Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-105/2021 17.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəhimov Elman Gülbaba oğlu (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Yusifova Ayşən Hafiz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru X3 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-28/2018 saylı 15 avqust 2018-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və mülki iddiaçı 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-28/2018 saylı 15 avqust 2018-i il tarixli hökmü ilə (hakim A.İsmayılov) 01 mart 1966-cı il Ermənistan Respublikasının Amasiya rayonu, Qarabulaq kəndində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan,X5 Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmiş, Azərbaycan Respublikası CM-nin 192.2.2-ci maddəsi ilə Ş.Qafarova bəraət verilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manatın dövlət büdcəsinə aid edilmiş, bəraət verilmiş X4 həmin maddi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi qaydası izah edilmiş, iş üzrə mülki iddianın rədd edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və mülki iddiaçı Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)445/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli qərarı ilə(hakimlər N.Mövsümov sədrlik edən və məruzəçi, F.Zeynallı və E.Əhmədovdan ibarət tərkibdə) Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2018-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması, apellyasiya protestinin və apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Qərardan mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının 1(102)757/19 saylı, 23 aprel 2019-cu il tarixli qərarı (hakimlər F.Kərimov sədrlik edən və məruzəçi, G.Rzayeva və İ.Hacıqayıbovdən ibarət tərkibdə) mülki iddiaçının kassasiya şikayətinin qismən təmin edilmiş, X5 barəsində Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsi hissəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işinin həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-12/2020 saylı, 24 yanvar 2020-ci il tarixli qərarı ilə(hakimlər R.Əsgərova sədrlik edən və məruzəçi, V.Cəfərov və M.Rzayevdən ibarət tərkibdə) Sumqayıt Şəhər Məhkəməsinin 1(060)28/2018 saylı, 15 avqust 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmişdir. Qərardan mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının 1(102)1031/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qərarı (hakimlər Ə.Seyidov sədrlik edənvə məruzəçi, Ə.Novruzov və İ.Dadaşovdan ibarət tərkibdə) mülki iddiaçının kassasiya şikayətinin qismən təmin edilmiş, X5 barəsində Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsi hissəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işinin həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır. X5 ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, 2 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 2n "xxxx" törəmə müəssisəsində (VÖEN **********) 01.01.2011-ci il tarixdən 01.03.2013-cü il tarixədək müdir vəzifəsində işləyərkən müəssisənin Nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olub vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası VM-nin 16.1.1, 16.1.4, 77.3, 78.1, 82.1 və 104.2ci maddələrinin tələblərini pozaraq, müəssisənin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə külli miqdar təşkil edən 594991,09 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmış, xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti il məşğul olaraq külli miqdar təşkil edən 779589,71 manat gəlir əldə etmişdir. Belə ki, X5 müdiri olduğu "xxxx" ASC-nin "xxxx" törəmə müəssisəsinin 2011-ci ilin: yanvar ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 2653831,35 manat, əlavə dəyər vergisi 477689,64 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 0,00 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 477689,64 manat olduğu halda, vergi orqanına təqdim etdiyi əlavə dəyər vergisi bəyannaməsində əlavə dəyər vergisi tutulan dövriyyəsini 41059,00 manat, əlavə dəyər vergisini 7390,63 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 19999,98 manat, dövlət büdcəsindən qaytarılmalı əlavə dəyər vergisini 12609,36 manat göstərərək, əlavə dəyər vergisini 490299,00 manat az; mart ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 52128,82 manat, əlavə dəyər vergisi 9383,19 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 5046,06 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 4337,13 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 1052128,82 manat, əlavə dəyər vergisini 189383,19 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 12977,22 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 176405,97 manat göstərərək, əlavə dəyər vergisini 172068,84 manat artıq; aprel ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 44651,70 manat, əlavə dəyər vergisi 8037,31 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 0,00 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 8037,31 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 39650,85 manat, əlavə dəyər vergisini 7137,15 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 0,00 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 7137,15 manat göstərərək, əlavə dəyər vergisini 900,15 manat az; may ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 1667971,85 manat, əlavə dəyər vergisi 300234,93 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 0,00 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 300234,93 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 264320,32 manat, əlavə dəyər vergisini 47577,66 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 0,00 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 47577,66 manat göstərərək, əlavə dəyər vergisini 252657,28 manat az; iyun ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 226520,13 manat, əlavə dəyər vergisi 40773,62 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 0,00 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 40773,62 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 846259,77 manat, əlavə dəyər vergisini 152326,76 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 0,00 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 152326,76 manat göstərərək, əlavə dəyər vergisini 111553,14 manat artıq; iyul ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 910238,35 manat, əlavə dəyər vergisi 163842,90 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 25506,74 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 138336,16 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 965236,44 manat, əlavə dəyər vergisini 173742,56 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 25506,74 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 148235,82 manat göstərərək, əlavə dəyər vergisini 9899,66 manat artıq; avqust ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 1221222,61 manat, əlavə dəyər vergisi 218200,77 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 210936,31 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 7264,46 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 1221222,61 manat, əlavə dəyər vergisini 219820,07 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 210936,31 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 8883,76 manat göstərərək, əlavə dəyər vergisini 1619,3 manat artıq; sentyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 515286,24 manat, əlavə dəyər vergisi 92751,52 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 201164,11 manat, dövlət büdcəsindən qaytarılmalı əlavə dəyər vergisi 108412,59 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 112800,00 manat, əlavə dəyər vergisini 20304,00 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 201164,11 manat, dövlət büdcəsindən qaytarılmalı əlavə dəyər vergisini 180860,11 manat göstərərək, əlavə dəyər vergisini 72447,52 manat artıq; oktyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 370183,10 manat, əlavə dəyər vergisi 66632,96 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 946,31 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 65686,65 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 1641369,77 manat, əlavə dəyər vergisini 295446,56 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 946,31 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 294500,25 manat göstərərək, əlavə dəyər vergisini 228813,6 manat artıq; dekabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 657049,15 manat, əlavə dəyər vergisi 118268,85 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 30604,66 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 87664,19 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamdə əlavə dəyər vergisi tutulan dövriyyəsini 657048,83 manat, əlavə dəyər vergisini 118268,79 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 30604,66 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 87664,13 manat göstərərək, əlavə dəyər vergisini 0,06 manat az; 2012-ci ilin yanvar ayı üzrə müəssisənin əlavə dəyər vergisi tutulan dövriyyəsi 55674,58 manat, əlavə dəyər vergisi 10021,42 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 0,00 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 10021,42 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 929212,30 manat, əlavə dəyər vergisini 167258,21 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 0,00 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 167258,21 manat göstərərək, əlavə dəyər vergisini 157236,79 manat artıq; fevral ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 38134,74 manat, əlavə dəyər vergisi 6864,25 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 2886,81 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 3977,44 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 38134,75 manat, əlavə dəyər vergisini 6864,26 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 2886,81 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 3977,45 manat göstərərək, əlavə dəyər vergisini 0,1 manat artıq; mart ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 40828,82 manat, əlavə dəyər vergisi 7349,19 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 6780,38 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 568,81 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 40828,00 manat, əlavə dəyər vergisini 7349,04 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 6780,38 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 568,66 manat göstərərək, əlavə dəyər vergisini 0,15 manat az; aprel ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 146505,58 manat, əlavə dəyər vergisi 26371,00 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 3959,18 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 22411,82 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 146505,63 manat, əlavə dəyər vergisini 26371,01 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 3959,18 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 22411,83 manat göstərərək, əlavə dəyər vergisini 0,1 manat artıq; may ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 108857,83 manat, əlavə dəyər vergisi 19594,41 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 6611,31 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 12983,10 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 108858,55 manat, əlavə dəyər vergisini 19594,54 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 6611,31 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 12983,23 manat göstərərək, əlavə dəyər vergisini 0,13 manat artıq; iyun ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 616165,24 manat, əlavə dəyər vergisi 110909,74 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 73680,34 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 37229,4 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 303350,61 manat, əlavə dəyər vergisini 54603,11 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 73680,34 manat, dövlət büdcəsindən qaytarılmalı əlavə dəyər vergisini 19077,23 manat göstərərək, əlavə dəyər vergisini 56306,63 manat az; iyul ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 325582,31 manat, əlavə dəyər vergisi 58604,82 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 7067,13 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 51537,69 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 255618,89 manat, əlavə dəyər vergisini 46011,40 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 7067,13 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 38944,27 manat göstərərək, əlavə dəyər vergisini 12593,42 manat az; avqust ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 739146,70 manat, əlavə dəyər vergisi 133046,41 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 3063,92 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 129982,49 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 235809,63 manat, əlavə dəyər vergisini 42445,73 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 3063,92 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 39381,81 manat göstərərək, əlavə dəyər vergisini 90600,68 manat az; sentyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 169911,11 manat, əlavə dəyər vergisi 30584,51 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 4150,36 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 26433,64 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 263336,67 manat, əlavə dəyər vergisini 47400,60 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 4150,36 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 43250,24 manat göstərərək, əlavə dəyər vergisini 16816,6 manat artıq; noyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 786560,10 manat, əlavə dəyər vergisi 141158,10 manat, əvəzləşdirilən əlavə dəyər vergisi 0,00 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi 141158,10 manat olduğu halda olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsini 260608,86 manat, əlavə dəyər vergisini 46909,59 manat, əvəzləşdirilən əlavə dəyər vergisini 0,00 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisini 46909,59 manat göstərərək, əlavə dəyər vergisini 94248,51 manat az göstərməklə, cəmi 245045,32 manat məbləğində əlavə dəyər vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Həmçinin o, "xxxx" ASC-nin "xxxx" törəmə müəssisəsinin 2011-ci il üzrə ümumi gəliri 8373023,66 manat, gəlirin əldə edilməsinə çəkilmiş xərcləri 6977519,72 manat, mənfəəti 1395503,94 manat, büdcəyə ödənilməli mənfəət vergisi 279100,79 manat olduğu halda, vergi oranına təqdim etdiyi bəyannamədə cəmiyyətin mənfəətini 40478,68 manat, büdcəyə ödənilməli mənfəət vergisini 8095,74 manat göstərərək, 271005,05 manat məbləğində mənfəət vergisini, 2012-ci il üzrə ümumi gəliri 2410533,68 manat, gəlirin əldə edilməsinə çəkilmiş xərcləri 2008778,07 manat, 6977519,72 manat, mənfəəti 401755,61 manat, büdcəyə ödənilməli mənfəət vergisi 80351,12 manat olduğu halda, vergi oranına təqdim etdiyi bəyannamədə cəmiyyətin mənfəətini 7052,00 manat, büdcəyə ödənilməli mənfəət vergisini 1410,40 manat göstərərək, 78940,72 manat məbləğində mənfəət vergisini, cəmi 349945,77 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayındırmış, ümumilikdə, X1 miqdar təşkil edən 594991,09 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Bundan əlavə, X5 "xxxx" ASC-nin "xxxx" Törəmə müəssisəsinin müdiri vəzifəsində işləyərkən Azərbaycan Respublikası Prezidentinin «Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında» 02.09.2002-ci il tarixli Fərmanı və həmin Fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydaların tələblərini pozaraq dövlət standartlarına uyğun olaraq İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların tikintiquraşdırma işlərinin aparılması üçün xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan 01.01.2011-ci il tarixdən 01.03.2013-ci il tarixədək olan dövrdə Quba rayonu ərazisində Qusarçay, Qudyalçay, Ağçay və Qaraçay çaylarında sahilbərkitmə işləri üzrə, Xaçmaz rayonu ərazisində Qudyalçay çayında sahilbərkitmə işləri, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllədə inşa edilən çox mərtəbəli “Uğur-2” yaşayış kompleksində tikinti-quraşdırma işləri, Abşeron rayonunun Xırdalan qəsəbəsində, Bakı-Sumqayıt yolunun şərq hissəsində inşa edilən yaşayış kompleksində tikinti-quraşdırma işləri, Qusar rayon Prokurorluğu və Gədəbəy rayonu məhkəməsinin inzibati binalarının tikintisi işlərini həyata keçirərək, yəni qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq külli miqdar təşkil edən 779589,71 manat gəlir əldə etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Ş.İ.Qafarov göstərmişdir ki, 01 yanvar 2011-ci il tarixdən 01 mart 2013-cü il tarixədək olan dövrdə 245045,32 manat əlavə dəyər vergisi, 349945,77 manat mənfəət vergisi, cəmi 594991 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmış və müvafiq lisenziya olmadan ayrı-ayrı təşkilatın sifarişi ilə ******* manat məbləğində işlər görülmüş və həmin işlərə görə sifarişçi təşkilatlar tərəfindən cəmiyyətə pul ödənilmişdir. Bundan başqa, dövlət ittihamçısı apellyasiya protestində Ş.İ.Qafarovun Azərbaycan Respublikası CM-nin 192.2.2-ci və 213.2.2-ci maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olmasını təsdiqləmək üçün onun məhkəməyədək icraat zamanı verdiyi və şahidlər R.C.Musayevin, İ.Ə.Əmirovun, Z.M.Şərifovun, S.K.Musayevin, F.R.Yüzbaşevin və R.Ç.Kərimovun məhkəmə iclasında verdikləri ifadələrinə və ibtidai araşdırma zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 17 may 2014-cü il tarixli rəyinə istinad etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin hökmündə işin faktiki halları düzgün müəyyən edilməmişdir. Belə ki, «Vergi ödəyicilərin 2017-ci il 1 yanvar tarixinə mövcüd olan vergi borclarının tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 30 dekabr 2016-cı il tarixli 474-VQ nömrəli Qanınının 1-ci maddəsinin tələblərinə əsasən "xxxx" Törətmə Müəssisəsinin yuxarıda qeyd edilən tarixə mövcüd olan 434432 manat məbləğində borcü 14 yanvar 2017-ci il tarixində silinmişdir. Bundan sonra həmin mübahisə predmeti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 21 fevral 2018-ci il tarixli qərarını 26 aprel 2018-ci il tarixdə icra edərkən 430872 manat məbləğində düzgün olmayaraq təkrar azalma verildiyindən "xxxx" Törəmə Müəssisəsinin şəxsi hesab vərəqəsində 181.492 manat məbləğində artıq ödəmə yaranmışdır. 08 may 2018-ci il tarixində təkrar azalma məbləğində dürüstləşdirmə verilmiş və həmin tarixə müəssisənin 249380 manat əsas, 2743 manat məbləğində faiz borcu bərpa edilmişdir. Məhkəmə isə həmin halları nəzərə almamışdır. Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti və apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-28/2018 saylı 15 avqust 2018-ci il tarixli hökmü X5 barəsində Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi hissəsində ləğv edilməlidir. Belə ki, 01 yanvar 2017-ci il tarixdən qüvvəyə minmiş “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” 30 dekabr 2016cı il 474-VQ nömrəli Qanuna əsasən Azərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədi ilə vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borclarının vergi orqanları tərəfindən silinməsi qərara alınmış və bu Qanuna əsasən faiz borclarının silinməsi qeyd-şərtsiz həyata keçirilmişdir. Həmin Qanuna əsasən, faiz borcları silinmiş vergi ödəyiciləri sırasında 01 yanvar 2017-ci ildən əvvəlki tarixlərdə barələrində hesablanmış vergiləri məhkəmədə mübahisələndirən vergi ödəyiciləri də olmuşdur. Belə mübahisələr vergi ödəyicisinin xeyrinə yekunlaşdıqdan sonra qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına uyğun olaraq daha əvvəl hesablanmış vergilər şəxsi hesab vərəqəsində azaldıldıqda, vergi orqanının istifadəsində olan proqram təminatı faizlərin artıq mövcud olmadığını nəzərə almadan avtomatik olaraq azaldılmış həmin vergi məbləğlərinə mütənasib faiz məbləğini də yenidən şəxsi hesab vərəqəsindən silmiş və bu zaman artıq həmin faizlərin 30 dekabr 2016-cı il 474-VQ nömrəli Qanuna əsasən silindiyini nəzərə alınmamışdır ki, nəticədə silinmiş faizlər təkrar silinmişdir. Bu texniki xəta vergi ödəyicisinin şəxsi hesab vərəqəsində əsassız olaraq ödənilməmiş borclarının azalması, yaxud artıq vergi ödəməsinin yaranmasına səbəb olmuşdur. Ona görə də, vergi orqanı proqram təminatının yol verdiyi xətanın aradan qaldırılması məqsədi ilə “dürüstləşmə” əməliyyatı apararaq təkrar silinmiş faiz məbləğini şəxsi hesab vərəqəsinə bərpa etmiş, yaxud əsassız olaraq yaranmış artıq ödəməni azaltmışdır. Hazırkı iş üzrə də mülki iddiaçının göstərdiyi kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21.02.2018-ci il tarixli 2-1(102)-18/18 nömrəli qərarının icrası zamanı oxşar vəziyyət yaranmış və nəticədə iddiaçının şəxsi hesab vərəqəsində 181492,39 manat məbləğində artıq ödəmə əmələ gəlmiş, bundan sonra 08.05.2018-ci il tarixdə təkrar azalma məbləğinə dürüstləşmə verilmiş və həmin tarixə müəssisənin 430872,84 manat əsas 2743,18 manat məbləğində faiz borcu şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Belə olan halda, işə baxan birinci instansiya məhkəməsi Ali Məhkəmənin İnzibati- İqtisadi Kollegiyasının 21.02.2018-ci il tarixli 2-1(102)-18/18 nömrəli qərarının icrası zamanı texniki xəta olaraq təkrar azalmaların aparılıb-aparılmadığını, texniki səhvin həqiqətən mövcud olub-olmadığını, mövcuddursa bunun vergi ödəyicisi üçün hər hansı əlavə öhdəlik yaradıb-yaratmaması istiqamətində araşdırma aparmalı olduğu halda bunu etməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin 21.02.2018-ci il tarixli qərarı ilə təyin edilmiş komisyon məhkəmə-mühasibat ekspertizasının 31.05.2018-ci il tarixli, 5730 nömrəli rəyindən göründüyü kimi, həmin rəyin tədqiqat hissəsində göstərilənlər (məhkəmə qərarları və s) nəzərə alınmaqla 01.01.2011-ci il tarixdən 01.03.2013-cü il tarixədək olan dövr üzrə "Azərsutikinti” ASC-nin "xxxx" TM tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış verginin məbləği 151169,9 manat məbləğində müəyyən olunmuş, göstərilənlərdən əlavə məhkəmənin 25.05.2018-ci il tarixli məktubuna əlavə olunaraq mərkəzə təqdim olunmuş müəssisənin 01.01.2011-ci il tarixdən 24.05.2018-ci il tarixədək olan dövrü üzrə şəxsi hesab vərəqəsindən çıxarışda müəssisənin 26.04.2018-ci il tarixinə (keçirilmiş yoxlamalar nəticəsində şəxsi vərəqəyə işlənilmiş hesablamalar, azalmalar və.s nəzərə alındıqdan sonra) 181492,39 manat məbləğində artıq ödənişi olduğu qeyd olunmuşdur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin 21.02.2018-ci il tarixli qərarı ilə təyin edilmiş komisyon məhkəmə-mühasibat ekspertizasının 31.05.2018-ci il tarixli, 5730 nömrəli rəyində 01.01.2011-ci il tarixdən 01.03.2013-cü il tarixədək olan dövr üzrə "Azərsutikinti” ASC-nin "xxxx" TM tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış verginin məbləği 151169,9 manat məbləğində müəyyən olunmuş, göstərilənlərdən əlavə məhkəmənin 25.05.2018-ci il tarixli məktubuna əlavə olunaraq mərkəzə təqdim olunmuş müəssisənin 01.01.2011-ci il tarixdən 24.05.2018-ci il tarixədək olan dövrü üzrə şəxsi hesab vərəqəsindən çıxarışda müəssisənin 26.04.2018-ci il tarixinə (keçirilmiş yoxlamalar nəticəsində şəxsi vərəqəyə işlənilmiş hesablamalar, azalmalar və.s nəzərə alındıqdan sonra) 181492,39 manat məbləğində artıq ödənişi olduğu qeyd olunmuşdur. Ekspert rəyi hazırkı iş üzrə araşdırılmalı olan məsələləri əhatə etmir, çünki ekspert qarşısında texniki xəta nəticəsində artıq məbləğin azaldılması məsələsinin müəyyən edilməsi istiqamətində hər hansı sual qoyulmamışdır. Digər tərəfdən işin hallarına hüquqi qiymət verilməsi ekspertin deyil, məhkəmənin səlahiyyətidir. Ekspert yalnız xüsusi bilik tələb edilən məsələlər üzrə öz rəyini təqdim edə bilər. Halbuki, yuxarıda da qeyd edildiyi kimi həmin artıq ödəmə şəxsi hesab vərəqəsində artıq mövcud deyildir, əksinə, dürüstləşmə əməliyyatından sonra müəssisənin 249380,45 manat əsas vergi borcu üzrə öhdəliyi olmuşdur. Birinci instansiya məhkəməsi isə dürüstləşmə əməliyyatına hüquqi qiymət vermədən yalnız ekspert rəyinə əsaslanmaqla X2 Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam vermiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu nəticəyə gəlməkdə haqlı olmamışdır. Belə ki, vergi orqanı tərəfindən aparılmış dürüstləşmə əməliyyatı müəssisə tərəfindən inzibati icraat qaydasında mübahisələndirilməmiş, həmin məbləğ onun şəxsi hesab vərəqəsində qalmaqda davam edir. Birinci instansiya məhkəməsinin istinad etdiyi artıq ödəmə isə mövcud deyildir. Birinci instansiya məhkəməsi dürüstləşmə əməliyyatı ilə bərpa olunmuş məbləğin müəssisə tərəfindən mübahisələndirilməməsini, artıq ödəmənin mövcud olmamasını nəzərə almadan, dürüstləşmə əməliyyatının hüquqi təbiətinə qiymət vermədən düzgün olmayan qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, X5 Azərbaycan Respublikasının CM-nin 213.2.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli hesab edilməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən barəsində cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İşin faktiki hallarından görünür ki, vergidən yayınma cinayət əməli 01 yanvar 2011-ci il tarixdən 01 mart 2013-cü il tarixədək olan hesabat dövründə törədilmişdir. Belə olan halda məhkəmə kollegiyası cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə rəhbər tutaraq bu nəticəyə gəlir ki, apellyasiya şikayəti və protesti qismən təmin olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-28/2018 saylı 15 avqust 2018-ci il tarixli hökmü qismən, X2 Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi hissəsində ləğv edilməli, X5 Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli hesab edilməli, cinayət törətdiyi gündən yeddi ildən artıq müddət keçdiyinə görə Azərbaycan Respublikası CM-nin 75.1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Bundan başqa, məhkəmə kollegiyası hazırkı iş üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən qaldırılmış mülki iddia ilə bağlı aşağıdakı şərhi verməyi zəruri hesab edir. Belə ki, məhkəməyə təqdim edilmiş "Azərsutikinti” ASC-nin "xxxx" törəmə müəssisəsinin şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, 432540,43 manat ödənilməli vergi borcu vardır. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Cinayət-prosessual qanunvericiliyinin mənası baxımından cinayət işi üzrə mülki iddia yalnız cinayət mühakimə icraatı zamanı verilir və məhkəmənin hökmündə öz həllini tapır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin hökmü X2 Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsi hissəsində əsassız hesab edlərək ləğv edildiyindən və müddətin keçməsi ilə əlaqədar cinayət təqibinə xitam verildiyindən mülki iddiaçıya vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında 432540,43 manat vergi borcu tələbi ilə Ş.Qafarova qarşı mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Yəni müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə Ş.Qafarovu maddi məsuliyyətdən (mülki tələbdən) azad etmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.3, 407-410-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-28/2018 saylı 15 avqust 2018-ci il tarixli hökmü qismən, X2 Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi hissəsində ləğv edilsin. X5 Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilsin. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinə mülki iddiaçıya vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında 432540,43 manat vergi borcu tələbi ilə Ş.Qafarova qarşı mülki iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Apellyasiya şikayəti və apellyasiya protesti qismən təmin edilsin. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-410-cu maddələrində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən Elman Rəhimov Hakimlər Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №1(105)-105/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-105/2021
17.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver