Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-26/2024 25.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), X4 və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Tovuz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 228.1 və 234.3-1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-91/2023 saylı hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər A.E.Məmmədov (sədrlik edən və məruzəçi), M.M.Məmmədzadə və R.N.Ələkbərli) xx.xx.2023-cü il tarixli, 1(100)-91/2023 nömrəli hökmü ilə xx.xx.1985-ci ildə Tovuz rayonu, Qovlar şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, evli orta təhsilli, işləməyən, məhkum olunmamış, Tovuz rayonu, Qovlar şəhəri, Niyazi küçəsi ev 8də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-in 234.3-1 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 234.3-1-ci maddəsi ilə 05 (beş) il müddətinə, CM-in 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün, həbsdə saxlanıldığı 05 (beş) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının hökmün çıxarıldığı gündən, yəni 13 iyun 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi, onun məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. İŞİN FAKTİKİ HALLARİ: Hökmə əsasən, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən naməlum çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib saxlayaraq həmin narkotik vasitədən bir bükümdə naməlum çəkidə olan hissəni 2022-ci ilin yanvar ayının əvvəli 25 manat nağd pulun müqabilində Tovuz rayonu Qovlar şəhəri Nizami küçəsi ev 8-də yaşayan, xx.xx.2004-cü ildə anadan olmaqla hadisə vaxtı yetkinlik yaşına çatmayan şəxs olmaqla tanışı Şahid6 satmış, sonuncu xx.xx.2022-ci ildə Tovuz dəmiryol vağzalı ərazisində saxlanılıb Tovuz RPŞ-yə gətirilib üzərinə videoçəkilişlə keçirilmiş baxış zamanı sonuncudan könüllü olaraq təqdim etdiyi Təqsirləndirilən şəxs pulla alıb şəxsi istehlakdan sonra üzərində saxladığı 0,18 qram çəkidə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq 67 (altmış yeddi) ədəd 7,62x54 mm kalibrli zavod üsulu ilə istehsal edilmiş, “Mosin” və “SVD” konstruksiyalı tüfənglərdə, “PKM”, “PK” əl pulemyotlarında istifadə edilən döyüş sursatı hesab edilən patronları əldə edib üzərində daşıyaraq, yaşadığı evin yardımçı tikilisində saxlamış, həmin patronlar 11 yanvar 2022-ci il tarixdə, saat 23:50-də Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı Tovuz rayonu Qovlar şəhəri, Nizami küçəsi 8 nömrəli evin yardımçı tikilisinin talvarının altından aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs CM-in 234.3-1-ci maddəsi ilə bəraət verilməsini, ona CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkumun müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs barəsində Gəncə Apellyasiya Məhkəməsi həbsin seçilməsindən maddi əsasın olmaması və kifayət qədər şübhəli halların mövcudluğuna istinad edərək imtina edilmiş həbsən azad edilməklə bağlı qərar qəbul etmişdir. Əvvəlki məhkəmə tərkibi tərəfindən aparılan məhkəmə istintaqının nəticələri, toplanmış sübutlar və şahid ifadələri yeni tərkibə sədirlik edən tərəfindən ittihamın xeyirinə saxtalaşdırılmışdır. Vəsatət verdiyi üçün dövlət ittihamçısı ona qarşı hörmətsizlik edir, məhkəmə iclasını pozur ona qarşı yüksək səslə iradlar bildirir. Hökm çıxarılır, onun vəkil barəsində də etik davranış qaydalarını pozduğu bildirilir və xüsusi qərar çıxarılır. Dövlət ittihamçısı barəsində xüsusi qərar çıxarmaq olmaz, çıxarılmır, onlar toxunulmazdırlar. Şahid İzzət adlı şəxs əvvəlki tərkibdə vermiş olduğu ifadəni məhkəmə iclasında yenidən vermiş, məhkəmə öz təşəbbüsü ilə istintaq orqanının dolayısı ilə xahişi ilə İzzət adlı şəxsi polis şahidlərin iştirakı ilə yenidən dindirilməsi qənaətinə gəlmiş, polisin İzzət adlı şəxsi hədə qorxu altında ifadəsini dəyişməsinə şərait yaratmış və planlarını həyata keçirmək məqsədi ilə şahid ona, yəni müdafiəçiyə qarşı ifadə verməyə məcbur edilərək guya İzzət adlı şəxsə təsir göstərmişdir. İzzət adlı şəxs barəsində 3-4 dəfə yalan ifadə verməyə görə məhkəmə hərəkətsiz qalır, ancaq onun barəsində Tovuz rayon prokurorluğuna şahidə təsirlə bağlı qərar göndərilir və nəticəsi gözlənilmədən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılır. Ancaq görünür belə bir addım atmaqda məqsədi onu qorxutmaq olmuş olur ki, səhv düşünürmüşlər. İş üzrə narkotik satan Ədalət adlı şəxs ifadə verir ki, Təqsirləndirilən şəxs narkotik vasitə satmayıbdır və telefonla danışmayıbdır. Telefon danışığı əldə edilir istintaqın göstərdiyi müddətdə Təqsirləndirilən şəxsla narkotik satıcısı Ədalət adlı şəxs arasında telefon zəngləri danışıqları ortaya çıxır. Məhkəmə Ədalət adlı şəxs barəsində material ayırır araşdırılması üçün aidiyəti üzrə göndərir ancaq yenə də Təqsirləndirilən şəxs narkotik satmaqda təqsirli bilir. Təqsirləndirilən şəxs mövcud epizod üzrə rolu müəyyən edilməlidir. İzzət adlı şəxsin xahişi və tələbi üzrə Təqsirləndirilən şəxs Ədalət adlı şəxsdən narkotik vasitəni İzzətin verdiyi pulla almış İzzətə təqdim etmiş, yəni alıcının vasitəçisi qismində hərəkət etmişdir. Bu halın narkotik vasitə satılması kimi qiymətləndirilməsi səhv yanaşmadır. Həmçinin Təqsirləndirilən şəxs mənfəət əldə etməsi də görsənmir. İstintaqın növbəti özbaşınalığı, İzzət adlı şahid polislər tərəfindən saxlanılmış və üzərində olan 2 büküm narkotik vasitə və 10 ədəd paslı patron polislər tərəfindən götürülmüş, ancaq hansısa maraqlar müqabilində sənədləşdirilməyibdir. Az miqdarda, yəni inzibati həddə üzərinə narkotik vasitə qoyulmuş şəxsi axtarış tədbiri keçirilmiş, üzərindən inzibati məsuliyyət yaradan həddə narkotik vasitə aşkar olunmuşdur. Ancaq məhkəməyə inzibati tənbeh verilməsi üçün gətirilməmişdir. Belə ki, məhkəməyə gətirildiyi təqdirdə məhkəmənin onun barəsində inzibati həbs qərarı çıxarması ehtimalı olardı ki, bu vəziyyətdə istintaqın qeyri-prosesual hərəkətləri bilinmiş olardı, İzzət və ailəsi narazılıq etmiş olardı. Təqsirləndirilən şəxs narkotik vasitəni Ədalət adlı şəxsdən almışdır. İfadəsini də bu formada vermişdir. İstintaq Ədalət adlı şəxsi işə cəlb edir və qərara gəlinir ki, Təqsirləndirilən şəxs bilərəkdən yalan ifadə vermiş olur. Ədalət adlı şəxsdən narkotik vasitə alınması sübut olunmur və Habil barəsində CM-in 296 və 297-ci madələri ilə material ayrılır, qərar qəbul edilir və guya Tovuz rayon prokurorluğuna göndərilir. Ancaq Tovuz rayon prokurorluğuna qərar göndərilmir. Sadəcə olaraq formal şəkildə qərar cinayət işi materialına tikilir. Bunun da səbəbini belə başa düşək ki, Ədalət adlı şəxsin Habilin ailəsinə dəfələrlə zəngi olmuşdur ki, Habil onu satmaqla onun Tovuz RPŞ-nə 2600 manat xərci çıxdığını demiş. Bu halı da görünür Prokurorluqdan gizlətmək istəmişlər ki, Ədalətə rahat şəkildə kömək edə bilsinlər. Hadisənin faktiki halı: Təqsirləndirilən şəxs Bakıda işlədiyi dövrdə tanışı olan İzzət adlı şəxs Tovuza gəlib Təqsirləndirilən şəxsla görüşmüşlər və birlikdə gəzmişlər. İzzətin azyaşlı olmasından məlumatsız olmuşdur. Bu arada İzzət adlı şəxs Habildən narkotik satan tanıdığını soruşmuş, Habil də münasibət xətrinə tanıdığı şəxs Ədalət adlı şəxsin arada istifadə etdiyini təxmin etmiş və ona İzzətin xahişi ilə zəng etmiş, görüşmüş, qonağı olduğunu demiş və ona pulu vermişdir. Birinci dəfə 10 manata bir çəkimlik narkotik vasitə alıb gəlib İzzətlə birlikdə çəkmişlər, daha sonra ayrılmışlar. Bir həftə sonra İzzət yenə də Habilə zəng etmiş görüşmüşlər, İzzət 20 manat da verib Habildən xahiş etmiş ki, Ədalətdən iki çəkimlik narkotik vasitə alsın, Bakı şəhərinə aparacaq. Habil onun xahişini eşitmiş, Ədalətə zəng etmiş ondan iki büküm narkotik vasitəni almış İzzətə vermiş, bu arada Habil İzzətə paslı güllə tapdığını və 10 ədədini verə biləcəyini demiş, İzzət də 10 ədəd gülləni Habildən götürmüş, əvəzində 10 manat pul Habilə vermiş, İzzət 2 büküm narkotik vasitəni və 10 ədəd sahədən tapdığı paslı patronu götürmüş və Bakı şəhərinə gedərkən Tovuz Rayon Qovlar dəmiryolu Stansiyasında polis əməkdaşları tərəfindən saxlanılmış polis şöbəsinə gətirilmişdir. Özünün məhkəmə də bildirməsinə görə polislərə 7000 min manat vermiş onun üzərində olan 10 ədəd paslı patron və iki büküm narkotik vasitə sənədləşdirilməmişdir. Sadəcə olaraq narkotik vasitə polislər tərəfindən miqdarı azaldılmış inzibati həddə qoyularaq tədbir keçirilmişdir. Baxış axtarış keçirildikdən sonra da İzzət adlı şəxsi inzibati tənbeh verilməsi üçün məhkəməyə gətirməyiblər. Ola bilər ki, İzzət adlı şəxs inzibati qaydada məhkəmə həbs edər, İzzət də etiraz etmiş olar. Böyük ciddi pozuntuya, özbaşınalığa yol vermişlər. Habilin evinə baxış keçirilir, evdən torbadan paslı patronlar aşkar edilir və götürülür, qayıdan zaman əməliyat müvəkillərində biri səsləndirir ki, torbadan narkotik vasitə də çıxarılmalıdır, dərhal geri donüş olur həmin yerdə torbaya yenə də baxılır bu dəfə torbadan İzzətdən götürülmüş 10 ədəd güllə və narkotik vasitə aşkar olunur. Bu hal həbsin seçilməsindən imtina barədə qərarda da öz əksini tapır. İşin faktiki halı bunlardır. Müdafiə tərəfi CM-in 228-ci maddəsinə münasibətdə ittihamla razılaşır. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQEYİ: Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, şikayətin təmin edilərək təqsirləndirilən şəxs barəsində CM-in 234.3-1-ci maddəsi ilə bəraət hökmü çıxarılmasını, ona CM-in 228.1-ci maddəsi ilə yüngül cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, şikayətin təmin edilməsini və barəsində CM-in 234.3-1-ci maddəsi ilə bəraət hökmü çıxarılmasını, ona CM-in 228.1-ci maddəsi ilə yüngül cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Rəşad Alıkişiyev apellyasiya şikayətinə qarşı etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu, məhkumun əməlinin tövsifinin və ona təyin edilmiş cəzanın qanuni və ədalətli olduğunu bildirdi, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün qüvvəsində saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunmasına dair məhkumun və onun müdafiəçisinin, apellyasiya şikayətinin təmin olunmamasına dair dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏ ARAŞDİRMA: Məhkəmə kollegiyası tərəfindən iş üzrə tam, obyektiv və hərtərəfli araşdırılma aparılması üçün məhkəmə baxışının qismən məhkəmə istintaqı aparılmaqla, yəni məhkumun və şahidlərin yenidən dindirilməsi, məhkumun evinə baxış keçirilməsinə dair videoçəkilişin yenidən tədqiqi və işdə olan digər sübutların araşdırılması ilə keçirilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında dindirilmiş məhkum Təqsirləndirilən şəxs məhkəmə iclaslarında fərqli ifadələr verdi. O, sonuncu məhkəmə iclasında ona CM-nin 228.1 və 234.3-1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-in 228.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, İzzətlə o, Bakı şəhərində tanış olmuş, İzzət qaldığı evə qonaq gəlmişdir. İzzət ona demişdir ki, narkotik istifadə edənsən, o, demişdir ki, yox. İzzət ondan narkotik tapib verə bilib-bilməyəcəyini soruşmuşdur. O, da söz verməmişdir. Bir müddət sonra kəndə gəlmişdir. Ədalətə bir iki dəfə ayıq sürücü kimi getmişdir. Ədalətin çörək sexi və mağazası var. Ədalət narkotikdən istifadə edən idi. Ədalət ona narkotik təklif etmiş, o, da demişdir ki, çəkən deyil, ancaq tanışı var, ona verə bilər. Onu polis əməkdaşları tutanda Ədalət ona hədə qorxu gəlmişdir ki, adı çəkilməsin. O, bununla bağlı 102 xidmətinə də məlumat vermişdir. Əvvəlki məhkəmə iclasında şahidlər Şahid6 və Şahid7 dindirildikdən sonra Təqsirləndirilən şəxs suallara cavab olaraq göstərdi ki, o, Ədalətdən narkotik vasitə almamışdır, Ədalətdən narkotik vasitə alıb İzzətə verməmişdir. İzzətə ancaq avtomat güllələrini vermişdir. O, həmçinin istintaq zamanı Ədalətdən narkotik alıb İzzətə verməsi barədə ifadəsini polis əməkdaşlarının təzyiqi altında verdiyini göstərdi. Təqsirləndirilən şəxs apellyasiya instansiya məhkəməsində keçirilmiş sonuncu məhkəmə iclasında əvvəlki iclaslardan fərqli ifadə verdiyi üçün bu barədə verilmiş suallara cavab olaraq göstərdi ki, əvvəlki iclasda Ədalətdən qorxduğu üçün Ədalətdən narkotik vasitə almadığını demişdir. Narkotik vasitə onun olmayıb, polislər ona vermişlər ki, torbanın içinə qoysun. O, narkotik vasitədən istifadə etmir, narkolojidən keçmişdir. Ədaləti tanıyır, bir kəndli kimi, onun imkanı normaldı. Ədalətin narkotikdən istifadə etməsini görmüşdür. Ədalət ona da narkotik vasitə çəkməsini təklif etmişdir. Ədalət onu ailəsi, qardaşı ilə hədələmişdir. Narkotiki İzzət üçün götürmüş, buna görə hər dəfə ona 10 manat vermişdir. O, İzzəti 20 yaşında olduğunu bilirdi. İzzətə 2 dəfə Ədalətdən alıb narkotik vermişdir. İzzət ona hər dəfə 10 manat vermiş, o da pulu Ədalətə vermişdir. Məhkəmə kollegiyasının iclasında dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Tovuz rayonu, Qovlar şəhərindən tanıyır, Habillə əlaqəsi olub, ondan iki dəfə narkotik vasitə istəmişdir. Habildən 10 ədəd patron da almışdır. Narkotiklərə görə bir dəfə 35 manat, bir dəfə də 20 manat verdiyi yadında qalmışdır. O, verilən suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxsla Bakı şəhərində təxminən 2020-2021-ci ildə tanış olmuşdur. Bakı şəhərində aralarında narkotiklə bağlı söhbət olub. O, söhbət əsnasında Təqsirləndirilən şəxs narkotikdən istifadə edibetməməsini soruşmuş, Habil istifadə etdiyini demiş, buna görə Habildən narkotik təşkil edə bilib-bilməyəcəyini soruşmuşdur. Habil də təşkil edə biləcəyini bildirmişdir. Tovuz şəhərinə qayıtdıqdan sonra Təqsirləndirilən şəxsla əlaqə saxlamışdır. Təqsirləndirilən şəxsla şəhərdə görüşmüş, Habilə narkotik vasitə təşkil etməsini demiş, o da təşkil etmişdir. Habilə demişdir ki, bir ədəd narkotik vasitə lazımdı, qiymətini soruşmuş, Habil demişdir ki, baxarıq, 20 manat olmalıdır, maraqlanmış haradan almasını, Habil ona heç nə deməmişdir. İlk dəfə 20 manat verrmiş və Habil ona narkotik vasitə olan qurudulmuş marixuana vermişdir. Narkotiki özü tək istifadə eləmişdir. Bir neçə gün sonra demişdir ki, iki ədəd təşkil eləsin. İki bükümə 35 manat vermişdir, məbləği Təqsirləndirilən şəxs demiş, o, da pulu bir dəfəyə vermişdir. İkinci dəfə götürdüyünü saxlamışdır ki, Bakı şəhərinə gedəndə istifadə etsin. Təqsirləndirilən şəxs o, 10 ədəd patron almış, təxminən 6-10 manat vermişdir, patronu təsbeh düzəltmək üçün almışdır. Daha sonra patronları zibil qabına atmışdır. Ağır Cinayətlər məhkəməsində keçirilən sonuncu məhkəmə prosesindən qabaq vəkildən soruşmuşdur ki, iş necə olacaq, vəkil ona Habil tutulsa yaxşı olmayacaq demişdir. O, sonuncu dəfə verdiyi ifadəni təsdiqləyir. Əvvəl ifadə verərkən ona təsir olmuşdur. Ona təsiri vəkil Müdafiəçi etmişdir. O, sual-cavab əsnasında həmçinin göstərmişdir ki, üzərinə baxış keçirilərkən üzərindən iki ədəd büküm çıxmışdır, onu bir büküm etmişlər. Həmin narkotik vasitəyə görə onu inzibati cərimə etmişlər. Məhkəməyə çıxarılma tarixi yadında deyil. Ona Habil rayonda narkotik vasitəni təşkil etmiş, ilk dəfə 20 manat, ikinci dəfə isə 35 manat vermişdir, bundan əlavə Təqsirləndirilən şəxs 5-10 manat siqaret pulu da vermişdir. Məhkəmə kollegiyasının iclasında dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Onunla düşmənçiliyi, ədavəti yoxdur. O, narkotik vasitədən istifadə etmir, satışı ilə də məşğul deyil. Təqsirləndirilən şəxsla onun arasında narkotikin alqı-satqısı ilə bağlı heç bir söhbət olmamışdır. Təqsirləndirilən şəxsla telefon danışıqları olub, onun qardaşının maşın sexi olduğuna görə orada bir neçə dəfə maşınını düzəltdirmişdir. O, Təqsirləndirilən şəxs narkotikdən istifadə edib-etməməsini bilmir. Təqsirləndirilən şəxs niyə həbs edildiyini əvvəlcə bilməmişdir. İzzəti, tanımır. Təqsirləndirilən şəxs qardaşı ilə yaxın olmuşdur. Habilə narkotik vasitə verməmiş və satmamışdır. İş materiallarında olan 11 yanvar 2022-ci il tarixli baxış keçirilməsi protokolu və həmin baxışın video görüntüsü əks olunan DVD diskə məhkəmə kollegiyasının iclasında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs torbanı qoyduğu yeri göstərir. Polisin müşayiəti ilə dar otağa girib divarda hörgünün arasında olan torbanı götürür. Sonra torbanın içərisindən əvvəlcə uzun güllə qatarını, sonra üzərində bir neçə güllə olan kiçik qatarı çıxarıb göstərir. Kiçik güllə qatarını çıxarıb göstərərkən həmin qatarın arasında parlaq selofan bükümün olduğu da görünür. Sonra güllələr və büküm yenidən onun tərəfindən torbaya qoyulur, bundan sonra isə təhqiqatçı Şahid5 təqdim edilir. Təhqiqatçı Şahid5 əvvəlcə güllələri çıxarb sayır və güllələrin sayının 67 ədəd olduğu müəyyən edilir. Həmin vaxt torbanın içərisində olan parlaq selofan büküm ola bilsin ki, güllələr torbadan çıxarılarkən yerə düşdüyündən yerdən götürülərək içərisinə baxış keçirilir və həmin parlaq sellefon kəsiyinə bükülü 3 ədəd bükümün olduğu, bükümlər açılarkən yaşıl rəngli bitki mənşəli kütlələrin olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs həmin kütlələrin nəşə olduğunu və özünün istifadə etməsi üçün saxladığını bildirir. Cinayət işində olan digər sübutlar: Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olmaqla yanaşı, həm də narkotik vasitələrin qanunsuz dövriyyəsi, alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı olmuşdur. 11 yanvar 2022-ci il tarixdə saat 18:00 radələrində Tovuz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, Emin Cavadova, Tovuz rayon ərazisində Şahid6 narkotik vasitə hesab edilən qurudulmuş marixuana qəbul etməkdə və ya üzərində saxlamaqda şübhəli bilinməsi barədə əməliyyat məlumatı daxil olmuş, Emin Cavadov həmin məlumatı raportla məruzə etdikdən sonra dərhal bu barədə Tovuz RPŞ-nin rəhbərliyinə bildirmiş, rəhbərlik tərəfindən əməliyyat Emin Cavadova həvalə edilmiş, Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2la əməliyyat tədbiri təşkil edilmişdir. Həmin gün Emin Cavadov əlaqə saxlayıb Şahid6 Tovuz rayon Qovlar şəhərində dəmir yolu vağzalının yanında müəyyən etmələri barədə məlumat vermiş, İzzəti Tovuz RPŞ-yə gətirməsi barədə göstəriş vermişdir. Şahid6 Tovuz RPŞ-nin inzibati binasına gətirilmişdir. Sonradan Şahid6 üzərində saxladığı 0,2 qram çəkidə olan kütləni təqdim etməsini, marixuana olduğunu, həmin narkotik vasitəni Qovlar şəhər sakini Habil adlı şəxsdən aldığını bildirdiyini öyrənmişdir. Həmin gün saat 21 radələrində Emin Cavadov yenidən onunla telefon əlaqəsi saxlayıb Habil adlı şəxsi Qovlar şəhər ərazisində saxladıqları barədə məlumat vermiş, Habilin də rayon polis şöbəsinə gətirilməsi barədə Eminə şifahi göstəriş vermişdir. Saat təxminən 21 radələrində CAB-nin əməkdaşları X6 Əlizadə, Habil adlı şəxsi TB-nin təhqiqatçısı Şahid5 təqdim etmiş, təhqiqatçı Şahid5 müdafiəçi ilə təmin etdikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Sonradan Təqsirləndirilən şəxs üzərində psixotrop maddə, narkotik vasitə qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmasa da şifahi sorğu zamanı Habil yaşadığı evdə yardımçı tikilidə polietilen torbanın içərisində odlu silaha aid olan patronlar və həmin patronların yanında, 2-3 büküm narkotik vasitə sayılan qurudulmuş marixuana olmasını bildirdiyini öyrənmişdir. Bu barədə Emin Cavadov ona məruzə etdikdən sonra rayon polis şöbəsinin rəhbərliyinin göstərişi ilə özü, CAB-ın əməliyyat müvəkkilləri və TB-nin təhqiqatçısı Şahid5, Qovlar şəhər sakini şübhəlli şəxs Təqsirləndirilən şəxs yaşadığı evinə getmiş, orada yaşadığı evə, razılıq ərizəsi əsasında videokamera vasitəsi ilə çəkilişlə baxış keçirtmişlər. Baxış zamanı, Təqsirləndirilən şəxs özü, yardımçı tikilinin içərisində hasar qismində vurulmuş parıltılı lövhə (dam örtüyü) ilə taxtadan olan dirəyin arasında asılmış vəziyyətdə olan 1 ədəd çirkli polietilen torbanı təqdim etmiş, həmin çirkli polietilen torbanın içərəsindən 67 ədəd güllə aşkar olunmuşdur. Təhqiqatçı Şahid5 həmin ağ rəngli torbaya baxış keçirtməyə başlamış, torbanın içərisinə salıb torbadan bir-birinə bitişik güllə “qatarı”-nı çixartmışdır. Həmin vaxt özü patronların arasında ağ kağızda bükülü görsə də təhqiqatçı Şahid5 həmin bükülüyə fikir verməmiş, yer darısqal, patronları saymaq üçün əlverişli olmadığı üçün güllələr geri torbaya salmış və torbanı əlində tutub işıqlı yerə keçmişdir. Həmin vaxt təhqiqatçıya Təqsirləndirilən şəxs deməsinə görə patronların yanında bükülü halda başqa nəsə yəni qurudulmuş marixuana olmalı olduğunu, torbaya diqqətlə baxmağı, ağ kağızda olan bükülünün diqqət çəkdiyini demiş, dedikləri yəni səsi aparılmış videoçəkilişə də düşmüşdür. Təhqiqatçı Şahid5 ikinci dəfə həmin torbanın ağzını açaraq yenidən güllələri torbadan çıxartmış, həmin an skoça bükülü halında olan kütlə yerə düşmüşdür. Bunun görən Təqsirləndirilən şəxs özü həmin bükülünü yerdən qaldırıb torbaya qoymuş, yerə düşən kütlənin qurudulmuş marixuana olacağını bildirmişdir. Təhqiqatçı Şahid5 Habildən həmin bükülünün nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs qurudulmuş marixuana olduğunu demiş bundan sonra həmin kütlə açılaraq baxış keçirilmiş, yaşıl rəngli, kəskin iyli, ilk görünüşdən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzədiyi müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin “ot” olduğunu və şəxsi istifadə üçün saxladığını demişdir. Bükülülər elektron tərəzidə çəkilmiş, ayrı-ayrılıqda 0,6 qram, 0,3 qram və 0,2 qram olmaqla, ümumi 0,11 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni tapdığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5, Şahid2, Şahid5 öz ifadələrində Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq edərək sonuncunun ifadəsinə uyğun ifadələr vermişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 30 iyun 2022-ci il tarixli, 16/742 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə” yazıları olan kağız paketdəki 3 ədəd bükümdə olan marixuanalar və üzərində vət. Şahid6 üzərindən aşkar olunaraq götürülmüş kütlə” yazıları olan kağız paketdəki 1 (bir) ədəd bükümdə olan marixuana orqanoleptik əlamətlərinə və tərkibinə görə eynidirlər. İş materiallarında olan “şəxsi axtarış aparılması haqqında” 11 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Şahid6 üzərində dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd kağız parçasına bükülmüş büküm aşkar edilərək götürülmüş, həmin büküm elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,2 qram olmuşdur. Sorğu zamanı Şahid6 həmin bükümdə olan kütlənin narkotik vasitə olan marixuana olduğunu və həmin marixuananı 20 manata Qovlar şəhərində yaşayan Habil adlı şəxsdən aldığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2022-ci il tarixli Şahid6 ilə Təqsirləndirilən şəxs arasında müdafiəçinin iştirakı ilə keçirilmiş “üzləşdirmə” protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid6 Təqsirləndirilən şəxs üzünə qarşı sonuncunun ona ayrı-ayrı vaxtlarda iki dəfə iki baş nəşə, yəni narkotik vasitə qurudulmuş marixuana satdığını, ilk dəfə 2021-ci ilin dekabr ayında hər birinin dəyəri 20 manat olmaqla iki baş, ikinci dəfə isə 2022-ci ilin yanvar ayının əvvəlində 35 manata narkotik vasitə qurudulmuş marixuana aldığını demişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə Şahid6 məxsus ***-***-**-** saylı nömrə arasında xx.xx.2022-ci ildə saat 20:59-da, xx.xx.2022-ci il saat 12:29-da, xx.xx.2022-ci il saat 16:04-də,18:01-də, 19:08-də, xx.xx.2022-ci ilddə saat 17:43-də, 19:17-də, xx.xx.2022-ci il saat 12:32-də, 16:53-də, xx.xx.2022-ci il saat 10:17-də və 12:39-da zənglər və danışıq olmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİNƏ MƏHKƏMƏ KOLLEGİYASİNİN MÜNASİBƏTİ: Məhkumun müdafiəçisi apellyasiya şikayətində məhkum Təqsirləndirilən şəxs barəsində çıxarılmış məhkəmə hökmünün CM-in 234.3-1-ci maddəsinə aid hissədə əsassız və qanunsuz olduğunu, məhkəmənin istintaq orqanının saxta ittihamını qanuni qaydada araşdırmadan etmədiyi cinayətə görə Təqsirləndirilən şəxs barəsində hökm çıxardığını qeyd etmiş, bu səbəbdən də barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir, 129-cu maddəsinin İİİ hissəsində isə müəyyən edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsində hökmün qanuniliyinin və əsaslılığının nədən ibarət olması təsbit edilmiş, qeyd edilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin normada (CPM-in 349.5-ci madd.) daha sonra qeyd edilir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-in 125-ci madd.). CPM-in 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Azərbaycan Respublikası CPM-in 39.3-cü maddəsinə əsasən əməldə cinayət hadisəsi və cinayət tərkibi olmadıqda, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: - cinayət hadisəsi olmadıqda; (CPM-in 42.1.1) - əməldə cinayət tərkibi olmadıqda; (CPM-in 42.1.2) - cinayətin törədilməsinə aidiyyəti olmadıqda; (CPM-in 42.1.3) - təqsirliliyi sübuta yetirilmədikdə; (CPM-in 42.1.4) Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: - bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; - bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa; - bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; - bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Əksinə apellyasiya şikayətində göstərilən xüsusatlar digər danılmaz sübutlarla – məhkumun özünün ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə vermiş olduğu qismən etirafedici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları habelə sair iş materialları ilə tamamilə təkzib edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış keçirilərkən videoçəkilişdən istifadə edilmiş, həmin videoçəkilişlər istintaq hərəkəti protokollarına əlavə edilmiş, qeyd olunan sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv yoxlanılmış, eyni zamanda Təqsirləndirilən şəxs məxsus yardımçı tikilidə olan narkotik vasitənin Təqsirləndirilən şəxs məxsusluğu ilə bağlı hissədə əsaslı şübhə yarandığından birinci instansiya məhkəməsi həmin halı məhkumun xeyrinə təfsir etmişdir. Müdafiə tərəfinin mübahisələndirdiyi hal isə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Şahid6 narkotik vasitə satmasıdır. Lakin məhkəmə kollegiyası həmin hissədə müdafiə tərəfinin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd olunan xüsusatların araşdırılması məqsədilə məhkəmə baxışını məhkəmə istintaqı aparmaqla keçirmiş, istər məhkumun ifadələri, istərsə də şahidlər Şahid6 və Şahid7 ifadələri təhlil olunarkən məhkəmə kollegiyasında belə bir inam yaranmışdır ki, Təqsirləndirilən şəxs ifadələri özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yaxa qurtarmaq cəhdləridir. Belə ki, Təqsirləndirilən şəxs apellyasiya instansiya məhkəməsinin iclaslarında fərqli mövqelər sərgiləmiş və fərqli məzmunda ifadələr vermişdir. Ondan bunun səbəbləri soruşulduqda isə o, bunu Şahid7 ona və ailə üzvlərinə qarşı təzyiq və təhdidləri ilə əlaqələndirmişdir. Lakin bu hal heç bir sübutla öz təsdiqini tapmamışdır. Əksinə Şahid6 öz ifadələrində birinci instansiya məhkəməsinin iclaslarından əvvəl məhkumun müdafiəçisinin ona təzyiq etməsini, məhkumun xeyrinə ifadələr verməyə təhrik etməsini bir daha təsdiq etmişdir. Şahid7 də Təqsirləndirilən şəxs və onun ailə üzvlərinə təzyiq və onları təhdid etməsini təkzib etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istər dindirilmiş şahidlərin ifadələri, istərsə də iş materiallarında olan digər sübutlar məhkumun Şahid6 narkotik vasitə satması faktını bir daha təsdiq edir. Həmin tərəflər arasında olan telefon danışıqlarına dair məlumatlardan da görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə Şahid6 məxsus ***-***-**-** saylı nömrə arasında xx.xx.2022-ci ildə saat 20:59-da, xx.xx.2022-ci il saat 12:29-da, xx.xx.2022-ci il saat 16:04-də,18:01-də, 19:08-də, xx.xx.2022-ci ildə saat 17:43də, 19:17-də, xx.xx.2022-ci il saat 12:32-də, 16:53-də, xx.xx.2022-ci il saat 10:17-də və 12:39-da zənglər və danışıq olmuşdur. Təqsirləndirilən şəxs da narkotik vasitəni verilmiş ittihama görə 2022-ci ilin yanvar ayının əvvəlində Şahid6 satmışdır. Yəni, həmin ərəfədə onlar arasında tez-tez telefon danışıqları olmuşdur. Bu halın özü Şahid6 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edir. Məhkəmə kollegiyası toplanmış sübutların cəminə obyektiv hüquqi qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisinin dəlilləri əsassızdır və iş materialları ilə təkzib edilir. Eyni zamanda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs alıcı, yoxsa satıcı tərəfdən çıxış etməsi ilə əlaqədar şikayətdə göstərilən dəlillərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “14” iyun 2024-cü il tarixli 8 saylı qərarının 8-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Məhkum Təqsirləndirilən şəxs Şahid6 verdiyi pul vəsaitinin hamısına sonuncu üçün narkotik vasitə aldığını, heç bir maddi marağının olmadığını bildirsə də, məhkəmə kollegiyası onun digər ziddiyyətli ifadələrini, eləcə də, Şahid6 vermiş olduğu pul vəsaitinin məbləğinin məhkum tərəfindən suni surətdə azaldılması ilə bağlı məhkumun ifadələrini nəzərə alaraq onun heç bir maddi marağının olmamasını inandırıcı hesab etmir. Daha sonra şikayətdə göstərilən Təqsirləndirilən şəxs Şahid6 yetkinlik yaşına çatmasından məlumatsız olması ilə bağlı dəlillərlə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan qərarında Ali Məhkəməsinin Plenumu qeyd etmişdir ki, CMin 234.3-1ci maddəsində nəzərdə tutulan “yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” tövsifedici əlaməti təqsirkara narkotik vasitəni satdığı şəxsin yetkinlik yaşına çatmaması məlum olduğu halda yaranır. Təqsirkarın ondan narkotik vasitəni əldə edən şəxsin yetkinlik yaşına çatmasından məlumatlı olması sonuncunun zahiri əlamətləri, onların arasında qohumluq, tanışlıq münasibətlərinin olması, əməlin törədildiyi yerin orta məktəb və yaxud əsasən yeniyetmələrin getməyə üstünlük verdikləri digər yerdə törədilməsi və s. bu kimi obyektiv hallara görə də müəyyən edilə bilər. Hazırkı işin hallarından görünür ki, Şahid6 yetkinlik yaşına çatmaması Təqsirləndirilən şəxs məlum olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Şahid6lə ona narkotik vasitə tapmasından təxminən 4-5 ay əvvəl Bakı şəhərində həmyerlisi kimi tanış olduğunu, Şahid6 işlədiyi dükana gəlib-getdiyini, oradan alver etdiyini həmin ərəfələrdə aralarında tanışlıq münasibəti yarandığını göstərmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs və Şahid6 arasında uzun müddət - təxminən yarım il davam edən münasibət olmuş, sonuncular bir-biri haqqında kifayət qədər məlumata sahib olmuşlar. Eyni zamanda məhkumun ibtidai istintaq zamanı təsir və təzyiqlərə məruz qalması ilə bağlı göstərilən dəlillərlə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərə birinci instansiya məhkəməsinin hökmündə kifayət qədər əsaslandırılmış qiymət verilmiş, hazırda isə hər hansı yeni bir hal aşkar edilməmiş, müdafiə tərəfindən məhkəmənin əsaslandırmasını təkzib edə biləcək sübutlar təqdim edilməmişdir. Odur ki, məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və qeyd olunan fakt və halları, eləcə də gəlinmiş nəticələri təkrarlayaraq hazırkı qərarın həcmini artırmağa lüzum görmür. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işində olan sübutlar Təqsirləndirilən şəxs CM-in 228.1 və 234.3-1-ci maddələri ilə verilmiş ittihamı bir daha təsdiq edir. Belə olan halda məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli CM-228.1 və 234.3-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası məhkumun və onun müdafiəçisinin hər bir dəlilini təhlil edərək və həmin dəlilləri cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə birlikdə müqayisə edərək belə nəticəyə gəlir ki, müdafiə tərəfinin irəli sürdüyü dəlillər əsassızdır və məhkuma qarşı irəli sürülmüş ittihamı təkzib edən arqumentlər kimi qiymətləndirmək mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsində də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən aparılmış ətraflı araşdırma ilə kifayətlənməmiş, apellyasiya araşdırması məhkəmə istintaqı aparılmaqla keçirilmiş, ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də məhkum Təqsirləndirilən şəxs tərəfindən ona qarşı irəli sürülmüş ittihamda əks olunmuş əməl törədilmişdir. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutları isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməməsinə dair göstərilən dəlillərə məhkəmə kollegiyası tənqidi yanaşır və vurğulayır ki, müdafiə tərəfinin göstərdiyi sözügedən xüsusat əsassız olmaqla ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-in 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instasniya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutların toplanması və araşdırılmasında prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilərək məhkum barəsində CM-in 234.3-1-ci maddəsi ilə bəraət hökmü çıxarılması üçün heç bir faktiki və hüquqi əsaslar yoxdur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə düzgün olaraq CM-in 228.1 və 234.3-1-ci maddələri ilə təqsirli bilib ona həmin maddələrlə cəza təyin etmişdir. Məhkəmə kollegiyası, eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən həm ayrı-ayrı maddələrlə, həm də cinayətlərin məcmusu üzrə təyin olunmuş cəza da həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur və cəzanın məqsədlərinə nail olunmasını təmin edir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən həmçinin CM-in 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını, CM-in 59.2-ci maddəsinə əsasən yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar olmasını və cəzasını ağırlaşdıran halların olmamasını kifayət qədər nəzərə almışdır. İşin hallarını araşdırdıqda aydın şəkildə görünür ki, Təqsirləndirilən şəxs hazırki dövrdə bəşəriyyətin ümumi bəlasına çevrilmiş narkotik vasitələrin qanunsuz dövriyyəsində, eləcə də qanunsuz olaraq patronları əldə edib üzərində daşıyaraq, saxlama əməllərində təqsirli bilinmiş və təyin edilmiş cəza törədilmiş cinayət əməllərinin xarakterinə və törədilməsi üsulu və məqsədinə uyğundur. Beləliklə, məhkəmə kollegiyası törədilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs barəsində olan və tədqiq edilən işin hallarını, təyin edilmiş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təyin edilmiş cəzanın müddətinin aşağı endirilməsini, məhkum olunduğu maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsini və ya onun şərti məhkum edilməsini məqsədəmüvafiq hesab etmir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qərarın həmin bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o, halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçisinin, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin hökmünün isə dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-91/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 399, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-91/2023 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-26/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-26/2024
25.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver