Məhkəmə qərarları › İş №1(104)-293/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-293/2023

03.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-293/2023 03.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), X7 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Apellyasiya Məhkəmələrində X2 üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 259.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bərdə Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 1(021)-16/2023 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Bərdə Rayon Məhkəməsinin (hakim E.M.Əhmədov) 20 fevral 2023-cü il tarixli, 1(021)-16/2023 saylı hökmü ilə xx xxxxxx 1968-ci il tarixdə Bərdə rayonu, Nazırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, fərdi qaydada pambıqçılıqla məşğul olan, Bərdə rayonu, Nazırlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs üzərinə Bərdə rayonu Hacılar kəndində yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, hökmün icrasına nəzarətin Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayonu İcra və probasiya şöbəsinə həvalə edilməsi, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş mülki iddianın təmin edilməs və 14910 (on dörd min doqquz yüz on) manat məbləğində vəsaitin Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməsi hökm edilmiş, həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Hökmə əsasən Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayının əvvəllərində bələdiyyə mülkiyyətində olan təbiət ərazilərində, «Yaşıllıqların götürülməsi Qaydası Haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilməli olduğu halda, müvafiq normativ hüquqi aktarın şərtlərini pozmaqla qanunsuz şəkildə 2022-ci ilin mart ayının əvvəllərində Bərdə rayonu, Nazırlı kənd arası asfalt yoldan sağ istiqamətdə kənd təsərrüfatlı və yaşayış məntəqəsində pay torpaqlarına gedən 12 metr məsafəni əhatə edən Nazırlı bələdiyyəsinin mülkiyyətində olan yoldan 580 metr məsafədə yerləşən özünə məxsus inşa etdiyi fərdi yaşayış evinə gedən torpaq yolun ağac və kollardan təmizlənməsi məqsədi ilə həmin yoldan keçən istintaqa məlum olmayan traktor sürücüsünə 20 manat məbləğində pul verərək yolda olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarı ilə müəyyən edilmiş 2022-ci ilin fevral-mart aylarında 1 ədəd diametri 34 sm olan tut ağacının kəsilməsinə görə təbiətə 350 manat məbləğində, 1 ədəd diametri 24 sm olan söyüd ağacının kəsilməsinə görə təbiətə 200 manat məbləğində, 2 ədəd diametri 12 sm olan söyüd ağaclarının kəsilməsinə görə təbiətə 240 manat məbləğində, 1 ədəd diametri 18 sm olan olan söyüd ağacının kəsilməsinə görə təbiətə 200 manat məbləğində, 1 ədəd diametri 22 sm olan söyüd ağacının kəsilməsinə görə təbiətə 200 manat məbləğində, 1 ədəd diametri 14 sm olan olan söyüd ağacının kəsilməsinə görə təbiətə 150 manat məbləğində, 1 ədəd diametri 10 sm olan olan söyüd ağacının kəsilməsinə görə təbiətə 120 manat məbləğində, 1 ədəd diametri 16 sm olan söyüd ağacının kəsilməsinə görə təbiətə 150 manat məbləğində, 1 ədəd diametri 17 sm olan söyüd ağacının kəsilməsinə görə təbiətə 180 manat məbləğində, 1 ədədi 80 manat təşkil edən cəmi 13120 (on üç min yüz iyirmi) manat məbləğində 164 ədəd böyürtikən kolu ağac və kolları kökündən çıxartdırmış, ümumilikdə isə təbiətə küllü miqdarda, yəni 14910,00 manat məbləğində maddi ziyan vurmuşdur Məhkəmənin gəldiyi nəticəyə görə qeyd edilən hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-nin 259.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 1(021)-16/2023 saylı hökmünün ləğv edilməsi və iş üzrə əmtəəşünaslıq ekspertizası keçirməklə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkum tərəfindən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmdən narazıdır. Hökmü əsassız, ədalətsiz, qeyri-obyektiv, düzgün olmayan hökm hesab edir. Belə ki, hakim işə baxarkən nəzərə almamışdır ki, o, 2-ci qrup əlil olduğu halda ağacı kəsə bilməz. Hakim hadisə yerinə baxış keçirməmiş və əmtəəşünaslıq ekspertizası təyin etməmişdir ki, qiymətləndirilmə şişirdilmiş şəkildə verilmişdir. Onun 14910 manat ziyan vurması tamamilə yalan və qərəzlidir. Ona görə də hesab edir ki, hökm ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən həmçinin məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 1(021)-16/2023 saylı hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmü qanunsuz, əsassız, ədalətsiz, qeyri-obyektiv hesab edir. Belə ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs 1968-ci ildə Bərdə rayon Nazırlı kəndində anadan olmuş, həmin vaxtdan bu günə qədər həmin kənddə ata evində yaşayır. 2019-cu ildə kənd ərazisindən keçən kanalın qırağında 30 sot torpaq sahəsi almış və həmin torpaq sahəsində tikinti işləri aparmaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə Bərdə rayon Nazırlı kənd bələdiyyə sədri Şahid3 müraciər edərək ona məxsus torpaq sahəsinə gedən yolun uzun müddət işlək olmadığı üçün yolu ağac və kol basdığına görə həmin yolun ağac və kollardan təmizlənməsinə köməklik etməsini xahiş etmişdir. Bələdiyyə sədri Şahid3 isə bununla əlaqədar elə həmin gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı X5 rəsmi qaydada müraciət etmiş və məktuba cavab gələcəyini ona bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Ağcəbədi Regional şöbəsinin işçisi Eyvaz adlı şəxsin telefon nömrəsinə zəng edərək evinin tikilməsi üçün daş və qum aparılmasından ötrü yolun təmizlənməsinə görə ona köməklik etməyini və həmin məktuba tezliklə cavab verilməsini xahiş etmişdir. Sonuncu da ona çalışıb tezliklə həmin məktuba cavab verəcəyini bildirmişdir. Günlərin birində qardaşı Şahid8 ona zəng edərək harada olduğunu soruşmuş, o da ona evdə yemək yediyini bildirmişdir. Qardaşı Azay ona sahəyə gedən yolda çəpər, ağaclar və kolların yandığını bildirmişdir. O da dərhal həmin əraziyə getmiş və orada kənd sakinlərinin toplaşdığının şahidi olmuşdur. O orada olan zaman həmin ərazidə olan ağacların, çəpər və kolların artıq yanıb kül olduğunu görmüş və oradan evinə qayıtmışdır. Bundan bir neçə gün sonra Bərdə RİH-nin başçısı Vidadi İsayevin qəbulunda olmuş, ondan evinə gedən yolun ağac və kollardan təmizlənməsinə köməklik göstərməsini xahiş etmiş, başçı da orada olan X6 İdarəsinin rəisi Şahid11 tapşırıq verərək ona bu işdə köməklik etmələrini tapşırmışdır. Təxminən xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs küçədə dayanan zaman kənddə ona doğru hərəkətdə olan traktoru görüb saxlatdırmış, onunla razılaşaraq sürücüyə 20 manat verərək evinə gedən yolda olan yanmış ağacların və kol-kosların təmizləməsini xahiş etmiş, təxminən 12 metr uzunluqda yolu sürücü təmizləyərək oranı tərk edib getmişdir. xx.xx.2022-ci il tarixdə yolda təmizlik aparan zaman Nazırlı kənd Bələdiyyə sədri Şahid3 və Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Ağcəbədi Regional şöbəsinin 2 nəfər əməkdaşı əraziyə gəlmiş, əraziyə baxış keçirilmiş, ona Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmiş müraciətlərə cavab verilmədən təmizlik aparılmasma irad tutulmuş və çıxıb getmişlər. Təqsirləndirilən şəxs verilən ittiham üzrə bir ədəd tut ağacı, bir neçə yanmış söyüd ağacları olmuşdur. Həmin ağaclardan tut ağacı yerində olmuş, hal-hazırda da yerindədir. Qalan yanmış xırda söyüd ağacları və kol-koslar cəmi 12 metr uzunluqda yol buldizer traktorla təmizlənmişdir. Yəni orada heç bir ağac kəsilməmişdir. Onun günahı Ekologiya və X3 göndərilmiş müraciətlərə cavab verilmədən təmizlik aparılması olmuşdur. Ondan qeyd edilənləıiə bağlı dəymiş ziyan olaraq 14.910 manat Dövlət hesabına pul tutulması hökmdə qeyd edilmişdir. İbtidai istintaqda və məhkəmə istintaqında çıxarılmış ağacların və kolların yanmış və qurumuş olması ilə bağlı ekspertiza keçirilməsi üçün vəsatət verilmiş, ancaq vəsatət təmin edilməmişdir. Məhkəmə baxışı iclaslarında dindirilmiş şahidlər ifadələrində çıxarılmış ağacların yanmış və quru olmasını bildirsələr də onların ifadələri nəzərə alınmamış, hətta ifadələr təhrif olunmuşdur. Belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə təqsirli bilənərək cinayət məsuliyyətinə cəlb edilməsi əsassızdır və qanunsuzdur. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətindəki tələbini dəqiqləşdirərək müdafiəçisinin verdiyi şikayətlə razı olduğunu bildirdi və Bərdə Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 1(021)-16/2023 saylı hökmünün ləğv edilməsi, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Fuad İskəndərov apellyasiya şikayətlərini müdafiə edərək şikayətlərdə göstərilən məzmunda çıxış etdi, hüquqlarını müdafiə etdiyi məhkumun ona istinad edilən cinayət əməlini törətməsinin sübuta yetirilmədiyini, iş materiallarında onun təqsirini sübuta yetirən mötəbər sübutların mövcud olmadığını, birinci instansiya məhkəməsi tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini bildirdi və apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və məhkumun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Müdafiəçi əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza onun imkanlarını məhdudlaşdırır. Odur ki, qeyd edilən halları nəzərə alaraq ona bəraət verilməsi mümkün olmadıqda təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş edir. Məhkəmə kolleqiyasının iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs özü və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərini müdafiə etdi, şikayətlərdə göstərilən məzmunda çıxış etdi, ona verilən ittihamla razı olmadığını, o, heç bir cinayət törətmədiyini bildirdi. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Qalib Rizvanov apellyasiya şikayətlərinə etiraz etdi və əlavə olaraq göstərdi ki, məhkumun təqsirli bilindiyi, hökmdə qeyd olunan cinayət əməlini törətməsi zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə iş materiallarında olan digər sübutlarla sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq Təqsirləndirilən şəxs CM-nin 259.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmişdir. Məhkuma həmin maddə ilə bəraət verilməsinə heç bir əsas yoxdur. Hökmlə məhkuma təqsirli bilindiyi cinayət əməlinə görə təyin edilmiş cəza CM-nin müvafiq maddəsinin sanksiyası hüdudlarında olmaqla yanaşı, ona cəza təyin edilərkən törətdiyi cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilənin şəxsiyyəti, təyin olunmuş cəzanın onun islah olunmasına təsir dərəcəsi nəzərə alınmaqla hökm qanuni və əsaslı, təyin olunmuş cəza ədalətlidir. Odur ki, apellyasiya şikayətlərinin təmin edilməməsini və hökmün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlmat verilməsinə baxmayaraq sonuncunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndənin gəlməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin (mülki iddiaçının) nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətlərinin məzmunundan məlum olduğu kimi şikayətdə təqsirlilik məsələsi və işin faktiki halları mübahisələndirilmiş, iş üzrə məhkumun barəsində bəraət hökmünün çıxarılması xahiş olunmuşdur. Apellyasiya şikayətlərinin dəlillərində məhkumun birinci instansiya məhkəməsinin hökmü ilə təqsirli bilindiyi cinayət əməllərinin törədilmədiyi, onun təqsirini sübut edən heç bir mötəbər sübutun olmadığı, birinci instansiya məhkəməsi tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirmədiyi, işin faktiki hallarına düzgün qiymət verilmədiyi qeyd eilmişdir. Apellyasiya şikayətinin göstərilən dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs CM-nin 259.2.4-cü maddəsinin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Apellyasiya şikayətlərində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və məhkumun barəsində bəraət hökmünün çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutları isə CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, təqsirləndirilən şəxsin istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərdiyi bir sıra xüsusatlarla, birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının rəyi və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli CM-nin CM-nin 259.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddələrlə əsaslı olaraq təqsirli bilinib cəzalandırılmışdır. İş materiallarından və birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi, məhkumun əməli mötəbərliyi heç bir şübhə doğurmayan CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmiş, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış, birinci instansiya məhkəməsi məhkumun əməllərinin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən onun əməllərini düzgün qiymətləndirmişdir. Cinayət işinin materiallarından həmçinin görünür ki, məhkum eyni dəlilləri müdafiəçisinin iştirakı ilə birinci instansiya məhkəməsində də irəli sürmüş və onun irəli sürdüyü dəlillər müdafiəçinin iştirakı ilə hərtərəfli araşdırılmış, bütün sübutların təhlil olunması yolu ilə yoxlanılmışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, bununla bağlı ifadərində göstərdikləri xüsusatlar iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla təkzib edildiyindən məhkəmə tərəfindən düzgün olaraq həmin ifadə ona verilmiş ittihamı təkzib edən sübut kimi qəbul edilməmişdir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən sübutların mötəbərliyini şübhə altına alan heç bir halı müəyyən edə bilməmişdir. Məhkəmə kollegiyası məhkumun apellyasiya şikayətində irəli sürdükləri dəlillər əsasında hökmün ləğv edilməsi və barəsində bəraət hökmünün çıxarılması üçün heç bir qanuni əsaslar görmür. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin Təqsirləndirilən şəxs CM-nin 259.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində əsassız olaraq təqsirli bilinməsinə dair dəlilləri ilə razılaşmayaraq həmin dəlilləri əsassız sayır. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayının əvvəllərində bələdiyyə mülkiyyətində olan təbiət ərazilərində, «Yaşıllıqların götürülməsi Qaydası Haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilməli olduğu halda, müvafiq normativ hüquqi aktarın şərtlərini pozmaqla qanunsuz şəkildə 2022-ci ilin mart ayının əvvəllərində Bərdə rayonu, Nazırlı kənd arası asfalt yoldan sağ istiqamətdə kənd təsərrüfatlı və yaşayış məntəqəsində pay torpaqlarına gedən 12 metr məsafəni əhatə edən Nazırlı bələdiyyəsinin mülkiyyətində olan yoldan 580 metr məsafədə yerləşən özünə məxsus inşa etdiyi fərdi yaşayış evinə gedən torpaq yolun ağac və kollardan təmizlənməsi məqsədi ilə həmin yoldan keçən istintaqa məlum olmayan traktor sürücüsünə 20 manat məbləğində pul verərək yolda olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarı ilə müəyyən edilmiş 2022-ci ilin fevral-mart aylarında cəmi 13120 (on üç min yüz iyirmi) manat məbləğində 164 ədəd böyürtikən kolu ağac və kolları kökündən çıxartdırmış, ümumilikdə isə təbiətə küllü miqdarda, yəni 14910,00 manat məbləğində maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası CPM-nin 39.3-cü maddəsinə əsasən əməldə cinayət hadisəsi və cinayət tərkibi olmadıqda, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: - cinayət hadisəsi olmadıqda; (CPM-nin 42.1.1) - əməldə cinayət tərkibi olmadıqda; (CPM-nin 42.1.2) - cinayətin törədilməsinə aidiyyəti olmadıqda; (CPM-nin 42.1.3) - təqsirliliyi sübuta yetirilmədikdə; (CPM-nin 42.1.4) Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: - bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; - bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa; - bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; - bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-nin 259.2.4-cü maddəsi ilə bəraət verilməsini mümkün hesab etmir. Məhkəmə kollegiyası, eyni zamanda, məhkuma təyin edilmiş cəza ilə bağlı qeyd edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, şəxsiyyətinə uyğundur və təyin edilmiş cəzanın həddinin və növünün dəyişdirilməsi üçün də əsaslar yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qərarın həmin bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müdəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o, halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Ədalətli cəza ilk növbədə CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-nin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, içtimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq cəza haqqında məsələni düzgün həll etmiş, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində ədalətli cəza təyin etmişdir. Belə ki, məhkəmə məhkuma cəza təyin edərkən onun 2-ci qrup əlil olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal hesab etmiş, cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 9, 41.2, 58.1, 58.3, 66.2, 66.4 və 68.3.1-ci maddələrini rəhbər tutaraq törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə alaraq, ona törətdiyi cinayət əməlinə görə hökmdə göstərilən növdə və həddə cəza təyin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkuma təyin edilmiş cəza ədalətli olmaqla işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərinə nail olunmasını təmin edir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən məhkumun cəzasının yüngülləşdirilməsi, o cümlədən ona daha yüngül cəza təyin edilməsi üçün də heç bir əsas görmür və həmçinin məhkuma kifayət qədər yüngül cəza təyin edildiyini nəzərə alaraq hesab edir ki, müdafiə tərəfinin çıxışında qeyd etdiyi hallar da məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas vermir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məhkumun barəsində cəza tətbiqi ilə əlaqədar mövqeyini düzgün hesab edir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya şikayətlərinin təmin edilməsi barədə məhkumun və onun müdafiəçisinin, apellyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin hökmünün isə dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4cü maddəsi ilə məhkum edilməsinə dair Bərdə Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 1(021)-16/2023 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bərdə Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 1(021)-16/2023 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar