Məhkəmə qərarları › İş №1(105)-108/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Hökm — İş №1(105)-108/2022

17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(105)-108/2022 17.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ (apellyasiya protestinin və apellyasiya şikayətlərinin yekun baxışına dair) Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cəfərov Vidadi Cəfər oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X13, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, video konfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə iclasına qoşulmuş Zərərçəkmiş şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2, 29.120.2.7 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 1(101)945/2021 saylı hökmündən birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş prokuror - Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi5 və Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə təqsirləndirilən şəxslərin video konfrans əlaqə sistemindən istifadə edilməklə məhkəməyə qoşulmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 1(101)945/2021 saylı hökmü ilə (sədrlik edən S.H.Hacıyev, hakimlər R.V.Salmanov, E.Ə.Mikayılov) xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, məhkumluğu olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2, 29.120.2.7 və 221.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CMnin 120.2.2, 29,120.2.2, 29.120.2.7-ci maddələri ilə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, azadlıqdan məhrum etmə cəzasının ilk 2 (iki) ilini həbsxanada, cəzasının qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 03 avqust 2020-ci il tarixdən hesablanması, xx xxxxxx 1979-cu il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3inaları” bina 7, mənzil 97 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 26 iyul 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin qeyd edilən hökmü ilə Təqsirləndirilən şəxs3 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 26 iyul 2020-ci il tarixdən hesablanması hökm edilmiş olsa da, Təqsirləndirilən şəxs3 dair hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilməmişdir. Məhkəmənin qeyd edilən hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, həmçinin Təqsirləndirilən şəxs1 vəkilləri apellyasiya şikayətləri vermişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2, 29.120.2.7 və 221.3-cü maddələri ilə təqsirli bilinərək məhkum ediulmişdir ona görə ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir, habelə xuliqanlıq niyyətilə iki və ya daha çox şəxsi qəsdən öldürməyə, yəni digər şəxsləri qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, bu zaman xuliqanlıq niyyətilə bir şəxsi qəsdən öldürmüş, digər iki şəxsi xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 25 iyul 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı evində olduğu vaxt cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanıdığı X7 Mirzəyevin ona zəng edərək Abşeron rayonu Xırdalan şəhərində birlikdə olduğu xanımının yanında bir nəfər şəxs tərəfindən döyüldüyünü deyib, ondan təkidlə kömək istədiyinə görə, o, öz tanışları X8 və Təqsirləndirilən şəxs2 ilə telefonla əlaqə saxlayıb onlarla Bakı şəhərində, “Bakcell Arena” adlanan ərazidə, görüşərək, Təqsirləndirilən şəxs3 döyülməsi məsələsini aydınlaşdırmaq lazım olduğunu bildirib onların bu işdə ona kömək edəcəklərinə dair razılıqlarını aldıqdan sonra o, Abşeron rayonu Xırdalan şəhərinə getmək üçün avtomobili olan dostu Şahid1 da çağırıb, sonuncudan avtomobili ilə onu Xırdalan şəhərinə aparmağı xahiş edib, Şahid1 məxsus “Chevrolet Malibu” markalı, Təqsirləndirilən şəxs2 isə H.Yaqubova məxsus “VAZ-21015” markalı avtomobillərlə təxminən saat 22 radələrində Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Bazarstore” mağazasının yanına gəlib orada Təqsirləndirilən şəxs3lə görüşmüşlər. Bundan sonra, Təqsirləndirilən şəxs1 onunla gələn şəxslərlə və Təqsirləndirilən şəxs3lə birlikdə sonuncuya qarşı zor göstərən Zərərçəkmiş şəxs2 yaşadığı əraziyə gəlib, İslam Səfərli küçəsi, 283 saylı fərdi yaşayış evinin yaxınlığında Zərərçəkmiş şəxs2la, sonuncunun qardaşı Məmmədov X25 və qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 dostu Zərərçəkmiş şəxs3 ilə qarşılaşıb, Təqsirləndirilən şəxs3 həmin gün döyülməsi məsələsinə aydınlıq gətirilməsi ilə bağlı tərəflər arasında əvvəlcə sözlə, Zərərçəkmiş şəxs3 nalayiq ifadə işlətməsindən sonra isə yaranmış mübahisə və qarşılıqlı dalaşma prosesində ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı, habelə öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, istənilən məsələni zor gücünə həll etmək iqtidarında olmasını nümayiş etdirərək, ətrafda çoxsaylı vətəndaşların yaşamasına məhəl qoymayıb, cəmiyyətə qarşı açıq hörmətsizlik edərək, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq, heç bir əsaslı səbəb olmadan, yəni özünə qarşı heç bir real təhlükə olmadığı halda üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən, qatlanıb-açılan, tiyəsinin uzunluğu 10 sm olan kəsici-deşici xassəyə malik bıçağını çıxarıb, ondan silah qismində istifadə edərək zor göstərməklə geri çəkilən Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə həyat fəaliyyəti üçün vacib orqanların yerləşdiyi bel və kürək nahiyələrinə zərbələr vurub, mübahisənin qızışmasına səbəb olan zorakı hərəkətlər etməklə sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “bel nahiyəsinin sol yarısının 1 ədəd qarın boşluğuna nüfuz edən, sol kürək nahiyəsinin döş boşluğuna nüfuz etməyən 1 ədəd, sol bazu nahiyəsinin orta 1/3-nin 1 ədəd deşilmişkəsilmiş yaraları” kimi xəsarətlər yetirdikdən sonra, öz qərəzli zorakı hərəkətlərini bir qrup şəxs halında onun xuliqanlıq hərəkətlərinə qoşulan Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 zor göstərib təpiklə zərbə endirib kənara çəkildikdən sonra, Təqsirləndirilən şəxs3 niyyəti ilə əhatə olunmayan qəsdən adam öldürməyə yönəlmiş hərəkətlərini davam etdirib, xuliqanlıq niyyəti ilə, yəni heç bir əsaslı səbəb olmadan qəsdən adam öldürmək məqsədilə Zərərçəkmiş şəxs2 bıçaq zərbələri vuraraq, sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “döş qəfəsinin sağ yan səthinin, sağ orta qoltuqaltı xətti üzrə və döş qəfəsinin sol yan səthinin, sol orta qoltuqaltı xətti üzrə 2 ədəd döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları” kimi xəsarətlər yetirsə də, Zərərçəkmiş şəxs2 ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən öz iradəsindən asılı olmayan səbəblərdən bilavasitə sonuncunu öldürməyə yönəlmiş hərəkətlərini başa çatdıra bilməməklə xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 öz zorakı hərəkətlərini davam etdirərək qarşılıqlı dalaşmada iştirak edən Zərərçəkmiş şəxs2 qardaşı Məmmədov X16 əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə, özünə qarşı heç bir real təhlükə olmadığı, Zərərçəkmiş şəxs1 ona qarşı silah qismində heç bir alətdən istifadə etmədiyi halda onun üzərinə gedərək, əlindəki bıçaqla Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədilə zərbələr endirib, ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub onlara münasibətdə laqeydliyini ifadə etməklə və öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyətlərinin fövqündə qoymaqla cəmiyyətə qarşı açıqca hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq, Zərərçəkmiş şəxs1 həm ölümü ilə səbəbli əlaqəsi olmayan sağlamlığa yüngül zərər vurmaya aid “sol kürəküstü nahiyənin 1 ədəd, sol sağrı nahiyəsinin 1 ədəd və sol bazunun 1 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları”, həm də həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid onun ölümünə səbəb olan “sol kürəkaltı nahiyənin 2 ədəd daxilə nüfuz edən, sol ağciyəri yaralayaraq daxili qanaxma törədən deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin sağ yarısının ön səthində, orta körpücük xətti üzrə, 6-7-ci qabırğaarası sahənin daxilə nüfuz edən, ürək kisəsini, ürəyin sağ qulaqcığını və sağ ağciyəri yaralayaraq kəskin qanitirmə törədən 1 ədəd deşilmiş-kəsilmiş yarası” kimi xəsarətlər yetirmiş, sonuncu xəstəxanaya çatdırılsa da, kəskin qan itirmə səbəbindən ölməsi ilə sonuncunu xuliqanlıq niyyəti ilə, yəni heç bir əsas olmadan qəsdən öldürmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs1 dostu Şahid1 yerdə uzanmış vəziyyətdə olduğunu və qarşılıqlı dalaşmada iştirak edib sonuncuya qarşı zor göstərən Zərərçəkmiş şəxs3 onun üzərində olduğunu görüb, Zərərçəkmiş şəxs3 çiynindən tutub dartaraq yerə yıxmış və xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs3 ona qarşı aktiv zorakı hərəkətlər etməməsinə baxmayaraq, ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub onlara münasibətdə laqeydliyini ifadə etməklə və öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla cəmiyyətə qarşı açıqca hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq, əlindəki bıçaqla Zərərçəkmiş şəxs3 xuliqanlıq niyyətilə öldürmək məqsədilə həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi baş və döş qəfəsi nahiyələrinə bıçaqla ardıcıl zərbələr vuraraq, ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid “sağ yanaq nahiyəsinin, sol bazunun orta 1/3-nin bayır səthinin, döş qəfəsinin sağ yarısının ön səthinin deşilmiş-kəsilmiş yaraları xəsarətini yetirmiş, lakin yetirdiyi xəsarətlər daxilə nüfuz etmədiyindən, habelə növbəti zərbələri dalaşmada qarışıqlıq yaranması səbəbindən endirməyə imkan tapmaması səbəbindən, yəni öz iradəsindən asılı olmayan səbəblərdən bilavasitə cinayətin törədilməsinə yönələn hərəkətlərini başa çatdıra bilməməklə, Zərərçəkmiş şəxs3 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etmişdir. Qeyd edilənlərlə, Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir, habelə, Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etməsi ilə iki şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs2 CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 25 iyul 2020-ci il tarixdə təxminən saat 19 radələrində dostu Təqsirləndirilən şəxs1 onun mobil telefonuna zəng edib yaxın dostunun oğlu Təqsirləndirilən şəxs3 Abşeron rayonu Xırdalan şəhərində haqsız döyülməsi ilə bağlı sonuncunu döyən şəxslə məsələni aydınlaşdırmaq üçün Təqsirləndirilən şəxs1lə birlikdə Xırdalan şəhərinə getməyi təklif edəndən sonra evdən zərurət yarandıqda silah qismində istifadə etmək üçün soyuq silah hesab edilməyən, tiyəsi 7 sm olan, açılıb-qatlanan, deşicikəsici xassəyə malik qara rəngli bıçağını götürüb Təqsirləndirilən şəxs1 və digər tanışı X8 ilə “Bakcell Arena” adlanan ərazidə görüşüb həmin məsələni aydınlaşdırmaqda birgə razılığa gəldikdən sonra Təqsirləndirilən şəxs1 Abşeron rayonu Xırdalan şəhərinə getmək üçün dəvət etdiyi dostu Şahid1 ilə sonuncuya məxsus “Chevrolet Malibu” markalı, Hüseynağa Yaqubova məxsus “VAZ-21015” markalı avtomobillərlə təxminən saat 22 radələrində Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Bazarstore” mağazasının yanına gəlib Təqsirləndirilən şəxs3lə görüşmüşlər. Bundan sonra, o, qeyd olunan şəxslərlə və Təqsirləndirilən şəxs3lə birlikdə sonuncuya qarşı zor göstərən Zərərçəkmiş şəxs2 yaşadığı əraziyə gəlib, İslam Səfərli küçəsindəki 283 saylı fərdi yaşayış evinin yaxınlığında Zərərçəkmiş şəxs2la, sonuncunun qardaşı Məmmədov X25 və qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 dostu Zərərçəkmiş şəxs3 ilə qarşılaşıb, Təqsirləndirilən şəxs3 həmin gün döyülməsi məsələsinə aydınlıq gətirilməsi ilə bağlı tərəflər arasında əvvəlcə sözlə, Zərərçəkmiş şəxs3 nalayiq ifadə işlətməsindən sonra isə yaranmış mübahisə və dalaşma prosesindəözünü ətrafdakılara qarşı, habelə öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, istənilən məsələni zor gücünə həll etmək iqtidarında olmasını nümayiş etdirərək, ictimai yerdə, ətrafda çoxsaylı vətəndaşların yaşamasına məhəl qoymayıb, cəmiyyətə qarşı açıqca hörmətsizlik və etinasızlıq ifadə edib, ictimai və birgəyaşayış qaydalarını, əxlaq normalarını kobud surətdə pozaraq, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmaqla qərəzli hərəkətlər edib, üzərində olan insan sağlamlığına zərər yetirə bilən alətdən kəsici-deşici xassəyə malik silah qismində istifadə etdiyi açılıb-qatlanan bıçağını istifadəyə hazır vəziyyətə gətirərək qarşı tərəfdən münaqişədə iştirak edən Zərərçəkmiş şəxs3 ona təpik atması zamanı əlindəki bıçaqla sonuncuya zor göstərərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “sağ budun orta 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yaraları” kimi xəsarət yetirməklə xuliqanlıq etmişdir. Apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlilləri: Dövlət ittihamçısı apellyasiya protesti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs1 və X6 aid hissədə ləğv edilməsini, Təqsirləndirilən şəxs1 CM-in 120.2.2, 29,120.2.1, 29,120.2.2, 29,120.2.7, 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə CM-in 29,120.2.1, 29,120.2.2 və 221.3cü maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində daha ağır cəza təyin edilib məhkum edilmələrinə dair hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamdan CM-in 29,120.2.1-ci maddəsini xaric edilib onun əməllərini CM-in 120.2.2, 29,120.2.2, 29,120.2.7, 221.3-cü maddələrinə tövsif edilməsini və eləcə də X6 elan edilmiş ittihamdan CM-in 29,120.2.1, 29,120.2.2-ci maddələri xaric edilib, onun əməllərini CM-in 221.3-cü maddəsinə tövsif edilməsini əsaslarının nədə və hansı sübutlarda ifadə olunduğunu ümumiyyətlə şərh etmədən əsassız qərar qəbul etmişdir. Azərbaycan Respublikasının CPM-in 353-ci maddəsinə əsasən məhkəmə hökmünün məzmunu giriş və təsviri əsaslandırıma hissədən ibarətdir. Məhkəmə hökmünün təsviri əsaslandırıma hissəsində cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri, məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri, təqsirli şəxsin məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar, ittihamın bir hissəsi əsassız hesab edildikdə bunun əsasları, təqsirli şəxsin hərəkətlərinin tövsifi məhkəmə tərəfindən dəyişdirildikdə bunun motivləri, qərarların qəbul edilməsində məhkəmənin istina etdiyi qanunların normaları göstərilməlidir. Göründüyü kimi, məhkəmə hökmündə Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamdan CM-in 29,120.2.1-ci maddəsinin xaric edilməsinin və eləcə də Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamdan CM-in 29,120.2.1, 29,120.2.2-ci maddələrinin xaric edilməsinə əsas verən sübutların nələrdən ibarət olmasını, ittihamın bu hissəsinin əsassız hesab edilməsinin əsaslarını, sübutların rədd edilməsinin motivlərini, Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamdan CM-in 29,120.2.1-ci maddəsini xaric edərək onun əməllərinin CM-nin 221.3-cü maddələrinə tövsif etməsinin, Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamdan CMin 29,120.2.1, 29,120.2.2-ci maddəsini xaric edərək onun əməllərini CM-in 221.3-cii maddəsinə tövsif etməsinin motivlərini göstərməmişdir. Halbuki, hazırki iş üzrə istintaq zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisə yerinə gələnədək üzərlərində soyuq silah hesab edilməsə də, insan sağlamlığına zərər yetirə biləcək alət, yəni bıçaqları olmuş, hadisə yerinə gəlmək üçün görüşdükləri yerdə tanışları Təqsirləndirilən şəxs3 qarşı qanunsuz hərəkətlərin edilmə səbəbini aydınlaşdırmaq üçün gedəcəklərinə dair aralarında razılaşma olmuş, habelə məsələnin aydınlaşdırilması ərəfəsində küçədə, ictimai yerdə mübahisənin baş verə biləcəyini dərk edib buna şüurlu surətdə yol verib hadisə yerinə getmişlər. Habelə, ictimai qaydanın kobud surətdə pozulması ilə müşayiət olunan mübahisənin başlanması, mübahisə başlanan vaxt ətrafda digər vətəndaşların olması, hadisənin baş verdiyi yerin qəsəbədə olan küçələrin kəsişməsinin olması, daha sonra Təqsirləndirilən şəxs1 özünə qarşı heç bir real təhlükə olmadığı halda ilk olaraq bıçaq çıxarması, həmin bıçağı görüb ondan uzaqlaşmaq istəyən Zərərçəkmiş şəxs2 arxadan kürək nahiyəsinə iki dəfə xəsarət yetirməsi Təqsirləndirilən şəxs1 heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmək niyyətini göstərən xüsusatlardandır. Nəzərə almaq lazımdır ki, dalaşmada hər iki tərəfdən iştirak etmiş şəxslərdən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs2 hüquqa zidd davranışları qarşılıqlı olmuş, yəni Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 üzərlərində bıçaqla hadisə yerinə gəlmələri və dava başlayan kimi heç bir səbəb olmadan bıçaqdan istifadə etmələri, habelə Zərərçəkmiş şəxs2 özünün də bıçaq əldə etdikdən sonra dalaşmaya qoşulması onların niyyətlərini biruzə vermiş və belə hərəkətlər küçədə vətəndaşların gözü qarşısında ictimai qaydanın pozulması ilə cəmiyyətə açıq-aşkar hörmətsizliklə müşayiət olunmuşdur. Bu da Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs2 əməllərində xuliqanlıq niyyətinin olduğunu bir daha təsdiq edir. Bundan başqa, qəsdən adam öldürmə cinayətinin bir qrup şəxs tərəfindən törədilməsi də həmin cinayətin ağırlaşdırıcı hallarına aiddir. Adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də, ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. İstintaqla müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Yaşar Mövsiimovla hərəkətlərini qarşılıqlı uzlaşdıraraq bir-birlərinə qoşulub xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmək məqsədilə bir qrup şəxs halında hər ikisi bıçaqla yaralı vəziyyətdə olan Zərərçəkmiş şəxs2 əlavə zərbələr endirərək, ona bir daha həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “döş qəfəsinin sağ yan səthinin, sağ orta qoltuqaltı xətti üzrə və döş qəfəsinin sol yan səthinin, sol orta qoltuqaltı xətti üzrə 2 ədəd döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları” kimi xəsarətlər yetirsələr də. Zərərçəkmiş şəxs2 ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən öz iradəsindən asılı olmayan səbəblərdən biavasitə sonuncunu Təqsirləndirilən şəxs2la birlikdə öldürməyə yönəlmiş hərəkətlərini başa çatdıra bilməməklə bir qrup şəxs halında xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 məxsus avtomobildən götürülmüş 1 ədəd kibrit qutusu üzərində həm Təqsirləndirilən şəxs2, həm də Zərərçəkmiş şəxs1 Məmməd-Zair oğluna məxsus qan nümunəsinin aşkar olunması Zərərçəkmiş şəxs2 dava zamanı Təqsirləndirilən şəxs2la təmasda olmalarını təsdiq edə biləcək sübut növü kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs1 olunun tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə öldürməyə cəhd etmələri cinayətində təqsirli olmaları onların özlərinin işin faktiki hallarına uyğun olmaqla hadisələrin baş vermə vaxtı, yeri və inkişafı ardıcıllığı barədə işin faktiki hallarına uyğun olmaqla mahiyyəti üzrə qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikası CM-in 120.2.2, 29,120.2.1, 29,120.2.2, 29,120.2.7 və 221.3-cü maddələrindən həmin Məcəllənin 120.2.2, 29,120.2.2, 29,120.2.7, 221.3-cü maddələrinə, eyni zamanda cinayətin digər iştirakçısı olan Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamdan CM-in 29,120.2.1, 29,120.2.2-cü maddələrini xaric edib, onun əməlini CM-in 221.3-cü maddəsinə tövsif etmişdir ki, məhkəmə burada Təqsirləndirilən şəxs2 tərəfindən bir qrup şəxs halında, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd cinayət əməlinin törədilməsini istisna etməklə tətbiq edilməli olan cinayət qanunu normasını tətbiq etməmiş və əməlin tövsifində səhvə yol vermişdir. Halbuki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları mahiyyəti üzrə ibtidai istintaq dövründə etirafedici ifadələri, zərərçəkmiş şəxsin, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə tam sübuta yetirilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 və Yaşar Mövstimovun ifadələrində özünü müdafiə xarakterli göstərdiyi dəlillərə tənqidi və iş materiallarında olan bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməklə yanaşmamışdır. Təqsirləndirilən şəxs1 və X22 Məmmədovu bir qrup şəxs halında, xuliqanlıq niyyəti ilə öldürməyə cəhd etməmələrinin hüquqi əsaslarının nədə ifadə olunduğunu göstərməmiş, təqsirləndirilən şəxslərin əməllərinə hüquqi qiymət verərkən subyektiv mülahizələrə əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. İş materiallarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 bir qrup şəxs halında, xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etmələrini təsdiq edən kifayət qədər sübutlar mövcud olmuş, lakin məhkəmə kollegiyası həmin sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, əsassız olaraq hökmündə işin faktiki hallarına uyğun olmayan nəticələrə gəlmişdir. Göründüyü kimi işə baxan məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmə cinayətini törədilməsini istisna etməklə tətbiq edilməli olan cinayət qanunu normasını tətbiq etməmiş və əməlin tövsifində səhvə yol vermişdir. Məhkəmənin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini düzgün tövsif etməməkdə göstərdiyi səhv yanaşma bu istiqamətdə formalaşmış vahid məhkəmə təcrübəsinə, yəni “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarına da uyğun olmamışdır. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 vəkili Müdafiəçi5 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 20.10.2021-ci il tarixli, 1(101)-945/2021 saylı hökmünün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslndırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkəmə hökmü çıxarılarkən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və cəza təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəaları düzgün nəzərə alınmamış və çoxsaylı qanun pozuntularına yol verilmişdir. Təqsirləndirilən şəxs1 xuliqanliq niyyəti ilə adam öldürmə və adam öldürməyə cəhdə görə ittiham elan edilmiş, lakin iş materiallarından göründüyü kimi xuliqanliq niyyəti təqsirləndirilən şəxsin əməlində mövcud olmamışdır. Həm istintaq orqanı və həm də məhkəmə xuliqanliq termini ilə bağlı yanlışlığa yol vermişdir. Belə ki, həm ittiham aktında və həmçinin hökmdə təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri ilə yəni, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətməklə cinayət törətdiyi göstərilir. Lakin Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi “xuliqanlıq hərəkətləri ilə müşayiət olunan adam öldürməyə görə” yox, “xuliqanlıq niyyəti ilə adam öldürməyə görə” məsuliyyət nəzərdə tutmuşdur. Göründüyü kimi bunlar tam başqa anlayışlardır. "Xuliqanlıq niyyəti ilə adam öldürmə” şəxsin cinayət törətməsi üçün heç bir ciddi əsas və motivinin olmamasını nəzərdə tutur. Halbuki, təqsirləndirilən şəxsə münasibətdə bu halın tətbiq edilməsi tamamilə ədalətli hesab oluna bilməz. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən də göründüyü kimi “Təqsirləndirilən şəxs1 25 iyul 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı evində olduğu vaxt cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanıdığı X7 Mirzəyevin ona zəng edərək Abşeron rayonu Xırdalan şəhərində birlikdə olduğu xanımının yanında bir nəfər şəxs tərəfindən döyüldüyünü dediyi üçün” həmin şəxslə məsələni araşdırmağa getmiş və lakin hadisələrin gözlənilməz axını ilə əlaqədar mübahisə nəticəsində cinayətin törədilməsi baş vermişdir. Göründüyü kimi təqsirləndirilən şəxsə əsassız və qanunsuz olaraq “xuliqanlıq niyyəti ilə adam öldürmə” və “xuliqanlıq niyyəti ilə adam öldürməyə görə cəhd” cinayətlərinə görə ittiham elan edilmiş, məhkəmə isə təqsirləndirilən şəxsin əməlində həmin ittiham üzrə cinayət tərkibinin tam yaranmamasmı nəzərə almadan təqsirləndirilən şəxsi qanunsuz olaraq uzun müddətli azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. İş üzrə digər qanun pozuntusu halı ondan ibarətdir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.4-cü maddəsinə istinad etməklə, yəni “cinayətin törədilməsində xüsusilə fəal iştirak etmə”yə görə ağırlaşdıran hal kimi nəzərə alınmaqla daha sərt cəza təyin edilmişdir. Hesab edirik ki, bu hal tam qanunsuzdur və həmin ağırlaşdıran halın təqsirləndirilən şəxsə münasibətdə tətbiq edilməsi üçün heç bir əsas olmamışdır. İşin hallarından göründüyü kimi təqsirləndirilən şəxs sadəcə zərərçəkmiş şəxslərlə mübahisə etmiş, lakin gözləmədiyi halda belə ağır nəticələrə baş vermişdir. Lakin nə istintaq orqanı, nə birinci instansiya məhkəməsi xüsusi fəallığın nədə ifadə olunmasını açıqlamamışdır. Halbuki həmin qurumlar işin bütün hallarını araşdırmaq və öz qərarlarını açıqlamaq vəzifələri daşıyırlar. Onların belə əsaslandırılmamış qərarları təqsirləndirilən şəxsin hüququnun pozulmasına və əsassız olaraq daha sərt cəza almasına səbəb olmuşdur. Bundan başqa nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxs hadisənin baş verməsi ilə bağlı təqsirini etiraf etmiş, səmimi peşmançılıq keçirmiş, əməlin üstünün açılmasına köməklik etmiş, lakin özündən asılı olmayan səbəbdən zərərçəkmiş şəxsin varisi ilə barışıq əldə edə bilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən məhkəmə tərəfindən həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının o prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Göstərilən halların nəzərə alınmaması isə məhkəmə hökmünün qanunsuz və əsassız olmasının göstəricisidir. Təqsirləndirilən şəxsə əsassız olaraq düzgün olmayan maddə ilə ittiham elan edilməsini onun hüquqların müdafiəsi sahəsində beynəlxalq sənədlərlə də ziddiyyət təşkil edir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 vəkili Müdafiəçi3 da apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 20.10.2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 əməllərinin Məmmədov X14 ölməsi epizodu ilə bağlı CM-nin 123.1-ci maddəsinə, Zərərçəkmiş şəxs2 xəsarət yetirilməsi epizodu ilə bağlı CMnin 130.1-ci maddəsinə tövsif edilməsini, Zərərçəkmiş şəxs3 xəsarət yetirilməsi epizodu üzrə bəraət verilməsini və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsi barədə hökm çıxarılmasını xahiş edir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki cinayət işində hüquqlarını müdafiə etdiyi şəxsin verilmiş ittihamlar üzrə təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut cinayət işinin məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, bu səbəbdən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qanunsuz, əsassız və ədalətsiz olduğundan ləğv edilməli, Təqsirləndirilən şəxs1 əməlləri Məmmədov X14 ölməsi epizodu ilə bağlı CM-nin 123.1-ci maddəsinə, Zərərçəkmiş şəxs2 xəsarət yetirilməsi epizodu ilə bağlı CM-nin 130.1-ci maddəsinə tövsif edilməli, Zərərçəkmiş şəxs3 xəsarət yetirilməsi epizodu üzrə bəraət verilməlidir. Cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı verilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək heç kimi qəsdən öldürmədiyini və öldürməyə cəhd etmədiyini, hadisə zamanı özünü və dostlarını müdafiə etmək üçün bıçaqdan istifadə etməyə məcbur olduğunu, ittihamda qeyd edilən xəsarətləri yetirmədiyini bildirmişdir. Lakin buna baxmayaraq məhkəmə çıxardığı hökmdə guya Təqsirləndirilən şəxs1 məhkəmədə verilmiş ittihamlar üzrə özünü təqsirli bildiyini qeyd etməklə və iş üzrə məhkəmədə dindirilmiş şəxslərin ifadələrində həqiqətə uyğun olmayan düzəlişlər etməklə qanunsuzluğa yol vermişdir. Belə ki, 25.07.2020-ci il tarixdə baş vermiş cinayət hadisəsi 5 nəfər müdafiə etdiyi şəxs tərəfdən, 3 nəfər qarşı tərəfdən olmaqla ümumilikdə 8 nəfərin arasında baş vermiş kifayət qədər iri həcimli və problemli hadisə olmasına baxmayaraq təqsirləndirilən şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilməsi üçün zəruri olan sübutlar əldə edilə bilməmiş və bütün bunların nəticəsində müdafiə etdiyi şəxsə qarşı qanunsuz və əsassız ittihamlar irəli sürülmüşdür. Birinci instansiya məhkəməsi də yalnız Təqsirləndirilən şəxs1 qismən etiraf ifadəsinə əsaslanmış, iş üzrə heç bir tutarlı sübut olmadığı halda başqa çıxış yolu görmədiyindən ən asan olanı, yəni bütün epizodlar üzrə qismən də olsa etiraf edəni təqsirli bilməyi seçmişdir. Hesab edir ki, həm istintaqın, həm də birinci instansiya məhkəməsinin belə ağır cinayət hadisəsinə bu cür primitiv yanaşması yolverilməzdir, müdafiə etdiyi Təqsirləndirilən şəxs1 taleyinə biganə yanaşılmasıdır. Hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 verdiyi ifadələrində hadisənin necə baş vediyini ətraflı danışmış, onun ifadəsi hadisənin digər iştirakçılarının ifadələri, eləcə də iş üzrə alınmış ekspertiza rəyləri ilə demək olar ki, tam şəkildə üst-üstə düşməsinə və Təqsirləndirilən şəxs1 bildirdiklərini təkzib edən sübutlar olmamasına baxmayaraq məhkəmə ona qarşı qərəzli mövqe seçmiş, ehtimal və əsassız mülahizələrə dayanaraq həddindən artıq şişirdilmiş ittiham hökmü çıxarmışdır. Belə ki, işdəki ekspertiza rəylərindən görünür ki, Zərərçəkmiş şəxs1 6 bıçaq xəsarəti, Zərərçəkmiş şəxs2 5 bıçaq xəsarəti, Zərərçəkmiş şəxs3 isə 4 bıçaq xəsarəti olmaqla, ümumilikdə hər üç şəxsə 15 bıçaq xəsarəti yetirilmişdir. Məhkəmə isə bu 3 epizod üzrə yalnız Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarmaqla absurd bir nəticəyə gəlmişdir. Çünki məhkəmənin hökmündən belə başa düşülür ki, sanki 8 nəfərin iştirakı ilə baş vermiş cinayət hadisəsinin yeganə səbəbkarı və iştirakçısı Təqsirləndirilən şəxs1 olmuş, hadisə yerində olmuş digər şəxslər isə yalnız hadisənin tamaşaçısı olmuşlar. İşin halları ilə bağlı bir neçə məqamı qeyd etməklə hökmün hansı dərəcədə əsassız və qanunsuz olmasını diqqətə çatdırmaq istəyir. Müdafiəçisi olduğu Təqsirləndirilən şəxs1 hadisə nəticəsində vəfat etmiş Məmmədov X16 qəsdən xuliqanlıq niyyəti ilə öldürməkdə ittiham olunur. Halbuki ekspertiza rəyləri ilə sübut olunur ki, Zərərçəkmiş şəxs1 ümumilikdə 6 bıçaq xəsarəti yetirilmiş, həmin bıçaq xəsarətlərinin 4 ayrı bıçağın təsiri ilə əmələ gəlməsi inkar olunmur. Təqsirləndirilən şəxs1 həmin bıçaq xəsarətlərindən yerini göstərməklə 2 xəsarət yetirdiyini bildirir və yenə ekspertiza rəyləri ilə sübut olunur ki, Təqsirləndirilən şəxs1 yetirdiyi həmin xəsarətlərin biri yüngül xəsarətlər kateqoriyasına aid olduğu halda, digər xəsarətin dərəcəsi təyin edilməmişdir. Məhkəmə isə belə bir nəticəyə gəlmişdir ki, guya Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 təkbaşına öldürmüşdür. Yenə işdəki sübutlarla Təqsirləndirilən şəxs1 1 bıçağın olması təsdiq edildiyi halda məhkəmənin bu cür absurd nəticəyə gəlməsindən belə başa düşülür ki, Təqsirləndirilən şəxs1 4 bıçaq olmuşdur. Bundan başqa müdafiəçisi olduğu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 qəsdən öldürməyə cəhd etməkdə ittiham olunur. Halbuki iş üzrə dindirilmiş şəxslərdən bir nəfər belə bu faktı təsdiq etməmiş, hətta Zərərçəkmiş şəxs3 belə ona xəsarət yetirənin Təqsirləndirilən şəxs1 olması barədə ifadə verməmişdir. Həmçinin işdə olan məhkəmətibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 aldığı bütün xəsarətlər sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlərdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 xəsarət yetirməsi sübut olunsaydı belə ona yüngül xəsarətlərə görə adam öldürməyə cəhd ittihamının verilməsi tamamilə qanunsuzdur. Bundan əlavə Zərərçəkmiş şəxs2la bağlı epizoda görə bildirirəm ki, yenə cinayət işinin məhkəmə araşdırması zamanı nə bir şahid ifadəsi, nə də hər hansı başqa sübutla ittiham bu hissədə də təsdiq olunmadı. Hətta zərərçəkmiş şəxs qismində tanınan Zərərçəkmiş şəxs2 belə ona xəsarət yetirən şəxslərin kim olduğunu dəqiq bilmədiyini bildirdi. Yenə də bu epizodla bağlı hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 məhkəmədə qeyd etdikləri olmasa ittiham bu hissədə də şübhə alında qalır. Həmçinin iş üzrə keçirilmiş məhkəmə genetik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus bıçağın üzərində yalnız Təqsirləndirilən şəxs1 özünə məxsus qan nümunələri aşkar edilmişdir. Bu hal da Təqsirləndirilən şəxs1 verilmiş ittihamların özünün qismən etiraf ifadəsindən başqa heç bir sübutla təsdiq olunmadığını bir daha göstərir. Eləcə də iş üzrə dindirilmiş şahidlərdən bir nəfər belə faktıki olaraq hadisənin şahidi olmamış, hadisənin təfərrüatları ilə bağlı məhkəmədə dəqiq ifadə verə bilməmişdir. Bundan başqa iş üzrə əldə edilmiş ekspertiza rəyləri dəqiq deyil, həmin rəylərdən isə iştirakçılarının əməllərinə düzgün qiymət vermək mümkün deyil. Prosessual məsələlər : Məhkəmə kollegiyasının iclasında dövlət itihamçısı X20 apellyasiya protestinin dəlillərini müdafiə edərək protestdə göstərilənlərə əsasən təqsirləndirilən şəxslərə ittiham olunduqları maddələrlə təqsirli bilinmələri və ədalətli cəza təyin edilməsini, Təqsirləndirilən şəxs1 vəkilləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərinin isə əsassız olduğunu və şikayətlərin yəmin olunmamasını vurğulayaraq, birinci instansiya məhkəməsinin hökmünün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid hissədə apellyasiya protestinə əsasən ləğv edilməklə yeni hökm çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Tural Qyliyevin müdafiəçisi Müdafiəçi5 apellyasiya protestinin dəlillərinin əsassız olmasını vurğulamaqla, vermiş olduğu apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini, şikayətin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunaraq məhkum olunmuş Təqsirləndirilən şəxs1 əməlinin CM-nin 120.2.2-ci maddəsindən həmin Məcəllənin 122 və ya 126.3-cü maddəsinə, əgər bu mümkün olmadığı halda isə CM-nin 120.1-ci maddəsinə tövsif edilməsi və onun barəsində CM-nin 62 maddəsi tətbiq olunmaqla cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 apellyasiya protestinin dəlillərinin əsassız olması səbəbindən təmin edilməməsini xahiş edərək, apellyasiya şikayətlərinin təmin edilməsi məsələsinin məhkəmənin mülahizəsinə buraxdıqlarını ərz etdi. Məhkəmə kollegiyasının iclasına videokonfrans əlaqə sistemindən istifadə etməklə qoşulan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrıayrılıqda birinci instansiya məhkəməsində verdikləri ifadələrini təsdiq etməklə müdafiəçilərinin çıxışlarında göstərilənlərlə razı olduqlarını bildirdilər. Məhkəmə kollegiyasının iclasına videokonfrans əlaqə sistemindən istifadə etməklə qoşulan Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayətçi olmadığını və bunun nəzərə alınmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasına videokonfrans əlaqə sistemindən istifadə edilməklə qoşulmuş Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayətçi olmadığını, bunun nəzərə alınmasını və məhkəmə iclasına bir daha qoşulmamasını xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və məhkəmə kollegiyasına ərizə göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini və 25.07.2020-ci il tarixində yaşadığı ünvanın məhəlləsində həyat yoldaşının ölümünə, qaynının isə ağır yaralanmasına səbəb olan şəxslərdən şikayətçi olduğunu qeyd edərək, onlara yüngül cəza verildiyindən, hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən onlar haqq etdikləri ən ağır cəzanı alacaqlarını göstərmişdir. Məhkəmə kollegiyası işə zərərçəkmiş şəxsin hüquqi varisi Y.H.Mustafayevanın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər : Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunu və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin, həmçinin müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 CM-nin 120.2.2, 29,120.2.2 və 29.120.2.7-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə bağlı işin faktiki hallarının, yəni həmin cinayət əməlləri üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirilməməsinə, apellyasiya protestinin dəlillərində isə məhkəmənin Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamdan CM-in 29,120.2.1-ci maddəsini və X6 elan edilmiş ittihamdan CM-in 29,120.2.1, 29,120.2.2-ci maddələrinin xaric edilməsinin əsassız olmasına dair məsələlərin mübahisələndirilməsini nəzərə alaraq apellyasiya protesti və apellyasiya şikayətlərinin hüdudları daxilində məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 CM-nin 120.2.2, 29,120.2.1, 29,120.2.2 və 29.120.2.7-ci maddələri və Təqsirləndirilən şəxs2 CM-in 29,120.2.1, 29,120.2.2-ci maddələri ilə elan olunmuş ittihamlar üzrə işin faktiki hallarının müəyyən edilməsinə, məhkum olunmuş şəxslərin əməlinin həmin maddələrlə düzgün tövsif olunub-olunmamasına, habelə CPM-nin 397.2-ci maddəsinin cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərinə əsasən birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edibetməməsinə və daha sonra isə məhkum olunmuş şəxslərə cəza təyini məsələsinə hüquqi qiymət verilməsini zəruri sayır. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə apellyasiya protestinin birinci instansiya məhkəməsinin məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamdan CM-nin 29,120.2.1-ci maddəsini xaric, apellyasiya şikayətlərinin isə Təqsirləndirilən şəxs1 CM-nin 120.2.2, 29,120.2.2-ci maddəsi ilə elan olunmuş ittihamın iş üzrə müəyyən olunmuş faktiki hallara uyğun olmamasına dair dəlillərini əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qiymətləndirməmiş və məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 əməlinin CM-nin 120.2.2 və 29,120.2.2-ci maddələri ilə tövsif olunmasına, sonuncuya və digər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamdan CM-nin 29,120.2.1-ci maddəsinin xaric edilməsinə dair səhv nəticəyə gəlmiş və ona görə də apellyasiya protesti və apellyasiya şikayətləri qismən təmin olunmalı birinci instansiya məhkəməsinin hökmü qismən ləğv olunaraq Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 29,120.2.1, 29.120.2.7 və 221.3-cü maddələri, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək cəzalandırılmasına dair yeni ittiham hökmü çıxarılmalıdır. İş materiallarından müəyyən olunduğu kimi, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs1 CM-nin 120.2.2, 29,120.2.1, 29,120.2.2, 29,120.2.7, 221.3-cü maddələri ilə ittiham elan etmiş və ittiham aktı təsdiq edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir ona görə ki, o, bir qrup şəxs halında, xuliqanlıq niyyətilə iki və ya daha çox şəxsi qəsdən öldürməyə, yəni digər şəxsləri qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, bu zaman xuliqanlıq niyyətilə bir şəxsi qəsdən öldürmüş, digər bir şəxsi xuliqanlıq niyyəti ilə tək, digər bir şəxsi isə xuliqanlıq niyyəti ilə bir qrup şəxs halında qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, habelə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 25 iyul 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı evində olduğu vaxt cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanıdığı X7 Mirzəyevin ona zəng edərək Abşeron rayonu Xırdalan şəhərində birlikdə olduğu xanımının yanında bir nəfər şəxs tərəfindən döyüldüyünü deyib, ondan təkidlə kömək istədiyinə görə, o, öz tanışları X8 və Təqsirləndirilən şəxs2 ilə telefonla əlaqə saxlayıb onlarla Bakı şəhərində, “Bakcell Arena” adlanan ərazidə, görüşərək, Təqsirləndirilən şəxs3 döyülməsi məsələsini aydınlaşdırmaq lazım olduğunu bildirib onların bu işdə ona kömək edəcəklərinə dair razılıqlarını aldıqdan sonra o, Abşeron rayonu Xırdalan şəhərinə getmək üçün avtomobili olan dostu Şahid1 da çağırıb, sonuncuya niyyəti barədə məlumat vermədən avtomobili ilə onu Xırdalan şəhərinə aparmağı xahiş edib, sonuncuya məxsus “Chevrolet Malibu” markalı, Təqsirləndirilən şəxs2 isə H.Yaqubova məxsus “VAZ-21015” markalı avtomobillərlə təxminən saat 22 radələrində Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Bazarstore” mağazasının yanına gəlib orada Təqsirləndirilən şəxs3lə görüşmüşlər. Bundan sonra, Təqsirləndirilən şəxs1 onunla gələn şəxslərlə və Təqsirləndirilən şəxs3lə birlikdə sonuncuya qarşı zor göstərən Zərərçəkmiş şəxs2 yaşadığı əraziyə gəlib, İslam Səfərli küçəsi, 283 saylı fərdi yaşayış evinin yaxınlığında onunla, qardaşı Məmmədov X25 və qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 dostu Zərərçəkmiş şəxs3 ilə qarşılaşıb, Təqsirləndirilən şəxs3 həmin gün döyülməsi məsələsinə aydınlıq gətirilməsi ilə bağlı tərəflər arasında əvvəlcə sözlə, Zərərçəkmiş şəxs3 nalayiq ifadə işlətməsindən sonra isə yaranmış mübahisə və dalaşma prosesində ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı, habelə öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, istənilən məsələni zor gücünə həll etmək iqtidarında olmasını nümayiş etdirərək, ətrafda çoxsaylı vətəndaşların yaşamasına məhəl qoymayıb, cəmiyyətə qarşı açıq hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq, heç bir başqa səbəb olmadan, yəni özünə qarşı heç bir real təhlükə olmadığı halda üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən, qatlanıb-açılan, tiyəsinin uzunluğu 10 sm olan kəsici-deşici xassəyə malik bıçağını çıxarıb, ondan silah qismində istifadə edərək zor göstərməklə geri çəkilən Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə həyat fəaliyyəti üçün vacib orqanların yerləşdiyi bel və kürək nahiyələrinə zərbələr vurub, bununla mübahisənin qızışmasına səbəb olan zorakı hərəkətlər etməklə sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “bel nahiyəsinin sol yarısının 1 ədəd qarın boşluğuna nüfuz edən, sol kürək nahiyəsinin döş boşluğuna nüfuz etməyən 1 ədəd, sol bazu nahiyəsinin orta 1/3-nin 1 ədəd deşilmişkəsilmiş yaraları” kimi xəsarətlər yetirdikdən sonra, öz qərəzli zorakı hərəkətlərini bir qrup şəxs halında onun xuliqanlıq hərəkətlərinə qoşulan Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 zor göstərib təpiklə zərbə endirib kənara çəkildikdən sonra, Təqsirləndirilən şəxs3 niyyəti ilə əhatə olunmayan qəsdən adam öldürməyə yönəlmiş hərəkətlərini davam etdirib, öz növbəsində üzərində gəzdirdiyi kəsicideşici xassəyə malik silah qismində istifadə etdiyi bıçaq götürmüş dostu Təqsirləndirilən şəxs2la hərəkətlərini qarşılıqlı uzlaşdıraraq xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmək məqsədilə bir qrup şəxs halında hər ikisi bıçaqla yaralı vəziyyətdə olan Zərərçəkmiş şəxs2 əlavə zərbələr endirərək, sonuncuya bir daha həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “döş qəfəsinin sağ yan səthinin, sağ orta qoltuqaltı xətti üzrə və döş qəfəsinin sol yan səthinin, sol orta qoltuqaltı xətti üzrə 2 ədəd döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları” kimi xəsarətlər yetirsələr də, Zərərçəkmiş şəxs2 ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən öz iradəsindən asılı olmayan səbəblərdən bilavasitə sonuncunu Təqsirləndirilən şəxs2la birlikdə öldürməyə yönəlmiş hərəkətlərini başa çatdıra bilməməklə bir qrup şəxs halında xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 öz zorakı hərəkətlərini davam etdirərək qarşılıqlı dalaşmada iştirak edən Zərərçəkmiş şəxs2 qardaşı Məmmədov X16 eyni, yəni xuliqanlıq niyyəti ilə, özünə qarşı heç bir real təhlükə olmadığı, Zərərçəkmiş şəxs1 ona qarşı silah qismində heç bir alətdən istifadə etmədiyi halda onun üzərinə gedərək, əlindəki bıçaqla onu qəsdən öldürmək məqsədilə zərbələr endirib, ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub onlara münasibətdə laqeydliyini ifadə etməklə və öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyətlərinin fövqündə qoymaqla cəmiyyətə qarşı açıqca hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq, Zərərçəkmiş şəxs1 həm ölümü ilə səbəbli əlaqəsi olmayan sağlamlığa yüngül zərər vurmaya aid “sol kürəküstü nahiyənin 1 ədəd, sol sağrı nahiyəsinin 1 ədəd və sol bazunun 1 ədəd daxilə nüfuz etməyən deşilmişkəsilmiş yaraları”, həm də həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid onun ölümünə səbəb olan “sol kürəkaltı nahiyənin 2 ədəd daxilə nüfuz edən, sol ağciyəri yaralayaraq daxili qanaxma törədən deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin sağ yarısının ön səthində, orta körpücük xətti üzrə, 6-7-ci qabırğaarası sahənin daxilə nüfuz edən, ürək kisəsini, ürəyin sağ qulaqcığını və sağ ağciyəri yaralayaraq kəskin qanitirmə törədən 1 ədəd deşilmiş-kəsilmiş yarası” kimi xəsarətlər yetirmiş, sonuncu xəstəxanaya çatdırılsa da, kəskin qan itirmə səbəbindən ölməsi ilə sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən öldürmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs1 dostu Şahid1 yerdə uzanmış vəziyyətdə olduğunu və qarşılıqlı dalaşmada iştirak edib sonuncuya qarşı zor göstərən Zərərçəkmiş şəxs3 onun üzərində olduğunu görüb, Zərərçəkmiş şəxs3 çiynindən tutub dartaraq yerə yıxmış və xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs3 ona qarşı aktiv zorakı hərəkətlər etməməsinə baxmayaraq, ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub onlara münasibətdə laqeydliyini ifadə etməklə və öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla cəmiyyətə qarşı açıqca hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq, əlindəki bıçaqla Zərərçəkmiş şəxs3 xuliqanlıq niyyətilə öldürmək məqsədilə həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi baş və döş qəfəsi nahiyələrinə bıçaqla ardıcıl zərbələr vuraraq, ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid “sağ yanaq nahiyəsinin, sol bazunun orta 1/3-nin bayır səthinin, döş qəfəsinin sağ yarısının ön səthinin deşilmiş-kəsilmiş yaraları xəsarətini yetirmiş, lakin yetirdiyi xəsarətlər daxilə nüfuz etmədiyindən, habelə növbəti zərbələri dalaşmada qarışıqlıq yaranması səbəbindən endirməyə imkan tapmaması səbəbindən, yəni öz iradəsindən asılı olmayan səbəblərdən bilavasitə cinayətin törədilməsinə yönələn hərəkətlərini başa çatdıra bilməməklə, Zərərçəkmiş şəxs3 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs2 CM-nin 29,120.2.1, 29,120.2.2, və 221.3-cü maddələri ilə ittiham elan etmiş və ittiham aktı təsdiq edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir ona görə ki, o, bir qrup şəxs halında xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, həmçinin bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində silah qismində istifadə olunan əşyadan istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 25 iyul 2020-ci il tarixdə təxminən saat 19 radələrində dostu Təqsirləndirilən şəxs1 onun mobil telefonuna zəng edib yaxın dostunun oğlu Təqsirləndirilən şəxs3 Abşeron rayonu Xırdalan şəhərində haqsız döyülməsi ilə bağlı sonncunu döyən şəxslə məsələni aydınlaşdırmaq üçün onunla birlikdə Xırdalan şəhərinə getməyi təklif edəndən sonra evdən zərurət yarandıqda silah qismində istifadə etmək üçün soyuq silah hesab edilməyən, tiyəsi 7 sm olan, açılıb-qatlanan, deşici-kəsici xassəyə malik qara rəngli bıçağını götürüb Təqsirləndirilən şəxs1 və digər tanışı X8 ilə “Bakcell Arena” adlanan ərazidə görüşüb həmin məsələni aydınlaşdırmaqda birgə razılığa gəldikdən sonra Təqsirləndirilən şəxs1 Abşeron rayonu Xırdalan şəhərinə getmək üçün dəvət etdiyi və onların niyyətləri barədə məlumatı olmayan dostu Şahid1 ilə sonuncuya məxsus “Chevrolet Malibu” markalı, o, Hüseynağa Yaqubova məxsus “VAZ-21015” markalı avtomobillərlə təxminən saat 22 radələrində Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Bazarstore” mağazasının yanına gəlib Təqsirləndirilən şəxs3lə görüşmüşlər. Bundan sonra, o, qeyd olunan şəxslərlə və Təqsirləndirilən şəxs3lə birlikdə sonuncuya qarşı zor göstərən Zərərçəkmiş şəxs2 yaşadığı əraziyə gəlib, İslam Səfərli küçəsindəki 283 saylı fərdi yaşayış evinin yaxınlığında onunla, qardaşı Məmmədov X25 və qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 dostu Zərərçəkmiş şəxs3 ilə qarşılaşıb, Təqsirləndirilən şəxs3 həmin gün döyülməsi məsələsinə aydınlıq gətirilməsi ilə bağlı tərəflər arasında əvvəlcə sözlə, Zərərçəkmiş şəxs3 nalayiq ifadə işlətməsindən sonra isə yaranmış mübahisə və dalaşma prosesində, ictimai qaydanı kobud surətdə pozub, onlara qarşı açıqca etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı, habelə öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, istənilən məsələni zor gücünə həll etmək iqtidarında olmasını nümayiş etdirərək, ictimai yerdə, ətrafda çoxsaylı vətəndaşların yaşamasına məhəl qoymayıb, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edib, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmaqla qərəzli hərəkətlər edib, üzərində olan kəsici-deşici xassəyə malik silah qismində istifadə etdiyi açılıb-qatlanan bıçağını istifadəyə hazır vəziyyətə gətirərək Təqsirləndirilən şəxs1 bıçaqla zor göstərib Zərərçəkmiş şəxs2 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “bel nahiyəsinin sol yarısının 1 ədəd qarın boşluğuna nüfuz edən, sol kürək nahiyəsinin döş boşluğuna nüfuz etməyən 1 ədəd, sol bazu nahiyəsinin orta 1/3-nin 1 ədəd deşilmiş-kəsilmiş yaraları” kimi xəsarətlər yetirdikdən sonra, öz qərəzli zorakı hərəkətlərini bir qrup şəxs halında onların xuliqanlıq hərəkətlərinə qoşulan Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 zor göstərib təpiklə zərbə endirib kənara çəkildikdən sonra, Təqsirləndirilən şəxs3 niyyəti ilə əhatə olunmayan, bununla belə Təqsirləndirilən şəxs1lə Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürülməsinə yönələn hərəkətlərini Təqsirləndirilən şəxs1lə qarşılıqlı uzlaşdıraraq əlindəki bıçaqla hər ikisi yaralı vəziyyətdə olan Zərərçəkmiş şəxs2 əlavə zərbələr endirərək, ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “döş qəfəsinin sağ yan səthinin, sağ orta qoltuqaltı xətti üzrə və döş qəfəsinin sol yan səthinin, sol orta qoltuqaltı xətti üzrə 2 ədəd döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları” kimi xəsarətlər yetirsələr də, Zərərçəkmiş şəxs2 ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən öz iradəsindən asılı olmayan səbəblərdən bilavasitə sonuncunu Təqsirləndirilən şəxs1lə birlikdə öldürməyə yönəlmiş hərəkətlərini başa çatdıra bilməməklə bir qrup şəxs halında xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs2, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmaqla, ictimai yerdə, ətrafda çoxsaylı vətəndaşların yaşamasına məhəl qoymamaqla, ictimai qaydanı kobud surətdə pozan, ona qarşı açıqca etinasızlıq göstərməklə cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozub, şəxsiyyətini ətrafdakıların və qarşı tərəfin şəxsiyyətinin fövqündə qoyub, istənilən məsələni zor gücünə həll etmək iqtidarında olmasını nümayış etdirən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib silah qismində insan sağlamlığına zərər yetirə bilən alətdən, yəni bıçaqdan istifadə etməklə qarşı tərəfdən münaqişədə iştirak edən Zərərçəkmiş şəxs3 ona təpik atması zamanı üzərinə gedib əlindəki bıçaqla zor göstərərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “sağ budun orta 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yaraları” kimi xəsarət yetirməklə xuliqanlıq etmişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs3 atası ilə cəzaçəkmə müəssisəsində birgə cəza çəkib azadlığa çıxdıqdan sonra münasibətləri davam etmiş, Rəmanı da atasına görə tanımış və indiyə kimi cəmi bir neçə dəfə görmüş, Hüseynağa Yaqubovu isə orta məktəb vaxtlarından tanımış, onunla münasibətləri yaxşı olmuş, hətta onunla dostluq da etmiş, azadlığa çıxdıqdan sonra üzərində bıçaq gəzdirdiyindən Hüseynağanın məlumatı olmuş və ona dost hədiyyəsi olaraq qara rəngli bıçaq vermişdir. Təqsirləndirilən şəxs2 isə təxminən 3-4 ildir ki, tanımış, əqidələri və dini təfəkkürləri üst-üstə düşdüyü üçün yaxın dost olmuş, Şahid1 isə orta məktəbdən ilk sinifdən tanımış, belə ki, onunla eyni sinifdə oxumuş və sinif yoldaşı olmuş, İlqar xaraktercə sakit təbiətli biri olmaqla mübahisəyə meylli bir insan olmamış, hətta İlqar ona bir neçə dəfə üzərində bıçaq gəzdirməyinə irad bildirmiş, lakin ehtiyatı əldən verməmək üçün daim üzərində bıçaq olmuşdur. 25 iyul 2020-ci il tarixdə saatını dəqiq xatırlamasa da, havanın qaralmağına 1 saat yarım qalmış Rəman onun 055 870-08-78 saylı mobil nömrəsinə zəng etmiş, Rəmanla münasibəti olduğu üçün ailə qurmağa hazırlaşdığını bilmiş, belə ki, o, təxminən 8 ay əvvəl ona zəng edəndə bir qızla ailə qurmaq məqsədilə tanış olduğunu, könüllü olaraq qaçdıqlarını, amma ailəsinin məlumatı olmadığını bildirmiş, lakin Rəmanın atası Sərraf Mirzəyevlə münasibəti olduğu üçün bu şad xəbəri ona demiş, atası da bu xəbəri normal qarşılamışdır. Rəmanla telefonla danışanda o titrəyişli səslə Xırdalanda yanındakı qızın yanında küçədə onu bir nəfərin vurduğunu demiş, onun qaçırdığı qızla Xırdalan şəhərində yaşadığını bildiyi üçün həmin qızın yanında onu vurduqlarını zənn etmiş, Rəman ona həmin qızın rəfiqəsigilə gedib gəlməsini gözləyən zaman bir nəfərin onlara yaxınlaşıb qapının ağzında dayanmamalarını, yanında xanım olduğu üçün bir az irəli gedib dayanıb xanımının rəfiqəsigilin evinə tərəfə getməyə başlayan vaxt həmin şəxsin yenidən ona yaxınlaşıb «sizə demədim keçin o tərəfə» deyib onu başı ilə vurduğunu, xanımının ona köməklik göstərib birlikdə hadisə yerindən uzaqlaşdıqlarını demişdir. Rəmanın ona zəng etməkdə məqsədi ailəsinin yanında səbəbsiz yerə vurulmasına görə bir böyük qardaş kimi gedib həmin şəxslə söhbət etməsi olmuş, Rəmandan telefonda: «Həmin şəxs nə səbəbdən səni vura bilər?»,- deyə soruşanda o, xanımının onun köynəyini düzəltdiyinə görə ola bilsin ki, həmin şəxsin onları səhv başa düşdüyünü demiş, Rəmana: “Narahat olma, gəlib söhbət edəcəm”,- deyə cavab vermiş, amma özlüyündə gedib normal insan kimi söhbət edib qayıtmağı və Rəmanın da ürəyinin sakitləşəcəyini düşünmüşdür. Birinci məhkumluğundan indiyə qədər ehtiyat məqsədilə həmişə üstündə bıçaq olmuş, həmin vaxt da üstündə Hüseynağanın hədiyyə etdiyi dəstəyi və tiyəsi qara rəngli, dəstəyinin üzərində deşiklər olan bıçaq olmuş, söhbəti aydınlaşdırmaq üçün avtomobili olan dostu Hüseynağaya zəng etsə də, o, cavab vermədiyi üçün avtomobili olan digər dostu Şahid1 zəng edib onu Xırdalan şəhərinə apara bilib-bilməyəcəyini soruşmuş, o, da 20 dəqiqəlik işi olduğunu, onsuz da virusa görə Pirşağı qəsəbəsində yaşadığını, yolüstü onu da düşürə biləcəyini demişdir. İlqarı gözləyən zaman Hüseynağa zəng edib «onsuz yanına gəlirdim, yoldaydım deyə cavab verə bilmədim» deyib harada olduğunu soruşanda ona «Bakcell Arena»-nın yanında olduğunu bildirmiş, İlqar və Hüseynağa gələnədək məsələ aydınlaşdırmağa getdiyindən dostu Təqsirləndirilən şəxs2 zəng edib söhbətə getdikləri üçün ona «həyatdır, hər şey ola bilər, dəstəmazlı gəl» demiş, çünki ikisi də dinə qulluq etdikləri üçün dəstəmazın onları bəladan qoruyacağını, məntiqli qərar verməyə kömək edəcəyini düşünmüşdür. Hüseynağa yanına tez çatdığı üçün mövzu aydınlaşdırmağa gedəcəklərini bilmiş, yəni Rəmanın ona telefonda dediklərini danışanda o, da “gedib söhbəti aydınlaşdırarıq” deyə bildirmiş, amma İlqar yanlarına gələndə məsələ barədə ona məlumat verməmiş, artıq onu geri qaytararsa ayıb olacağını və onu aparıb Rəmanın dava etdiyi yerə düşürüb getməsini düşünmüşdür. Bir müddət sonra Yaşar da gəlmiş, avtomobillərə minəndə dostu İlqarın «Chevrolet Malibu» markalı maşını olduğu üçün onu görənlərin daha hörmətlə qarşılamalarını istədiyi üçün İlqarın avtomobili ilə, Yaşar isə Hüseynağaya məxsus «VAZ 21015» markalı avtomobillə Xırdalan şəhərində “AAAF” parkın yanındakı «Bazarstore» marketinin yanına getmişlər. İlqar sonuna qədər nəyə və hara onu apardığını bilməmiş, Rəmanla danışanda həyəcanlı olduğunu hiss etdiyini güman etmiş, lakin avtomobildə artıq Rəmanla danışarkən ancaq yolu ondan soruşmuşdur. Saat 21 radələrində Rəmanla “AAAF” parkın yanında “Bazarstore” mağazasının avtodayanacağında görüşüb onu uşaqlarla tanış etmiş, İlqara: “Sən artıq get, yolundan qalma, avtomobilimiz var”,- deyib onu onlarla söhbət etməyə dəvət etməmiş və belə fikri olmamış, ona görə də onun getməsini istəmişdir. Rəman mübahisə etdiyi yerin aralıda olduğunu bildirib ora avtomobillə getmək lazım olduğunu deyəndə İlqara: “Sən get, biz Hüseynağanın avtomobili ilə gedərik”,- deyəndə İlqar: “Aparım düşürüm, sonra gedərəm”,- deyə cavab verib getməyin ayıb olduğunu düşündüyü üçün yanlarında qalmış və Rəman da İlqarın avtomobilinə minib yolu göstərmişdir. Rəmana onları görəndə 15-20 metr qabaqcadan deməsini istəmiş, lakin həmin küçəyə çatanda Rəman maşından saqqalı bir oğlanı göstərib onu vuran şəxs olduğunu deyəndə həmin şəxsin tək dayanmadığını və yanında başqa bir nəfərin də olduğunu görmüşdür. Bu vaxt avtomobili idarə edən dostu İlqara: “Dayanma, sağa dön, düz get və sonra dönüb geri qayıdarsan”,- demiş, İlqar və Hüseynağa avtomobilləri bir az irəliyə sürüb geriyə dönüb gəldikləri küçəyə qayıdıb həmin saqqallı oğlandan təxminən 50 metr aralıda avtomobilləri saxlamış və piyada şəkildə həmin şəxslərə yaxınlaşmışlar. Onlara yaxınlaşan zaman qabaqda o özü, yanında Rəman və Yaşar olmuş, Rəmanın göstərdiyi sonradan adının Xəlil olduğunu bildiyi şəxs tək olmamış, yanında sonradan adlarını bildiyi Bahadur və qardaşı Məmməd də olmuş, Hüseynağa və İlqar isə təxminən 2 dəqiqə sonra onlara çatmışlar. Məqsədinin dava olmadığını bildirmək üçün həmin şəxsə çatanda onlarla mülayim formada salamlaşıb Xəlili göstərib: «Rəman, bu qaqaş səni vurub?»- deyə soruşanda Rəman başını yelləmiş, Xəlilə: «Olar bir az qapıdan kənarda söhbət edək?»,deyə müraciət etmiş, Xəlil də: «Ürəyiniz hara istəyir, keçək»,- deyə cavab vermişdir. Həmin vaxt qabaqda o özü getmiş, Rəman da yanında olmuş, o birilər də arxada gəlmiş, Hüseynağa da arxada olmuşdur. Orada olanlar hamısı bir-iki addım atdıqdan sonra Xəlil «görürəm hamınız paltarlarınızı soyunub gəlirsiz» deyə söz atmış, hava isti olduğu üçün onlardan üst geyimi olan gödəkcəsini çıxaran yalnız Rəman olduğu üçün ona: «Kimsə paltarını çıxarıbsa deməli hava istidi»,- deyə cavab vermişdir. Bu vaxt Xəlil səsi uca vəziyyətdə: «Bilirsən bu nə edib? bura nəyə gəldiyinizi bilirsiz?»,- deyə sual verəndə ona elə bunu aydınlaşdırmaq üçün gəldiklərini deyib onu niyə vurduğunu soruşmuş, bu sözündən sonra Xəlil: «Kamera var, gəlin gedək göstərim, onda bilərsiniz»,- deyəndə kamera olduğu üçün söhbətin sülhlə həll olunacağını düşünüb «gəlin gedək» deyə bildirmişdir. Bu vaxt Rəmanın Xəlili göstərən zaman onun yanında dayanmış, sonradan adının Bahadur olduğunu bildiyi şəxs: «Dayanın, əgər sizi kameradakı görüntülərlə səhv çıxarsaq, sizin hamınızın..»,- deyəndə onun sözünü onlar tərəfdə olanlar sözünü yarımçıq qoyub yüksək tonla: «Səsini aşağı sal»,- demiş, onun bu sözü kameraya baxmağa getmələrinə maneçilik törətmişdir. İradlarından sonra Xəlilgil daha da üstlərinə gəlmiş, yəni kameraya baxmanı təxirə salmaq istəmiş, onunla gələn uşaqlara: «Sakit olun, kamera var, baxaq hər şey aydın olacaq»,- deyə müraciət edib ərkyana Xəlilin qolundan tutub: «Qaqa, kameraya baxaq»,- deyib söhbəti sakitləşdirməyə çalışmış, eyni vaxtda onu qardaşını və Bahaduru sakitləşdirməyə çağırmışdır. Xəlillə üzbəüz qaldığı üçün, o ondan 4-5 addım geriyə çəkilib köynəyini şalvarın kəmər hissəsinə kimi qaldırıb əlini belinə qoymuş, lakin həmin vaxt o karıxıb şoklu üzlə ona baxıb əlini bel hissəsində saxlasa da, oradan heç nə çıxarmamış, yəni onun əlində əvvəl bıçaq olmamışdır. Onun bıçaq çıxaracağını düşünüb onu qabaqlayıb özünün üstündə olan bıçağı çıxaranda bu vaxt Xəlil bıçağı görüb qaçmış, hətta həmin vaxt qaçdığına görə bir nəfərin azaldığını düşünmüş, onun qaçdığına baxanda gözü ortalıqda Xəlilin qardaşı Məmmədə sataşmış, ətrafında isə Hüseynağa ilə Rəman olmuş və onlar ondan təxminən 5-6 metr aralıda əlbəyaxa dava etmişlər. Sonra sağ tərəfinə baxanda İlqarın Bahadura arxadan yaxınlaşdığını görmüş, İlqar Bahadurun əlində bıçaq olduğu üçün onu zərərsizləşdirmək məqsədilə tutub yerə atmış, sonra da Bahadur İlqarın üstünə yıxıldığı üçün onlara yaxınlaşanda Bahadurun bıçağının dəstəyinin parıltısını görmüş, sonra əli ilə Bahadurun çiynindən tutub onu İlqarın altına fırladıb geri çəkilmiş, İlqar onu sıxıb saxladığından artıq Bahadurun heç kimə xəsarət yetirməyəcəyini görüb dava olan kütlə tərəfə qayıtmışdır. X10 üz-üzə dayanaraq bir-birini vurduqlarını, həmin vaxt Hüseynağanın əlində parıltılı bır əşya ilə əlini cəld şəkildə zərbələr yetirdiyini görmüş, onun əli yumruq kimi gedib-gəlməmiş, yəni həmin əşya ilə Məmmədə bıçaqla vuran kimi hərəkətlər etmiş, Hüseynağa Məmmədə zərbə yetirib dala çəkilən vaxt Məmməd də ləng hərəkətləri ilə Hüseynağaya əlində parlaq bir əşya ilə zərbələr vurmaq kimi hərəkətlər etmişdir. Onlar tərəfə gedəndə kimsə onu boruya oxşar, lakin nə olduğunu görmədiyi alətlə boyun nahiyəsinə vurmuş, lakin kimin vurduğunu görməmiş, arxaya baxanda isə həmin adam əlində bıçaq görüb geri çəkilmişdir. Özünü toplayıb kütləyə tərəf gedib sağ tərəfdə Xəlili əlində bıçaqla görmüş, ona görə də Xəlilə yaxınlaşıb onun sol çiyin nahiyəsindən bıçaq zərəbələri vurmuş, Xəlilə bıçaq zərbələrini ancaq o vurmuş, Xəlili ondan başqa heç kim bıçaqla vurmamış, Xəlilə ondan başqa heç kim xəsarət yetirməmiş, həmin vaxt yenə də ona arxadan belinə nəsə dəysə də, qaranlıq olduğu üçün kim olduğunu görməmişdir. Bu vaxt sonradan Xəlilin qardaşı olduğunu öyrəndiyi hündürboylu Məmmədlə çiyin-çiyinə dəyib bir-birlərinə baxmış, Məmməd onu vurmaq istəyəndə əlində bıçağı dəqiq görmüş, ondan cəld tərpənib əlindəki bıçaqla onun sol çiyin tərəfinə bir zərbə endirib geri çəkiləndə bir dəfə də yüngül bir zərbə ilə sol çiynindən vurmuş, həmin vaxt Məmməd də onun ürək nahiyəsindən bıçaqla vurub geri çəkilmişdir. Sonra o, uşaqlara «davay maşına» deyə göstəriş vermiş, həmçinin qarşı tərəf də geriyə çəkilmiş, həmin vaxt taqətini itirib yerə yıxılıb kürəyi üstə uzanıb özünü itirdiyini hiss etmiş, bir anlıq Xəlilin üstünə addımladığını və əlində mətbəx bıçağına bənzər bıçaq olduğunu görüb özünü toplayıb ayağa qalxmış və əlindəki bıçaqla onu qarşılamağa hazırlaşmış, lakin Xəlil onun yaralı olduğunu görüb: “Ölürsən, ay bədbəxt”,- deyib arxaya çəkilmiş, o, da Xəlilə: “Elə sən də yaxşı vəziyyətdə deyilsən”,- deyə cavab verib avtomobillərə doğru geri çəkilməyə başlamışlar. Bir qədər çəkiləndən sonra daş üstündə durmuş “VAZ-2106” markalı avtomobilə söykənib üzü maşınlar tərəfə baxanda bir nəfəri yerdə uzanıqlı vəziyyətdə görmüş, bir az gücünü toplayıb həmin yerdə olan şəxsə doğru gedəndə artıq İlqar və Yaşar da yanında olmuş, həmin adamı çevirəndə Hüseynağa olduğunu, can verdiyini və xırıldadığını görmüşdür. İlqarla birlikdə onu qaldırmaq istəsələr də, ikisi də yaralı olduqlarından onu qaldıra bilməyib İlqara gücü olmadığını demişdir. Bu vaxt Rəman onun yanına gəlib onun köynəyini cırıb yarasına baxmış, həmin vaxt ürək nahiyəsindən qan gəlmiş, Rəman Hüseynağanın cibindən açarı götürüb onun avtomobilini sürüb Hüseynağanın yanına sürmüş, İlqar da öz avtomobilinin açarını itirdiyi üçün dava başlayan yerə gedib tapıb yanlarına qayıtmışdır. Onu İlqar, Rəman və Yaşar köməkləşib İlqarın avtomobilin arxa hissəsinə otuzdurmuş, sonra Yaşara və Rəmana Hüseynağanı avtomobilə qoyub arxalarınca gəlmələrini demiş, bundan sonra İlqar onu öz avtomobili ilə Respublika Klinik Xəstəxanasına çatdırandan sonra da oradan onu və İlqarı təcili tibbi yardım avtomobili ilə Sabunçu rayonunda yerləşən xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və birinci instansiya məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs3 atası ilə cəzaçəkmə müəssisəsində birgə cəza çəkib azadlığa çıxdıqdan sonra münasibətləri davam etmiş, Rəmanı da atasına görə tanımış və indiyə kimi cəmi bir neçə dəfə görmüş, Hüseynağa Yaqubovu isə orta məktəb vaxtlarından tanımış, onunla münasibətləri yaxşı olmuş, hətta onunla dostluq da etmiş, azadlığa çıxdıqdan sonra üzərində bıçaq gəzdirdiyindən Hüseynağanın məlumatı olmuş və ona dost hədiyyəsi olaraq qara rəngli bıçaq vermişdir. Təqsirləndirilən şəxs2 isə təxminən 3-4 ildir ki, tanımış, əqidələri və dini təfəkkürləri üst-üstə düşdüyü üçün yaxın dost olmuş, Şahid1 isə orta məktəbdən ilk sinifdən tanımış, belə ki, onunla eyni sinifdə oxumuş və sinif yoldaşı olmuş, İlqar xaraktercə sakit təbiətli biri olmaqla mübahisəyə meylli bir insan olmamış, hətta İlqar ona bir neçə dəfə üzərində bıçaq gəzdirməyinə irad bildirmiş, lakin ehtiyatı əldən verməmək üçün daim üzərində bıçaq olmuşdur. 25 iyul 2020-ci il tarixdə saatını dəqiq xatırlamasa da, havanın qaralmağına 1 saat yarım qalmış Rəman onun (055) 870-08-78 saylı mobil nömrəsinə zəng etmiş, Rəmanla münasibəti olduğu üçün ailə qurmağa hazırlaşdığını bilmiş, belə ki, o, təxminən 8 ay əvvəl ona zəng edəndə bir qızla ailə qurmaq məqsədilə tanış olduğunu, könüllü olaraq qaçdıqlarını, amma ailəsinin məlumatı olmadığını bildirmiş, lakin Rəmanın atası Sərraf Mirzəyevlə münasibəti olduğu üçün bu şad xəbəri ona demiş, atası da bu xəbəri normal qarşılamışdır. Rəmanla telefonla danışanda o titrəyişli səslə Xırdalanda yanındakı qızın yanında küçədə onu bir nəfərin vurduğunu demiş, onun qaçırdığı qızla Xırdalan şəhərində yaşadığını bildiyi üçün həmin qızın yanında onu vurduqlarını zənn etmiş, Rəman ona həmin qızın rəfiqəsigilə gedibgəlməsini gözləyən zaman bir nəfərin onlara yaxınlaşıb qapının ağzında dayanmamalarını, yanında xanım olduğu üçün bir az irəli gedib dayanıb xanımının rəfiqəsigilin evinə tərəfə getməyə başlayan vaxt həmin şəxsin yenidən ona yaxınlaşıb: «Sizə demədim keçin o tərəfə»,- deyib onu başı ilə vurduğunu, xanımının ona köməklik göstərib birlikdə hadisə yerindən uzaqlaşdıqlarını demişdir. Rəmanın ona zəng etməkdə məqsədi ailəsinin yanında səbəbsiz yerə vurulmasına görə bir böyük qardaş kimi gedib həmin şəxslə söhbət etməsi olmuş, Rəmandan telefonda: «Həmin şəxs nə səbəbdən səni vura bilər?»,- deyə soruşanda o, xanımının onun köynəyini düzəltdiyinə görə ola bilsin ki həmin şəxsin onları səhv başa düşdüyünü demiş, Rəmana: “Narahat olma, gəlib söhbət edəcəm”,- deyə cavab vermiş, amma özlüyündə gedib normal insan kimi söhbət edib qayıtmağı və Rəmanın da ürəyinin sakitləşəcəyini düşünmüşdür. Birinci məhkumluğundan indiyə qədər ehtiyat məqsədilə həmişə üstündə bıçaq olmuş, həmin vaxt da üstündə Hüseynağanın hədiyyə etdiyi dəstəyi və tiyəsi qara rəngli, dəstəyinin üzərində deşiklər olan bıçaq olmuş, söhbəti aydınlaşdırmaq üçün avtomobili olan dostu Hüseynağaya zəng etsə də, o, cavab vermədiyi üçün avtomobili olan digər dostu Şahid1 zəng edib onu Xırdalan şəhərinə apara bilib-bilməyəcəyini soruşmuş, o, da 20 dəqiqəlik işi olduğunu, onsuz da virusa görə Pirşağı qəsəbəsində yaşadığını, yolüstü onu da düşürə biləcəyini demişdir. İlqarı gözləyən zaman Hüseynağa zəng edib: «Onsuz yanına gəlirdim, yoldaydım deyə cavab verə bilmədim»,- deyib harada olduğunu soruşanda ona «Bakcell Arena»nın yanında olduğunu bildirmiş, İlqar və Hüseynağa gələnədək məsələ aydınlaşdırmağa getdiyindən dostu Təqsirləndirilən şəxs2 zəng edib söhbətə getdikləri üçün ona: «Həyatdır, hər şey ola bilər, dəstəmazlı gəl»,- demiş, çünki ikisi də dinə qulluq etdikləri üçün dəstəmazın onları bəladan qoruyacağını, məntiqli qərar verməyə kömək edəcəyini düşünmüşdür. Hüseynağa yanına tez çatdığı üçün mövzu aydınlaşdırmağa gedəcəklərini bilmiş, yəni Rəmanın ona telefonda dediklərini danışanda o, da: “Gedib söhbəti aydınlaşdırarıq”,- deyə bildirmiş, amma İlqar yanlarına gələndə məsələ barədə ona məlumat verməmiş, artıq onu geri qaytararsa ayıb olacağını və onu aparıb Rəmanın dava etdiyi yerə düşürüb getməsini düşünmüşdür. Bir müddət sonra Yaşar da gəlmiş, avtomobillərə minəndə dostu İlqarın «Chevrolet Malibu» markalı maşını olduğu üçün onu görənlərin daha hörmətlə qarşılamalarını istədiyi üçün İlqarın avtomobili ilə, Yaşar isə Hüseynağaya məxsus «VAZ-21015» markalı avtomobillə Xırdalan şəhərində “AAAF” parkın yanındakı «Bazarstore» marketinin yanına getmişlər. İlqar sonuna qədər nəyə və hara onu apardığını bilməmiş, Rəmanla danışanda həyəcanlı olduğunu hiss etdiyini güman etmiş, lakin avtomobildə artıq Rəmanla danışarkən ancaq yolu ondan soruşmuşdur. Saat 21 radələrində Rəmanla “AAAF” parkın yanında “Bazarstore” mağazasının avtodayanacağında görüşüb onu uşaqlarla tanış etmiş, İlqara: “Sən artıq get, yolundan qalma, avtomobilimiz var”,- deyib onu onlarla söhbət etməyə dəvət etməmiş və belə fikri olmamış, ona görə də onun getməsini istəmişdir. Rəman mübahisə etdiyi yerin aralıda olduğunu bildirib ora avtomobillə getmək lazım olduğunu deyəndə İlqara: “Sən get, biz Hüseynağanın avtomobili ilə gedərik”,- deyəndə İlqar: “Aparım düşürüm, sonra gedərəm”,- deyə cavab verib getməyin ayıb olduğunu düşündüyü üçün yanlarında qalmış və Rəman da İlqarın avtomobilinə minib yolu göstərmişdir. Rəmana onları görəndə 15-20 metr qabaqcadan deməsini istəmiş, lakin həmin küçəyə çatanda Rəman maşından saqqalı bir oğlanı göstərib onu vuran şəxs olduğunu deyəndə həmin şəxsin tək dayanmadığını və yanında başqa bir nəfərin də olduğunu görmüşdür. Bu vaxt avtomobili idarə edən dostu İlqara: “Dayanma, sağa dön, düz get və sonra dönüb geri qayıdarsan”,- demiş, İlqar və Hüseynağa avtomobilləri bir az irəliyə sürüb geriyə dönüb gəldikləri küçəyə qayıdıb həmin saqqallı oğlandan təxminən 50 metr aralıda avtomobilləri saxlamış və piyada şəkildə həmin şəxslərə yaxınlaşmışlar. Onlara yaxınlaşan zaman qabaqda o özü, yanında Rəman və Yaşar olmuş, Rəmanın göstərdiyi sonradan adının Xəlil olduğunu bildiyi şəxs tək olmamış, yanında sonradan adlarını bildiyi Bahadur və qardaşı Məmməd də olmuş, Hüseynağa və İlqar isə təxminən 2 dəqiqə sonra onlara çatmışlar. Məqsədinin dava olmadığını bildirmək üçün həmin şəxsə çatanda onlarla mülayim formada salamlaşıb Xəlili göstərib: «Rəman, bu qaqaş səni vurub?»,- deyə soruşanda Rəman başını yelləmiş, Xəlilə: «Olar bir az qapıdan kənarda söhbət edək?»,- deyə müraciət etmiş, Xəlil də «Ürəyiniz hara istəyir, keçək»,- deyə cavab vermişdir. Həmin vaxt qabaqda o özü getmiş, Rəman da yanında olmuş, o birilər də arxada gəlmiş, Hüseynağa da arxada olmuşdur. Orada olanlar hamısı bir-iki addım atdıqdan sonra Xəlil: «Görürəm hamınız paltarlarınızı soyunub gəlirsiz»,- deyə söz atmış, hava isti olduğu üçün onlardan üst geyimi olan gödəkcəsini çıxaran yalnız Rəman olduğu üçün ona: «Kimsə paltarını çıxarıbsa - deməli hava istidi»,- deyə cavab vermişdir. Bu vaxt Xəlil səsi uca vəziyyətdə: «Bilirsən bu nə edib? bura nəyə gəldiyinizi bilirsiz?»,- deyə sual verəndə ona elə bunu aydınlaşdırmaq üçün gəldiklərini deyib onu niyə vurduğunu soruşmuş, bu sözündən sonra Xəlil: «Kamera var, gəlin gedək göstərim, onda bilərsiniz»,- deyəndə kamera olduğu üçün söhbətin sülhlə həll olunacağını düşünüb: «Gəlin gedək»,- deyə bildirmişdir. Bu vaxt Rəmanın Xəlili göstərən zaman onun yanında dayanmış, sonradan adının Bahadur olduğunu bildiyi şəxs: «Dayanın, əgər sizi kameradakı görüntülərlə səhv çıxarsaq, sizin hamınızın…»,- deyəndə onun sözünü onlar tərəfdə olanlar sözünü yarımçıq qoyub yüksək tonla: «Səsini aşağı sal»,- demiş, onun bu sözü kameraya baxmağa getmələrinə maneçilik törətmişdir. İradlarından sonra Xəlilgil daha da üstlərinə gəlmiş, yəni kameraya baxmanı təxirə salmaq istəmiş, onunla gələn uşaqlara: «Sakit olun, kamera var, baxaq - hər şey aydın olacaq», deyə müraciət edib ərkyana Xəlilin qolundan tutub: «Qaqa, kameraya baxaq»,- deyib söhbəti sakitləşdirməyə çalışmış, eyni vaxtda onu, qardaşını və Bahaduru sakitləşdirməyə çağırmışdır. Xəlillə üzbəüz qaldığı üçün, o ondan 4-5 addım geriyə çəkilib köynəyini şalvarın kəmər hissəsinə kimi qaldırıb əlini belinə qoymuş, lakin həmin vaxt o karıxıb şoklu üzlə ona baxıb əlini bel hissəsində saxlasa da, oradan heç nə çıxarmamış, yəni onun əlində əvvəl bıçaq olmamışdır. Onun bıçaq çıxaracağını düşünüb onu qabaqlayıb özünün üstündə olan bıçağı çıxaranda bu vaxt Xəlil bıçağı görüb qaçmış, hətta həmin vaxt qaçdığına görə bir nəfərin azaldığını düşünmüş, onun qaçdığına baxanda gözü ortalıqda Xəlilin qardaşı Məmmədə sataşmış, ətrafında isə Hüseynağa ilə Rəman olmuş və onlar ondan təxminən 5-6 metr aralıda əlbəyaxa dava etmişlər. Sonra sağ tərəfinə baxanda İlqarın Bahadura arxadan yaxınlaşdığını görmüş, İlqar Bahadurun əlində bıçaq olduğu üçün onu zərərsizləşdirmək məqsədilə tutub yerə atmış, sonra da Bahadur İlqarın üstünə yıxıldığı üçün onlara yaxınlaşanda Bahadurun bıçağının dəstəyinin parıltısını görmüş, sonra əli ilə Bahadurun çiynindən tutub onu İlqarın altına fırladıb geri çəkilmiş, İlqar onu sıxıb saxladığından artıq Bahadurun heç kimə xəsarət yetirməyəcəyini görüb dava olan kütlə tərəfə qayıtmışdır. X10 üz-üzə dayanaraq bir-birini vurduqlarını, həmin vaxt Hüseynağanın əlində parıltılı bır əşya ilə əlini cəld şəkildə zərbələr yetirdiyini görmüş, onun əli yumruq kimi gedib-gəlməmiş, yəni həmin əşya ilə Məmmədə bıçaqla vuran kimi hərəkətlər etmiş, Hüseynağa Məmmədə zərbə yetirib dala çəkilən vaxt Məmməd də ləng hərəkətləri ilə Hüseynağaya əlində parlaq bir əşya ilə zərbələr vurmaq kimi hərəkətlər etmişdir. Onlar tərəfə gedəndə kimsə onu boruya oxşar, lakin nə olduğunu görmədiyi alətlə boyun nahiyəsinə vurmuş, lakin kimin vurduğunu görməmiş, arxaya baxanda isə həmin adam əlində bıçaq görüb geri çəkilmişdir. Özünü toplayıb kütləyə tərəf gedib sağ tərəfdə Xəlilin kiminsə qabağında olduğunu görüb onun qabağında onlardan kiminsə qısılmış vəziyyətdə Xəlilin bıçağını tutduğunu görmüş, amma Xəlilin qarşısındakının kim olduğunu bilməmiş, ona görə də Xəlilə yaxınlaşıb onun sol çiyin nahiyəsindən iki dəfə bıçaqla vurmuş, həmin vaxt yenə də ona arxadan belinə nəsə dəysə də, qaranlıq olduğu üçün kim olduğunu görməmişdir. Bu vaxt sonradan Xəlilin qardaşı olduğunu öyrəndiyi hündürboylu Məmmədlə çiyin-çiyinə dəyib bir-birlərinə baxmış, Məmməd onu vurmaq istəyəndə əlində bıçağı dəqiq görmüş, ondan cəld tərpənib əlindəki bıçaqla onun sol çiyin tərəfinə bir zərbə endirib geri çəkiləndə bir dəfə də yüngül bir zərbə ilə sol çiynindən vurmuş, həmin vaxt Məmməd də onun ürək nahiyəsindən bıçaqla vurub geri çəkilmişdir. Sonra o, uşaqlara: «Davay maşına»,- deyə göstəriş vermiş, həmçinin qarşı tərəf də geriyə çəkilmiş, həmin vaxt taqətini itirib yerə yıxılıb kürəyi üstə uzanıb özünü itirdiyini hiss etmiş, bir anlıq Xəlilin üstünə addımladığını və əlində mətbəx bıçağına bənzər bıçaq olduğunu görüb özünü toplayıb ayağa qalxmış və əlindəki bıçaqla onu qarşılamağa hazırlaşmış, lakin Xəlil onun yaralı olduğunu görüb: “Ölürsən, ay bədbəxt”, deyib arxaya çəkilmiş, o, da Xəlilə: “Elə sən də yaxşı vəziyyətdə deyilsən”, - deyə cavab verib avtomobillərə doğru geri çəkilməyə başlamışlar. Bir qədər çəkiləndən sonra daş üstündə durmuş “VAZ-2106” markalı avtomobilə söykənib üzü maşınlar tərəfə baxanda bir nəfəri yerdə uzanıqlı vəziyyətdə görmüş, bir az gücünü toplayıb həmin yerdə olan şəxsə doğru gedəndə artıq İlqar və Yaşar da yanında olmuş, həmin adamı çevirəndə Hüseynağa olduğunu, can verdiyini və xırıldadığını görmüşdür. İlqarla birlikdə onu qaldırmaq istəsələr də, ikisi də yaralı olduqlarından onu qaldıra bilməyib İlqara gücü olmadığını demişdir. Bu vaxt Rəman onun yanına gəlib onun köynəyini cırıb yarasına baxmış, həmin vaxt ürək nahiyəsindən qan gəlmiş, Rəman Hüseynağanın cibindən açarı götürüb onun avtomobilini sürüb Hüseynağanın yanına sürmüş, İlqar da öz avtomobilinin açarını itirdiyi üçün dava başlayan yerə gedib tapıb yanlarına qayıtmışdır. Onu İlqar, Rəman və Yaşar köməkləşib İlqarın avtomobilin arxa hissəsinə otuzdurmuş, sonra Yaşara və Rəmana Hüseynağanı avtomobilə qoyub arxalarınca gəlmələrini demiş, bundan sonra İlqar onu öz avtomobili ilə Respublika Klinik Xəstəxanasına çatdırandan sonra da oradan onu və İlqarı təcili tibbi yardım avtomobili ilə Sabunçu rayonunda yerləşən xəstəxanaya aparmışlar. Davada sonadək iştirak edib davanın sonuna yaxın yaralandığını bilmiş, Zərərçəkmiş şəxs1la sol çiyinləri ilə toqquşduqları üçün onun bədənində xəsarət olub-olmadığına fikir verə bilməmiş, həmçinin həmin vaxt hava qaranlıq olmuş və dava gedən yerdə işıqlandırma olmamışdır. Hadisə zamanı onun bıçağı olmuş, Hüseynağada da bıçaq olduğunu görmüş, ilkin ifadəsində həm hadisənin şokunda və yaralı olduğundan, həm də həbs olunduğundan istintaq təcridxanasına tez getmək istəmiş, həmçinin Xəlilə və Məmmədə ifadəsində göstərdiyi sayda bıçaq zərbələri vurduğundan Məmmədin onun vurduğu bıçaq zərbəsindən öldüyünü düşünüb bıçağın yalnız onda olduğunu demiş, lakin rəylərlə tanış olandan sonra bunların hamısını özü yetirmədiyini düşünmüş, sonradan hadisəni yadına salıb Hüseynağanın da əlində bıçaq olduğunu xatırlamışdır. Hüseynağanın bıçağı onun bıçağına oxşamış, bağlı vəziyyətdə elə onun bıçağı uzunluğunda, tiyəsi isə gümüş rəngində, üzərində mişar formalı ülgüclü olmuş, amma Hüseynağanın bıçağı onun bıçağından təxminən 3 sm uzun olmuş, Hüseynağa can verən vaxt onun yanında və ya əlində bıçağın olmasına fikir verməmiş, hazırda da həmin bıçağın harada olduğunu bilməmişdir. Yaşarı əvvəl dava başlayanda və sonda «VAZ-2106» markalı avtomobilin yanında yıxılanda görmüş, amma onun hərəkətləri, kimə nə xəsarət yetirdiyini görməmişdir. Hüseynağanın avtomobilindəki karton parçasından dava vaxtı istifadə edilməmiş, hadisə vaxtı İlqarın onu çağırmasını eşitməmiş, İlqar Bahadurun bıçağını tutarkən Xəlilin gəlib İlqarın ürək nahiyəsinə vurmasını görməmiş, Xəlilin kiminsə qabağında olduğunu görüb onun qabağında özlərindən kiminsə qısılmış vəziyyətdə Xəlilin bıçağını tutduğunu başa düşsə də, qaranlıq olduğundan kim olduğunu görə bilməmiş, ona görə də Xəlilə yaxınlaşıb onun sol çiyin nahiyəsindən iki dəfə bıçaqla vurmuş, İlqarın göstərdiyi kimi, əgər o həmin vaxt Bahadurun bıçağını tutmuşsa və Xəlil həmin vaxt ona yaxınlaşaraq ürək nahiyəsinə zərbə vurmuşsa, onda o, həmin məqamı xatırlamamışdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.2 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, özünü ancaq Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 4-5 ildir tanımış və onunla yaxın dost münasibəti olmuşdur. 25 iyul 2020-ci il tarixdə saat 19 radələrində Tural ona zəng edərək “8-ci km” bazarının qarşısındakı “Heydər Əliyev” adına parka gəlməyini xahiş etmiş, ondan nə olduğunu soruşanda o, ona: “Xeyir olar inşallah, sən evdən çıxanda dəstəmaz al”,- demiş, o, da dəstəmaz alıb oğlu Nozər Mövsümlünün bir neçə il əvvəl aldığı tiyəsi 3 sm olan açılıb-bağlanan qara rəngli bıçağı götürüb cibinə qoyub evdən çıxmış, həmin bıçağı həmişə üzərində gəzdirsə də, Turalın onu hara və nəyə dəvət etdiyini bilməmişdir. Təxminən 40 dəqiqə sonra Tural ilə təyin olunan yerdə görüşəndə Turalın yanında tanıdığı, onun tanışları Hüseynağa və İlqar da olmuş, nə məsələ olduğunu Turaldan soruşduqda o, ona Rəman adlı tanışının Xırdalan şəhərində problemi yarandığını və köməyə ehtiyacı olduğunu, yəni Rəmanın küçədə həyat yoldaşı ilə olarkən həmin küçədə yaşayan bir kişinin onlara sataşdığını və bu səbəbdən aralarında problem yarandığını demiş, Rəmanı şəxsən tanımasa da, onun haqqında Turaldan əvvəlcədən eşitmiş, Rəmanın əvvəlcədən qız qaçırdığını və bunun üçün problem yaşadığını Turaldan öyrənmişdir. Onlar iki avtomobillə oradan Xırdalan şəhərinə yola düşmüş, avtomobildən biri “VAZ-21015” markalı minik avtomobili Hüseynağaya, digəri isə “Chevrolet” markalı minik avtomobili İlqara məxsus olmuş, o, Hüseynağanın, Tural isə İlqarın avtomobilində Xırdalan şəhərinə gəlmişlər. Xırdalan şəhərində “BazarStore” marketinin yanında Rəmanla görüşəndə məsələ onlara aydın olmuş, həmin vaxt Rəman Turalın dediyini onlara təsdiqləyərək həyat yoldaşı ilə kirayə ev axtardığını və bu məqsədlə ona sataşılan ərazidə bir nəfər şəxslə mübahisəsi olduğunu, yəni həmin şəxsin ona kəllə ilə baş nahiyəsindən vurduğunu demişdir. Rəmana: “Biz özümüz söhbət formasında məsələni aydınlaşdıracayıq”,- deyib əl-qol atıb məsələni şişirtməməsini, yəni sadəcə söhbətə getdiklərini bildirmiş və bundan sonra söhbəti sakit formada həll etmək üçün Rəmanla mübahisə yaradan şəxslərin yaşadığı ünvana getmiş, amma Xırdalan şəhərini tanımadığından həmin evin harada yerləşdiyini bilməmişdir. Rəman orada olan təxminən 40 yaşlı saqqallı bir kişini, adının sonradan Xəlil olduğunu bildiyi şəxsi əli ilə göstərərək mübahisəsinin onunla yarandığını demiş, həmin iki şəxsdən biri Xəlil, digəri isə adını sonradan bildiyi Bahadur olduğunu, onlarla salamlaşdıqdan sonra Xəlil həmin vaxt onlara müraciət edərək uca səslə və əlləri ilə jestlər edərək: “Bilirsiniz niyə gəlmisiniz? ....... (nəlayiq ifadə işlədib) söhbətinə gəlmisiniz?”, - demiş, sonra Rəmana, arxada gələn Hüseynağaya və İlqara əli ilə göstərərək: “Soyunub gəlirsiz, nə üçün soyunursuz? davaya gəlmisiniz?”, - deyə bildirmiş, həmin vaxt onun cavabını Rəman özü verib: “Hava istidir, onun üçün soyunmuşam”, - demişdir. Xəlilə gülə-gülə bir az səbirli və təmkinli olmasını deyib qıraqda söhbət etməyi təklif etmiş, Xəlil də yumşalıb: “Olar birinizlə çəkilək bir qırağa söhbət edək”, - deyəndə ona Tural ilə danışmağı təklif etmişdir. Bundan sonra Tural Xəlilə yaxınlaşıb onunla təkbətək söhbət etmək üçün onlardan təxminən 4-5 metr uzaqlaşmış, həmin vaxt onların, yəni onun, Hüseynağanın, Rəmanın və İlqarın yanında tək qalan Bahadur Xəlilə və Turala: “Dayanın bir dəqiqə, əgər biz dediyimiz çıxsa sizin hamınızın…”, - deyib nalayiq ifadə işlətmişdir. Bundan sonra onun yanında olan yoldaşlar narazılıq etməyə başlamış, hətta Hüseynağa hirslənib yumruğunu sıxmış, artıq dava düşəcəyini hiss edib yenə də yoldaşları aralayaraq sakitləşdirmək istəmiş, həmin vaxt Bahadurun söyüşünü sonraya saxlayıb aranı sakitləşdirmək fikrində olmuş, həm də Xəlil Rəmanın yanındakı qızı “......” nəlayiq sözlə adlandırsa da, Rəman onlara həmin qadının onun yoldaşı olduğunu demişdir. Bu vaxt Tural və Xəlil artıq onlara çatanda yaxınlıqda daşın üzərində oturmuş Xəlilin qardaşı mərhum Məmməd də yaxınlaşmış və aralarında davadalaş başlamış, hamı bir-birinə təpik-yumruq vurmuş, o özü isə tək ortada qalıb kimi ayırmaq lazım olduğunu bilməmiş, Məmməd yaxınlaşanda bir ağsaqqal kişi olduğu üçün ayırmağa gəldiyini zənn etmişdir. Bir anlıq Bahadurla üz-üzə gələndə onun sol əlində bıçaq olduğunu və üstünə hücum etmək istədiyini görmüş, Bahadur onun sinə nahiyəsindən təpiklə vurduğundan zərbənin təsirindən yerə yıxılıb sağ dirsəyini əzmiş, yerdə olmağından istifadə edərək Bahadur üstünə hücuma keçib əlindəki bıçaqla onu vurmaq istəmiş, o, da bunun qarşısını almış, yəni sol əli ilə onun sol əlindəki bıçağı tutub yavaş-yavaş ayağa qalxmağa başlamış, həmin vaxt sol əlindən xəsarət almışdır. Bu vaxt Bahadur onu bir neçə dəfə sağ əli ilə yumruqla baş nahiyəsindən vurmuş, o, da sağ əli ilə belindən özü ilə gətirdiyi qara rəngli düymə ilə açılan bıçağı çıxarıb açaraq ayağa qalxdıqdan sonra sağ əli ilə Bahadurun bıçaq tutduğu sol əlinə bir dəfə zərbə endirmiş, hətta xırçıltısını da eşitmiş, bundan sonra Bahadur geri çəkiləndə arxaya gedərək ayağı ilişib yerə yıxılmış, yanı üstə oturaraq onun üstünə getməməyi üçün əlini qaldırıb dayanmağını işarə edən hərəkətlər etmiş, o, da onun üstünə daha getməmişdir. Bahadurdan bir neçə addım aralaşaraq yoldaşlarını axtarmağa başlamış, həmin vaxt Rəmanı yanında, Tural və İlqarı ayaq üstə görmüş, yenidən Bahadurun üstünə gəlməməsi üçün o, hələ də yerdə oturmuşdur. Turalın qolundan tutub özünə tərəf çəkərək onu oradan uzaqlaşdırmaq istəyəndə onun sinə nahiyəsində xəsarət olduğunu görmüş, sonra da İlqarı qolundan tutub eynı şəkildə aralaşdıranda onun da sinə nahiyəsində xəsarət olmuş, sonra bir az aralaşdıqdan sonra Hüseynağanı görmədiyi üçün onu soruşanda Rəman ona əli ilə göstərib yerdə olduğunu demişdir. Hamını geri çəkərək orada hadisə vaxtı daşlar üzərində olan «VAZ-2106» markalı avtomobilin yanında Hüseynağanı yerdə dizləri üstə, ayaqları qatlanmış, başı arxa vəziyyətdə görüb qucaqlayanda onun ağzından və burnundan qan gəlmiş və o xırıldamışdır. Geri baxanda Turalı da qeyd etdiyi «VAZ-2106» markalı avtomobilə halsız, sanki huşunu itirən vəziyyətdə söykəndiyini görmüş, Hüseynağaya kömək etmək istəsə də, ona artıq onun öldüyü deyilmiş, o, da onun başını buraxıb digərlərinə yardım etmişdir. Ətrafa yığışan qonşulardan təcili tibbi yardım xidmətinə zəng etməyi xahiş edəndə artıq məlumat verildiyi deyilmiş, Hüseynağanın yanında bir müddət durub təcili yardım gəlməsini gözləyəndə də orada olan tanımadığı bir qadın onun qanlı əlini sarımış, elə həmin vaxtda Turalın yerə yıxıldığını görmüşdür. Rəman Hüseynağaya məxsus “VAZ-21015” markalı avtomobilə minib yanlarına sürmüş, Hüseynağanı qaldırmağa cəhd etsə də, artıq təcili yardım avtomobili gəldiyi üçün Turalı götürməyin vacib olduğunu dedikdə Rəman onun təcili tibbi yardım avtomobili ilə aparılacağını demiş, bundan sonra Hüseynağanı buraxıb onun avtomobilinə əyləşib Rəmanla birlikdə Respublika Klinik Xəstəxanasına getmiş və bundan sonra Rəmanı görməmiş, xəstəxanada ona ilkin tibbi yardım göstərilərək yaralı əli sarınmışdır. Rəmanın yaşlı kişi tərəfindən yoldaşının yanında vurulması ona inandırıcı görünmədiyi üçün onun əl-qol atmasına ehtimal olmasa da, onu tanımadığından: “Biz özümüz söhbət formasında məsələni aydınlaşdıracayıq, əl-qol atıb məsələni şişirtmə”,- demişdir. Əvvəlki ifadəsində Turalın Xəlilə yaxınlaşıb onunla təkbətək söhbət etmək üçün onlardan təxminən 5-10 metr uzaqlaşdığını, bu zaman orada oturan tanımadığı bir nəfərin Turala yaxınlaşaraq onu vurmaq istədiyini, onların da bundan sonra yaxınlaşdıqlarını, aralarında dava-dalaş başladığını, həmin vaxt Xəlillə üzbəüz qalıb onunla əlbəyaxa olduğunu, hətta onun zərbəsinin təsirindən yıxıldığını, yerdə olarkən o əlini arxa cibinə salaraq nəsə çıxarıb üstünə gəldiyi vaxt onun sol əlini qabağa verərək Xəlilin sağ əlindəki əşyasının ona dəyməsinin qarşısını almaq istədiyini, həmin vaxt əlindən xəsarət aldığın, lakin hadisə zamanı şokda olduğundan hiss etmədiyini və hadisə bitdikdən sonra xəsarətini gördüyünü, özünü müdafiə etmək üçün sağ cibində gəzdirdiyi tiyəsi təxminən 3 sm olan düymə ilə açılıb-bağlanan qara rəngli bıçağı çıxarıb Xəlilin bədəninin müxtəlif nahiyələrinə həmin bıçaqla xəsarət yetirdiyini, bundan sonra Xəlilin ondan aralanıb dava gedən yerdə kütləyə tərəf getdiyini göstərmişdir. Lakin həmin gün ifadə verəndə şokda olmuş, hadisənin və Hüseynağanın ölməsinin təsirindən özündə olmamış, tutulmağının və ailə-uşağın fikrində olduğundan həmin formada ifadə vermiş, hadisə vaxtı iştirak edən şəxslərin adlarını da daha sonra bilmiş və buna görə də elə formada ifadə vermişdir. O, Bahadurdan başqa heç kimi bıçaqla vurmamış, Xəlilin bədəni üzərindəki xəsarətlərin heç biri onun tərəfindən yetirilməmiş, Xəlilə kim tərəfindən xəsarət yetirilidyini bilmir, ümumiyyətlə dava zamanı Xəlillə üz-üzə gəlməmiş, Xəlilə qarşı heç bir qanunsuz hərəkətə yol verməmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və birinci instansiya məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 4-5 ildir tanımış və onunla yaxın dost münasibəti olmuşdur. 25 iyul 2020-ci il tarixdə saat 19 radələrində Tural ona zəng edərək “8-ci km» bazarının qarşısındakı “Heydər Əliyev” adına parka gəlməyini xahiş etmiş, ondan nə olduğunu soruşanda o, ona: “Xeyir olar inşallah, sən evdən çıxanda dəstəmaz al”,- demiş, o, da dəstəmaz alıb oğlu Nozər Mövsümlünün bir neçə il əvvəl aldığı tiyəsi 3 sm olan açılıb-bağlanan qara rəngli bıçağı götürüb cibinə qoyub evdən çıxmış, həmin bıçağı həmişə üzərində gəzdirsə də, Turalın onu hara və nəyə dəvət etdiyini bilməmişdir. Təxminən 40 dəqiqə sonra Tural ilə təyin olunan yerdə görüşəndə Turalın yanında onun tanışları Hüseynağa və İlqar da olmuş, nə məsələ olduğunu Turaldan soruşduqda, sonuncu ona Rəman adlı tanışının Xırdalan şəhərində problemi yarandığını və köməyə ehtiyacı olduğunu, yəni Rəmanın küçədə həyat yoldaşı ilə olarkən həmin küçədə yaşayan bir kişinin onlara sataşdığını və bu səbəbdən aralarında problem yarandığını demiş, Rəmanı şəxsən tanımasa da, onun haqqında Turaldan əvvəlcədən eşitmiş, Rəmanın əvvəlcədən qız qaçırdığını və bunun üçün problem yaşadığını Turaldan öyrənmişdir. Onlar iki avtomobillə oradan Xırdalan şəhərinə yola düşmüş, avtomobildən biri - “VAZ-21015” markalı minik avtomobili Hüseynağaya, digəri isə - “Chevrolet” markalı minik avtomobili İlqara məxsus olmuş, o, Hüseynağanın, Tural isə İlqarın avtomobilində Xırdalan şəhərinə gəlmişlər. Xırdalan şəhərində “BazarStore” marketinin yanında Rəmanla görüşəndə məsələ onlara aydın olmuş, həmin vaxt Rəman Turalın dediyini onlara təsdiqləyərək həyat yoldaşı ilə kirayə ev axtardığını və bu məqsədlə ona sataşılan ərazidə bir nəfər şəxslə mübahisəsi olduğunu, yəni həmin şəxsin ona kəllə ilə baş nahiyəsindən vurduğunu demişdir. Rəmana: “Biz özümüz söhbət formasında məsələni aydınlaşdıracayıq”, - deyib əl-qol atıb məsələni şişirtməməsini, yəni sadəcə söhbətə getdiklərini bildirmiş və bundan sonra söhbəti sakit formada həll etmək üçün Rəmanla mübahisə yaradan şəxslərin yaşadığı ünvana getmiş, amma Xırdalan şəhərini tanımadığından həmin evin harada yerləşdiyini bilməmişdir. Saat 22 radələrində oraya çatanda Rəman küçədə oturan təxminən 40 yaşlı saqqallı bir kişini əl ilə göstərərək mübahisəsinin onunla yarandığını demiş, bundan sonra Tural həmin kişiyə yaxınlaşıb onunla təkbətək söhbət etmək üçün onlardan təxminən 5-10 metr uzaqlaşmış, amma bu zaman orada oturan tanımadığı bir nəfər Turala yaxınlaşaraq onu vurmaq istəmişdir. Onlara yaxınlaşdıqdan sonra aralarında dava-dalaş başlamış, dava zamanı o, Rəmanın göstərdiyi saqqallı kişi ilə üzbəüz qalıb onunla əlbəyaxa olmuş, hətta onun endirdiyi zərbənin təsirindən yıxılmışdır. Yerdə olarkən həmin saqqalı şəxs əlini arxa cibinə salaraq nəsə çıxarıb üstünə gələndə həmin vaxt sol əlini qabağa verərək onun sağ əlindəki əşyanın ona dəyməsinin qarşısını almaq istəyərkən özü əlindən xəsarət almış, lakin hadisə zamanı şokda olduğundan hiss etməmiş, hadisə bitdikdən sonra xəsarətini görmüşdür. Özünü müdafiə etmək üçün sağ cibində gəzdirdiyi tiyəsi təxminən 3 sm olan düymə ilə açılıb-bağlanan qara rəngli bıçağı çıxarıb qarşısındakı şəxsin bədəninin müxtəlif nahiyələrinə həmin bıçaqla xəsarət yetirmiş və ondan aralanıb dava gedən yerdə kütləyə tərəf getmişdir. O, özü də qalxıb həmin yerə getmiş, ətrafa nəzər saldıqda Hüseynağanı yerdə üzü qanlı vəziyyətdə görüb ona yaxınlaşmış, Turalı, İlqarı və Rəmanı isə ayaq üstə görmüş, həmin vaxt dava səngimişdir. Hüseynağanın vəziyyətini öyrənmək üçün ona yaxınlaşanda xırıldadığını görmüş, Hüseynağa boyun nahiyəsindən xəsarət almış və həmin yaradan sürətli şəkildə qan axmışdır. Təcili tibbi yardım çağırılması üçün ətrafdakı şəxslərə müraciət etsə də, bəziləri artıq Hüseynağanın öldüyünü demiş, orada olan qadınlardan kimsə onun qanayan əlini sarımış, elə həmin vaxtda da Turalın yerə yıxıldığını görmüş, Tural sol döş nahiyəsindən, İlqar isə xatırladığı qədər ilə sağ döş nahiyəsindən xəsarət almışdır. O, Rəmanla birlikdə Hüseynağaya məxsus “Vaz 21015” markalı avtomobilə minəndə o, Turalı götürməyin vacib olduğunu dedikdə Rəman onun təcili tibbi yardım avtomobili ilə aparılacağını demiş və maşını idarə edərək onu Respublika Klinik Xəstəxanasına aparmışdır. Xəstəxanada ona ilkin tibbi yardım göstərilmiş, evə gedəndən sonra hadisə vaxtı əynində olan paltarları dəyişmiş və saat 23:57-də polis əməkdaşları zəng edib onu Abşeron rayon Polis İdarəsinə dəvət etmiş, onlara gəlib onu götürmələrini xahiş etdiyi üçün təxminən 30 dəqiqə sonra bir nəfər polis əməkdaşı şəxsi avtomobili ilə onu əvvəlcə Bakı şəhər 3 saylı xəstəxanaya, daha sonra isə Abşeron rayon Prokurorluğuna gətirmişdir. Dava vaxtı heç kəsin əlində bıçaq görməmiş, lakin o, xəsarət yetirdiyi şəxs cibindən nəsə çıxarsa da, bıçaq və yaxud başqa bir əşya olduğunu ayırd edə bilməmiş, münaqişə vaxtı onlar tərəfdən 5 nəfər, yəni o, İlqar, Rəman, Hüseynağa və Tural iştirak etmiş, qarşı tərəfdən isə dava vaxtı xatırladığı qədəri ilə çox adam iştirak etmiş, tək qarşı-qarşıya qaldığı şəxsin xarici görünüşünü xatırlamış, o, uzunboylu, saqqallı, təxminən 40 yaşlı Xəlil adında bir kişi olmuşdur. Ona xəsarəti çox güman ki, Xəlil yetirmiş, çünki onunla əlbəyaxa olduqdan sonra yerə yıxılmış, daha sonra Xəlil nə isə arxa tərəfdən çıxardığı vaxt həmin əşyanı tutmaq istəyəndə xəsarət almışdır. Turala, Hüseynağaya, İlqara hadisə vaxtı kimin xəsarət yetirdiyini görməmiş, Rəmanla mübahisə yaradan saqqallı şəxsə, yəni Xəlilə neçə dəfə bıçaq xəsarəti yetirdiyini dəqiq bilməmiş, onun qoluna bir dəfə bıçaq dəydiyini xatırlamış, digər hərəkətləri ilə öz bıçağını sağa və sola havada hərəkətlər edərək özünü müdafiə etmiş, daha sonra onun harasına və nə qədər bıçaq xəsarəti dəydiyini, yaxud sonradan ona kiminsə xəsarət yetirməsi barədə məlumatı olmamışdır. Hadisə vaxtı mərhum Zərərçəkmiş şəxs1, həm də kimin kimə xəsarət yetirdiyini görməmiş və dava səngiyəndən sonra bıçağı hadisə yerində atmışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi digər ifadəsində göstərmişdir ki, ekspeditor işlədiyi üçün üzərində işdə meyvə kəsmək üçün həmişə oğlu Nozər Mövsümlünün bir neçə il əvvəl aldığı tiyəsi təxmini 3 sm olan açılıb-bağlanan qara rəngli bıçaq olmuş, Xırdalan şəhərinə getmək üçün Hüseynağanın avtomobilinə əyləşməmişdən əvvəl Hüseynağa onu öz avtomobilinin yük hissəsinə tərəf çağıraraq yük yerini açıb orada olan preslənmiş karton kağızını göstərib özü işdə düzəltdiyini, içində dəmir olmasa da, möhkəm olduğunu deyib həmin əşyanı gətirib onun oturacağı yerdə sağ tərəfinə yerə qoymuş, ondan buna nə ehtiyac olduğunu soruşanda: «Dava olsa istifadə edərik»,- deyə cavab vermiş, ona dava etməyə deyil, söhbətə getdiklərini demişdir. Həmin gün onun sərt karantin rejimində hərəkət etmək üçün icazəsi olmamış, həmin gün SMS icazə alanda ona imtina cavabı gəlmışdır. Yolda Hüseynağanın üzündə olan tibb maskasının ipi qırıldığı üçün o, sol əli ilə bıçaq çıxarıb maskada yeni deşik açıb öz maskasını bərpa etmiş, amma bıçağın heç bir əlaməti, yəni rəngi, növü, açılma mexanizmi yadında qalmamış, sonra Hüseynağa həmin bıçağı yerinə qoyub üstünə bərkitmişdir. Hadisə yerinə gələndən sonra o və Tural bir yerdə digərlərinə nisbətən irəlidə gedərək yol kəsişməsində divara söykənmiş iki nəfər şəxsə doğru getmiş, Turaldan hansı olduğunu soruşanda o, Xəlilə göstərmiş, orada olan abu-havanı hiss edib: “Gəl sülhlə, söhbətlə həll edək, heç kim heç kimə əl atmasın”,- deyib Turala söhbəti özünün etməsini bildirmişdir. Həmin yoldaşları tünlük yerdən bir kənara çıxararaq sakit bir yerdə, hətta yaxınlıqda çayxana olsa orada söhbət etməyi düşünmüş, çünki həmin yer məhəllə içi olmuş və ətrafda orada yaşayan insanlar, hətta uşaqlar olmuşdur. Rəman orada olan təxminən 40 yaşlı saqqallı bir kişini, adının sonradan Xəlil olduğunu bildiyi şəxsi əli ilə göstərərək mübahisəsinin onunla yarandığını demiş, həmin iki şəxsdən biri Xəlil, digəri isə adını sonradan bildiyi Bahadur olmuş, onlarla salamlaşdıqdan sonra Xəlil həmin vaxt onlara müraciət edərək uca səslə və əlləri ilə jestlər edərək: “Bilirsiniz niyə gəlmisiniz? .....(nəlayiq ifadə) söhbətinə gəlmisiniz?”,- sonra Rəmana, arxada gələn Hüseynağaya və İlqara əli ilə göstərərək “Soyunub gəlirsiz, nə üçün soyunursuz? davaya gəlmisiniz?”,- deyə bildirmiş, həmin vaxt onun cavabını Rəman özü verib: “Hava istidir, onun üçün soyunmuşam”, demişdir. Xəlilə gülə-gülə bir az səbirli və təmkinli olmasını deyib qıraqda söhbət etməyi təklif etmiş, Xəlil də yumşalıb: “Olar, birinizlə çəkilək bir qırağa söhbət edək”,- deyəndə ona Tural ilə danışmağı təklif etmişdir. Bundan sonra Tural Xəlilə yaxınlaşıb onunla təkbətək söhbət etmək üçün onlardan təxminən 4-5 metr uzaqlaşmış, həmin vaxt onların, yəni onun, Hüseynağanın, Rəmanın və İlqarın yanında tək qalan Bahadur Xəlilə və Turala: “Dayanın bir dəqiqə, əgər biz dediyimiz çıxsa sizin hamınızın…”, - deyib nalayiq ifadə işlətmişdir. Bundan sonra onun yanında olan yoldaşlar narazılıq etməyə başlamış, hətta Hüseynağa hirslənib yumruğunu sıxmış, artıq dava düşəcəyini hiss edib yenə də yoldaşları aralayaraq sakitləşdirmək istəmiş, həmin vaxt Bahadurun söyüşünü sonraya saxlayıb aranı sakitləşdirmək fikrində olmuş, həm də Xəlil Rəmanın yanındakı qızı «........(nəlayiq adla)» adlandırsa da, Rəman onlara həmin qadının onun yoldaşı olduğunu demişdir. Bu vaxt Tural və Xəlil artıq onlara çatanda yaxınlıqda daşın üzərində oturmuş Xəlilin qardaşı Məmməd də yaxınlaşmış və aralarında dava-dalaş başlamış, hamı bir-birinə təpik-yumruq vurmuş, o özü isə tək ortada qalıb kimi ayırmaq lazım olduğunu bilməmiş, Məmməd yaxınlaşanda bir ağsaqqal kişi olduğu üçün ayırmağa gəldiyini zənn etmişdir. Bir anlıq Bahadurla üz-üzə gələndə onun sol əlində bıçaq olduğunu və üstünə hücum etmək istədiyini görmüş, Bahadur onun sinə nahiyəsindən təpiklə vurduğundan zərbənin təsirindən yerə yıxılıb sağ dirsəyini əzmiş, yerdə olmağından istifadə edərək Bahadur üstünə hücuma keçib əlindəki bıçaqla onu vurmaq istəmiş, o, da bunun qarşısını almış, yəni sol əli ilə onun sol əlindəki bıçağı tutub yavaş-yavaş ayağa qalxmağa başlamış, həmin vaxt sol əlindən xəsarət almışdır. Bu vaxt Bahadur onu bir neçə dəfə sağ əli ilə yumruqla baş nahiyəsindən vurmuş, o, da sağ əli ilə belindən özü ilə gətirdiyi qara rəngli düymə ilə açılan bıçağı çıxarıb açaraq ayağa qalxdıqdan sonra sağ əli ilə Bahadurun bıçaq tutduğu sol əlinə bir dəfə zərbə endirmiş, hətta xırçıltısını da eşitmiş, bundan sonra Bahadur geri çəkiləndə arxaya gedərək ayağı ilişib yerə yıxılmış, yanı üstə oturaraq onun üstünə getməməyi üçün əlini qaldırıb dayanmağını işarə edən hərəkətlər etmiş, o, da onun üstünə daha getməmişdir. Bahadurdan bir neçə addım aralaşaraq yoldaşlarını axtarmağa başlamış, həmin vaxt Rəmanı yanında, Tural və İlqarı ayaq üstə görmüş, yenidən Bahadurun üstünə gəlməməsi üçün o, hələ də yerdə oturmuşdur. Turalın qolundan tutub özünə tərəf çəkərək onu oradan uzaqlaşdırmaq istəyəndə onun sinə nahiyəsində xəsarət olduğunu görmüş, sonra da İlqarı qolundan tutub eynı şəkildə aralaşdıranda onun da sinə nahiyəsində xəsarət olmuş, sonra bir az aralaşdıqdan sonra Hüseynağanı görmədiyi üçün onu soruşanda Rəman ona əli ilə göstərib yerdə olduğunu demişdir. Hamını geri çəkərək orada hadisə vaxtı daşlar üzərində olan «VAZ-2106» markalı avtomobilin yanında Hüseynağanı yerdə dizləri üstə, ayaqları qatlanmış, başı arxa vəziyyətdə görüb qucaqlayanda onun ağzından və burnundan qan gəlmiş və o xırıldamışdır. Geri baxanda Turalı da qeyd etdiyi «VAZ-2106» markalı avtomobilə halsız, sanki huşunu itirən vəziyyətdə söykəndiyini görmüş, Hüseynağaya kömək etmək istəsə də, ona artıq onun öldüyü deyilmiş, o, da onun başını buraxıb digərlərinə yardım etmişdir. Ətrafa yığışan qonşulardan təcili tibbi yardım xidmətinə zəng etməyi xahiş edəndə artıq məlumat verildiyi deyilmiş, Hüseynağanın yanında bir müddət durub təcili yardım gəlməsini gözləyəndə də orada olan tanımadığı bir qadın onun qanlı əlini sarımış, elə həmin vaxtda Turalın yerə yıxıldığını görmüşdür. Rəman Hüseynağaya məxsus “VAZ-21015” markalı avtomobilə minib yanlarına sürmüş, Hüseynağanı qaldırmağa cəhd etsə də, artıq təcili yardım avtomobili gəldiyi üçün Turalı götürməyin vacib olduğunu dedikdə Rəman onun təcili tibbi yardım avtomobili ilə aparılacağını demiş, bundan sonra Hüseynağanı buraxıb onun avtomobilinə əyləşib Rəmanla birlikdə Respublika Klinik Xəstəxanasına getmiş və bundan sonra Rəmanı görməmiş, xəstəxanada ona ilkin tibbi yardım göstərilərək yaralı əli sarınmışdır; əvvəlki ifadəsində yanlış olaraq göstərmişdir: «…Turalın Xəlilə yaxınlaşıb onunla təkbətək söhbət etmək üçün onlardan təxminən 5-10 metr uzaqlaşdığını, bu zaman orada oturan tanımadığı bir nəfərin Turala yaxınlaşaraq onu vurmaq istədiyini, onların da bundan sonra yaxınlaşdıqlarını, aralarında dava-dalaş başladığını, həmin vaxt Xəlillə üzbəüz qalıb onunla əlbəyaxa olduğunu, hətta onun zərbəsinin təsirindən yıxıldığını, yerdə olarkən o əlini arxa cibinə salaraq nəsə çıxarıb üstünə gəldiyi vaxt onun sol əlini qabağa verərək Xəlilin sağ əlindəki əşyasının ona dəyməsinin qarşısını almaq istədiyini, həmin vaxt əlindən xəsarət aldığını, lakin hadisə zamanı şokda olduğundan hiss etmədiyini və hadisə bitdikdən sonra xəsarətini gördüyünü, özünü müdafiə etmək üçün sağ cibində gəzdirdiyi tiyəsi təxminən 3 sm olan düymə ilə açılıb-bağlanan qara rəngli bıçağı çıxarıb Xəlilin bədəninin müxtəlif nahiyələrinə həmin bıçaqla xəsarət yetirdiyini, bundan sonra Xəlilin ondan aralanıb dava gedən yerdə kütləyə tərəf getmişdir». Həmin ifadə həqiqətə uyğun deyil, belə ki, həmin gün ifadə verəndə şokda olmuş, hadisənin və Hüseynağanın ölməsinin təsirindən özündə olmamış, tutulmağının və ailə-uşağın fikrində olduğundan həmin formada ifadə vermiş, hadisə vaxtı iştirak edən şəxsləri tınımamış, onların adlarını sonradan bilmiş və buna görə bıçaqla Xəlili vurması və sonuncuya bıçaqla xəsarət yetirməsi barədə verdiyi ifadə həqiqətə uyğun olmamışdır; hadisə zamanı onun, Təqsirləndirilən şəxs1 və Hüseynağa Yaqubovun əlində bıçaq olmuş, Şahid1 və Təqsirləndirilən şəxs3 əlində bıçaq və sair kəsici alət görməmiş, həmin yerə gedəndə Turalın da üstündə bıçaq olduğunu bilmiş, Hüseynağanın üzərində bıçaq olmasını hadisə yerinə gedəndə yolda o maskasını deşən zaman olduğunu görmüş, 27 iyul 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəni yanlış vermiş, həmçinin Hüseynağa öldüyündən onun adını ləkələməmək üçün əlində bıçaq olmasını göstərməmiş, Turalın da bıçağının olmasını da görmədiyini göstərmiş, yəni heç kimin adını vermək istəməmiş, həmin vaxt kimin kim olmasını, yəni qarşı tərəfdən olan şəxslərin adlarını bilməmiş, Xəlili də Bahadurla səhv salmış, ona görə də ilkin ifadəsində Bahaduru Xəlil kimi göstərmişdir. Hadisə vaxtı Turala, Hüseynağaya, İlqara, Məmmədə kimin xəsarət yetirməsini görməmiş, əvvəlki ifadəsində: “digər hərəkətlərimlə mən öz bıçağımla sağa və sola havada hərəkətlər edərək özümü müdafiə edirdim” ifadəsini düzgün göstərməmiş, o, belə bir hərəkət etməmiş, amma birdən durub üstünə gələn olsa hazırlıqlı olması üçün bıçağı əlində saxlamış, dava səngiyəndən sonra bıçağı hadisə yerində ya atmış, ya da əlindən düşmüş, amma bıçağını başqa birinə verməmişdir. Təqsirləndirilən şəxs2 istintaqın ilkin mərhələsində, 27 iyul 2020-ci il tarixdə, yəni hadisədən 2 gün sonra istintaqa verdiyi ifadəsində isə göstərmişdir ki, Rəman küçədə oturan təxminən 40 yaşlı saqqallı bir kişiyə əl ilə göstərərək mübahisəsinin onunla yarandığını demiş, Tural həmin kişiyə yaxınlaşıb onunla təkbətək söhbət etmək üçün onlardan təxminən 5-10 metr uzaqlaşmış, bu zaman orada oturan tanımadığı bir nəfər Turala yaxınlaşaraq onu vurmaq istəmiş, bundan sonra onlar da yaxınlaşmış və aralarında dava-dalaş başlamışdır. Rəmanın göstərdiyi saqqallı kişi ilə üzbəüz qalıb onunla əlbəyaxa olmuş, hətta onun vurduğu zərbənin təsirindən yıxılmış, yerdə olarkən o, əlini arxa cibinə salaraq nəsə çıxarıb üstünə gələndə o, özü sol əlini qabağa verərək onun sağ əlindəki əşyanın ona dəyməsinin qarşısını almaq istəmiş, həmin vaxt da əlindən xəsarət almışdır. Özünü müdafiə etmək üçün sağ cibində gəzdirdiyi tiyəsi təxminən 3 sm olan düymə ilə açılıb-bağlanan qara rəngli bıçağı çıxarıb qarşındakı şəxsin bədəninin müxtəlif nahiyələrinə həmin bıçaqla xəsarət yetirmiş, bundan sonra həmin şəxs ondan aralanıb dava gedən yerdə kütləyə tərəf getmişdir. Sonra o, özü qalxıb həmin yerə gedib ətrafa nəzər salanda Hüseynağanı yerdə üzü qanlı vəziyyətdə görüb ona yaxınlaşmış, bu vaxt o Turalı, İlqarı və Rəmanı ayaq üstə görmüş, həmin vaxt dava da səngimişdir. Hüseynağa boyun nahiyəsindən xəsarət almış və yarasından sürətli şəkildə qan axmış, ətrafdakı şəxslərdən bəziləri artıq Hüseynağanın öldüyünü ona demişdir. Həmin vaxt Turalın yerə yıxıldığını görmüş, Tural sol döş nahiyəsindən, İlqar da xatırladığı qədər ilə sağ döş nahiyəsindən xəsarət almışdır. Münaqişə vaxtı həm özləri, həm də digər tərəfdən heç kəsin əlində bıçaq görməmiş, lakin xəsarət yetirdiyi şəxs cibindən nəsə çıxarsa da, bıçaq və yaxud başqa bir əşya olduğunu ayırd edə bilməmişdir. Hadisə vaxtı ona xəsarəti çox güman ki, Xəlil yetirmiş, çünki onunla əlbəyaxa olduqdan sonra yerə yıxılmış və daha sonra Xəlil nə isə arxa tərəfdən çıxaranda o, həmin əşyanı tutmaq istəyərkən xəsarət almış, Turala, Hüseynağaya, İlqara isə kimin xəsarət yetirdiyini görməmişdir. Dəqiq xatırladığına görə Xəlilin qoluna bir dəfə bıçaq dəymiş, digər hərəkətləri ilə öz bıçağı ilə sağa-sola havada hərəkətlər edərək özünü müdafiə etmiş, onun daha sonra harasına və nə qədər bıçaq xəsarəti dəydiyini, yaxud sonradan ona kiminsə xəsarət yetirməsini bilməmiş və qarşı tərəfdə olan Zərərçəkmiş şəxs1 da kimin xəsarət yetirdiyini görməmişdir. 29 yanvar 2021-ci il tarixdə istintaqa verdiyi ifadəsində hadisə zamanı bir anlıq Bahadurla üz-üzə gəldiyini, onun sol əlində bıçaq gördüyünü, Bahadurun onun üstünə hücum etmək istədiyini, sinə nahiyəsindən təpiklə vurduğunu, Bahadurun zərbəsinin təsirindən yerə yıxılıb sağ dirsəyini əzdiyini, onun yerdə olmağından istifadə edərək Bahadurun üstünə hücuma keçib əlindəki bıçaqla onu vurmaq istədiyini, bunun qarşısını alıb sol əli ilə Bahadurun sol əlindəki bıçağı tutub yavaş-yavaş ayağa qalxmağa başladığını, bu vaxt Bahadurun onu bir neçə dəfə sağ əli ilə yumruqla baş nahiyəsindən vurduğunu, bundan sonra sağ əli ilə belindən özü ilə gətirdiyi qara rəngli düymə ilə açılan bıçağı kəmərinin üstündən çıxarıb açaraq ayağa qalxdıqdan sonra sağ əli ilə Bahadurun bıçaq tutduğu sol əlinə bir dəfə zərbə endirdiyini, bundan sonra Bahadurun geri çəkilərək arxaya gedəndə ayağının ilişib yerə yıxıldığını, yanı üstə oturaraq üstünə getməməyi üçün əlini qaldırıb dayanmağını işarə edən hərəkətlər etdiyini, onun da Bahadurun üstünə daha getmədiyini, həmçinin onun bıçağını tutan zaman sol əlindən xəsarət aldığını göstərmişdir. Lakin, Zərərçəkmiş şəxs2la 18.02.2021-ci il tarixdə üzləşdirmə istintaqı keçirilən zaman xatırlamışdır ki, Bahadurla üzüzə gəlsə də, onun əlində bıçaq görməmiş, həmçinin əlinin dava zamanı nə vaxt kəsildiyini və kimin tərəfindən həmin xəsarətin yetirildiyini bilməmiş, Bahadura dava zamanı yetirdiyi xəsarəti səbəbsiz endirmiş, çünki ona gücü çatmayacağını fikirləşib onu bir dəfə bıçaqla vurmuş, lakin bıçaqla vurduğu zərbənin onun harasına dəyməsini dəqiq xatırlamamamışdır. Ora getməkdə məqsədləri Rəmanın problemini sakit formada həll etmək olmuş, o, Tural, İlqar və Hüseynağa ora gedərkən heç kəsi öldürmək, xəsarət yetirmək, dava-dalaş salmaq niyyətləri olmamış, əvvəlcədən bu barədə heç bir razılığa gəlməmişlər. Hüseynağa öldüyündən onun adını ləkələməmək üçün onun əlində bıçaq olmasını göstərməmiş, həmçinin Turalın da bıçağının olmasını da görmədiyini göstərmiş, yəni heç kimin adını vermək istəməmiş, həmçinin həmin vaxt kimin kim olmasını, yəni qarşı tərəfdən olan şəxslərin adlarını bilməmiş, Xəlili də Bahadurla səhv salıb ilkin ifadəsində Bahaduru Xəlil kimi göstərmişdir. Həmin münaqişə zamanı kimin kimə xəsarət yetirdiyini görməmiş, əvvəlki ifadəsində “digər hərəkətlərimlə mən öz bıçağımla sağa və sola havada hərəkətlər edərək özümü müdafiə edirdim” ifadəsini düzgün göstərməmiş, belə bir hərəkət etməmiş, amma bıçağı birdən durub üstünə gələn olsa hazırlıqlı olması üçün əlində göydə saxlamış, bıçağını başqa birinə verməmiş, Xəlil və Məmmədi kimin vurmasını görməmişdir. Təqsirləndirilən şəxs2 25 fevral 2021-ci il tarixdə istintaqa verdiyi son ifadəsində isə bir qədər fərqli ifadə verərək göstərmişdir ki, hadisə yerinə gələndən sonra təxminən 22 radələrində Turalla birlikdə digərlərinə nisbətən irəlidə gedərək yol kəsişməsində divara söykənmiş iki nəfər şəxsə doğru getmiş, Turaldan: “Hansıdır?”,- deyə soruşanda o, Xəlili göstərərək: “O uzun oğlandır”,- deyə cavab vermiş, orada olan abu-havanı hiss edib: “Gəl sülhlə, söhbətlə həll edək, heç kim heç kimə əl atmasın”,- deyib Turala söhbəti özünün etməsini demiş, həmin yoldaşları tünlük yerdən çıxararaq bir qırağa, sakit bir yerə çıxarıb söhbət etməyi fikirləşmiş, çünki həmin yer məhəllə içi olmuş, ətrafda orada yaşayan insanlar və hətta uşaqlar da olmuşdur. Rəman orada olan təxminən 40 yaşlı saqqallı bir kişini, adının sonradan Xəlil olduğunu bildiyi şəxsi əli ilə göstərərək mübahisəsinin onunla yarandığını demiş, sonradan biri Xəlil, digəri isə Bahadur olduğunu bildiyi iki şəxs də onlara doğru gəlmiş, Xəlil həmin vaxt onlara müraciət edərək uca səslə və əlləri ilə jestlər edərək: “Bilirsiz niyə gəlmisiz? fahişənin söhbətinə gəlmisiniz?”,- deyərək Rəmana, arxada gələn Hüseynağaya və İlqara əli ilə göstərərək: “Soyunub gəlirsiz, nə üçün soyunursuz? davaya gəlmisiz?”- deyəndə Rəman: “Hava istidir, onun üçün soyunmuşam”,- deyə cavab vermişdir. Xəlilə gülə-gülə biraz səbirli olmasını deyib qırağa çəkilib söhbət etməyi təklif etmiş, Xəlil də yumşalıb: “Olar mən birinizlə çəkilək bir qırağa söhbət edək”,- deyəndə ona Tural ilə danışmasını demişdir. Bundan sonra Tural Xəlilə yaxınlaşıb təkbətək söhbət etmək üçün onlardan təxminən 4-5 metr uzaqlaşmış, həmin vaxt Bahadur Xəlilə və Turala: “Dayanın bir dəqiqə, əgər biz dediyimiz çıxsa sizin hamınızın...”,- deyib nalayiq ifadə işlətmiş, onun bu sözünə o və yanında olan yoldaşlar narazılıq etməyə başlamış, hətta Hüseynağa hirslənib yumruğunu sıxmışdır. Artıq dava düşəcəyini hiss edib yoldaşları aralayaraq sakitləşdirmək istəmiş, həmin vaxt Bahadurun söyüşünü sonraya saxlamaq və aranı sakitləşdirmək fikrində olmuş, həm də Xəlilin Rəmanın yanındakı qızı fahişə adlandırmış, Rəman isə onlara həmin qadının onun yoldaşı olduğunu demişdir. Bu vaxt Tural və Xəlil artıq onlara çatmış, bu vaxt yaxınlıqda daşın üzərində oturmuş Xəlilin qardaşı mərhum Məmməd də yaxınlaşandan sonra aralarında dava-dalaş başlamış, hamı bir-birinə təpik-yumruqla vurmuş, o, özü isə tək ortalıqda qalıb kimi ayırmaq lazım olduğunu bilməmişdir. Həmin kişinin Xəlilin qardaşı Məmməd olmasını istintaq zamanı bilmiş və Məmməd yaxınlaşanda bir ağsaqqal kişi kimi ayırmağa gəldiyini zənn etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, uşaq yaşından qan xəstəliyindən, 10 oktyabr 2019-cu ildən isə vərəm xəstəliyindən əziyyət çəkmiş, fərdi qaydada sürücülük edərək dolanışığını təmin etmişdir. 25 iyul 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı evdən təxminən 10- 15 metr aralıda sağ tərəfdə tək dayandığı vaxt evin qarşısında tanımadığı bir qızla bir oğlan dayanmış, həmin vaxt evinin qarşısında olan transformatorun yanındakı işıq dirəyinin yanında olanda həmin qızın oğlanın paltarını düzəltdiyini, yəni əli ilə koftanın boğaz və ətək nahiyəsinə düzəliş verdiyini görmüş, bunu normal qarşılasa da, onların bu hərəkəti evinin qarşısında davam etdirib deyib-gülməyə başladıqları üçün onlardan evin qarşısından getmələrini tələb etmiş, həmin qız oğlanın onun əri olduğunu deyəndə onlara qapısından uzaqlaşmalarını istəmişdir. Onlar bir az irəli gedib dayananda təxminən 1-2 dəqiqə sonra oğlanın yanındakı qız qonşu Simuzərgilin evi istiqamətində hərəkət etməyə başlamış və oğlanı tək görüb etdiyi əxlaqsız hərəkətlərə öz iradını bildirmək üçün ona yaxınlaşıb ona niyə bu cür hərəkətləri etməsi barədə sual verdikdə: “Nə qışqırırsan”, deyə cavab verdiyi üçün onun bu sözlərinə əsəbiləşib sağ əli ilə onun boğazından tutaraq divara sıxmış və alın nahiyəsi ilə onun başına yüngül kəllə vurub ayılmasını bildirmişdir. Bu vaxt həmin oğlanın yanındakı xanım uzaqdan söyüş söyə-söyə ona doğru gəlməyə başlamış, oğlan isə ona doğru getmiş, həmin oğlana yanındakı xanımı götürüb cəhənnəm olub getmələrini deyib evə doğru getmiş, lakin həmin xanım uca səslə qışqırdığı üçün səsinə qonşular da küçəyə çıxmış, bir müddət sonra o, onun ünvanına nalayiq ifadələr işlətməyə başlasa da, qadın olduğu üçün: “Yaxşı da, get-get”,- deyə cavab vermiş, lakin həmin qadın sakitləşməyib mərhum atası və anasının ünvanına nalayiq ifadələr işlətmiş, bu vaxt əsəblərinə hakim ola bilməyib həmin qadına nə deyirsə özünə aid olmasını deyib söyüş söymüşdür. Bir müddət sonra həmin oğlan əlini telefona atıb: “Sənə gününü göstərəcəm”, deyib zəng etmiş, sonradan qonşulardan eşitdiyinə görə həmin qızla oğlan “102” xidmətinə zəng etmişlər. Artıq aralarında təxminən 600 metrdən çox məsafə olduğundan onlar ondan uzaqlaşmış, qardaşı Məmməd də hadisə baş verəndən sonra küçəyə çıxanda ona baş verənləri danışmışdır. Təxminən saat 22 radələrində evinin qabağında qardaşı Məmmədlə oturduqları vaxt qonşu Bahadur da küçədə olmuş, qardaşı Məmmədlə söhbət edən vaxt az əvvəl dalaşdığı, sonradan adının Rəman olduğunu bildiyi şəxs 4-5 nəfərlə onun yanına yaxınlaşmış, onlardan biri, sonradan adının Tural olduğunu bildiyi şəxs Rəmana: “Səni vuran budur?”, deyib ona kənara keçib söhbət etməyi təklif etmiş, ətrafa fikir verəndə küçənin başında onların avtomobillərini də görmüş, amma hava qaranlıq olduğu üçün avtomobillərin markasını və rəngini dəqiq görə bilməmişdir. Bu vaxt qardaşı Məmməd də yaxınlaşmış, o, qardaşı və söhbətə gələnlər yaşadığı evdən uzaqlaşıb evi ilə üzbəüz olan marketin sağ tərəfindəki boşluğa doğru, yəni onların avtomobilləri saxladığı istiqamətdə getmiş, onların hərəkətindən bir az əvvəl həmin oğlanı niyə vurmağını öyrənmək istədiklərini başa düşmüş və bu məqsədlə onlara: “Sizlərdən biri gəlsin, kameraya baxaq, hər şey aydın olacaq”,- demişdir. Onlardan Tural irəli gəlsə də, necə olduğunu özü də başa düşmədən aralarında mübahisə yaranmış, ani olaraq Tural bıçaq çıxardanda bıçağın havada olduğunu görüb 5-6 addım geriyə çəkiləndə kürəyinə bir neçə bıçaq zərbəsi vurulmuş və bu vaxt nəfəsi sanki boşa getmiş, Tural da onu təqib etməyə davam etmişdir. Özündə olmadığı üçün həmin vaxt nə baş verdiyini dəqiq xatırlamamış, amma üstündə bıçaq olmadığı üçün evi ilə üzbəüz olan Raminin marketinə gedib əlinə bir əşya keçirtmək istəsə də, Ramin onu mağazadan qovmuş, bu zaman balıq ovuna apardığı bıçağın özünə məxsus “Opel” markalı avtomobilin yük hissəsində olduğunu xatırlayıb avtomobilin yük yerini açıb dəstəyi ağ rəngli bıçağı götürmüş, lakin yük yerində olan digər bıçağı götürməmişdir. Özünü və qardaşını müdafiə etmək üçün həmin şəxslərə doğru getmiş, bu vaxt qardaşı oradakı şəxslərlə əlbəyaxada olmuş və onun bədənindən qan axmış, bıçağı havada hərləsə də, bıçağın kimə dəydiyini bilməmişdir. Həmin şəxslər bir-birinə geri çəkilməyi bildirmiş, geri çəkiləndə yenə də sinəsinə bıçaqla zərbələr vurulmuş, lakin özündə olmadığı üçün kimin vurduğunu dəqiq bilməmiş, bir az özünü toplayanda qardaşı Məmmədi evin yaxınlığında görmüş və o, köynəyini dartıb çıxardanda kürəyindən qan axmışdır. Onun vəziyyətinin ağır olduğunu görüb avtomobilini işə salıb Məmmədi maşına əyləşdirib Respublika Klinik Xəstəxanasına gətirmiş, davada istifadə etdiyi bıçağı da öz yerinə, yəni avtomobilinin yük yerinə atmış, sonradan qardaşı Məmməd aldığı xəsarətlərdən xəstəxanada vəfat etmiş və özü də xəsarətləri ilə bağlı həbs olunana qədər xəstəxanada müalicə almışdır; hadisə vaxtı Məmmədin əlində bıçaq olmağını görməmiş, amma onun üzərində bıçaq olduğunu güman etmiş, çünki o, üzərində bıçaq gəzdirən olmuş, hətta mərhum qardaşı Məmmədin dava zamanı butulka şüşə ilə istintaq zamanı adı Hüseynağa olduğunu öyrəndiyi şəxsə baş nahiyəsindən vurmasını dəqiq xatırlamış, həmin butulkanı da Məmməd yaxınlıqda yerdən götürmüşdür. İlkin olaraq dava başlayanda Bahadur yanında olmamış, amma ola bilsin ki, davanın sonrakı mərhələsində kömək məqsədi ilə gəlmiş, hadisə vaxtı Bahadur: “Kamerada sizi səhv çıxartsaq onda sizin ağzınızı…”,- məzmunlu ifadə işlətməmiş, oğlanla qız onun evinin qarşısında etik normaya uyğun olmayan hərəkətlər etdiyini deyəndən sonra elə bu vaxt dava başlamışdır. Hadisə başlayanda üzərində bıçaq olmamış, ilkin olaraq söhbətə gələn şəxslər bıçaq çıxartmış, hadisə vaxtı o, heç kimi vurmamış, ola bilsin ki, bıçağı özünü müdafiə məqsədi ilə havada hərləyəndə onlardan kimsə xəsarət almışdır, Təqsirləndirilən şəxs2 üstlərinə gələn şəxslərin içindən digərlərinə nisbətən yaşlı olduğu üçün xatırlamış, onunla üzbəüz qalmamış, həmin vaxt kimin konkret nə etdiyini dəqiq xatırlamamış, kameraya baxmağı təklif etdikdən sonra Tural və yanında gələn şəxslər səhv çıxacaqlarını başa düşüb söhbəti davaya çevirmiş, ilkin olaraq dava başlamazdan əvvəl Tural birinci bıçaq çıxarıb onu arxadan vurmağa başlamış, daha sonra qarışıqlıq baş vermiş və o, həmin vaxt üzərində bıçaq olmadığı üçün gedib dava zamanı istifadə etdiyi bıçağı avtomobilinin yük hissəsindən götürərək dava olan yerə qayıtmış, bıçağı götürməyə gedəndə artıq bir neçə dəfə bıçaqla bel nahiyəsindən vurulmuş, dava olduğu kütləyə qayıdandan sonra da onu bir neçə dəfə kimsə sinə nahiyəsindən bıçaqla vurmuş, həmin vaxt mərhum qardaşı Məmməd də dava edən kütlənin mərkəzində olmuş və o, da artıq bıçaqla vurulmuşdur. Bir anlıq: “Neynədiniz?”- deyərək qaçanda və üstünə gələn şəxsləri qovanda onlardan birinin yerdə uzandığını görsə də, onun üzünü görməmiş, çünki artıq qaranlıq olmuş, həmin vaxt üstlərinə gələn şəxslər artıq uzaqlaşmağa başlamış və dava səngimiş, sonra qardaşı Məmməd olan yerə qaçanda onu qanlı vəziyyətdə görüb əynindəki köynəyini çıxarıb avtomobilə atmış və onun özünə kömək edib öz avtomobilinə otuzdurub X28 aparmışdır. Zərərçkəmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və birinci instansiya məhkəmə istintaqında elan edilərək tədqiq edlmiş ifadəsində göstərmişdir ki, ona təqdim edilən çoxsaylı şəxslərin fotoşəkillərindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Hüseynağa Yaqubovu tanımış, Yaşar Mövsumovun şəkilinə diqqətlə baxıb onu üz quruluşundan, başının formasından, qaşlarından, gözlərindən və baxışından tanımış, o, həmin gün davaya gələn şəxslərdən yaşına görə fərqlənmiş, yəni o, dava başlamazdan əvvəl Turalın yanında olmuşdur. İlk olaraq onu Tural bıçaqla vurmuş, daha sonra Tural onun dalınca qaçaraq belindən dəqiq sayını xatırlamadığı bıçaq xəsarətləri yetirmiş, həmin vaxt vurulduğunu hiss etmiş, bıçağını götürüb kütləyə tərəf gedəndə qarşı tərəfdən olan şəxslər onun qardaşı mərhum Məmmədin ətrafında yığışıb onu yumruq və təpiklə vurmuş, həmin vaxt onu bıçaqla vuran Tural və onun yanında gələn Yaşarın qardaşını nə ilə isə vurduqlarını görüb onlara tərəf qaçmış, əlindəki bıçaqla havada sağa və sola hərləyərək onları qardaşından uzaq etməyə çalışmış və həmin vaxt bıçağının kiməsə dəyib-dəyməməsini dəqiq xatırlamamışdır. Kütləyə girəndən sonra Yaşarla üz-üzə gələn vaxt o onu sinə nahiyəsindən əlindəki bıçaqla vurmuş, yerə yıxılandan sonra orada olan şəxslər onu və Məmmədi təpikləməyə başlayanda əlindəki bıçaq yerə düşmüş, həmin vaxt Məmməd də yerdə qan içində olmuş, bir anlıq hamı qaçmağa başlamış, yəni onların üstlərinə gələn şəxslər onlardan ani olaraq aralaşmışdır. Hadisə zamanı ölmüş Hüseynağanı da təqdim edilən şəkillərdən görüb yadına salmış, onu tam olaraq üz quruluşundan, başının formasından və baxışından xatırlamışdır. Tural onunla söhbət etməyə başlayanda yanında Yaşar olmuş, Hüseynağa isə geridə Rəmanın və sonradan İlqar kimi tanıdığı şəxsin yanında bir yerdə durmuş, dava zamanı Hüseynağanın əlində hər hansı bir əşyanın, alətin və ya bıçağın olmasını görməmiş, amma o da davada iştirak edib qardaşı Məmmədlə əlbəyaxa olmuşdur. Birinci instansiya məhkməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, qonşuluqda Mirzə İbrahimov küçəsi ilə yaşadığı 7-ci küçənin kəsişməsində dostu Zərərçəkmiş şəxs2 yaşamış, onunla münasibətləri 2003-cü ildən yaranmış, aralarında düşmənçilik və ədavət olmamış, Xəlillə birlikdə onun böyük qardaşı Zərərçəkmiş şəxs1 və onun ailəsi yaşasa da, Məmmədlə münasibəti o qədər də yaxın olmamışdır. 25 iyul 2020-ci il tarixdə axşam saat 21-22 radələrində işdən evə gələndə İ.Səfərli küçəsində bir «VAZ 21015» markalı «081» nömrəli, digəri isə «Chevrolet Malibu» markalı «117» nömrəli avtomobillər dayanmış və onların qonşuya qonaq gəldiklərini zənn etmişdir. Sonra İ.Səfərli küçəsi ilə M.İbrahimov küçəsinə çatanda evin yanından keçib 120 №-li duracağın yanından buğda və günəbaxan tumu alıb evinə tərəf qayıtmış, yolda Xəlili onların evinin qarşısında görüb onunla görüşmüş, yaxınlıqda Xəlilin evi ilə üzbəüz olan marketdən su alıb birini Xəlilə verib onunla təxminən 10 dəqiqə söhbət etdikdən sonra evə getmiş, Xəlilə su təklif edəndə o: “Yerin məlum, pivə içmişəm”, deyə bildirmiş, bu vaxt Məmməd də öz evinin yanında daşın üstündə oturmuşdur. Həmin avtomobillərdən 5 nəfər şəxs onlara yaxınlaşıb qabaqda gələn bir nəfər arxa tərəfdə olan oğlana qışqıraraq: “Kim idi səni vuran?”,- deyə soruşmuş, həmin vaxt Xəlil: “Nə qışqırırsan? mən vurmuşam”,deyə cavab vermiş, sonra Xəlil onlarla: “Bilirsiz nə söhbətə gəlmisiz? hansısa qəhbənin söhbətinə gəlmisiz”,- deyəndə, həmin yoldaşları oraya gətirən sarı idman gödəkcəsində olan oğlan çəkilib qıraqda dayanmış və həmin yoldaşlar onu bir neçə dəfə yaxın gəlməyə çağırmışlar. Xəlil həmin şəxslərdən biri ilə söhbət edib kameralara baxmağı təklif edib söhbətin aydın olacağını demiş, Xəlil həmin vaxt içkili olmuş, söyüşlə danışmış, bu da söhbəti aydınlaşdırmağa gələn oğlanların xoşuna gəlməmiş və getdikcə danışıq mübahisəyə çevrilmişdir. Sonra bir anlıq Xəlil dava etməyə başlamış, onunla söhbət edən yoldaş, sonradan adının Tural olduğunu bildiyi şəxs Xəlili bıçaqla bir neçə dəfə vurmuş, Xəlilin səsinə onun qardaşı Məmməd də yerindən duraraq özü ilə butulka şüşə götürüb qaçaraq gəlmiş və bundan sonra qarşılıqlı dava düşmüş, Məmməd əlindəki şüşə ilə qarşı şəxslərin birinin başından vurmuş, lakin həmin oğlan üzü avtomobillərə tərəf qaçmış, Təqsirləndirilən şəxs2 əlindəki bıçaqla onun ayağından, yəni sağ budundan vurmuş, digər şəxslər də onu sinəsinin sağ tərəfi, sol qolu və üzünün yanaq hissəsinin sağ tərəfinə bıçaq xəsarətləri yetirmişlər. Xəlil bıçaqla qayıtdıqdan sonra davaya girmiş, əlindəki bıçaqla onu bıçaqla vuran oğlanı vurmuş, daha sonra qarşı tərəfdən: “Vurdu, vurdu”,- deyə səslər gəlmiş, onların hamısı öz avtomobillərinə tərəf qaçmağa başlamış, Xəlil də onların dalınca qaçmış, amma onlardan biri yerdə uzanmışdır. Bu vaxt Məmmədi ayaq üstə və ondan qan axdığını görüb ona kömək edib evlərinə tərəf gətirmiş, orada ona kömək edib köynəyini çıxarmış, həmin vaxt anası Firuzə və Məmmədin arvadı Yeganə də səsə gəlmiş və Məmmədə kömək etmişlər. Sonra həmin şəxslər hadisə yerindən uzaqlaşmış, onlardan biri elə yerdə qalmış və Xəlil də sonra öz avtomobili tərəfə qayıdıb Məmmədi maşınına qoyaraq xəstəxanaya getmişdir. Bundan sonra o da öz evinə gedib əynini dəyişib evdən çıxıb getmiş, «VAZ dairəsi» deyilən yerdə ağaclığın içində biraz oturandan sonra özünə yod və bint alıb yaralarını sarımış, bir müddət öz avtomobilinin içində qalmış, həmin vaxt davada iştirak etdiyinə görə onu axtaracaqlarını başa düşüb gizlənmək qərarına gəlmiş və 09 oktyabr 2020-ci il tarixdə hərbi komissarlığa cəbhəyə getmək üçün gedəndə orada tutulmuşdur. Hadisə zamanı üzərində bıçaq olmamış, o, heç kimə bıçaq xəsarəti yetirməmiş və yalnız dava edib əlbəyaxa olmuşdur. Hadisə vaxtı onlar tərəfdən o, Zərərçəkmiş şəxs2 və onun qardaşı Zərərçəkmiş şəxs1 olmuş, digər tərəf isə 5-6 nəfər olmuş, iki avtomobil ilə gəlmiş, onların biri sarı idman gödəkcəsində, digəri isə onunla güləşən idman bədən quruluşlu saqqallı oğlan olmuş, digər şəxslərin əlamətləri isə yadında qalmamışdır. Onlar tərəfdə ancaq Xəlildə dava zamanı bıçaq olmuş, o da həmin bıçağı bıçaqlandıqdan sonra gedib avtomobilindən götürmüş, Məmməd də qardaşı Xəlilin qışqırıq səslərinə gələndə əlində butulka şüşə olmuş, onu da Məmməd gələn şəxslərin birinin baş nahiyəsinə vurmuş, qarşı tərəfdən olan şəxslərin də kimlərin əlində nə olmasını görməmiş, amma dəqiqliklə Xəlili birinci vuran onunla söhbəti başlayan oğlan olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 25 iyul 2020-ci il tarixdə saat təxminən 20 radələrində həm uşaqlıq dostu, həm də sinif yoldaşı olan Təqsirləndirilən şəxs1 öz istifadəsində olan ***-***-**-** nömrəsindən ona zəng edib onu öz avtomobili ilə Xırdalan şəhərinə aparmağı xahiş etmiş, həmin vaxt karantin rejimi dövründə işi ilə bağlı sərbəst hərəkət etmək hüququ, yəni icazəsi olmuş, Tural ona zəng edəndə yaşadığı evin yaxınlığındakı “Neptun“ marketdə alış-veriş etdiyi üçün ona gedib evdə namazını qılıb çıxacağını demiş, həm də onsuz da Pirşağı qəsəbəsinə gedəcəyini və yolüstü onu da aparacağını fikirləşmişdir. Evə gedib saat 20:16-da namazını qılıb özünə məxsus qara rəngli “Chevrolet Malibu” markalı, 10 ON-117 dövlət qeydiyyat nişanlı avtomobili ilə təxminən saat 20:30-da Turalla razılaşdıqları kimi “Baksel Arena”-nın yanında görüşmüşlər. Həmin yerə çatanda orada tanışı Hüseynağa Yaqubov və dostu Turalın dayanıb nə isə müzakirə etdiklərini görmüş, avtomobildən çıxıb onlarla görüşəndən bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs2 da piyada gələrək onlara yaxınlaşmış, Turalın Hüseynağa ilə nə müzakirə etdiklərini bilməmiş, onlar özləri də ona heç nə deməmişlər. Bundan sonra hamı maşınlara yığışıb Xırdalan şəhərinə yola düşmüş, Tural onun, Yaşar isə Hüseynağanın “Vaz 21015” markalı avtomobilinə əyləşib Xırdalan şəhərinə getmiş, təxminən bir saatdan sonra artıq Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF Park” Y/M-nin yanında “Bazarstore” mağazasının park dayanacağına çatmışlar. Həmin vaxt Tural ona bir neçə dəfə “sən get işlərinlə məşğul ol, bundan sonra biz özümüz gedərik” deyə təklif etsə də, Turalı çoxdan görmədiyinə görə onun yanında sona qədər olmağı təklif edib heç bir narahatçılıq olmadığını və hara lazımdırsa düşürüb sonra gedəcəyini demişdir. Həmin vaxt onlara Rəman adlı şəxs yaxınlaşıb Turala həmin gün günorta vaxtlarında başına gələn işdən danışmağa başlayıb öz həyat yoldaşı ilə Xırdalanda yoldaşının rəfiqəsi ilə görüşə getdiyini, rəfiqəsinin yanına çatanda bir nəfər şəxsin ona evinin yanında dayanmamasını deyib oradan qovduğunu, biraz başqa yerdə yoldaşını gözləyəndə həmin şəxsin bir də onu görüb yanına çağırıb yenidən irad bildirərək onun sifətinə yoldaşının yanında kəllə ilə vurduğunu, həmin şəxsin onu vurmasının səbəbinin isə Rəmanın yoldaşının onun maykasını düzəltməsinin olduğunu demiş, bu səbəbdən Rəman da Turaldan məsələni aydınlaşdırmağı xahiş edərək başına iş gələn yeri göstərməyi təklif etmiş, həmin vaxt Rəmanı birinci dəfə görmüş, ona görə də onun dediklərini azca kənardan eşitmiş, lakin maraqlı olmadığı üçün o qədər diqqət yetirməmişdir. Tural onun avtomobili ilə gəldiyindən Rəmana da avtomobilə əyləşib hadisə baş verdiyi yerə gedən yolu göstərməsini təklif etmiş, həmin vaxt Turalın Rəmanı vuran şəxslə söhbət edib onu vurmasının səbəbini aydınlaşdırmaq üçün ora getdiyini başa düşmüş, çünki Rəman da ondan həmin şəxslə söhbət etməsini xahiş etmiş, Rəmanın dediyinə görə həmin şəxs ondan yaşca böyük olmuş, ona görə də söhbətin dava ilə nəticələnəcəyini zənn etməmiş, çünki Rəmanın dediyinə görə hadisə onun yoldaşının yanında olmuş və Turalın da həmin şəxslə ailəyə, qadınlara hörmət mövzusunda söhbət edib Rəmanı vuran şəxslə başqa hər hansı münaqişə yarada biləcək hərəkətlərə yol verilməyəcəyinə əmin olmuş, ona görə də bu söhbətin çox qısa olacağını və Turalı da həmin yerə aparandan sonra oradan onunla sağollaşıb Pirşağıya gedəcəyini fikirləşmişdir. Bundan sonra o, Tural və Rəman onun maşınında, Yaşar və Hüseynağa isə digər maşında təxminən 5-6 dəqiqəyə Rəmanın göstərdiyi ara yollarla hadisə baş verən yerə gəlib yol kəsişməsinə çatanda orada yolun qırağında Rəman 3 nəfər şəxsi göstərərək “bunlardır” deyə bildirmiş, lakin Tural həmin vaxt maşını saxlamayıb sağa dönüb düz gedib sonra geri dönüb qayıtmağı istəmiş, onlar da həmin şəxslərin yanından keçərək sağa market olan tərəfə dönüb bir qədər irəlidən geri qayıdıb qeyd etdiyi marketin yanından sola dönüb təxminən 100 metr qabağa gedib o, yolun sol tərəfində, Hüseynağa isə sağ tərəfində ona paralel şəkildə maşınları saxlamışlar. Ora gələndə həmin yer yaxşı yer olmadığını hiss etsə də, Turalın söhbət edib geri qayıdacağını zənn etmiş, maşından düşəndən sonra Tural və Rəman qabaqda, o, Yaşar və Hüseynağa isə nisbətən onların dalınca Rəman göstərdiyi həmin üç şəxsə tərəf getmiş, onlar da onları görüb yaxınlaşmışlar. Həmin vaxt Rəman adının sonradan Xəlil olduğunu bildiyi şəxsi göstərərək Turala onu vuran şəxs olduğunu demiş, Xəlil həqiqətən də Rəmandan yaşca böyük olmaqla saqqallı olmuş, ikincisi isə onun qardaşı, yaşlı, arıq uzun Məmməd, üçüncüsü isə sarışın, boyu elə Xəlil boyda, arıq, göy-qara qısaqol köynəkdə olan Bahadur olmuş, onların hər üçünün adlarını, Xəlillə Məmmədin qardaş olduqlarını istintaq zamanı bilmiş, həmin vaxta qədər onları tanımamış, onlarla hər hansı münasibəti olmamış və onları ilk dəfə görmüşdür. Tural yaxınlaşıb Xəlillə söhbətə başlayanda Xəlil də Turala Rəmanı vurduğunu etiraf edib Rəmanın necə pis hərəkət etməsindən onların xəbərlərinin olmadığını deyib kameraya baxmağı təklif etmiş, Tural da ona: “Biz elə həqiqəti bilmək üçün gəlmişik”,- deyəndən sonra kameralara baxmağa razılıq vermişdir. Bir-iki addım irəli getdikdən sonra Bahadur: “Kamerada biz istədiyimiz şeyi göstərsək, sizin ağzınızı…”, deyəndə onlar onun söyüş söyəcəyini başa düşüb “yavaş, yavaş danış” deyərək ona fikrini tamamlamağı qoymamış, bundan sonra onlar üçü də, yəni Xəlil, Tural və Bahadur bir qədər aralaşmış və bir anlıq Bahadurun yerə yıxıldığını görsə də, kimin zərbəsindən yıxıldığını bilməmiş, sonra ara çox qarışmış və dava başlamış, amma o, özü dava başlayacağını gözləməmiş, kameraya baxıb kimin səhv hərəkət etdiyini dəqiqləşdirib çıxıb gedəcəklərini fikirləşmişdir. Dava başlayan zaman Bahadur əlini belinə ataraq uzun, yəni tiyəsi təxminən 10 sm olan, təxmini boz rəngli bıçaq çıxarmış, lakin onun heç kimə əlindəki bıçaqla xəsarət yetirməməsi üçün əvvəl təpik vurub onu özlərindən uzaqlaşdırandan sonra Məmməd onu arxadan tutub itələmiş, bu an da Məmmədə özünü müdafiə etmək üçün yumruqla zərbələr yetirmək istəyəndə ona dəyməmişdir. Sonra bir anlıq Bahaduru əlindəki bıçaqla durduğunu görmüş, lakin o, heç bir hərəkət etməmiş, yəni heç kimi vurmamış, Bahadura arxadan yaxınlaşıb onu zərərsizləşdirmək məqsədi ilə bıçaqla heç kimə xəsarət yetirməməsi üçün güləş fəndi işlədib onu yerə atmış və özü də onunla birlikdə yıxılmış, sonra yerdə ikisi də uzanıqlı vəziyyətdə olmuş və o, Bahaduru arxadan tutaraq yerdə ona qalxmağa imkan verməməyə çalışmışdır. Həmin vaxt Bahadur onun üstündə olsa da, birdən onu kimsə üstündən itələmiş, amma həmin vaxt ətrafı görə bilmədiyi üçün onu kimin itələdiyini görə bilməmişdir. Sonra durub sağa-sola baxanda kimsə onu itələmiş və o, yerə yıxılmış, Turalla xəstəxanada müalicə alan zaman hadisəni müzakirə edərkən, o, ona onu kiminləsə səhv salıb itələyib yıxanın o, özü olduğunu demişdir. Sonra Bahadurun transformator tərəfdə divara söykənərək durduğunu və əlində də yenə bıçaq olduğunu görmüş, amma Bahadur onu vurmağa cəhd etməmiş və əli ilə hər hansı bir vurmaq niyyətini göstərən heç bir hərəkət etməmiş, amma onun bıçaqla başqa birisini vurmaması üçün ona yaxınlaşıb sol əli ilə onun sağ əlindəki bıçağı tutmuş, həmin vaxt əlindən xəsarət ala biləcəyini başa düşsə də, Bahadurun bıçaqdan istifadə edib kiməsə ciddi xəsarət yetirməməsini istədiyi üçün bıçağı əli ilə tutmaq qərarına gəlmiş, Bahadurun əlindəki bıçağı tutanda sol əlini zədələmiş və bu vaxt heç gözləmədiyi halda Bahadurun bıçağını tutduğu vəziyyətdə Xəlil uzun bıçaqla onun döş qəfəsindən ürək nahiyəsindən bir dəfə vurmuş, xəsarət aldığı üçün Turalı çağıranda Tural da yanına gəlib xəsarət aldığını görüb Xəlili vurmuş, lakin nə ilə vurduğunu görməmiş, həmçinin kimsə kiminsə başından butulka ilə vurduğunu xatırlamışdır. Bundan sonra dava səngimiş və hərə bir tərəfə dağılışmış, Tural da ona “gedək, gedək” deyəndən sonra onlar da oradan avtomobilə doğru getmiş, bir anlıq hamı dağılışanda bir nəfərin yerdə uzandığını görüb ona yaxınlaşanda Xəlil olduğunu zənn etsə də, sonra Hüseynağa olduğunu və onun yerdə qıvrılmış vəziyyətdə xırıldadığını görmüş, Turalla onu qaldırıb maşına doğru aparmaq istəsələr də, lakin o ağır olduğundan Tural da yıxılmış, Turalın özü də qan içində olduğundan o, ona kömək edib maşına doğru aparmış, amma həmin vaxt maşının açarının üstündə olmadığını görüb dava olan yerə qayıdıb yerdə parıldayan açarını tapıb maşın tərəfə qayıdanda artıq Yaşar və X11 maşınına otuzdurduqlarını görüb onlara Turalı özünün aparacağını, onların isə Hüseynağanı götürmələrini deyib Turalı öz maşınına əyləşdirib öz sinəsində olan yaranı qolu ilə sıxıb Xırdalan təcili tibbi yardım stansiyasına aparmış, həmin vaxt Yaşar və Rəmanın Hüseynağanı götürəcəklərinə əmin olmuşdur. Təcili tibbi yardım stansiyasına çatıb Turalı təqdim etmiş, həkimlər də onu dərhal Respublika Klinik Xəstəxanasına aparmış, o, da onların dalınca sürmüş, xəstəxanaya çatanda Turalı orada qəbul etməyib hər ikisini elə həmin təcili yardım avtomobili ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Xəstəxanada müalicə alanda palataya Tural da gətirilmiş, söhbət zamanı Tural ona üzərində bıçaq olduğunu, həmin bıçağı davada istifadə edib kimisə vurduğunu, amma kimi vurduğunu xatırlamadığını demişdir. Amma Xırdalan şəhərinə gedərkən avtomobildə Turalın üzərində bıçaq və hər hansı kəsici-deşici alət görməmiş, özündə və avtomobilində də heç vaxt bıçaq olmamış, həmçinin digər hər hansı bir kəsici-deşici alət, əşya istifadə edən olmamış, avtomobildən düşüb Xəlilgilə yaxınlaşmaqla davanın başlanması çox qısa zaman çəkmiş, həmin vaxt davanın necə başladığını tam anlamadan artıq Bahadurun bıçaqla onu vurmaq istədiyini görmüş, həm ona, həm də başqalarına xəsarət yetirməməsi üçün əli ilə bıçaqdan tutandan sonra Xəlil onu vurmuş, buna görə də özü istəmədən davanın iştirakçısı olub oradan uzaqlaşa bilməmiş, ümumiyyətlə dava ani olaraq çox qısa müddətə, yəni 10-15 saniyə baş vermiş və həmin vaxtda da xəsarət aldığına görə oradan uzaqlaşa bilməmişdir. Zərərçəkmiş şəxs2 bıçağı havada hərləyərkən ona xəsarət yetirdiyinə inanmamış, Xəlil onun üstünə gəlib ürək nahiyəsinə bir dəfə bıçaqla vurmuş, həmin vaxt o, Bahadurun bıçağını tutmuş və Xəlil də onun üstünə gəlib bıçaqla onu vurmuş və Xəlilin həmin vaxt özünü ondan müdafiə etməsi üçün hər hansı təhlükəsi olmamışdır. Həqiqətən də Xəlil onu bıçaqla ürək nahiyəsindən vurandan sonra Turalı köməyə çağıran vaxt o, Bahadurun bıçağını tutmuş, qabağında da Xəlil olmuş, Tural ona yaxınlaşıb onu vuran Xəlili vurmuş, lakin Turalın Xəlili vurandan sonra Məmmədə və Bahadura bıçaqla və ya hər hansı formada, yəni əllə, təpiklə və sair formada zərbə və xəsarət yetirib-yetirməməsini görməmişdir. Bundan başqa Rəman özü də davada iştirak etmiş və qarşı tərəfdən davada iştirak edən Xəlili təpiklə vurduğunu görmüş, amma sonra başqalarına da əl-qol atsa da, konkret kimə əl-qol atdığını görməmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 fotoşəkilləri təqdim olunarkən o, fotoşəkillər üzrə tanınma zamanı davanın iştirakçıları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımışdır. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X4 fotoşəkilləri təqdim olunarkən, o, fotoşəkillər üzrə tanınma zamanı ona təqdim edilən çoxsaylı şəxslərin fotoşəkillərindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və mərhum Hüseynağa Yaqubovu tanımışdır. İş materiallarında olan Məhkəmə-tibb ekspertizasının 26 iyul 2020-ci il tarixli 75 saylı rəyindən görünür ki, Məmmədov X14 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - döş qəfəsinin sağ yarısının ön səthində, orta körpücük xətti üzrə, 6-7-ci qabırğaarası sahənin daxilə nüfuz edən, ürək kisəsini, ürəyin sağ qulaqcığını və sağ ağciyəri yaralayaraq kəskin qanitirmə törədən 1 ədəd deşilmiş-kəsilmiş yarası; yaranın istiqaməti bir qədər aşağıdan yuxarı, sağdan sola və öndən arxaya doğrudur. - sol kürəkaltı nahiyənin 2 ədəd daxilə nüfuz edən, sol ağciyəri yaralayaraq daxili qanaxma törədən deşilmiş-kəsilmiş yaraları; yaranın istiqamətləri bir qədər aşağıdan yuxarıya, soldan sağa və öndən arxaya doğrudur. - sol kürəküstü nahiyənin 1 ədəd, sol sağrı nahiyəsinin 1 ədəd və sol bazunun 1 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları; - bu xəsarətlər birlikdə həyatidirlər, ölümündən az əvvəl iti ucu, iti ülgücü və küpü olan yastı tiyə deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər; - dərəcələrinə görə: döş qəfəsinin sağ yarısının ön səthinin 1 ədəd və sol kürəkaltı nahiyənin 2 ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər, ölümü ilə səbəbli əlaqədardır, sol kürəküstü nahiyənin 1 ədəd, sol sağrı nahiyəsinin 1 ədəd və sol bazunun 1 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmanın əlamətlərinə malikdirlər; - sol kürək nahiyəsinin bayır hissəsinin, sol kürəkaltı nahiyənin və döş qəfəsinin sağ yan səthinin sıyrıqları həyatidirlər, mərhumun ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin edilmir, mərhumun ölümü ilə səbəbli əlaqəsi yoxdur; Zərərçəkmiş şəxs1 ölümünə səbəb – döş qəfəsinin sağ yarısının ön səthinin 1 ədəd, sol kürəkaltı nahiyənin 2 ədəd daxilə nüfuz edən, ürək kisəsini, ürəyin sağ qulaqcığını və ağciyərləri yaralayaraq kəskin qanitirmə törədən deşilmiş-kəsilmiş yaraları olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (26 iyul 2020-ci il, saat 01:30) təxminən 3-4 saat əvvəl baş vermişdir, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunmuş xəsarətlərin xarakterinə və yerləşməsinə görə demək olar ki, həmin xəsarətləri alarkən ayaqüstü, yarımoturaq və yaxud ona yaxın vəziyyətlərdə ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Zərərçəkmiş şəxs1 meyitinin üzərində aşkar olunmuş xəsarətlərin xarakterinə və yerləşməsinə görə demək olar ki, xəsarət yetirilən anda xəsarət alanın bədəninin ön və arxa hissələrin xəsarət yetirən şəxslə qarşı-qarşıya olması istisna olunmur. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 4 avqust 2020-ci il tarixli 1638 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sağ yan səthinin, sağ orta qoltuqaltı xətti üzrə və döş qəfəsinin sol yan səthinin, sol orta qoltuqaltı xətti üzrə 2 ədəd döş boşluğuna nüfuz edən, bel nahiyəsinin sol yarısının 1 ədəd qarın boşluğuna nüfuz edən, sol kürək nahiyəsinin döş boşluğuna nüfuz etməyən 1 ədəd, sol bazu nahiyəsinin orta 1/3-nin 1 ədəd deşilmiş-kəsilmiş yaraları – iti deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, müddəti qərarda qeyd olunan vaxta, yəni 25 iyul 2020-ci il tarixə uyğun gəlir; döş qəfəsinin sağ yan səthinin, sağ orta qoltuqaltı xətti üzrə və döş qəfəsinin sol yan səthinin, sol orta qoltuqaltı xətti üzrə 2 ədəd döş boşluğuna nüfuz edən, bel nahiyəsinin sol yarısının 1 ədəd qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları ayrı-ayrılıqda, eləcə də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir; sol kürək nahiyəsinin döş boşluğuna nüfuz etməyən 1 ədəd, sol bazu nahiyəsinin orta 1/3-nin 1 ədəd deşilmiş-kəsilmiş yaraları ayrı-ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar olunmuş xəsarətlər qısa zaman kəsiyində törəndiklərinə görə ardıcıllığı barədə dəqiq fikir söyləmək mümkün deyildir; Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar olunmuş xəsarətlərin xarakterinə və yerləşməsinə görə demək olar ki, xəsarətlər yetirilən anda xəsarət alanın bədəninin ön və arxa hissələri xəsarət yetirən şəxslə qarşı-qarşıya olması istisna olunmur; tibbi sənədlərdə yara kanallarının istiqaməti barədə qeydiyyat aparılmamışdır; Zərərçəkmiş şəxs2 bədəni üzərində olan xəsarətlərin xarakterinə və yerləşməsinə əsasən demək olar ki, həmin xəsarətlərin onun özü-özünə yetirilməsi nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. İş materiallarında olan Məhkəmə-tibb ekspertizasının 10 oktyabr 2020-ci il tarixli 2159 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ yanaq nahiyəsinin, sol bazunun orta 1/3-nin bayır səthinin, döş qəfəsinin sağ yarısının ön səthinin və sağ budun orta 1/3-nin bayır səthinin, döş qəfəsinin sağ yarısının ön səthinin və sağ budun orta 1/3-nin bayır səthinin çapıq toxumaları deşilmiş-kəsilmiş yaraların izləri olmaqla – iti deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər, burun nahiyəsinin yarası bərk küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 25 iyul 2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində olan çapıq toxumalarında cərrahi tikişlərin izləri aşkar edilməmişdir. İş materiallarında olan Məhkəmə-genetik ekspertizasının 02 sentyabr 2020-ci il tarixli 20/431-R saylı rəyi ilə aşağıdakılar müəyyən olunmuşdur: - hadisə yerindən götürülmüş 1 ədəd qara rəngli açılıb qatlanan bıçağın tiyə hissəsi üzərində həm Təqsirləndirilən şəxs2 və həm də kişi cinsindən olan naməlum şəxsə məxsus qan nümunəsi vardır; torpaq üzərindən götürülmüş 2 №-li pambıq tampon üzərindəki qan nümunəsi Təqsirləndirilən şəxs1, 4 №-li pambıq tampon üzərindəki qan nümunəsi Təqsirləndirilən şəxs2, 6 №-li pambıq tampon üzərindəki qan nümunəsi Məmmədov X17 məxsusdur; 5 №-li pambıq üzərində müqayisəli molekulyar-genetik identifikasiya tədqiqatının keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir. Bu səbəbdən həmin nümunə üzərində müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı. - Zərərçəkmiş şəxs2 məxsus göy rəngli «Fohz-Ferroni» ticarət markalı 1 ədəd şalvarın sağ cibinin üstündə Məmmədov X17 məxsus qan nümunəsi, şalvarın sol dizində və sol cibinin üstündə isə Zərərçəkmiş şəxs2 Məmməd-Zair oğluna məxsus qan nümunəsi aşkar edildi; Zərərçəkmiş şəxs2 məxsus açıq boz rəngli «Tommy Hilfiger» ticarət markalı 1 ədəd qısaqol köynəyin üzərində olan qan nümunələri onun özünə məxsusdur; Zərərçəkmiş şəxs2 məxsus qara rəngli 1 cüt ayaqqabının sağ tayı üzərində Məmmədov X17 məxsus qan nümunəsi, sol tayı üzərində isə Zərərçəkmiş şəxs2 məxsus qan nümunəsi aşkar edildi. - Təqsirləndirilən şəxs1 məxsus mavi-ağ rəngli zolaqları olan 1 ədəd uzunqol köynəyin sol qolunun bilək hissəsində həm Təqsirləndirilən şəxs2 və həm də Təqsirləndirilən şəxs1 məxsus qan nümunəsi, köynəyin sağ qolunun bilək hissəsində və üzərində Təqsirləndirilən şəxs1 məxsus qan nümunələri aşkar edildi. Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd mayka üzərində qan nümunələri onun özünə məxsusdur. - Şahid1 məxsus «Love Moschino» ticarət markalı 1 ədəd qısaqol köynək üzərində həm Şahid1 və həm də Təqsirləndirilən şəxs1 məxsus qan nümunəsi aşkar edildi. - «Opel-Astra» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən götürülmüş sarı rəngli taxta dəstəyi olan, 1 ədəd qatlanmayan bıçağın tiyə hissəsində həm Təqsirləndirilən şəxs1 və həm də X5 məxsus qan nümunəsi vardır; həmin avtomobildən götürülmüş dəstəyi qəhvəyi rəngli taxta materialdan olan üzərində «İngco» qeydləri olan 1 ədəd qatlanıb-açılan bıçağın dəstək hissəsində olan qan nümunəsi Zərərçəkmiş şəxs2 məxsusdur; həmin avtomobilin saxlanc yerindən (bardaçokundan) qara rəngli qatlanıbaçılan ümumi uzunluğu 16 sm olan, tiyəsində «Columbia» sözləri həkk edilmiş 1 ədəd bıçağın və qatlanıb-açılan, bəzəkli, ümumi uzunluğu 15 sm və dəstəyi aypara şəklində olan 1 ədəd bıçağın üzərində hər hansı qanabənzər ləkələr aşkar edilmədi; həmin avtomobildən götürülmüş Məmmədov X17 məxsus «Offre» markalı qısaqol köynək üzərində qan nümunələri onun özünə məxsusdur; həmin avtomobildən götürülmüş 1 ədəd kibrit qutusu üzərində həm Təqsirləndirilən şəxs2 və həm də Məmmədov X17 məxsus qan nümunəsi vardır. - «Chevrolet Malibu» markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapısının pəncərəsinin qarşısında olan dirsəkdən 1 ədəd pambıq tampon vasitəsilə götürülmüş qan nümunəsi və avtomobilin sol ön qapısını açdıqda pəncərələri idarə etmə düyməsinin aşağısından 1 ədəd tampon vasitəsilə götürülmüş qan nümunəsi Şahid1, avtomobilin arxa oturacağında aşkar edilmiş «Samsung» ticarət markalı mobil telefonun arxasından 1 ədəd pambıq tampon vasitəsilə götürülmüş qan nümunəsi Təqsirləndirilən şəxs1 məxsusdur; həmin avtomobilin sol arxa qapısının üzərindəki rezinin üzərindən 1 ədəd pambıq tampon vasitəsilə götürülmüş nümunə üzərində müqayisəli molekulyargenetik identifikasiya tədqiqatının keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir və bu səbəbdən həmin nümunə üzərində müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı. - «Chevrolet Malibu» markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş Təqsirləndirilən şəxs1 məxsus «Akgun» markalı 1 ədəd qara rəngli ayaqqabı üzərində aşkar edilmiş qan nümunələri Təqsirləndirilən şəxs1 məxsusdur; avtomobildən götürülmüş Təqsirləndirilən şəxs3 məxsus üzərində «Adidas» qeydləri olan, uzunqol, papaqlı 1 ədəd sarı rəngli gödəkcənin papağının arxa səthində aşkar edilmiş qan nümunələri həm Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, həm Şahid1 və həm də X5, gödəkcənin arxasında aşkar edilmiş qan nümunəsi isə Təqsirləndirilən şəxs3 məxsusdur; həmin avtomobildən götürülmüş sağ ön və sağ arxa oturacağın altındakı 2 ədəd ayaqaltı üzərində hər hansı qanabənzər ləkə aşkar edilmədi. Bu səbəbdən həmin obyektlər üzərindən tədqiqat üçün nümunə götürülmədi. - Tibb müəssisəsindən götürülmüş Təqsirləndirilən şəxs1 məxsus «Tac Force speedsterimodel» və «USA design» qeydləri olan 1 ədəd qatlanıb-açılan bıçağın tiyə və dəstək hissələrində Təqsirləndirilən şəxs1 məxsus qan nümunəsi vardır; 1 ədəd qatlanmayan bıçağın tiyə hissəsinin ucunda həm Təqsirləndirilən şəxs1 və həm də Zərərçəkmiş şəxs2 məxsus qan nümunəsi vardır. - Məmmədov X17 məxsus «Arii Tekstil» ticarət markalı 1 ədəd şort üzərində aşkar edilmiş qan nümunələri Məmmədov X17 məxsusdur. - X5 məxsus üzərində «LCVV L32» qeydləri olan 1 ədəd tünd göy rəngli şalvarın sol cibi üzərində həm Təqsirləndirilən şəxs1 və həm də Şahid1 məxsus qan nümunəsi vardır; X5 məxsus həmin şalvarın digər hissələri üzərində və ona məxsus boyun hissəsində «US Polo ASSN» qeydləri olan 1 ədəd boz rəngli qolsuz köynək, «Kinetix 41» sözü yazılmış boz rəngli qaytanlı 1 cüt idman ayaqqabısının sol tayı və 1 ədəd corab üzərində olan qan nümunələri X5 məxsusdur; X5 məxsus «Kinetix 41» sözü yazılmış boz rəngli qaytanlı 1 cüt idman ayaqqabısının sağ tayı üzərində həm Təqsirləndirilən şəxs1 və həm də X5 məxsus qan nümunəsi vardır. - Təqsirləndirilən şəxs3 məxsus qaba hissəsində «A Vladyastrebs» qeydləri olan ağ rəngli 1 ədəd qolsuz köynəyin ön səthi üzərində aşkar edilmiş qan nümunəsi Təqsirləndirilən şəxs1, arxa səthi üzərində aşkar edilmiş qan nümunəsi isə Təqsirləndirilən şəxs2 məxsusdur; Təqsirləndirilən şəxs3 məxsus qırmızı rəngli 1 ədəd mayka üzərində aşkar edilmiş qan nümunələri Təqsirləndirilən şəxs3 məxsusdur. - Təqsirləndirilən şəxs2 məxsus boyun hissəsində «X30» qeydləri olan qara rəngli 1 ədəd qolsuz köynək və bel kəmər hissəsində «X23 A Milano Dal vvoven in Belia-İtaly» qeydləri olan qara rəngli 1 ədəd şalvar üzərində hər hansı qanabənzər ləkə aşkar edilmədi. Bu səbəbdən yuxarıda sadalanan obyektlər üzərindən tədqiqat üçün nümunə götürülmədi. - «Vaz-21154» markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş 1 ədəd presslənmiş uzun karton parçası üzərində aşkar edilmiş qan nümunəsi Təqsirləndirilən şəxs2 məxsusdur. - Məmmədov X14 dirnaq kəsintiləri altında Şahid1 məxsus bioloji mənşəli materiallar (epiteli hüceyrələri) aşkar edildi. X4 dırnaq kəsintiləri altında kənar şəxsə məxsus olan bioloji mənşəli materiallar aşkar edilmədi. İş materiallarında olan Məhkəmə genetik ekspertizasının 12 oktyabr 2020-ci il tarixli 20/548R saylı rəyindən görünür ki, hadisə yerindən götürülmüş 1 ədəd qara rəngli açılıb qatlanan bıçağın tiyə hissəsi üzərində həm Təqsirləndirilən şəxs2 və həm də Zərərçəkmiş şəxs3 məxsus qan nümunəsi vardır. İş materiallarında olan Məhkəmə-tibbi kriminalistik ekspertizasının 21 sentyabr 2020ci il tarixli 459MTKŞ/2020 saylı rəyi ilə aşağıdakı nəticəyə gəlinmişdir: - ekspertizaya təqdim olunmuş və mərhum Məmmədov X17 məxsus köynəyin arxa səthinin sol yarısının yuxarı hissəsində 03 ədəd, sol qolunun ön səthi üzərində 01 ədəd və sol qolunun arxa səthi üzərində cəmi 02 ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr ülgücü, ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. - mərhum Məmmədov X17 məxsus köynəkdə aşkar olunmuş deşilmiş-kəsilmiş və deşilmiş zədələr 4 №-li (Opel-Astra markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön saxlanc yerindən (bardaçokdan) götürülmüş) və 5 №-li («Opel-Astra» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön saxlanc yerindən (bardaçokdan) götürülmüş) bıçaqların tiyəsi ilə yetirilməsi inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs1 məxsus köynəkdə aşkar olunmuş deşilmiş-kəsilmiş və deşilmiş zədələrin tədqiqata yararlı digər 02 ədəd, yəni 3 №-li («Opel-Astra» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən götürülmüş) bıçağın və 6 №-li («Opel-Astra» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən götürülmüş) bıçaqların tiyəsi ilə törənməsi inkar olunur. - Mərhum Zərərçəkmiş şəxs1 məxsus köynəyin arxa səthinin sol yarısının yuxarı hissəsində və sol qolun səthinin aşağı hissəsində 02 ədəd deşilmiş zədələr aşkar olundu. Bu zədələr iti uclu əşyanın (əşyaların) uc hissəsinin təsirindən törənə bilərdilər. - Mərhum Zərərçəkmiş şəxs1 məxsus köynəyin arxa səthinin sağ yarısının yuxarı hissəsində 01 ədəd küt yaranma mexanizminə malik və köynəyin müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik 01 ədəd sökülmə zədəsi aşkar olundu. - Mərhum Zərərçəkmiş şəxs1 məxsus köynəyin arxa səthinin sağ yarısının yuxarı hissəsində küt yaranma mexanizminə malik və köynəyin müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik 01 ədəd cırılma zədəsi aşkar olundu. - Mərhum Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthinin sağ yarısının yuxarı hissəsində və arxa səthinin sol yarısının yuxarı hissəsində, boyunluqda toxuma defektli, yüksək termiki təsirə məruz qalmış (yanma) 02 ədəd zədə aşkar olundu. - Təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs1 məxsus şortun arxa səthinin sol yarısının yuxarı hissəsində 01 ədəd küt yaranma mexanizminə malik və şortun müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik cırılma zədəsi aşkar olundu. - Mərhum Zərərçəkmiş şəxs1 məxsus şortun arxa səthinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik 01 ədəd sökülmə zədəsi aşkar olundu. - ekspertizaya təqdim olunmuş və mərhum X5 məxsus köynəyin ön səthinin sol yarısının yuxarı hissəsində 01 ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə ülgücü, ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. - mərhum H.Yaqubova məxsus köynəkdə aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin 3 №-li («Opel-Astra» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən götürülmüş) bıçağın tiyəsi ilə yetirilməsi inkar olunmur. Mərhum H.Yaqubova məxsus köynəkdə aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin tədqiqata yararlı digər 02 ədəd, yəni 4 №-li, 5 №-li və 6 №-li (hər üçü «Opel-Astra» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən götürülmüş) bıçaqların tiyəsi ilə törənməsi inkar olunur. - təqdim edilmiş mərhum H.Yaqubova məxsus şalvarın sağ ayaqlığının ön səthinin orta-dizlik hissəsində və ön səthinin sol yarısının yuxarı hissəsində, sol yan cibin üzərində aşkar edilmiş 02 ədəd deşilmiş-kəsilmiş zədələrin təqdim edilmiş 5 №-li bıçağın tiyəsinin təsirindən törənməsi inkar olunmur. - mərhum H.Yaqubova məxsus köynəyin ön səthinin sağ yarısının yuxarı hissəsində küt yaranma mexanizminə malik olan və köynəyin müvafiq nahiyəsinin hər hansı bir əşyaya (predmetə) ilişib-cırılması nəticəsində əmələ gəlməyə xarakterin 01 ədəd cırılma zədəsi aşkar olundu. - mərhum H.Yaqubova məxsus şalvarın sağ ayaqlığının ön səthinin dizlik hissəsində və ön səthinin sol yarısının yuxarı hissəsində, sol yan cibin üzərində 02 ədəd deşilmişkəsilmiş zədələr aşkar edildi. Bu zədələr ülgücü, ucu və küpü olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. - təqdim edilmiş və mərhum H.Yaqubova məxsus 01 ədəd tuman, 01 ədəd kəmər, 01 cüt corab və 01 cüt ayaqqabının üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. - təqdim olunmuş və Zərərçəkmiş şəxs2 məxsus köynəyin arxa səthində cəmi 05 ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr ülgücü, ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. - Zərərçəkmiş şəxs2 məxsus köynəkdə aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin tədqiqata yararlı 04 ədəd bıçaqların tiyəsi ilə törənməsi inkar olunur. - Zərərçəkmiş şəxs2 məxsus köynəyin ön səthinin sol yarısının yuxarı hissəsində küt yaranma mexanizminə malik və köynəyin müvafiq nahiyəsinin hər hansı bir əşyaya (predmetə) ilişib-cırılması və sonradan kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik 02 ədəd cırılma zədələri aşkar olundu. - Zərərçəkmiş şəxs2 məxsus köynəyin sol çiyinliyi üzərində 01 ədəd səthi kəsilmiş zədə aşkar olundu. Bu zədə iti kənarı olan hər hansı iti alətin (predmetin) təsirindən əmələ gələ bilərdi. - təqdim olunmuş və Zərərçəkmiş şəxs2 məxsus bir ədəd şalvar, bir ədəd kəmər və bir cüt ayaqqabının üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. - Təqdim edilmiş və Şahid1 məxsus köynəyin ön səthinin sol yarısının yuxarı hissəsində 01 ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə ülgücü, ucu və küpü olan yastı tiyə tipli deşici kəsici alətin təsirindən əmələ gəlmişdir. - Şahid1 məxsus köynəkdə aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin tədqiqata yararlı 04 ədəd bıçaqların tiyəsinin təsirindən törənməsi inkar olunur. - Təqdim edilmiş və Təqsirləndirilən şəxs1 məxsus köynəyin və maykanın ön səthinin sol yarısının yuxarı hissəsində 01 ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə ülgücü, ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. - Təqsirləndirilən şəxs1 məxsus köynəkdə aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin 3 №li bıçağın («Opel-Astra» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən götürülmüş) tiyəsi ilə yetirilməsi inkar olunmur. Təqsirləndirilən şəxs1 məxsus köynəkdə aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin digər 03 ədəd, yəni 4 №-li, 5 №-li və 6 №-li (həmin avtomobilin arxa yük yerindən götürülmüş) bıçaqların tiyəsi ilə törənməsi inkar olunur. - Təqsirləndirilən şəxs1 məxsus köynəyin ön səthində, yuxarıdan aşağıya doğru tikilmiş 3cü,4-cü və 5-ci düymələrin yerində olmaması aşkar olundu. Bu düymələrin öz yerində olmaması köynəyə küt qüvvə tətbiq etməklə (dartılmaqla) qopub düşməsi ilə izah oluna bilər. - Təqsirləndirilən şəxs1 məxsus bir cüt ayaqqabının üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. - Təqdim olunmuş və Təqsirləndirilən şəxs2 məxsus bir ədəd köynək və bir ədəd şalvar üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. - Təqdim edilmiş və Təqsirləndirilən şəxs3 məxsus bir ədəd köynək, bir ədəd mayka və bir ədəd gödəkcə üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar edilmədi. - Təqdim olunmuş və «Chevrolet Malibu» markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin və arxa sağ oturacaqlarının ayaqaltılarının üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. - Təqdim olunmuş və Təqsirləndirilən şəxs2 məxsus şərti olaraq 1 №-li bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. - Təqdim olunmuş və Təqsirləndirilən şəxs1 məxsus və şərti olaraq 2 №-li bıçaq zavod üsulu ilə hazırlanmış qatlanan tipli xüsusi təyinatlı, deşici-kəsici xassəyə malik köməkçi ov bıçağıdır və soyuq silah hesab olunmur. - Təqdim olunmuş və «Opel Astra» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən götürülmüş 3 №-li bıçaq məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. - Təqdim olunmuş və «Opel Astra» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön saxlanc yerindən (bardaçokdan) götürülmüş 4 №-li bıçaq zavod üsulu hazırlanmış məişət tipli məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. - Təqdim olunmuş və «Opel Astra» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön saxlanc yerindən (bardaçokdan) götürülmüş 5 №-li bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. - Təqdim olunmuş və «Opel Astra» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən götürülmüş 6 №-li bıçaq zavod üsulu ilə hazırlanmış qatlanan tipli xüsusi təyinatlı, deşici-kəsici xassəyə malik köməkçi ov bıçağıdır və soyuq silah hesab olunmur. - Zədə yetirilən anda zərərçəkmiş şəxslərlə və zədə yetirən şəxslər müxtəlif qarşılıqlı duruş vəziyyətində ola bilərdilər (5-ci cild səh 133-180). İş materiallarında olan Komisyon məhkəmə-tibbi kriminalistik ekspertizası üzrə 01 dekabr 2020-ci il tarixli 545-2020/MTKŞ saylı ekspert rəyindən görünür: - təqdim edilmiş mərhum Məmmədov X17 məxsus paltarlar üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin (köynəyin arxa səthinin sol yarısının yuxarı hissəsində 03 ədəd, sol qolunun ön səthi üzərində 01 ədəd və sol qolunun arxa səthi üzərində cəmi 02 ədəd deşilmiş-kəsilmiş zədələr) və onun meyitinin üzərində olan xəsarətlərin (döş qəfəsinin sağ yarısının ön səthinin 01 ədəd və sol kürəkaltı nahiyənin 02 ədəd daxilə nüfuz edən; sol kürəküstü nahiyənin 01 ədəd, sol sağrı nahiyəsinin 01 ədəd və sol bazunun 01 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları) forma, xarakter, xətti ölçüləri, morfoloji əlamətlərini, həmçinin təqdim edilmiş bıçaqların konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, bu zədələrin və xəsarətlərin ekspertizaya təqdim edilmiş şərti olaraq işarələnmiş 1 №-li (hadisə yerindən götürülmüş və Təqsirləndirilən şəxs2 məxsus); 2 №-li (Təqsirləndirilən şəxs1 məxsus); 4 №-li («Opel-Astra» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön saxlanc yerindən götürülmüş) və 5 №-li («Opel-Astra» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön saxlanc yerindən götürülmüş) bıçaqların tiyəsi ilə yetirilməsi inkar olunmur. - mərhum Zərərçəkmiş şəxs1 məxsus paltarlar üzərində aşkar edilmiş digər zədələr (köynəyin arxa səthinin sağ yarısının yuxarı hissəsində 02 ədəd, şortun arxa səthində) və bədəni üzərində olan xəsarətlər (sol kürək nahiyəsinin bayır hissəsinin, sol kürəkaltı nahiyənin və döş qəfəsinin sağ yan səthinin sıyrıqları) küt yaranma mexanizmə malikdirlər, gətirilib-dartılma nəticəsində və küt əşya (əşyalar) təsirindən törənmişlər. - Təqdim olunmuş Zərərçəkmiş şəxs2 məxsus paltar üzərində aşkar edilmiş zədələrin (köynəyin arxa səthində 05 ədəd deşilmiş-kəsilmiş zədələr və köynəyin sol çiyinliyi üzərində 01 ədəd səthi kəsilmiş zədə) və bədəni üzərində aşkar edilmiş xəsarətlərin (döş qəfəsinin sağ yan səthinin və döş qəfəsinin sol yan səthinin 02 ədəd döş boşluğuna nüfuz edən, bel nahiyəsinin sol yarısının 01 ədəd qarın boşluğuna nüfuz edən, sol kürək nahiyəsinin döş boşluğuna nüfuz etməyən 01 ədəd, sol bazu nahiyəsinin orta 1/3-nin 01 ədəd deşilmiş-kəsilmiş yaraları) forma, xarakter, xətti ölçüləri, morfoloji əlamətlərini, həmçinin təqdim edilmiş bıçaqların konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, bu zədələrin və xəsarətlərin təqdim edilmiş şərti olaraq işarələnmiş 1 №-li (hadisə yerindən götürülmüş və Təqsirləndirilən şəxs2 məxsus); 2 №-li (Təqsirləndirilən şəxs1 məxsus) bıçaqların tiyəsi ilə yetirilməsi inkar olunmur. - Təqsirləndirilən şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol əlin ovuc səthinin kəsilmiş yarası iti kəsici alətin təsirindən törənə bilərdi, təqdim edilmiş 6 ədəd bıçaqların hər hansı birinin tiyələri ilə yetirilməsi inkar olunmur. - Təqsirləndirilən şəxs2 bədənində olan digər xəsarətlər – sağ dirsək oynağı və sağ əlin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər. - Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər (sağ yanaq nahiyəsinin, sol bazunun orta 1/3-nin bayır səthinin, döş qəfəsinin sağ yarısının ön səthinin və sağ budun orta 1/3-nin bayır səthinin çapıq toxumaları – deşilmiş-kəsilmiş yaraların izləri) iti deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Lakin bu zədələr ilkin morfoloji xüsusiyyətlərini itirdiyinə görə onların təqdim edilmiş bıçaqların təsirindən törənibtörənməməsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. İş üzrə yuxarıda qeyd olunan sübutlarla müəyyən olunmuş faktiki hallardan göründüyü kimi məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 25 iyul 2020-ci il tarixdə saat 19:00-da yaşadığı evində olduğu vaxt cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanıdığı X7 Mirzəyevin ona zəng edərək Abşeron rayonu Xırdalan şəhərində birlikdə olduğu xanımının yanında bir nəfər şəxs tərəfindən döyüldüyünü deyib, ondan təkidlə kömək istədiyinə görə, o, öz tanışları X8 və Təqsirləndirilən şəxs2 ilə telefonla əlaqə saxlayıb onlarla Bakı şəhəri “Bakcell Arena” adlanan ərazidə görüşərək, Təqsirləndirilən şəxs3 döyülməsi məsələsini aydınlaşdırmaq lazım olduğunu bildirib onların bu işdə ona kömək edəcəklərinə dair razılıqlarını aldıqdan sonra o, Abşeron rayonu Xırdalan şəhərinə getmək üçün avtomobili olan dostu Şahid1 da çağırıb, ona niyyəti barədə məlumat vermədən avtomobili ilə onu Xırdalan şəhərinə aparmağı xahiş edib, sonuncuya məxsus «Chevrolet Malibu» markalı avtomaşınla həmin gün saat 22 radələrində Xırdalan şəhərində yerləşən Təqsirləndirilən şəxs3 qarşı zor göstərən Zərərçəkmiş şəxs2 yaşadığı əraziyə gəlib, İslam Səfərli küçəsi 283 saylı fərdi yaşayış evinin yaxınlığında onunla, qardaşı Məmmədov X25 və qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 dostu Zərərçəkmiş şəxs3 ilə qarşılaşıb, Təqsirləndirilən şəxs3 həmin gün döyülməsi məsələsinə aydınlıq gətirilməsi məqsədi ilə danışmaq istərkən hadisə baş verən yerdə olan Zərərçəkmiş şəxs3 nalayiq ifadə işlətməsindən sonra isə yaranmış mübahisə və dalaşma nəticəsində onlara ittiham ediləm cinayət hadisəsi baş vermişdir. İttiham aktından da göründüyü kimi ittiham orqanı hadisənin məhz yuxarıda qeyd olunan şəkildə, yəni Təqsirləndirilən şəxs1 və onun yanında olan şəxslərə Zərərçəkmiş şəxs3 nalayiq ifadə işlətməsindən sonra yaranmış mübahisə və dalaşma nəticəsində baş verməsini qəbul etmiş və elan olunmuş ittiham aktında da bu fakt öz əksini tapmışdır. Yuxarıda qeyd olunanlar isə bir daha onu təsdiq edir ki, baş vermiş hadisə məhkum olunmuş şəxslərin deyil, tərəflər arasında şəxsi münasibətlər zəminində məhz Zərərçəkmiş şəxs3 təşəbbüsü ilə (yəni onun məhkum olunmuş şəxslərə nalayiq ifadə işlətməsinə görə baş vermiş mübahisə və dalaşmanın nəticəsi olaraq) başlanmışdır. Lakin istər ibtidai istintaq, istərsədə birinci instansiya məhkəməsi yuxarda qeyd olunan faktiki halları nəzərə almamış, şəxsi münasibətlər zəminində baş vermiş hadisəni əsassız olaraq xuiqanlq niyyəti ilə törədilmiş cinayət əməli kimi qiymətləndirməklə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 əməlini əsassız olarq CM-nin 120.2.2 və 29,120.2.2-ci maddələri ilə tövsif etmiş, ibtidai istintaq orqanı isə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 qarşı həmçinin qeyd olunan sonuncu maddə ilə ittiham irəli sürmüşdür. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan faktiki hallara (həmin hallar ittiham tərəfindən təqdim olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla müəyyən olunur) əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin 25 iyul 2020-ci il tarixdə saat 22 radələrində Xırdalan şəhəri, İslam Səfərli küçəsi 283 saylı fərdi yaşayış evinin yaxınlığında şəxsi münasibətlər zəminində və zərərçəkmiş şəxsin təşəbbüsü ilə baş vermiş hadisəni “məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 qəsdən öldürməsi və Zərərçəkmiş şəxs3 isə bilavasitə özü xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhdlər etməsi kimi, yəni CM-nin 120.2.2 və 29,120.2.2-ci maddələri ilə müəyyən olunmuş cinayət əməli kimi qiymətləndirməsi və həmin əsaslarla da məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 əməlinin qeyd olunan maddələrlə tövsif etməsi, o cümlədən ittiham orqanının məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 qarşı həmçinin CM-nin 29.120.2.2-ci maddəsi ilə ittiham irəli sürməsi barədə qənaətləri ittiham orqanı tərəfindən təqdim olunmuş və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla müəyyən edilmiş faktiki hallara uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və İnzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərə görə xuliqanlıq motivinin sübut edilməsi şəxsin əməlinin xuliqanlıq və xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma kimi qiymətləndirilməsini və həmin əməllərə Azərbaycan Respublikası CM-nin 221 və 126.2.4-cü maddələrinin tətbiq maddələrinin tətbiq edilməsini mümkün edən zəruri şərtdir. “Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hömətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini) qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarında da (3cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası CM-nin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, əgər təqsirkann hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarna etinasızlığı deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən (onda etiraz doğuran) davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət - xuliqanlıq və yaxud xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilməməlidir. Qeyd olunanlardan göründüyü kimi xuliqanlıq cinayətinin, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurmanın subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüüru ilə əhatə olunmasım ehtiva edir. Bu isə şəxsin əqli, psixi cəhətdən həmin dəyərləri dərk etmək qabiliyyətində olmasını, onun əqli inkişafının, psixi vəziyyətinin buna imkan verməsini tələb edir. Cinayət qanununun mənasına görə xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızhq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa xəsarət yetirmə çox vaxt heç bir əsaslı səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilir. Xuliqanlıq niyyəti ilə həyata keçirilən ictimai təhlükəli əməl dedikdə, heç bir səbəb olmadan və ya cüzi bir səbəbdən törədilmiş, insanın şəxsiyyətinə və ya onun əmlakına yönəlmiş qəsdən edilən hərəkətlər başa düşülməlidir. Bununla yanaşı, təqsirli şəxsin mübahisə, savaşma və ya dalaşma zəminində onun zorakı hərəkətlər törətməsi zamanı niyyətinin düzgün müəyyən edilməsi üçün kimin mübahisə və dava-dalaşın yaratmasının təşəbbüskarı olması, konfliktə təhrik etmək üçün hüquqazidd hərəkətlərin törədilməsinə bəhanənin gətirilməsinin təşəbbüskarının kimin olmasının aydınlaşdırılması vacibdir. Hazırkı işin müəyyən edilmiş hallarından isə görünür ki, məhkum olunmuş şəxslərlə zərərçəkmiş şəxslər arasında şəxsi münasibətlər zəminində baş vermiş, aralarında sözlə mübahisə olmuş, Zərərçəkmiş şəxs3 məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 və yanında olan şəxslərə qarşı nalayiq ifadə işlətməsindən sonra qarşılıqlı dava-dalaş nəticəsində cinayət hadisəsi baş vermişdir. Yəni dava-dalaşın yaranmasına səbəb Zərərçəkmiş şəxs3 hərəkətləri olmuşdur. Beləliklə, iş üzrə müəyyən edilmiş faktiki hallardan görünür ki, məhkum ounmuş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində xuliqanlıq niyyəti, yəni özlərinin şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymaq, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirmək, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstəmək, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsi, o cümlədən cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunan əlamətlər olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş materialları ilə hazırkı iş üzrə məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində CM-nin CM-nin 120.2.2 və 29,120.2.2-ci maddələri ilə müəyyən olunmuş cinayət əməlinin əlamətləri, yəni Təqsirləndirilən şəxs1 heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətiilə Zərərçəkmiş şəxs1 qəsdən öldürməsi və Zərərçəkmiş şəxs3 isə bilavasitə özü xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhdlər etməsi, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1lə birlikdə öldürməyə yönəlmiş hərəkətlərini başa çatdıra bilməməklə xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd etməsinə dair ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil, ittiham tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş və iş materiallarında da belə sübut yoxdur və təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı CM-nin 120.2.2 və 29,120.2.2-ci maddələri ilə elan olunmuş ittiham konkret və mötəbər sübutlara istinadən deyil, mülahizələrlə əsaslandırılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 21.3-cü maddəsi Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiaham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin, müdafiəçinin, mülki cavabehin) müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrində təsbit edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab olunur. Məhkəmə kolegiyası yuxarıda qeyd olunanlara əsasən apellyasiya protestinin birinci instansiya məhkəməsinin məhkum olunmuş şəxs X6 elan edilmiş ittihamdan CM-nin 29,120.2.2-ci maddəsinin xaric edilməsinin qanunsuz olmasına dair dəlillərini əsassız sayır və eyni zamanda apellyasiya şikayətlərinin Təqsirləndirilən şəxs1 əməllərini CM-nin 120.2.2 və 29,120.2.2-ci maddələri ilə tövsif olunmasının əsassız olmasına dair dəlilləri ilə razılaşır və hesab edir ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 əməli CM-nin 120.2.2-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif olunmalı və məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamdan CM-nin 29,120.2.2-ci maddəsi xaric edilməlidir. Məhkəmə kollegiyasiyı aşağıda qeyd olunanlara görə apellyasiya protestinin birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs1 və Yaşar Mövsiimovun ifadələrində özünü müdafiə xarakterli göstərdiyi dəlillərə tənqidi və iş materiallarında olan bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməklə yanaşmaması, Təqsirləndirilən şəxs1 və X24 Məmmədovu bir qrup şəxs halında öldürməyə cəhd etməmələrinin hüquqi əsaslarının nədə ifadə olunduğunu göstərməməsi, təqsirləndirilən şəxslərin əməllərinə hüquqi qiymət verərkən subyektiv mülahizələrə əsaslanmasına dair dəlillərini əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsinin məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamdan CM-nin 29,120.2.1-ci maddəsinin xaric edilməsinə dair nəticəsi əsassız olmuşdur. Belə ki, iş üzrə müəyyən olunmuş faktiki hallardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisə yerinə gələnədək üzərlərində soyuq silah hesab edilməsə də, insan sağlamlığına zərər yetirə biləcək alət, yəni bıçaqları olmuş, hadisə yerinə gəlmək üçün görüşdükləri yerdə tanışları Təqsirləndirilən şəxs3 qarşı qanunsuz hərəkətlərin edilmə səbəbini aydınlaşdırmaq üçün gedəcəklərinə dair aralarında razılaşma olmuş, habelə məsələnin aydınlaşdırilması ərəfəsində küçədə, ictimai yerdə mübahisənin baş verə biləcəyini dərk edib buna şüurlu surətdə yol verib hadisə yerinə getmişlər. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la hərəkətlərini qarşılıqlı uzlaşdıraraq bir-birlərinə qoşulub bir qrup şəxs halında hər ikisi bıçaqla yaralı vəziyyətdə olan Zərərçəkmiş şəxs2 əlavə zərbələr endirərək, ona bir daha həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid “döş qəfəsinin sağ yan səthinin, sağ orta qoltuqaltı xətti üzrə və döş qəfəsinin sol yan səthinin, sol orta qoltuqaltı xətti üzrə 2 ədəd döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları” kimi xəsarətlər yetirsələr də, Zərərçəkmiş şəxs2 ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən öz iradəsindən asılı olmayan səbəblərdən biavasitə sonuncunu Təqsirləndirilən şəxs2la birlikdə öldürməyə yönəlmiş hərəkətlərini başa çatdıra bilməməklə bir qrup şəxs halında qəsdən adam öldürməyə cəhd etmişlər. İşin bu halı, təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrilə qismən etiraf edilsə də, birinci istansiya məhkəməsində təqsirləndirilən şəxslərin ibtidai istintaqda verdikləri ifadələr elan olunarkən bir daha aydın olmuşdur ki: - Təqsirləndirilən şəxs2 hadisədən 2 gün sonra, yəni 27.07.2020-ci ildə verdiyi ifadəsində qeyd etmişdir ki, “Hadisə vaxtı ona xəsarəti çox güman ki, Xəlil yetirmiş, çünki onunla əlbəyaxa olduqdan sonra yerə yıxılmış və daha sonra Xəlil nə isə arxa tərəfdən çıxaranda o, həmin əşyanı tutmaq istəyərkən xəsarət almış, Turala, Hüseynağaya, İlqara isə kimin xəsarət yetirdiyini görməmişdir. Dəqiq xatırladığına görə Xəlilin qoluna bir dəfə bıçaq dəymiş, digər hərəkətləri ilə öz bıçağı ilə sağa-sola havada hərəkətlər edərək özünü müdafiə etmiş, onun daha sonra harasına və nə qədər bıçaq xəsarəti dəydiyini, yaxud sonradan ona kiminsə xəsarət yetirməsini bilməmiş və qarşı tərəfdə olan Zərərçəkmiş şəxs1 da kimin xəsarət yetirdiyini görməmişdir”. - Təqsirləndirilən şəxs2 istintaq zamanı sonrakı ifadəsində qeyd etmişdir ki, «…Turalın Xəlilə yaxınlaşıb onunla təkbətək söhbət etmək üçün onlardan təxminən 5-10 metr uzaqlaşdığını, bu zaman orada oturan tanımadığı bir nəfərin Turala yaxınlaşaraq onu vurmaq istədiyini, onların da bundan sonra yaxınlaşdıqlarını, aralarında dava-dalaş başladığını, həmin vaxt Xəlillə üzbəüz qalıb onunla əlbəyaxa olduğunu, hətta onun zərbəsinin təsirindən yıxıldığını, yerdə olarkən o əlini arxa cibinə salaraq nəsə çıxarıb üstünə gəldiyi vaxt onun sol əlini qabağa verərək Xəlilin sağ əlindəki əşyasının ona dəyməsinin qarşısını almaq istədiyini, həmin vaxt əlindən xəsarət aldığını, lakin hadisə zamanı şokda olduğundan hiss etmədiyini və hadisə bitdikdən sonra xəsarətini gördüyünü, özünü müdafiə etmək üçün sağ cibində gəzdirdiyi tiyəsi təxminən 3 sm olan düymə ilə açılıb-bağlanan qara rəngli bıçağı çıxarıb Xəlilin bədəninin müxtəlif nahiyələrinə həmin bıçaqla xəsarət yetirmiş, bundan sonra Xəlilin ondan aralanıb dava gedən yerdə kütləyə tərəf getmişdir» dediyi və 27 iyul 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəni yanlış vermiş, həmçinin Turalın da bıçağının olmasını da görmədiyini göstərmiş, yəni heç kimin adını vermək istəməmiş, həmin vaxt kimin kim olmasını, yəni qarşı tərəfdən olan şəxslərin adlarını bilməmiş, Xəlili də Bahadurla səhv salmış, ona görə də ilkin ifadəsində Bahaduru Xəlil kimi göstərmişdir. Hadisə vaxtı Turala, Hüseynağaya, İlqara, Məmmədə kimin xəsarət yetirməsini görməmiş, əvvəlki ifadəsində: “digər hərəkətlərimlə mən öz bıçağımla sağa və sola havada hərəkətlər edərək özümü müdafiə edirdim” ifadəsini düzgün göstərməmiş, o, belə bir hərəkət etməmişdir. - Təqsirləndirilən şəxs2 istintaq zamanı 27 iyul 2020-ci il tarixli ifadəsində onu da qeyd etmişdir ki, hadisə vaxtı ona xəsarəti çox güman ki, Xəlil yetirmiş, çünki onunla əlbəyaxa olduqdan sonra yerə yıxılmış və daha sonra Xəlil nə isə arxa tərəfdən çıxaranda o, həmin əşyanı tutmaq istəyərkən xəsarət almış, Turala, Hüseynağaya, İlqara isə kimin xəsarət yetirdiyini görməmişdir. Dəqiq xatırladığına görə Xəlilin qoluna bir dəfə bıçaq dəymiş, digər hərəkətləri ilə öz bıçağı ilə sağa-sola havada hərəkətlər edərək özünü müdafiə etmiş, onun daha sonra harasına və nə qədər bıçaq xəsarəti dəydiyini, yaxud sonradan ona kiminsə xəsarət yetirməsini bilməmiş və qarşı tərəfdə olan Zərərçəkmiş şəxs1 da kimin xəsarət yetirdiyini görməmişdir. - Təqsirləndirilən şəxs2 29 yanvar 2021-ci il tarixdə istintaqa verdiyi ifadəsində isə hadisə zamanı bir anlıq Bahadurla üz-üzə gəldiyini, onun sol əlində bıçaq gördüyünü, Bahadurun onun üstünə hücum etmək istədiyini, sinə nahiyəsindən təpiklə vurduğunu, Bahadurun zərbəsinin təsirindən yerə yıxılıb sağ dirsəyini əzdiyini, onun yerdə olmağından istifadə edərək Bahadurun üstünə hücuma keçib əlindəki bıçaqla onu vurmaq istədiyini, bunun qarşısını alıb sol əli ilə Bahadurun sol əlindəki bıçağı tutub yavaş-yavaş ayağa qalxmağa başladığını, bu vaxt Bahadurun onu bir neçə dəfə sağ əli ilə yumruqla baş nahiyəsindən vurduğunu, bundan sonra sağ əli ilə belindən özü ilə gətirdiyi qara rəngli düymə ilə açılan bıçağı kəmərinin üstündən çıxarıb açaraq ayağa qalxdıqdan sonra sağ əli ilə Bahadurun bıçaq tutduğu sol əlinə bir dəfə zərbə endirdiyini, bundan sonra Bahadurun geri çəkilərək arxaya gedəndə ayağının ilişib yerə yıxıldığını, yanı üstə oturaraq üstünə getməməyi üçün əlini qaldırıb dayanmağını işarə edən hərəkətlər etdiyini, onun da Bahadurun üstünə daha getmədiyini, həmçinin onun bıçağını tutan zaman sol əlindən xəsarət aldığını göstərmişdir. - Zərərçəkmiş şəxs2 birinci instansiya məhkəməsində elan olunmuş istintaqdakı ifadəsində isə göstərmişdir ki, Yaşar Mövsumovun şəkilinə diqqətlə baxıb onu üz quruluşundan, başının formasından, qaşlarından, gözlərindən və baxışından tanımış, o, həmin gün davaya gələn şəxslərdən yaşına görə fərqlənmiş, yəni o, dava başlamazdan əvvəl Turalın yanında olmuşdur. İlk olaraq onu Tural bıçaqla vurmuş, daha sonra Tural onun dalınca qaçaraq belindən dəqiq sayını xatırlamadığı bıçaq xəsarətləri yetirmiş, həmin vaxt vurulduğunu hiss etmiş, bıçağını götürüb kütləyə tərəf gedəndə qarşı tərəfdən olan şəxslər onun qardaşı mərhum Məmmədin ətrafında yığışıb onu yumruq və təpiklə vurmuş, həmin vaxt onu bıçaqla vuran Tural və onun yanında gələn Yaşarın qardaşını nə ilə isə vurduqlarını görüb onlara tərəf qaçmış, əlindəki bıçaqla havada sağa və sola hərləyərək onları qardaşından uzaq etməyə çalışmış və həmin vaxt bıçağının kiməsə dəyibdəyməməsini dəqiq xatırlamamışdır. Kütləyə girəndən sonra Yaşarla üz-üzə gələn vaxt o onu sinə nahiyəsindən əlindəki bıçaqla vurmuş, yerə yıxılandan sonra orada olan şəxslər onu və Məmmədi təpikləməyə başlayanda əlindəki bıçaq yerə düşmüşdür. Bundan başqa, iş materiallarında olan Məhkəmə-genetik ekspertizasının 02 sentyabr 2020-ci il tarixli 20/431-R saylı rəyi ilə hadisə yerindən götürülmüş 1 ədəd qara rəngli açılıb qatlanan bıçağın tiyə hissəsi üzərində həm Təqsirləndirilən şəxs2 və həm də kişi cinsindən olan naməlum şəxsə məxsus qan nümunəsi olmasının, torpaq üzərindən götürülmüş 2 №-li pambıq tampon üzərindəki qan nümunəsi Təqsirləndirilən şəxs1, 4 №-li pambıq tampon üzərindəki qan nümunəsi Təqsirləndirilən şəxs2, 6 №-li pambıq tampon üzərindəki qan nümunəsi Məmmədov X17 məxsus olmasının, Təqsirləndirilən şəxs1 məxsus mavi-ağ rəngli zolaqları olan 1 ədəd uzunqol köynəyin sol qolunun bilək hissəsində həm Təqsirləndirilən şəxs2 və həm də Təqsirləndirilən şəxs1 məxsus qan nümunələrinin aşkar olunmasının, «Opel-Astra» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş 1 ədəd kibrit qutusu üzərində həm Təqsirləndirilən şəxs2 və həm də Məmmədov X17 məxsus qan nümunəsinin olmasının, «Chevrolet Malibu» markalı **- ON-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş Təqsirləndirilən şəxs3 məxsus üzərində «Adidas» qeydləri olan, uzunqol, papaqlı 1 ədəd sarı rəngli gödəkcənin papağının arxa səthində aşkar edilmiş qan nümunələri həm Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, həm Şahid1 və həm də X5 aid olmasının, Təqsirləndirilən şəxs3 məxsus qabaq hissəsində «A Vladyastrebs» qeydləri olan ağ rəngli 1 ədəd qolsuz köynəyin ön səthi üzərində aşkar edilmiş qan nümunəsinin Təqsirləndirilən şəxs1, arxa səthi üzərində aşkar edilmiş qan nümunəsinin isə Təqsirləndirilən şəxs2 məxsus olmasının, iş materiallarında olan Məhkəmə genetik ekspertizasının 12 oktyabr 2020-ci il tarixli 20/548R saylı rəyi ilə hadisə yerindən götürülmüş 1 ədəd qara rəngli açılıb qatlanan bıçağın tiyə hissəsi üzərində həm Təqsirləndirilən şəxs2 və həm də Zərərçəkmiş şəxs3 məxsus qan nümunəsinin olmasının, iş materiallarında olan Məhkəmə-tibbi kriminalistik ekspertizasının 21 sentyabr 2020-ci il tarixli 459MTKŞ/2020 saylı rəyi ilə təqdim olunmuş və Zərərçəkmiş şəxs2 məxsus köynəyin arxa səthində cəmi 05 ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olunmasının, Zərərçəkmiş şəxs2 məxsus köynəkdə aşkar olunmuş deşilmişkəsilmiş zədələrin tədqiqata yararlı 04 ədəd bıçaqların tiyəsi ilə törənməsinin inkar olunmamasının, iş materiallarında olan Komisyon məhkəmə-tibbi kriminalistik ekspertizası üzrə 01 dekabr 2020-ci il tarixli 545-2020/MTKŞ saylı ekspert rəyi ilə təqdim olunmuş Zərərçəkmiş şəxs2 məxsus paltar üzərində aşkar edilmiş zədələrin (köynəyin arxa səthində 05 ədəd deşilmiş-kəsilmiş zədələr və köynəyin sol çiyinliyi üzərində 01 ədəd səthi kəsilmiş zədə) və bədəni üzərində aşkar edilmiş xəsarətlərin (döş qəfəsinin sağ yan səthinin və döş qəfəsinin sol yan səthinin 02 ədəd döş boşluğuna nüfuz edən, bel nahiyəsinin sol yarısının 01 ədəd qarın boşluğuna nüfuz edən, sol kürək nahiyəsinin döş boşluğuna nüfuz etməyən 01 ədəd, sol bazu nahiyəsinin orta 1/3-nin 01 ədəd deşilmişkəsilmiş yaraları) forma, xarakter, xətti ölçüləri, morfoloji əlamətlərini, həmçinin təqdim edilmiş bıçaqların konstruktiv xüsusiyyətlərini nəzərə alınmaqla bu zədələrin və xəsarətlərin təqdim edilmiş şərti olaraq işarələnmiş 1 №-li (hadisə yerindən götürülmüş və Təqsirləndirilən şəxs2 məxsus); 2 №-li (Təqsirləndirilən şəxs1 məxsus) bıçaqların tiyəsi ilə yetirilməsi inkar olunmamasının müəyyən olunması, o cümlədən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinin işin faktiki hallarına uyğun olmaqla hadisələrin baş vermə vaxtı, yeri və inkişafı ardıcıllığı barədə işin faktiki hallarına uyğun olmaqla mahiyyəti üzrə qismən etirafedici ifadələri və məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxs və şahid ifadələri, maddi sübut və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 öldürməyə cəhd etmələri cinayətində təqsirli olmaları tam sübuta yetirilir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məhkəmə təcrübəsinə və cinayət hüquq nəzəriyyəsinə əsasən, qrup halında və hər tərəfdən bir neçə şəxsin iştirak etdiyi davalarda şəxslərin davadan qabaq bu hadisələri nə qədər ehtimal etmələri, nə dərəcədə baş verə biləcək kriminal xarakterli hərəkətlərə və baş verə biləcək nəticələrə hazır olmaları, onlar arasında birgə hərəkət etmələri barədə razılıqları olmasından asılı olaraq hər bir şəxs tərəfindən törədilən cinayətə görə qrupun digər üzvlərinin əməli tövsif olunmalıdır. Qrup üzvlərinin qabaqcadan birgə davada iştirak etmələri barədə razılaşmalarının olması, baş verə biləcək bütün nəticələri əvvəlcədən görmələri və bu istiqamətdə birgə hərəkət etmələri halları mövcud olduqda hər bir qrup üzvünün tərətdiyi nəticəyə görə qrupun digər üzvləridə cinayət məsuliyyəti daşımalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisinin silahlı olmaları barədə davadan qabaq məlumatları olması onların gələcəkdə baş verə biləcək münaqişəyə hazır olmaları, bunu ehtimal etmələri və münaqişə baş verdikdə bir yerdə hərəkət etmələri barədə razılıqlarının olmasını təsdiq etməyə əsas verir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara qiymət verərək hesab edir ki, məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində CMnin 29,120.2.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət tərkibinin olması sübuta yetirilmişdir, ibtidai istintaq tərəfindən onların əməli həmin maddə ilə düzgün tövsif olunmuşdur, birinci instansiya məhkəməsinin sonunculara elan olunmuş ittihamdan CMnin 29,120.2.1-ci maddəsini xaric etməsi əsassız olmuşdur. Belə ki, CM-nin 120.2.1-ci maddəsinə əsasən qəsdən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə cinayət tərkibi kimi təsbit edilmişdir. Azərbaycan Resublikası Ali Məhkəmə Plenumunun “12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 5-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qəsdən adam öldürmə cinayəti 120.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmək imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədi ilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara görə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 vəkili Müdafiəçi3 apellyasiya şikayətinin Təqsirləndirilən şəxs1 əməllərinin Məmmədov X14 ölməsi epizodu ilə bağlı CM-nin 123.1-ci maddəsinə, Zərərçəkmiş şəxs2 xəsarət yetirilməsi epizodu ilə bağlı CM-nin 130.1-ci maddəsinə tövsif edilməsini, Zərərçəkmiş şəxs3 xəsarət yetirilməsi epizodu üzrə bəraət verilməsi barədə dəlillərini əsassız sayır və hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 120.1, 29,120.2.1, 120.2.7 və 221.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməsi tam sübuta yetirlmişdir və Təqsirləndirilən şəxs1 əməlinin başqa maddəyə tövsif olunması və ona baraət verilməsi üçün hər hansı bir əsas mövcud deyildir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsinin tərkibi olması məsələsinə qiymət verərək, qeyd edir ki, hadisə şəxsi münasibətlər zəminində və zərərçəkmiş şəxslərin qeyri-etik hərəkətləri nəticəsində baş versə də, insanların sıx yaşadığı yerdə və yolda baş verməsini, kütləvi xarakter daşımasını, yeni bir neçə şəxsin iştirakı ilə müşaiyət olunan qarşılıqlı davada baş verməsini, ətrafda yaşayan sakinlərin ciddi şəkildə sakitlik və rahatlığının pozulması ilə davam etdirilməsini nəzərə alaraq, hərəkətlərin genişlənərək xuliqanlıq cinayətinə çevrilməsini təsdiq etməyə əsas verir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya protesti və apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-945/2021 №-li, 20 oktyabr 2021-ci il tarixli hökmü apellyasiya protestinə və apellyasiya şikayətlərinə əsasən qismən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid hissədə ləğv olunmalı, məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamdan CM-nin 29,120.2.2-ci maddəsi xaric olunmalı, Təqsirləndirilən şəxs1 CM-nin 120.2.2-ci maddəsi ilə tövsif olunmuş əməli CM-nin 120.1-ci maddəsinə tövsif edilməli və o, CM-nin 120.1, 29,120.2.1, 29.120.2.7 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə CM-nin 29,120.2.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.4-cü maddəsinə əsasən, cinayətin törədilməsində xüsusilə fəal iştirak etməsini (yəni, Təqsirləndirilən şəxs3 qarşı törədilmiş əmələ görə hüquq mühafizə orqanına edilmiş müraciətə baxmayaraq sonuncu ilə baş vermiş məsələnin araşdırılması üçün digər şəxslərə, o cümlədən Təqsirləndirilən şəxs2, Şahid1 və Hüseynaga Yaqubova zəng edib sonuncuları bir yerə yığmaqla Xırdalan şəhərinə getmələri təşkil etməsi) Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində 2 azyaşlı övladının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 45-ci bəndində vurğulanmışdır ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi xüsusilə ağır və az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən halların olmamasını və Cinayət Məcəlləsinin 61.1.4-cü maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halın olmasını (cinayətin törədilməsində xüsusilə fəal iştirak etməsi), təyin ediləcək cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini də nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 29,120.2.1, 29.120.2.7 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi xüsusilə ağır və az ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən halların olmasını (himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini), Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini də nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 hüquqi varisi - X3 ilə barışıq əldə etməməsi səbəbindən və bununlu bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olmaması, əksinə cinayətin törədilməsində xüsusilə fəal iştirak etməsi həmin Məcəllənin 61.1.4-cü maddədə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal olmaqla Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 60.1-cı maddəsi tətbiq edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması (zərərçəkmiş şəxslə barışıq əldə etməsi) və cəzanı ağırlaşdıran halın olmaması, həmçinin şəxsin iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlin (hərəkət və ya hərəkətsizlik) başa çatdırılmaması səbəbindən Cinayət Məcəlləsinin 29 və 60-cı maddəsində müəyyən edilmiş əsaslara görə Təqsirləndirilən şəxs2 təyin edilmiş cəza həmin Məcəllənin 221.3-cü maddəsinin sanksiyasının yuxarı həddindən, yəni 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən, yəni 3 (üç) il 9 (doqquz) aydan, 29.120.2.1-ci maddəsinin sanksiyasının yuxarı həddindən, yəni 20 (iyirmi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən, yəni 15(on beş) ildən artıq ola bilməz. Təqsirləndirilən şəxs1 isə təyin edilmiş cəza həmin Məcəllənin 29.120.2.1-ci maddəsinin sanksiyasının yuxarı həddindən, yəni 20 (iyirmi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən, yəni 15(on beş) ildən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı 3 avqust 2020-ci il tarixdən, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı 26 iyul 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ciddi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Azərbaycan Respublikası CM-in 56.2-ci maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmamasını, Cinayət Məcəlləsinin 61.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın olmasını (cinayətin törədilməsində fəal iştirak etməsini) və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 120.1, 29,120.2.1, 29.120.2.7 və 221.3-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin etməyi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 3 avqust 2020-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.3-cü və 56.2-ci maddələrinin tələblərinə əsasən cəzasının bir hissəsini həbsxanada cəzanın qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını (himayəsində 2 azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini), cəzasını ağırlaşdıran halların olmamasını, işin digər hallarını nəzərə alaraq törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 29,120.2.1 və 221.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (həmin Məcəllənin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla), Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 26 iyul 2020-ci tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-945/2021 №-li, 20 oktyabr 2021-ci il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti, həmçinin Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi5 və Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-945/2021 №-li, 20 oktyabr 2021-ci il tarixli hökmü apellyasiya protestinə və apellyasiya şikayətlərinə əsasən qismən, yəni, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid hissədə ləğv olunsun. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamdan CM-nin 29,120.2.2-ci maddəsi xaric olunsun. Təqsirləndirilən şəxs1 CM-nin 120.2.2-ci madəsi ilə tövsif olunmuş əməli CM-nin 120.1-ci maddəsinə tövsif olunsun və o, CM-nin 120.1, 29,120.2.1, 29.120.2.7 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 maddəsilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 29,120.2.1 və 29.120.2.7-ci maddələri ilə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 18 (on səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının ilk 2 (iki) ilini həbsxanada, cəzasının qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 03 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.1 maddəsi ilə 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 26 iyul 2020-ci il tarixdən hesablansın. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-945/2021 №-li, 20 oktyabr 2021-ci il tarixli hökmü apellyasiya protestinə və apellyasiya şikayətlərinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aid qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cü maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar