Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-85/2023 14.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X5 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və onların müdafiəçiləri Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və X2 iştirakları ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmələrinə dair Bərdə Rayon Məhkəməsinin «24» oktyabr 2022-ci il tarixli, 1(021)-155/2022 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Bərdə Rayon Məhkəməsinin (hakim Qamət Əbilov) «24» oktyabr 2022-ci il tarixli, 1(021)-155/2022 nömrəli hökmü ilə 7 yanvar 1989-cu ildə Yevlax rayonunun 28 Aprel sovxozunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax rayonunun Aran qəsəbəsində qeydiyyatda olmaqla, Bərdə rayonu, Zümürxan kəndində Kərpic zavodun binasında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar qismən toplanmaqla ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 28 yanvar 2022-ci il tarixindən 30 yanvar 2022-ci il tarixinədək 02 (iki) gün həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzasının əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, CM-in 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, onun narkoloji dispanserində qeydiyyata alınması, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi, xx xxxxxx 1993-cü ildə Bərdə rayonunun Əliyanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bərdə rayonu, Zümürxan kəndində Kərpic zavodun binasında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanmaqla ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 26 yanvar 2022-ci il tarixindən 28 yanvar 2022-ci il tarixinədək 02 (iki) gün həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzasının əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, CM-in 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, onun narkoloji dispanserində qeydiyyata alınması, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi hökm edilmişdir. Hökmə əsasən, Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qohumu Təqsirləndirilən şəxs1 ilə birləşərək 18 yanvar 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Bərdə şəhəri, Çay sahili küçəsində yerləşən daş sexinin binasının qapısını əli ilə fiziki güc tətbiq edib qapının cəftəsini deformasiya edərək qapıdan binaya qanunsuz daxil olmaqla, binada olan Zərərçəkmiş şəxs məxsus 01 ədəd 30 (otuz) manat dəyərində “Marquis 2950” markalı su matorunu, 01 ədəd 100 (bir yüz) manat dəyərində Rusiya istehsalı olan “BK-2500” markalı üzərinə Moskva yazılmış kondisioneri və 01 ədəd 120 (bir yüz iyirmi) manat dəyərində samovardan ibarət özgə əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 250 (iki yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,812 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz əldə edib üzərində saxlamış, 28 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Bərdə şəhəri, Füzuli küçəsinin ərazisində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon Polis şöbəsinin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan torbacıqda gümüşü rəngli kağız bükümündə təmiz çəkisi 0,812 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində qohumu Təqsirləndirilən şəxs2 ilə birləşərək 18 yanvar 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Bərdə şəhəri, Çay sahili küçəsində yerləşən daş sexinin binasının qapısını əli ilə fiziki güc tətbiq edib qapının cəftəsini deformasiya edərək qapıdan binaya qanunsuz daxil olmaqla, binada olan Zərərçəkmiş şəxs məxsus 01 ədəd 30 (otuz) manat dəyərində “Marquis 2950” markalı su matorunu, 01 ədəd 100 (bir yüz) manat dəyərində Rusiya istehsalı olan “BK- 2500” markalı üzərinə Moskva yazılmış kondisioneri və 01 ədəd 120 (bir yüz iyirmi) manat dəyərində samovardan ibarət özgə əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 250 (iki yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumilikdə təmiz çəkisi 435,66 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində və Bərdə şəhəri, Çay Sahili küçəsinin ərazisindən keçən “Tərtər” çayının hövzəsinin yaxınlığında saxlamış, 26 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Bərdə rayonu, Qarabağ qəsəbəsinin ərazisində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, ünvan 4 ünvanında yerləşən Bərdə rayon Polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan şalvarın sağ yan cibində saxladığı bir ədəd kibrit qutusundan təmiz çəkisi 5,66 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana, keçirilmiş əməliyyat tədbirlərinin davamında isə həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs1 Bərdə şəhəri, Çay Sahili küçəsinin ərazisindən keçən “Tərtər” çayının hövzəsinin yaxınlığında saxladığı 02 (iki) ədəd iç-içə olan sarı rəngli sellofan paketdə ümumi təmiz çəkisi 430 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün dəyişdirilməsini və məhkumlara cinayət qanununun müddəalarına uyğun daha ağır cəza - təklif etdiyi həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırılmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onların şəxsiyyətini xarakterizə edən halları nəzərə almadan onlara daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Hazırki cinayət işi üzrə məhkəmə öz hökmündə cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini nəzərə almasını qeyd etsə də, cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid olmaqla, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır və bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İşin hallarından görünür ki, Royal İsgəndərovun və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs2 ümumi çəkisi 0,812 qram psixotrop maddə olan metamfetamini, Royal İsgəndərovun isə 435,66 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edərək saxladığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişlər. Təqsirləndirilən şəxs2 əldə edərək üzərində saxladığı narkotik vasitə olan metamfetaminin miqdarı şəxsi istehlak miqdarının yuxarı həddindən 5 dəfə çoxdur. Bu da onun əməlinin ictimai təhlükəliliyinə dəlalət edən haldır. Bundan başqa Royal İsgəndərovun əldə edərək üzərində və digər yerdə saxladığı tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarının yuxarı həddindən 87 dəfə çoxdur. Bu da onun əməlinin ictimai təhlükəliliyinə dəlalət edən haldır. Məhkəmə hökmü çıxarılarkən Təqsirləndirilən şəxs2 və Royal İsgəndərovun üzərlərində digər yerdə saxladığı narkotik vasitələrin növü və çəkisinin cinayətin ictimai təhlükəliliyini artıran hallardan olması hesab edilməmiş, cəza təyini zamanı həmin xüsusatlar nəzərə alınmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 və Royal İsgəndərova cəza təyin edərkən onların əməllərini etiraf etməsini, törətdikləri cinayət əməlinə görə səmimi peşman olmalarını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alsa da, həmin halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsinin motivlərini hökmdə əsaslandırmamış və həmin halların hansı hərəkətlərlə ifadə olunduğunu sübut etməmiş və bununla da CPM-nin 139-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə cəza təyini zamanı cinayət qanununda nəzərdə tutulmayan halları cəzanı yüngülləşdirən hallar kimi qəbul etsə də onların qəbul edilməsinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Bundan başqa, məhkəmə hökmündə təqsirləndirilən şəxsləri xarakterizə edən halların sırasında onların yaşayış yerində müsbət və ya mənfi xarakterizə olunması qeyd olunmamış, həmin halların təyin edilmiş cəzaya təsiri ilə bağlı hökmün təsviri-əsaslandırıcı hissəsində hər hansı münasibət bildirilməmişdir. Yaşayış yerindən xarakterizə olunma cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasına əməl olunubolunmaması nəticəsidir. Təqsirləndirilən şəxs2 və Royal İsgəndərovun yaşayış yerindən müsbət və ya mənfi xarakterizə olunması və bunun nədə ifadə olunması məhkəmə hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməmişdir. İşin bütün halları, təqsirləndirilən şəxslərin şəxsiyyəti, ədalət prinsipi təqsirləndirilən şəxslərə qanunvericiliyin tələblərinə müvafiq cəza təyin edilməsini tələb edir. Şəxsə qeyd olunan maddə ilə azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olan azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi o halda ədalətli hesab olunardı ki, törədilmiş cinayətin ictimai təhlükəliliyini artıran digər səbəblər olmasın və ya təqsirləndirən şəxsin cəzasını yüngülləşdirən kifayət qədər əsaslar olsun. Məhkəmə həmin maddələrin tələblərini nəzərə almadan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza olmaqla, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Cinayət işinin materiallarından da, görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisi cinayətə meyilli şəxslərdir. Beləki onlar Bərdə rayon polis şöbəsi əməkdaşları tərəfindən oğurluq cinayətinə görə saxlanılan zaman üzərlərindən narkotik vasitə aşkar edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan, təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini artıran halları nəzərə almamış, onlara hüquqi qiymət verməmiş, nəticədə təyin edilmiş cəza törədilmiş cinayətə adekvat olmamış və bunun da nəticəsində eyni qəbildən olan cinayət işləri üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, ədalətli cəza siyasətinin həyata keçirilməsi istiqamətində düzgün mövqe nümayiş etdirilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə etdi, protestdə göstərilən məzmunda çıxış etdi, apellyasiya protestinin təmin edilməsini, hökmün dəyişdirilməsini və məhkumlara təqsirli bilindiyi maddələrlə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumların müdafiəçiləri apellyasiya protestinə etiraz etdilər və apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya məhkəməsində iştirak edən məhkumlar apellyasiya protestinin dəlillərinə etiraz etdilər, əməllərindən peşman olduqlarını, bir daha belə əməllərə yol verməyəcəklərini, hazırda islah olunduqlarını bildirdilər və apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılması hüdudlarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya protestinin dəlillərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, protestdə məhkumlar barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın ağırlaşdırılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlini düzgün qiymətləndirmiş, apellyasiya protestində işin faktiki halları, əməlin tövsifi və təqsirlilik məsələləri mübahisə edilməmişdir. Məhkum Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad olunan cinayət əməllərini törətmələri özlərinin verdikləri etirafedici ifadələrlə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəzanın növü və həddi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-in 1.2 və 2.2-ci maddələri). Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Məhkəmə kollegiyası işin hallarını, məhkumlar barəsində olan cəzanı yüngülləşdirən halları və apellyasiya protestinin dəlillərini əlaqəli şəkildə təhlil edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Apellyasiya instansiya məhkəməsi məhkəmə kollegiyasının iclasında və müşavirə otağında müzakirə edilərək təhlil edilmiş işin hallarını, iş üzrə toplanmış sübutları, məhkumların törətmiş olduqları cinayət əməlinin törədilməsi üsulunu, məhkumların davranışını, törətmiş olduqları cinayət əməlinə münasibətlərini, cinayət əməli törətməmişdən əvvəlki və cinayət əməli törətdikdən sonrakı davranışlarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 barəsində cəzanın növü və həddini müəyyən edərkən düzgün nəticəyə gəlmiş, lakin Təqsirləndirilən şəxs1 barəsində CM-in 234.1-ci maddəsi ilə cəzanın növü və həddini müəyyən edərkən düzgün nəticəyə gəlməmiş, onun həmin əməlinin ictimai təhlükəliliyini artıran halların olmasına qiymət verməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, Təqsirləndirilən şəxs1 barəsində CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın növü və həddi, eləcə də Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş cəzanın növü və həddi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri əməldən peşman olmalarını, əvvəllər məhkum olunmamalarını, gənc olmalarını, zərərçəkmiş şəxslə barışmalarını, zərərçəkmiş şəxsin onlardan şikayət və tələbinin olmamasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmələrini cəzalarını yüngülləşdirən hallar kimi, eləcə də ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduqları cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, barələrində cəzanı ağırlaşdıran halın olmamasını, nəzərə alaraq təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab etmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən hər bir məhkum barəsində cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkumlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi yolu ilə məhkumların islah olunması inamına gəlmişdir. Hökmdə qeyd olunan cəzanı yüngülləşdirən halların mövcudluğu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə cinayət işində olan və məhkəmələrdə tam, hərtərəfli və obyektiv yoxlanılaraq, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilərək tədqiq olunmuş sübutlardan irəli gəldiyindən, kollegiya hesab edir ki, baxılan işdə cəzanı yüngülləşdirən halların CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilməli olduğunu təsbit edən CPM-in 139.0.5-ci maddəsinin də tələbi pozulmamışdır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri əsasında məhkum Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş cəza məsələsini müzakirə edərkən cəzanı yüngülləşdirən hallarla bağlı qənaətləri ilə yanaşı məhkumların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını, şəxsiyyətlərini, təyin olunan cəzanın onların islah olunmasına, ailələrinin həyat şəraitinə təsirini nəzərə alır, bütün bunlara görə məhkum Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin məhkum Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza - azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin mümkün olmadığı qənaətinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Ədalətli cəza ilk növbədə CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, CM-in 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edilərkən CM-in mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsində fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, məhkum Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə cəza təyin edərkən barələrində olan cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almış və tədqiq etmiş, onlara müvafiq cəza təyin etmişdir və hazırki halda məhkumlara təyin edilmiş cəzanın ağırlaşdırılması üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumlar barəsində olan həm birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınan cəzanı yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını, həm də apellyasiya instansiyasında tədqiq edilən halları təyin edilmiş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş cəzanın ağırlaşdırılmasını məqsədəmüvafiq hesab etmir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, işin hallarından görünür ki, hər bir məhkumun barəsində yüngülləşdirici hallar vardır və onların cəzasını ağırlaşdıran bir dənə də olsun hal yoxdur. Məhkumların CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə törətmiş olduqları cinayət əməli mülkiyyət münasibətlərinə yönəlmişdir ki, burada cəza təyini zamanı nəzərə alınan əsas şərtlərdən biri dəymiş ziyanın ödənilməsidir ki, hazırki iş üzrə zərərçəkmiş şəxslərə vurulmuş ziyan tam olaraq ödənilmişdir. Bundan başqa işin faktiki hallarından görünür ki, oğurluq əməlinin törədilməsi zamanı vurulmuş ziyan cəmi 250 manat məbləğində olmuş, həmin ziyan tam olaraq ödənilmişdir. Həmçinin apellyasiya protestinin dəlillərindən də görünür ki, törədilmiş əməl nəticəsində vurulmuş ziyan tam olaraq ödənildiyi, zərərçəkmiş şəxslə barışıq əldə edildiyi, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmadığı bir vəziyyətdə, məhkumun yalnız azadlıqdan məhrum etmə cəzası çəkmək yolu ilə islah olunması nəticəsinə gəlinməsinin zəruriliyi əsaslandırılmamış, həmin məsələlərə heç bir qiymət verilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəza ilə bağlı qeyd etmək lazımdır ki, işin faktiki hallarından görünür ki, onun törətmiş olduğu həmin əməlin ictimai təhlükəliliyini artıran hallar yoxdur. Belə ki, onun üzərindən cəmi 0,812 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilmişdir ki, həmin hal cinayətin ictimai təhlükəliliyini artıran hal kimi qiymətləndirilə bilməz. Bu səbəbdən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəzanın növü və həddini qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təyin edilmiş cəza məsələsini müzakirə edərkən aşağıdakıların da nəzərə alınmasını zəruri hesab edir. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə tövsiyyələrində də vurğulanır ki, cəzaçəkmə yerlərinin maliyyə məsrəflərinin cəmiyyətin üzərində ağır yük olduğu və həbsin çox zaman mənfi nəticələr doğurduğu və hüquq pozucularını islah etmədiyi tədqiqatlar nəticəsində aşkar edilir. Yenə, Avropa Şurası Nazirlər Komitəsinin R (99) 22 saylı tövsiyyəsində cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar mühüm əhəmiyyət daşıyan bir sıra hallara toxunularaq aşağıdakılar qeyd edilmişdir: Həbsxanalarda həddən artıq insan olmasının və məhbusların artmasının həbsxana müdiriyyətləri və bütövlükdə cinayət mühakimə icraatı sistemi üçün həm insan hüquqları, həm də cəzaçəkmə müəssisələrinin səmərəli idarə edilməsi baxımından mühüm problem təşkil edir. Məhbusların səmərəli idarə edilməsinin cinayətkarlığın ümumi vəziyyəti, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, qanunlar toplusunda nəzərdə tutulan müxtəlif növ cəzalar, təyin edilən cəzaların ağırlığı, ictimai sanksiyalardan və tədbirlərdən nə dərəcədə tez-tez istifadə edilməsi, cinayət mühakimə icraatı orqanlarının işinin səmərəliliyi və təsirliliyi, xüsusən də ictimaiyyətin cinayətə və cəzaya münasibəti kimi məsələlərdən asılıdır. Həbsxanalarda həddən artıq insanın olması ilə mübarizə aparmaq və həbsxana sakinlərinin sayını azaltmaq məqsədi daşıyan tədbirlərin cinayətkarlığın və cinayətkar davranışın qarşısının alınmasına, səmərəli hüquq mühafizə tədbirlərinə, cəmiyyətin təhlükəsizliyinə və müdafiəsinə, sanksiya və tədbirlərin fərdiləşdirilməsinə və hüquq pozucularının sosial reinteqrasiyasına yönələn ardıcıl və məqsədəuyğun cinayət siyasətinin tərkibinə daxil edilməsinin zəruridir. Belə tədbirlərin qanunun aliliyi ilə idarə olunan və insan hüquqlarının təmin edilməsindən ibarət ali məqsədə tabe olan demokratik dövlətlərin əsas prinsiplərinə, İnsan hüquqları haqqında Avropa Konvensiyasına və onun tətbiqinin həvalə olunduğu orqanların presedent hüququna uyğun gəlməlidir. Əsas prinsiplər kimi üzv dövlətlərə tövsiyyədə aşağıdakılar bildirilir: - Azadlıqdan məhrum etmə ən son vasitə qismində istifadə edilən sanksiya və ya tədbir hesab edilməli və buna görə də yalnız hüquq pozuntusunun ciddiliyi hər hansı başqa sanksiyanı və ya tədbiri açıq-aydın qeyri-adekvat etdiyi təqdirdə nəzərdə tutulmalıdır. - Cəzanın nisbi ağırlığı üzrə dərəcələrə bölünən müvafiq ictimai sanksiya və tədbirlər toplusu hazırlanmalı, prokurorlar və hakimlər onlardan mümkün qədər geniş istifadəyə sövq edilməlidir. - Həbsxanalarda həddən artıq insan olmasına və məhbusların artmasına qarşı ardıcıl strategiya düşünüb tapmaq üçün buna şərait yaradan əsas amillərin ətraflı təhlili həyata keçirilməli, bu təhlildə xüsusən uzun müddətə azadlıqdan məhrum etmə cəzasına səbəb olan hüquq pozuntusu növləri, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, ictimaiyyətin mövqeyi və narahatçılıqları, habelə mövcud cəza təyin etmə praktikası kimi məsələlər nəzərdən keçirilməlidir. Bundan başqa, həmin tövsiyyədə məhkəmə araşdırması mərhələsinə aid tədbirlər fəslində qeyd edilir ki, uzun müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan və bununla həbsxana sisteminin üzərinə ağır yük qoyan cəzaların tətbiqini azaltmaq və qısa müddətə azadlıqdan məhrum etmə cəzalarını ictimai sanksiya və tədbirlərlə əvəz etmək üçün səy göstərilməlidir. Tövsiyyədə diqqətə çatdırılır ki, azadlıqdan məhrum etmənin əvəzinə istifadə edilə bilən ictimai sanksiya və tədbirləri nəzərdə tutarkən azadlıqdan məhrumetmə cəzası təyin etmədən müstəqil sanksiya qismində probasiyanın (şərti cəzanın) təyin edilməsi, zərərçəkənlə hüquq pozucusu arasında mediasiya (vasitəçilik) və zərərçəkənə dəymiş ziyanın kompensasiyası; hərəkət sərbəstliyinin məhdudlaşdırılması nəzərə alınmalıdır. Cəza təyin edilməsinin məntiqi əsaslarındakı məqsəd digər məsələlərlə yanaşı azadlıqdan məhrumetmə cəzalarından istifadəni azaltmaq, ictimai sanksiyaların və tədbirlərin istifadəsini genişləndirmək və mediasiya (vasitəçilik) və ya zərərçəkənə dəymiş ziyanın kompensasiyası kimi fərqli tədbirlərdən istifadə etməkdir. Azərbaycan Respublikası Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamından irəli gələn prinsipləri də xüsusilə nəzərə almaq lazımdır. X4 Şurası Nazirlər Komitəsinin tövsiyyələrini daha da genişləndirilərək diqqət yetirilən məsələlərə qabarıq formada yeni yanaşma önə çəkilir. Məhkəmə hakimiyyəti üçün yol xəritəsi olan Sərəncamın 8, 10 və 13-cü bəndlərindən irəli gələn tövsiyyələrə məhkəmə kollegiyası xüsusi diqqət yetirməklə nəzərə alınmasını zəruri hesab edir. Həmin Sərəncamda göstərilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Yuxarıda göstərilən prinsiplərdən yanaşdıqda, həmçinin ümumilikdə götürdükdə aydın olur ki, heç də ağır cəzaların, o cümlədən, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, ailə vəziyyətinə, cinayət əməli törətdiyi vaxtla, cinayət əməli törətdikdən sonra cəmiyyətdə tutduğu mövqeyə, statusuna, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkumlar tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumların şəxsiyyətinə uyğundur. Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəzanın növü ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CMin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqunda tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) əsasən müəyyən edilir. Həmin qərarın 2-ci bəndinin 5ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsi ilə cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almasını qeyd etsə də, cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. Hazırki iş üzrə məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələblərini nəzərə almamış, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Təqsirləndirilən şəxs1 məhz ağır cəzaların təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə əksinə olaraq, ona təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Birinci instansiya məhkəməsi cəza təyin edərkən nəzərə almamışdır ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Yuxarıda qeyd olunanlara baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar tam müəyyən edilməmiş, təqsirləndirilən şəxsin üzərindən və saxladığı digər yerdən şəxsi istehlak miqdarından 87 dəfə artıq miqdarda narkotik vasitə aşkar edilməsi cəzanın növü müəyyən edilərkən kifayət qədər nəzərə alınmamış və əsassız olaraq Təqsirləndirilən şəxs1 törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza təyin edilmişdir. Cinayət işinin hallarından görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayət az ağır cinayətlər kateqoriyasına aid olmaqla, bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər olması ilə yanaşı, əlavə obyekti ictimai təhlükəsizlik və insanın sağlamlığıdır. Təqsirləndirilən şəxs1 üzərindən və saxladığı yerdən müvafiq olaraq 5,66 qram və 430 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür ki, bu da şəxsi istehlak miqdarından 87 dəfə artıq miqdarda olmuşdur. Qeyd olunanlar cinayət əməlinin ictimai təhlükəliliyini artıran hallar kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olan azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi o halda ədalətli hesab olunardı ki, törədilmiş cinayətin ictimai təhlükəliliyini artıran digər səbəblər olmasın və ya təqsirləndirən şəxsin cəzasını yüngülləşdirən kifayət qədər əsaslar olsun. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza olmaqla, cinayətin ağırlığına, ictimai təhlükəliliyinə və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Ona görə də məhkəmə kollegiyası hesabe dir ki, Təqsirləndirilən şəxs1 CM-in 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CPM-in 399.1 və 399.1.5-ci maddələrinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Bundan başqa iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 fevral 2023-ci il tarixli qərarından görünür ki, məhkumlar məhkəmə iclaslarına heç bir üzrlü səbəb olmadan gəlmədikləri üçün onların barəsində seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Bərdə rayon polis şöbəsinin 21 fevral 2023-cü il tarixli məktublarından görünür ki, hər iki məhkum 19 fevral 2023-cü il tarixdə Bərdə rayonu ərazisində tutularaq, Bərdə RPŞ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı müddət onun cəzaçəkmə müddətinə daxil edilməli, Təqsirləndirilən şəxs2 isə həbsdə saxlanıldığı müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin «24» oktyabr 2022-ci il tarixli, 1(021)-155/2022 nömrəli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ona Bərdə Rayon Məhkəməsinin hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası, hazırki qərarla təyin edilmiş cəza ilə CM-in 66.2-ci maddəsinə əsasən toplanılmalı, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin başlanğıcı həbs edildiyi vaxtdan yəni, 19 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm və qərar icraya yönəldilənə kimi dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2 19 fevral 2023-cü il tarixdən qərar çıxarılan günədək həbsdə saxlandığı müddət ona hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli, o məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Göstərilənlərə əsasən və CPM-in 397, 398, 399, 404, 405, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin «24» oktyabr 2022-ci il tarixli, 1(021)-155/2022 nömrəli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bərdə Rayon Məhkəməsinin «24» oktyabr 2022-ci il tarixli, 1(021)- 155/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki qərarla təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs1, qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 26 yanvar 2022-ci il tarixindən 28 yanvar 2022-ci il tarixinədək tutulduğu 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi vaxtdan yəni, 19 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm və qərar icraya yönəldilənə kimi dəyişdirilmədən saxlanılsın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 28 yanvar 2022-ci il tarixdən 30 yanvar 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət və apelyasiya instansiya məhkəməsində icraat zamanı 19 fevral 2023-ci il tarixdən 14 mart 2023-ci il tarixədək həbsdə saxlanıldığı 23 (iyirmi üç) gün müddət, cəmi 25 (iyirmi beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırması cəzasının 2 gününə bərabər hesablanmaqla 1 (bir) ay 20 (iyirmi) gün Təqsirləndirilən şəxs2 Bərdə Rayon Məhkəməsinin «24» oktyabr 2022-ci il tarixli, 1(021)- 155/2022 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 04 (dörd) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-85/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-85/2023
14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver