Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-80/2023 04.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X48 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X24, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Goranboy Rayon Məhkəməsinin «10» noyabr 2022-ci il tarixli, 1(045)-64/2022 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə Gəncə Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Goranboy Rayon Məhkəməsinin (hakim Taleh Mustafayev) «10» noyabr 2022-ci il tarixli, 1(045)-64/2022 nömrəli hökmü ilə xx xxx 1981-ci il tarixdə Goranboy rayonunun Səfikürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Səfikürd kənd tam orta məktəbində fiziki hazırlıq müəllimi işləyən, Goranboy rayonunun Səfikürd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs CM-in 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 01 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 7 (yeddi) ay 25 (iyirmi beş) gün CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 1 (bir) il 3 (üç) ay 20 (iyirmi) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmaqla 1 (bir) il 8 (səkkiz) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin əvvəlinin Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi, həmin qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasının yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs 20 dekabr 2016-cı il tarixdən 21 oktyabr 2019cu il tarixədək olan müddətdə Səfikürd kənd tam orta məktəbinin direktoru kimi müəssisənin büdcəsinə dövlət tərəfindən ayrılan, habelə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli və məqsədyönlü istifadəsinin təmin edilməsi, eləcə də müəssisəinin təsərrüfat fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsini, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunması ilə əlaqədar xidməti vəzifə öhdəliklərindən irəli gələn tələblərə əməl etməyərək, məktəbin müəllimlərinin əməyinin tarifləşdirilməsi ilə bağlı qulluq mövqeyindən istifadə etməklə 2017/2018-ci tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirinin “Ümumtəhsil məktəblərinin 2017/2018-ci tədris ilinə aid tədris planlarının təsdiqi haqqında” 28 iyul 2017ci il tarixli, 226 nömrəli əmri ilə təsdiq edilmiş “Tədris planına dair qeydlər” adlı 11 nömrəli əlavənin 21-ci bəndinin, yəni şagirdlərin sayı 20 (iyirmi) və daha çox olan siniflərin tədrisində iki qrupa bölünməsi ilə əlaqədar tələblərə zidd olaraq, 1b sinfində 15 şagird olduğu halda ingilis dili fənninin tədrisi üzrə 1 saat X12, 1 saat isə X15 yazaraq 10 ay ərzində sonuncuya 155,38 manat, ikinci yarımildə 1c sinifində 19 şagird olduğu halda ingilis dili fənninin tədrisi üzrə 1 saat X36, 1 saat isə X6 yazaraq 5,5 ay ərzində sonuncuya 155,30 manat, 2d sinifində 11 şagird olduğu halda ingilis dili fənninin tədrisi üzrə 1 saat X22, 1 saat isə X15 yazaraq 10 ay ərzində sonuncuya 155,38 manat, 3a sinifində 17 şagird olduğu halda ingilis dili fənninin tədris üzrə 1 saat X12, 1 saat isə X3 yazaraq 10 ay ərzində sonuncuya 182,51 manat, 3b sinifində 19 şagird olduğu halda ingilis dili fənninin tədrisi üzrə 1 saat X12, 1 saat isə X7 yazaraq 10 ay ərzində sonuncuya 175,21 manat, birinci yarımildə 4ç sinifində 19 şagird olduğu halda ingilis dili fənninin tədrisi üzrə 1 saat X15, 1 saat isə Şahid3 Əfəndi qızına yazaraq 10 ay ərzində sonuncuya 184,84 manat, 5a sinifində 17 şagird olduğu halda ingilis dili fənni üzrə 3 saat X22, 3 saat isə X8 yazaraq 10 ay ərzində sonuncuya 471,76 manat, 5a sinifində 17 şagird olduğu halda texnologiya fənninin tədrisi üzrə 1 saat X4, 1 saat isə X16 yazaraq 10 ay ərzində sonuncuya 187,16 manat, 5a sinifində 17 şagird olduğu halda fiziki hazırlıq fənninin tədrisi üzrə 2 saat X9, 2 saat isə X17 yazaraq 10 ay ərzində sonuncuya 352,27 manat, 5a sinifində 17 şagird olduğu halda rus dili fənninin tədrisi üzrə 1 saat X1, 1 saat isə X18 yazaraq 10 ay ərzində sonuncuya 187,16 manat, 5b sinifində 16 şagird olduğu halda ingilis dili fənninin tədrisi üzrə 1 saat X15, 1 saat isə Şahid3 yazaraq 10 ay ərzində sonuncuya 184,84 manat, 5b sinifində 16 şagird olduğu halda texnologiya fənninin tədrisi üzrə 1 saat X4, 1 saat isə X16 yazaraq 10 ay ərzində sonuncuya 187,16 manat, 5b sinifində 16 şagird olduğu halda fiziki hazırlıq fənninin tədrisi üzrə 2 saat X9, 2 saat isə X23 yazaraq 10 ay ərzində sonuncuya 348,56 manat, 5b sinifində 16 şagird olduğu halda rus dili fənninin tədrisi üzrə 3 saat X1, 3 saat isə X18 yazaraq 10 ay ərzində sonuncuya 558,0 manat, 8b sinifində 19 şagird olduğu halda ingilis dili fənninin tədrisi üzrə 3 saat X19, 3 saat isə X25 yazaraq 10 ay ərzində sonuncuya 554,51 manat, 8b sinifində 19 şagird olduğu halda texnologiya fənni üzrə 1 saat X20, 1 saat isə X10 yazaraq 10 ay ərzində sonuncuya 187,16 manat, 8b sinifində 19 şagird olduğu halda fiziki hazırlıq fənninin tədrisi üzrə 2 saat X37, 2 saat isə Ələkbərov Mirzə-Ələkbər Səməndər oğluna yazaraq 10 ay ərzində sonuncuya 382,19 manat, 8b sinifində 19 şagird olduğu halda rus dili fənninin tədrisi üzrə 1 saat X1, 1 saat isə X26 yazaraq 10 ay ərzində sonuncuya 186,00 manat, 9a sinifində 16 şagird olduğu halda ingilis dili fənninin tədrisi üzrə 2 saat X6, 2 saat isə X7 yazaraq 10 ay ərzində sonuncuya 350,41 manat, 9a sinifində 16 şagird olduğu halda texnologiya fənninin tədrisi üzrə 1 saat X20, 1 saat isə X13 yazaraq 10 ay ərzində sonuncuya 187,16 manat, 9a sinifində 16 şagird olduğu halda fiziki hazırlıq fənninin tədrisi üzrə 2 saat X37, 2 saat isə X27 yazaraq 10 ay ərzində sonuncuya 295,21 manat, 9a sinifində 16 şagird olduğu halda rus dili fənninin tədrisi üzrə 1 saat X18, 1 saat isə X26 yazaraq 10 ay ərzində sonuncuya 186,00 manat, 9b sinifində 17 şagird olduğu halda ingilis dili fənninin tədrisi üzrə 1 saat X8, 1 saat isə X38 yazaraq 10 ay ərzində sonuncuya 157,25 manat, 9b sinifində 17 şagird olduğu halda ingilis dili fənninin tədrisi üzrə 1 saat X7, 1 saat isə X8 yazaraq 10 ay ərzində sonuncuya 157,25 manat, 9b sinifində 17 şagird olduğu halda texnologiya fənninin tədrisi üzrə 1 saat X4, 1 saat isə X13 yazaraq 10 ay ərzində sonuncuya 187,16 manat, 9b sinifində 17 şagird olduğu halda fiziki hazırlıq fənninin tədrisi üzrə 2 saat X37, 2 saat isə X23 yazaraq 10 ay ərzində sonuncuya 348,56 manat, 9b sinifində 17 şagird olduğu halda rus dili fənninin tədrisi üzrə 2 saat X18, 2 saat isə X1 yazaraq 10 ay ərzində sonuncuya 372,00 manat, 9ç sinifində 13 şagird olduğu halda ingilis dili fənninin tədrisi üzrə 2 saat X28, 2 saat isə X7 yazaraq 10 ay ərzində sonuncuya 350,41 manat, 9ç sinifində 13 şagird olduğu halda texnologiya fənninin tədrisi üzrə 1 saat X20, 1 saat isə X4 yazaraq 10 ay ərzində sonuncuya 187,16 manat, 9ç sinifində 13 şagird olduğu halda fiziki hazırlıq fənninin tədrisi üzrə 2 saat X27, 2 saat isə X29 yazaraq 10 ay ərzində sonuncuya 352,27 manat, 9ç sinifində 13 şagird olduğu halda rus dili fənninin tədrisi üzrə 1 saat X26, 1 saat isə X1 yazaraq 10 ay ərzində sonuncuya 186,00 manat, 10b sinifində 18 şagird olduğu halda ingilis dili fənninin tədrisi üzrə 4 saat X19, 4 saat isə Şahid3 yazaraq 10 ay ərzində sonuncuya 730,05 manat, 10b sinifində 18 şagird olduğu halda fiziki hazırlıq fənninin tədrisi üzrə 2 saat Ələkbərov Mirzə-ələkbər Səməndər oğluna, 2 saat isə X29 yazaraq 10 ay ərzində sonuncuya 352,27 manat, 10b sinifində 18 şagird olduğu halda rus dili fənninin tədrisi üzrə 1 saat X18, 1 saat isə X1 yazaraq 10 ay ərzində sonuncuya 372,00 manat, 11b sinifində 17 şagird olduğu halda ingilis dili fənninin tədrisi üzrə 5 saat X30, 5 saat isə X8 yazaraq 10 ay ərzində sonuncuya 786,27 manat, 11b sinifində 17 şagird olduğu halda fiziki hazırlıq fənninin tədrisi üzrə 2 saat X37, 2 saat isə Ələkbərov Mirzə-Ələkbər Səməndər oğluna yazaraq 10 ay ərzində sonuncuya 372,00 manat, 11c sinifində 18 şagird olduğu halda ingilis dili fənninin tədrisi üzrə 2 saat X22, 2 saat isə X28 yazaraq 10 ay ərzində sonuncuya 312,56 manat, 11c sinifində 18 şagird olduğu halda fiziki hazırlıq fənninin tədrisi üzrə 2 saat X37, 2 saat isə Ələkbərov Mirzə-Ələkbər Səməndər oğluna yazaraq 10 ay ərzində sonuncuya 382,19 manat, 2018/2019-cu tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirinin “Ümumtəhsil məktəblərinin 2018/2019-cu tədris ilinə aid tədris planlarının təsdiqi haqqında” 20 iyul 2018-ci il tarixli, F-528 nömrəli əmri ilə təsdiq edilmiş “Tədris planına dair qeydlər” adlı 8 nömrəli əlavənin 21-ci bəndinin, yəni şagirdlərin sayı 20 (iyirmi) və daha çox olan siniflərin tədrisində iki qrupa bölünməsi ilə əlaqədar tələblərə zidd olaraq, 5ç sinifində 18 şagird olduğu halda ingilis dili fənninin tədrisi üzrə 3 saat X19, 3 saat isə Şahid3 yazaraq 10 ay ərzində sonuncuya 647,63 manat, 5ç sinifində 18 şagird olduğu halda texnologiya fənninin tədrisi üzrə 1 saat X20, 1 saat isə X4 yazaraq 10 ay ərzində sonuncuya 218,63 manat, 5ç sinifində 18 şagird olduğu halda fiziki hazırlıq fənninin tədrisi üzrə 2 saat X32, 2 saat isə Şahid2 yazaraq 10 ay ərzində sonuncuya 437,25 manat, 5ç sinifində 18 şagird olduğu halda rus dili fənninin tədrisi üzrə 1 saat X26, 1 saat isə X1 yazaraq 10 ay ərzində sonuncuya 218,63 manat, 7c sinifində 19 şagird olduğu halda ingilis dili fənninin tədrisi üzrə 3 saat X25, 3 saat isə Şahid3 yazaraq 10 ay ərzində sonuncuya 651,75 manat, 7c sinifində 19 şagird olduğu halda texnologiya fənninin tədrisi üzrə 1 saat X4, 1 saat isə X13 yazaraq 10 ay ərzində sonuncuya 218,63 manat, 7c sinifində 19 şagird olduğu halda fiziki hazırlıq fənninin tədrisi üzrə 2 saat X9, 2 saat isə X23 yazaraq 10 ay ərzində sonuncuya 418,31 manat, 7c sinifində 19 şagird olduğu halda rus dili fənninin tədrisi üzrə 1 saat X26, 1 saat isə X1 yazaraq 10 ay ərzində sonuncuya 218,63 manat, ikinci yarımildə 8b sinifində 18 şagird olduğu halda ingilis dili fənninin tədrisi üzrə 3 saat X28, 3 saat isə X19 yazaraq 5,5 ay ərzində sonuncuya 308,99 manat, ikinci yarımildə 8b sinifində 18 şagird olduğu halda texnologiya fənninin tədrisi üzrə 1 saat X4, 1 saat isə X13 yazaraq 5,5 ay ərzində sonuncuya 120,24 manat, ikinci yarımildə 8b sinifində 18 şagird olduğu halda fiziki hazırlıq fənninin tədrisi üzrə 2 saat X32, 2 saat isə Şahid2 yazaraq 5,5 ay ərzində sonuncuya 240,49 manat, ikinci yarımildə 8b sinifində 18 şagird olduğu halda rus dili fənninin tədrisi üzrə 1 saat X26, 1 saat isə X1 yazaraq 5,5 ay ərzində sonuncuya 120,24 manat, 2019/2020-ci tədris ilində “Ümumtəhsil məktəblərinin 2019/2020-ci tədris ilinə aid tədris planlarının təsdiqi haqqında” Azərbaycan Respublikası Təhsil Nazirinin 12 iyul 2019-cu il tarixli, F-445 nömrəli əmri ilə təsdiq edilmiş “Tədris planına dair qeydlər” adlı 8 nömrəli əlavənin 21-ci bəndinin tələbinə zidd olaraq, yəni şagirdlərin sayı 20 (iyirmi) və daha çox olan siniflərin tədrisində iki qrupa bölünməsi ilə əlaqədar tələblərə zidd olaraq 1c sinifində 19 şagird olduğu halda ingilis dili fənninin tədrisi üzrə 1 saat X38, 1 saat isə X5 yazaraq xx.xx.2019-cu ildən 01,10.2019-cu ilədək olan müddət ərzində sonuncuya 11,80 manat, 3b sinifində 14 şagird olduğu halda ingilis dili fənninin tədrisi üzrə 1 saat X21, 1 saat isə X19 yazaraq xx.xx.2019-cu ildən 01,10.2019-cu ilədək olan müddət ərzində sonuncuya 11,80 manat, 3c sinifində 19 şagird olduğu halda ingilis dili fənninin tədrisi üzrə 1 saat X21, 1 saat isə X6 yazaraq xx.xx.2019-cu ildən 01,10.2019-cu ilədək olan müddət ərzində sonuncuya 11,19 manat, 4d sinifində 12 şagird olduğu halda ingilis dili fənninin tədrisi üzrə 1 saat X12, 1 saat isə X19 yazaraq xx.xx.2019-cu ildən 01,10.2019-cu ilədək olan müddət ərzində sonuncuya 11,80 manat, 5c sinifində 19 şagird olduğu halda texnologiya fənninin tədrisi üzrə 1 saat X13, 1 saat isə X10 yazaraq xx.xx.2019-cu ildən 01,10.2019-cu ilədək olan müddət ərzində sonuncuya 13,77 manat, 5c sinifində 19 şagird olduğu halda rus dili fənninin tədrisi üzrə 1 saat X18, 1 saat isə X26 yazaraq xx.xx.2019-cu ildən 01,10.2019-cu ilədək olan müddət ərzində sonuncuya 13,77 manat, 6ç sinifində 18 şagird olduğu halda ingilis dili fənninin tədrisi üzrə 3 saat Şahid3, 3 saat isə X19 yazaraq xx.xx.2019-cu ildən 01,10.2019-cu ilədək olan müddət ərzində sonuncuya 41,30 manat, 6ç sinifində 18 şagird olduğu halda texnologiya fənninin tədrisi üzrə 1 saat X20, 1 saat isə X4 yazaraq xx.xx.2019-cu ildən 01,10.2019-cu ilədək olan müddət ərzində sonuncuya 13,76 manat, 6ç sinifində 18 şagird olduğu halda rus dili fənninin tədrisi üzrə 1 saat X26, 1 saat isə X1 yazaraq xx.xx.2019-cu ildən 01,10.2019-cu ilədək olan müddət ərzində sonuncuya 13,77 manat, 8a sinifində 15 şagird olduğu halda ingilis dili fənninin tədrisi üzrə 3 saat X38, 3 saat isə X11 yazaraq xx.xx.2019cu ildən 01,10.2019-cu ilədək olan müddət ərzində sonuncuya 34,95 manat, 8a sinifində 15 şagird olduğu halda texnologiya fənninin tədrisi üzrə 1 saat X4, 1 saat isə X13 yazaraq xx.xx.2019-cu ildən 01,10.2019-cu ilədək olan müddət ərzində sonuncuya 13,77 manat, 8a sinifində 15 şagird olduğu halda fiziki hazırlıq fənninin tədrisi üzrə 2 saat X23, 2 saat isə X9 yazaraq xx.xx.2019-cu ildən 01,10.2019-cu ilədək olan müddət ərzində sonuncuya 26,38 manat, 8a sinifində 15 şagird olduğu halda rus dili fənninin tədrisi üzrə 1 saat X1, 1 saat isə X26 yazaraq xx.xx.2019-cu ildən 01,10.2019-cu ilədək olan müddət ərzində sonuncuya 13,77 manat, 8c sinifində 18 şagird olduğu halda ingilis dili fənninin tədrisi üzrə 3 saat X25, 3 saat isə Şahid3 yazaraq xx.xx.2019-cu ildən 01,10.2019-cu ilədək olan müddət ərzində sonuncuya 40,78 manat, 8c sinifində 18 şagird olduğu halda texnologiya fənninin tədrisi üzrə 1 saat X4, 1 saat isə X13 yazaraq xx.xx.2019-cu ildən 01,10.2019-cu ilədək olan müddət ərzində sonuncuya 13,77 manat, 8c sinifində 18 şagird olduğu halda fiziki hazırlıq fənninin tədrisi üzrə 2 saat X9, 2 saat isə X23 yazaraq xx.xx.2019-cu ildən 01,10.2019-cu ilədək olan müddət ərzində sonuncuya 26,38 manat, 8c sinifində 18 şagird olduğu halda rus dili fənninin tədrisi üzrə 1 saat X1, 1 saat isə X26 yazaraq xx.xx.2019-cu ildən 01,10.2019-cu ilədək olan müddət ərzində sonuncuya 13,77 manat, 9a sinifində 19 şagird olduğu halda ingilis dili fənninin tədrisi üzrə 2 saat X12, 2 saat isə X25 yazaraq xx.xx.2019-cu ildən 01,10.2019-cu ilədək olan müddət ərzində sonuncuya 27,18 manat, 9a sinifində 19 şagird olduğu halda texnologiya fənninin tədrisi üzrə 1 saat X4, 1 saat isə X10 yazaraq xx.xx.2019-cu ildən 01,10.2019-cu ilədək olan müddət ərzində sonuncuya 13,77 manat, 9a sinifində 19 şagird olduğu halda fiziki hazırlıq fənninin tədrisi üzrə 2 saat X23, 2 saat isə Şahid2 yazaraq xx.xx.2019-cu ildən 01,10.2019-cu ilədək olan müddət ərzində sonuncuya 27,53 manat, 9a sinifində 19 şagird olduğu halda rus dili fənninin tədrisi üzrə 1 saat X18, 1 saat isə X26 yazaraq xx.xx.2019-cu ildən 01,10.2019-cu ilədək olan müddət ərzində sonuncuya 13,77 manat, 9b sinifində 19 şagird olduğu halda ingilis dili fənninin tədrisi üzrə 2 saat X28, 2 saat isə X19 yazaraq xx.xx.2019-cu ildən 01,10.2019-cu ilədək olan müddət ərzində sonuncuya 27,53 manat, 9b sinifində 19 şagird olduğu halda texnologiya fənninin tədrisi üzrə 1 saat X10, 1 saat isə X13 yazaraq xx.xx.2019-cu ildən 01,10.2019-cu ilədək olan müddət ərzində sonuncuya 13,77 manat, 9b sinifində 19 şagird olduğu halda fiziki hazırlıq fənninin tədrisi üzrə 2 saat Ələkbərov Mirzə-Ələkbər Səməndər oğluna, 2 saat isə Şahid2 yazaraq xx.xx.2019-cu ildən 01,10.2019-cu ilədək olan müddət ərzində sonuncuya 27,53 manat, 9b sinifində 19 şagird olduğu halda rus dili fənninin tədrisi üzrə 1 saat X1, 1 saat isə X26 yazaraq xx.xx.2019-cu ildən 01,10.2019-cu ilədək olan müddət ərzində sonuncuya 13,77 manat yuxarıda adları qeyd olunan müəllimlərin “Kapital bank”ın Goranboy rayon filialında olan hesablarına Goranboy rayon Səfikürd tam orta məktəbinə ayrılmaqla ona etibar edilmiş cəmi 15573,12 (on beş min beş yüz yetmiş üç manat on iki qəpik) manat məbləğində pul vəsaitinin köçürülüb, cinayətdən xəbərsiz olan həmin şəxslər tərəfindən qeyd olunan hesablardan çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, həmin məbləğdə pul vəsaitini israf edərək, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı X14 balansında olmaqla 2018-ci ilin aprel ayında Goranboy rayonu Səfikürd kənd tam orta məktəbinin istifadəsinə verilmiş hər birinin dəyəri 250 manat, ümumi dəyəri 1000 (min) manat olan 4 ədəd “China aid” markalı nootbookları mənimsəyərək öz evinə aparıb şəxsi ehtiyacları üçün istifadə edərək, ona etibar edilmiş xeyli miqdarda, yəni ümumilikdə 16573,12 (on altı min beş yüz yetmiş üç manat on iki qəpik) manat məbləğində vəsaiti vahid niyyətlə öz qulluq mövqeydindən istifadə etməklə mənimsəmə və israf etmə yolu ilə talamışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün dəyişdirilməsini və məhkuma təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməklə, CM-in 46.2-ci maddəsinə istinad edilməklə, dövlət orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə yanaşı, yerli özünü idarə etmə orqanlarında da rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrumetmə növündə əlavə cəzanın yuxarı həddə təyin edilməsini xahiş etmişdir. Cinayət işinə apellyasiya protesti əsasında apellyasiya instansiya məhkəməsində baxılarkən dövlət ittihamçısı məhkəmə kollegiyasına apellyasiya protestinə dair yazılı dəyişiklik təqdim edərək Təqsirləndirilən şəxs CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dəymiş ziyanın tamamilə ödənilməsini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alınaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apelyasiya protestinə dəyişikliyi onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı apelyasiya protesti verərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməklə, CM-in 46.2-ci maddəsinə istinad edilməklə, dövlət orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə yanaşı, yerli özünüidarəetmə orqanlarında da rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrumetmə növündə əlavə cəza yuxarı həddə təyin edilməklə cinayət və cinayət-prosessual qanununun müddəalarına uyğun hökmün dəyişdirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ödəniş qəbzləri əlavə edilmiş ərizə ilə Gəncə Apelyasiya Məhkəməsinə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını, onlara dəyən ziyanı tam ödədiyini, eyni zamanda vurulmuş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödədiyini, buna görə də cinayət məsuliyyətindən azad edilməsi və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC-nin Goranboy filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli BPM**********44 nömrəli mədaxil qəbzinə əsasən Təqsirləndirilən şəxs adından 4577,69 manat pul ******************** nömrəli hesaba mədaxil edilmişdir. (ödəniş tapşığı- dəymiş ziyanın ödənilməsi, köçürülən məbləğ 4573,12 manat). Kapital Bank ASC-nin Goranboy filialının 5033 nömrəli ödəniş qəbzinə əsasən Ko150012 nömrəli terminaldan cinayət məsuliyyətindən azad edilməsi üçün Təqsirləndirilən şəxs adından AZ94CTRE******************** nömrəli hesaba 4149,00 manat ödənilmiş, köçürüləcək məbləğ 4144,00 manat olmuşdur. İş üzrə zərərçəkmiş şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi, X47 Xidmətinin 3 saylı X2 baş məsləhətçi nəzarətçi müfəttişi Nümayəndə Gəncə Apelyasiya Məhkəməsinə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən, Təqsirləndirilən şəxs dövlətə dəymiş ziyanı bərpa edibsə ona qarşı heç bir tələbləri yoxdur. Bununla bağlı məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixdə vermiş olduğu sorğusuna Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X47 xidmətinin xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən, Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, 4,144,00 manat xx.xx.2023-cü il tarixdə dövlət büdcəsinin hesabına və 4573.12 manat isə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokurorluğunun depozit hesabına mədaxil olunmuşdur. Cinayət işinin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən ümumilikdə 12000 manat ödənilmişdir ki, həmin hal da məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Göründüyü kimi, cinayət işi üzrə ümumilikdə 16573,12 manat məbləğində ziyandan 12000 manat birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən, 4577,69 manat isə xx.xx.2023-cü il tarixli BPM**********44 nömrəli mədaxil qəbzinə əsasən ******************** nömrəli hesaba mədaxil edilmişdir. Göründüyü kimi, iş üzrə ümumilikdə 16573,12 manat məbləğində ziyanın 25 faizi 4143,28 manat təşkil edir və Təqsirləndirilən şəxs tərəfindən Kapital Bank ASC-nin Goranboy filialında 5033 nömrəli ödəniş qəbzinə əsasən onun adından AZ94CTRE******************** nömrəli hesaba 4149,00 manat ödənilmişdir. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətindən azad edilməmişdir. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs barəsindəki Goranboy Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli hökmündən verilmiş apelyasiya protestinə dəyişiklik edilməli, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində dəymiş ziyanı tamamilə ödəməsi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsi məhkəməyə təklif olunur. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestinə dəyişiklikdə göstərilən məzmunda çıxış etdi, apellyasiya protestinin dəlillərini müdafiə etdi, apellyasiya protestinin təmin edilməsini və qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi göstərdi ki, dövlətə dəymiş ziyan tam olaraq ödənildiyi halda Təqsirləndirilən şəxs heç bir tələbləri yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum apellyasiya protestinin dəlillərini müdafiə etdi və əlavə olaraq göstərdi ki, özünü təqsirli bilir, zərərçəkmiş şəxslə barışmış, dəymiş ziyanı tam ödəmiş, eyni zamanda vurulmuş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödəmiş, buna görə də cinayət məsuliyyətindən azad edilməsi və cinayət işi üzrə icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi apelyasiya protestinin dəlillərini müdafiə edərək məhkumun cinayət məsuliyyətindən azad edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyi və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlini düzgün qiymətləndirmiş, apelyasiya protestində də təqsirlilik məsələsi, əməlin tövsifi və işin faktiki halları mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası apelyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən apelyasiya protesti təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü ləğv edilməli, iş üzrə icraata xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 16573,12 manat məbləğində maddi ziyan vurulmuş, cinayət işinə birinci instansiya məhkəməsində baxılarkən vurulmuş ziyandan ümumilikdə 12000 manat ödənilmişdir. Apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Beynəlxalq Bankı ASC-nin Goranboy filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli BPM**********44 nömrəli mədaxil qəbzinə əsasən Təqsirləndirilən şəxs adından 4577,69 manat pul ******************** nömrəli hesaba mədaxil edilmişdir (ödəniş tapşığı-dəymiş ziyanın ödənilməsi, köçürülən məbləğ 4573,12 manat). Apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş Kapital Bank ASC-nin Goranboy filialının 5033 nömrəli ödəniş qəbzi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs adından AZ94CTRE******************** nömrəli hesaba 4149,00 manat ödənilmiş, köçürüləcək məbləğ 4144,00 manat olmuşdur (təyinat-cinayət məsuliyyətindən azad olma). İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi, X47 Xidmətinin 3 saylı X2 baş məsləhətçi nəzarətçi müfəttişi Nümayəndə Gəncə Apelyasiya Məhkəməsinə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs dövlətə dəymiş ziyanı bərpa edibsə ona qarşı heç bir tələbləri yoxdur. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixdə vermiş olduğu sorğusuna Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X47 xidmətinin xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən, Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, 4,144,00 manat xx.xx.2023-cü il tarixdə dövlət büdcəsinin hesabına və 4573.12 manat isə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabına mədaxil olunmuşdur. Beləliklə cinayət işinin materialları ilə müəyyən edilir ki, cinayət işi üzrə ümumilikdə 16573,12 manat məbləğində ziyandan 12000 manat birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən ödənilmiş, işə Gəncə Apellyasiya Məhkəməsində baxılarkən isə 4577,69 manat xx.xx.2023-cü il tarixli BPM**********44 nömrəli mədaxil qəbzinə əsasən ******************** nömrəli hesaba mədaxil edilmişdir. Həmçinin iş üzrə ümumilikdə 16573,12 manat məbləğində ziyanın 25 faizi 4143,28 manat təşkil edir və Təqsirləndirilən şəxs tərəfindən Kapital Bank ASC-nin Goranboy filialında 5033 nömrəli ödəniş qəbzinə əsasən onun adından AZ94CTRE******************** nömrəli hesaba 4149,00 manat ödənilmişdir. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətindən azad edilməmişdir. CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-in 43.1.2-ci maddəsinə əsasən CPM-in 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır Qanunvericiliyin imperativ tələbinə əsasən CM-nin 179.2-ci maddəsinin müvafiq dispozitiv əlamətləri ilə cinayət məsuliyyətinə cəlb edilmiş şəxs zərərçəkmiş şəxslə barışaraq dəymiş ziyanı ödəyərək və cinayət nəticəsində vurulmuş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə kollegiyası qanunun tələbini tətbiq etmək məqsədilə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində dəymiş ziyanı tamamilə ödəməsi, zərərçəkmiş şəxsin nümayəndəsinin ondan heç bir tələbinin olmaması, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi, onun əvvəllər CM-nin 72-73-2 və 74.1-ci maddələrinin heç birinin tələbinə əsasən cinayət məsuliyyətindən azad edilməməsini nəzərə alaraq Təqsirləndirilən şəxs CM-in 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsini və cinayət təqibinə xitam verilməsini qanuna müvafiq hesab edir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Goranboy Rayon Məhkəməsinin «10» noyabr 2022-ci il tarixli, 1(045)-64/2022 saylı hökmü ləğv edilməli, cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Şərh olunanlara əsasən və CPM-in 43.1.2, 397-403, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya protesti təmin edilsin. Goranboy Rayon Məhkəməsinin «10» noyabr 2022-ci il tarixli, 1(045)-64/2022 saylı hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Qərar elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-80/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-80/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver