Məhkəmə qərarları › İş №1(104)-35/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-35/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-35/2024 14.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və X2 ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Samux Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 1(058)-25/2023 nömrəli hökmündən zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq, ilkin məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Samux Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 1(058)-25/2023 nömrəli (sədrlik edən Gündüz Şirinov) hökmü ilə xx xxxxxx 1985-ci ildə Samux rayonunun Nəbiağalı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Samux rayonu Nəbiağalı kəndində qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşması cəzasına məhkum edilməsi, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, üzərinə daimi yaşayış yeri olan Samux rayon Nəbiağalı qəsəbə ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Samux rayon hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, icra məmurunun qanuni tələblərini yerinə yetirmək və yığılmış aliment borcunu ödəmək vəzifələri qoyulması qərara alınmışdır. Hökmə əsasən Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 07 avqust 2020-ci il tarixdən hesablanmaqla 17 dekabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170,00 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(058)-732/2020 saylı, 07 sentyabr 2020-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, Samux Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 3(058)- 118/2022 saylı qərarı ilə 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixinədək cəmi 3680,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs barəsində daha ciddi cəza növü təyin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs qətnamə üzrə təyin edilmiş borcun Təqsirləndirilən şəxs qohumları tərəfindən tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirdi. Apellyasiya baxışında təqsirləndirilən şəxsin müdafiəçisi şikayətlə bağlı göstərdi ki, barəsində hökm çıxarıldıqdan sonra hüquqlarını müdafiə etdiyi şəxsin qohumları qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə 29 fevral 2024-cü il tarixədək olan aliment borcunu tamamilə ödəmişdir. CM-nin 306-cı maddəsinin qeydinə əsasən belə vəziyyətlərdə təqsirləndirilən şəxslər cinayət məsuliyyətindən azad olunmalıdır. Odur ki, müdafiə etdiyi şəxsin barəsində olan hökmü ləğv edib onun cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs müdafiəçisinin mövqeyi ilə razı olduğunu bildirdi və göstərdi ki, onun yaxınları aliment borcunu tamamilə ödəmişlər. Hazırda onun zərərçəkmiş şəxsə 29 fevral 2024-cü il tarixədək borcu qalmamışdır. Ona görə də cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı göstərdi ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnamə üzrə aliment borcu 29 fevral 2024-cü il tarixədək icra edilməsi nəzərə alınaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini və bununla bağlı qanunamüvafiq qərar qəbul edilməsini kollegiyadan xahiş edir. Azərbaycan Respublikası CPM-nin 391.2 və 391.2.3-cü maddələrinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması qaydası apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilir. Bu zaman hər bir halda apellyasiya instansiyası məhkəməsi digər prosessual məsələlərlə yanaşı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsasların olub-olmadığını araşdırmalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını apellyasiya şikayətinin məhkəmə baxış məqsədləri üçün nəzərdən keçirərkən müəyyən etmişdir ki, iş üzrə icraata xitam verilməsi və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, məhkəmə baxışı təqdim edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qətnamə üzrə aliment borcunu 29 fevral 2024-cü il tarixədək olan borcu tam olaraq ödədiyindən zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin “Qeyd” hissəsinə görə bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 07 sentyabr 2020-ci il tarixli 2(058)-732/2020 nömrəli qətnaməsi üzrə ödənilməli olan 3680 manat borcu Zərərçəkmiş şəxs tam ödəmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, CM-nin 306-cı maddəsinin qeydində şəxsin qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etdiyi halda cinayət məsuliyyətindən azad edilməli olması, CPM-nin 40.3-cü maddəsində isə cinayət məcəlləsinin xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulduğu halda isə cinayət təqibinə xitam verilməli olması təsbit edilmişdir. Belə ki, CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 41.3-cü maddsəinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı öz çıxışında qeyd etmişdir ki, məhkəmə qətnaməsi üzrə 29 fevral 2024-cü il tarixədək olan aliment borcu icra edilməsi təsdiq edildiyi halda Cinayət Qanununun tələbinə görə şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə CPM-nin 41.3-cü maddəsinə əsasən xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərı nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 321, 391,407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Samux Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 1(058)-25/2023 nömrəli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin qeyd hissəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etdiyinə görə cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar