Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-113/2020 29.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyası: Sədrlik edən və məruzəçi hakim – Rzayev Məhəmmədəli Əsəd oğlu, Hakimlər–X5 və X1 ibarət tərkibdə, Əzizov Əzizxan İman oğlunun katibliyi, dövlət ittihamçısı X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 1(060)178/2019 saylı hökmündən zərərçəkmiş şəxs X4 tərəfindən verilmiş apelyasiya şikayətinə ilkin məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Sumqayıt şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 1(060)178/2019 saylı hökmü ilə (hakim X3) xx.xx.1979-cu ildə Ermənistan Respublikası, Krasnoselo rayonu, Cıvıxlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1-ü tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, hökmün icrasının Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Həmin hökmdən Zərərçəkmiş şəxs tərəfindən apelyasiya şikayəti verilmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs apelyasiya şikayətindən görünür ki, həmin apelyasiya şikayəti Sumqayıt şəhər Məhkəməsinə xx.xx.2019-cu il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apelyasiya şikayəti və ya apelyasiya protesti, apelyasiya şikayəti və ya apelyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 gün müddətinə verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386-cı maddəsinin tələblərinə əsasən apelyasiya şikayətinin və ya apelyasiya protestinin verilməsi müddəti üzürlü səbəblərə görə buraxıldıqda şikayət və ya protest vermək hüququna malik şəxslər hökm çıxarılmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldıra bilərlər. Həmin vəsatətə birinci instansiya məhkəməsində baxılır. Zərərçəkmiş şəxs apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmiş, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(060)178/2020 saylı qərarı ilə apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə vəsatət rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.4-cü maddəsinə əsasən bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin və ya apelyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 gündən 20 günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apelyasiya instansiyası məhkəməsinin qərarı ilə apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayəti hərəkətsiz saxlanılmış və Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsi qarşısında apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırması üçün 20 (iyirmi) gün müddət təyin edilmişdir. Bu müddət ərzində Zərərçəkmiş şəxs tərəfindən birinci instansiya məhkəməsi qarşısında apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırılmış, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(060)178/2020 saylı qərarı apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə vəsatət rədd edilmiş və həmin qərardan zərərçəkmiş şəxs X4 tərəfindən apellyasiya şikayəti verilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs Sumqayıt şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 1(060)178/2019 saylı hökmündən verdiyi apelyasiya şikayəti verilməmiş hesab edilməli və baxılmamış saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 391.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 1(060)178/2019 saylı hökmündən zərərçəkmiş şəxs X4 tərəfindən verilmiş apelyasiya şikayəti verilməmiş hesab edilsin və baxılmamış saxlanılsın. Qərardan 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmmədəli Rzayev Hakimlər Telman Quliyev Səyyad Qafari
Məhkəmə qərarları › İş №1(105)-113/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-113/2020
29.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver