Məhkəmə qərarları › İş №1(104)-7/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-7/2025

05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-7/2025 05.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X8 və Əliyev Nural Turab ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Göygöl Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli 1(066)-103/2023 saylı hökmü ilə (hakim: X4) xx.xx.1987-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Yevlax şəhəri, Q.Quliyev küçəsi, ev 7A, mənzil 24-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanması, Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan – “Volkswagen Passat” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin - sahibinə qaytarılması nəzərə alınması, Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki icraat qaydasında iddia qaldırmaq hüququ izah edilməsi qərara alınmışdır. İşin halları Hökmə əsasən Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarınını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 05:30 radələrində idarə etdiyi Volkswagen passat markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan yolunun Göygöl rayonundan keçən 361.5-ci kilometrliyində 90 km/saat surətlə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən "X6" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətin daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, avtomobili mövcud yol şəraitində təhlükəsiziyini təmin edə biləcəyi surətlə idarə etməli, avtomobilinİ hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda bunu etməyərək, avtomobilin idarəetməni itirərək yolun hərəkət hissəsindən çıxardıb yolun kənarındakı dəmir çəpərə vurmuş, nəticədə o, ehtiyatsızlıqdan sərnişini olan Zərərçəkmiş şəxs sağ 5-ci qabırğanın yerdəyişən sınığı, sağ tərəfli hemotoraks, sol qalça tinində qançır, sol diz oynağında qançır xəsarətləri ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Apellyasiya şikayətinin dəlilləri Hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək şiakyətinin təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(066)-103/2023 saylı hökmünün ləğv edilməsini, məhkəmə istintaqı aparılmaqla verilmiş cəza xəsarətin dərəcəsindən asılı olaraq müəyyən edilməklə daha yüngül cəzanın verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətini belə əsaslandırmışdır ki, o, şəxsə xəsarət yetirmişdir. Bu bir yol hadisəsidir. Ancaq xəsarət ağır xəsarət deyildir. Buna görə məhkəmədə peşman olduğunu bildirmişdir. Bu barədə ondan üzr istəmiş, hətta bütün zəruri xərcləri ödəməyə hazır olduğunu bildirmişdir. Ancaq şəxs ondan aralanaraq digər məsuliyyəti müəyyən olunmayan tibb müəssisəsindən aldığı rəylə hazırki ağır xəsarəti müəyyən edib. Bu səbəbdəndə zərərçəkmiş şəxsin Məhkəmə Tibbi Ekspertizası Müəssisəsinin rəyinin formal olduğu qənaətinə gəlinərək bu halın düzgün müəyyənləşdirilmədiyini, işdə digər tibbi sənədlərə əhəmiyyət verilmədiyini nəzərə alaraq təkrar Məhkəmə Tibbi Ekspertizasının keçirilməsini istəyir. Odur ki, ədalətli qərar çıxarılmasını xahiş edir. Proses iştirakçılarının çıxışları Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edib onun məzmununa uyğun çıxış etdilər və şikayətin təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli 1(066)- 103/2023 saylı hökmünü ləğv edib ona daha yüngül cəza təyin olunmasına dair qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı2 apellyasiya şikayətinə qarşı etiraz etdi, şikayətin dəlillərinin əsassız olduğunu, məhkumun əməlinin cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə təsdiq olunduğunu, həmçinin ona təyin edilmiş cəzanın qanuni və ədalətli olduğunu bildirdi və şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPMin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Apellyasiya şikayətinin və müdafiə tərəfinin çıxışının dəlillərində işin faktiki halları və əməlin hüquqi tövsifi mübahisələndirildiyindən Azərbaycan Respublikası CPM-in 397.2-ci maddəsinin tələblərinə əsasən ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsə ittiham olunmuş Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum edilmiş şəxsin əməlinin həmin maddə ilə düzgün tövsif olunub-olunmamasına hüquqi qiymət verilməlidir. Məhkəmə CPM-in 397.1 və 397.2-ci maddələrinin apelyasiya instansiya məhkəməsinə verdiyi səlahiyyətlərdən istifadə edərək birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilibedilməməsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Avropa İnsan hüquqları Məhkəməsi Korbelv Macarıstana qarşı işi üzrə 29 sentyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət hüquqi normalarının geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər həmin maddə özündə daha umumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən yalnız qanun cinayət tərkibi və buna görə cəzanı müəyyən edə bilər, o cümlədən ittiham olunan şəxsin ziyanına cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsinədə mümkündür. Hüquq normalarının məzmununun qeyrimüəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan həddlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini CM-in 263.1-1-ci maddəsi ilə tövsif edərkən məhkəmə-tibb ekspertizasının xx.xx.2023-sü il tarixli 285 nömrəli rəyini əsas götürmüş və məhkəmə-tibb ekspertizasının xx.xx.2023-sü il tarixli 285 nömrəli rəyindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sağ 5-ci qabırğanın yerdəyişən sınığı, sağ tərəfli hemotoraks, sol qalça tinində qançır, sol diz oynağında qançır, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcələrinə görə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa Ağır zərər vurmaya aiddirlər. Apellyasiya icraatı zamanı müdafiə tərəfinin vəsasətəi əsasında iş üzrə təkrar məhkəmə-tibb ekspertizası təyin edilərək rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və X2 PHŞ-i tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1839№-li ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sağ 5-ci qabırğanın yerdəyişən sınığı, sol qalça tini və sol diz oynağının qançırı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşya təsirindən yaranmış, yaranma müddəti qərarda göstərilən xx.xx.2023-cü ilə uyğun gəlir, yolnəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Vətəndaş Zərərçəkmiş şəxs müəyyən edilən xəsarətlərin məhz xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi zamanı yaranması həmin tarixdə “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ A.Səhhət adına xəstəxana tərəfindən qoyulan “Sağtərəfli əzələ əziyi (avtoqəza)” diaqnozu, xx.xx.2023-cü il tarixdə ekspert tərəfindən aşkar edilən dəyişikliklər-palpasiya zamanı döş qəfəsinin sağ yarısında ön və bayır səthlərdə ağrıların olması ilə, həmçinin təqdim edilən rentgen şəklinin tədqiqatı zamanı aşkar edilən radioloji əlamətlər ilə təsdiq olunur. Qeyd edilən suallarda göstərilən digər məsələlər şəxsin müayinə və müalicəsində iştirak edən tibb işçilərinin dindirilməsi yolu ilə öz həllini tapa bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sağlamlığa zərərvurmanın məhkəmə-tibbi ekspertizası qaydalarına əsasən V qabırğanın yerdəyişən sınığı həyat üçün təhlükəli əlamətlərlə müşayiət edilmədiyi halda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır, yerdəyişməyən sınığı isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Bundan sonra ittiham tərəfinin vəsatəti əsasında iş üzrə yenidən təkrar məhkəmətibb ekspertizası təyin edilərək rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və X2 PHŞ-i tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 489 №-li ekspert rəyindən görünür ki, Birliyə təqdim edilmiş rentgenoqrammaya yüksək ixtisaslı radioloq tərəfindən baxış keçirilərkən sağ V qabırğanın lateral hissəsinin yerini dəyişən sınığı aşkar edilməmiş, Belə ki, əgər hematoraks həyat üçün təhlükəli olardısa döş boşluğu punksiya olunmalı, mayenin xarakteri və miqdarı müəyyən edilməli, həyat üçün təhlükəli əlamətlər isə tibbi kartada öz əksini tapmalı idi. Bütün bunlar tibbi sənədlərdə öz əksini tapmadığından bu sınaq sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid edilməlidir. Vətəndaş Zərərçəkmiş şəxs sağ 5-ci qabırğanın yerdəyişən sınığı, sol qalça tini və sol diz oynağının qançırı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşya təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, xx.xx.2023-cü il tarixdə yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə ümumikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. « Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsində qeyd edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Barbera, Messegue və Habardo İspaniyaya qarşı» iş üzrə qərarmda da xüsusilə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə irəli sürülən ittiham həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. «Hoanq Fransaya qarşı» işdə Məhkəmə qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə görə, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; hakim qanunu və vicdanını rəhbər tutaraq, sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Belə ki, cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını güman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsində deyilir ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CM-nin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin (cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin) bütövlükdə hamısının (həm də eyni vaxt ərzində) mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikası CPM-nin 140.0.1-ci maddəsinə əsasən bədən xəsarətlərinin ağırlıq dərəcəsi və xarakteri-tibb sahəsində ekspert rəyi ilə müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi qiymətləndirilə bilməz. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli, yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi kimi qiymətləndirilməli və əməli Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsindən həmin Məcəllənin 263.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə məhkum edilmiş şəxsə cəza təyin edilməsi məsələsini də müzakirə edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən hadisələrin təsadüfü axarı zəmnində ilkdəfə ehtiyyatsızlıqdan az ağır cinayət törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində əsasən cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını, nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 2022-ci il 25 iyul tarixli Qərarında qeyd edilmişdir ki, cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Azərbaycan Respublikası CPM-in 398.1.4-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar çıxara bilər. Cinayət-Prosessual Məcəllənin 399.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; cinayət qanunu normasının düzgün tətbiq edilməməsi və təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Həmin Məcəllənin 405.1.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi cinayətin tövsifini dəyişdirdiyi və az ağır cinayət haqqında cinayət qanunvericiliyini tətbiq etdiyi halda birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilərək, Göygöl Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli 1(066)-103/2023 saylı hökmü həmin apellyasiya şikayətinə əsasən dəyişdirilməli, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsindən həmin Məcəllənin 263.1-ci maddəsinə tövsif edilməli və o, Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Göygöl Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 1(066)-103/2023 nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində Yevlax rayonu və Mingəçevir şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar