Məhkəmə qərarları › İş №1(104)-257/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-257/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-257/2023 01.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ağdam Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 1(013)-10/2023 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ağdam Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 1(013)-10/2023 saylı hökmü ilə (sədrlik edən Elşad Bayramov) xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Ağcabədi Rayon Hüsülü kəndində anadan olmuş, ailəli, 2 övladı olan, orta təhsilli, İİİ qrup əlil, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, Ağcabədi Rayon Hüsülü kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün müddət təyin edilmiş cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 21 fevral 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə zalından dərhal həbsə alınması, hökm qanuni qüvvəsini alanadək həmin qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, onun yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması qərara alınmışdır. Ağdam Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 1(013)-10/2023 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs əməlinini təqsirli bilindiyi CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona barəsində olan cəzanı yüngülləşdirən halların nəzərə alınmaqla aşağı həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Verilmiş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və satma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayında istintaqla müəyyən edilə bilinməyən gün, vaxt və mənbədən satış məqsədi ilə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun İ Siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd şəffaf sellofan bükümün içərisində olan şəffaf sellofan bükümdə, ümumi təmiz çəkisi 0,745 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, həmin Qanunun İİ Siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd şəffaf sellofan bükümün içərisində olan şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 1,320 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və həmin Qanunun İ Siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarında, yəni 1 ədəd şəffaf sellofan bükümün içərisində olan gümüşü kağız bükümdə ümumi təmiz çəkisi 0,27 qram tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib Ağcəbədi Rayon Hüsülü kəndində yaşadığı fərdi yaşayış evinin həyətinə daşıyıb, həyətində həmin heroini təmiz çəkisi 0,317 qram olan 01 ədəd gümüşü kağız bükümə və təmiz çəkisi 0,428 qram olan 01 ədəd ağ kağız bükümə, metamfetamini isə təmiz çəkisi 0,548 qram olan 1 ədəd gümüşü kağız bükümə və təmiz çəkisi 0,772 qram olan 1 ədəd gümüşü kağız bükümə ayırdıqdan sonra 1 ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,428 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 1 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,772 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 1 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,27 qram tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əynindəki qara rəngli cins şalvarın sağ yan cibində, 1 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,317 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 1 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,548 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini isə əynindəki qara rəngli cins şalvarının sol yan cibindəki “Winchester” markalı siqaret qutusunun içində 21 avqust 2022-ci il tarixdə saat 09-00 radələrindək, yəni Ağdam Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib xidməti otaqda üzərindən şəxsi axtarış və götürmə aparılaraq aşkar olunub götürülənədək qanunsuz olaraq qəsdən satış məqsədilə daşımaqla saxlamışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün tövsif edilməmişdir. Belə ki, iş materialları ilə təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni yalnız özü istifadə etmək üçün əldə etmişdir. Təqsirləndirilən şəxs heç vaxt heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, şikayətin təmin edilərək təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini, ona həmin maddə ilə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdi, qeyd olunan cinayət əməlini törətmədiyini, həmin maddə ilə qanunsuz cinayət məsuliyyətinə cəlb edildiyini bildirdi və apellyasiya şikayətinin təmin edilərək əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq göstərdi ki, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır, ona qarşı irəli sürülən ittihamın narkotik vasitələrin satışı ilə bağlı hissəsini qəbul etmir, narkotik vasitəni yalnız özü istifadə etmək üçün əldə etmişdir, əməlindən olduqca peşmandır, himayəsində iki azyaşlı uşağı var var, ailədə qazanc gətirəndir, 3-cü qrup gözdən əlildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə qarşı etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu, məhkumun əməlinin düzgün tövsif edildiyini, məhkuma təyin edilmiş cəzanın qanuni və əsaslı olduğunu bildirdi, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün qüvvəsində saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Cinayət işində olan sübutlar: Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertinin 21 avqust 2022-ci il tarixli, 16/990 saylı RƏYi ilə müəyyən edilmişdir ki, üzərində “Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən aşkar edilmiş” yazı və imzalar olan kağız paketdəki : 1 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,317 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,548 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən aşkar edimiş” yazı və imzalar olan kağız paketdəki : 1 ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,428 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,772 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 ədəd gümüşü kağız bükümdə, təmiz çəkisi 0,27 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabi) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Məhkəmə-narkoloji ekspertinin 10 noyabr 2022-ci il tarixli, 1729 saylı RƏYi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü QRUP ƏLİL olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərinə 21 avqust 2022-ci il tarixdə Ağdam Rayon Polis Şöbəsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman o, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ kağız bükümü, 01 ədəd gümüşü kağız bükümü və 01 ədəd digər gümüşü kağız bükümü, eləcə də həmin şalvarın sol yan cibində olan “Winchester” markalı siqaret qutusunu və həmin qutunun içərisində gizlətdiyi 02 ədəd gümüşü kağız bükümləri könüllü olaraq təqdim etmişdir. Video görüntüdən görünür ki, həmin bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, sağ cibindən çıxardığı bükümlər çəkilərkən həmin bükümlərin 1 qram, 0.56 qram və 0.97 qram, sonra isə sol cibindən çıxan bükümlər çəkilərkən həmin bükümlərin 0.66 qram və 0.42 qram olması müəyyən edilmiş, müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. 21 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd şəffaf sellofon bükümün içərisində olan şəffaf sellofon bükümdə ümumi təmiz çəkisi 0,745 qram kustar usulla hazırlanmış narkotik vasitə olan heroin, 01 ədəd şəffaf sellofon bükümün içərisində olan şəffaf sellofon bükümdə ümumi təmiz çəkisi 1,320 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 01 ədəd şəffaf sellofon bükümün içərisində olan gümüşü kağız bükümdə ümumi təmiz çəkisi 0.27 qram tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib Ağcabədi Rayon Hüsülü kəndində yaşadığı fərdi yaşayış evinin həyətinə daşıyıb, həyətində həmin heroini təmiz çəkisi 0,317 qram olan 01 ədəd gümüşü kağız bükümə və təmiz çəkisi 0,428 qram olan 01 ədəd ağ kağız bükümə, metamfetamini isə təmiz çəkisi 0,548 qram olan 01 ədəd gümüşü kağız bükümə və təmiz çəkisi 0,772 qram olan 01 ədəd gümüşü kağız bükümə ayırdıqdan sonra 1 ədəd ağ kağız bükümə təmiz çəkisi 0,428 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 1 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,772 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 1 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0.27 qram tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əynindəki qara rəngli cins şalvarın sağ yan cibində, 1 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,317 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 1 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,548 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminini isə əynindəki qara rəngli cins şalvarın sol yan cibindəki «Winchester» markalı siqaret qutusunun içində 21 avqust 2022-ci il tarixdə, saat 09-00 radələrinədək, yəni Ağdam Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib xidməti otaqda üzərindən şəxsi axtarış və götürmə aparılaraq aşkar edilərək götürülmüşdür. İŞİN FAKTİKİ HALLARİ: İş materiallarından görünür ki, daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə, saxlamaqda və satmaqda şübhəli olması barədə daxil olmuşdur. (bax i.v. 3). Daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirləri həyata keçirilmiş, onun üzərində 21 avqust 2022-ci il tarixdə şəxsi axtarış və götürmə aparılarkən sağ cibindən 1 qram, 0.56 qram və 0.97 qram olmaqla 3 ədəd kütlə, sol cibindən isə 0.66 qram və 0.42 qram kütlə aşkar edilmişdir. (bax i.v. 29-32). Təqsirləndirilən şəxs 21 avqust 2022-ci il tarixli izahatında göstərmişdir ki, 20 avqust 2022-ci il tarixdə axşam saatlarında davamlı olaraq narkotik vasitə aldığı Vüsal ona zəng edib natkotik vasitəyə ehtiyacı olub-olmadığını soruşmuşdur. Ona narkotik vasitə lazım olduğunu bildirdikdən sonra onlar 45 manata alqı-satqını razılaşmışlar. Vüsal ondan 45 manat pulu aldıqdan sonra 2 ədəd bükümü ona vermişdir. Həmin narkotik vasitəni qeyri rəsmi münasibətdə olduğu İlahəm adlı şəxslə qəbul etmək üçün onun yaşadığı evə gedən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. (bax i.v. 33-34). Təqsirləndirilən şəxs vermiş olduğu məlumat əsasında onun fərdi yaşayış evinə baxış keçirilmiş və iş üzrə heç bir əhəmiyyətli hal aşkar edilməmişdir. (bax i.v. 36-38). Cinayət işinin materiallarından görünür ki, 30 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və 11 noyabr 2022-ci il tarixədək, yəni sübutların qiymətləndirilməsi haqqında qərar qəbul edilənədək cinayət işi üzrə icraat CM-in 234.1-ci maddəsi ilə davam etdirilmiş, bu qərar əsasında tərtib edilmiş ittiham aktı təsdiq edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağdam rayon prokuroruna göndərilmişdir. İş materiallarında olan Ağdam rayon prokurorluğunun 21 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, ittham aktı təsdiq edilmədən, cinayət işinin istintaqı davam etdirilməsi üçün Ağdam rayon Polis Şöbəsinə qaytarılmışdır. 8 yanvar 2023-cü il tarixdə tərtib edilmiş sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs əməlinə yenidən hüquqi qiymət verilmiş və onun əməlinin CM-in 234.2-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. İstintaq orqanı həmin qərarda təqsirləndirilən şəxsin əməlinin tövsifi ilə əlaqədar mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. -Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayında istintaqla müəyyən edilə bilinməyən gün, vaxt və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd şəffaf sellofan bükümün içərisində olan şəffaf sellofan bükümdə, ümumi təmiz çəkisi 0,745 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd şəffaf sellofan bükümün içərisində olan şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 1,320 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və şəxsi istehlak miqdarında, yəni 1 ədəd şəffaf sellofan bükümün içərisində olan gümüşü kağız bükümdə ümumi təmiz çəkisi 0,27 qram tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib Ağcəbədi Rayon Hüsülü kəndində yaşadığı fərdi yaşayış evinin həyətinə daşıyıb, həyətində həmin heroini təmiz çəkisi 0,317 qram olan 1 ədəd gümüşü kağız bükümə və təmiz çəkisi 0,428 qram olan 01 ədəd ağ kağız bükümə, metamfetamini isə təmiz çəkisi 0,548 qram olan 01 ədəd gümüşü kağız bükümə və təmiz çəkisi 0,772 qram olan 1 ədəd gümüşü kağız bükümə ayırdıqdan sonra 1 ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,428 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 1 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,772 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 1 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,27 qram tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əynindəki qara rəngli cins şalvarın sağ yan cibində, 1 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,317 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 1 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,548 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini isə əynindəki qara rəngli cins şalvarının sol yan cibindəki “Winchester” markalı siqaret qutusunun içində 21 avqust 2022ci il tarixdə saat 09-00 radələrindək, yəni Ağdam Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib xidməti otaqda üzərindən şəxsi axtarış və götürmə aparılaraq aşkar olunub götürülənədək qanunsuz olaraq qəsdən satış məqsədilə daşımaqla saxlamışdır. -Aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd şəffaf sellofan bükümün içərisində olan şəffaf sellofan bükümdə, ümumi təmiz çəkisi 0,745 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd şəffaf sellofan bükümün içərisində olan şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 1,320 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və şəxsi istehlak miqdarında, yəni 1 ədəd şəffaf sellofan bükümün içərisində olan gümüşü kağız bükümdə ümumi təmiz çəkisi 0,27 qram tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi, onun həmin narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə əldə edib daşıyaraq saxlamasına və satmasına dəlalət etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) tələblərinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-in 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya tələblərinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya tələblərinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarına uyğundur. MƏHKUMUN ƏMƏLİNİN CM-İN 234.2-Cİ MADDƏSİ İLƏ TÖVSİF EDİLMƏSİ İLƏ BAĞLİ MƏHKƏMƏ KOLLEGİYASİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası CPM-in 397.1 və 397.2-ci maddələrinin apellyasiya instansiya məhkəməsinə verdiyi səlahiyyətlərdən istifadə edərək birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilibedilməməsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Avropa İnsan hüquqları Məhkəməsi Korbelv Macarıstana qarşı işi üzrə 29 sentyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət hüquqi normalarının geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər həmin maddə özündə daha ümumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən yalnız qanun cinayət tərkibi və buna görə cəzanı müəyyən edə bilər, o cümlədən ittiham olunan şəxsin ziyanına cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsinədə mümkündür. Hüquq normalarının məzmununun qeyrimüəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan həddlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini CM-in 234.2-ci maddəsi ilə tövsif etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd şəffaf sellofan bükümün içərisində olan şəffaf sellofan bükümdə, ümumi təmiz çəkisi 0,745 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd şəffaf sellofan bükümün içərisində olan şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 1,320 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və şəxsi istehlak miqdarında, yəni 1 ədəd şəffaf sellofan bükümün içərisində olan gümüşü kağız bükümdə ümumi təmiz çəkisi 0,27 qram tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlayaraq daşımışdır . Qeyd olunmalıdır ki, cinayət əməlinin CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi üzrə ilkin izahatlardan, yəni hadisə baş verdikdən dərhal sonra alınmış izahatdan görünür ki, Təqsirləndirilən şəxs özü qəbul etmək üçün Vüsal adlı şəxsdən 45 manat pul müqabilində narkotik vasitə və psixotrop maddə almışdır. Daha sonra verilmiş ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni tapdığını bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, 30 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və 11 noyabr 2022-ci il tarixədək, yəni sübutların qiymətləndirilməsi haqqında qərar qəbul edilənədək cinayət işi üzrə icraat CM-in 234.1-ci maddəsi ilə davam etdirilmiş, bu qərar əsasında tərtib edilmiş ittiham aktı təsdiq edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağdam rayon prokuroruna göndərilmişdir. İş materiallarında olan Ağdam rayon prokurorluğunun 21 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, ittham aktı təsdiq edilmədən, cinayət işinin istintaqı davam etdirilməsi üçün Ağdam rayon Polis Şöbəsinə qaytarılmışdır. 8 yanvar 2023-cü il tarixdə tərtib edilmiş sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs əməlinə yenidən hüquqi qiymət verilmiş və onun əməlinin CM-in 234.2-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. Yenidən tərtib edilmiş sübutların qiymətləndirilməsi haqqında qərarda isə əməlin tövsifi ilə bağlı əsaslandırma ümumiyyətlə absurddur. Belə ki, istintaq orqanı qərarda Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq əldə edib daşıyaraq saxlamasının onun şəxsi istehlak miqdarının yuxarı həddindən çox narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə etməsi ilə, aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin çeşidlərinin çoxluğu ilə, həmin narkotik vasitə və psixotrop maddəni üzərində daşıması ilə təsdiqini tapdığını göstərmişdir. Halbuki bu halın hansı sübutlarla təsdiq edilməsinə dair heç bir sübut göstərilməmiş, Təqsirləndirilən şəxs satış faktını və ya niyyətini göstərən hər hansı sübuta istinad edilməmişdir. Müstəntiq təqsirləndirilən şəxsin əməlini CM-in 234.1-ci maddəsindən CM-in 234.2-ci maddəsinə tövsif edərkən heç bir mötəbər sübuta istinad etməmiş, lakin bu nəticəyə daxili inamı əsasında gəldiyini göstərmişdir. Sübutların qiymətləndirilməsi və daxili inamın formalaşması ilə bağlı məsələlər CPMin 145-ci maddəsi ilə tənzimlənir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini vacib bilir. Belə ki, Qanunda göstərilən subyektlərdə daxili inamın formalaşması yalnız iş üzrə toplanmış mötəbər sübutlar və onların qiymətləndirilməsi əsasında gəlinən nəticədir. Göründüyü kimi daxili inam məfhumu «sübutların qiymətləndirilməsi» adlanan maddədə əks olunmuşdur. Sübutları qiymətləndirmək hüququna malik olan subyekt deyə bilməz ki, toplanmış sübutlar bu nəticəyə gəlməyə vadar edir, lakin mən daxili inamıma əsasən hesab edirəm ki, bu belə deyil. Yəni daxili inam toplanmış sübutlar və onların qiymətləndirilməsinin nəticəsində formalaşır. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə başa çatmalıdır. Daxili inam mötəbər sübutlara əsaslanmadıqda bu təqsirləndirilən şəxsin əməlinin yalnış tövsif edilməsi ilə nəticələnir. İstər ittiham tərəfi, istərsə də birinci instansiya məhkəməsi sübutların qiymətləndirilməsində yalnışlığa yol vermiş və təqsirləndirilən şəxsin əməlini düzgün tövsif etməmişlər. Qeyd olunanlardan bir daha görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlamış olması yalnız ehtimallara əsaslanmışdır. Həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, təsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarda olması,çeşid çoxluğunun olması təşkil etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, həmin narkotik vasitəni və psixotrop maddəni satmaq niyyətinin olmadığını bildirmişdir. Belə ki, nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamasını təsdiq edən real məlumatlar və faktlar müəyyən olunmamışdır. Cinayət işinin materiallardan görünür ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində “aşkar edilmiş kütlənin özünə məxsus olduğunu etiraf edərək həmin narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadəsi üçün saxladığını” bildirmişdir. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinarkotik vasitənin və psixotrop maddənin hazırlanması üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Bu da onu deməyə əsas verir ki, iş materiallarında Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq niyyətində olmasını və ya satmasını təsdiq edən heç bir sübut yoxdur. Bunun əksi olaraq cinayət işinin materiallarına əlavə edilmiş və yuxarıda sadalanan çoxsaylı sübutlarla yanaşı "xxxx" Telekom MMC-dən daxil olmuş CD diskə baxış zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs özünə məxsus +**********51 mobil nömrə ilə +**********31 mobil nömrəyə “Qaqa valah vezyet pisdi. Yaman axryram burdayam isanın tukanının yandayam imkandsa gelim götrum. Qaqa niye acmırsan vezyet psdi. Qaqa valax yaman pis axryram telefonu ac” məzmunlu mesajlar yazmışdır. Narkotik vasitənin və ya psixotrop maddənin satışı və ya satış məqsədilə saxlanılmasında təqsirləndirilən şəxsin bu məzmunlu mesajlar yazması da onun məhz narkotik vasitə və psixotop maddə aludəçisi olmasına, öz istifadəsi üçün əldə etməsi qənaətinə gəlməyə dəlalət edən haldır. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini CM-in 234.2-ci maddəsi ilə tövsif edərkən yalnış nəticəyə gəlmişdir. Həm ibtidai istintaq orqanı, həm də birinci instansiya məhkəməsi eyni sübutlara istinad edərək Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsinə gəlmişlər. Lakin məhkəmə kollegiyası qeyd edir ki, istər ibtidai istintaq orqanının istərsə də, məhkəmənin əsaslandığı sübutlar formal xarakter daşımış və Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlaması yalnız ehtimallara əsaslanmışdır. İttiham aktının özündən görünür ki, müstəntiq yalnız şahid ifadələrinə əsaslanaraq Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə ittiham vermişdir. Lakin qeyd olunan şahidlər Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlaması və daşımasına dair hər hansı bir sübut göstərə bilməmişlər. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarda həmçinin göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qanunvericiliyin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarınan müddəaları ilə iş üzrə müəyyən edilmiş sübutların əlaqəli şəkildə təhlili Təqsirləndirilən şəxs əməlində CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması ilə bağlı ittihamın cinayət işi üzrə müəyyən edilmiş sübutların məcmuyu ilə təsdiq olunmaması və ehtimallara əsaslanması barədə qənaətə gəlməyə əsas verir. Beləliklə, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi kifayət qədər sübut olmadan əsassız olaraq Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni satış niyyəti ilə əldə edib daşıyaraq üzərində saxlaması barədə düzgün olmayan nəticəyə gəlmişdir. CPM-in 28.5-ci maddəsində qeyd edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Barbera, Messegue və Habardo İspaniyaya qarşı» iş üzrə qərarmda da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. «Hoanq Fransaya qarşı» işdə Məhkəmə qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə birinci instansiya məhkəməsi mötəbər, inandırıcı sübutlar olmadan, yalnız mülahizələrə əsaslanan dəlillərlə təqsirləndirilən şəxsin qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni saxlamaqda onu satmaq niyyətinin olması barədə nəticəyə gəlmiş, məhkəmənin bu səhvi öz növbəsində əməlin düzgün olmayan tövsifinə, habelə təqsirləndirilən şəxsin barəsində daha ağır cinayət ittihamı üzrə əsassız hökm çıxarılmasına səbəb olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satması və aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni saxlamaqda onu satmaq niyyətinin olması işdə olan mötəbər sübutlarla müəyyən olunmadığından onun əməli satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama kimi qiymətləndirilməlidir. Beləlklə, məhkəmə kollegiyası belə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsindən 234.1-ci maddəsinə tövsif edilməli, o, həmin maddə ilə təqsirli bilinməli, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından təqsirləndirildiyi maddənin sanksiyası həddində cəzalanmalıdır. Beləliklə məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayında istintaqla müəyyən edilə bilinməyən gün, vaxt və mənbədən satış məqsədi olmadan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun İ Siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd şəffaf sellofan bükümün içərisində olan şəffaf sellofan bükümdə, ümumi təmiz çəkisi 0,745 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, həmin Qanunun İİ Siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd şəffaf sellofan bükümün içərisində olan şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 1,320 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib Ağcəbədi Rayon Hüsülü kəndində yaşadığı fərdi yaşayış evinin həyətinə daşıyıb, həyətində müxtəlif vaxtlarda istifadə etmək üçün həmin heroini təmiz çəkisi 0,317 qram olan 01 ədəd gümüşü kağız bükümə və təmiz çəkisi 0,428 qram olan 01 ədəd ağ kağız bükümə, metamfetamini isə təmiz çəkisi 0,548 qram olan 1 ədəd gümüşü kağız bükümə və təmiz çəkisi 0,772 qram olan 1 ədəd gümüşü kağız bükümə ayırdıqdan sonra 1 ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,428 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 1 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,772 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əynindəki qara rəngli cins şalvarın sağ yan cibində, 1 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,317 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 1 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,548 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini isə əynindəki qara rəngli cins şalvarının sol yan cibindəki “Winchester” markalı siqaret qutusunun içində 21 avqust 2022-ci il tarixdə saat 09-00 radələrindək, yəni Ağdam Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib xidməti otaqda üzərindən şəxsi axtarış və götürmə aparılaraq aşkar olunub götürülənədək qanunsuz olaraq qəsdən satış məqsədi olmadan daşımaqla saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd kağız bükümdə bitki mənşəli kütlə bioloji ekspertizanın 21 avqust 2022-ci il tarixli, 16/990 nömrəli rəyindən də göründüyü kimi təmiz çəkisi 0,27 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən şəxsi istehlak miqdarındadır. Odur ki, aşkar edilmiş 0,27 qram narkotik vasitə olan qurudulmuş marixuanaya münasibətdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin yaranması istisna edilir. Məhkum Təqsirləndirilən şəxs təyin olunacaq cəzaya məhkəmə kollegiyasının münasibəti: «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Hüsülü Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 20 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs rayonun Hüsülü kəndində qeydiyyatdadır və həmin ünvanda ailəsi ilə birlikdə yaşayır, xasiyyətnamə ilə müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət Vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2013 və 2015-ci il təvəllüdlü övladları var. İş materiallarında olan DSMF-nun Ağcabədi rayon şöbəsi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup əlildir. Məhkəmə kollegiyası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, onun İİİ qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar yoxdur və cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, məhkuma cəza təyin edilərkən, onun cinayətə qədər və cinayətdən sonrakı davranışı, öz davranışı ilə islah yoluna qədəm qoyması, cinayət əməlini törətdikdən sonra yeni cinayət əməlləri törətməsi ehtimalı nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, əməlini səmimi etiraf edən və peşman olan, himayəsində iki azyaşlı uşağı olan, özü İİİ qrup əlil olan, əvvəllər məhkum olunmayan və cəzasını ağırlaşdıran halları olmayan şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün təyin edilməsi üçün əsaslar yoxdur. Bundan başqa məhkumun apellyasiya instansiya məhkəməsinin iclasında davranışı, təqsirini etiraf etməsi, törətdiyi əməldən səmimi peşman olması məhkəmə kollegiyasında belə bir inam yaradır ki, məhkum islah yoluna qədəm qoymuş və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, heç də ağır cəzaların təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində birbirilə əlaqəli halda qiymət verilməlidir. Məhkəmə kollegiyası məhkuma cəza təyini zamanı aşağıdakıların da nəzərə alınmasını zəruri hesab edir. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə tövsiyyələrində də vurğulanır ki, cəzaçəkmə yerlərinin maliyyə məsrəflərinin cəmiyyətin üzərində ağır yük olduğu və həbsin çox zaman mənfi nəticələr doğurduğu və hüquq pozucularını islah etmədiyi tədqiqatlar nəticəsində aşkar edilir. Yenə, Avropa Şurası Nazirlər Komitəsinin R (99) 22 saylı tövsiyyəsində cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar mühüm əhəmiyyət daşıyan bir sıra hallara toxunularaq aşağıdakılar qeyd edilmişdir: Həbsxanalarda həddən artıq insan olmasının və məhbusların artmasının həbsxana müdiriyyətləri və bütövlükdə cinayət mühakimə icraatı sistemi üçün həm insan hüquqları, həm də cəzaçəkmə müəssisələrinin səmərəli idarə edilməsi baxımından mühüm problem təşkil edir. Məhbusların səmərəli idarə edilməsinin cinayətkarlığın ümumi vəziyyəti, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, qanunlar toplusunda nəzərdə tutulan müxtəlif növ cəzalar, təyin edilən cəzaların ağırlığı, ictimai sanksiyalardan və tədbirlərdən nə dərəcədə tez-tez istifadə edilməsi, cinayət mühakimə icraatı orqanlarının işinin səmərəliliyi və təsirliliyi, xüsusən də ictimaiyyətin cinayətə və cəzaya münasibəti kimi məsələlərdən asılıdır. Həbsxanalarda həddən artıq insanın olması ilə mübarizə aparmaq və həbsxana sakinlərinin sayını azaltmaq məqsədi daşıyan tədbirlərin cinayətkarlığın və cinayətkar davranışın qarşısının alınmasına, səmərəli hüquq mühafizə tədbirlərinə, cəmiyyətin təhlükəsizliyinə və müdafiəsinə, sanksiya və tədbirlərin fərdiləşdirilməsinə və hüquq pozucularının sosial reinteqrasiyasına yönələn ardıcıl və məqsədəuyğun cinayət siyasətinin tərkibinə daxil edilməsinin zəruridir. Belə tədbirlərin qanunun aliliyi ilə idarə olunan və insan hüquqlarının təmin edilməsindən ibarət ali məqsədə tabe olan demokratik dövlətlərin əsas prinsiplərinə, İnsan hüquqları haqqında Avropa Konvensiyasına və onun tətbiqinin həvalə olunduğu orqanların presedent hüququna uyğun gəlməlidir. Əsas prinsiplər kimi üzv dövlətlərə tövsiyyədə aşağıdakılar bildirilir: - Azadlıqdan məhrum etmə ən son vasitə qismində istifadə edilən sanksiya və ya tədbir hesab edilməli və buna görə də yalnız hüquq pozuntusunun ciddiliyi hər hansı başqa sanksiyanı və ya tədbiri açıq-aydın qeyri-adekvat etdiyi təqdirdə nəzərdə tutulmalıdır. - Cəzanın nisbi ağırlığı üzrə dərəcələrə bölünən müvafiq ictimai sanksiya və tədbirlər toplusu hazırlanmalı, prokurorlar və hakimlər onlardan mümkün qədər geniş istifadəyə sövq edilməlidir. - Həbsxanalarda həddən artıq insan olmasına və məhbusların artmasına qarşı ardıcıl strategiya düşünüb tapmaq üçün buna şərait yaradan əsas amillərin ətraflı təhlili həyata keçirilməli, bu təhlildə xüsusən uzun müddətə azadlıqdan məhrum etmə cəzasına səbəb olan hüquq pozuntusu növləri, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, ictimaiyyətin mövqeyi və narahatçılıqları, habelə mövcud cəza təyin etmə praktikası kimi məsələlər nəzərdən keçirilməlidir. Bundan başqa, həmin tövsiyyədə məhkəmə araşdırması mərhələsinə aid tədbirlər fəslində qeyd edilir ki, uzun müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan və bununla həbsxana sisteminin üzərinə ağır yük qoyan cəzaların tətbiqini azaltmaq və qısa müddətə azadlıqdan məhrum etmə cəzalarını ictimai sanksiya və tədbirlərlə əvəz etmək üçün səy göstərilməlidir. Tövsiyyədə diqqətə çatdırılır ki, azadlıqdan məhrum etmənin əvəzinə istifadə edilə bilən ictimai sanksiya və tədbirləri nəzərdə tutarkən azadlıqdan məhrumetmə cəzası təyin etmədən müstəqil sanksiya qismində probasiyanın (şərti cəzanın) təyin edilməsi, zərərçəkənlə hüquq pozucusu arasında mediasiya (vasitəçilik) və zərərçəkənə dəymiş ziyanın kompensasiyası; hərəkət sərbəstliyinin məhdudlaşdırılması nəzərə alınmalıdır. Cəza təyin edilməsinin məntiqi əsaslarındakı məqsəd digər məsələlərlə yanaşı azadlıqdan məhrumetmə cəzalarından istifadəni azaltmaq, ictimai sanksiyaların və tədbirlərin istifadəsini genişləndirmək və mediasiya (vasitəçilik) və ya zərərçəkənə dəymiş ziyanın kompensasiyası kimi fərqli tədbirlərdən istifadə etməkdir. Azərbaycan Respublikası Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamından irəli gələn prinsipləri də xüsusilə nəzərə almaq lazımdır. X2 Şurası Nazirlər Komitəsinin tövsiyyələrini daha da genişləndirilərək diqqət yetirilən məsələlərə qabarıq formada yeni yanaşma önə çəkilir. Məhkəmə hakimiyyəti üçün yol xəritəsi olan Sərəncamın 8, 10 və 13-cü bəndlərindən irəli gələn tövsiyyələrə məhkəmə kollegiyası xüsusi diqqət yetirməklə nəzərə alınmasını zəruri hesab edir. Həmin Sərəncamda göstərilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Yuxarıda göstərilən prinsiplərdən yanaşdıqda, həmçinin ümumilikdə götürdükdə aydın olur ki, heç də ağır cəzaların, o cümlədən, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, ailə vəziyyətinə, cinayət əməli törətdiyi vaxtla, cinayət əməli törətdikdən sonra cəmiyyətdə tutduğu mövqeyə, statusuna, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Məhkəmə kollegiyası cəza təyini ilə bağlı işin hallarına əsasən hesab edir ki, məhkum Təqsirləndirilən şəxs münasibətdə müəyyən edilmiş cəzanı yüngülləşdirən hallar, əməlində cəzanı ağırlaşdıran halların olmaması kimi, habelə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasının yuxarı həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. CPM-in 401.2-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir: 401.2.1. məhkəmənin hökm və ya qərarında əks etdirilmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmədikdə; 401.2.2. birinci instansiya məhkəməsi onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almadıqda; 401.2.3. birinci instansiya məhkəməsi öz hökm və ya qərarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərmədikdə həmin məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olduqda; 401.2.4. birinci instansiya məhkəməsinin hökm və ya qərarında şərh edilmiş hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda. CPM-in 399.1, 399.1.2 və 399.1.4-cü maddələrinə görə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-in 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisinin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və həmin maddə ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlandığı müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, cəza çəkdiyi müddətdə üzərinə müəyyən vəzifələr qoyulmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası qeydiyyatda olduğu yer üzrə icra qurumuna həvalə edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 399, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ağdam Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 1(013)-10/2023 saylı hökmü məhkumun müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət və 21 fevral 2023-cü il tarixdən 1 iyun 2023-cü il tarixədək həbsdə saxlandığı 3 (üç) ay 11 (on bir) gün müddət, cəmi 3 (üç) ay 13 (on üç) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını hazırlamaq, istehsal etmək, saxlamaq, daşımaq, göndərmək, istehlak etmək və satmaqdan çəkinmək və bu hərəkətlərə yol verməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri təyin edilmiş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Qərarın icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar