Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-261/2023 12.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X9, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 1(076)-63/2023 saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinin (hakim Taleh Musayev) 20 fevral 2023-cü il tarixli, 1(076)-63/2023 saylı hökmü ilə xx xxx 2003-cü il tarixdə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay işləməyən, əvəllər məhkum olunmamış, Şəmkir rayonu Aşağı Seyfəli kəndində yaşayan, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Sabir qızının CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 08 (səkkiz) ay müddətə azadlığın məhdulaşdırılması cəzasının təyin edilməsi, cəzanın icrası müddətinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu Aşağı seyfəli kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, barəsində seçilmiş polisin nəzarəti altına vermə iltizam qətimkan tədbirinin hökm qüvvəyə minənədək dəyişdirilməməsi, hökmün icrasının Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə tapşırılması hökm edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs Sabir qızı qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 06 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısından keçdiyini görüb, əvəllər sonuncunun onun və anasının ünvanına nalayiq sözlər deməsindən əsəbiləşərək şəxsi münasibətlər zəminində əlində olan toxa ilə Zərərçəkmiş şəxs bir neçə dəfə qəsdən vuraraq, ona sol kürək nahiyəsinin, sağ bazunun orta üçdə birinin ön səthinin, sağ baldırının yuxarı üçdə birinin bayır səthinin qançırları ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin olunmayan xəsarətlər, həmçinin başın tüklü hissəsində təpə nahiyəsinin sol yarısının əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bu zaman onları sakitləşdirməyə çalışan Təqsirləndirilən şəxs anası X3 hadisə yerinə gələn X2 vurduğunu görüb, əlində olan toxa ilə Abdulla Qurbanəliyevi bir neçə dəfə qəsdən vuraraq başın tüklü hissəsində sağ alın-təpə nahiyəsinin, sağ gicgah nahiyəsinin əzilmiş yaraları, döş qəfəsinin arxa səthinin sol kürək nahiyəsinin, bel nahiyəsinin sol yarısının, sağ sarğı nahiyəsinin qançır və ağrı halında əznikləri ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Sabir qızı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayətində Şəmkir Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 1(076)-63/2023 saylı hökmünü dəyişdirib, Təqsirləndirilən şəxs minimum həddə cərimə cəzasının təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qəbul etmiş olduğu hökm işin hallarına, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun deyil və ədalətsizdir. Buna görə də hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul etməsini məhkəmədən xahiş edir. Verilmiş ittihamın mahiyyətindən aydın görünür ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət hadisəsi böyük ictimai təhlükə törətməyən əməldir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən səmimi peşiman olmuşdur, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etmişdir. Baş vermiş cinayət hadisəsi zərərçəkmiş şəxslərin qanunsuz hərəkətləri nəticəsində törənmişdir. Əməlindən səmimi peşiman olması, birinci dəfə məhkum olunması, gənc və tələbə olması, baş vermiş cinayət hadisəsinin zərərçəkmiş şəxslərin qanunsuz hərəkəti nəticəsində törətməsi, eyni zamanda ittiham olunduğu maddənin sanksiyası imkan verirdi ki, məhkəmə Təqsirləndirilən şəxs barəsində cərimə cəzası təyin etsin. Lakin məhkəmə qeyd olunan yüngülləşdirici halları nəzərə almamış, bununla da ciddi qanun pozuntularına yol vermişdir. Məhkəmənin təyin etdiyi cəzaya qədər bir neçə yüngül cəza olmasına baxmayaraq, məhkəmə onun barəsində azadlığın məhdudlaşdırılması növündə və yüksək həddə cəza təyin etməsi, çox ədalətsiz və humanizimdən uzaq olan bir qərardır. Hökmdən də aydın olduğu kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini birinci dəfə törədib. Eyni zamanda yaşayış yerindən müsbət xasiyyətləndirilir. Qeyd olunan hallar, qanunun normalarının tələbi, ittiham olunduğu maddənin sanksiyasında göstərilən cəzalar onun barəsində daha yüngül cəza təyin etməyə imkan verir. Lakin məhkəmənin qəbul etdiyi hökmdən aydın deyil ki, məhkəmə nə üçün Təqsirləndirilən şəxs vəziyyətini yüngülləşdirən çoxlu sayda hallar olduğu halda, onu azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalandırıb. Hesab edir ki, məhkəmənin təyin etmiş olduğu cəza, təqsirləndirən şəxsin şəxsiyyətinə uyğun deyildir. Apellyasiya icraatı zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X4 ilə barışdığını və sonuncuların ona qarşı heç bir şikayəti və tələblərinin olmadığını bildirdi və zərəçəkmiş şəxslərlə barışdığını nəzərə alıb barəsində olan hökmün ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli hesab etdiyini və əməlindən peşman olmasını bildirməsini, onunla zərərçəkmiş şəxslər arasında barışıq əldə edilməsini, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələblərinin olmamasını nəzərə alaraq apellyasiya şikayətini təmin edib hökmün ləğv edilməsi və Təqsirləndirilən şəxs barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə notariat qaydasında tərtib edilmiş ərizə təqdim etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs X1 İmanova ilə barışdıqlarını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə notariat qaydasında tərtib edilmiş ərizə təqdim etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Qalib Rizvanov apellyasiya şikayətinə, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin ərizələrinə dair qanuna müvafiq qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, hökm ləğv edilməli, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılması hüdudlarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət hadisəsinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan və tədqiq olunan sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən məhkumun əməlini düzgün qiymətləndirmişdir. Təqsirləndirilən şəxs ona CM-nin 128-ci maddəsi verilmiş ittihamda özünü təqsirli bildiyini göstərmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən və məhkəmə kollegiyasının iclasındakı çıxışından görünür ki, o, ona verilmiş ittiham üzrə özünü təqsirli bilməklə əməlindən peşmandır, həmin iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X4 ilə barışmışdır. Bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirir və ona görə də, barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs və X2 məhkəməyə təqdim etdikləri notariat qaydasında tərtib edilmiş ərizələrindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Ona görə də, onların müraciətləri əsasında Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməsini xahiş edirlər. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslə barışmışdırlar. Zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72, 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının CPM-in 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti qismən təmin edilməli, onun zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X4 ilə barışması, sonuncuların təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələblərinin olmaması nəzərə alınmalı, birinci instansiya məhkəməsinin hökmü ləğv edilməli, təqsirləndirilən şəxsin barəsində CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-nin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 20 fevral 2023cü il tarixli, 1(076)-63/2023 saylı hökmü ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-261/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-261/2023
12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver