Məhkəmə qərarları › İş №1(104)-98/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-98/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-98/2023 09.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Dövlət ittihamçısı, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru X1, Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Tərtər Rayon Məhkəməsinin 26 oktyabr 2022ci il tarixli 1(61)-70/2022 saylı hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Tərtər Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 1(61)-70/2022 saylı hökmü ilə (sədrlik edən K.Rzayev) Təqsirləndirilən şəxs CM–nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 31 iyul 2022-ci il tarixdən hesablanması qərara alınmış, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında cinayət işinə baxılarkən məhkum Təqsirləndirilən şəxs göstərdi ki, Tərtər Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 1(61)- 70/2022 saylı hökmündən verdiyi apelyasiya şikayətindən imtina edir və apelyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş edir (bu barədə məhkəmə kollegiyasına yazılı ərizə də təqdim etmişdir). Məhkumun müdafiəçisi X4 ərizənin təmin edilməsini xahiş etdi. Dövlət ittihamçısı X3 göstərdi ki, verilmiş apelyasiya şikayətindən imtina etmək məhkum Təqsirləndirilən şəxs hüququdur. Həmin ərizənin təmin edilərək məhkum tərəfindən verilmiş apelyasiya şikayəti üzrə icraata xitam verilməsinə etiraz etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 396-cı maddəsinə görə apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Cinayət prosesi tərəflərinin fikrini dinləyərək CPM-in 396-cı maddəsinə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs apelyasiya şikayətindən imtinası qəbul edilməli və məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Göstərilənlərə əsasən CPM-in 321 və 391-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs ərizəsi təmin edilsin. Məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətinə baxılmasına həmin apelyasiya şikayətindən imtina etməsi ilə əlaqədar xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar