Məhkəmə qərarları › İş №1(104)-389/2023

Gəncə Apellyasiya Məhkəməsi Hökm — İş №1(104)-389/2023

15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(104)-389/2023 15.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və X1 ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bərdə Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 1(021)-70/2023 saylı hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 1(021)-70/2023 saylı hökmü ilə (hakim Qamət Əbilov) xx.xx.1971-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş, qanunla müəyyən olunmuş qaydada məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 10 dekabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 1(021)-70/2023 saylı hökmündən birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş Dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin vəpsixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ və İİ siyahılarına əsasən 1 ədəd kağız bükümün içərisində 6 ədəd sellofan bükümlərdə bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 0,337 qram, 0,122 qram, 0,253 qram, 0,107 qram, 0,268 qram, 0,023 qram ümumi təmiz çəkisi 1,110 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və həmin ağ rəngli kağız bükümün içərisində 1 ədəd kağız bükümdə çəkisi 0,117 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz əldə edərək üzərində saxlamış, 10 dekabr 2022-ci il tarixdə saat 12 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Cavanşir küçəsində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman üzərindən yəni, əynində olan qara rəngli şalvarın sol yan cibindən satış məqsədi ilə saxladığı 1 ədədkağız bükümün içərisində 06 ədəd sellofan bükümlərdə bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 0,337 qram, 0,122 qram, 0,253 qram, 0,107 qram, 0,268 qram, 0,023 qram ümumi təmiz çəkisi 1,110 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin ağ rəngli kağız bükümün içərisində 1 ədəd kağız bükümdə çəkisi 0,117 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməl, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, həmin maddə ilə təqsirli bilinib, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni ondan ibarətdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu iləqadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarınagörə” Azərbaycan Respublikasının Qanununun İ və İİ siyahısına əsasən ümumi təmiz çəkisi 1,110 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 0,117 qram kustar üsullla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz əldə edərək üzərində saxlamışdır. Apellyasiya protestinin dəlilləri: Dövlət ittihamçısı apellyasiya protestini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, istifadə etmək üçün əldə etməsini, markotik vasitə olan kustar üsulla hazırlanmış heroinin və kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin çəkisinin nisbətən çox olması satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etməsi qənaətinə gəlmək üçün əsas olmuşdur. Məhkəmənin gəldiyi bu nəticə işin faktiki hallarına uyğun olmamaqla reallığı özündə əks etdirmir. Belə ki, narkotik vasitənin şəxsi istehlak miqdarı həmin narkotik vasitənin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Hazırki cinayət işində isə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulan zaman əynində olan şalvarının sol yan cibindən 6 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin və 01 ədəd gümüşü rəngli kağız bükümdə psixotorop maddə metamfetaminin çəkisi onun gündəlik ehtiyacının yuxarı həddindən, yəni heroindən 9 dəfə, metamfetamindən isə 3 dəfə çox olmuşdur. Bundan başqa, narkotik vasitələri və psixotrop maddəni hər hansı şəxsə satmaq niyyətində olması, habelə onları satış məqsədilə əldə etməsi onun hər hansı istehlakçı ilə razılıq əldə edib-etməməsi, narkotik vasitələrin və psixotrop maddəni hazırlaması üçün hər hansı bir avadanlığının olubolmaması ilə şərtləndirilə bilməz. Çünki, narkotik vasitənləri və psixotrop maddəni satış məqsədi ilə əldə etmiş Təqsirləndirilən şəxs istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq narkotik vasitə qurudulmuş marixuananın əldə edilməsi mümkündür və istisna olunmamışdır. Ümumiyyətlə, "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinin 2-ci hissəsində təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin hazırlanması üçün avadanlığın olması ilə yanaşı başqa sübutların, narkotik vasitənin miqdarının və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyyə edilsə də, Bərdə RPŞ-dən daxil olmuş məlumatda narkotik vasitələri satması barədə məlumat daxil olmasını, narkotik vasitələrin növünü və miqdarını, başqa sübutları və işin yuxarıda sadalanan digər hallarını nəzərə almamışdır. Yuxarıda sadalanan halların məcmusundan görünür ki, məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifində səhvə yol vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini tövsif edərkən CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektinin isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığı olmasını, həmin maddədə nəzərdə tutulan cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla birbaşa qəsdlə törədilərək bitmiş cinayətlər olmasını, onun tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edilən narkotik vasitələri müxtəlif bükümlərdə saxlamasını, narkotik vasitənin şəxsi istehlakdan dəfələrlə artıq olmasını, bu halların özözlüyündə onun tərəfindən törədilən cinayətin ictimai təhlükəlilik dərəcəsini artırmaqla onun şəxsiyyətini xarakterizə etməsini, həmin narkotik vasitələrin aşkar olunmayacağı təqdirdə ondan istifadə edəcək böyük əksəriyyəti gənc olmaqla onlarla Azərbaycan vətəndaşının həyatını və sağlamlığını təhlükə qarşısında qoyacağını, bununla əlaqədar baş verəcək nəticələrin ağırlığını, onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitənin əldə edilməsindən ibarət cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olmasını, bir sözlə cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almamış, sadalanan bütün bu halların məcmusunun onun təqsirli bilindiyi maddənin məhz yuxarı həddində qəti azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə cəza təyin edərkən cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının tövsiyələrini nəzərə almamış, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmayan yüngül cəza təyin etmiş və belə yüngül cəza təyin etməsininin səbəblərini hökmdə əsaslandırmamışdır. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf edib peşimançılıq çəkməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, belə bir nəticəyə gəlməyinin motivlərini isə ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Apellyasiya icraatı zamanı məhkəmə istintaqı Məhkəmə kollegiyası apellyasiya protestinə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını qərara almış, bu məqsədlə Təqsirləndirilən şəxs dindirilmiş, işdə olan digər sübutlar təkrarən tədqiq edilmiş və qiymətləndirilmişdir. Apellyasiya protestinə cinayət prosesi tərəflərinin münasibəti Apellyasiya məhkəməsinin iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə edərək, protestdə göstərilən məzmunda çıxış edərək məhkəmənin diqqətinin həmçinin iş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş 1 ədəd “CD” diskə olan mesajların məzmununa yönəldilməsini və protestin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmə kollegiyasindan xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs və onun müdafiəçisi hər biri ayrı-ayrılıqda apellyasiya protestinə etiraz etdilər, apellyasiya protestinin təmin edilməməsini, birinci instansiya məhkəməsini hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər, Təqsirləndirilən şəxs ifadəsi Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, üzərindən aşkar edilmiş 6 bükümdə olan narkotik vasitə olan heroinin yalnız 4 bükümü ona məxsus olmuşdur. Əlavə olaraq 2 bükümdə olan narkotik vasitə olan heroin və 1 bükümdə olan psixotrop maddə olan metamfetamin ona məxsus olmamışdır, polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur. Həmin narkotik vasitələrin necə onun üzərinə qoyulmasından xəbəri olmamışdır. Narkotik vasitənin istifadəçisi olduğundan o, həmin narkotik vasitələri Namiq adlı şəxsdən almışdır və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O, narkotik vasitələrin alqı-satıqısı ilə məşğul deyildir və belə bir niyyəti də olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq tutularkən və üzərində şəxsi axtarış keçirilən zaman heç bir qanunsuzluğa məruz qalmadığını, əvvəllər oğurluğa görə məhkum olunduğunu, "xxxx" MMC-yə məxsus diskdə olan mesajların mətnlərindən xəbəri olmadığını bildirmişdir. Cinayət işində olan sübutlar: Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb və əsas Bərdə RPŞ-nin NMQ-nun əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdə saat 12 radələrində Bərdə şəhəri Cavanşir küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 01 ədəd ağ rəngli kağız bükümün içərisində 06 ədədsellofan bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,337 qram, 0,122 qram, 0,253 qram, 0,107 qram, 0,268 qram, 0,023 qram, ümumi təmiz çəkisi 1,110 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin və həmin ağ rəngli kağız bükümün içərisində 01 ədəd gümüş kağız bükümdə təmiz çəkisi 0,117 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin aşkar edilərək götürülməsinə dair Bərdə RPŞ-nin TB-də toplanmış material olmuşdur. Cinayət işinin 10-cu vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 10 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 10 dekabr 2022-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 53-54-cü vərəqələrində olan cinayət əməlinin tövsif edilməsi haqqında 12 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə cinayət əməli həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin 56-57-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 77-83-cü vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 4(021)185/2022 saylı 12 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 10 dekabr 2022-ciil tarixdən hesablanmışdır. Cinayət işinin 36-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 bölməsinin məhkəmə-bioloji ekspertizasının 11 dekabr 2022-ci il tarixli 16/1380 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmişnarkotik vasitə və psixotrop maddəyə bənzər maddə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd ağ kağız bükümdəki: -1(bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,117qram olan maddə kustarüsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. -6(altı) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,337qram (2№-li ob), 0,122qram, 0,253qram, 0,107qram, 0,268qram, 0,023qram (3-7№-li ob), ümumi təmiz çəkisi 1,110qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 3- 7№-li ob. kimyəvi tərkiblərinə görə eyni olun 2№-li ob. ilə kimyəvi tərkiblərinə görə eyni deyildirlər. Qeyd: Heroin ümumi təmiz çəkiləri -1.110 qram, tədqiqata sərf edildi-0.26 qram qalıq- 0.85 qram Metamfetamin ümumi təmiz çəkisi-0.117 qram, tədqiqat sərf edildi-0.02 qram qalıq 0.097 qram Cinayət işinin 134-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 04 fevral 2023-cü il tarixli 185 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və Bərdə rayon Məhkəməsinin 1(021)68/2010 saylı xx.xx.2010-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon məhkəməsinin 29 iyun 2010-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli blinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 oktyabr 2013-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 117-ci vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi“ X11 “Bərdə rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 72 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 118-ci vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi“ X11 “Bərdə rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 70 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Bərdə rayon Mərkəzi Xəstəxanası” X9 ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 130-cu vərəqəsində olan Bərdə rayon İHB-nın Bərdə şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət, lakin narkotikaya meyilli kimi xarakterizə olunur. Cinayət işinin 136-143-cü vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi ekspertiza tədqiqatı zamanı 0,26 qram istifadə edildikdən sonra 1,110 qramdan qalmış 0,85 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi ekspertiza tədqiqatı zamanı 0,02 qram istifadə edildikdən sonra 0,117 qramdan qalmış 0,097 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və Bərdə rayon polis şöbəsində saxlanması təmin olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman videogörüntülərin əks edildiyi 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyətkəsb edən halların müəyyən edilməsi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini iş materiallları ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdıraraq və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 1(021)-70/2023 saylı hökmü apellyasiya protestinə münasibətdə ləğv edilməli və yeni hökm çıxarılmalıdır. Təqsirləndirlən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə kollegiyasının mövqeyi: Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsinədə mümkündür. Hüquq normalarının məzmununun qeyrimüəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Məhkəmə kollegiyası hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs yol verdiyi cinayət əməlinin hüquqi tövsifinə gəlincə qeyd etmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə saxlamasına dair heç bir sübut əldə edə bilməmiş, cinayət işi üzrə sübutların qiymətləndirməsi qərarında da onun narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlaması qənaətinə gələrkən heç bir dəlilə əsaslanmamış, əksinə toplanmış sübutlar Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə deyil, özü qəbul etmək üçün əldə etməsini dəlalət etdiyi halda, heç bir mötəbər sübut əldə etmədən, əsassız olaraq Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlaması qənaətinə gəlmişdir. İbtidai istintaq orqanı tərəfindən ona CM-in 234.2-ci maddəsi ilə ittiham elan olunsa da, həmin ittiham məhkəmədə öz təsdiqini tapmamışdır . Lakin apellyasiya instansiya məhkəməsi hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.2-ci maddəsinin tərkib əlamətlərini yaradır. İş materiallarına əsaslanan məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən 1 ədəd kağız bükümün içərisində 6 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,337 qram, 0,122 qram, 0,253 qram, 0,107qram, 0,268 qram, 0,023 qram ümumi təmiz çəkisi 1,110 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və həmin ağ rəngli kağız bükümün içərisində 1 ədəd kağız bükümdə çəkisi 0,117 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz əldə etməklə, daşımış və üzərində saxlamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5, 1.0.8, 1.0.9, 1.0.10, 1.0.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitəri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması һaqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün һərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən aslı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanuna və həmin qanunla təsdiq edilmiş İ və İİ siyahıya əsasən heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Onun külli miqdarı isə 2 qramdan başlanır. Cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı sonuncuya təklif edilir ki, üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təhvil versin. Təklifdən sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd ağ rəngli kağız bükümü masanın üzərinə qoyaraq kağız bükümün içərisində narkotik vasitə olan “kakos” və “şüşə” olduğunu bildirir. Bundan sonra 1 ədəd ağ rəngli bükümə baxış keçirilir, baxış zamanı həmin kağız bükümünün içərisində 6 ədəd sellofan bükümlərdə narkotik vasitə heroinə bənzər maddə və 1 ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə hesab edilən metamfetaminə bənzər maddə olduğu müəyyən edilir və şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroinə bənzər maddəni və psixotrop maddə olan metamfetaminə bənzər maddəni xx.xx.2022-ci il tarixdə Bərdə şəhəri, Cavanşir küçəsində yerləşən aptekin yaxınlığından tapdığını bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 6 ədəd sellofan bükümdə və 1 ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə olan heroinə bənzər maddəni və psixotorop maddə metamfetaminə bənzər maddə elektron tərəzi ilə çəkilir, qablaşdırılıb möhürlənir. Məhkəmə kollegiyası qeyd edir ki, narkotik vasitənin şəxsi istehlak miqdarı həmin narkotik vasitənin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Hazırki cinayət işində isə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulan zaman əynində olan şalvarının sol yan cibindən 6 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin və 1 ədəd gümüşü rəngli kağız bükümdə psixotorop maddə metamfetaminin çəkisi onun gündəlik ehtiyacının yuxarı həddindən, yəni heroindən 9 dəfə, metamfetamindən isə 3 dəfə çox olmuşdur. Bundan başqa, narkotik vasitələri və psixotrop maddəni hər hansı şəxsə satmaq niyyətində olması, habelə onları satış məqsədilə əldə etməsi onun hər hansı istehlakçı ilə razılıq əldə edib-etməməsi, narkotik vasitələrin və psixotrop maddəni hazırlaması üçün hər hansı bir avadanlığının olub-olmaması ilə şərtləndirilə bilməz. Çünki, narkotik vasitənləri və psixitrop maddəni satış məqsədi ilə əldə etmiş Təqsirləndirilən şəxs istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq narkotik vasitə əldə edilməsi mümkündür və istisna olunmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bərdə rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili işləyir, polis leytenantı xüsusi rütbəsindədir. 10 dekabr 2022-ci il tarixdə Bərdə şəhəri, Cavanşir küçəsi ev 75-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, satışı və üzərində saxlaması barədəpolis şöbəsinə məxfi məlumat daxil olmuşdur. Buna görə də, o və Bərdə RPŞ-nin PPXB- nin polis nəfəri, polis serjantı Şahid3, Bərdə KTQ-nın baş inspektoru Şahid2 ilə birlikdə əməliyyat axtarış tədbirləri keçirilərək 10 dekabr 2022-ci il tarixdə saat 11:40-da Təqsirləndirilən şəxs Bərdə şəhəri, Cavanşir küçəsində saxlanılaraq Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Bundan sonra Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X5 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarının müdafiə etməsi üçün Bərdə rayon Vəkillər Birosunun vəkili Müdafiəçi1 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq onun, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı, Şahid3, Bərdə KTQ-nın baş inspektoru, Şahid2 iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra X4 tərəfindən təklif edilmişdir ki, üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmet vardırsa könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd ağ rəngli kağız bükümü, əynində olan şalvarın sağ yan cibindən 01 ədəd samsung markalı mobil telefonu, 01 ədəd “prima” markalı siqaret qutusunu və 01 ədəd alışqanı masanını üzərinə qoyaraq kağız bükümün içərisində narkotik vasitə olan “kakos” və “şüşə” olduğunu bildirmişdir. X4 tərəfindən həmin kağız bükülüyə baxış keçirilənzaman içərisində 06 ədəd sellofan bükümlərdə narkotik vasitə olan heroinə bəzər maddə və 01 ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə hesab edilən metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroinə bənzər maddəni və psixotrop maddə hesab edilən metamfetaminə bənzər maddəni xx.xx.2022-ci il tarixdə Bərdə şəhəri Cavanşir küçəsində yerləşən aptekin yaxınlığından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər onların iştirakı ilə elektron tərəzidə çəkilmiş və 06 ədəd sellofan bükümdə aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər maddələr 0,40 qram, 0,20 qram, 0,24 qram, 0,30 qram, 0,30 qram, 0,10 qram və 01 ədəd gümüşü rəngli kağız bükümdə aşkar edilmiş psixotrop maddə hesab edilən metamfetaminə bənzər maddə 0,27 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş bükümlər qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən qablaşdırılmış qabın üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Kimlərə satması ona bəlli deyil. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 və Şahid2 şahid qismində dindirilmiş Şahid1 iləoxşar məzmunlu ifadə verərək dediyi xüsusatları təsdiq etmişlər. Bundan başqa apellyasiya məhkəməsində məhkəmə iclası zamanı telefon danışıqlarına aid məlumatları özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs məxsus mobil nömrəyə baxış zamanı ona məxsus mobil nömrələrlə digər şəxslər arasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə aid SMS mətnlərin mövcud olması müəyyən edilmişdir. Belə ki həmin CD diskəndən görünür ki, +**********05 mobil nömrədən Təqsirləndirilən şəxs məxsus +**********25 mobil nömrəyə “Qaqa aftandir 20 manatim var yardimci ol”, +**********85 saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus +**********25 mobil nömrəyə “Qaqa cola cix iki kalma o aqdan mana 7m ver” +**********13 mobil nömrədən Təqsirləndirilən şəxs məxsus + **********25 mobil nömrəyə “malik eypi yoxdu xalll kucede mal satsa menim sikimi yeyer” məzmunlu”, +**********54 mobil nömrədən alik Bayramova məxsus +**********25 mobil nömrəyə “XALOLU 20 MANAT KARVA VAR AC DE BUNU”, “QAQA PATİDA VAR PULDA AC HEYOX EDEK XALOLU.” +**********85 mobil nömrədən Təqsirləndirilən şəxs məxsus +**********25 mobil nömrəyə “Daj jiqmaqada utaniram, amma ham vazjat inqliwdi, hamda o gotdujumu manan kankret istajan var kbrvami jarisinaN coxu cixir jiqda bowsansa”, QAQA GALMİİRSAN DEJANA TELİDA KODA QOJDUN, TOBA CİBİMDA PUL MANDA ARWAJİN ZARİJA ZARİJA GOZDAJİRAM, ATAW BOLUM DARMANİSADA GALİM VER TOBA MANİ GOZDATDİN JALANAN”, “AJ MALİK MANİM GUNAHİM NA İDİ QAQA , MANİ NİJA JALAN UMUDLARLA BU VAZJATDA SAXLADİN, BOLUM DEJARDİN MAN GALARDİM. NAJSA BOLUM BİR JİQ DENAN GALMİRAM JİQDA”, “AQA SALAM , ATAW MANA QARWİ NİJA BELA LAQEJDSAN AXİ SANAN XAİW ELADİM Kİ O POX DARMANİ SAHAR MANA VER BİRDA BU VERDİJLARİMİN CAVABİN DE JADA QAJTAR SDA APARATİ, MANA CAVAB VER VAR JOXUN SİKİM DUZ ELAMİRSAN. TOBA EVDA ZARİJİRAM DUNANAN” +**********05 mobil nönrədən Təqsirləndirilən şəxs məxsus +**********25 mobil nömrəyə “Marif geden sekleri gorurem sene iki başim yoxdu bir başimla deyirem narkotik satsan seni minecem sene satiranlar var ey xalligil onlarida sikecem sonra deme ki bilmemişem” +**********38 mobil nömrədən Təqsirləndirilən şəxs məxsus +**********25 mobil nömrəyə “Malik salam.menem ruslan.qaqa oralarda nese var 25 manat varimdir.qaqa xalli bajini tapa bilmirem.qaqa zengime cvb vermirsen” məzmunlu SMS mətnləri daxil olmuşdur. Məhkəmə kollegiyası "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış zamanı aşkar edilmiş yuxarıda qeyd olunan SMS mətnlərini cinayət işinin materiallarında olan digər sübutlarla qarşılıqlı şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxladığı qənaətinə gəlir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin xırda bağlamalara qablaşdırılması halı digər sübutlarla qarşılıqlı şəkildə qiymətləndirildikdə onun həmin narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etməsini ehtiva edən hallar kimi qiymətləndirilməsi üçün əsasdır. Beləliklə, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi kifayət qədər sübut olmadan əsassız olaraq Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni saxlaması, yəni həmin narkotik vasitəni və psixotrop maddəni saxlamaqda onu satmaq niyyətinin olmaması barədə düzgün olmayan nəticəyə gəlmişdir. İş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni istehlak məqsədi ilə yox, satış məqsədi ilə saxladığı sübuta yetirilir. Belə olan halda məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. CM-in 3-cü maddəsinin tələblərinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri CM-in istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Qeyd olunan Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Qanunvericiliyin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarının müddəaları ilə iş üzrə müəyyən edilmiş sübutların əlaqəli şəkildə təhlili Təqsirləndirilən şəxs əməlində CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması ilə bağlı ittihamın cinayət işi üzrə müəyyən edilmiş sübutların məcmusu ilə təsdiq olunduğunu və birinci instansiya məhkəməsinin əsassız olaraq məhkum Təqsirləndirilən şəxs əməlini CM-in 234.1-ci maddəsinə tövsif etdiyini göstərir. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə birinci instansiya məhkəməsi mötəbər, inandırıcı sübutlar olmadan, yalnız mülahizələrə əsaslanan dəlillərlə təqsirləndirilən şəxsin verdiyi özünü müdafiə xarakterli ifadəsinə əsasən narkotik vasitəni və psixotrop maddəni satış məqsədi olmadan saxlaması barədə nəticəyə gəlmiş, məhkəmənin bu səhvi öz növbəsində əməlin düzgün olmayan tövsifinə, habelə təqsirləndirilən şəxsin barəsində daha yüngül cinayət ittihamı üzrə əsassız hökm çıxarılmasına səbəb olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitə və psixotrop maddəni satış məqsədilə saxlaması işdə olan mötəbər sübutlarla müəyyən olunduğundan onun əməli satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə etmə və saxlama kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən 1 ədəd kağız bükümün içərisində 6 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,337 qram, 0,122 qram, 0,253 qram, 0,107qram, 0,268 qram, 0,023 qram ümumi təmiz çəkisi 1,110 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və həmin ağ rəngli kağız bükümün içərisində 1 ədəd kağız bükümdə çəkisi 0,117 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməklə daşımış və üzərində saxlamışdır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv olaraq araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya protesti təmin edilməli və Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, narkotik vasitənin və psixotrop maddənin çəkisini və növünü, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, barəsində olan yüngülləşdirici halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun CM-in 234.2-ci maddəsinin sanksiyasının aşağı həddinə yaxın azadlıqdan məhrumetmə cəzası təyin etməklə islah olunacağı qənaətinə gəlir. Azərbaycan Respublikası CM-in 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 10 dekabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60.80 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış Bərdə RPŞdə saxlanılan narkotik vasitə olan kustar üsulla hazırlanmış 0,85 qram heroin və psixotrop maddə olan 0,097 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin "xxxx" MMC-dən daxil olmuş, iş üçün əhəmiyyət kəsb edən məlumatları özündə əks etdirən 1ədəd “CD” disk maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 397, 398.1.2, 399, 401, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası HÖKM ETDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bərdə Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 1(021)-70/2023 saylı hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə ləğv edilsin. İş üzrə yeni hökm çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddə ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 10 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış Bərdə RPŞ-də saxlanılan narkotik vasitə olan kustar üsulla hazırlanmış 0,85 qram heroin və psixotrop maddə olan 0,097 qram metamfetamin məhv edilsin, 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın, "xxxx" MMC-dən daxil olmuş 1ədəd “CD” disk maddi sübut kimi tanınsın və cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60.80 (altmış manat səksən qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya qaydasında şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar