Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-62/2023 08.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası-X3 (sədrlik edən), Muxtarov Teyyub Asif oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Nuriyev Rəşad Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X4, zərərçəkmiş şəxs Şahid14, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 29,178.2.2, və 32.4, 312.2 maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən zərərçəkmiş şəxslər Şahid14, Şahid5 və Şahid10 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 1(100)-318/2022 saylı hökmü ilə (hakimlər R.N.Ələkbərli (sədrlik edən), D.H.İmanov və N.T.Əliyev) xx.xx.1966-cı ildə Gədəbəy rayonunun Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Gədəbəy rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2, 29,178.2.2, 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 178.2.2, 29,178.2.2-ci maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətinə, CM-in 32.4, 312.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 iyun 2020ci il tarixdə tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində 5 (beş) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından həbs edilməsi, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 14 oktyabr 2022-ci il tarixdən hesablanması qərar alınmış, habelə iş üzrə zərərçəkmiş şəxslərə, onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilmişdir. İşin halları Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 29,178.2.2, və 32.4, 312.2 maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmiş, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli ilə iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək təkrarən dələduzluq etməyə cəhd etmiş, eləcə də vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə üçüncü şəxsin vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə təkrarən təhrik etmişdir. Belə ki, o, Şahid5 ilə təsadüfən Gədəbəy Mərkəzi rayon Xəstəxanasının qarşısında qarşılaşan zaman qrup əlilliyi alması üçün həmin xəstəxanaya gəldiyini öyrənib, aralarında həmkəndli kimi yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Şahid5 geniş əlaqələri olmasını, Gədəbəy rayon xəstəxanasında olan həkim komissiyasından keçirmək imkanına malik olduğunu, qeyd olunan əlaqələrdən istifadə edərək 1100 (min yüz) manat pul verəcəyi halda sonuncunu keçirdiyi ürək xəstəliyi ilə əlaqədar təqaüd verilməsi üçün qrup əlillik təyin edilməsinə nail olmaq imkanına malik olmasına inandırıb, yalan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə, 2014-cü ilin aprel ayında, günü istintaqa dəqiq olmayan tarixdə Gədəbəy şəhəri, Z.Əliyeva küçəsində yerləşən Gədəbəy rayon xəstəxanasının qarşısında əvvəl 300 (üç yüz) manat, daha sonra 2014-cü ilin aprel ayında, günü istintaqa dəqiq olmayan tarixdə həmin ünvanda yerləşən Gədəbəy rayon xəstəxanasının yaxınlığında 800 (səkkiz yüz) manat pulunu alıb, ümumilikdə ona vahid niyyətlə 1100 (bir min yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid5 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə uzun müddət həmyerlisi kimi əvvəllər tanıdığı X2 ilə təsadüfən sonuncunun sahibi olduğu mağazadan ərzaq alan zaman mağazada piştaxtanın üzərində olan, arvadı X8 qrup əlilliyi ilə əlaqədar Gədəbəy rayon Dövlət Sosial Müdafiə fonduna ünvanlanması üçün müvafiq sənədlər toplanmasını görüb, aralarında həmyerli kimi yaranan etibarlı münasibətdən istifadə edərək Məhəmməd İskəndərovun əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Məhəmməd İskəndərova geniş əlaqələri olmasını, onun arvadına iş stajını yazmaq və buna görə təqaüd düzəltmək imkanına malik olduğunu, qeyd olunan əlaqələrdən istifadə edərək 1600 (bir min altı yüz) manat pul verəcəyi halda təqaüd verilməsi üçün iş stajını artırmağa nail olmaq imkanına malik olmasına inandırıb, yalan vəd edərək, yalan vədinə inandırmaqla etibardan suiistifadə etmə və aldatma yolu ilə 02 iyun 2016-cı il tarixdə Məhəmməd İskəndərova məxsus Gədəbəy rayonu, Qumlu yaşayış massivində yerləşən mağazada 1600 manat, daha sonra 05 iyun 2016-cı il tarixdə “əmək kitabçasının alınması üçün” həmin mağazada 100 (yüz) manat almaqla, ümumilikdə M.İskəndərova vahid niyyətlə 1700 (min yeddi yüz) manat məbləğində maddi ziyan vuraraq təkrarən dələduzluq etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə M.İskəndərovu ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgə əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə həmyerlisi kimi tanıdığı Gədəbəy rayonu, Düzyurd kənd sakini Şahid4 geniş əlaqələri olmasını, qeyd olunan əlaqələrdən istifadə edərək 5000 (beş min) manat pul verəcəyi halda hərbi xidmətdə olmuş oğlu Nicat Orucova hərbi qulluqçu kimi ev, maşın və 8000 manat pul almasına kömək etmək imkanına malik olduğunu yalan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə 2017-ci ilin sentyabr ayında, günü istintaqa dəqiq olmayan tarixdə Şahid4 Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən evində sonuncunun 5000 (beş min) manat pulunu alıb ələ keçirməklə təkrarən dələduzluq etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid4 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə uzun müddət həmyerlisi kimi tanıdığı Gədəbəy rayon sakini Şahid6 qızına geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək 1000 (bir min) manat pul verəcəyi halda sonuncunun oğlu X13 heç bir əmək fəaliyyəti ilə məşğul olmadığı halda ona güya, Şəmkir şərab Konyak zavodunda işçi kimi işləməsi barədə iş stajını artırmaq üçün əmək kitabçası yazılması barədə kömək etmək imkanına malik olduğunu yalan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə 2017-ci ilin sonlarında günü istintaqa dəqiq məlum olmayan tarixdə Şahid6 ünvan 4 ünvanında yerləşən evində 1000 (bir min) manat məbləğində pulu eyni niyyətlə, yəni aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək istəmiş, lakin sonuncu həmin məbləği ona verməkdən imtina edib 250 (iki yüz əlli) manat pulu verdiyindən iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək dələduzluq etməyə cəhd etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Şəmkir şərab-konyak zavodunda və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid6 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib bu məqsədlə uzun müddət həmyerlisi kimi tanıdığı Gədəbəy rayonu, Qumlu kəndində yaşayan Şahid8 geniş əlaqələri olmasını, qeyd olunan əlaqələrdən istifadə edərək 3500 (üç min beş yüz) manat pul verəcəyi halda xəstəliyə görə təqaüd düzəltmək imkanına malik olduğunu yalan vəd edərək, yalan vədinə inandırmaqla etibardan suiistifadə edib aldatma yolu ilə 2018-ci ilin sentyabr ayında günü istintaqa məlum olmayan tarixdə Şahid8 Gədəbəy rayonu, Qumlu kəndində yerləşən evində 3500 (üç min beş yüz) manat məbləğində pulunu eyni niyyətlə, yəni aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək istəmiş, lakin sonuncu həmin məbləği ona verməkdən imtina edib, 500 (beş yüz) manat pulu verdiyindən iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatıra bilməyərək dələduzluq etməyə təkrarən cəhd etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid8 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə həmyerlisi kimi tanıdığı Gədəbəy rayonu, Çayrəsullu kəndində yaşayan Şahid1 geniş əlaqələri olmasını, qeyd olunan əlaqələrdən istifadə edərək 3000 (üç min) manat pul verəcəyi halda xəstəliyi ilə əlaqədar 2016-cı ilin dekabr ayından etibarən azad olunduğu Gədəbəy rayon X7 Şınıx Bölməsində işlədiyi üçün təqaüd düzəltmək imkanına malik olduğunu yalan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə 25 yanvar 2018-ci il tarixdə, saat 11 radələrində Gədəbəy şəhəri, Əziz Əliyev küçəsində yerləşən “Dairə” adlanan yerdə Şahid1 1500 manat pulunu ələ keçirməklə təkrarən dələduzluq etmiş, həmçinin həmin vaxt qeyd edilən yerdə Şahid1 1500 (min beş yüz) manat məbləğində pulu eyni niyyətlə, yəni aldatma və etibardan sui-istifadə yolu etmə yolu ilə ələ keçirmək istəmiş, lakin sonuncu həmin məbləği ona verməkdən imtina etdiyindən iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək təkrarən dələduzluq etməyə cəhd etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid1 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədilə həmyerlisi kimi tanıdığı Gədəbəy rayonu, Plankənd kənd sakini Şahid10 geniş əlaqələri olmasını, qeyd olunan əlaqələrdən istifadə edərək 2800 (iki min səkkiz yüz) manat pul verəcəyi halda sonuncunun oğlu Sübhan Həsənovun bədənində olan qüsurla bağlı əlillik dərəcəsi alaraq təqaüd düzəltmək imkanına malik olduğunu yalan vəd edərək, yalan vədinə inandırmaqla etibardan suiistifadə edib aldatma yolu ilə 2019-cu ilin fevral ayının ortalarında, günü istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, X18 propekti 225 ünvanında yerləşən Gəncə şəhər İcra Hakimiyyətinin qarşısındakı parkda Şahid10 2800 manat pulunu alıb ələ keçirməklə təkrarən dələduzluq etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid10 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgə əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək qərarına gəlib bu məqsədilə təsadüfən tanış olduğu Gədəbəy rayonu, İnəkboğan kənd sakini Şahid9 geniş əlaqələri olmasını, qeyd olunan əlaqələrdən istifadə edərək 5000 (beş min) manat pul verəcəyi halda sonuncunun qohumu Şahid12 təqaüd düzəltmək imkanına malik olduğunu yalan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə 2019-cu ilin mart ayında günü istintaqa məlum olmayan tarixdə Şahid9 Gədəbəy şəhəri, Əziz Əliyev küçəsində yerləşən “Dairə” adlanan yerin yaxınlığında əvvəl 3000 manat, daha sonra 2019-cu ilin may ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixdə ünvan 8 ünvanında yerləşən A.Səhhət adına xəstəxananın qarşısında 1500 manat, həmçinin 2019-cu ilin may ayında günü istintaqa məlum olmayan tarixdə Gədəbəy rayonu, Büyük Qaramurad kəndinin girişində 500 manat pulunu alaraq Şahid9 vahid niyyətlə cəmi 5000 manat pulunu ələ keçirməklə təkrarən dələduzluq etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid9 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə təsadüfən tanış olduğu Daşkəsən rayonu, Astaf kənd sakini Şahid7 geniş əlaqələri olmasını, qeyd olunan əlaqələrdən istifadə edərək 4000 (dörd min) manat pul verəcəyi halda əlillik dərəcəsi ilə bağlı təqaüd düzəltmək imkanına malik olduğunu yalan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə 27 iyun 2019-cu il tarixdə saat 15 radələrində ünvan 8 ünvanında yerləşən A.Səhhət xəstəxanasının qarşısında əvvəl 900 manat, daha sonra 18 avqust 2019-cu il tarixdə saat 15 radələrində Gəncə şəhəri “Xan bağı”ı adlanan parkın qarşısında 1100 manat, daha sonra 2019-cu ilin sentyabr ayında günü istintaqa məlum olmayan tarixdə Gəncə şəhəri, X18 küçəsi 255 ünvanında yerləşən Gəncə şəhər İcra Hakimiyyətinin birinci mərtəbəsində yerləşən yeməkxanada 1500 manat, həmçinin 2019-cu ilin sentyabr ayının sonlarında günü istintaqa məlum olmayan tarixdə Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 50 ünvanında yerləşən Gəncə şəhər Univermağının yaxınlığında 300 manat pulunu alaraq Şahid7 vahid niyyətlə cəmi 3800 manat pulunu ələ keçirməklə təkrarən dələduzluq etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid7 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan əlavə, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə edərək özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə təsadüfən tanış olduğu Şəmkir şəhər sakini Şahid17 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrdən istifadə edərək 650 (altı yüz əlli) manat pul verəcəyi halda xəstəlik ilə bağlı təqaüd düzəltmək imkanına malik olduğunu yalandan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə 2019-cu ilin mart ayında günü istintaqa məlum olmayan tarixdə Şəmkir şəhəri, X20 küçəsi 63 saylı ünvanda Şahid17 650 (altı yüz əlli) manat pulunu alıb ələ keçirərək təkrarən dələzduzluq etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid17 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə edərək özgə əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək qərarına gəlib bu məqsədlə təsadüfən tanış olduğu Şəmkir rayonu, Mahmudlu kənd sakini Şahid14 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrdən istifadə edərək 5000 (beş min) manat pul verəcəyi halda sonuncunun oğlu Şahid19 yüksək təzyiqinin olması ilə əlaqədar təqaüd düzəltmək imkanına malik olduğunu yalandan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu 2020-ci ilin dekabr ayının sonlarında günü istintaqa məlum olmayan tarixdə Şəmkir şəhəri, H.Əliyev prospekti 2 ünvanında yerləşən Şəmkir rayon Məhkəməsinin inzibati binasının arxa hissəsində əvvəl 2500 (iki min beş yüz) manat, daha sonra 2021-ci ilin mart ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixdə ünvan 16 ünvanında yerləşən “Kapital Bank” ın yaxınlığında 1500 (min beş yüz) manat, Şahid14 vahid niyyətlə cəmi 4000 manat pulunu ələ keçirməklə təkrarən dələduzluq etmiş, həmçinin həmin vaxt qeyd edilən yerdə Şahid14 1000 (bir min) manat məbləğində pulu eyni niyyətlə, yəni aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək istəmiş, lakin sonuncu həmin məbləği ona verməkdən imtina etdiyindən iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək təkrarən dələduzluq etməyə cəhd etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid14 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan əlavə, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə edərək özgə əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə təsadüfən tanış olduğu Şəmkir rayonu, Mahmudlu kənd sakini Şahid13 Qənbər qızına geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrdən istifadə edərək 3000 (üç min) manat pul verəcəyi halda vərəm və epilepsiya xəstəliyindən əziyyət çəkən sonuncunun oğlu X9 qeyd edilən xəstəliklə əlaqədar təqaüd düzəltmək imkanına malik olduğunu yalandan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə 2020-ci ilin dekabr ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixdə Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən Şəmkir şəhər bazarının içərisində 3000 (üç min) manat pulunu aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid13 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan başqa, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgə əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə təsadüfən tanış olduğu Şəmkir rayonu, Dəllər-Cəyir kənd sakini X11 geniş əlaqələri olmasını, xəstəlik ilə bağlı təqaüdünü bərpa etmək imkanına malik olduğunu yalan vəd edərək, yalan vədinə inandırmaqla etibardan sui-istifadə edib aldatma yolu ilə 2021-ci ilin mart ayının əvvələrində günü istintaqa məlum olmayan tarixdə Şəmkir şəhəri, Heydər Əliyev propektində X24 Stansiyasının yaxınlığında 200 (iki yüz) manat, daha sonra 2021-ci ilin mart ayının əvvələrində günü istintaqa məlum olmayan tarixdə sonuncunun Şəmkir rayonu, DəllərCəyir kəndində yerləşən evində 2000 (iki min) manat, bundan sonra X22 şəhərinin mərkəzində H.Əliyev prospektində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığındakı milli ön terminalı vasitəsilə onun istintaqa məlum olmayan bank kartına 500 (beş yüz) manat pul göndərməsi nəticəsində Asəf Kərimovun vahid niyyətlə cəmi 2700 (iki min yeddi yüz) manat pulunu ələ keçirməklə təkrarən dələduzluq etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə A.Kərimovu ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Bundan əlavə, o, təkrarən şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə edərək özgə əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə təsadüfən tanış olduğu Şəmkir rayon sakini Şahid15 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrdən istifadə edərək 650 (altı yüz əlli) manat pul verəcəyi halda sonuncunun nəvəsi X1 Hepatit C xəstəliyi ilə əlaqədar təqaüd düzəltmək imkanına malik olduğunu yalandan vəd edərək, yalan vədinə inandırmaqla etibardan suiistifadə edib aldatma yolu ilə 2021-ci ilin mart ayının sonlarında günü istintaqa məlum olmayan tarixdə Şəmkir şəhəri, H.Əliyev prospektində yerləşən Şəmkir rayon X24 Xidmətinin içərisində Şahid15 650 (altı yüz əlli) manat pulunu ələ keçirərək təkrarən dələduzluq etmiş, təkrarən həmin tarixdə və həmin ünvanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə maddi neməti rüşvət qismində verməyə Şahid15 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə sonuncunu rüşvət verməyə təhrik etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən zərərçəkmiş şəxslər Şahid14, Şahid5 və Şahid10 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli hökmündən zərərçəkmiş şəxslər Şahid14, Şahid5 və Şahid10 Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayətləri verərək hər üçü onlara dəymiş ziyanın ödənilməsinin təmin edilməsini xahiş etmişlər. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında zərərçəkmiş şəxs Şahid14 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli hökmündən tövsif və cəza ilə bağlı hissədə narazı deyildir. Onun əsas tələbi ziyanın ödənilməsi ilə bağlıdır. Ona görə də ona dəymiş ziyanın ödənilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsi iclasında dövlət ittihamçısı Rəşad Alıkişiyev apellyasiya şikayətlərinə etiraz edərək bildirdi ki, birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslıdır. Zərərçəkmiş şəxslərin əsas tələbi onlara ziyanı ödənilməsi ilə bağlıdır, lakin məhkəmənin hökmündən də görünür ki, zərərçəkmiş şəxslərə, onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüquqları izah edilmişdir. Ona görə də hesab edir ki, şikayətin təmin edilməsi üçün əsaslar yoxdur və məhkəmənin hökmü qüvvəsində saxlanılmalıdır. Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Vüsal Alpaşayev apellyasiya şikayətinə etiraz edərək bildirdilər ki, birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslıdır, dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Ona görə də, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə zərərçəkmiş şəxslər Şahid5 və Şahid10 lazımi qaydada məlumat veilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin qeyd olunmalıdır ki, Şahid10 sonuncu məhkəmə iclasında iştirak etməsə də, əvvəlki məhkəmə iclaslarında iştirak etmiş və apellyasiya şikayətini müdafiə etdiyini bildirmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını şikayətin dəlilləri üzrə, habelə məhkəmə tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyin müddəalarına əməl edilməsi vəziyyətini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq və cinayət prosesinin tərəflərini məhkəmə iclasında dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, lakin Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli hökmü CPM-in 397.2-ci maddəsinin tələblərinə əsasən dəyişdirilməlidir. Belə ki, apellyasiya şikayətinin dəlillərindən görünür ki, işin faktiki halları və əməlin hüquqi tövsifi mübahisələndirilmir, hər üç zərərçəkmiş şəxsin əsas tələbi ondan ibarətdir ki, onlara dəymiş ziyanın ödənilməsi təmin edilməlidir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərində göstərilməsə də, CPM-nin 397-ci maddəsinin tələblərindən çıxış edərək, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin hökmünü iş materialları ilə əlaqəli şəkildə tövsifin düzgünlüyü hissəsində yoxlamış, müəyyən etmişdir ki, məhkəmə tövsif məsələsində əsaslı nəticəyə gəlmiş, bu hissədə maddi və prosessual hüququ düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən məhkum edilmiş şəxsin özünün etirafedici ifadələri, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə, yəni toplanmış sübutların məcmusu ilə onun Azərbaycan Respublikası CM-in 178.2.2, 29,178.2.2, və 32.4, 312.2 maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsi, əməlinin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, onun həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir, kollegiya həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Apellyasiya şikayətlərinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət-prosessual qanunvericilikdə zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsinin təminatçısı kimi “mülki iddia” nəzərdə tutulmuşdur, lakin iş materiallarından görünür ki, zərərçəkmiş şəxslər iş üzrə iş üzrə ibtidai istintaq dövründə və məhkəmə baxışı zamanı mülki idda verməmişlər. X27 Cinayətlər Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli hökmü ilə mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüquqları izah edilmiş, lakin zərərçəkmiş şəxslər yenə də zərərin ödənilməsinin təmin edilməsi məqsədilə apellyasiya şikayəti vermişlər. CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-in 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. CPM-in 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi başa çatmış və başa çatmayan cinayətlərə görə cəza təyin edərkən cinayət qanunu normasını düzgün tətbiq etməyərək səhvə yol verdiyindən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən hökm cəza təyini hissəsində dəyişdirilməlidir. Belə ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 29,178.2.2, 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilmiş, onu Cinayət Məcəlləsinin 178.2.2, 29,178.2.2-ci maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edərək, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Beləliklə, Gəncə Ağır Cinayətlər Məhkəməsi Təqsirləndirilən şəxs dələduzluq cinayəti ilə əlaqədar həm başa çatmış (CM-nin 178.2.2-ci maddəsi ilə), həm də başa çatmayan (CM-nin 29,178.2.2-ci maddəsi ilə) cinayətlərə görə vahid cəza, yəni 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Cinayət Məcəlləsinin 63-cü maddəsinin tələblərinə görə, başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli Qərarı ilə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında da dəyişikliklər edilmişdir. Həmin qərarın 15-ci bəndində (yeni redaksiyada) göstərilmişdir ki, “başa çatmış və başa çatmayan cinayətlərin çoxluğu cinayətlərin təkrar törədilməsi əlaməti üzrə Cinayət Məcəlləsinin bir (məsələn, 177.2.2-ci) maddəsi ilə deyil, başa çatmayan və başa çatmış cinayətlərin məcmusu kimi tövsif edildiyi, yəni başa çatmış və başa çatmayan cinayətlərin istər real, istərsə də, ideal məcmusu olduğu hallarda təqsirkar şəxsə cəza da cinayətlərin məcmusuna görə cəzaların təyin edilməsi qaydalarına riayət olunmaqla təyin olunmalı, yəni Cinayət Məcəlləsinin 66.1-ci maddəsi tələb etdiyi kimi, əvvəlcə cinayətlərin məcmusuna daxil olan hər bir cinayətə, o cümlədən, başa çatmış və CM-in 66-cı maddəsinin müəyyən etdiyi hədlər daxilində başa çatmayan cinayətə görə ayrı-ayrılıqda cəzalar təyin edilməli və daha sonra məcmuya daxil olan cinayətlərin təsnifatından asılı olaraq CM-in 66.2 və yaxud 66.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın müddəti və ya həcmi müəyyən olunmalıdır. Başa çatmış və başa çatmayan cinayətlərin məcmusu üzrə birbaşa vahid cəzanın təyin edilməsi cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi qaydalarına zidd olmaqla yanaşı, həm də ona görə yolverilməzdir ki, başa çatmayan cinayətlərə görə cəzanın CM-in 63-cü maddəsinə müvafiq olaraq təyin edilməli olmasını, yəni həmin maddəyə görə məcmuya daxil olan başa çatmayan və başa çatmış cinayətlər üzrə sanksiyaların fərqli olduğunu nəzərə almır”. Yuxarıda göstərilən cinayət qanunu normalarına və Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli hökmü Təqsirləndirilən şəxs cəza təyini hissəsində dəyişdirilməli, ona dələduzluq cinayəti ilə əlaqədar olan həm başa çatmış cinayətlərə görə, yəni Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə, həm də Cinayət Məcəlləsinin 66-cı maddəsinin müəyyən etdiyi hədlər daxilində başa çatmayan cinayətə görə, yəni Cinayət Məcəlləsinin 29,178.2.2-ci maddəsi ilə ayrı-ayrılıqda cəzalar təyin edilməli və daha sonra məcmuya daxil olan cinayətlərin (Cinayət Məcəlləsinin 178.2.2, 29,178.2.2 və 32.4, 312.2-ci maddələrinin) təsnifatına uyğun olaraq, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəzanın müddəti müəyyən olunmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası qəti cəzanın müddəti ilə bağlı məsələnin də müzakirə olunmasını vacib bilmişdir. Belə ki, zərərçəkmiş şəxslərin apellyasiya şikayətlərində Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən qəti təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının ağırlaşdırılması məsələsi qoyulmamışdır. İttiham tərəfi həmin cəzanı mübahisələndirməmiş, habelə, başa çatmayan cinayətlərə görə cəza təyin olunmaması ilə əlaqədar hər-hansı münasibət bildirməmişdir. Belə ola halda, apellyasiya məhkəməsi qəti cəzanı müəyyən edərkən, Təqsirləndirilən şəxs vəziyyətinin ağırlaşdırılmasına yol verilməməsi üçün, ona birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş qəti cəzanın, yəni 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasının həddinin artırılmamasını zəruri hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 29,178.2.2, və 32.4, 312.2 maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən zərərçəkmiş şəxslər Şahid14, Şahid5 və Şahid10 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Cinayət- Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən hökm cəza təyini hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 29,178.2.2, və 32.4, 312.2 maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən zərərçəkmiş şəxslər Şahid14, Şahid5 və Şahid10 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 1(100)-318/2022 saylı hökmü Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyini hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.2.2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Həmin cəzalar və məhkəmənin hökmünə əsasən Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 iyun 2020-ci il tarixdə tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində 5 (beş) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş qaydada və müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-62/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-62/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver