Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-442/2023 05.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və X4 ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X2, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 qızının iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 may 2023-cü il tarixli 1(100)-25/2023 nömrəli hökmündən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 may 2023-cü il tarixli 1(100)-25/2023 saylı (hakimlər E.İ.Rüstəmov (sədrlik edən), F.N.Mahmudov və D.H.İmanov) hökmü ilə xx xxxxxx 1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, 26 avqust 2021-ci il tarixdən 24 noyabr 2021-ci il tarixədək, hazırki iş üzrə cəmi 2 ay 28 gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 4 (dörd) il 7 (yeddi) ay 2 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablanması, haqqında seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunması və yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, ümumi təmiz çəkisi 906,78 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində və X3 nəzdində X1 küçəsi 153 ünvanında yerləşən kollecin yataqxanasının balansında olan yaşayış olmayan binanın birinci mərtəbəsində saxlamış və Gəncə şəhər Nizami rayon Pİ-nin CAŞ-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində 26 avqust 2021-ci il tarixdə saat 19 radələrində Gəncə şəhəri, Nizami rayonu, Səməd Vurğun küçəsində müəyyən edilib Gəncə şəhəri, Nizamı rayonu, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər Nizamı rayon Polis İdarəsinə qanunsuz gətirilib üzərində şəxsi axtarış keçirilərkən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı 906.78 qram çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə olan marixuanadan 1.78 qramı üzərindən aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs göstərdiyi X3 nəzdində X1 küçəsi 153 ünvanında yerləşən kollecin yataqxanasının balansında olan yaşayış olmayan binanın birinci mərtəbəsində baxış keçirilən zaman bir ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 905 qram olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin həmin hökmündən müdafiəçi apellyasiya şikayəti verərək hökmün ləğv edilib, Təqsirləndirilən şəxs bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami rayonu 9-cu döngədə yerləşən həyət evində tək yaşadığı bir daha təsdiq olunduğu halda, narkotik vasitənin aşkarlandığı yer olan Gəncə Dövlət Universitetinin nəzdində X1 küçəsi 153 ünvanında yerləşən kollecin yataqxanasının balansında olan yaşayış və qapı pəncərəsi olmayan binanın birinci mərtəbəsində gözlə görünən ayaq altı olan yerdə Təqsirləndirilən şəxs narkotik vasitə gizlətməsi inandırıcı deyil. Əgər Təqsirləndirilən şəxs hər hansı narkotik vasitə olmuş olsaydı, daha təhlükəsiz yer olan evində və ya həyətində gizlətmiş olardı, nəinki yataqxanada. Bundan başqa həmin maddələrlə və həmin çəkilərdə olan narkotik vasitələrlə bağlı kifayət qədər məhkəmə hökmləri vardır ki, həmin maddələrlə məhkəmə məsuliyyətinə verilmiş şəxslərlə bağlı CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilmişdir. İşə baxan məhkəmə Təqsirləndirilən şəxs barəsində sonuncudan aşkar edilən narkotik vasitənin kiməsə satması, hədiyyə verməsi və bağışlaması məhkəmə istintaqı zamanı sübuta yetirilməmiş, onu həbs edən polis əməkdaşlarının da təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatının üzərində saxlaması və daşıması barədə məlumatlarını olduğunu dedikləri halda məhkəmə bunların heç birinə hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs verilmiş apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, nə üzərində və nədə kollecin tikilisində aşkar edilmiş narkotik vasitə ona məxsus olmamışdır. Ona görə də şikayətinin təmin edilərək bəraət verilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən müdafiəçi verilmiş apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, ittiham üzrə müəyyən edilmiş narkotik vasitə Elnura aid deyil, eləcə də satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamasını təsdiq edən hal yoxdur. Buna görə Təqsirləndirilən şəxs CM-in 234.4.3cü maddəsi ilə bəraət verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq CM-in 234.4.3-cü maddəsi ilə tövsif edildiyini, məhkuma cəza təyin edərkən şəxsiyyətini, ailə vəziyyətini kifayət qədər nəzərə aldığını, ona təqsirli bilindiyi maddənin sanksiyasının minimum həddə cəza təyin edildiyini bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunmasına dair təqsirkarın və onun müdafiəçisinin, apellyasiya şikayətinin təmin olunmamasına dair dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə edib saxlamasının sübuta yetirilmədiyindən, ümumiyyətlə marixuananın Təqsirləndirilən şəxs məxsus olmadığından, ona CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi xahiş edilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş edilmiş: 26 avqust 2021-ci il tarixli “şəxsi axtarış haqqında “protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş onun əynində olan xaki rəngli cins şalvarın ön sağ yan cibindən bir ədəd kibrit qutusu aşkar olunmuşdur. Kibrit qutusu açıldıqda içərisində tünd yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə qurudulmuş ”marixuanaya” oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Həmin kütlə müdafiəçinin və baxış iştirakçılarının iştirakı ilə elektron tərəzidə çəkilmiş və kibrit qutusu ilə birlikdə çəkisi 4,6 qram gəlmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlədən əlavə olaraq Gəncə şəhəri “Ramada” otelin yaxınlığındada qurudulmuş marixuana saxladığını bildirmişdir; 26 avqust 2021-ci il tarixli “Baxış keçirilməsii haqqında “protokoldan və DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan xaki rəngli cins şalvarın ön sağ yan cibindən bir ədəd kibrit qutusu aşkar olundu. Kibrit qutusu açıldıqdan içəriusində tünd yaşıl rəngli, narkotik vasitə qurudulmuş “marixunaya” oxşar kütlə aşkar olunaraq götürüldü. Həmin kütlə; aptek tərəzisində çəkilir, kütlənin 4,6 qram çəkidə olması məlum olmuşdur, Bundan sonra şübhəli şəxsə həmin kütlənin kimə məxsus olmasını, Şəmkir rayonunda yerləşən Kür çayının sahilindən yığaraq quruduğunu, heç kəsə satmadığını, özünün istifadəsi üçün üzərində gəzdirməsini və Gəncə şəhəri, Nizami rayonu Şahsevənlər küçəsində “Ramada Plaza” hotelin arxa hissəsində yaşayış olmayan pəncərəsi açıq olan binanın birinci mərtəbəsində narkotik vasitə olan qurudulmuş marixuna saxladığını bildirir. Həmin video görüntüdən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Şahsevənlər küçəsi, “Ramada Plaza” hotelin arxa hissəsində yerləşən yaşayış olmayan binanın birinci mərtəbəsinə açıq pəncərəsindən daxil olurlar. Təqsirləndirilən şəxs binanın birinci mərtəbəsində təxminən 1 metr dərinliyində olan quyunun içərisindən bir ədəd qara rəngli sellofan bükülünü göstərir. Həmin bükülünü təhqiqatçı Bəxtiyar Həşimova həmin quyudan çıxardır. Təqsirləndirilən şəxs həmin qara rəngli sellofanın içərisində olan narkotik vasitə olan marixunanı Bəxtiyar Həşimova təqdim edərək həmin vasitənin narkotik vasitə olan qurudulmuş marixuna olmasını, həmin kütlə ilə üzərindən aşkar edilərək götürülmüş kütlənin eyni olmasını, narkotik vasitə olan qurudulmuş maxiruxanı olduğunu, hər ikisini də eyni yerdən yıgaraq qurudaraq tapmasını bildirir. Təhqiqatçı tərəfindən həmin narkotik vasitəni kiməsə də satıb-satmadığı soruşulur, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni özünün istifadəsi üçün saxlamasını, heç kəsə də narkotik vasitə satmadığını bildirir. Bundan sonra aşkar edilmiş küktləni elektron tərəzisində çəkilir, qara rəngli sellofan bükülünün çəkisi bükülü ilə birlikdə 1,035 qram olur. Bundan Sonra həmin kütlə qablaşdırılır, möhürlənir, iştirakçılar, Təqsirləndirilən şəxs və müdafiəçisi Yusif Hüseynov tərəfindən imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs həmin kütlənin ona məxsus olub-olmaması, kiməsə də narkotik vasitə satıb-satmaması soruşulur, Təqsirləndirilən şəxs həmin kütlənin ona məxsus olmasını, Şəmkir rayonu Kür çayının Sahildən taparaq qurutmasını, özünün istifadəsi üçün saxladığını bildirir və bununla da baxış keçirmənin başa çatması elan edilir; 10 dekabr 2021-ci il tarixli “baxış keçirilməsi haqında” protokoldan görünür ki, ona əlavə edilmiş fotoşəkillərdən və Azərbaycan Dövlət Aqrar Universitetinin Bitkicilik kafedrasının dosenti Qurban Məmmədovun rəyindən görünür ki, həqiqətən torpağın münbitliyinə çayın kənar sahili olmasına görə çətənə bitkilərinin həmin yerdə bitməsi istisna olunmur. Bundan başqa həmin yerə baxış keçirilərkən həmin yer insan tərəfindən suvarılmadığı, üzvü və mineral kübrə verilmədiyi, həmçinin kənd təsərrüfatı maşınları ilə də əkilib-becərmə işlərinin aparılmadığı məlum olmuşdur. Bu səbəbdən də qeyd edilən yerdə yabanı halda çətənə bitkilərinin bitməsi istisna olunmur. Havanın isti keçməsi və quraqlıq olması səbəbindən artıq həmin ərazidə olan digər yabanı bitkilər də tam quruduğu üçün çətənə kolları aşkar olunmamışdır; 25 noyabr 2021-ci il tarixli “cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitələri əldə etdiyi mənbə və vaxtla bağlı yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadığından Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitələri əldə etdiyi mənbə və vaxt naməlum kimi qiymətləndirilmiş, həmin faktla əlaqədar hazırkı cinayət işindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır; Məhkəmə-bioloji ekspertizasının 27 avqust 2021-ci il tarixli 16/887 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş və içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olan kibrit qutusu 4.6 qram çəkidə ” sözləri və imzalar olan kağız paketdəki 1(bir) ədəd kibrit qutusunun təmiz çəkisi 1,78 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş, üzərində “Vət Təqsirləndirilən şəxs saxladığı yerdən aşkar edilmiş və içərisində marixuanaya bənzər kütlə olan 1 ədəd sellofan 1035 qram çəkidə..” sözləri və imzalar olan qara rəngli polietilen torbadakı, təmiz çəkisi 905 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 1(bir ) ədəd kağız paketdə və 1 (bir) ədəd qara rəngli polietilen torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərini həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi məhkum Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsinin dispozisiyasında əks olunmuş əməlləri törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və həmin ittiham üzrə məhkuma bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, ümumi təmiz çəkisi 906,78 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində və X3 nəzdində X1 küçəsi 153 ünvanında yerləşən kollecin yataqxanasının balansında olan yaşayış olmayan binanın birinci mərtəbəsində saxlaması şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları, maddi sübutlar, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CM-nin 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun əməlinin düzgün tövsif olunmaması ilə əlaqədar apellyasiya şikayətində göstərilən dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir, həmin dəlillərin təmin olunmasını qanunauyğun hesab etmir və qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillərlə razılaşmaq olmaz, həmin dəlillər iş materialları ilə təkzib edildiyindən əsaslı hesab edilərək təmin oluna bilməz. Bununla yanaşı birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzaya münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini xarakterizə edən halları, barəsində olan yüngülləşdirici halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir ki, həmin cəza ədalətli və qanuni olmaqla onun əməlinə və şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası işin faktiki hallarının və işdəki yüngülləşdirici halların nəzərə alınması fonunda təyin olunmuş cəzanı qanuni və ədalətli hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsasında hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 05 may 2023-cü il tarixli 1(100)-25/2023 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-442/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-442/2023
05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver