Məhkəmə qərarları › İş №1(104)-393/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-393/2023

17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-393/2023 17.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X2 və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X1, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 08 may 2023-cü il tarixli 1(100)- 100/2023 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 08 may 2023-cü il tarixli 1(100)-100/2023 nömrəli hökmü ilə (hakimlər F.N.Mahmudov (sədrlik edən), D.H.İmanov və E.İ.Rüstəmov) xx xxxxxx 1991-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, işləməyən, Bərdə şəhəri, Koroğlu küçəsi ev 5-də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən qəti olaraq təyin edilmiş 01 il 02 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Ağdam rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 il azaldılmış və çəkilməmiş qalan 02 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 01 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla CM-nin 67.1-ci maddəsininə əsasən yeni hökm üzrə təyin olunmuş 03 (üç) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməsi və qəti olaraq ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcının şübhə edilən şəxs qismində tutulduğu, 14 iyun 2022-ci il tarixdən hesablanması, haqqında seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda “Narkotk vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ və İİ siyahılarına əsasən qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni ümumi təmiz çəkisi 13,27 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və ümumi təmiz çəkisi 5,118 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini üzərində saxlamış, 14 iyun 2022-ci il tarixdə, saat 01:05 dəqiqədə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Bərdə şəhəri Bakı küçəsində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində sonuncunun üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən satış məqsədi olmadan saxladığı 2 (iki) sellofan bükümlərdəki ayrıayrılıqda təmiz çəkiləri 5,632 qram və 7,638 qram ümumi təmiz çəkisi 13,27 qram külli miqdarda kustar üsulla hazırlanmış heroin və 1 (bir) ədəd şəffaf bükümdəki digər 1(bir) ədəd yaşıl rəngli sellofan bükümdə təmiz çəkisi 5,118 qram olan maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinibona həmin maddənin sanksiyası həddində və hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, istintaq orqanı tərəfindən Cəllal Abdullayevə CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, məhkəmənin hökmü ilə də müəyyən olunmaqla öz əksini tapmış 2 bükümdə ayrıayrılıqda təmiz çəkiləri 5,632 qram və 7,638 qram ümumi təmiz çəkisi 13,27 qram külli miqdarda kustar üsulla hazırlanmış heroini və 1 bükümdə təmiz çəkisi 5,118 qram olan maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin satış məqsədi ilə qanunsuz əldə etməklə, daşımış və xx.xx.2022-ci il tarixdə əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb şəxsi axtarış zamanı üzərindən həmin narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə, 2 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,632 qram və 7,638 qram ümumi təmiz çəkisi 13,27 qram heroinin və 1 bükümdə təmiz çəkisi 5,118 qram metafetaminin Təqsirləndirilən şəxs aid olmaqla şəxsi axtarış zamanı üzərindən aşkar edilib götürülməsi hissəsində ibtidai istintaq orqanının gəldiyi qənaəti düzgün qəbul etsə də, həmin narkotik vasitənin satış məqsədilə əldə edilib saxlanılması hissəsində istintaqın gəldiyi nəticəni mübahisələndirmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması nə ibtibai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər dəlil göstərməmişlər. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bilirmişlər. Əməliyyat tapşırığına cavab məktubunun özündə də Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və satması barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyən edilməməsi qeyd edilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən narkotik vasitə və psixotrop maddədən əlavə 1 ədəd elektron tərəzi aşkar olunmasına baxmayaraq, iş üzrə mühüm əhəmiyyət kəsb edən 1 ədəd elektron tərəzi ibtidai istintaq tərəfindən CM-in 234.4.3-cü maddəsi ilə verilən ittihamın məzmununa daxil edilməmiş və sübüt növü hesab edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oglu ifadəsində göstərdi ki, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi elektron tərəzini narkotik vasitə alarkən onu aldatmasınlar deyə özü çəkisini yoxlaması üçün saxladığını bildirmişdir. Həmçinin, ibtidai istintaq zamanı aşkar olunan elektron tərəzi ilə bağlı Təqsirləndirilən şəxs nə də, iş üzrə dindirilmiş şahidlərə suallar verilməklə hər hansı dəqiqləşdirmələr aparılmamışdır. Məhkəmənin qənaətinə əsasən təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satacağı şəxsin, yəni istehlakçının müəyyən edilmədiyi və şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut olmadığı halda təkcə narkotik vasitənin və pxisotrop maddənin çəkisinin çox olmasını ehtimal edib, narkotik vasitənin və psixotrop maddənin satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Lakin, məhkəmə hökmündə Təqsirləndirilən şəxs cinayət əməlində Cinayət Məcəlləsinin (234.1-ci maddəsinin tərkib elementləri mövcud olması ilə bağlı nəticəyə gəlməsi üçün hər hansı sübuta istinad edilməmiş, istintaq orqanı tərəfindən verilmiş ittihamın təkzib edilməsi, eyni zamanda, ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivləri kifayət qədər əsaslandırılmamış, sübutlar bir-biri ilə müqayisəli şəkildə tghlil edilməmiş və bununla da, məhkəmə Təqsirləndirilən şəxs əməlini tövsif etməklə işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə etdi və bildirdi ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə çox olması, külli miqdar təşkil etməsi, sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edir. Protestin dəlillərinə uyğun çıxış edən dövlət ittihamçısı apellyasiya protestinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs dövlət ittihamçısı tərəfindən verilmiş protestə etiraz etdi və bildirdi ki, heroini və metamfetamini şəxsən istifadə edir, heç kimə satmamışdır. Buna görə protestin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi protestə etiraz etdi və bildirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəçisidir, bu hal ekspert rəyi ilə də təsdiq edilir, şahid qismində dindirilmiş polis əməkdaşları da Təqsirləndirilən şəxs narkotik vasitənin satması barədə məlumatlarının olmadıqlarını bildirmişlər. Buna görə protestin təmin edilməməsini və məhkəmənin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apelyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apelyasiya şikayəti və ya apelyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apelyasiya protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Dövlət ittihamçısı isə təqsirləndirilən şəxsin CM-in 234.1-1-ci maddəsi ilə olan əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından da göründüyü kimi, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində bildirmişdir ki,…Uzun müddətdir ki, narkotik vasitə istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 00 radələrində yaşadığı Bərdə şəhəri Koroğlu küçəsi ilə evə gedən zaman yolun kənarında bükülü vəziyyətdə ağ sellofan görmüşdür. O həmin sellofanı yerdən götürmüşdür. Sellofanı açıb içərisinə baxan zaman həmin 1 ədəd sellofan bükümün içərisində 2 ədədi yaşıl rəngli, 1 ədədi ağ rəngli büküm görmüşdür. Həmin bükümləri kənar çəkilərək açıb baxan zaman əvvəllər narkotik istifadəçisi olduğu üçün 1 ədəd göy rəngli sellofan bükümdəki heroin, 1 ədəd ağ selofan bükümdəki metafetamin, 1 ədəd yaşıl rəngli sellofan bükümdəki isə metafetamin olduğunu görmüşdür. Həmin bükümləri kimsə görməsin deyə əynindəki şalvarın sol yan cibinə yerləşdirmişdir. Həmin narkotik vasitələri üzərində saxlamağa başlamışdır. Həmin tarixdə Bərdə şəhəri Bakı küçəsi ilə yoluna davam edən zaman polis əməkdaşları onun yanına yaxınlaşaraq üzərində narkotik vasitələrin saxlanılasında, daşınmasında şübhəli olduqlarını bildirib onu Bərdə rayon polis şöbəsinə gətirmişdirlər. Həmin narkotik vasitələri şəxsi istifadəsi üçün götürüb üzərində saxlamış, o həmin narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün üzərində saxlamış, o heç kimə narkotik vasitə və psixotrop maddələri satmamış və heç kimə verməmişdir” Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə qeyd edilən narkotik vasitəni satış məqsədi ilə əldə etməsi və üzərində daşıması barədə ifadə verməmişdir. Cinayət işi üzrə dindirilən şahidlər Şahid1 və Şahid2 da şahid qismində ifadə verərkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin özünə məxsus olduğunu etiraf edərək həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə saat 00 radələrində yaşadığı Bərdə şəhəri Koroğlu küçəsi ilə evə gedən zaman yolun kənarında tapdığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin,psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il 2 №-li Qərarının 8-ci bəndində qeyd edilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində şərh verilmişdir. Belə ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində isə qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satmadeyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama,hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxsin əməlində narkotik maddələrin satış məqsədi ilə əldə edilməsini təsdiq edən və Ali Məhkəməinin Plenumunun qeyd edilən Qərarında sadalanan əlamətlərin olması nə ibtidai araşdırma orqanı tərəfindən aparılan istintaq zamanı, nə də məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə əməliyyat-axtarış tədbiri keçirilmiş lakin Təqsirləndirilən şəxs narkotik vasitənin dövriyyəsi ilə məşğul olması təsdiq edilməmişdir. İş üzrə müəyyən edilən fakt Təqsirləndirilən şəxs narkotik vasitənin aşkar edilməsindən ibarət olmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi, yəni külli miqdarda narkotik vasitənin dövriyyəsi məşğul olması ilə bağlı ittiham verilməsi düzgün olmamışdır. Təqsirləndirilən şəxsin “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” cinayəti törətməsi iş materialları ilə təsdiq edildiyindən birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini düzgün olaraq CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-1-ci maddəsinə tövsif etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin dəlilləri əsasında hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 08 may 2023-cü il tarixli 1(100)-100/2023 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 412ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 08 may 2023-cü il tarixli 1(100)- 100/2023 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar