Məhkəmə qərarları › İş №1(105)-11/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-11/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-11/2021 26.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Vəliyev Vasif Valeh oğlunun katibliyi, dövlət ittihamçısı X3, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.1 və 308.1.-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt şəhər Məhkəməsinin 1(060)-119/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli hökmündən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında (Sumqayıt şəhəri, S.Vurğun küçəsi 120) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Məhkəməsinin 1(060)-119/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli hökmü (hakim N.Abıyev) ilə xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirli bilinməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçdiyinə görə Təqsirləndirilən şəxs Afdtandil oğluna cəza təyin edilməməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi, iş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatlarının ümumi dəyəri 396 (üç yüz doxsan altı) manat 80 (səksən) qəpiyin Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülməsi, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi hökm edilmişdir. Hökmdən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə apelyasiya şikayəti verərək, hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.1 və 308,1-ci maddələri ilə yanaşı, Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.3.2-ci maddələri ilə də ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasının mümkünlüyü məsələsinin araşdırılmasını, Azərbaycan Respublikası CPM-in 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar qəbul edilmədiyi təqdirdə, Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 1(060)-119/2019 saylı hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.1 və 308.1-ci maddələri ilə təqsirli bilinməsi və barəsində qanunamüvafiq azadlıqdan məhrumetmə cəzası təyin edilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs ittiham olunaraq məhkəməyə ona görə verilmişdir ki, o, Sumqayıt şəhər İcra hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, “xxxx” məhdud məsuliyyətli cəmiyyətində müfəttiş vəzifəsində işləyərkən vəzifəli şəxs olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 2015-ci ilin oktyabr ayında reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi 140800124, qeydiyyat tarixi 10 yanvar 2008-ci il olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində yerləşən B-250 №-li bağ sahəsinin qumunu gəlir əldə etmək məqsədi ilə daşıyıb satmaq qərarına gələrək, Şahid1 və istintaqla müəyyən edilməmiş digər şəxslərə həmin bağın sahəsinin Ramin adlı tanışının qohumuna məxsus olduğunu və bağ sahibinin yaxın qohumlarından qumun satılması üçün razılıq aldığını və aparlan qumun yerini gələcəkdə torpaqla dolduracağı barədə yalan məlumat verib, 7.500 (yeddi min beş yüz) manat dəyərində 10 (on) ədəd 25 sm diametrli nar ağaclarını, 7.200 (yeddi min iki yüz) manat dəyərində 8 (səkkiz) ədəd 30 sm diametrli heyva ağaclarını, 3.150 (üç min bir yüz əlli) manat dəyərində 3 (üç) ədəd 35 sm diametrli tut ağaclarını, 3.150 (üç min bir yüz əlli) manat dəyərində 7 (yeddi) ədəd 15 sm diametrli alma ağaclarını, 3.240 (üç min iki yüz qırx) manat dəyərində 6 (altı) ədəd 20 sm diametrli ərik ağaclarını, 1.620 (bir min altı yüz iyirmi) manat dəyərində 3 (üç) ədəd 18 sm diametrli şaftalı ağaclarını, 3.750 (üç min yeddi yüz əlli) manat dəyərində 5 (beş) ədəd 25 sm diametrli albalı ağaclarını, 1.800 (bir min səkkiz yüz) manat dəyərində 2 (iki) ədəd 30 sm diametrli badam ağaclarını, 1.620 (bir min altı yüz iyirmi) manat dəyərində 3 (üç) ədəd 20 sm diametrli gavalı ağaclarını, 3.750 (üç min yeddi yüz əlli) manat dəyərində 5 (beş) ədəd 25 sm diametrli əncir ağaclarını, 900 (doqquz yüz) manat dəyərində 1(bir) ədəd 30 sm diametrli söyüd ağacını, 8.400 (səkkiz min dörd yüz) manat dəyərində 35 ədəd üzüm kollarını, cəmi 88 ədəd ağacları kəsib qəsdən məhv etməklə Zərərçəkmiş şəxs 46.080 (qırx altı min səksən) manat, bağ sahəsində olmuş eni 5 metr, uzunluğu 17 metr uzunluğundakı çardaq tikilisini söküb qəsdən məhv edərək sonuncuya 12.306 (on iki min üç yüz altı) manat, bağ sahəsinin 5.400 kub metr qumunu avtomobillərlə daşıtdıraraq, torpağın vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirmək, təsərrüfat və başqa məqsədlər üçün qismən yararsız vəziyyətə salmaqla zərərçəkmişin əmlakını qəsdən zədələyərək 2.970 manat, cəmi 61.356 (altmış bir min üç yüz əlli altı) manat-külli miqdarda ziyan vurmaqla yanaşı, öz hərəkətləri ilə Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan bağ sahəsindən istifadə etmək imkanından məhrum etməklə onun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin qeyd olunan iş üzrə hökmü maddi və prosessual hüquq normalarının pozulması, qeyri-obyektiv məhkəmə araşdırılmasının aparılması ilə qəbul edildiyindən, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından, həmçinin cinayət qanunu norması düzgün tətbiq edilmədiyindən, ləğv edilməlidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən sübutlarla təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq Zərərçəkmiş şəxs və X2 mülkiyyətində olan Novxanı Bağlar massivində yerləşən B-250 saylı bağ sahəsinin 5400 kub metr qumunu gəlir əldə etmək məqsədilə daşımış, həmin qumun çıxarılmasına nail olmaq üçün isə bağ sahəsində yerləşən 88 ədəd ağacları məhv etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 noyabr 2017-ci il tarixli, 27247/48 saylı ekspert rəyi ilə müvafiq bağ sahəsində yerləşən 88 ədəd yaşıllıq (53 ağac və 35 ədəd üzüm kolları) 46080.00 manat məbləğində, 06 sentyabr 2019-cu il tarixli ekspert rəyi ilə 10.020,00 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 Departamenti tərəfindən ibtidai istintaq dövründə tərtib edilmiş 17/777-01 saylı məktubla və həmin məktub əsasında tərtib edilmiş 27 dekabr 2017-ci il tarixli ekspert rəyi ilə müvafiq bağ sahəsinin qumunun qanunsuz daşınması nəticəsində dəymiş ziyanın məbləği 2970 manat məbləğində qiymətləndirilmişdir. Bağ sahəsində mövcud olmuş ağaclar və qum örtüyünün məhv edilib-götürülməsi istisna olmaqla, digər ziyanın məbləği isə 12.306 manat müəyyən edilmişdir. Ümumilikdə, Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 1(060)- 119/2019 saylı hökmü ilə Zərərçəkmiş şəxs dəymiş ziyanın məbləği 25.296,0 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmü ləğv edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin qeyri-obyektiv məhkəmə araşdırması nəticəsində gəlmiş olduğu bu qənaət əməlin hüquqi tövsifinin qanunsuz və əsassız olaraq dəyişdirilərək, sonda cinayət törətmiş şəxsin cəzasız qalması ilə nəticələnmişdir. Belə ki, 22 oktyabr 2019-cu il tarixində keçirilmiş məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən müvafiq bağ sahəsinin qumunun qanunsuz daşınması nəticəsində dəymis ziyanın məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsi barədə vəsatət qaldırılmış, ilkin ekspert rəyinin aşkar riyazi hesablama səhvinə vol verilməsi ilə qəbul edilməsi səbəbindən təkrar ekspertiza keçirilməsinin mütləq zərurəti əsaslandırılmış vəsatətlə dəfələrlə məhkəmənin nəzərinə çatdırılsa da, məhkəmə vəsatətə birtərəfli yanaşmış və nəticədə vəsatəti təmin etməmişdir. Belə ki, 27 dekabr 2017-ci il tarixli ekspert rəyinin qəbul edilməsinə əsas olmuş və iş materiallarında olan 17/777-01 saylı məktubdan görünür ki, müvafiq bağ sahəsinin qumunun qanunsuz daşınması nəticəsində dəymiş ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.1998-ci il tarixli, 239 saylı Qərarına əsasən ümumilikdə 2970 manat təşkil edir. Lakin həmin məktubda ziyanın məbləğinin məhz hansı hesablama üsulu ilə hesablanması, yəni, qanunsuz daşınmış 1 kub metr qumun qiymətinin bazar qiymətinin neçə manat təşkil etməsi, bir sözlə 2970 manat məbləğin hansı qaydada əldə edilməsi barədə heç bir məlumat yoxdur. Əlavə olaraq qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında yayılmış bəzi faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə ödəmə normativlərinin təsdiq edilməsi haqqinda” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.1998-ci il tarixli, 239 saylı Qərarında 1 kub metr qumun qanunsuz işlənməsi nəticəsində dəymiş ziyanın məbləği 27500 manat, hazırki Azərbaycan manatı ilə 5 manat 50 qəpik məbləğində müəyyənləşdirilmişdir. Lakin adi riyazi hesablama ilə 5400 kub metr qumun 5 manat 50 qəpiklə hasili 29700 manat (iyirmi doqquz min yeddi yüz manat) təşkil edir. Göründüyü kimi, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 Departamenti dəymiş ziyanın məbləğini hesablayarkən aşkar riyazi hesablama səhvinə yol vermişdir. Belə ki, müvafiq qərara əsasən dəvmis ziyanın məbləği 29.700 manat təşkil etsə də (5400*5,5=29700), Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 Departamenti həmin məbləği 2970 manat məbləğində həqiqətə uyğun olmayan məbləğ qeyd etmişdir. Bundan əlavə, nəzərə alınmalıdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 Departamenti tərəfindən müvafiq bağ sahəsindən 5400 kub metr qumun qanunsuz daşınması nəticəsində dəymiş ziyan Nazirlər Kabinetinin 28.12.1998-ci il tarixli qərarı ilə hesablanmışdır, bu zaman həmin qərarın “Qeydlər” hissəsinə diqqət yetirilməli idi. Belə ki, həmin Qərarın “Qeydlər” hissəsinin 1-ci bəndində qeyd edilir ki, Əgər yerin təkinin qanunsuz işlənməsi zamanı ətraf mühitin digər komponentlərinə də (torpaq, bitki və digər sərvətlər) zərər yetirilərsə, ziyanın ümumi məbləği götürülür. Torpağın üst münbit qatının qanunsuz götürülməsi zamanı hər 1 kub metr üçün təbiətə dəymiş ziyanın məbıəği 275000 manat hesablanır. 1998-ci iidə 275000 manatın hazırki vahidi isə 55 manat təşkil edir. 1 kub metr qumun torpağın üst münbit qatının da qanunsuz götürülməsi zamanı məhv edilməsi 55 manat təşkil edirsə, adi riyazi hesablama ilə 5400 kub metr qumun qanunsuz götürülməsi nəticəsində dəymiş ziyanın ümumi məbləği 297.000 manat təşkil edir. Nəzərə alınmalıdır ki, müvafiq bağ sahəsinin qumunun qanunsuz daşınması nəticəsində dəymiş ziyanın məbləği Nazirlər Kabinetinin 28.12.1998-ci il tarixli, 239 saylı qərarına əsasən aşkar riyazi hesablama səhvi ilə yalnış hesablansa da, həmin qərara əsasən hesablanmışdır və məhkəmə də bunu qəbul etmişdir, əgər qum örtüyünün qanunsuz daşınması nəticəsində dəymiş ziyan düzgün hesablama ilə aparılsavdı, 29.700 manat, həmin qərarın qeydlər hissəsinə əsəsən isə 297.000 manat təşkil edəcəkdi. Əgər hələ Qərarın mətnində qeyd olunan qaydaya əsasən qum örtüyünün qanunsuz daşınması nəticəsində dəymiş ziyanın məbləğini minimum, yəni, 29.700 manat məbləğində hesab etsək belə, təqsirləndirilən şəxs cəzadan azad edilməyəcəkdi. Belə ki, elə olan halda, qum örtüyünün qanunsuz daşınması nəticəsində dəymiş ziyanın məbləği 29.700 manat. 88 ədəd yaşıllığın ( 53 ağac və 35 ədəd üzüm kolları) məhv edilməsi nəticəsində dəymiş ziyan 10.020 manat, baq sahəsində mövcud olmuş ağaclar və qum örtüyünün məhv edilibgötürülməsi istisna olmaqla, digər ziyanın məbləği isə 12.306 manat ümumilikdə dəymiş ziyanın məbləği 52.026 manat təşkil edir ki, həmin məbləğ ARCM-in 177-ci maddəsinin qeyd hissəsinə əsasən “külli miqdar” hesab olunur. Həmin məbləğdə əmlakın qəsdən məhv edilməsi isə ARCM-in 186.2.1-ci maddəsinin tərkibini varadır ki, müvafiq əməlin törədilməsinə görə cinayət qanunvericiliyində 3 ildən 7 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Bütün qeyd edilən xüsusatlar, yəni, müvafiq bağ sahəsinin qumunun qanunsuz daşınması nəticəsində dəymiş ziyamn məbləğinin aşkar riyazi hesablama səhvi ilə 10 dəfə, hətta həmin Qərarın qeyd hissəsinə əsasən 100 dəfə kiçildilərək yazılması və həmin səhvin aradan qaldırılmalı olması, dəymiş ziyanın həqiqi məbləğinin müvafiq ekspert rəyi ilə yenidən müəyyən edilməsinin mütləq zərurəti dəfələrlə məhkəmənin diqqətinə çatdırılmasına baxmayaraq, məhkəmə CPM-in 121.2-ci maddəsinin tələbini kobud səkildə pozaraq, cinayət isinin hüquqi nəticəsinə və işin obyektiv həllinə birbaşa təsir edən vəsatəti təmin etməmiş, nəticədə cinayət törətmiş şəxsin əməli yüngül maddəyə tövsif edilmiş və həmin şəxs cəzasız qalmış, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsinin zərərçəkmiş şəxsə məxsus 88 ədəd ağac bitkisinin məhv edilməsi nəticəsində dəymiş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı qənaəti də olduqca ədalətsiz olmuşdur. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 27 noyabr 2017-ci il tarixli, 27247/48 saylı ekspert rəyi ilə müvafiq bağ sahəsində yerləşən 88 ədəd yaşıllıq ( 53 ağac və 35 ədəd üzüm kolları) 46080 manat məbləğində, 06 sentyabr 2019-cu il tarixli ekspert rəyi ilə 10020,00 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 09 iyul 2019-cu il tarixli məktubuna əsasən tərtib edilmiş aqronom (mütəxəssis) rəyi ilə həmin qərarda göstərilmiş sahəyə baxış nəticəsində sahənin ağac bitkilərinin əkilib-becərilməsi üçün tam yararlı olması, şoran olmaması, 88 ədəd ağacın illlik məhsuldarlıq səviyyəsi 7890 manat, həmin ağaclara il ərzində göstərilən aqrotexniki qulluq xərcinin məbləği 250-300 AZN məbləğində müəyyən edilmişdir. Lakin qeyd edilməlidir ki, ilkin ekspert rəyinin qəbul edilməsinə əsas olmuş Nazirlər Kabinetinin müvafiq qərarının xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahəsində olan yaşıllıqlara şamil edilməməsi müvafiq bağ sahəsində yerləşmiş və tamah məqsədilə qəsdən məhv edilmiş çoxillik, bar verən meyvə ağaclarının ilkin ekspert rəyində qeyd edilən məbləğdən aşağı həddə qiymətləndirilməsinə əsas ola bilməzdi. Bundan əlavə, is materiallarında da qeyd olunduğu kimi, illik məhsuldarlıq səviyyəsi 7890 manat olan çoxillik, yüksək məhsuldar ağacların qiymətinin cəmi 10020 manat təşkil etməsi qətiyyən ağlabatan deyil. Müvafiq ekspert rəyi qətiyyən həqiqəti əks etdirmir. Birinci instansiya məhkəməsi ağacların məhv edilməsinə görə vətəndaşa dəvmis ziyanın məbləğinin müəyyən edilməsi hissəsində də ədalətli mövqe tutmayaraq, cinayət törətmiş şəxsin əməlinin hüquqi tövsifinə birbaşa təsir edən valnıs qərar qəbul etmişdir. Bütün bunlardan əlavə, qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 186.2.1 və 308.1-ci maddələri ilə ittiham elan edilsə də, hesab edirik ki, Ə.Nurivev cinayəti sair nivətlə devil, məhz tamah nivətilə, gəlir əldə etmək məqsədilə törətdiyinə və gəlir əldə etdiyinə görə onun əməli həm də talama kimi qiymətləndirilməli və ona həmçinin, AR CM-in 177.2.3 və 177.3.2-ci maddələri ilə də ittiham elan edilməli və o, həmin maddələrlə təqsirli bilinməli idi. Təqsirləndirilən şəxs müvafiq bağ sahəsindən qumun daşınması nəticəsində gəlir əldə etdiyi iş üzrə dindirilmiş bütün şahid ifadələri ilə təsdiq edilir. Hər bir halda, təqsirləndirilən şəxsin əməli açıq-aşkar düzgün tövsif edilməmişdir. CİNAYƏT PROSESİ İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ və TƏQSİRLƏNDİRİLƏN ŞƏXSİN SON SÖZÜ: Ddövlət ittihamçısı X9 apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-119/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-119/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.1 və 308.1-ci maddələri ilə yanaşı, Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.3.2-ci maddələri ilə də ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasının mümkünlüyü məsələsinin araşdırılmasını, Azərbaycan Respublikası CPM-in 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar qəbul edilmədiyi təqdirdə, Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 1(060)-119/2019 saylı hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.1 və 308.1-ci maddələri ilə təqsirli bilinməsi və barəsində qanunamüvafiq azadlıqdan məhrumetmə cəzası təyin edilməsi barədə yeni hökm çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-119/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Təqsirləndirilən şəxs son sözündə apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-119/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin ittiham olunduğu əməli törədərkən vəzifəli şəxs olmadığından onun əmlində Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsinin tərkib əlamətlərinin olmadığını, onun əməli nəticəsində vurulmuş ziyanın xeyli miqdar təşkil etməsindən əməlinin Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsindən həmin Məcəllənin 186.1-ci maddəsinə tövsif edilməli olması, həmin əməl üzrə də cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsinə görə cəza təyin edilməli olmaması, vurulmuş maddi ziyan ilə bağlı da zərərçəkmiş şəxsin mülki məhkəmə icraatı qaydasında məhəməyə müraciət edə bilməsi qənaətinə gəlmiş, cəza təyini məsələsini müzakirə edərkən əməldə ağırlaşdırıcı halların olmamasını və himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını yüngülləşdirici hal kimi nəzərə almışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan zərərçəkmiş şəxsin nümayəndəsi hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 186.2.1 və 308.1-ci maddələri ilə yanaşı, Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.3.2-ci maddələri ilə də ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasının mümkünlüyü məsələsinin araşdırılmasını, Azərbaycan Respublikası CPM-in 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar qəbul edilmədiyi təqdirdə, Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 1(060)-119/2019 saylı hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.1 və 308.1-ci maddələri ilə təqsirli bilinməsi və barəsində qanunamüvafiq azadlıqdan məhrumetmə cəzası təyin edilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə iş materiallarını, birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutları və məhkəmənin gəldiyi nəticələrin qanunauyğunluğunu yoxlayaraq hesab edir ki, hökm cinayət və cinayət-prosessual qanunvericilik normalarına riayət edilməklə qəbul edildiyindən, apelyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinin əsassızlığı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, onun heç bir günahı yoxdur. Onun ailəsinə məxsus olan bağ sahəsi şəhərin Novxanı bağ massivində yerləşir. Həmin bağ sahəsinin qumunu 4-5 il bundan qabaq çıxarıb yerinə ağac əkmiş, qumunu isə qum alan şəxslər daşımışlar. O, heç vaxt Novxanı bağ massvində yerləşən kiminsə bağ sahəsindən qum daşıtdırmamışdır. Tural kimi çağırılan Şahid1 qum alan bir şəxs kimi tanımışdır. Tural ilə onu “Daş bazarı”nda Rahib adlı dostu tanış etmişdir. Öz bağının qumunu Rafiqə satmış və hər maşına görə 40 manat pul almışdır. Rafiqin qumu harada aparıb satdığı barədə məlumatı olmamışdır. Təxminən 3-4 il bundan qabaq Novxanıda bağda yaşayan tanışı Ramin adlı şəxs ondan bağda işləyən şəxslərə yemək alıb gətirməyini xahiş etmişdir. Həmin bağ onların bağından iki sıra aralıda paralel olaraq yerləsmişdir. Raminin tanışının verdiyi yeməyi aparıb həmin bağda işləyən şəxslərə vermiş, heç vaxt Rafiqdən kənar bağın qumunu qazıb daşımağı xahiş etməmişdir. Hazırki iş üzrə zərərçəkmiş şəxs olan qumu daşınan bağın sahibinin kim olduğunu bilməmişdir. Onun bu işdə heç bir günahım yoxdur. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ona məxsus olan Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində yerləşən B-250 nömrəli bağ sahəsinin ümumi ölçüsü 0,19 hektar təşkil etməklə, həmin bağın 0,10 hektarı onun adına, 0,09 ha sahəsi isə formal olaraq anası X2 adınadır. Buna baxmayaraq, ümumi bağ sahəsinə o, qulluq etməklə bağın bütün xərclərini özü çəkmişdir. Bağ sahəsində 10 ədəd nar ağacı, 8 ədəd heyva ağacı, 3 ədəd tut ağacı, 7 ədəd alma ağacı, 6 ədəd ərik ağacı, 3 ədəd şaftalı ağacı, 5 ədəd albalı ağacı, 2 ədəd badam ağacı, 3 ədəd gavalı ağacı, 5 ədəd əncir ağacı, 1 ədəd söyüd ağacı və 35 ədəd üzüm tənəyi olub. 15 iyul 2015-ci il tarixdə atası öldükdən sonra, başı qarışdığından bağa gedə bilməmişdir. Sonuncu dəfə bağ sahəsinə 2015-ci ilin avqust ayında getmişdir. Həmin vaxt bağ qaydasında olmuşdur. 10 mart 2017-ci ildə qaynatası X10 onun bağının qonşuluğunda yaşayan Daşqına zəng edib, bağla maraqlandıqda, Daşqın naməlum şəxslərin bağ sahəsini qazıyıb, qumunu daşıdıqlarını və ağaclarını məhv etdiklərini bildirmişdir. Növbəti gün qaynatası Rasim Hacıyevlə, anası Şərqiyə Abbasova ilə birlikdə bağa getmişlər və bağ sahəsindən qumun qazınaraq daşındığını, ağacların, bağın yerinin sementdən olan örtüyünün və çardaq tikilisinin məhv edildiyini görmüşlər. Bundan başqa, bağın darvazasının qıfılı sındırılmış, hasarın bir hissəsi isə uçurulmuşdur. Ona dəymiş ziyan düzgün hesablanmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, özünə məxsus olan “KA-428” markalı, T AZ 302 dövlət qeydiyyat nişanlı ekskavatorla adətən Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən “Daş bazarı”nda dayanmaqla, iş görmək istəyən şəxslə qarşılıqlı razılaşma əsasında həmin şəxsin verdiyi sifarişi yerinə yetirmişdir. Tural kimi tanıdığı, lakin əslində adı Rafiq olan şəxsi qum işləri ilə məşğul olan şəxs kimi “Daş bazarı”ndan tanımışdır. Şahid1 icrayə götürdüyü 2 ədəd “Kamaz” markalı, özünə məxsus olan 2 ədəd “Zil” markalı avtomobilləri olmuşdur. Şahid1 sifarişi əsasında 2 dəfə Novxanı bağlarında olan həyətdən qumu ekskavatorla Rafiqin gətirdiyi avtomobillərə yığmış və Rafiq həmin qumları “Daş bazarı”nda topdansatışla məşğul olan şəxslərə vermişdir. Rafiq həmişə bağın sahibləri ilə danışdığını, onların özlərinin qumun daşınmasına razılıq verdiklərini, quma görə bağın sahiblərinə pul ödədiyini bildirmişdir. Bir neçə dəfə onun yanında həmin şəxslərə pul vermişdir. O, adətən Rafiqlə əldə etdiyi razılığa uyğun olaraq qumu ekskavatorla “Zil” markalı avtomobillərə 8 manata, “Kamaz” markalı avtomobillərə 10 manata yükləmişdir. Rafiq 2015-ci ilin payız aylarında onu Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində yerləşən 250 B saylı bağ sahəsinə apararaq bağın Ələsgərgilin olduğunu demişdir. Ələsgər adlı şəxs də özü orada olan evin balkonunda oturub qum aparan maşınları yazmışdır. Qum Rafiqə məxsus olan Vüsal və Zahdidin idarə etdiyi avtomobillərlə daşınmışdır. Bağ sahəsinə getdikdə orada hər hansı bir ağac və üzüm çardağı görməmiş və dəmir darvaza açıq olmuşdur. Bağ sahəsində 2-3 gün işləmiş, lakin girəcəkdə qalmış qumu Rafiqin göstərişi ilə “Zil” markalı avtomobillərə yükləmiş, hər avtomobilə qum yüklənməsinə görə Rafiq ona 7-8 manat pul vermişdir. Qum yüklədiyi maşınların sayı yadında qalmamışdır. Həmin vaxtlar Ələsgərin yanında iki-üç nəfər tanımadığı adam da olmuşdur. Rafiq bağın Ələsgərgilə məxsus olduğunu demiş, qumun daşınmasını Ələsgər özü qeyd etməklə, haqq hesabı da özü aparmışdır. Həmin vaxta qədər Ələsgəri tanımamış, söhbət zamanı sonuncu ona icra hakimiyyətində işlədiyini demişdir. Onun Ələsgərlə başqa heç bir işi olmamış və bu hadisədən sonra da Ələsgəri görməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsindən görünür ki, Tural kimi tanıdığı Şahid1la təxminən 2015-ci ildə Sumqayıt şəhərində yerləşən “Daş bazarı”nda tanış olmaqla sonuncuya məxsus “Kamaz” markalı ** CN *** dövlət qeydiyyat nişanlı avtomobili qarşılıqlı razılıq əsasında idarə etməklə verilən tapşırıq əsasında yükləri daşımışdır. Rafiqlə təxminən 2017-ci ilə qədər işləmiş və həmin müddət ərzində ən çox Novxanı bağlarından sahiblərinin iştirakı ilə qumu bağdan götürüb “Daş bazarı”na gətirmişdir. Qumu bağlardan maşının yük yerinə əvvəllər Mirsadıq, habelə Ağcadəbi rayonundan olan adını bilmədiyi ekskavatorçu, sonradan Ənvər özünün “KAT” markalı ekskavatoru ilə yükləmişdir. 2015-ci ildə payızın sonlarında Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində yerləşən 250 B saylı bağ sahəsindən 3 gün ərzində qum daşımışdır. Həmin bağ sahəsinə Ənvərlə getdikdə qum yalnız qapının girişində qalmışdır. Tural onları həmin bağ sahəsinə apardıqda bağın Ələsgərgilin olduğunu demişdir. O, bağa getdikdə Ələsgər adlı şəxsin eyvanda oturduğunu və yanında tanımadığı şəxslərin olduğunu görmüşdür. Həmin gün avtomobildə nasazlıq olduğundan cəmi 4 reys etmiş, ertəsi gün qum gətirmək üçün bağ sahəsinə getdikdə Rafiq ona 800 manat verərək Ələsgərə çatdırmağı tapşırmışdır. O, səhər saat 10 radələrində bağ sahəsinə çatdıqda yenə Ələsgərin bağda olan evin açıq eyvanında oturub bir neçə nəfərlə yemək yediyini görmüşdür. O, həmin adamların yanında Rafiqin göndərdiyi 800 manat pulu Ələsgərə vermişdir. İkinci və üçüncü gün ümumilikdə təxminən 20 maşın qumu “Daş bazarı”na aparıb bir neçə obyektə Rafiqin tapşırığı əsasında boşaltmışdır. O, bağın sahibinin Ələsgər olduğunu fikirləşmişdir. Həmin vaxt Ələsgərin icra hakimiyyətində işlədiyini eşitsə də, lakin hansı vəzifədə işlədiyini bilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 ifadəsindən görünür ki, adını Tural kimi bildiyi Şahid1 10 ildən çoxdur ki, tanımışdır. Çox vaxt şirkətdən icarəyə götürdüyü “Şadman” markalı avtomobili idarə etmişdir. Təxminən 2015-ci ilin oktyabr ayının sonlarında Şahid1 bir bağdan bağ sahibinin qum daşımağa icazə verdiyini və “Zil” markalı avtomobilinin sürməyə sürücü olmadığını bildirib, kömək etməyi xahiş etmişdir. Həmin vaxt işi olmadığından Rafiqə “Zil” markalı avtomobili ilə bağdan qum daşımağa razılıq vermişdir. O, “Daş bazarı”ndan Rafiqin “Zil” markalı avtomobilini götürüb sonuncunun deməsinə əsasən həmin bağa yola düşmüşdür. Yola düşməzdən qabaq Rafiq Ələsgərin onu gözlədiyini deyərək orada olan vəziyyət barədə məlumat verməsini tapşırmışdır. Sumqayıt şəhər icra hakmiyyətində işləyən Ələsgəri bağından qumun daşındığı vaxtdan tanımışdır. Belə ki, Ələsgər öz bağının qumunun “Daş bazarı”na onun idarə etdiyi avtomobillə daşıtdırmışdır. O, saat 12 radələrində bağa çatdıqda Ələsgərin bağda olan evin eyvanında oturub çay içdiyini, işlərə rəhbərlik etdiyini və bağın qumunun çox hissəsinin daşındığını görmüşdür. Ekskavatorla qumu Ənvər yığmışdır. Ələsgərin yanında adını bilmədiyi bir nəfər də olmuşdur. Orada olan danışıqdan həmin adamın fəhlə olduğunu başa düşmüşdür. O, 2 gün bağdan “Daş bazarı”na qum daşımışdır. Ondan başqa oradan qumu Vüsal da “Zil” markalı avtomobillə daşımışdır. Rafiqin tapşırığı əsasında qumu daş bazarında tikinti materialları satan şəxslərə vermiş, onlarla pul məsələsini Rafiq özü həll etmişdir. Ələsgərlə Rafiqin qumun maşını neçəyə danışdğı barədə məlumatı olmamışdır. Lakin Ələsgərin və Rafiqin danışığından hər maşina görə Ələsgərin Rafiqdən 30-35 manat pul aldığını öyrənmişdir. Həmin 2 gün əzində neçə maşın qum apardığını çox vaxt keçdiyindən xatırlamır. Birinci dəfə bağa getdikdə Ələsgər ona bağın ərəb millətindən olan qohumunun bağı olduğunu və ərəbin öldüyünü, qohumlarının həmin bağın qumunu çıxarmağı tapşırdıqlarını, qumun yerinə Qusar rayonundan torpaq gətirib tökəcəyini bildirmişdir. O, bağa gedib işə başlayana qədər oranın qumunun böyük hissəsini kimin daşıdığını bilməmişdir. O, hələ birinci maşından sonra Rafiqə bağla bağlı Ələsgərin danışığından xoşu gəlmədiyini demişdir. Rafiq isə bağın Ələsgərin qohumuna məxsus olduğunu, Ələsgərin qumu satdığını, onun da pulunu verib həmin qumu aldığını, həmin qumun kiməsə onsuz da, satılacağını demişdir. Ələsgər özü oradan çıxan maşınların sayını dəftərində qeyd etmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş birinci instansiya məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 2015-ci ilin oktyabr ayının axırlarında Sumqayıt şəhəri ərazisində yerləşən “Daş bazarı” adlanan ərazidə olan tanışı Ələsgər adlı şəxs ( tel: ***-***-**-**) onun yanına gələrək tanışı Ramin adlı şəxsin ölmüş ərəb millətindən olan qohumunun bağında olan qum örtüyünü satmaq istədiyini demişdir. O, Ələsgərlə qumun hər maşınını 30 manata razılaşmışdır. Ələsgər həmin ərəb millətindən olan şəxsin qohumları ilə danışdığını, ondardan bağın qumunun çıxarılıb satılması və əldə olunan pula Qusar rayonundan torpaq gətirib bağın yerinə töküb oranı doldurucağını demişdir. Həmin bağ “Gəmiqaya” tərəfdə yerləşmişdir. Birinci gün onlar qumu daşımağa başladıqda bağın yollarının dağıdılması barədə 102 xidmətinə zəng olunaraq məlumat verilmişdir. Həmin vaxt bağda olan Ələsgərə bu barədə bildirərək bağda işləməyı dayandırmağı demişdir. Səhəri gün Əlsəgər onun dostu hazırda Türkiyədə olan Elçinin yanına gedərək onun qohumunun bağından qumu daşımağa razı salmasını xahiş etmişdir. Bundan sonra Elçinin təklifi ilə Ələsgərlə görüşərək işləməyə başlamışdır. Oradan qumu öz “Zil” markalı avtomobilləri ilə daşıtdırmışdır. O, özü həmin bağa getməmişdir. Qumun bir hissəsini onun “Zil” markalı avtomobillərini idarə etmiş Vüsal və Zahid daşımışlar. Oradan daşınan qum bazara gətirilərək qum alanlara satılmışdır. Həmin vaxt qumu alanlardan pulu alıb Ələsgərə bəzən həmin sürücü vasitəsi ilə göndərmiş, bəzən isə şəxsən özü vermişdir. Bir dəfə qum alan Mehmana 15 maşından əlavə 5 maşın qum göndərmiş, lakin sonuncudan 5 maşının 400 manat təşkil edən pulunu həmin vaxt almamışdır. Həmin dövrdə Ələsgər ona zəng edərək təcili pul lazım olduğunu demişdir. Aralıda olduğundan Mehmandan bağa gedib həmin pulu, yəni 400 manatı Ələsgərə verməsini xahiş etmişdir. Sonradan Mehman ona axşamüstü zəng edərək Vüsalın idarə etdiyi “Zil” markalı avtomobillə bağa gedib 400 manat pulu Ələsgərə verdiyini bildirmişdir. Ələsgər özü də ona zəng edərək həmin pulu aldığını təsdiqləmişdir. Həmin bağın qumunu apardığına görə ümumilikdə Ələsgərə nə qədər pul verdiyi yadında qalmamışdır. Ancaq bir dəfə də sürücü Vüsalla 800 manat Ələsgərə pul göndərmiş,Vüsal sonradan həmin pulu Ələsgərə verdiyini bildirmiş, Ələsgər də ona həmin pulu aldığını təsdiqləmişdir. Sonradan Ələsgərin bazarda fəhlə işləyən Ramini işləmək adı ilə bağa apardığı və sonuncunu orada qoyub bağda özü olmayan vaxt qum aparan maşınları yazmağı tapşırması ona məlum olmuşdur. İki il sonra bağın sahibi meydana çıxdıqda ona bağın Raminlə və Ələsgərlə heç bir əlaqəsi olmadığı, bağın sahibi Bakı şəhərində yaşayan şəxs olduğu ona məlum olmuşdur. O, bunu eşidəndən sonra Ələsgərə zəng edib, bu barədə bildirərək Ramini soruşmuş, Ələsgər Ramini uzun müddətdir ki, görmədiyini deyərək tapacağına söz versə də, verdiyi sözə əməl etməmişdir. Onun yaxşı münasibətdə olduğu və hazırda Türkiyə Respublikasında yaşayan, idmançı Nemət adlı şəxslə heç bir alveri olmamışdır. O, qum alveri ilə məşğul olan şəxs kimi Ələsgərin satdığı qumu almış, həmin vaxt bağın Ələsgərə heç bir aidiyyyəti olmadığı barədə məlumatı olmamışdır. Ələsgər özü icra hakimiyyətində işlədiyini və təmizlik işlərinə nəzarət etdiyini, icra hakimiyfətinin işçisi, təmizlik işlərinə nəzarət edən şəxs kimi, bağda yaşayan şəxslərə və qonşulara bağa gedən yolları da düzəldəcəyinə söz verdiyini bildirmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş birinci instansiya məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4 ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt şəhərində yerləşən daş bazarında tikinti materiallarının alqı-satqısı ilə məşğul olmaqla Tural kimi çağırılan Şahid1 6 ildir ki, tanımışdır. Əvvələr daş bazarında onun ayrıca yeri də olmuşdur. Lakin təxminən 2-3 ildir ki, orada işləmək sərf etmədiyindən yerini təhvil vermişdir. “Daş Bazarı”nda işləyən dövrdə Şahid1 dəfələrlə qum almış, o, həmişə sonuncuya əvvəllcədən pul vermiş, sonuncu da gətirdiyi qumu başqalarına nisbətən, ona aşağı qiymətə satmışdır. O, da Rafiqdən aldığı qumun üstünə təxminən 10 manat pul qoyub alıcılara satmışdır. 2015-ci ilin payızında Şahid1 ona yenə bağın sahibinin bağının qumunu satmaq istədiyini bildirdikdə, həmin qumun ona satılması üçün sonuncuya əvvəlcədən ona 15 maşın quma görə hər maşını 80 manata olmaqla 1.200 manat pul vermişdir. Bundan sonra, Rafiq Vüsal və Zahidin idarə etdiyi “Zil” markalı avtomobillərlə ona təxminən 15 maşın qum göndərmişdir. Bundan başqa, həmin 15 maşından əlavə Rafiq ona 5 maşın qum göndərmişdir. O, həmin gün Rafiqə zəng edərək 400 manat təşkil edən 5 maşın qumunu pulunu gəlib götürməsini xahiş etmiş, sonuncu isə aralıda olduğundan həmin pulu Ələsgərə çatdırmağı xahiş etmişdir. Ona qumu gətirmiş Vüsalın idarə etdiyi yük avtomobilinə oturub bağa getmiş, Vüsal qum yükləmək üçün bağa girmiş, o, isə 400 manatı ərəbin bağı deyilən bağın yaşıl darvazasının ağzında çöldə dayanan Ələsgərə vermiş və sonra Rafiqə zəng edərək bu barədə bildirmişdir. Rafiq ona həmin bağın Ələsgərin bağı olduğunu demişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş birinci instansiya məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid6 ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, daş bazarında fəhləlilk etməklə ailəsini dolandırmışdır. Təxminən 2015-ci ilin noyabr ayında “Daş bazarında olarkən Nemət adlı tanışı ona bir bağda iş olduğunu deyərək orada işləməyi təklif etmişdir. Bir müddət sonra bir nəfər ona yaxınlaşaraq Nemətin dediyi adam olduğu deyərək onu “Jiquli” markalı avtomobillə Novxanı bağlarına aparmışdır. Ora çatdıqda bağda qumun sarı rəngli traktorla qazılaraq “Zil” markalı avtomobillərə yüklədiyini görmüşdür. Bağın qumunun çox hissəsi aparılmışdır. Onu bağa aparan oğlan ona bağdan qum aparan maşınların sayını vərəqə yazmağı tapşırmışdır. Bağda işləyən avtomobillərin sürücülərini və traktorçunu əvvəllər görməmişdir. O, 4 gün orada həyətdə oturmaqla çıxan maşınların sayını yazmışdır. Bağdan hər gün 4, bəzən də 6 maşın qum çıxmışdır. Bir neçə dəfə də Ələsgər ora gələrək ona yemək gətirmişdir. Ələsgər bir dəfə də işin axırında 2 ədəd balıq gətirmiş, Ələsgərlə balığı soyuducunun dəmirində qızardıb yemişdir. 4-cü günün sonunda ona 55 manat pul verilmişdir. O, bağdan çıxıb gedərkən bağda qum daşınması işi davam etdirilmiş, bağın demək olar ki, yarısı qalmışdır. O, Tural kimi çağırılan Şahid1 bağda görməmişdir. O, heç vaxt Ələsgərdən ona və ya orada işləyən şəxslərə yemək alıb gətirməyi xahiş etməmiş, Ələsgər özü yemək alıb gətirib ona vermişdir. Ələsgər yeməyi ona iki dəfə günorta vaxtı, bir dəfə də axşamüstü gətirmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş birinci instansiya məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid7 ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2015-ci ilin may ayında onun baxdığı bağın yaxınlığında yerləşən özünü Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində yerləşən 250 B saylı bağ sahəsinin sahibi kimi təqdim edən Rasim adlı şəxs ona bağı satmaq istədiyini deyərək müştəri olduğu halda zəng edib məlumat verməyi xahiş etmişdir. O, da həmin bağın darvazasının üstünə lövhə vurub öz nömrəsini yazmışdır. Həmin dövrdə dəfələrlə ona bağı almaq istyən şəxslər müraciət etmiş, o, da Rasimin verdiyi nömrəyə dəfələrlə zəng etsə də, sonuncuya zəng çatmamışdır. O, da bunu görüb vurduğu satış lövhəsinin oradan qoparıb atmışdır. Bağın həyətinə giriş yaşıl rəngli darvaza vasitəsi ilə olmuşdur. Həyətdə böyük ağaclar, dəmirdən üzüm çardağı və həyətin ortasında kürsülü ev olmuşdur. Bağın dörd tərəfi mişar daşı ilə hasarlanmışdır. Həmin dövrdə onun baxdığı bağın qarşısında olan və Rasimin qonşusu olan Elşən Babayev şəhərdə yaşadığından sonuncunun bağ sahəsinə də o, baxmışdır. 2015-ci ilin axırlarında ürəyində olan narahatçılıqlarla bağlı 45 saylı xəstəxananın kardioloci şöbəsinə müraciət edib ayın axırına qədər orada müalicə olunmuş və sonradan Bakı şəhərində yerləşən “Neftçilər” xəstəxanasına gedib orada ancu olunmuş, lakin maddi imkanı olmadığından müalicəsini ev şəraitində davam etdirmişdir. Xəstəxanadan evə qayıdarkən Rasim adlı şəxsin bağ sahəsinin 2 metr dərinliyindən qazılaraq qumunun tam daşındığını, orada olan ağacların məhv edildiyini, üzüm tənəklərinin dəmirlərinin tam aparıldğını və yalnız evin qaldığını, bağın tamamilə yararsız hala salındığını görmüşdür. O, maraqlandıqda qonşular Eldar və Novurz qumu aparan şəxslərin həmin bağı aldıqlarını, qumu çıxarıb ora torpaq verib istixana salacaqlarını dediklərini bildirmişdir. Lakin qumu kimlərin daşıdıqlarını onlar deməmişlər. O, qayıdandan bir müddət sonra qış vaxtı Rasimin bağına su yığılmağa başladı və hətta suyun təsirindən Elşən Babyevin bağın qarşı tərəfində olan hasarın bir hissəsi aşmışdır. O, dövrdə yağan yağışlardan yığılan su Eldarın həyətinə axdığından Eldar ondan bağ sahibini soruşmuş, o, da Eldara Rasimin ona verdiyi telefon nömrəsini vermiş, sonuncu dəfələrlə həmin nömrəyə zəng etsə də, telefon bağlı olmuşdur. Eldar dəfələrlə həmin suyun onun həyətinə axması ilə bağlı şəhər icra hakimiyyətinə, şəhər bələdiyyəsinə və Abşeron su idarəsinə müraciət etmiş və həmin idarələrin nümayəndələri gəlib əraziyə baxmış, lakin heç bir tədbir görülməmişdir. O, Tural kimi çağırılan Şahid1 adını eşitmiş, lakin özünü görməmişdir. X13 gözətçi kimi yaşadığı bağın qonşuluğunda yaşayan Ələsgərin də bağlardan qum daşımaqla məşğul olmasını eşitmişdir. Ələsgər onun qaynına bağlarına baxmağı xahiş etmişdir. O, bağın sahibi kimi Rasimi tanımış, bağın əsl sahibinin Rauf olduğunu bilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji və məhkəmə əmtəəşünaslıq ekspertizalarının nəticələrinə dair 27247/48 №li 27 noyabr 2017-ci il tarixli rəyindən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, tədqiqat nəticəsində 10 (on) ədəd 25 sm diametrli nar ağacı; 8 (səkkiz) ədəd 30 sm diametrli heyva ağacı; 3 (üç) ədəd 35 sm diametrli tut ağacı; 7 (yeddi) ədəd 15 sm diametrli alma ağacı; 6 (altı) ədəd 20 sm diametrli ərik ağacı; 3 (üç) ədəd 18 sm diametrli şaftalı ağacı; 5 (beş) ədəd 25 sm diametrli albalı ağacı; 2 (iki) ədəd 30 sm diametrli badam ağacı; 3 (üç) ədəd 20 sm diametrli gavalı ağacı; 5 (beş) ədəd 25 sm diametrli əncir ağacı; 1 (bir ) ədəd 30 sm diametrli söyüd ağacının və 35 (otuz beş) ədəd üzüm kollarının məhv edilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 Departamentinin 17.04.2017-ci il tarixdə daxil olmuş 17/777-01 saylı və 18.05.2017-ci il tarixli 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi 338 №li məktubda göstərilənlərə əsasən 88 ədəd ağacın kəsilməsi nəticəsində (tikinti və abadlaşdırma işləri istisna olmaqla) təbiətə dəymiş ziyanın məbləği 46.080,00 manat müəyyən olunur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 Departamenti tərəfindən tərtib edilmiş 17.04.2017-ci il tarixli məktubda aşağıdakılar qeyd edilmişdir: Ağacların kəsilməsi ilə bağlı dəymiş ziyanın hesablanması ilə əlaqədar bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.10.2016-cı il tarixli 421 saylı “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın 1.1ci bəndinə əsasən bu qanunvericilik müddəalarının tətəbiqi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara şamil edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 27 dekabr 2017-ci il tarixli, 27246 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs mülkiyyətində olan, Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 250 B nömrəli bağ sahəsinə dəymiş ziyanın aradan qaldırılması üçün (sərf olunan materialların, fəhlə və ustanın əmək haqqı nəzərə alınmaqla) sərf olunan vəsaitin 15.276,0 manat, 20 metr uzunluğunda, 5 metr enində, 10 sm. dərinliyində sahədə armatur setkanın toxunması, üzərinə sement məhlulunun vurulması (qəlibin qurulması ilə birlikdə) ilə əlaqədar dəymiş ziyanın məbləqi 4.350 manat, çardaq tikilisinin quraşdırılması (qaynaq işləri ilə birlikdə) ilə əlaqədar dəymiş ziyanın məbləqi 3.356 manat, bağ sahəsinin qumla doldurulması, texnika vasitəsilə kipləşdirilməsi. Qum (Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Departamenti tərəfindən verilmiş 17.04.2017-ci il tarixli, 17/777-01 saylı məktubunda tədqiq olunan bağ sahələrindən qanunsuz qum daşınması nəticəsində dəymiş ziyan) ilə əlaqədar dəymiş ziyanın məbləqi 2.970,0 manat, əlavə nəqliyyat xərcləri ilə əlaqədar dəymiş ziyanın məbləqi 1.000 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq tədqiq olunan Zərərçəkmiş şəxs mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 250 B nömrəli bağ sahəsinə dəymiş ziyanın aradan qaldırılması üçün (sərf olunan materialların, fəhlə və ustanın əmək haqqı nəzərə alınmaqla) sərf olunan vəsaitin 15.276,0 manat olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əlavə kompleks məhkəmə-bioloji və məhkəmə əmtəəşünaslıq ekspertizalarının nəticələrinə dair 16656/16820 №li 06 sentyabr 2019-cu il tarixli rəyindən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, aqronom rəyinə əsasən sahəyə baxış nəticəsində sahənin ağac bitkilərinin əkilib becərilməsi üçün tam yararlı olması məlum olmuşdur;- ağaclar meyvə ağaclarıdır. Onların il ərzində məhsuldarlığı tam detallarla aşağıda tərtib olunmuş cədvəldə göstərilir; Sıra Diametri Kq Cəmi Ağac yaşı ədəd №-si sm ildə kq 1 Nar 25+ 25 10 40 400 2 Heyva 20+ 30 8 80 640 3 Tut 25+ 35 3 150 450 4 Alma 20+ 15 7 70 490 5 ərik 18+ 20 6 70 420 6 Şaftalı 11 18 3 40 120 7 Albalı 12 20 5 25 125 8 Badam 25 30 21 80 160 9 Gavalı 17 25 3 30 90 10 Əncir 25+ 25 5 50 250 11 Üzüm 20+ 35 15 525 Aqrotexnika qulluqlar ağacların diblərinin ildə 2 dəfə bellənməsi, ağacların suvarılması, ağacların gübrələnməsi, ağacların dərmanlanması, ağacların quru budanması, üzümlərin həm quru, həmdə ildə 5 dəfəyə qədər yaşıl budanması göstərilmişdir. Malın (işin, xidmətin) bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymət deməkdir. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birca kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələtinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 Departamentinin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən tərtib edilmiş 18.05.2017-ci il tarixli 338 №-li məktubunda göstərilənlərə əsasən 88 ədəd ağacın kəsilməsi nəticəsində (tikinti və abadlaşdırma istisna olmaqla) təbiətə dəymiş ziyanın məbləği 46.080,00 (məktubda səhvən 46.170 göstərilmişdir) manat müəyyən olunur. O cümlədən: Qanunsuz AR-nın Nazirlər Kabinetinin 27.10.2016-cı il tarixli 421 kəsilmiş ağac nömrəli Qərarına əsasən Təbiətə Sıra Bakı şəhəri Ağacların diametri Ümumi dəymiş Ümumi №- üzrə tətbiq sm miqdarı ziyanın qiyməti si edilən əmsal məbləği 25 sm diametrli 1 10 250 3 7500 nar ağacı 30 sm diametrli 2 8 300 3 7200 heyva ağacı 3 35 sm diametrli 3 350 3 3150 tut ağacı 15 sm diametrli 4 7 150 3 3150 alma ağacı 20 sm diametrli 5 6 180 3 3240 ərik ağacı 18 sm diametrli 6 3 180 3 1620 şaftalı ağacı 25 sm diametrli 7 5 250 3 3750 albalı ağacı 30 sm diametrli 8 2 300 3 1800 badam ağacı 20 sm diametrli 9 3 180 3 1620 gavalı ağacı 25 sm diametrli 10 5 250 3 3750 əncir ağacı 30 sm diametrli 11 1 300 3 900 söyüd ağacı 35(otuz beş) ədəd 12 35 80 3 8400 üzüm tənəyi Cəmi 88 46080,00

1. Abşeron yarımadasında ağaclara mövcud olan qiymətlər, mərkəzdə olan məlumatlar nəzərə alınmaqla 88 ədəd (87 ədəd meyvə ağacı) ağacların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 10.020,00 manat müəyyən edilir. Həmin ağacların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir.

2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 Departamentinin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən tərtib edilmiş 18.05.2017-ci il tarixli 338 №-li məktubunda göstərilənlərə əsasən 88 ədəd ağacın kəsilməsi nəticəsində (tikinti və abadlaşdırma istisna olmaqla) təbiətə dəymiş ziyanın məbləği 46.080,00 (məktubda səhvən 46.170) manat müəyyən olunub Qeyd: meyvə ağaclarına müəyyən olunmuş qiymət lazım aqrotexniki qulluq (ağacların diblərinin ildə 2 dəfə bellənməsi, ağacların suvarılması, ağacların gübrələnməsi, ağacların dərmanlanması, ağacların quru budanması, üzümlərin həm quru, həmdə ildə 5 dəfəyə qədər yaşıl budanması) olunduğu zaman həmin ağaclar yüksək məhsuldar olduğu halda ola bilər. İş materiallarına əlavə edilmiş reyestr nömrəsi **********18, qeydiyyat nömrəsi 140800124, qeydiyyat tarixi 10 yanvar 2008-ci il olan Hüquqların Dövlət Qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-250 bağ sahəsinin mülkiyyətçisi Zərərçəkmiş şəxsdur. Həmin bağ sahəsində yerləşən 250 №-li bağ evinin texniki pasportunda həmin bağ evinin X1 mülkiyyətində olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inam görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlibgəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. Təqsirləndirilən şəxs törətmiş olduğu əməli etiraf etməsə də, iş üzrə əsaslı şübhə yaratmayan sübutlarla həmin əməli törətməsi sübut olunur. Təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılmasına dair gəlinən nəticə də onun tərəfindən apelyasiya qaydasında mübahisələndirilməmişdir. Apelyasiya şikayətinin təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.1 və 308.1-ci maddələri ilə yanaşı, Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.3.2-ci maddələri ilə də ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasının mümkünlüyü məsələsinin araşdırılması ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən ona Azərbaycan Respublikası CM-nin 186.2.1 və 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsində ittiham verilmişdir. İttiham aktı baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş, birinci instansiya məhkəməsində hazırlıq iclasında təqsirləndirilən şəxs, müdafiəçisi və dövlət ittihamçısı ilə yanaşı zərərçəkmiş şəxs də iştirak etmiş, zərərçəkmiş şəxs hər hansı vəsatətinin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət işi icraata qəbul edilərkən ibtidai istintaq zamanı kobud prosessual pozuntulara yol verilməsi halları müəyyən edilməmiş, həmin xüsusat nə dövlət ittihamçısı, nə də zərərçəkmiş şəxs tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 17 aprel 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, cinayət-prosessual qanunvericilik məhkəmə baxışının hədlərini dəqiq müəyyən edərək: məhkəmə baxışının hədlərini şəxslərin dairəsinə və ittihamın məzmununa görə məhdudlaşdırır; məhkəmə baxışı nəticəsində məhkəmə tərəfindən ittihamın dəyişdirilməsinin hədlərini dəqiq müəyyənləşdirir. CPM-in 318.1-ci maddəsindən göründüyü kimi, birinci instansiya məhkəməsində məhkəmə baxışı yalnız təqsirləndirilən şəxslər barəsində və məhkəməyə verilmiş ittiham daxilində aparılmaqla ittiham aktının müəyyən dairəsi ilə məhdudlaşmış olur. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 15 fevral 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 17 aprel 2012-ci il tarixli yuxarıda qeyd edilən qərarında həmçinin qeyd edilmişdir ki, CPM-in 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. CPM-in 442 və 449-cu maddələrinin tələblərinə görə məhkəmə nəzarətini həyata keçirən məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və qərarlarına yalnız təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisinin, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsinin, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslərin şikayətləri əsasında baxa bilər. Buna baxmayaraq, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin 18 noyabr 2010-cu il tarixli hökmü ilə Ş.Bədirov və Y.Talıbov təqsirli bilinib məhkum edilmələri ilə yanaşı, məhkəmə CPM-in 318.1, 318.2-ci maddələrinin tələblərini pozaraq zərərçəkmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsi, əməllərində cinayət tərkibinin olmaması ilə bağlı barələrində cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında istintaq orqanı tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında 26 aprel 2010-cu il tarixli qərarı bəzi hissələrdə ləğv etmişdir. Qeyd edilənlər üzrə yekun dəyərləndirmə apararaq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs barəsində ittiham CM-nin 186.2.1, və 308.1-ci maddəsi ilə verildiyindən, məhkəmə də yalnız həmin ittiham daxilində işə baxmalı olduğundan, birinci instansiya məhkəməsi tərəfindən də kobud prosessual pozuntularla işin icraata qəbul edilməsi və baxılması halları müəyyən edilmədiyindən, apelyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Bundan əlavə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ görə Zərərçəkmiş şəxs mülkiyyətində olan Sumqayıt şəhəri, novxanı bağlar massivində yerləşən 250B saylı bağ sahəsindən qum daşıyaraq, həmin bağ sahəsini qəsdən zədələyib və məhv edərək, Zərərçəkmiş şəxs ümumilikdə 61356 manat məbləğində məbləğində zərər vurulduğu qeyd edilsə də, həmin məbləğin iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə 25296 manat məbləğində təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, bağ sahəsində ağacların zədələnməsi nəticəsində 88 ədəd ağacların dəyərini 46.080,00 manat olmasını 27247/48 saylı, 27.11.2017-ci il tarixli rəyinə istinadən həmin qənaətə gəlinmişdir. Həmin zərər ekspertlər tərəfindən təbiətə dəymiş ziyan kimi, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.10.2016-cı il tarixli 421 saylı “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın 1.1-ci bəndi nəzərə alınmadan hesablamış və rəyin nəticə hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 Departamenti tərəfindən tərtib edilmiş 17.04.2017-ci il tarixli məktubda aşağıdakılar qeyd edilmişdir: Ağacların kəsilməsi ilə bağlı dəymiş ziyanın hesablanması ilə əlaqədar bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.10.2016-cı il tarixli 421 saylı “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən bu qanunvericilik müddəalarının tətəbiqi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara şamil edilmir. Kompleks məhkəmə-bioloji və məhkəmə əmtəəşünaslıq ekspertizalarının 16656/16820 №li 06 sentyabr 2019-cu il tarixli rəyindən görünür ki, ekspertlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.10.2016-cı il tarixli 421 saylı “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın 1.1-ci bəndini nəzərə almaqla vurulmuş ziyanı hesablayaraq, rəyin nəticə hissəsində qeyd etmişlər ki, Abşeron yarımadasında ağaclara mövcud olan qiymətlər, mərkəzdə olan məlumatlar nəzərə alınmaqla 88 ədəd (87 ədəd meyvə ağacı) ağacların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 10.020,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.10.2016-cı il tarixli 421 saylı “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”nın 1.1-ci bəndinə qeyd edilmişdir ki, bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 19.3-cü maddəsinə əsasən hazırlanmışdır və meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi mexanizmini müəyyən edir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ağacların zədələnməsi və məhv edilməsi nəticəsində təbiətə dəymiş zərərin məbləği kimi 46080,00 manat məbləğini deyil, 10.020,00 manat olması barədə gəlinən nəticə ilə razılaşaraq, həmin nəticəni qanuni və əsaslı hesab edir. Bundan əlavə bağ sahəsində olmuş eni 5 metr, uzunluğu 17 metr uzunluğundakı çardaq tikilisini qəsdən söküb məhv edərək sonuncuya 12306 manat, bağ sahəsinin 5400 kub metr qumun daşınaraq torpağın vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşdirmək, təsərrüfat və başqa məqsədlər üçün qismən yararsız vəziyyətə salmaqla zərərçəkmiş şəxsin əmlakını qəsdən zədənlənməsinə görə 2970 manat məbləğində olmaqla, ümumilikdə 15.276,00 manat məbləğində zərər vurulmasına görə ittiham verilmişdir. Zərərçəkmiş şəxs onun bağ sahəsindən daha artıq torpaq sahəsinin daşındığını mübahisələndirmişdir. Zərərçəkmiş şəxsin dəlilləri ilə əlaqədar apelyasiya icraatı zamanı bağ sahəsindən daşınmış qumun miqdarını müəyyən edilməsi üçün mütəxəssisin iştirakı ilə B-250 saylı bağ sahəsinə baxış keçirmiş, həmin baxışın nəticəsinə dair mütəxəssis tərəfindən rəy verilmiş, mütəxəssis rəyinə əsasən dəymiş zərərin müəyyənləşdirilməsindən ötrü ekspertiza təyin edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalam İdarəsi tərəfindən veilmiş 181 saylı, 16.06.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, torpağın ümumi sahəsi 2100 kv.m., daşınmış qumun sahəsi 1239 kv.m., daşınmış qumun dərinliyi 1,30 m. təşkil edir. Beləliklə, Sumqayıt şəhər Novxanı bağlar massivində yerləşən B-250 saaylı bağ sahəsindən daşınmış qumun həcmi 1610,7 kub metr təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2309 saylı, 08 oktyabr 2020-ci il tarixli rəyindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağları massivində yelrəşən B-250 saylı bağ sahəsindən 1610,7 kub metr qumun daşınması nəticəsində dəymiş ziyanın ümumi dəyəri 32214,0 manat məbləği müəyyən olunur. Ekspert həmin qənaətə gələrkən istinad etmişdir ki,Sumqayıt şəhəri, Novxanı bağları massivində yerlşən B-250 aaylı bağ sahəsindən daşınmış və daşınmış qumun ümimi həcmi 1610,7 kub metr olduğunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 saylı qərarı ilə təsdiq edilmiş azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində 1 kub mter qumun qanunsuz qazıntıya görə dəymiş ziyan məbləği 20 manat təşkil etdiyini nəzərə alaraq, həmin bağ sahəsinə dəymiş ziyanın dəyəri 32214,0 manat (1610,7x20 manat) təşkil edir. Bununla əlaqədar kollegiya qeyd etməyi zəruri hesab edir ki, iş üzrə toplanmış sübutlarla zərərçəkmiş şəxsin bağ sahəsindən çıxarılmış torpaq sahəsinin həcmi 1610,7 kub mter təşkil edir. Təqsirləndirilən şəxsə isə 2970 manat məbləğində qumun daşınmasına görə ittiham verilmişdir. Həmin məbləğ isə 540 kub metr qumun daşınmasını ehtiva edir. Mütəxəssis və ekspert rəyi ilə müəyyən edilmiş 1610,7 kub metr qumun daşınması ittihamdan kənardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən isə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılmalı olduğundan həmin həcmdə qumun daşınması ittihamdan kənar təşkil edir ki, bu qəbul edilə bilməz. Eyni zamanda qeyd edilməlidir ki, zərərçəkmiş şəxsin bağ sahəsindən daşınmış quma görə zərərin məbləği hesablanarkən əməlin törədilməsi zaman qüvvədə olan qanunvericiliklə dəyərləndirmə aparılmalı olduğu halda, ekspert tərəfindən həmin dövrdə qüvvədə olan qanunvericilik norması ilə deyil, 29 mart 2020-ci il tarixli Nazirlər Kabinetinin qərarına istinad edilməklə zərərin məbləği hesablanmışdır. Bu isə keçirilmiş ekspertizanın nəticələrinin ittihamdan kənara çıxması qənaətini qaçılmaz etməklə, həmin rəy həmin dövrdə olan qanunvericiliyə istinad edilməklə zərərin məbləği ilə də hesablanarsa belə təqsirləndirilən şəxsin vəziyyətini pisləşdirdiyindən qəbul edilməsini istisna edir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il qərarında qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə məhkəmə kollegiyası sübutlar üzrə dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya icraatı zamanı keçirilmiş ekspertizanın rəyini sübut kimi qəbul edilməməklə, təqsirləndirilən şəxsin törətmiş əməl nəticəsində bağ sahəsində qumun daşınması və və tikililərin zədələnməsi nəticəsində dəymiş zərərin məbləğinin 15276,00 manat olması barədə gəlinən nəticə qanuni və əsaslı hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən vəzifəli şəxs olmadığından, yəni Təqsirləndirilən şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində müfəttiş vəzifəsində işləmiş olsa da belə cinayət baş verdiyi əraziyə heç bir aidiyyəti olmadığından, həmin bağ sahəsi üzrə, onun sahibi və qumu daşıyaraq bağ sahəsinə zərər vuran şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya onlar üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan və ya başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən vəzifəli şəxs olmadığından, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin qeyd hissəsindəki vəzifəli şəxslərin anlayışının əhatə dairəsinə düşmədiyindən, ona həmin maddə ilə verilmiş ittihamın əsassızlığına dair gəlinən nəticə qanunidir. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsinə gəldikdə kollegiya qeyd edir ki, həmin maddə ilə şəxsin cinayət məsuliyyəti külli miqdarda törədildikdə yaranır. Onun törətmiş əməl üzrə dəymiş zərər əsaslı şübhə yaratmayan sübutların məcmusu ilə xeyli miqdarda, yəni 25.296 manat məbləğ təşkil edir. Belə olan halda məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, gəlinən nəticə ilə razılaşır. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs həmin cinayəti 2015-ci ilin oktyabr ayında törətmiş və onun barəsində cinayət təqibi, yəni ********* №-li cinayət işi 13 iyun 2017-ci il tarixdə başlanılmışdır. Bu isə onu ehtiva edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda-təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Bu baxımdan məhkəmə kollegiyası təqsirləndirilən şəxsin təqsirli bilindiyi maddə üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə ittiham hökmü çıxarılmaqla cəza təyin edilməməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara və apelyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətin dəlilləri əsassız olmaqla formal mülahizə kimi dəyərləndirildiyindən şikayət təmin edilməməli, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-119/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli hökmü apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya icraatı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri təşkil edən 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.1, 407.2 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-119/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli hökmü apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifat kudu: 142319; büdcə səviyyə kodu: 3; Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********;, müxbir hesab: AZ41NABZ013601**********3944; SFİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; hesab: AZ34CTRE********************) ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar