Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-29/2023 01.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X7 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Abşeron rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin «19» avqust 2022-ci il tarixli, 1(062)-01/2022 nömrəli hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Tovuz Rayon Məhkəməsinin (hakim Zaur Hünmətov) «19» avqust 2022-ci il tarixli, 1(062)-01/2022 nömrəli hökmü ilə 01 iyul 1956-cı ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, təqaüdçü, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə “8 noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən xitam verilməsi, ona təyin edilmiş 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdən azad edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi, mülki iddianın qismən təmin edilməsi, dəymiş ziyanın əvəzi olaraq Təqsirləndirilən şəxs 11.160 (on bir min yüz altmış) manat pulun alınaraq Zərərçəkmiş şəxs1, 7450 (yeddi min dörd yüz əlli) manat pulun alınaraq Zərərçəkmiş şəxs2 Murğuz qızına verilməsi, mülki iddianın qalan hissədə təmin edilməməsi hökm edilmişdir. İŞİN HALLARİ: Hökmə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 10 radələrində AC 495702 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəadətnaməsinə əsasən özünə məxsus olan MERCEDES BENZ-E240 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilini AE 345158 №-li «BC» katiqoryalı sürücülük vəsiqəsi ilə idarə edərək Tovuz şəhəri H.Əliyev prospekti ilə park istiqamətinə 50 km/saat surətlə hərəkətdə olub, həmin yolun Qala adlanan ərazisində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42ci maddəsinin 1-ci hissəsinin, yəni yerdəyişmə və dönmə zamanı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçılarına maneə yaratmamalı tələblərini, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin, yəni üfüqü nişanlanma xətinin (qoşa bütöv ağ xətti) kəsib keçmək qadağandır tələblərini pozaraq arxası ilə onunla eyni istiqamətdə 60 km/saat surətlə hərəkətdə olan Bakı şəhəri 8-ci mikrorayon Azadlıq prospekti ev 196, mənzil 5-də qeydiyyatda olan, Tovuz şəhəri Eldəniz Quliyev küçəsi ev 15-də yaşayan Zərərçəkmiş şəxs1 AC 020918 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən özünə məxsus olub «AD» 163511 №-li sürücülük vəsiqəsi ilə idarə etdiyi HYUNDAİ GRANDEUR markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında, hərəkət zolağında geriyə dönmək məqsədi ilə sola istiqamətlənib dönmə əməliyyatı aparmaqla HYUNDAİ GRANDEUR markalı avtomobilin hərəkət zolağını dəyişərək hərəkət istiqamətlərinə görə yolun sol hərəkət zolağına çıxmasına və özünündə hərəkətini davam etdirməklə hərəkət istiqamətinə görə yolun sol hərəkət zolağına çıxaraq həmin zolaqda HYUNDAİ GRANDEUR markalı avtomobillə toqquşmuş və nəticədə ehtiyatsızlıqdan HYUNDAİ GRANDEUR markalı avtomobilə 11160 (on bir min yüz altmış) manat maddi ziyan, həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 Murğuz qızına sol bazu sümüyünün diafizinin qəlpəli, vintvari, yerdəyişmiş sınığı ilə müşayət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır bədən xəsarəti yetirmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini, məhkuma CM-in 263.1-ci maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQEYİ: Məhkumun müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işinin materiallarına diqqət yetirdikdə Təqsirləndirilən şəxs verilmiş ittihamın öz təsdiqini tapmadığı, iş materiallarında kifayət qədər ziddiyyətli və şübhəli məqamlar olması müəyyən edilsə də, işə baxan məhkəmə tərəfindən qeyd olunan ziddiyyətlərə və şübhəli məqamlara heç bir əhəmiyyət verilməmiş və nəticədə əsassız və qanunsuz hökm çıxarmışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən yol nəqliyyat hadisəsinin vaxtı qeyri-müəyyən olmuşdur. Cinayət işində olan məhkəmə tibbi ekspertizası təyin etmə haqqında qərarda, xx.xx.2020-ci il tarixli 677 nömrəli rəydə, cinayət işinin başlanması və icraata götürülməsi barədə xx.xx.2020-ci il tarixli qərarda, təqsirləndirilən şəxs qismində cəlb etmə və ittihamın elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarda, sübutların qiymətləndirilməsi barədə xx.xx.2020-ci il tarixli qərarda, vəsatətin rədd edilməsi haqqında xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qərarlarda, xx.xx.2020-ci il tarixli ittiham aktında, Zərərçəkmiş şəxs2 Murğuz qızının xx.xx.2020-ci il tarixli Tovuz RPŞ rəisinə ünvanlanmış ərizəsində baş vermiş yol nəqliyyat hadisəsinin xx.xx.2020-ci il tarixdə saat 10 radələrində Tovuz şəhərində Heydər Əliyev prospektində baş verdiyi göstərilmişdir. Cinayət işinin materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6-Təcrübə və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli 677 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs2 Murğuz qızının müayinə zamanı ekspertlərə baş vermiş yol nəqliyyat hadisəsinin xx.xx.2020-ci il tarixdə saat 10-11 radələrində baş verdiyini dediyi qeyd olunmuşdur. Cinayət işində olan Zərərçəkmiş şəxs2 Murğuz qızının xx.xx.2020-ci il tarixli izahatında, xx.xx.2020-ci il tarixli ifadəsində, Zərərçəkmiş şəxs1 xx.xx.2020-ci il tarixli ərizəsində, ilkin izahatında, xx.xx.2020-ci il tarixli əlavə izahatında və ifadəsində hadisənin baş vermə vaxtı kimi 20 avqust 2020-ci il saat 14 radələri göstərilmişdir. Bundan başaq Təqsirləndirilən şəxs, X3 və Şahid izahat və ifadələrində və yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolda hadisənin xx.xx.2020ci il tarixdə saat 16 radələrində baş verdiyini göstərilmişdir. Beləliklə qeyd olunanlardan göründüyü kimi cinayət işinin materiallarında yol nəqliyyat hadisəsinin baş vermə vaxtı ilə bağlı 3 müxtəlif vaxt göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 Murğuz qızının məhz Təqsirləndirilən şəxs iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində və hər hansı bir hadisə nəticəsində xəsarət alması müəyyən edilməmişdir. Bununla bağlı aşağıda qeyd olunan mötəbər sübutlarla Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı deyil ondan bir neçə saat əvvəl xəsarət alması sübut olunmuşdur. Lakin işə baxan hakim qeyd olunanlara heç bir əhəmiyyət verməmişdir. Cinayət işinin materiallarında olan Tovuz rayon polis şöbəsinin məsul növbətçisi polis kapitanı Orxan Məmmədovun xx.xx.2020-ci il tarixdə Tovuz rayon polis şöbəsinin rəisi Şirzad Əsgərova yazmış olduğu xx.xx.2020-ci il tarixli 1832 nömrəli raportda qeyd olunmuşdur ki, “məruzə edirəm ki, xx.xx.2020-ci il tarixdə saat 13.30-da Qazax RMX-da həkim F.Əliyev Tovuz RPŞ-nin növbətçi hissəsinə zəng edərək 1949-cu il təvəllüdlü Tovuz rayonu, Müdafiəçi2 küçəsi ev 15-də yaşayan Zərərçəkmiş şəxs2 sol bazu sümüyünün sınığı ilə xəstəxanaya daxil olmuşdur. Odur ki, qeyd olunanları nəzərə alaraq müvafiq əməkdaşa göstəriş verməyinizi Sizdən xahiş edirəm. Cinayət işin materiallarında olan Tovuz rayon polis şöbəsinin məsul növbətçisi polis kapitanı Orxan Məmmədovun xx.xx.2020-ci il tarixdə Tovuz rayon polis şöbəsinin rəisi Şirzad Əsgərova yazmış olduğu xx.xx.2020-ci il tarixli 2131 nömrəli raportda qeyd olunmuşdur ki, “məruzə edirəm ki, xx.xx.2020-ci il tarixdə saat 16.30-da Tovuz RMX-da həkim Əsədova Tovuz RPŞ-nin növbətçi hissəsinə zəng edərək 1949-cu il təvəllüdlü Tovuz rayonu, Müdafiəçi2 küçəsi ev 15-də yaşayan Zərərçəkmiş şəxs2 Murğuz qızının sol bazu sümüyünün sınığı ilə xəstəxanaya daxil olması barədə məlumat verdi. Deməsinə görə avtoqəzada olmuşdur. Odur ki, qeyd olunanları nəzərə alaraq müvafiq əməkdaşa göstəriş verməyinizi Sizdən xahiş edirəm. Beləliklə, qeyd olunanlardan göründüyü kimi əslində Zərərçəkmiş şəxs2 xx.xx.2020-ci il tarixdə sol bazu sümüyünün sınığı ilə əvvəlcə saat 13:30-da Qazax RMXya müraciət etmişdir ki, onun xəsarət alması artıq yol nəqliyyat hadisəsindən öncə baş verdiyi iş materiallarında olan sübutlarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, yol nəqliyyat hadisəsi baş verən zaman onun idarə etdiyi “Mercedes-Benz E240” markalı avtomobil saatda 50 km/saat surətlə hərəkət etmişdir. Lakin Tovuz rayon PŞ-nin İB-nin müstəntiqi, polis mayoru Rəşad Məhərrəmovun xx.xx.2020-ci il tarixli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilməsi haqqında qərarında Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz E240” markalı avtomobil 30 km/saat surətlə hərəkət etdiyi göstərilmişdir. Bundan sonra isə məhkəmə yolnəqliyyat hadisələri ekspertləri tərəfindən ekspertiza tədqiqatları aparılarkən Təqsirləndirilən şəxs hərəkət sürəti saatda 30 km/saat surətlə aparılmışdır. Heç kim üçün sirr deyil ki, istintaq orqanı hadisədən dərhal sonra, daha doğrusu faktla bağlı cinayət işini başladıqdan sonra hadisənin həqiqətdə necə baş verməsini, yəni hadisə mexanizmini müəyyən etmək üçün sübutların toplanması ilə bağlı bütün istintaq hərəkətlərini icra edir, hadisə mexanizmini mübahisəsiz şəkildə, yəni mötəbər sübutlar məcmusu ilə təsdiq edilmiş şəkildə müəyyənləşdirdikdən sonra, həmin hadisə mexanizmini özünün yolnəqliyyat hadisələri ekspertizası təyin edilməsi haqqında qərarında ətraflı şərh etməklə, həmin qərarı ilə iş üzrə yol-nəqliyyat hadisələri ekspertizası təyin edir və ekspertizanın rəyinin nəticəsindən asılı olaraq, istintaq orqanı sürücnün hadisənin qarşısını almağa texniki imkanının olub-olmamasını müəyyənləşdirir. Yol-nəqliyyat hadisələri ilə bağı Plenum qərarı da istintaqçının topladığı bu sübutların kifayət və mötəbər olmalarına diqqət yönəldilməli olması tələbini məhkəmələrin diqqətinə bir daha çatdırır. İstintaqçı tərəfindən hadisənin başvermə mexanizmi açıq-aşkar saxtalaşdırılmış, ilk andan başlayaraq istintaq nəyin bahasına olursa-olsun təqsirsiz Təqsirləndirilən şəxsə çevrimə istiiqamətində aparılmış və təəssüflər olsun ki, hələlik istintaqçı öz niyyətinə nail olmuşdur. Müstəntiqin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilməsi haqqında 09 sentyabr 2020ci il tarixli qərarından görünür ki, guya təqsirləndirilən Təqsirləndirilən şəxs hadisədən qabaq Tovuz şəhərinin H.Əliyev prospekti ilə şəhər istiqamətindən park istiqamətinə 30 km/saat sürətlə yolun sağ hərəkət zolağının sağ kənarına yaxın hissədə hərəkətdə olmuş, həmin vaxt Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomaşın isə 60 km/saat sürətlə park istiqamətinə yolun sağ hərəkət zolağının solu ilə hərəkətdə olmuş, avtomobillər arasında 10 metr məsafə qalmış Təqsirləndirilən şəxs geriyə dönmək məqsədilə avtomobili öz hərəkət zolağında sola döndərməyə başlamış, bu zaman Zərərçəkmiş şəxs1 toqquşmamaq üçün avtomobili sola doğru istiqamətləndirmiş və nəticədə onlar əks hərəkət istiqamətində olan yol hissəsində toqquşmuşlar. Hadisədən dərhal sonra, yəni həmin gün hadisənin iştirakçısı olmuş Təqsirləndirilən şəxs izahatı alınır və o izahatında hadisə zamanı avtomaşınının sürətinin 50 km/saat olmasını bildirir. Həmçinin o bildirir ki, ürəyindən açıq əməliyyat keçirmiş və qəflətən ürəyindən şiddətli ağrı tutduğuna görə reflektor olaraq əlini sükandan ayırmadan sol tərəfə qısılmış, nəticədə avtomaşın sola istiqamətlənmiş, ağrıdan avtomaşının əks hərəkət zolağına çıxmasını hiss etməmiş və həmin anda bərk toqquşma səsindən özünə gəlmişdir. Onların avtomaşınları əks hərəkət yolunda toqquşmuşlar. Burada istintaqçı, fikrincə, məqsədyönlü şəkildə Təqsirləndirilən şəxs soruşmur ki, ürəyindəki şiddətli ağrı səbəbindən sola manevr etdiyi ana qədər o öz hərəkəti istiqamətində iki hərəkət zolağından hansı zolaqla hərəkətdə olmuşdur. Hadisə mexanizminin araşdırılması üçün son dərəcə vacib olan bu sualı nədənsə istintaqçı sürücü Təqsirləndirilən şəxs vermir. Daha sonra, həmin gün istintaqçı Təqsirləndirilən şəxs avtomaşınında sərnişin qismində olmuş oğlu X3 izahatını alır. Əli Cəfərov da hadisədən əvvəl atasının avtomaşını hadisədən əvvəl 50 km/saat sürətlə idarə etməsini, qəflətən sola dönərək, əks istiqamətli yola çıxmalarını isə atasının həmin anda kəskin ürək tutması ilə bağlı olmasını göstərir və bununla bağlı atasının dediklərini təsdiq etmiş olur. Lakin yenə də müstəntiq, fikrincə, məqsədyönlü şəkildə Əli Cəfərovdan da soruşmur ki, atasının ürəyindəki şiddətli ağrı səbəbindən sola manevr etdiyi ana qədər onlar öz hərəkətləri istiqamətində iki hərəkət zolağından hansı zolaqla hərəkətdə olmuşlar, qoşa xəttə yaxın zolaqla, yoxsa sağ tərəflərindəki səkiyə yaxın zolaqla? Hadisə mexanizminin araşdırılması üçün son dərəcə vacib olan bu sualı nədənsə istintaqçı Təqsirləndirilən şəxs oğluna verməyi də «yaddan çıxarır». Daha sonra, həmin gün, yəni hadisə baş verən gün istintaqçı Təqsirləndirilən şəxs avtomaşınında sərnişin qismində olmuş Şahid Mansur qızının izahatını alır. Şahid da hadisədən əvvəl həyat yoldaşının avtomaşını 50 km/saat sürətlə idarə etməsini, qəflətən sola dönərək, əks istiqamətli yola çıxmalarını isə ərinin həmin anda kəskin ürək tutması ilə bağlı olmasını göstərir və bununla bağlı Təqsirləndirilən şəxs dediklərini təsdiq etmiş olur. Lakin yenə də müstəntiq, fikrincə, üçüncü dəfə də məqsədyönlü şəkildə Şahid da soruşmur ki, Təqsirləndirilən şəxs ürəyindəki şiddətli ağrı səbəbindən sola manevr etdiyi ana qədər onlar öz hərəkətləri istiqamətində iki hərəkət zolağından hansı zolaqla hərəkətdə olmuşlar, qoşa xəttə yaxın zolaqla, yoxsa hərəkətləri istiqamətində sağ tərəflərindəki səkiyə yaxın zolaqla? Hadisə mexanizminin araşdırılması üçün son dərəcə vacib olan bu sualı nədənsə istintaqçı hadisənin birbaşa şahidi olmuş Şahid da verməyi artıq üçüncü dəfə «yaddan çıxarır». Daha sonra faktla bağlı cinayət işi başlanır və yuxarıda göstərilən şəxslər iş üzrə şahid qismində dindirilirlər. Yenə də iş üzrə ən vacib suallardan biri olan sual bir dəfə də olsun həmin şəxslərə verilmir. Heç kimdən soruşulmur ki, «a bala, Təqsirləndirilən şəxs ürəyindəki şiddətli ağrı səbəbindən reflektor olaraq sola manevr etdiyi ana qədər siz öz hərəkətiniz istiqamətində iki hərəkət zolağından hansı zolaqla hərəkətdə olmusunuz, qoşa xəttə yaxın zolaqla, yoxsa sağ tərəfinizdəki səkiyə yaxın zolaqla? Şahidlərə hansı sual verilsə də, bu sual verilmir! Görəsən nəyə görə? Axı, müstəntiq özünün yol-nəqliyyat hadisələri ekspertizası təyin edilməsi haqqında qərarında qabardılan əsas məqam elə budur. Bir baxın müstəntiq Təqsirləndirilən şəxs sola manevr etməsindən əvvəl «Təqsirləndirilən şəxs hadisədən qabaq park istiqamətinə 30 km/saat sürətlə yolun sağ hərəkət zolağının sağ kənarına yaxın hissədə hərəkətdə olmuş» yazmaqla, bu məsələyə nə qədər gözəl aydınlıq gətirir! Axı, onun gətirdiyi bu aydınlıq, cinayət işində olan sübutlar, o cümlədən şahid ifadələrində olan məlumatlar üzərində qurulmalıdır. İfadələrdə isə bu barədə heç bir məlumat yoxdur. Onda proses iştirakçılarına elə gəlmirmi ki, istintaqçı bu mexanizmi Təqsirləndirilən şəxsə çevirə bilmək üçün savadlı mütəxəssislərlə məsləhətləşdikdən sonra özü uydurub, necə deyərlər, barmağından sovurub ortaya qoyub. Axı, belə məlumatlar cinayət işində yoxdur. Hətta iş üzrə zərər çəkən Zərərçəkmiş şəxs2 Murğuz qızından da soruşulmur ki, sola manevr etməzdən əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil hansı hərəkət zolağı ilə hərəkətdə olmuşdur. Zərərçəkmiş şəxs2 ki, zərər çəkən Zərərçəkmiş şəxs1 doğma anasıdır və ehtimal etmək olardı ki, o, öz oğlunun xeyrinə ifadə verə bilər. Onda istintaqçı nəyə görə Zərərçəkmiş şəxs2 bu sualı verməmişdir? Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs göstərmişdir ki, istintaqçı ona kömək edəcəyinə vəd verərək, sol hərəkət zolağı ilə hərəkət etməsini bildirməməsini xahiş etmişdir. İstintaqçı onu başa salmışdır ki, əgər o qoşa xəttin yaxınlığı ilə hərəkətdə olmasını bildirsə, lüzum olmadan ötmə zolağını tutduğuna, arxadan ötmə aparmaq istəyən maşınlara maneə yaratdığına, onları əks hərəkət yoluna çıxmağa məcbur etdiyinə görə, onu bu hadisədə təqsirli bilə bilərlər. Müstəntiqin sözləri müəyyən qədər ağlına batsa da, o sona qədər istintaqçıya inanmamış və belə ifadə verməyəcəyini bildirdikdə, müstəntiq ona, nahaq yerə müstəntiqə inanmadığını, sonra peşiman olacağını bildirmiş və məsləhət görmüşdür ki, heç olmazsa göstərsin ki, hadisədən əvvəl hansı hərəkət zolağı ilə hərəkətdə olduğunu xatırlamır. O, müstəntiqin bu fikri ilə razılaşaraq, müstəntiqin yazdığı belə bir ifadəni imzalamışdır. Əslində o kəllə-beyin travması almamış, skleroz xəstəliyindən əziyyət çəkmir və hər şeyi də çox gözəl xatırlayır. Ürək tutmasına qədər o öz hərəkəti istiqamətində yolun sol tərəfi, yəni əks hərəkət istiqamətlərini ayıran qoşa xəttin kənarı ilə park istiqamətində 50 km/saat sürətlə hərəkətdə olmuşdur. Qoşa bütöv xətti qəflətən kəsib əks hərəkət istiqamətinə çıxması isə gözlənilməz, kəskin ürək tutması ilə əlaqədar olmuşdur. Məhkəmə istintaqı zamanı yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilərək dindirilən şahidlər Əli Cəfərov və Şahid da hadisədən əvvəl onların sərnişini olduğu, Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşının qoşa xəttin yaxınlığı ilə 50 km/saat sürətlə hərəkətdə olmasını göstərdilər. İndi ittiham tərəfi aydınlıq gətirsin ki, hanı işdəki o mötəbər sübutlar məcmusu ki, onlarla hadisədən əvvəl Təqsirləndirilən şəxs sola manevr etməzdən əvvəl park istiqamətində yolun sağ qırağı, səkinin yaxınlığı ilə, özü də 50 km/saat yox, 30 km/saat sürətlə hərəkətdə olmasını sübuta yetirmiş olsun? Belə bir sübut varmı? İşdə birmənalı şəkildə maraqlı və Təqsirləndirilən şəxs qarşı son dərəcə qərəzli olan, bu işin nəticəsindən böyük maddi gözləntiləri olan Zərərçəkmiş şəxs1 ifadəsindən başqa işdə bu istiqamətdə heç bir sübut yoxdur. Məhkəmə bu yol - nəqliyyat hadisəsinin məhz Azərbaycan Respublikasında, məhz Azərbaycan Respublikasının Tovuz rayonunda, məhz bu avtomaşınların toqquşması ilə baş verməsini, hörmətli zərər çəkən Maya xanım Əhmədovanın məhz bu hadisə nəticəsində xəsarət almasını, hadisədən əvvəl Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 avtomaşınından irəlidə hərəkət etməsini sübutlar məcmusu kimi qələmə verməsinlər. Bütün bu göstərilənlər sadəcə olaraq yol-nəqliyyat hadisəsinin baş verməsini və bu hadisə nəticəsində bir nəfərin xəsarət almasını göstərir. Bizi maraqlandıran isə bu hadisədə kimin təqsirli olmasını müəyyən etməkdir və təqsirlə bağlı mötəbər sübutlar məcmusundan danışmalıyıq. Əgər sübut varsa ki, Təqsirləndirilən şəxs həqiqətən də, xəstəliyi səbəbindən yox, hər hansı bir diqqətsizliyi səbəbindən hərəkəti istiqamətində sağ kənar vəziyyətdən sola manevr etmişdir və solunda olan eyni istiqamətli hərəkət zolağında Zərərçəkmiş şəxs1 avtomaşınının yolunu kəsmişdir, onda təbii ki, Təqsirləndirilən şəxs təqsirliliyindən danışmaq olar. Amma işdə olan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl öz hərəkəti istiqamətində yolun sol kənarı ilə, qoşa xəttin yanı ilə hərəkətdə olmuş, gözlənilməz və şiddətli ürək tutması nəticəsində qeyri-iradi, reflektor hərəkətlə sükanı sola burmuş, nəticədə əks hərəkət yolunda arxadan əks hərəkət yolu ilə ötmə əmliyyatını həyata keçirən Zərərçəkmiş şəxs1 avtomaşını ilə orada toqquşmuşdur. Bu isə o deməkdir ki, Zərərçəkmiş şəxs1 özü Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun müvafiq tələblərini pozaraq, qarşısında eyni hərəkət zolağıda 50 km/saat sürətlə hərkətdə olan Təqsirləndirilən şəxs avtomaşınını ötmək məqsədi ilə sola manevr edərək, qoşa xətti kəsib əks hərəkət istiqamətinə çıxmış və bu zaman oradan toqquşma baş vermişdir. İstintaqçı yol-nəqliyyat hadisələri ekspertizası təyin edilməsi haqqındakı 09 sentyabr 2020-ci il tarixli qərarında göstərir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs avtomaşınının sürəti hadisədən əvvəl 30 km/saat olmuşdur. Bu rəqəm heç bir sübutla təsdiq olunmasa belə, hələlik qoy olsun!!! Bəs onu necə izah edək ki, bu parametr əsasında keçirilmiş ekspertiza rəyi ilə Təqsirləndirilən şəxs hadisədə təqsirli etdikdən sonra, müstəntiq cinayət işində təqsirləndirilən şəxsin və şahidlərin çoxunun Təqsirləndirilən şəxs sürətinin hadisədən əvvəl 50 km/saat olması barədə göstərdikləri ilə razılaşır və ittihamda göstərir ki, hadisədən əvvəl Təqsirləndirilən şəxs avtomaşınının sürəti 50 km/saat olmuşdur. Axı sürətin birdən birə 20 km/saat dəyişməsi artıq yeni hadisə mexanizmidir. Necə mümkündür ki, ekspertiza «30 km/saat»-la keçirilsin, sonra ittiham tərəfi avtomaşının sürətinin 50 km/saat olması faktı ilə razılaşaraq, yeni ekspertiza keçirmədən şəxsə «50 km/saat» sürətlə bağlı ittiham elan etsin. Bu vəziyyətdə iş üzrə yeni ekspertiza keçirilmədən ümumiyyətlə hökm çıxarılması mümkündürmü? Hesab edirəm ki, mümkün deyil! Lakin məhkəmə belə bir qanunsuz hökm çıxarmışdır. Bundan başqa məhkəmə mülki iddianı təmin edərkən də qanunsuzluğa yol vermişdir. Belə ki, iş materiallarında zərərçəkmişlərə dəymiş zərərlə bağlı yalnız arayışlar mövcud olmuş, ödənişlərin həyata keçirilməsi ilə bağlı heç bir ciddi uçot blankı və maliyyə sənədi mövcud olmamışdır. Hazırkı iş üzrə zərərçəkmiş şəxs ona vurulmuş xəsarətləri göstərsə də ona bədəninə vurulmuş zərərə görə müalicə xərclərini təsdiq edən kassa mədaxil orderini məhkəməyə təqdim etməmişdir. Halbuki əgər o həqiqətən də özəl klinikalarda müayinə və müalicə olunmuşdursa həmin qurumlara verdiyi pul vəsaitlərinin kassa mədaxil orderini məhkəməyə təqdim etməli idi. Nə qədər ki, kassa mədaxil orderi məhkəməyə təqdim edilməmişdir zərərçəkmiş şəxsə vurulan zərərin miqdarı sübut edilmiş hesab edilə bilməz. Tovuz Rayon Məhkəməsi Təqsirləndirilən şəxs barəsində hökm çıxararkən məhkəmə istintaqında tədqiq edilməmiş, biri-digərini tamamlamayan və işin faktiki hallarına uyğun gəlməyən, həqiqiliyinə görə sübut kimi qəbul edilməməli olan sübutlara istinad etmişdir ki, həmin sübutlar təqsirləndirilən şəxsə ittiham verilməsi baxımından kifayət olmamış və təqsirləndirilən şəxsin istinad olunan cinayət əməlini törətməsi sübut olunmamışdır. Halbuki hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olubolmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Hökmdə sübuta onun məzmunu açıqlanmadan məhkəmənin bu və ya digər məsələ üzrə qənaətini təsdiq edən mənbə kimi istinad olunmamalı, sübutun təsvir və təhlil edilməsindən məhkəmənin müvafiq nəticəyə məhz həmin sübutdan əldə etdiyi məlumat (məlumatlar) əsasında gəldiyi aydın görünməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və onun müdafiəçiləri apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun çıxış etdilər, şikayətin təmin edilməsini, məhkumun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər, apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Qeyd etdi ki, əməlin hüquqi tövsifi qanunidir və məhkumun əməli cinayət işində olan kifayət qədər mötəbər sübutlarla təsdiq olunur. Həmçinin göstərdi ki, CM-in 75-ci maddəsinin tələblərinə uyğun qərar qəbul edilməsini xahiş edir. APELLYASİYA MƏHKƏMƏSİNDƏ ARAŞDİRMA: Məhkəmə kollegiyası tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılması üçün məhkəmə baxışı qismən məhkəmə istintaqı aparılmaqla keçirilmiş, bu məqsədlə məhkum və Zərərçəkmiş şəxs1, həmçinin cinayət işinin istintaqını aparmış müstəntiq dindirilmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, müvafiq sorğular verilmiş və işdə olan digər sübutlar tədqiq edilmişdir. Məhkəmə kollegiyasının iclasında dindirilmiş məhkum Təqsirləndirilən şəxs ona CMnin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisədən əvvəl öz hərəkəti istiqamətində yolun sol kənarı ilə, qoşa xəttin yanı ilə hərəkətdə olmuş, ürəyində olan şiddətli ağrı səbəbindən avtomobilin sükanını sola burmuş, bununla da avtomobil əks hərəkət zolağına çıxmışdır. Zərərçəkmiş şəxs1 onun avtomobilini ötmək məqsədi ilə sola manevr edərək, qoşa xətti kəsib əks hərəkət istiqamətinə çıxmış və bu zaman orada toqquşma baş vermişdir. O, ailəsini avtomobildən yerə düşürmüş, heç bir xəsarət almadıqlarını görmüşdür. Digər avtomobildə olan sərnişin qadın Zərərçəkmiş şəxs2 isə qolundan xəsarət aldığını bilmişdir. Həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 xəsarət almış anası Zərərçəkmiş şəxs2 “VAZ-2107” markalı avtomaşınla xəstəxanaya yola salıb, özü hadisə yerində qalmış, polislərin gəldiyini eşitdikdən sonra oraya gəlmiş markasını xatırlamadığı bir avtomobillə “gedim anama baş çəkim” deyib hadisə yerindən yayınmışdır. Hadisə nəticəsində nə o, nə də avtomobildə olan sərnişinlər xəsarət almamışlar. O, idarə etdiyi avtomobil ilə Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilin qarşısında dönmə əməliyyatı aparan zaman avtomobillər arasında neçə metr məsafə olduğunu bilmir. Həmçinin bildirdi ki, avtomobilinin əks hərəkət zolağına çıxdığını hiss etməmiş, avtomobilə bərk nəyinsə dəydiyi vaxt özünə gəlmişdir. Hadisədən sonra onun avtomobilinin qabaq tərəfi parka tərəf dayanmışdır. Məhkəmə kollegiyasının iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, hadisə təxminən saat 13:00 radələrində baş vermişdir. Hadisənin baş vermə saatını ona görə dəqiq bilir ki, o, nahar fasiləsində anasını həkimə aparmaq məqsədi ilə işdən çıxmışdır. Onun idarə etdiyi avtomobillə qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan avtomobil arasında təxminən 10 metr məsafə qalmışdır ki, həmin avtomobil qəflətən dönmə işıqlarını yandırmadan sona dönərək idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. İmkan tapıb əyləci basa bilməmiş, avtomobilin qabaq tərəfi toqquşmuşdur. Toqquşma nəticəsində avtomobilində arxa tərəfdə əyləşmiş olan 1949-cu il təvəllüdlü anası Zərərçəkmiş şəxs2 qolundan xəsarət aldığı üçün o, dərhal avtomobildən düşüb anasını Tovuz RMX-na aparmış və orada həkimlər onu müayinə etmişlər. O, həkimlərin məsləhəti ilə sonra anasını Qazax diaqnostika mərkəzinə, oradan X1, oradan da Bakı şəhərinə Premium xəstəxanasına aparmışdır. Anası həmin xəstəxanada qolundan əməliyyat olunmuşdur. Həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs avtomobili təxminən 30 km/saat surətlə hərəkət etmişdir. Anasının qolunda olan xəsarət Təqsirləndirilən şəxs avtomobili ilə toqquşma nəticəsində yaranmışdır. Məhkəmə kollegiyasının iclasında dindirilmiş hazırki cinayət işinin ibtidai istintaqını aparmış müstəntiq X2 ifadəsində göstərdi ki, hadisənin tam olaraq nə vaxt baş verməsi yadında deyil. İş üzrə keçirilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasına əsasən, Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz E 240 markalı avtomobil ilə 30 km/saat surətlə yolun sağ hərəkət zolağının sağ kənarına yaxın hissədə hərəkətdə olmuş, həmin vaxt Zərərçəkmiş şəxs1 idarə etdiyi “Hyundai Grandeur” markalı avtomobillə 60 km/saat surətlə park istiqamətinə yolun sağ hərəkət zolağının solu ilə hərəkətdə olub. Avtomobillər arasında 10 metr məsafə qalmış Mercedes Benz E 240 markalı avtomobilin sürücüsü geriyə dönmək məqsədi ilə avtomobilini öz hərəkət zolağında sola dönməyə başlamış, bu zaman “Hyundai Grandeur” markalı avtomobilin sürücüsü toqquşmamaq üçün avtomobilini sola doğru istiqamətləndirmiş və bu zaman avtomobillərin qabaq sağ hissələri toqquşmuşdur. Tərəflərin sürət həddi onların izahatı əsasında yazılmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin surət həddinin 50 km/saat göstərilməsi ola bilər ki, mexaniki səhv olub. Bütün sənədlərdə hadisənin baş vermə saatı 10 radələri göstərilsə belə, ona elə gəlir ki, nahar vaxtı idi. Sənədlərdə hadisənin baş vermə saatı, eləcə də, sürət həddi ilə bağlı qeyri-müəyyən hallar texniki nöqsanlar olub. Həmçinin, material üzrə məhkəmə tibb ekspertizası təyin edilmiş, hadisə zamanı hər iki sürücü sərxoşluq vəziyyətini təyin edən müayinədən keçirilmiş və hər iki sürücünün ayıq olduğu müəyyən olunub. Həmçinin göstərdi ki, məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının təyin edilməsi haqqında qərarda Təqsirləndirilən şəxs 30 km/saat surətlə yolun sağ hərəkət zolağının sağ kənarına yaxın hissədə hərəkətdə olmasının götərilməsi düzdür. Tərəflərin sürət həddi onların izahatı əsasında yazılıb. Hadisənin hansı saatda baş verməsini tam xatırlamır, lakin ona elə gəlir ki, nahar vaxtı idi. İş materiallarına əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı əsasında verilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 may 2023-cü il tarixli, 9/2229 saylı rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan fiziki şəxs X5 tərəfindən tərtib edilmiş 04 sentyabr 2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Hyundai Grandeur” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9164.0 manat müəyyən edilir. İş materiallarına əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sorğusu əsasında alınmış Premium Clinic MMC-in 05 aprel 2023-cü il tarixli məktubuna əlavə edilmiş 28 avqust 2020-ci il tarixli, 142347 saylı kassa mədaxil orderinin təsdiq edilmiş surətindən görünür ki, Zərərçəkmiş şəxs2 Murğuz qızı tərəfindən 21 avqust 2020-ci il tarixdən 28 avqust 2020-ci il tarixədək cərrahi əməliyyat, müayinə və müalicə ilə əlaqədar olaraq Premium Clinic MMC-yə 7450 manat məbləğində pul vəsaiti ödənilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti: Məhkumun müdafiəçisi apellyasiya şikayətində Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını iddia etmişdir. CPM-in 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: -cinayət hadisəsi olmadıqda; (CPM-in 42.1.1) -əməldə cinayət tərkibi olmadıqda; (CPM-in 42.1.2) -cinayətin törədilməsinə aidiyyəti olmadıqda; (CPM-in 42.1.3) -təqsirliliyi sübuta yetirilmədikdə; (CPM-in 42.1.4) Lakin yuxarıda göstərilən halların heç biri Təqsirləndirilən şəxs hərəkətlərində müşahidə edilməmişdir. Əksinə onun qeyd olunan cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları və digər iş materialları ilə sübuta yetirilir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi apellyasiya şikayətində 5 əsas dəlil irəli sürərək Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişlər. Həmin dəlillər aşağıdakılardır.
1. Hadisənin törədilmə vaxtının qeyri-müəyyən olması;
2. Zərərçəkmiş şəxs2 hadisədən əvvəl artıq xəsarət almış olması;
3. Cinayət işinə əlavə edilmiş Tovuz RPŞ-in NH-in raportları;
4. Təqsirləndirilən şəxs avtomobilinin hadisədən əvvəlki surətinin ekspertiza təyini barədə qərarda 30 km/saat, ittiham aktında isə 50 km/saat göstərilməsi;
5. Təqsirləndirilən şəxs hadisə vaxtı geriyə dönmə əməliyyatı etməsi deyil, ürək xəstəliyi ilə əlaqədar olaraq ağrı səbəbindən avtomobili sola istiqamətləndirməsi. Qeyd olunanlardan əlavə müdafiə tərəfi həmçinin Zərərçəkmiş şəxs1 avtomobilinə vurulmuş ziyanın məbləğini və Zərərçəkmiş şəxs2 müalicə və müayinə xərclərinin məbləğini mübahisələndirmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin hər bir dəlili məhkəmə kollegiyası tərəfindən araşdırılmış, bu məqsədlə məhkəmə baxışı qismən məhkəmə istintaqı ilə aparılmış, yeni sübutlar toplanılmış, cinayət işində olan sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmış, mövcud sübutlar təhlil olunaraq, bir-biri ilə müqayisə edilmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, hazırki cinayət işi üzrə toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın həlli üçün kifayət edir. Toplanmış kifayət qədər mötəbər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlini törətməsi təsdiq olunur. Hadisənin törədilmə vaxtı ilə bağlı məhkəmə kollegiyasının mövqeyi: Apellyasiya şikayətinin İ dəlili ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən də cinayət işinin materiallarından görünür ki, cinayət hadisəsinin törədilməsi vaxtı ilə əlaqədar cinayət işinin materiallarında ziddiyyətlər vardır. Lakin bu heç də həmin hadisənin baş verməməsi demək deyildir. İş materiallarından görünür ki, qeyd olunan ziddiyyətlərin səbəbi həm hadisə iştirakçılarının hadisənin baş vermə vaxtı ilə əlaqədar biri digərindən fərqli saatlar göstərmələri, həm də müstəntiq tərəfindən səhlənkarlıq edilərək istintaq və digər prosessual hərəkətlər aparılarkən texniki nöqsanlara yol verilməsi olmuşdur. Belə ki, cinayət işinin materiallarında olan bir sıra sənədlərdə hadisənin saat 10 radələrində, bəzi sənəd və ifadələrdə saat 10-11 radələrində, Zərərçəkmiş şəxs2 19 oktyabr 2022-ci il tarixli izahatında, 20 oktyabr 2020-ci il tarixli ifadəsində, Zərərçəkmiş şəxs1 30 noyabr 2020-ci il tarixli ərizəsində, ilkin izahatında, 02 sentyabr 2020-ci il tarixli əlavə izahatında və ifadəsində saat 14 radələrində, Təqsirləndirilən şəxs, X3 və Şahid izahat və ifadələrində və yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolda hadisənin 20 avqust 2020-ci il tarixdə saat 16 radələrində baş verdiyi göstərilmişdir. Qeyd olunan qeyri-müəyyənliklə əlaqədar Zərərçəkmiş şəxs1 və cinayət işinin istintaqını aparmış müstəntiq məhkəmə kollegiyasının iclasında dindirilmiş, Zərərçəkmiş şəxs1 hadisənin təxminən saat 13:00 radələrində baş verməsini göstərmiş, müstəntiq isə hadisənin hansı saatda baş verməsini tam xatırlamadığını, lakin hadisənin nahar vaxtına təsadüf etdiyini bildirmişdir. Qeyd olunanlarla əlaqədar Zərərçəkmiş şəxs1 tərəfindən məhkəmə kollegiyasına hadisə yerindən telefonla çəkilmiş fotoşəkillər təqdim olunmuş və həmin fotoşəkillərdən görünür ki, onların çəkilmə vaxtı 20 avqust 2020-ci il tarixə saat 14:35 radələrinə təsadüf edir. Həmin fotoşəkillərin çəkilmə vaxtı və müstəntiqin məhkəmə kollegiyasının iclasındakı ifadəsi onu göstərir ki, təqsirləndirilən şəxs və onun yaxın qohumlarının ifadəsində göstərdiyi və yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolda qeyd olunmuş hadisənin saat 16 radələrində baş verməsinə dair dəlillər iş materiallarında olan mötəbər sübutlarla təkzib olunur. Eyni zamanda müdafiə tərəfinin məhkəmə kollegiyasına təqdim etdiyi TƏBİB-in Tovuz RMX PHŞ-in 29 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs2 20 avqust 2020-ci il tarixdə saat 14:10-da avtoqəza nəticəsində sol dirsəyin yerdəyişmiş sınığı diaqnozu ilə xəstəxanaya daxil olmuşdur (İİ cild i.v. 122). Bundan əlavə cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin və onun avtomobilində əyləşmiş şəxslərin ifadələrindən görünür ki, hadisə baş verdikdən sonra Zərərçəkmiş şəxs1 başqa bir avtomobil çağırmış, həmin avtomobillə anası Zərərçəkmiş şəxs2 xəstəxanaya yola salmış, sonra özü də onun arxasınca getmişdir. Həm yuxarıda şərh olunan hallara əsasən, həm zərərçəkmiş şəxsin məhkəmə kollegiyasının iclasında ifadəsinə, həm müstəntiqin ifadəsinə, həm də işin faktiki hallarına əsasən məhkəmə kollegiyası hazırki yol-nəqliyyat hadisəsinin saat 13 radələrində baş verməsi nəticəsinə gəlir. Raportlar və Zərərçəkmiş şəxs2 hadisədən əvvəl artıq xəsarət almış olması ilə bağlı iddialara məhkəmə kollegiyasının münasibəti: Məhkəmə kollegiyası apellyasiya şikayətinin İİ və İİİ dəlillərinə birgə qiymət verilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, hadisə baş vermiş günə aid olan 2 raport mövcud olmuşdur. Tovuz rayon polis şöbəsinin məsul növbətçisi polis kapitanı Orxan Məmmədovun xx.xx.2020-ci il tarixdə Tovuz rayon polis şöbəsinin rəisi Şirzad Əsgərova yazmış olduğu xx.xx.2020-ci il tarixli 1832 nömrəli raportda qeyd olunmuşdur ki, “məruzə edirəm ki, xx.xx.2020-ci il tarixdə saat 13.30-da Qazax RMX-da həkim F.Əliyev Tovuz RPŞ-nin növbətçi hissəsinə zəng edərək 1949-cu il təvəllüdlü Tovuz rayonu, Müdafiəçi2 küçəsi ev 15-də yaşayan Zərərçəkmiş şəxs2 sol bazu sümüyünün sınığı ilə xəstəxanaya daxil olmuşdur. Odur ki, qeyd olunanları nəzərə alaraq müvafiq əməkdaşa göstəriş verməyinizi Sizdən xahiş edirəm. Daha sonra həmin vəzifəli şəxsin xx.xx.2020-ci il tarixdə Tovuz rayon polis şöbəsinin rəisi Şirzad Əsgərova yazmış olduğu xx.xx.2020-ci il tarixli 2131 nömrəli raportda qeyd olunmuşdur ki, “məruzə edirəm ki, xx.xx.2020-ci il tarixdə saat 16.30-da Tovuz RMX-da həkim Əsədova Tovuz RPŞ-nin növbətçi hissəsinə zəng edərək 1949-cu il təvəllüdlü Tovuz rayonu, Müdafiəçi2 küçəsi ev 15-də yaşayan Zərərçəkmiş şəxs2 Murğuz qızının sol bazu sümüyünün sınığı ilə xəstəxanaya daxil olması barədə məlumat verdi. Deməsinə görə avtoqəzada olmuşdur. Odur ki, qeyd olunanları nəzərə alaraq müvafiq əməkdaşa göstəriş verməyinizi Sizdən xahiş edirəm. Tərtib edilmiş birinci raportda Qazax RMX-dan 13:30-da həkimin zəng edərək Zərərçəkmiş şəxs2 xəsarətlərlə xəstəxanaya daxil olması qeyd edilmişdir. Zərərçəkmiş şəxs2 həm öz izahatından, həm də digər Zərərçəkmiş şəxs1 izahatından görünür ki, Zərərçəkmiş şəxs2 əvvəlcə Tovuz RMX-a aparılmış, daha sonra Qazax rayonunda yerləşən xəstəxanaya aparılmışdır. Eyni zamanda zərərçəkmiş şəxsin Qazax RMX və ya X4 Mərkəzinə hansı saatda daxil olması barədə məhkəmə kollegiyasının mötəbər sübutlar əldə etmək cəhdləri də nəticəsiz qalmışdır. Belə ki, Zərərçəkmiş şəxs2 həmin xəstəxanalardan hər hansı birinə hansı saatda daxil olması ilə bağlı müvafiq sorğular verilmiş və cavablar alınmışdır. İş materiallarında olan TƏBİB-in Qazax MDM PHŞ-in 07 fevral 2023-cü il tarixli, 30 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs2 Murğuz qızının adına ümumiyyətlə həmin xəstəxanada heç bir tibbi sənəd aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş TƏBİB-in Qazax RMX PHŞ-in 14 fevral 2023-cü il tarixli 56 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs2 Murğuz qızının həmin xəstəxanaya daxil olması barədə heç bir məlumat aşkar edilməmişdir. Tərtib olunmuş digər raportda isə xx.xx.2020-ci il tarixdə saat 16.30-da Tovuz RMXda həkim Əsədovanın Tovuz RPŞ-in növbətçi hissəsinə zəng edərək müvafiq məlumatlar təqdim etdiyi göstərilmişdir. Lakin həmin raportda Zərərçəkmiş şəxs2 Tovuz RMX-ya hansı saatda daxil olması barədə hər hansı bir məlumatın təqdim olunması göstərilməmişdir. Bununla bağlı iş materiallarında olan sübut isə müdafiə tərəfinin təqdim etdiyi Tovuz RMX-in məktubudur. TƏBİB-in Tovuz RMX PHŞ-in 29 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs2 20 avqust 2020-ci il tarixdə saat 14:10-da avtoqəza nəticəsində sol dirsəyin yerdəyişmiş sınığı diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Mötəbərliyi heç bir şübhə doğurmayan TƏBİB-in Tovuz RMX PHŞ-in məktubu ilə Zərərçəkmiş şəxs2 20 avqust 2020-ci il tarixdə saat 14:10-da həmin xəstəxaya daxil olması təsdiq edilir. Eyni zamanda həmin məktubda onun avtoqəza nəticəsində xəsarət alması birbaşa qeyd edilmişdir. Eyni zamanda məhkəmə kollegiyası müdafiə tərəfinin Zərərçəkmiş şəxs2 həmin hadisədən əvvəl və ya sonra xəsarət alması ilə əlaqədar dəlillərinə qiymət verərkən onu da nəzərə almağı zəruri hesab edir ki, iş materiallarında olan Səhiyyə Nazirliyi MTE və PAB-in Elmi-Təcrübi və Tədris Birliyinin 19 sentyabr 2020-ci il tarixli 677 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 Murğuz qızının bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni onun sərnişini olduğu avtomobilin hərəkətdə olan digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdi. Cinayət işi üzrə istər ibtidai istintaq zamanı istərsə də məhkəmələrdə dindirilmiş Təqsirləndirilən şəxs öz ifadələrində göstərmişdir ki, ... digər avtomobildə olan sərnişin qadın Zərərçəkmiş şəxs2 isə qolundan xəsarət aldığını bilmişdir. Həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 xəsarət almış anası Zərərçəkmiş şəxs2 “VAZ-2107” markalı avtomaşınla xəstəxanaya yola salmışdır (İ cild i.v. 17, 75-76, 141-143). Cinayət işi üzrə dindirilmiş Zərərçəkmiş şəxs1 öz ifadələrində göstərmişdir ki, toqquşma nəticəsində avtomobilində arxa tərəfdə əyləşmiş olan 1949-cu il təvəllüdlü anası Zərərçəkmiş şəxs2 qolundan xəsarət aldığı üçün o, dərhal avtomobildən düşüb anasını Tovuz RMX-na aparmış və orada həkimlər onu müayinə etmişlər. O, həkimlərin məsləhəti ilə sonra anasını Qazax diaqnostika mərkəzinə, oradan X1, oradan da Bakı şəhərinə Premium xəstəxanasına aparmışdır. Cinayət işi üzrə dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı öz ifadəsində göstərmişdir ki, toqquşmadan sonra oğlunun avtomobili bir qədər gedib dayanmışdır. O, sol qolundan xəsarət almışdır, oğlu onu başqa bir avtomaşınla əvvəlcə Tovuz rayon mərkəzi xəstəxanasına, sonra Qazax diaqinostika mərkəzinə, sonra Gəncə beynəlxalq və mərkəzi xəstəxanalarına, daha sonra Bakı şəhərinə Premium klinikasına aparmışdır (İ cild i.v. 71-72). Şərh olunan ifadələrdən göründüyü kimi Zərərçəkmiş şəxs2 hadisə nəticəsində qolundan xəsarət almasını hadisənin ilkin iştirakçısı olmuş hər üç şəxs, yəni Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 öz ifadələri ilə təsdiq etmişlər. Həmçinin ekspertiza rəyi ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 xəsarətləri onun sərnişini olduğu avtomobilin hərəkətdə olan digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 bədən səthində rəydə göstərilən xəsarətdən başqa bir xəsarət yoxdur ki, müdafiə tərəfi belə bir fərziyyə irəli sürsün ki, sonuncu eyni gündə müxtəlif saatlarda iki dəfə yol-nəqliyyat hadisəsi və ya başqa qəza nəticəsində xəsarət alsın. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, müdafiə tərəfinin Zərərçəkmiş şəxs2 yol-nəqliyyat hadisəsindən əvvəl və ya sonra xəsarət alması ilə bağlı dəlilləri əsassızdır və məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş mötəbər sübutların məcmuyu ilə Zərərçəkmiş şəxs2 məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmiş yolnəqliyyat hadisəsi nəticəsində xəsarət alması sübuta yetirilir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin hərəkət surəti və müdafiə tərəfinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti: Apellyasiya şikayətinin İV dəlili ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil Təqsirləndirilən şəxs avtomobilinin hərəkət surəti və onun yolun hərəkət hissəsinin hansı zolağında olması ilə əlaqədardır. İlk öncə qeyd edilməlidir ki, hadisədən dərhal sonra Təqsirləndirilən şəxs vermiş olduğu izahatında avtomobili 50 km/saat surətlə idarə etdiyini, Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxs avtomobilinin təxminən 30 km/saat surətlə hərəkət etdiyini göstərmişdir. Bundan başqa hadisə yerinə baxış keçirilmiş, bununla bağlı protokol tərtib edilmiş və protokola hal şahidləri, eləcə də Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 imza etmişlər. Protokola əlavə edilmiş hadisə yerinin sxemindən görünür ki, hadisədən qabaq Təqsirləndirilən şəxs avtomobilinin yolun sağ hərəkət istiqamətinin sağ zolağı ilə hərəkətdə olması təsvir edilmişdir. Qeyd olunan parametrlər əsasında ekspert qarşısında suallar qoyulmuş, ekspertiza Təqsirləndirilən şəxs avtomobilinin surətinin 30 km/saat olması halı üzrə keçirilmiş və həmin ekspertiza rəyinə əsasən Mercedes Benz E 240 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrnin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hunday Grandeur markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Daha sonra cinayət işinə birinci instansiya məhkəməsində baxılarkən müdafiə tərəfinin təqdim etdiyi vəsatət əsasında, məhz onların göstərdikləri parametrlərlə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş, həmin qərar əsasında verilmiş 29 noyabr 2021-ci il tarixli ekspertiza rəyində göstərilmişdir ki, müdafiə tərəfinin təqdim etdiyi hadisə mexanizmi üzrə Mercedes Benz E240 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və Hyundai Grandeur markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir. Bundan başqa iş materiallarında olan ekspertiza rəyi ilə də müəyyən edilir ki, müdafiə tərəfinin göstərdiyi xüsusatlar real hadisə mexanizminə uyğun deyildir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin surətinin ekspertiza təyin edilməsi haqqında qərarda 30 km/saat surət, ittiham aktında və digər sənədlərdə isə onun avtomobilinin surətinin 50 km/saat surətlə idarə edilməsinin qeyd edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, bununla bağlı məhkəmə kollegiyasının iclasında müstəntiq şahid qismində dindirilmiş və o, texniki nöqsanlarla əlaqədar belə səhvlərə və yanlışlığa yol verdiyini göstərmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Mercedes Benz E240 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yolnəqliyyat hadisəsi baş verən zaman avtomobili 30 km/saat surətlə idarə etmişdir. Təqsirləndirilən şəxs avtomobili sola istiqamətləndirməsinin onun ürək xəstəliyi ilə əlaqədar olması ilə bağlı müdafiə tərəfinin dəlillərinə məhkəmə kollegiyasının münasibəti: Apellyasiya şikayətinin V dəlili ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil Təqsirləndirilən şəxs hadisə vaxtı geriyə dönmə əməliyyatı etməsi deyil, ürək xəstəliyi ilə əlaqədar olaraq ağrı səbəbindən avtomobili sola istiqamətləndirməsidir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi həmin dəlili də işə birinci instansiya məhkəməsində baxılarkən irəli sürmüş, bununla əlaqədar araşdırma aparılmış və Təqsirləndirilən şəxs barəsində əlavə kompleks sağlamlıq vəziyyətinin təyin edilməsinə dair məhkəmə tibbi ekspertizası təyin edilmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi MTE və PAB-in PHŞ-in T109/2022 nömrəli rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi baş verən müddətə qədər tibb müəssisəsinə ürək-qan-damar sistemi ilə bağlı müraciəti barədə hər hansı tibbi sənəd təqdim olunmadı. Hadisə vaxtı belə bir halın yaranması isə hər hansı tibbi sənəddə öz əksini tapmamışdır. Avtomobili idarə edərkən belə bir hal yarandığı təqdirdə sürücü sükanı sola doğru deyil, instinktiv olaraq sağa yönəldir və ya saxlamağa çalışır. Təqsirləndirilən şəxs hadisədən istər uzun müddət əvvəl, istərsə də uzun müddət sonra ürək-qan-damar sistemi ilə əlaqədar hər hansı tibb müəssisəsinə müraciət etmədiyindən və hadisə vaxtı yaranmış vəziyyət tibb müəssisəsi tərəfindən təsdiq edilmədiyindən bunun həqiqət kimi qəbul edilməsi düzgün deyildir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ürək xəstəliyi ilə əlaqədar olaraq avtomobili sola doğru istiqamətləndirdiyini göstərsə də, ekspertiza rəyindən görünür ki, tibbi nöqteyinəzərdən belə vəziyyətdə sürücü sükanı sola doğru deyil, sağa doğru istiqamətləndirməyə çalışır. Qeyd olunan hal onu göstərir ki, Təqsirləndirilən şəxs avtomobili idarə edərkən sola istiqamətləndirməsinin səbəbi onun xəstəliyi ilə əlaqədar deyil, yol hərəkət qaydalarını pozaraq geriyə dönmə əməliyyatı etmək istəməsi ilə əlaqədar olmuşdur. Avtomobilə vurumuş ziyan və çəkilən xərclərlə bağlı məhkəmə kollegiyasının mövqeyi: Bundan başqa müdafiə tərəfi apellyasiya şikayətində Zərərçəkmiş şəxs1 avtomobilinə vurulmuş ziyanın məbləğini və Zərərçəkmiş şəxs2 müalicə və müayinə xərclərinin məbləğini mübahisələndirmişlər. Qeyd olunan dəlillərlə əlaqədar məhkəmə kollegiyası tərəfindən araşdırma aparılmış, Zərərçəkmiş şəxs1 avtomobilinə vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmiş və nəticədə müəyyən edilmişdir ki, 2012-ci il buraxılışlı “Hyundai Grandeur” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9164.0 manat təşkil edir. Bundan başqa Zərərçəkmiş şəxs2 Murğuz qızının Premium Clinic MMC-də müalicə və müayinə olunarkən çəkmiş olduğu xərclərlə əlaqədar həmin xəstəxanaya sorğu verilmiş və müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 Murğuz qızı tərəfindən 21 avqust 2020-ci il tarixdən 28 avqust 2020-ci il tarixədək cərrahi əməliyyat, müayinə və müalicə ilə əlaqədar olaraq Premium Clinic MMC-yə 7450 manat məbləğində pul vəsaiti ödənilmişdir. Yəni, müdafiə tərəfinin Zərərçəkmiş şəxs1 avtomobilinə vurulmuş ziyanın məbləği ilə əlaqədar dəlilləri qismən təsdiq edilsə də, Zərərçəkmiş şəxs2 müayinə və müalicə xərcləri ilə əlaqədar apellyasiya şikayətinin dəlilləri əsassızdır və apellyasiya araşdırması zamanı təsdiq edilmədi. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda ətraflı şəkildə şərh olunan sübutlardan və işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 13 radələrində AC 495702 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəadətnaməsinə əsasən özünə məxsus olan MERCEDES BENZ-E240 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilini AE 345158 №-li «BC» katiqoryalı sürücülük vəsiqəsi ilə idarə edərək Tovuz şəhəri H.Əliyev prospekti ilə park istiqamətinə 30 km/saat surətlə hərəkətdə olub, həmin yolun Qala adlanan ərazisində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, yəni yerdəyişmə və dönmə zamanı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçılarına maneə yaratmamalı tələblərini, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin, yəni üfüqü nişanlanma xətinin (qoşa bütöv ağ xətti) kəsib keçmək qadağandır tələblərini pozaraq arxası ilə onunla eyni istiqamətdə 60 km/saat surətlə hərəkətdə olan Bakı şəhəri 8-ci mikrorayon Azadlıq prospekti ev 196, mənzil 5-də qeydiyyatda olan, Tovuz şəhəri Eldəniz Quliyev küçəsi ev 15-də yaşayan Zərərçəkmiş şəxs1 AC 020918 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən özünə məxsus olub «AD» 163511 №-li sürücülük vəsiqəsi ilə idarə etdiyi HYUNDAİ GRANDEUR markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında, hərəkət zolağında geriyə dönmək məqsədi ilə sola istiqamətlənib dönmə əməliyyatı aparmaqla HYUNDAİ GRANDEUR markalı avtomobilin hərəkət zolağını dəyişərək hərəkət istiqamətlərinə görə yolun sol hərəkət zolağına çıxmasına və özünündə hərəkətini davam etdirməklə hərəkət istiqamətinə görə yolun sol hərəkət zolağına çıxaraq həmin zolaqda HYUNDAİ GRANDEUR markalı avtomobillə toqquşmuş və nəticədə ehtiyatsızlıqdan HYUNDAİ GRANDEUR markalı avtomobilə 9164.0 (doqquz min yüz altmış dörd) manat maddi ziyan, həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 Murğuz qızına sol bazu sümüyünün diafizinin qəlpəli, vintvari, yerdəyişmiş sınığı ilə müşayət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır bədən xəsarəti yetirmişdir. Yuxarıda şərh olunanlara əsasən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olmaması ilə əlaqədar apellyasiya şikayətində göstərilən dəlillər əsassızdır və iş üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə ziddiyyət təşkil edir. Belə olan halda məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası məhkumun və onun müdafiəçilərinin hər bir dəlilini təhlil edərək və həmin dəlilləri cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə birlikdə müqayisə edərək belə nəticəyə gəlir ki, istər məhkum, istərsə də, müdafiəçilər məhkumun ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirsizliyini sübut etmək üçün çoxsaylı dəlillər irəli sürmüş, istər ibtidai istintaq orqanı tərəfindən, istərsə də, birinci instansiya məhkəməsi tərəfindən bu arqumentlər ətraflı araşdırılmış, birinci instansiya məhkəməsində çoxsaylı şahidlər dindirilmiş, digər sübutlar yoxlanılmış və müdafiə tərəfinin irəli sürdüyü dəlillərin əsassız olduğu və məhkuma qarşı irəli sürülmüş ittihamı təkzib edən arqumentlər kimi qiymətləndirməyin mümkün olmaması müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsində də məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı məhkəmə istintaqı aparılmaqla keçirilmiş, lakin müdafiə tərəfinin dəlilləri öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də məhkum Təqsirləndirilən şəxs tərəfindən ona qarşı irəli sürülmüş ittihamda əks olunmuş əməl törədilmişdir. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməməsinə dair göstərilən dəlillərə məhkəmə kollegiyası tənqidi yanaşır və vurğulayır ki, müdafiə tərəfinin göstərdiyi sözügedən xüsusat əsassız olmaqla ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-in 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilərək məhkumun barəsində bəraət hökmü çıxarılması üçün heç bir faktiki və hüquqi əsaslar yoxdur. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı məhkəmə kollegiyasının mövqeyi: Bundan başqa, məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmişdir. Cinayət işinin materiallarından görünür ki, qeyd olunan cinayət əməli 20 avqust 2020ci il tarixdə törədilmişdir. CM-nin 15.2-ci maddəsində göstərilir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1 və 75.1.1-ci maddələrində göstərilir ki, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsində göstərilir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs təqsirli bilinərək məhkum olunduğu CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət böyük ictimai təhlükə törətməyən cinayət hesab olunmaqla, cinayət məsuliyyətinə cəlb etmə müddəti cinayətin törədildiyi vaxtdan 2 il təşkil edir. CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. CPM-in 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.1-ci maddələrinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır: Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, lakin Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilmədiyindən, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəalar saxlanılmaqla, ona cəza təyin olunmasına və onun barəsində Amnistiya aktının tətbiqinə dair müddəalar hökmdən xaric edilməlidir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmü ilə iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat ekspertiza xərcinin Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsində keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 (bir yüz) manat təşkil edir (əsas ekspertiza xərclərinə dair bildiriş). Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin «19» avqust 2022-ci il tarixli, 1(062)-1/2022 nömrəli hökmü dəyişdirilməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 399, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin «19» avqust 2022-ci il tarixli, 1(062)-1/2022 nömrəli hökmü dəyişdirilsin. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cəza təyin olunmasına dair müddəalar hökmdən xaric edilsin. Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilsin. Dəymiş ziyanın əvəzi olaraq Təqsirləndirilən şəxs 9164.0 (doqquz min yüz altmış dörd) manat pul alınaraq Zərərçəkmiş şəxs1 verilsin. Hökm, mülki iddiaya aid qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs tərəfindən CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin 20 avqust 2020-ci il tarixdə saat 13 radələrində törədilməsi müəyyən edilsin. Təqsirləndirilən şəxs özünə məxsus “MERCEDES BENZ-E240” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilini hadisə baş verən zaman 30 km/saat surətlə idarə etməsi müəyyən edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.