Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-284/2023 15.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), X3 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru, ədliyyə müşaviri X1, məhkum Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.1-ci maddəsi ilə məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 1(062)-35/2023 saylı hökmündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tovuz Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 1(062)-35/2023 saylı (sədrlik edən hakim F.N.Əliyev) hökmü ilə xx.xx.1998-ci ildə Tovuz rayonu Alakol kəndində doğulmuş, Azərbaycan Respublikasının vıətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Tovuz rayonu Alakol kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinməsi və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablaması, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılması, hökmün icrasının Tovuz rayon İcra və Probasiya şöbəsinə tapşırılması hökm edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində xidmətçi (ofisiant) kimi işlədiyi Tovuz rayonu Alakol kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus “Moskva” kafesinin həyətində müştərilərin əyləşməsi üçün nəzərdə tutulmuş çardağın altındakı masada əyləşib digər şəxslə nərd oynayan Zərərçəkmiş şəxs əynindəki şalvarın arxa cibindən pul əskinazlarının yerə düşdüyünü, sonuncunun bundan xəbərsiz olduğunu və diqqətinin nərd oyununa cəmləşdiyini kənardan gördükdə, həmin pul əskinazlarını, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlmiş, bu məqsədlə ətrafda heç kimin onu görmədiyini düşünərək Zərərçəkmiş şəxs arxa tərəfinə yaxınlaşaraq onun cibindən yerə düşmüş 500 (beş yüz) ABŞ dolları məbləğində, 850 (səkkiz yüz əlli) manat dəyərində və1365 (bir min üç yüz altımış beş) manat məbləğində olmaqla, cəmi 2215 (iki min iki yüz on beş) manat məbləğində pul əşkinaslarını düşdüyü yerdən gizli olaraq götürüb əlində olan məcməyinin içərisinə qoyub oradan kənarlaşmaqla, Zərərçəkmiş şəxs məxsus cəmi 2215 (iki min iki yüz on beş) manat məbləğində pul vəsaitini oğurlamış, yəni gizli olaraq talamışdır Məhkəmənin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs qeyd olunan hərəkəti ilə CMnin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 1(062)-35/2023 saylı hökmünün ləğv edilməs və Təqsirləndirilən şəxs daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs təyin olunmuş cəza həddindən artıq yüngül cəzadır. Həmin cəza onun islah olunması üçün yetərli deyildir. Belə ki, Təqsirləndirilən şəxs vurmuş olduğu ziyanı tam ödəməyib. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edilən əməlini qisman etiraf etməsini, əməlindən peşman olmasını və ona, yəni zərərçəkmiş şəxsə dəymiş ziyanın bir hissəsini ödəməsi heç də əsaslı deyildir. Vurulmuş ziyandan ona 550 manat qaytarılmışdır ki, bu da Təqsirləndirilən şəxs iradəsi ilə olmamışdır. Təqsirləndirilən şəxs oğurladığı puldan başqa şəxsə verdiyi üçün həmin pul ona qaytarılmışdır. Yəni Təqsirləndirilən şəxs öz iradəsi ilə ona vurduğu ziyandan pul ödəməmişdir. İşin bu halına işə baxılan zaman düzgün qiymət vedilməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəzanın təyin edilməsi tam qanunsuzdur. O, məhkəmə iclasında Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini xahiş etsə də bunun nəticəsi olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməli düşünərək, dərk edərək, hadisənin nəticəsini əvvəlcədən anlayaraq törədib. Həttə onun iki gün ərzində dəfələrlə pulunun qaytarılması ilə bağlı xəbərdarlığına baxmayaraq törətdiyi əməli könüllü etiraf etməyib. Ona görə də Təqsirləndirilən şəxs barəsində Tovuz Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 1(062)-35/2023 saylı hökmünə əsasən təyin edilmiş cəzanı həddindən artıq yüngül hesab edir. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs oğlu apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və apellyasiya şikayətində göstərilən məzmunda çıxış edərək birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməklə məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ən ağır cəza olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 zərərçəkmiş şəxsin apellyasiya şikayətinə etiraz edərək şikayətin tamamilə əsassız olduğunu göstərdilər və ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkum Təqsirləndirilən şəxs əlavə olaraq göstərdi ki, əməlindən çox peşmandır. O dəfələrlə zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmağa cəhd göstərsə də, zərərçəkmiş şəxs onunla barışmamışdır. Vurmuş olduğu zərəri isə ona qaytarmaqdan imtina etmir. Maddi imkanı olmadığını görə ziyanın qalan məbləğini hazırda bir dəfəyə ödəyə bilmir. Dövlət ittihamçısı Rəşad Alıkişiyev zərərçəkmiş şəxsin apellyasiya şikayətinə münasibət bildirərək göstərdi ki, Tovuz Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki hökmü əməlin tövsifi hissəsində qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs CMnin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla, yəni özünün, zərərçəkmiş şəxsin, şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi düzgün olaraq onun əməlində CM-nin 177.1-ci maddəsinin tərkibi olduğu qənaətinə gələrək onu həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmişdir. Şikayətdən də görünür ki, məhkumun əməlin törədilməsində təqsirliliyi və əməlin tövsifi mübahisələndirilməmişdir. Zərərçəkmiş şəxsin apellyasiya şikayətində mübahisələndirilən, məhkuma təyin edilmiş cəzanın yüngül olması və ona ağır cəza təyin edilməsi məsələsi ilə bağlı isə zərəçəkmiş şəxsin şikayətinin dəlillərinə əsasən qanuna uyğun qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə məhkumun və onun müdafiəçisinin, apellyasiya şikayətinin dəlillərinə əsaən şikayət üzrə qanuna uyğun qərar qəbul edilməsi ilə bağlı dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun əməli, mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq, həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirmişdir. Təqsirləndirilən şəxs əməli CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün, zərərçəkmiş şəxsin və şahid ifadələri və iş üzrə ibtidai araşdırma zamanı toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Zərərçəkmiş şəxsin apellyasiya şikayətindən də görünür ki, şikayətdə məhkum Təqsirləndirilən şəxs əməlinin tövsifi və onun bu əməli törədilməsində tqsirliliyi mübahisələndirilməmiş, yalnız ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəzanın təyin edilməsi xahiş olunmuşdur. Zərərçəkmiş şəxsin apellyasiya şikayətinin Təqsirləndirilən şəxs daha ağır cəza olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu qeyd etməyi lazım bilir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın bir hissəsini ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirərək və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alaraq, barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azdlığın məhdudlaşdırılması cəzasını təyin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o, halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli «Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3cü maddələrinə dair» Plenum qərarında göstərilmişdir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərər çəkmişin maraqları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını məqsədi daşıyır. Göründüyü kimi Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri və Ali Məhkəmənin formalaşdırdığı mövcud təcrübəyə əsasən ədalətli cəza o cəza hesab edilir ki, bu cinayət-hüquqi tədbir cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla yanaşı, həm də cəzanın məqsədi kimi sosial ədaləti bərpa etmiş olsun, zərərçəkmiş şəxsin maraqlarına maksimum dərəcədə cavab vermiş olsun və məhkumu islah etmiş olsun. Birinci instansiya məhkəməsi hökm çıxararkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, içtimai təhlükəlilik dərəcəsini, xüsusən cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, onun şəxsiyyətini, o cümlədən əvvəllər məhkum olunmamasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq cəza haqqında məsələni düzgün həll etmişdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən CM-nin 8, 9, 41 və 58-ci maddələrinin tələblərinə əməl edilmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəza ədalətli olmaqla, onun tərəfindən törədilmiş cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və şəxsiyyətinə uyğundur. Təqsirləndirilən şəxs cəzasının ağırlaşdırılaraq sanksiya daxilində ona daha ağır, o cümlədən azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün heç bir əsas yoxdur. Ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunmasını təmin edir. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs daha ağır cəza, o cümlədən azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı zərərçəkmiş şəxsin apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında şikayətini müdafiə edərkən izahatında göstərdiyi dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü, o cümlədən Təqsirləndirilən şəxs təyin olunan cəza CM-nin 41.2-ci maddəsinin tələblərinə cavab verir. Bu cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla yanaşı, zərərçəkmiş şəxsin qanuni mənafelərini pozmayan cinayət-hüquqi tədbir sayıla bilər. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamasını və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 1(062)-35/2023 saylı hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmasını məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 1(062)-35/2023 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-284/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-284/2023
15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver