Məhkəmə qərarları › İş №1(104)-348/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-348/2023

10.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-348/2023 10.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru, ədliyyə müşaviri X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmələrinə dair Şəmkir Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 1(076)-41/2023 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 1(076)-41/2023 saylı hökmü ilə (hakim Ş.Ə.Məmmədova ) xx.xx.1983-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.2 və 237.1-ci maddələri ilə təqsirli bilinməsi və ona CM-nin 234.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 237.1-ci maddəsi ilə 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddətin ona təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 3(üç) il 5(beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 25 aprel 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilməs və barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinin seçilməsi, məhkəmə iclas zalından dərhal həbsə alınması, barəsində narkomaniyadan məcburi müalicə kursunun təyin edilməsi və yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata götürülməsi, xx.xx.1992-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3an, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 gün müddətin ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayonunun hüdudlarını cəza müddətində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzanın icrasının yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə olunması və cəzaçəkmə müddətinin əvvəlinin həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş başqa yerə getməmə haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində narkomaniyadan məcburi müalicə kursunun təyin edilməsi və yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata götürülməsi hökm edilmiş, maddi sübut və məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. İşin halları Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2 və 237.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə və satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma cinayət əməllərini törətmişdir. Belə ki, o, 2022-ci ildə istintaqa dəqiq məlum olmayan tarixdə yaşadığı Şəmkir rayonunun ərazisindən kənarda olarkən tərkibində narkotik tərkibli maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını taparaq əldə etmiş, 2022-ci ilin may ayının əvvəllərində, özünə məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda 13(on üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını torpaqda əkib aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı əsasında, 26 iyun 2022-ci il tarixdə, saat 17 radələrində Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilərkən həmin evin həyətyanı torpaq sahəsindən Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı” ilə müəyyən edilmiş tərkibində narkotik maddələr olan ümumi təmiz çəkisi 11150 qram 13 (on üç) ədəd çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüş, bundan başqa Təqsirləndirilən şəxs1 30 may 2022-ci il tarixdə gündüz vaxtı Şəmkir şəhəri, “posanlı” arxı adlanan yerdə yolda gedərkən yolun kənarından təmiz çəkisi 0,354 qram miqdarında kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini taparaq qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, həmin psixotrop maddəni gəlir əldə etmək məqsədilə 30 may 2022-ci il tarixdə, Şəmkir şəhəri, “Xan sarayı”nın yaxınlığında Şəmkir rayon sakini Təqsirləndirilən şəxs2 50 (əlli) manat məbləğində pulun qarşılığında satmış, 31 may 2022-ci il tarixdə saat 12 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 yaşadığı Çəmkir şəhəri, İ.Qayıbov küçəsində olarkən şübhəli şəxs qismində saxlanılaraq, Şəmkir RPŞ-nə dəvət olunub üzərində şəxsi axtarış aparılmış, əynində olan boz rəngli cins şortun kiçik ölçülü sağ yan cibindən bir ədəd şəffaf polietilen kəsiyi bükümündə Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ ciyahısı" və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin İ siyahısı” ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq, təmiz təmiz çəkisi 0,354 qram miqdarında kustar üsulla hazırlanmış, psixotrop maddə hesab olunan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 30 may 2022-ci il tarixdə Şəmkir şəhəri, “Xan sarayı” adlanan yerin yaxınlığında tanışı Şəmkir rayon sakini Təqsirləndirilən şəxs1 50 (əlli) manat məbləğində pulun qarşılığında bir ədəd şəffaf polietilen kəsiyi bükümündə kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini alaraq qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 31 may 2022-ci il tarixdə saat 12 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 yaşadığı Çəmkir şəhəri, İsmət Qayıbov küçəsində olarkən şübhəli şəxs qismində saxlanılaraq, Şəmkir RPŞ-nə gətirilib üzərində şəxsi axtarış aparılarkən, əynində olan boz rəngli cins şortun kiçik ölçülü sağ yan cibindən Təqsirləndirilən şəxs1 aldığı bir ədəd şəffaf polietilen kəsiyi bükümündə “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahıların təsdiq edilməsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş eyni adlı İİ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi icazə) tələb olunan prekursorların siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin İ siyahısı”nın 2-ci bəndi ilə müəyyən edilən kustar üsulla hazırlanmış dövriyyəsi qadağan olunmuş ümumi təmiz çəkisi 0,354 qram psixotrop maddə hesab olunan metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək onun barəsində çıxarılan hökmü ləğv edib ədalətli qərar çıxarılmasını xahiş etmiş, şikayətini Şəmkir Rayon Məhkəməsinin CMnin 237.1 və 234.2-ci maddələri iə xx.xx.2023-cü il tarixdə barəsində çıxarılmış hökmdən narazı olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs1 apellyasiya şikayətini dəqiqləşdirərək CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bilmədiyini bldirərək həmin maddə ilə ona bəraət verilməsini xahiş etdi. Hökmdən digər məhkum Təqsirləndirilən şəxs2 tərəfindən apellyasiya şikayəti, eləcə də dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Fuad İskəndərov apellyasiya şikayətini müdafiə edərək şikayətlərin dəlillərinə uyğun çıxış etdilər və Təqsirləndirilən şəxs1 CM-nin 234.2-ci maddəsi ilə bəraət verilməsini və CM-nin 237.1-ci maddəsi ilə isə ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Müdafiəçi çıxışında göstərdi ki, Təqsirləndirilən şəxs1 digər təqsirləndirilən şəxsə heç bir narkotik vasitə satmamışdır. Ona görə də o, özünü həmin maddə ilə təqsirli bilmir. Hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin əməlini təsdiq edən kifayət qədər mötəbər sübut olmadığından ona həmin maddə ilə bəraət verilməlidir. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı Rəşad Alıkişiyev apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Təqsirləndirilən şəxs1 CM-nin 234.2 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi mötəbərliyi heç bir şübhə doğurmayan CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmişdir. İbtidai araşdırma zamanı toplanmış sübutlar birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, təqsirləndirilən şəxsin əməllinin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün hallar tam aydınlaşdırılaraq həmin sübutlara əsasən onun əməli düzgün qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs1 əməli mötəbər sübutalarla təsdiq edildiyindən birinci instansiya məhkəməsi düzgün olaraq onu həmin maddələrlə təqsirli bilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 CM-nin 234.2-ci maddəsi ilə bəraət verilməsinə heç bir əsas görmür. Bundan başqa, məhkəmə cəza təyin edərkən məhkum edilmiş şəxsin barəsində olan yüngülləşdirici halları və cəzasının ağırlaşdıran halın olmamasını nəzərə alaraq əsaslı nəticəyə gəlmişdir. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs1 aid hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərindən, habelə tərəflərin mövqeyindən aydın olur ki, müdafiə tərəfi işin faktiki hallarını mübahisələndirir. Belə ki, Təqsirləndirilən şəxs1 CM-nin 234.2-ci maddəsi ilə bəraət verilməsi xahiş edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir, 129-cu maddəsinin İİİ hissəsində isə müəyyən edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 39.3-cü maddəsinə əsasən əməldə cinayət hadisəsi və cinayət tərkibi olmadıqda, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: - cinayət hadisəsi olmadıqda; (CPM-nin 42.1.1) - əməldə cinayət tərkibi olmadıqda; (CPM-nin 42.1.2) - cinayətin törədilməsinə aidiyyəti olmadıqda; (CPM-nin 42.1.3) - təqsirliliyi sübuta yetirilmədikdə; (CPM-nin 42.1.4) Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: - bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; -bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa; - bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; - bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə Həmin Məcəllənin 349.3-cü maddəsində hökmün qanuniliyinin və əsaslılığının nədən ibarət olması təsbit edilmiş, qeyd edilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin normada (CPM-nin 349.5-ci madd.) daha sonra qeyd edilir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. «Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının Cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş, CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmçinin, CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Bundan başqa CPM-nin 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-nin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Müdafiə tərəfinin apellyasiya şikayətinin dəlili məhkumun CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməməsi, həmin cinayət əməlini törətməsi ilə bağlı təqsirinin sübuta yetirilməməsi və ona görə də ona CM-nin 234.2-ci maddəsi ilə bəraət verilməli olmasıdır. Baxılan iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyi və əsaslılığı apellyasiya şikayətinin dəlilləri əsasında yoxlanılarkən müəyyən edilmişdir ki, məhkəmə işin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs1 əməlində CM-nin 234.2 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətlərini müəyyən edib düzgün nəticəyə gəlmiş, öz hökmünü qanuni yolla əldə edilmiş sübutlarla əsaslandıraraq Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericliyinə əməl etmişdir. Belə ki, işdə olan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə və satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma cinayət əməllərini törətmişdir. Belə ki, o, 2022-ci ildə istintaqa dəqiq məlum olmayan tarixdə yaşadığı Şəmkir rayonunun ərazisindən kənarda olarkən tərkibində narkotik tərkibli maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını taparaq əldə etmiş, 2022-ci ilin may ayının əvvəllərində, özünə məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda 13(on üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını torpaqda əkib aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı əsasında, 26 iyun 2022-ci il tarixdə, saat 17 radələrində Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilərkən həmin evin həyətyanı torpaq sahəsindən tərkibində narkotik maddələr olan ümumi təmiz çəkisi 11150 qram 13 (on üç) ədəd çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 30 may 2022-ci il tarixdə gündüz vaxtı Şəmkir şəhəri, “posanlı” arxı adlanan yerdə yolda gedərkən yolun kənarından təmiz çəkisi 0,354 qram miqdarında kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini taparaq qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, həmin psixotrop maddəni gəlir əldə etmək məqsədilə 30 may 2022-ci il tarixdə, Şəmkir şəhəri, “Xan sarayı”nın yaxınlığında Şəmkir rayon sakini Təqsirləndirilən şəxs2 50 (əlli) manat məbləğində pulun qarşılığında satmış, 31 may 2022-ci il tarixdə saat 12 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 saxlanılaraq, Şəmkir RPŞ-nə gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli cins şortun kiçik ölçülü sağ yan cibindən bir ədəd şəffaf polietilen kəsiyi bükümündə şəxsi istehlak miqdarından artıq, təmiz təmiz çəkisi 0,354 qram miqdarında kustar üsulla hazırlanmış, psixotrop maddə hesab olunan metamfetamin aşkar edilərək götürülmüşdür. İşin qeyd olunan faktiki halları işdə olan sübutlarla, o cümlədən Təqsirləndirilən şəxs1 istər ibtidai araşdırma zamanı həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində, istərsə də birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etiraf edici ifadələri ilə, digər təqsirləndirilən şəxsin ibtidai araçdırma zamanı və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı verdiyi ifadələrlə, habelə şahidlərin ifadələri, ekspert rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkum Təqsirləndirilən şəxs1 CM-nin 234.2 və 237.1-ci maddələrinin dispozisiyasında əks olunmuş əməlləri törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edildiyindən apellyasiya şikayətlərində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi, CM-nin 234.2-ci maddəsi ilə məhkuma bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutları isə CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 şərh olunan cinayət əməllərini törətməkdə təqsirli olması, onun ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilməsi barədə verdiyi ifadələri, birinci instansiya məhkəməsində dindidirlmiş digər təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, iş üzrə təyin edilmiş məhkəmə ekspertizalarının rəyləri və məhkəmə tərəfindən tədqiq edilmiş digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs1 əməlləri CM-nin 234.2 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrlə əsaslı olaraq təqsirli bilinib cəzalandırılmışdır. İş materiallarından və birinci instansiya məhkəməsinin hökmündən də göründüyü kimi, məhkumun əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmiş, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış, birinci instansiya məhkəməsi əməllərin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən məhkumun əməllərini düzgün qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metamfetamini qanunsuz əldə etməsi və onu digər təqsirləndirilən şəxsə satması hərəkətlərini müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlillərinə əsasən Təqsirləndirilən şəxs1 CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsi ilə bağlı təqsirinin sübuta yetirilməməsi qənaətinə gəlmək, ona CM-nin həmin maddəsilə bəraət vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş heç bir faktiki və hüquqi əsaslar yoxdur. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin Təqsirləndirilən şəxs1 CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində əsassız olaraq təqsirli bilinməsinə dair dəlilləri ilə razılaşmayaraq həmin dəlilləri əsassız sayır və müdafiə tərəfinin həmin dəlilləri irəli sürməsini məhkumun məsuliyyətdən yayınmaq məqsədi güdməsi kimi qiymətləndirir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, Təqsirləndirilən şəxs1 haqlı olaraq CM-nin 234.2 və 237.1-ci maddələri ilə təqsirli bilərək ona cəza təyin etmişdir. Məhkəmə tərəfindən işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Cəza məsələsinə gəldikdə isə, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun olub-olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının CM-nin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə almış, CM-nin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törədilməkdə təqsirlibilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun əməlindən səmimi peşman olmasını və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş,cəzanı ağırlaşdıran halın olmasını isə müəyyən etməmişdir. Birinci instansiya məhkəməsi müəyyən edilmiş cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələrin sanksiyaları həddində azadlıqdan məhrumetmə növündə qanuni və ədalətli cəza təyin etmişdir. Birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından qanuni və ədalətli olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 cəza təyin edərkən CM-nin 8, 9, 41.2, 58.1, 58.3, 59 və 66.3-cü maddələrinin tələblərini rəhbər tutaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran hallların olmamasını, habelə təyin olunan cəzanın həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə alaraq, ona təqsirli bilindiyi CM-nin 234.2 və 237.1-c maddələri ilə cinayətlərin məcmusu üzrə qəti cəza olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəza həm növü, həm də həddi baxımından ədalətli olmaqla, onun tərəfindən törədilmiş cinayətlərin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, cinayətlərin törədilməsi hallarına və şəxsiyyətinə, cəzanın məqsədlərinə nail olunması tələblərinə uyğundur. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq cəzanın yüngülləşdirilməsinə də heç bir əsas görmür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məhkum Təqsirləndirilən şəxs1 barəsində cəza tətbiqi ilə əlaqədar mövqeyini düzgün hesab edir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Şəmkir Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 1(076)-41/2023 saylı hökmü Təqsirləndirilən şəxs1 oğuna aid hissədə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Məhkum Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.1-ci maddələri ilə və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmələrinə dair Şəmkir Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 1(076)-41/2023 saylı hökmü Təqsirləndirilən şəxs1 aid hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar