Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-340/2023 13.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülmalı oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X2, məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi Məhəmmədəli oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 1(100)-186/2023 nömrəli hökmündən məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 1(100)-186/2023 nömrəli (hakimlər N.M.Əliyev (sədrlik edən), F.N.Mahmudov və D.H.İmanov) hökmü ilə xx xxxx 2004-cü il tarixdə Tərtər rayonunun Xoruzlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Tərtər rayonu Xoruzlu kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və həbsdə saxlandığı müddətin cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcının 23 iyul 2022-ci il tarixdən hesablanması, haqqında seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi həll edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs 22 iyul 2022-ci tarixdə saat 10 radələrində Tərtər rayonu, Xoruzlu kəndi ərazisində yerləşən əkin sahəsində həmkəndlisi və qonşusu xx.xx.2015-ci il təvəllüdlü X5 zor tətbiq etməklə təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmamış şəxsə qarşı uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətləri edərək bərkləşmiş vəziyyətdə olan cinsiyyət orqanını onun arxa keçəcək dəliyinə daxil edib onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuş və sonuncuya arxa keçəcək dəliyinin iki ədəd çat, cırılmış yara və qançırı xəsarətləri, həmçinin sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən sol sağrı nahiyəsinin qançırı xəsarəti yetirmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum apellyasiya şikayəti verərək işinin araşdırılmasını xahiş etmişdir. Həmçinin hökmdən müdafiəçi apellyasiya şikayəti verərək hökmü ləğv edib, Təqsirləndirilən şəxs əməlində CM-nin 150.3.3-cü maddəsinin tərkibi olmadığı üçün onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs barəsində ittiham hökmü ibtidai istintaq dövründə əldə edilmiş sübutlar əsasında müəyyən edilmişdir. Halbuki CPM-nin 251.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində çıxarılan ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxs ibtidai istintaq dövründə etiraf edici ifadəni zor təsiri altında verdiyini bildirmiş, o, məhkəmə istintaqında özünü təqsirli bilməmiş, ibtidai istintaq zamanı ona etirafedici ifadə almaq üçün fiziki zorakılıq olduğunu etiraf etmiş bu barədə yazılı ərizə vermişdir. Hadisəni şəxsən görən yoxdur. Təqsirləndirilən şəxsin bu cinayəti törətməsini ancaq zərərçəkmiş şəxs bildirir. İşdə bundan başqa heç bir sübut yoxdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilmir. Göründüyü kimi işdə olan sübutlar mötəbər və mümkün sübutlar deyildir. Təqsirləndirilən şəxsin təqsirliliyinə dair şübhələri aradan qaldırmaq mümkün deyildir. Belə olan halda işdə olan şübhələr onun xeyrinə şərh edilməlidir. Məhkəmə araşdırılmasında təqsirləndirilən şəxs onun cinsi fəallığının aşağı olmasını bildirmişdir. Nə ibtidai istintaq nə də məhkəmə istintaqında bu hal ekspertiza keçirilməklə araşdırılmamışdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi apellyasiya şikayətlərini müdafiə edərək şikayətlərdə göstərilən məzmunda çıxış edərək Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkum apellyasiya şikayətlərini müdafiə etdi və barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apelyasiya şikayətlərinə qarşı etiraz etdi, şikayətlərin dəlillərinin əsassız olduğunu, iş üzrə toplanmış mötəbər sübutlarla təqsirləndirilən şəxsin əməlinin sübuta yetirildiyini, eləcə də cəza təyin edilərkən cəzanın məqsədlərinin rəhbər tutularaq ədalətli həddə cəza təyin edildiyini bildirdi, şikayətlərin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün qüvvəsində saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görəbirinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətlərində təqsirlilik məsələsi və işin faktiki halları mübahisələndirilmiş, Təqsirləndirilən şəxs barəsində CM-in 150.3.3-cü maddəsi ilə bəraət hökmü çıxarılması iddia olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün qismən etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə sair iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 22 iyul 2022-ci tarixdə saat 10 radələrində Tərtər rayonu, Xoruzlu kəndi ərazisində yerləşən əkin sahəsində həmkəndlisi və qonşusu xx.xx.2015-ci il təvəllüdlü X5 zor tətbiq etməklə təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmamış şəxsə qarşı uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətləri edərək bərkləşmiş vəziyyətdə olan cinsiyyət orqanını onun arxa keçəcək dəliyinə daxil edib onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuş və sonuncuya arxa keçəcək dəliyinin iki ədəd çat, cırılmış yara və qançırı xəsarətləri, həmçinin sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən sol sağrı nahiyəsinin qançırı xəsarəti yetirməsi iş materiallarında olan mötəbər sübutlar təsdiq edir. Məhkəmə kollegiyası məhkuma bəraət verilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: «Hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisənin baş verdiyi yerə zərərçəkmiş şəxs X6 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə baxış keçirilmiş, hadisə yerinin Tərtər rayon Xoruzlu kəndi ərazisində Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı göstərib təqdim etdiyi ailəsinə məxsus əkin sahəsi olması və əkin sahəsində yonca bitkisinin olması müəyyən edilmişdir. Baxış zamanı zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi hadisənin baş verdiyi yeri göstərib təqdim etmişlər. Bəhlul İlyaszadə hadisənin baş verdiyi yeri göstərib təqdim etsə də asta səslə hadisə yerinin həmin yer olduğunu bildirmiş, lakin başqa heç nə danışa bilməmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə oğlunun hadisə günü ona danışdıqlarını əyani şəkildə göstərərək danışmışdır. Baxış zamanı protokol tərtib edilmiş, foto və videoçəklişdən istifadə edilmiş və istintaq materiallarına əlavə edilmişdir. “Baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərərçəkmiş şəxs X5 məxsus 01 (bir) ədəd boz rəngli göy zolaqlı, oturacaq hissəsində qanabənzər ləkələr olan qısa şalvar, üzərində ot ləkəsinə bənzər yaşıl rəngli ləkələr olan 01 (bir) ədəd mavirəngli, sinəsində müxtəlif yazı və şəkillər olan kofta müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki,Təqsirləndirilən şəxs ifadəsinin həqiqliyini yoxlamaq məqsədi ilə ifadəsinin yerində yoxlanması istintaq hərəkəti həyata keçirilmiş və sonuncu ifadəsinin yerində yoxlanması zamanı da ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş və törətdiyi əməli etiraf edərək törətdiyi cinayət əməlini hadisənin baş verdiyi yerdə əyani şəkildə göstərərək ifadə etmişdir. Onun göstərdiyi xüsusatlar arasında ziddiyyət müəyyən edilməmişdir. İstintaq hərəkətinin gedişinə dair protokol, foto və videoçəkliş istintaq materiallarına əlavə edilmişdir. Tərtər rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, tapşırıq əsasında bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və Bəhlul İlyaszadəyə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin Tərtər rayon Xoruzlu kənd sakini Təqsirləndirilən şəxs tərəfindən edildiyi müəyyən edilsə də, hadisəni görmüş şəxs və ya şəxslərin dairəsini müəyyən etmək mümkün olmamış, həmçinin zərərçəkmiş şəxsə qarşı hər hansı başqa şəxsin də analoji hərtəkətlərə yol verməsi barədə hər hansı fakt müəyyən edilməmişdir. Bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir və gələcəkdə iş üçün əhəmiyyət kəsb edəcək hər hansı hal müəyyən edilərsə bu barədə istintaq qrupuna məlumat veriləcəkdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 235 saylı rəyindən görünür ki, X1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət-sol sağrı nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2022ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. X1 arxa keçəcək dəliyində müəyyən edilmiş xəsarətlər – 2 (iki) ədəd çat, cırılmış yarası və qançırı uzunsov küt əşyanın təsirindən ola bilsin gərginləşmiş kişi cinsiyyət üzvünün düz bağırsağa yeridilməsi nəticəsində əmələ gələ bilərdilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir. Azyaşlı Zərərçəkmiş şəxs müayinəsi zamanı mütəmadi olaraq arxa keçəcək dəliyi vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqədə olma əlamətləri müşahidə olunmamışdır. Maddi sübutların ekspertizasının xx.xx.2022-ci il tarixli 507/2022-MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu – A/İİ/. X3 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-A/İİ/. Ekspertizaya təqdim olunmuş X5 məxsus şortik üzərində insan qanı ləkələri aşkar olunmuş, bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda yalnız «A» antigeni alındı. Bu qan ləkələri Abeta/İİ/ qruplu şəxsə, o cümlədən X5 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər, əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa. Tədqiqata təqdim olunan X5 məxsus kofta üzərində şübhəli ləkələr aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş X5 məxsus şortik və kofta üzərindəki ləkələrdə spermatozoidlər aşkar olunmadı. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 616 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk edərək onları idarə etmək imkanına malikdir. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda durmaması, tibbi yyardım üçün həkim psixiatra müraciət etməməsi, istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və hazırkı ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, emosiya, təfəkkür, intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması əsas verir. Ambulator məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 616 saylı rəyindən görünür ki, X3 fərdi-psixi xüsusiyyətləri aşağıdakılardır: Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma. X3 əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. X4 pedaqoji baxımsızlıq aşkar edilir. X7 hal-hazırda hər hansı psixi pozuntudan, xəstəlikdən və ya ağır psixi pozuntulardan əziyyət çəkmir. X7 hər hansı psixi pozuntudan əziyyət çəkmir. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1545 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsinin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və həmin ittiham üzrə məhkuma bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutları isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə əsaslı olaraq təqsirli bilinib cəzalandırılmışdır. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 150.3.3-cü maddəsi üzrə təqsirliliyini təsdiq edən sübutların mötəbərliyini şübhə altına alan heç bir halı müəyyən edə bilməmişdir. Ona görə də, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində əsassız olaraq təqsirli bilinməsinə dair apelyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin dəlilləri əsassız sayır. Məhkəmə kollegiyası məhkuma CM-in 150.3.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməsi ilə bağlı müdafiə tərəfinin dəlilinin heç bir hüquqi əsası olmadığını hesab edir və CPM-in 39, 42-ci madələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 150.3.3cü maddəsi ilə bəraət verilməsini mümkün hesab etmir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclüçəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 1(100)- 186/2023 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkum və müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 1(100)-186/2023 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-340/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-340/2023
13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver