Məhkəmə qərarları › İş №1(104)-386/2023

Gəncə Apellyasiya Məhkəməsi Hökm — İş №1(104)-386/2023

29.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(104)-386/2023 29.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və X7 ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X8, Məhkumlar Məhkum4, Məhkum1, Məhkum3, Məhkum2 və onların müdafiəçiləri Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi8, Müdafiəçi1, X1 və Müdafiəçi10 iştirakları ilə, Məhkum4, Məhkum3, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin «25» fevral 2022-ci il tarixli, 1(044)-08/2022 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 1(044)-08/2022 nömrəli hökmü ilə (hakim Roman Ələkbərli) xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, məhkumluğu olmayan, işsiz, Gəncə şəhəri, Kəpəz rayonu, İsrəfilbəyov küçəsi ev 67-də yaşayan, Məhkum4 CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmiş, o, məhkəmə iclas zalında həbs edilmiş, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 4 avqust 2020-ci il tarixdən hesablanması, xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, mə məhkumluğu olmayan, işsiz, Gəncə şəhəri, Kəpəz rayonu, Sərdarov küçəsi, ev 62-də yaşayan, Məhkum1 CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 14 iyul 2020-ci il tarixdən həbsdə və ev dustaqlığında olması nəzərə alınaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilmiş, barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilmiş, xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Gəncə şəhəri, Poçt qəsəbəsi, Məmmədyarov küçəsi ev 34-dəqeydiyyatda olan və yaşayan, Məhkum3 CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 30 iyul 2020-ci il tarixdən həbsdə və ev dustaqlığında olması nəzərə alınaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilmiş, barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilmiş, xx.xx.1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Gəncə şəhəri, Poçt qəsəbəsi, Əfəndiyev küçəsi, ev 51-də yaşayan, Məhkum2 CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 19 iyul 2020-ci il tarixdən həbsdə və ev dustaqlığında olması nəzərə alınaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilmiş, barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. İŞİN HALLARİ: İbtidai istintaqla müəyyən edilmişdir ki, Məhkum4, Məhkum2, Məhkum3 və Məhkum1 bir qrup şəxs tərəfindən, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişlər. Belə ki, Məhkum4 Məhkum1, Təqsirləndirilən şəxs2, X13, Təqsirləndirilən şəxs3, X16, Məhkum2, X4, Məhkum3, X17, Təqsirləndirilən şəxs1, X3, Miri, Tural (Seyid ləqəbli), Həbib, Elnur, Rəşad, Pərviz, Ziya adlı, “Nəriş” ləqəbli şəxslərlə, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə Gəncə şəhəri ərazisində söz sahibi olduqlarını Gəncə sakinləri arasında nümayiş etdirmək, bir qədər öncə, yəni, 13 iyul 2020ci il tarixdə, saat 16 radələrində Məhkum1, Təqsirləndirilən şəxs3 və Şahid12 əlbir olaraq xuliqanlıq niyəti ilə döymüş şəxslər, yəni, Zərərçəkmiş şəxs1, X23, Zərərçəkmiş şəxs2, X2, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər üzərində öz üstünlüklərini göstərmək məqsədi ilə sonuncularla Gəncə şəhəri, Bağman qəsəbəsi, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında görüş yeri təyin etmişlər, bundan sonra xuliqanlıq niyyətlərini və əməllərini davam etdirmək və həyata keçirmək, Gəncə şəhəri ərazisində özü üstünlüklərini göstərmək, Gəncə şəhər ərazisini kriminogen zonalara bölmək məqsədi ilə 13 iyul 2020-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında, 296 nömrəli fərdi yaşayış evini qarşısında Zərərçəkmiş şəxs1, Rəsul Musayev, Zərərçəkmiş şəxs2, Pərviz Salmanov, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlər görüşərək ümumi niyyətdən birgə iştirak edib nalayiq söyüşlər söyüb cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafda olan avtomobil təmiri sexlərində, mağazalarda, istirahət mərkəzlərində və kafelərdə işləyən şəxslər, orada olan müştərilər, ətrafda yaşayan şəxslərə qarşı aşkar surətdə laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən hərəkətlər edərək Məhkum1, Məhkum2, Məhkum3, Ayaz Hacıyev, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər əl dəyənəkləri və taxta parçaları ilə zərbələr endirərək Zərərçəkmiş şəxs1 məxsus Mersedes Benz G55 AMG markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol və sağ güzgüsünü sındırmaqla, avtomobilin ban hissəsini bir neçə yerdən əzməklə Zərərçəkmiş şəxs1 2490 (iki min dörd yüz doxsan) manat, eyni zamanda Zərərçəkmiş şəxs2 məxsus VAZ 2106 markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilin ön alın şüşəsini, arxa görüntü şüşəsini, ön sağ və sol faralarını, arxa sağ və sol faralarını, qapı şüşələrini sındırmalqa, avtomobilin ban hissəsini bir neçə yerdən əzməklə, o isə, silah qismində istifadə etdiyi və istintaq zamanı əldə edilərək götürülməsi mümükün olmayan bıçaqla həmin avtomobilin təkərlərini deşməklə Zərərçəkmiş şəxs2 568 (beş yüz altmış səkkiz) manat maddi ziyan vurmaqla, daha sonra isə Zərərçəkmiş şəxs1, Rəsul Musayevi, Zərərçəkmiş şəxs2, Pərviz Salmanovu, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərə zor tətbiq edilməsi hədəsi ilə onların üzərinə hücum etməklə silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkum1 Məhkum4, Təqsirləndirilən şəxs2, X13, Təqsirləndirilən şəxs3, X16, Məhkum2, X4, Məhkum3, X17, Təqsirləndirilən şəxs1, X3, Miri, Tural (Seyid ləqəbli), Həbib, Elnur, Rəşad, Pərviz, Ziya adlı, “Nəriş” ləqəbli şəxslərlə, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə Gəncə şəhəri ərazisində söz sahibi olduqlarını Gəncə sakinləri arasında nümayiş etdirmək, bir qədər öncə, yəni, 13 iyul 2020ci il tarixdə, saat 16 radələrində onu, Təqsirləndirilən şəxs3 və Şahid12 əlbir olaraq xuliqanlıq niyəti ilə döymüş şəxslər, yəni, Zərərçəkmiş şəxs1, X23, Zərərçəkmiş şəxs2, X2, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər üzərində öz üstünlüklərini göstərmək məqsədi ilə Şahid12 məxsus “Opel Vectra” markalı, **-DZ-*** dövlət nömrə nişanlı, Təqsirləndirilən şəxs2 məxsus “Renault Meqan” markalı, **-EH-*** nömrə nişanlı, Akif Dünyamalıyevə məxsus “VAZ-2107” markalı, **-RK-*** dövlət nömrə nişanlı, Təqsirləndirilən şəxs1 məxsus “Vaz 21015” markalı, **-LV-*** dövlət nömrə nişanlı, onun idarə etdiyi “Mercedes Benz C” markalı, **-ZL-*** dövlət nömrə nişanlı avtomobillərlə qrup halında qarşı tərəflə görüşmək üçün 13 iyul 2020-ci il tarixdə, saat 17 radələrində Gəncə şəhər Kəlbəcər şəhərciyinin yanına gedərkən Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən, “Əllərin dairəsi” adlanan yerdə Zərərçəkmiş şəxs1 və onunla birlikdə olan şəxslərlə rastlaşmışlar, xuliqanlıq əməllərini və niyətlərini davam etdirərək zorun tətbiq edilməsi hədəsi ilə camaatın gözü qarşısında olduqları avtomobillərlə qarşı tərəfin olduqları avtomobilləri saxlatmaq və dalaşmaq üçün təxminən yarım saat Gəncə şəhəri ərazisində təqib edərək, işıqforlarda qarşılarını kəsərək şəhər sakinləri və yol hərəkətinin digər iştirakçıları arasında vahimə yaratmışlar, qarşı tərəf onlardan sayca az olduqları üçün avtomobillərini saxlamayıb aralandıqdan sonra onlar xuliqanlıq niyəti ilə planlı şəkildə hərəkət etmək üçün yenidən Poçt qəsəbəsi ərazisində yığışaraq qarşı tərəflə telefon vasitəsi ilə əlaqə saxlayaraq mübahisəni və dava-dalaşı davam etdirmək üçün Gəncə şəhəri, Bağman qəsəbəsi, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında görüş yeri təyin etmişlər, bundan sonra xuliqanlıq niyyətlərini və əməllərini davam etdirmək və həyata keçirmək, Gəncə şəhəri ərazisində özü üstünlüklərini göstərmək, Gəncə şəhər ərazisini kriminogen zonalara bölmək məqsədi ilə 13 iyul 2020-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında, 296 nömrəli fərdi yaşayış evini qarşısında Zərərçəkmiş şəxs1, Rəsul Musayev, Zərərçəkmiş şəxs2, Pərviz Salmanov, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlər görüşərək ümumi niyyətdən birgə iştirak edib nalayiq söyüşlər söyüb cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafda olan avtomobil təmiri sexlərində, mağazalarda, istirahət mərkəzlərində və kafelərdə işləyən şəxslər, orada olan müştərilər, ətrafda yaşayan şəxslərə qarşı aşkar surətdə laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən hərəkətlər edərək o, Məhkum2, Məhkum3, Ayaz Hacıyev, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər əl dəyənəkləri, taxta parçaları və daşla zərbələr endirərək Zərərçəkmiş şəxs1 məxsus Mersedes Benz G55 AMG markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol və sağ güzgüsünü sındırmaqla, avtomobilin ban hissəsini bir neçə yerdən əzməklə Zərərçəkmiş şəxs1 2490 (iki min dörd yüz doxsan) manat, eyni zamanda Zərərçəkmiş şəxs2 məxsus VAZ 2106 markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilin ön alın şüşəsini, arxa görüntü şüşəsini, ön sağ və sol faralarını, arxa sağ və sol faralarını, qapı şüşələrini sındırmalqa, avtomobilin ban hissəsini bir neçə yerdən əzməklə, Məhkum4 isə, silah qismində istifadə etdiyi və istintaq zamanı əldə edilərək götürülməsi mümükün olmayan bıçaqla həmin avtomobilin təkərlərini deşməklə Zərərçəkmiş şəxs2 568 (beş yüz altmış səkkiz) manat maddi ziyan vurmaqla, daha sonra isə Zərərçəkmiş şəxs1, Rəsul Musayevi, Zərərçəkmiş şəxs2, Pərviz Salmanovu, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərə zor tətbiq edilməsi hədəsi ilə onların üzərinə hücum etməklə silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkum3 Məhkum1, Məhkum4, Təqsirləndirilən şəxs2, X13, Təqsirləndirilən şəxs3, X16, Məhkum2, X4, X17, Təqsirləndirilən şəxs1, X3, Miri, Tural (Seyid ləqəbli), Həbib, Elnur, Rəşad, Pərviz, Ziya adlı, “Nəriş” ləqəbli şəxslərlə, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə Gəncə şəhəri ərazisində söz sahibi olduqlarını Gəncə sakinləri arasında nümayiş etdirmək, bir qədər öncə, yəni, 13 iyul 2020-ci il tarixdə, saat 16 radələrində Məhkum1, Təqsirləndirilən şəxs3 və Şahid12 əlbir olaraq xuliqanlıq niyəti ilə döymüş şəxslər, yəni, Zərərçəkmiş şəxs1, X23, Zərərçəkmiş şəxs2, X2, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər üzərində öz üstünlüklərini göstərmək məqsədi ilə Şahid12 məxsus “Opel Vectra” markalı, **-DZ-*** dövlət nömrə nişanlı, Təqsirləndirilən şəxs2 məxsus “Renault Meqan” markalı, **-EH-*** nömrə nişanlı, Akif Dünyamalıyevə məxsus “VAZ-2107” markalı, **-RK-*** dövlət nömrə nişanlı, Təqsirləndirilən şəxs1 məxsus “Vaz 21015” markalı, **-LV-*** dövlət nömrə nişanlı, Məhkum1 idarə etdiyi “Mercedes Benz C” markalı, **-ZL-*** dövlət nömrə nişanlı avtomobillərlə qrup halında qarşı tərəflə görüşmək üçün 13 iyul 2020-ci il tarixdə, saat 17 radələrində Gəncə şəhər Kəlbəcər şəhərciyinin yanına gedərkən Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən, “Əllərin dairəsi” adlanan yerdə Zərərçəkmiş şəxs1 və onunla birlikdə olan şəxslərlə rastlaşmışlar, xuliqanlıq əməllərini və niyətlərini davam etdirərək zorun tətbiq edilməsi hədəsi ilə camaatın gözü qarşısında olduqları avtomobillərlə qarşı tərəfin olduqları avtomobilləri saxlatmaq və dalaşmaq üçün təxminən yarım saat Gəncə şəhəri ərazisində təqib edərək, işıqforlarda qarşılarını kəsərək şəhər sakinləri və yol hərəkətinin digər iştirakçıları arasında vahimə yaratmışlar, qarşı tərəf onlardan sayca az olduqları üçün avtomobillərini saxlamayıb aralandıqdan sonra onlar xuliqanlıq niyəti ilə planlı şəkildə hərəkət etmək üçün yenidən Poçt qəsəbəsi ərazisində yığışaraq qarşı tərəflə telefon vasitəsi ilə əlaqə saxlayaraq mübahisəni və dava-dalaşı davam etdirmək üçün Gəncə şəhəri, Bağman qəsəbəsi, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında görüş yeri təyin etmişlər, bundan sonra xuliqanlıq niyyətlərini və əməllərini davam etdirmək və həyata keçirmək, Gəncə şəhəri ərazisində özü üstünlüklərini göstərmək, Gəncə şəhər ərazisini kriminogen zonalara bölmək məqsədi ilə 13 iyul 2020-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında, 296 nömrəli fərdi yaşayış evini qarşısında Zərərçəkmiş şəxs1, Rəsul Musayev, Zərərçəkmiş şəxs2, Pərviz Salmanov, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlər görüşərək ümumi niyyətdən birgə iştirak edib nalayiq söyüşlər söyüb cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafda olan avtomobil təmiri sexlərində, mağazalarda, istirahət mərkəzlərində və kafelərdə işləyən şəxslər, orada olan müştərilər, ətrafda yaşayan şəxslərə qarşı aşkar surətdə laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən hərəkətlər edərək o, Məhkum2, Məhkum1, Ayaz Hacıyev, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər əl dəyənəkləri, taxta parçaları və daşla zərbələr endirərək Zərərçəkmiş şəxs1 məxsus Mersedes Benz G55 AMG markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol və sağ güzgüsünü sındırmaqla, avtomobilin ban hissəsini bir neçə yerdən əzməklə Zərərçəkmiş şəxs1 2490 (iki min dörd yüz doxsan) manat, eyni zamanda Zərərçəkmiş şəxs2 məxsus VAZ 2106 markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilin ön alın şüşəsini, arxa görüntü şüşəsini, ön sağ və sol faralarını, arxa sağ və sol faralarını, qapı şüşələrini sındırmalqa, avtomobilin ban hissəsini bir neçə yerdən əzməklə, Məhkum4 isə, silah qismində istifadə etdiyi və istintaq zamanı əldə edilərək götürülməsi mümükün olmayan bıçaqla həmin avtomobilin təkərlərini deşməklə Zərərçəkmiş şəxs2 568 (beş yüz altmış səkkiz) manat maddi ziyan vurmaqla, daha sonra isə Zərərçəkmiş şəxs1, Rəsul Musayevi, Zərərçəkmiş şəxs2, Pərviz Salmanovu, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərə zor tətbiq edilməsi hədəsi ilə onların üzərinə hücum etməklə silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkum2 Məhkum1, Məhkum4, Təqsirləndirilən şəxs2, X13, Təqsirləndirilən şəxs3, X16, X4, Məhkum3, X17, Təqsirləndirilən şəxs1, X3, Miri, Tural (Seyid ləqəbli), Həbib, Elnur, Rəşad, Pərviz, Ziya adlı, “Nəriş” ləqəbli şəxslərlə, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə Gəncə şəhəri ərazisində söz sahibi olduqlarını Gəncə sakinləri arasında nümayiş etdirmək, bir qədər öncə, yəni, 13 iyul 2020-ci il tarixdə, saat 16 radələrində Məhkum1, Təqsirləndirilən şəxs3 və Şahid12 əlbir olaraq xuliqanlıq niyəti ilə döymüş şəxslər, yəni, Zərərçəkmiş şəxs1, X23, Zərərçəkmiş şəxs2, X2, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər üzərində öz üstünlüklərini göstərmək məqsədi ilə sonuncularla Gəncə şəhəri, Bağman qəsəbəsi, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında görüş yeri təyin etmişlər, bundan sonra xuliqanlıq niyyətlərini və əməllərini davam etdirmək və həyata keçirmək, Gəncə şəhəri ərazisində özü üstünlüklərini göstərmək, Gəncə şəhər ərazisini kriminogen zonalara bölmək məqsədi ilə 13 iyul 2020-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhəri, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında, 296 nömrəli fərdi yaşayış evini qarşısında Zərərçəkmiş şəxs1, Rəsul Musayev, Zərərçəkmiş şəxs2, Pərviz Salmanov, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlər görüşərək ümumi niyyətdən birgə iştirak edib nalayiq söyüşlər söyüb cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafda olan avtomobil təmiri sexlərində, mağazalarda, istirahət mərkəzlərində və kafelərdə işləyən şəxslər, orada olan müştərilər, ətrafda yaşayan şəxslərə qarşı aşkar surətdə laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən hərəkətlər edərək o, Məhkum1, Məhkum3, Ayaz Hacıyev, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər əl dəyənəkləri, taxta parçaları və daşla zərbələr endirərək Zərərçəkmiş şəxs1 məxsus Mersedes Benz G55 AMG markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol və sağ güzgüsünü sındırmaqla, avtomobilin ban hissəsini bir neçə yerdən əzməklə Zərərçəkmiş şəxs1 2490 (iki min dörd yüz doxsan) manat, eyni zamanda Zərərçəkmiş şəxs2 məxsus VAZ 2106 markalı, 32- BE-245 dövlət nömrə nişanlı avtomobilin ön alın şüşəsini, arxa görüntü şüşəsini, ön sağ və sol faralarını, arxa sağ və sol faralarını, qapı şüşələrini sındırmalqa, avtomobilin ban hissəsini bir neçə yerdən əzməklə, Məhkum4 isə, silah qismində istifadə etdiyi və istintaq zamanı əldə edilərək götürülməsi mümükün olmayan bıçaqla həmin avtomobilin təkərlərini deşməklə Zərərçəkmiş şəxs2 568 (beş yüz altmış səkkiz) manat maddi ziyan vurmaqla, daha sonra isə Zərərçəkmiş şəxs1, Rəsul Musayevi, Zərərçəkmiş şəxs2, Pərviz Salmanovu, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərə zor tətbiq edilməsi hədəsi ilə onların üzərinə hücum etməklə silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum1 və Məhkum3 əməlləri CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün Məhkum3 və Məhkum1 aid hissədə ləğv edilməsini, cinayət qanunu normasının düzgün tətbiq edilərək Məhkum3 və Məhkum1 CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib onlara təklif etdiyi həddə cəza təyin edilməklə barələrində yeni ittiham hökmü çıxarılmasını, həmçinin Məhkum4 və Məhkum2 aid hissədə hökmün dəyişdirilərək Məhkum2 barəsində CM-in 62-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməklə hər iki şəxsə təklif etdiyi həddə cəza təyin edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən T.A.Muxtarov, hakimlər F.Ə.Mehtiyev və Ç.B.Məmmədov) 30 avqust 2022-ci il tarixli, 1(104)-317/2022 saylı hökmü ilə apellyasiya protesti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin «25» fevral 2022-ci il tarixli, 1(044)-08/2022 nömrəli hökmü Məhkum1 və Məhkum3 aid hissədə ləğv edilmiş, Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmiş, Məhkum3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmiş, hökm qalan hissədə apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2022-ci il tarixli, 1(104)-317/2022 saylı hökmündən dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu kassasiya protesti verərək, qərarın ləğv edilməsini və cinayət işinin yenidən apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən T.L.Kazımov, hakimlər Ə.C.Seyidov və N.R.Mövsümov) 26 aprel 2023-cü il tarixli, 1(102)- 811/2023 saylı qərarı ilə kassasiya protesti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2022-ci il tarixli, 1(104)-317/2022 saylı qərarı ləğv edilmiş, cinayət işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə hesab etmişdir ki, təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum3 irəli sürülmüş ittihamda CM-nin 221.3-cü maddəsinin tövsifedici əlaməti olan-“silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi”sadəcə formal olaraq qeyd olunmuş,lakin həmin faktın mövcud olmasına dair hər hansı konkret sübut növü əldə olunmamış və göstərilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Məhkum3 və Məhkum1 əməllərini CM-nin 221.2.1-ci maddəsinə tövsif etmişdir. Lakin bu işin faktiki halları ilə ziddiyyət təşkil etmişdir. Belə ki, istintaqın obyektiv və hərtərəfli aparılması üçün iş üzrə cinayət hadisəsinin baş vermə səbəbi və səbəbkarlarının müəyyən edilməsi, hadisələrin baş verdiyi ərazidə quraşdırılmış təhlükəsiz şəhər və müşahidə kameralarındakı görüntülər götürülməklə həmin görüntülərə əməliyyat aparatının işçilərinin, həmçinin şəhər sakinlərini daha yaxından tanıya bilən digər polis əməkdaşlarının iştirakı ilə ətraflı baxış keçirilməsi və hadisədə iştirak edən şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi, hadisə iştirakçılarının şəxsiyyətləri ilə yanaşı onların istifadələrində olmuş mobil telefon nömrələrinin dəqiqləşdirilməsi, baş vermiş hadisələr vaxtı hadisəni görə biləcək, hadisənin şahidi olmuş şəxslərin əhatə dairəsi müəyyənləşdirilməsi, hadisə vaxtı oldu silahdan istifadə edən şəxsin şəxsiyyətinin, hansı məqsədlə həmin odlu silahdan istifadə etməsinin, istifadə etdiyi odlu silahın olduğu yerin müəyyən edilmə və istintaqa təqdim edilməsi, hadisə vaxtı istifadə edilmiş dəyənəklərin haradan və kimdən əldə edilməsi, həmin dəyənəkləri təşkil etmiş şəxsin kimliyinin müəyyən edilməsi, baş vermiş hadisə vaxtı xəsarət almış şəxslərin olub-olmamasının, müsbət halda həmin xəsarət almış şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, 12 iyul 2020-ci ildə X2 ilə “Mişa” ləqəbli X5 telefon danışığı zamanı bir-birilərini nalaiq söyüşlərlə söydükdən sonra aralarında olan mübahisəni davam etdirmək üçün Gəncə şəhərində yerləşən İmamzadə ziyarətgahının qarşı tərəfini görüş yeri kimi təyin etmişlər və həmin günü X27 Renad Hamled oğlu və Xəyal adlı şəxslə birlikdə Məhkum1 məxsus “Kia Sorento” markalı, **-HT-*** dövlət nömrə nişanlı, Pərviz Salmanov isə Zərərçəkmiş şəxs1 və X25 ilə birlikdə Zərərçəkmiş şəxs1 məxsus Mersedes Benz G55 AMG markalı,**-PB-*** dövlət nömrə nişanlı avtomobillə təyin edilən yerə gedərək orada görüşmüşlər, həmin vaxt Mətləb Kərimov nə üçün arxasınca söyüş söydüyünü soruşub sərxoş vəziyyətdə Məhkum1 avtomobilində olan əl dəyənəyi ilə Pərviz Salmanovu vuraraq müxtəlif bədən xəsarətləri yetirmişdir. Onların dalaşmalarına müdaxilə edən Məhkum1 və Zərərçəkmiş şəxs1 arasında söz mübahisəsi yaranmış və bundan sonra hər iki tərəf mübahisəni sonra davam etdirəcəkləri barədə razılığı gələrək bir-birilərindən ayrılmalarına baxmayaraq Məhkum1 13 iyul 2020-ci ildə saat 1 radələrində tanışları Pərviz və Rüstəm adlı şəxslərlə birlikdə Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısına gedərək mübahisəni davam etdirmək üçün Zərərçəkmiş şəxs1la görüşmüş və bir qədər söhbət etdikdən sonra mübahisəni davam etdirmək üçün Poçt qəsəbəsində görüşmək barədə razılığa gəmişlər. Bundan sonra Məhkum1 Təqsirləndirilən şəxs2, Pərviz və Rüstəm adlı şəxslərlə, həmçinin şəxsiyyətləri məlum olmayan digər şəxslərlə birlikdə, Zərərçəkmiş şəxs1 isə X14, Pərviz Salmanov və şəxsiyyətləri məlum olmayan digər şəxslərlə birlikdə xuliqanlıq niyyəti ilə Poçt qəsəbəsində, Azərbaycan Əsgəri küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında görüşmüşlər və bir qədər sözlə mübahisə edərək mübahisəni səhər davam etdirmək barəsində razılığa gəlmişlər.13 iyul 2020-ci ildə saat 16 radələrində Zərərçəkmiş şəxs1 və Məhkum1 zəngləşərək mübahisəni davam etdirmək üçün Gəncə şəhərində yerləşən məcburi köçkünlər üçün salınmış 1-ci qəsəbənin yaxınlığında, kimsənin olmadığı çöllük ərazidə görüşməyi planlaşdırmışlar və Zərərçəkmiş şəxs1, Pərviz Salmanov, Zərərçəkmiş şəxs2, X23 və X18 və şəxsiyyətləri məlum olmayan digər şəxslərlə birlikdə qrup halında, Zərərçəkmiş şəxs1 məxsus, Zərərçəkmiş şəxs2 məxsus“VAZ-2106”markalı,**-BE-*** nömrəli avtomobillərlə,qarşı tərəfdən Məhkum1 Təqsirləndirilən şəxs3 və Şahid12 ilə birlikdə qrup halında Məhkum1 məxsus avtomobillə xuliqanlıq niyəti ilə təyin olunmuş yerə gedərək orada görüşmüşlər və mübahisə zamanı Zərərçəkmiş şəxs1 və onunla birlikdə gəlmiş şəxslər Məhkum1 Zərərçəkmiş şəxs1 üzr istəmədiyi üçün heç bir əsaslı səbəb olmadan Məhkum1, sonuncu ilə birlikdə gəlmiş Təqsirləndirilən şəxs3, Şahid12 təpik və yumuruq zərbələri ilə döyərək sonunculara müxtəlif bədən xəsarəti yetirmişlər. Bundan sonra Məhkum1, Təqsirləndirilən şəxs3 və Şahid12 hadisə yerindən qaçaraq öz dost və tanışlarına, xüsusilə kriminal aləmdə nüfuz sahibi olan, cinayətə meyilli şəxslər arasında sözü eşidilən, əvvəllər dəfələrlə məhkum olunmuş X6 zəng edərək mübahisə zamanı Zərərçəkmiş şəxs1 və digərləri tərəfindən döyüldüklərini bildirib mübahisəni böyütməklə Poçt qəsəbəsində yığışmalarını xahiş etmişlər. Bundan sonra həmin günü Məhkum1, Təqsirləndirilən şəxs3, Şahid12, Məhkum4, Təqsirləndirilən şəxs2, X13, X4, Məhkum2, X16, Məhkum3, X17, Təqsirləndirilən şəxs1, X3, Miri, Tural(Seyid ləqəbli), Həbib, Elnur, Rəşad, Pərviz, Ziya adlı,“Nəriş” ləqəbli şəxslərlə,həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə görüşdükdən sonra mübahisəni böyütməklə, Gəncə şəhəri ərazisində söz sahibi olduqlarını Gəncə sakinləri arasında nümayiş etdirmək və Məhkum1, Təqsirləndirilən şəxs3 və Şahid12 döymüş şəxslər üzərində öz üstünlüklərini göstərmək məqsədi ilə Şahid12 məxsus“Opel Vectra” markalı,**-DZ-*** dövlət nömrə nişanlı, Təqsirləndirilən şəxs2 məxsus “Renault Meqan” markalı, **-EH-*** nömrə nişanlı, Akif Dünyamalıyevə məxsus “VAZ-2107”markalı,**-RK-*** dövlət nömrə nişanlı, Təqsirləndirilən şəxs1 məxsus “Vaz 21015” markalı, **-LV-*** dövlət nömrə nişanlı, Məhkum1 idarə etdiyi “Mercedes Benz C” markalı,**-ZL-*** dövlət nömrə nişanlı avtomobillərlə qrup halında qarşı tərəflə görüşmək üçün 13 iyul 2020-ci ildə, saat 17 radələrində Gəncə şəhər Kəlbəcər şəhərciyinin yanına gedərkən Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən,“Əllərin dairəsi” adlanan yerdə Zərərçəkmiş şəxs1 və onunla birlikdə olan şəxslərlə rastlaşmışlar, xuliqanlıq əməllərini və niyyətlərini davam etdirərək zorun tətbiq edilməsi hədəsi ilə camaatın gözü qarşısında olduqları avtomobillərlə qarşı tərəfin olduqları avtomobilləri saxlatmaq və dalaşmaq üçün təxminən yarım saat Gəncə şəhəri ərazisində təqib edərək, işıqforlarda qarşılarını kəsərək şəhər sakinləri və yol hərəkətinin digər iştirakçıları arasında vahimə yaratmışlar, qarşı tərəf onlardan sayca az olduqları üçün avtomobillərini saxlamayıb aralandıqdan sonra onlar xuliqanlıq niyəti ilə planlı şəkildə hərəkət etmək üçün yenidən Poçt qəsəbəsi ərazisində yığışaraq qarşı tərəflə telefon vasitəsi ilə əlaqə saxlayaraq mübahisəni və dava-dalaşı davam etdirmək üçün Gəncə şəhəri, Bağman qəsəbəsi, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında görüş yeri təyin etmişlər, bundan sonra hər iki tərəf, yəni, Məhkum1, Təqsirləndirilən şəxs3, Şahid12, Məhkum4, Təqsirləndirilən şəxs2, Qurban Qurbanov, Ayaz Hacıyev, Məhkum2, Akif Dünyamalıyev, Məhkum3, Seymur Məmmədov, Təqsirləndirilən şəxs1, Rəşad Qəhrəmanlı, Miri, Tural (Seyid ləqəbli), Həbib, Elnur, Rəşad, Pərviz, Ziya adlı, “Nəriş” ləqəbli şəxslərlə, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə qrup halında, qarşı tərəfdən isə Zərərçəkmiş şəxs1, Pərviz Salmanov, Zərərçəkmiş şəxs2, Rəsul Musayev, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə qrup halında xuliqanlıq niyyətlərini və əməllərini davam etdirmək və həyata keçirmək, Gəncə şəhəri ərazisində özü üstünlüklərini göstərmək, Gəncə şəhər ərazisini kriminogen zonalara bölmək məqsədi ilə 13 iyul 2020-ci ildə, saat 22 radələrində Gəncə şəhəri,Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında, 296 nömrəli fərdi yaşayış evini qarşısında görüşərək qarşılıqlı olaraq ümumi niyyətdə birgə iştirak edib nalayiq söyüşlər söyüb cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özləri və ətrafda olan avtomobil təmiri sexlərində, mağazalarda, istirahət mərkəzlərində və kafelərdə işləyən şəxslər, orada olan müştərilər, ətrafda yaşayan şəxslərə qarşı aşkar surətdə laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan,cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən hərəkətlər edərək Məhkum1, Məhkum2, Məhkum3, Ayaz Hacıyev, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər əl dəyənəkləri, taxta parçaları və daşla zərbələr endirərək Zərərçəkmiş şəxs1 məxsus Mersedes Benz G55 AMG markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol və sağ güzgüsünü sındırmışlar, avtomobilin ban hissəsini bir neçə yerdən əzmişlər, eyni zamanda Zərərçəkmiş şəxs2 məxsus VAZ 2106 markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilin ön alın şüşəsini, arxa görüntü şüşəsini, ön sağ və sol faralarını, arxa sağ və sol faralarını, qapı şüşələrini sındırmışlar,avtomobilin ban hissəsini bir neçə yerdən əzmişlər, Məhkum4 isə, silah qismində istifadə etdiyi və əldə edilərək götürülməsi mümkün olmayan bıçaqla həmin avtomobilin təkərlərini deşmiş, Zərərçəkmiş şəxs1 özünə məxsus Mersedes Benz G55 AMG markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobili qarşı tərəfin, ətrafdakı şəxslərin üzərinə sürərək, həmçinin Şahid12 məxsus Opel Vectra markalı, **-DZ-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol tərəfindən vuraraq çaxnaşma yaratmış, Rəsul Musayev isə, Şahid13 idarə etdiyi “Mercedes Benz”markalı,** NL *** dövlət nömrə nişanlı avtomobillə hadisə yerinə gələrək ətrafdakı şəxslər arasında vahimə yaratmaq, özünün müstəsna üstünlüyünü nümayiş etdirmək məqsədi ilə əldə edilərək götürülməsi mümkün olmayan odlu silahdan istifadə edərək göyə bir neçə dəfə, daha sonra Şahid12 məxsus Opel Vectra markalı, **-DZ-*** dövlət nömrə nişanlı avtomobilin sol arxa qapısına atəş açıb qapını deşmişdir. Bundan başqa, hadisələrin baş verdiyi ərazidə olan və “Döş əti” kimi tanınan kafenin qarşısında, həmçinin toxum satışı mağazasının qarşısında quraşdırılmış hadisəni əvvəldən axıra qədər özündə əks etdirən videogörüntülər əldə edilərək götürülmüşdür. Beləliklə də, həm ibtidai, həm də məhkəmə istintaqları zamanı tam sübuta yetirilmişdir ki, Renat Əliyev və Məhkum3 digər şəxslərlə əlbir olan qrup halında qərəzli xuliqanlıq hərəkətlərinə hazırlaşarkən və hadisə yerinə gedərkən özləri ilə dəyənəklər və taxta parçalarını da götürmüşlər, hadisə zamanı da istifadə etmişlər. Məhkəmə yuxarıda şərh edilən halları nəzərə almadan, ittiham tərəfinin sübutlarını ümumiyyətlə rədd etmədən, həm də öz mülahizəsinə uyğun ifadələri təhrif etməklə, əsasız olaraq hökmün təsviri-əsaslandırıcı hissəsində istintaq orqanının müəyyən etdiyi hallara diqqət yetirmədən Məhkum1 və Məhkum3 əməlini tövsif etmişdir. Həmçinin məhkəmə Məhkum4 və Məhkum2 cinayət əməllərini qeyd olunan şəraitdə və üsullarla törətmələrinə baxmayaraq, onlara təyin edilmiş cəzalar təqsirləndirilən şəxslərin törətdikləri cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onlarən şəxsiyyətlərinə uyğun olmamışdır. Belə ki, həmin şəxslər digər şəxslərlə birlikdə qrup halında Gəncə şəhəri ərazisində söz sahibi olduqlarını, digərlərindən üstün olduqlarını Gəncə şəhər sakinləri arasında nümayiş etdirmək məqsədi ilə Məhkum1 Zərərçəkmiş şəxs1 üzr istəmədiyi üçün heç bir əsaslı səbəb olmadan sonuncu ilə birlikdə gəlmiş şəxsləri döyərək onlara fiziki ağrılar və dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirən, sonuncular onların əlindən qaçıb çıxdıqdan sonra həmin mübahisənin davamı olaraq qarşı tərəflə telefon vasitəsi ilə əlaqə saxlayaraq görüş yeri təyin edib xuliqanlıq niyyətlərini və əməllərini davam etdirmək və həyata keçirmək, Gəncə şəhəri ərazisində öz üstünlüklərini göstərmək, Gəncə şəhər ərazisini kriminogen zonalara bölmək məqsədi ilə onlarla və digər şəxslərlə görüşərək ümumi niyyətdən birgə iştirak edib nalayiq söyüşlər söyüb cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafda olan obyektlərdə işləyən şəxslər və orada olan müştərilər, həmçinin yaşayan şəxslərə qarşı aşkar surətdə laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq edən Məhkum4 məhkəmə əsassız olaraq CM-nin 221.3cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın ən aşağı həddə, Məhkum2 CMnin 62-ci maddəsi tətbiq olunmaqla CM-nin 221.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin etmişdir. Məhkəmə onlara cəza təyin edərkən CMnin 58-ci maddəsinə uyğun olaraq cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə aldığını göstərsə də, faktiki olaraq cəza təyini zamanı Məhkum4 və Məhkum2 tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, bununla da, onlara yuxarıda qeyd olunan cəzaların təyin olunmasını mümkün edən islah olunma yolunda olmamasını, belə olan halda Məhkum4 və Məhkum2 gələcəkdə islah olunması üçün onlara məhz CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olmasını nəzərə almamışdır. Həmçinin qeyd olunmalıdır ki, Məhkum4 və Məhkum2 cinayəti əməlləri nəticəsində, öz xuliqanlıq niyyətlərini və əməllərini həyata keçirərkən Gəncə şəhəri ərazisində özünün və onlarla birgə olan digər şəxslərin üstünlüklərini göstərmək, Gəncə şəhər ərazisini kriminogen zonalara bölmək məqsədi ilə çoxlu sayda şəxslərlə görüşməsinə nail olaraq, davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafda olan və yaşayan şəxslərə qarşı aşkar surətdə laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmişlər. Həmin halların məhkəmə tərəfindən cinayətin ictimai təhlükəliliyini artıran hal olmasını cəza təyini zamanı nəzərə almamışdır. Məhkəmə cinayət qanunvericiliyinin normalarının tələblərini və Plenum qərarlarının tövsiyələrini, cəza təyin edərkən Məhkum4 və Məhkum2 bir qrup şəxs halında xuliqanlq cinayətini törətməsini və işin digər faktiki hallarını nəzərə almamış, onlara təqsirli bilindiyi CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan yüngül cəza təyin olunması onların tərəfindən törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamaqla ədalətsiz olmuşdur. Həmçinin cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Məhkum4 Göygöl rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 129.1-ci maddəsi ilə qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 1 il 3 ay 9 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli amnistiya qərarına əsasən həmin cəzadan azad olunmuşdur, bundan başqa o, Göyçay rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 2 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Məhkum4 Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən Göyçay rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən Məhkum4 və Məhkum2 zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmaması, Məhkum4 himayəsində azyaşlı uşaqlarının olmasını onların cəzalarını yüngülləşdirən hal kimi nəzərə almışdır. Bundan başqa Məhkum2 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf etməsini, həmçinin ifadəsində törədilmiş cinayətin digər iştirakçılarının cinayətdə iştirakları barəsində səmimi ifadə verərək cinayətin ifşa edilməsinə kömək etməsini, törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirməsini nəzərə alaraq onun barəsində CM-nin 62.1-ci maddəsi tətbiq edərək CM-nin 221.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin etmişdir. Məhkəmə cəza təyini zamanı cinayət qanununda nəzərdə tutulmayan halları cəzanı yüngülləşdirən hallar kimi qəbul etsə də, onların qəbul edilməsinin motivlərini ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində göstərməmişdir. Məhkəmə Məhkum4 və Məhkum2 zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmaması, Məhkum4 himayəsində azyaşlı uşaqlarının olmasını əsassız olaraq onların cəzalarını yüngülləşdirən hallar kimi qəbul etsədə cəza təyin edərkən bu yüngülləşdirici halların onların cəzalarına necə təsir etməsini hökmdə əsaslandırmamışdır. Beləliklə, məhkəmə cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələblərini və Plenum qərarının tövsiyələrini nəzərə almamış, Məhkum4 və Məhkum2 cinayət əməlini məhz yuxarıda sadalanan şəraitdə və üsullarla törətmələrinə baxmayaraq, onlara təyin etdiyi cəzalar təqsirləndirilən şəxslərin törətdikləri cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamışdır. TƏRƏFLƏRİN MƏHKƏMƏ KOLLEGİYASİNDAKİ MÖVQELƏRİ: Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə etdi, protestdə göstərilən məzmunda çıxış etdi, apellyasiya protestinin təmin edilməsini, hökmün Məhkum1 və Məhkum3 aid hissədə ləğv edilməsini, onların barəsində CM-in 221.3-cü maddəsi ilə yeni ittiham hökmü çıxarılmasını, həmçinin hökmün Məhkum4 və Məhkum2 aid hissədə dəyişdirilərək, hökmdən Məhkum2 barəsində CM-in 62-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsini, həmçinin Məhkum4 birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum4 və onun müdafiəçisi dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə etiraz etdlər, protestin dəlillərinin əsassız olduğunu göstərdilər və təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkum4 əlavə olaraq göstərdi ki, iki il cəza çəkmiş, ailəlidir, himayəsində iki azyaşlı uşağı vardır. Həbsdə olduğuna görə ailəsi ağır maddi həyat şəraitində yaşamışdır. Məhkəmədən ona köməklik edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum1 və onun müdafiəçisi dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə etiraz etdlər, protestin dəlillərinin əsassız olduğunu göstərdilər və təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Təqsirləndirilən şəxs3 əlavə olaraq göstərdi ki, hadisə vaxtı o, avtomobil idarə etmişdir, əməlindən səmimi peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Himayəsində bir azyaşlı uşağı vardır. Məhkəmədən ona köməklik edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum3 və onun müdafiəçisi dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə etiraz etdlər, protestin dəlillərinin əsassız olduğunu göstərdilər və təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkum3 əlavə olaraq göstərdi ki, ailənin tək oğludur. Hazırda ailəsinə yeganə qazanc gətirən şəxsdir, əməlindən səmimi peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Məhkəmədən ona köməklik edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum2 və onun müdafiəçisi dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə etiraz etdlər, protestin dəlillərinin əsassız olduğunu göstərdilər və təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü məhkumlar Məhkum1 və Məhkum3 aid hissədə ləğv edilməli, həmin hissədə yeni hökm çıxarılmalı, Məhkum2 aid hissədə dəyişdirilməlidir. İŞDƏ OLAN SÜBUTLAR: Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ... avtomobildən düşən şəxslər onun və orada olan tanışlarının ünvanına nalayiq söyüşlər söyərək əllərində olan dəyənək, taxta parçaları daşla onun avtomobilini vurub zədələmişlər. O, avtomobili ilə yanaşı ona da xəsarət yetiriləcəyini görüb məcbur qalaraq avtomobilini Gəncə şəhər Yeni Gəncə istiqamətində hərəkət etdirmişdir. Həmin vaxt orda olan Ramil, Vüqar və tanımadığı çoxlu sayda şəxslər avtomobilinin yan güzgülərini sındırmışlar, söyüşlər söyüb orada vahimə yaratmışlar. Avtomobilinin güzgülərini sındırdıqları və zədələdikləri üçün o, əsəbləşmiş və avtomobili hərləyib həmin şəxslərin üstünə sürmüşdür ki, həmin şəxsləri vursun ki, ürəyi sakitləşsin. O, həmin şəxslərin üstünə getsə də həmin şəxslər yenə də əllərində olan daş, dəyənəklə yenidən onun avtomobilini vurub zədələmişlər. O, Yeni Qızılca qəsəbəsi istiqamətdə hərəkətdə olarkən postu keçib getmiş və yenidən geri qayıtmış, kənarda dayanıb baxmışdır ki, həmin şəxslər oradan çıxıb getsinlər və o, da rahat çıxıb getsin. Həmin vaxt Vaqif onlara zəng etmişdir ki, avtomobilini saxladığı yerdə gizlənib və orada olan şəxslər axtarırlar. O, məcbur qalıb yenidən həmin yerə getmişdir. Yenə də postu keçib getmişdir. Polis ona saxla işarəsi versə də o, saxlamamış və qorxmuşdur ki, həmin şəxslər onu və avtomobildə olan şəxsləri polisin yanında gəlib döyərlər. Çünki həmin şəxslərin çılğın və qərəzli hərəkətləri insanı vahiməyə, qorxuya salmışdır. O, postu keçib əvvəlki yerə çatana yaxın Vüqarın “Opel” markalı avtomobili yolun sağ tərəfində dayanmışdır. Vüqar və sonuncunun yanında olan 6-7 nəfər şəxslər yenidən onun üstünə cumub dəyənəklə avtomobilini vurmuşlar. O, da Vüqarın avtomobilini sürtüb keçmiş, orada olan şəxslərin hamısı orada ona daş, dəyənək atdıqları üçün o, avtomobili saxlamayıb sürüb evinə getmişdir. Hadisə nəticəsində ona fiziki zərər yetirilməmiş, lakin avtomobildə olmasaydı orada olan, Vüqar, Ramil, Renat, Qurban və həmin şəxslərin yanında olan digərləri onu döyüb xəsarət yetirərmişlər. Həmin şəxslər onun avtomobilinə maddi ziyan yetirmişlər. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ... onlar dağılıb öz evlərinə getmək, Renadgilnən zəngləşib mübahisəni mehribançılıqla həll etmək qərarına gəlmişlər. Lakin Poçt qəsəbəsində olan Qurban, Renad, Rəşad və digərləri mübahisəni və dava-dalaşı davam etdirmək üçün Eminə zəng edib Göygöl rayon Qızılca qəsəbəsinə gəlmələrini tələb etmişlər. Onlar ilkin olaraq həmin yerə getmək istəməsələr də Qurbanın çoxsaylı zəngindən sonra həmin yerə getmək qərarına gəlmişlər. Emin ona zəng edib çayın qırağındakı tanışlarını da götürüb həmin yerə getmələrini bildirmişdir. Həmin vaxt o, öz tanışı Ülvi və Rəsula da zəng edib dava olacağını bildirmişdir. Ülvi götürməyi ona bildirsə də Rəsul həmin ərazidə olduğunu demişdir. Ülvi və Rəsulun dediyi tanımadığı şəxsləri götürüb Qızılca qəsəbəsi istiqamətində hərəkət etmişdir. Yolda Emin ona zəng edib tapşırmışdır ki, Təbriz küçəsində «Ürək Xəstəxanası»nın yanında dayanıb gözləsinlər. O, həmin yerə çatanda orada heç kim olmamışdır. Sonradan Rəsul tanımadığı avtomobillə, Emin isə öz avtomobili ilə Anar və Pərvizlə birlikdə oraya gəlmişlər. X33 telefon danışıqları etmiş, mübahisənin sabahı günə qalmağını razılaşmışlar. Onlar öz avtomobiilərinə istiqamətində gedən zamanı yolun hərəkət istiqamətində 9-10 avtomobilin dayandığını, həmin avtomobillərin içərisindəki şəxslərin əllərində dəyənəklə onların üstünə gəldiklərini görmüşlər. Həmin şəxslər dəyənəklərlə Eminin avtomobilinə zərbələr endirmişlər. Həmin vaxt Emin avtomobilini sürüb oradan uzaqlaşmışdır. Həmin şəxslər onların üstünə hücum çəkmişlər, o, həmin şəxslərin ona xəsarət yetirəcəklərini görüb oradan təxminən 500 metr məsafədə qaçdıqdan sonra bir nəfərdən xahiş etmişdir ki, həmin şəxsin evində gizlənsin. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, ... hadisə vaxtı Məhkum1, Atin Əliyev, Təqsirləndirilən şəxs3, Məhkum2, Təqsirləndirilən şəxs2, Qurban Qurbanov, Ayaz Hacıyev, Məhkum4, Şahid12, Məhkum3, Seymur, Ələsgər, Seyid ləqəbli Tural, Ayxan, Asəf adlı Aska, Pərviz, Cıpban ləqəbli Elnur və tanımadığı bir neçə nəfər başqa şəxslər də orada olmuşlar. Orada Ayazın, Arazın, Həsənin, Pərvizin, Kamranın, Vüqarın, Ələsgərin, Atinin, Nəriş ləqəbli şəxsin və tanımadığı bir neçə nəfər şəxslərin əlində də taxta və dəmir parçası olmuşdur. Həmin şəxslərin əksəriyyəti əllərində olan əşyalarla Eminin avtomobilinə zərbələr vurmuşlar. İş materiallarında olan “Baxış protokolu”ndan görünür ki, hadisə yerinə və hadisə yerində olan avtomobillərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hadisə yeri Gəncə şəhəri, Təbriz küçəsi, 296 nömrəli evin qarşısından həmin küçədə olan avtomobil təmiri sexinin qarşısına kimi olan məsafədə yerləşir. Hadisə yerində fərdi yaşayış evləri, qapıpəncərə sexləri, avtomobil təmiri sexləri, ərzaq və avtomobil ehtiyat hissələrinin satışı mağazaları və digər ictimai obyektlər vardır. Hadisə yerindən üzü Gəncə şəhəri istiqamətində Kardioloji dispanser, üzü Göygöl rayonu istiqamətində isə “Vüsal” şadlıq sarayı, yanacaqdoldurma məntəqəsi yerləşir. Təbriz küçəsi, 296 nömrəli evin qarşısında Zərərçəkmiş şəxs2 məxsus “VAZ-2106” markalı, qara rəngli, **-BE-*** dövlət nömrə nişanlı avtomobil vardır ki, həmin avtomobilin ön, arxa və yan şüşələri, qabaq və arxa faraları sınmış, təkərləri deşilmiş, dam hissəsi iə əzilmiş vəziyyətdədir. Həmin avtomobildən 100 metr aralıda, Təbriz küçəsindəki avtomobil təmiri sexinin qarşısında Şahid12 məxsus olan “Opel Vectra” markalı, gümüşü rəngli, **-DZ-*** dövlət nömrə nişanlı avtomobil vardır ki, avtomobilin sol arxa qapısının çöl və içəri hissəsində 2x2 sm ölçüdə dəlik, qabaq sol tərəfində sürtülmə izləri vardır. Hadisə yerinə baxış zamanı başqa heç bir cinayət xarakterli əşya, predmet və ya iz aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan “Baxış protokolu”ndan görünür ki, Məhkum1 məxsus “Kia Sorento” markalı, qara rəngli, **-TH-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, zahiri görünüşündə heç bir zədə və ya deformasiya izi yoxdur. Avtomobilin salonunun qabaq tərəfində baş hissəsi tünd göy rəngdə olan əl dəyənəyi (beysbol), dəyənəyin üzərində isə çoxsaylı zədələr vardır. Avtomobilə baxış zamanı başqa heç bir cinayət xarakterli əşya, predmet və ya iz aşkar edilməmişdir. Avtomobildə olan əl dəyənəyi müvafiq qaydada götürülmüş, bu barədə protokol tərtib edilmiş, avtomobilin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan məhkəmə ekspertiza mərkəzinin 3/963; 8/1346; 3/980; 3/981 nömrəli, rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd predmet kustar üsulu ilə hazırlanmış beysbol toxmağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. İş materiallarında olan məhkəmə ekspertiza mərkəzinin 6/1650 nömrəli, 23 sentyabr 2020-ci il tarixli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş “Mercedes Benz G55 AMG” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısından, ön sol qapısından və arxa sol və ön sol qapılarının şüşəsi səthindən götürülməsi qeyd edilən göy rəngli hissəciklər 1 qatlı kənar boya örtüyü hissəcikləridir və üzərində “COSFER” yazısı olan dəyənəyin göy rəngli boya örtüyü ilə rənginə və tərkibinə görə uyğun olub ümumi cins mənsubiyyətinə malikdirlər. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİNƏ MƏHKƏMƏ KOLLEGİYASİNİN MÜNASİBƏTİ: Apellyasiya protestinin dəlillərinə münasibətdə məhkumlar Məhkum1 və Məhkum3 əməlinin hüquqi tövsifi məsələsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkumlar Məhkum1 və Məhkum3 əməlini CM-in 221.2.1-ci maddəsinə tövsif edərkən əməlin tövsifi ilə bağlı ibtidai istintaq zamanı toplanmış sübutları düzgün hüquqi qiymət verməmişdir. İbtidai istintaq orqanı məhkumların əməllini CM-in 221.3-cü maddəsi ilə tövsif edərkən ona əsaslanmışdır ki, Məhkum3 və Məhkum1 bir qrup şəxs tərəfindən, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişlər. Birinci instansiya məhkəməsi isə Məhkum3 və Təqsirləndirilən şəxs3 əməlini CM-in 221.2.1-ci maddəsinə tövsif edərkən ona əsaslanmışdır ki, təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum3 bir qrup şəxs halında xuliqanlıq cinayətini törədərkən onların silah qismində istifadə edilən əşyaları tətbiq etməsi elan edilmiş ittihamda ümumi qaydada, formal olaraq göstərilsə də, onların silah qismində istifadə edilən əşyaları tətbiq etməsinə dair hər hansı sübut təqdim olunmamış və işin məhkəmə baxışı zamanı da belə sübut əldə edilməmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə həm ibtidai istintaq zamanı toplanmış sübutarı, həm də məhkəmə istintaqı zamanı toplanmış sübutları nəzərə almalı, yoxlamalı, müqayisə etməli, təhlil etməli, sübutların inandırıcılığına, möhtəbərliyinə qiymət verməli, hansı sübutu, hansı səbəbdən qəbul etməsini, hansı sübutu, hansı səbəbdən qəbul etməməsini əsaslandırmalı və prosesin sonunda yekun nəticəyə gəlməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Həmin qərarda həmçinin göstərilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə,habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İşin faktiki hallarından görünür ki, 12 iyul 2020-ci ildə X2 ilə “Mişa” ləqəbli X5 telefon danışığı zamanı bir-birilərini nalaiq söyüşlərlə söydükdən sonra aralarında olan mübahisəni davam etdirmək üçün Gəncə şəhərində yerləşən İmamzadə ziyarətgahının qarşı tərəfini görüş yeri kimi təyin etmişlər və həmin günü X27 Renad Hamled oğlu və Xəyal adlı şəxslə birlikdə Məhkum1 məxsus “Kia Sorento” markalı, **-HT-*** dövlət nömrə nişanlı, Pərviz Salmanov isə Zərərçəkmiş şəxs1 və X25 ilə birlikdə Zərərçəkmiş şəxs1 məxsus Mersedes Benz G55 AMG markalı,**-PB-*** dövlət nömrə nişanlı avtomobillə təyin edilən yerə gedərək orada görüşmüşlər,həmin vaxt Mətləb Kərimov nə üçün arxasınca söyüş söydüyünü soruşub sərxoş vəziyyətdə Məhkum1 avtomobilində olan əl dəyənəyi ilə Pərviz Salmanovu vuraraq müxtəlif bədən xəsarətləri yetirmişdir.Onların dalaşmalarına müdaxilə edən Məhkum1 və Zərərçəkmiş şəxs1 arasında söz mübahisəsi yaranmış və bundan sonra hər iki tərəf mübahisəni sonra davam etdirəcəkləri barədə razılığı gələrək bir-birilərindən ayrılmalarına baxmayaraq Məhkum1 13 iyul 2020-ci ildə saat 1 radələrində tanışları Pərviz və Rüstəm adlı şəxslərlə birlikdə Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısına gedərək mübahisəni davam etdirmək üçün Zərərçəkmiş şəxs1la görüşmüş və bir qədər söhbət etdikdən sonra mübahisəni davam etdirmək üçün Poçt qəsəbəsində görüşmək barədə razılığa gəmişlər.Bundan sonra Məhkum1 Təqsirləndirilən şəxs2, Pərviz və Rüstəm adlı şəxslərlə, həmçinin şəxsiyyətləri məlum olmayan digər şəxslərlə birlikdə,Zərərçəkmiş şəxs1 isə X14,Pərviz Salmanov və şəxsiy-yətləri məlum olmayan digər şəxslərlə birlikdə xuliqanlıq niyəti ilə Poçt qəsəbəsində, Azərbaycan Əsgəri küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında görüşmüşlər və bir qədər sözlə mübahisə edərək mübahisəni səhər davam etdir-mək barəsində razılığa gəlmişlər.13 iyul 2020-ci ildə saat 16 radələrində Zərərçəkmiş şəxs1 və Məhkum1 zəngləşərək mübahisəni davam etdirmək üçün Gəncə şəhərində yerləşən məcburi köçkünlər üçün salınmış 1-ci qəsəbənin yaxınlığında, kim-sənin olmadığı çöllük ərazidə görüşməyi planlaşdırmışlar və Zərərçəkmiş şəxs1, Pərviz Salmanov,Zərərçəkmiş şəxs2,X23 və X18 və şəxsiyyət-ləri məlum olmayan digər şəxslərlə birlikdə qrup halında,Zərərçəkmiş şəxs1 məxsus,Zərərçəkmiş şəxs2 məxsus“VAZ-2106”markalı,**-BE-*** nömrəli avtomobillərlə,qarşı tərəf-dən Məhkum1 Təqsirləndirilən şəxs3 və Şahid12 ilə birlikdə qrup halında Məhkum1 məxsus avtomobillə xuliqanlıq niyəti ilə təyin olunmuş yerə gedərək orada görüşmüşlər və mübahisə zamanı Zərərçəkmiş şəxs1 və onunla birlikdə gəlmiş şəxslər Məhkum1 Zərərçəkmiş şəxs1 üzr istəmədiyi üçün heç bir əsaslı səbəb olmadan Məhkum1, sonuncu ilə birlikdə gəlmiş Təqsirləndirilən şəxs3,Şahid12 təpik və yumuruq zərbələri ilə döyərək sonunculara müxtəlif bədən xəsarəti yetirmişlər.Bundan sonra Məhkum1,Təqsirləndirilən şəxs3 və Şahid12 hadisə yerindən qaçaraq öz dost və tanışlarına, xüsusilə kriminal aləmdə nifuz sahibi olan, cinayətə meyilli şəxslər arasında sözü eşidilən, əvvəllər dəfələrlə məhkum olunmuş X6 zəng edərək mübahisə zamanı Zərərçəkmiş şəxs1 və di-gərləri tərəfindən döyüldüklərini bildirib mübahisəni böyütməklə Poçt qəsəbəsində yığış-malarını xahiş etmişlər. Bundan sonra həmin günü Məhkum1, Təqsirləndirilən şəxs3, Şahid12,Məhkum4,Təqsirləndirilən şəxs2, X13,X4, Məhkum2, X16, Məhkum3,X17,Təqsirləndirilən şəxs1,X3,Miri,Tural(Seyid ləqəbli),Həbib, Elnur,Rəşad,Pərviz, Ziya adlı,“Nəriş” ləqəbli şəxslərlə,həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə görüşdükdən sonra mübahisəni böyütməklə, Gəncə şəhəri ərazisində söz sahibi olduqlarını Gəncə sakinləri arasında nümayiş etdirmək və Məhkum1,Təqsirləndirilən şəxs3 və Şahid12 döymüş şəxslər üzərində öz üstünlüklərini göstərmək məqsədi ilə Şahid12 məxsus“Opel Vectra” markalı,**-DZ-*** dövlət nömrə nişanlı,Təqsirləndirilən şəxs2 məxsus “Renault Meqan” markalı,**-EH- ***nömrə nişanlı,Akif Dünyamalıyevə məxsus “VAZ-2107”markalı,**-RK-*** dövlət nömrə nişanlı, Təqsirləndirilən şəxs1 məxsus “Vaz 21015” markalı,**-LV-*** dövlət nömrə nişanlı, Məhkum1 idarə etdiyi “Mercedes Benz C” markalı,**-ZL-*** dövlət nömrə nişanlı avtomobillərlə qrup halında qarşı tərəflə görüşmək üçün 13 iyul 2020-ci ildə,saat 17 radələrində Gəncə şəhər Kəlbəcər şəhərciyinin yanına gedər-kən Gəncə şəhəri,N.Nərimanov prospektində yerləşən,“Əllərin dairəsi” adlanan yerdə Zərərçəkmiş şəxs1 və onunla birlikdə olan şəxslərlə rastlaşmışlar, xuliqanlıq əməllərini və niyətlərini davam etdirərək zorun tətbiq edilməsi hədəsi ilə camaatın gözü qarşısında olduqları avtomobillərlə qarşı tərəfin olduqları avtomobilləri saxlatmaq və dalaşmaq üçün təxminən yarım saat Gəncə şəhəri ərazisində təqib edərək, işıqforlarda qarşılarını kəsərək şəhər sakinləri və yol hərəkətinin digər iştirakçıları arasında vahimə yaratmış-lar,qarşı tərəf onlardan sayca az olduqları üçün avtomobillərini saxlamayıb aralandıqdan sonra onlar xuliqanlıq niyəti ilə planlı şəkildə hərəkət etmək üçün yenidən Poçt qəsəbəsi ərazisində yığışaraq qarşı tərəflə telefon vasitəsi ilə əlaqə saxlayaraq mübahisəni və dava-dalaşı davam etdirmək üçün Gəncə şəhəri, Bağman qəsəbəsi, Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında görüş yeri təyin etmişlər, bundan sonra hər iki tərəf, yəni, Məhkum1, Təqsirləndirilən şəxs3, Şahid12,Məhkum4, Təqsirləndirilən şəxs2, Qurban Qurbanov, Ayaz Hacıyev, Məhkum2, Akif Dünyamalıyev, Məhkum3, Seymur Məmmədov, Təqsirləndirilən şəxs1, Rəşad Qəhrəmanlı, Miri, Tural (Seyid ləqəbli),Həbib, Elnur, Rəşad, Pərviz, Ziya adlı, “Nəriş” ləqəbli şəxslərlə, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə qrup halında,qarşı tərəf-dən isə Zərərçəkmiş şəxs1, Pərviz Salmanov, Zərərçəkmiş şəxs2, Rəsul Musayev, həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə qrup halında xuliqanlıq niyyətlərini və əməllərini davam etdirmək və həyata keçirmək,Gəncə şəhəri ərazisində özü üstünlüklərini göstərmək, Gəncə şəhər ərazisini kriminogen zonalara bölmək məqsədi ilə 13 iyul 2020-ci ildə,saat 22 radələrində Gəncə şəhəri,Təbriz küçəsində yerləşən Ürək xəstəxanasının yaxınlığında,296 nömrəli fərdi yaşayış evini qarşısında görüşərək qarşılıqlı olaraq ümumi niyyətdən birgə iştirak edib nalayiq söyüşlər söyüb cəmiyyətdə insanlar arasında bərqərar olmuş davra-nış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan,özləri və ətrafda olan avtomobil təmiri sexlərində,mağazalar-da,istirahət mərkəzlərində və kafelərdə işləyən şəxslər,orada olan müştərilər,ətrafda yaşayan şəxslərə qarşı aşkar surətdə laqeydlik və etinasızlıq göstərilməsi,ictimai qay-danı kobud surətdə pozan,cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən hərəkətlər edərək Məhkum1, Məhkum2, Məhkum3, Ayaz Hacıyev,həmçinin şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər əl dəyənəkləri, taxta parçaları və daşla zərbələr endirərək Zərərçəkmiş şəxs1 məxsus Mersedes Benz G55 AMG markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sol və sağ güzgüsünü sındırmışlar, avtomobilin ban hissəsini bir neçə yerdən əzmişlər, eyni zamanda Zərərçəkmiş şəxs2 məxsus VAZ 2106 markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilin ön alın şüşəsini, arxa görüntü şüşəsini, ön sağ və sol faralarını, arxa sağ və sol faralarını,qapı şüşələrini sındırmışlar,avtomobilin ban hissəsini bir neçə yerdən əzmişlər,Məhkum4 isə,silah qismində istifadə etdiyi və əldə edilərək götürülməsi mümükün olmayan bıçaqla həmin avtomobilin təkərlərini deşmiş, Zərərçəkmiş şəxs1 özünə məxsus Mersedes Benz G55 AMG markalı, **-PB-*** dövlət nömrə nişanlı avtomobili qarşı tərəfin, ətrafdakı şəxslərin üzərinə sürərək, həmçinin Şahid12 məxsus Opel Vectra markalı, **-DZ- *** dövlət nömrə nişanlı avtomobilin qabaq sol tərəfindən vuraraq çaxnaşma yaratmış, Rəsul Musayev isə, Şahid13 idarə etdiyi “Mercedes Benz”markalı,** NL *** dövlət nömrə nişanlı avtomobillə hədisə yerinə gələrək ətrafdakı şəxslər arasında vahimə yaratmaq, özünün müstəsna üstünlüyünü nümayiş etdirmək məqsədi ilə əldə edilərək götürülməsi mümükün olmayan odlu silahdan istifadə edərək göyə bir neçə dəfə, daha sonra Şahid12 məxsus Opel Vectra markalı, **-DZ-*** dövlət nömrə nişanlı avtomobilin sol arxa qapısına atəş açıb qapını deşmişdir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya protestinin dəlillərindən görünür ki, məhkəmə adları qeyd olunan məhkumlar tərəfindən xuliqanlıq cinayətinin törədilməsini qəbul edir, lakin həmin şəxslərin silah qismində istifadə edilən əşyaları tətbiq etməsi ilə birinci instansiya məhkəməsi razılaşmamışdır. Lakin birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən nəzərə almamışdır ki, hazırki cinayət işi üzrə şahidlər və zərərçəkmiş şəxslərlə bağlı ayrıca bir neçə cinayət işi ayrılmış, hazırki cinayət işi üzrə şahidlər və zərərçəkmiş şəxslər qeyd olunan cinayət işləri üzrə təqsirləndirilən şəxslər kimi tanınmış, hadisədən keçən uzun müddət ərzində ayrı-ayrı cinayət işi üzrə təqsirləndirilən şəxslər bir-biri ilə barışmış və onlar bir-birinin əleyhinə ifadələr verməmişlər. Lakin məhkəmə kollegiyası cinayət işi üzrə yuxarıda sadalanan sübutları nəzərə alaraq hesab edir ki, cinayət hadisəsi baş verən zaman Məhkum1 və Məhkum3 silah qismində istifadə edilən əşyaları tətbiq etmişlər. Birinci instansiya məhkəməsi hökm çıxararkən həmin sübutları nəzərə almamış və əsassız nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, şahid qismində dindirilmiş X3 ifadələrində hadisə baş verən zaman Məhkum1 və Məhkum3 qeyd olunan yerdə olduqlarını, Vüqar, Ramil, Renat, Qurban və həmin şəxslərin yanında olan digərlərinin Zərərçəkmiş şəxs1 avtomobilinə daş, dəyənək atdıqlarını, həmin şəxslərin əlində taxta və dəmir parçası olduqlarını göstərmişlər. Bundan başqa iş materiallarında olan “Baxış protokolu”ndan, məhkəmə ekspertiza mərkəzinin 3/963; 8/1346; 3/980; 3/981 nömrəli rəylərindən, həmçinin məhkəmə ekspertiza mərkəzinin 6/1650 nömrəli, 23 sentyabr 2020-ci il tarixli rəyindən görünür ki, Məhkum1 məxsus “Kia Sorento” markalı avtomobilin salonunun qabaq tərəfində baş hissəsi tünd göy rəngdə olan əl dəyənəyi (beysbol) aşkar edilmiş, ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, həmin predmet kustar üsulu ilə hazırlanmış beysbol toxmağıdır. Ekspertiza rəyi ilə həmçinin müəyyən edilmişdir ki, “Mercedes Benz G55 AMG” markalı, **- PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısından, ön sol qapısından və arxa sol və ön sol qapılarının şüşəsi səthindən götürülməsi qeyd edilən göy rəngli hissəciklər 1 qatlı kənar boya örtüyü hissəcikləridir və üzərində “COSFER” yazısı olan dəyənəyin göy rəngli boya örtüyü ilə rənginə və tərkibinə görə uyğun olub ümumi cins mənsubiyyətinə malikdirlər. Qeyd olunanlar bir daha təsdiq edir ki, Məhkum1 və Məhkum3 hadisə baş verən zaman silah qismində istifadə edilən əşyaları tətbiq etmişlər. İşin halları ilə tam təsdiq edilir ki, Məhkum3 və Məhkum1 bir qrup şəxs tərəfindən, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişlər. Qeyd olunmalıdır ki, cinayət hüququnda əməlin tövsifinin mühüm əhəmiyyəti vardır. Cinayət əməlinin tövsifi törədilən konkret əməlin cəhətləri ilə cinayət hüquq normasının tərkib əlamətləri arasında eyniliyi müəyyən etməkdən ibarətdir. Əməlin düzgün tövsif edilməsi şəxsin əsassız olaraq daha ağır cinayət hüquq norması üzrə cinayət məsuliyyətinə cəlb edilməsinin, eləcə də, əsassız olaraq daha yüngül cinayət hüquq norması üzrə məsuliyyətə cəlb edilməsinin qarşısını alır, ümumilikdə, ədalət mühakiməsinin maraqlarına xidmət etməklə dövlətlə şəxs arasında yaranmış kriminal münasibətləri düzgün hüquqi sferaya salır. Əməlin tövsifi zamanı əvvəlcə işin həqiqi faktiki halları müəyyən edilir, daha sonra bu hallara uyğun cinayət hüquq norması seçilməklə cinayət qanunu tətbiq edilir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərdir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunlu-ğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarındakı hüquqi mövqeyə əsasən “ictimai qaydanı kobud surətdə pozan hərəkətlər” təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunverici-liklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir, “cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər” isə təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, həm ibtidai, həm də məhkəmə istintaqları zamanı tam sübuta yetirilmişdir ki, Məhkum1 və Məhkum3 digər şəxslərlə əlbir olan qrup halında qərəzli xuliqanlıq hərəkətlərinə hazırlaşarkən və hadisə yerinə gedərkən özləri ilə dəyənəklər və taxta parçalarına da götürmüşlər, hadisə zamanı da istifadə etmişlər. Odur ki, Məhkum1 və Məhkum3 CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək, cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar olmadığından təqsirli bilindikləri maddənin sanksiyası həddində cəzalanmalıdırlar. Təqsirləndirilən şəxslər Məhkum4 və Məhkum2 münasibətdə apellyasiya protestində cəzanın ağırlaşdırılması mübahisələndirilmişdir. Təqsirləndirilən şəxslər Məhkum4 və Məhkum2 tərəfindən onlara istinad edilən cinayət hadisəsinin törədilməsi özlərinin qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, hadisə yerinin videogörüntüləri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Məhkum4 və Məhkum2 əməlini düzgün qiymətləndirmiş, apellyasiya protestində də təqsirlilik məsələsi, əməlin tövsifi və işin faktiki halları mübahisələndirilməmişdir. Apellyasiya protestində Məhkum4 daha ağır azadlıqdan məhrum etmə cəzasının təyini, Məhkum2 barəsində isə CM-in 62-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsi iddia edilmişdir. Birinci instansiya məhkəməsi məhkumlar Məhkum4 və Məhkum2 cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onların törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə almışdır. Həmçinin, hər bir məhkum barəsində olan yüngülləşdirici və ağırlaşdırıcı halları aşağıdakı kimi qiymətləndirmişdir: Məhkum4 ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə almış və hesab etmişdir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkum2 zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını, nəzərə almış və hesab etmişdir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsini tətbiq etməklə, ona 1 il 7 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Hökmdə qeyd olunan cəzanı yüngülləşdirən halların mövcudluğu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə cinayət işində olan və məhkəmələrdə tam, hərtərəfli və obyektiv yoxlanılaraq, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilərək tədqiq olunmuş sübutlardan irəli gəldiyindən, kollegiya hesab edir ki, baxılan işdə cəzanı yüngülləşdirən halların CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilməli olduğunu təsbit edən CPM-in 139.0.5-ci maddəsinin də tələbi pozulmamışdır. Məhkəmə kollegiyası Məhkum4 təyin edilmiş cəza məsələsini müzakirə edərkən cəzanı yüngülləşdirən hallarla bağlı qənaətləri ilə yanaşı onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını, şəxsiyyətini, təyin olunan cəzanın onların islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, bütün bunlara görə Məhkum4 daha ağır cəzanın təyin edilməsinin mümkün olmadığı qənaətinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin nəzərə aldığı cəzanı yüngülləşdirən hallarla yanaşı eyni zamanda Məhkum4 tərəfindən dəymiş ziyanın tam olaraq ödəməsini, əməlindən səmimi peşman olmasını ona təyin edilmiş cəzanı müzakirə edərkən nəzərə alır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum4 cəza təyin edərkən barəsində olan cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almış və tədqiq etmiş, ona müvafiq olaraq CM-nın 221.3-cü maddəsində nəzərdə tutulmuş cəzanın sanksiyanın ən aşağı həddində cəza təyin etmişdir. Beləliklə məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Məhkum4 barəsində olan həm birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınan cəzanı yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını, həm də apellyasiya instansiyasında tədqiq edilən halları təyin edilmiş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təyin edilmiş cəzanın ağırlaşdırılmasını məqsədəmüvafiq hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum4 birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, onun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası apellyasiya protestinin Məhkum2 aid hissədə dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi cəza təyinində işdə olan cəzanı yüngülləşdirən halları və bu halların məcmusunu müstəsna hal kimi nəzərə alıb Məhkum2 barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsini məqsədəuyğun hesab edərkən haqlı olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cəzanı yüngülləşdirən hallar heç də həmişə müstəsna hal kimi qiymətləndirilə bilməz. Göstərilən hallar o zaman müstəsna hal kimi qəbul edilə bilər ki, həmin halların cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar olması təsdiq edilsin. Məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsədi və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, cinayəti törədərkən və cinayəti törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Lakin, Məhkum2 cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa müstəsna halların olması müəyyən olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hökmdə qeyd olunan halları müzakirə etməmiş, Məhkum2 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin olunmasının mümkünlüyünü əsaslandırmamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum2 barəsində CM-in 62-ci maddəsini tətbiq edərkən onun zərərəçəkmiş şəxslə barışmasını, zərərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi, eyni zamanda onun şəxsiyyətini, ailə və sosial vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına, törətdiyi cinayətin məqsəd və motivini, cinayətin törədilməsində rolunu nəzərə almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Həsən Həsəsnova yüngül cəzanın təyin edilməsi gələcəkdə eyni xarakterili cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə xidmət etmir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi törədilmiş cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edərkən yuxarıda qeyd olunanları müzakirə etməmiş və əsassız olaraq CM-nin 62-ci maddəsinin tətbiqini mümkün hesab etmişdir. Belə olan halda məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin Məhkum2 təyin etdiyi cəza ilə sosial ədalət bərpa olunmamış, yüngül cəza təyin edilməsi ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm məhkum, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, bir sözlə qeyd olunan cəza ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Beləliklə məhkəmə kollegiyası cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və işin digər faktiki hallarını nəzərə alıb hesab edir ki, Məhkum2 barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilərək müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi üçün hüquqi və qanuni əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası Məhkum1, Məhkum3 və Məhkum2 cəza təyini zamanı CM-in 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları və əməllərində cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmə şəraitini və nəticələrini, məhkumların şəxsiyyətini, təyin ediləcək cəzanın onların islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Məhkum1, Məhkum3 və Məhkum2 CM-in 221.3-cü maddəsinin sankisiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Yalnız bu yolla cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İ hissəsinə əsasən, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsində və CPM-nin 14.1-ci maddəsində də nəzərdə tutulmuş və qanunvericiliyin tələblərinə, formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən, məhkəmələr bu hüququn təmin edilib-edilməməsi məsələsini nəinki təqsirləndirilən şəxsin haqqında həbs qətimkan tədbirinin seçilməsi, həm də onun barəsində ittiham hökmü çıxararkən müzakirə etməli və bütün halları nəzərə almaqla qanuni və ədalətli nəticəyə gəlməlidirlər. Çünki CPM-nin 12.1-ci maddəsi də tələb edir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Bu zaman məhkəmələrin cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərinə də əməl etmələri xüsusi əhəmiyyət kəsb edir. Göründüyü kimi, qanunverici şəxsin təqsirli bilindiyi CM-nin Xüsusi Hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın təyin edilməsini cinayət törətmiş şəxsin statusu ilə deyil, cəzanın məqsədlərinin təmin edilməməsi ilə əlaqələndirir və şəxsə onun statusuna görə daha yüngül cəzanın təyin edilməsinin mümkünsüzlüyü halında onun barəsində başqa cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsi üçün imkan yaradır. Burada əsas odur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən hər hansı cinayəthüquqi xarakterli tədbir cəzanın məqsədlərinə nail olmağa xidmət etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumlar Məhkum1, Məhkum3 və Məhkum2 azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə və ev dustaqlığında olduqları müddət onlara təyin olunmuş cəzadan çıxılmalı, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 401.1.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. CPM-nin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403-cü maddəsinə əsasən tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməməli olan cinayət qanunu normasının tətbiq edilməsi, həmçinin cinayət qanunu normasını düzgün şərh edilməməsi birinci instansiya məhkəməsinin hökmünün və ya qərarının dəyişdirilməsi əsasıdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü məhkumlar Məhkum1 və Məhkum3 aid hissədə ləğv edilməli, həmin hissədə yeni hökm çıxarılmalı, Məhkum2 aid hissədə dəyişdirilməli, hökm qalan hissədə apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-nin 344-347, 349, 351-356-cı 397, 398, 399, 400-403, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin «25» fevral 2022-ci il tarixli, 1(044)- 08/2022 nömrəli hökmü Məhkum1 və Məhkum3 aid hissədə ləğv edilsin, Məhkum2 aid hissədə dəyişdirilsin. Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum1 xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) il 7 (yeddi) ay 11 (on bir) gün müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 4 (dörd) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkum1 məhkəmə iclas zalından dərhal həbsə alınsın. Məhkum1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan yəni, 29 sentyabr 2023-ci il tarixdən hesablansın. Məhkum3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum3 xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) il 6 (altı) ay 26 (iyirmi altı) gün müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 5 (beş) ay 4 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkum3 məhkəmə iclas zalından dərhal həbsə alınsın. Məhkum3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan yəni, 29 sentyabr 2023-ci il tarixdən hesablansın. Məhkum2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar hökmdən çıxarılsın. Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum2 xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) il 7 (yeddi) ay 6 ( altı) gün müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 4 (dörd) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkum2 məhkəmə iclas zalından dərhal həbsə alınsın. Məhkum2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan yəni, 29 sentyabr 2023-ci il tarixdən hesablansın. Hökm qalan hissədə apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar