliklə, apellyasiya şikayətinin dəlilləri yuxarıda şərh olunan hallarla təkzib olunur və əsassızdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 1(100)-8/2024 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh olunanları və CPM-in 397, 398, 399, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 182.2.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 1(100)-8/2024 nömrəli hökmü məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar