Məhkəmə qərarları › İş №1(104)-30/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-30/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-30/2024 14.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X2, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 may 2023-cü il tarixli 1(100)- 46/2023 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 may 2023-cü il tarixli 1(100)-46/2023 nömrəli (hakimlər E.İ.Rüstəmov (sədrlik edən), F.N.Mahmudov və R.N.Ələkbərli) hökmü ilə xx xxxxxx 1969-cu ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Yevlax şəhəri, M.Ə.Sabir küçəsi ev 56-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlandığı müddətin cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcının şübhəli şəxs qismində tutulduğu 05 sentyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunması və yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 3.856 qram təmiz çəkidə narkotik vasitə heroini və 2.095 qram təmiz çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və Gəncə şəhər BPİ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2021-ci il tarixdə, saat 14 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, 38 saylı hərbi şəhərciyin ərazisində saxlanılıb ünvan 1 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparıldıqda əynində olan boz rəngli cins şalvarın sol yan cibindən ayrıayrılıqda şəffaf rəngli sellofan kəsiyi bükümlərində qablaşdırılmış külli miqdarda, yəni təmiz çəkisi 3.856 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda, yəni təmiz çəkisi 2.095 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması nə ibtibai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin materiallarında xx.xx.2021-ci il olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş raportdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı Təqsirləndirilən şəxs Gəncə şəhrində mütamadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlaması haqqında olmuşdur. Eyni zamanda istintaq orqanının əsaslandığı xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığını cavab məktubunda yalnız Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddənin satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatlarının əldə edilməsi qeyd edilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində göstərmişdirlər ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi istiqamətində davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hər hansı məlumat əldə edilməmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində Namiq Əliyevin ona narkotik vasitəni əvəzsis olaraq verməsini, birlikdə həmin narkotik vasitəni qəbul etmələrini bildirmişdir. İbtidai istintaq zamanı da Təqsirləndirilən şəxs verdiyi ifadələrində üzərində aşkar edilmiş narkotik vasıtəni şəxsi istifadə üçün əldə etdiyini, satış məqsədinin olmadığını bildirmişdir. Məhkəmənin qənaətinə əsasən təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satacağı şəxsin, yəni istehlakçının müəyyən edilmədiyi və şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut olmadığı halda təkcə narkotik vasitənin və pxisotrop madənin çəkisinin çox olmasını ehtimal edib, narkotik vasitənin və psixotrop maddənin satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyindən əzab çəkən şəxs üçün aşkar olunmuş narkotik vasitənin çəkisi o qədər də çox deyildir. İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs 3.856 qram heroini və 2.095 qram metamfetamini satış məqsədi ilə qanunsuz əldə etməklə, daşımış və xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılıb, şəxsi axtarış zamanı həmin narkotik vasitə və psixotrop maddə ondan aşkar edilib götürülmüşdür. Belə ki, toplanmış materialda Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkibi olduğundan barəsində xx.xx.2021-ci il tarixdə həmin maddə ilə cinayət işi başlanılaraq icraala qəbul edilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2021-ci il tarixlı əməliyyat tapşırığına cavab məktubuna əsasən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində müyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dovriyyəsi ilə bağlı əməliyyat məlumatları olsa da, lakin narkotik vasıtəni və psixotrop maddəni konkret olaraq hansı şəxslərə satmasını müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2, Şahid3, Kamil Abdulayev və Şahid5 ifadələrində göstərmişdirlər ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitənin əldə edilməsi və saxlanılması ilə bağlı ilkin əməliyyat məlumatı daxil olmuş və əməliyat axtarış tədbirləri nəticəsində saxlanılıb şəxsi axtarış zamanı üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. Namıq Musayevin həmin narkotik vasitəni və psixotrop maddəni hansı məqsədlə əldə etməsi ilə bağlı əməliyyat axtarış tədbirləri davam etdirilir. Bundan başqa, satış məqsədi müəyyən olunarkən narkotik vasitələrin növü, tərkibi, bir yaxud bir neçə bükümdə olması, təqsirləndirilən şəxsin narkotik vasitədən istifadə edib-etməsi, həmçinin şəxsin sosial-maddi durumu kimi amillər əhəmiyyət kəsb edən hallardandır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahıya asasən, heroinin və metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qramdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs aşkar edilmiş 3.856 qram heroinin miqdarı şəxsi istehlak miqdarından təxminən 26 dəfə çox olması, külli miqdar təşkil etməklə külli miqdardan təxminən 2 dəfə çox olması, 2.095 qram təmiz çəkidə psixotrop maddə olan metamfetaminin miqdarının şəxsi istehlak miqdarından təxminən 14 dəfə çox olmaqla kulli miqdarda olması, təqsirləndirilən şəxsin işləməməsi, əvvəllər məhz narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkum olunması, narkotik vasitənin əldə edilməsi ilə bağlı maddi durumu, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı, Şahid6 ifadəsində göstərdiyi xüsusatlar, Təqsirləndirilən şəxs Gəncə şəhərinə məhz hansı məqsədlə gəlməsi və bu kimi işin digər faktiki halları Təqsirləndirilən şəxs əməlində narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilib, saxlanılmaqla daşınmasını ehtiva etdiyi halda, məhkəmənin sübulları əlaqəli şəkildə təhlil etməməsini və gəldiyi nəticələrin əsassız olduğunu təsdiq edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərindən aşkar olunan heroinə bənzər cuzi miqdarda olmasına, ondan aşkar edilən narkotik vasitənin və psixotrop maddənin üzərinə polis əməkdaşları tərəfindən qoyulmasına, polis əməkdaşları tərəfindən təzyiqə və hədə qorxuya məruz qalması ilə bağlı xüsusatların özünün müdafiə xarakterli daşımasını düzgün qiymətləndirsə də, sübutların qarşılıqlı təhlilini aparılmaqla və işin faktiki hallarını nəzərə almaqla Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində irəli sürdüyü narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadə məqsədi ilə əldə etməsi, daşıması ilə bağlı dəlillərin də özünü müdafiə xarakterli daşıması nəticəsinə gəlməmişdir. Bundan başqa işin faktiki halarından göründüyü kimi, Təqsirləndirilən şəxs Yevlax şəhəri, M.Ə Sabir küçəsi, ev 56-da qeydiyyatda olmaqla yaşamışdır. O, ifadələrində xx.xx.2021-ci il tarixdə Günay adı ilə tanıdığı əsl adı Mələk olan qadınla cinsi əlaqədə olmaq üçün Yevlax şəhərindən Gəncə şəhərinə gəldiyini bildirmişdir. Lakin, Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs cinsi əlaqədə olmaq qabiliyyəti olmamış, Namiq onunla cinsi əlaqədə olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuş, Gəncə şəhərinə yalnız bu məqsədlə gəlmiş, narkotik vasitə istifadəçisi olduğundan ona da istifadə üçün narkotik vasitə vermiş, narkotik vasitənin satışı ilə bağlı telefon danışıqları aparmışdır. Həmçinin iş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan telefon vasitəsi ilə əlaqə saxladığı şəxslərin müəyyən edilməsi istiqamətində mümükün tədbirlər görülsə də, həmin şəxslərin müəyyən edilib dindirilməsi mümkün olmamışdır. Eyni zamanda, məhkəmə narkotik vasitə olan heroindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyindən əzab çəkən şəxs üçün aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin çəkisinin çox olmamasını əsas gətirməklə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin və psixotrop maddə olan metafetamini şəxsi istifadə məqsədi ilə əldə etməsi, daşıması və saxlaması ilə bağlı qənaətə düzgün gəlməmişdir. Məhkəmənin istinad etdiyi həmin hal Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, daşıması və saxlamasını təkzib edən amil kimi çıxış edə bilməz. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı apellyasiya protestini müdafiə edərək onun məzmununa uyğun çıxış etdi və protestinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs apellyasiya protesti ilə razı olmadığını bildirib hökmün qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi protestə etiraz etdi və bildirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəçisidir, bu hal ekspert rəyi ilə də təsdiq edilir. Lakin narkotik vasitənin satışı ilə məşğul olmur və ittihamda qeyd olunan halı təsdiq edəcək sübut iş materiallarında mövcud deyildir. Buna görə protestin təmin edilməməsini və məhkəmənin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Dövlət ittihamçısı isə təqsirləndirilən şəxsin CM-in 234.1-ci maddəsi ilə olan əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsini xahiş etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış: xx.xx.2021-ci il tarixli, raportdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı Təqsirləndirilən şəxs Gəncə şəhərində mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlaması haqqında olmuşdur; Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 16/925 nömrəli rəyinə əsasən, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” sözləri və imzalar olan kağız paketdəki 2 ədəd iç-içə qoyulmuş sellofan kəsiyi bükümündə təmiz çəkisi 3.856 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in 1-ci siyahısının İ bəndinə daxildir. Tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə.” sözləri və imzalar olan kağız paketdəki 2 ədəd iç-içə qoyulmuş sellofan kəsiyi bükümündə təmiz çəkisi 2.095 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir; xx.xx.2021-ci il tarixli baxış keçirlməsi və “DVD” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın ön sol-yan cibindən 01 ədəd sellofan bükülüdə olan “şüşə” kimi tanınan metamfetamin olduğunu bildirir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin üzərindən heç nə aşkar edilmir. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmin bükümün özünə məxsus olduğunu, belə ki, onu Yevlax şəhərində avtovağzalda yerdən tapdığını, həmin kütlədən heç kimə satmadığını, heç kimə vermədiyini, sadəcə özü istifadə etdiyini, əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə məhkumluğunun olduğunu, üzərindən aşkar edilmiş kütlədən başqa yerdə saxlamadığını bildirir. Bundan sonra həmin büküm açılır və içərisində daha iki ədəd sellofan büküm aşkar olunur. Həmin bükümlər bir-bir açıldıqda birinin içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə oxşar kütlə olması, digərinin içərisində isə qəhvəyi rəngli, toz halında və narkotik vasitə heroinə oxşar kütlə olması müəyyən edilir. Bundan sonra həmin kütlələr içərilərində olduqları sellofan bükümlərlə birgə ayrı-ayrılıqda elektron tərəzi vasitəsi ilə çəkilir. Belə ki, heroinə bənzər kütlənin çəkisi 4.36 qram, metamfetaminə oxşar bənzər kütlənin çəkisi isə 2.72 qram təşkil edir. Bundan sonra hər iki kütlə əvvəlki vəziyyətinə qaytarılaraq 01 ədəd zərfin içərisinə qoyulur, möhürlənir, zərfin üzərində qeydlər aparılır və axtarış iştirakçılar tərəfindən qeydlər imzalarla təsdiq edilir. Sonda axtarış iştirakçısı – polis kapitanı Şahid1 tərəfindən şübhəli şəxsə üzərindən aşkar edilmiş kütlələri nə üçün ayrı-ayrı qablaşdırması barədə sual verilir, şübhəli şəxs isə cavabında “qeyd edilən kütlələri birlikdə qablaşdırmaq olmaz” deyə bildirir; Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 1337 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilən ittihamla əlaqədar, məhkəmə kollegiyası AzərbaycanRespublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq, iş üzrə toplanmış sübutları tam,hərtərəfli və obyektiv yoxlayıb müqayisəli şəkildə təhlil etməklə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu qeyd edilən cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olmayaraq narkotik vasitənin satış məqsədi ilə əldə edilib saxlanması kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsifedilmişdir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsihaqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrinvə onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlıhesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmişqaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinədair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarın 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla vənarkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması vəişin digər halları nəzərə alınmalıdır. CM-in 234-cü maddəsi aşağıdakı kimidir: 234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.1-1. Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə –üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.2. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.3. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma — üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.3-1. Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə –dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.4. Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.2. təkrar törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə; 234.4.4. kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə –beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Lakin nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin satışını həyata keçirmək üçün onun istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilib götürülən narkotik vasitənin çəkisininkülli miqdar olması onun satış məqsədi ilə əldə edilib saxlanılmasını sübut etmir. İşin halları ilə Təqsirləndirilən şəxs qazanc əldə etməyi, digər şəxsi marağının olması təsdiq edilmir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş heroini və metamfetamini satış məqsədilə qanunsuz əldə edib üzərində saxlaması ilə ittiham verərkən sübutlara deyil, yalnız şübhələrə əsaslanmışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə saxlaması haqqında da heç bir sübut əldə edə bilməmiş, cinayət işi üzrə sübutların qiymətləndirməsi qərarında da onun narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması qənaətinə gələrkən heçbir dəlilə əsaslanmamış, əksinə toplanmış sübutlar Təqsirləndirilən şəxs narkotik vasitəni satışməqsədi ilə deyil, özü qəbul etmək üçün əldə edib saxlamasını təsdiq etdiyi halda, əsassız olaraqonun narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin dəlilləri əsasında hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya protesti təmin edilməməli, hökm apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 may 2023-cü il tarixli 1(100)- 46/2023 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar