Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-307/2023 14.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X4, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X5 və müdafiəçisi Müdafiəçi iştirakı ilə X5 Azərbaycan Respublikası CM-nin 309.2-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 1(100)-13/2023 nömrəli hökmündən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2023-cü il tarixli 1(100)-13/2023 nömrəli (hakimlər N.T.Əliyev (sədrlik edən), D.H.İmanov və F.N.Mahmudov) hökmü ilə xx xxxxxxxx 1981-ci il tarixdə Şəmkir rayonunun Sabirkənd kəndində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Şəmkir rayonu Kür qəsəbəsinin Mənzil Təmir İstismar Sahəsinin rəisi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Sabirkənd kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 10 iyun 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, təyin edilən əlavə cəzanın dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə cəzasının müddətinin əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən X7 11 iyul 2020-ci il tarixdən Şəmkir rayonu, Kür qəsəbəsi, Mənzil Təmir İstismar Sahəsinin rəisi vəzifəsində işlədiyi dövrdə, yəni 4 mart 2021-ci il tarixdə, saat 11 radələrində Kür qəsəbəsi MTİS-də mühasib vəzifəsində işləyən Şahid1 xidməti iş otağına daxil olaraq həmin idarədə kargüzar işləyən Zərərçəkmiş şəxs idarədaxili intizam qaydalarını pozmadığı halda Şahid1 ilə söhbət etməsini bəhanə edib xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan və heç bir halda etmək hüququ olmayan qanunsuz hərəkətlər etməklə vəzifə səlahiyyətlərini aşıb gözlənilmədən bir əli ilə Zərərçəkmiş şəxs boğazından yapışıb və digər əli ilə sağ qolunu tutub buraraq onu otağın divarına sıxmaqla ona boyunun ön səthinin qançırı xarakterli sağlamlığa zərər vurmadığı üçün ağırlıq dərəcəsi təyin edilməyən fiziki ağrı yetirməklə, həmçinin Şəmkir rayonunun Kür qəsəbəsi Mənzil Təmir İstismar Sahəsinin normal iş fəaliyyətini pozmaqla Zərərçəkmiş şəxs hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmuşdur. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən müdafiəçi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və təqsirləndirilən şəxsin təqsiri sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, zərərçəkmiş şəxsin məhkəmə prosesinin gedişində vermiş olduğu ifadəsi tamamilə yanlış olmuşdur. Bundan başqa onun ifadəsinə diqqət yetirdikdə guya otağın təqsirləndirilən şəxs tərəfindən dağıdıldığını dediyini bildirmişdir. Lakin məhkəmə prosesi zamanı verilən suala cavab olaraq bildirmişdir ki, otağın kim tərəfindən dagıdıldığını bilmir. Məhkəmə tərəfindən zərərçəkmiş şəxsin ifadəsində göstərilən xüsusatların heç biri nəzərə alınmamış, onun ifadəsi digər sübutlardan üstün tutularaq CPM-nin 33-cü maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, disklə bağlı olan məsələ ilə bağlı zərərçəkmiş şəxsin ifadəsində müəyyən bir məqam öz əksini tapıb. Bildirib ki, otağı Vidadi yox Vazeh dağıtdı. Onda sual olunur nədən 102 xidmətinə vermiş olduğu məlumatda otağın Vidadi və Vazeh tərəfindən dağıdılıb ona böhtan atıldığını demişdir. İkinci məsələ diskdə olan danışıqdan və 102 xidmətinin vermiş olduğu məlumatda qeyd edilir ki, Vazeh və Vidadi tərəfindən döyüldüyünü, Vazehin sillə ilə onu vurduğunu bildirmişdir. Əgər təqsirləndirilən şəxs tərəfindən o boğulmuşdursa onda nədən 102 xidmətinə sillə deyirdi. Göründüyü kimi onun vermiş olduğu ifadəsi özünün başqa orqanlara vermiş olduğu məlumat ilə tam olaraq təkzib edilir. Belə olan halda birinci instansiya məhkəməsinin zərərçəkmiş şəxsin ifadəsini üstün tutması anlaşılan deyildir. Əgər şəxsin boynunda sıxma olmuş olsa bu zaman boynunun yan tərəfləri daha çox sıxmaya məruz qalmalıdır. Çünki sıxmanı barmaqlar icra etdiyindən onlar daha çox boynunun yan tərəfini əhatə edir. Bundan başqa həmin vaxt Aliyənin boynunda şarf olmuşdur, bu isə orada qançır yaranmasını istisna edir. Digər bir məsələ hadisə zamanı çəkilmiş diskə nəzər yetirdikdə Aliyənin təqsirləndirilən şəxsin üzərinə hücum etdiyi və bu zaman təqsirləndirilən şəxsin onu özündən kənar itələdiyi aydın görünür. Qançır olsun ki, həmin vaxt da ola bilərdi. Bundan başqa ümumiyyətlə verilmiş ilkin məlumatda təqsirləndirilən şəxsin onu boğmasını yox, sillə vurduğunu bildirmişdir. Bu məsələ birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Beləliklə müdafiə tərəfi zərərçəkmiş şəxsin və onun dediklərini təkrarlamaq istəyən şahidlərin ifadələrini əsaslı hesab etmir. Belə ki, ilkin vaxtlar otağın Vidadi və Vazeh tərəfindən dağıdılması, Vazeh və Vidadi tərəfindən onun döyülməsi daha sonra sillə ilə vurmaq deyib sonra boğulmağa keçilməsi onu deməyə əsas verir ki, ittiham tərəfinin sübutları boğulmuş vəziyyətdə olmasına baxmayaraq birinci instansiya məhkəməsi nədənsə onlara süni nəfəs verməyə çalışıb. Bundan başqa Elmiranın orada olmaması sonradan zəng ilə çağırılması istintaqa vermiş olduğu ifadəsi ilə izahatı və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi arasında olan ziddiyətlər ən nəhayət işdə olan diskdə onun orada olmaması bu hadisənin bir oyun olmasını təsdiq edir. Elnur adlı şəxsin özünün vermiş olduğu ifadəsi öz ifadəsi ilə və işdə olan disklə tam təkzib edilir. Şahid8 səs yazısında otağın məhz Aliyə tərəfindən dağıldığını tam olaraq təsdiq edir. Bundan başqa Vidadinin Aliyənin işini icra etdiyindən ona böhtan atmaq məqsədi ilə bu hərəkətləri etmişdir. Bundan başqa polisə Vidadinin zəng etməsi də tam olaraq təkzib edilir. Həmin vaxt təqsirləndirilən şəxs özü polis əməkdaşlarını ora dəvət etmişdir. Həmin vaxt Aliyənin içəri heç bir əsas olmadan girməsi və qapını bağlaması da şübhə doğurur. Elmira və Elnurun orda olmaması ilə müdafiə tərəfi həmin vaxt zərərçəkmiş şəxsi telefon zənglərinin çıxardılmasını bildirmiş lakin vəsatət təmin edilməmişdir. Zərərçəkmiş şəxsin diskdə olan və danışıqlarından görünür ki, otaqda Reyhandan başqa heç kim olmayıb. Belə olan halda məhkəmənin şəxsi təqsirli bilməsi ilə bağlı ittiham tərəfinin sübutları sübutların mümkünlüyü və mötəbərliyi prinsipinə cavab vermir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkum verilmiş apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, o, heç kimi vurmamış və heç kimə qarşı zor tətbiq etməmişdir. Buna görə də ona bəraət verilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi verilmiş apelyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi və bildirdi ki, Vazeh Vəliyev heç kimə qarşı zor tətbiq etməmişdir. Belə ki, hadisə zamanı çəkilmiş diskə nəzər yetirdikdə Aliyənin Vazehin üzərinə hücum etdiyi və bu zaman sonuncunun onu özündən kənar itələdiyi aydın görünür. Ekspert rəyində qeyd olunan xəsarət həmin vaxt yaranmışdır. Bundan başqa ümumiyyətlə verilmiş ilkin məlumatda təqsirləndirilən şəxsin onu boğmağını yox, sillə vurduğunu bildirib. Bu məsələ birinci instansiya məhkəməsi tərəfindən araşdırılmayıb və münasibət bildirilməyibdir. Aliyənin ilkin vaxtlar otağın Vidadi və Vazeh tərəfindən dağıdılması, Vazeh və Vidadi tərəfindən onun döyülməsi daha sonra sillə ilə vurmaq deyib sonra boğulmağa keçilməsini deməsi onu deməyə əsas verir ki zərərçəkmişin ifadəsi həqiqəti əks etdirmir. Şahid8 səs yazısında otağın məhz Aliyə tərəfindən dağıldığı tam olaraq təsdiq edilir. Bundan başqa polisə Vidadinin zəng etməsi də tam olaraq təkzib edilir. Həmin vaxt Vazeh özü polis əməkdaşlarını ora dəvət etmişdir. Həmin vaxt Aliyənin içəri heç bir əsas olmadan girməsi və qapını bağlaması da şübhə doğurur. Odur ki, Vazeh Vəliyev barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, müdafiə tərəfin göstərdiyi dəlillər əsassızdır. Vazeh onu döymüş və vəzifə səlahiyyətlərindən istifadə edərək zor tətbiq etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən Vazeh Vəliyevin əməli tam sübuta yetirilmiş, onun əməlinin düzgün olaraq CM-in 309.2-ci maddəsi ilə tövsif edilmişdir. Eləcə də məhkuma cəza təyin edilərkən şəxsiyyəti, ailə vəziyyəti kifayət qədər nəzərə alınmışdır. Buna görə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunmasına dair təqsirkarın və onun müdafiəçisinin, apellyasiya şikayətinin təmin olunmamasına dair zərərçəkmiş şəxsin və dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində təqsirlilik məsələsi və işin faktiki halları mübahisələndirilmiş, X5 barəsində CM-in 309.2-ci maddəsi ilə bəraət hökmü çıxarılması iddia olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkum X5 qeyd olunan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə sair iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, şahidin ifadəsinin yerində yoxlanılması haqqında 15 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Şəmkir rayonu, Kür qəsəbəsi, Mənzil Təmir İstismar Sahəsinin mühasib vəzifəsində işləyən Şahid1 hadisənin xx.xx.2021-ci il tarixdə saat 11 radələrində baş verdiyini, X5 həmin gün əsəbi vəziyyətdə işə gələrək öz otağına keçdiyini, Zərərçəkmiş şəxs, – “İşə gəlmə”, – deyə qanunsuz göstəriş verdiyini, Zərərçəkmiş şəxs otağının qapısının Vazeh Vəliyev tərəfindən bağlı olması səbəbi ilə Aliyə ilə birlikdə eyni otaqda fəaliyyət göstərdiklərini bildirmiş, Vazeh Vəliyevin əsəbi halda Aliyəyə tərəf, – “Ayağa qalx, stoldan dur” və “Dərhal otağı tərk et”, – məzmunlu ifadələr işlətdikdən sonra Aliyənin nə üçün otağı tərk etməli olduğunu soruşduğunu, X8, – “Sözümün qarşısına söz deyirsən?” – deyərək sonuncunun sağ qolundan tutmaqla arxasınca ani bir vəziyyətdə boğazından yapışaraq Aliyənin qolunu bərk sıxdığını, daha sonra Aliyəni divara tərəf sıxaraq boğmağa çalışdığını, Kür qəsəbə sakini Şahid3 və Şahid2 içəri daxil olaraq baş verənlərə şahidlik etdiklərini, Şahid2 ona tərəf qışqıraraq, – “Nə üçün imkan verirsən ki, Vazeh Aliyəni boğsun, niyə müdaxilə etmirsən?” – ifadəsini işlətdiyini, lakin onun donmuş vəziyyətdə baş verənlərə heç bir reaksiya verə bilmədiyini, həmin vətəndaşların müdaxiləsindən sonra, Vazeh Vəliyevin öz qanunsuz əməllərinə son qoyduğunu qeyd etmiş, hadisəyə şahidlik edən şəxslərin Kür qəsəbə sakinləri Şahid3, Şahid2 və özünün olduğunu əlavə etmişdir. 15 iyun 2021-ci il tarixli “sənədə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şəmkir rayonu, Kür qəsəbəsinin Mənzil Təmir İstismar Sahəsində “Əmrlər Kitabı”na baxış zamanı müəyyən edilmişdir ki, Kür qəsəbə MTİS-nin rəisi X7 tərəfindən 6 №-li, xx.xx.2021ci il tarixli əmrə əsasən kargüzar Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilmiş, xx.xx.2021-ci il tarixli 07 nömrəli əmrə əsasən həmin əmr ləğv edilərək Zərərçəkmiş şəxs işinə Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilmişdir. 10 iyun 2021-ci il tarixdə təqsirləndirilən şəxs Vazeh Vəliyevlə Zərərçəkmiş şəxs arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs istintaqa vermiş olduğu ifadəsini təsdiq edərək bir daha Vazeh Vəliyevin üzünə qarşı xx.xx.2021-ci il tarixdə saat 11 radələrində işə gələn kimi əsəbi vəziyyətdə öz otağına keçdiyini, oturduğu otağın Vazeh Vəliyev tərəfindən bağlı olması səbəbilə mühasib Şahid1 otağında əyləşdiyini, otağından çıxaraq onların otağına tərəf hərəkət etdiyini, Vazeh Vəliyevin ona tərəf əsəbi vəziyyətdə, – “Ayağa qalx, otağı tərk et”, – məzmunlu ifadələr işlətdiyini, daha sonra ani bir vəziyyətdə boğazından yapışaraq qolunu bərk sıxdığını və onu divara tərəf dirədiyini, onu boğmaq məqsədilə boğazından sıxmaqla nəfəs almağına mane olduğunu, Kür qəsəbə sakinləri Şahid2 və Şahid3 müdaxiləsindən sonra Vazeh Vəliyevin öz qanunsuz davranışlarına son qoyduğunu bildirmiş, bundan sonra, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 “Qaynar Xətt” Xidmətinə zəng edərək baş verənlər barəsində ətraflı məlumat vermişdir. Üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs Vazeh Vəliyevin üzünə qarşı sonuncunun 2020-ci iyul ayının sonunda saat 14 radələrində istifadəsində olan “***-***-**- **” mobil telefon nömrəsindən onun istifadəsində olan “***-***-**-**” mobil telefon nömrəsinə zəng edərək, – “Qara qüvvələr səni istəmir, sənə sözüm var, rayona gəl, amma tək gəl, heç kəsə demə”, – məzmunlu ifadələr işlədərək qeyri-əxlaqi şəkildə şənbə günü ola-ola onu rayon mərkəzinə dəvət edərək tək gəlməsini istədiyini, o isə razılıq verməyərək Vazeh Vəliyevin təklifini rədd etdiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs üzləşdirmə zamanı qeyd etdiyi xüsusatlar Vazeh Vəliyev tərəfindən təkzib edilmiş və o, Zərərçəkmiş şəxs heç bir fiziki xəsarət yetirmədiyini bildirmişdir. 10 iyun 2021-ci il tarixdə təqsirləndirilən şəxs Vazeh Vəliyevlə Şahid2 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Şahid2 istintaqa vermiş olduğu ifadəsini təsdiq edərək bir daha Vazeh Vəliyevin üzünə qarşı xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Vazeh Vəliyevlə işçisi kargüzar Zərərçəkmiş şəxs arasında ciddi münaqişəli vəziyyət yarandığını, otağına daxil olduqdan 1 (bir) dəqiqə keçməmiş otağından çıxaraq X9 Kazımovaya tərəf hərəkət etməklə, – “Otaqdan çıx”, – deyərək Aliyəyə qışqırdığını, qadına deyilməyəcək nalayiq ifadələrlə Zərərçəkmiş şəxs şəxsiyyətini təhqir etdiyini, daha sonra Aliyəyə tərəf yenidən hərəkət edərək qolundan burmaqla divara tərəf sıxdığını və boğazından yapışdığını bildirmiş, baş verənlər qarşısında mühasib Şahid1 heç bir reaksiya vermədiyini görərək Şahid3la birlikdə Vazehə tərəf, – “Burax qızı, yoxsa öləcək”, – deyə dəfələrlə qışqırdıqdan sonra Vazehin Aliyəni buraxdığını qeyd etmiş, Vazeh Vəliyevin öz otağına daxil olaraq stolu qaldırdıqdıqdan sonra, stolun üzərində olan bütün əşya və ləvazimatları, o cümlədən kompüter ləvazimatlarını dağıdaraq polisə zəng etdiyini, videoçəkiliş edərək etdiyin əməlləri Zərərçəkmiş şəxs üzərinə yıxaraq şər atmağa çalışdığını, lakin faktiki olaraq Aliyə X3rşı heç bir fiziki xəsarət yetirmədiyini əlavə etmişdir. Üzləşdirmə zamanı Şahid2 hadisəyə onun, Şahid3 və mühasib Şahid1 bilavasitə şahidlik etdiklərini bildirmişdir. Vazeh Vəliyev tərəfindən həmin xüsusatlar təkzib edilmiş və o, Zərərçəkmiş şəxs heç bir fiziki xəsarət yetirmədiyini bildirmişdir. 10 iyun 2021-ci il tarixdə təqsirləndirilən şəxs Vazeh Vəliyevlə Şahid3 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Şahid3 istintaqa vermiş olduğu ifadəsini təsdiq edərək bir daha Vazeh Vəliyevin üzünə qarşı xx.xx.2021-ci il tarixdə saat 08, 09 və 11 radələrində Şəmkir rayonu, Kür qəsəbəsində Mənzil Təmir İstismar Sahəsinə arayış almaq məqsədilə getsə də, heç birində həmin arayışı almağa müvəffəq olmadığını, Vazeh Vəliyevin işə gəldikdən sonra Zərərçəkmiş şəxs tərəf hərəkət etməklə, – “Otaqdan çıx”, – deyərək Aliyəyə qışqırdığını, qadına deyilməyəcək nalayiq ifadələrlə Zərərçəkmiş şəxs şəxsiyyətini təhqir etdiyini, daha sonra Aliyəyə tərəf yenidən hərəkət edərək qolundan burmaqla divara tərəf sıxdığını və boğazından yapışdığını bildirmiş, baş verənlər qarşısında mühasib Şahid1 heç bir reaksiya vermədiyini görərək xalası Elmira X1suz əməllərinə mane olmaq məqsədilə səslədiyini, Elmira ilə birlikdə Vazehə tərəf, – “Burax qızı, yoxsa öləcək”, – deyə dəfələrlə qışqırdıqdan sonra Vazehin Aliyəni buraxdığını qeyd etmiş, Vazeh Vəliyevin öz otağına daxil olaraq stolu qaldırdıqdıqdan sonra, stolun üzərində olan bütün əşya və ləvazimatları, o cümlədən, kompüter ləvazimatlarını dağıdaraq polisə zəng etdiyini, videoçəkiliş edərək etdiyin əməlləri Zərərçəkmiş şəxs üzərinə yıxaraq şər atmağa çalışdığını, lakin faktiki olaraq Aliyə X3rşı heç bir fiziki xəsarət yetirmədiyini əlavə etmişdir. Üzləşdirmə zamanı Şahid3 hadisəyə onun, Şahid2 və mühasib Şahid1 bilavasitə şahidlik etdiklərini bildirmişdir. Vazeh Vəliyev tərəfindən həmin xüsusatlar təkzib edilmiş və o, Zərərçəkmiş şəxs heç bir fiziki xəsarət yetirmədiyini bildirmişdir. "xxxx" MMC-dən 15 iyul 2021-ci il tarixdə daxil olmuş 1 (bir) ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X5 istifadəsində olmuş “050- 479-52-74” mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olmuş “***-***-**-**” mobil telefon nömrəsi arasında 17 iyul 2020-ci il tarixdən 12 noyabr 2020-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda qarşılıqlı zənglər edilmiş və danışıq aparılmışdır. Təqsirləndirilən şəxs X5 istifadəsində olmuş “***-***-**-**” mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olmuş “***-***-**-**” mobil telefon nömrəsinə 25 iyul 2020-ci il tarixdə, yəni həftənin şənbə günü saat 14:38-də zəng edilmiş, 4 dəqiqə 265 saniyə müddəti əhatə edən danışıq aparılmışdır. Zərərçəkmiş şəxs istifadəsində olmuş “***-***-**-**” mobil telefon nömrəsindən təqsirləndirilən şəxs X5 istifadəsində olmuş “050- 479-52-74” mobil telefon nömrəsinə 17 iyul 2020-ci il tarixdə, saat 09:23-də, 19 saniyəlik müddəti əhatə edən mobil telefon danışığı olmuş, 21 avqust 2020-ci il tarixdə, saat 12:03- də, 34 saniyəlik müddəti əhatə edən mobil telefon danışığı olmuşdur. Bundan başqa, 28 avqust 2020-ci il tarixdə, saat 08:24-də Zərərçəkmiş şəxs istifadəsində olmuş “***-***-**-**” mobil telefon nömrəsindən X5 istifadəsində olmuş “***-***-**-**” mobil telefon nömrəsinə zəng edilmiş, 32 saniyəlik müddəti əhatə edən mobil telefon danışığı olmuşdur. Həmçinin, Zərərçəkmiş şəxs istifadəsində olmuş “***-***-**-**” mobil telefon nömrəsindən X5 istifadəsində olmuş “***-***-**-**” mobil telefon nömrəsinə 12 noyabr 2020-ci il tarixdə, saat 09:05-də zəng edərək 58 saniyəlik müddəti əhatə edən mobil telefon danışığı aparmışdır. Təqsirləndirilən şəxs X5 istifadəsində olmuş “050- 479-52-74” mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olmuş “***-***-**-**” mobil telefon nömrəsi arasında 01 iyul 2020-ci il tarixdən 09 iyun 2021-ci il tarixədək olan müddət ərzində mesajlaşma olmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən X5 əməli CM-in 309.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hadisədə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında mübahisənin baş verməsinə səbəb olmuş hallar onun tutduğu vəzifənin xidməti vəziyyətindən irəli gəlməsi, zərərçəkmiş şəxsin otağının qıfılının dəyişdirilərək onu otağına buraxmaması, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxaraq zərərçəkmiş şəxsin boğazından yapışıb və digər əli ilə sağ qolunu buraraq onu otağın divarına sıxmaqla ona fiziki zor tətbiq etməsi, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə aralarında olan mübahisələrin həllini xidməti vəzifəsinin vəziyyətindən çıxış edərək həll etməsinə, başqa sözlə məsələnin səlahiyyətini aşaraq həllinə istiqamətlənməsinə, bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanmış və nəticədə müvafiq münasibətlər şəxsi münasibətlər çərçivəsində deyil, publik hüquq münasibətləri çərçivəsində baş vermişdir. Həmçinin müdafiəçi tərəfindən təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş DVD diskə apellyasiya instansiyasında işə baxılarkən müdafiəçinin vəsatəti əsasında yenidən baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskdə olan görüntülər təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında hadisə baş verdikdən sonrakı görüntülər olmaqla mübahisənin idarənin daxilində baş verdiyini, Vazeh Vəliyevlə və Zərərçəkmiş şəxs arasında sözlü mübahisənin davam etdiyini təsdiq edir. Göründüyü kimi, Vazeh Vəliyevin törətdiyi cinayət əməli zərərçəkmiş və şahid ifadələri, istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instasniya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, V.Vəliyevin təqsiri müəyyənləşdirilərkən sübutların CM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Odur ki, X5 həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun əməlinin düzgün tövsif olunmaması ilə əlaqədar apellyasiya şikayətində göstərilən dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Cinayət işinin materiallarından da görünür ki, müdafiə tərəfi eyni dəlilləri birinci instansiya məhkəməsində işə baxılan zaman da irəli sürmüş və həmin dəlillər hərtərəfli araşdırılmış, bütün sübutların təhlil olunması yolu ilə yoxlanılmışdır. Kollegiya qeyd edir ki, hökm cəzaya aid hissədə dəyişdirilməlidir. Belə ki, CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər törədilən əmələ adekvat olmaqla ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 59-cu maddəsində cəzanı yüngülləşdirən halların siyahısı, bu halların əlamətləri tam göstərilmişdir. Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən qanunla müəyyən edilmiş hallar nəzərdə tutulmuş, 59.2-ci maddəsində məhkəmənin ayrı-ayrı halları da cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmasının mümkünlüyü təsbit edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə təqsirləndirilən şəxs Vazeh Vəliyevin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını qeyd etsə də ədalətli həddə cəza təyin etməmişdir. Apellyasiya instansiya məhkəməsi Vazeh Vəliyevin əvvəllər məhkum olunmamasını, himayəsində yaşlı anasının olmasını, onun apellyasiya baxışı zamanı davranışını nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 399, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 1(100)-13/2023 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilsin. X2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 309.2-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti 3 (üç) ilə endirilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-307/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-307/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver