Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-360/2023 19.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi) Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 və onun nümayəndəsi-vəkil Nümayəndə, Barəsindəxüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X5 və X2, X12 X7 və qeyrilərinə qarşı xüsusi ittiham qaydasında şikayət üzrə Kəlbəcər Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 1(040)-05/2023 nömrəli qərarından Q.Əsədov tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin baxış iclasında baxaraq MÜƏYYƏN ETDİ: X15 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək işlədiyi "xxxx" X16 Səhmdar Cəmiyyətinə barəsində təhqir və böhtan xarakterli məktub göndərdiyinə, eyni zamanda, başqalarının yanında eyni məzmunlu böhtan və təhqir xarakterli məlumatlar yaydığına görə X8, X6 və X1 Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 1(040)-05/2023 nömrəli qərarı ilə X8, X6 və X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X12 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən və şikayət üzrə məhkəmə baxışının keçirilməsindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.1.6 və 302.1.7-ci maddələrinə əsasən imtina edilmişdir. Məhkəmə göstərilən nəticəyə gələrkən hesab etmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadığından və sübutlar təqdim olunmadığından xüsusi ittihamqaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Qeyd edilən qərardan narazı qalan xüsusi ittihamçı Qərib Əsədov apellyasiya şikayəti verərək qərarın ləğv edərək yenidən tam və hərtərəfli məhkəmə araşdırması aparmaqla müvafiq qərar qəbul edilməsini xahiş etmişdir Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, böhtan xarakterli məlumatlar və xüsusilədə iş yerinə göndərilən böhtan və təhqir dolu məktubdan sonra iş yerində və onu tanıyan insanlar arasında barəsində mənfi fikirlər formalaşmağa başlamışdır. Təbii ki, bundan sonra dərin iztirab və depressiyaya düşməklə bərabər sağlamlığında müəyyən problemlər yaranmışdır. Barələrində şikayət olunan şəxslər Kəlbəcər rayon Məhkəməsində məhkəmə iclası zamanı da ona qarşı təhqir və təhdid dolu əməllərini davam etdirmiş, təəssüf ki, bu halnan bağlı iclasa sədrlik edən hakim tərəfindən bu hallara müdaxilə edilməmiş və hətta məhkəmə iclas protokoluna bu barədə qeydlər daxil edilməmişdir. Məhkəmə hazırlıq iclaslarında şikayətin predmetinə aid olmayan tamamilə başqa məsələlər araşdırılmışdır. Belə ki, barələrində şikayət olunan şəxslər tərəfindən qohumları X3 intihar etməsi və buna görə onun məsuliyyət daşımağı barədə əsassız ittihamlar irəli sürülmüş, lakin bu hadisə ilə bağlı Gəncə şəhər prokurorluğunun qanuni qüvvəsini almış qərarı olmasına baxmayaraq hakim tərəfindən həmin şəxslərə hər hansı irad bildirilməmiş və həmin şəxslər tərəfindən əlavə olaraq məhkəmə iclasında da əsassız ittiham olunmağına şərait yaradılmışdır. Qərarda qeyd edilmişdir ki, guya onun tərəfindən böhtan və təhqirə dair məlumatların yayılmasını təsdiq edən sübutlar əsaslandırılmış şəkildə göstərilməmişdir. Görünür işə baxan hakim ya təqdim edilmiş sübutlarla tanış olmamış, yada məsələyə ötəri yanaşmaqla məlum qərarı qəbul etmişdir. Qeyd olunan qərarda həmçinin barəsində olan təhqir və böhtan xarakterli məlumatların kütləvi yayılmasını təsdiq edən hər hansı sübutun məhkəməyə təqdim edilməməsini vurğulanmışdır. Məhkəmə kollegiyasının iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X15 və onun nümayəndəsi-vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə etdilər və apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən barəsindəxüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X8 və X6 şikayətin dəlilərini əsassız hesab edərək şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları çərçivəsində nəzərdən keçirərək və tərəfləri dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Böhtan” adlanan 147.1-ci maddəsində böhtan, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayılması kimi göstərilmişdir. Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 11-ci bəndində göstərilmişdir ki, “...Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılsın. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olanşəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, X5 şikayətverən X12 işlədiyi "xxxx" KB ASC-nin elektron poçt ünvanına 20 sentyabr 2022-ci il tarixdə ünvanladığı elektron müraciət məhdud kontinigent üçün nəzərdə tutulduğundan kütləvi yayılan və nümayiş etdirilən məlumat hesab edilmir və buna görə də Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin tərkibini yaratmır. X10 həmin müraciəti Qərib Əsədovun şərəf, ləyaqət və işgüzar nüfuzunun müdafiəsi ilə bağlı iddiası üzrə mülki məhkəmə icraatının predmeti ola bilər. X6 və X4 barəsində isə ümumiyyətlə heç bir dəlil şikayətdə göstərilməmiş və məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində də işə baxılarkən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən hər hansı bir yeni sübut təqdim edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün ilkin sübutların mövcudluğu təsdiq edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşdığını ifadə edir və hesab edir ki, məhkəmə qanuni və əsaslı qərar qəbul etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 386, 391, 410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 1(040)-05/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-360/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-360/2023
19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver