Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(104)-5/2025 11.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apelyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Kəlbəcər Rayon Məhkəməsinin 9 iyun 2023-cü il tarixli, 1(040)-1/2023 saylı hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti və Təqsirləndirilən şəxs müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Kəlbəcər Rayon Məhkəməsinin 9 iyun 2023-cü il tarixli, 1(040)-1/2023 saylı hökmü ilə (hakim Həsən Qəniyev) xx.xx.1986-cı ildə Azərbaycan Respublikasının Xanlar (indiki Göygöl) rayonununda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Gəncə şəhəri Hacıkənd qəsəbəsi Azərbaycan küçəsi 7-ci döngə ev 1-də yaşayış yeri üzrə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinmiş, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4cü maddəsi ilə cəza təyin edilməmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətə azadıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətə azadıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin ounmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun ibtidai istintaq dövründə 16 yanvar 2020-ci il tarixdən 4 may 2020-ci il tarixədək həbsdə və Göygöl Rayon Məhkəməsinin 4 may 2020-ci il tarixli qərarına əsasən 4 may 2020-ci il tarixdən 30 noyabr 2020-ci il tarixədək ev dustaqlığında- cəmi 10 (on) ay 14 (on dörd) gün həbsdə və ev dustaqlığında olması, həbsdə və ya ev dustaqlığında bir gün saxlanma azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla və həmin müddət ona qəti olaraq təyin edilmiş 10 (on) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona təyin edilmiş cəzanın çəkilmiş hesab edilməsi, onun yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmışdır. Həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 9 iyun 2023-cü il tarixli, 1(040)-1/2023 saylı hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Həmin hökmdən həmçinin birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş Dövlət ittihamçısı1 apellyasiya protesti verərək hökmün təqsirləndirilən şəxsə cinayət qanununun müddəalarına uyğun təqsirli bilindiyi maddələrlə və cinayətlərin məcmusu ilə təklif etdiyi həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Hökmə əsasən, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini, döyüş sursatı olan patronları əldə etmiş, saxlamış və gəzdirmiş, soyuq silahı qanunsuz əldə etmiş və gəzdirmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından arıq miqdarda psixotrop maddə əldə edib müvəqqəti yaşadığı kafedə, avtomobilində və üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən 1) 1 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş, 7,65x17 mm kalibrli, 450610 nömrəli, “Sauer 38H” modelli atəşə yararsız yivli odlu silah hesab edilən tapançanı, 2) həmin silahda və uyğun kalibrli digər odlu silahlarda istifadə etmək üçün nəzərdə nutulan 6 (altı) ədəd 7,65x17 mm kalibrli, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən istifadəyə və atəşə yararlı olan patronları, 3) 01 (bir) ədəd “Sauer 38H” modelli tapançaların funksional əhəmiyyət daşımayan, 9 ədəd 7,65x17 mm kalibirli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı hesab edilən komplekt hissəsi olan sandıqçanı (darağı) qanunsuz olaraq əldə etmiş, avtomobilində saxlamış və gəzdirmiş, 4) 2 (iki) ədəd soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış kəsici-deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçaqlarını qanunsuz əldə etmiş və avtomobilində gəzdirmiş, həmçinin istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, 5) ümumilikdə 9,235 (doqquz tam mində iki yüz otuz beş) qram çəkidə psixotrop maddə hesab edilən metamfetamini qanunsuz olaraq əldə edib, ayrı-ayrılıqda: 1) bir ədəd polietilen torbacıqda 7,898 (yeddi tam mində səkkiz yüz doxsan səkkiz) qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini idarə etdiyi “Nissan Maksima” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sol qabaq qapısının içəri üzlüyünün yuvacığında, 2) bir ədəd kağız bükümündə 0,835 (sıfır tam mində səkkiz yüz otuz beş) qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini əynindəki gödəkcənin sağ yan cibində, 3) bir ədəd kağız bükümündə 0,502 (sıfır tam mində beş yüz iki) qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini Göygöl rayonunun Qızılqaya qəsəbəsindəki “Duru” adlı kafedə yaşadığı otaqda olan jurnal masasının üzərindəki qənd qabının içərisində saxlamış, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət-axtarış idarəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində 16 yanvar 2020ci il tarixdə saat 16:35 radələrində Gəncə şəhərinin Zərifə Əliyeva küçəsində yerləşən “Qrand Qafqaz” ticarət mərkəzinin ərazisində idarə etdiyi “Nissan Maksima” markalı **-EE- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilən zaman avtomobilin yük yerindəki ehtiyat təkərin alt hissəsində gizlətdiyi 01 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş, 7,65x17 mm kalibrli, 450610 nömrəli “Sauer 38H” modelli atəşə yararsız yivli odlu silah hesab edilən tapança, həmin silahda və uyğun kalibrli digər odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulan 06 (altı) ədəd 7,65x17 mm kalibrli, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən istifadəyə və atəşə yararlı olan patronlar, 01 ədəd “Sauer 38H” modelli tapançaların funksional əhəmiyyət daşımayan, 09 ədəd 7,65x17 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı hesab edilən komplekt hissə olan sandıqça ilə birlikdə, avtomobilin salon hissəsində qabaq oturacağın yan hissəsi ətrafında saxladığı 02 (iki) ədəd soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış kəsici-deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçaqlarını, bir ədəd polietilen torbacıqda 7,898 (yeddi tam mində səkkiz yüz doxsan səkkiz) qram çəkidə kustar üsulu ilə hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin, 16 yanvar 2020-ci il tarixdə saat 18:15 radələrində Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilərək üzərinə baxış keçirilən zaman isə əynindəki gödəkcənin sağ yan cibindən bir ədəd kağız parçası bükümündə 0,835 (sıfır tam mində səkkiz yüz ottuz beş) qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin və həmin gün saat 19:05 radələrində Göygöl rayonunun Qızılqaya qəsəbəsindəki “Duru” adlı kafedə yaşadığı otaqda olan yurnal masasının üzərindəki qənd qabının içərisində saxladığı bir ədəd kağız parçası bükümündə 0,502 (sıfır tam mində beş yüz iki) qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin, ümumilikdə 9,235 (doqquz tam mində iki yüz otuz beş) qram çəkidə kistar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham əsassızdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri Qafqaz Qrant Ticarət Mərkəzində saxlanılarkən ibtidai araşdırma aparan təhqiqatçı Etibar Abbasov tərəfindən hadisə yerinin müayinəsi zamanı kobud pozuntulara yol vermişdir. Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirilən zaman nə təqsirləndirilən şəxs, nə də müdafiəçi baxışda iştirak etməmişdir. Ona görə də həmin pozuntuların aydınlaşdırılması üçün təhqiqatçı Etibar Abbasovun məhkəmə istintaqına dəvət olunaraq dindirilməli idi. Bundan başqa işdə mötəbər sübut kimi ittiham aktına əlavə edilmiş maddi sübut olan video çəkiliş formal olaraq ittiham aktında göstərilsə də cinayət işinə əlavə edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məxsus olması bildirilən və maddi sübut kimi götürülən narkotik vasitə olan metamfetamin götürülərəkən yerində qablaşdırılmamışdır. Həmin epizod üzrə təhqiqatçı dindirilməlidir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üstündən götürülmüş narkotik vasitə kimi təqdim edilmiş kütlə toz şəklində olmaqla ağ rəngdədir. Ancaq Təqsirləndirilən şəxs barəsində toplanmış istintaq materiallarında onun üzərindən götürülmüş narkotik vasitənini metamfetamin olması göstərilmişdir. Göründüyü kimi narkotik vasitənin görünüşündə də şübhələr var. Ona görə də həmin epizod üzrə rəy vermiş ekspertin məhkəməyə çağırılaraq dindirilməsi zəruri idi. Belə olan halda təqsirləndirilən şəxsə verilmiş ittihamın heç bir hüquqi əsası yoxdur. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, işin hallarından göründüyü kimi istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından dəfələrlə artıq, yəni ümumilikdə 9,235 qram kustar üsulu ilə hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin, eləcə də 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, 7,65x17 mm kalibrli, 450610 nömrəli, "Sauer 38H" modelli atəşə yararsız yivli odlu silah hesab edilən tapançanı, həmin silahda və uyğun kalibrli digər odlu silahlarda istifadə etmək üçün nəzərdə nutulan 6 ədəd 7,65x17 mm kalibrli, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən istifadəyə və atəşə yararlı olan patronu və 1 ədəd "Sauer 38H" modelli tapançaların funksional əhəmiyyət daşımayan, 9 ədəd 7,65x17 mm kalibirli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı hesab edilən komplekt hissəsi olan sandıqçanı qanunsuz olaraq əldə edib üzərində saxlamış təqsirləndirilən şəxsi məhkəmə əsassız olaraq aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, hökmdə sonuncuya cəza təyin edərkən CM-nin 58-ci maddəsinə uyğun olaraq cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə aldığını göstərsə də, faktiki olaraq cəza təyini zamanı təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, bununla da ona aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını mümkün edən islah olunma yolunda olmamasını, belə olan halda onun gələcəkdə islah olunması üçün ona aşağı həddə azadlıqdan məhrum etmə cəzası deyil, yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olmasını nəzərə almamışdır. Həmçinin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs qanunsuz əldə edib üzərində saxladığı 9,235 qram kustar üsulu ilə hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin 61,5 dəfədən çoxdur. Həmin halın məhkəmə tərəfindən cinayətin ictimai təhlükəliliyini artıran hal olmasını cəza təyini zamanı nəzərə almamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan qanunsuz olaraq əldə edib üzərində saxladığı psixotrop maddədən başqa, 1 ədəd "Sauer 38H" modelli odlu silah hesab edilən tapançanı, 6 ədəd 7,65x17 mm kalibrli, döyüş sursatı hesab edilən patronu və 1 ədəd "Sauer 38H" modelli tapançaların funksional əhəmiyyət daşımayan onun komplekt hissəsi olan sandıqçanı üzərində saxlamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı bu halın da cinayətin ictimai təhlükəliliyini artıran hal olmasını nəzərə almadan sonuncuya əsassız olaraq aşağı həddə cəza təyin etmişdir. Beləliklə, məhkəmə cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələblərini və Plenum qərarının tövsiyələrini, cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından dəfələrlə artıq, yəni 9,235 qram psixotrop maddə hesab edilən metamfetamini, 1 ədəd "Sauer 38H" modelli odlu silah hesab edilən tapançanı, 6 ədəd 7,65x17 mm kalibrli, döyüş sursatı hesab edilən patronu və 1 ədəd "Sauer 38H" modelli tapançaların komplekt hissəsi olan sandıqçanı qanunsuz olaraq əldə edib üzərində saxlamasını və işin digər faktiki hallarını nəzərə almamış, ona aşağı həddə azadlıqdan məhrum etmə cəzanın təyin olunması onun tərəfindən törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamaqla ədalətsiz olmuşdur. Apellyasiya icraatı zamanı məhkəmə istintaqı Məhkəmə kollegiyası apellyasiya şikayətinə və apellyasiya protestinə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını qərara almış, bu məqsədlə təqsirləndirilən şəxs, həmçinin iş üzrə şahidlər dindirilmiş, işdə olan digər sübutlar təkrarən tədqiq edilmiş və qiymətləndirilmişdir. Apellyasiya şikayətinə cinayət prosesi tərəflərinin münasibəti Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya protestinə etiraz etdiklərini bildilər, apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Müdafiəçi əlavə olaraq göstərdi ki, işdə olan sübutlarla müəyyən edilmişdir ki, avtomobildə axtarış aparılmış axtarış protokolu əvəzinə, hadiə yerinə baxış protokolu, tərtib edilmiş, həmin protokol hadisə yerində tərtib edilməmiş, protokolda adları göstərilən hal- şahidləri avtomobildən çıxan əşyaları görməmiş, həmin əşyaların avtomobildən çıxması barədə cinayət işinə hec bir videoçəkiliş əlavə edilməmiş, şəxs baxışda iştirak etməmiş, şəxsin avtomobildə keçirilmiş axtarış qanunsuz olmuş, avtomobildən guya çıxan əşyalar qablaşdırılmadan hadisə yerindən Gəncə BPİ-nə gətirilmiş və həmin əşyalar bir necə saat ərzində həmin əşyaların aqibəti məlum olmamış, Təqsirləndirilən şəxs işgəncə verilmiş, onun bədənində xəsarətlərin olması barədə tibbi- ekspertiza rəyi olmuş, Gəncə Baş Polis idarəsində üzərinə baxış keçirərkən hal-şahidi olmamış həmin baxış videoçəkilişlə qeydiyyata alınmamış, bundan başqa Duru kafesində aparılmış axtarışda hal-şahidi iştirak etməmiş, videoçəkilişdən istifadə edilməmiş, əşyalar yerində qablaşdırılmamış cinayət işi üzrə bu qədər pozuntuya baxmayaraq şəxsə əsassız ittiham verilmişdir. Yuxarıda göstərilən hallarla təqsirləndirilən şəxsin xeyrinə olduğundan yuxarıda göstərilən hallarla bağlı şəxsə bəraət hökmü çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə etiraz etdi, apellyasiya protestini müdafiə edərək, protestdə göstərilən məzmunda çıxış edərək əlavə olaraq göstərdi ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza olmaqla, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz, buna görə hökmün təqsirləndirilən şəxsə təyin olunmuş cəzaları qismən toplama həyata keçirərəkən azadlıqdan məhrumetmə cəzasının yuxarı həddində cəza təyin edilməklə dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq göstərdi ki, təqsirləndirilən şəxsin əməli tam sübuta yetirilmişdir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 228.1 və 228.4-cü maddələri ilə tövsif edilmişdir, ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalıdır. Təqsirləndirilən şəxs ifadəsi Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, özünə məxsus olan “Nissan Maksima” markalı avtomobillə yaşadığı Gəncə şəhəri Hacıkənd qəsəbəsindən Gəncə şəhərinə gəlmiş, Gəncə şəhər sakini əvvəldən tanıdığı X19 mobil telefonuna özünün mobil telefonundan zəng vurmuşdur. Belə ki, Kamrana, o, bir neçə gün əvvəl 50 manat borc pul vermiş, Kamran da ona demişdir ki, həmin pulu düzəldib, gəlib o pulu götürsün. Həm də, o, bundan bir müddət əvvəl Gəncə şəhərindəki “Qrand Qafqaz” ticarət mərkəzində “Gəncə səbəti” mağazasında işləyən Bəxtiyardan nisyə səbət almış, bunagörə Bəxtiyara 600 manat pul borcu olmuşdur. O, ilk olaraq Kamranın yaşadığı evin qarşısına gəlmiş, Kamran onun avtomobilinə oturmuş, ona 45 manat pul vermiş və demişdir ki, qalan 5 manatı düzəldə bilməmişdir, o da daha heç nə deməmiş, Kamran da ona “sağ ol” deyib çıxıb getmişdir. Bundan sonra, o, Bəxtiyara zəng vurmuş və demişdir ki, bazardadır, o, bazara gələndə Bəxtiyar demişdir ki, oğlu Emin bazarın qarşısına çıxır. O, avtomobilini orada saxlamış və Emin gəlib onun avtomobilinin qabaq sağ oturacağında oturmuş, o, Eminə sayıb 600 manat pul vermişdir. Bu vaxt baxmışdır ki, avtomobilinin sol arxa tərəfindən bir ağ rəngli “Niva” markalı avtomobil dayanmış, bir neçə mülki geyimdə şəxslər onun üstünə gəlmiş, o da həmin şəxslərin polis olduqlarını bilmədiyindən, qorxub cəld hərəkətlə avtomobilini arxaya hərəkət etdirəndə bir neçə avtomobili və özünün avtomobilini zədələmişdir. Bundan sonra mülki geyimli şəxslər ona yaxınlaşıb onu tutmuş və polis idarəsinə gətirmişlər. Bir nəfər ona yaxınlaşıb silahın və narkotik vasitənin kimə məxsus olduğunu soruşmuşdur. O, həmin silahın və narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Onu şöbədə yerə yıxıb təhqiramiz sözlər demiş, onun əynindən paltarlarını çıxardaraq onu lüt saxlamışlar. Həmin vaxt otağa bir nəfər daxil olaraq müdafiəçi olduğunu bildirmişdir. O, həmin müdafiəçiyə bütün həqiqətləri demişdir. Bu zaman Piran adlı əməliyyat müvəkkili onu yumruqla vurmuşdur. O, yerə yıxılmış və ayılanda görmüşdür ki, müdafiəçi yanında yoxdur. Çingiz adlı polis əməkdaşı boynuna zəncir keçirərək onu sürümüşdür. Ona işgəncə verdiklərinə görə məcbur qalıb onların dediklərini boynuma almışdır. Sonradan döyülməyi barədə prokurorluğa şikayət etsə də, atasının ona işi barədə polislə razılığa gəlməsi və onun tezliklə həbsdən azad olunması barədə təkidindən sonra şikayətindən imtina etmişdir. Şahid2 ifadəsi Məhkəmə kollegiyasının iclasında iş üzrə Şahid2 ifadəsində göstərdi ki, əməliyyat məlumatı Orxan Xudiyevə daxil olmuşdur. Həmin vaxt o, kiçik əməliyyat müvəkkili olmuşdur. O, hadisə yerinə Orxana kömək qismində getmişdir. Hadisə vaxtı onun avtomobilinə ziyan dəymişdir. Orxan Xudiyevin qolu qırılmışdır. Təqsirləndirilən şəxs onların maşınını əzmişdir. Onu tutub saxlayandan sonra yerində baxış keçirmişlər, həmin vaxt təqsirləndirilən şəxs yanlarında olmuşdur. Avtomobilindən silah və metamfetamin çıxmışdır. Təqsirləndirilən şəxs silahın və psixotrop maddənin ona məxsus olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxsin kafesinə baxış keçirilməsində iştirak etmişdir. Həmin vaxt təqsirləndirilən şəxs maşında oturmuşdur və sakit vəziyyətdə olmuşdur. Narkotik vasitəni qapının tutacağından tapmışlar, Əli özü göstərmişdir. Təqsirləndirilən şəxsə hər hansı fiziki təsir göstərilməmişdir. Şahid3 Rəfayıl oğlunun ifadəsi Məhkəmə kollegiyasının iclasında iş üzrə Şahid3 Rəfayıl oğlu ifadəsində göstərdi ki, o, həmin vaxt bazarda xidmətdə olmuşdur. Onlar avtomobilin yük yerindən silah tapmışlar. Pərviz onu köməyə çağırmışdır. O, özü baxışda iştirak etmişdir. Avtomobildən bıçaqlar, narkotik vasitə və yük yerindən silah aşkar olunmuşdur. Həmin vaxt Pərviz, Piran və Orxan adlı polis əməkdaşları orada olmuşdur. Orxan Xudiyev həmin vaxt təqsirləndirilən şəxs avtomobilini arxaya verərək oradan qaçmaq istəyərkən xəsarət almışdır. O, təqsirləndirilən şəxsin kafesinə baxış keçirilməsində iştirak etmişdir. Əli silahın və narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. O, həmin vaxt mülki geyimdə olmuşdur. Avtomobildən tapança və ov bıçaqları aşkar olunmuşdur. Narkotik vasitə bükümlər şəklində aşkar olunmuşdur. Şahid1 ifadəsi Məhkəmə kollegiyasının iclasında iş üzrə Şahid1 ifadəsində göstərdi ki, hadisənin baş verdiyi tarixdə “Alik” ləqəbli Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, mütəmadi olaraq üzərində və idarə etdiyi “Nisan Maksima” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində narkotik vasitələr daşıması, eyni zamanda avtomobilində odlu və soyuq silahlar gəzdirməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət-axtarış idarəsinə 16 yanvar 2020-ci il tarixdə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat rəhbərliyə məruzə edilərək ondan, Cinayət-axtarış idarəsinin əməliyyat müvəkkili polis kapitanı X15, həmin idarənin kiçik əməliyyat müvəkkili polis seryantı Şahid2 Oqtay oğlundan və Kəpəz Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili polis seryantı Şahid3 Rafayıl oğlundan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Həmin gün Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürülərək sonuncunun yerinin Gəncə şəhərinin Zərifə Əliyeva küçəsində yerləşən “Qrand Qafqaz” ticarət mərkəzində “səbət bazarının” yan tərəfində “Nissan Maksima” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində dayanmış vəziyyətdə olması müəyyən edilmişdir. Onlar Şahid2 məxsus olan “VAZ-2121” (“Niva”) markalı Az- LD-010-TR dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs avtomobilinin sol tərəf hissəsinə yaxınlaşdırıb dayanmış, həmin vaxt ilk əvvəl avtomobildən Piran cəld hərəkətlə yerə düşmüş, sonra digər polislər düşmüş, Əlinin avtomobilinə tərəf gedəndə Əli avtomobili arxaya hərəkət etdirmişdir, bu anda Əlinin avtomobilinin sol tərəf hissəsi Şahid2 avtomobilinin sağ yan tərəfinə dəymiş, bu vaxt o və X35 Rüstəmovun avtomobilinin sağ yan tərəfində olarkən Əlinin avtomobilinin sürücü tərəf qapısı Orxanın sağ əlinə dəyib zədələmiş, Əlinin avtomobilinin sürücü tərəf qapısı həmçinin Şahid2 avtomobilinə dəyib Əlinin sol tərəfinə çırpılmış, Əli avtomobilini arxaya hərəkət etdirəndə arxa tərəfdə parklanmış vəziyyətdə olan digər bir “VAZ-2107” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb dayanmışdır. Orxanın əli zədələndiyinə görə aşağı oturub əlini tutmuşur. Şəxs tutularaq polis şöbəsinə gətirilmiş və təhqiqatçının otağında üzərinə baxış keçirilmişdir. O, təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsində iştirak etmişdir, amma avtomovilə baxış keçirilməsində səhv etmirsə iştirak etməmişdir, çünki Orxan Xudiyevi xəstəxanaya aparmışdır. Baxış zamanı təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxsə hər hansı təsir olmamışdır. Şahid4 ifadəsi Məhkəmə kollegiyasının iclasında iş üzrə Şahid4 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi tanımır, hadisə vaxtı eve gedən zaman avtomobillərin toqquşmasının şahidi olmuşdur. hadisə yerində bir neçə avtomobilin zədələndiyini görmüş, lakin avtomobildən tapıldığı bildirilən sadalanan əşyaların avtomobildən çıxarıldığını şəxsən görməmişdir. O, hadisənin sonuna yaxın orada olmuş, avtomobillərin qəza etməsindən başqa heç nə görməmişdir. Ona polis şöbəsində imza etməyi təklif etmişlər. O, polislərə bildirmişdir ki, görmədiyi nəyəsə imza edə bilməz. Sonradan ona hansısa sənədlərə oxumadan imza etdirmişlər. Şahid5 Kəmaləddin oğlunun ifadəsi Məhkəmə kollegiyasının iclasında iş üzrə Şahid5 Kəmaləddin oğlu ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi tanımır, Gəncə şəhəri sakini olmaqla “Qrand Qafqaz” ticarət mərkəzində ticarətlə məşğul olur. Hadisə yerində bir neçə avtomobilin zədələndiyini görmüş, lakin avtomobildən tapıldığı bildirilən sadalanan əşyaların avtomobildən çıxarıldığını şəxsən görməmişdir. Hadisə ilə bağlı heç nə görməmişdir. O, yalnız birinci instansiya məhkəməsində iştirak etmişdir. Məhkəmədən başqa heç bir yerdə iştirak etməmişdir və heç yerə imza etməmişdir. Cinayə işində olan imzalar ona məxsus deyil. Şahid6 ifadəsi Məhkəmə kollegiyasının iclasında iş üzrə Şahid6 ifadəsində göstərdi ki, o təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşıdır, hal-hazırda rəsmi qaydada aralarında olan nikah pozulmuşdur. O, ifadə vermək üçün polis şöbəsinə çağırılmamışdır və orada ifadə verməmişdir. Yusif adlı müstəntiq qayınatası ilə birlikdə onların yaşadıqları evə gəlmişlər. Qayınatası ona Əlinin həbsdən tez çıxmasına görə müstəntiqin təqdim etdiyi sənədlərə imza etməyi təklif etmişdir. O, müstəntiq tərəfindən yazılmış ifadəsini oxumadan imza etmişdir. Şahid X12 ifadəsi Məhkəmə kollegiyasının iclasında iş üzrə şahid X23 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsin atasıdır. O,Əlinin döyülməyi ilə bağlı prokurorluğa şikayət vermişdir. Daha sonra müstəntiq ona sənədlərə imza edəcəyi təqdirdə Əliyə köməklik edəcəyini bildirmişdir. O, polislə evə gəlmiş və Əlinin həbsdən tez çıxmasına görə gəlninə imza etməyi xahiş etmişdir. O, da həmçinin ifadəsini oxumadan imza etmişdir. APELLYASİYA İCRAATİ ZAMANİ TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: -“Hadisə yerinə baxış keçirilməsi haqqında” protokol: Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət-axtarış idarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid1, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət-axtarış idarəsinin kiçikəməliyyat müvəkkili polis serjantı Şahid2, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz rayon polis idarəsinin Cinayət-axtarış şöbəsinin kiçik inspektoru polis baş serjantı Şahid3 Rəfayıl oğlunun, Gəncə şəhər sakini (hadisə zamanı ziyan dəymiş “VAZ 2107” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü) X1, Gəncə Şəhər Baş Polis İdarəsinin Kriminalistik tədqiqatlar idarəsinin ekspert-kriminalisti X9,hal şahidləri-Şahid5 Camaləddin oğlu və Şahid4 Azər oğlunun iştirakları ilə Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı polis mayoru X16 tərəfindən tərtib edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 16 yanvar 2020-ci il tarixliprotokoldan və həmin protokola əlavə edilmiş foto-cədvəllərdən görünür ki, Gəncə şəhərinin Zərifə Əliyeva küçəsində yerləşən “Qrand Qafqaz” ticarət mərkəzinin içərisində olan “Gəncə səbəti” adlı ticarət obyektinin qarşısındakı hadisə yerində olan “Nissan Maksima” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” markalı 20- DU-410 dövlət qeydiyyat nişanlı, “Volskfagen Jetta” markalı “C375TT/161” Rusiya dövlət qeydiyyat nişanlı, həmçinin “Niva” markalı “tranzit 010” dövlət qeydiyyat nişanlı avtomobillər zədələnmişdir. Bundan başqa, şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan Maksima” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə tərəflərindən baxış keçirilərkən avtomobilin salonundan, yəni sürücünün oturduğu oturacağın sağ yan hissəsindən 2 (iki) ədəd iri bıçaq qabları ilə birlikdə götürülmüşdür. Bundan başqa, avtomobilin salonundan iş üçün sübut əhəmiyyəti daşımayan şəxsi əşyalar, avtomobilin sol sürücü tərəf qapısının içərisindən ağ rəngli sellofan bükülüdə olan ilk baxışdan narkotik vasitəyə bənzər “Metamfetamin” adlanan kütlə və bir ədəd aptek tərəzisi götürülmüş, bundan başqa, avtomobilin arxa saxlanc yerində olan ehtiyat şinin bağlanc yerinin alt hissəsindən 1 (bir) ədəd silah qabının içərisində qabı ilə birlikdə qara rəngli, üzərində “450610” nömrəsi yazılmış, markası məlum olmayan tapança və həmin tapançaya məxsus bir daraq içərisində 6 (altı) ədəd patron və 1 (bir) ədəd boşgiliz aşkar edilərək götürülmüşdür. Bir ədəd sellofan bükülüdə olan kütlə aptek tərəzisində çəkilmiş və 9,5 qram olması müəyyən edilmişdir. Həmin adları qeyd olunan əşyalar qablaşdırılmadan, şübhəli şəxsin üzərinə baxış keçirilərkən ona təqdim etməkdən ötrü Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilmişdir. Baxış saat 16:35-də başlanmş və saat 17:10-da başa çatmışdır (protokol onu tərtib edən şəxs və iştirakçıların hamısı tərəfindən imzalanmışdır). Protokola əlavə edilmiş 14 ədəd foto- cədvəldə baxışın gedişatını, o cümlədən “Nissan Maksima” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobildə aşkar edilmiş silah-sursat və digər əşyaları əks etdirən fotoşəkillər və həmin fotoşəkillərə olan yazılı izahlar vardır. -“Şəxsin üzərinə baxış keçirilməsi və götürülmə haqqında” protokol: Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət-axtarış idarəsinin əməliyyat müvəkkili polis kapitanı X20, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət-axtarış idarəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət-axtarış idarəsinin kiçik əməliyyat müvəkkili polisserjantı Şahid2, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz rayon polis idarəsinin Cinayət-axtarış şöbəsinin kiçik inspektoru polis baş serjantı Şahid3 Rəfayıl oğlunun, Gəncə Şəhər Baş Polis İdarəsinin Kriminalistik tədqiqatlar idarəsinin inspektorkriminalisti polis kapitanı X9, şübhəli şəxs Təqsirləndirilən şəxs və şübhəl şəxsin müdafiəçisi X2 iştirakları ilə Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı polis mayoru X16 tərəfindən tərtib edilmiş “Baxış keçirilməsi və götürülmə haqqında” 16 yanvar 2020- ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş foto-cədvəllərdən görünür ki, müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxş keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxş keçirilməmişdən əvvəl onun avtomobilinə baxış keçirilib götürülən əşyalar təqdim edilmiş, şübhəli şəxs həmin silah, bıçaq, narkotik vasitəyə oxşar kütlənin və digər əşyaların onun avtomobilində olmasınıvə ona məxsus olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməmişdən əvvəl üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşyaların olub-olmaması soruşulmuş, bu zaman Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükülüdə ilk görünüşdən psixotrop maddə olan “Metamfetamin”ə oxşar kütləni təqdim etmiş və bildirmişdir ki, avtomobildə olan narkotik vasitənin bir hissəsidir. Həmin kütlə tərəflərindən aptek tərəzisində çəkilmiş, kağızla birlikdə ümumi çəkisi 1,22 qram olmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Hidayət Məmmədov şübhəli şəxsə aşkar edilmiş əşyaların və narkotik vasitənin ona məxsus olub-olmamasını, ona hər hansı bir təzyiq göstərilib göstərilməməsini soruşmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin əşyalar ona məxsusdur, ona hər hansı bir təzyiq göstərilməmişdir. Həmçinin yaşadığı evə baxış keçirilməsinə etirazını olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi çəkisi 1,22 qram narkotik vasitəyə bənzər kütlə, avtomobildən götürülmüş 9,5 qram kütlə, 2 (iki) ədəd bıçaq, 1 (bir) ədəd tapança, tapançaya aid 6 (altı) ədəd patron və 1 (bir) ədəd boş giliz əhəmiyyət kəsb etdikləri üçün tərəflərindən qablaşdırılaraq götürülmüş, Daxili İşlər Nazirliyinin 91 saylı möhürü ilə möhürlənmiş, digər əşyalar şəxsi əşyalar olduğundan və sübut olaraq hər hansı bir əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə təhvil verilmişdir. Baxış saat 18:15-də başlanmş və saat 18:35-də başa çatmışdır (protokolonu tərtib edən şəxs və iştirakçıların hamısı tərəfindən imzalanmışdır). Protokola əlavə edilmiş 7 ədəd fotocədvəldə baxışın gedişatını, o cümlədən Təqsirləndirilən şəxs üzərində və ona məxsus “Nissan Maksima” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobildə aşkar edilmiş silah-sursatı, narkotik vasitəyə bənzər kütləni və digər əşyaları əks etdirən fotoşəkillər və həmin fotoşəkillərə aid olan yazılı izahlar vardır. -“Yaşayış evinə baxış keçirilməsi haqqında” protokol: Gəncə Şəhər Baş Polis İdarəsinin Kriminalistik tədqiqatlar idarəsinin ekspert-kriminalisti polis kapitanı X9, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət-axtarış idarəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət-axtarış idarəsinin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz rayon polis idarəsinin Cinayət-axtarış şöbəsinin kiçik inspektoru polis baş serjantı Şahid3 Rəfayıl oğlunun, şübhəli şəxs Təqsirləndirilən şəxs və şübhəl şəxsin müdafiəçisi X2 iştirakları ilə Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı polis mayoru X16 tərəfindən tərtib edilmiş “Yaşayış evinə baxışkeçirilməsi haqqında” 16 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Göygöl rayonunun Qızılqaya kəndində yerləşən və fəaliyyətdə olmayan “Duru” kafesinə baxş keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan- Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən, əvvəllər istirahət obyekti kimi fəaliyyət göstərmiş, lakin hal-hazırda fəaliyyət göstərməyən “Duru” adı ilə tanınan isirahət obyektidir. Obyekt Qızılqaya qəsəbəsində Göygöl şəhəri istiqamətində gedən yolun sol hissəsində yerləşir. Həmin obyektin ümumi giriş qapısı dəmir barmaqlıqlardan hazırlanmışdır, qara rəngdədir. Qapı dəmir məmulatdan hazırlanmış zəncir və iki ədəd qıfılla qıfıllanmışdır. Həmin qıfıllar şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən açarla açılmışdır. Obyektə daxil olarkən sol istiqamətdə kupe, sanitar qovşağı vardır, bundan sonra rəqs meydançası və səhnə vardır, sağ istiqamətdə isə beş ədəd kupe tipli boş otaqlar vardır. Təqsirləndirilən şəxs yaşadığı otaq obyektin girişindən sol istiqamətdə yerləşir, otağın giriş qapısı ağ rəngli plastik qapıdan ibarətdir. Otağa daxil olanda sol istiqamətdə və orta hissədə üç ədəd divan, bir ədəd jurnal masası və sol künc hissədə bir ədəd masa vardır. Giriş qapısının sağ hissəsində əlavə ağrəngli qapı vardır-həmin yerdə sanitar qovşağı yerləşir. Otağın digər sol tərəfində qara rəngli qapı vadır, həmin otağa daxil olduqda orta hissədə yataq dəsti vardır. Sağ tərəfdə paltar şkafı və trümo, trümonun qarşısında isə iri ölçülü televizor vardır. Giriş otağının sol künchissəsindəki stolun üzərində olan qənd qabının içərisində iki ədəd bükülü müəyyənedilmişdir. Bundan sonra yaşayış evinə baxış keçirmə zamanı sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş kağız bükülüdə olankütlə iştirakçılar tərəfindən aptek tərəzisində çəkilmiş və 0,6 qram olmuş, gümüşü falqadakı kütlənin isə 0,9 qram olması müəyyən edilmiş, tərəflərindən qablaşdırılaraq götürülmüşdür. Baxış saat 19:05-də başlanmş və saat 19:35də başa çatmışdır (protokol onu tərtib edən şəxs və iştirakçıların hamısı tərəfindən imzalanmışdır). -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsinin 17 yanvar 2020-ci il tarixli 40 nömrəli rəyində göstərilmişdir ki: 1) tədqiqata təqdim olunmuş predmet- zavod üsulu ilə istehsal olunmuş, 7,65x17 mm kalibrli, “450610” nömrəli “Sauer 38H” modelli yivli, odlu döyüş silahıdır- tapançadır; 2) tədqiqata təqdim olunmuş predmet- zavod üsulu ilə istehsal edilmiş “Sauer 38H” modelli tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş, 09 ədəd 7,65 mm kalibrli patron tutumlu, funksional əhəmiyyət daşımayan komplekt hissəsidir— sandıqçadır və təyinatı üzrə isüfadəyə yararlıdır; 3) tədqiqata təqdim edilmiş predmet-07 (yeddi) ədəd 7,65 mm kalibrli “Sauer 38H” modelli avtomatik tapançada və uyğun kalibrli digər odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş 06 ədədi 7,65x17 mm kalibrli patrondur, 01 ədədi patronun hissəsidir-gilizdir; 06 ədəd patron döyüş sursatıhesab edilir və istifadəyə (atəşə) yararlıdır, 01 ədəd giliz hazırki vəziyyətdə döyüş sursatı hesab edilmir və istifadəyə yararsızdır. -Azərbaycan Resupblikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2020-ci il tarixli 1990 nömrəli rəyində göstərişmişdir ki: -1) tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah zavod üsulu ilə istehsal olunmuş, 7,65x17 mm kalibrli, “450610” nömrəli “Sauer 38H” modelli, yivli, odlu döyüş silahıdır— tapançadır, saz vəziyyətdədir, silahın hissə və mexanizmləri üzərində sonradan hər hansı konstruktiv əlavə və dəyişikliklər edlməmişdir, rəyin tədqiqi hissəsində göstərilən səbəbdən hazırki vəziyyətdə nasazdır, atəşə yararsızdır; -1) tədqiqata təqdim olunmuş predmet zavod üsulu ilə istehsal edilmiş “Sauer 38H” modelli tapançalarda isüfadə edilmək üçün nəzərdə tutulmuş, 09 ədəd 7,65 mm kalibrli patron tutumlu, funksional əhəmiyyət daşımayan komplekt hissəsidir— sandıqçadır və təyinatı üzrə istifadəyə yararlıdır; -3) tədqiqata təqdim edilmiş 07 (yeddi) predmet-7,65 mm kalibrli “Sauer 38H” modeli avtomatik tapançada və uyğun kalibrli digər odlu silahlarda istifadə etmək üçin nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş 06 ədədi 7,65x17 mm kalibrli patrondur, 01 ədədi patronun hissəsidir-gilizdir, onlardan 06 ədəd patron döyüş sursatı hesab edilirlər və istifadəyə (atəşə) yararlıdırlar, 01 ədəd giliz isə hazırki vəziyyətdə döyüş sursatı hesab edilmir və isufadəyə yararsızdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertızası Mərkəzinin Gəncə regional bölməsindən alınmış 17 yanvar 2020-ci il tarixli 41 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilən (“1” və “2” rəqəmləri ilə işarələnmiş) 02 (iki) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış kəsici-deşici xassəyə malık olan umumi təyinatlı ov bıçaqlarıdır və soyuq silah hesab edilirlər. Təyinatı üzrə istifadəyə yararlıdırlar. Tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsindən alınmış 17 yanvar 2020-ci il tarixli 42 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki godəkcənin sağ yan cibindən kağız parçasına bükülmüş kütlə” sözləri və imzalar olan kağız paketdəki 1(bir) ədəd kağız parçası bükümündə təmiz çəkisi 0,835 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahısı”na əsaslanaraq yoxlanılmış və müəyyən olunmuşdur ki, metamfetamin- “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-cı Siyahısının İİ bəndinə daxildir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekpsertizası mərkəzinin Gəncə regional bölməsindən alınmış 17 yanvar 2020-ci il tarixli 43 nömrəli rəyində gostərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxsrun avtomobilindən aşkar edilərək götürülmüş...” sözləri və imzalar olan kağız paketdəki, 1(bir) ədəd poletilen torbacıqda təmiz çəkisi 7,898 qram maddə- kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahısı”na əsaslanaraq yoxlanıldı və və müəyyən olundu ki, metamfetamin “Aərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”ın 1-ci Siyahısının İİ bəndinə daxildir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekpsertizası mərkəzinin Gəncə regional bölməsindən alınmış 17 yanvar 2020-ci il tarixli 44 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs faktiki yaşadığı “Duru” kafesində aşkar olunmuş 1 (bir) ədəd gümüşü falqada və 1 (bir) ədəd kağız parçada aşkar olunmuş kütlələr” sözləri və imzalar olan kağız paketdəki, bir ədəd sellofan torbacıqda:-01 (bir) ədəd kağız parçası bükümündə təmiz çəkisi 0,502 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir;-1(bir) ədəd “gümüşü” kağız bükümdə təmiz çəkisi-0,824 qram maddə, qida məhsulu olan limon duzudur. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və və müəyyən olundu ki, metamfetamin “Aərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in 1-ci şiyahısının İİ bəndinə daxildir; limon duzu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına daxil deyildir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzinin Gəncə regional bölməsindən alınmış 11 mart 2020-ci il tarixli 16/199 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1) tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən götürülmüş kağız parçasına bükülmüş kütlə” sözləri və imzalar olan kağız paketdəki, 2) üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş kütlə” sözləri və imzalar olan kağız paketdəki və 3) üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs faktiki yaşadığı “Duru” kafesində aşkar olunmuş 1 (bir) ədəd gümüşü falqada və 1 (bir) ədəd kağız parçasında aşkar olunmuş kütlələr” sözləri və imzalar olan kağız paketdəki metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynidirlər. -Gəncə Rayonlararası Narkoloji Dispanserin 26 fevral 2020-ci il tarixli 90 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan “Metamfetamin”dən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. -İbtidai istintaq zamanı Gəncə Ovçular Cəmiyyətinə edilmiş sorğuya cavabla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ovçular cəmiyyətinin üzvü deyildir və qeydiyyatdan keçməmişdir. -İbtidai istintaq materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəllər məhkum olunması barədə hər hansı bir məlumat yoxdur. -Cinayət işi materiallarında olan 29 fevral 2020-ci il tarixli “Videodisklərə baxışkeçirilməsi haqqında” protokoldan və müstəntiqin “Sübutların qiymətləndirilməsihaqqında” 29 mart 2020-ci il tarixli qərarından görünür ki, ibtidai istintaq zanmanı 16yanvar 2020-ci il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Gəncəşəhərindəki “Qrand Qafqaz” ticarət mərkəzində Təqsirləndirilən şəxs məxsus olan “Nissan Maksima” markalı **-EE-*** dövlət qeydiyyat nişanli avtomobilə, Təqsirləndirilən şəxs üzərinə və müvəqqəti yaşadığı Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən “Duru” kafesinə baxış keçirilərkən hər üç halda videoçəkilişdən istifadə edildiyindən həmin videogörüntüləri əks etdirən üç ədəd DVD-diskə baxış keçirilmiş, baxış keçirmə zamanı müəyyən edilmişdir ki: 1) üzərində “avtomobil” sözü yazılmış diskə baxış keçirilən zamanı məlum olmuşdur ki, diskdə 2 (iki) ədəd videogörüntü vardır. Birinci görüntüdə çəkilş 15 dəqiqə 13 saniyə davam etmişdir. Həmin videogörüntülərdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi iştirak etmir, baxışda iştirak edən şəxslərin şəxslərin adları, soyadları, ata adları, yaşayışyeri və iş yerləri bildirilir. Həmçinin bildirilir ki, Təqsirləndirilən şəxs narkotik vasitə saxlamasında şübhəli olduğu üçün ticarət mərkəzində idarə etdiyi Nissan Maksima markalı **-EE-*** dövlət qeydiyyat nişanli avtomobillə saxlanılan zaman hadisə yerindən yayınarkən qarşısında dayanmış VAZ 2107 markalı **-DU-*** dövlət qydiyyat nişanlı avtomobilin arxasından və qarşı tərəfindən vuraraq əmlakına ziyan vurmuşdur, avtomobilin qarşı hissəsi elektrik dirəyinə dəymiş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil digər Passat Jetta markalı “C375TT161” Rusiya dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qanadına dəyərək zərər vurmuş, həmin avtomobillər göstərilir. Bundan sonra Niva markalı avtomobilin sağ yan qapı və qanad hissəsinin zədələməsi də bildirilməklə həmin hissə göstərilir, sonra isə şübhəli şəxs qismində saxlanıldığı deyilən Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilərkən iki nəfər hal şahidləri-Şahid5 və Şahid4 adlarında şəxslər göstərilir, baxış həmin hal şahidlərinin, polis əməkdaşlarının (sənədlərdə polis əməkdaşlarının adlar açıqlanmır- hakimin qeydi) və VAZ 2107 markalı avtomobilin sürücüsünün iştirakları ilə keçirilir, baxış zamanı avtomobilin sol yan güzgüsünün, qanad və arxa yan hissəsinin, sağ qapı hissəsinin zədələndiyi qeyd edilir, sonra avtomobilin salon hissəsinə baxış keçirilməsinə başlanılır, avtomobilin salon hissəsinə baxış keçirmə videokamera vasitəsi ilə çəkilir, avtomobilin sürücü tərəf oturacağın sağ hissəsindən bir ədəd iri ölçülü bıçağın aşkaredilməsi, sənəd olan qabların aşkar edilməsi, bir ədəd kiçik ölçülü bıçağın açkar edilməsi məlum olur. Aşkar edilmiş iki ədəd iri ölçülü bıçaq, sənədlər olan qablarsürətlər ötürücüsünün baş hissəsi, digər əşyalar avtomobilin mühərrik örtüyünün üstünə yağılır,sonra sürücü tərəf qapının iç üzlüyündə sellofan bükülüdə ağ rənfli metamfetaminə oxşar kütlə müəyyən edilib mühərrik örtüyünün üstünə qoyulur, baxış zamanı telefon, qulaqcıq, digər əşyalar da mühərrik örtüyünün üstünə qoyulur. Bundan sonra avtomobilin yük yerinə baxılır, ehtiyat şinin diski açılır, diskin alt hissəsindən hərbi çexolun içərisindəki üzlükdə bir ədəd tapançanın və darağın olması görünür, həmin silah sursat gətirilib avtomobilin mühərrik örtüyünün üzərinə qoyulur. Tapançanın sandıqçasında 06 (altı) ədəd patronun və 1 (bir) ədəd boş gilizin olduğu görünür, sonra Təqsirləndirilən şəxs avtomobilinin salonundan 02 ədəd iri ölçülü bıçağın, üzlüyünün, telefonun, avtomobilə aid hissənin, siqaretin, açarın, ağ rəngli şüşəyə-metamfetaminə oxşar kütlənin, üzqırxan aparatın, köhnə alışqan, tapança, üzlük, sandıqça, 06 ədəd patron və 01 ədəd gilizin olması, ədviyyatın olması, aptek tərəzisinin, sənəd və kartların olması elan edilir. Həmin aşkar edilmiş əşyaların qablaşdırılıb götürüləcəyi bildirilir, çəkilişin davamı olaraq Təqsirləndirilən şəxs Gəncə Şəhər Baş Polis İdarəsinə götürüldüyü üçün çəkilişin davamı Gəncə Şəhər Baş Polis İdarəsində davam etdiriləcəyi, çəkilişin müvəqqəti dayandırıldığı bildirilir və çəkiliş sona yetir. Həmin diskdə olan 2-ci videoya baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin çəkiliş 33 saniyə davam edir. Həmin çəkilişdə avtomobildə aşkar edilmiş narkotik vasitəyə oxşar kütlənin aptek tərəzisində çəkiləcəyi bildirilir, kütlə aptek tərəzisində çəkilir, çəkinin 9,05 qram olması tərəzidə görünür, deyilişdə isə 9,5 qram olması bildirilir. Sonra həmin çəkiliş başa çatdırılır, davamı Gəncə Şəhər Baş Polis İdarəsində olacağı elan edilir. Cinayət işi materiallarında olan 2-ci videodiskə baxış keçirilən zaman məlum olmuşdur ki, həmin diskin içərisində bir ədəd videogörüntü vardır, həmin videogörüntü 16 dəqiqə 14 saniyə davam edir. Videoya baxış zamanı məlum olur ki, təhqiqatçı Etibar Abbasov Təqsirləndirilən şəxs, onun müdafiəçisi olmuş Gəncə Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, Gəncə Şəhər Baş Polis İdarəsinin əməliyyat müvəkkilləri X20, Şahid1, kiçik əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Rəfayıl oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirməyə başlayır. Baxışdan əvvəl X6 xəsarət alması səbəbindən avtomobilə baxışda iştirak etmədiyi bildirilir, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsindən əvvəl Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 90-cı addəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməklə bu barədə bildiriş vərəqəsi ona təqdim edilir, bundan sonra masa üzərində olan 02 ədəd bıçaq, sellofan büküldə metamfetaminə oxşar kütlə, 01 ədəd tapança, 06 ədəd patron, aptek tərəzisi və digər əşyaların Təqsirləndirilən şəxs avtomobilində aşkar edildiyi bildirilir, bıçaqlar xətkeş vasitəsi ilə ölçülür, bıçaqlardan birisinin tiyəsinin uzunluğu 19,5 santimetr, dəstək hissəsinin isə uzunluğunun 12,5 santimetr olması məlum olur, digər bıçaq ölçülərkən tiyəsinin uzunluğu 18 santimetr, dəstəyinin uzunluğunun isə 12 santimetr olması məlum olur. Həmin əşyaların Təqsirləndirilən şəxs məxsus olması soruşulur, Təqsirləndirilən şəxs bildirir ki, silah mərhum babasına aiddir, babası dünyasını dəyişəndən sonra silahı götürüb yadigar kimi saxlamışdır, gülləsini başqa bir yerdən əldə etmişdir, bir dəfədə olsun atəş açmamış, istifadə etməmiş, heç kim də silahı görməmişdir. O, bıçaq həvəskarıdır, ov bıçaqları satışda vardır, 30 manat pula almışdır, ovçuluqla məşğul olmur. Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olduğunu, xəstə olduğunu bildirir, kənar rayondanalıb özünün şəxsi istifadəsi üçün saxladığını bildirir, narkotiki aldığı şəxslərin adını bilmir, üzdən görsə tanıyar. Sonra Təqsirləndirilən şəxs sual verilir ki, polislər ona yaxınlaşanda nə səbəbə müqavimət göstərmişdir, Təqsirləndirilən şəxs bildirir ki, o, müqavimət göstərməyib, o, qapını açan kimi polislər ona yaxınlaşanda polis olmalarını deməmişlər, o da təntiyib ayağını qaza basmışdır. Tərəzini isə lombarda qızıl qoyanda onu aldatmasınlar deyə qızılı çəkmək üçün avtomobilində saxladığını bildirir. Sonra Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə olub-olmadığı soruşulur, Təqsirləndirilən şəxs təsdiq edərək gödəkcəsinin sağ yan cibindən sellofan bükülüdə metamfetaminə oxşar kütləni çıxarır, eyni kisəyə aid olmasını bildirir, kütlə aptek tərəzisində çəkilir, bükülü ilə birgə 1,22 qram olması görünür, yaşadığ evdə hər hansı dövriyyəsi qadağan edilən əşyaların olubolmaması soruşulur, yaşadığı yerə baxış keçirməyə etirazının olub-olmaması soruşulur, Təqsirləndirilən şəxs etirazının olmadığını və hər hansı bir qadağan olunmuş əşya olmadığını bildirir, vəkil Hidayət Məmmədov bir daha silah-sursatın, narkotik vasitə və bıçağın onaaid olub-olmadığını soruşur, Təqsirləndirilən şəxs həmin əşyaların ona məxsus olmasını, onahər hansı təzyiq olmadığını bildirir, sonra evə baxış keçirmə olacağı deyilir. Həmin əşyaların qablaşdırılacağı bildirilir, baxış keçirmə başa çatır. Bundan sonra 3-cüvideodiskə baxış keçirilən zaman məlum olmuşdur ki, diskin içərisində üç ədəd videogörüntü vardır, birinci videogörüntüyə baxış keçirilərkən videoçəkilişin 06 dəqiqə 14 saniyə olması məlum olub. Həmin videeoya baxış keçirilərkən təhqiqatçı tərəfindən iştirakçılar elan edilir, Təqsirləndirilən şəxs və müdafiəçisi X2 da iştirakının olduğu, razılığı ilə baxış keçirilməsi bildirilir. Təqsirləndirilən şəxs özü yaşadığı evə daxil olur, yaşadığı otağı göstərir, özü açarla qapını açıb içəri girir, ondan qanunla qadağan edilmiş əşya olub-olmaması, əgər varsa təqdim etməsi təklif olunur, Təqsirləndirilən şəxs heç bir vasitə olmadığını bldirir, otağa baxış keçirməyə başlanılır, boş sellofan bükülü müəyyən olunur, baxış keçirilir, hər hansı sübut əhəmiyyətinə malikola biləcək əşya aşkar edilmir, növbəti qapının açarı olmadığından Təqsirləndirilən şəxs qapının sındırılmasını təklif edir, vəkil Hidayət Məmmədov buna etiraz edir, otağın açarları axtarılır, qapı açılmır, Təqsirləndirilən şəxs yenə də qapının sındırılmasını təklif edir və bununla bağlı hər hansı bir problemin olmadığını bildirir, videogörüntü başa çatır. Diskdəki 2-ci videogörüntüyə baxış keçirilərkən videogöüntünün 11 dəqiqə 34 saniyə olması məlum olmuşdur. Baxışda yataq otağına da Təqsirləndirilən şəxs özünün və müdafiəçisinin iştirakları ilə baxış keçirildiyi məlum olur, otaqdakı paltarlara, çantaya, dolaba, digər saxlanc yerlərinə baxış keçirilir, hər hansı bir sübut əhəmiyyətinə malik ola biləcək əşya aşkar edilmir, giriş otağında qənd qabının içərisindən kağıza bükülü vəziyyətdə iki büküm aşkar edildi, Təqsirləndirilən şəxs həmin bükümlərin dərman ola biləcəyini deyir, sonra baxıb deyir ki, oradan kimsə də işarə edib qoyublar, əgər həmin vasitədəndirsə, daha sözü yoxdur, əl-barmaq izlərinin yoxlanılmasını istəyir. Sonra həmin əşyalar götürülür, müəyyənləşdiriləcəyi bildirilir, videogörüntü başa çatır. Diskdəki 3-cü videogörüntüyə baxış keçirilərkən videogörüntünün 01 dəqiqə olması məlum olmuşdur. Baxışda Təqsirləndirilən şəxs kiçik ölçülü kağız bükümlərdə nə olması bir daha soruşulur, Təqsirləndirilən şəxs bildirir ki, onlardan biri dərmandır, özünün xəstəliyi ilə əlaqədar qəbul edir, o biri də limon duzudur, çaynikdəki ərpi əritmək üçün limon duzundan istifadə edirki, ərp ərisin. Sonra bildirir ki, evində narkotik vasitə olmayıb, indi xatırlayır ki, o bükülülərdəki nədir. Sonra həmin bükülü çəkilir, videogörüntü başa çatır. -Təqsirilən şəxs Məmmədov Əli Bəylər oğlunun özünün araşdırma üçün birinci instansiya məhkəməsinə təqdim etdiyi 1 ədəd DVD diskin yaddaşında 02 dəqiqə 25 saniyədən ibarət video-audio yazıda (“Kəpəz” televiziya kanalının efirində getmiş videomaterialdan götürülmüş) Gəncə şəhərindəki “Qrand Qafqaz” ticarət mərkəzinin ərazisində dayanmış Təqsirləndirilən şəxs məxsus yaşıl rəngli avtomobilə ağ rəngli “Niva” markalı avtomoblin yaxınlaşıb dayanması, Niva avtomobilindən üç nəfər mülki geyimli şəxslərin düşməsi və dərhal yaşıl avtomobilə yaxınlaşması, bu zaman yaşıl avtomobilin yerindən yüksək sürətlə geriyə hərəkət etməsi, bu zaman avtomobilə yaxınlaşmış mülki şəxslərdən birinin xəsarət aldığı, sonrakı epizodlarda Təqsirləndirilən şəxs polis idarəsində əynində olan gödəkcənin cibindən balaca kağız bükülünü çıxarıb stolun üstünə qoyur, bükülüdə ağ rəngli kütləni olduğu görünür; digər epizodda Təqsirləndirilən şəxs məxsus yaşıl rəngli avtomobilin mühərrik hissəsinin üst qoruyucu qapağının üzərində 01 ədəd tapança, 02 ədəd ov bıçağı və digər əşyaların düzüldüyü görünür (həmin videogörüntülərin mötəbər mənbədən əldə olunmalarına və həqiqiliyinə təminat olmadığından, birinci instansiya məhkəməsi həmin videogörüntüləri sübut kimi qəbul etmir). -Cinayət İşi materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs avtomobilindən, üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş 1) 01 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş, 7,65x17 mm kalibrli, 450610 nömrəli “Sauer 38H” modelli atəşə yararsız yivli odlu silah hesab edilən tapança, 2) həmin silahda və uyğun kalibrli digər odlu silahlarda isufadə etmək üçün nəzərdə tutulan 06 (altı) ədəd 7,65x17 mm kalibrli, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən istifadəyə və atəşə yararlı olan patronlar və 01 (bir) ədəd 7,65x17 mm kalibrli patron gilizi, 3) 01 ədəd “Saver 38H” modelli tapançaların funksional əhəmiyyət daşımayan, 09 ədəd 7,65x17 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı hesab edilən komplekt hissəsi olan sandıqça (daraq), 4) 02 (iki) ədəd soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış kəsici-deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçaqları, ümumilikdə qalıq çəkiləri 8,685 (səkkiz tam mində altı yüz səksən beş) qram çəkidə, ayrı-ayrılıqda bir ədəd polietilen torbacıqda 7,748 (yeddi tam mində yeddi yüz qırx səkkiz) qram qalıq çəkidə kustar üsulu ilə hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin, bir ədəd kağız bükümündə 0, 585 (sıfır tam mində beş yüz səksən beş) qram qalıq çəkidə kustar üsulu ilə hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin və bir ədəd kağız parçası bükümündə 0,352 (sıfır tam mində üç yüz əlli iki) qram qalıq çəkidə kustar üsulu ilə hazırlanmış psixotrop maddə hesab edilən metamfetaminlər iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və istintaq tamamlandıqdan sonra saxlanılması üçün Gəncə Şəhər Baş Polis İdarəsinin Təchizat qrupuna saxlanca təhvil verilmişdir. -Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 Təqsirləndirilən şəxs yaşadığı evdə psixotrop maddə olmaması, Təqsirləndirilən şəxs avtomobilinə, üzərinə və yaşadığı evə baxış keçirmə zamanı aşkar edilmiş predmetlərin qablaşdırılması videodiskdə öz əksini tapmadığına görə videoların, ona aid sənədlərin sübutlar siyahısından çıxarılması barədə ibtidai istintaq zamanı vermiş olduqları vəsatətləri müstəntiq tərəfindən əsassız hesab edildiyinə görə- Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirmə haqqında qərar və baxışın nəticəsini əks etdirən protokol Göygöl Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qərarı ilə əsaslı hesab edildiyindən, habelə digər şahid ifadələri və qablaşdırmanın bütövluyünü təsdiq edən məhkəmə-kimyəvi ekspertizaların rəyləri və digər mötəbər sübutlarla sübuta yetirilməsi hallarına görə əsassız olduğundan rədd edilmişdir. -Gəncə Şəhər Baş Polis İdarəsinin 20 yanvar 2020-ci il tarixli sorğusuna (tələbnamə) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsinin 23 yanvar 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (məhkumluğu yoxdur). HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasının Konstitusiyasında göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir (125-ci maddə). Konstitusiya Məhkəməsinin Plenumu “CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etdi ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) “X5rşı”, “X7rşı”, “Ermi İtaliyaya qarşı” məhkəmə işləri üzrə Qərarlarında dövlətin pozitiv öhdəlikləri prinsipindən çıxış edərək göstərmişdir ki, müdafiənin əslində ilk növbədə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən həyata keçirilməsinə baxmayaraq, ədalətliliyin əsas təminatçısı qismində məhkəmələr çıxış edirlər. Xüsusilə qeyd olunması vacibdir ki, həqiqətin müəyyən edilməsi vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı həm də işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinə də aiddir. Belə ki, CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar, yalnız, apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Yuxarıda qeyd edilən Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, apellyasiya icraatı qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra vurğulanır ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək cinayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrin üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. Apellyasiya məhkəməsinin cinayət kollegiyası CPM-nin 397-ci maddəsi ilə təsbit edilmiş həqiqətin müəyyən edilməsi vəzifəsindən çıxış edərək həm apellyasiya şikayətlərinin dəlilləri çərçivəsində, həm də bu dəlillərdən asılı olmayaraq məhkəmə tərəfindən maddi və prosessual qanunvericliyin tələblərinə əməl olunması vəziyyətini yoxlamışdır. Bu zaman kollegiya müəyyən etmişdir ki, birinci instansiya məhkəməsindəki icraat zamanı əslində təqsirləndirilən şəxsin təqsiri qanunla nəzərdə tutulmuş mötəbər sübutlarla təsdiq edilməmiş və barəsində ittiham hökmünün çıxarılması üçün əsaslar olmamışdır. Belə ki, CPM-nin 349.5-ci maddəsinə görə məhkəmənin hökmü o halda əsaslı hesab edilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslansın, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etsin və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlsin (CPM-nin 349.5-ci madd.). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Qərarında qeyd etmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Konstitusiyanın 129-cu maddəsində göstərilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası Konstitusiyanın bu müddəasından çıxış edərək ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə görə istər şəxsin təqsirliliyi, istərsə də onun təqsirsizliyi ilə bağlı əhəmiyyətli hallar sübutlarla təsdiq olunmalıdır. Sübut dedikdə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) başa düşülür (CPM-nin 124.1-ci maddəsi). Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir (CPM-nin 139.0 və 139.0.1-ci maddələri). Sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-nin 125-ci maddəsi). Avropa Məhkəməsi “Barbera, Messegue və Cabardo İspaniyaya qarşı” iş üzrə qərarında da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Məhkəmə “Hoanq Fransaya qarşı” işdə qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Birinci instansiya məhkəməsinin hökmünə məhkəmə kollegiyasının münasibəti: Hazırki işin hallarından görünür ki, birinci instansiya məhkəməsi təqsirliliklə bağlı məsələyə baxarkən CPM-nin 144 və 145-ci maddələri ilə müəyyən edilmiş, cinayət təqibi üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmalı olmasına, onların qarşılıqlı surətdə təhlil olunmasına və bir-biri ilə müqayisə edilməsinə, sübutların mənbəyinin mötəbərliyinin müəyyən olunmasına, onların mümkünlüyünə, mənsubiyyətinə və bütün sübutların məcmusuna ittihamın həlli üçün kifayət etməsinə əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməli olmasına dair tələblərə əməl etməmişdir. Belə ki, mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittihamda nəzərdə tutulan cinayəti törətməkdə təqsirli olması barədə nəticəyə gəlmiş, bu barədə nəticəyə gələrkən polis əməkdaşları olan şahidlərin ifadələrinə, hal şahidlərinin ifadələrinə, istintaq hərəkətinin protokollarına, ekspert rəylərinə istinad etmiş, müdafiə tərəfinin dəlillərinə əsaslandırılmış cavablar verməmiş, sübutların hər birini ayrı-ayrılıqda tədqiq etməmiş, habelə hər bir sübutun mötəbərlik tələblərinə uyğun olub-olmadığını yoxlamadan əsassız ittiham hökmü çıxarmışdır. Bu səbəbdən apellyasiya icraatı zamanı işə qismən məhkəmə istintaqı aparılmaqla baxılması qərara alınmış, təqsirləndirilən şəxs dindirilmiş, şahidlər və hal şahidləri dindirilmiş və məhkəmə istintaqında hər bir ittiham sübutu həm ayrı-ayrılıqda araşdırılmış, həm də məcmu halında toplanmış sübutlar müqayisə edilərək onların ittihamın təsdiq edilməsində yetərli olmasına qiymət verilmişdir. Araşdırılan hər bir ittiham sübutu qiymətləndirilərkən müəyyən edilmişdir ki, bu sübutlar əsaslı şübhələrdən kənar sübut standartlarına uyğun deyil və istər ayrı-ayrılıqda, istərsə də məcmu halında ittihamın təsdiq edilməsində yetərlilik və inandırıcılıq tələblərinə cavab vermir. Kollegiya təqsirliliklə bağlı məsələnin əhəmiyyətini nəzərə alaraq qeyd edir ki, ibtidai istintaq zamanı toplanmış sübutlar mötəbərlik tələblərinə cavab vermir və təqsirləndirilən şəxsin hüquqlarının kobud şəkildə pozulması yolu ilə əldə olunmuşdur. Cinayət işinin materiallarının yenidən tədqiqi və ittiham tərəfinin topladığı sübutların qiymətləndirilməsi kollegiyada belə qənaət yaratmışdır ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüquqlarının kobud pozuntularına yol verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, yaşayış yeri olaraq göstərilən “Duru” adlı kafeyə baxış keçirilərkən, ondan şübhəli və təqsirləndirilən şəxs qismində ifadələr alınarkın ona verilən işgəncə və polis əməkdaşlarının təhrikinin təsiri altında olmuş, cinayət işi üzrə kobud prosessual pozuntulara yol verilmişdir. Belə ki, məhkəmə ilk öncə maddi sübut kimi tanınmış lakin iş materiallarında mövcud olmayan 3 ədəd “DVD” disklərə münasibətdə qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs avtomobilinə, üzərinə və yaşayış yeri olaraq göstərilən “Duru” adlı kafedə axtarış zamanı qeydə alınmış video görüntü olan 03 (üç) ədəd DVD-disk (elektron daşıyıcı) sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması göstərilmişdir. Cinayət işi materiallarının Gəncə Şəhər Prokurorluğundan Göygöl Rayon Məhkəməsinə göndərildiyini təsdiq edən 13 aprel 2020-ci il tarixli ********* nömrəli müşayiətedici məktubda 03 (üç) ədəd diskin cinayət işi materialları ilə birlikdə göndərildiyi göstərilmişdir. Həmin cinayət işi materiallarının Göygöl Rayon Məhkəməsindən Gəncə Apellyasiya Məhkəməsinə göndərildiyini təsiq edən 25 yanvar 2021-ci il tarixli 1(066)- 42/2020 nömrəli müşayiətedici məktubda 03 (üç) ədəd DVD-diskin cinayət işi materialları ilə birlikdə göndərilməsi göstərilməmişdir. Həmin cinayət işi materiallarının Gəncə Apellyasiya Məhkəməsindən Kəlbəcər Rayon Məhkəməsinə göndərildiyini təsiq edən 21 may 2021-ci il tarixli 1(104)-186/2021 nömrəli müşayiətedici məktubda 01 (bir) ədəd CDdiskin cinayət işi materialları ilə birlikdə göndərildiyi göstərilmişdir (həmin 01 ədəd CDdiskə baxış keçirilərkən diskin daxilində heç bir elektron məlumat olmadığı aşkar edildihakimin qeydi). Cinayət işi materialları 31 may 2021-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsindən Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında aşkar olunmayan 03 ədəd DVD-disklə bağlı Kəlbəcər Rayon Məhkəməsinin Göygöl Rayon Məhkəməsinə göndərdiyi sorğuya cavab olaraq Göygöl Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 1(066)-42/2020 nömrəli məktubunda göstərilmişdir ki, “15 aprel 2020-ci il tarixdə Gəncə Şəhər Prokurorluğundan Göygöl Rayon Məhkəməsinə daxil olmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin müşayiət ediciməktubunda üç ədəd DVD diskin olduğu göstərilsə də, həmin DVD-disklər cinayət işinə əlavə edilmədiyindən akt tərtib edilmişdir; həmin aktın surəti məlumat üçün Sizə göndərilir” (Göygöl Rayon Məhkəməsinin dəftərxana müdiri, böyük məsləhətçisi və arxiv müdiri tərəfindən birgə tərtib olunaraq imzalanmış müvafiq akt həmin məktuba əlavə edilmişdir). Kəlbəcər rayon Məhkəməsində məhkəmə istintaqı zamanı iş materiallarında mövcud olmayan 03 ədəd DVD- disklə bağlı Kəlbəcər Rayon Məhkəməsi tərəfindən həmçinin Gəncə Şəhər Prokurorluğuna göndərilmiş sorğuya cavab olaraq göndərilmiş 01 dekabr 2021-ci il tarixli ********* nömrəli məktubda 03 ədəd diskin cinayət işi materialları ilə birlikdə Göygöl Rayon Məhkəməsinə təqdim olunduğu bildirilmişdir. Cinayət işinin materiallarında olan 29 mart 2020-ci il tarixli “sübutların qiymətləndirməsi haqqında” qərara əsasən Təqsirləndirilən şəxs avtomobilinə, üzərinə və yaşadığı evə keçirilmiş baxış zamanı qeydə alınmış video görüntülər olan 3 ədəd DVD-i disklərin sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınaraq cinayət işinə əlavə edilməsi göstərilsədə cinayət işi üzrə Göygöl rayon Məhkəməsi tərəfindən 30 noyabr 2020-ci il tarixdə, Kəlbəcər rayon Məhkəməsi tərəfindən 09 iyun 2023-cü il tarixdə yekun nəticəyə gəlinərkən qeyd edilən 3 ədəd DVD disklər cinayət işinin materiallarında mövcud olmadığından onların məhkəmə istintaqı zamanı tədqiqi mümkün olmamışdı. Azərbaycan Respublikası CPM-nın 289.8.2-ci maddəsinə əsasən ittiham aktına müstəntiq tərəfindən maddi sübutlar və onların saxlanıldığı yer barədə arayış əlavə edilir. Kələbəcər rayon Məhkəməsinin ünvanladığı sorğuya cavab olaraq ibtidai istintaq orqanı tərəfindən 03 ədəd diskin cinayət işi materialları ilə birlikdə Göygöl Rayon Məhkəməsinə təqdim olunduğu göstərilsə də ibtidai istintaq orqanı tərəfindən cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan görünür ki, qeyd edilən arayışla təqsirləndirilən şəxsin avtomobilindən, üzərindən, yaşadığı yerdən aşkar edilməsi istinad edilən silah sursatın və narkotik vasitənin maddi sübut kimi tanınması və saxlanması yeri qeyd edilsə də, Təqsirləndirilən şəxs avtomobilinə, üzərinə və yaşadığı evə keçirilmiş axtarış zamanı qeydə alınmış video görüntülər olan 3 ədəd DVD-i disklərin maddi sübut olması və onların cinayət işinin materiallarında əlavə edilməsi göstərilməmişdir. Həmçinin Azərbaycan Respublikası CPM-nın 236.8-ci maddəsinə əsasən baxış zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə edilir. Azərbaycan Respublikası CPM-nın 247.3-cü maddəsinə görə axtarış və ya götürmə zamanı foto, kino və video çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri və ya başqa məlumat daşıyıcıları protokola əlavə edilir. Qanunvericliyin yuxarıda qeyd edilən tələbləri baxımından axtarış və baxış zamanı lentə alınmış video görüntülər axtarış və baxış protokoluna əlavə edilməli olmasına baxmayaraq təqsirləndirilən şəxsin avtomobilinə, üzərinə, yaşadığı yerə axtarış və götürmə zamanı tərtib edilmiş 16 yanvar 2020-ci il tarixli protokollara foto görüntülər əlavə edilsə də video görüntülər əlavə edilməmiş, həmin görüntülərin cinayət işi üzrə mövcud olan sənədlərin və materialların siyahıya alınması sırasına uyğun (rəqəmlərlə qeydə alınan ardıcıllığa uyğun) hərhansı disk qabı və ya kağız mövcud deyildir. Bunun əksi olaraq cinayət işinin materiallarında olan istintaq hərəkətinin protokollarına əlavə edilmiş foto şəkillərdən görünür ki, həmin foto şəkillər hər biri ayrı-ayrı siyahıya alınması sırasına uyğun rəqəmlərlə qeyd edilərək protokola əlavə edilmiş, cinayət işinin materiallarının ardıcıllığında hər hansı pozuntu mövcud deyildir. Yuxarıda qeyd edilənlərə, həmçinin Göygöl Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 1(066)-42/2020 nömrəli məktubuna əlavə edilmiş akta əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 3 ədəd DVD-diskin cinayət işinin materiallarında əlavə edilməsi şübhə doğurmaqla faktiki vəziyyətdə birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə istintaqı zamanı tədqiqi mümkün olmadığından sübut kimi qəbul edilərək onlara istinad edilə bilməz. Azərbaycan Respublikası CPM-nın 245.3-cü maddəsinə əsasən müstəntiq axtarış və ya götürməni foto, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə etməklə aparmaq hüququna malikdir. Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Cinayət işinin materiallarına əlavə edilmiş 16 yanvar 2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət-axtarış idarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid1, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət-axtarış idarəsinin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2, Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz rayon polis idarəsinin Cinayət-axtarış şöbəsinin kiçik inspektoru polis baş serjantı Şahid3 Rəfayıl oğlunun, Gəncə şəhər sakini (hadisə zamanı ziyan dəymiş “VAZ 2107” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü) X1, Gəncə Şəhər Baş Polis İdarəsinin Kriminalistik tədqiqatlar idarəsinin ekspert-kriminalisti X9, hal şahidləri-Şahid5 Camaləddin oğlu və Şahid4 Azər oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Nissan Maksima” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin salonundan, yəni sürücünün oturduğu oturacağın sağ yan hissəsindən 2 (iki) ədəd iri bıçaq qabları ilə birlikdə götürülmüşdür. Bundan başqa, avtomobilin salonundan iş üçün sübut əhəmiyyəti daşımayan şəxsi əşyalar, avtomobilin sol sürücü tərəf qapısının içərisindən ağ rəngli sellofan bükülüdə olan ilk baxışdan narkotik vasitəyə bənzər “Metamfetamin” adlanan kütlə və bir ədəd aptek tərəzisi götürülmüş, bundan başqa, avtomobilin arxa saxlanc yerində olan ehtiyat şinin bağlanc yerinin alt hissəsindən 1 (bir) ədəd silah qabının içərisində qabı ilə birlikdə qara rəngli, üzərində “450610” nömrəsi yazılmış, markası məlum olmayan tapança və həmin tapançaya məxsus bir daraq içərisində 6 (altı) ədəd patron və 1 (bir) ədəd boş giliz aşkar edilərək götürülmüşdür. Bir ədəd sellofan bükülüdə olan kütlə aptek tərəzisində çəkilmiş və 9,5 qram olması müəyyən edilmişdir. Həmin adları qeyd olunan əşyalar qablaşdırılmadan, şübhəli şəxsin üzərinə baxış keçirilərkən ona təqdim etməkdən ötrü Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilmişdir. Baxış saat 16:35-də başlanmış və saat 17:10-da başa çatmışdır (protokol onu tərtib edən şəxs və iştirakçıların hamısı tərəfindən imzalanmışdır). Göründüyü kimi təqsirləndirilən şəxsin avtomobilində axtarış aparılan zaman nə Təqsirləndirilən şəxs, nə də onun müdafiəçisinin iştirakı təmin edilməmişdir. Beləliklə təqsirləndirilən şəxs özünü müdafiə imkanından tam olaraq məhrum olmuşdur. Eyni zamanda hazırki iş üzrə 16 yanvar 2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol tərtib edilərkən hal şahidi qismində iştirak etməsi göstərilən Şahid5 Camaləddin oğlu və Şahid4 Azər oğlunun ibtidai istintaq zamanı vermiş olduqları ifadələrlə məhkəmə iclasında verdikləri ifadələr arasında əhəmiyyətli ziddiyyətlər vardır. Belə ki, birinci instansiya məhkəməsi zamanı şahid qismində dindirilmiş Şahid5 Camaləddin oğlu ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər sakini olmaqla rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. 16 yanvar 2020-ci il tarixdə saat 16:30 radələrində Gəncəşəhərinin Zərifə Əliyeva küçəsində yerləşən “Qrand Qafqaz” ticarət mərkəzində olarkən “Gəncə səbəti” mağazasının qarşısında polis əməkdaşları ona yaxınlaşaraq orada olan avtomobillərə baxış keçirilməsində hal şahidi kimi iştirak etməsini təklif etmiş, o da polis əməkdaşlarının təklifi ilə razılaşmışdır. Həmin vaxt, o, hadisə yerində bir neçə avtomobilin zədələndiyini görmüş, lakin avtomobildən tapıldığı bildirilən sadalanan əşyaların avtomobildən çıxarıldığını şəxsən görməmişdir. Sonra polis əməkdaşları bildirmişlər ki, imza etməlidir, o da polislərin ona təqdim etdikləri sənədi imzalamış, lakin imzaladığı sənəddə yazılanları oxumamışdır. Sonradan ona məlum olmuşdur ki, “Nissan Maxima” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə həmin yerdə polis əməkdaşları yaxınlaşan zaman avtomobilini arxaya hərəkət etdirib, bu zaman bir nəfər polis əməkdaşı xəsarət alıb. Həmin vaxt, o, videoçəkilişdə olduğunu bilmirdi, lakin elan edilmişdir ki, videoçəkiliş gedir. O, sonradan bununla bağlı polis şöbəsində ifadə verməmişdir. Polis şöbəsində onun adından tərtib edilən yazılı ifadənin altında göstərilən imza və əlyazma yazı ona məxsus deyildir. Şahid5 Camaləddin oğlu apellyasiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş və ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır, Gəncə şəhəri sakini olmaqla “Qrand Qafqaz” ticarət mərkəzində ticarətlə məşğul olur. Hadisə yerində bir neçə avtomobilin zədələndiyini görmüş, lakin avtomobildən tapıldığı bildirilən sadalanan əşyaların avtomobildən çıxarıldığını şəxsən görməmişdir. Hadisə ilə bağlı heç nə görməmişdir. O, yalnız birinci instansiya məhkəməsində iştirak etmişdir. Məhkəmədən başqa heç bir yerdə iştirak etməmişdir və heç yerə imza etməmişdir. Cinayə işində olan imzalar ona məxsus deyil. Birinci instansiya məhkəməsində ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuş Şahid4 Azər oğlu apellyasiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş və ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır, hadisə vaxtı eve gedən zaman avtomobillərin toqquşmasının şahidi olmuşdur. hadisə yerində bir neçə avtomobilin zədələndiyini görmüş, lakin avtomobildən tapıldığı bildirilən sadalanan əşyaların avtomobildən çıxarıldığını şəxsən görməmişdir. O, hadisənin sonuna yaxın orada olmuş, avtomobillərin qəza etməsindən başqa heç nə görməmişdir. Ona polis şöbəsində imza etməyi təklif etmişlər. O, polislərə bildirmişdir ki, görmədiyi nəyəsə imza edə bilməz. Sonradan ona hansısa sənədlərə oxumadan imza etdirmişlər. Məhkəmə kollegiyası Şahid5 Camaləddin oğlu və Şahid4 Azər oğlunun məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrini prosessual qanunvericiliyin tələbinə müvafiq qiymətləndirərək onları mötəbər sübut kimi qəbul edərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 236.3, 244.1 və 246.3-cü maddələrinə əsasən, baxış, axtarış (şəxsi axtarış və götürmə) kimi istintaq hərəkətləri (CPM-nin 246.3cü maddəsində şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə nəzərdə tutulmuşdur) müstəntiq tərəfindən azı iki nəfər hal şahidinin və mütəxəssisin iştirakı ilə aparılır. Həmin Məcəllənin 94.1-ci maddəsinə görə, cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin baxış, axtarış (şəxsi axtarış) və götürmə kimi istintaq hərəkətlərinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Hal şahidlərinin iştirakı ilə keçirilməli olan istintaq hətəkətlərinin hal şahidinin iştirakı olmadan keçirilməsi Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyin kobud pozuntusu sayılır və bu yolla əldə edilmiş sübutlar mümkün olmayan sübutlar kimi qiymətləndirilir. Məhkəmə kollegiyası Şahid5 Camaləddin oğlu və Şahid4 Azər oğlunun məhkəmə istintaqında verdikləri ifadələri işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən, həmin ifadələri mötəbər sübut kimi qəbul edir. Bununla yanaşı, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs avtomobilinə axtarış keçirilməsi ilə bağlı 16 yanvar 2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokola münasibətdə aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Belə ki, CPM-nın 236-cı maddəsinə əsasən cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. Həmin Məcəllənin 236.3-cü maddəsinə əsasən baxış cinayət işi başlandıqdan sonra və həmin iş üzrə təqsirləndirilən və ya şübhəli şəxs olduğu halda aparıldıqda, onun aparılmasında təqsirləndirilən və ya şübhəli şəxsin müdafiəçisi iştirak edə bilər. Həmin Məcəllənin 242.1-ci maddəsinə görə əldə edilmiş (mövcud) sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə, müstəntiq axtarış apara bilər. Göründüyü kimi cinayət prosessual qanunvericiliyi baxış istintaq hərəkəti ilə axtarış istintaq hərəkətin fərqləndirmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən əgər avtomobildə əşyaları aşkar etmək və götürmək lazımdırsa bu axtarışın keçirilməsi üçün əsasdır. Əgər avtomobilin şəraiti (qapıda zədələnmənin olub-olmamasını və zədənin xarakterini, pəncərənin hündürlüyünü və ölçüsünü, və s.) tədqiq etmək zərurəti varsa bu, baxışın keçirilməsi üçün əsasdır. İş materiallarında olan protokollu qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə müvafiq qiymətləndirdikdə müəyyən edilir ki, polis əməkdaşlarının Təqsirləndirilən şəxs avtomobilində apardıqları istintaq hərəkətləri axtarış istintaq hərəkətinə xarakterikdir. “Təxirə salınmaz əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 16 yanvar 2020-ci il tarixli qərarın məzmunundan görünür ki, təqsirləndirilən şəxsin avtomobilində narkotik vasitə, odlu və soyuq silah daşımasını güman etmişlər və həmin axtomobildə olan qeyd edilən əşyaların axtarıb tapılması istiqamətində istintaq hərəkəti aparmışlar. Ümumiyyətlə axtarış istintaq hərəkətinin adından da göründüyü kimi, bu istintaq hərəkətinin məqsədi sübut əhəmiyyətinə malik olan əşyaların və sənədlərin axtarılıb tapılmasıdır. İbtidai istintaq orqanı tərəfindən prosessual qanunvericiliyin tələblərini pozaraq faktiki olaraq axtarış istintaq hərəkəti aparıldığı halda baxış istintaq hərəkəti keçirilməsi barədə protokol tərtib etmişdir. Bundan başqa, CPM-in 245.8-ci maddəsinə əsasən axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. İşdə olan xx.xx.2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs avtomoblinə axtarış zamanı aşkar edilmiş əşyalar qablaşdırılmadan götürülmüş, bununla da, CPM-in 245.8-ci maddəsində nəzərdə tutulan imperativ tələblər də kobud şəkildə pozulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, axtarış və ya götürmə protokolu əsas prosessual sənəd olub bu istintaq hərəkətlərinin həyata keçirilməsi üzrə müstəntiqin və ya təhqiqatçının bütün fəaliyyətini əks etdirir. Cinayət prosessual qanunvericilik iş üçün əhəmiyyətli faktların aşkar edilməsi üçün cinayət təqibini həyata keçirən orqanlar tərəfindən axtarış və ya götürmə istintaq hərəkətlərinin hərtərəfli və obyektiv olaraq həmin istintaq hərəkəti protokollarında rəsmiləşdirilməsini tələb edir. Axtarış və ya götürmə istintaq hərəkətlərinin nəticələrinin rəsmiləşdirilməsi və müvafiq qaydada qeydə alınması, bu istintaq hərəkəti protokollarından sübut kimi istifadə edilməsinin əsasını təşkil edir. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.7. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; Həmin Məcəllənin 125.3-ci maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sübutların mümkünlüyünü ən vacib amillərdən biri kimi şərtləndirmişdir. Ümumilikdə bu qayda əldə edilmiş məlumatların mötəbərliyini təmin etməyə yönəldilmişdir. CPM-də müəyyən edilmiş proseduraya əməl edilmədən CPM-in tələblərinin pozulması ilə əldə edilən sənədlər, əşyalar və məlumatlar sübut kimi qəbul edilə bilməz. Qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın əsası kimi çıxış edə bilməz, habelə CPM-in 139-cu maddəsində göstərilən hər hansı halın sübut edilməsi üçün onlardan istifadə edilə bilməz. Bu norma Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsaslanır. Konstitusiyanın 63-cü maddəsinin İV hissəsinə görə, qanunun pozulması ilə əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçrilməsində istifadə edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən istintaq hərəkətlərindən biri xx.xx.2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol Cinayət Prosessual Məcəlləsinin tələblərinə zidd qaydada əldə edildiyindən sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının CPM-nin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda hər bir şəxsin səmərəli hüquqi yardım hüququnun təmin olunması müəyyən edilmişdir. Paktın 14-cü maddəsinə görə, hər bir şəxs ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılarkən öz iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən və ya seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək; əgər müdafiəçisi yoxdursa, bu hüququ barədə xəbərdar edilmək və ədalət mühakiməsinin maraqları bunu tələb etdiyi istənilən halda onun üçün təyin edilmiş müdafiəçiyə, bu müdafiəçinin haqqını ödəməyə kifayət qədər vəsaiti olmadığı istənilən halda isə pulsuz müdafiəçiyə malik olmaq hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 3 “c” yarımbəndində cinayət törətməkdə ittiham olunan hər kəsin şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək hüququ təsbit edilmişdir. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 19.1-ci maddəsində isə göstərilmişdir ki, cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarında qeyd etmişdir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından biri olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü olaraq Konstitusiyada təsbit olunmuş digər hüquqlarla qarşılıqlı əlaqədədir (qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) və onların həyata keçirilməsini təmin edir. Bunun davamı olaraq ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir. Həmin qərarda daha sonra göstərilmişdir ki, müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir. Puatrimol Fransaya qarşı iş üzrə 23 noyabr 1993-cü il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, hər bir təqsirləndirilən şəxsin müdafiəçi ilə səmərəli müdafiə olunmaq hüququ ədalət mühakiməsinin əsas cəhətlərindən biridir (§34). Təqsirləndirilən şəxsin müdafiəçisi həmçinin cinayət prosesinin qanuniliyinin təminatçısı kimi çıxış edə bilər (İnsan hüquqları üzrə Avropa Komissiyasının Enslin, Baader və Raspe Almaniyaya qarşı iş üzrə 08 iyul 1978-ci il tarixli Qərardadı, 14 DR 64, səh. 114). Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsinin zəruriliyi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə yönəlmişdir. Belə ki, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ şəxsin hüquq və azadlıqlarının, həmçinin qanuni mənafelərinin müdafiəsinin təmin edilməsi ilə yanaşı, ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə prinsipləri əsasında həyata keçirilməsinin başlanğıc şərti kimi qiymətləndirilməlidir. Hazırki cinayət işinin hallarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən 16 yanvar 2020-ci il tarixdə tutulmuş, tutulduqdan sonra Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilmişdir. Cinayət işinin materiallarında olan şübhəli şəxsə vəkillərin siyahısının təqdim edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsindən ötrü vəkil seçilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmişdir. Həmin protokolda latın qrafikalı əlifba ilə siyahıda adları qeyd olunan istənilən vəkilin onun hüquqlarını müdafiə etməsinə etiraz etmədiyi qeyd edilmişdir (İ cild i.v. 31-32). Bundan sonra “vəkil dəvət edilməsi haqqında” qərar qəbul edilmiş, qərarın surəti icra olunması üçün Gəncə şəhər 1 saylı Vəkil Bürosuna göndərilmişdir. Cinayət işinin materiallarına vəkil orderi və ona qoşma olan sənədlər əlavə edilmiş, bundan sonra müdafiəçi X10 şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim olunmuş və saat 16:30-da Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılmışdır. (protokolun sonunda 18:15-də başlanılması və 18:35-də qurtarması göstərilmişdir.) Cinayət işinin materiallarında əks olunmuş işin halına görə Təqsirləndirilən şəxs 17:40-da tutulmuşdur (işin həmin halı da mübahisə doğurur. Belə ki, şəxs tutulmamışdan öncə onun üzərinə baxış və axtarış keçirilmişdir.) Bu hal onu göstərir ki, o, saat 16:30-dan sonrakı vaxtda tutulmuşdur. (İ cild i.v. 27-44). Məhkəmə kollegiyası işin qeyd olunan halları ilə bağlı əvvəla qeyd edir ki, Təqsirləndirilən şəxs 17:40-da tutulmuş, o, Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmiş, bundan sonra şübhəli şəxsin tutulması haqqında qərar qəbul edilmiş, şübhəli şəxsə vəkillərin siyahısı təqdim edilmiş, vəkil dəvət edilmiş, 17:40-də vəkil və Təqsirləndirilən şəxs şübhəli şəxsin tutulması haqqında protokola artıq imza etmişlər. Daha sonra 18:35də üzərinə baxış keçirilməsi haqqında protokola imza etmişlər. Yəni, mövcud iş materiallarına əsasən Təqsirləndirilən şəxs tutulduqdan 35-40 dəqiqə sonra həmin prosedurların hamısı həyata keçirilmişdir. Halbuki qeyd olunan hərəkətlərin həyata keçirilməsi üçün kifayət qədər çox vaxt və imkan tələb olunur. Belə ki, şəxs saxlanılarkən onun şəxsiyyətinin müəyyən edilməsi, şəxsin tutularaq polis idarəsinə gətirilməsi, onun sorğu-sual edilməsi, vəkillərin siyahısının təqdim edilməsi, bundan sonra “vəkil dəvət edilməsi haqqında” qərar qəbul edilməsi, həmin qərarın vəkil qurumuna təqdim edilməsi, vəkil müəyyən edilməsi və vəkil Hidayət Məmmədovun polis idarəsinə gəlməsi, şübhəli şəxsə hüquq və vəzifələrə dair yazılı bildirişlər təqdim olunması hərəkətlərinin həmin müddətdə həyata keçirilməsi nə reallığa, nə də sağlam məntiqə uyğun deyildir. Həmçinin hazırki işin hallarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi ilə konfidensial ünsiyyət saxlamadan istintaq hərəkətlərinin həyata keçirilməsinə cəlb edilmiş, bununla da onun hüquqları bir daha məhrumiyyətə məruz qalmışdır. Belə ki, cinayət işinin materiallarında müdafiə hüququnun əsas elementlərindən biri olan şübhəli və ya təqsirləndirilən şəxsin öz müdafiəçisi ilə konfidensial ünsiyyət saxlaması üçün şərait yaradılmasına dair heç bir sübut mövcud deyil. CPM-in 90.7.8-ci və 91.5.8-ci maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq hüququ vardır. Bu hüququ təmin etmək və bu hüququn reallaşdırmasını praktiki olaraq təmin etmək təhqiqat və istintaq orqanlarının vəzifəsidir. Həmin məsələ istər daxili Qanunvericilikdə, istərsə də Avropa Məhkəməsinin qərarlarında kifayət qədər geniş şərh edilmiş və həmin pozuntu Konvensiyanın 6-cı maddəsinin pozuntusu kimi qiymətləndirilmişdir. Avropa Məhkəməsi Saxnovski Rusiyaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkili ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. Müştərilər və vəkillər arasındakı münasibətlər üzərində səciyyəvi və ya birbaşa hər hansı məhdudiyyət təqsirləndirilən şəxsin malik olduğu effektiv hüquqi yardım hüququna əngəl yaratmamalıdır (§ 102). İştirakçı Dövlətlərdən yalnız vəkil təqsirləndirilən şəxsin maraqlarını açıq-aşkar səmərəsiz təmsil etdikdə və ya sadəcə bu səmərəsizlik onun diqqətinə çatdırıldıqda müdaxilə etmək tələb olunur (Kamasinksi Avstriyaya qarşı, § 65; İmbrioskia İsveçrəyə qarşı, § 41; Daud Portuqaliyaya qarşı, § 38). Vəkil təqsirləndirilən şəxs üçün hərəkət etmədikdə (Artiko İtaliyaya qarşı, §§ 33, 36), yaxud vəkil əsas prosessual tələblərə əməl etmədikdə (tələblərə riayət olunmama düşünülmüş müdafiə taktikası və ya arqumentasiyanın yetərsizliyi hesab oluna bilmədikdə) Dövlətin məsuliyyəti yaranır (Czekalla Portuqaliyaya qarşı, §§ 65, 71). Həmçinin Məhkəmə X8rşı iş üzrə qərarında göstərmişdir ki, müştərisi ilə məsləhətləşmə apara və ondan nəzarət altında olmadan məxfi təlimatlar ala bilmədikdə, hüquqşünasın yardımı yararlılığını əhəmiyyətli dərəcədə itirir Həmçinin CPM-in 92.9.2-ci maddəsinə əsasən müdafiəçinin söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiə etdiyi şəxslə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq hüququ vardır. Qeyd olunanlardan göründüyü kimi Təqsirləndirilən şəxs Gəncə şəhərində tutulduqdan sonra ona dövlət hesabına təyin edilmiş vəkil tərəfindən səmərəli müdafiə həyata keçirilməmiş, formallığa yol verilmiş və onun müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi qismində təyin edilmiş onunla konfidensial ünsiyyət saxlamadan, Təqsirləndirilən şəxsla heç bir məsləhətləşmə aparmadan formal olaraq istintaq və təhqiqat hərəkətlərinin icraatının aparılmasında iştirak etmiş, müdafiəçinin Təqsirləndirilən şəxs hüquqlarının təmin edilməsində effektiv rolu olmamışdır. Cinayət işinin materiallarında olan sənədlər ibtidai istintaqın sonrakı mərhələlərində də istintaq orqanının təqsirləndirilən şəxsin “keyfiyyətli hüquqi yardım almaq hüququ”na hansı dərəcədə etinasız yanaşmasını bir daha təsdiq edir. Formal olaraq istintaq hərəkətləri aparılarkən müdafiəçinin iştirak etməsi və cinayət işinin materiallarında olan sənədlərin təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə tərtib olunması müdafiəçi tərəfindən təqsirləndirilən şəxsə yüksək keyfiyyətli hüququ yardım göstərildiyini deməyə əsas vermir, əksinə ittiham və müdafiə tərəflərinin bərabərliyinin təmin edilməsi məqsədi ilə müdafiəçinin prosesdə iştirakı açıq görülməli, müdafiəçinin təqsirləndirilən şəxsin mənafeyinə uygun bir hərəkət etməsi, müdafiəni səylə və səmərəli həyata keçirdiyi açıqaydın görünməlidir. Lakin hazırki işdə dövlət vəsaiti hesabına təyin edilmiş müdafiəçilərin passiv fəaliyyəti təqsirləndirilən şəxsin müdafiə hüquqlarına ciddi zərbə vurmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, müdafiəçinin təqsirləndirilən şəxslə bir dəfə də olsa görüşməməsi, onunla konfidensial ünsiyyət saxlamaması, təqsirləndirilən şəxsə heç bir hüquqi yardım göstərməməsi səbəbindən az ağır cinayət əməli törətməkdə ittiham olunan təqsirləndirilən şəxs uzun müddət müdafiəsiz qalmışdır. Məhz 2 gün sonra, yəni 18 yanvar 2020-ci il tarixdə təqsirləndirilən şəxs öz hesabına müdafiəçi ilə müqavilə bağlamış və bundan sonra yeni vəkil icraatda iştirak etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunanlar təqsirləndirilən şəxsin "praktik və səmərəli" hüquqi yardım hüququnun pozulduğunu göstərir. Cinayət işinin materiallarından görünür ki, dövlət hesabına təyin edilmiş vəkil bir dəfə də olsun təqsirləndirilən şəxslə konfidensial ünsiyyət saxlamamış, cinayət işi üzrə heç bir vəsatət, ərizə və s verməmiş, şəxsin müdafiə hüquqlarının təmin edilməsində, onun pozulmuş hüquqlarının bərpasında maraqlı olmamışlar. Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3 “c” yarımbəndində təsbit olunmuş hüququn məqsədi müdafiə tərəfini adekvat təqdim etməkdən ibarətdir (Mayzit Rusiyaya qarşı iş üzrə 20 yanvar 2005-cı il tarixli Qərarı, § 65). Çəkişmə prinsipi baxımından bu müddəanın məqsədi təqsirləndirilən şəxsə qarşı tərəflə müqayisədə onu əlverişsiz vəziyyətdə qoymayan şərtlərlə öz müdafiəsini qura bilməsi üçün ağlabatan imkan verməkdir (Bulut Avstriyaya qarşı iş üzrə 22 fevral 1996cı il tarixli Qərarı, § 47; Popov Rusiyaya qarşı iş üzrə 13 sentyabr 2006-cı il tarixli Qərarı, § 177). Təqsirləndirilən şəxsə təmin edilən "imkana" vəkillə məsləhətləşmə imkanı da daxildir (Kempbell və X17rşı, § 99; Qoddi İtaliyaya qarşı, § 31). Təqsirləndirilən şəxsə vəkili ilə məsləhətləşmək imkanın verilməsi müdafiənin hazırlanması üçün fundamental əhəmiyyət daşıyır (Bonzi İsveçrəyə qarşı (qər); Kan Avstriyaya qarşı, § 52). 6-cı maddənin 3(b) yarımbəndi Konvensiyanın 6-cı maddəsinin 3(c) yarımbəndi çərçivəsində hüquqi yardım hüququ ilə üst-üstə düşür (məsələn, bax: Lanz Avstriyaya qarşı, §§ 50-53; Öcalan Türkiyəyə qarşı [BP], § 148; Trepaşkin Rusiyaya qarşı (№ 2), §§ 159-168). 6-cı maddənin 3(c) yarımbəndi 6-cı maddənin 1-ci bəndi çərçivəsində ədalətli məhkəmə araşdırılması hüququnun müəyyən aspektlərini əhatə edir (Korreya de Matos Portuqaliyaya qarşı (qər.); Fuçer Fransaya qarşı, § 30). Bu yarımbənd təqsirləndirilən şəxsə qarşı məhkəmə icraatının müdafiə hüququ adekvat şəkildə təmin edilmədən keçirilməsinin qarşısını alır (Pakelli Almaniyaya qarşı, § 84). O, üç ayrıca hüququ ehtiva edir: özünü şəxsən müdafiə etmək, özünü seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə etmək və müəyyən şərtlər çərçivəsində pulsuz hüquqi yardımın təmin edilməsi (Pakelli Almaniyaya qarşı, § 31). Cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyyətlərindən biridir (Salduz Türkiyəyə qarşı [BP], § 51). Bir qayda olaraq, şübhəli polis məntəqəsində saxlandığı andan və ya məhkəməyəqədər həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmalıdır (Dayanan Türkiyəyə qarşı, § 31). X18rşı və Pelladoa Niderlanda qarşı iş üzrə qərarlarında Məhkəmə qeyd etmişdir ki, hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Buna görə də, Məhkəmənin rolu, prinsip etibarilə, müəyyən növ sübutların - məsələn, milli qanunvericiliyə görə qeyri-qanuni əldə edilmiş sübutun mümkün olub-olmadığını müəyyən etməkdən deyildir. Cavab verilməli olan sual bütövlükdə məhkəmə icraatının, o cümlədən sübutun əldə edilmə üsulunun ədalətli olub-olmamadığıdır. Bura iddia olunan qanunsuzluğun, başqa Konvensiya hüququnun pozulması halında müəyyən edilmiş pozuntunun xarakterinin nəzərə alınması daxildir (X21rşı, § 34; P.G. və C.H. Birləşmiş Krallığa qarşı, § 76; X13rşı, § 42). Bütövlükdə məhkəmə icraatının ədalətli olub-olmadığının müəyyən edilməsi zamanı həmçinin müdafiə hüquqlarına riayət edilib-edilmədiyi nəzərə alınmalıdır. Xüsusən, ərizəçiyə sübutun həqiqiliyinə və istifadəsinə qarşı etiraz etmək imkanının verilibverilmədiyi mütləq yoxlanmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, onun əldə edildiyi şərait və bu şəraitin sübutun etibarlılığına və səhihliyinə kölgə salıb-salmadığı mütləq nəzərə alınmalıdır. Əldə edilmiş sübut başqa materialla dəstəklənmədikdə, ədalətlilik problemi mütləq surətdə ortaya çıxmasa da, qeyd edilə bilər ki, sübut çox güclü olduqda və etibarlı olmamaq riski daşımadıqda, dəstəkləyici sübuta olan ehtiyac da müvafiq olaraq zəif olur (Bıkov Rusiyaya qarşı [BP], § 89; Yalloh Almaniyaya qarşı [BP], § 96). Bununla əlaqədar olaraq, Məhkəmə sözügedən sübutun məhkəmə icraatının nəticəsi üçün həlledici olub-olmadığına da əhəmiyyət verir (Gefgen Almaniyaya qarşı). Məhkəmə araşdırması zamanı da müəyyən edildi ki, Təqsirləndirilən şəxs tutularkən və onun üzərinə axtarış aparılarkən, eləcə də ondan izahat və ifadələr alınarkən onun müdafiə hüququ Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa Məhkəməsinin Presedent hüququnun tələblərinə uyğun olaraq təmin edilməmiş, o yüksək keyfiyyətli hüququ yardımla təmin edilməmiş, praktiki və real olaraq müdafiəsiz qalmışdır. Lakin bu müdafiənin səmərəliliyinə və keyfiyyətinə nəzər saldıqda, istintaq hərəkətlərində müdafiəçilərin hansı funksiyaları yerinə yetirdiyini, təqsirləndirilən şəxsin mənafeyinə uyğun olan hər hansı bir hərəkət edib-etmədiyini araşdırdıqda məlum olur ki, müqavilə əsasında işə qoşulmuş müdafiəçiyə kimi təqsirləndirilən şəxs faktiki olaraq müdafiəsiz qalmış, dövlət hesabına təyin olunmuş müdafiəçi onunla konfidensial ünsiyyət saxlamamışdır. Qeyd edilən faklardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiə hüququndan məhrum edilmiş, müdafiəçisi olmasına baxmayaraq yüksək keyfiyyətli hüququ yardım ala bilməmiş, müdafiə hüququ pozulmuş, nəticədə CPM-in tələbləri pozulmaqla törətmədiyi cinayətə görə ondan qismən etiraf ifadəsi alınmışdır. Bundan başqa, ən diqqətçəkən məsələlərdən biri də Təqsirləndirilən şəxs bədən səthində çoxsaylı xəsarətlərlə bağlıdır. Bu xəsarətlərin olması işin mübahisəsiz halıdır və ittiham tərəfi həmin xəsarətlərin yaranma səbəbini Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməsi və özünün avtomobildən düşən zaman alması ilə əsaslandırmışlar. Təqsirləndirilən şəxs isə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə qeyd edilən xəsarətlərin polis əməkdaşları tərəfindən polis idarəsində ona qarşı etdikləri çoxsaylı fiziki işgəncələr nəticəsində aldığını bildirmişdir. İttiham tərəfinin qənaətinə görə Təqsirləndirilən şəxs bədən səthində olan xəsarətlərlə bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılmış və bu xəsarətlərin Təqsirləndirilən şəxs tutularkən yarana biləcəyi qeyd edilmişdir. Prokurorluğun gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs olan xəsarətlərin polis əməkdaşları tərəfindən yetirilməsi sübuta yetməmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs işgəncəyə və ya zorakılığa məruz qalması və bununla bağlı müdafiə tərəfin mövqeyi əsaslı deyil. İş materiallarında olan Təqsirləndirilən şəxs saxlanma anını özündə əks etdirən videogörüntü ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs mülki geyimli polis əməkdaşları Təqsirləndirilən şəxs avtomobilinin qabaq sol qapısını açarkən sonuncu anidən avtomobili arxaya doğru hərəkət etdirmiş, avtomobil digər avtomobillərə dəyərək dayanmış, bu vaxt polis əməkdaşları yenidən yaxınlaşaraq onu avtomobilindən düşürmüşlər. Gəncə şəhər Prokurorluğunun müstəntiqinin 24 fevral 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs bədən səthində olan xəsarətlərin yaranma səbəbi araşdırlaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, birinci instansiya məhkəməsi isə müstəntiqin tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanmayan qərarını qənaətbəxş hesab edib Təqsirləndirilən şəxs işgəncəyə məruz qalması barədə müdafiə tərəfinin irəli sürdüyü dəlillərini rədd etmişdir. Məhkəmə kollegiyası ittiham tərəfin qeyd olunan dəlilləri ilə razılaşmağı mümkün hesab etmir və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent əhəmiyyətli hüquqi mövqeyinə uyğun olaraq aşağıdakıları qeyd edir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 3-cü maddəsində göstərilmişdir ki, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Boyuid Belçikaya qarşı iş üzrə 28 sentyabr 2015-ci il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətin ən fundamental dəyərlərindən birini qoruyur. Həqiqətən də işgəncə və qeyriinsani və ya insan ləyaqətini alçaldan rəftar və ya cəzanın qadağan olunması sivilizasiyanın dəyəridir və insan ləyaqətinə hörmətlə sıx əlaqədardır. Konvensiya ilə qorunan bir çox digər hüquq və azadlıqlardan fərqli olaraq 3-cü Maddə istisnanı qadağan edir və 15-ci maddənin 2-ci bəndinə müvafiq olaraq xalqın həyatına təhlükə yaradan fövqəladə hallarda belə bu maddədən istisnaya yol verilmir. Hətta ən çətin şəraitdə belə, məsələn, terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı, Konvensiya işgəncə və qeyri-insani və ya insan ləyaqətini alçaldan davranışı və ya cəzanı bu davranış və ya cəzaya məruz qalan şəxsin əməllərindən asılı olmayaraq, mütləq şəkildə qadağan edir. 3-cü maddəyə zidd pis rəftarın törədilməsi iddiaları müvafiq sübutlarla təsdiq olunmalıdır. Bu sübutları yoxlamaq üçün məhkəmə “ağlabatan şübhələrdən kənar” sübut standartları qəbul edir, lakin həmçinin əlavə edir ki, bu cür sübut kifayət qədər ciddi, aydın və uyğun nəticələr və ya faktların oxşar və etiraz edilməyən prezumpsiyalarından doğa bilər. Avropa Məhkəməsi həmin Qərarında daha sonra qeyd etmişdir ki, təcrid olunmuş şəxslər hakimiyyət orqanlarının nəzarətindədirsə və həmin orqanlar bundan açıq-aşkar xəbərdardırlarsa, bu saxlama müddətində şəxsin aldığı xəsarətlərlə bağlı ciddi faktiki prezumpsiyalar yaranacaq. Bu zaman sübutetmə yükü Hökumətin üzərinə düşür və Hökumət faktlardan ibarət sübutlar təqdim etməklə qurbanın hadisələrlə bağlı fikirlərini şübhə altına alan yetərli və inandırıcı izahatlar verməlidir. Bu, onunla əsaslandırılır ki, həbsdə olan şəxslər həssas durumdadırlar və hakimiyyət orqanları onları müdafiə etmək vəzifəsi daşıyır. Avropa Məhkəməsi xüsusilə vurğulamışdır ki, azadlıqdan məhrum edilən və ya ümumilikdə hüquq mühafizə orqanları əməkdaşlarının nəzarətindəykən şəxsə qarşı onun hərəkətlərindən doğan ciddi zərurət olmadığı təqdirdə fiziki güc tətbiq edilməsi onun ləyaqətini alçaldır və 3-cü maddənin pozuntusuna səbəb olur. Avropa Məhkəməsinin qənaətinə görə Dövlətin Konvensiyanın 1-ci maddəsi ilə nəzərdə tutulan “onların yurisdiksiyasında olan hər kəs üçün Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqları təmin etmək” vəzifəsinə istinad edərək qeyd olunmalıdır ki, 3-cü maddənin tələbinə görə, şəxs polis əməkdaşlarının və ya digər oxşar hakimiyyət orqanlarının nəzarətində olarkən 3-cü maddənin pozuntusu hesab olunan davranışdan əziyyət çəkdiyinə dair inandırıcı əsasları olan iddia irəli sürərkən bu iddia ilə bağlı səmərəli rəsmi istintaq həyata keçirilməlidir. Bu cür istintaqın əsas məqsədi Dövlətin vəzifəli şəxslərinin və ya qurumlarının cəlb olunduğu işlərdə işgəncə, qeyri-insani və insan ləyaqətini alçaldan rəftar və cəzanı qadağan edən yerli qanunların səmərəli şəkildə icrasını təmin etməkdir. Bundan başqa qeyd edilməlidir ki, polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə müvafiq xəsarətlərin yetirilməsi barədə şikayətin rədd edilməsinə dair cinayət prosesini həyata keçirən orqanın qanuni qüvvədə olan qərarının mövcud olması bununla bağlı məsələlərin məhkəmə baxışı zamanı araşdırılmasının qarşısını almır. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 dekabr 2021-ci il tarixli Qərarının 27-ci bəndində göstərilmişdir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə Cinayət- Prosessual Məcəlləsinin 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Gəncə şəhər Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə 24 fevral 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilən xəsarətlərin cinayət hesab edilməməsi barədə qərarı həmin məsələnin məhkəmə baxışında təkrar araşdırılmasını (cinayət təqibi halları istisna olmaqla) və nəzərə alınmasını istisna etmir. Gəncə şəhər prokurorluğunda Təqsirləndirilən şəxs müraciəti əsasında toplanmış 34c-20 nömrəli materialdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər prokuroruna müraciət edərək göstərmişdir: “xx.xx.2020-ci il tarixdə at 16:00 radələrində özünə məxsus nissan Maxima markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhərində yerləşən yeni bazarda tanımadığı bir neçə mülki geyimli şəxs ona hücum etmişlər, həmin vaxt avtomobildə külli miqdarda pul olduğu üçün hadisə yerindən qaçıb canını qurtarmağa çalışmış, amma ona nail olmamışdır. Həmin şəxslər onu Gəncə şəhər Baş Polis idarəsinə aparmışlar. Həmin şəxslərin polis əməkdaşı olmasını orada bilmişdir.Ondan silahı və narkotik vasitənin haradan almasını soruşmuşlar, əvvəlcə bunun zarafat olmasını fikirləşmiş, sonradan 14 nəfərin ona işgəncə verməyə başlaması məsələnin heç də zarafat olmadığını istərmişdir. Ona 13-14 saat işgəncə verdikdən sonra öləcəyini deyib, nə desələr boynuna alacağını bildirmiş, onu döydükləri vaxt onlara pul lazımdırsa pulunun olduğunu, verə biləcəyini demiş, ondan pulunun harada olmasını soruşmuşlar, o da avtomobildə və ofisində olduğunu demişdir. Daha sonra onu baxış keçirmək üçün ofisə aparmışlar, ofisdə onun tanışlarından heç kəs olmamış, o pulların yerini desə də oraya baxmamışlar. Ofisdən guya ona məxsus bağlama şkar olunmuşdur Orada quldurluğa məruz qalmasını düşünmüşdür. Avtomobilindən 50000 ABŞ olları, sənəd qovluğundan 4000 manat, şalvarının cibindən 63 manat, qol saatı, nişan üzüyü, Samsung markalı televizor, Nokia markalı telefonundan və güzgünün arxasındakı pullarından bixəbərdir. Gəncə şəhər BPl-nin CAl-nin Çingiz başda olmaqla adları yadında qalan Amil, Piran, (anlar və digər 10 nəfər əməkdaş ona qarşı dəfələrlə fiziki güc tətbiq edərək ona işgəncə etmişlər. Həmin şəxslərin qanun qarşısında cəzalandırılmalarını xahiş etmişdir.” Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X4 şəhər prokurorluğuna daxil olmuş 19 yanvar 2020-ci il tarixli 17/39-240 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 228.1, 228.4 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən həbsdə saxlanılan Təqsirləndirilən şəxs tibbi baxışdan keçirilən zaman onun sağ qulağında, sol gözaltı, sol qolunun dirsək nahiyyəsində, sol ayağının baş barmağında və ayağının beşinci barmağında qançır xəsarətləri aşkar edilmişdir. Bundan başqa iş materiallarında olan məhkəmə-tibb ekspertiza mərkəzinin 21 yanvar 2020-ci il tarixli, 105 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər sağ qulaq seyvanın, sol gözün alt qapağının, sol bazu,sol dirsək, hər iki diz və hər iki ayaq nahiyələrinin qançırları, sağ baldır nahiyəsinin sıyrığı - bərk KUT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ, cinayət-prosessual qanunvericiliyinin normaları və hazırki işin faktiki hallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs üzərində olan xəsarətlər məhz tutularaq polis şöbəsinə gətirilən zaman orada fiziki və mənəvi işgəncələrə məruz qalması nəticəsində yaranmışdır. Bunun əksi cinayət işinin materialları ilə müəyyən edilmir. Odur ki, Təqsirləndirilən şəxs işgəncəyə məruz qaldıqdan sonra həyata keçirilən bütün istintaq hərəkətləri ( onun üzərinə axtarış və götürmə, yaşadığı yerə baxış keçirilməsi və götürmə, şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə) etibarsız hesab edilməli və mötəbər sübut kimi qəbul edilməməlidir. Həmçinin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs istintaqın sonrakı gedişi zamanı onun tərəfindən törədilməsi istinad edilən əməllərin bəzi hallarda qismən etiraf etməsini atasının ona həbsdən buraxılacağı barədə polislə razılığa gəlməsi, müstəntiqin ona təqdim etdiyi sənədlərə imza edəcəyi təqdirdə onun tezliklə həbsdən azad olunması barədə təkidi ilə əlaqələndirməsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin qeyd etdiyi həmin xüsusatlar cinayət işi üzrə müəyyən edilmiş obyektiv hallarla uyğunluq təşkil etdiyindən həqiqətə uyğun, mötəbər qəbul edilməlidir. Çünki təqsirləndirilən şəxsin polis əməkdaşlarının ona qarşı işgəncə verməsi, fiziki təsir göstərməsi barədə şikayət verdikdən dərhal sonra ona istinad edilən əməlləri yenidən etiraf etməsi məntiqli qəbul edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, ittiham tərəfinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1, 228.1 və 228.4-cü maddələri ilə ittiham olunduğu cinayət əməllərini törətməsinə dair təqdim etdiyi sübutlar mahiyyət etibarı ilə əsaslı şübhələrdən kənar sübut standartlarına malik olan sübutlar deyil və bu sübutların mənbəyi mötəbər sayıla bilən sübutlar kimi qəbul edilə bilməz. Bundan başqa cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, onlar təqsirləndirilən şəxsə qarşı cinayət təqibinin təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar təqsirləndirilən şəxsə qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, polis əməkdaşları hazırki işdə maraqlı tərəfdir və iş materiallarında bu qədər ziddiyyətlərin olduğu bir şəraitdə onların ifadələri mötəbər ifadə kimi qəbul edilərək qiymətləndirilə bilməz. Polis əməkdaşlarının apardıqları əməliyyatın nəticəsi ilə bağlı əldə olunmuş sübutların mötəbərliyinin təsdiq edilməsi məqsədi ilə ittiham tərəfinin şahidi kimi dindirilməsi və məhz həmin ifadələr əsasında təqsirləndirilən şəxsin əvvəlcə ittiham, sonra isə məhkum edilməsi ilə bağlı hazırki cinayət işinin faktiki halları İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kobiaşvili Gürcüstana qarşı” xx.xx.2019-cu il tarixli qərarında əks olunmuş işin faktiki halları ilə üst-üstə düşdüyündən məhkəmə kollegiyası həmin Presedent hüququnun müddəlarının hazırki işə tətbiq edilməsini ədalət mühakiməsinin maraqlarına uyğun hesab edir. Həmin qərarında Avropa Məhkəməsi göstərmişdir: “Bəzi sübutların yaranma mənbəyinin həqiqiliyinə şübhə yarandıqda, həmin şübhələr digər mənbələrdən alınmış sübutlarla aradan qaldırıla bilər. Məhkəmə qeyd edir ki, ərizəçinin şəxsi axtarışı barədə mötəbər hesabatın olmaması şəraitində həmin halı təsdiq edən hər hansı başqa mötəbər sübut iş materiallarında mövcud olmamışdır. Yuxarıda qeyd olunduğu kimi, prosesdə iştirak edən şahidlərdən birinin ziddiyyətli ifadələri və ikinci şahidin inandırıcı olmamasına dair toplanmış materallar məhkəmə iclasında ətraflı tədqiq edilməmişdir. Polis əməkdaşlarına gəldikdə Avropa Məhkəməsi qeyd edir ki, onlar ərizəçiyə qarşı cinayət təqibinin təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar ərizəçiyə qarşı cinayət təqibinin nəticəsində maraqlı idilər. Onların maraqlılığı xüsusilə ərizəçinin narkotik maddənin onun cibinə polislər tərəfindən atıldığını iddia etdiyini nəzərə alaraq daha aydın görünürdü. Buna baxmayaraq onların ifadələri məhkəmələr tərəfindən avtomatik olaraq etibarlı sübut kimi qəbul edilmişdir. Məhkəmə hesab edir ki, ərizəçiyə qarşı istifadə edilən əsas sübutun əldə olunduğu üsul onun etibarlılığına və mötəbərliliyinə şübhə yaratmışdı. Bu sübutların əhəmiyyətini nəzərə alaraq, Avropa Məhkəməsi hesab edir ki, ərizəçinin şəxsi axtarışı zamanı yol verilmiş prosessual pozuntular, axtarışın faktiki şərtləri ilə əlaqəli olmayan ziddiyyətli sübutlar, məhkəmə prosesslərində qeyri-adekvat məhkəmə araşdırması, ərizəçinin narkotok maddənin ona aid olmadığına dair iddialarını daxili məhkəmələrin kifayət qədər araşdırmaması, ittihamı təsdiq edən sübutların zəifliyi ərizəçinin məhkəmə araşdırmasını tamamilə ədalətsiz etmişdir. Buna görə də Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozulmuşdur. (72-73-cü bəndlər). Məhkəmə kollegiyası hesab edir ki, hazırki cinatət işi üzrə sübutlar, eləcə də şahid polis əməkdaşlarının ifadələri CPM-in 125.1-ci və 125.2.1, 125.2.3. və 125.2.7-ci maddələrinin tələbləri pozulmaqla əldə edildiyindən, işin faktiki hallarına uyğun olmadığından, eləcə də, konstitusion prinsip olan həqiqət prinsipinin tələbləri ilə ziddiyyət təşkil etdiyindən, həqiqətin aşkara çıxarılmasına maneə yaratdığından hazırki cinayət işi üzrə sübut kimi qəbul edilməməlidirlər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrin şərh edilməsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bir daha məhkəmələrin nəzərinə çatdırmışdır ki, cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 16 yanvar 2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol, 16 yanvar 2020-ci il tarixli “baxış keçirilməsi və götürülmə aparılması haqqında” protokol, 16 yanvar 2020-ci il tarixli “yaşayış evinə baxış keçirilməsi haqqında” protokol, 16 yanvar 2020-ci il tarixli Təqsirləndirilən şəxs izahatı, 17 yanvar 2020-ci il tarixli şübhəli şəxsin dindirilməsi protokolu, 18 yanvar 2020-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolu Təqsirləndirilən şəxs müdafiə hüquqlarının pozulması, CPM qanunvericiliyin kobud pozulması, təqsirləndirilən şəxsə işgəncə yolu ilə əldə olunduğundan, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan sübutlar siyahısından xaric edilməlidir. CPM-nin 401.2 və 401.2.1-ci maddələrinə əsasən məhkəmənin hökm və ya qərarında əks etdirilmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmədikdə məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir. CPM-nin 402.0 və 402.0.2-ci maddələrinə əsasən irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökm və ya qərarında mötəbər olmayan, ziddiyyətli, yolverilməz və ya aid olmayan sübutlarla təsdiq edildikdə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar sübuta yetirilməmiş hesab edilir. CPM-nin 399.1, 399.1.2 və 399.1.3-cü maddələrinə görə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. “Yanoseviç İsveçə qarşı” məhkəmə işində Avropa İnsan Hüquqları Məhkəməsi bildirdi ki, sübutetmə yükü ittiham tərəfin üzərinə düşür və hər bir halda şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. CPM-nin 42.1-ci maddəsində qeyd edilmişdir ki, cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətə aidiyyəti sübuta yetirilmədikdə və ya şəxsin təqsirliliyi sübuta yetirlmədikdə təqsirləndirilən şəxsə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsində göstərilir ki şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Hazırki cinayət işinin hallarından görünür ki, 1 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş, 7,65x17 mm kalibrli, 450610 nömrəli “Sauer 38H” modelli atəşə yararsız yivli odlu silah hesab edilən tapança, həmin silahda və uyğun kalibrli digər odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulan 6 (altı) ədəd 7,65x17 mm kalibrli, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən istifadəyə və atəşə yararlı olan patronlar, 1 ədəd “Sauer 38H” modelli tapançaların funksional əhəmiyyət daşımayan, 9 ədəd 7,65x17 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı hesab edilən komplekt hissə olan sandıqça, 2 (iki) ədəd soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış kəsici-deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçaqları, 1 ədəd polietilen torbacıqda 7,898 (yeddi tam mində səkkiz yüz doxsansəkkiz) qram çəkidə kustar üsulu ilə hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin, bir ədəd kağız parçası bükümündə 0,835 (sıfır tam mində səkkiz yüz ottuz beş) qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesabedilən metamfetamin və bir ədəd kağız parçası bükümündə 0,502 (sıfır tam mində beş yüz iki) qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin mövcuddur. Lakin həmin psixotrop maddələrin və silahların Təqsirləndirilən şəxs məxsus olması sübuta yetirilmir. Təqsirləndirilən şəxs həmin narkotik maddələri və silahları əldə etməmiş, daşımamış, üzərində saxlamamışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməməsi əsası ilə CPM-in 42.1.4-cü maddəsinə əsasən ona bəraət verilməlidir. CPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-nin 350.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-nin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə görə bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Yuxarıda qeyd edilən qanunun normalarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1, 228.4 və 234.1-ci maddələri ilə verilmiş ittihamlar üzrə bəraət verilməli və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli, barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilməli, həmçinin hazırki cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən olunmamış qaldığından, hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll olunması üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli və Gəncə Şəhər Baş Polis İdarəsinin Təchizat qrupuna saxlanca vermiş maddi sübutlar- ümumilikdə qalıq çəkisi 8,685 (səkkiztam mində altı yüz səksən beş) qram, ayrı-ayrılıqda: 1) bir ədəd polietilen torbacıqda 7,748 (yeddi tam mində yeddi yüz qırx səkkiz) qram qalıq çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin, 2) bir ədəd kağız bükümündə0, 585 (sıfır tam mində beş yüz səksən beş) qram qalıq çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin, 3) bir ədəd kağız parçası bükümündə 0,352 (sıfır tam mində üç yüz əlli iki) qram qalıq çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin və 4) 01 (bir) ədəd atəşə və istifadəyə yarasız 7,65х17 mm kalibrli patron gilizi göndərilən materiallara əlavə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə məsrəfi olan ekspertiza tədqiqatlarının dəyəri 224,20 manat (iki yüz iyirmi dörd manat-20 qəpik) və 125,00 manat (yüz iyirmi beş manat-00 qəpik) manat məbləğində pul dövlətin hesabına aid edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə kollegiyası apellyasiya protesti ilə bağlı məsələyə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi CPM-in 397.1 və 397.2-ci maddələrinin vermiş olduğu səlahiyyətlərdən istifadə edərək və iş üzrə ətraflı yoxlama apararaq məhkuma yuxarıda ərtaflı şəkildə araşdırılmış faktlara görə bəraət verilməsi qənaətinə gəldiyindən, apellyasiya protestinin dəlilləri ilə məhkəmə kollegiyasının araşdırdığı dəlillərlə üst-üstə düşmədiyindən, məhkəmə hökmündə apellyasiya protestinin dəlillərinə münasibət bildirilməmiş, həmin dəlillərin əsaslı və ya əsassız olması qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və CPM-nin 42.1.4, 42.2.4, 344-347, 349, 350, 352, 353, 356, 397, 398, 399, 401, 402 və 407-410-cu maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Kəlbəcər Rayon Məhkəməsinin 9 iyun 2023-cü il tarixli, 1(040)-1/2023 saylı hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs istinad edilən cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 228.1 və 228.4-cü maddələri ilə verilmiş ittiham üzrə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hazırki cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən olunmamış qaldığından, hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll olunması üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin və Gəncə Şəhər Baş Polis İdarəsinin Təchizat qrupuna saxlanca verilmiş maddi sübutlar - ümumilikdə qalıq çəkisi 8,685 (səkkiz tam mində altı yüz səksən beş) qram, ayrı-ayrılıqda: 1) bir ədəd polietilen torbacıqda 7,748 (yeddi tam mində yeddi yüz qırx səkkiz) qram qalıq çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin, 2) bir ədəd kağız bükümündə 0, 585 (sıfır tam mində beş yüz səksən beş) qram qalıq çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin, 3) bir ədəd kağız parçası bükümündə 0,352 (sıfır tam mində üç yüz əlli iki) qram qalıq çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin və 4) 01 (bir) ədəd atəşə və istifadəyə yarasız 7,65х17 mm kalibrli patron gilizi materiallara əlavə edilsin. Təqsirləndirilən şəxs bəraət verildiyi üçün, məhkəmə məsrəfi olan ekspertiza tədqiqatlarının dəyəri 224,20 manat (iki yüz iyirmi dörd manat-20 qəpik) və 125,00 manat (yüz iyirmi beş manat-00 qəpik) manat məbləğində pul dövlətin hesabına aid edilsin. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-5/2025
Gəncə Apellyasiya Məhkəməsi Hökm — İş №1(104)-5/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver