Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-295/2023 26.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası-hakimlər X3 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Nuriyev Rəşad Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Şəmkir Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 1(076)13/2023 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında ilkin məhkəmə baxışını keçirərək m ü ə y y ə n e t d i: Şəmkir Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 1(076)-13/2023 saylı hökmü ilə (hakim T.Musayev) xx xxxx 1985-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, iki azyaşlı uşağı olan, Şəmkir şəhəri, Hərbi şəhərcik, 11-ci Xətt, 11 saylı evdə qeydiyyatda olmaqla yaşamış, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törərtməkdə təqsirli bilinərək, 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının 21 iyun 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmənin ilkin baxış iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini geri götürməsi barədə ərizəsini Gəncə Apellyasiya Məhkəməsinə təqdim edərək, apellyasiya şikayətinin baxılmasına xitam verilməsini xahiş etdi. Apellyasiya şikayətinə ilkin baxış iclasında dövlət ittihamçısı və müdafiəçi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtinası ilə bağlı qanunamüvafiq qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını və məhkum edilmiş şəxsin apellyasiya şikayətini geri götürmək barədə ərizəsini araşdırıb, müdafiəçini və dövlət ittihamçısını dinləyib hesab edir ki, aşağıdakı əsaslara görə Şəmkir Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 1(076)13/2023 saylı hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 390.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məcəllənin 390.4-cü maddəsində göstərilir ki, bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Cinayət-Prosessual Məcəlləsinin 391.3.10-cu maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar qəbul edə bilər. Məcəllənin 391.11-ci maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini geri götürməsi barədə ərizəsinə əsaslanaraq, Şəmkir Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 1(076)13/2023 saylı hökmündən onun özü tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməsini qanunauyğun hesab edir. Şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 390, 391 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Şəmkir Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 1(076)13/2023 saylı hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərar elan olunduğu andan dərhal qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs münasibətdə isə qərarın surəti ona verildiyi) gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-295/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-295/2023
26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver