Məhkəmə qərarları › İş №1(104)-425/2023

Gəncə Apellyasiya Məhkəməsi Hökm — İş №1(104)-425/2023

14.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(104)-425/2023 14.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, müdafiəçilər Müdafiəçi5, Müdafiəçi6, Müdafiəçi7 və Müdafiəçi4 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcələsinin 200-1.2.2, 200-1.2.3 və 32.3, 206.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3, 32.5, 206.3.2-ci maddələri ilə məhkum edilmələrinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 may 2023-cü il tarixli 1(104)-127/2023 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti əsasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 may 2023-cü il tarixli 1(104)-127/2023 saylı (hakimlər R.N.Ələkbərli (sədrlik edən), D.H.İmanov və A.E.Məmmədov) hökmü ilə xx xxxxxxxx 1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200- 1.2.3, 32.3, 206.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.3, 206.3.2-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 12 fevral 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilmiş olduğu bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunması; xx xxxxxxxx 1991-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Sabirabad rayonu Şıxsalahlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200- 1.2.3, 206.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 12 fevral 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilmiş olduğu bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunması; xx xxxxxx 1992-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Salyan rayonunun, Kərimbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200- 1.2.3, 206.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 12 fevral 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilmiş olduğu bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunması; 31yanvar 1988-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Sahədə qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Qala stansiyası, Voxur küçəsi nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200- 1.2.3, 32.5, 206.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs4 təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və hökm çıxarılanadək həbsdə saxlandığı müddətin cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcının 12 fevral 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilmiş olduğu bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunması qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək, hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Əbdulla oğlunun CM-in 200-1.2.2, 200-1.2.3 və 206.4-cü maddələri ilə təqsirli bilinib barələrində CM-in 62-ci maddəsininb tətbiq olunmasına dair müddəalar hökmdən xaric edilib onlara həmin maddələrin sanksiyası həddində və cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. İbtdai istintaq orqanının gəldiyi nəticə İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihama görə, o, mütəşəkkil dəstə halında bilə-bilə normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda müxtəlif adda dərman vasitələrini mütəşəkkil dəstə halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq və bəyan etməməklə keçirmiş, həmin külli miqdarda dərman vasitələrini satış məqsədilə saxlamış və idxal etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 mütəşəkkil dəstə halında bilə-bilə normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə idxal etmək və saxlamaq, həmin dərman vasitələrini mütəşəkkil dəstə halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq, bəyan etməməklə keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, eləcə də şəxsiyyətləri istintaq yolu ilə araşdırılan Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərlə mütəşəkkil dəstə halında birləşmiş, mütəşəkkil dəstənin rəhbəri Təqsirləndirilən şəxs1 Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərlə telefonla danışıb 31 ədəd bağlamada dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin Azərbaycan Respublikası ərazisinə keçirilərək satışının həyata keçirilməsi barədə razılıq əldə edildikdən sonra Təqsirləndirilən şəxs1 göstərişinə əsasən mütəşəkkil dəstənin üzvləri Təqsirləndirilən şəxs3 idarə etdiyi “DAF” markalı, **-BL-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə, Təqsirləndirilən şəxs2 isə idarə etdiyi “DAF” markalı, **-UG-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə 15 yanvar 2022-ci il tarixdə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasından Türkiyə Respublikasına getmiş, Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərdən 31 bağlamada, 288668 manat dəyərində olan dövlət qeydiyyatından keçməyən dərmanları əldə etmiş, 7 bağlamada dərman vasitələri Təqsirləndirilən şəxs3 nəqliyyat vasitəsində, 24 bağlamada dərman vasitələri isə Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsində saxlanılmış, lakin Azərbaycan Respublikasının dövlət sərhədinə yaxınlaşmamışdan əvvəl aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs3 öz nəqliyyat vasitəsində olan 7 bağlamada dərman vasitələrini Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsində saxlamış, 07 fevral 2022-ci il tarixdə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə həmin dərman vasitələrini Azərbaycan Respublikası ərazisinə keçirmiş, Qazax şəhərində “Qırmızı körpü” adlanan sərhəd məntəqəsində Təqsirləndirilən şəxs4 onlara qoşularaq birlikdə Ağdaş rayonunun Ləki kəndinə getmiş, Ləki kəndində Təqsirləndirilən şəxs2 yük nəqliyyat vasitəsində olan 31 bağlamada dərman vasitələrini X1 ilə Təqsirləndirilən şəxs4 “DAF” markalı, **-HJ-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə yükləmiş və Bakı şəhəri Xəzər rayonu istiqamətində yola düşmüşlər. Bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 07 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində həmin nəqliyyat vasitəsi saxlanılmış və baxış zamanı dövlət qeydiyyatından keçməyən həmin dərman vasitələri aşkar edilib götürülmüşdür. Buna görə ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 yuxarıda göstərilən əməllərini CMnin 200-1.2.2, 200-1.2.3 və 206.4-cü maddələri ilə qiymətləndirmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihama görə, o, mütəşəkkil dəstə halında bilə-bilə normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda müxtəlif adda dərman vasitələrini mütəşəkkil dəstə halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq və bəyan etməməklə keçirmiş, həmin külli miqdarda dərman vasitələrini satış məqsədilə saxlamış və idxal etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 mütəşəkkil dəstə halında bilə-bilə normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə idxal etmək və saxlamaq, həmin dərman vasitələrini mütəşəkkil dəstə halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq, bəyan etməməklə keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, eləcə də şəxsiyyətləri istintaq yolu ilə araşdırılan Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərlə mütəşəkkil dəstə halında birləşmiş, mütəşəkkil dəstənin rəhbəri Təqsirləndirilən şəxs1 Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərlə telefonla danışıb 31 ədəd bağlamada dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin Azərbaycan Respublikası ərazisinə keçirilərək satışının həyata keçirilməsi barədə razılıq əldə edildikdən sonra Təqsirləndirilən şəxs1 göstərişinə əsasən mütəşəkkil dəstənin üzvləri Təqsirləndirilən şəxs3 idarə etdiyi “DAF” markalı, **-BL-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə, Təqsirləndirilən şəxs2 isə idarə etdiyi “DAF” markalı, **-UG-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə 15 yanvar 2022-ci il tarixdə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasından Türkiyə Respublikasına getmiş, Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərdən 31 bağlamada, 288668 manat dəyərində olan dövlət qeydiyyatından keçməyən dərmanları əldə etmiş, 7 bağlamada dərman vasitələri Təqsirləndirilən şəxs3 nəqliyyat vasitəsində, 24 bağlamada dərman vasitələri isə Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsində saxlanılmış, lakin Azərbaycan Respublikasının dövlət sərhədinə yaxınlaşmamışdan əvvəl aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs3 öz nəqliyyat vasitəsində olan 7 bağlamada dərman vasitələrini Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsində saxlamış, 07 fevral 2022-ci il tarixdə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə həmin dərman vasitələrini Azərbaycan Respublikası ərazisinə keçirmiş, Qazax şəhərində “Qırmızı körpü” adlanan sərhəd məntəqəsində Təqsirləndirilən şəxs4 onlara qoşularaq birlikdə Ağdaş rayonunun Ləki kəndinə getmiş, Ləki kəndində Təqsirləndirilən şəxs2 yük nəqliyyat vasitəsində olan 31 bağlamada dərman vasitələrini X1 ilə Təqsirləndirilən şəxs4 “DAF” markalı, **-HJ-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə yükləmiş və Bakı şəhəri Xəzər rayonu istiqamətində yola düşmüşlər. Bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 07 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində həmin nəqliyyat vasitəsi saxlanılmış və baxış zamanı dövlət qeydiyyatından keçməyən həmin dərman vasitələri aşkar edilib götürülmüşdür. Buna görə ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 yuxarıda göstərilən əməllərini CMnin 200-1.2.2, 200-1.2.3 və 206.4-cü maddələri ilə qiymətləndirmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş ittihama görə, o, mütəşəkkil dəstə halında bilə-bilə normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda müxtəlif adda dərman vasitələrini mütəşəkkil dəstə halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq və bəyan etməməklə keçirmiş, həmin külli miqdarda dərman vasitələrini satış məqsədilə saxlamış və idxal etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 mütəşəkkil dəstə halında bilə-bilə normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə idxal etmək və saxlamaq, həmin dərman vasitələrini mütəşəkkil dəstə halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq, bəyan etməməklə keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, eləcə də şəxsiyyətləri istintaq yolu ilə araşdırılan Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərlə mütəşəkkil dəstə halında birləşmiş, mütəşəkkil dəstənin rəhbəri Təqsirləndirilən şəxs1 Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərlə telefonla danışıb 31 ədəd bağlamada dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin Azərbaycan Respublikası ərazisinə keçirilərək satışının həyata keçirilməsi barədə razılıq əldə edildikdən sonra Təqsirləndirilən şəxs1 göstərişinə əsasən mütəşəkkil dəstənin üzvləri Təqsirləndirilən şəxs3 idarə etdiyi “DAF” markalı, **-BL-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə, Təqsirləndirilən şəxs2 isə idarə etdiyi “DAF” markalı, **-UG-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə 15 yanvar 2022-ci il tarixdə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasından Türkiyə Respublikasına getmiş, Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərdən 31 bağlamada, 288668 manat dəyərində olan dövlət qeydiyyatından keçməyən dərmanları əldə etmiş, 7 bağlamada dərman vasitələri Təqsirləndirilən şəxs3 nəqliyyat vasitəsində, 24 bağlamada dərman vasitələri isə Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsində saxlanılmış, lakin Azərbaycan Respublikasının dövlət sərhədinə yaxınlaşmamışdan əvvəl aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs3 öz nəqliyyat vasitəsində olan 7 bağlamada dərman vasitələrini Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsində saxlamış, 07 fevral 2022-ci il tarixdə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə həmin dərman vasitələrini Azərbaycan Respublikası ərazisinə keçirmiş, Qazax şəhərində “Qırmızı körpü” adlanan sərhəd məntəqəsində Təqsirləndirilən şəxs4 onlara qoşularaq birlikdə Ağdaş rayonunun Ləki kəndinə getmiş, Ləki kəndində Təqsirləndirilən şəxs2 yük nəqliyyat vasitəsində olan 31 bağlamada dərman vasitələrini X1 ilə Təqsirləndirilən şəxs4 “DAF” markalı, **-HJ-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə yükləmiş və Bakı şəhəri Xəzər rayonu istiqamətində yola düşmüşlər. Bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 07 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində həmin nəqliyyat vasitəsi saxlanılmış və baxış zamanı dövlət qeydiyyatından keçməyən həmin dərman vasitələri aşkar edilib götürülmüşdür. Buna görə ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs3 yuxarıda göstərilən əməllərini CMnin 200-1.2.2, 200-1.2.3 və 206.4-cü maddələri ilə qiymətləndirmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs4 qarşı irəli sürülmüş ittihama görə, o, mütəşəkkil dəstə halında bilə-bilə normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda müxtəlif adda dərman vasitələrini mütəşəkkil dəstə halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq və bəyan etməməklə keçirmiş, həmin külli miqdarda dərman vasitələrini satış məqsədilə saxlamış və idxal etmişdir. Belə ki, Təqsirləndirilən şəxs4 mütəşəkkil dəstə halında bilə-bilə normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə idxal etmək və saxlamaq, həmin dərman vasitələrini mütəşəkkil dəstə halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq, bəyan etməməklə keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, eləcə də şəxsiyyətləri istintaq yolu ilə araşdırılan Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərlə mütəşəkkil dəstə halında birləşmiş, mütəşəkkil dəstənin rəhbəri Təqsirləndirilən şəxs1 Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərlə telefonla danışıb 31 ədəd bağlamada dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin Azərbaycan Respublikası ərazisinə keçirilərək satışının həyata keçirilməsi barədə razılıq əldə edildikdən sonra Təqsirləndirilən şəxs1 göstərişinə əsasən mütəşəkkil dəstənin üzvləri Təqsirləndirilən şəxs3 idarə etdiyi “DAF” markalı, **-BL-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə, Təqsirləndirilən şəxs2 isə idarə etdiyi “DAF” markalı, **-UG-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə 15 yanvar 2022-ci il tarixdə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasından Türkiyə Respublikasına getmiş, Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərdən 31 bağlamada, 288668 manat dəyərində olan dövlət qeydiyyatından keçməyən dərmanları əldə etmiş, 7 bağlamada dərman vasitələri Təqsirləndirilən şəxs3 nəqliyyat vasitəsində, 24 bağlamada dərman vasitələri isə Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsində saxlanılmış, lakin Azərbaycan Respublikasının dövlət sərhədinə yaxınlaşmamışdan əvvəl aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs3 öz nəqliyyat vasitəsində olan 7 bağlamada dərman vasitələrini Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsində saxlamış, 07 fevral 2022-ci il tarixdə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə həmin dərman vasitələrini Azərbaycan Respublikası ərazisinə keçirmiş, Qazax şəhərində “Qırmızı körpü” adlanan sərhəd məntəqəsində Təqsirləndirilən şəxs4 onlara qoşularaq birlikdə Ağdaş rayonunun Ləki kəndinə getmiş, Ləki kəndində Təqsirləndirilən şəxs2 yük nəqliyyat vasitəsində olan 31 bağlamada dərman vasitələrini X1 ilə Təqsirləndirilən şəxs4 “DAF” markalı, **-HJ-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə yükləmiş və Bakı şəhəri Xəzər rayonu istiqamətində yola düşmüşlər. Bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 07 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində həmin nəqliyyat vasitəsi saxlanılmış və baxış zamanı dövlət qeydiyyatından keçməyən həmin dərman vasitələri aşkar edilib götürülmüşdür. Buna görə ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs4 yuxarıda göstərilən əməllərini CMnin 200-1.2.2, 200-1.2.3 və 206.4-cü maddələri ilə qiymətləndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Məhkəmənin mövqeyinə məhkəmə istintaqı zamanı müəyyən edilən cinayət işinin obyektiv hallarına, həmçinin təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrinə və digər sübutlara əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərin yerinə yetirilməsində bilavasitə iştirak etməmiş, o, həmin cinayəti təşkil etmiş, bu məqsədlə Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsini təşkil etmə, bu məqsədlə həmçinin tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərlə telefonla danışıb 31 ədəd bağlamada dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin Azərbaycan Respublikası ərazisinə keçirilərək satışının həyata keçirilməsi barədə razılıq əldə etmiş və həmin dərman vasitələrinin Azərbaycan Respublikasının dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinə nail olmuşdur. Onun bu hərəkətləri qaçaqmalçılıq cinayətinin icraçısının deyil, Cinayət Məcəlləsinin 32.3- cü maddəsində təşkilatçını xarakterizə edən əlamətlərlə uyğunluq təşkil edir. Odur ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən qaçaqmalçılıq cinayətinin törədilməsində təşkilatçı qismində iştirak etdiyindən, həmçinin onun cinayət əməllərinin məhz mütəşəkkil dəstə halında törədilməsi sübuta yetirilmədiyindən onun ittiham olunduğu Cinayət Məcəlləsinin 206.4-cü maddəsi üzrə əməli Cinayət Məcəlləsinin 32.3, 206.3.2-ci maddəsinə tövsif edilməlidir. Bundan başqa, cinayət işi üzrə məhkəmə istintaqı zamanı müəyyən edilən cinayət işinin obyektiv hallarına, həmçinin təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrinə və digər sübutlara əsasən eyni zamanda müəyyən edilir ki, digər Təqsirləndirilən şəxs4 qaçaqmalçılıq cinayət əməli törədilərkən həmin cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərin yerinə yetirilməsində bilavasitə iştirak etməmiş, yəni o, həmin cinayət əməli törədilərkən qabaqcadan vəd etməklə köməkçi qismində iştirak etmiş, bu məqsədlə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girmiş, digər təqsirləndirilən şəxslər həmin dərman vasitələrini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirdikdən sonra, o, dövlət qeydiyyatından keçməyən həmin dərmanları özünün yük nəqliyyat vasitəsində aparmaqla qabaqcadan yardım etməyi vəd etdiyindən həmin dərman vasitələrini özünün yük nəqliyyat vasitəsinə yükləyərək yola düşmüşdür. Onun bu hərəkətləri qaçaqmalçılıq cinayətinin icraçısının deyil, Cinayət Məcəlləsinin 32.5-cü maddəsində köməkçini xarakterizə edən əlamətlərlə uyğunluq təşkil edir. Odur ki, Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etdiyindən, həmçinin onun cinayət əməllərinin məhz mütəşəkkil dəstə halında törədilməsi sübuta yetirilmədiyindən onun ittiham olunduğu Cinayət Məcəlləsinin 206.4-cü maddəsi üzrə əməli Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsinə tövsif edilməlidir. Bununla yanaşı, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qaçaqmalçılıq cinayətinin törədilməsində bilavasitə iştirak etdiklərindən, dövlət qeydiyyatından keçməyən həmin dərmanları özləri birbaşa Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, həmin şəxslərdən 31 ədəd bağlamada dövlət qeydiyyatından keçməyən dərman vasitələrini götürərək Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdiklərindən və qaçaqmalçılıq cinayətini birbaşa icra etdiklərindən, həmçinin onların cinayət əməllərinin məhz mütəşəkkil dəstə halında törədilməsi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunduqları Cinayət Məcəlləsinin 206.4-cü maddəsi üzrə əməlləri Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinə tövsif edilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcələsinin 200-1.2.2, 200-1.2.3 və 32.3, 206.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs4 Əbdulla oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3, 32.5, 206.3.2-ci maddələri ilə tövsif edilməlidir. Apellyasiya protestinin dəlilləri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs1 mütəşəkkil dəstə halında bilə-bilə normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə idxal etmək və saxlamaq, həmin dərman vasitələrini mütəşəkkil dəstə halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq, bəyan etməməklə keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, eləcə də şəxsiyyətləri istintaq yolu ilə araşdırılan Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərlə mütəşəkkil dəstə halında birləşmiş, mütəşəkkil dəstənin rəhbəri Təqsirləndirilən şəxs1 Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərlə telefonla danışıb 31 ədəd bağlamada dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin Azərbaycan Respublikası ərazisinə keçirilərək satışının həyata keçirilməsi barədə razılıq əldə edildikdən sonra Təqsirləndirilən şəxs1 göstərişinə əsasən mütəşəkkil dəstənin üzvləri Təqsirləndirilən şəxs3 idarə etdiyi “DAF” markalı, **-BL-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə, Təqsirləndirilən şəxs2 isə idarə etdiyi “DAF” markalı, **-UG-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə 15 yanvar 2022-ci il tarixdə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasından Türkiyə Respublikasına getmiş, Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərdən 31 bağlamada, 288668 manat dəyərində olan dövlət qeydiyyatından keçməyən dərmanları əldə etmiş, 7 bağlamada dərman vasitələri Təqsirləndirilən şəxs3 nəqliyyat vasitəsində, 24 bağlamada dərman vasitələri isə Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsində saxlanılmış, lakin Azərbaycan Respublikasının dövlət sərhədinə yaxınlaşmamışdan əvvəl aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs3 öz nəqliyyat vasitəsində olan 7 bağlamada dərman vasitələrini Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsində saxlamış, 07 fevral 2022-ci il tarixdə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə həmin dərman vasitələrini Azərbaycan Respublikası ərazisinə keçirmiş, Qazax şəhərində “Qırmızı körpü” adlanan sərhəd məntəqəsində Təqsirləndirilən şəxs4 onlara qoşularaq birlikdə Ağdaş rayonunun Ləki kəndinə getmiş, Ləki kəndində Təqsirləndirilən şəxs2 yük nəqliyyat vasitəsində olan 31 bağlamada dərman vasitələrini X1 ilə Təqsirləndirilən şəxs4 “DAF” markalı, **-HJ-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə yükləmiş və Bakı şəhəri Xəzər rayonu istiqamətində yola düşmüşlər. Bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 07 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində həmin nəqliyyat vasitəsi saxlanılmış və baxış zamanı dövlət qeydiyyatından keçməyən həmin dərman vasitələri aşkar edilib götürülmüşdür. Yuxarıda göstərilənlər məhkəmə istintaqı nəticəsində öz təsdiqini tapsa da məhkəmə təqsirləndirilən şəxslərin göstərilən qaçaqmalçılıq cinayətini iştirakçılığın mütəşəkkil dəstə halında deyil, qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi, Təqsirləndirilən şəxs1 cinayətin təşkilatçısı, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birgə icraçı, Təqsirləndirilən şəxs4 isə köməkçi qismində iştirak etməsi qənaətinə gəlmiş, təqsirləndirilən şəxslər tərəfindən törədilən cinayətlərin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin yüksək olmasının onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının yuxarı həddə olmasını şərtləndirməsinə, şəxsiyyətləri nəzərə alınaraq təqsirləndirilən şəxslərin yuxarı həddə, yəni təqsirli bilindikləri maddələrin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəzanı çəkmədən islah olunmalarının mümkün olmamasına baxmayaraq bunun əksinə olaraq onların hər birinin barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilərək sanksiyada nəzərdə tutulandan da aşağı həddə azadlıqdan məhrum etmə cəzalarını təyin etməyi məqsədəuyğun hesab etmişdir. Halbuki, Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, yuxarıda istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun göstərilən qərarındakı mövqeyinə əsasən cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Təqsirləndirilən şəxslər tərəfindən törədilən CM-in 200-1.2-ci maddəsində nəzərdə tutulan əməl az ağır, CM-in 206.4-cü maddəsində nəzərdə tutulan əməl ağır cinayətlər kateqoriyasına aid olmaqla qeyd edilən əməllər subyektiv cəhətdən yalnız birbaşa qəsdlə törədilir. Cinayətin subyekti hər iki əmələ münasibətdə 16 yaşına çatmış, anlaqlı fiziki şəxs hesab edilir. CM-in 206-cı maddəsinə münasibətdə cinayətin obyekti dövlətin normal xarici-iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətlərdir. Azərbaycan Respublikası CM-in 200-1.2-ci maddəsinə münasibətdə cinayətin bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Əlavə obyekt qismində isə ictimai təhlükəsizlik, konkret fərdi şəxsin sağlamlığı və s. çıxış edir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlinin ictimai təhlükəliliyini artıran amillərdən biri də həmin əməlin üzvlərinin sayı 5-dən artıq olmaqla xarici ölkə vətəndaşlarından da ibarət mütəşəkkil dəstə tərəfindən törədilməsi, digəri isə əməlin törədilməsindən əvvəl iştirakçılar arasında dəqiq vəzifə bölgüsü aparılaraq həmin vəzifələrin cinayətin törədilməsi zamanı dəqiqliklə icra olunmasıdır. Digər tərəfdən isə törədilən əməlin nəticəsində ümumilikdə 288668 manat dəyərində normativ – texniki sənədlərin tələblərinə cavab verməyən, habelə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələri qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilmiş, həmçinin dövlət rüsumu və digər ödənişlər də ödənilməmişdir. Cinayət prosesi tərəflərini mövqeyi Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı apellyasiya protestini müdafiə edərək onun məzmununa uyğun çıxış etdi və protestinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 apellyasiya protesti ilə razı olmadığını bildirib hökmün qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Müdafiəçi5 protestə etiraz etdi və bildirdi ki, hazırki iş üzrə mütəşəkkil dəstədən söhbət gedə bilməz. Buna görə protestin təmin edilməməsini və məhkəmənin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 apellyasiya protesti ilə razı olmadığını bildirib hökmün qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Müdafiəçi6 protestə etiraz etdi və bildirdi ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxs2 Sərhəddin oğlunun İİ Qarabağ Müharibəsində iştirakçısıdır, Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə və 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Qeyd olunanları nəzərə alaraq protestin təmin edilməməsini və məhkəmənin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs3 apellyasiya protesti ilə razı olmadığını bildirib hökmün qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Müdafiəçi7 protestə etiraz etdi, protestin təmin edilməməsini və məhkəmənin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs4 apellyasiya protesti ilə razı olmadığını bildirib hökmün qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Müdafiəçi4 protestə etiraz edərək təmin edilməməsini və hökmün dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Əsas Qanunun bu müddəalarından irəli gələrək qanunverici cinayət mühakimə icraatı zamanı həqiqətə nail olmağın prinsiplərini, qaydasını və prosedurunu cinayət-prosessual qanunvercilik vasitəsilə müəyyən etmişdir. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən, yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya protestinin dəlilləri həcmində, həmçinin iş üzrə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliklərin müddəalarına əməl edilməsi vəziyyətini protestin və şikayətlərin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə cinayət prosesinin tərəflərini məhkəmə kollegiyasının iclasında dinləyərək hesab edir ki, apellyasiya protesti əsaslı olduğundan təmin olunmalı, birinci instansiya məhkəməsinin hökmü ləğv edilməklə iş üzrə yeni hökm çıxarılmalıdır. Apelyasiya protestinin dəlillərindən görünür ki, onlar birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və hökmü təqsirləndirilən şəxslərin əməllərinin CM-nin 206.4-cü maddəsinə tövsif edilməsi hissəsində mübahisələndirmişdir. Hesab etmişlər ki, məhkəmənin təqsirləndirilən şəxslərin əməllərinin CM-nin 206.4-cü maddəsindən CM-nin 206.3.2-ə tövsif edilməsi düzgün olmamışdır. Məhkəmə kollegiyası apelyasiya protestinin dəlillərini araşdıraraq aşağıdakılar qeyd edir. CM-nin 206.1-ci maddəsinə əsasən qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirildikdə cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 206.4-cü maddəsinə əsasən Bu Məcəllənin 206.1 - 206.3-cü maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə cinayət məsuliyyəti yaradır. Göründüyü kimi CM-nin 206.4-cü maddəsi qaçaqmalçılığın mütəşəkkil dəstə tərəfindən törədildikdə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan "mütəşəkkil dəstə" anlayışının şərh edilməsi haqqında" xx.xx.2022-ci il tarixli qərarına əsasən əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstənin digər mütləq əlaməti hər birinin möhkəmliyidir. Lakin onların möhkəmliyi bir-birindən fərqlənir. Belə ki, əvvəlcədən əlbir olan bir qrup şəxsin tərkibi nisbətən daha az sabit olur: qrupun üzvləri sərbəst olaraq onu tərk edə bilər və buraya eyni asanlıqla yeni üzvlər də daxil edilə bilər. Mütəşəkkil dəstəyə onun tərkibində və təşkilati qurumlarında daha çox sabitlik, üzvlərin birliyi (sıxlığı), cinayətkar fəaliyyətin forma və üsullarının daimiliyi kimi əlamətlər xas olmaqla, belə cinayətkar qrupa daxil olunmanı çətinləşdirir, başqa üzvlər tərəfindən qəti mənfi münasibət bəsləndiyinə görə onun tərk edilməsini ciddi şəkildə problemləşdirir, birlikdə cinayətlərin törədilməsi üçün uzun muddətli və çoxepizodlu cinayətkar fəaliyyətin seçilməsi ehtimalını artırır. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstəyə, həmçinin özünəməxsus xüsusi psixoloji durum mənsubdur. Belə ki, adi bir qrup şəxsdən fərqli olaraq, əvvəlcəden əlbir olan bir qrup şəxsdə daha çox təşkilatlanma, habelə fəal və nüfuzlu iştirakçıların asanlıqla ayrılmasi mümkündür. Belə cinayətkar qrupda ictimai mənafelərə zidd qurumlaşma və şəxsi münasibətlərlə yanaşı, cinayətlərin birlikdə törədilməsi üçün iştirakçılar arasında işgüzar münasibətlərin yaradılması aydın görünür. Cinayətkar qrupun daha mürəkkəb növü kimi mütəşəkkil dəstəyə isə digər cəhətlərlə yanaşı aşağıdakı xüsusiyyətlər aiddir: cinayət törədilməsində rolların bölüşdürülməsi; təşkilatçı və ya başçının irəli sürülməsi; qrupda ciddi intizamın gözlənilməsi; cinayət niyyətlərinin ümumiliyi; eyni dəyərlərə söykənən oxşar davranış istiqamətlərinin müəyyənləşdirilməsi; şəxsi münasibətlərin cinayətin birlikdə törədilməsinə əsaslanan işgüzar münasibətlərlə əvəz edilməsi; cinayətin törədilmə planının işlənib hazırlanması; cinayətin törədilməsi üçün mükəmməl hazırlıq görülməsi; cinayətin törədilmə üsulunun qabaqcadan müəyyənləşdirilməsi; cinayətin törədilməsi üçün mürəkkəb üsullardan istifadə olunmasının mümkünlüyü; hazırlanmış plana uygun olaraq cinayətin törədilməsi üçün hərəkətlərin razılaşdırılması; cinayət qazanclarının qrupun strukturlarında tutulan mövqelərə uyğun bölüşdürülməsi və bir sıra hallarda xüsusi pul fondunun da yaradılması. Beləliklə, mütəşəkkil dəstənin təhlil olunmuş bütün əlamət və xüsusiyyətləri bu cinayətkar qrupun növünü kifayət qədər səciyyələndirir və buna əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq muddəalarına lazımi şərh vermək imkanı yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutlardan göründüyü kimi Təqsirləndirilən şəxs1 özündən başqa 5 nəfər şəxslə əvvəlcədən sövdələşib sabit mütəşəkkil dəstə halında biləbilə normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda müxtəlif adda dərman vasitələrini mütəşəkkil dəstə halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq və bəyan etməməklə keçirmiş, həmin külli miqdarda dərman vasitələrini satış məqsədilə saxlamış və idxal etmişdir ki, Təqsirləndirilən şəxs1 göstərilən xarakterli cinayət əməllərini əvvəlki vaxtlarda da törətmiş, Türkiyə Respublikasından dərman vasitələrini qeydiyyatsız gətirərək Bakı şəhərində satışını həyata keçirmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əvvəlcədən Türkiyə Respublikasından qeydiyyatsız dərmanları gizli yolla alıb gətirərək satmaqla qazanc əldə etməyi əvvəlcədən razılaşdırmış, həmin dərman vasitələrinin Türkiyə Respublikasından alınacağı şəxslərin şəxsiyyəti mütəşəkkil dəstənin hər bir üzvü tərəfindən dəqiqləşdirilmişdir. İştirakçıların hər birinin cinayətin törədilməsində iştirakçılıq dərəcəsi və rolu əvvəlcədən müəyyən edilmiş və həmin bölgüyə əsasən də iştirakçılar öz rollarını dəqiqliklə icra etmişlər. Ona görə də məhkəmə kollegiyası, hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən hissədə səhv nəticəyə gəlmişdir. İbtidai istintaq orqanı əməlin bu hissədə tövsifi üzrə düzgün nəticəyə gəlsə də birinci instansiya məhkəməsi cinayət qanunun normasını düzgün şərh etməyərək əsassız nəticəyə gəlmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 mütəşəkkil dəstə halında bilə-bilə normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda müxtəlif adda dərman vasitələrini satış məqsədilə saxlama və idxal etmə cinayət əməlini törətmələri təqsirləndirilən şəxslərin etirafedici ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları və cinayət işinin materialları ilə tam təsdiq olunduğundan onların cinayət əməlləri eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə tövsif edilməlidir. CPM-nin 403-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi aşağıdakılar hesab edilir: 403.0.1. tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi; 403.0.2. tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi; 403.0.3. cinayət qanunu normasının düzgün şərh edilməməsi. Azərbaycan Respublikası CPM-nin 399.1 və 399.1.4-cü maddələrinə əsasən məhkəmənin cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət qanunun normasını düzgün tətbiq etmədiyindən CPM-nin 403-cü maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin qeyd olunan hökmü ləğv edilməli, iş üzrə yeni ittiham hökmü çıxarılmalı, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.4-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməlidirlər. Cəza məsələsi ilə bağlı məsələləri müzakirə edən məhkəmə kollegiyası aşağıdakıları vurğulamağı zəruri hesab edir. CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər barəsində cəza təyin edərkən Təqsirləndirilən şəxs1 ali təhsilli olmasını, yaşlı atasından və anasından ibarət ailəsinin yeganə qazanc gətirəni olmasını, törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini və əməlindən peşman olmasını, Təqsirləndirilən şəxs2 ikinci Qarabağ Müharibəsində iştirak etməsini, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə və xx.xx.2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmasını, himayəsində iki nəfər azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini və əməlindən peşman olmasını, Təqsirləndirilən şəxs3 yaşlı atası və anasından ibarət ailəsinin yeganə qazanc gətirəni olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini və əməlindən peşman olmasını, Təqsirləndirilən şəxs4 Ədulla oğlunun ibtidai araşdırma zamanı cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Lakin məhkəmə kollegiyası qeyd edir ki, həm cinayət qanunun müddəalarının əlaqəli təhlilinə, həm də qanunun izahı ilə bağlı Ali Məhkəmə Plenumunun mövqeyinə görə məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü elə halları əhatə etməlidir ki, təqsirkar əməlinin ictimai təhlükəliliyini dərk etməklə özünün cəza çəkmədən islah oluna biləcəyini sübut etmiş olsun. Belə sübut etmə formal olaraq, yalnız sözdə peşman olmanı deyil, daha geniş miqyasda məhkumun müsbətyönümlü davranışlarının məcmusunu nəzərdə tutur. Nəzərə alınmalıdır ki, CMnin 41-ci maddəsinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasından ibarətdir və bu baxımdan məhkuma yüngül cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə cavab verdiyi halda mümkündür. Məhkəmə kollegiyasının fikirinə görə işin halları, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarların şəxsiyyətləri ilə bağlı cəzanı yüngülləşdirən hallar yüngül cəza təyin edilməsi ilə bağlı inam yaratmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: -dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; -cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxslərə törətdikləri cinayət əməllərinə görə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş və cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Eyni zamanda təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli onların şübhəli şəxs qismində tutulduğu 12 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası eyni zamanda belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin törətmiş olduqları cinayətin xarakterinə görə, Azərbaycan Respublikası Cinayət 200-1.2.2, 200-1.2.3 maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-nin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətini səciyyələndirən hallar cəzanın onların islah edilməsinə təsiri nəzərə alınmaqla onlara təqsirli bilindiyi CM-nin 200-1.2.2, 200-1.2.3 və 206.4-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplanılmaqla onların üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə kollegiyası CPM-nin 132-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması yerinə saxlanılan 31 bağlamada olan müxtəlif adda dərman vasitələri məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təhvil verilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Kollegiya hesab edir ki, həmçinin Təqsirləndirilən şəxs4 Əbdulla oğlu barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında həbsə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 351-353, 356, 410 və 412-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcələsinin 200-1.2.2, 200-1.2.3 və 32.3, 206.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs4 Əbdulla oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200- 1.2.2, 200-1.2.3, 32.5, 206.3.2-ci maddələri ilə məhkum edilmələrinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 may 2023-cü il tarixli 1(104)-127/2023 saylı hökmü ləğv edilsin. İş üzrə yeni ittiham hökmü çıxarılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 206.4-cü maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 12 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilmiş olduğu bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 206.4-cü maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 12 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilmiş olduğu bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 206.4-cü maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 12 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilmiş olduğu bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 206.4-cü maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs4 qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 həbsdə olduğu 1 (bir) il 4 (dörd) ay müddət nəzərə alınaraq ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 6 (altı) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan yəni, 14 avqust 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilmiş olduğu bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Hökmün icrası Gəncə şəhər Baş Polis İdarəsinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut qismində tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması yerinə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 aşkar edilmiş 31 bağlamada olan müxtəlif adda dərman vasitələri məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təhvil verilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya qaydasında şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar