Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-39/2023 07.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), X2 və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Göygöl Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(066)-32/2022 saylı hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Göygöl Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(066)-32/2022 saylı hökmü ilə (sədrlik edən Qələmdar Abbasov) xx.xx.1975-ci ildə Kəlbəcər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, Kəlbəcər şəhəri, Fizuli küçəsi ev 9-da qeydiyyatda olmaqla, Gəncə şəhəri Gülüstan qəsəbəsi AKTA-6 adlanan yeni yaşayış massivində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 127.2.3-cü maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 221.2.1-ci maddəsi ilə 1 (bir) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Göygöl Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(066)-32/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları toplamaq yolu ilə ona qəti olaraq 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək «həbs» qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclası zalından dərhal həbs edilməsi, cəza çəkməsinin əvvəlinin 22 sentyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. xx.xx.1999-cu ildə Goranboy rayonu, Türk qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Azərbaycan Texniki Universitetinin 1-ci kurs tələbəsi, işsiz, əvvəllər məhkum olunmamış, Kəlbəcər şəhəri, N.Gəncəvi pr. ev 275-də qeydiyyatda olmaqla, Gəncə şəhəri Dos 84, bina 2, mənzil 4-də yaşayan, barəsində başqa yerə getməmə barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin onun yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablanması, üzərinə yaşadığı ünvan 1 ünvanı axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifənin qoyulması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılması, hökmün icrasının Gəncə şəhəri Probasiya şöbəsinə tapşırılması qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 1(066)-32/2022 saylı hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, N.Aliyevə qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Həmin hökmdən həmçinin Təqsirləndirilən şəxs2 müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Hökmdən eyni zamanda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 apellyasiya şikayətləri verərək hökmün dəyişdirilməsini, təqsirləndirilən şəxslərə təyin olunmuş cəzanın ağırlaşdırılaraq, Təqsirləndirilən şəxs1 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası, Təqsirləndirilən şəxs2 isə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs2 bildirdi ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir, onlarla barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur, özü tərəfindən verilmiş apellyasiya şikayətindən imtina edir, apellyasiya şikayətinə baxılmasına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir və bu barədə özü tərəfindən imzalanmış yazılı ərizəni məhkəmə kollegiyasına təqdim edir. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs1 bildirdi ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir, onlarla barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur, özü tərəfindən verilmiş apellyasiya şikayətindən imtina edir, apellyasiya şikayətinə baxılmasına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir və bu barədə özü tərəfindən imzalanmış yazılı ərizəni məhkəmə kollegiyasına təqdim edir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxslər və onların müdafiəçiləri zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılmasına xitam verilməsi barədə ərizələrin təmin olunmasını xahiş etdilər. Dövlət ittihamçısı Q.Rizvanov göstərdi ki, verilmiş apellyasiya şikayətlərindən imtina etmək zərərçəkmiş şəxslərin hüququdur. Həmin ərizələrin təmin edilərək apellyasiya şikayətləri üzrə icraata xitam verilməsinə etiraz etmir. Cinayət prosesi tərəflərinin fikrini dinləyərək məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 396-cı maddəsinə görə apelyasiya şikayətini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Azərbaycan Respublikası CPM-in 396-cı maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 apellyasiya şikayətlərindən imtinası qəbul edilməli, apellyasiya şikayətlərinə baxılmasına xitam verilməli və təqsirləndirilən şəxslərin müdafiəçilərinin apellyasiya şikayəti üzrə məhkəmə baxışı davam etdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321 və 396-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılmasına zərərçəkmiş şəxslərin həmin şikayətlərdən imtina etmələri ilə əlaqədar xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-39/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-39/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver