Məhkəmə qərarları › İş №1(104)-6/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-6/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-6/2025 30.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), X19 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-32/2023 nömrəli hökmündən məhkumun müdafiəçisi və zərərçəkmiş hüquqi şəxsin direktoru tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakim Elmin Rüstəmovun sədrliyi, hakimlər Faiq Mahmudov və Roman Ələkbərlidən ibarət tərkibdə) xx.xx.2023-cü il tarixli, 1(100)- 32/2023 nömrəli hökmü ilə xx.xx.1986-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Naxçıvan MR, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla Tovuz rayonunun Abulbəyli kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-in 46-cı maddəsi tətbiq edilməklə ona 1 il 6 ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6000 (altı min) manat miqdarında cərimə cəzasının təyin edilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, həmçinin iş üzrə qaldırılmış mülki iddia baxılmamış saxlanılmış və zərər çəkmiş şəxs "xxxx" MMC-yə mülki mühakimə qaydasında müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilmiş, məhkəmə xərci və maddi sübutla bağlı məsələlər həll edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olan Nümayəndə2 direktoru X14 01 fevral 2019-cu il tarixli, AK 1902/22 nömrəli əmri ilə həmin MMC-nin Tovuz və Qazax rayonlarında fəaliyyət göstərən mağazalarında müdir vəzifəsinə təyin olunmaqla işlədiyi 01 fevral 2019-cu il tarixdən 29 sentyabr 2020-ci il tarixədək olan dövr ərzində MMC-nin direktoru Tamer Pektaş ilə bağladığı 01 fevral 2019-cu tarixli əmək müqaviləsi və həmçinin həmin tarixli “Tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən işəgötürənin əmlakına qayğı ilə yanaşmağa, işəgötürənin əmlakından, pul vəsaitindən, digər aktivlərindən yalnız üzərinə düşən vəzifə öhdəliklərinin icrası üçün istifadə etməyə, işəgötürənin əmlakını və əmlak maraqlarını oğurluq, ziyan, korlama və istənilən tipli digər itkidən qorumağa, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin qeydinə qalmağa görə tam həcmdə maddi məsuliyyət daşıdığı halda, tamah məqsədilə, əvəzsiz və qanunsuz olaraq öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə nağd şəkildə satılmış mallara görə müştərilərdən MMC-yə məxsus qəbzlə topladığı pulları tam şəkildə xəzinəyə mədaxil etməyə cavabdeh olmasına baxmayaraq ona təhkim edilmiş “Magaza Tovuz” və “Magaza Qazax” adlı xüsusi icazəli "xxxx" və müxtəlif paroldan istifadə etməklə kompüter şəbəkəsi vasitəsilə işlədiyi müəssisənin “1C” mühasibatlıq proqram təminatına daxil olub verdiyi sifarişlərə uyğun olaraq Abşeron rayonu “Abşeron quşçuluq sovxozu” adlanan ərazidə yerləşən "xxxx" MMC-nin mərkəzi anbarı və cəmiyyətin tabeliliyində olan digər mağaza və anbarlarından MMC-nin sürücüləri Şahid21 idarə etdiyi “X22” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı, Şahid20 idarə etdiyi “Ford Tranzit” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı, Şahid22 idarə etdiyi “Hyundai HD-72” markalı H027554 dövlət qeydiyyat nişanlı, Şahid23 idarə etdiyi “Mitsubishi Fuso” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı, eləcə də fərdi qaydada yük daşıma fəaliyyəti ilə məşğul olan “Lüti” ləqəbli Şahid24 idarə etdiyi “Mercedes Benz 303” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilləri ilə gətirilərək xx.xx.2019-cu il tarixli icarə müqaviləsi əsasında fəaliyyət göstərən ünvan 4 ünvanda yerləşən “Arçelik Tovuz” mağazası üzrə 28 noyabr 2019-cu il tarixdən 30 avqust 2020-ci il tarixə kimi olan müddət ərzində, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi əsasında fəaliyyət göstərən Qazax şəhəri, Heydər Əliyev prospekti, 161 ünvanda yerləşən “Arçelik Qazax” mağazası üzrə 06 yanvar 2020-ci il tarixdən 30 avqust 2020-ci il tarixə kimi olan müddət ərzində müxtəlif təyinatlı məişət avadanlıqları mallarını rəhbəri olduğu mağazalara satış üçün qəbul etdikdən sonra, öz qulluq mövqeyindən sui-istifadə edərək ona etibar edilmiş Cəmiyyətə məxsus əmlakı mənimsəmək məqsədilə 28 noyabr 2019-cu il tarixdən 30 avqust 2020-ci il tarixə kimi olan müddət ərzində “Arçelik Tovuz” mağazası üzrə müxtəlif təyinatlı məişət elektrik avadanlıqlarının satışından əldə edilmiş pulları işlədiyi müəssisənin xəzinəsinə və bank hesabına ödəmədən öz şəxsi ehtiyaclarına xərcləyərək qanunsuz və əvəzsiz olaraq özünün mülkiyyətinə keçirməklə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgənin, yəni "xxxx" MMC-in ümumillikdə 6000 (altı min) manat dəyərində xeyli miqdarda əmlakını mənimsəyərək talamışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi və zərərçəkmiş hüquqi şəxsin direktoru tərəfindən apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Məhkumun müdafiəçisi apellyasiya şikayətində hökmün ləğv edilməsini və məhkuma bəraət verilməsini, dövlət ittihamçısı apellyasiya protestində hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə və zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməklə yeni ittiham hökmü çıxarılmasını, zərərçəkmiş hüquqi şəxsin direktoru apellyasiya şikayətində hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində ən ağır cəza təyin edilməklə və zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protestinin və şikayətlərinin dəlilləri: Dövlət ittihamçısı hökmdən verilmiş apellyasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə, Təqsirləndirilən şəxs maddi məsul şəxs olmaqla “1C” mühasibatlıq proqram vasitəsi ilə verdiyi sifarişlərə uyğun olaraq "xxxx" MMC-nin mərkəzi anbarlarından sürücülər tərəfindən göndərilmiş müxtəlif təyinatlı məişət elektrik avadanlıqlarının satışından əldə edilmiş pulları işlədiyi müəssisənin xəzinəsinə və bank hesabına ödəmədən pulların mənimsənilməsini qəbul etsə də, mənimsənilmiş əmlakın miqdarı hissəsində istintaqın gəldiyi nəticəni mübahisələndirmişdir. Lakin, məhkəmə hökmündə istintaq orqanı tərəfindən verilmiş ittihamın təkzib edilməsi, eyni zamanda, ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivləri əsaslandırılmamış, sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilməmiş və bununla da, məhkəmə Təqsirləndirilən şəxs əməlini tövsif etməklə işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, istintaqla Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-nin Tovuz rayonunda yerləşən mağazada, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-nin Qazax rayonunda yerləşən mağazada, mağaza müdiri vəzifəsində işlədiyi dövr ərzində ona inanılıb tapşırılmış ümumillikdə 73.477,00 manat dəyərində 53 adda 144 sayda əmlakı vahid qəsdlə mənimsəməklə talamışdır. Təqsirləndirilən şəxs təqsirliliyi Təqsirləndirilən şəxs özünün "xxxx" MMC-yə və 03 oktyabr 2020-ci il tarixdə Tovuz rayon prokurorluğuna verdiyi izahatları, şahid ifadələri, üzləşdirmə və baxış protokolları, təftiş yoxlamasının aparılmasına dair aktlar, audit yoxlamasının nəticələrinə dair rəyləri, iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq, əlavə məhkəmə kompüter-texniki və əlavə məhkəmə-mühasibat ekspertizalarının rəyləri, iş üzrə tərtib edilmiş istintaq hərəkətlərinin protokolları və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs müdir olduğu "xxxx" MMC-nin Tovuz və Qazax rayonlarında fəaliyyət göstərən mağazalarında xx.xx.2020-ci il tarixdə aparılmış inventarizasiya nəticəsində hər iki mağaza üzrə mal çatışmazlığı müəyyən edilmişdir. İnventarizasiya nəticəsində tərtib edilmiş cədvəllər Təqsirləndirilən şəxs, komissiya üzvləri və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs inventarizasiyanı həyata keçirmiş şəxslərlə bilrikdə sayımda iştirak etmiş, yaranmış çatışmazlığı qəbul etmiş və tərtib edilmiş aktları kənar təsir olmadan öz imzası ilə təsdiq etmiş, Təqsirləndirilən şəxs pul vəsaitlərinin mənimsədiyini bildirərək ilkin olaraq 4.000 manat ödəmişdir. 31 avqust 2020-ci il tarixdə "xxxx" MMC-yə yazdığı izahatında və 03 oktyabr 2020-ci il tarixdə prokurorluğa verdiyi izahatında da satışlardan əldə olunmuş nağd pulu mənimsəyib şəxsi məsrəflərinə sərf etdiyini etiraf etmişdir. Qeyd olunanlarla bağlı "xxxx" MMC-nin sifarişi əsasında ayrı-ayrı tarixlərdə iki dəfə audit yoxlaması aparılmışdır. Hər iki auditor hesabatında Təqsirləndirilən şəxs öhdəsində 144.525 manat çatışmazlığın olması təsdiq edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli rəyi ilə də inventarizasiya sənədlərində olan imzaların Təqsirləndirilən şəxs tərəfindən icra edilməsi müəyyən edilmişdir. Həmçinin iş materiallarından göründüyü kimi, inventarizasiya yoxlamasının əhatə etdiyi dövr üzrə Təqsirləndirilən şəxs 46909,0 manat dəyərində müxtəlif çeşidli məişət avadanlıqları Tovuz və Qazax mağazalarından müxtəlif bəhanələrlə MMC-nin digər mağazalarına məxaric etmiş, inventarizasiyadan sonra isə həmin malları geri Tovuz və Qazax mağazalarına mədaxil etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2020-xx.xx.2020-ci il tarixləri aralığında ayrı-ayrı müştərilər tərəfindən Tovuz mağazasına nağd şəkildə ödənilmiş 39.923 manat məbləğdə ödənişləri gizlədərək mağazanın xəzinəsinə mədaxil etmədən mənimsəməsi də təsdiq edilmişdir. Belə ki, "xxxx" MMC-nin Tovuz mağazası üzrə satış məsləhətçisi işləyən Şahid12 qızının istintaqa təqdim etdiyi qeyd kitabçalarına baxış zamanı müəyyən edilmişdir ki, Tovuz rayon sakinləri Şahid25 və digərləri xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC-nin “Arçelik Tovuz” mağazasında nağd qaydada müxtəlif çeşidli məişət elektrik avadanlıqları aldıqlarına baxmayaraq adları “1C” mühasibatlıq proqramında satış hissəsində qeyd edilməmişdir. Həmin müştərilər məhkəmə istintaqı zamanı da şahid qismində dindirilərkən kitabçada qeyd edilən tarixlər üzrə malları nağd qaydada aldıqlarını təsdiq etmişlər. Bundan başqa iş üzrə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, malın müştəriyə çatdırılması ilə bağlı xərclər ayrıca olaraq qeyd kitabında yazılmışdır. Əgər müştəri malı özü ilə aparırdısa qeyd kitabçasında həmin müştəriyə aid məlumatlar yazılmamış, yəni həmin kitabçalar yalnız xərclərin dəqiq uçotunu aparmaq üçün yazılmışdır. Həmin müştərilərə aid bütün məlumatlar “1C” proqram təminatında olan satış cədvəli ilə müqayisəli tədqiq edildikdə müəyyən edilir ki, yuxarıda qeyd edilən 47 nəfər müştəriyə ümumillikdə 39.923 manat dəyərində mallar nağd şəkildə satılmasına baxmayaraq edilmiş satışlarla bağlı proqram təminatında satış sənədləri yaradılmamış və ödənişlər də daxil edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid12 və Şahid11 ifadələrində adları çəkilən şəxsləri müştəri kimi tanıdıqlarını, göstərilən malları nağd qaydada müştərilərə satdıqlarını, satışdan olan pulları isə Təqsirləndirilən şəxs verdiklərini, ümumiyyətlə işlədikləri dövr ərzində nağd satışla bağlı sistemə hər hansı məlumatları daxil etmədiklərini, gündəlik satışdan olan pulları Təqsirləndirilən şəxs verdiklərini göstərmişlər. İşin faktiki hallarından görünür ki, “Ultratek" MMC-yə məxsus malların təsərrüfatdaxili hərəkətinin (bir anbardan digər anbara, bir ticarət obyektindən digər ticarət obyektinə) “1C” mühasibatlıq proqram təminatı üzərindən, yəni elektron şəkildə aparılmışdır. "xxxx" MMCnin tabeliyində olan mağaza müdirləri, o cümlədən Təqsirləndirilən şəxs "xxxx" və paroldan istifadə etməklə ona təhkim edilmiş kompüter vasitəsilə MMC-nin “1C” mühasibatlıq proqramına daxil olaraq malların sifarişini etmiş, sifariş qoyulmuş mallar üzrə MMC-nin mərkəzi anbardan və ya digər mağaza müdiri “1C” mühasibatlıq proqramına daxil olaraq qoyulmuş sifarişi təsdiq etmiş və yalnız bundan sonra sifariş qoyulmuş malların bir anbardan digər anbara çatdırılması prosesi həyata keçirilmişdir. Həmin sifariş sənədində malların adını, miqdarı və hansı anbardan sifariş olunacağı qeyd edilmiş, sifariş sənədində göstərilən malların miqdarı sifariş verilən anbarda olmamışdırsa bu barədə avtomatlaşdırılmış şəkildə “1C” mühasibatlıq proqramında elektron bildiriş verilmişdir. Mağaza müdiri malların adına və ya miqdarına düzəliş etməklə “təsdiq et” düyməsini seçmiş, malları göndərən anbar və ya mağaza anbarı həmin sifariş sənədinin əsasında yerdəyişmə sənədi yaratmış, yerdəyişmə sənədində “əlavə et" düyməsini seçmiş və sifariş olunan malların adı və miqdarı avtomatik olaraq həmin sənəddə qeyd olunmuşdur. Bundan sonra mağaza müdiri “təsdiq et” düyməsini seçərək sənədi təsdiq etmişdir. Yerdəyişmə sənədi təsdiq olunduqdan sonra mallar “1C” mühasibatlıq proqram təminatı üzərindən göndərən tərəfin anbar qalığından silinərək sifariş yaradan tərəfin anbar qalığına əlavə edilmişdir. Bundan sonra sifariş olunmuş mal mağazaya göndərilmişdir. Sifariş olunmuş mallarla göndərilən mal arasında fərq olduğu halda mağaza müdiri ilə dəqiqləşdirdikdən sonra “1C” proqram təminatında müvafiq dəyişikliklər edilmişdir. Mağaza müdiri hər hansı malı satdıqdan sonra bu barədə müvafiq qeydlərini sistemə daxil edib və kassada toplanmış nağd pul vəsaitini hər iş günü Cəmiyyətin Azərbaycan Beynəlxalq Bankında olan hesabına mədaxil etmişdir. Mağaza müdiri satışla bağlı məlumatları proqram təminatına daxil etdikdən sonra həmin sistemə də müdaxilə etmək, dəyişdirmək və ya silmək texniki cəhətdən mümkün olmamışdır. İş üzrə Şahid3 və digərlərinin ifadələrindən görünür ki, yerdəyişmə sənədi elektron qaydada fərqli nömrə altında olsa da, mağaza müdiri tərəfindən verilmiş sifarişin ilkin kodu həmin yerdəyişmə sənədində göstərilir, daxili yerdəyişmə qaiməsi çap olunmaqla sifariş verilmiş mallar yığılır və MMC-nin sürücüləri və ya yük daşıma fəaliyyəti ilə məşğul olan kənar sürücü vasitəsilə mallar sifarişi vermiş mağazaya çatdırılır. Anbardar malları imza etdirməklə sürücüyə təhvil verir, mağaza müdiri isə yerləşdiyi sifarişinə uyğun olaraq malları sürücüdən qəbul edir. Bu zaman sürücü ilə sifarişi alan mağaza müdiri və ya sonuncunun işçiləri arasında hər hansı qaimə tərtib edilmir və ya sürücü anbardan götürüdüyü qaiməyə təhvil verərəkən də imza etdirmir. Bəzən isə mağaza müdiri mağazada olarkən qaiməyə imza edir. Eləcə də bu kimi hallarla bağlı bəzi mağazalarda işçilər malları sürücülərdən təhvil alarkən qaralama kimi istifadə etdikləri dəftərlərdə müvafiq qeydiyyat aparırlar. Əgər hər hansı çatışmazlıq, uyğunsuzluq, yəni mağaza müdiri sifariş verdiyi malların sayı anbardan gələrkən az olarsa bu barədə “outlook” proqramı vasitəsilə dərhal sifarişi icra etmiş şəxsə, yəni anbardara və ya rəhbər işçilərə, eləcə də əməliyyat uçotu və nəzarəti üzrə mütəxəssisə “Outlook” proqramı vasitəsilə şikayət xarakterli məlumat verilir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində Təqsirləndirilən şəxs verdiyi sifarişlər üzrə qəbul edilən malların əskik gəlməsi və ya hər hansı digər uyğunsuzluq halı ilə bağlı onun tərəfindən MMC-nin rəhbərliyinə şifahi və yazılı müraciət daxil olmamışdır. Nadir hallarda mağaza müdirləri xəzinədə toplanmış pul vəsaitini Cəmiyyətin Mərkəzi ofisinə iclasa gələrkən, orada MMC-nin xəzinədarına təhvil vermişlər. Təqsirləndirilən şəxs də xəzinəsində gündəlik satışdan və kredit ödənişlərdən toplanmış pul vəsaitini əlbəəl MMC-nin xəzinəsinə təqdim etməsi istisna olunmur, bunu pul vəsaitlərinin yerdəyişmə sənədləri əsasında müəyyən etmək olar. Lakin hər bir halda pul ödənilirsə xəzinə qəbzləri tərtib edilir. Həmçinin, sisteme giriş üçün “login” və parol yalnız mağaza müdirinə aiddir, “1C” mühasibatlıq proqramında sifarişlər yerinə yetirilərkən icra edilmiş əməliyyatların arxa tarixlə əvəz edilməsi və ya dəyişdirilməsi texniki cəhətdən mümkün deyildir. Təqsirləndirilən şəxs “1C" proqram təminatı üzərindən sifarişi yerləşdirməklə təsdiq etmişdirsə bu halda təsdiqlənmiş sifariş tarixinə hər hansı dəyişiklik və ya kənar müdaxilə mümkün deyildir. Habelə, Təqsirləndirilən şəxs məlumatı olmadan heç kim onun pəncərəsindən arxa tarixə hər hansı sifariş olunması görüntüsünü yaradan sifariş logu yarada bilməz. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, mərkəzi anbardan gələn malları qaimələrə uyğun olaraq özü qəbul edib bu barədə imza etmiş, lakin elə hallar da olmuşdur ki, o, malları qəbul edən zaman heç bir qaiməyə imza etməmişdir. Qəbul etdiyi malların hamısını da sistemə işləmişdir. O, özü mağazada olmayanda isə mağazaya gətirilən malları satıcılar olan Aytac və Vüsal qəbul edib bu barədə özlərində qeydiyyat aparmışlar. Həmin malların qəbulu ilə bağlı da heç bir qaimələrə imza edilməmişdir. Onun həmin qaimlərə imza etməməyinə baxmayaraq qəbul etdiyi malların hamısını sistemə işləmişdir. Gündəlik olaraq da mağazada satılan malların hamısı sistemə işlənmişdir. Tovuz mağazasının istifadəsində olmuş “Hp” markalı kompüter cihazının yaddaşında olan “Outlook” kommunikator proqramına baxış protokolundan görünür ki, mailto:tovuz@texnomart.azElektron ünvan 1 adlı istifadəçi tərəfindən “1C” mühasibatlıq proqram təminatında qoyulmuş sifarişlərlə göndərilmiş mallar arasında hər hansı uyğunsuzluq olması barədə mailto:fariz.aghayev@texnomart.azElektron ünvan 2 adlı istifadəçiyə heç bir yazılı məsaj göndərilməmişdir. İşin faktiki hallarından göründüyü kimi, "xxxx" MMC-nin sürücüləri Şahid22, Şahid21, Şahid20, Şahid23 və fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan Şahid24, Təqsirləndirilən şəxs tərəfindən “1C” mühasibatlıq proqram təminatına yerləşdirilmiş sifarişlərə uyğun olaraq müxtəlif təyinatlı məişət avadanlıqları mallarını Cəmiyyətin mərkəzi anbarından qəbul edib Tovuz mağazasına aparmışlar. Qaimə üzrə təhvil alınan malların hamısı mağaza müdiri Təqsirləndirilən şəxs, sonuncu olmadıqda isə mağazaların satıcılarına təhvil verilmişdir. "xxxx" MMC-nin sürücüsü olmayan şəxs Cəmiyyətin Mərkəzi anbarından və ya digər mağazadan Tovuz mağazasına mal gətirirdisə həmin mağazanın satış məsləhətçiləri Şahid12 və Şahid11 həmin sürücüyə xərc kimi ödənilmiş daşıma haqqının düzgün uçotunu aparmaq üçün bu barədə mağazada olan kitabçalarda qeydiyyat aparmış, bu zaman sifarişdən alınmış mal barədə də müvafiq qeydləri göstərmişdir. Belə ki, şahid qismində dindirilmiş Tovuz mağazasının satış məsləhətçiləri Şahid12 və Şahid11 ifadələrində göstərmişlər ki, MMC-nin mərkəzi anbarından və digər mağazalardan Tovuz filialına gətirilən mallar əgər malların sayı çox olardısa cəmiyyətin sürücüləri tərəfindən gətirilmiş, sifariş edilən malların sayı az olduqda həmin sürücülər malları Sədərək ticarət mərkəzində rayonlara sərnişin və mal daşıyan MMC-nin işçisi olmayan “Lüti” kimi tanıdığı Ərşad adlı şəxs vasitəsilə gətirilmişdir. Mallar mağazaya gətirilən zaman, əgər Təqsirləndirilən şəxs özü mağazada olmurdusa malları o və Vüsal qəbul edib bu barədə dəftərdə qeydiyyat aparmışlar. Onlar heç vaxt malları Ərşaddan təhvil alarkən Bakı şəhərində ona verilmiş qaimələrə imza etməmişlər. Sadəcə qeyd etdiyi kimi bu barədə dəftərdə qeydiyyat aparmışlar. Odur ki, qeyd kitabçalarında mağaza tərəfindən qəbul edilmiş malların tam siyahısı yoxdur, belə ki, mallar MMC-nin sürücüləri tərəfindən gətirilirdisə onlara daşıma pulu verilməmiş və dəftərdə qeydiyyat aparılmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid24 ifadəsində bildirmişdir ki, "xxxx" MMC-nin sürücülərindən malları Sədərək TM-dən təhvil götürdükdən sonra həmin malları gətirib cəmiyyətin Tovuz rayon filialına təhvil vermişdir. Həmin mağazada da əksərən satıcılar olmuş, malları gətirib təhvil verən zaman satıcılar kitabçada bu barədə özlərində qeydiyyat aparmışlar. Həmin qeydiyyatlar əsasında da gətirdiyi malların sayımına uyğun olaraq daşıma haqqı almışdır. Bakı şəhərində ona verilmiş malları təhvil almağına dair kağızların heç birinə imza etdirməmişdir. "xxxx" MMC-nin sürücüləri Şahid20, Şahid21, Şahid23 və Şahid22 ifadələrində həmin xüsusatı təsdiq etmişlər. İş materiallarında olan daxili yerdəyişmə qaimələrindən görünür ki, MMC-nin mərkəzi anbarından və digər mağazalardan çıxan mallar Tovuz mağazasına göndərilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 14 aprel 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, 11 aprel 2020-ci il tarixli 1232 nömrəli və 02 iyun 2020-ci il tarixli 1809 nömrəli daxili yerdəyişmə qaimələrinin aşağı sağ hissələrində “Qəbul etdi:” qrafalarında olan imzalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Bu da Təqsirləndirilən şəxs adı çəkilən daxili yerdəyişmə qaimələrinə imza edərək malları qəbul etdiyini təsdiq edir. işin faktiki hallarından görünür ki, "xxxx" MMC-nin Qazax rayonunda yerləşən “Arçelik Qazax” mağazasının anbarı olmadığına görə həmin mağazanın adından sifariş olunmuş mallar Tovuz mağazasının anbarına yığılmışdır. Təqsirləndirilən şəxs Qazax mağazasının proqram təminatı vasitəsilə yerləşdirdiyi sifarişlər üzrə mallar Tovuz mağazasındakı anbardan çəkilmişdir. Eyni zamanda iş üzrə Şahid12 qızı tərəfindən təqdim edilmiş “arçelik 2016”, “arçelik 2017” və “arçelik 2018” yazısı yazılmış qeyd kitabçalarında göstərilən müxətlif tarixlərdə və adda təhvil alınmış mallar məhkəmə-kompüter texniki ekspertizasının 07 yanvar 2022ci il tarixli, 5/1410 nömrəli rəyində göstərilən müdaxilə edilməsi mümkün olmayan “LOG" fayllarda sadalanmış mallarla qarşılaşdırıldıqda müəyyən edilir ki, Tovuz mağazası tərəfindən sifariş verilmiş mallar ad, marka, model və saylarına uyğun olaraq tam şəkildə Tovuz mağazasında təhvil alınmışdır. Göründüyü kimi, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri aralığında mağaza müdiri Təqsirləndirilən şəxs tərəfindən cəmiyyətə etmiş olduğu sifarişlərdə göstərilən malların adı, sayı, modeli, mağazanın satıcıları Şahid12 tərəfindən təqdim edilmiş qeydiyyat kitabında məhz həmin sifariş verilmiş malların mağazaya gətirilib çatdırılmaqla Təqsirləndirilən şəxs istifadəsinə verilməsi öz təsdiqinin tapır. İş üzrə təyin edilmiş əlavə məhkəmə kompüter-texniki ekspertizasının 07 yanvar 2022-ci il tarixli, 5/1410 nömrəli rəyindən görünür ki, xx.xx.2020-xx.xx.2020-ci il tarixlər aralığında aparılmış araşdırma nəticəsində mağaza Tovuz və Qazax tərəfindən "xxxx" MMC-nin “1C” proqram təminatında 174 ədəd "xxxx" fayl bərpa edilmişdir. Araşdırma “1C” proqramın "xxxx" fayl bazasında yuxarıda qeyd olunan sənəd nömrələri üzərində aparılmışdır. Araşdırma nəticəsində yuxarıda qeyd olunan sənəd nömrəli fayllara “1C” proqram təminatının bazasında qeyd olunan "xxxx" fayl jurnalında kənar müdaxilənin olması barədə heç bir qeydiyyat daxil olmamışdır. Xüsusi icazəsi olan şəxs qeyd olunan nömrəli sənədlərə müdaxilə edə bilər və bu edilən müdaxilə “LOG" jurnalında qeydiyyat olunur. "xxxx"-ları dəyişdirmək olmur, yalnız silmək olar və bu əməliyyatıda “1C” proqramında xüsusi icazəsi olan şəxs edə bilər. İzinin itirilməsi üçün həmin “LOG" fayl silinməlidir. Tovuz və Qazax mağazaları tərəfindən xx.xx.2020-xx.xx.2020-ci il tarixləri aralığında yaradılmış "xxxx" fayıllarda daxili və ya kənar müdaxilə aşkarlanmamışdır, (cild Vİİ, səh 26-30) Göründüyü kimi, "xxxx" MMC tərəfindən tabeliyində olan mağazalara Mərkəzi anbardan mallar göndərilərkən və mağazalar arası yerdəyişmə aparılarkən Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada ciddi hesabat blanklarından istifadə edilməsə də malı almış mağazanın müdiri Cəmiyyətin proqram təminatına yerləşdirdiyi sifarişə uyğun olaraq malların alınmasını və onun maddi məsuliyyətinə yazıldığını sistemdən aydın şəkildə görmüş, sonra malı qəbul etmiş və malların satışına nəzarət etmişdir. Sifarişdə göstərilənlərlə göndərilən mal arasında fərq olduğu halda mağaza müdiri düzəliş etmək üçün baş ofisə müraciət etmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxs mağaza müdiri kimi hər hansı mal satıldıqdan sonra bu barədə müvafiq qeydlərini “1C” proqram təminatında aparmağa cavabdeh şəxs olmuşdur. Şahid qismində dindirilmiş Tovuz və Qazax mağazalarının satıcıları ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs onlara proqram təminatına daxil olaraq nağd və ya kredit yolu ilə həyata keçirilmiş satışları mühasibatlıq proqramına daxil etməyə icazə verməmiş, onlar yalnız kredit yolu ilə satılmış malların aylıq ödənişlərini sistemə daxil etmişlər. Satılmış malların hamısını Təqsirləndirilən şəxs proqram təminatına özü işləmiş, gündəlik satışdan olan pulları da bank vasitəsilə baş ofisə göndərmək adı ilə hər iş günün sonunda və ya ertəsi gün özü ilə götürmüşdür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının Sərbəst X1 tərəfindən tərtib edilmiş 11 yanvar 2022-ci il tarixli audit rəyinin nəticə hissəsində göstərilmişdir ki, Nümayəndə2 “1C” proqram təminatının ümumi serverində yerləşən qeydiyyat jurnalında olan müdaxilə edilməyən "xxxx"-lara əsasən MMC-nin “Tovuz” və “Qazax” mağazalarında müdir işləmiş Təqsirləndirilən şəxs maddi məsuliyyətində müxtəlif növ elektrik məişət əşyaları olan ümumi mal qalığından xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 52 adda 70.108,00 manat dəyərində malların əskikgəlməsi müəyyən edilmiş, həmin məbləğə qədər "xxxx" MMC-yə ziyan vurulmuşdur (cild Vİİ, səh 52-79). İş üzrə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının 19 yanvar 2022-ci il tarixli, 9/303 nömrəli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli Sərbəst X2 tərəfindən tərtib edilmiş hesabatda göstərilmişdir ki, “Ultratek" MMC-nin “1C” proqram təminatının ümumi serverində yerləşən qeydiyyat jurnalında olan müdaxilə edilməyən "xxxx"-lara əsasən MMC-nin “Tovuz” və “Qazax” mağazalarında müdir işləmiş Təqsirləndirilən şəxs maddi məsuliyyətində müxtəlif növ elektrik məişət əşyaları olan ümumi mal qalığından xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 52 adda 70.108,00 manat dəyərində malların əskik gəlməsi müəyyən edilmiş, həmin məbləğdə "xxxx" MMC-yə ziyan vurulmuşdur. Cəmiyyət tərəfindən tabeliyində olan mağazalara mərkəzi anbardan malların göndərilməsi və mağazalar arası yerdəyişməsi zamanı yaranmış çatışmazlıq qeydiyyat jurnallarına ("xxxx") əsasən müəyyən edilmişdir. İş materiallarına əlavə olan "xxxx" MMCnin Texnomart mağazalar şəbəkəsində malların satış qaydalarına dair Təlimatdan göründüyü kimi “Mərkəzi” anbardan sifariş verilən mallar, sürücüyə verilən qaimələr və sair əməliyyatlar “1C” sistemindən çıxarılmışdır. Beləliklə iş materiallarında sərbəst auditor tərəfindən “1C” proqram təminatının ümumi serverində yerləşən qeydiyyat jurnalında olan "xxxx" əsasında tərtib edilmiş 11 yanvar 2022-ci il tarixli Sərbəst Auditor rəyi ilə müəyyən olunmuş mal çatışmazlığı istintaq orqanı tərəfindən nəzərə alındıqda, "xxxx" MMC-nin Tovuz və Qazax rayonlarında yerləşən mağazalarında xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək əmələ gəlmiş çatışmazlığının məbləği 70.108,00 manat müəyyən olunur. (cild Vİİ səh 120-131) Beləliklə, ekspertiza tədqiqatı zamanı “Mühasibat uçotu haqqında” Qanununun tələblərinə uyğun olaraq müvafiq qaydada təsdiq olunmuş sənədlər təqdim edilməməsi, yəni yoxlama dövründə malların alınmasına dair qaimə fakturalar, yoxlama dövrünədək anbar qalığı, yoxlama dövrünün sonuna anbar qalığı, anbarda olan mal-materialın mədaxil-məxaric sənədləri, inventarizasiya aktı və ya üzləşdirmə aktı və sair mühasibatlıq sənədlərinin olmamasına baxmayaraq auditor tərəfindən istinad edilən “1C” sistemindən çıxarılmış sənədlərə əsasənda auditor hesabatının düzgünlüyü təsdiq edilmişdir ki, bu da həmin rəyin əsaslı olmasına və işin faktiki halları ilə uyğunluq təşkil etməsinə dəlalət edir. Həmçinin qeyd edilməlidir ki, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli əlavə məhkəmə mühasibat ekspertizalarının rəylərində müvafiq mühasibatlıq sənədləri olmadığından “1C” proqramdan çıxarış və digər sənədlər əsasında çatışmazlığın müəyyən edilməsinin qeyri-mümkünlüyü qeyd edilmişdir. Göründüyü kimi, ibtidai istintaq zamanı müvafiq mühasibatlıq sənədləri olmadığından məhkəmə mühasibat ekspertizaları üzrə rəylərin verilməsi mümkün olmamış, istintaqın sonrakı mərhələsində toplanılmış sübutlar əsasında Təqsirləndirilən şəxs maddi məsul şəxs olmaqla "xxxx" MMC-nin mərkəzi anbarlarından sürücülər tərəfindən göndərilmiş müxtəlif təyinatlı 53 adda 144 sayda məişət elektrik avadanlıqlarının satışından əldə edilmiş 73.477,00 manatı işlədiyi müəssisənin xəzinəsinə və bank hesabına ödəməməsi müəyyən edilmiş sonuncu məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə də təqdim edilmiş sübutlar əsasında mənimsənilmiş əmlakın növü, miqdarı və dəyəri təsdiq edilmişdir. Yuxarıda sadalan halları nəzərə almayaraq, məhkəmə hökmdə qeyd etmişdir ki, iş üzrə zərərçəkmiş şəxsə hansı miqdarda əmlakın etibar edilməsini təsdiq edən sübutların mövcud olmaması səbəbindən bir neçə dəfə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi mümkünsüz olmuş, bu halı ekspertlər məhkəmə baxışı iclası zamanı da bir daha məhkəmə heyətinin diqqətinə çatdırmışlar. Lakin, məhkəmə iclası zamanı məhkəmə iclasında ekspert qismində dindirilmiş X5 verilmiş şullara cavab olaraq müdafiə yönümlü ifadə verərərək, Ultratek MMC-də mühasibatlıq, “1C” proqramdan çıxarış əsasında aparıldığını, “1C” proqramından çıxarışların məhkəmə-mühasibat ekspertizasının predmeti olmadığını bu səbəbdən də tərəfindən çatışmamazlığın müəyyən edilməməsi ilə bağlı rəy verməsini qeyd etsə də, “1C” proqramından çıxarılmış kompüter məlumatlarındakı rəqəmlər arasında düzgünlük, uyğunluq olub-olmamasını müqayisəli metodla yoxladığını uyğunsuzluq aşkar edildiyini bildirmişdir. Təcrübəsində “1C” proqramdan çıxarış əsasında məhkəmə-mühasibat ekspertizasının rəyinin verilib-verilməməsi ilə bağlı suallara cavab verməmişdir. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, iş üzrə təyin edilmiş 3-cü məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi ona həvalə edilmişdir. O, işdə mühasibatlıq sənədlərinin mövcud olmaması səbəbindən ekspert tərəfindən hər hansı qənaət formalaşdırılmasının mühasibat uçotu haqqında qanuna zidd olduğunu rəyə qeyd etmiş, bununla belə auditorun rəyindəki riyazi hesablamanın düzgünlüyünü təsdiq etmişdir. Göründüyü kimi, X5 məhkəmə istintaqı zamanı müdafiə yönümlü ifadə vermiş, qərəzli olaraq “1C” proqramından çıxarılmış kompüter məlumatlarındakı rəqəmlər arasında düzgünlük, uyğunluq olub-olmamasını müqayisəli metodla yoxladığını uyğunsuluq aşkar edildiyini bildirmişdir. Həmçinin, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli əlavə məhkəmə mühasibat ekspertizalarının rəylərində müvafiq mühasibatlıq sənədləri olmadığından “1C” proqramdan çıxarış və digər sənədlər əsasında çatışmamazlığın müəyyən edilməsinin qeyri-mümkünlüyü qeyd edilmiş, həmin ekspertizalar üzrə rəy vermiş ekspert Murad Allahverdiyev tərəfindən rəydə hər hnası metodla uyğunluğun yoxlanılması qeyd edilməmişdir. Məhkəmə tərəfindən qeyd olunanlar nəzərə alınmamış, ekspertiza rəyi işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməmiş, sonuncu mühasibatlıq eskpertizası rəyi ilə razılaşılmamasını əsaslandırmamışdır. Bununla yanaşı qeyd edilməlidr ki, məhkəmə Təqsirləndirilən şəxs ona təhkim edilmiş mağazalar üzrə 6.000 manat dəyərində malların mənimsənilməsi qənaətinə gəlsə də məhz hansı adda, sayda və dəyərdə əmlakın talanmasını qeyd etməmiş, ittihamda qeyd edilən məhz hansı malların mənimsənilməsi ayrıca olaraq göstərməmiş, qeyrimüəyyənliyə yol verməklə yalnız təqsirləndirlən şəxsin məhkmə istintaqı zamanı verdiyi ifadəsinə əsaslanmışdır. Halbuki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilkin olaraq verdiyi izahatında öhdəsində 144.525 manat çatışmazlığın olmasını bildirmiş, vurulmuş ziyandan 4000 manat ziyan ödəmişdir, ibtidai istintaq zamanı toplanılmış sübutlar əsasında isə 73.477,00 manat dəyərində 53 adda 144 sayda əmlakın Təqsirləndirilən şəxs tərəfindən mənimsənilməsi tam sübuta yetirlmişdir. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs maddi məsul şəxs olmaqla “1C" mühasibatlıq proqram vasitəsi ilə verdiyi sifarişlərə uyğun olaraq "xxxx" MMC-nin mərkəzi anbarlarından sürücülər tərəfindən göndərilmiş müxtəlif təyinatlı məişət elektrik avadanlıqlarının satışından əldə edilmiş pulları işlədiyi müəssisənin xəzinəsinə və bank hesabına ödəmədən pulların mənimsənilməsini müəyyən etsə də, ziddiyətli olaraq mənimsənilmiş əmlakın dəyəri ilə bağlı toplanılmış sübutları qəbul etməmişdir. Eyni zamanda iş üzrə zərərçəkmiş "xxxx" MMC tərəfindən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 144.959.52 manat məbləğində pul tələbi ilə bağlı mülki iddia verilmiş, məhkəmə tərəfindən zərərçəkmiş şəxsin mülki iddiası baxılmamış saxlanılmaqla, zərər çəkmiş şəxs "xxxx" MMC-yə mülki mühakimə qaydasında müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilsə də, həmin qərarın qəbul edilməsinin motivləri hökmdə göstərilməmişdir. Zərərçəkmiş hüquqi şəxsin direktoru hökmdən verilmiş apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edirlər ki, məhkəmənin gəldiyi nəticə tamamilə əsassızdır və maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Məhkəmə hökm çıxararkən, iş materiallarında olan maddi və yazılı sübutlara, eləcə də ekspert rəyinə, şahid ifadələrinə tamamilə istinad etməmiş və yalnız müdafiə tərəfinin heç bir əsas və dəlili olmadan yalnız şifahi olaraq söylədiyi fikir və mülahizələrinə əsaslanan yekun akt qəbul etmişdir. Belə ki, iş materiallarında olan 19 yanvar 2022-ci il tarixli, 9/303 nömrəli ekspert rəyində göstərilmişdir ki, yaranmış mal çatışmazlığı ilə bağlı xx.xx.2022-ci il tarixdə Sərbəst X2 tərəfindən auditor hesabatı tərtib edilmişdir. Auditor hesabatında aşağıdakılar göstərilir ki, "xxxx" MMC-nin “1C” proqram təminatının ümumi serverində yerləşən qeydiyyat jurnalında olan müdaxilə edilməyən "xxxx"-lara əsasən MMC-nin “Tovuz” və “Qazax” mağazalarında müdir işləmiş Təqsirləndirilən şəxs maddi məsuliyyətində müxtəlif növ elektrik məişət əşyaları olan ümumi mal qalığından xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 52 adda 70.108,00 manat dəyərində malların əskik gəlməsi müəyyən edilmiş, həmin məbləğdə "xxxx" MMC-yə ziyan vurulmuşdur. Mal çatışmazlığını müəyyən etmək məqsədilə yoxlama dövründə malların alınmasına dair qaimə fakturalar, yoxlama dövrünədək anbar qalığı, yoxlama dövrünün sonuna anbar qalığı, anbarda olan mal-materialın mədaxil-məxaric sənədləri, inventarizasiya aktı və ya üzləşdirmə aktı və sair mühasibatlıq sənədlərinin olmamasına baxmayaraq ekspertiza tədqiqatı zamanı Sərbəst X2 tərəfindən tərtib edilmiş auditor hesabatının əsaslılığı tədqiq edilərkən auditorun gəldiyi nəticələr onun istinad etdiyi “1C” sistemindən çıxarılmış sənədlər üzrə yoxlanılmış və belə olan halda həmin rəyin əsaslı olması təsdiq edilir. 11 yanvar 2022-ci il tarixli Sərbəst Auditor rəyi ilə müəyyən olunmuş mal çatışmazlığı istintaq orqanı tərəfindən nəzərə alındıqda, "xxxx" MMC-nin Tovuz və Qazax rayonlarında yerləşən mağazalarında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmələ gəlmiş çatışmazlığının məbləği 70.108,00 manat müəyyən olunur. İş materiallarında olan “Tam maddi məsuliyyət haqqında” xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən mağaza müdiri Təqsirləndirilən şəxs işəgötürənin mülkiyyətində olan əmlakın qorunmasında cavabdeh şəxs olmuşdur. Eyni zamanda, Tovuz Rayon Prokurorluğunda aparılan ilkin araşdırma zamanı təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli inventarizasiyanın nəticələri ilə razı olduğunu bildirmiş, şəxsi problemləri və ehtiyacları ilə əlaqədar son bir il ərzində mağazalarda etdiyi satışların bir qismini qeyd etmədən həmin satışlardan əldə etdiyi pul məbləğlərini mənimsədiyini etiraf etmiş və əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclaslarında dindirilmiş şahidlərin ifadələri ilə, audit yoxlamaları zamanı Təqsirləndirilən şəxs inventarizasiyanı həyata keçirmiş şəxslərlə birlikdə sayımda iştirak etməsi, yaranmış çatışmazlığı tam həcmdə qəbul etməsi və tərtib edilmiş aktları kənar təsir olmadan öz imzası ilə təsdiq etməsi, eyni zamanda yuxarıda qeyd olunan mənimsəmə hallarının mütəmadi olaraq baş verməsi təsdiq olunur. Bundan başqa, ayrı-ayrı şahidlərin ifadələrində göstərdiyi xüsusatlar əsasında araşdırma aparılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-xx.xx.2020ci il tarixləri aralığında ayrı-ayrı müştərilər tərəfindən Tovuz mağazasına nağd şəkildə ödənilmiş 39.923 manat məbləğdə ödənişləri gizlədərək mağazanın xəzinəsinə mədaxil etməmiş, həmin pulları şəxsi məsrəflərinə sərf etmişdir. Yuxarıda göstərilən xüsusatlar bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs ona inanılıb tapşırılmış malların qorunmasına cavabdeh şəxs olmasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgənin külli miqdarda əmlakını mənimsəmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin əməlinə düzgün qiymət verilməmiş, işin halları hərtərəfli və obyektiv araşdırılmamış və yalnız müdafiə tərəfinin şifahi mülahizələrinə əsaslanmaqla hökm çıxarılmış, beləliklə, zərərçəkmiş şəxsin hüquqları kobud şəkildə pozulmuşdur. Məhkumun müdafiəçisi hökmdən verilmiş apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs təzyiq altında verdiyini bildirdiyi ilkin etirafedici izahatından başqa, bütün ibtidai istintaq və məhkəmə baxışı dövrü ərzində dəfələrlə bir manat da olsa şirkətin malını mənimsəmədiyini bildirmişdir. Etirafa münasibətdə qeyd etmək istəyir ki, CPM-in təqsirləndirilən şəxsin etirafı barədə mövqeyi belədir - Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Mübahisəsizdir ki, mənimsəmə və eyni qəbildən olan cinayət işlərində mötəbər sübut yalnız və yalnız mühasibatlıq sənədləri ola bilər. Şirkətin iddia etdiyi kimi, etirafedici izahat, yaxud işdən çıxarılmamaq üçün, mücərrəd formada hansısa məhsulların satışının Təqsirləndirilən şəxs tərəfindən sistemə yerləşdirmədiyini bildirən şahidlərin ifadələrilə dəqiq olaraq hansı məhsulun satışının sistemə işləndiyini, hansının isə işlənmədiyini müəyyən etmək qeyri-mümkündür. Hansısa şahid bu barədə nə ibtidai istintaq, nə də məhkəmə baxışında dəqiq məlumat verməmiş, yalnız ümumi sözlərlə şirkət qarşısında “sadiqliyini” göstərmişdir. Qeyd etmək zəruridir ki, minlərlə eyni kod altında olan, heç bir fərdiləşmə nişanı olmayan məhsulun konkret olaraq hansının sistemə işlənib-işlənmədiyini nə təcrübi, nə nəzəri baxımdan heç bir şahid deyə bilməz. Məhz bu səbəbdən qanunvericilik bu qəbildən işlərin yeganə mötəbər sübut mənbəyi kimi, məhkəmə-mühasibatlıq ekspertizasının rəyini qəbul edir. Hazırkı işin məhkəmə baxışında şirkətin ikili mühasibatlıq aparması dolayı yolla sübuta yetirilmişdir. Belə ki, cinayət işi üzrə "xxxx" MMC-də xx.xx.2019-xx.xx.2020-ci il tarixlərini əhatə edən yoxlama dövrü ilə bağlı çatışmazlıq olub-olmamasını müəyyən etmək məqsədilə 2 dəfə ayrı-ayrı tarixlərdə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və alınmış rəylərə əsasən mühasibatlıq sənədləri mötəbər olmadığından, ziyanın müəyyən edilməsi qeyri-mümkün olmuşdur. İş üzrə həmçinin məhkəmə kompüter-texniki ekspertizası təyin edilmiş, alınmış rəyə əsasən, internetə çıxışı olan istənilən kompüter qurğusundan mağazaya təhkim edilmiş kompüterdəki “1C” məlumat bazasına kənar müdaxilələrin olduğu aşkara çıxarılmış və bununla da, “1C” proqramı üzərindən aparılmış əməliyyatlar, məhsul siyahıları qeyri-dəqiq, qeyri-mötəbər hesab edilmişdir. Həmin vəziyyətdə, yəni həm iki dəfə ayrı-ayrılıqda keçirilmiş məhkəmə-mühasibatlıq, həm də, məhkəmə kompüter-texniki ekspertizasının rəylərinin fonunda cinayət işi üzrə icraata hələ ibtidai istintaq mərhələsində xitam verilməli idi. Lakin, buna baxmayaraq, "xxxx" MMC tərəfindən verilmiş vəsatətdə təkrarən kompüter-texniki ekspertizasının aparılması xahiş edilmiş, vəsatət təmin edilmiş və alınmış rəydə, bir daha internetə çıxışı olan başqa kompüter qurğusundan Tovuz mağazasına təhkim edilmiş kompüterdəki “1C” məlumat bazasına kənar müdaxilələrin olması, kənar müdaxilə edən şəxsin öz giriş-çıxış izini itirə bilməsi öz təsdiqini tapmışdır. Qeyd etmək lazımdır ki, hətta kompüter-texniki ekspertizasının rəyində, “1C” proqramındakı məhsul siyahılarına kənar müdaxilə olması təkzib edilsəydi belə, həmin məhsul siyahıları ölkəmizdə qüvvədə olan müvafiq qanunvericiliyə əsasən, qeyri-mötəbər sübutlardır. Belə ki, “Mühasibat uçotu haqda” Qanunun 1.1.-ci maddəsində qeyd edilmişdir ki, “Bu qanun mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (bundan sonra mətndə mühasibat uçotu subyektləri adlandırılacaq) tərəfindən mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarını tənzimləyir.”. Həmin qanunun 3.1-ci maddəsinə əsasən, Bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun bu Qanunla müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılması məcburidir. Yəni "xxxx" MMC də maliyyə-təsərrüfat fəaliyyətini həmin qanuna əsasən tənzimləməlidir. Məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqat obyekti yalnız müvafiq qaydada, müvafiq tələblərə əsasən tərtib edilmiş, kağız daşıyıcıda olan sənədlər ola bilər. Çünki, məhkəmə mühasibatlıq ekspertizası mühasibatlıq sənədlərinə əsasən aparılan tətdiqatdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”-nın 2.2-ci bəndinə əsasən, Pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. Bundan başqa, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli 118 nömrəli qərarı ilə “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən, Ciddi hesabat blanklarını onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz etmək yol verilmir. Bu isə o deməkdir ki, “1C” proqramından çıxarılmış, bərpa edilmiş məlumatlar məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqat obyekti ola bilməz. Burada kompüter-texniki ekspertizanın, müvafiq məlumatların qeyri-dəqiq olması barədə rəyinə heç ehtiyac da qalmır. Əlavə olaraq qeyd edir ki, kompüter-texniki ekspertizasının rəyinin əsasını təşkil edən mütəxəssis aktının müəllifi Şahid19 məhkəmə baxışında şahid qismində dindirilərkən, öz vermiş olduğu rəyə qismən əks məzmunda ifadə verərək, özü aşkar etməsə belə, sistemə kənar müdaxilənin mümkün olduğunu, müdaxilənin qeyri-mümkün olmasının təcrübi və nəzəri baxımdan istisna edildiyini, bunun müdaxilə edən şəxsin texniki imkanlarından və zəruri informasiyalara (kod-parol və s.) malik olmasından bilavasitə asılı olduğunu qeyd etmişdir. Şahid19 məhkəmə baxışında verdiyi ifadəsində həmçinin qeyd etmişdir ki, sistemə kənardan qanunsuz müdaxilə edən şəxs, öz müdaxiləsinin izini texniki cəhətdən tamamilə itirə bilər. Eyni zamanda məlumatları kopyalayıb təkrarlamaq üsulu ilə süni şəkildə artırmaq texniki cəhətdən mümkündür. Qeyd edir ki, cinayət işi üzrə ittihamın yeganə istinad nöqtəsi Şahid19 vermiş olduğu mütəxəssis rəyi və ona uyğun hazırlanmış ekspert rəyi olmuşdur ki, məhkəmə baxışında həmin rəyin mötəbər olmaması açıq-aşkar hər kəs tərəfindən müşahidə edildi. Bundan başqa, məhkəmə baxışında şahid qismində dindirilmiş hər iki məhkəməmühasibatlıq ekperti – Murad Allahverdiyev və Orxan İsgəndərov ifadələrində ittihamın əsasını təşkil edən rəyi alt-üst etmişlər. M.Allahverdiyev bildirmişdir ki, “1C” proqramı elə bir proqramdır ki, istəsəniz orada 1-i (bir rəqəmini) dəyişib 10 da etmək olar, 10 rəqəmini 100 də etmək olar, 100-ü 1000 (min) də etmək olar. İstənilən rəqəmdə dəyişiklik etmək olar. Bununla bağlı kompüter-texniki ekspertiza rəyində də, qeyd olunmuşdur ki, həmin o müdaxilə ola da bilər, olmaya da bilər. Yəni müdaxilə belədir ki, kompüterə kimin giriş imkanı varsa, həmin şəxs rəqəmləri dəyişə bilər. Məhz ona görə, o səbəbdən proqramdan çıxarışlar məhkəmə mühasibatlıq ekspertizasının predmeti deyil. Əvvəl auditor rəyi verilib. Auditorun istinad etdiyi sənədlərin heç biri mühasibatlıq sənədləri deyil. O, hətta 1-ci və 2-ci ekspert tədqiqatını apararkən, onların tədqiqat obyekti olmasa da, ümumi formada “1C” proqramından çıxarılmış kompüter məlumatlarındakı rəqəmlər arasında düzgünlük, uyğunluq olub-olmamasını müqayisəli metodla yoxlamaq istəmişdir. O, da düz gəlməyib. Tutaq ki, 300 ədəd mal alıb mağaza, başqa bir məlumatda qeyd edilib ki, 50 ədədi satılıb. Mən baxıram ki, qalıq 250 qalmalıdır, amma cədvəldəki qalıq 200 yaxud 300 yazılıb. Yəni heç bir məlumat bir-birinə uyğun deyil. Bir neçə çeşid üzrə bu formada məlumatları izləmiş, yenə uyğun gəlməmişdir. Yəni, mühasibatlıq sənədi olmaması öz yerində, hətta “1C” proqramından edilmiş çıxarışların özlərində də düzgünlük müəyyən edilməyib, əsaslı olmayıb.” Digər mühasibatlıq eksperti Orxan İsgəndərov da, M.Allahverdiyevin ifadəsinə anoloji ifadə vermiş və rəydəki məlumatın riyazi hesablama olduğunu, heç bir mühasibatlıq sənədi olmadığından, həmin riyazi hesablamanın əsaslı olmadığını qeyd etmişdir. Bütün bunlar "xxxx" MMC-nin ikili mühasibat aparmasının sübutu, ittihamın isə əksbəraətverici sübutlarıdır. Gəncə ağır cinayətlər məhkəməsi yuxarıda sadalanan bəraətverici sübutlara nəzərən düzgün olaraq, ittihamın əsassız olduğu qənaətinə gəlmiş, lakin ittihamın guya Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində “Etiraf edir ki, ona təhkim edilmiş mağazalar üzrə onun maksimal olaraq 6.000 AZN mal-pul çatışmazlığı olmuş və buna görə də o işini itirməkdən qorxmuşdur. Xəstəliyi və digər şəxsi problemlərlə əlaqədar işə gedə bilmədiyi üçün 6 min manat pulu şirkətin baş ofisinin hesabına köçürməmiş, pul onda qalmışdır. Bu hal isə bir dəfə olmuşdur, o, həmin pulu qəsdən, yemək üçün ləngitməmişdir, işə gedə bilmədiyi üçün belə gecikmə yaranmışdır” hissəsində sübuta yetirildiyi qənaətinə gələrək, ittiham edici məzmunda hökm çıxarmışdır. Əvvəla bildirir ki, Təqsirləndirilən şəxs qəti şəkildə ifadəsində 6000 yaxud hansısa məbləğdə çatışmazlığın olması barədə məlumat verməmişdir. Onun ibtidai istintaq zamanı şahid, şübhəli şəxs, təqsirləndiriləm şəxs kimi ifadələrində, müxtəlif instansiyalara yazdığı şikayət ərizələrində (həmin ərizələr iş materiallarında vardır), tərəfimdən yazılmış müxtəlif vəsatətlərdə, eləcə də, Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi son sözündə 6000 azn məbləğində çatışmazlığın olması barədə heç bir qeyd yoxdur. Təqsirləndirilən şəxs ifadəsi həmin hissədə təhrif edilmişdir. Bundan başqa, məhkəmədə ifadə vermiş "xxxx" MMC-nin kredit departamentinin rəhbəri Şahid2 bildirmişdir ki, “İqbalın Tovuz mağazasında 10 gün kredit gecikməsi vardı, cəmi 3000 manat ətrafında. Yəni, kreditə satılan malların ilkin ödənişinin pulunu şirkətə köçürməmişdi. Onu da özünə demiş, dərhal ödəmişdir. Bundan başqa gecikməsi yox idi. Vəzifəmə uyğun olaraq, ayda bir yaxud iki dəfə bütün mağazalar üzrə bu yoxlamanı keçirmişəm. Əgər İqbalın əvvəlki dövrlərdə gecikmələri olsaydı, sistemin bunu üzə çıxarmaması qeyri-mümkündür, mən bunu görərdim və dərhal rəhbərliyə xəbər verərdim”. Bütün bunlar 6000 manat çatışmazlıq hissəsində Təqsirləndirilən şəxs ifadəsinin təhrif edildiyini göstərir. Bundan başqa, hətta Təqsirləndirilən şəxs 6000 çatışmazlığın olduğunu desəydi belə, halbuki deməyib, yenə də, həmin məlumat sübutların məcmusu ilə, xüsusən də, məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə öz təsdiqini tapmalı idi. Tapmayıbsa, məhkəmə bu halı sübuta yetirilmiş hesab edə bilməz. Bundan başqa, CM-in 179-cu maddəsi təqsirin formasına görə, eləcə də, subyektiv cəhətdən birbaşa qəsdən törədilmiş əməllərə şamil edilir, cinayət işi materiallarında isə Təqsirləndirilən şəxs hansısa məbləği qəsdən mənimsəməsinə dair heç bir sübut yoxdur. Bu halda Təqsirləndirilən şəxs özgənin ona etibar edilmiş əmlakını qəsdən qanunsuz və əvəzsiz olaraq götürməli və ya həmin əmlak barəsində sərəncam verdiyini dərk edərək bu əməli törətməyi arzu etməli idi. Necə ola bilər ki, Təqsirləndirilən şəxs qəsdən bir manat da mənimsəmə etmədiyini bildirsin, bütün ekspertiza rəyləri və ekspertin ifadələri mənimsəmənin aşkar edilmədiyini göstərsin, amma məhkəmə iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda, onu qəsdən cinayət törətməkdə təqsirli bilsin?! Bundan başqa, “6000 çatışmazlığın aşkar edilməsi” hələ həmin məbləğin məhz Təqsirləndirilən şəxs tərəfindən mənimsənilmiş olması demək deyil və bu məlumatın özü mühasibatlıq ekspertizası rəylərilə sübuta yetirilməli idi ki, müvafiq rəylər və ekspertlərin ifadələri ilə hansısa çatışmazlığın aşkar edilməməsi öz təsdiqini qəti şəkildə tapmışdır. Cinayət prosesi tərəflərinin mövqeyi: Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə etdi, protestdə göstərilən məzmunda çıxış etdi, apellyasiya protestinin təmin edilməsini, hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 179.3.2-ci maddəsi ilə təqsirli bilinməsini və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməsinə dair ittiham hökmü çıxarılmasını, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Eyni zamanda zərərçəkmiş hüquqi şəxsin direktoru tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə isə verilmiş ittiham daxilində qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun çıxış etdilər, şikayətin təmin edilməsini, məhkumun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Eyni zamanda dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və zərərçəkmiş hüquqi şəxsin direktoru tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz etdilər, apellyasiya protestinin və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi apellyasiya şikayətini və apellyasiya protestini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış etdi, apellyasiya şikayətinin və apellyasiya protestinin təmin edilməsini, hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 179.3.2-ci maddəsi ilə təqsirli bilinməsini və verilmiş mülki iddianın tam həcmdə təmin edilməsini, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin və protestinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri və protesti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏ ARAŞDİRMA: Məhkəmə kollegiyası tərəfindən iş üzrə tam, obyektiv və hərtərəfli araşdırılma aparılması üçün məhkəmə baxışının qismən məhkəmə istintaqı aparılmaqla, yəni məhkumun və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin yenidən dindirilməsi, təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi və işdə olan digər sübutların araşdırılması ilə keçirilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında dindirilmiş məhkum Təqsirləndirilən şəxs ona CMin 179.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2015-ci ildən “Arçelik” mağazalarında, Tovuz rayon filialında satıcı, baş satıcı və mağaza müdiri vəzifəsində işləmişdir. İşlədiyi dövrdə keçirilmiş hər yoxlama zamanı hər bir mal düz çıxmışdır. Lakin sonuncu yoxlama zamanı şirkətin bəzi əməkdaşları onu kənarlaşdırmışlar, sonra “1C” proqramı üzrə əməliyyatlar apardıqdan sonra o, yoxlamada iştirak etmişdir. Müəyyən faktlar ortaya çıxmış və ona məcburi qaydada sənədlərə qol çəkdirmişlər. O, bir manatda olsa pul mənimsəməmişdir. Qazax rayonunda olan filiala onun heç bir aidiyyəti yoxdur. Qazax mağazasına 10-15 gündən bir getmiş, orada malların vitrinə düzgün yerləşdirilməsinə kömək etmişdir. Qazax filialında olan mağazadan maaş almamışdır. İşin gedişatında MMC-nin işçiləri işdə qalması üçün ondan 5000 manat rüşvət istəmişlər. O, da borc xərc tapıb vermişdir. Sonradan o və müdafiəçisi müraciətlər edəndən sonra həmin pulun 4000 manat olan hissəsini köhnə tarixlə ödəniş etmişlər. MMC-yə pul mədaxili “1C” proqramının vasitəsi ilə olub, adi “Excel” formasında. Proqrama daxil olmaq üçün loqin parol olur, parolda hamıda olur, yəni mağaza işçilərinin hər biri daxil ola bilər. Məbləğ daxil olandan sonrada proqrama müdaxilə etmək olur. Proqramda səhv olanda baş ofisə zəng edir, onlar daxil olub düzəlişlər edirmişlər, telefonla zəng edirmiş. Malların çatdırılması onun salahiyyətində olmuşdur, ancaq mal satılanda o, olmasa da göndərilirmiş. O, sayımda iştirak eləmiş, lakin nə qədər mal əskik olmasını bilməmişdir, məcburi aktı imzalamışdır. Ona Tovuz rayon prokurorluğunda və ofisdə təzyiqlər olub. MMC-nin rəhbəri tərəfindən ona təzyiq olunub. Satış meneceri vəzifəsi ancaq baş ofisdə olur, onlarda satıcılar olur, Samirə xanım və Şahid11 olub, onlarla da heç bir ədavəti olmayıb, onlara da təsir olunub ki, belə ifadələr versinlər deyə. Outlook proqramından istifadə etməmişdir. Onun iştirakı olmadan auditor yoxlaması aparılıb. Malların yerinin dəyişdirilməsini kim istəsə edə bilərdi, o, olmasa da satıcı edə bilərdi. Malların yerdəyişməsi “1C” proqramı vasitəsi ilə olurdu, istifadəçi adı və parolu mağazaya məxsus idi. Çatışmamazlıq hər iki dükan üçün olub. Rəşad, bir də auditor şöbəsinin əməkdaşı Üzeyir onu kənara çəkib ondan pul istəmişlər, o, da həmin pulu vermişdir, o, pulu ziyanı ödəmək üçün verməmişdir, onun günahı yoxdur. Malları sistem üzərindən qəbul etmişlər. Sistem üzrə mallara nəzarəti hamı edirdi. Qaimə faktura olmayıb, ciddi mühasibat blankları da olmayıb. Onun tam yadında deyil, ona hədə qorxu gəlmişlər ki, elə ifadə versin, o, sərbəst ifadə verməmişdir. Onlarda heç bir sənəd olmayıb, malların qəbulu ancaq “1C” proqramı vasitəsi ilə olub. Həmin proqrama müdaxilə ola bilərdi. Parolu hamı bilirdi. Kassaya pulu onlar vurmamış, onlara təlimat verilmişdir ki, kassaya pul vurmasınlar. Məhkəmə kollegiyasının iclasında dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 1 fevral 2019-cu il tarixdə Tovuz rayon mağazasında mağaza müdiri vəzifəsinə işə qəbul edilmişdir. Qeyd etmək istəyir ki, hadisə kredit şöbəsinin müdiri Ramil Əhmədovun direktora 3300 manatlıq malın sistemə gec daxil edilməsi ilə bağlı məlumat verməsi nəticəsində aşkara çıxmışdır. Bundan sonra yoxlamalar aparılmışdır, Təqsirləndirilən şəxs ilk ifadəsində bildirmişdir ki, məbləğin bir hissəsini mənimsəmişdir. Bu faktlar ekspert rəyləri ilə, özünün ifadəsi ilə, şahid ifadələri ilə təsdiq edilmişdir. “1C” proqramından savayı qeydiyyat olmayıb, sadəcə nağd satışla bağlı qeydiyyat kitabçası olub, həmin qeydiyyat kitabçasını adətən mağaza işçiləri aparırmış. Hər bir işçinin özünə aid login və parolu olub. “1C” proqramında problem olanda bir başa ofisə məlumat verilməlidir, rəsmiyyətə salınması ilə bağlı bir sənəd yoxdur. Malların yer dəyişməsi mağaza müdirinin sifarişi əsasında olur, “1C” proqramının vasitəsi ilə. Mağaza müdirinin vəzifəsi mallara və işçilərə nəzarət etmək olub. İnventarizasiya çatışmamazlıqlarla bağlı olub, Təqsirləndirilən şəxs iştirak edib-etməməsi ilə bağlı məlumatı yoxdur, həmin vaxt o, MMC-də işləməmişdir. İki dəfə sayım olub, hər ikisində də eyni məbləğ olub. Qeydiyyat kitabçasında satıcılar ancaq nağd alqı-satqını qeyd ediblər, kreditlə satılan malları isə yox. Qeydiyyat kitabçasına mağaza müdiri cavabdehdir. Həmin dövrdə, mühasibat sənədləri, qaimə fakturalar olmayıb. Məhkəmə kollegiyasının müvafiq qərarı əsasında verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 19 mart 2024-cü il tarixli 5/1791-9/10193 №-li rəyindən görünür ki, Məhkəmə-mühasibat ekspertizası üzrə,

1. iş materiallarında göstərilən qaydalara uyğun olaraq tələb olunan sənədlər mövcud olmadığından həmçinin hazırkı təqdiqatla xx.xx.2024-cü il tarixli "xxxx" MMC-in mütəxəssisi tərəfindən baxış aktı əsasında tərtib edilmiş məhkəmə-komputer-texniki ekspertizasının rəyi nəzərə alınmaqla hazırkı tədqiqatla sabiq mağaza müdiri Təqsirləndirilən şəxs "xxxx" MMC-yə olan çatışmazlığı müəyyən etmək mümkün olmadı. Məhkəmə kompüter-texniki ekspertizası üzrə,

1. ünvan 8 ünvanında olan “1C” proqram təminatının yerləşdiyi server baxış keçirilərkən işlək vəziyyətdədir.

2. Məhkəmə kompüter-texniki ekspertizasının təyini haqqında qərarda ekspertizanın qarşısında qoyulmuş 1, 2, 3 və 4-cü suallar "xxxx" MMC şirkətinin mütəxəssisi tərəfindən cavablandırılmış və rəyə əlavə edilmişdir. Həmin suallara cavablardan görünür ki, a) Baxış zamanı müəyyən olundu ki, hazırda qeydiyyat jurnalı ("xxxx") 2022-ci ildən başlayır. "1C istehsal X6" 1.3 - versiya proqramı təminatının serverində qeydiyyat jurnalı ("xxxx") xx.xx.2019- xx.xx.2020-ci il tarixləri üzrə tamamı ilə silinmişdir. Həmin faylların serverdə yenidən bərpa edilməsi mümkün deyildir. Çünki üzərindən 3 ildən çox müddət keçmişdir və bu müddət ərzində server "HardDisk"-lərə davamlı olaraq əlavə məlumatlar yazılmışdır. Bu da elmi- texniki üsulların köməkliyi yolu ilə xx.xx.2019- xx.xx.2020-ci tarix üzrə məlumatların müəyyən edilməsini yaxud bərpa edilməsini mümkünsüz edir. b) Baxış zamanı xx.xx.2019-xx.xx.2020-ci il tarixləri üzrə “1C İstegsal X6” 1.3versiya proqramı təminatının serverində qeydiyyat jurnalı (LOG) tamamilə silindiyi üçün bu barədə konkret fikir demək hazırda qeyri-mümkündür.Əlavə olaraq bildirir ki, əgər fayllar bərpa edilmiş olsaydı da bunun hansı kompüter və ya Təqsirləndirilən şəxs yaxud başqa şəxs tərəfindəın edildiyini dəqiq aşkar etmək mümkün deyil. c) Məlumatlar silinməmiş olsaydı, xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arası ümumi serverdəki qeydiyyat jurnalında ("xxxx") öz əksini tapan fayllara login, parol və şirkət İP adresləri qeyd olunan kənardan serverə giriş programı olan "1C Client (User)" program təminatını istifadə etməklə daxil olmağın mümkünlüyünü ortaya çıxarmaq olardı. Təqsirləndirilən şəxs məxsus olan login və şifrə ondan əlavə həm də sistem administratorunda olur. Sistem administratoru bütün 1C programı üzrə bütün səlahiyyətlərə sahib olan şəxsdir. İstifadəçilərə loqin və şifrəni sistem administratoru təyin edir. Buna görə sistemin idarəetməsinə girişi olan, bundan başqa Təqsirləndirilən şəxs login və şifrəsini bilən, şirkətin baş ofisi və başqa mağazasının əməkdaşı da sistemə daxil olaraq əməliyyat apara bilər. d) xx.xx.2019- xx.xx.2020-ci il tarixləri üzrə "1C istehsal X6" 1.3 - versiya proqramı təminatının serverində qeydiyyat jurnalı ("xxxx") tamamı ilə silinib. Bu səbəbdən də, indiki vəziyyətdə müdaxilə olunub-olunmamasını ortaya çıxarmaq mümkün deyil. Bütün hərəkətlər qeydiyyat jurnalına ("xxxx") düşür. Qeydiyyat jurnalını ("xxxx") dəyişmək deyil, yalnız silmək mümkündür. Qeydiyyat jurnalının ("xxxx") silinməsi yalnız sistem administratoru və səlahiyyəti olan şəxslər tərəfndən mümkündür. e) Sadalanan hərəkətləri sistem administratoru, şirkətin səlahiyyətli şəxsləri və Təqsirləndirilən şəxs özü, həmçinin əgər login, şifrəni bilən və kənardan serverə giriş programı olan "1C Client (User)" program təminatına girişi olan, şirkətə aid başqa əməkdaş da edə bilər. f) Login, şifrə və İP ünvanı qeyd olunan uzaqdan giriş proqramı "1C Client (User)" istifadə edən şəxslərdən başqaları sistemə daxil ola bilməz. g) Ehtimal edilən müdaxilənin izləri mütləq qeydiyyat jurnalına ("xxxx") düşür. İzlərin itirilməsi üçün mütləq qeydiyyat jurnalı ("xxxx") özü silinməlidir. Serverdə ümumilikdə xx.xx.2019-xx.xx.2020ci il tarixləri arası bütün məlumatlar silindiyi üçün müdaxilə olunub-olmunmamasını aşkar etmək mümkün olmadı. Cinayət işində olan digər sübutlar: Cinayət işinin materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 04 fevral 2021-ci il tarixli 9/55 №-li rəyindən görünür ki, Auditorlar Palatasının üzvü, sərbəst auditor X20 tərəfindən 18 sentyabr 2020-ci il tarixli auditor rəyi tərtib edilmişdir. Həmin auditor rəyində yaranmış çatışmazlıq 144.525,00 manat müəyyən edilmişdir. Bildirilir ki, auditor aktından göründüyü kimi, mütəxəssisin hansı mühasibatlıq sənədlərinə və ya məlumatlarına əsaslanaraq yuxarıda qeyd olunan nəticəyə gəlməsi göstərilməmişdir. Həmçinin tədqiqat zamanı auditorun gəldiyi nəticə mühasibatlıq sənədlərinə deyil "xxxx" MMC tərəfindən tərtib edilmiş cədvəl məlumatlarına əsasən hesablanmışdır. Qeyd etmək lazımdır ki, mühasibat uçotu - mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır ("Mühasibat uçotu haqqında" AR Qanunu, maddə 2.1.6). Məhkəmə-mühasibat ekspertizası ilkin sənədlərin məlumatları əsasında aparılan tədqiqatdır. İlkin uçot sənədlərinin rəsmiləşdirilməsinə dair tələblər mühasibat uçotu sahəsini tənzimləyən normativ-hüquqi aktlarda müəyyən edilmişdir. Bu sənədlər təsərrüfat əməliyyatları haqqında etibarlı məlumatları əks etdirməli və həmin əməliyyatların həyata keçirildiyi anda zəruri rekvizitlər doldurulmaqla nümunəvi formalı blanklarda tərtib edilməlidir. Mühasibat uçotunda əks etdirilən ilkin sənədlərdə onların təkrar istifadəsinin mümkünlüyünü istisna edən qeydlər olmalıdır. Bu səbəbdən də, xx.xx.2020-ci il tarixli mütəxəssis AKT-ında göstərilənlər müvafiq qaydada təsdiq edilməyən sənədlərə istinad edildiyinə və orada göstərilən məlumatlar "Mühasibat uçotu haqqında"AR Qanununun tələblərinə uyğun olmadığına görə mütəxəssis AKT-ının gəldiyi nəticə əsaslı hesab edilmir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, yuxarıda göstərilən qaydalara uyğun olaraq tələb olunan sənədlər mövcud olmadığından hazırki tədqiqatla sabiq mağaza müdiri Təqsirləndirilən şəxs "xxxx" MMC-yə olan çatışmazlığı müəyyən etmək mümkün olmadı (İİ cild i.v. 158-166). Cinayət işinin materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 16 iyun 2021-ci il tarixli 9/1712 №-li rəyindən görünür ki, Auditorlar Palatasının üzvü, sərbəst auditor X20 tərəfindən 18 sentyabr 2020-ci il tarixli auditor rəyi tərtib edilmişdir. Həmin auditor rəyində yaranmış çatışmazlıq 144.525,00 manat müəyyən edilmişdir. Bildirilir ki, auditor aktından göründüyü kimi, yaranmış çatışmazlıqla bağlı mütəxəssisin apardığı araşdırmada istinad etdiyi sənədlər ciddi mühasibatlıq sənədləri olmadığından mütəxəssisin gəldiyi nəticə əsaslı hesab edilmir. X3 üzvü, sərbəst auditor X12 tərəfindən 29 mart 2021-ci il tarixli auditor hesabatı tərtib edilmişdir. Həmin auditor rəyində yaranmış çatışmazlıq 144.525,00 manat müəyyən edilmişdir. Qeyd olunan 29 mart 2021-ci il tarixli auditor hesabatından göründüyü kimi, mütəxəssisin də qeyd etdiyi kimi, cəmiyyət tərəfindən tabeliyində olan mağazalara mərkəzi anbardan mallar göndərilərkən və mağazalar arası yerdəyişmə aparılarkən ciddi hesabat blanklarından istifadə edilməmiş və qaimə fakturalar tərtib edilməmişdir. Bundan başqa auditor hesabatında yaranmış çatışmazlıq "1C" proqramından çıxarış komputer məlumatlarına və cədvəl məlumatlarına əsasən hesablamalar арarılmışdır. İş materiallarına əlavə olan "xxxx" MMC-nin Texnomart mağazalar şəbəkəsində malların satış qaydalarına dair Təlimatdan göründüyü kimi "Mərkəzi" anbardan sifariş verilən mallar, sürücüyə verilən qaimələr və sair əməliyyatlar "1C" sistemindən çıxardılmışdır. Qeyd edilir ki, məhkəmə-mühasibat ekspertizası mühasibatlıq sənədlərinə əsasən aparılan tədqiqatdır. Tovuz rayon prokurorluğunun məhkəmə komputer-texniki ekspertizası təyini haqqında 01 mart 2021-ci il tarixli qərarında ekspert qarşısında qoyulmuş sualların tədqiq olunması üçün ekspert tərəfindən mütəxəssis cəlb edilmiş və mütəxəssis Faiq Nağıyev tərəfindən 04 iyun 2021-ci i tarixdə alkt tərtib edilmişdir. Həmin aktda aşağıdakılar göstərilmişdir. a."Hp" markalı "15D078SR" modelli notebook tipli cihazda bir cox proqramlarla yanaşı "1C" proqram təminatı mövcuddur. "1C" proqram təminatına giriş ümumi şəbəkədən idarə olunması aşkar edildi. b."1C" proqram təminatında mağazaya mədaxil və məxaric olan malların siyahısında qeyd olunan rəqəmlərə hər hansı kənar şəxs tərəfindən müdaxilə və ya yenilənmənin olub- olmamasını müəyyən etmək üçün notebukda mövcud olan "1 C" proqramına daxil olduqda internet bağlantısı və eləcə də kənardan idarə etmə aydın şəkildə göründü. Qeyd olunanları nəzərə alaraq hər hansı bir kənar müdaxilənin olması istisna edilmir. c.xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-nin Tovuz və Qazax şəhərlərində yerləşən mağazalarında "1C" proqram təminatında qeyd olunmuş mədaxil və məxaric olunan malların siyahısını müəyyən etmək üçün "Hp" markalı "15D078SR" modelli notebook tipli cihaz vasitəsi ilə "xxxx" MMC-də yerləşən serverə 2 iyun 2021-ci il tarixdə giriş təmin olunmadığından 4 iyun 2021-ci il tarixdə "xxxx" MMC- nin Babək prospekti Ə.Quliyev 1131 ünvanında şirkətin pərakəndə satış şöbə müdiri Şahid7 Bəylər oğlunun və əməliyyat uçotu nəzarəti üzrə mütəxəssis Şahid1 iştirakı ilə "Lenovo ideapad 320-15 ikb (80xl03tjru) İntel (R) Core(TM) i5-7200GPU 2.50GH, Ram 8 GB" olan "Windows 10" əməliyyat sistemi olan kompüter avadanlığına mənim tərəfimdən baxış keçirilmişdir. ç.Məhkəmə Ekspertizasına təqdim olunan "Hp" markalı "15D078SR" modelli notebook tipli cihaz ekspertiza idarəsində olduğunu və başqa kompüter avadanlığından istifadə edərək "1C" kompüter proqram təminatına daxil olmanı nəzərə alıb həmin kompüter proqramında kənar müdaxilə mümkündür, edilmiş kənar müdaxilələrin zamanı, sayı və yerini müəyyən etmək mümkün deyil. Odur ki, çıxarılmış siyahı mötəbər olmamaqla tam dəqiq məlumatları əks etdirmir. Hazırki tədqiqatla yuxarıda göstərilən halları nəzərə alaraq xx.xx.2020-ci il tarixli mütəxəssis AKTında və 29 mart 2021-ci il tarixli auditor hesabatında göstərilənlər müvafiq qaydada təsdiq edilməyən sənədlərə istinad edildiyinə və orada qeyd olunan məlumatlar “Mühasibat uçotu haqqında" AR Qanununun tələblərinə uyğun olmadığına görə mütəxəssis AKTlarının gəldiyi nəticə əsaslı hesab edilmir. Belə ki, çatışmazlığı müəyyən etmək məqsədilə istintaq orqanının təyin etdiyi məhkəmə mühasibat ekspertizasının tədqiqatı zamanı yoxlama dövründə malların alınmasına dair qaimə fakturalar, yoxlama dövrünədək anbar qalığı, yoxlama dövrünün sonuna anbar qalığı, anbarda olan mal-materialın mədaxil-məxaric sənədləri, invertarizasiya aktı və ya üzləşdirmə aktı və sair mühasibatıq sənədlərinin olması mütləqdir. Həmçinin Tovuz rayon prokurorluğunun 29 mart 2021-ci il tarixli məktubuna əsasən əlavə olaraq mühasibatlıq ekspertizasına təqdim edilmiş, "daxili yerdəyişmə qaimələri" və "servis xidmət talonları"xxxx" MMC-yə məxsus 11 aprel 2020-ci il tarixli 1232 nömrəli və 02 iyun 2020-ci il tarixli 1809 nömrəli qaimələrin müvafiq normativ sənədlərin (Mühasibat uçotu haqda qanun və s.) tələblərinə əsasən tərtib edilib-edilmədiyi, həmin qaimələrin mühasibatlıq ekspertizası üçün əsas hesab edilib-edilməməsi sualı qoyulmuşdur. Yuxarıda qeyd olunan suala cavab olaraq bildirilir ki, yaranmış çatışmazlıqla bağlı Tovuz rayon Prokurorluğu tərəfindən təyin edilmiş məhkəmə-mühasibat ekspertizasına təqdim edilmiş sənədlərin tədqiqi üçün ilkin mühasibatlıq sənədlərin tam şəkildə olması bırmənalıdır. Onu da qeyd etmək lazımdır ki, mühasibat uçotu - mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır ("Mühasibat uçotu haqqında" AR Qanunu, maddə 2.1.6). Məhkəmə-mühasibat ekspertizası ilkin sənədlərin məlumatları əsasında aparılan tədqiqatdır. İlkin uçot sənədlərinin rəsmiləşdirilməsinə dair tələblər mühasibat uçotu sahəsini tənzimləyən normativ-hüquqi aktlarda müəyyən edilmişdir. Bu sənədlər təsərrüfat əməliyyatları haqqında etibarlı məlumatları əks etdirməli və həmin əməliyyatların həyata keçirildiyi anda zəruri rekvizitlər doldurulmaqla nümunəvi formalı blanklarda tərtib edilməlidir. Mühasibat uçotunda əks etdirilən ilkin sənədlərdə onların təkrar istifadəsinin mümkünlüyünü istisna edən qeydlər olmalıdır. Rəyin tədqiqi hissəsində qeyd olunan sənədlər ümumiyyətlə iş materiallarında mövcud deyildir. Belə ki, iş materiallarında olan sənədlərin olmadığı halda mövcud sənədlərlə çatışmazlığın hesablanması tədqiqatın obyektiv aparılmasına mane olur. Bu səbəbdən də, mütəxəssis AKTlarında göstərilənlər müvafiq qaydada təsdiq edilməyən sənədlərə istinad edildiyinə və orada göstərilən məlumatlar "Mühasibat uçotu da" AR Qanununun tələblərinə uyğun olmadığına görə mütəxəssis AKTlarının gəldiyi nəticə əsaslı hesab edilmir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, yuxarıda göstərilən qaydalara uyğun olaraq tələb olunan sənədlər mövcud olmadığından hazırki tədqiqatla sabiq mağaza müdiri Təqsirləndirilən şəxs "xxxx" MMC-yə olan çatışmazlığı müəyyən etmək mümkün olmadı (İV cild i.v. 224-236). Cinayət işinin materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 19 yanvar 2022-ci il tarixli 9/303 №-li rəyindən görünür ki, yaranmış mal çatışmazlığı ilə bağlı 11 yanvar 2022-ci il tarixdə sərbəst X2 tərəfindən auditor hesabatı tərtib edilmişdir. Auditor hesabatında aşağıdakılar göstərilmişdir. "xxxx" MMC-nin “1C” proqram təminatının ümumi serverində yerləşən qeydiyyat jurnalında olan müdaxilə edilməyən "xxxx"-lara əsasən MMC-in Tovuz və Qazax mağazalarında müdir işləmiş Təqsirləndirilən şəxs maddi məsuliyyətində müxtəlif növ elektrik məişət əşyaları olan ümumi mal qalığından 06 yanvar 2020-ci il tarixdən 30 avqust 2020-ci il tarixədək 52 adda 70.108.00 manat dəyərində malların əskik gəlməsi müəyyən edilmiş, həmin məbləğdə "xxxx" MMC-yə ziyan vurulmuşdur. Qeyd olunan 11 yanvar 2022-ci il tarixli sərbəst auditor rəyindən göründüyü kimi, cəmiyyət tərəfindən tabeliyində olan mağazalara mərkəzi anbardan mallar göndərilməsi və mağazalar arası yerdəyişməsi zamanı yaranmış çatışmazlıq qeydiyyat jurnallarına (LOG) əsasən müəyyən edilmişdir. İş materiallarına əlavə olunan "xxxx" MMC-nin Texnomart mağazalar şəbəkəsində malların satış qaydalarına dair Təlimatdan göründüyü kimi Mərkəzi anbardan sifariş verilən mallar, sürücüyə verilən qaimələr və sair əməliyyatlar “1C” sistemindən çıxarılmışdır. Qeyd edilir ki, məhkəmə-mühasibat ekspertizası mühasibatlıq sənədlərinə əsasən aparılan tədqiqatdır. "Mühasibat uçotu haqqında" AR Qanununun tələblərinə uyğun olaraq müvafiq qaydada təsdiq olunmuş sənədlər təqdim edilmədiyindən xx.xx.2022-ci il tarixli auditor hesabatında qeydiyyat jurnalı və orada qeyd olunan məlumatlara istinad edilmişdir. Belə ki mal çatışmazlığını müəyyən etmək məqsədilə yoxlama dövründə malların alınmasına dair qaimə, fakturalar, yoxlama dövrünədək anbar qalığı, yoxlama dövrünün sonuna anbar qalığı, anbarda olan mal-materialın mədaxil-məxaric sənədləri, inventarizasiya aktı və ya üzləşdirmə aktı və sair mühasibatlıq sənədlərinin olmamasına baxmayaraq ekspertiza tədqiqatı zamanı sərbəst X2 tərəfindən tərtib edilmiş auditor hesabatının əsaslılığı tədqiq edilərkən auditorun gəldiyi nəticələr onun istinad etdiyi 1C sistemindən çıxarılmış sənədlər üzrə yoxlanılmışdır və belə olan halda həmin rəyin əsaslı olması təsdiq edilir. Beləliklə iş materiallarında olan sərbəst X2 tərəfindən “1C” proqram təminatının ümumi serverində yerləşən qeydiyyat jurnalında olan "xxxx" əsasında tərtib edilmiş 11 yanvar 2022-ci il tarixli sərbəst auditor rəyi ilə müəyyən edilmiş mal çatışmazlığı istintaq orqanı tərəfindən nəzərə alındıqda, Ultratek MMC-in Tovuz və Qazax rayonlarında yerləşən mağazalarında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmələ gəlmiş çatışmazlığın məbləği 70.108.00 manat müəyyən olunur (Vİİ cild i.v. 119-131) Cinayət işinin materiallarında olan məhkəmə kompüter-texniki ekspertizasının 14 iyun 2021-ci il tarixli 5/302 №-li rəyindən görünür ki, təqdiq olunan “HP” markalı, “15do78sp” modelli “notebook” tipli kompüter hal-hazırda işlək vəziyyətdədir. “1C” proqram təminatı üzrə qoyulmuş sualları mütəxəssis X21 04 iyun 2021-ci il tarixli baxış aktında cavablandırmışdır. Baxış aktı ilə aşağıdakılar müəyyən edilir. a."Hp" markalı "15D078SR" modelli notebook tipli cihazda bir cox proqramlarla yanaşı "1C" proqram təminatı mövcuddur. "1C" proqram təminatına giriş ümumi şəbəkədən idarə olunması aşkar edildi. b."1C" proqram təminatında mağazaya mədaxil və məxaric olan malların siyahısında qeyd olunan rəqəmlərə hər hansı kənar şəxs tərəfindən müdaxilə və ya yenilənmənin olub- olmamasını müəyyən etmək üçün notebukda mövcud olan "1 C" proqramına daxil olduqda internet bağlantısı və eləcə də kənardan idarə etmə aydın şəkildə göründü. Qeyd olunanları nəzərə alaraq hər hansı bir kənar müdaxilənin olması istisna edilmir. c.xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-nin Tovuz və Qazax şəhərlərində yerləşən mağazalarında "1C" proqram təminatında qeyd olunmuş mədaxil və məxaric olunan malların siyahısını müəyyən etmək üçün "Hp" markalı "15D078SR" modelli notebook tipli cihaz vasitəsi ilə "xxxx" MMC-də yerləşən serverə 2 iyun 2021-ci il tarixdə giriş təmin olunmadığından 4 iyun 2021-ci il tarixdə "xxxx" MMC- nin Babək prospekti Ə.Quliyev 1131 ünvanında şirkətin pərakəndə satış şöbə müdiri Şahid7 Bəylər oğlunun və əməliyyat uçotu nəzarəti üzrə mütəxəssis Şahid1 iştirakı ilə "Lenovo ideapad 320-15 ikb (80xl03tjru) İntel (R) Core(TM) i5-7200GPU 2.50GH, Ram 8 GB" olan "Windows 10" əməliyyat sistemi olan kompüter avadanlığına mənim tərəfimdən baxış keçirilmişdir. Məhkəmə Ekspertizasına təqdim olunan "Hp" markalı "15D078SR" modelli notebook tipli cihaz ekspertiza idarəsində olduğunu və başqa kompüter avadanlığından istifadə edərək "1C" kompüter proqram təminatına daxil olmamı nəzərə alıb həmin kompüter proqramında kənar müdaxilə mümkündür, edilmiş kənar müdaxilələrin zamanı, sayı və yerini müəyyən etmək mümkün deyil. Odur ki, çıxarılmış siyahı mötəbər olmamaqla tam dəqiq məlumatları əks etdirmir (İV cild i.v. 218-221). Cinayət işinin materiallarında olan məhkəmə kompüter-texniki ekspertizasının 15 noyabr 2021-ci il tarixli 5/992 №-li rəyindən görünür ki, “1C” proqram təminatı üzrə qoyulmuş sualları mütəxəssis X13 25 oktyabr 2021-ci il tarixli baxış aktında cavablandırmışdır. Baxış aktı ilə aşağıdakılar müəyyən edilir: Müvafiq araşdırma "Hp" markalı "15D078SR" modelli "notebook" tipli kompüter cihazının yaddaşına quraşdırılmış "1C" proqram təminatı üzərindən deyil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 10 ünvanında yerləşən server kompüteri üzərindən aparılmışdır. Ona görə ki, "Hp" markalı "15D078SR" modelli "notebook" tipli kompüter cihazı da öz-özlüyündə lokal şəbəkəyə qoşulmuş hesab edilir. Kompüterlər (həmçinin, yuxarıda göstərilmiş kompüter cihazı) baş server vəzifəsini icra edən vahid serverə qoşulur və həmin server vasitəsilə də idarə olunur. “1C” proqram təminatının ümumi serverinə daxil oldum, məhsulların siyahıları, təsərrüfatdaxili hərəkətləri, eyni zamanda, digər istifadəçilərin sənədlərə müdaxiləsinin olub-olmamasını analiz etdim. Qeyd edim ki, mənə tam araşdırma aparmaq üçün sualda qeyd olunan dövr (xx.xx.2019 - xx.xx.2020) aralığında detallar təqdim olunmadığına görə, ("xxxx" MMC-nin 1C serverindən araşdırma aparmaq üçün yalnız xx.xx.2020 - xx.xx.2020-ci il tarixləri arası dövr üzrə məlumatların təqdim edilməsi mümkün olmuşdur) bilavasitə həmin - xx.xx.2020 - xx.xx.2020-ci il arası dövr üzrə araşdırmağıma əsasən, Təqsirləndirilən şəxs tərəfindən yaradılan sənədlərə kənar müdaxilələrin olması halı aşkar edilmədi. Lakin kənar müdaxilənin olmadığını gəti şəkildə qeyd etmək mümkün deyil. Nəzərə alsaq ki, “1C” proqram təminatı ümumi serverə qoşulub, bu halda, müvafiq “İD” və parolu daxil etməklə “1C” proqram təminatının ümumi serverinə daxil olub, məhsul siyahılarına, hərəkətinə, məlumatlara kənar müdaxilə edilməsi texniki cəhətdən mümkün olsa da, araşdırma gedişində tərəfimdən belə bir müdaxilənin edilməsi halı müəyyən olunmamışdır. Kənar müdaxilənin olub-olmaması serverdə olan qeydiyyat jurnalı ("xxxx") vasitəsilə müəyyən edilmişdir. İlk növbədə onu vurğulamaq istəyir ki, yuxarıda göstərilən dövr (xx.xx.2019 xx.xx.2020) üzrə araşdırma mümkün olmadı, çünki müvafiq tədqiqatın aparılması üçün mənə "xxxx" MMC tərəfindən yalnız xx.xx.2020 - xx.xx.2020-ci il arası dövr üzrə tədqiqat materialları təqdim edilmişdir. Göstərilən dövr üzrə məhsul siyahıları "xxxx" vasitəsilə müəyyən edilmişdir. Hər-hansı saxta arxivləşdirmə və ardından köhnə məlumatların bərpası kimi təqdim etmə və s. kimi hərəkətlər olarsa, bu zaman bütün hərəkətlər nəticəsində meydana çıxan dəyişikliklər qeydiyyat jurnalında ("xxxx"-da) öz əksini tapır. Lakin zəruri texniki imkanların mövcudluğu şəraitində, "xxxx"-un özünə də müdaxilə istisna edilmədiyi üçün, LOG vasitəsilə əldə edilmiş məhsul siyahılarının mötəbərliyi barədə konkret fikir bildirmək mümkün deyil. Göstərilən dövr (xx.xx.2019 - xx.xx.2020) üzrə kənar müdaxilənin olub-olmamasına əmin deyil, çünki araşdırmanı yalnız xx.xx.2020 - xx.xx.2020-ci il arası dövr izrə aparmışam və bu dövr üzrə kənar müdaxiləyə rast gəlmədim. Lakin müdaxilənin olubolmaması barədə dəqiq fikir yürütmək mümkün deyil. xx.xx.2020 - xx.xx.2020-ci il arası dövr üzrə bərpa edilməsi ehtimal olunan məlumatların mötəbərliyi, məhz kənar müdaxilə ilə daxil edilib-edilməməsi server üzərindən araşdırdığı qeydiyyat jurnalı ("xxxx") ilə müəyyən edilir. Əvvəlcə qeyd edir ki, zəruri texniki imkanlar olduğu halda kənar müdaxilə mümkündür və hazırki iş üzrə də, siyahılara kənar müdaxilənin olması istisna edilmir. Əgər kənar müdaxilə olmuşdursa, müdaxiləni edən şəxsin məlumat bazasına daxil etdiyi, həmin məlumatları daxil etmə prosesinin gələcəkdə aşkara çıxmaması üçün "izini itirmə"si mümkündür. Bu "iz itirmə" prosesi, müdaxilə edən şəxsin texniki imkanlarından, eləcə də, zəruri bilik və bacarıqlarından asılıdır (Vİ cild i.v. 125-130). Cinayət işinin materiallarında olan məhkəmə kompüter-texniki ekspertizasının 07 yanvar 2022-ci il tarixli 5/1410 №-li rəyindən görünür ki, “1C” proqram təminatı üzrə qoyulmuş sualları mütəxəssis Şahid19 05 yanvar 2022-ci il tarixli baxış aktında cavablandırmışdır. Baxış aktı ilə aşağıdakılar müəyyən edilir. Ümumi araşdırma LOG fayllar üzərində aparılmışdır. llk öncə bildirmək istəyir ki, apardığı analiz xx.xx.2019 - xx.xx.2020-ci il tarixləri aralığında deyil, ona təqdim olunan yalnız xx.xx.2020 - xx.xx.2020-ci il tarixlər aralığında olmuşdur. Bu araşdırmanın nəticəsində Mağaza Tovuz və Qazax tərəfindən "xxxx" MMC-nin Bakı şəhəri, ünvan 11 ünvanında terminal serverde yerləşən “1C” proqram təminatında 174 ədəd LOG fayl aşağıdakı nömrələri ilə qeyd olunmuşdur. 65, 115, 156, 137, 189, 221, 291, 307, 350, 385, 391, 407, 420, 425, 491, 536, 590, 620, 636, 643, 742, 746, 776, 849, 814, 845, 859, 865, 866, 922, 996, 1018, 1023, 1038, 1040, 1053, 1058, 1066, 1074, 1115, 1137, 1148, 1180, 1187, 1259, 1267, 1280, 1306, 1341, 1408, 1454, 1484, 1512, 1543, 1544, 1549, 1563, 1572, 1585, 1594, 1616, 1651, 1685, 1691, 1711, 1718, 1734, 1740, 1743, 1745, 1782, 1815, 1842, 1853, 1857, 1874, 1877, 1875, 1890, 2291, 2306, 1990, 2315, 1911, 1914, 1918, 1925, 1926, 1938, 1945, 1951, 1960, 1967, 1975, 1982, 1989, 2004, 2005, 2007, 2008, 2009, 2011, 2015, 2024, 2025, 2030, 2031, 2037, 2051, 2071, 2078, 2084, 2090, 2100, 2101, 2110, 2117, 2127, 2128, 2129, 2135, 2137, 2155, 2156, 2160, 2177, 2179, 2192, 2193, 2194, 2195, 2197, 2204, 2205, 2206, 2207, 2212, 2216, 2226, 2235, 2243, 2245, 2248, 2264, 2266, 2268, 2278, 2279, 2280, 2295, 2312, 2318, 2323, 2324, 2330, 2344, 2359, 2366, 2367, 2380, 2384, 2386, 2430, 2445, 2455, 2461, 2478, 2486, 2488, 2500, 2512, 2525, 2533, 2551 Araşdırma “1C” proqramın "xxxx" fayl bazasında yuxarıda qeyd olunan sənəd nömrələri üzərində aparılmış və bu log fayllarda sənəd üzərində hər hansı dəyişiklik, daxili müdaxilə və ya kənar müdaxilə qeydiyyat olunur. Araşdırma nəticəsində yuxarıda qeyd olunan sənəd nömrəli fayllara “1C” proqram təminatının bazasında qeyd olunan LOG fayl jurnalında kənar müdaxilənin olması barədə heç bir qeydiyyat daxil olmamışdır. Xüsusi icazəsi olan şəxs qeyd olunan nömrəli sənədlərə müdaxilə edə bilər və bu edilən müdaxilə LOG jurnalında qeydiyyat olunur. LOG-ları dəyişdirmək olmur, yalnız silmək olar və bu əməliyyatıda “1C” proqramında xüsusi icazəsi olan şəxs edə bilər. İzinin itirilməsi üçün həmin LOG fayl silinməlidir. Tovuz və Qazax mağazaları tərəfindən yaradılan LOG fayıllarının (xx.xx.2020 - xx.xx.2020-ci il tarixlər aralığında) olduğunu nəzərə alsaq daxili və ya kənar müdaxilə tərəfindən aşkarlanmamışdır. Ümumiyyətlə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 10 ünvanında yerləşən terminal serverde “1C” proqram təminatına qoşulmaq üçün istifadəçi 3 addımdan keçərək qoşulur. İlk növbədə həmin istifadəçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin domen serverində "istifadəçi" adı və "parolu" qeyd olunmalıdır və bu "istifadəçi" ad və "paroldan" istifadə edərək domen serverə qoşulur. Domen server kompüter şəbəkəsi domenində təhlükəsizlik identifikasiyası sorğularına cavab verən server kompüteridir. Bu, istifadəçinin domen resurslarına girişinə icazə verməkdən məsul olan şəbəəkə serveridir. O, istifadəçiləri autentifikasiya edir, istifadəçi hesabı məlumatlarını saxlayır və domen üçün təhlükəsizlik siyasətini tətbiq edir. Daha sonra həmin istifadəçiyə “1C” proqram təminatının yerləşdiyi terminal serverə qoşulması üçün VPN açar təqdim olunmalıdır. VPN texnologiyasının (X18 - X26) şəbəkənin internet üzərindən qurulan bağlantılar zamanı və ofislər arasında bağlantının təhlükəsiz təmin olunması məqsədilə istifadə olunur. VPN bağlantısı vasitəsilə informasiyanın şifrələnmiş halda istifadəçilər arasında təhlükəsiz şəkildə ötürülməsi həyata keçirilir. VPN bağlantısı ilə bir nöqtədən digərinə informasiya göndərilərkən paket şifrələnir, digər tərəfdə isə paket deşifrələnərək informasiya açıq şəkildə təqdim olunur. Bu səbəbdən VPN texnologiyası təhlükəli zonalarda daha geniş istifadə olunur və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin lokal şəbəkəsində bu texnologiyanın istifadə olunması kənar müdaxilənin olmasını istisna edir. İstifadəçi VPN vasitəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin lokal şəbəkəsinə qoşulur və daha sonra “1C” proqram təminatının yerləşdiyi terminal serverə qoşulması üçün administrator tərəfindən istifadəçiyə xüsusi icazəli "istifadəçi" adı və "parolu" təqdim olunur. Təqdim olunan parol təhlükəsizlik üçün hər ay dəyişdirilir. Terminal serverə qoşulduqdan sonra “1C” proqram təminatına qoşulmaq üçün həmin istifadəçiyə administrator tərəfindən başqa bir "istifadəçi" adı və "parolu" təqdim olunur. Bu 3 fərqli prosesdən keçəndən sonra istifadəçi öz "istifadəçi" adı və "parolunu" daxil edərək “1C” proqram təminatına qoşulub əməliyyatlar apara bilər. Nəzərinizə çatdirim ki, verilən icazəli "istifadəçi" adı və "parolu" "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sistem administratoru tərəfindən müəyyən hüquqlar çərçivəsində uyğunlaşdırılır, yəni istifadəçiyə "administrator" hüquqları verilmir, yalnız məhdud istifadə təqdim olunur (Vİİ cild i.v. 25-30). Cinayət işinin materiallarında olan “05 fevral 2022-ci il tarixdə Şahid12 qızının təqdim etdiyi üzlüklərində ağ rəngli dairə içərisində “arçelik 2016”, “arçelik 2017” və “arçelik 2018” yazısı yazılmış qeyd kitabçalarına keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin qeyd kitabçaları "xxxx" MMC-nin Mərkəzi anbarından və digər mağazalardan göndərilmiş malların təhvil alınması zamanı kənar sürücülərə xərc kimi ödənilmiş pulların, nağd və ya kreditə satılmış malların müştərilərin ünvanına çatdırılması zamanı xərc kimi sürücülərə ödənilmiş pulların və sair xərclərin uçotunun aparılması məqsədilə tərtib edilmişdir. Baxış zamanı üzlüklərində Arçelik 2016” qeyd kitabçasının 237-240 səhifələr, “Arçelik 2017” qeyd kitabçasının 347-350-ci səhifələrindən görünür ki, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri aralığında Tovuz mağazası tərəfindən xx.xx.2020-ci il tarixdə 14 adda, xx.xx.2020-ci il tarixdə 09 adda, xx.xx.2020-ci il tarixdə 09 adda, xx.xx.2020-ci il tarixdə 21 adda, xx.xx.2020-ci il tarixdə 12 adda, xx.xx.2020-ci il tarixdə 5 adda, xx.xx.2020-ci il tarixdə 7 adda, xx.xx.2020-ci il tarixdə 04 adda, xx.xx.2020-ci il tarixdə 05 adda, xx.xx.2020-ci il tarixdə 02 adda, xx.xx.2020-ci il tarixdə 05 adda, xx.xx.2020-ci il tarixdə 05 adda, xx.xx.2020-ci il tarixdə 10 adda, xx.xx.2020-ci il tarixdə 02 adda, xx.xx.2020-ci il tarixdə 01 adda, xx.xx.2020-ci il tarixdə 04 adda, xx.xx.2020-ci il tarixdə 04 adda, xx.xx.2020-ci il tarixdə 04 adda, xx.xx.2020-ci il tarixdə 03 adda, xx.xx.2020-ci il tarixdə 06 adda, xx.xx.2020-ci il tarixdə 02 adda, xx.xx.2020-ci il tarixdə 08 adda, xx.xx.2020-ci il tarixdə 02 adda, xx.xx.2020-ci il tarixdə 06 adda, xx.xx.2020-ci il tarixdə 23 adda, xx.xx.2020-ci il tarixdə 06 adda, xx.xx.2020-ci il tarixdə 04 adda, xx.xx.2020-ci il tarixdə 03 adda, xx.xx.2020-ci il tarixdə 09 adda, xx.xx.2020-ci il tarixdə 02 adda təhvil alınmış mallar məhkəmə-kompüter texniki ekspertizasının 07 yanvar 2022-ci il tarixli, 5/1410 nömrəli rəyində göstərilən müdaxilə edilməsi mümkün olmayan "xxxx" fayllarda sadalanmış mallarla qarşılaşdırıldıqda müəyyən edilmişdir ki, Tovuz mağazası tərəfindən sifariş verilmiş mallar ad, marka, model və saylarına uyğun olaraq tam şəkildə Tovuz mağazasında təhvil alınmışdır. 05 fevral 2022-ci il tarixdə Şahid12 qızının təqdim etdiyi üzlüklərində ağ rəngli dairə içərisində “arçelik 2016”, “arçelik 2017” və “arçelik 2018” yazısı yazılmış qeyd kitabçalarına keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin qeyd kitabçaları "xxxx" MMC-nin Mərkəzi anbarından və digər mağazalardan göndərilmiş malların təhvil alınması zamanı kənar sürücülərə xərc kimi ödənilmiş pulların, nağd və ya kreditə satılmış malların müştərilərin ünvanına çatdırılması zamanı xərc kimi sürücülərə ödənilmiş pulların və sair xərclərin uçotunun aparılması məqsədilə tərtib edilmişdir. Baxış zamanı üzlüklərində Arçelik 2016” qeyd kitabçasının 237-240 səhifələr, “Arçelik 2017” qeyd kitabçasının 347- 350-ci səhifələrindən görünür ki, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri aralığında Tovuz mağazası tərəfindən xx.xx.2020-ci il tarixdə 14 adda, xx.xx.2020-ci il tarixdə 09 adda, xx.xx.2020-ci il tarixdə 09 adda, xx.xx.2020-ci il tarixdə 21 adda, xx.xx.2020-ci il tarixdə 12 adda, xx.xx.2020-ci il tarixdə 5 adda, xx.xx.2020-ci il tarixdə 7 adda, xx.xx.2020-ci il tarixdə 04 adda, xx.xx.2020-ci il tarixdə 05 adda, xx.xx.2020-ci il tarixdə 02 adda, xx.xx.2020-ci il tarixdə 05 adda, xx.xx.2020-ci il tarixdə 05 adda, xx.xx.2020-ci il tarixdə 10 adda, xx.xx.2020-ci il tarixdə 02 adda, xx.xx.2020-ci il tarixdə 01 adda, xx.xx.2020-ci il tarixdə 04 adda, xx.xx.2020-ci il tarixdə 04 adda, xx.xx.2020-ci il tarixdə 04 adda, xx.xx.2020-ci il tarixdə 03 adda, xx.xx.2020-ci il tarixdə 06 adda, xx.xx.2020-ci il tarixdə 02 adda, xx.xx.2020-ci il tarixdə 08 adda, xx.xx.2020-ci il tarixdə 02 adda, xx.xx.2020-ci il tarixdə 06 adda, xx.xx.2020-ci il tarixdə 23 adda, xx.xx.2020-ci il tarixdə 06 adda, xx.xx.2020-ci il tarixdə 04 adda, xx.xx.2020-ci il tarixdə 03 adda, xx.xx.2020-ci il tarixdə 09 adda, xx.xx.2020-ci il tarixdə 02 adda təhvil alınmış mallar məhkəmə-kompüter texniki ekspertizasının 07 yanvar 2022- ci il tarixli, 5/1410 nömrəli rəyində göstərilən müdaxilə edilməsi mümkün olmayan "xxxx" fayllarda sadalanmış mallarla qarşılaşdırıldıqda müəyyən edilmişdir ki, Tovuz mağazası tərəfindən sifariş verilmiş mallar ad, marka, model və saylarına uyğun olaraq tam şəkildə Tovuz mağazasında təhvil alınmışdır. Cinayət işinin materiallarında olan 12 fevral 2022-ci il tarixdə Şahid12 qızının təqdim etdiyi üzlüyündə ağ rəngli dairə içərisində “arçelik 2016” yazısı yazılmış kitaba əlavə baxış keçirilərkən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" MMC-nin Mərkəzi anbarından Tovuz mağazasına müxtəlif adda və sayda malların göndərilməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Auditorlar Palatasının 29 mart 2021-ci il tarixli auditor hesabatının nəticə hissəsində görünür ki, ki, mühasibat məlumatlarına əsasən audit yoxlaması tərəfindən müəyyən edilmiş qalıqla, inventarizasiya aktında olan qalığın müqayisəli təhlili nəticəsində Təqsirləndirilən şəxs maddi məsuliyyətində 144.525,00 manat məbləğində əskikgəlmə-çatışmazlığın olması müəyyən edilmişdir. Eyni zamanda hesabatda qeyd olunmuş əmtəəsiz əməliyyatların olması, ilkin qalıqda olan bəzi malların heç bir mədaxil aparılmadığı halda son qalıqdan yoxa çıxması, banka vermək təyinatı ilə məxaric olunmuş pul vəsaitinin banka az verilməsi və kassa aparatına vurulmuş məbləğlə "xxxx" MMC-nin “1C” mühasibatlıq sisteminə yığılmış məbləğ arasındakı fərqin olması qeyd olunan əskikgəlmənin real olmasını təsdiq edən amillərdəndir. Qeyd olunanları nəzərə almaqla son nəticədə sabiq maddi məsul şəxs Təqsirləndirilən şəxs 144.525,00 manat məbləğində çatışmazlıq-əskikgəlmə tələb olunmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Auditorlar Palatasının 11 yanvar 2022-ci il tarixli audit rəyindən görünür ki, Nümayəndə2 “1C” proqram təminatının ümumi serverində yerləşən qeydiyyat jurnalında olan müdaxilə edilməyən "xxxx"-lara əsasən MMC-nin “Tovuz” və “Qazax” mağazalarında müdir işləmiş Təqsirləndirilən şəxs maddi məsuliyyətində müxtəlif növ elektrik məişət əşyaları olan ümumi mal qalığından xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 52 adda 70.108,00 manat dəyərində malların əskikgəlməsi müəyyən edilmiş, həmin məbləğə qədər "xxxx" MMC-yə ziyan vurulmuşdur.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİNƏ MƏHKƏMƏ KOLLEGİYASİNİN MÜNASİBƏTİ:

Məhkumun müdafiəçisi apellyasiya şikayətində Təqsirləndirilən şəxs barəsində çıxarılmış ittiham hökmünün əsassız və qanunsuz olduğunu, məhkəmənin istintaq orqanının saxta ittihamını qanuni qaydada araşdırmadan etmədiyi cinayətə görə onun barəsində ittiham hökmü çıxardığını qeyd etmişdir. Müdafiə tərəfi Təqsirləndirilən şəxs tam bəraət verilməli olmasını onunla əsaslandırmağa çalışmışdır ki, Təqsirləndirilən şəxs təqsirini təsdiq edən heç bir mötəbər sübut yoxdur. Araşdırma aparılan mağazada ciddi mühasibatlıq sənədləri tərtib edilməmiş, yalnız sonradan tərtib edilmiş “1C” proqram təminatına edilmiş əlavələrlə Təqsirləndirilən şəxs məhkum edilmişdir. Azərbaycan Respublikası CPM-in 39.3-cü maddəsinə əsasən əməldə cinayət hadisəsi və cinayət tərkibi olmadıqda, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: - cinayət hadisəsi olmadıqda; (CPM-nin 42.1.1) - əməldə cinayət tərkibi olmadıqda; (CPM-nin 42.1.2) - cinayətin törədilməsinə aidiyyəti olmadıqda; (CPM-nin 42.1.3) - təqsirliliyi sübuta yetirilmədikdə; (CPM-nin 42.1.4) Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: - bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; - bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa; - bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; - bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Əksinə apellyasiya şikayətində göstərilən xüsusatlar digər danılmaz sübutlarla-iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər istintaq hərəkəti protokolları, habelə sair iş materialları ilə tamamilə təkzib edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum və onun müdafiəçisi Təqsirləndirilən şəxs əsassız və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunduğunu göstərsələr də, onların bu dəlilləri iş materialları ilə tamamilə təkzib edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində ifadə verərkən ona təhkim edilmiş mağazalar üzrə 6.000 AZN mal-pul çatışmazlığı olduğunu, bu puldan 5.000 AZN-i zərərçəkmişə ödədiyini bildirmişdir. Lakin apellyasiya icraatı zamanı Təqsirləndirilən şəxs 5.000 manat pulu ondan rüşvət istənildiyi üçün verdiyini bildirmişdir. Bununla bağlı isə məhkəmələrə Təqsirləndirilən şəxs və ya onun müdafiəçisi tərəfindən heç bir sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxs pulu rüşvət istənildiyi üçün verdiyini bildirsə də, bununla bağlı iş materiallarında heç bir mötəbər sübut yoxdur, buna görə də məhkəmə kollegiyası onun bu ifadəsini inandırıcı hesab etmir. Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona təzyiqlər olunduğunu da bildirsə də, bununla bağlı da məhkəməyə heç bir sübut təqdim edilməmiş, cinayət işinin materiallarında bununla bağlı sübut aşkar edilməmişdir. Ona görə də məhkəmə kollegiyası bu hissədə müdafiə tərəfinin dəlillərini əsaslı hesab etmir və qeyd edir ki, bu dəlillər heç bir mötəbər sübuta əsaslanmır və heç bir sübutla dəstəklənmir. Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi hissəsində (6000 manata aid hissədə) əvvəlki icraatlar zamanı verdiyi ifadələrini işin hallarına və həqiqətə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərilən qərarındakı müddəaları nəzərə alaraq Təqsirləndirilən şəxs əvvəlki icraatlar zamanı vermiş olduğu ifadələrini qismən əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işində olan sübutlar, həmçinin apellyasiya məhkəməsində araşdırma Təqsirləndirilən şəxs CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni bir daha təsdiq edir. Belə olan halda məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası məhkumun və onun müdafiəçisinin hər bir dəlilini təhlil edərək və həmin dəlilləri cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə birlikdə müqayisə edərək belə nəticəyə gəlir ki, müdafiə tərəfinin irəli sürdüyü dəlillər əsassızdır və məhkuma qarşı irəli sürülmüş ittihamı təkzib edən arqumentlər kimi qiymətləndirmək mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsində də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən aparılmış ətraflı araşdırma ilə kifayətlənməmiş, apellyasiya araşdırması məhkəmə istintaqı aparılmaqla keçirilmiş, ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də məhkum Təqsirləndirilən şəxs tərəfindən ona qarşı irəli sürülmüş ittihamda əks olunmuş əməl törədilmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 179.2.3 və 179.2.4-cü maddələrinin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Apellyasiya şikayətində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və onun barəsində tam bəraət hökmü çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutları isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməməsinə dair göstərilən dəlillərə məhkəmə kollegiyası tənqidi yanaşır və vurğulayır ki, müdafiə tərəfinin göstərdiyi sözügedən xüsusatlar əsassız olmaqla ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-in 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutların toplanması və araşdırılmasında prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsaslı hesab etmir. Ümumiyyətlə, istər ibtidai istintaq zamanı, istər də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyinin, İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Prosessual hərəkətlərdən (hərəkətsizlikdən) və ya prosessul qərarlardan məhkəmə nəzarəti qaydasında və ya digər qaydada şikayət verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilərək məhkum barəsində tam bəraət hökmü çıxarılması üçün heç bir faktiki və hüquqi əsaslar yoxdur.

APELLYASİYA PROTESTİNİN VƏ ZƏRƏRÇƏKMİŞ HÜQUQİ ŞƏXSİN DİREKTORUNUN APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİNƏ MƏHKƏMƏ KOLLEGİYASİNİN MÜNASİBƏTİ: Hökmdən verilmiş apellyasiya protestində və zərərçəkmiş hüquqi şəxsin direktoru tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs əməllərini CM-in 179.2.3 və 179.2.4-cü maddələrinə tövsif edərkən sübutların düzgün tədqiq edilmədiyi və onun barəsində CM-in 179.3.2-ci maddəsi ilə ittiham hökmü çıxarılması iddia edilmişdir. Apellyasiya protestinin və şikayətinin dəlillərinin əsasını iş materiallarında olan sübutların birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırılmaması təşkil edir. Yuxarıda sadalanan dəlillərini araşdırdıqdan sonra məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini məqsədəuyğun hesab edir. CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. (maddə 8.0.3) Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir (CPM-in 139.0 və 139.0.1-ci maddələri). Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində təsbit etmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur. Sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-in 125-ci madd). CPM-in 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2 və 21.3-cü maddələrinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. İttihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olmasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.1, 145.2 və 145.3-cü maddələri). CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə göstərilən cinayət-prosessual qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Müvafiq ittihamın sübut edilməsinə maneə yaradan şübhələr digər sübut növü ilə aradan qaldırılmadıqda təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə hökmündə şəxsin cinayət əməlini törətməkdə təqsiri ehtimal əsasında deyil, yalnız sübutlara əsasən müəyyən edilməlidir. Məhkəmə kollegiyası göstərilən cinayət-prosessual qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Müvafiq ittihamın sübut edilməsinə maneə yaradan şübhələr digər sübut növü ilə aradan qaldırılmadıqda təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə hökmündə şəxsin cinayət əməlini törətməkdə təqsiri ehtimal əsasında deyil, yalnız sübutlara əsasən müəyyən edilməlidir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs CM-in 179.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs Nümayəndə2 Tovuz və Qazax rayonlarında fəaliyyət göstərən mağazalarında müdir vəzifəsinə təyin olunmaqla işlədiyi 01 fevral 2019-cu il tarixdən 29 sentyabr 2020-ci il tarixədək olan dövr ərzində 01 fevral 2019-cu tarixli əmək müqaviləsi və həmçinin həmin tarixli “Tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən tam həcmdə maddi məsuliyyət daşıdığı halda, tamah məqsədilə, əvəzsiz və qanunsuz olaraq öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə nağd şəkildə satılmış mallara görə müştərilərdən MMC-yə məxsus qəbzlə topladığı pulları tam şəkildə xəzinəyə mədaxil etməyə cavabdeh olmasına baxmayaraq ona təhkim edilmiş “Mağaza Tovuz” və “Mağaza Qazax” adlı xüsusi icazəli "xxxx" və müxtəlif paroldan istifadə etməklə kompüter şəbəkəsi vasitəsilə işlədiyi müəssisənin “1C” mühasibatlıq proqram təminatına daxil olub verdiyi sifarişlərə uyğun olaraq "xxxx" MMC-nin mərkəzi anbarlarından göndərilmiş müxtəlif təyinatlı məişət elektrik avadanlıqlarının satışından əldə edilmiş pulları işlədiyi müəssisənin xəzinəsinə və bank hesabına ödəmədən öz şəxsi ehtiyaclarına xərcləyərək qanunsuz və əvəzsiz olaraq özünün mülkiyyətinə keçirməklə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgənin, yəni "xxxx" MMC-in ümumillikdə 53 adda 144 sayda olmaqla 73.477,00 manat dəyərində külli miqdarda əmlakını mənimsəyərək talamışdır. Lakin məhkəmə kollegiyası verilmiş bu ittihamla razılaşmır, həmin ittihamla qismən razılaşan birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni düzgün və əsaslı hesab edir. Belə ki, “Mühasibat uçotu haqda” Qanunun 1.1.-ci maddəsində qeyd edilmişdir ki, “Bu qanun mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (bundan sonra mətndə mühasibat uçotu subyektləri adlandırılacaq) tərəfindən mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarını tənzimləyir.”. Həmin qanunun 3.1-ci maddəsinə əsasən, Bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun bu Qanunla müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılması məcburidir. Məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqat obyekti yalnız müvafiq qaydada, müvafiq tələblərə əsasən tərtib edilmiş, kağız daşıyıcıda olan sənədlər ola bilər. Çünki, məhkəmə mühasibatlıq ekspertizası mühasibatlıq sənədlərinə əsasən aparılan tətdiqatdır. Hazırkı cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı 3 dəfə məhkəmə kompüter texniki, 3 dəfə də məhkəməmühasibatlıq ekspertizası təyin edilərək müvafiq rəylər verilmişdir. Sonuncu dəfə apellyasiya məhkəməsində ekspertiza təyin edilmişdir. Lakin verilmiş rəylər Təqsirləndirilən şəxs təqsirini tam təsdiq etməmiş, irəli sürülmüş ittihamla ziddiyyət yaratmışdır. Həmçinin cinayət işi üzrə ekspertlər də dindirilmiş, buna baxmayaraq yenə də Təqsirləndirilən şəxs təqsirini təsdiq edə biləcək sübutlar toplanılmamışdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin ünvan 12 ünvanında yerləşən server kömpüterinə baxış keçirmişdir. “1C” proqram təminatının ümumi serverinə daxil olmuş, məhsulların siyahıları, təsərrüfatdaxili hərəkətləri, eyni zamanda, digər istifadəçilərin sənədlərə müdaxiləsinin olub-olmamasını analiz etmişdir. Bütün bu araşdırmalar “1C” proqram təminatının ümumi serverində yerləşən qeydiyyat jurnalı ("xxxx") vasitəsilə tam araşdırılıb, analiz edilmişdir. Ümumi araşdırma "xxxx" fayıllar üzərində aparılmışdır. "xxxx" fayl ingilis dilindən tərcümə olunduqda “qeyd” deməkdir. LOG sistemdəki hər hansı bir cihazın və sistem üzərində olan istifadəçilərin hərəkətlərini qeyd edən quruluşdur. Hər bir elektronik cihazda, proqram təminatında və əməliyyat sistemlərində LOG sistemi mövcuddur və bu sistem kiber təhlükəsizlik hadisələrinin aydınlaşdırılması üçün məcburi şərtdir. Ona tam araşdırma aparmaq üçün sualda qeyd olunan dövr, yəni xx.xx.2019xx.xx.2020-ci il tarixləri aralığında olan məlumatlar təqdim olunmadığına görə araşdırma yalnız xx.xx.2020-xx.xx.2020-ci il tarixləri aralığında "xxxx" MMC-nin ümumi serverində yerləşən “1C” proqram təminatında bərpa edilmiş 174 "xxxx" fayl əsasında aparılmışdır. Araşdırma nəticəsində “1C” mühasibatlıq proqram təminatının bazasında qeyd olunan "xxxx" fayl jurnalında kənar müdaxilə halı aşkar edilməmişdir. Xüsusi icazəsi olan şəxs qeyd olunan nömrəli sənədlərə müdaxilə edə bilər və bu edilən müdaxilə "xxxx" jurnalında qeydiyyat olunur. "xxxx" faylları dəyişdirmək olmur, yalnız silmək olar və bu əməliyyatı da “1C” proqramında xüsusi icazəsi olan şəxs edə bilər. İzinin itirilməsi üçün həmin "xxxx" fayl silinməlidir. Araşdırma zamanı Tovuz və Qazax mağazaları tərəfindən xx.xx.2020xx.xx.2020-ci il tarixləri aralığında yaradılmış "xxxx" fayllarda daxili və ya kənar müdaxilə halı aşkar etməmişdir. “1C” proqram təminatının ümumi serverində yerləşən məlumatlar birbaşa yox, təhlükəsizlik baxımından “VPN” (X18 –X26) bağlantısı vasitəsilə istifadəçilərə ötürülür. “VPN” dedikdə iki kompüter arasında məlumatları “virtual tunnel” vasitəsilə şifrəyələrək ötürən əlaqə vasitəsidir. “VPN” bağlantısı üzərindən istifadəçilər təhlükəsiz şəkildə informasiyanın ötürülməsini həyata keçirə bilərlər. Buna səbəb ötürülən informasiyanın adi qaydadan fərqli olaraq şifrələnmiş halda göndərilməsidir. Məhz buna görə bu texnologiya təhlükəli zonalarda daha geniş istifadə olunur, yəni qoşulmaya kimsə müdaxilə etsə, əldə ediləcəyi məlumat şifrələnmiş olur. Amma bu cür halda davamlı təkrar olunmur, çünki əgər “VPN” server məlumat sızmasını müşahidə edərsə həmin əlaqə başqa yolla marşrutlayır. İstifadəçi sistem administratoru tərəfindən ona verilən “istifadəçi” adı və “parolu” daxil edərək “1C” proqram təminatına qoşulub əməliyyat apara bilər. Birinci instansiya məhkəməsində ekspert qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Tovuz rayon prokurorluğu tərəfindən Təqsirləndirilən şəxs CM-in 179-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ayrı-ayrı tarixlərdə 2 rəy vermişdir. Ümumilikdə isə sözügedən iş üzrə cəmi 3 məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək keçirilib. İş üzrə təyin edilərək keçirilmiş 2 məhkəmə-mühasibatlıq ekspertizasına o, sonuncu ekspertizaya isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-n eksperti X8 tərəfindən rəy verilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, məhkəmə-mühasibatlıq ekspertizası mühasibatlıq sənədlərinə əsasən aparılan tədqiqatdır. Ultratek MMC-də mühasibatlıq, “1C” proqramdan çıxarış əsasında aparılıb. Yəni daxili qaydada olan mühasibatlıq aparılıb. “1C” proqramından çıxarışlar məhkəmə-mühasibat ekspertizasının predmeti deyil. Belə ki, “1C” proqramı elə bir proqramdır ki, orada 1-i (bir rəqəmini) dəyişib 10 da etmək olar, 10 rəqəmini 100 də etmək olar, 100-ü 1000 (min) də etmək olar. İstənilən rəqəmdə orada dəyişiklik etmək olar. Bununla bağlı kompüter-texniki ekspertiza rəyində də, qeyd olunmuşdur ki, həmin o müdaxilə ola da bilər, olmaya da bilər. Yəni müdaxilə belədir ki, kompüterə kimin giriş imkanı varsa, həmin şəxs rəqəmləri dəyişə bilər. Məhz ona görə, o səbəbdən proqramdan çıxarışlar məhkəmə mühasibatlıq ekspertizasının predmeti deyil. Yəni rəqəmlərdə dəyişiklik varsa, onda həmin o rəqəmlər əsasında obyektiv rəy verilməsi mümkün deyil. İbtidai araşdırma zamanı bir neçə auditor rəyi verilib. Onun tərəfindən verilən rəydə qeyd olunub ki, auditorun istinad etdiyi sənədlərin heç biri mühasibatlıq sənədləri deyil. Hətta onun tərəfindən 1-ci və 2-ci ekspert tədqiqatı apararkən, tədqiqat obyekti olmasa da, ümumi formada “1C” proqramından çıxarılmış kompüter məlumatlarındakı rəqəmlər arasında düzgünlük, uyğunluq olubolmamasını müqayisəli metodla yoxlamaq istəmişdir. O da düz gəlməyib. Tutaq ki, hər hansı bir məhsulun çeşidinin hərəkətini izləmiş, məsələn filan çeşiddən 300 ədəd mağazaya daxil olub, bu qədər satılıb və axırdakı qalıq düz gəlməyib. Yəni, mühasibatlıq sənədi olmaması öz yerində, hətta “1C” proqramından edilmiş çıxarışların özlərində də düzgünlük müəyyən edilməyib, əsaslı olmayıb. Bundan başqa inventarizasiya ilə bağlı qeyd etmək istəyirəm ki, işin içində məlumat şəklində “daxili yerdəyişmə qaimələri” mövcud olmuşdur. Həmin qaimələri də həqiqi qaimə kimi qəbul etmək olmur. Çünki qaimələri də ciddi mühasibatlıq sənədi kimi qəbul etməyi üçün, müəyyən rekvizitləri olmalıdır. Qaimələri ciddi mühasibatlıq sənədi kimi qəbul etmək üçün Maliyyə nazirliyinin, Nazirlər kabinetinin təsdiq etdiyi rekvizitlər olmalıdır. İşdəki qaimələrin heç birində heç bir zəruri rekvizit olmamışdır. Həm ekspert, həmçinin bir mühasib kimi, əminliklə deyə bilər ki, həmin qaimələr hamısı “1C” proqramından çıxarışlar olmuşdur. İstintaq materiallarında əsasən cədvəl məlumatları olmuşdur ki, bunlar da sənəd deyil, məlumat şəklində olmuş, eyni zamanda birtərəfli qaydada tərtib edilmişdir, bir daha vurğayır ki, məhkəmə mühasibatlıq ekspertizası “1C” proqramından edilmiş çıxarışlara əsasən keçirilə bilməz. İsrarla qeyd edir ki, “1C” proqramından edilmiş cədvəl şəklində olan məlumatların özü də iş materiallrında olan sənədlərdə düzgün olmamışdır. Ümumiyyətlə mühasibatlığın düzgün aparılması, uçotun düzgün qurulması təmin edilməlidir ki, bu cür çatışmazlığı müəyyən etmək mümkün olsun. Şirkətlərin belə etməsilə bağlı qeyd edir ki, nəinki bu şirkətin, digər şirkətlərin də bu cür etməsinin səbəbi çox vaxt vergidən yayınmaq məqsədidir. Yəni vergidən yayınmaq məqsədilə daxili qaydada sənədlər hazırlanır. Bu məsələ isə onun sahəsi deyil, o bu məsələ ilə bağlı yalnız şəxsi fikrini bildirir. Sənədlər daxili qaydada hazırlandıqda isə, sonradan mənimsəməni, çatışmazlığı müəyyən etmək mümkün olmur. 2-ci dəfə bu işlə bağlı 9/1712 nömrəli rəy yazanda, daha da həssaslıqla yanaşmış, çünki, eyni məsələ ilə bağlı növbəti dəfə ekspertiza təyin edilirsə, daha dərindən iş öyrənilir ki, nəsə şübhəli, diqqətdən qaçan məsələ qalmasın, rəy dolğun, əhatəli olsun. Bu iş üzrə də, 2-ci dəfə mühasibatlıq üzrə ekspertiza təyin ediləndə, o mühasibatlıq ekspertizasının tədqiqat obyekti olmasa da, “1C” proqramından çıxarılmış məlumatlar əsasında da, nəsə yazmaq istəmiş, lakin, yenə də uyğunsuzluq olmuş və rəy vermək mümkünsüz olmuşdur. El arasında “qara mühasibatlıq” deyə bir anlayış mövcuddur. Bu isə heç bir ekspertizanın predmeti deyil və ola bilməz. “Qara mühasibatlıqda” rəqəmlər dəyişir. Bundan əlavə, qara mühasibatlıqda sahibkar özü-özünü aldadır. Çünki, gələcəkdə bu cür problemlər yarananda kimin günahkar olmasını müəyyən edə bilmir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179-cu maddəsilə ittiham olunmasına dair cinayət işi üzrə məhkəmə mühsasibatlıq sahəsində ekspert rəyi vermişdir. Ona Təqsirləndirilən şəxs CM-in 179-cu maddəsilə təqsirləndirilməsinə dair cinayət işinin materialları təqdim edilmiş və iş üzrə təyin edilmiş 3 cü məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi həvalə edilmişdir. O işdə mühasibatlıq sənədlərinin mövcud olmaması səbəbindən ekspert tərəfindən hər hansı qənaət formalaşdırılmasının mühasibat uçotu haqqında qanuna zidd olduğunu rəyə qeyd etmiş, bununla belə auditorun rəyindəki riyazi hesablamanın düzgünlüyünü təsdiq etmişdir. Vurğulayır ki, məhkəmə mühasibatlıq ekspertizası ciddi mühasibatlıq sənədlərinin təftişi ilə aparılan ekspertiza növüdür, əks halda ekspertizanın aparılması mümkünsüzdür. Onun tərəfindən aparılan tədqiqatın hüquqi əsaslılığı yoxdur, o yalnız audit rəyində riyazi hesablamanı təsdiq edib. Cinayət işinin materiallarından eləcə də şahid ifadələrindən göründüyü kimi birinci məhkəmə-mühasibatlıq ekspertizası zamanı ekspert qeyd etmişdir ki, auditorun gəldiyi nəticə mühasibatlıq sənədlərinə deyil "xxxx" MMC tərəfindən tərtib edilmiş cədvəl məlumatlarına əsasən hesablanmışdır. Ona görə də müvafiq sənədlər mövcud olmadığından hazırki tədqiqatla sabiq mağaza müdiri Təqsirləndirilən şəxs "xxxx" MMC-yə olan çatışmazlığı müəyyən etmək mümkün olmadı (İİ cild i.v. 158-166). İkinci məhkəmə-mühasibat ekspertiza tədqiqatı zamanı ekspert qeyd etmişdir ki, mütəxəssis AKTlarında göstərilənlər müvafiq qaydada təsdiq edilməyən sənədlərə istinad edildiyinə və orada göstərilən məlumatlar "Mühasibat uçotu da" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmadığına görə mütəxəssis AKTlarının gəldiyi nəticə əsaslı hesab edilmir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, yuxarıda göstərilən qaydalara uyğun olaraq tələb olunan sənədlər mövcud olmadığından hazırki tədqiqatla sabiq mağaza müdiri Təqsirləndirilən şəxs "xxxx" MMC-yə olan çatışmazlığı müəyyən etmək mümkün olmadı (İV cild i.v. 224-236). Sonuncu məhkəmə-mühasibat ekspertiza tədqiqatı zamanı isə ekspert qeyd etmişdir ki, iş materiallarında olan sərbəst X2 tərəfindən “1C” proqram təminatının ümumi serverində yerləşən qeydiyyat jurnalında olan "xxxx" əsasında tərtib edilmiş 11 yanvar 2022-ci il tarixli sərbəst auditor rəyi ilə müəyyən edilmiş mal çatışmazlığı istintaq orqanı tərəfindən nəzərə alındıqda, "xxxx" MMC-in Tovuz və Qazax rayonlarında yerləşən mağazalarında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmələ gəlmiş çatışmazlığın məbləği 70.108.00 manat müəyyən olunur (Vİİ cild i.v. 119-131). Həmin rəylə əlaqədar dindirilmiş ekspert isə bildirmişdir ki, məhkəmə mühasibatlıq ekspertizası ciddi mühasibatlıq sənədlərinin təftişi ilə aparılan ekspertiza növüdür, əks halda ekspertizanın aparılması mümkünsüzdür. Onun tərəfindən aparılan tədqiqatın hüquqi əsaslılığı yoxdur, o yalnız audit rəyində riyazi hesablamanı təsdiq edib. Eyni zamanda birinci məhkəmə kompüter-texniki ekspertizasının rəyindən görünür ki, “1C” proqram təminatı üzrə qoyulmuş sualları mütəxəssis X21 04 iyun 2021-ci il tarixli baxış aktında cavablandırmışdır. Mütəxəssis qeyd etmişdir ki, “1C" kompüter proqram təminatına kənar müdaxilə mümkündür, edilmiş kənar müdaxilələrin zamanı, sayı və yerini müəyyən etmək mümkün deyil. Odur ki, çıxarılmış siyahı mötəbər olmamaqla tam dəqiq məlumatları əks etdirmir (İV cild i.v. 218-221). İkinci məhkəmə kompüter-texniki ekspertizasının rəyindən görünür ki, “1C” proqram təminatı üzrə qoyulmuş sualları mütəxəssis X13 25 oktyabr 2021-ci il tarixli baxış aktında cavablandırmışdır. Mütəxəssis qeyd etmişdir ki, tam araşdırma aparmaq üçün sualda qeyd olunan dövr (xx.xx.2019 – xx.xx.2020) aralığında detallar təqdim olunmadığına görə, ("xxxx" MMC-nin “1C” serverindən araşdırma aparmaq üçün yalnız xx.xx.2020 xx.xx.2020-ci il tarixləri arası dövr üzrə məlumatların təqdim edilməsi mümkün olmuşdur) bilavasitə həmin - xx.xx.2020 - xx.xx.2020-ci il arası dövr üzrə araşdırmağına əsasən, Təqsirləndirilən şəxs tərəfindən yaradılan sənədlərə kənar müdaxilələrin olması halı aşkar edilmədi. Lakin kənar müdaxilənin olmadığını gəti şəkildə qeyd etmək mümkün deyil. Nəzərə alsaq ki, “1C” proqram təminatı ümumi serverə qoşulub, bu halda, müvafiq İD və parolu daxil etməklə “1C” proqram təminatının ümumi serverinə daxil olub, məhsul siyahılarına, hərəkətinə, məlumatlara kənar müdaxilə edilməsi texniki cəhətdən mümkün olsa da, araşdırma gedişində tərəfimdən belə bir müdaxilənin edilməsi halı müəyyən olunmamışdır. Zəruri texniki imkanların mövcudluğu şəraitində, "xxxx"-un özünə də müdaxilə istisna edilmədiyi üçün, LOG vasitəsilə əldə edilmiş məhsul siyahılarının mötəbərliyi barədə konkret fikir bildirmək mümkün deyil. Göstərilən dövr (xx.xx.2019 xx.xx.2020) üzrə kənar müdaxilənin olub- olmamasına əmin deyiləm, çünki araşdırmanı yalnız xx.xx.2020 - xx.xx.2020-ci il arası dövr izrə aparmışam və bu dövr üzrə kənar müdaxiləyə rast gəlmədim. Lakin müdaxilənin olub- olmaması barədə dəqiq fikir yürütmək mümkün deyil. xx.xx.2020 - xx.xx.2020-ci il arası dövr üzrə bərpa edilməsi ehtimal olunan məlumatların mötəbərliyi, məhz kənar müdaxilə ilə daxil edilib-edilməməsi server üzərindən araşdırdığım qeydiyyat jurnalı ("xxxx") ilə müəyyən edilir. Əvvəlcə qeyd edim ki, zəruri texniki imkanlar olduğu halda kənar müdaxilə mümkündür və hazırki iş üzrə də, siyahılara kənar müdaxilənin olması istisna edilmir. Əgər kənar müdaxilə olmuşdursa, müdaxiləni edən şəxsin məlumat bazasına daxil etdiyi, həmin məlumatları daxil etmə prosesinin gələcəkdə aşkara çıxmaması üçün "izini itirmə"si mümkündür. Bu "iz itirmə" prosesi, müdaxilə edən şəxsin texniki imkanlarından, eləcə də, zəruri bilik və bacarıqlarından asılıdır (Vİ cild i.v. 125-130). Üçüncü məhkəmə kompüter-texniki ekspertizasının rəyindən görünür ki, “1C” proqram təminatı üzrə qoyulmuş sualları mütəxəssis Şahid19 05 yanvar 2022-ci il tarixli baxış aktında cavablandırmışdır. Mütəxəssis qeyd etmişdir ki, araşdırma 1C proqramın "xxxx" fayl bazasında sənəd nömrələri üzərində aparılmış və bu log fayllarda sənəd üzərində hər hansı dəyişiklik, daxili müdaxilə və ya kənar müdaxilə qeydiyyat olunur. Araşdırma nəticəsində yuxarıda qeyd olunan sənəd nömrəli fayllara 1C proqram təminatının bazasında qeyd olunan LOG fayl jurnalında kənar müdaxilənin olması barədə heç bir qeydiyyat daxil olmamışdır. Xüsusi icazəsi olan şəxs qeyd olunan nömrəli sənədlərə müdaxilə edə bilər və bu edilən müdaxilə LOG jurnalında qeydiyyat olunur. LOG-ları dəyişdirmək olmur, yalnız silmək olar və bu əməliyyatıda 1C proqramında xüsusi icazəsi olan şəxs edə bilər. İzinin itirilməsi üçün həmin LOG fayl silinməlidir. Tovuz və Qazax mağazaları tərəfindən yaradılan LOG fayıllarının (xx.xx.2020 - xx.xx.2020-ci il tarixlər aralığında) olduğunu nəzərə alsaq daxili və ya kənar müdaxilə tərəfimdən aşkarlanmamışdır. Apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza zamanı isə müəyyən olunmuşdur ki, həmin LOG fayllar ümumiyyətlə silinmiş, buna görə də ekspertiza tədqiqatının aparılması mümkün olmamışdır. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, xx.xx.2020 - xx.xx.2020-ci il tarixlər aralığında olan LOG fayllar sonradan "xxxx" MMC tərəfindən istintaq orqanına təqdim edilmişdir. Yəni, həmin faylların əvvəlcədən mövcud olması istisna olunur. "xxxx" MMC-in 10 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, server kompüterinə quraşdırılmış “1C” proqram təminatının xx.xx.2019-xx.xx.2020-ci il arası dövr üzrə ümumi serverindəki qeydiyyat jurnalında ("xxxx") öz əksini tapan bütün məlumatların, yəni məhsulların siyahılarının və təsərrüfatdaxili hərəkətlərinin və s. bərpa edilərək nəzərə alınmasını xahiş edir. 174 ədəd LOG fayl bərpa edilərək istintaq orqanına təqdim edilmişdir. Buna baxmayaraq bərpanın hansı şəraitdə və kim tərəfindən aparılması ilə bağlı heç bir qeyd edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən yaradıldığı qeyd edilən 174 ədəd "xxxx" faylın hansı kompüter vasitəsilə yaradılması, Təqsirləndirilən şəxs “login” və ya parolunun daxil edilərək digər kompüter vasitəsilə digər şəxs tərəfindən yaradılmasının mümkün olub-olmaması ekspert tədqiqatı zamanı müəyyən edilməmiş, bu şübhə də istintaq orqanı tərəfindən aradan qaldırılmamışdır. Digər tərəfdən ekspert X5 ifadəsində göstərmişdir ki, onun tərəfindən 1-ci və 2-ci ekspert tədqiqatı apararkən, tədqiqat obyekti olmasa da, ümumi formada “1C” proqramından çıxarılmış kompüter məlumatlarındakı rəqəmlər arasında düzgünlük, uyğunluq olub-olmamasını müqayisəli metodla yoxlamaq istəmişdir. O da düz gəlməmişdir. Tutaq ki, hər hansı bir məhsulun çeşidinin hərəkətini izləmiş, məsələn filan çeşiddən 300 ədəd mağazaya daxil olub, bu qədər satılıb və axırdakı qalıq düz gəlməyib. Yəni, mühasibatlıq sənədi olmaması öz yerində, hətta “1C” proqramından edilmiş çıxarışların özlərində də düzgünlük müəyyən edilməyib, əsaslı olmayıb. Odur ki, qeyd edilən ziddiyyətlərin fonunda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-in 179.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair heç bir əsas görmür. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, verilmiş ekspertiza rəylərindən görünür ki, əgər fayllar bərpa edilmiş olsaydı da bunun hansı kompüter və ya Təqsirləndirilən şəxs, yaxud başqa şəxs tərəfindən edildiyini dəqiq aşkar etmək mümkün deyil. Təqsirləndirilən şəxs məxsus olan “login” və şifrə ondan əlavə həm də sistem administratorunda olur. Sistem administratoru bütün “1C” programı üzrə bütün səlahiyyətlərə sahib olan şəxsdir. İstifadəçilərə “loqin” və şifrəni sistem administratoru təyin edir. Buna görə sistemin idarəetməsinə girişi olan, bundan başqa Təqsirləndirilən şəxs login və şifrəsini bilən, şirkətin baş ofisi və başqa mağazasının əməkdaşı da sistemə daxil olaraq əməliyyat apara bilər. Qeydiyyat jurnalının ("xxxx") silinməsi yalnız sistem administratoru və səlahiyyəti olan şəxslər tərəfindən mümkündür. Məhkəmə kollegiyasının mövqeyinə görə, CM-in 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi sübuta yetirilmir. İstintaq orqanı Təqsirləndirilən şəxs CM-in 179.3.2-ci maddəsi ilə təqsirli bilinməsi üçün yetərli sübutlar toplaya bilməmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı öz təqsirini etiraf etməsinə dair apellyasiya protestində və zərərçəkmiş hüquqi şəxsin direktorunun apellyasiya şikayətində göstərilən dəlillərə gəldikdə isə qeyd edilməlidir ki, CPM-in 126.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə kollegiyası cinayət prosesi tərəflərində heç bir şübhə və anlaşılmazlıq qalmaması üçün onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət prosesi iştirakçılarında məhkəmə kollegiyasının Təqsirləndirilən şəxs ilkin ifadəsinin bir hissəsini qəbul etməsi, digər hissəsini qəbul etməməsi sual doğura bilər. Məhkəmə kollegiyası isə CPM-in 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ifadələrini iş üzrə bütün sübutların məcmusu ilə yoxlayaraq həmin ifadələrin bir hissəsinin (6000 manat mənimsəmə hissəsində) toplanmış digər sübutların məcmusu ilə təsdiq edildiyi, digər hissəsinin isə toplanmış sübutlarla təsdiq edilmədiyi, şübhə və anlaşılmazlıq yarandığı qənaətinə gəlmişdir. Buna görə də, məhkəmə kollegiyası CPM-in 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ilkin ifadələrinin bir hissəsini ona qarşı ittihamın əsası kimi qəbul etmir. Şahidlərin ifadələri ilə bağlı məsələyə gəldikdə isə qeyd edilməlidir ki, həmin şahidlər ifadələrində Təqsirləndirilən şəxs mənimsəmə cinayəti törətməsi ilə bağlı mötəbər ifadələr verməmişlər. CPM-in 10.1-ci maddəsinin tələbinə görə məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 33.1-ci maddəsində göstərilmişdir ki, hakimlər cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə kollegyası yuxarıda qeyd olunan sübutları mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirib qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi sübut olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz (63-cü maddənin İ, İİ, İİİ və İV hissələri). İş materiallarına əlavə olunmuş sübutları tədqiq edən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq işin halları üzrə düzgün nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxs əməli tövsif olunarkən apellyasiya protestində və şikayətində əks olunmuş bütün dəlillərə məhkəmə hökmündə əsaslandırılmış münasibət bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan cinayət işi üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, araşdırılmış sübutlara CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə əsaslandırılmışdır. Apellyasiya protestinin və zərərçəkmiş hüquqi şəxsin direktorunun apellyasiya şikayətinin dəlilləri isə iş materiallarında olan kifayət qədər mötəbət sübutlarla təkzib edilir. Ümumiyyətlə, apellyasiya protestinin və zərərçəkmiş hüquqi şəxsin direktorunun apellyasiya şikayətinin dəlilləri hökmün ləğv edilməsi, üçün əsas ola bilməz.

MƏHKUMA TƏYİN EDİLMİŞ CƏZAYA MƏHKƏMƏ KOLLEGİYASİNİN MÜNASİBƏTİ:

Məhkəmə kollegiyası eyni zamanda məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın növü və həddi ilə də razılaşır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəza ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, CM-in 179.2-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində ağırlaşdırıcı halların olmamasını və cinayət nəticəsində dəymiş ziyanın böyük bir hissəsini ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, iki azyaşlı uşağının olmasını yüngülləşdirici hallar kimi nəzərə alaraq ona orta həddə cərimə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs barəsində olan və tədqiq edilən işin hallarını, təyin edilmiş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təyin edilmiş cəzanın məbləğinin aşağı endirilməsini, məhkum olunduğu maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsini və ya onun şərti məhkum edilməsini məqsədəmüvafiq hesab etmir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti və şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-32/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq

Q Ə R A R A A L D İ:

Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, məhkumun müdafiəçisi və zərərçəkmiş hüquqi şəxsin direktoru tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-32/2023 nömrəli hökmü məhkumun müdafiəçisi və zərərçəkmiş hüquqi şəxsin direktoru tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar