Məhkəmə qərarları › İş №1(104)-94/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-94/2023

03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-94/2023 03.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), X9 və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verilməsinə, onun həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «31» oktyabr 2022-ci il tarixli, 1(100)-93/2022 nömrəli hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakim Faiq Mahmudovun sədrliyi, hakimlər Dadaş İmanov və Nural Əliyevdən ibarət tərkibdə) «31» oktyabr 2022-ci il tarixli, 1(100)- 93/2022 nömrəli hökmü ilə xx xxxxx 1975-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-in 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verilmiş, o, CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, ona 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcının şübhə edilən şəxs qismində tutulduğu, 06 yanvar 2021-ci il tarixdən hesablanması, haqqında seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, onun yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, 10085,252 qram çəkidə narkotik vasitə heroini əldə edib, idarə etdiyi “BMW” markalı EF 001 ON Gürcüstan dövlət nömrə nişanlı avtomobildə saxlamaqla daşımış, həmin narkotik vasitə heroinin 10,252 qramını üzərində saxlamaqla daşıyarkən, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 06 yanvar 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:00-da Bakı- Qazax magistral avtomobil yolunun 328-ci kilometrliyində, Gəncə şəhərinin girişində idarə etdiyi avtomobilin yanında saxlanılmaqla BNMİ-nin X8 Şöbəsinə gətirilmiş, orada həmin tarixdə saat 02:00-dan etibarən keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 10,252 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, eyni zamanda həmin tarixdə saat 02:45-dən etibarən Təqsirləndirilən şəxs idarə etdiyi “BMW” markalı EF-001-ON Gürcüstan dövlət nömrə nişanlı avtomobilə özünün razılığı və iştirakı ilə baxış keçirilərkən avtomobilin yük yerindəki bir ədəd göy rəngli polietilen paketin içərisindən səkkiz ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1600 qram, 1450 qram, 1180 qram, 950 qram, 1015 qram, 1480 qram, 1010 qram və 1390 qram olmaqla ümumi təmiz çəkisi 10075 qram, üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə heroinlə eyni tərkibli olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Məhkumun müdafiəçisi apellyasiya şikayətində hökmün ləğv edilməsini və məhkuma bəraət verilməsini, dövlət ittihamçısı apellyasiya protestində hökmün Təqsirləndirilən şəxs CM-in 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verilməsi və CM-in 234.4.1ci maddəsinin ittihamdan xaric edilməsi hissəsində ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ona həmin maddələrin sanksiyası həddində və cinayətlərin məcmusu qaydasında cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protestinin və şikayətinin dəlilləri: Dövlət ittihamçısı hökmdən verilmiş apellyasiya protestini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Qurban” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, bu məqsədlə “Qurban” adlı şəxs və qeyriləri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitələri keçirdikdən sonra Təqsirləndirilən şəxs Kürdəmir rayonu ərazisindən naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 10085,252 qram çəkidə narkotik vasitə heroini əldə edib, “Qurban” adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən Gəncə şəhəri ərazisinə daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşıb arvadı Parvana Kakhramanovaya məxsus “BMW” markalı EF 001 ON Gürcüstan dövlət nömrə nişanlı avtomobildə saxlamaqla daşımış, həmin narkotik vasitə heroinin 10,252 qramını üzərində saxlamaqla daşıyarkən, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 06 yanvar 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:00-da Bakı-Qazax magistral avtomobil yolunun 328-ci kilometrliyində, Gəncə şəhərinin girişində idarə etdiyi avtomobilin yanında saxlanılmaqla BNMİ-nin X8 Şöbəsinə gətirilmiş, orada həmin tarixdə saat 02:00-dan etibarən keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 10,252 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş, eyni zamanda həmin tarixdə saat 02:45-dən etibarən Təqsirləndirilən şəxs idarə etdiyi arvadı Parvana Kakhramanovaya məxsus “BMW” markalı EF-001-ON Gürcüstan dövlət nömrə nişanlı avtomobilə özünün razılığı və iştirakı ilə baxış keçirilərkən avtomobilin yük yerindəki bir ədəd göy rəngli polietilen paketin içərisindən səkkiz ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1600 qram, 1450 qram, 1180 qram, 950 qram, 1015 qram, 1480 qram, 1010 qram və 1390 qram olmaqla ümumi təmiz çəkisi 10075 qram öz aralarında və Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə heroinlə eyni tərkibli olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə isə Təqsirləndirilən şəxs həmin narkotik vasitəni “Qurban” adı ilə məlum olan İİR vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirməsini təsdiq edən hər hansı bir sübutun nə işin ibtidai istintaqı, nə də məhkəmə istintaqında müəyyən edilməməsi, onların narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına keçirilməsində İran İslam Respublikasının vətəndaşı “Qurban” adlı şəxslə birgə iştirak etməməsi və onunla birlikdə cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri icra etməmələri, təqsirləndirilən şəxslərin narkotik vasitələrin qaçaqmalçılığı cinayətinin icraçısına hər hansı şəkildə kömək etməmələri və beləliklə həmin cinayətdə iştirak etməmələri qənaətinə gəlməklə ona CM-in 32.5,206.3.2-ci maddəsi ilə bəraət verərəkən və CM-in 234.4.1-ci maddəsini verilmiş ittihamdan xaric edərkən işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, CM-in 32.5, 206.3.2 maddəsinin dispozisiyasında qrup üzvlərinin hamısının cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri birlikdə icra etmələri deyil, məhz qrup üzvünün ümumi cinayətkar niyyətə uyğun olaraq maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birini icra etməsinin şəxsin əməlində cinayət tərkibini yaratmasını nəzərə almamışdır. Təqsirləndirilən şəxs qarşı istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham onun özünün etirafedici ifadələri, şəxsi axtarış, baxış keçirilməsi haqqında protokol, işdə olan ekspert rəyləri və digər sübutlarla təsdiq edilmişdir. Belə ki, “şəxsi axtarış və götürmə aparılması haqqında” və “avtomobilə baxış və götürmə aparılması haqqında” 06.01. 2021-ci il tarixli protokollardandan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və abtomobilindən aşkar edilmiş narkotik vasitəni İİR vətəndaşı “Qurban” adlı şəxsin vasitəsi ilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs İqar Verdiyevin üzərinə şəxsi axtarış keçirilən zamanı aşkar edilərək götürülmüş “Samsung” markalı mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, mobil telefonun qalereyasındakı şəkillərə nəzər yetirdikdə elektron tərəzinin üzərində bağlamalar olan şəkil, üzərində “A1” yazılmış sellofan büküm, üzəri skoçlanmış sellofan büküm olan şəkil nəzərə çarpır. Bundan əlavə mobil telefonun “Whatsapp Business” bölməsinə nəzər yetirdikdə orada adı “Qurvan” kimi qeyd edilmiş +98 903 *** ** ** saylı nömrədən xx.xx.2021-ci il tarixdə saat 13:04-də üzərində iran yazıları olan qırmızı, ağ və yaşıl rəngli olan bağlama şəkil və şəklin ardınca “bu amanatı təhvil alacaqsan bax qaqa sən, başıva dönərəm sənin” deyə səs göndərilmişdir. Göndərilmiş şəkildə İlqar Vediyevə məxsus “BMW” markalı EF-001-ON dövlət nömrə nişanlı avtomobildən aşkar edilərək götürülmüş maddələrin içərisində olduğu bağlama təsvir edilmişdir. Bundan başqa adı “Sen Teze” kimi qeyd edilmiş +995 *** ** ** 32 saylı nömrəyə üzərində “A1” yazılmış sellofan büküm, üzəri skoçlanmış sellofan büküm olan şəkillin bir ədəd skoçlanmış sellofan bağlamanın elektron tərəzidə çəkilməsi ilə bağlı videonun göndərilməsi müşahidə edilir. Bundan əlavə adı “X10” kimi qeyd edilmiş +7 918 *** ** ** saylı nömrə ilə aralarında olan beton dirək şəkli göndərməsi və atılmış səs yazısında həmin dirəyin ətrafına “əmanət” qoyulduğu qeyd edilir. Bundan sonrakı qeyd olunan mobil nömrəyə “samir sənin qadan alım, onu ma heşkim eliyə bilməz, onun arvadını.., prosto bu nədisə başa düşə bilmirəm, ola bilər ki, bu nədisə səhv gedib baxıb, ya da oyundu” səs yazısının göndərilməsi və həmin nömrədən “sən onun nömrəsini ma ver mən onları danışdıracam, ay ilqar balalarımın ölümünə tutduracaqlar onu, onun belini qırdıracaqlar orada, bax sa deyirəm oğlumun ölümünə tutduracaqlar onu, bu iranlı var qurban bax 5 dəqiqəyə tutduracaq onu” səs yazısının gəlməsi müşahidə edilir.Bundan başqa +7 918 ******* saylı nömrə ilə Qurban zenk vuruf der ilqar yazır, -He salam yazdım cavab vermedi beyax, He dedi ma, Cox darixiram qardas bu veziyetde nese is gormey lazimdi, -Yani men zenk vurmasam ona cavab veren doy qorxur o iranda satilar srazi ona gore qorxur. Gorey da neteri eliyey 5 dene var 6 dene var ne lazimdi basqa, -Hecdat birce ordakini deyirem aparsaydix elimiz acilardi, Yani senin 8 denen eytiyac yoxdu nede seniniak adamina birce gurcuye atdad, -Ora problem yoxdu ozunde gordunki bir gune hel eledim, -Bildim gurcude yollarda masin olmamagi qirdi eybi yoxdu sabah hel ederiy, -İnsAllah qardas yaxsi olar 8 niye deyirem indi mamentdi tulluyardix ortuya, bes uc manat pul olardı elde bu veziyetde, Prablem yoxdu atdadmaga intasi ordaki kimdi adini de normal adamdi sa atdirim bir iki gune, he qardas ordakina prablem yoxdu basimnan cavabdehem ona, İranda 100 neferden 99 satqindi, Bu parablemsiz adamdi bilirem iranda coxdusq soqanixden pisdi, Adini men qurvana demesem razilix vermir, bilirem ne prablem var adini de zenk vurum danisaq qurvannan he yox desin srazi, Qoy seher danisim bunan qardas razilix versin deyey gorum helem razidimi bunlarda birbirinden qorxullar məzmununda danışıqların aparılması müşahidə edilir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ifadələrində göstərmişdir ki, İran İslam Respublikasının vətəndaşı Qurban adlı şəxsi Gürcüstanda yaşayan Samir adlı tanışı vasitəsilə tanımış, belə ki, təxminən 1 il bundan öncə Samirlə danışan zaman o, Qurban adlı şəxsdə ona məxsus narkotik vasitə olduğunu, Qurbanın həmin narkotik vasitəni rayonlardan birində yerləşdirdikdən sonra yeri barədə ona məlumat verəcəyini, həmin yerdən narkotik vasitəni götürüb Qurbanın deyəcəyi yerə qoymağını, əvəzində pul qazanacağını demiş, maddi vəziyyəti yaxşı olmadığından onunla razılaşmış, Samir Qurbanın ona xəbər edəcəyini demiş, bundan sonra Qurban ona “Whatsapp” sosial şəbəkəsi vasitəsilə zəng vuraraq narkotik vasitəni “Bakı-Sumqayıt” avtomobil yolunun kənarında reklam dirəyinin altına qoyduğunu bildirmiş, belə olan halda qeyd olunan ünvana gedərək həmin narkotik vasitəni götürmüş və Şəmkir rayonuna gedərək Qurbanın dediyi yerə qoymuşdur. Bunun müqabilində ona 2000 manat pul verilmiş, təxminən 8 ay bundan öncə isə Qurban yenidən ona zəng vurmuş, bu dəfə narkotik vasitəni “Bakı-Qazax” avtomobil yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsindən götürüb Ağstafa rayonu ərazisinə aparmış, bunun müqabilində də, ona 2000 manat pul verilmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Qurban ona zəng vuraraq həmin gün saat 22 radələrində Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində, DYP postunu keçdikdən sonra sürət radarı olmasını bildirən yol nişanın altına narkotik vasitə heroin qoyulacağını bildirmiş, o, da özünə məxsus avtomobil ilə həmin yerə gedib sonradan üzərindən və avtomobilindən aşkar edilmiş anrkotik vasitəni götürmüşdür. xx.xx.2021-ci il tarixli, 008-3049-1221 nömrəli istintaq tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş həmin narkotik vasitələri satış məqsədi ilə əldə edib saxladığına, bu kimi maddələrin qanunsuz ticarət dövriyyəsində İran İslam Respublikasının vətəndaşı «Qurban» adlı şəxslə birgə əlaqəsinin olmasına, «Qurban» adlı şəxsin həmin narkotik vasitələri digər naməlum şəxslər vasitəsi ilə İrandan qaçaqmalçılıq yolu ilə göndərdiyinə dair əlavə məlumatlar əldə edilmiş, lakin «Qurban» adlı şəxsin və cinayətin digər iştirakçılarının şəxsiyyətlərinin, onların yaxın əlaqələrinin müəyyən edilməsi hələlik mümkün olmamışdır. xx.xx.2021-ci il tarixli qərarla cinayət işinin materiallarından CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən, istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs qaçaqmalçılıqdan ibarət əməlini CM-in 32.5-ci maddəsinə istinad etməklə, yəni iştirakçılığın köməkçilik növünə uyğun tövsif etmiş və CM-in 234.4.1ci maddəsi ilə düzgün ittiham verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə bəraət verilməsi qənaətinə gələrkən istintaq orqanı tərəfindən toplanmış, biri digərini təsdiq etməklə əsaslı olan halları nəzərə almamış, yalnız təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ziddiyyətli ifadəsinə əsaslanmaqla, əməlində tərəfindən törədilməsi istinad edilən cinayətin əlamətlərini əks etdirən tərkibin müəyyən edilməməsi kimi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, bununla da işin halları məhkəmə tərəfindən təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmuşdur. Beləliklə, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakları ilə CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin obyektiv cəhətinin icra edilmə üsulu barədə işin halları ilə uyğunluq təşkil edən(təqsirləndirilən şəxsin mobil telefonunda İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus və digər müxtəlif adlar altında müxtəlif mobil nömrələrin qeyd edilməsi, “WhatsApp” ani zəngləşmə proqramı vasitəsi yazışmaların aparılması, təqsirləndirilən şəxslərin aşkar edilmiş narkotik vasitələrin“Qurban” adlı İİR vətəndaşından əldə etməsi və s.) ifadələr vermişdir. Məhkəmə istintaqı zamanı isə həmin sübutların mötəbərliyi və mümkünlüyünü şübhə altına alan hər hansı arqument təqdim edilməmiş, hökmdə məhkəmə tərəfindən həmin sübutların nəzərə alınmamasının motivləri müzakirə edilməmiş və əsaslandırılmamışdır. Məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadələri, baxış, götürmə protokolları və işin faktiki halları ilə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi öz təsdiqini tapsa da, məhkəmə qeyd edilən sübutları nəzərə almamış, yalnız təqsirləndirilən şəxsin məhkəmədə verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə əsaslanmaqla, onun həmin narkotik vasitəni digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirməsinin iş materialları ilə öz təsdiqini tapmaması, eləcə də onun narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsində İran İslam Respublikasının vətəndaşı “Qurban” adlı şəxslə birgə iştirak etməməsi və onunla birlikdə (o cümlədən qabaqcadan əlbir olmaqla) cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri icra etməməsi kimi işin digər halları ilə rədd olunan xüsusatları qeyd etsə də, bir sübutun qəbul edilməsi və digər sübutun rədd edilməsinin əsaslarını hökmdə göstərməmişdir. Məhkəmə iş materiallarında belə sübutların olmasına məhəl qoymamış və formal mülahizələrə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə ona hissəvi bəraət verməklə və CM-234.4.1-ci maddəsi ilə verilmiş ittihamı xaric etməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkumun müdafiəçisi hökmdən verilmiş apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aparılmış məhkəmə istintaqı zamanı əsas şahid olan ilkin ibtidai istintaq zamanı dindirilmiş Şahid4 və X7 dindirilməmiş, Təqsirləndirilən şəxs istifadəsində olan (055)-455-33-91 nömrəsi ilə şahid qismində dindirilmiş X6 istifadəsində olan (055)- 973-15-23 nömrəsinin anten dairəsi və zənglər araşdırılmamışdır. Əgər həmin hallar araşdırılmış olsaydı həqiqətlər üzə çıxmış olardı. Məhkəmə Təqsirləndirilən şəxs və şahid Akif Nəsibovun məhkəmə istinaqında vermiş olduğu ifadələrə heç bir əhəmiyyət verməmişdir. Lakin buna baxmayaraq məhkəmə təqsirləndirilən şəxsin ilkin ifadəsini və polis əməkdaşları olan şahidlərin ifadələrini əsas götürmüş CM-in 234.4.3-cü maddəsi ilə cəza təyin etmişdir. Əgər Təqsirləndirilən şəxs narkotik vasitələr Qurban adlı şəxslə göndərilmiş olsaydı, onda ona elan olunmuş CM-in 234.4.1-ci maddəsi ittihamdan xaric edilməz və CM-in 206.3.2-ci maddəsi ilə bəraət verilməzdi. Bundan əlavə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni kimə verəcəyi və ya kimə satması halı da təsdiq olunmamışdır. Bundan başqa qeyd edir ki, CM-in 234.4.3-cü maddənin sanksiyasında 5 ildən 12 ilədək cəza nəzərdə tutulmuşdur. Hesab edir ki, Təqsirləndirilən şəxs elan olunmuş CM-in 234.4.3-cü maddəsi ilə cəza təyin edilərkən işin faktiki halları, yüngülləşsdirici hallar nəzərə alınmamış və ona maddənin aşağı həddi olan 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulduğu halda ona 10 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cinayət prosesi tərəflərinin mövqeyi: Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə etdi, protestdə göstərilən məzmunda çıxış etdi, apellyasiya protestinin təmin edilməsini, hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsini və ona cinayətlərin məcmusu üzrə cinayət qanununun müddəalarına uyğun cəza təyin edilməsinə dair ittiham hökmü çıxarılmasını, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və onun müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun çıxış etdilər, şikayətin təmin edilməsini, məhkumun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Eyni zamanda dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə isə etiraz etdilər, apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin və protestinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti və protesti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏ ARAŞDİRMA: Məhkəmə kollegiyası tərəfindən iş üzrə tam, obyektiv və hərtərəfli araşdırılma aparılması üçün məhkəmə baxışının qismən məhkəmə istintaqı aparılmaqla, yəni məhkumun yenidən dindirilməsi, həmçinin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş lakin birinci instansiya məhkəməsində dindirilməmiş Şahid4 və X3 dindirilməsi, eləcə də həm məhkumun, eləcə də qeyd edilən şahidlərin anten dairələrinə dair məlumatların götürülməsi, Təqsirləndirilən şəxs döyülməsi iddiaları ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunda olan araşdırma materialının öyrənilməsi, Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirilməsi və işdə olan digər sübutların araşdırılması ilə keçirilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında dindirilmiş məhkum Təqsirləndirilən şəxs ona CMnin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, “Meyvəli” və müxtəlif bazarlara rayonlardan gətirib göyərti satmaqla məşğul olmuşdur. “BMW” markalı EF 001 ON dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. İran İslam Respublikasının vətəndaşı Qurban adlı şəxsi Gürcüstan Respublikasında yaşayan Samir adlı tanışı vasitəsilə tanımış, Qurban İrandan ona satmaq məqsədilə meyvə və tərəvəz göndərmişdir. Pandemiya ilə əlaqədar olaraq işlər zəif olduğundan Bakı-Gəncə şəhərləri arasında taksi sürücüsü işləməyə başlamışdır. xx.xx.2021-ci il tarixdə 3 nəfər sərnişinlə birlikdə Bakı şəhərindən çıxıb Gəncə şəhərinə doğru yola çıxmış, həmin sərnişinlərdən biri Naftalan şəhərində düşmüş, digər iki sərnişini isə Gəncə şəhərinə aparmışdır. Axşam saatlarında sərnişin olmadığından Bakı şəhərinə qayıtmağa qərar vermiş, Bakı şəhərinə qayıdıb meyvəni qəbul etməli olmuşdur. Bu məqsədlə üzərində 5000 ABŞ dolları pul götürmüş, Bakı-Gəncə avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində, X15 postunu keçdikdən sonra Gəncəyə apardığı sərnişinlərdən biri zəng vuraraq Bakı şəhərinə qayıtmaq istədiyini demişdir. Belə olan halda Gəncə şəhərinə geri qayıtmışdır. Saat 23 radələrində Gəncə şəhərinin girişində olan vətəndaşların karantin qaydalarına riayət etməsinə nəzrət edilməsi məqsədilə yaradılmış postun qarşısında dayanıb, Bakıya gedəcək sərnişinləri orada gözləmişdir. Avtomobildən düşüb polis əməkdaşlarının olduğu yerə yaxınlaşıb, postun qarşısında olan zaman dövlət nömrə nişanını xatırlamadığı “Opel” markalı avtomobildən 4 nəfər mülki geyimli şəxs düşüb olduğu yerə yaxınlaşmışlar. Həmin şəxslərlə salamlaşdıqdan sonra onlar qolundan tutub öz maşınlarına əyləşdirib Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını demişlər. Həmin şəxslər onu avtomobilə əyləşdirdikdən sonra gödəkçəsinin sağ içəri cibində olan 5000 ABŞ dollarını, şalvarının sol yan cibində olan 333 manat pulu götürmüşlər. Sonra pols əməkdaşları ona məxsus Gəncə şəhərində yerləşən evə gedəcəklərini gemişlər. Sonra onlarla birlikdə yaşadığı evə getmişlər. Həmin vaxt onunla birlikdə göyərti satışı ilə məşğul olan Elçin və Samir adlı şəxslər evdə olmuşlar. Onlar həmin günün səhəri ona məxsus “Ford” markalı avtomobil ilə mandarın almaq məqsədilə Astara şəhərinə getməli olmuşlar. Evin qapısını döydükdən sonra Elçin və Samır qapını açmışlar. Evə daxil olduqdan sonra polis əməkdaşları evi axtarmağa başlamışlar. Evdən hər hansı qanunsuz əşya və maddə aşkar edilməmişdir. Bundan sonra Səttar adlı polis əməkdaşı evdə olan divanın üzərinə bir ədəd bağlamada narkotik vasitə heroin qoyaraq onlara pul verəcəyi təqdirdə onu tutmayacaqlarını demişdir. Səttara nə üçun ona pul verməli olduğunu soruşduqda onu döyməyə başlamışlar. Belə olan halda onlarla pul verəcəyinə dair razılaşıb yeznəsi Akifə zəng vuraraq yaşadığı evə gəlməsini demişdir. Biraz sonra Akif də, oraya gəlmiş, Akifdən pul verməsini istədikdə o, pulunun olmadığını demişdir. Bundan sonra Akif anasına zəng vurmuş, anası evdə xalçanın arasında xalasına məxsus 20000 ABŞ dolları olduğunu demişdir. Bundan sonra həmin pulu götürüb Səttara vermişdir. Səttar pulu götürdükdən sonra birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Gəncə şəhəri ərazisində yerləşən regional şöbəsinə gedəcəklərini və onu oradan buraxacaqlarını demişdir. Orada olan zaman Səttar videoçəkiliş aparılacağını, çəkiliş zamanı bağlamada olan narkotik vasitə heroini Kürdəmir rayonu ərazisində, yolun kənarından götürməyi barədə məlumat verməyini demişdir. Həmçinin üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini və həmin vaxt üzərindən də, bir bükümdə narkotik vasitə heroin çıxacağını bildirmişdir. Polıs əməkdaşları çəkiliş zamanı üzərindən və avtomobilindən aşkar ediləcək maddələri tanışı İran İslam Respublikasının vətəndaşı Qurban adlı şəxsdən almağı barədə məlumat verməli olduğunu demişdər. Belə olan halda döyülməmək üçün onun dedikləri ilə razılaşmışdır. Telefonunda aşkar olunmuş şəkil tərəvəzin xarab olmaması üçün istifadə olunan buz şəkli olmuşdur. Aşkar olunmuş danışıqlar müxtəlif şəxslərlə meyvə tərəvəz alveri ilə bağlı olmuşdur. Polis əməkdaşları evdə axtarış apararkən ailə üzvlərindən evdə heç kim olmamışdır. O, istintaq zamanı polis əməkdaşları tərəfindən döyülmüşdür. Hazırda bədəni üzərində heç bir xəsarətin izləri qalmamışdır. İş materiallarında olan şəkillər buz şəklidir və buz göy-göyərtinin içərisinə xarab olmaması üçün qoyulur. Məhkəmə kollegiyasının iclasında dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsı 5-6 ildir ki, tanıyır. İlqarın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaxud da istifadə etməsi barədə heç bir məlumatı olmamışdır. xx.xx.2021-ci il tarixdə səhər saatlarında Elçinlə birlikdə Gəncə şəhərinə gəlmişlər. Orada olan zaman İlqar onları avtomobillərin təmiri sexinə aparmışdır. “Ford” markalı yük avtomobilini təmir edən usta avtomobilin bir gün sonra hazır olacağını dediyindən onlar məcbur olub həmin gün Gəncə şəhərində qalmalı olmuşlar. İlqar onları yaşadığı evə aparmış və gecə orda qalacaqlarını demişdir. Onlara isə 3-4 saatlıq işi olduğunu bildirmişdir. Sonra nə qədər zəng edib əlaqə saxlamağa çalışsalar da İlqara zəng çatmamışdır. Sonradan İlqarın yeznəsi Akif adlı şəxs onlara X2 İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığını demişdir. Məhkəmə kollegiyasının iclasında dindirilmiş şahid X7 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixində səhər saatlarında Samirlə birlikdə Gəncə şəhərinə gəlmişlər. İlqar onlara evdə heç kimin olmadığını deyib, evinə aparmışdır. İlqar ondan evə lazım olan ərzaqları almaq üçün borc almışdır. Onları yaşadığı evə gətirdikdən sonra 3-4 saatlıq işinin olduğunu deyib getmişdir. Daha sonra İlqara zəng edib danışmağa çalışsalar da telefonu açmamışdır. Onlar evdə olanda İlqarın evində polislər olmamışdır. Onlara istintaq müddətində heç bir təzyiq olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olarkən bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Qarnın ön divarında döş qəfəsi nahiyəsində köhnə çapıq toxumaları vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlərə məruz qalması iddiasında dair toplanmış material üzrə qəbul edilmiş 18 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması və pulunun götürülməsi barədə xüsusatlar üzrə aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyinə görə CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinə apellyasiya instansiya məhkəməsində baxılarkən məhkəmə kollegiyası tərəfindən cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirilmiş, baxış zamanı cinayət işinin materiallarının İ cildinin 214-219-cu vərəqlərində olan fotoşəkillərin həqiqətən də Təqsirləndirilən şəxs mobil telefonunda olması müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakcell MMC-in xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 05 yanvar 2021-ci il tarixdə axşam radələrində Gəncə şəhərindən çıxaraq Kürdəmir rayonu istiqamətində hərəkətdə olmuş, daha sonra geri qayıtmışdır. Onun sonrakı anten məlumatları Gəncə şəhəri ərazisinə daxil olmasını, Ruzigar Qasımov küçəsi ilə hərəkətdə olaraq BNMİ-yə Bilavasitə tabe olan X8 şöbəsinə (Gəncə, Sadıllı) getməsini göstərir. Bundan başqa Təqsirləndirilən şəxs anten məlumatlarına baxış keçirilərkən onun Şahid4 və Elçin Mövsümovla eyni vaxtda eyni anten dairəsində olmaları müəyyən edilməmişdir. Cinayət işində olan digər sübutlar: Cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 06 yanvar 2021-ci il tarixdə saat 01:00-da Bakı-Qazax avtomobil yolunun 328-ci kilometrliyində, Gəncə şəhərinin girişində saxlanılaraq Baş İdarənin Qərb bölgəsində yerləşən regional şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman ondan bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir.Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş onun əynində olan qara rəngli rəngli gödəkçənin sol yan cibindən 1 (bir) ədəd qara rəngli, ”Samsung” markalı mobil telefon, 1 (bir) ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 57 (əlli yeddi) manat pul və 1 (bir) ədəd açar aşkar olunmuşdur.Şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq hər hansı əşya, predmet aşkar olunmamışdır. Sonra həmin 1 (bir) ədəd, içində heroinə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 12 qram (on iki qram) olmuş, həmin büküm içi boş olan, ağ rəngli zərfə qoyulmuş, həmin zərf möhürlənmişdir. 01 ədəd ”Samsung” markalı mobil telefon və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi götürülmüşdür. 57 (əlli yeddi) manat pul və 1 (bir) ədəd açar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Cinayət işinin materiallarında olan “Avtomobilə baxış və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “BMW” markalı EF-001-ON dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin yük yerindən bir ədəd sellofan paketin içərisindən narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmişdir.Həmin kütlə elektron tərəzidə çəkilmiş 10 kiloqram 55 qram təşkil etmişdir.Avtomobildən Təqsirləndirilən şəxs məxsus xarici pasport aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan “Mobil telefonlara baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs İqar Verdiyevin üzərinə şəxsi axtarış keçirilən zamanı “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. İstintaq zamanı aşkar edilərək götürülmüş mobil telefonun yaddaşına keçirilən baxış zamanı aşağıdakılar müəyyən edilmişdir.Mobil telefonun qalereyasındakı şəkillərə nəzər yetirdikdə elektron tərəzinin üzərində bağlamalar olan şəkil, üzərində “A1” yazılmış sellofan büküm, üzəri skoçlanmış sellofan büküm olan şəkil nəzərə çarpır. Bundan əlavə mobil telefonun “Whatsapp Business” bölməsinə nəzər yetirdikdə orada adı “Qurvan” kimi qeyd edilmiş +98 903 761 50 56 saylı nömrə ilə aşağıdakı yazışmaların olması müşahidə edilir.xx.xx.2021-ci il tarixdə saat 13:04-də qeyd olunan nömrədən üzərində iran yazıları olan qırmızı, ağ və yaşıl rəngli olan bağlama şəkil göndərilməsi və şəklin ardınca “bu amanatı təhvil alacaqsan bax qaqa sən, başıva dönərəm sənin” deyə səsin göndərilməsi müəyyən edilir. Göndərilmiş şəkildə İlqar Vediyevə məxsus “BMW” markalı EF-001-ON dövlət nömrə nişanlı avtomobildən aşkar edilərək götürülmüş maddələrin içərisində olduğu bağlama təsvir edilmişdir.Bundan başqa adı “Sen Teze” kimi qeyd edilmiş +995 511 12 21 32 saylı nömrəyə üzərində “A1” yazılmış sellofan büküm, üzəri skoçlanmış sellofan büküm olan şəkillin bir ədəd skoçlanmış sellofan bağlamanın elektron tərəzidə çəkilməsi ilə bağlı videonun göndərilməsi müşahidə edilir. Bundan əlavə adı “X10” kimi qeyd edilmiş +7 918 702 61 46 saylı nömrə ilə aralarında olan beton dirək şəkli göndərməsi və atılmış səs yazısında həmin dirəyin ətrafına “əmanət” qoyulduğu qeyd edilir. Bundan sonrakı qeyd olunan mobil nömrəyə “samir sənin qadan alım, onu ma heşkim eliyə bilməz, onun arvadını ...., prosto bu nədisə başa düşə bilmirəm, ola bilər ki, bu nədisə səhv gedib baxıb, ya da oyundu” səs yazısının göndərilməsi və həmin nömrədən “sən onun nömrəsini ma ver mən onları danışdıracam, ay ilqar balalarımın ölümünə tutduracaqlar onu, onun belini qırdıracaqlar orada, bax sa deyirəm oğlumun ölümünə tutduracaqlar onu, bu iranlı var qurban bax 5 dəqiqəyə tutduracaq onu” səs yazısının gəlməsi müşahidə edilir. Bundan başqa +7 918 702 61 46 saylı nömrə ilə aşağıdakı yazışmaların olması müəyyən edilir: -Qurban zenk vuruf der ilqar yazır -He salam yazdım cavab vermedi beyax -He dedi ma -Cox darixiram qardas bu veziyetde nese is gormey lazımdı -Yani men zenk vurmasam ona cavab veren doy qorxur o iranda satilar srazi ona gore qorxur. Gorey da neteri eliyey 5 dene var 6 dene var ne lazimdi başqa -Hecdat birce ordakini deyirem aparsaydix elimiz acilardi-Yani senin 8 denen eytiyac yoxdu nede seniniak adamina birce gurcuye atdad -Ora problem yoxdu ozunde gordunki bir gune hel eledim -Bildim gurcude yollarda masin olmamagi qirdi eybi yoxdu sabah hel ederiy -İnsAllah qardas yaxsi olar 8 niye deyirem indi mamentdi tulluyardix ortuya, bes uc manat pul olardı elde bu veziyetde -Prablem yoxdu atdadmaga intasi ordaki kimdi adini de normal adamdi sa atdirim bir iki gune -He qardas ordakina prablem yoxdu basimnan cavabdehem ona -İranda 100 neferden 99 satqindi -Bu parablemsiz adamdi bilirem iranda coxdusq soqanixden pisdi -Adini men qurvana demesem razilix vermir, bilirem ne prablem var adini de zenk vurum danisaq qurvannan he yox desin srazi -Qoy seher danisim bunan qardas razilix versin deyey gorum helem razidimi bunlarda birbirinden qorxullar. Həmçinin 7 918 702 61 46 saylı nömrə ilə müxtəlif vaxtlarda “Whatsapp Business” tətbiqetməsi ilə danışıqların aparılması müşahidə edilir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİNƏ MƏHKƏMƏ KOLLEGİYASİNİN MÜNASİBƏTİ: Məhkumun müdafiəçisi apellyasiya şikayətində Təqsirləndirilən şəxs barəsində çıxarılmış ittiham hökmünün əsassız və qanunsuz olduğunu, məhkəmənin istintaq orqanının saxta ittihamını qanuni qaydada araşdırmadan etmədiyi cinayətə görə Təqsirləndirilən şəxs barəsində hökm çıxardığını qeyd etmişdir. Müdafiə tərəfi Təqsirləndirilən şəxs tam bəraət verilməli olmasını onunla əsaslandırmağa çalışmışdır ki, birinci instansiya məhkəməsində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 və Elçin Mövsümov məhkəmə istintaqında dindirilməmiş, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan ittiham hökmü çıxarmışdır. Həmçinin məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs öz ifadələrində tutulan gün polislərin onun evində axtarış apardığını, heç nə tapmadıqlarını, lakin evə narkotik vasitə qoyaraq boynuna götürməsini, əks halda onlara pul verməli olmasını göstərmiş, polislərə 20.000 ABŞ dolları verdiyini, lakin sonradan ona fiziki və psixi təsirlər göstərərək üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitəni boynuna götürməyə məcbur edildiyini bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs öz ifadəsində göstərdiyi xüsusatları şahidlər Şahid4 və Elçin Mövsümovun da təsdiq edə biləcəyini bildirmişdir. Müdafiə tərəfi bütün bu hallara əsaslanaraq Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını iddia etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyatı olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Lakin bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Əksinə apellyasiya şikayətində göstərilən xüsusatlar digər danılmaz sübutlarla – Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə vermiş olduğu qismən etirafedici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış keçirilməsi haqqında protokollar, həmin protokollara əlavə edilmiş CD disklər, eləcə də Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirilməsi haqqında protokol və digər istintaq hərəkəti protokolları, Təqsirləndirilən şəxs anten dairəsinə dair məlumatlar, habelə sair iş materialları ilə tamamilə təkzib edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Təqsirləndirilən şəxs əsassız və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunduğunu göstərsələr də, onların bu dəlilləri Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə vermiş olduğu qismən etiraf edici ifadəsi, ibtidai istintaq və birinci instansiya məhkəməsində dindirilmiş şahidlər Şahid3 və Şahid2 ifadələri, ibtidai istintaq və apellyasiya instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlər Şahid4 və X3 06 yanvar 2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” və “avtomobilə baxış və götürmə haqqında” protokolları, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən və avtomobilinə baxış keçirilərkən həmin anların video görüntülərini əks etdirən DVD disklər, Təqsirləndirilən şəxs anten dairəsinə dair məlumatlar, eləcə də məhkəmələrdə tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, və sair iş materialları ilə tamamilə təkzib edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs istər üzərinə, istərsə də avtomobilinə baxış keçirilərkən onun müdafiəçisinin iştirakı təmin edilmiş, baxış zamanı videoçəkilişdən istifadə edilmiş, həmin videoçəkilişlər istintaq hərəkəti protokollarına əlavə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış və götürmə istintaq hərəkəti aparılarkən hər hansı qanun pozuntusuna yol verilməmiş, CPM-in müvafiq normalarının tələblərinə əməl edilmişdir. Buna görə də, həmin istintaq və prosessual hərəkətlərin və bu zaman əldə edilmiş sübutların mötəbərliliyini şübhə altına alan hər hansı bir əsaslı əks arqument və ya mövqe yoxdur. Bundan başqa Təqsirləndirilən şəxs həmin istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı müdafiəçisi ilə yaxın təmasda olmuş, ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq barədə nə müdafiəçisinə, nə də cinayət prosesində iştirak edən şəxslərə hər hansı məlumat verməmişdir. Təqsirləndirilən şəxs öz ilkin ifadələrində üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Məhkum Təqsirləndirilən şəxs istintaqın sonrakı dövrlərində, eləcə də məhkəmələrdə ilkin istintaq dövründə vermiş olduğu ifadələri ilə bağlı qeyd etmişdir ki, polis əməkdaşları ona fiziki və psixi təsirlər göstərərək narkotik vasitəni öz üzərinə götürməyə məcbur etmişlər. Həmçinin o, qeyd etmişdir ki, polislər evində axtarış aparmış, heç bir qanunsuz əşya aşkar edə bilməmiş və ondan 20.000 ABŞ dolları pul vəsaiti almışlar. Lakin məhkəmə kollegiyası tərəfindən cinayət işi üzrə kifayət qədər uzun müddətli araşdırma aparılmasına, şahidlər dindirilməsinə və müvafiq sorğular verilməsinə baxmayaraq Təqsirləndirilən şəxs göstərmiş olduğu dəlilləri təsdiq edə biləcək hər hansı bir sübut müəyyən edilməmişdir. Əksinə müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə kollegiyasının iclasında dindirilmiş şahidlər Şahid4 və X7 öz ifadələrində Təqsirləndirilən şəxs göstərdiyi xüsusatları təsdiq edə biləcək bir dənə də olsun fakt göstərməmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşlarının evində axtarış aparmaq üçün gələrkən Şahid4 və X3 da onun evində olduğunu bildirsə də, qeyd olunan şahidlər həmin faktları təkzib etmiş, belə bir halın baş vermədiyini göstərmişlər. Baxmayaraq ki, hər iki şahid onlara istintaq zamanı hər hansı təzyiqin olmadığını bildirsələr də, müdafiə tərəfi şahidlərə təzyiq olunduğunu, buna görə həmin məzmunda ifadələr verdiklərini, bu səbəbdən də məhkumun, Şahid4 və X3 anten dairələrinə dair məlumatların götürülməsinin vacib olduğunu göstərmişlər. Məhkəmə kollegiyası tərəfindən həmin xüsusatlara dair də araşdırma aparılmış, müvafiq qərarla məhkumun, Şahid4 və X3 anten dairələrinə dair məlumatlar götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. Lakin bu zaman yenə də, məhkumun göstərdiyi dəlilləri təsdiq edə biləcək hər hansı sübut aşkar edilməmişdir. Əksinə qeyd edilən şəxslərin anten dairələrinə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 05 yanvar 2021-ci il tarixdə axşam radələrində Gəncə şəhərindən çıxaraq Kürdəmir rayonu istiqamətində hərəkətdə olmuş, daha sonra geri qayıtmışdır. Onun sonrakı anten məlumatları Gəncə şəhəri ərazisinə daxil olmasını, Ruzigar Qasımov küçəsi ilə hərəkətdə olaraq BNMİ-yə Bilavasitə tabe olan X8 şöbəsinə (Gəncə, Sadıllı) getməsini göstərir. Bundan başqa Təqsirləndirilən şəxs anten dairəsinə dair məlumatlarına baxış keçirilərkən onun Şahid4 və Elçin Mövsümovla eyni vaxtda eyni anten dairəsində olmaları müəyyən edilməmişdir. Eyni zamanda məhkumun irəli sürdüyü digər arqumentlərdə (evindən polis əməkdaşlarının 20.000 ABŞ dolları pul götürmələri) cinayət işinin materialları ilə təkzib edilir. Məhkəmə kollegiyası bir məsələni də qeyd edir ki, müdafiə tərəfi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı fiziki və psixi təsirlərə məruz qaldığını iddia etsə də, həmin dəlilləri təsdiq edəcək heç bir sübut növü yoxdur. Belə bir sübut məhkəmə kollegiyasına təqdim edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən də Qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətlərindən istifadə edilərək həmin dəlillər ətrafında araşdırma aparılmış, lakin yenə də müdafiə tərəfinin dəlillərinin əsassız olduğu və iş materialları ilə təkzib edildiyi nəticəsinə gəlinmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərilən qərarındakı müddəaları nəzərə alaraq Təqsirləndirilən şəxs həm ibtidai istintaqın ilk günlərində, həm də istintaqın sonrakı dövründə və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ilkin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini (üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmasını) inandırıcı hesab edir və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs həmin ifadələrin fiziki və psixi təzyiq altında ondan alındığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun DİO-nun İstintaq, Təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi prokurorunun 18 sentyabr 2021-ci il tarixli qanuni qüvvəsini almış və qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə Təqsirləndirilən şəxs iddiaları araşdırılmış və həmin iddiaların əsassız olması nəticəsinə gəlinmişdir. Hazırki cinayət işinin materiallarında, eləcə də həmin məhkəmə araşdırması zamanı həmin qərarın mötəbərliliyini şübhə altına alan hər hansı sübuta rast gəlinməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs fiziki və psixi təsirlərə məruz qalaraq məcburi ifadə verməsinə dair müdafiə tərəfinin iddiaları əsassızdır və qəbul edilməməlidir. Məhkəmə kollegiyası“Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18 sentyabr 2021-ci il tarixli qərarındakı göstərilən xüsusatları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata məhkum tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə verdiyi ifadənin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxs tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə kollegiyası göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ilkin ifadəsini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Beləliklə məhkəmə kollegiyası toplanmış sübutların cəminə obyektiv hüquqi qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması barədə dəlilləri əsassızdır və iş materialları ilə təkzib edilir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi digər bir dəlil cinayət işinin materiallarının İ cildinin 215-219-cu səhifələrində olan fotoşəkillərdə görülən paketlərin buz olması və həmin buzun gətirdiyi malların (göy-göyərti) xarab olmaması üçün həmin malların yanına qoyulmasıdır. Məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs mobil telefonu ibtidai araşdırmanı aparan orqandan tələb edilmiş və məhkəmə iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə həmin mobil telefona baxış keçirilmiş bu zaman cinayət işinin materiallarının İ cildinin 214-cü səhifəsində olan fotoşəklin mobil telefonun “qalereya” bölməsində olması müşahidə edilmişdir. Qeyd etmək zəruridir ki, Təqsirləndirilən şəxs mobil telefonunun “qalereya” bölməsində olan və istintaq orqanı tərəfindən surəti çıxarılaraq cinayət işinin materiallarının İ cildinin 214-cü səhifəsinə əlavə edilmiş fotoşəkildə görünən obyektlə Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilərkən avtomobilin yük yerindən aşkar edilmiş obyektlər eynidir və bir-birindən görünüşcə fərqlənmirlər. Bütün bu qeyd edilənlər Təqsirləndirilən şəxs guya həmin narkotik vasitənin avtomobilə polislər tərəfindən qoyulmasına dair dəlillərini təkzib edir. Təqsirləndirilən şəxs qeyd edilənlərə hər hansı bir əks arqumenti mövcud olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işində olan sübutlar, həmçinin apellyasiya məhkəməsində araşdırma Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittihamı bir daha təsdiq edir. Belə olan halda məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası məhkumun və onun müdafiəçisinin hər bir dəlilini təhlil edərək və həmin dəlilləri cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə birlikdə müqayisə edərək belə nəticəyə gəlir ki, müdafiə tərəfinin irəli sürdüyü dəlillər əsassızdır və məhkuma qarşı irəli sürülmüş ittihamı təkzib edən arqumentlər kimi qiymətləndirmək mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsində də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən aparılmış ətraflı araşdırma ilə kifayətlənməmiş, apellyasiya araşdırması məhkəmə istintaqı aparılmaqla keçirilmiş, ətraflı araşdırma aparılmış və məhkəmə kollegiyasında qiymətləndirilmiş mötəbər sübutların məcmuyu əsasında belə bir əsaslı inam yaranmışdır ki, həqiqətən də məhkum Təqsirləndirilən şəxs tərəfindən ona qarşı irəli sürülmüş ittihamda əks olunmuş əməl törədilmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsinin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilir. Apellyasiya şikayətində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və onun barəsində tam bəraət hökmü çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutları isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməməsinə dair göstərilən dəlillərə məhkəmə kollegiyası tənqidi yanaşır və vurğulayır ki, müdafiə tərəfinin göstərdiyi sözügedən xüsusatlar əsassız olmaqla ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinə dair birinci instansiya məhkəməsinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, Təqsirləndirilən şəxs təqsiri müəyyənləşdirilərkən sübutların CPM-in 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq gəldiyi nəticəni əsaslı hesab edir. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır və həmin sübutların mötəbərliliyini şübhə altına almağa heç bir hüquqi əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəməsi sübutların araşdırılmasında hər hansı bir qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara CPM-in tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutların toplanması və araşdırılmasında prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsaslı hesab etmir. Ümumiyyətlə, istər ibtidai istintaq zamanı, istər də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyinin, İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Prosessual hərəkətlərdən (hərəkətsizlikdən) və ya prosessul qərarlardan məhkəmə nəzarəti qaydasında və ya digər qaydada şikayət verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilərək məhkum barəsində tam bəraət hökmü çıxarılması üçün heç bir faktiki və hüquqi əsaslar yoxdur. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİNƏ MƏHKƏMƏ KOLLEGİYASİNİN MÜNASİBƏTİ: Hökmdən verilmiş apellyasiya protestində birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 32.5, 206.3.2 və 234.4.1-ci maddələri ilə bəraət verərkən sübutların düzgün tədqiq edilmədiyi və onun barəsində həmin maddələrlə ittiham hökmü çıxarılması iddia edilmişdir. Apellyasiya protestinin dəlillərinin əsasını iş materiallarında olan sübutların birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırılmaması təşkil edir. Apellyasiya protestinin yuxarıda sadalanan dəlillərini araşdırdıqdan sonra məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini məqsədəuyğun hesab edir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2 və 21.3-cü maddələrinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. İttihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olmasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.1, 145.2 və 145.3-cü maddələri). CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə göstərilən cinayət-prosessual qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Müvafiq ittihamın sübut edilməsinə maneə yaradan şübhələr digər sübut növü ilə aradan qaldırılmadıqda təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə hökmündə şəxsin cinayət əməlini törətməkdə təqsiri ehtimal əsasında deyil, yalnız sübutlara əsasən müəyyən edilməlidir. Məhkəmə kollegiyası göstərilən cinayət-prosessual qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Müvafiq ittihamın sübut edilməsinə maneə yaradan şübhələr digər sübut növü ilə aradan qaldırılmadıqda təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə hökmündə şəxsin cinayət əməlini törətməkdə təqsiri ehtimal əsasında deyil, yalnız sübutlara əsasən müəyyən edilməlidir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs qarşı CM-in 32.5, 206.3.2 və 234.4.1-ci maddələri ilə ona görə ittiham irəli sürülmüşdür ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Qurban” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, bu məqsədlə “Qurban” adlı şəxs və qeyriləri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitələri keçirdikdən sonra Təqsirləndirilən şəxs Kürdəmir rayonu ərazisindən naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 10085,252 qram çəkidə narkotik vasitə heroini əldə edərək daşıyıb saxlamışdır. Məhkəmə kollegiyasının mövqeyinə görə, qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini təşkil edən iki və daha çox şəxsin qabaqcadan razılaşması dedikdə, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılığa gəlmələri, yəni cinayət əməlinin iştirakçılarının birlikdə və ya fərdi qaydada qarşılıqlı razılaşma əsasında qaçaqmalçılıq əməlinin törədilməsinə yönələn dispozitiv hərəkətləri törətmələri başa düşülür. Bu mənada qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış qrupun üzvü cinayətin törədilməsi məqsədi ilə uğurlu şəraitin yaradılması və ya törədilməsi üçün hər hansı hərəkət etdikdə o, cinayətin iştirakçısı olur. Qaçaqmalçılıq cinayətinin obyektiv tərəfinin əlamətlərinin dəqiq dairəsi də CM-nin 206-cı maddəsinin dispozisiyasında göstərilmişdir. Həmin dispozisiyada nəzərdə tutulmuş bütün hərəkətlərin eyni şəxs tərəfindən törədilməsi digər şəxslərin həmin cinayətin törədilməsində iştirakını istisna edir. Qaçaqmalçılıq yolu ilə, yəni əşyanın gömrük sərhəddindən keçirilməsindən sonra həmin əmlakı qəbul etmiş şəxsin hərəkətlərində qaçaqmalçılığa görə cinayət məsuliyyəti nəzərdə tutan həmin maddənin dispozisiyasında nəzərdə tutulan hərəkətlərdən hər hansı birinin olmaması şəxsin hərəkətlərində CM-nin 206-cı maddəsinin tərkibinin olmasını istisna edir. Çünki, həm ibtidai istintaqda, həm də məhkəmədə araşdırılan cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlinin predmetini təşkil edən narkotik vasitənin xarici ölkənin ərazisində əldə olunmasında, onun saxlanılmasında, daşınmasında, gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisinə keçirilməsində iştirak etməsini təsdiq edən sübut müəyyən olunmamışdır. Həmçinin qeyd edilməlidir ki, ittiham tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş və apellyasiya protestinin dəlillərində əks olunmuş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin xarici ölkənin ərazisində əldə olunmasında, onun saxlanılmasında, daşınmasında, gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisinə keçirilməsində iştirak etməmişdir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmağa çalışmışdır ki, CM-in 32.5, 206.3.2 maddəsinin dispozisiyasında qrup üzvlərinin hamısının cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri birlikdə icra etmələri deyil, məhz qrup üzvünün ümumi cinayətkar niyyətə uyğun olaraq maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birini icra etməsi şəxsin əməlində cinayət tərkibinin yaranmasına kifayət edir. Yəni, dövlət ittihamçısı apellyasiya protestində Təqsirləndirilən şəxs Qaçaqmalçılıq cinayətində cinayətin köməkçisi qismində həmin cinayətin törədilməsində iştirak etdiyini, buna görə də ona həmin maddə ilə ittiham verildiyini göstərmişdir. Lakin məhkəmə kollegiyası istinaq orqanının gəlmiş olduğu həmin nəticəni əsassız hesab edərək, məhkəmənin gəldiyi nəticəni qanuni hesab edir və qeyd edir ki, apellyasiya protestində göstərilən dəlillər iş materialları ilə təkzib edilir. Belə ki, CM-in 32.5-ci maddəsinə görə cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Qanunun qeyd olunan normasının imperativ tələbindən görünür ki, köməkçi öz köməyini qabaqcadan vəd etməlidir. Yəni, qabaqcadan vəd etmədən başa çatmış cinayət hadisəsi üzrə sonradan hər hansı hərəkətlərin törədilməsi cinayətdə köməkçilik hesab edilə bilməz. Hazırki cinayət işi üzrə toplanmış sübutlardan görünür ki, Qaçaqmalçılıq cinayətinin qeyd olunan dispozitiv əlamətlərinin məhz harada və nə vaxt törədilməsi həm istintaq orqanına, həm də məhkəmələrə qaranlıq qalmışdır. Digər tərəfdən cinayət işi üzrə toplanmış heç bir sübut Təqsirləndirilən şəxs Qaçaqmalçılıq cinayətinə qabaqcadan vəd etməklə köməklik etməsini təsdiq etmir. Belə ki, cinayət işinin materialları ilə müəyyən edilir ki, narkotik vasitələr artıq Azərbaycan Respublikası ərazisində olduqdan sonra bu barədə Təqsirləndirilən şəxs narkotik vasitənin qoyulduğu yerə barədə məlumat verilir. Bunu iş materiallarında olan “Mobil telefonlara baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokolu da bir daha təsdiq edir. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs Mobil telefonunun “Whatsapp Business” bölməsinə nəzər yetirdikdə orada adı “Qurvan” kimi qeyd edilmiş +98 903 761 50 56 saylı nömrə ilə aşağıdakı yazışmaların olması müşahidə edilir. xx.xx.2021-ci il tarixdə saat 13:04-də qeyd olunan nömrədən üzərində iran yazıları olan qırmızı, ağ və yaşıl rəngli olan bağlama şəkil göndərilməsi və şəklin ardınca “bu amanatı təhvil alacaqsan bax qaqa sən, başıva dönərəm sənin” deyə səsin göndərilməsi müəyyən edilir. Bundan əlavə adı “X10” kimi qeyd edilmiş +7 918 702 61 46 saylı nömrə ilə aralarında olan beton dirək şəkli göndərməsi və atılmış səs yazısında həmin dirəyin ətrafına “əmanət” qoyulduğu qeyd edilir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Məhkəmə kollegiyası bu hüquqi mövqeyə və Cinayət Qanununun normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, qaçaqmalçılıq cinayətinin predmeti olan mal və ya əşyaları Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat almış, onları Azərbaycan Respublikası ərazisində qəbul edəcəyini qabaqcadan vəd etmiş və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən, yəni cinayət başa çatdıqdan sonra bilavasitə keçirildiyi yerdə deyil, yaşayış məntəqəsində qəbul etmiş şəxs cinayətin köməkçisi kimi qəbul edilməlidir. Şəxsin mal və ya digər əşyaları qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməmişdən əvvəl bu barədə məlumat aldıqdan sonra həmin əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirməsi onun əməlində qaçaqmalçılıq cinayətinin tərkib əlamətlərini yaranmasına əsas ola bilər. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın məzmununda sonuncunun qaçaqmalçılıq cinayət əməlinin obyektiv cəhətini “Qurban” adlı şəxs və qeyriləri ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında köməkçi qismində törətdiyi göstərilsə də, cinayət işi materiallarında bu halı, eləcə də həmin cinayət əməlinin obyektiv cəhətinə aid əlamətlərin baş verməsini təsdiq edən hər hansı sübut növü mövcud deyildir. Digər tərəfdən, cinayət işi materiallarında Təqsirləndirilən şəxs həmin kütlələrin Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcəyindən qabaqcadan məlumatlı olmasına dair hər hansı sübut növü mövcud deyildir. İstintaq orqanının bu hissədə əsaslandığı sübut Təqsirləndirilən şəxs ilkin istintaq zamanı vermiş olduğu ifadəsidir. Həmin ifadəsini Təqsirləndirilən şəxs məhkəmələrdə araşdırma zamanı təsdiq etməmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona baxış zamanı aşkar edilmiş «Qurban» adlı şəxsin şəxsiyyəti istintaq zamanı müəyyən edilməmiş şəxslə danışqların məzmununda da onun “Qurban” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etməsini təsdiq edən heç bir möhtəbər sübuta rast gəlinmir. CPM-nin 126.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsiri etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Ümumiyyətlə isə məhkəmə kollegiyası bu hissədə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı CM-in 32.5, 206.3.2 və 234.4.1-ci maddələri ilə irəli sürülmüş ittihamın məzmununu CPM-in 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara və CPM-in 139.0-cı maddəsinə görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından (“naməlum vaxtda və yerdə”, “”Qurban” adlı şəxs və ya digər şəxslər tərəfindən”, “gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli” və «satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş» kimi konkretləşdirilməyən ifadələr toplusundan) ibarətdir. Məhkəmə kollegiyası cinayət prosesi tərəflərində heç bir şübhə və anlaşılmazlıq qalmaması üçün onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət prosesi iştirakçılarında məhkəmə kollegiyasının Təqsirləndirilən şəxs ilkin ifadəsinin bir hissəsini qəbul etməsi, digər hissəsini qəbul etməməsi sual doğura bilər. Bununla bağlı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ilkin izahat və şübhəli və təqsirləndirilən şəxs qismində ifadəsində həmin cinayəti törətməsini qismən etiraf etsə də, sonradan ümumiyyətlə həmin cinayətlə əlaqəsi olmadığını bildirmişdir. Məhkəmə kollegiyası isə CPM-nin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ilkin izahat, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrini iş üzrə bütün sübutların məcmusu ilə yoxlayaraq həmin ifadələrin bir hissəsinin (narkotik vasitələri əldə etməsi, üzərində və avtomobilində daşıması) toplanmış digər sübutların məcmusu ilə təsdiq edildiyi, digər hissəsinin isə toplanmış sübutlarla təsdiq edilmədiyi, şübhə və anlaşılmazlıq yarandığı qənaətinə gəlmişdir. Buna görə də, məhkəmə kollegiyası CPM-in 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ilkin izahat, şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrinin bir hissəsini ona qarşı ittihamın əsası kimi qəbul etmir. Məhkəmə kollegiyası hesab edir ki, yalnız Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində həmin kütlələri əldə etdiyi şəxsin özünü ona “Qurban” adlı İİR vətəndaşı kimi təqdim etməsinə görə onun İİR vətəndaşı olmasını ehtimal etdiyini göstərməsi əsasında Təqsirləndirilən şəxs iş üzrə ona qarşı irəli sürülmüş ittihamda göstərilən narkotik vasitələri əldə etdiyi şəxsin konkret olaraq İİR vətəndaşı olması qənaətinə gəlinməsi və bu halın sadəcə ehtimallar əsasında müəyyən edilməsi yolverilməzdir. Qaçaqmalçılıq cinayəti ilə bağlı yuxarıda şərh olunan hüquqi mövqelərə görə Təqsirləndirilən şəxs göstərilən kütlələri əldə etdiyi şəxsin İİR vətəndaşı olmasının müəyyən edilməsi belə özü-özlüyündə, Təqsirləndirilən şəxs həmin kütlələrin Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcəyini qabaqcadan bilməsinə əsas vermir. Bu hal konkret sübut növləri ilə müəyyən edilməli və ya sübut edilməlidir. Ümumiyyətlə isə ittihamda göstərilən narkotik vasitənin xaricdə və ya ölkə ərazisində olması, narkotik vasitənin ölkə ərazisinə nə vaxt gətirilməsi, təqsirləndirilən şəxsin narkotik vasitənin ölkə ərazisinə keçirilməsində hansı qaydada iştirak etməsi kimi suallara cinayət işinin materiallarında və apellyasiya protestində cavab tapılmır. Belə olan halda Təqsirləndirilən şəxs qeyd olunan hərəkəti yalnız satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək daşıyıb saxlama cinayətinin tərkibi ilə əhatə olunur. Yuxarıda göstərilən hallara əsasən Təqsirləndirilən şəxs göstərilən kütlələri əldə etməsindən əvvəl Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcəyindən qabaqcadan məlumatlı olmasına dair hissəsi cinayət işi materiallarında olan hər hansı sübut növü ilə təsdiq edilməyən ehtimal xarakterlidir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda göstərilən qaçaqmalçılıq cinayət əməlinin obyektiv cəhətini icra etməsini və ya həmin cinayətin törədilməsinə köməklik etməsini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə şərh olunanlara əsasən cinayət işi materialları ilə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda göstərilən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Qurban” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik göstərməsinin sübut edilməməsinə və ya müəyyən edilməməsinə görə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı CM-in 32.5, 206.3.2 və 234.4.1-ci maddələri ilə şübhə və ehtimallar üzrə ittiham irəli sürməsi əsassız olmuşdur. İstintaq orqanının bu səhvi yalnız birinci instansiya məhkəməsi tərəfindən aradan qaldırılmışdır. CPM-in 10.1-ci maddəsinin tələbinə görə məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 33.1-ci maddəsində göstərilmişdir ki, hakimlər cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən əldə edilmiş sübutlar əsasında CM-in 32.5, 206.3.2 və 234.4.1-ci maddələri ilə ittiham elan edilməsi nə yuxarıda təsvir edilən cinayət təqibi icraatının prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalara, o cümlədən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinə, nə də ki, nəticə etibarı ilə İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə cavab verən cinayət təqibi kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegyası yuxarıda qeyd olunan sübutları mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirib qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi sübut olunmur. Birinci instansiya məhkəməsi həmçinin Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan CM-in 234.4.1-ci maddəsini (həmin maddə ilə irəli sürülmüş ittihamı) xaric etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz (63-cü maddənin İ, İİ, İİİ və İV hissələri). İş materiallarına əlavə olunmuş sübutları tədqiq edən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq işin halları üzrə düzgün nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxs qismən bəraət verilərkən apellyasiya protestində əks olunmuş bütün dəlillərə məhkəmə hökmündə əsaslandırılmış münasibət bildirilmişdir. Apellyasiya protestində hökmün bəraət hissəsinin ləğvinə əsas ola biləcək heç bir dəlil mövcud deyil. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan cinayət işi üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, araşdırılmış sübutlara CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə əsaslandırılmışdır. Apellyasiya protestinin dəlilləri isə iş materiallarında olan kifayət qədər mötəbət sübutlarla təkzib edilir. Ümumiyyətlə, apellyasiya protestinin dəlilləri hökmün ləğv edilməsi, üçün əsas ola bilməz. MƏHKUMA TƏYİN EDİLMİŞ CƏZAYA MƏHKƏMƏ KOLLEGİYASİNİN MÜNASİBƏTİ: Məhkəmə kollegiyası eyni zamanda məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın növü və həddi ilə də razılaşır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın həddi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində ağırlaşdırıcı halların olmamasını və himayəsində iki azyaşlı uşağının olmasını, eləcə də yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını yüngülləşdirici hallar kimi nəzərə alaraq ona 10 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. İlk baxışdan təyin olunmuş cəzanın müddəti çox görünə bilər. Lakin işin hallarını araşdırdıqda aydın görünür ki, təyin edilmiş cəza törədilmiş cinayət əməlinin xarakterinə və törədilməsi üsulu və məqsədinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur. Belə ki, işin hallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən ümumilikdə 10085,252 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəzanın humanizm və ədalət prinsiplərinə zidd olması o, halda əsaslı hesab edilərdi ki, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini artıran hallar olmasın və onun barəsində kifayət qədər yüngülləşdirici hallar olsun. İşin hallarından görünür ki, məhkumun 2 uşağı var. Lakin belə bir həyat tərzini özünə peşə etmiş bir şəxsin cəmiyyətdən, eləcə də övladlarından daha uzun müddətə kənar tutulması, həm cəmiyyətin, həm də məhkumun övladlarının mənafeyi baxımından daha faydalıdır. Maraqlıdır məhkum istəyərdimi onun övladları narkotik istifadəçisi, narkoman olsunlar. Əlbəttə yox!!. Özünə rəva görmədiyini başqalarına rəva görən bir şəxsin daha uzun müddətə cəmiyyətdən təcrid edilməsini məhkəmə kollegiyası cəzanın məqsədləri baxımından faydalı və səmərəli hesab edir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə qiymət verərkən onu da qeyd etməyi zəruri hesab edir ki, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Buna görə də Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələr haqqında” 1961-ci il Vahid Konvensiyası, “Psixotrop maddələr haqqında” 1971-ci il və “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyalarında narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, Konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Məhkum Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitənin növü və miqdarı ona təyin edilmiş cəzanın qanuni və əsaslı olması nəticəsinə gəlmək üçün məhkəmə kollegiyasına kifayət qədər əsas verir. Beləliklə məhkəmə kollegiyası törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs barəsində olan və tədqiq edilən işin hallarını, təyin edilmiş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təyin edilmiş cəzanın müddətinin aşağı endirilməsini, məhkum olunduğu maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsini və ya onun şərti məhkum edilməsini məqsədəmüvafiq hesab etmir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.1 və 41.2-ci maddələri). Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də, məhkumun şəxsiyyətinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti və şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs CM-in 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verilməsinə, onun həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «31» oktyabr 2022-ci il tarixli, 1(100)-93/2022 saylı hökmü dövlət ittihamçısının apellyasiya protestinə və məhkumun müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə bəraət verilməsinə, onun həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin «31» oktyabr 2022-ci il tarixli, 1(100)-93/2022 saylı hökmü dövlət ittihamçısının apellyasiya protestinə və məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar