Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-74/2023 02.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X4 və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X1, Təqsirləndirilən şəxs və müdafiəçisi X2iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Samux Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 1(058)-35/2022 saylı hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Samux Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 1(058)-35/2022 saylı hökmü ilə (hakim S.Zeynalova) xx xxx 1981-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumhğı ödənilmiş, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə massivi, ev 36, mənzil 21-də qeydiyyatda olmaqla, Samux rayon Sərkar kəndində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrumetmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyinedilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 05 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi, cəzasının əvvəli 06 oktyabr 2022-ci il tarixdən hesablanması, barəsində hazırkı iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Gəncə şəhəri Narkoloji Dispanserdə qeydiyyatagötürülməsi qərara alınmışdır. Həmçinin hökmlə maddi sübutların və məhkəmə xərclərinin taleyi həll edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 43,727 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 02 iyun 2022-ci il tarixdə saat 16 radələrində Samux Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Samux rayonu Nəbiağalı qəsəbəsi, H.Əliyev prospektində yerləşən, “İbonun çayçısı” adlanan çayxanada saxlanılaraq Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilməklə üzərində video-çəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli yay gödəkçəsinin sağ çöl cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıyıb üzərində saxladığı həmin 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 43,727 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək ondan aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum apellyasiya şikayəti verərək azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinixahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, səmimi peşmandır, məcburi müalicəyə ehtiyacı yoxdur, himayəsində iki azyaşlı uşağı və anası var, yaşayış yeri üzrə müsbət xarakterizə edilir, məhkumluğu ödənilmişdir. Buna görə işinə ədalətlə baxılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkum apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki,birinci instansiya məhkəməsi şikayətində qeyd edilənlərinəzərə almadan ədalətsiz qərar qəbul etmişdir. Belə ki, himayəsində iki azyaşlı uşağı, xəstə həyat yoldaşı və anası var, hazırda məhkumluğu yoxdur. Buna görə şikayətinin təmin edilməsini, ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinixahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən məhkumun müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək şikayətdə göstərilən məzmunda çıxış etdi və bildirdi ki, məhkum əməlindən peşmandır, onun təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında alternativ, yəni daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası var. Təqsirləndirilən şəxsin barəsində cəzasının yüngülləşdirən hallar nəzərə alınmamışdır. Buna görə Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə xidmət edir. Buna görə şikayətin təmin edilməsinixahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apelyasiya şikayətinin dəlilləriilə razılaşmayaraq birinci instansiya məhkəməsinin məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən işin hallarını, məhkumun cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə aldığını, onun törətdiyi cinayət əməlinə uyğuncəza təyin etdiyini bildirdi vəapelyasiyaşikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin(bundan sonra CPM) 397.1-ci maddəsinə əsasənapelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi şahidlərin ifadələri, maddi sübutlar və iş üzrə ibtidai araşdırma zamanıqanuni üsullarla toplanmış, birinci vəapelyasiyainstansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində işüçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirilmişdir. Apelyasiyaşikayətində məhkuma ədalətli cəza, yəni azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsixahiş edilmişdir. Apelyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 8.1, 9.2, 58 və 59-cu maddələrini rəhbər tutaraq cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini,şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olması nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddini təyin etməklə düzgün cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edirki,birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən qanununtələbinə uyğun olaraq işin hallarını düzgün qiymətləndirmiş, ona azadlığın məhdudlaşdırılmasıcəzasının təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmir. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanununvəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm dəbaşqa şəxslərtərəfindənyeni cinayətlərintörədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədalətli bərpa etməlidir. Beləliklə məhkəmə kollegiyasıtörədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs barəsində olan və ədqiq edilən işinhallarını, təyin edəcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq məhkuma azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011 -ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə hökm dəyişdirilməklə cəzası 1 il 6 aya endirilmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 13 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinməklə (66.3,66.5) 2 il 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə 16 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Göygöl Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 1 il 6 ay müddətə (93.1.4) azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi məhkum Təqsirləndirilən şəxs dəfələrlə hazırki cinayət işi üzrə ittiham edildiyi maddə ilə yəni, CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində müəyyən edilmiş cəzanı yüngülləşdirən halları nəzərə alaraq təqsirli bilindiyi CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın azadlıqdan məhrum etmə cəzasının aşağı həddini təyin etmişdir. Apellyasiya şikayətində Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qeyd edilmiş əsaslar birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər nəzərə alınmışdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclüçəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları iləəlaqəli şəkildə araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Samux Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 1(058)-35/2022 saylıhökmündən məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası CPM-in 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 1(058)-35/2022 saylı hökmündən məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-74/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-74/2023
02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver