Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-268/2023 13.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Qazax Rayon Məhkəməsinin (sədrlik edən Fəxri Məmmədov) 1 fevral 2023-cü il tarixli, 1(023)-21/2023 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Qazax Rayon Məhkəməsinin 1 fevral 2023-cü il tarixli, 1(023)-21/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 20 avqust 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, onun narkomaniyadan məcburi müalicə olunması və narkoloji kabinetdə qeydiyyata alınması qərara alınmışdır. Qazax Rayon Məhkəməsinin 1 fevral 2023-cü il tarixli, 1(023)-21/2023 saylı hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, işinə yenidən baxılaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək göstərdi ki, məhkəmənin hökmündən apellyasiya şikayəti vermişdir. Həmin şikayətdən imtina edir və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş edir. Apellyasiya şikayətindən imtina etməsi barədə hüquqları və bu imtinanın hüquqi nəticəsi ona aydındır. Dövlət ittihamıçısı göstərdi ki, verilmiş apellyasiya şikayətindən imtina etmək təqsirləndirilən şəxsin hüququdur. Həmin ərizənin təmin edilərək apellyasiya şikayəti üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən müdafiəçi qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.11-ci madəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Cinayət prosesi tərəflərinin fikrini dinləyərək Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 391.11-ci maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtinası qəbul edilməli, apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321 və 391.11-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs ərizəsi təmin edilsin və apellyasiya şikayətinə baxılmasına həmin apellyasiya şikayətindən imtina etməsi ilə əlaqədar xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.12 və 410cu maddələrində nəzərdə tutulmuş qaydada və müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-268/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-268/2023
13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver