Məhkəmə qərarları › İş №1(104)-365/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-365/2023

28.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-365/2023 28.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və X6 ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X7, Bəraət almış şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair Tovuz Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 1(062)-6/2023 saylı hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Tovuz Rayon Məhkəməsinin (hakim Z.A.Hünmətov) 27 aprel 2023-cü il tarixli, 1(062)- 6/2023 saylı hökmü ilə xx.xx.1975-ci ildə Tovuz rayonu Abulbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dərhal ləğv edilməsi, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüquqununu və həmin hüququn həyata keçirilməsi qaydasının Təqsirləndirilən şəxs izah edilməsi hökm edilmişdir. İstintaq orqanı tərəfindən verilən ittihama görə, Təqsirləndirilən şəxs istintaqa dəqiqliklə məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni iki ədəd kibrit qutusunda, ayrıayrılıqda təmiz çəkiləri 2,45 qram, 2,55 qram, ümumi təmiz çəkisi 5 qram olan, iki ədəd də “kazbek” papirosu dənəsində, tütündən ayrıldıqdan sonra ayrı-ayrılıqda təmiz çəkiləri 0,19 qram, 0,18 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 09 mart 2022-ci il tarixində saat 15 radələrində doğma övladı X12 məxsus olmaqla özünün idarə etdiyi “Hyundai Accent” markalı, **-RE-*** dövlət qeydiyyat nişanı avtomobildə saxlamış, eyni zamanda bir ədəd sellofan bükümdə təmiz çəkisi 7,22 qram təşkil edən, bir ədəd də “kazbek” papirosu dənəsində tütündən ayrıldıqdan sonra təmiz çəkisi 0,19 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı isə qanunsuz olaraq əldə edib 09 mart 2022-ci il tarixində yaşadığı, Tovuz rayon Abulbəyli kəndində yerləşən fərdi yaşayış evinin zirzəmisində qanunsuz olaraq saxlamış, bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə verilmiş ittiham öz təsdiqini tapmamışdır. İstər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin dispoziyasında nəzərdə tutulan cinayət əməlinin törədilməsində onun təqsirli olması sübuta yetməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə ittiham verilməsini Azərbaycan Respublikası CPMnin 8.0.2, 9.1.2, 9.1.3, 10.1, 10.5, 11.1, 12.1, 12.3. 21.1,21.2, 21.3, 28.1, 28.2-ci maddələrinin tələbləri baxımından əsassız hesab etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq (məhkəməyədək icraat) zamanı kobud qanun pozuntularına yol vermiş Tovuz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyatçıları Şahid1, Şahid2, həmin Polis X4 baş təhqiqatçısı polis kapitanı X18 və həmin Polis şöbəsinin təhqiqat orqanının rəhbəri barəsində xüsusi qərar çıxarılaraq müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamşısı Dövlət ittihamçısı apellyasiya protesti verərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli bəraət hökmünün ləğv edilməsi, X2 Azərbaycan Respublikası CM-nin 234.l-ci maddəsi ilə təqsirli bilinməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Hökmdən verilmiş apellyasiya protesti onunla əsaslandırılmışdır ki, iş üzrə dövlət ittihamçısı kimi yekun nitqimdə X3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırlması cəzasının təyin edilməsini təklif etmişdir. Məhkəməsinin hökmünə əsasən, X1 təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı kobud səhv və qanun pozuntularına yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandırılmışdır. X2 təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmışdır. Tovuz rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli hökmü ilə razılaşmır. Hesab edir ki, qeyd olunan məhkəmə hökmü X3 CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməsi ilə bağlı əsassız və qanunsuz olduğundan ləğv edilməli, Tariyel Qasımov CM-nin 234.l-ci maddəsi ilə təqsirli bilinərək yeni ittiham hökmü çıxarılmalıdır. İttihamın əsaslandırılması üçün göstərilmiş sübutlar məhkəmə tərəfindən əsassız olaraq qəbul edilməmişdir. "Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin subyektləri nəqliyyat vasitələrinə, binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirilməsi ilə bağlı əməliyyat axtarış tədbirləri həyata keçirə bilərlər. Həmin qanunu 4-cü maddəsinə əsasən əməliyyat- axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini pozmaq qadağandır. Həmin Qanunun 6-ci maddə insan və vətəndaş hüquq və azadlıqlarının, fiziki və hüquqi şəxslərin qanunla müdafiə olunan mənafelərinin, ictimai və dövlət təhlükəsizliyinin qorunması üçün öz səlahiyyətləri daxilində bütün qanuni tədbirləri görməlidirlər. Azərbaycan Respublikası CPM-in 445.2-ci maddəsinin tələblərinə görə "Əməliyyataxtarış fəaliyyəti haqqında" Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş hallarda CPM-in 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir.Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair" 5 avqust 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə nəzarəti icraatında məhkəmə əsasən iki vəzifə daşıyır: cinayət təqibi üzrə müvəkkil edilmiş orqanlar və vəzifəli şəxslər tərəfindən edilən ayrı-ayrı hərəkətlərin və qəbul olunan qərarların qanuniliyinin təmin olunması; cinayət prosesi istirakçılarının hüquq və azadlıqlarının qorunması (əsassız və qanunsuz məhdudlaşdırılmasının istisna edilməsi, hüquqların pozulmasına son qoyulması və pozulmuş hüquqların bərpası). Bundan başqa, CPM-nin 137-ci maddəsinə əsasən, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Qərarına əsasən əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar "Əməliyyat- axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. İsin faktiki hallarından görünür ki, xx.xx.2022-ci il tarixdə keçirlmiş əməliyyat-axtarış tədbiri müvafiq əməliyyat məlumat əsasında buna əsaslar olduğu üçün əsaslandırılmış müvafiq qərar əsasında həyata keçirilmiş, əməliyyat tədbiri zamanı yuxarıda sadalanan normaların tələbləri və Tariyel Qasımovun hüquqları pozulmamış, evə baxış keçirilməsi ilə bağlı sonuncu yazılı razılıq ərizəsini təqdim etmişdir. Odur ki, xx.xx.2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri "Əməliyyataxtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduğundan və cinayət prosessual qanunvericliyinin tələblərinə uyğun olaraq məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldığından, mötəbər sübut kimi qəbul edilməlidir. X11 cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə məhkəmə istintaqı zamanı polis əməkdaşları tərəfindən təsir, təzyiq və fiziki zorakılığa məruz qaldığını, yaşadığı evə və idarə etdiyi avtomobilə narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulması ilə bağlı irəli sürdüyü dəlillər də məhkmə istintaqı zamanı dindirilmiş polis əməkdaşlarının ifadələri və işin digər faktiki halları ilə təkzib edilmişdir. Bundan başqa, məhkəmə tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserin 16 may 2022-ci il tarixli 657 №e-li rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobionoidlərdən epizodik istifadə etmə hlları olması nəzərə alınmamışdır. Beləliklə, məhkəmə sübutları qarşılıqlı müqayisə etməklə təhlil aparmadan işin faktiki hallarına uyğun gəlməyən əsassız nəticəyə gəlmiş, sadalanan şahidlərin biri digərini tamamlayan və işin obyektiv hallarına tam uyğun gələn ifadələrini, ekspertiza rəylərini. protokolları və digər sübutların qəbul edilməsinin səbəbini göstərmədən yekun qərar qəbul etmişdir. Bununla yanaşı, məhkəmə tərəfindən bir sübutun qəbul, digər sübutların isə rədd edilməsinin motivlərini göstərmədən, mötəbər sübutlara əsaslanmadan, həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli, digər sübutlarla təkzib olunan ifadələrinə və məhkəmənin özünün subyektiv mülahizələrinə əsaslanaraq, təqsirləndirilən şəxs Tariyel Qasımovun təqsirliliyinin sübuta yetirilməməsi kimi yanlış nəticəyə gəlməklə səhvə yol vermiş və əsassız olaraq ona bəraət vermişdir. Halbuki, CPM-nin tələblərinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir, sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biri olduğu üçün onunla mübarizə aparmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılması ilə mübarizəyə dair" 2007-2012. 2013-2018, 2019-2024-cü illər üçün Dövlət Proqramları təsdiq edilmişdir. Proqramlarda tövsiyə olunan tədbirlərin icrası ilə əlaqədar hər beş ildə respublika üzrə bu kateqoriyalı işlərlə bağlı cinayətkarlığın dinamikasına dair məhkəmə statistikası təhlil edilir, bu sahədə qanunvericiliyin məhkəmələr tərəfindən düzgün və eyni cür tətbiq olunmasına köməklik göstərmək və belə cinayətlərin törədilməsini doğuran səbəb və şəraitin müəyyən edilməsi üçün narkotik vasitələrin. psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar respublikanın məhkəmələri tərəfindən baxılmış cinayət işləri üzrə məhkəmə təcrübəsi öyrənilərək ümumiləşdirilir. Həmin Proqramlarda insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli, 2 saylı qərarında məhkəmələrin diqqətini narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə yönəldilən qanunların düzgün tətbiq edilməsinin, bu barədə Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarının tələblərindən irəli gələn müddəalarına ciddi əməl olunmasının, işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması sahəsində fəaliyyətinin təkmilləşdirilməsinin zəruriliyinə cəlb etmişdir. Sadalananlar bir daha qeyd etməyə əsas verir ki, məhkəmə təqsirləndirilən şəxs Tariyel Qasımovun cinayət əməlinə işin obyektiv hallarına uyğun qiymət verməmiş, onun tərəfindən törədilmiş əməldə konkret cinayətin əlamətlərinin olmasını, bununla yanaşı hazırkı vəziyyətdə cəmiyyətdə gedən prosesləri nəzərə almamış, nəticə etibarilə Tariyel Qasımovun bəraət verib məsuliyyətdən kənarda qoymaqla Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq və digər prinsiplərini pozmuşdur. Məhkəmə işi qeyri-obyektiv və birtərəfli apararaq cinayət qanunun və cinayətprosessual qanunun normalarının tələblərini kobud şəkildə pozmuş, iş materiallarında olan mövcud sübutları əsassız olaraq subyektiv mülahizələrinə əsasən digər sübutlarla müqayisəli tədqiq etmədən və işin faktiki hallarını nəzərə almadan, sübutları tam, hərtərəfli və obyektiv yoxlamadan işin faktiki hallarına uyğun olmayan təqsirləndirilən şəxsin özünü müdafiə xarekterli ifadələrinə əsaslanmaqla yalnış nəticəyə gəlmiş, bunun nəticəsi olaraq agır cinayət törətmiş şəxs törətdiyi əmələ görə cinayət məsuliyyətindən kənarda qalmışdır. Beləliklə də X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.l-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Tovuz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü qanunsuz və əsassız olduğundan, həmçinin cinayət qanununun norması düzgün tətbiq edilmədiyindən ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Qalib Rizvanov apellyasiya protestini müdafiə etdi, protestdə göstərilən məzmunda çıxış etdi, apellyasiya protestinin təmin edilməsini, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, onun CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cinayət və cinayət prosessual qanunvericiliyin müddəalarına uyğun cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən bəraət almış şəxs Taryel Qasəmov və onun müdifəçisi Müdafiəçi2 apellyasiya protestinə etiraz edib, protesin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslı olduğundan onun dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya protesti təmin edilməməli, hökm apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində bəraət almış şəxs Təqsirləndirilən şəxs CM-nin 234.1.-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu Abulbəyli kəndində atası Şahid3 Möhsüm oğlu, arvadı X8 ilə birlikdə yaşayır. Özü əvvəllər narkotik vasitədən istifadə etsə də, son zamanlar narkotikadan uzaq qalmış və daha heç zaman ondan istifadə etmək niyyətində olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində mülkiyyətçisi oğlu Emin Qasımov olan, lakin onun sahibliyində olan “Hyundai Accent” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz şəhər Ə.Cavad küçəsi ilə hərəkətdə olarkən iki nəfər mülki geyimli şəxs işarə edərək onun avtomobilini saxladıb, özlərini Tovuz RPŞ-nin polis işçiləri kimi təqdim edərək, xidməti vəsiqələrini göstərmişlər. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, avtomobili ilə birlikdə Tovuz RPŞ-yə gətirmişlər. Tovuz RPŞ-nin inzibati binasında üzərində şəxsi axtarış aparılmış, lakin üzərində hər hansı narkotik vasitə aşkar ediməmişdir. Həmin vaxtı onun maşının qapısı açıq olmuş, maşın polis şöbəsinin həyətində saxlanılmışdı. Üzərinə baxış keçiriləndən sonra onun polis şöbəsinin həyətindəki avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı maşından çıxan narkotik vasitənin ona məxsus olmadığını, maşınına polis əməkdaşları tərəfindən qoyulduğunu, bu halları aşkar etmək üçün polis şöbəsinin inzibati binasında avtomobilə doğru nişanlanmış video kameradan görüntülərin əldə edilməsinin vacibliyini bildirmişdir. Onun maşının baqaj yeri pultla açılsa da, digər qapılar açar və yaxud pult vasitəsilə açılıbbağlanmır. Maşının qapıları hər zaman açıq vəziyətdə qalır. Ondan sonra polis əməkdaşları onun yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı evdə olan hər kəsi evin ikinci mərtəbəsinə qaldırmışlar. Hətta evində olan video müşahidə kamerasının aparatını belə polis əməkdaşları söküb aparmışlar. Evin zirzəmisində axtarış apararkən də guya ona məxsus olan narkotik vasitə aşkar edilmişdir. Halbu ki, onların heç biri ona məxsus olmamış, o uzun müddət narkotik vasitədən istifadə etməmiş və ümumiyyətlə etmək fikrindən uzaq durmuşdur. Odur ki, təqsiri sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Tovuz RPŞ-nin Cinayət axtarış bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantıdır. Tovuz rayon Abulbəyli kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır.Aralarında heç bir qohumluq münasibəti, ədavət və düşmənçilik yoxdur. 09 mart 2022-ci il tarixdə Tovuz RPŞ-də xidməti iş otağında olan zaman Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlayıb gəzdirməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə Tovuz RPŞ-nin rəhbərliyinə raportla məruzə etmiş,şöbə rəhbərliyi tərəfindən həmin məlumatın yoxlanılması və realizə edilməsi üçün ona göstərişicazə verilmişdir. Əməliyyat-axtarış tədbirini keçirmək üçün Tovuz RPŞ-nin RPŞ-nin CABnin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə əməliyyataxtarış tədbiri keçirilməsində iştirak etmişdir. Həmin gün saat 16 radələrində Tovuz şəhər Əhməd Cavad küçəsində Təqsirləndirilən şəxs idarə etdiyi “Hyunday Aksent” markalı **-RE-*** qeydiyyat nişanlı avtomobil saxlanılmışdır.Həmin şəxsə yaxınlaşdıqdan sonra qanunun tələbinə riayət edərək xidməti vəsiqələri Təqsirləndirilən şəxs göstərilib təqdim edərək polis əməkdaşı olduğunu bildirib üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi, saxlaması ilə bağlı şübhəli olduğuna görə Tovuz RPŞ-nə getməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən avtomobilə əyləşmiş, saat təxminən 16 radələrində Tovuz RPŞyə gətirmişlər. Bu barədə Tovuz rayon polis şöbəsinin rəhbərliyinə Təqsirləndirilən şəxs oğliunun üzərinə şəxsi axtarış keçirilməsi,idarə etdiyi avtomobilə və yaşadığı evə baxış keçirilməsinə icazə verilməsi üçün raportla məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxsun üzərinə şəxsi axtarış keçirilməsi həmin gün Tovuz RPŞnin Təhqiqat bölməsinin baş təhqiqatçısı polis kapitanı X16 həvalə edilmişdir. Onun üzərində hər hansı narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra onun maşınına, daha sonra isə yaşadığı evə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi **-RE-*** dövlət qeydiyyat nişanlı “Hunday Akcent” markalı avtomobilə baş təhqiqatçı polis kapitanı X18 tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qoltuq altının üstündə olan parçaya bükülmüş vəziyyətdə iki ədəd kibrit qutusunda olan yaşlı rəngli, bitki mənşəli kütlə aşkar edilmişdir. Həmin iki ədəd kibrit qutusunda olan kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlə kibrit qutusu ilə birlikdə 10.3 qram olmuşdur. Daha sonra vət. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qoltuq altına baxış keçirilmişdir.Baxış zamanı avtomobilin qoltuq altından iki ədəd “Kazbek”siqareti dənəsinə doldurulmuş yaşıl rəngli, bitki mənşəli kütlə aşkar edilmişdir.Həmin siqaret dənəsinə doldurulmuş kütlə əçzaçı tərəzəsində çəkilmiş və siqaret dənəsi ilə birlikdə çəkisi 2.8 qram olmuşdur. Daha sonra təqdim aşkar edilmiş “Kazbek”siqaret dənələrində və kibrit qutularında olan kütlələr bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış və zərf Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək, üzəri iştirakçılar tərəfindən imzalanmış, qablaşdırılmış kütlələrin narkotik vasitə və psixotrop maddə olub olmaması və dəqiq çəkisini müəyyən edib, rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsinə göndərilməsindən ötrü götürülmüşdür. Baxış zamanı avtomobildən başqa əldə edilməsi, daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya və yaxud maddə aşkar edilməmişdir. Bundan sonra elə həmin günü Təqsirləndirilən şəxs oğunun ərizəsi əsasında saat 18:15 dəqiqədə Təqsirləndirilən şəxs və Tovuz rayonu Vəkil bürosunun vəkili X9, polis əməkdaşlarının iştirakları ilə baş təhqiqatçı polis kapitanı X18 tərəfindən Təqsirləndirilən şəxs Tovuz rayonu Abulbəyli kəndində evinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl baş təhqiqatçı polis kapitanı X18 tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə əldə edilməsi, daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya və yaxud maddənin olubolmadığını soruşub, əgər varsa təqdim etməyi təklif edildikdə Təqsirləndirilən şəxs yaşadığı evdə əldə edilməsi, daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşyanın olmadığını bildirmişdir. Daha sonra adları çəkilən şəxslərin iştirakı ilə vət.Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Ev 1 mərtəbəli, alt hissəsi zirzəmidən ibarətdir. Ev 4 otaqdan və 1 mətbəxdən ibarətdir. Evin alt hissəsi isə zirzəmidir. Evin otaqlarına baxış zamanı əldə edilməsi, daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya və yaxud maddə aşkar edilməmişdir. Evin zirzəmisinə baxış keçirlərkən ikinci otaqda girişdən sol tərəfdə yerləşən pəncərənin qabağından bir ədəd dəmir qutunun içərisindən “Kazbek”dənəsinə doldurulmuş, yaşıl rəngli, bitki mənşəli kütlə aşkar edilmişdir. Həmin ”Kazbek”dənəsinə doldurulmuş kütlə əçzaçı tərəzisində çəkildi və həmin kütlə “Kazbek” dənəsi ilə birlikdə 1.1 qram olmuşdur. Həmçinin həmin dəmir qutudan bir ədəd selofan torbada olan yaşıl rəngli, bitki mənşəli kütlə aşkar edilmişdir. Həmin selofan torbada olan kütlədə əçzaçı tərəzisində çəkilmiş, həmin kütlə əçzaçı tərəzisi ilə birlikdə 8.4 qram çəkidə olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisində özü üçün düzəltdiyi otağa baş təhqiqatçı polis kapitanı X18 tərəfindən proses iştirakçıları ilə birlikdə baxış keçirilmişdir. Baxış zamanı həmin otaqdan iki ədəd daş tərəzisi, bir ədədi isə içərisində bitki mənşəli kütlənin qalıqları qalan tərəzi aşkar edilmişdir. Həmin otaqdan tütün və marixuana doldurmaq üçün 9 ədəd boş kazbek qabı, bir ədəd sarı rəngli, tütün doldurmaq üçün aparat, bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş toxum, bir ədəd kağızın üzərində olan yaşıl rəngli bitki mənşəli kütlənin qalıqları aşkar edildi. Aşkar edilmiş bitki qalıqları olan kütlə bir ədəd kağıza tökülüb, elektron tərəzidə çəkildi və kağız parçası ilə birlikdə 4.1 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş kütlələrin ona məxsus olmamasını bildirmişdir. Aşkar edilmiş kütlələr bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış və zərf Azərbaycan Respublikası DİNnin 177 saylı möhürü ilə möhürlənərək, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlələrin narkotik vasitə olub olmaması və dəqiq çəkisini müəyyən edib, rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsinə göndərilməsindən ötrü təhqiqatçı tərəfindən götürülmüşdür. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Əlizadə X5 Orxan Arzu oğlunun ifadəsinə oxşar ifadə vermişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 09 mart 2022-ci il tarixdə saat 19 radələrində o Abulbəyli kəndindəki evində olan zaman Təqsirləndirilən şəxs ilə Tovuz rayon polis şöbəsinin əməkdaşları evinə gəlmişlər. Həmin şəxsər oğlunun və onun iştirakı ilə evə baxış keçirmişlər. Baxışda onun özü də iştirak etmişdir. Baxış zamanı gəlini Ülviyyə və arvadı Nazilə də olmuşdur. Polis əməkdaşları onları evin ikinci mərtəbəsində, daha doğrusu zirzəminin üstündəki otağa qoyaraq, onların hərəkət etmələrinə mane olurdular. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o Taryelin arvadıdır. 09 mart 2022-ci ildə polis əməkdaşları evə gəlmiş, ondan bunun səbəblərini soruşanda evə baxış keçiriləndə gəlişlərinin məqsədlərinin nə olduğunu biləcəklərini qeyd etmişlər. Onu, atasını, mərhum oğlunu, qaynanasını evin yuxarı hissəsindəki otağa aparmışlar. 2-3 saat onu dərman içməyə, hətta əl-üzünü yumağa getməyə qoymadılar. Polis əməkdaşlarından biri ondan həyətdəki kameranın işləyib-işləmədiyini soruşur. O da kameranın işlədiyini bildirdi. Kameranın naqilini kəsdilər. Sonra Taryeli əli qandallı gətirdilər. Taryel kül qabının içərisinə narkotik qoya bilməzdi. Atasının bu vəziyyətinə görə maşını fikirli idarə edib oğlu da vəfat etmişdir. Evə baxış keçirilməzdən qabaq 6-7 polis gəldi. Orxan adlı polis onları yuxarı otağa qaldırmışdı. Başlarının üstünə də iki polis nəfəri təhkim edilmişdi. Evdəki video müşahidə kamerasının aparatını da polis əməkdaşları aparıb getdilər. Çünki artıq əmin oldular ki, evdəki kamera hər şeyi çəkmişdi. Sonradan isə aparatı gətirib qaytardılar. Polis əməkdaşlarının əksəriyyəti axtarış başlamazdan əvvəl çıxıb getdilər. Təkcə Orxan adlı polis qaldı. Axtarış keçirilməzdən öncə hər hansı polis əməkdaşlarının sexə, evin zirzəmisinə girdiyini görməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o Taryelin analığıdır. O Taryelin evindən ayrı yaşayır. Ancaq polis əməkdaşları gələndə o, Taryel gildə olmuşdur. Gəlini Ülviyyə, Məzahirin qardaşı arvadı Mərhəmət də orada idi. 09 mart 2022-ci ildə polis əməkdaşları evə gəlmiş, ondan bunun səbəblərini soruşanda evə baxış keçiriləndə gəlişlərinin məqsədlərinin nə olduğunu biləcəklərini qeyd etmişlər. Evdə olanların hamısını ikinci mərtəbədəki otağa yığdılar ki, evdə axtarış aparılacaq. Polis əməkdaşlarından biri video kameran ın naqili kəsdi. Sanki axtarış üçün gələn şəxslərə hazırlıq işləri görürdülər. Polis əməkdaşı kameranın naqilini kəsdi. Sonra Taryeli əli qandallı gətirdilər. Axtarış qutarandan sonra evdəki video müşahidə kamerasının aparatını da polis əməkdaşları aparıb getdilər. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirimiş Tovuz Rayon Polis X4 baş təhqiqatçısı X18 ifadəsində göstərmişdir ki, təhqiqatçı kimi Təqsirləndirilən şəxs üzərində, nəqliyyat vasitəsində və yaşadığı evdə axtarışı o aparmışdır. Nəqliyat vasitəsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs Tovuz rayon Polis Şöbəsinin binasına yerləşdirilmiş video kameradakı görüntülərin əldə edilməsi ilə bağlı xahişini eşitməmiş, ola bilsin ki, diqqətsizlik göstərmişdir. Taryelin evindəki axtarışa gəlincə isə onu qeyd edir ki, həqiqətən də əvvəlcə baxdığı mavi rəngli qabın içərisində heç nə yox idi. Əgər nə isə olsa idi o onu götürərdi. Sonradan eyni qaba baxış keçirəndə isə onun içərisindən narkotik vasitə çıxdı. Eyni qaba bir neçə dəqiqə əvvəl baxış keçirmiş, hər hansı narkotik vasitə aşkar edilməmişdi, sonradan həmin qaba baxış keçirən zaman narkotik vasitənin ora necə düşməsini izah edə bilməkdə çətinlik çəkir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsinin 10 mart 2022-ci il tarixli 16/297 saylı ekspert rəyindən görünür ki,tədqiqata təqdim edilmiş, üzərində ”Vət. Təqsirləndirilən şəxs idarə etdiyi” yazı və imzalar olan kağız paketdəki 2(iki) ədəd kibrit qutusunda,ayrı-ayrılıqda təmiz çəkiləri 2,45qram, 2,55 qram, ümumi təmiz çəkisi 5 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır.Həmin kağız paketdəki 2 (iki) ədəd “kazbek” dənəsində tütünlə birlikdə, ayrı-ayrılqda ümumi təmiz çəkiləri 0,96 qram, 0,88 qram tütündən ayrıldıqdan sonra ayrı-ayrılıqda təmiz çəkiləri-0,19 qram, 0,18 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində ”Vət.Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 7,22 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin kağız paketdəki 1 (bir) ədəd “kazbek” dənəsində tütünlə birlikdə, ümumi təmiz çəkisi 0,95 qram, tütündən ayrıldıqdan sonra təmiz çəkisi 0,19 qram, olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin kağız paketdəki 1 (bir) ədəd ağ kağız bükümdə tütünlə birlikdə ümumi təmiz çəkisi 0,03 qram, tütündən ayrıldıqdan sonra təmiz çəkisi 0,02 qram olan yaşıl rəngli bitki mənşəli kütlənin təmiz çəkisi, tədqiqat aparmaq üçün yetərli olmadığından tədqiqatı aparılmadı. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd gümüşü kağız bükümdə, təmiz çəkisi 0,15 qram olan bitki toxumları narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır və tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserin 16 may 2022-ci il tarixli 657 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannonbionoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburu müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 09 mart 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, 09 mart 2022-ci il tarixdə saat 16:20-dən saat 17:00-dək Tovuz rayon X21 Bölməsinin baş təhqiqatçısı polis kapitanı X18 tərəfindən Təqsirləndirilən şəxs barəsində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış, çəxsi axtarış aparılan zaman onun üzərindən bir ədəd avtomobil açarı, bir ədəd “Palmal” markalı siqaret (qutusu), 2 ədəd 20 manatlıq əsginas, 3 ədəd 10 manatlıq əsginas, 3 ədəd 5 manatlıq əsginas, 4 ədəd 1 manatlıq əsginas halında olmaqla ümumilikdə 89 manat məbləğində nağd pul, o cümlədən 5 ədəd 100 manatlıq əsginas halında olmaqla 500 manat məbləğində nağd pul, 6 ədəd plastik kartı və bir ədəd pul kisəsi (pul qabı) aşkar edilmişdir. İş materiallarında olan 09 mart 2022-ci il tarixli “Baxış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, 09 mart 2022-ci il tarixdə saat 17:10-dan saat 18:00-dək Təqsirləndirilən şəxs iştirakı ilə onun idarə etdiyi “Hunday Aksent” markalı **- RE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış keçirilən zaman həmin avtomobilin qoltuq altı hissəsinin üstündən iki ədəd, içlərində yaşıl rəngli bitki mənşəli kütlə olan kibrit qutuları aşkar edilmişdir. Həmin iki ədəd kibrit qutusunda olan kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlənin kibrit qutusu ilə birlikdə çəkisi 10,3 qram olmuşdur. İş materiallarında olan 09 mart 2022-ci il tarixli “Baxış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, 09 mart 2022-ci il tarixdə saat 18:10-dan saat 19:40-dək Təqsirləndirilən şəxs Tovuz rayonun Abulbəyli kəndində yerləşən yaşadığı evə baxış keçirilmiş, baxış keçirilən zaman onun yaşadığı evin mətbəxindən 32 ədəd güllə, həmin evdən eyni zamanda tütün doldurmaq üçün istifadə olunan aparat, evin zirzəimisindən isə 1,1 qram ümumi çəkidəki (kazbek ilə birlikdəki çəkisi) kazbek papirosu dənəsinə doldurulmuş bitki mənşəli kütlə, bükülü olduğu sellofanla birlikdə ümumi çəkisi 8.4 qram təşkil edən bitki mənşəli kütlə, bir ədəd dövlət qeydiyyat nişanı və iki ədəd daş tərəzisi, 9 ədəd boş kazbek qabı, bir ədəd sarı rəngli tütün doldurmaq üçün aparat, bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş toxum, bir ədəd kağızın üzərində olan yaşıl rəngli bitki mənşəli kütlənin qalıqları aşkar edilərək götürülmüşdür İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Hunday Aksent” markalı **-RE-*** qeydiyyat nişanlı minik avtomobilə baxış zamanı aşkar olunaraq götürülmüş parçaya bükülmüş vəziyyətdə iki ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 2,45 qram və 2,55 qram, qoltuq altından iki ədəd ”Kazbek” dənələrində ayrıayrılıqda təmiz çəkiləri 0,19 qram, 0,18 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, habelə, Tovuz rayon Abulbəyli kəndinki evinə baxış zamanı zirzəminin 2-ci otağında pəncərənin qabağında bir ədəd dəmir qutudan bir ədəd ”Kazbek” dənəsində təmiz çəkisi 0,19 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd sellofan bükümdə təmiz çəkisi 7,22 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, 32 ədəd zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kiçik kalibrli, Marqolin konstruksiyalı tapançalarda və TOZ modelli yivli tüfənglərdə atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan və atəş üçün yararlı patronlar, həmin əşyaların götürülməsi zamanı aparılmış videoçəkiliş diskləri öz xüsusiyyətinə və əlamətinə, vaxtına və üzərində hadisənin izlərinin saxladığına görə cinayət təqibi üçün əhəmiyyət kəsb etdiyindən maddi subut hesab edilərək saxlanılması rayon Polis Şöbəsinin maddi subutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon məhkəməsinin 12 iyul 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 17,129-cu maddələri ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1995-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 23-1-ci maddəsi tətbiq edilərək əməyə mütləq cəlb edilməklə cəzası şərti hesab edilmişdir. xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1996-cı il tarixli Amnistiya qərarının 2-ci maddəsinə əsasən cəzadan azad edilmişdir. Hökmdən verilmiş apellyasiya protestinin məzmunundan görünür ki, protestdə birinci instansiya məhkəməsinin bəraət hökmünün əsassız və qanunsuz olduğu, sübutların düzgün tədqiq edilərək qiymətləndirilmədiyi və Tariyel Qasımovun barəsində ittiham hökmü çıxarılmalı olduğu iddia edilmişdir. Apellyasiya protestinin dəlillərinin əsasını birinci instansiya məhkəməsi tərəfindən işin hallarının düzgün qiymətləndirilmədiyi və işdə olan sübutlar əsasında Tariyel Qasımovun əməlinə düzgün hüquqi qiymət verilmədiyi təşkil edir. Dövlət ittihamçısı belə hesab etmişdir ki, məhkəmə sübutları qarşılıqlı müqayisə etməklə təhlil aparmadan işin faktiki hallarına uyğun gəlməyən əsassız nəticəyə gəlmiş, sadalanan şahidlərin biri digərini tamamlayan və işin obyektiv hallarına tam uyğun gələn ifadələrini, ekspertiza rəylərini. protokolları və digər sübutların qəbul edilməsinin səbəbini göstərmədən yekun qərar qəbul etmişdir. Məhkəmə tərəfindən bir sübutun qəbul, digər sübutların isə rədd edilməsinin motivlərini göstərmədən, mötəbər sübutlara əsaslanmadan, həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli, digər sübutlarla təkzib olunan ifadələrinə və məhkəmənin özünün subyektiv mülahizələrinə əsaslanaraq, təqsirləndirilən şəxs Tariyel Qasımovun təqsirliliyinin sübuta yetirilməməsi kimi yanlış nəticəyə gəlməklə səhvə yol vermiş və əsassız olaraq ona bəraət vermişdir. Hökmdən verilmiş apellyasiya protestinin yuxarıda sadalanan dəlillərini araşdırdıqdan sonra məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini məqsədəuyğun hesab edir. Cinayət-Prosessual Məcəllənin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 349.3-349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. CPM-nin təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində təsbit etmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur. Həmin Məcəllənin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Hazırki iş üzrə hökmdən verilmiş apellyasiya protestinin dəlilləri araşdırılarkən müəyyən edilmişdir ki, işin ibtidai istintaqını aparan orqan Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürərkən işin faktiki hallarına uyğun olaraq toplanmış sübutların məcmusuna ittihamın həlli üçün onların mötəbərliyi və kifayət etməsi baxımından düzgün qiymət verməmiş, nəticədə Təqsirləndirilən şəxs əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmişdir. İş materialları əsasında müəyyən edilmişdir ki, əməliyyat-axtarış tədbirləri əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra öncə onun üzərinə şəxsi axtarış aparılmış, bu zaman onun üzərində əldə edilməsi, daşınması, saxlanılması qadağan edilən hər hansı bir əşya aşkar edilməmiş, daha sonra onun Tovuz rayon Polis Şöbəsinin inzibati binasının həyətində polis əməkdaşları tərəfindən saxlanılan avtomobilinə baxış keçirilmiş, bundan sonra isə yaşadığı evində axtarış aparılmşdır. Şəxsi axtarış zamanı öncə Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, daşınması, saxlanılması qadağan edilən hər hansı bir əşya aşkar edilməsə də, məhkəmə həmin istintaq hərəkətinin digər istintaq hərəkətinə təsirinin olmasını nəzərə alaraq qeyd edilən istintaq hərəkətinin üzərində dayanılmasını və həmin hərəkətə hüquqi qiymət verilməsini zəruri hesab etmişdir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi **- RE-*** dövlət nömrə nişanlı avtomobil polis şöbəsinin həyətinə yerləşdirilməklə avtomobil həmin andan Təqsirləndirilən şəxs sahibliyindən çıxmışdır. Onun üzərinə şəxsi axtarış keçirən zaman avtomobilin açarı təhqiqatçı tərəfindən ondan götürülmüşdür. Bu həm protokolda, həm də video görüntüdə öz əksini tapmışdır. Həmin açarın nə vaxt Təqsirləndirilən şəxs qaytarılması istər protokoldan, istərsə də video görüntüdən müəyyən edilmir. Buna baxmayaraq nəqliyyat vasitəsinə baxış keçirilən zaman avtomobilin açarı Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin videogörüntüləri yüklənmiş 01 ədəd DVD-R formatlı disk məhkəmə baxışı zamanı nümayiş olunarkən müəyyən edilmişdir ki, şəxsi axtarış 7 dəqiqə 12 saniyə davam etmişdir. Bununla bağlı tərtib edilmiş protokolda isə şəxsi axtarışın saat 16:20-də başlayıb, 17:00-da bitməsi, yəni 40 dəqiqə davam etməsi göstərilmişdir. Lakin, 37 dəqiqə ərzində Təqsirləndirilən şəxs avtomobilinin açarının ona qaytarılmasını müəyyən etmək mümkün olmamışdır. Bu da onu deməyə əsas verir ki, onun polis şöbəsinin həyətində saxlanılmış avtomobili polis əməkdaşlarının sərəncamında olmuşdur. Belə olduğu halda məhkəmədə bu qənaət formalaşmışdır ki, açar nəqliyyat vasitəsinə baxış keçirilməzdən öncə formal olaraq Təqsirləndirilən şəxs qaytarılmışdır. Bundan başqa da təhqiqatçı baxışı yekunlaşdırıb, çəkilişin dayandırılmasını və nəqliyyat vasitəsinə baxış keçirilməsini elan etsə də, çəkilişi dayandırmadan da nəqliyyat vasitəsinə baxışın keçirilməsi mümkün görünürdü. Belə olduğu halda avtomobilin açarının hansı vəziyyətdə və necə sahibinə qaytarılmasını da müəyyən etmək mümkün olardı. Təqsirləndirilən şəxsin avtomobilində baxış keçirilməsi prosesinin videogörüntüləri yüklənmiş 01 ədəd DVD-R formatlı disk məhkəmə baxışı zamanı nümayiş olunarkən müəyyən edilmişdir ki, təhqiqatçı Təqsirləndirilən şəxs avtomobilin qapılarının açılmasını təklif edir. Bu zaman görüntülərdən qapının pultla açılıb-açılmaması da müəyyən edilmir. Əvvəla artıq qapının Təqsirləndirilən şəxs tərəfindən açılıb-açılmamasının da iş üçün o qədər də əhəmiyyəti qalmır. Belə ki, avtomobildən narkotik vasitə aşkar edildikdən sonra o, vəsatət verərək polis şöbəsindəki kameranın görüntülərinin əldə edilməsini xahiş edərək, əgər həmin görüntülər əldə edilməzsə özünə qəsd edəcəyini bildirsə də, istər təhqiqatçı tərəfindən, istərsə də müstəntiq tərəfindən onun vəsatətinə əhəmiyyət verilməmişdir. Videogörüntülərdən göründüyü kimi avtomilə baxış keçirildiyi müddət ərzində Təqsirləndirilən şəxs var-gəl edərək həmin narkotik vasitənin ona aid olmadığını deyir. Məhkəmə qeyd etmişdir ki, vəsatət təmin ediləcəyi təqdirdə avtomobilə kənar şəxslərin daxil olub-olmamasını da asanlıqla müəyyən etmək mümkün olardı. Məhkəmə istintaqı zamanı polis şöbəsindən həmin görüntülər istənilsə də, həmin görüntülər silindiyinə görə onların təqdim edilməsi mümkün olmamışdır. Video görüntüdən göründüyü kimi axtarışın keçirilməsini 16-cı dəqiqəsində Polis Şöbəsinin müşahidə kameraları ilə qeydə alınmış video görüntülərin əldə edilməsi ilə bağlı Təqsirləndirilən şəxs vəsatətinə axtarışı aparan təhqiqatçı “istintaqın gedişatında hamısı üzə çıxacaq” deyərək münasibət bildirsə də, bununla bağlı hər hansı prosessual hərəkətlər edilməmişdir. Bundan başqa müəyyən edilmişdir ki, nəqliyyat vasitəsinə baxış keçirilərkən çəkiliş kəsilmiş, növbəti 1 dəqiqə 04 saniyədən ibarət video görüntüdə Təqsirləndirilən şəxs evinə baxış keçirilərkən qohum-qonşuların iştirakının təmin edilməsini xahiş etməklə, yenidən Polis Şöbəsindəki binadakı görütülərin əldə edilməsini təhqiqatçının diqqətinə çatdırmışdır. Video görüntülərdən göründüyü kimi, Təqsirləndirilən şəxs polis şöbəsinin həyətindəki kameranın qeydə aldığı görüntülərin götürülməsini istəyir. Çünki o şübhə edir ki, onun üzərinə baxış keçirilərkən avtomobilinə kənar şəxslər tərəfindən, əslində isə polis əməkdaşları tərəfindən narkotik vasitə qoyulmuşdiur. Onun bu xahişinə istər təhqiqatçı tərəfindən, istərsə də müstəntiq tərəfindən vəsatət kimi qəbul edilərək hüquqi qiymət verilməmiş, zamanında həmin görüntülər əldə edilməmiş və həmin görüntülərin əldə edilməsinə ümumiyyətlə səy göstərilməyərək, istintaq bu görüntülərin ələ keçirilməsində maraqlı olmamış, bir sözlə təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən həmin dəlillər ittiham tərəfindən təkzib edilməmişdir. Məhkəmə baxışında təhqiqatçı Ruflan Əliyev nəqliyat vasitəsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs Tovuz rayon Polis Şöbəsinin binasına yerləşdirilmiş video kameradakı görüntülərin əldə edilməsi ilə bağlı xahişini eşitməməsi, ola bilsin ki, diqqətsizlik göstərməsi barədə həqiqətə uyğun olmayan ifadə vemişdir. Təqsirləndirilən şəxsin yaşadığı Tovuz rayonunun Abulbəyli kəndində fərdi yaşayış evinin zirzəmisində axtarış aparılması prosesinin videogörüntüləri yüklənmiş 01 ədəd DVD-R formatlı disk məhkəmə baxışı zamanı nümayiş olunarkən müəyyən edilmişdir ki, zirzəmidə yüzlərlə qablar var. Pəncərənin önündəki içərisi boş olan mavi rəngli qaba baxdıqdan sonra, baxılmamış digər qablar qaldığı halda, təhqiqatçı Ruflan Əliyev bir neçə dəqiqə sonra yenidən həmin yerə qayıdıb, pəncərənin önündəki həmin mavi rəngli qaba təkrarən baxır və qabın içərisindən narkotik vasitəni aşkar edir. Məhkəmə istintaqı zamanı verdiyi ifadəsində təhqiqatçı X22 Qasəmovun evində axtarış aparılan zaman həqiqətən də əvvəlcə baxdığı mavi rəngli qabın içərisində heç nə olmadığını, sonradan eyni qaba baxış keçirəndə isə onun içərisindən narkotik vasitə çıxdığını, eyni qaba bir neçə dəqiqə əvvəl baxış keçirdiyini, lakin hər hansı narkotik vasitə aşkar edilmədiyini bildirmiş, sonradan həmin qaba baxış keçirən zaman narkotik vasitənin ora necə düşməsini isə izah edə bilməmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş yuxarıda qeyd edilən hallarını, yəni təqsirləndirilən şəxsə məxsus nəqliyyat vasitəsinə və yaşadığı evə baxış keçirilməsi ilə bağlı istintaq hərəkətlərinin kobud qanun pozuntusuna yol verilməklə aparıldığını və həmin istintaq hərəkətləri nəticəsində əldə olunmuş sübutların mötəbər olmadığını, aşkar edilmiş narkotik vasitələrin təqsirləndirilən şəxsə aidiyyətinin olmadığını, bununla da təqsirləndirilən şəxsə verilmiş ittihamın öz təsdiqini tapmadığını hesab etmişdir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş yuxarlda qeyd edilən hallarını nəzərər alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə verilmiş ittihamın öz təsdiqini tapmadığı, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin dispoziyasında nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli olmasının sübuta yetmədiyi qənaətinə gəlmişdir. CM-nin 3-cü maddəsinin tələbinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz (63-cü maddənin İ, İİ, İİİ və İV hissələri). Konstitusiyanın 125-ci maddəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. CPM-nin 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 42.1-ci maddəsində göstərilir ki, cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətə aidiyyəti sübuta yetirilmədikdə və ya şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə bəraət verilməlidir. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi təsdiq olunmur. Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi təsdiq olunmadığına görə o, ttiham tərəfinin təqdim etdiyi sübutlar əsasında onların mötəbərliyi və kifayət etməsi baxımından CM-nin həmin maddəsi ilə təqsirli hesab edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 234.1-ci maddəsi ilə bəraət vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan cinayət işi üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, araşdırılmış sübutlara CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi tərəfində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, hər hansı səhvə yol verilməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı əsassız olaraq Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət törətməsi nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsində bütün sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmış, verilmiş ittiham üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya protestinin dəlilləri isə yalnız mülahizələdən ibarətdir və həmin dəlillər iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kifayət qədər mötəbət sübutlarla təkzib edilir. Ümumiyyətlə, apellyasiya protestinin dəlilləri hökmün ləğv edilməsi, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ittiham verilməsi üçün əsas ola bilməz. CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti təmin edilməməli, dair Tovuz Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 1(062)- 6/2023 saylı hökmü dövlət ittihamçısının apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair Tovuz Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 1(062)-6/2023 saylı hökmü dövlət ittihamçısının apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar