Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-380/2023 13.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1, Zərərçəkmiş şəxs və nümayəndəsi-vəkil Nümayəndə iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Kəlbəcər Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli 1(040)-4/2023 nömrəli hökmündən müdafiəçi və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Kəlbəcər Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli 1(040)-4/2023 nömrəli (sədrlik edən Həsən Qəniyev) hökmü ilə xx xxxxx 1979-cu ildə Kəlbəcər rayonunun Cəmilli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göygöl şəhəri Aşıq Ələsgər küçəsi 57, bina 3, mənzil 7-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərinə aşağıdakı vəzifələrin qoyulması: 1) yaşadığı ünvanı saat 23:00-dan saat 07:00-dək tərk etməmək, 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, 3) Göygöl rayonu və Gəncə şəhərinin ərazilərini tərk etməmək, 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq. cəzasının əvvəlinin probasiya qurumunda qeydiyyata alındığı gündən hesablanması, hökmün icrasına nəzarətin yaşayış yeri üzrə probasiya qurumuna həvalə edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hökmə əsasən, Təqsirləndirilən şəxs 26 noyabr 2022-ci il tarixdə saat 10 radələrində Göygöl şəhəri, Aşıq Ələsgər küçəsi-57, bina 3, mənzil 43-də yaşayan Zərərçəkmiş şəxs yaşadıqları Göygöl şəhəri, Aşıq Ələsgər küçəsi-57-də 1 saylı binanın qarşısında döyərək sağ təpə-gicgah nahiyələrinin yumşaq toxumalarının əzilməsi və hematoması kimi ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa “yüngül” zərərvurmaya aid edilən xəsarət yetirmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən müdafiəçi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsində nəzərdə tutulan əməldə təqsirsiz hesab edilərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Həmçinin hökmdən zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək hökmün tamamilə ləğv edilməsi və işə yenidən baxılaraq Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissi çəkməməsini və özünü təqsirli bilməməsini nəzərə alaraq, onun barəsində 1 il azadlıqdan məhrum etmə barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə şahid qismində dindirilən şəxslərdə hadisəni, Zərərçəkmiş şəxs bacısı Məhsəti Təqsirləndirilən şəxs qoşulub bir müddət başqa yerdə yaşaması ilə əlaqədar onlar aralarında münasibətlərin pozulmasını, bu səbəbdən 26 noyabr 2022-ci il tarixdə saat 10 radələrində yaşadıqları binanın qarşısında X10 Həsənovun binaya gəlməsini görən zaman onlar arasında dava-dalaş olmasını, həmin vaxt Nətəvan qardaşı Ülfətə tərəf duraraq Təqsirləndirilən şəxs yaxasından tutmasını, lakin hadisə zamanı Təqsirləndirilən şəxs Nətəvanı vurmamasını, döyməməsini, hər hansı bir xəsarət yetirməsini görmədiklərini təsdiq etmişlər. CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma nəzərdə tutur. Yəni təqsirkar öz əməlinin ictimai təhlükəliliyini dərk edir, bunun zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vuracağını qabaqcadan görür və bunun baş verməsini arzu edir və ya bunun baş verməsinə şüurlu surətdə yol verir. Mövcud maddə ilə təqsirləndirilən Təqsirləndirilən şəxs ona hücum edən Zərərçəkmiş şəxs əvvəl onun yaxasından tutaraq əxlaqsız söyüşlər etmiş, onu Təqsirləndirilən şəxs tərəfindən vurmasına məcbur etmiş, lakin Təqsirləndirilən şəxs öz əməlinin ictimai təhlükəliliyini dərk etmiş, zərərçəkmiş şəxsin sağlamlığına zərər vuracağını qabaqcadan görmüş və bunun baş verməsini arzu etməmişdir. Bu səbəbdən əlqolunu yanına salaraq hadisədən qaçmışdır. Zərərçəkmiş şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyi halda, əməlindən peşmançılıq hissi çəkmədiyi halda, hadisəni yalan deyərək törətmədiyini bildirdiyi halda, məhkəmə istintaqının yekununda dövlət ittihamçısı çıxışında ona həddindən az aşağı cəza istədi, əslində azadlıqdan məhrum etmə həddinin yüksək cəzası istənilməli olduğu halda ona dövlət ittihamçısı tərəfindən cəmi 1 il azadlığın məhdudlaşdırılması cəzası istənildi. Təqsirləndirilən şəxs tərəfindən ona bir manat olsun maddi ziyan ödənilməmiş, xəstəxana xərcləri ödənilməmiş, camaat içərisində onu döydüyünə görə şərəf və ləyaqəti alçaldılmış, eyni zamanda təqsirləndirilən şəxslə o barışmamış və hər hansı barışıq sazişi aralarında olmamış və bu barədə məhkəməyə hər hansı ərizə verməmişdir. Bütün bunlar olduğu halda təqsirləndirilən şəxsə yüngül cəzanın verilməsi məhkəmənin qanunsuz və əsassız hökm etməsi ilə nəticələnmiş olmuşdur. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi zərərçəkmiş tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məzmunda çıxış edərək hökmü ləğv edərək, təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs qarşı tərəfin apellyasiya şikayətin qəbul etməyərək təmin edilməməsini, müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, heç bir qanunsuz hərəkət etməmişdir. Zərərçəkmişin şikayətinə etiraz edərək müdafiəçinin şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin nümayəndəsi-vəkil müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətlərinin dəlillərinə etiraz etdi və təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apelyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətində təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətində isə təqsirləndirilən şəxs barəsində 1 il müddətində azadlıqdan məhrum etmə cəza təyin edilməsini xahiş olunmuşdur. Müdafiəçinin apellyasiya şikayəti ilə əlaqədar qeyd edir ki, Təqsirləndirilən şəxs əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq CM-nin 128-ci maddəsi ilə qiymətləndirilərək həmin maddənin sanksiyası həddində cəza təyin etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 26 noyabr 2022-ci il tarixdə saat 10 radələrində Göygöl şəhəri, Aşıq Ələsgər küçəsi-57, bina 3, mənzil 43-də yaşayan Zərərçəkmiş şəxs yaşadıqları Göygöl şəhəri, Aşıq Ələsgər küçəsi-57-də 1 saylı binanın qarşısında döyərək sağ təpəgicgah nahiyələrinin yumşaq toxumalarının əzilməsi və hematoması kimi ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa “yüngül” zərərvurmaya aid edilən xəsarət yetirməsi şahid ifadələri və ekspert rəyi ilə tam təsdiq olunur. Birinci instansiya məhkəməsindən dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər X2, X6, X5, X9, X3 və X4 tərəfindən verilmiş ifadələrlə verilmiş ittiham tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın ədalətli və obyektiv olmaması ilə bağlı dəlilini araşdıran kollegiya aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 59-cu maddəsində cəzanı yüngülləşdirən halların siyahısı, bu halların əlamətləri tam göstərilmişdir. Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən qanunla müəyyən edilmiş hallar nəzərdə tutulmuş, 59.2-ci maddəsində məhkəmənin ayrı-ayrı halları da cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmasının mümkünlüyü təsbit edilmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cəza məsələsini həll edərkən cəzanı yüngülləşdirən hallarla bağlı qənaətləri ilə yanaşı Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə aldığını xüsusi olaraq qeyd etmiş, bütün bunlara görə onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini əsaslandırmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsasında hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Kəlbəcər Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli 1(040)-4/2023 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayətləri təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Kəlbəcər Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli 1(040)-4/2023 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-380/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-380/2023
13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver