Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-273/2023 15.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və X1 ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-167/2023 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-167/2023 saylı (hakimlər F.N.Mahmudov(sədrlik edən və məruzəçi), D.H.İmanov və R.N.Ələkbərli) hökmü ilə xx xxx 1992-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi və ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələblərinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və çəzaçəkmənin başlanğıcının 02 iyun 2022-ci il tarixdən hesablanması, haqqında seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicənin təyin edilməsi, onun yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması hökm edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının ortalarında istintaqa dəqiq məlum olmayan tarixdə Sumqayıt şəhərində istintaqa şəxsiyyəti dəqiq məlum olmayan Əlizadə soyadlı şəxsdən 80 manat pulun qarşılığında 1,097 qram çəkidə psixotrop maddə metafetamini və 0,230 qram çəkidə narkotik vasitə heroini satış məqsədi ilə alıb qanunsuz olaraq əldə edərək üzərində daşımaqla yaşadığı ünvan 2 ünvanında yerləşən evdə saxlamış, həmin psixotrop maddə olan metafetamindən 0,381 qramını, narkotik vasitə olan heroindən isə 0,230 qramını 2022-ci ilin aprel ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə yaşadığı ünvan 2 ünvanında 80 manat pulun qarşılığında tanışı Şahid9 satmış, 19 aprel 2022-ci il tarixdə Şəmkir rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şahid9 Şəmkir rayonu, 20 Yanvar küçəsində şübhəli şəxs qismində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs almış olduğu 1 ədəd sellofana bükülmüş vəziyyətdə kustar üsulla hazırlanmış, təmiz çəkisi 0,230 qram miqdarında narkotik maddə olan heroin və təmiz çəkisi 0,381 qram miqdarında psixotrop maddə olan metafetamin aşkar edilərək götürülmüş, həmin tarixdə Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamının nəticəsində Rzayev X3 rayonu Səməd Vurğun küçəsində şübhəli şəxs qismində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümdə Şahid9 satdığı psixotrop maddə ilə eyni tərkibli təmiz çəkisi 0,716 qram psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən 2022-ci ilin may ayının ortalarında istintaqla dəqiq müəyyən edilməyən tarixdə Abşeron rayonu, Xırdalan şəhərində istintaqa şəxsiyyəti dəqiq məlum olmayan Əli adlı İran İslam Respublikasının vətəndaşından 300 manat pulun qarşılığında çəkiləri 1,369 qram psixotrop maddə metafetamini və 5,474 qram narkotik vasitə heroini satış məqsədi ilə alıb qanunsuz olaraq əldə edərək üzərində daşımaqla yaşadığı yaşadığı ünvan 2 ünvanında yerləşən evdə saxlamış, həmin psixotrop maddə metafetamindən 0,487 qramını, narkotik vasitə olan heroindən isə 0,253 qramını 2022-ci ilin iyun ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə yaşadığı ünvan 2 ünvanında 20 manat pulun qarşılığında tanışı Şahid9 satmış və sonuncu həmin narkotik vasitəni və psixotrop maddəni üzərində saxlayaraq özünə məxsus VAZ 2107 markalı, **- MF-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşımış, 02 iyun 2022-ci il tarixdə Şəmkir rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Şəmkir rayonu Səməd Vurğun küçəsində Şahid9lə birlikdə şübhəli şəxs qismində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən kustar üsulla hazırlanmış 1 ədəd ağ rəngli sellofanın içərisində Şahid9 satdığı narkotik vasitə ilə eyni tərkibli təmiz çəkisi 0,324 qram narkotik vasitə olan heroin və 1 ədəd bükümdə Şahid9 satdığı psixotrop maddə ilə eyni tərkibli təmiz çəkisi 0,122 psixotrop maddə metafetamin aşkar edilərək götürülmüş, həmin tarixdə əməliyyataxtarış tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən, yataq otağında yerləşən çarpayının altından satış məqsədilə saxladığı 1 ədəd sellofan bükümdə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə ilə eyni tərkibli, külli miqdarda təmiz çəkisi 4,897 qram narkotik vasitə heroin və 1 ədəd sellofan bükümdə üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə ilə eyni tərkibli təmiz çəkisi 0,760 qram psixotrop maddə metafetamin, kustar üsulla hazırlanmış, küllü miqdarda, təmiz çəkisi 5,221 qram narkotik vasitə heroin təmiz çəkisi 0,882 qram psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmənin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs qeyd olunan hərəkətləri ilə CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilməklə ona nisbətən daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğu nəzərə alınaraq ona nisbətən daha yüngül cəza təyin oluna bilərdi. Həmçinin ailəli olmasını və himayəsində azyaşlı uşağının olmasını nəzərə alınmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Fuad İskəndərov apellyasiya şikayətini müdafiə etdilər, şikayətlərdə göstərilən məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməklə apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilərək ona aşağı həddə cəza təyin edilməsinə dair qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Qalib Rizvanov məhkumun apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, məhkəmənin məhkuma təyin etdiyi cəza cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur. Hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirkarın cinayət əməli tam sübuta yetirilmiş, ona qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Həmin cəzanın yüngülləşdirilməsi üçün əsaslar görmür. Ona görə də apellyasiya şikayətinin təmin edilmədən, hökmün isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya şikayətinin təmin edilməsi barədə məhkumun və onun müdafiəçisinin, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun əməli mötəbərliyi heç bir şübhə doğurmayan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmiş, ibtidai araşdırma zamanı toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən məhkumun əməlini düzgün qiymətləndirmişdir. Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə ibtidai araşdırma zamanı toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətdə işin faktiki halları və təqsirlilik məsələləri mübahisə edilmir. Şikayətdə məhkuma təyin olunan azadlıqdan məhrum etmə cəzasının müddəti endirilməklə cəzanın yüngülləşdirilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qərarın həmin bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o, halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, içtimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq cəza haqqında məsələni düzgün həll etmiş, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində ədalətli cəza təyin etmişdir. Məhkum apellyasiya şikayətində ailəli və himayəsində bir azyaşlı uşagının olmasının cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı olduğunu iddia etsə də belə halların mövcud olması iş materialları ilə öz təsdiqini tapmır. Müdafiə tərəfinin özü də həmin halların mövcud olmasını təsdiq edən, o cümlədən məhkumun ailə vəziyyəti ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Həmin hallar cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınsa belə, bu hallar cəzanın yüngülləşdirilməsinə əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 9, 41.2, 58.1 və 58.3-cü maddələrini rəhbər tutaraq törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini kifayət qədərə nəzərə alaraq, ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə düzgün nəticəyə gəlmişdir. Təyin edilmiş cəza ədalətli olmaqla işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərinə nail olunmasını təmin edir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən məhkum Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsi üçün heç bir əsas görmür və apellyasiya şikayətində cəzanın yüngülləşdirilməsi ilə bağlı göstərilən dəlilləri əsassız hesab edir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məhkum Təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar mövqeyini düzgün hesab edir. Beləliklə məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-167/2023 saylı hökmü əsaslı olduğundan apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-167/2023 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-273/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-273/2023
15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver