Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-254/2025 11.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin sədri Əli Toğrul Məhəmməd oğlu, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 297.1, 312-1.1 və 320.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılarkən Təqsirləndirilən şəxs1 tərəfindən Tovuz Rayon Məhkəməsinin bütün məhkəmə tərkibinə edilmiş etirazla bağlı iş materiallarına baxaraq MÜƏYYƏN ETDİM : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 297.1, 312-1.1 və 320.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 vəsatətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,4 297.1, 312-1.1-ci və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə verilmiş ittihamda nəzərdə tutulan cinayət hadisələrinin hamısının Tovuz rayonu ərazisində baş verdiyindən və cinayət işinə baxılmasının Gəncə Şəhər Məhkəməsinə aid olmadığından işin aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 1(125)-112/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,4 297.1, 312-1.1-ci və 320.1-ci maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işinə Tovuz Rayon Məhkəməsində məhkəmənin hazırlıq iclasında baxılarkən Təqsirləndirilən şəxs1 tərəfindən Tovuz Rayon Məhkəməsinin bütün məhkəmə tərkibinə etiraz verilmiş, Tovuz Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 1(062)-60/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 tərəfindən işə baxan Tovuz Rayon Məhkəməsinə edilmiş etiraz baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, onlara verilmiş əsassız ittihamın epizodları Tovuz Rayon Məhkəməsində baxılan işlərlə əlaqəlidir. Dövlət ittihamçısı da bir nəfərdir. Məhkəmənin hakimlərinin icraatında olan işlərə münasibətdə ittiham verilmiş, məhkəmənin sədrinin icraatında da olan iş üzrə epizodun birinə münasibətdə də ittiham verilmişdir. Bundan əlavə məhkəmənin sədri ilə vəkillər arasında müəyyən vaxtlarda xırda narazılıqlar da baş vermişdir. Barələrində olan cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılmasına etiraz edir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim N.T.Əliyev) xx.xx.2025-ci il tarixli, 1(104)-254/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 297.1, 312-1.1 və 320.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs1 tərəfindən Tovuz Rayon Məhkəməsinin bütün məhkəmə tərkibinə edilmiş etiraz təmin edilmiş və cinayət işinin baxılması üçün başqa birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin göndəriləcəyi birinci instansiya məhkəməsinin müəyyən olunması üçün cinayət işinin materialları Gəncə Apellyasiya Məhkəməsinin sədrinə təqdim edilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 297.1, 312-1.1 və 320.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs1 tərəfindən Tovuz Rayon Məhkəməsinin bütün hakimlərinə edilmiş etiraz təmin edildiyindən işin baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməsini məqsədə uyğun hesab edirəm. Belə ki, Cinayət Prosessual Məcəllənin (bundan sonra CPM-nin) 28.1.-ci maddəsinə görə məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Maddə 76.1. - Cinayət işinin və ya digər materialın ərazi üzrə məhkəmə aidiyyəti bu Məcəllənin 107, 109-cu maddələrinin müddəalarına əsasən aşağıdakı hallarda dəyişdirilə bilər: 76.1.2. məhkəmənin bütün hakimləri özü-özlərinə verdikləri və ya onlara edilmiş etiraz təmin edildikdə; 76.2. Bu Məcəllənin 76.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə aidiyyətinin dəyişdirilməsinə dair qərar müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən qəbul edilir. Qeyd olunanlara əsasən və CPM-in 76-cı, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 66-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 297.1, 312-1.1 və 320.1-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Sədr Toğrul Əli
Məhkəmə qərarları › İş №1(104)-254/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-254/2025
11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver