Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-13/2021 20.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Rzayev Məhəmmədəli Əsəd oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X62 qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X12 Müdafiəsi üzrə İdarəsinin prokuroru X38, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxsin hüquqi varisi X33 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli, 1(101)-892/2014 saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi X46 və zərərçəkmiş şəxsin hüquqi varisi X47 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.10.2014-cü il tarixli hökmü ilə (sədrlik edən hakim C.İ.Hüseynov, hakimlər E.H.İsmayılov və Ə.N.Osmanov) xx xxxxxx 1988-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, "xxxx" ASC-də əməliyyatçı işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 01 iyul 2014-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi K.Talıbova apellyasiya şikayəti verərək hökmü ləğv edərək Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi C.F.Şahbazov apelyasiya şikayəti verərək Təqsirləndirilən şəxs təyin edilmiş 7(yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 22 iyun 2016-cı il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.10.2014-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 22 iyun 2016-cı il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2017ci il tarixli qərarına əsasən kassasiya şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2016ci il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 24 may 2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli hökmü dəyişdirilmiş, hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3cü maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Təqsirləndirilən şəxs ona təyin olunan cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 24 may 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2019cu il tarixli qərarına əsasən kassasiya şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddələri ilə məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2018-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd olunan qərarını Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2017-ci il tarixli qərarında qeyd etdiyi kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün istinad etdiyi dəlillərlə əlaqədar məhkəmə baxışı zamanı yoxlanılmaması, ifadələrdə göstərilən dəlillərin araşdırılmaması, ittihamın təsdiq edilməsində yaranmış şübhələrin aradan qaldırılmaması, bunun üçün hər hansı bir tədbirin görülməməsi ilə, eyni zamanda, birinci instansiya məhkəməsinin hökmdə yalnız ibtidai istintaq orqanının təqdim etdiyi və məhkəmədə tədqiq olunan sübutları sadalamaqla, onların məzmununu göstərməklə kifayətlənməsi, sübutlarda əks etdirilən konkret olaraq hansı məlumatların məhkumun qeyd olunan maddə ilə təqsirli bilinməsinə əsas verdiyini, nə səbəbdən müdafiə tərəfinin irəli sürdüyü dəlillərlə razılaşmadığını açıqlamaması, iş üzrə mövqeyini, sübutların qiymətləndirilməsi məsələsi ilə bağlı nəticəni əsaslandırılmaması ilə əsaslandırmışdır. Halbuki, məhkumun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrində ittihamın təsdiq edilməsində şübhələrin yaranmasını şərtləndirən bir sıra məlumatlar mövcuddur və eyni zamanda həmin sübutlarda (ifadələrdə və ekspert rəyində) əks etdirilən digər məlumatlar da ittihamın birmənalı olaraq təsdiq olunduğu qənaətinə, məhkumun ona istinad edilən cinayəti törətdiyi nəticəsinə gəlmək üçün kifayət etmir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 23.02.2014-cü il tarixdə idarə etdiyi “VAZ-21154” minik markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonu istiqamətində hərəkətdə olarkən saat 16:30-da Bakı-Şamaxı-Yevlax yolunun 113-cü kilometrində, Şamaxı rayonu ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni yol hərəkətnin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə ziyan vurmamalı, avtomobilin öz hərəkət zolağında təhlükəsiz hərəkətini təmin etməli, həmin yerdə ötmə əməliyyatı aparmamalı, 1.1 xəttini (bütöv ağ xətti) kəsib keçməməli və qarşıda eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükəli şərait yaratmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, ötmə əməliyyatı aparmaq üçün yolun ortasında olan bütöv xətti kəsərək avtomobili qarşı sol hərəkət hissəsinə çıxarıb öz yoluna qayıdarkən avtomobilin qabaq sağ hissəsi sağ tərəfdə eyni istiqamətdə düzünə hərəkətdə olan F.İ.Mirzəyevin idarə etdiyi Kamaz-65115C markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən dəyərək toqquşmuş, nəticədə ehtiyatsızlıqdan iki şəxsin-“VAZ-21154” markalı avtomobilin sərnişinləri Zərərçəkmiş şəxs3 alın nahiyəsində yara, kəllə əsası sümüklərinin sınığı, baş beynin əzilməsi və Zərərçəkmiş şəxs4 soldan İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların qapalı sınığı, sol ağ ciyərin cırılması, sağ bud sümüyünün qəlpəli sınığı, alt çənədə və hər iki diz oynaqlarında yara, sol mil-bilək oynağında sıyrıq, daxili qanitirmə kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən ölmələrinə, habelə "xxxx" Açıq Səhmdar Cəmiyyəti X36 İstismar idarəsinə məxsus “Kamaz-65115C” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnərək 426 manat məbləğində, Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21154” markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnərək 2321 manat məbləğində ziyan yetirilməsinə səbəb olmuşdur. Apellyasiya şikayətlərinin dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçisi K.Talıbova apelyasiya şikayəti verərək hökmü ləğv edərək Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi istintaq orqanı tərəfindən gəlmiş nəticəni təsdiq edərək hökmdə göstərir ki,Təqsirləndirilən şəxs elan edilmiş ittiham çoxsayılı şahid ifadələri,ekspertiza rəyləri və həmçinin (keçirilməyən trasaloji ekspertizanın) digər sənədlərlə sübuta yetirilmişdir. Şahidlər V.Mirzəyevin və F.Mirzəyevin ibtidai və birinci instansiya məhkəməsi istintaqı zamanı verdikləri ifadələrin arasında ziddiyyətlər müəyyən edilsədə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin tələblərini kobud surətdə pozmaqla həmin ifadələri ittihamın xeyrinə subut növü kimi qəbul etməkdə haqlı olmamışdır. Bundan əlavə şahidlər E.Cümşüdovun və S.Mahmudovun ifadələrinin arasında ziddiyyətlər müəyyən edilsədə birinci instansiya məhkəməsi tərəfindən şahidlər E.Cümşüdovun, S.Mahmudovun məhkəməyədək icraat zamanı vermiş olduqları ifadələrini ittihamın təsdiqi üçün mötəbər sübut kimi qiymətləndirməkdə və şahid M.İbrəhimxəlilovun ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini sübut kimi qəbul etməməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi icraatı zamanı iş üzrə şahid qismində dindirilmiş O.Nəsirova psixoloji təsir göstərməklə ibtidai istintaq zamanı verdiyi ifadəsinin təsdiqlənməsinə nail olunduğunu, O.Nəsirovun birinci instansiya məhkəməsinə ünvanladığı 08.09.2014-cü il tarixli müraciətinin isə subutların siyahısına daxil etməməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Ü.Şirazlının 23.02.2014cü il tarixdə Ağsu istiqamətinə gedərkən arxada deyil qabaqda oturması və həmin tarixdə saat təxminən 16-dan sonra Bakı şəhəri ərazisində yerləşən Şamaxinka deyilən yerdən yol nəqliyyat hadisəsinin baş verdiyi Bakı-Şamaxı-Yevlax yolunun 113-cü kilometrliyində 30 dəqiqə ərzində olması faktı aydınlaşdırılmamış və onun ifadəsinin sübut növü kimi götürməklə qərəzli olaraq ittiham hökmü çıxarmışdır. İstintaq orqanı tərəfındən Təqsirləndirilən şəxs şahid qismində dindirilərkən verdiyi ifadəsi nəzərə alınmadan hadisə zamanı sükan arxasında Təqsirləndirilən şəxs olması qənaətinə gəlməsinin əsassız olduğunu, məhkəmə-lifli materialların ekspertizasının 24.03.2014-cü il tarixli rəyində 23.02.2014-cü ildə saat 16:30 radələrinədək avtomobilin Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs tərəfindən müxtəlif vaxtlarda idarə edildiyi qənaətinə gəlməklə avtomabilin hansı müddətdə kim tərəfindən idarə olunması dəqiq müəyyən edilmədiyindən 24.03.2014-cü il tarixli rəy iş üzrə ziddiyyət yaratdığından sübutlar siyahısından çıxarılmalı idi. Məhkum Təqsirləndirilən şəxs ekspert A.Abdulrazaqov tərəfindən müayinə edilməməsi və iş üzrə 03.03.2014, 10.03.2014-cü il tarixli ekspertiza rəylərində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 aldıqları xəsarətlərin sükana və ya şitə dəyməsi nəticəsində, digər halda isə avtomobil salonunda əmələ gəlməsi barədə verilmiş rəylərin, 24.02.2014-cü il tarixli xəstənin ambulator stasionar tibbi kartasından çıxarışın 17.04.2014-cü il tarixli, epikrizin və 26.09.2014-cü il tarixli arayışın arasında olan ziddiyyətləri araşdırmadan həmin rəyləri Təqsirləndirilən şəxs sükan arxasında olması nəticəsinə gəlinməsi əsassız olmuşdur. İşdə olan baxış və götürmə haqqında 27.03.2014-cü il tarixli protokolda mərhum Zərərçəkmiş şəxs3 ilə Aynur adlı şəxs arasında WhatsApp yazışmalarının yazılma tarixini, mötəbərliliyini, həqiqiliyini yoxlamadan, Aynur adlandırılan E.Sadayevanı məhkəməyə dəvət etmədən qərəzli olaraq həmin yazışmaları sübut növü kimi götürməklə məhkəmə baxışının obyektivliyini şübhə altına alaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmışdır.Birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edərkən ziddiyyətli şahid ifadələrini, bir-birinə zidd olan ekspertiza rəylərini əsas götürməklə Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin və digər qanunvericilik aktlarının tələblərini kobud surətdə pozmaqla Təqsirləndirilən şəxs təqsirli bilndiyi əməli törətmədiyi, əməlində cinayət tərkibi olmadığı müəyyən edilsədə məhkəmə istintaqı zamanı tədqiq edilən saxta, qanuna zidd olaraq toplanmış sübutlar əsasında Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi C.F.Şahbazov apelyasiya şikayəti verərək Təqsirləndirilən şəxs təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının ağırlaşmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmlə razı deyil. Belə ki, hökm AR CPM-nin 400 ,401 , 402, 403 və 404-cü maddələrinin tələblərinə uyğun çıxarılmamışdır. Belə ki, istər ibtidai istintaq dövrü, istərsə də məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona ittiham olunmuş maddə ilə özünü təqsirli bilməyərək cavan gənci qəsdən olmasa belə həyatdan mərhum etməsinə baxmayaraq, əməlindən peşmançılıq çəkməyərək , həmçinin törətdiyi əməli səmimi etiraf etməyərək özünə bəraət edərək törətdiyi cinayəti oğlum Zərərçəkmiş şəxs3 üstünə yükləməyə çalışaraq məsuliyətdən yayınmaq niyyətində olmuşdur. Məhkəmə ətraflı araşdırma apararq haqlı olaraq onun təqsirli olması qənaətinə gəlmişdir.Bütün bunlara baxmayaraq istintaqın sonunda belə Təqsirləndirilən şəxs səmimi olub törətdiyi cinayəti etiraf etməmiş, əksinə son sözündə belə bildirmişdir ki, sükan arxasında hadisə vaxtı onun oğlu oturmuşdur. Onun özünü bu formada müdafiəsi ona və ailəsinə hədsiz dərəcədə pis təsir etmişdir. Məhkəmə isə onun törətdiyi cinayəti səmimi etiraf etməməsinə, gəncin ölümünə bais olmasına, onlarla barışmamasına baxmayaraq ona 7 il müddətinə azadlıqdan mərhum etmə cəzası təyin etmişdir. Halbuki dövlət ittihamçısı Təqsirləndirilən şəxs məhz törətdiyi cinayəti səmimi etiraf etməməsini və əməlindən peşiman olmamasını nəzərə alıb ona 9 il müddətinə azadlıqdan mərhum etmə cəzası tələb etmişdir. Məhkəmə cəza təyin edərkən isə həddindən artıq ədalətli olaraq onun cəzasını 7 ilə endirmişdir. Hesab edir ki, məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs barəsində ancaq yüngülləşdirici halları nəzərə almış, onun cəzasını ağırlaşdıran halları faktiki olaraq nəzərə almamışdır. Təqsirləndirilən şəxs təqsiri üzündən həyatda yeganə oğlunu itirmişdir. Üstəlik Təqsirləndirilən şəxs cəzasını onun oğlunun üstünə yükləməyə çalışaraq onun o dünyada belə rahat yatmasına imkan vermir. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X51 apellyasiya instansiyası məhkəməsində çıxış edərək apellyasiya şikayətlərinə etiraz etmiş, əsassız olduğundan apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs2 apellyasiya instansiyası məhkəməsində çıxış edərək müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.10.2014-cü il tarixli hökmünü ləğv edərək Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X47 verdiyi apellyasiya şikayətini müdafiə edərək, Təqsirləndirilən şəxs təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının ağırlaşmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası istintaq aparılmaqla cinayət işinin materiallarını nəzərdən keçirib, dövlət ittihamçısının və zərəçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayətlərinin təmin edilməyərək, hökmün dəyişdirilməməsi barədə, məhkumun və onun müdafiəçisinin isə apellyasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyib, işdəki sübutları apellyasiya şikayətləri ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, aşağıda şərh olunanlara əsasən, apellyasiya şikayətləri təmin edilməməli, hökm məhkuma təyin edilmiş cəzanın ağırlığına görə dəyişdirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və işdə olan istintaq hərəkətlərinə dair protokollarla Təqsirləndirilən şəxs CM-nin 263.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi həm ibtidai istintaq, həm də birinci və apellyasiya instansiya məhkəmələrində məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, həm ibtidai istintaqda, həm də birinci instansiya məhkəməsində məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, təqsirləndirilən şəxs o,ona qarşı Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə irəli sürülən ittihamda özünü təqsirli bilməmiş və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsində ittihamın mahiyyəti üzrə göstərdi ki, hadisədən bir gün əvvəl dostları - mərhumlar Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4la işlərindən əlavə olaraq şərikli biznes fəaliyyəti ilə də məşğul olmaq məqsədilə mebellər sifariş vermək və bu istiqamətdə sair işlərini görmək üçün birlikdə Bakı şəhərinə getməyi razılaşmışlar. 23 fevral 2014-cü il tarixdə, səhər saat 07:00 radələrində o, sübh namazını qılıb Zərərçəkmiş şəxs3 zəng etmiş, təxminən saat 07:20 radələrində Rza onlara gəlmiş, elə həmin vaxtda da atası Zərərçəkmiş şəxs2 məxsus, notarial qaydada təsdiq olunmuş etibarnamə əsasənda idarə etdiyi «VAZ-21154» markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobillə onların həyətindən çıxıb Vüqargilə getmişlər. Vüqarı götürdükdən sonra Rza avtomaşında sükan arxasında oturub maşını idarə etmiş, o, qabaq sağ oturacaqda, Vüqar isə arxada sağ tərəfdə oturmuşlar. Rzanın sürücülük hüququ olmuş, o, özü də Rzanın yanında olduğundan maşını idarə etməsi üçün Rzaya vermişdir. Avtomaşını Bakı şəhərindəki "Sədərək" Ticarət Mərkəzinədək Rza idarə etmişdir. Təqsirləndirilən şəxs arayış verərək göstərmişdir ki, onlar "Sədərək" Ticarət Mərkəzinə gəlməzdən bir gün əvvəl o, Bakı şəhərindən rayona qayıtmış və elə həmin gün də səhər tezdən çıxıb obyektə baxmağa getməyi qərarlaşdırmışlar. O, Bakıdan yeni qayıtdığından çox yorğun olmuş, ona görə də yola çıxarkən magistral yolun rayonlararası hissəsini Rzanın, Bakıda şəhərdaxili hissədə isə onun özünün idarə edəcəklərini öz aralarında razılaşmışlar. Təqsirləndirilən şəxs ifadəsinə davamı olaraq göstərmişdir ki, onlar bir neçə saat "Sədərək" Ticarət Mərkəzində olmuş, orada obyektlərə baxmış, sonra müəyyən əşyalar alınmasından ötrü oradan çıxıb 8-ci kilometr qəsəbəsinə getmişlər. Həmin vaxt avtomaşını artıq onun özü idarə etmişdir. 8-ci kilometr qəsəbəsində dükanlardan birində mebel sifariş vermiş və təxminən saat 15 radələrində Bakı şəhərindən çıxıb Şamaxı istiqamətində hərəkətə başlamışlar. Avtomobili o, özü idarə etmiş, Vüqar qabaq sağ oturacaqda, Rza isə arxa sağ oturacaqda oturmuşdur. Həmin vaxt o, bir sürücü kimi təhlükəsizlik kəmərini taxmış, Vüqar da onun tələbindən sonra təhlükəsizlik kəmərini taxmışdır. Şəhərdən çıxdıqdan sonra Rza arxa oturacaqda uzanıb yatdığından Vüqar sonradan rayonda Rza ilə zarafat etmək məqsədi ilə mobil telefonla Rzanın yatmış vəziyyətdə şəklini də çəkmişdir. O, avtomobili təxminən 90-100 km/saat sürətlə hərəkət etdirmiş, saat təqribən 15:55-də Qobustana çatmış, hər üçü maşından düşüb pullarını bir yerə cəm edərək yanacaq doldurma məntəqəsində maşına benzin almış və hər üçü marketə daxil olub, hər biri üçün bir ədəd “Redbul” adlanan spirtsiz içki almışlar. Bundan sonra saat təxminən 16:00-da onun özünün təklifi ilə, razılaşdıqları kimi, Rza avtomaşının sükanı arxasına əyləşib Ağsu istiqamətində maşını idarə etməyə başlamış, o, arxada sağda, Vüqar isə qabaq sağ oturacaqda oturmuşdur. Rza avtomaşına oturarkən qapını möhkəm çırpdığına görə ona “Rza bu səninçün VAZ 2106 markalı maşın deyil” deyib iradını bildirmişdir. Rza avtomaşını “zmeyka” (burada: "ilanvari") ilə hərəkətə gətirdiyindən o, Rzaya təkrar iradını bildirmiş və şitlik etməməsini tapşırmışdır. Bundan sonra Rza avtomaşını yolda 100 km/saatdan artıq sürətlə sürməmişdir. O, yorğun olduğundan maşının arxa oturacağında uzanıb yatmış, avtomobili qəzaya uğramasını bilməmiş, ayıldıqda özünü xəstəxanada görmüşdür. Hadisədən təxminən 3-4 gün sonra o, xəstəxanada olarkən onun tanışları vəziyyəti ilə maraqlanmağa gəlmiş, avtomaşının Kamaz markalı maşınla toqquşmasını, onların qəza keçirmələrini xəstəxanada onlardan öyrənmişdir. Lakin hadisənin necə və hansı şəraitdə baş verməsini, ağır nəticələrini bilməmişdir. 25 və ya 26 fevral 2014-cü il tarixdə tanışı Orxan adlı oğlan onun yanına gəlmiş, söhbət əsnasında ağzından "rəhmətliklərin yasından gəlirəm" kimi bir söz qaçırmışdır. O, "rəhmətliklər" sözünə reaksiya verdikdə, Orxan mövzunu dəyişmək istəsə də, lakin o, artıq Vüqarla Rzanın qəza nəticəsində vəfat etdiklərini, həmin vaxtadək ondan gizlədildiyini başa düşmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, Qobustanı keçdikdən sonra avtomaşını Rza idarə edərkən Rzanın və ya Vüqarın təhlükəsizlik kəmərini bağlayıb-bağlamamaları onun yadında qalmamış, qəzadan sonra onu avtomaşından kimin çıxardığını bilməmişdir. O, qəza nəticəsində topuğunun çatlaması və qapalı çənə sınığı xəsarətlərindən başqa bədən xəsarəti almamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində, həmçinin, qeyd etmişdir ki, onun maşınının spidometr göstəricisi, xarab olduğundan, 0-dan deyil, 100-dən başlamış, avtomaşın 10 km/saat surətlə hərəkət etdiyi vəziyyətdə spidometr göstəricisi 110 göstərmişdir. Məlum yol-nəqliyyat hadisəsini törətmədiyini, hadisə momentində özünün sükan arxasında olmadığını, yol-nəqliyyat hadisəsi törədilərkən sükan arxasında mərhum Zərərçəkmiş şəxs3 olduğunu göstərdi. Təqsirləndirilən Təqsirləndirilən şəxs sonradan məhkəmə baxışı zamanı ekspert Ağaməhəmməd Abdurazaqovun dindirilməsi ilə əlaqədar göstərmişdir ki, mart ayının təxminən 17-sində o, xəstəxanada olarkən ekspert onun yanına gəlmiş və ondan ağzında və ayağında nə olduğunu soruşduqda, o, ağzında şina, ayağında isə gips olduğunu, topuğunda çat olduğunu bildirmiş və bundan sonra ekspert çıxıb getmişdir. Ekspert onu faktiki müayinə etməmişdir. Apellyasiya məhkəməsi istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisədən bir gün əvvəl dostları-mərhum Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4la işlərindən əlavə olaraq şərikli biznes fəaliyyəti ilə məşğul olmaq məqsədilə mebellər sifariş vermək və bu istiqamətdə sair işlərini görmək üçün birlikdə Bakı şəhərinə getməyi razılaşnışlar. 3 fevral 2014-cü il tarixində səhər saat 07:00 radələrində sübh namazını qıldıqdan sonra o Zərərçəkmiş şəxs3 zəng etmişdir. Rza təxminən 07:20 radələrində onun yaşadığı evə gəlmişdir. Elə həmin vaxtda da atası Zərərçəkmiş şəxs2 məxsus notariat qaydada təsdiq olunmuş etibarnamə əsasında idarə etdiyi “VAZ- 21154” markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobillə həyətindən çıxıb Vüqargilə getmişlər. Vüqarı götürdükdən sonra Rza avtomobilin sükanı arxasına oturub maşını idarə edirdi, o, qabaq sağ oturacaqda oturmuşdu, Vüqar isə arxada sağ tərəfdə oturmuşdu. Rzanın sürücülük hüququ olduğuna görə, o da Rzanın yanında olduğundan maşını idarə etmək üçün Rzaya vermişdir. Avtomaşını Bakı şəhərindəki “Sədərək” Ticarət Mərkəzinədək Rza idarə edib. Bir neçə saat “Sədərək” TM-də olmuşlar. Orada obyektlərə baxmış, müəyyən əşyaların alınmasından ötrü 8-ci km qəsəbəsində dükanlardan birində mebel sifariş vermişlər. Təxminən saat 15 radələrində Bakı şəhərindən çıxıb Şamaxı istiqamətində yola düşmüşlər. Həmin vaxt avtomobili o idarə edirdi, Vüqar qabaq oturacaqda oturmuşdu, Rza isə arxa sağ oturacaqda uzanıb yatmışdı. Vüqar sonradan rayonda Rza ilə zarafat etmək məqsədilə mobil telefonla Rzanın yatmış vəziyyətdə şəklini çəkmişdi. O, avtomobillə təxminən 90-100 km/saat sürətlə hərəkət edirdi. Saat təxminən 15:55-də Qobustana çatıb, hər üçü maşından düşüb pullarını bir yerə cəm edərək yanacaq doldurma məntəqəsində maşına benzin almış və hər üçü də marketə daxil olub hər biri üçün bir ədəd “Redbull” adlanan spirtsiz içki almışlar. Bundan sonra təxminnən saat 16:00-da onun təklifi ilə razılaşdıqları kimi avtomaşının sükanı arxasına Rza əyləşib və maşını Ağsu istiqamətində idarə etməyə başlayıb. O, arxada sağda, Vüqar isə qabaq sağ oturacaqda oturmuşdu. Rza avtomaşına oturarkən qapını möhkəm çırpdığına görə ona “Rza bu səninçün VAZ 2106 markalı maşın deyil” deyib irad bildirmişdir. Rza avtomaşını “zmeyka” ilə hərəkətə gətirdiyindən Rzaya təkrar iradımı bildirmiş və şitlik etməməsini demişdir. Yorğun olduğundan maşının arxa oturacağında uzanıb yatmışdır. Avtomobilin qəzaya uğramasını bilməmişdir, ayılanda özünü xəstəxanada görmüşdür. Xəstəxanada olarkən tanışları onun vəziyyəti ilə maraqlanmağa gəlmişdilər və o da onlardan avtomaşının kamaz markalı avtomaşınla toqquşmasını, qəza keçirdiklərini öyrənmişdir. Lakin hadisənin necə və hansı şəraitdə baş verdiyini, ağır nəticələrini bilməmişdir, tanışları da bu barədə ona bildirməmişdir. Fevralın 25 və ya 26-sı tanışı Orxan adlı oğlan onun yanına gəlmişdi, onda söhbət əsnasında ağzından “rəhmətliklərin yasından gəlirəm” kimi söz qaçırdı və o rəhmətlik sözünə reaksiya verdikdə, Orxanın mövzunu dəyişmək istədiyini, lakin artıq Vüqarla, Rzanın qəza nəticəsində vəfat etdiklərini bilmişdir. Başa düşmüşdür ki, həmin vaxtadək bu hadisənin ondan gizlədiblər. Apellyasiya məhkəməsi istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, avtomobilin spidometri işləmirdi. Spidometr avtomobil dayanmış vəziyyətdə olanda sürət göstəricisi 100-ü göstərirdi, hərəkət etdikdə sürət göstəricisi 100-dən başlayırdı.. Avtomobilin qəzaya uğramasını bilməmiş, yorğun olduğundan arxa oturacaqda yatmışdır.. Ayılanda özünü xəstəxanada görmüşdür. Avtomobilə qəza zamanı sağ tərəfdən zərbə dəymişdir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı, zərərçəkmiş şəxs, mərhum Zərərçəkmiş şəxs3 hüquqi varisi X48 dindirilərkən ifadəsində göstərmişdir ki, Ağsu şəhərində yaşadığı evin qarşısında mağazada satıcı işləmiş, gündüz saatlarında mağazada arvadı onu əvəz etmiş, o, isə evə gedib bir-iki saat dincəlmişdir. Hadisə günü - 23 fevral 2014-cü il tarixdə, saat 07 radələrində o, yatarkən qonşuları, hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs özünə məxsus VAZ-21154 markalı avtomobillə onlara gəlmiş, oğlu Zərərçəkmiş şəxs3 də götürərək Bakı şəhərinə getmişlər. Sonradan onlarla digər dostları Zərərçəkmiş şəxs4 da getdiyini öyrənmişlər. Oğlu Zərərçəkmiş şəxs3 Ağsu rayonunda diş həkimi işləmiş, rayonda tanınmış və hörmətli bir şəxs olmuşdur. Fəridlə qonşu olsalar da, Rzanın Fəridlə əvvəllər çox da isti münasibəti olmamışdır. Rza Vüqarla Sumqayıtda bir yerdə diş texnikliyi məktəbində oxumuş və həmin vaxtdan onların yaxşı münasibətləri olmuşdur. X55 bacısı ilə nişanlandığından Fəridin Rza ilə də münasibəti yaranmışdır. Həmin gün də günortadan sonra, həmişə olduğu kimi, evə getmiş, uzanıb dincəlmək istərkən arvadı saat 17 radələrində ona zəng edərək, Fəridin bibisi ilə anasının ona zəng etdiklərini, Fəridgilin yol-nəqliyyat hadisəsi törətdiklərini və yaralı vəziyyətdə Şamaxıda xəstəxanaya yerləşdirilmələrini bildirdiklərini demişdir. O, xəbəri eşidən kimi küçəyə çıxmış, özü həyəcanlı vəziyyətdə olduğundan öz maşınını idarə edə bilməmiş, maşının sükanını tanıdığı İlyas adlı şəxsə tapşırmış, o, qabaq sərnişin oturacağında, arvadı, Fəridin anası və bibisi Yeganə isə arxada oturmuşlar. Yolda olarkən Fəridin anası qəza vaxtı maşını Rzanın idarə etdiyini bildirmiş, bibisi isə bunu təsdiq etmişdir. Bir-iki nəfər isə onlara zəng edib, Vüqarın hadisə vaxtı öldüyünü, Rzanın isə sağ olduğunu bildirmişdir. Onlar Şamaxı xəstəxanasına çatdıqda baş vermiş avtomaşın qəzası keçirənlər barədə maraqlandıqda, qəza keçirənlərin 3 nəfər olmalarını, iki nəfərin artıq öldüyünü və morqa aparıldıqlarını, bir nəfərin isə yaralı vəziyyətdə xəstəxanada olduğunu demişlər. O, məlumatı alan kimi oğlunun ölüb-ölmədiyini öyrənmək üçün morqa tərəf qaçmış, Fəridin anası ilə bibisi isə, sanki sağ qalanın onların uşağı olduğunu əvvəlcədən bilən adamlar kimi xəstəxanaya getmişlər. Morqda isə oğlu Rza ilə Vüqarın öldüyünü, yalnız sürücü Təqsirləndirilən şəxs sağ qaldığını öyrənmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Calal Şahbazov daha sonra ifadəsində göstərmişdir ki, hadisəni görən insanlar, hadisənin baş verdiyi ərazidən keçən taksi sürücüləri və "Xəzər" televiziyasından hadisə yerində olmuş şəxslər qəza nəticəsində oğlunun da öldüyü avtomaşını Təqsirləndirilən şəxs idarə etməsini bildirmişlər. Lakin Fəridin yoldaşları qəza nəticəsində öldüyündən Fərid cəzadan yayına bilməsi üçün avtomaşını özünün yox, Rzanın idarə etdiyini bildirmişdir. O, hadisədən bir neçə gün sonra telefonla Fəridə zəng edib, ona avtomaşını idarə etdiyi təqdirdə ona 8-9 il cəza təyin ediləcəyini demiş, cavabında isə Fərid ona 6 il cəza təyin ediləcəyini bildirmişdir. Oğlunun yas mərasiminə təqsirləndirilən şəxsin qohumları tərəfindən heç bir maddi yardım göstərilməmişdir. Oğlunun 40 mərasimindən sonra Fəridin bibisi onlara gəlmiş, şalını onun qabağına atmış və yalvararaq Rzanın ölümünə görə Fəriddən şikayətçi olmamağı xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Calal Şahbazov ifadəsinin yekununda göstərmişdir ki, hadisədən sonra ailə üzvləri tərəfindən oğlu Zərərçəkmiş şəxs3 məxsus olub, hadisə günü özü ilə gəzdirdiyi "Samsunq" markalı mobil telefona baxılarkən Rzanın hadisədən əvvəl yolda maşında gedərkən avtomaşının arxa salonunda uzanıb sevdiyi qızla yazışmaları aşkar edildiyindən o, həmin mobil telefonu və telefon vasitəsi ilə çəkilmiş iki ədəd fotoşəkli istintaq orqanına təqdim etmişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir və Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulan qaydada cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X48 ifadəsində göstərmişdir ki, 2014-cü il fevral ayının 22-si gecəsində oğlu vəfat etmişdir. Dəfələrlə məhkəmələrdə iştirak etmişdir. Qızına 2017-ci ildə toy edəndə təqsirləndirilənin ailəsi barışmağı təklif etdilər. O da içəridən tez çıxsın deyə barışıq ərizəsi yazmışdır. O insanlıq edib barışmışdır. Axırıncı apellyasiya məhkəməsində təqsirləndirilən şəxsin özü etiraf etmişdir. İndi isə bəraət istəyirlər. O, şahidlər- X4 və X2 üzünü görməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X48 apelyasiya instansiyası məhkəməsində ifadəsinə əlavə olaraq göstərmişdir ki, oğlunun telefonunu istintaqa hadisədən bir neçə vaxt sonra o təqdim etmişdir. Hal-hazırda telefon yoxdur, yanmışdır. O, X34 heçnə deməmişdir, özü öz xahişi ilə o ifadəni vermişdir. Yəqin ki sonradan təqsirləndirilən şəxsin atası ona təsir etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin anası, mərhum Zərərçəkmiş şəxs4 hüquqi varisi X31 ifadəsində göstərmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs onun qızının nişanlısı, mərhum Rza isə oğlu Vüqarın dost olmuşdur. Fərid qızı ilə nişanlandıqdan sonra oğlu Vüqar və Rza ilə dostluq etməyə başlamışdır. 23 fevral 2014-cü il tarixdə oğlu Vüqar Sədərək Ticarət Mərkəzinə gedib, oradan çayxana götürüb Fərid və Rza ilə şərikli işlədəcəklərini dedikdə o, həmin gün hava tutqun və çiskinli olduğundan və oxşar bir havada həyat yoldaşının avtomobil qəzası keçirib vəfat etdiyindən, onların getməsinə etiraz etmişdir. Hələ bir gün əvvəl Vüqar evdə Rzanın maşını ilə gedəcəklərini desə də, hadisə günü Fəridin atasının maşını ilə getdiklərini görmüşdür. Fəridə bir həftədir Bakıda olduğunu, dünən gəldiyini, yorğun olduğunu bildirib, getməməyi xahiş etdikdə, Vüqar onlara mane olmamağı demişdir. Hətta qorxduğundan Vüqara arxada oturmasını tapşırmışdır. Onlar hər üçü deyib-gülərək yola düşdükdə o, adəti üzrə onların arxasınca su atmışdır. Vüqargil gedəndən sonra, o, saat təxminən 11 radələrinədək bir neçə dəfə Vüqarın telefonuna zəng etsə də o, telefonu açmadığından qaynı Rzanın telefonuna zəng etmiş, Rza telefon zənginə cavab verərək "Sədərək" ticarət mərkəzində olduqlarını demişdir. O, Rzanın telefonu ilə Vüqarla danışmış, Vüqar telefonunun enerjisinin az olduğunu bildirib, ona görə açmadığını demişdir. Günortadan sonra, saat 16:02-də Vüqara zəng etmiş, onun telefonuna zəng çatmadıqda o, Vüqarın telefonunun enerjisinin bitdiyini fikirləşmişdir. Saat 16.30 radələrində oğlu Vüqar dostları Rza və Fəridlə birlikdə Fəridin avtomobili ilə avtoqəzaya düşmələrini zəng edib qızlarına, sonuncular isə əmilərinə bildirsələr də, onlar hadisəni ondan gizlətmişlər. O, hadisə barədə sonradan öyrənmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş Zərərçəkmiş şəxs4 hüquqi varisi Esmira Mütəllimova baş vermiş hadisəni onun taleyində Allahın yazısı kimi qiymətləndirdi və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığını bildirdi. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi Esmira Mütəllimova, həmçinin məhkəməyə ərizə ilə müraciət edib, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X31 ifadəsində Təqsirləndirilən şəxs ilə barışdığını, iş üzrə hər hansı bir şikayət və tələbi olmadığını göstərmişdir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsində və Azərbaycan Respublikası CPM-nin 20-ci maddəsində nəzərdə tutulmuş hüququndan istifadə edərək oğluna - Təqsirləndirilən şəxs qarşı ifadə vermədiyindən zərər çəkmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, həmin ifadəsində yol-nəqliyyat hadisəsi törədilmiş VAZ-21154 markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobil baş etibarnamə əsasında ona məxsus olduğunu, həmin avtomobili 6.000 ABŞ dolları muqabilində aldığını, ona məxsus həmin avtomobilin 23 fevral 2014-cü il tarixdə avtoqəza nəticəsində əzildiyini və ona əmlak ziyanı dəydiyini bildirmiş, əlavə olaraq istintaq orqanına ərizə ilə müraciət edərək baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində ona məxsus VAZ-21154 markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək ona 2321 manat ziyan dəydiyini bildirmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs2 mülki iddiaçı qismində tanınmışdır (İş vərəqə: cild İ, səh. 123-124, 125, 127). Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X42 ifadəsində göstərmişdir ki, hadisə günü - 23 fevral 2014-cü il tarixdə, saat 14 radələrində Bakı şəhərindən yaşadığı Ağsu şəhəri istiqamətində hərəkətdə olarkən Müşviqabad qəsəbəsində yerləşən DYP postunu keçdikdən təxminən 3-4 km sonra onunla bir il sinif yoldaşı olmuş, həmyerlisi, Ağsu şəhərində yaşayan, baxılan iş üzrə Təqsirləndirilən şəxs maşını çox sürətlə onları ötüb keçmişdir. O, Fəridin maşınını qeydiyyat nömrəsindən tanımış, lakin həmin vaxt maşını kimin idarə etməsini bilməmişdir. Təxminən 40-50 dəqiqə sonra onlar Mərəzədən (Qobustan) keçərkən Fəridin avtomobilinin yolun sağında kənarda dayandığını, Fəridgilin isə avtomobilin yanında durduğunu görmüşdür. Fərid avtomaşının ön hissəsində, daha iki nəfər isə sağ tərəfində dayanmışlar. Hətta o, keçib gedərkən əli ilə işarə edib qışqırmaqla Fəridə «nə olub, hara tələsirsən?» sualını da vermişdir. Fəridgilin onu görüb-görməməsini, tanıyıb-tanımamasını, onun işarəsini, dediyi sözləri eşidib-eşitməməsini o, bilməmişdir. Mərəzə DYP postunu keçib təxminən 10-15 dəqiqə yol qət etdikdən sonra «Acıdərə» adlanan yerdə onlar yenidən onu yüksək sürətlə ötüb keçmiş, həmin vaxt da sükan arxasında kimin olduğunu o, görməmişdir. Yollarına davam etmiş, anasında başlamış baş ağrılarına görə o, avtomaşını bir müddət saxlamış və artıq saat təqribən 16-16:30 radələrində Şamaxı rayonunun Sabir qəbəsində Fəridgilin maşınının qəzaya uğradığını, Fəridin maşının yolun düz xəttinin orta hissəsində çəpəki vəziyyətdə, "Kamaz" markalı bir maşının isə xeyli qabaqda dayandıqlarını görmüşdür. Hadisə ilə əlaqədar yol polisi əməkdaşları avtomaşınları hadisə yerində saxlamağa icazə verməmiş, keçən avtomaşınları tez sürüb getməyə yönləndirmişlər. Özü də əvvəllər yol-nəqliyyat hadisəsi törətmiş, ölümdən qayıtmışdır. Belə hadisələrə ürəyi dözmədiyindən, həm də maşında ailə olduğundan o, idarə etdiyi maşını saxlamayıb, sürüb getmişdir. O, artıq Muğanlıya çatdıqda tanışları ona zəng etmiş, Fəridgilin qəza törətdiklərini və üçünün də öldüklərini bildirmişlər. Şahid Orxan Nəsirov daha sonra ifadəsində göstərmişdir ki, o, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində Ağsu şəhərinə taksi ilə getdiyini göstərsə də, əsil həqiqətdə o, dayısı oğlu Ayxan Məmmədliyə məxsus "**-FS-***" dövlət qeydiyyat nişanlı "Mercedes- Benz" C klass markalı avtomobillə getmiş və həmin avtomaşını onun özü idarə etmişdir. Belə ki, hadisə günü avtomaşında Cəmilə Nəsirova, Dürriyə Məmmədova və Ayxan Məmmədli də olmuşlar. Ayxan Ağsu şəhərində Təqsirləndirilən şəxs və mərhum Rza ilə bir məhəllədə yaşamışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid X32 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi, mövcud olan ziddiyyətlərlə bağlı elan edilməklə tədqiq edilmişdir. Tədqiq olunan həmin ifadədə şahid Orxan Nəsirov göstərmişdir ki, hadisənin baş verdiyi 23 fevral 2014-cü il tarixdə, saat 14 radələrində Ağsu-Bakı taksisi ilə Bakıdan Ağsuya getmiş, taksini tanımadığı sürücüsü idarə etmiş, o, qabaqda, tanımadığı qadınla uşaqlar isə arxada oturmuşlar. Həmin gün saat 14 radələrində onlar Müşviq yol polisi postunu keçdikdən təxminən 3-4 km sonra 1 il onun sinif yoldaşı olmuş və rayonda yaşayan Fərid öz avtomobili ilə çox sürətlə onları ötüb keçmişdir. Təxminən 40-50 dəqiqə sonra onlar Qobustan rayonundan keçərkən Fəridin avtomobilinin yolun kənarında dayandığını, Fəridin özünün isə avtomobilin yanında durduğunu görmüşdür. Hətta o, oradan keçərkən qışqıraraq ona «hara tələsirsən!» sözlərini demişdir. Təxmnən 10-15 dəqiqə yol getmişlər ki, «Acıdərə» deyilən yerdə yenə də Fərid gəlib çox sürətlə onların avtomobilini ötüb keçmişdir. Həmin vaxt o, özü idarə etdiyi avtomaşını 80-100 km/saat sürətlə idarə etmişdir. Təxminən 6 -7 km yol getdikdən sonra o, Sabir qəsəbəsi yaxınlığında yol-nəqliyyat hadisəsi baş verdiyini, Fəridin idarə etdiyi avtomobillə "Kamaz" markalı avtomobilin arxasına dəydiyini görmüşdür. Avtomobildə qadın-uşaq olduğundan, taksi saxlamamış və sürüb getmişdir. Sonradan avtomobildə rayon sakinləri, onun da tanıdığı Rzayla Vüqarın həmin hadisə nəticəsində öldüklərini eşitmişdir. 2-ci dəfə Fərid avtomobillə gəlib onun əyləşdiyi maşını ötüb keçərkən həmin vaxt sükan arxasında Təqsirləndirilən şəxs olduğunu görmüşdür (İş vərəqə: cild İ, səh. 151-153). Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı ifadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən şahid Orxan Nəsirov ifadəsinin davamında göstərmişdir ki, məhkəmə istintaqı zamanı hadisə günü özünün avtomaşın idarə etməsi və ailə üzvlərinin həmin avtomaşında olmaları ilə əlaqədar göstərdikləri tam doğrudur. O, ibtidai istintaqda ifadə verərkən dayısı oğlunun və özünün ailə üzvlərinin istintaqa çağrılmamaları üçün Ağsuya tanımadığı şəxsin idarə etdiyi taksi ilə getdiyini göstərmişdir. Qalan hissədə isə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi doğrudur. "Acıdərə" adlanan yerdə Fəridgilin avtomaşını onu ötüb keçərkən sükan arxasında Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Lakin hadisənin baş verdiyi momentdə sükan arxasında kimin olduğunu bilməmişdir. Ondan ibtidai və ya məhkəmə istintaqı zamanı fərqli ifadə verməyi heç kim xahiş etməmişdir. İlk dəfə məhkəmədə ifadə verdiyi üçün həyəcanlanmış və fərqli ifadə vermişdir. Onu istintaqa Respublika Yol Polisi İdarəsinin müstəntiqi Şahid çağırmış, o çağırışı qəbul edib Yol Polisi İdarəsinə getmiş, ifadə vermiş və oxuyub imzalamışdır. Apellyasiya instansiyası məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş X42 ifadəsində göstərmişdir ki, Fəridi əvvəldən bir rayon camaatı, nənəsigilin qonşusu kimi tanımışdır. Fəridlə münasibətləri normal olub. Bakıdan rayona gəlirdi. Ondan başqa anası və gəlinbacısı da maşında idi, maşını sürən dayısı oğlu idi. Yenikənd yolunda Fəridin maşınını görmüşdür. Keçəndə siqnal verdi keçdi. Bilmişdir ki, Fəridin maşınıdır. Sükan arxasında kimin olduğunu, maşında neçə nəfərin olduğunu görməmişdir. Həmin ərazinin Qobustanın ərazisi olub-olmadığını bilmir. Həmin yeri “Cəngi” kimi tanıyır. Onun bildiyinə görə Abşeron rayonunun ərazisidir. Maşında ailə olduğuna görə, həm də uşaq qaytardığına görə çox ləng gəlirdilər. Onlar gəlib keçəndə Sabir qəsəbəsində hadisəni görmüşlər. Hadisə yerində maşını saxlamamışdır, hadisə vaxtı da kimin olduğunu görməmişdir. Şahid X42 apellyasiya instansiyası məhkəməsində ifadəsinə əlavə olaraq göstərmişdir ki, rəhmətlik Rzanın atası Cəlal ondan xahiş etmişdi ki, belə bir ifadə lazımdır. Cəlalın oğlu ilə yaxşı münasibəti olub, fikirləşmişdir ki, Rzanın valideynidir, xahiş edir. Bu niyyətlə gəlib belə ifadə vermişdir. Düzdür, rolda kimin olduğunu görməmişdir. İstintaqda ifadə vermişdir ki, maşın siqnal verib keçib, amma maşını kimin sürdüyünü görməmişdir.Cəlal ondan xahiş etmişdi ki, ifadə versin ki, “maşını sürəni görmüşəm”, amma görməmişdir. Onun verdiyi ifadə düz deyil, çünki maşın siqnal verib, keçib gedib, sürənin kim olduğunu görməmişdir. Hadisə yerindən keçəndə maşınları görmüşdür, nə yaralı, nə də ölü görməmişdir. Maşınları, bir də “QAİ” maşınını görmüşdür, maşını saxlamayıb, keçib getmişdir. Şahid X42 apellyasiya instansiyası məhkəməsində ifadəsinə əlavə olaraq göstərmişdir ki, olduğu kimi ifadə vermişdir. Məhkəmədə sual vermişdilər ki, belə ifadə vermisən? Onun demədiyi sözlər yazılmışdı. Məhkəmə vaxtı da birinci dəfə idi məhkəmədə iştirak edirdi, özümü itirmişdi. Bəlkə də nəyəsə hə deyib, yox deyib, bilmir. O yalnız maşının siqnalını eşitmişdir. Fəridə deməmişdir ki, “nə olub bərk sürürsən”. 90-100 km/saat sürətlə gedən maşında kim çatdırıb, qışqırıb elə deyə bilər? Fəridin maşını onun maşınını bir dəfə keçmişdr. Onu müstəntiqin yanına ifadə verməyə “Respublikanski QAİ”yə Cəlal aparmışdır. Cəlal ona demişdir ki, “Orxan, eşitmişəm ki, sən də yolda gəlmisən, görmüsən”, ifadəndə de ki, rolda Fərid olub”. Demişdir ki, “mən görmüşəm ki, maşın mənə siqnal verib keçib, amma sükan arxasında kimin olduğunu görməmişəm, nə ölü, nə yaralı görməmişəm, maşını saxlamayıb getmişəm”. Cəlal ona demişdir ki, onda belə bir ifadə vermək lazımdır ki, şahid kimi görmüsən. Demişdir ki, görməmişəm. İfadəsində artıq yazılan odur ki, ifadəsində deməmişdir ki, “Fərid, hara tələsirsən”. Cəlalla müstəntiqin o çıxandan sonra nə söhbəti olub, o çıxandan sonra nə qeyd ediblər bilmir. Cəlalın xahişi ilə ifadə vermiş, sonradan görmüşdür ki, həqiqətən yalan ifadədir, günaha batır. İkinci dəfə məhkəməyə ərizə vermişdir ki, şahidliyini geri götürür. O dindirilərkən axıra kimi Cəlal da həmin otaqda oturub. Apellyasiya məhkəməsində məhkəmə istintaqında verdiyi hazırkı ifadə düzdür. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı şahid qismində dindirilən X20 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsinə oxşar, lakin işin faktiki halları və məhkəmədə araşdırılan mötəbər və təkzibedilməz sübutlarla ziddiyyət təşkil edən ifadə verib göstərmişdir ki, Təqsirləndirilən şəxsla heç bir qohumluq münasibəti yoxdur və hadisədən əvvəl onu tanımamışdır. Lakin 23 fevral 2014-cü il tarixdə Sabir qəsəbəsində hadisə yerindən 30-40 metr aralıda yerləşən qardaşı evində olarkən saat 16.30 radələrində asfalt yolda yüksək toqquşma səsi eşidib çölə çıxmış, nə baş verdiyini öyrənmək üçün getdikdə, avtoqəza baş verdiyini, "015" markalı bir maşının "Kamaz"ı arxadan vurduğunu, "Kamaz"ın Şamaxı istiqamətində bir az aralıda, "015"-in isə yolun ortasında dayandıqlarını görmüşdür. O, hadisə yerinə yaxınlaşarkən orada cəmi 3-4 nəfər tanımadığı şəxslər olmuş, birinin "Kamaz"ın sürücüsü olmasını sonradan öyrəndiyi oğlan yaralıları maşından çıxarmağa çalışmışdır. Sonra yoldan keçən maşınlar saxlamış, həmin maşınlarda olanlar və kənd camaatı ora yığışmışdır. Onlara kömək etmiş və ilk olaraq arxa sağ qapını lom vasitəsi ilə açıb yaralını oradan çıxarmışlar. Həmin yaralı şəxs hazırkı iş üzrə Təqsirləndirilən şəxs olmuşdur. Onun adını sonradan öyrənmiş, hətta onun üzündə xal olması da onun yadında qalmışdır. Sonra onlar sükan arxasında oturan şəxsin qapısını lom vasitəsi ilə açıb sürücünü çıxarmışlar. Sürücü enli sifət quruluşlu və uca boylu oğlan olmaqla ağır yaralı olmuş, onun ağzından qanlı köpük gəlmiş, onun üzündə maşının qabaq şüşəsinin sınıqları olmuşdur. Sükan arxasında əyləşən cavan oğlan təhlükəsizlik kəmərini taxdığından onun maşından çıxarılması problem yaratmış, oraya toplaşan şəxslərlə birlikdə kömkələşib bıçaqla sürücünün təhlükəsizlik kəmərini kəsərək onu avtomobildən çölə çıxarmışlar. Qabaq sağ tərəfdə oturan şəxs isə bərk sıxıldığından, elə hadisə yerindəcə vəfat etmişdir. Avtomobilin içərisində 3 nəfərdən başqa heç kəs olmamışdır. O, Fəriddən qohumlarına zəng edib hadisə barədə məlumat vermək üçün telefon nömrəsi istəmiş, lakin Fərid çənəsini tutub nəsə desə də, onu başa düşə bilməmişdir. Həmin vaxt Fəridin çənəsi sınmışdır. O, fövqəladə hallara və təcili tibbiyardıma zəng edib hadisə barədə məlumat vermiş, ilk olaraq fövqəladənin işçiləri gəlmiş və onlara aid iş olmadığını görüb, çıxıb getmişlər. Təxminən 20 dəqiqədən sonra isə təcili tibbi-yardım maşını gəldi və qəzaya düşmüş şəxsləri xəstəxanaya aparmışdır. Şahid Mirəli İbrahimxəlilov məhkəmə baxışı zamanı ifadəsində hadisə yerində olarkən hadisə yerinə toplaşmış şəxslərlə kömək etdiyini, ilk olaraq arxa sağ qapını lom vasitəsi ilə açıb yaralı vəziyyətdə olan Təqsirləndirilən şəxs oradan çıxardıqlarını göstərsə də, suallar ətrafında dindirilərkən az əvvəl göstərdiyi xüsusatlara zidd ifadə verərək arxa qapı rahat açıldığından birinci arxa oturacaqda olan oğlanı çıxardıqlarını və onu yolun kənarında olan tut ağacının altında oturtduqlarını göstərmişdir. Cinayət işinin materiallarında onun barəsində məlumat olmadığı halda birinci instansiya məhkəməsində istintaqa dəvət olunub dindirilməsinin əsasları ətrafında suallara cavab verən şahid Mirəli İbrahimxəlilov ifadəsində göstərmişdir ki, hadisədən təqribən iki ay sonra Təqsirləndirilən şəxs atası, anası və bibisi onların yaşadığı kəndə gəlmiş, hadisə barədə ətraflı məlumat almaq istəmiş və tam təsadüfən yolda onun qardaşıgildən çıxan arvadı ilə görüşmüşlər. Ondan hadisə barədə məlumatı olub-olmamasını soruşduqda, arvadı onun (şahid Mirəli İbrahimxəlilovun) hadisə yerində olduğunu və yardım etdiyini onlara danışmışdır. Bundan sonra Təqsirləndirilən şəxs qohumları onunla görüşmüş və o, hadisə ilə əlaqədar gördüklərinin hamısını onlara danışmışdır. Təqsirləndirilən şəxs qohumları ona təşəkkür edib getmişlər. Bundan bir neçə gün sonra Fəridin atası Aydın axşam ona zəng edib ifadə vermək lazım olduğunu demiş, növbəti gün maşınla gəlib onu Bakıya Respublika Dövlət Yol Polisi İdarəsinə gətirmiş, özü çıxıb getmiş, o, isə müstəntiq Vüsalın yanında öz xətti ilə ifadəsini yazmışdır. Müstəntiq onu ikinci dəfə də çağırmış, lakin bu dəfə yazılı yox, şifahi sorğu-sual etmişdir. Hər iki dəfə onu Fəridin atası Aydın gəlib evindən aparmışdır. Birinci dəfə ifadə verərkən Fəridin atası onu evinə qaytarıb aparmasa da, ikinci dəfə onu gözləmiş və sonra evinə aparmışdır. Belə bir ifadə verməyə onu heç kim məcbur etməyib və ondan xahiş etməyib. Hadisə baş verən gün müstəntiq hadisə yerinə gələrkən o, aralıda dayandığından o, ifadə verməyə dəvət edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, hadisə günü qardaşıgildə idi. Qardaşının evi ilə yolun arası təxminən 20-30 metr olar. Birdən möhkəm taqqıltı səsi gəlmişdir. Çölə çıxmış, qapıdan görmüşdür ki, qəza olub. VAZ 015 markalı maşın Kamazın arxasından vurub. Hadisə yerinə getmiş, görmüşdür ki, bir nəfər arxada huşsuz vəziyyətdədir, bir nəfər qabaqda sağda ölüb. Rol arxasında olanın isə ağzından qan gəlirdi. Kamazın şoferi yanında oturan oğlanla düşmüşdülər, yerdə idilər. Xeyli adam, təxminən 10-15 nəfər adam cəmlənmişdi. Arxa qapını açıb, sağ qalan uşağı çıxartmışlar. Sağ qalan uşaq Fərid idi. Rolun arxasında hündür bədənli oğlan idi. Təhlükəsizlik kəmərini taxmışdı. Qonşudan bıçaq gətizdirmiş, kəməri kəsəndən sonra onu çıxartmış, kənd yoluna dönən yolun sol tərəfinə, Fəridi isə sağ tərəfə qoymuşlar. Fərid huşsuz vəziyyətdə idi. Sağ tərəfdəki oğlanı çıxartmaq üçün qapı açılmamışdı. Maşının sağ tərəfi dəydiyinə görə bir balaca sağı sıxılmışdı. Xeyli təpik vurmuşlar, lakin qapı açılmadı. Lomu salıb, qapını açıb oğlanı çıxartmışlar. O, təcili tibbi yardıma və polisə zəng etmişdir. Hardasa yarım saat sonra təcili tibbi yardım gəlmişdir. Onları təcili tibbi yardım maşınına qoydular, Şamaxıya apardılar. Ondan sonra da polis gəlmişdir. Şahid X20 apelyasiya instansiyası məhkəməsində ifadəsinə əlavə olaraq göstərmişdir ki, tanıdığı adamlardan hadisə yerində Süleyman və Elşən var idi. Maşına arxa sol tərəfdən yaxınlaşmışdır. Arxada oturan adamı çıxararkən üzərində qan ləkəsi görməmişdir. Sürücünün ağzından qan gəlirdi. Birinci Fəridi çıxarmışlar.Fəridi çıxararkən tanıdığı adamlardan Süleyman və Elşən də ona kömək edirdilər.Sürücünü çıxararkən xeyli adam kömək edib, həmçinin o, Süleyman və Elşən də kömək edib kəməri kəsib çıxarıblar. Elşən və Süleyman onun heç nəyi deyil, qəsəbə sakinləridir. Evləri yola yaxındır. Kamazda olanlar orda dayanmışdılar. Elə bilirdilər ki, onları kimsə döyəcək, ona görə də onlar yaxın durmurdular, qorxurdular. Daha sonra şahid X20 ifadəsinin davamında göstərmişdir ki, müstəntiq hadisə yerinə təxminən bir ay sonra gəlib. Orda soruşub ki, “maşındakıları çıxaran uşaqlar kim olub”. Deyiblər ki, filankəs çıxarıb. Hadisə yeri ilə onun evinin arasında təxminən 200-300 metr məsafə var. Gəldilər ki, “sən hadisə vaxtı iştirak etmisən”. Demişdir ki, “bəli, bir vətəndaş kimi maşındakıların çıxarılmasına kömək etmişəm”. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş X35 məhkəməyədək icraat zamanı vediyi ifadəsini bir daha təsdiq edərək ifadəsində göstərmişdir ki, 23 fevral 2014-cü il tarixdə idarə etdiyi «Yolnəqliyyatservis» ixtisaslaşmış İstismar idarəsinə məxsus "Kamaz-65115" markalı, ** JN *** dövlət qeydiyyat nişanlı yük avtomobilə Qaradağ daş karxanasından təxminən 12 ton tamet (burada:üzlük daş) yükləyərək əmisi oğlu Vilayətlə birlikdə, satmaq məqsədilə Şamaxı rayonuna yola düşmüşlər. Həmin gün hava şəraiti dumanlı və çiskinli olmuşdur. Saat təqribən 16-16:30 radələrində, Bakı-Şamaxı yolu ilə Şamaxı istiqamətində 45-50 km/saat sürətlə hərəkətdə olarkən, Mərəzə DYP postunu keçdikdən təxminən 10-15 dəqiqə sonra, Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində gözləmədən, arxadan möhkəm zərbə dəydiyini, maşının bortunun silkələndiyini və hətta idarə etdiyi maşını bir qədər qabağa atdığını hiss etmişdir. İdarəetməni itirməmiş, dərhal 10-15 metrdən sonra avtomobili saxlamış və əmisi oğlu Vilayətlə, demək olar ki, eyni vaxtda, yerə düşmüş və magistral yolun tən ortasında "VAZ-21154" markalı, "015" kimi tanınan bir minik maşınının qabaq sağ hissəsinin çox əzilmiş vəziyyətdə onun hərəkəti istiqamətində dayandığını görmüşlər. "VAZ-21154" markalı həmin avtomobilin qabaq sağ hissəsi ilə onun idarə etdiyi "Kamaz" markalı avtomobilin arxa sol hissəsinin toqquşduğu açıq-aşkar görünmüşdür. O və Vilayət dərhal qəzaya uğramış avtomaşına tərəf qaçmış, avtomaşında olan şəxslərə yardım etmək istəmişlər. Avtomobilə yaxınlaşdıqda qabaq sağ oturacaqda oturan sərnişinin çox ağır bədən xəsarətləri alıb öldüyünü, arxa sağ oturacaqda oturan sərnişinin ölümcül yaralandığını, sürücünün isə sağ olduğunu görüb ilk olaraq qapını açıb sürücünü çıxarmaq istəmiş, lakin qapını açmaq mümkün olmamışdır. Ona görə də qapını aça bilmələri üçün o, özünün idarə etdiyi "Kamaz"dan “manterovka” (burada: avtomaşına məxsus dəmir ling) gətirmiş, lakin manterovka kiçik ölçülü olduğundan qapını açmaq mümkün olmamışdır. Bundan sonra hadisə yerinə toplaşan, onun tanımadığı, yaxınlıqda yaşayan adamlardan kimsə uzun lom gətirmiş, avtomaşının qapıları lom vasitəsi ilə açılmışdır. Şahid Famil Mirzəyev ifadə verərkən əli ilə Təqsirləndirilən şəxs göstərib, sürücü olaraq sükan arxasında Təqsirləndirilən şəxs olduğunu, onu göy gözlərindən, hündür boyundan və sağ qalan yeganə şəxs kimi tanıdığını, sürücünün ayağının qaza ilişdiyini, təhlükəsizlik kəmərinin qapanıb onu sıxdığını və açılmadığını, Fəridin maşında sakitcə oturub baxdığını qeyd etdi və əlavə olaraq göstərdi ki, o, Fəridi maşından çıxara bilmələri üçün qışqırıb camaatdan bıçaq istəmiş, orada olan sürücülərdən kimsə bıçaq gətirmiş və təhlükəsizlik kəməri bıçaqla kəsildikdən sonra sürücü çətinliklə maşından çıxarılmışdır. Sürücünü maşından konkret olaraq bir nəfər deyil, onun çıxarılmasına hamı kömək etmiş, onu maşından dartıb çıxarmağa kömək edənlərdən biri də o, özü olmuşdur. Sürücü Təqsirləndirilən şəxs topuğundan zədə aldığı üçün axsamış, çənəsindən zədə aldığı üçün çənəsi əyilmiş, danışa bilməmişdir. Sürücünün çənəsinin sükana dəyərək qırıldığı hiss olunmuşdur. Sürücü paltarlı olduğundan onun başqa xəsarət alıb-almadığını bilə bilməmişdir. Fəridin çiyninə girib yolun əks tərəfinə keçirmişlər. Şahid Famil Mirzəyev daha sonra göstərdi ki, qabaq sağ oturacaqda oturmuş şəxs artıq öldüyündən hadisə yerinə toplaşan tanımadığı şəxslərlə birlikdə ikinci olaraq arxada olmaqla ağır yaralanan və artıq can verən sərnişini maşından çıxarıb yerə uzatmışlar. Onun ağzından qanlı köpük gəlmişdir. Yaxındakı evlərdən kimsə xalça gətirmiş, həmin yaralı xalçaya bükülmüş, onu xalçaya bükülü vəziyyətdə yolun əks tərəfinə şəxsən onun özü qucağında keçirmişdir. Sonra hadisə yerinə təcili-yardım maşını gəlmiş və yaralıları xəstəxanaya aprmışdır. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və sənədləşmə işləri aparmağa başlamışlar. Hadisə nəticəsində nə o, nə də əmisi oğlu Vilayət bədən xəsarəti almamışlar. Məhkəməyədək icraat zamanı şahid X35 və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşməyə dair dindirmə protokolu birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, şahid Famil Mirzəyev ibtidai istintaq zamanı sərbəst ifadəsində göstərdiyi və sonradan da məhkəmə baxışı zamanı dindirilərkən bir daha təsdiq etdiyi işin halları ilə bağlı xüsusatları, o cümlədən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "VAZ-21154" markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol oturacağında - sükan arxasında Fərid Clilovun olduğunu sonuncunun üzünə qarşı bir daha təsdiq etmişdir (İş vərəqə: cild İ, səh. 134- 135). Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən X28 şahid Famil Mirzəyevin məhkəmədə işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq etmiş və ifadəsində göstərmişdir ki, 23 fevral 2014-cü il tarixdə əmisi oğlu Famil Mirzəyevlə ona yoldaşlıq və daşın satılmasına köməklik etmək üçün Şamaxı rayonuna getmişdir. Onlar saat 16.30 radələrində Bakı-Şamaxı yolu Sabir qəsəbəsi ərazisindən keçib Şamaxı şəhəri istiqamətində gedərkən əmisi oğlunun idarə etdiyi "Kamaz"ı arxadan ani momentdə nə isə çox güclü zərbə ilə vurmuş, yetirilən zərbədən onların maşını sanki qabağa atılmışdır. Famil 10-15 metr qabaqda yolun sağında maşını saxlamış, onların hər ikisi maşından düşüb baş vermiş hadisə ilə maraqlanmaq üçün magistral yola qaçmış, onların olduğu avtomobili sol arxa tərəfindən camaat arasında "015" kimi tanınan minik maşınının sağ qabaq hissəsi ilə vurulduğu məlum olmuşdur. Onlar avtomaşına yaxınlaşarkən hadisə yerində kənar heç kim olmamış, ilk olaraq Bakı istiqamətində hərəkət edən "VAZ-2106" markalı bir maşın saxlamış, həmin maşının sürücüsü düşüb kömək üçün onların yanına gəlmişdir. Sonradan başqa avtomaşınlar da saxlamağa başlamış, hadisə yerinə çoxlu adam toplaşmışdır. "015"-in qabaq sağ hissəsi çox əzilmiş vəziyyətdə olmuş, həmin avtomobilin qabaq sağ oturacağında əyləşmiş sərnişin hadisə nəticəsində elə maşındaca ölmüşdür. Sürücü sağ olduğundan onu çıxarmaq istəsələr də qapını aça bilməmişlər. Yerli sakinlərdən bir nəfər lom gətirib ona vermiş, hadisə yerinə toplaşmış şəxslərin köməyi ilə lom vasitəsi ilə sürücü tərəfdən maşının qapısı açılmış, sürücünün təhlükəsizlik kəməri bağlanıb yığıldığından əllə açılmamış, həmin kəmər bıçaqla kəsilmiş, yalnız bundan sonra sürücü çölə çıxarılmışdır. O, sürücünün çənəsinin əyildiyini müşahidə etsə də, onda başqa xəsarət görməmiş, sürücü özü sərbəst hərəkət edə bilmişdir. Şahid Vilayət Mirzəyev təqsirləndirilən Təqsirləndirilən şəxs göstərib, ifadəsində onun 23 fevral 2014-cü il tarixdə, saat 16.30 radələrində Bakı-Şamaxı yolunun Sabir qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "015" kimi tanınan minik maşınının sükanı arxasında olan sürücü olduğunu, hadisə nəticəsində onun çənəsinin əyildiyini, danışa bilmədiyini, ayağının sıxılıb zədələndiyini bildirmişdir. Daha sonra şahid Vilayət Mirzəyev ifadəsinin davamında göstərmişdir ki, sürücüdən sonra avtomaşının arxa qapısı açıldıqda arxada, sağ tərəfdə olan sərnişinin avtomaşının döşəməsinə düşdüyünü və uzanmış vəziyyətdə qaldığını görmüşlər. Arxada olan sərnişin hələləlik sağ olsa da, ağır vəziyyətdə olmaqla can vermək üzrə olmuş, ağzından qan köpüklənmişdir. Onlar köməkli həmin sərnişini avtomobildən çıxarıb yolun kənarına qoymuşlar. Az sonra arxadan çıxarılan sərnişin də ölmüşdür. Öndə sağda olan sərnişin ölməklə yanaşı, həm də sıxıldıb qaldığından onu çıxara bilməmişlər. Hadisə yerinə gələn təcili tibbi-yardım maşını yaralıları xəstəxanaya aparmışdır. Həmçinin, hadisə yerinə polis əməkdaşları gəlmiş və sənədləşmə işi aparmağa başlamışlar. Şahid Vilayət Mirzəyev ifadəsinin yekununda göstərdi ki, kənd camaatı hadisə yerinə yol maşınlarının sürücülərindən və həmin maşınlarda olmuş sərnişinlərdən sonra gəlmiş, lakin ara qarışıqlıq olduğundan kimin konkret olaraq hansı işlə məşğul olmasını o, müşahidə edə bilməmiş, sürücünün təhlükəsizlik kəmərini konkret olaraq kimin kəsdiyini yadında saxlamamışdır. Lom gətirən kənd sakini lomu ona verdikdən sonra çəkilib bir kənarda dayanmışdır. Qəza keçirmiş minik avtomobilində sürücüdən başqa heç kim təhlükəsizlik kəməri taxmamışdır. "015" markalı avtomaşının salonuna baxarkən avtomaşının spidometrinin söndüyünü və spidometrin milinin 120-nin üzərində dayandığını görmüşdür. Şahid X28 və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşməyə dair dindirmə protokolu birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, şahid Vilayət Mirzəyev də ibtidai istintaq zamanı sərbəst ifadəsində göstərdiyi və sonradan da məhkəmə baxışı zamanı dindirilərkən bir daha təsdiq etdiyi işin halları ilə bağlı xüsusatları, o cümlədən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "VAZ-21154" markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol oturacağında - sükan arxasında Fərid Clilovun olduğunu sonuncunun üzünə qarşı bir daha təsdiq etmişdir (İş vərəqə: cild İ, səh. 132-133). Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şamaxı rayonunun Sabir qəsəbə sakini X24 məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən fərqli olaraq ziddiyyətli ifadə verib ifadəsində göstərmişdir ki, o, 23 fevral 2014-cü il tarixdə, saat 16.30 radələrində yaşadığı qəsəbədə Bakı-Şamaxı avtomagistral yolunun kənarında dayanarkən güclü səs eşitmiş, dönüb baxdıqda durduğu yerdən təxminən 90-100 metr aralı məsafədə Şamaxı istiqamətində hərəkətdə olan VAZ-21015 markalı bir avtomobilin qarşısında eyni istiqamətdə hərəkətdə olan "Kamaz" markalı avtomobilin arxa hissəsinə çırpıldığını görüb yaralılara kömək etmək üçün dərhal hadisə yerinə qaçmış, avtomaşına ilk olaraq o, çatmış, qabaq sağ qapı tərəfə çatdığından dərhal qabaq sağ tərəfdə oturmuş şəxsi çıxarmağa çalışmışdır. Ətrafda olan insanların hamısı avtomaşına tərəf qaçmış və az bir zamanda hadisə yerinə çoxlu adam toplaşmışdır. O, hadisə yerinə çatarkən həmkəndlisi Elşənin də ora gəldiyini görmüşdür. Qəza törətmiş minik maşınının qabaq sağ hissəsi daha çox əzilmiş vəziyyətdə olmuş, maşının içərisində isə 3 nəfər oğlan olmuşdur. Avtomaşının yanına çatıb qabaq sağ qapını açmağa cəhd göstərmiş, lakin qapı açılmamışdır. Amma o, sonradan qabaq sağ qapını lom vasitəsi ilə aça bilmiş və sərnişini çıxartmaqla məşğul olmuşdur. Həmkəndlisi Elşən hadisə yerində olan digər vətəndaşlarla birlikdə arxa qapını açmış və barəsində işə baxılan təqsirləndirilən şəxs Fəridi Cəlilovu maşından çıxartmışdır. Fərid huşunu itirmiş və xırıldamışdır. Ona köməklik göstərməyə səy göstərsələr də, ayılda bilməmişlər. Sonra camaat sürücünü və Elşənin çıxardığı oğlanı Şamaxı istiqamətdə yolun sol tərəfinə keçirib kənara qoyub uzandırmış, sanitar maşını (burada: Təcili tibbi-yardım maşını) gəldikdə ilk olaraq yolun sol tərəfində olanları, sonra isə onun qabaq sağ oturacaqdan çıxartdığı sərnişini maşına qoyub aparmışlar. Sonra orada olan şəxslərdən hələ sanitar maşını gəlməmiş yolun sol tərəfinə keçirilən 2 nəfərdən birinin də öldüyünü eşitmişdir. “Kamaz” markalı maşının sürücüsünü tanımamış, hadisə yerində onu heç görməmişdir. Sürücünün və arxada olan sərnişinin təhlükəsizlik kənəri taxıb-taxmamalarını görə bilməmiş, lain onun sağ qabaqdan çıxartdığı şəxs təhlükəsizlik kəməri bağlamamış vəziyyətdə olmuşdur. Lakin birinci instansiya məhkəməsində sərbəst ifadəsi ilə bağlı suallar ətrafında dindirilən şahid Süleyman Mahmudov az əvvəl verdiyi ifadəsi ilə yenə də ziddiyyət təşkil edən ifadə verib göstərmişdir ki, o, hadisədən sonra minik maşınında sağ tərəfdə oturan sərnişini çıxartmaqla məşğul olduğundan arxadan çıxarılan şəxsi, onun vəziyyətini, həmçinin, sürücünü, sürücünün sağ və ya ölü olduğunu, sürücünü avtomaşından çıxarmış şəxsləri görə bilməmişdir. O, sadəcə, bir anlıq həmkəndlisi Elşənin arxada oturan şəxsi çıxarmağa çalışdığını görmüş, onu sonadək izləyə bilməmişdir. O, özü qabaq sağ tərəfdə oturan şəxsi avtomaşından çıxarmış, həmin şəxs can vermək üzrə olmuş, onu yerə uzatdıqda artıq o, ölmüşdür. O, qabaqda sağda olan şəxsi çıxararkən həmkəndlisi Mirəli İbrahimxəlilov ona köməklik etmişdir. Şahid X13 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə baxışı zamanı verdiyi ifadəsi arasında mövcud olan ziddiyyətləri aydınlaşdırmaq məqsədilə birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid Süleyman Mahmudovun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı tədqiq olunan həmin ifadədən görünür ki, şahid Süleyman Mahmudov həmin ifadəsində göstərmişdir ki, 23 fevral 2014-cü il tarixdə, saat 16.30 radələrində yaşadığı qəsəbənin qırağında yolun kənarında dayanarkən Şamaxı istiqamətinə hərəkətdə olan VAZ-21015 markalı avtomobilin qarşısında eyni istiqamətdə hərəkətdə olan "Kamaz" markalı avtomobilin arxa hissəsinə çırpıldığını görüb hadisə yerinə yaxınlaşmış, oraya çoxlu adam toplaşmış, VAZ- 21015 markalı avtomobilin qabaq sağ oturacağında əyləşən sərnişin dərhal ölmüş, arxada sağdakı sərnişini isə adamlar maşından çölə çıxarıb yolun kənarına uzatmışlar. TTY maşını gələnə kimi həmin sərnişin də ölmüşdür. Sürücü isə sağ olmuş və TTY maşını ilə xəstəxanaya getmişdir. Sonra hadisə yerində sənədləşmə işləri aparılmışdır. Tədqiq olunan həmin ifadədə şahid hadisə anında "Kamaz" markalı avtomobilin 40- 45 km/saat, VAZ-21105 markalı avtomobilin isə 120-130 km/saat sürətlə hərəkətdə olduğunu göstərmişdir(İş vərəqə: cild İ, səh. 17-18). Elan edilməklə tədqiq olunan ifadəsinə, ifadələri arasında ziddiyyətlərə aydınlıq gətirən şahid Süleyman Mahmudov ifadəsinin davamında göstərmişdir ki, o, təqsirləndirilən şəxsi hadisə yerində görməmiş, ilk dəfə onu hazırda məhkəmədə ifadə verərkən görmüşdür. O, hadisə yerində qabaq sağ tərəfdə oturan sərnişini çıxartdığından sürücüyə fikir verməmişdir. Hadisə yerində olarkən bütün baş verənləri izləyə bilməmiş, ona görə də ibtidai istintaq zamanı verdiyi ifadəsində bəzi halları, o, cümlədən sürücü və arxada oturan şəxs barəsində yazdıqlarını sonradan ətrafda olan camaatdan eşitdiklərini yazmışdır. Hadisədən təxminən 1 saat - 1 saat yarım sonra müstəntiqə ifadə vermiş, ifadə verərkən hadisənin şokundan bəzi şeyləri səhv deyə bilməsi mümkündür. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı şahid qismində dindirilən X52 ifadəsində göstərmişdir ki, 23 fevral 14-cü il tarixdə yol maşını ilə Bakı şəhərinə getmiş, saat təxminən 16-dan sonra Ağsuya işləyən tanımadığı taksi sürücüsünün idarə etdiyi taksi ilə Bakıdan "Şamaxinka" adlanan yerdən çıxıb Ağsuya qayıtmışdır. Taksidə ondan başqa tanımadığı daha 3 nəfər də olmuşdur. Ağsuya qayıdarkən, vaxtı dəqiq xatırlamasa da, saat təqribən 17-18 radələrində onlar Şamaxının Sabir qəsəbəsi ərazisinə çatdıqda yolda yol-nəqliyyat hadisə baş verdiyini görmüşdür. Polis işçiləri hadisə yerində maşını saxlamağa icazə verməmiş, ona görə də hadisə yerini keçib, baş vermiş hadisə ilə maraqlanmaları üçün irəlidə saxlamışlar. O, hadisə yerinə çatıb baxdıqda həmyerlisi və tanışı Rzanın Bakı-Şamaxı yolunun sol tərəfində yerdə şebelin üzərinə uzadıldığını, onun can verdiyini, Təqsirləndirilən şəxs isə yenə də sol tərəfdə daşın üstündə oturduğunu görmüşdür. Rzanı görərkən sanki şok vəziyyətinə düşmüşdür. Rzanın sifət nahiyyəsi tamamilə qan içində olmuş, bədənində xəsarətlərin olub-olmamasına fikir verməmişdir. Rzanın əynində şabalıdı rəng dəri gödəkcə və cins şalvar olmuşdur. Orada olan şəxslərdən hadisə barədə maraqlanmış, tanımadağı şəxslər hadisənin təqribən 30-40 dəqiqə əvvəl baş verdiyini, Rzanı arxa oturacaqdan çıxardıqlarını, daha sonra sürücünü çıxartdıqlarını, sürücünün sağ olduğunu demiş, birinin isə hadisə nəticəsində dərhal öldüyünü bildirmişlər. Avtoqəzaya uğramış "Kamaz" markalı maşın da hadisə yerində olmuşdur. Bundan sonra təcili tibbi-yardım maşını gəlmişdir. Təcili tibbi-yardım maşını gəldiyində Rza hələ ölməmiş, lakin can vermişdir. Meyitlər meyitxanaya aparılarkən o, da gəldiyi maşınla meyitxanaya getmiş, orada müayinədən sonra meyitləri qohumlarına təhvil verilmişdir. Vüqarın meyidini morqda olarkən görmüşdür. Şahid Üzeyir Şirazlı daha sonra ifadəsində göstərmişdir ki, o, Rza ilə dost olmuş, lakin hadisə ərəfəsində aralarında olmuş zarafat səbəbindən inciklik yaranmış və bir-biri ilə danışmamışlar. O, Fəridgilin Bakıya gedəcəklərini ümumiyyətlə bilməmişdir. Amma ayın 23-də onların Bakıya çayxana götürməyə getdiklərini öyrənmişdir. Şahid Üzeyir Şirazlı ifadəsinin yekununda göstərmişdir ki, hadisədən 2 ay sonra, öz təşəbbüsü ilə könüllü olaraq istintaqa gedib ifadə vermişdir. Onu istintaqa heç kəs dəvət etməyib, yaxud gedib ifadə verməyi və ya hər hansı məzmunda ifadə verməyi heç kəs ondan xahiş etməmişdir. Belə ki, o, Fəridin hadisə zamanı sükan arxasında olduğunu dandığını eşitmiş və ədalətin ortaya çıxması üçün ifadə vermək qərarına gəlmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid Üzeyir Şirazlının məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi, mövcud olan ziddiyyətlərlə bağlı elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, şahid həmin ifadəsində yol-nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerində olakən digər hallarla yanaşı, həm də mərhum Zərərçəkmiş şəxs4 da meyitini qəzaya uğramış avtomaşında gördüyünü bildirmişdir (İş vərəqə: cild İ, səh. 155-156). İfadələri arasında müəyyən olunan ziddiyyətə aydınlıq gətirən şahid Üzeyir Şirazlı hadisə yerində Vüqarı görmədiyini, onun meyitini yalnız morqda gördüyünü göstərmiş və ibtidai istintaq zamanı Vüqarı hadisə yerində görməsini bildirmədiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən X53 ifadəsində göstərmişdir ki, 23 fevral 2014-cü il tarixdə, saat 16.30 radələrində özünə məxsus VAZ-2106 markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomaşınla yaşadığı Sabir qəsəbəsindən Bakı-Şamaxı yoluna çıxarkən magistral yola çatmasına təqribən 10 metr qalmış yola nəzər yetirmiş və Bakı-Şamaxı yolu ilə Şamaxı istiqamətində hərəkətdə olan VAZ-21105 markalı avtomobilin yüksək sürətlə ötmə əməliyyatında olduğunu, həmin vaxtı əks, yəni Bakı istiqamətində də avtomobillər hərəkətdə olduğundan VAZ-21105 markalı avtomobilin əks istiqamətdə olan maşınla toqquşmaması üçün sağa öz yoluna qayıtmaq istədiyini və elə həmin anda da Şamaxı istiqamətdə hərəkətdə olan "Kamaz" markalı avtomobilin arxa sol hissəsindən vurduğunu görmüşdür. Birinci instansiya məhkəməsində şahid Elşən Cümşüdov ifadəsinin davamında məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən fərqli ifadə verib göstərmişdir ki, hadisənin baş verdiyini gördükdən sonra o, avtomobildən düşmüş, ətrafdakılar və hərəkətdə olan avtomobillər də dayanıb sürücüləri düşüb VAZ-21015 markalı avtomobilə yaxınlaşmışlar. Avtomaşına ilk olaraq o, çatmışdır. O, avtomaşına çatıb, özünə yaxın olan arxa sol qapını açmış və hazırda təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs həmin qapıdan çıxarmışdır. Arxa sol qapı rahat açılmışdır. Təqsirləndirilən şəxsi çıxararkən onun huşu özündə olmamış, onun əlləri və boynu sallaq vəziyyətdə olmuş, camaat qışqıraraq artıq onun öldüyünü demişlər. Amma təqsirləndirilən şəxsin bədəninin heç bir hissəsində qan olmamışdır. Onu qucağına almış, köməkli dərhal yolun Şamaxı istiqamətində sol tərəfinə keçirmişlər. Ora toplaşmış kənd camaatı onun başının altına balış qoymuş, üstünə isə odeyal (burada: örtük) örtmüşlər. O, arxa qapıdan təqsirləndirilən şəxsi çıxararkən ondan sonra həmkənlisi Süleyman hadisə yerinə gəlmiş və sağ tərəf qabaqda oturan şəxsi çıxartmağa kömək etmişdir. Sürücünü isə avtomaşından yol camatı, yəni hadisə yerinə toplaşmış yoldan keçənlər çıxartmışlar. O, təqsirləndirilən şəxsi arxadan çıxarıb apararkən sürücünü görmüş, sürücünün sifət nahiyəsi, üst-başı qan içində olmuş, avtomaşından çıxarıldıqdan sonra o, özü yeriyə-yeriyə yolun sol tərəfinə keçmişdir. Avtomaşında olan şəxslərdən yalnız sürücünün təhlükəsizlik kəməri taxdığını görmüşdür. Sonradan təcili tibbi-yardım maşını gəldikdə, təqsirləndirilən şəxsi və qabaq sağ tərəfdən çıxarılan şəxsi təcili tibbi-yardım maşınına onlar qoymuş, sürücü isə özü yeriyə-yeriyə gedib həmin maşına minmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid X39 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi, mövcud olan ziddiyyətlərlə bağlı elan edilməklə tədqiq edilmişdir. Tədqiq olunan həmin ifadədə şahid X53 göstərmişdir ki, VAZ-21105 markalı avtomobilin "Kamaz" markalı avtomobilin arxa sol hissəsindən vurduğunu gördükdə o, özünün idarə etdiyi avtomobildən düşmüş, özü, ətrafdakılar və hərəkətdə olan avtomobillər də dayanmış, həmin avtomaşınların sürücüləri düşüb VAZ-21015 markalı avtomobilə yaxınlaşmışlar. O, VAZ-21015 markalı avtomobilin qabaq sağ oturacağında əyləşən sərnişinin öldüyünü, arxa sağda oturan sərnişinin isə can verdiyini görmüşdür. Arxa sağda oturan sərnişin yerə düşürüldükdən sonra yerdə ölmüşdür. Sürücü özü yerə düşdükdə onun çənəsinin sındığını görmüşdür. Təcili tibbi-yardım maşını gəldikdən sonra isə sürücü xəstəxanaya getmişdir. Sonra orada sənədləşmə işləri aparılmışdır. Tədqiq olunan həmin ifadədə şahid hadisə anında "Kamaz" markalı avtomobilin 40- 45 km/saat, VAZ-21105 markalı avtomobilin isə 120-130 km/saat sürətlə hərəkətdə olduğunu göstərmişdir(İş vərəqə: cild İ, səh. 19-21). İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən şahid X53 birinci instansiya məhkəməsində ifadəsinin davamında göstərdi ki, məhkəmədə elan olunan ifadəsini hadisədən təxminən 1 saat sonra vermişdir. Latın qrafikası ilə yaza bilməsə də, oxumağı bacarmış, müstəntiq ifadəsini latın qrafikası ilə yazdığına və əlyazma olduğuna görə verdiyi ifadəsini oxuya bilməmiş, ifadəsini oxumadan imzalamışdır. İfadəsinin sonunda yarı latın, yarı kiril qrafikası ilə şəxsən özü öz xətti ilə qeydlərini aparmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi düzgün yazılmamışdır. O, həmin ifadəsində ətrafa toplaşmış camaatdan eşitdiklərini də müstəntiqə demiş, müstəntiq isə onun ifadəsinə əlavə etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2002-ci ilin fevral ayından X36 İstismar İdarəsində şöbə rəisi vəzifəsində işləyir. 23 fevral 2014-cü ildə saat 16.30 radələrində idarəyə məxsus Kamaz-65115C markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı-Şamaxı yolu ilə Şamaxı istiqamətinə hərəkətdə olarkən arxasında olan və eyni istiqamətdə hərəkət edən VAZ-21154 markalı avtomobil Kamaz-65115C markalı avtomobilin arxa hissəsindən vurmuş, yol-nəqliyyat hadisəsi nəticəsində Kamaz-65115C markalı, ** JN *** dövlət qeydiyyat nişanlı həmin avtomobilə 426 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı ƏN-İİİ № 437385 etibarnamə əsasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 istifadəsində və sərəncamında olmuş VAZ-21154 markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində 2321 manat maddi ziyan dəyməsi işdə olan "xxxx" MMC tərəfindən verilmiş aktla da təsdiq olunur(İş vərəqə: cild İ, səh. 61, 126). Zərərçəkmiş Zərərçəkmiş şəxs1 istintaq orqanına ərizə ilə müraciət edərək baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində işlədiyi idarəyə məxsus Kamaz-65115C markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtomobilin əzildiyini və nəticədə 426 manat məbləğində maddi ziyan dəydiyini bildirmiş və o, cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır (İş vərəqə: cild İ, səh. 137-148). Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə-tibb ekspertizasının 10 mart 2014-cü il tarixli, 80 nömrəli və komisyon məhkəmə-tibb ekspertizasının 09 iyun 2014-cü il tarixli, 674 nömrəli rəylərinin tədqiqi ilə bağlı müdafiə tərəfinin vəsatəti əsasında ekspertlər - 10 mart 2014-cü il tarixli, 80 nömrəli rəyi vermiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X30 Şamaxı rayon şöbəsinin eksperti X8 və 09 iyun 2014-cü il tarixli, 674 nömrəl rəyin verilməsində iştirak etmiş komissiya üzvü Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya, Elmi-Təcrübi və Tədris Birliyinin təkrari ekspertizalar şöbəsinin eksperti X29 məhkəmə baxışı zamanı dindirilmişlər. X17 10 mart 2014-cü il tarixli, 80 nömrəli rəydə göstərilənləri bir daha təsdiq etmiş və göstərmişdir ki, 23 fevral 2014-cü il tarixdə 103 xidmətindən və Şamaxı rayon Mərkəzi Xəstəxanasından ona zəng olunub məlumat verilmiş, hazırkı iş üzrə Təqsirləndirilən şəxs ilk dəfə elə həmin gün, hadisədən dərhal sonra Şamaxı rayon Mərkəzi Xəstəxanasında müayinə etmişdir. Təqsirləndirilən şəxs xəstəxanaya daxil olarkən onun ümumi diaqnozu müalicə həkimi tərəfindən müəyyənləşdirilsə də, onun bədənindəki bütün xəsarətlər ilkin diaqnozda göstərilməmişdir. Lakin Fəridin almış olduğu bədən xəsarətlərininin hamısı, o cümlədən sağ daban və sağ tiş topuq sümüklərinin qapalı sınığı, baş beynin silkələnməsi, döş qəfəsinin sol yarısında qançır xəsarətləri, yəni təhlükəsizlik kəmərinin izi ilk olaraq onun özü tərəfindən aşkarlanmışdır. Alt çənənin sol oynaq və mental hissəsinin sınığı və baş beynin silkələnməsi isə artıq müalicə həkimi tərəfindən müəyyən olunan xəsarətlərdən olmuşdur. Təqsirləndirilən şəxs döş qəfəsinin sol yarısında olan qançır təhlükəsizlik kəmərinin bədəni sıxmasına, çənəsinin yerdəyişmiş qapalı sınığı isə sükana və yaxud avtomaşının şitinə dəyməyə xarakterik olduğundan, o, tərtib etdiyi rəydə bunu belə də göstərmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs bədəni üzərində qanaxma ilə müşayiət olunan heç bir xəsarət aşkar edilməmişdir. Ekspert daha sonra göstərmişdir ki, mart ayının 9-da müstəntiqlə birlikdə Respublika Kliniki Xəstəxanasında olmuş, orada Fəridin vəziyyəti və tibbi sənədlərlə tanış olmuş və mart ayının 10-da 80 saylı rəyi yazıb tamamlamış və istintaq orqanına təqdim etmişdir. Təqsirləndirilən və vəfat etmiş şəxslərlə onun heç bir şəxsi qərəzliliyi olmamış, onların xeyrinə və ya ziyanına rəy verməyi ondan xahiş edən olmamış, qərəzsiz və düzgün rəy vermişdir. Təqsirləndirilən şəxs müayinə etdikdən sonra Fəridin çiynində təhlükəsizlik kəmərinin təsirindən əmələ gəlmiş qançırın olmasını müstəntiqə də bildirmişdir. Hətta müstəntiq mobil telefon vasitəsi ilə həmin qançırın foto şəklini də çəkmişdir. Lakin həmin fotoşəkillərin iş materiallarına əlavə edib-etməməsindən o, xəbərsizdir. Müdafiə tərəfinin suallarına cavab olaraq ekspert göstərmişdir ki, avtomaşının toqquşması nəticəsində sürücü önə getməsə də, toqquşmanın təsirindən avtomaşının sükanının arxaya, yəni sürücüyə tərəf gələ bilməsi və nəticədə sürücünün çənəsini, həm də təhlükəsizlik kəmərinin qapanması nəticəsində hətta insanın körpücük sümüyünü sındıra bilməsi mümkün olan bir işdir. Beləki, praktikada belə hallara rast gəlinmişdir. Ekspert, həmçinin, göstərmişdir ki, Təqsirləndirilən şəxs müayinə etməklə həm də onun sərxoşluq vəziyyəti barədə protokolu tərtib etmişdir. Sərxoşluq vəziyyəti müəyyəndəşdirilərkən "Alkoscan" aparatından istifadə etmişdir. Həmin aparat şəxsin ağzından təxminən 10-15 santimetr aralı məsafədə tutulur, şəxs nəfəsini apara tərəf verir və bu üsulla onun sərxoş olub-olmaması müəyyənləşdirilir. Müayinə nəticəsində Təqsirləndirilən şəxs ayıq olması müəyyənləşdirilmişdir. Ən nəhayət, X17 ifadəsində göstərmişdir ki, o, həm də, hadisə günü yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 da meyitlərinin daxili və xarici müayinəsini aparmış, daxili müayinədən əvvəl hər iki zərərçəkmişin fotoşəkilləri çəkilərək müvafiq ekspert rəylərinə əlavə edilmişdir. Hər iki rəy onun tərəfindən obyektiv və qərəzsiz olaraq tərtib edilmiş və istintaq orqanına təqdim edilmişdir. Apellyasiya instansiyası məhkəməsi istintaqı zamanı ekspert qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, xəstənin X56 müayinəsi zamanı onun sol çiyin qurşağında təhlükəsizlik kəmərinin izi olduğunu müəyyən etmişdir. Müstəntiq onun fotoşəklini də çəkmişdi. Onlar Ağır Cinayətlər Məhkəməsinə çağrılanda da həmin fotoşəkil var idi. Əgər onun sol çiyin qurşağında belə bir iz varsa, deməli o qabaq sol oturacaqda oturub. Həmin fotoşəkil müstəntiqin komputerində saxlanılır. Zərərçəkmiş şəxs3 gəldikdə isə onu deyə bilər ki, onun xəsarətləri maşının salonunda əmələ gələ bilərdi. Qabaqda oturanın başı alın şüşəsinə dəyə bilər. Arxada oturanın başı isə maşının müxtəlif yerlərinə dəyə bilər. Bəzən arxa oturacaqda oturan gəlib qabağa da dəyə bilər, hətta qabaq alın şüşəsindən kənara da düşə bilər. Belə hesab edir ki, o, rəyi düz vermişdir. X1 apellyasiya instansiyası məhkəməsində ifadəsinə əlavə olaraq göstərmişdir ki, Bakı Ağır cinayətlər Məhkəməsində heç bir şahid yox idi, onlar yeddi ildən sonra ortaya çıxıblar. Xəstəni özü müayinə etmişdir. Xəstə X56 müalicə olunurdu. Onlarda belə bir əmr var ki, xəstəni ilkin müayinə etməlidirlər. Müstəntiq ona zəng etmiş və o müayinə üçün Bakıya getmişdir. Müstəntiq Şahid xəstəxanada xəstəni ona təqdim etmişdir. Həmin izin şəklini müstəntiq də çəkmiş, həmin şəkli komputerdə saxlamışdır. Təhlükəsizlik kəmərinin izinə uyğun bir iz idi. Onlar canlı şəxsin fotoşəklini heç vaxt çəkmirlər və onun rəyinə şəkil yapışdırmırlar. Onu müstəntiq çəkir. Daha sonra X1 apellyasiya instansiyası məhkəməsində ifadəsinə əlavə olaraq göstərmişdir ki, adətən avtoqəza zamanı sükana baş yox, qaraciyər və döş qəfəsi dəyir. Rəydə konkret sual qoyulmayıb deyə konkret cavab verməmişlər. Xəsarətlərin ölçüsü, xarakteri və istiqamətini xatırlamır. Arxada oturanın kəllə travması alması mümkündür. Arxada oturanın xəsarətini salonun hansı hissəsinə dəyməsi nəticəsində mümkün etmək üçün avtomaşını da müayinə etməlisən, maşında izlər qalıb ya yox. Sırf xəsarətin izinə görə müəyyən etmək olmur. Apellyasiya məhkəməsində məhkəmə istintaqı zamanı ekspert A.A.Abdulrazaqova mərhum Zərərçəkmiş şəxs3 şəkillərinə baxış keçirərək fikrini söyləməsini təklif edilmiş, ekspert A.A.Abdulrazaqov şəkilə baxış keçirərək, xəsarətin çox güman ki öndə oturan şəxsə aid olduğunu, alın şüşəsinə dəymə nəticəsində olduğunu bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi istintaqı zamanı ekspert qismində dindirilmiş X25 ona verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs xəsarəti döş qəfəsinin sol yarısından yuxarı hissədən başlayaraq döş sümüyünə qədər davam edən çəpinə istiqamətli, uzunluğu 12 sm, eni 4 sm olan qançırı var. Bu qançır yalnız qabaqda solda oturan insanda əmələ gəlir. Buna səbəb təhlükəsizlik kəmərinin təsiridir. Arxada təhlükəsizlik kəmərini kim taxır ki ? Bu xəsarət arxada oturan təhlükəsizlik kəmərini taxan insana uyğun xəsarət deyil. Bundan əlavə onun alt çənəsində iki yerdə sınıq var. Bütün elmi əməliyyalarda var ki, avtoqəza zamanı sürücü özünü sükan və təhlükəsizlik kəməri ilə təsdiq etdiyindən sürücüdə ağır xəsarətlər olmur. Lakin təhlükəsizlik kəməri olmadıqda daha ağır və çoxlu xəsarətlər baş verir. Arxa oturacaqda olan insanın xəsarət alması üçün onun başı qabaq oturacağın arxasına dəyməlidir. Amma yenə də müəyyən etmək lazımdır ki toqquşma hansı bucaq altında baş verib. Sürücü olan Təqsirləndirilən şəxsdir. Onlarda olan Təqsirləndirilən şəxs ekspertizasıdır. Şamaxıda olan ekspert rəyi ilə onların verdiyi ekspert rəyi arasında ziddiyyət yoxdur. Sükan arxasında olan şəxsdə sükan onu saxladığına görə az xəsarət olur. Digər şəxslərdə isə sərbəst olduqlarına və bədənin ağırlıq dərəcəsinə və toqquşma bucağına görə bədən xəsarətləri çox və ağır olur. Daha sonra suallara cavab verən ekspert X25 bildirmişdir ki, Təqsirləndirilən şəxs bundan başqa sağ topuq sınığı və daban sümüyünün sınığı aşkar edilmişdir. Ayaqda olan xəsarətlər ayağın dirənməsi nəticəsində baş verib. Belə ki, ayağını harasa dirədiyindən sınmışdır. Toqquşma anında bədən ağırlıq qüvvəsi hesabına özünü qabağa tullayır və şəxs ayağını yerə dirədiyindən həmin xəsarətlər baş verir. Bunlar sırf sürücüdə baş verən xəsarətlərdir. Arxada oturan insanlarda belə xəsarətlər mümkün deyil, çünki onlar sərbəst olur və özünü tarazlıya bilmir. Sürücü hadisə baş verən qəzaya ən tez reaksiya verən insandır. Arxada oturan insanlar qəza təhlükəsini hiss etməyə də bilər. Sağ topuq sınığı və daban sümüyünün sınığı pedala da dəyə bilər, döşəməyə də dəyə bilər, sıxılma nəticəsində yaranan sınılardır. Küt yaranma mexanizmidir. Qan bioloji obyektdir. Qan 3-4 ay müddətində götürülə bilərdi. Artıq uzun müddət keçib. Qan nümunəsinin götürülməsi artıq mümkün deyildir. Bu hadisədə xəsarətlərə görə sükan arxasında olan Təqsirləndirilən şəxsdir. Apellyasiya məhkəməsində məhkəmə istintaqı zamanı ekspert C.F.Abbasova mərhum Zərərçəkmiş şəxs3 şəkillərinə baxış keçirərək fikrini söyləməsini təklif edilmiş, ekspert C.F.Abbasov şəkilə baxış keçirərək, başından alınan xəsarəti oturacağın arxa hissəsinə dəyməsi nəticəsində almışdır. Zərərçəkmiş şəxs3 xəsarətləri sükan arxasında olan şəxsə aid xəsarətlərə aid deyil. Maşına zərbə sağ tərəfdən dəyib. Bu xəsarətlər avtomobilin salonunun müxtəlif hissələrinə dəyməsi nəticəsində baş verib. Bu şəxsdə şüşə yarası yoxdur. İki yara var, bu yaralar da sükan arxasında olan şəxsin ala biləcəyi yara olmadığını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi istintaqı zamanı dindirilmiş Baş Dövlət Yol Polis İdarəsinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair İşlər üzrə İstintaq və Təhqiqat şöbəsinin baş müstəntiqi Şahid ona verilən suallara cavab olaraq göstərmişdir ki, Hadisə yerində 4 nəfərin izahatı alınıb.Həmçinin birinci eksert rəyindən də görünür ki, soldan sağa xəsarətlər var. Digər şəxs uzanmış vəziyyətdə olub. Qəza zamanı başı qapıya dəyə bilər və ya maşının tavanına dəyə bilər. Çünki sərbəst vəziyyətdə olub. O zərbədən başı bir çox yerə dəyə bilər. Hadisədən 7 il keçib. Şahidləri harada dindirdiyi yadında deyil. Dərhal hadisəni görən 4 nəfər olub. 2 nəfər kənarda, 2 nəfər də kamazın içində olub. Onun dindirdiklərini heç bir tərəf tanımır. İfadəsi ilə razılaşmayan şəxsləri Zərərçəkmiş şəxs2 2 həftə sonra gətirib. Onun dindirdiyi şəxslər kamaz sürücüsü və kamazda olan şəxslər olub. Dindirdiyi şəxslərin adları və tarix yadında deyil. Hər şey iş materiallarında var. Orda şəxsin arxada oturub bir qızla danışması da protokollaşdırılıb. Qız da ifadəsində bildirib ki, oğlan ona arxada uzandığını bildirib. Birinci instansiya məhkəməsində komisyon məhkəmə-tibb ekspertizasının 09 iyun 2014-cü il tarixli, 674 nömrəli rəyinin tədqiqi ilə əlaqədar ekspert qismində dindirilən, həmin rəy üzrə məruzəçi ekspert X29 dindirilərkən 09 iyun 2014-cü il tarixli, 674 nömrəli rəyin nəticələrini bir daha təsdiq edərək ifadəsində göstərmişdir ki, ekspertiza keçirilərkən onlara cinayət işinin materialları ilə birlikdə hadisə yerinə baxış protokolu, ekspertizalar mərkəzindən ilkin müayinələrlə bağlı xəstəlik tarixləri və 10 mart 2014-cü il tarixli, 80 saylı rəy təqdim olunmuş, onlar qoyulan suallara uyğun olaraq təqdim olunan materiallar əsasında rəy hazırlayıb istintaq orqanına təqdim etmişlər. Rəy verərkən müdaxilə edən və ya təsir göstərən olmamış, onlar qərəzsiz və obyektiv rəy vermişlər. 10 mart 2014-cü il tarixli, 80 saylı rəy düzgün olmuş, həmin rəyə onların heç bir etirazı olmamışdır. Təqsirləndirilən şəxs almış olduğu bütün xəsarətlər barədə məlumatlar iş materiallarında olduğundan onun müayinə olunmasına zərurət olmamış, onlar tərəfindən Təqsirləndirilən şəxs müayinə edilməmiş, iş materiallarındakı məlumatlara əsasən xəsarətlərin xarakteri barədə rəydə göstərmişdir. Məhkəmənin "Təqsirləndirilən şəxs döş qəfəsinin sol yarısında olan qançır avtomaşının təhlükəsizlik kəmərinin təsirindən yarana bilərdimi, təhlükəsizlik kəməri bağlı olduqda şəxsin çənəsi sına bilərdimi?" sualına ekspert " bu halda döş qəfəsinin sol yarısında olan qançır yalnız təhlükəsizlik kəmərin təsirindən yarana bilər. Təhlükəsizlik kəməri bağlı olan şəxs zərbənin təsirindən irəli gedir və yenidən deformasiya nəticəsində geri qayıdır. Bu halda çənənin deformasiya olunan sükana və hətta şitə dəfərək sınması mümkündür." cavabını vermişdir. Apellyasiya instansiyası məhkəməsi istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Hadisə baş verən gün yoldaşı ilə birlikdə dayısıgilə getmişdilər. Dayısıgil yolun qırağındakı evdə yaşayırlar. İçəri təzə girmişdilər ki, taqqıltı səsi gəldi. Səsə görə bayıra çıxmış, görmüşlər ki, avto qəza baş verib. Yoldaşı və qonşular yaxınlaşdılar. Elşən və arxada arıq sifət oğlanı çıxardılar. Qabaqda oturanı açıb gətirib Gülzarın evinin qabağına qoydular. Şahid X10 apellyasiya instansiyası məhkəməsində ifadəsinə əlavə olaraq göstərmişdir ki, maşınla arasında 10-15 metr məsafə var idi. Qabaqda iki nəfər, arxada bir nəfər oturmuşdu. Arxadakı arıq sifət oğlanın çənəsi sınmış kimi idi, birinci onu çıxardılar. Qabaqdakı oğlanı kəməri kəsib çıxardılar, 2-3 dəqiqə sonra sürücü ölmüşdür. Sağda oturanı görməmişdir. Sürücü yumru sifət, çolkalı oğlan idi. Sifətində qan var idi, qanı Fəxriyyə sildi.Təcili tibbi yardım gec gəldi, tez gəlsəydi bəlkə ölməzdi. Apellyasiya instansiyası məhkəməsi istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, hər dəfə qəza olan zaman onlar yardım edirlər. Evlərinin qabağında dəfələrlə belə hadisələr baş vermişdir. Hadisə baş verəndə səsə çıxmış, kişilər qabağa getmiş, onlar kişilərin arxasınca getmişlər. Yağış yağırdı, ona görə də evdən xalça və adyal gətirib yerə sərmişdilər. O, boğazından şərfi çıxarıb ağzından qan gələn oğlanın ağzını silmiş, koftasını çıxarıb başının altına qoymuşdur. Elə bilmişdir ki, qan onu boğur. Yaralı uşaq o tərəfdə idi, o gözünü açıb yumurdu. Amma bu uşağın əlləri buz kimi idi. Başqa bir oğlan onun üstünü örtdü. Arıq uşaq qalxmaq istəyirdi ancaq buna baxırdı. Təcili tibbi yardım da gec gəlmişdir. Bu insanların heç birini tanımamışlar. Şahid X5 apellyasiya instansiyası məhkəməsində ifadəsinə əlavə olaraq göstərmişdir ki, maşındakıları kişilər çıxardılar. Birinci arxa qapını açıb, bir nəfəri qoydular yerə. Qabaq qapını aça bilmirdilər. Arxadan çıxarılan arıq uşaq idi. Qabaqdakı kök yumru sifət oğlan idi. Onu sürücü tərəfdən çıxardılar. Sürücünün üzü qan idi. Onun üzünü o yumuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, məhkəmə istintaqı zamanı sübutların əldə olunması, onların tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və proses iştirakçılarının, o cümlədən məhkum edilmiş şəxsin qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkan və şərait yaradılmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı tədqiq olunan digər sənədlərlə də öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahidlər X26 və X15 hadisə anında təqsirləndirilən Təqsirləndirilən şəxs sükan arxasında olması, onun sükan arxasında təhlükəsizlik kəməri ilə sıxılmış vəziyyətdə olması, təhlükəsizlik kəməri bıçaqla kəsilməklə Təqsirləndirilən şəxs avtomaşından çıxarılması, Təqsirləndirilən şəxs çənəsinin əyilmiş-sınmış vəziyyətdə olması, ayağının zədələnməsi və onun axsaması, Təqsirləndirilən şəxs bədənində başqa xəsarətlərin, o cümlədən qanaxma ilə müşaiyət olunan xəsarətlərin olmaması, digər şahidlərin sürücünün təhlükəsizlik kəmərinin qapanmış vəziyyətdə olması və təhlükəsizlik kəməri bıçaqla kəsilməklə sürücünün avtomaşından çıxarılması, Təqsirləndirilən şəxs çənəsinin əyilmiş-sınmış vəziyyətdə olması barədə ifadələrində göstərilənlər məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibb ekspertizasının 10 mart 2014-cü il tarixli, 80 nömrəli və komisyon məhkəmə-tibb ekspertizasının 09 iyun 2014-cü il tarixli, 674 nömrəl rəyləri ilə bir daha təsdiq olunmuşdur. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 10 mart 2014-cü il tarixli, 80 nömrəli rəyindən görünür ki, tibbi ekspertiza tədqiqatı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs bədənində alt çənənin sol oynaq və mental hissəsinin sınığı, döş qəfəsinin sol yarısında qançır, sağ daban və sağ tiş topuq sümüklərinin qapalı sınığı, baş beynin silkələnməsi, döş qəfəsinin sol yarısında qançır kimi xəsarətlər aşkar olunmuşdur. Tədqiq olunan rəydən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs bədənində aşkar olunan xəsarətlər bədənin küt travması nəticəsində törənmişdir, alt çənədə müəyyən olunmuş sınıqlar çənənin avtomobilin salonunda olan sükana və ya şitə dəyməsi nəticəsində əmələ gəlməsi mümkündür. Döş qəfəsinin sol yarısında müəyyən olunmuş qançır təhlükəsizlik kəmərinin təsirindən törənmişdir, sağ ayaqda müəyyən olunmuş zədələr avtomobillərin toqquşması zamanı ayağın avtomobilin döşəməsinə, əyləc və ya digər pedala dirənmiş vəziyyətində əmələ gələ bilər. Keçirilən ekspertiza tədqiqatı ilə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs bədənində müəyyən olunmuş xəsarətlər yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməyə uyğundur. Təqsirləndirilən şəxs bədənində müəyyən olunmuş xəsarətlərin yetirilmə müddəti 23 fevral 2014-cü il tarixə uyğundur. Sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir(İş vərəqə: cild İ, səh. 78-81). İş materiallarında olan komisyon məhkəmə-tibb ekspertizasının 09 iyun 2014-cü il tarixli, 674 nömrəli rəyindən görünür ki, ekspertlər komissiyası tərəfindən müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşağı çənədə solda qapalı sınıq, döş qəfəsinin sol yarısında çiyin nahiyəsindən başlayaraq döş sümüyünə qədər davam edən çəp istiqamətli qançır, sağ daban və bayır topuğun qapalı sınığı, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi olmuşdur. Ekspertlərin rəyinə görə qeyd edilən həmin xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı yarana bilərdilər, yetirilmə müddəti 23 fevral 2014-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Ən nəhayət, ekspertlərin rəyinə görə Təqsirləndirilən şəxs aşkar edilən xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr hadisə vaxtı onun sükan arxasında olmasına uyğun gəlir. Belə ki, döş qəfəsindəki qançır sol tərəfdə olan təhlükəsizlik kəməri təsirindən, aşağı çənədəki sınıq sükan və ya şit təsirindən, sağ aşağı ətrafdakı sınıqlar isə əyləc və ya digər pedal təsirindən yarana bilərdilər (İş vərəqə: cild İ, səh. 168-171). İş materiallarında olan Şamaxı Mərkəzi Rayon Xəstəxanasının xəstənin ambulator, stasionar tibbi kartasından 24 fevral 2014-cü il tarixli çıxarışdan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin xəstəxanaya 23 fevral 2014-cü il tarixdə "Beyin silkələnməsi, alt çənənin yerini dəyişən qapalı sınığı" diaqnozu ilə daxil olmuş, 24 fevral 2014-cü il tarixdə isə qohumlarının xahişi ilə o, Bakı şəhərinə Kliniki-Tibbi Mərkəzə göndərilmişdir. İş materiallarında olan Bakı Baş Səhiyyə İdarəsinin “Kliniki-Tibbi Mərkəzi”-nin 17 aprel 2014-cü il tarixli, X/T№ 1494 saylı Epikrizindən isə görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Tibbi Mərkəzə 24 fevral 2014-cü il tarixdə, saat 13:10-da daxil olmuş, həmin Mərkəzdə 17 aprel 2014-cü il tarixədək müalicə almış və ona "Q.K.B.T, B.B.S, sağ aşıq sümüyünün yerini dəyişməyən sınığı, sağ aşıq daban oynağının küt travması, çənənin sağ mental, sol oynaq və tac çıxıntılarının yerini dəyişmiş sınığı" kimi son kliniki diaqnoz qoyulmuşdur. İş materiallarında olan Bakı Baş Səhiyyə İdarəsinin “Kliniki-Tibbi Mərkəzi”-nin 26 sentyabr 2014-cü il tarixli, 1616 saylı arayışı ilə Təqsirləndirilən şəxs "qapalı kəllə beyin travması, beyin silkələnməsi, alt çənənin yerini dəyişən qapalı sınığı" diaqnozu 24 fevral 2014-cü il tarixdə Kliniki-Tibbi Mərkəzə daxil olması və həkim-ekspert Abdulrazaqovun 09 mart 2014-cü il tarixdə həmin Mərkəzdə Tibbi sənədlə tanış olması barədə qeydlərin aparılması bir daha təsdiq olunmuşdur. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 03 mart 2014-cü il tarixli, 03 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs3 meyiti üzərində alın nahiyəsində yara, kəllə əsası sümüklərinin sınığı, baş beynin əzilməsi xəsarətləri aşkar edilmişdir. Tədqiq olunan rəydən daha sonra görünür ki, müəyyən olunan xəsarətlər bədənin küt travması nəticəsində törənmişdir, yetirilmə müddəti 23 fevral 2014-cü il tarixə uyğundur. Qeyd olunan xəsarətlərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətləri vardır. Həmin xəsarətlər yol nəqliyyat hadisəsi zamanı avtomobilin salonunda əmələ gəlməyə uyğundur. Ölümünə səbəb kəllə əsası sümüklərinin sınması nəticəsində baş beyin toxumasının əzilməsi olmuşdur. Ölümün baş verməsi meyitin məhkəmə-tibbi müayinəsindən 2-3 saat əvvələ uyğundur (İş vərəqə: cild İ, səh. 44-48). İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 03 mart 2014-cü il tarixli, 04 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı mərhum Zərərçəkmiş şəxs4 meyitinin bədəni üzərində soldan İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların qapalı sınığı, sol ağ ciyərin cırılması, sağ bud sümüyünün qəlpəli sınığı, alt çənədə və hər iki diz oynaqlarında yara, sol mil-bilək oynağında sıyrıq, daxili qanitirmə xəsarətləri aşkar edilmişdir. Tədqiq olunan həmin rəydən görünür ki, aşkar olunan həmin xəsarətlər bədənin küt travması nəticəsində törənmişdir, yetirilmə müddəti 23 fevral 2014-cü il tarixə uyğundur. Qeyd olunan xəsarətlərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətləri vardır. Həmin xəsarətlər yol-nəqliyyat hadisəsi zamanı avtomobilin salonunda əmələ gəlməyə uyğundur. Zərərçəkmiş şəxs4 ölümünə səbəb çoxsaylı qabırğaların sınığı, ağ ciyər toxumasının cırılması nəticəsində baş vermiş qanitirmə olmuşdur. Ölümün baş verməsi meyitin məhkəmə-tibbi müayinəsindən 4-6 saat əvvələ uyğundur (İş vərəqə: cild İ, səh. 49-53). İş materiallarında olan məhkəmə-lifli materialların ekspertizasının 24 mart 2014-cü il tarixli, 4374 nömrəli rəyindən görünür ki, VAZ-21154 markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol söykənəcəyinin, yəni sürücüyə aid söykənəcəyinin və oturacağının üzlükləri, mərhum Zərərçəkmiş şəxs4 məxsus bir ədəd tünd göy rəngli «cins» parçadan tikilmiş şalvar və bir ədəd üst tərəfi qara parçadan, astar tərəfi isə qara rəngli xəzdən, ön hissəsində zəncirbəndi olan qara rəngli gödəkçə, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd açıq göy rəngli, «cins» parçadan tikilmiş şalvar, bir ədəd qara rəngli gödəkçə və bir ədəd göy rəngli sviter və mərhum Zərərçəkmiş şəxs3 məxsus bir ədəd mavi rəngli «cins» parçadan tikilmiş şalvar və bir ədəd tünd qəhvəyi rəngli, astar tərəfi qəhvəyi rəngli xəzdən olan dəri gödəkçə istintaq orqanı tərəfindən götürülərək tədqiqat aparılmışdır. Aparılan ekspertiza tədqiqatı ilə müəyyən edilmişdir ki, VAZ-21154 markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol oturacağının üzlüyünün üzərindən tapılmış göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə, həmin avtomobilin qabaq sol söykənəcəyinin üzlüyünün üzərindən tapılmış qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə sonuncunun gödəkçəsinin tərkib liflərinə, həmin avtomobilin qabaq sol oturacağının üzlüyünün üzərindən tapılmış mavi rəngli pambıq liflər cinsi əlamətlərinə görə mərhum Zərərçəkmiş şəxs3 şalvarının tərkib liflərinə uyğun gəlirlər. Mərhum Zərərçəkmiş şəxs4 məxsus bir ədəd tünd göy rəngli «cins» parçadan tikilmiş şalvarın və bir ədəd üst tərəfi qara parçadan, astar tərəfi isə qara rəngli xəzdən, ön hissəsində zəncirbəndi olan qara rəngli gödəkçənin lifləri VAZ-21154 markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol oturacağının üzlüyünün üzərində aşkar edilməmişdir (İş vərəqə: cild İ, səh. 26-28, 84-90). İş materiallarında olan 02 iyul 2014-cü il tarixli qərardan görünür ki, VAZ-21154 markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol söykənəcəyinin və oturacağının üzlükləri, Təqsirləndirilən şəxs məxsus bir ədəd açıq göy rəngli «cins» parçadan tikilmiş şalvar, bir ədəd qara rəngli gödəkçə, bir ədəd göy rəngli sviter, mərhum Zərərçəkmiş şəxs3 məxsus bir ədəd mavi rəngli «cins» parçadan tikilmiş şalvar və bir ədəd tünd qəhvəyi rəngli, astar tərəfi qəhvəyi rəngli xəzdən olan dəri gödəkçə, Kamaz- 65115C markalı, ** JN *** və VAZ-21154 marka4lı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobillər, mərhum Zərərçəkmiş şəxs3 məxsus bir ədəd Samsung markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, avtomobillər sahiblərinə qaytarılmış, mobil telefon cinayət işinə əlavə edilmiş və geyim əşyaları saxlanc anbarına təhvil verilmişdir(İş vərəqə: cild İ, səh. 199). İş materiallarında olan zərərçəkmiş Zərərçəkmiş şəxs3 hüquqi varisi Calal Şahbazovun istintaq orqanına ərizə-müraciətindən görünür ki, hüquqi varisi Calal Şahbazov müraciətində iş üzrə Təqsirləndirilən şəxs qohumlarının hadisə anında qəza törətmiş avtomobilin sükanı arxasında onun oğlu Zərərçəkmiş şəxs3 olmasını danışdıqlarını, əsil həqiqətdə isə hadisə anında avtomobilin Təqsirləndirilən şəxs tərəfindən idarə olunduğunu, oğlu Zərərçəkmiş şəxs3 həmin avtomobildə arxa oturacaqda sərnişin qismində olduğunu və hadisədən az əvvəl sevdiyi qızla "Vatsap" deyilən proqram vasitəsilə özünə məxsus "Samsunq" telefonu ilə yazışdığını bildirərək bunun təsdiqi kimi mərhum "Zərərçəkmiş şəxs3 məxsus "Samsung" markalı mobil telefonu və oğlu Zərərçəkmiş şəxs3 hadisə vaxtı avtomobilin arxa oturacağında uzanmış vəziyyətdə fotoşəkillərini istintaq orqanına təqdim etmişdir. Təqdim olunan mərhum "Zərərçəkmiş şəxs3 məxsus "Samsung" markalı mobil telefon və Zərərçəkmiş şəxs3 fotoşəkilləri götürülüb cinayət işinin materiallarına əlavə olunmaqla baxış keçirilmiş, mərhum Zərərçəkmiş şəxs3 Aynur adlı şəxslə 23 fevral 2014cü il tarixdə, yəni yol-nəqliyyat hadisəsi baş verdiyi gün saat 11.51-dən saat 22.25-ədək "WhatsApp" proqramı vasitəsilə yazışması, həmin yazışmada Zərərçəkmiş şəxs3 avtomobilin arxasında uzanaraq musiqiyə qulaq asdığı və avtomobilin dostu tərəfindən idarə olunduğu müəyyən edilmişdir. Belə ki, İş materiallarında olan baxış və götürmə haqqında 27 mart 2014-cü il tarixli protokoldan görünür ki, mərhum "Zərərçəkmiş şəxs3 məxsus "Samsung" markalı mobil telefona baxış zamanı saat 11.51-dən saat 22.25-ədək "WhatsApp" proqramı vasitəsilə mərhum Zərərçəkmiş şəxs3 ilə Aynur adlı şəxs arasında aparılan yazışmanın aşağıda göstərilən məzmunda mətni müəyyən edilmişdir: - saat 16:04 - Zərərçəkmiş şəxs3:- "rayona gedirəm" - saat 16:09 - Aynur:- "sen yol gele gele necə yazışırsan?" - saat 16:10 - Zərərçəkmiş şəxs3:- "Dostum surur" - saat 16:10 - Aynur:- "Dostunun yanında yazırsan? Bilmirki Kime yazırsan?" - saat 16:24 - Zərərçəkmiş şəxs3:- "Ne borcuna uzanmışam arxada muzkaya qulaq asiram" Tədqiq olunan həmin protokoldan görünür ki, həmin gün saat 16:42-dən sonra yalnız Aynur adlı şəxsin yazışması mövcuddur, bu yazışmada mərhum Zərərçəkmiş şəxs3 iştirak etməmişdir (İş vərəqə: cild İ, səh. 104-108). Məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş X21 şahid ifadəsinin birinci instansiya məhkəməsində tədqiqi göstərmişdir ki, şahid Elnarə Sadayeva tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, mərhum Rzan Fazilzadəni təxminən 7-8 il ərzində tanımış, bir ilə yaxın müddət ərzində bir-birini sevmiş və ailə həyatı quracaqlarını planlaşdırmışlar. Hərdən Rza ilə uzaqdan-uzağa canlı olaraq bir-birini görsələr də, lakin gündəlik Rza ilə telefon vasitəsi ilə əlaqə saxlamış, həmçinin "WhatsApp" proqramı vasitəsilə mesajlaşmışdır. Rza onunla 051 475-72-27 nömrə ilə mesajlaşmışdır. Rza başqalarının onun telefonuna baxmasından çəkindiyindən telefonda onun adını Aynur kimi qeydə almışdır. 23 fevral 2014-cü il tarixdə saat 16.30 radələrinə qədər o, Rza ilə dialoq şəklində "WhatsApp" proqramı vasitəsilə yazışmış, həmin yazışmalarda Rza ona dostu ilə birlikdə Bakı şəhərindən evə qayıtdığını bildirdikdə, o, Rzanın sükan arxasında olduğunu düşünüb Rzadan sükan arxasında onunla necə yazışdığını soruşduqda Rza ona avtomobilin arxasında uzanıb yazışdığını bildirmişdir. Bundan sonra o, rahatlaşmışdır. Saat 16.30-dan sonra o, Rzaya bir neçə dəfə mesaj yazsa da, cavab gəlməmiş, həmin gün axşam Rzanın yol qəzasında aldığı xəsarətlərdən öldüyünü eşitmişdir (İş vərəqə: cild İ, səh. 109-111). İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 15 fevral 2012-ci il tarixdən BC dərəcəli sürücülük hüququna, AB-722032 saylı sürücülük vəsiqəsinə və atası Zərərçəkmiş şəxs2 tərəfindən 14 noyabr 2012-ci il tarixdə verilən notarial qaydada təsdiq olunmuş etibarnəmə əsasında VAZ-21154 markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüquqna malikdir. (İş vərəqə: cild İ, səh. 59, 60, 61). İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 23 fevral 2014-cü il tarixli və yol-nəqliyyat hadisəsi törədilmiş VAZ-21154 markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi haqqında 24 fevral 2014-cü il tarixli protokollardan görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində VAZ-21154 markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi, sağ yan tərəfi əzilərək yararsız hala düşmüş, həm hadisə yerinə və həm də qeyd olunan avtomaşına baxış keçirilərkən avtomaşının sürücüyə aid oturacağında, sükanı üzərində, sükanın yerləşdiyi şitdə və avtomobilin pedal hissəsində qan ləkələri müəyyən edilməmiş və tədqiqat üçün götürülməmiş, hətta hadisə yerinə baxış keçirilməsi haqqında qeyd olunan 23 fevral 2014-cü il tarixli protokolda avtomobilin qabaq sol oturacağında, sükanında hər hansı qan izlərinin, sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı əşyanın aşkar edilməməsi barədə qeyd də aparılmışdır (İş vərəqə: cild İ, səh. 5-14, 35-36). İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 27 iyun 2014cü il tarixli, 11801 nömrəli rəyindən görünür ki, VAZ-21154 markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, yəni yol hərəkətnin iştirakçısı kimi o, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə ziyan vurmamalı, avtomobilin öz hərəkət zolağında təhlükəsiz hərəkətini təmin etməli, həmin yerdə ötmə əməliyyatı aparmamalı, 1.1 xəttini (bütöv ağ xətti) kəsib keçməməli və qarşıda eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkəti üçün təhlükəli şərait yaratmamalı olduğu halda, bunu etməmişdir və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (İş vərəqə: cild İ, səh. 195-198) İş materiallarında olan 23 fevral 2014-cü il tarixli, alkoqolun qəbulu və sərxoşluq vəziyyətinin təyini haqqında protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs və şahid X35 eyni məqsədlə tibbi müayinədən keçirilmiş və onların hər ikisinin ayıq vəziyyətdə olmaları müəyyən olunmuşdur (İş vərəqə: cild İ, səh. 15-16). İş materiallarında olan maddi sübutların ekspertizası barədə 25 iyun 2021-ci il tarixdən 01 iyul 2021-ci il tarixədək keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X57 397/2021-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş avtomobilin sükan və pedal hissəsi üzərində olan ləkələrdə qan aşkar olunmadı. Avtomobilin qabaq sol (sürücü) oturacağında və sükanın arxasında olan şitdə qana şübhəli ləkə aşkar olunmadı. İş materiallarında olan canlı şəxsin ekspertizası barədə 11 iyun 2021-ci il tarixdən 10 iyul 2021-ci il tarixədək keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X57 256/ MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs qan qrup komponentlərinin eynilik xüsusatlarının təyini məhkəmə-tibbi bioloji ekspertizasının səlahiyyətlərinə aiddir. Zərərçəkmiş şəxs3 meyitində məhkəmə-tibbi müayinə zamanı “alın nahiyəsinin sol yarısında 2,0x0,5 sm ölçülərdə 2 ədəd yara; alının yumşaq toxumalarının iç səthinəsol tərəfli 5,0x3,0 sm ölçüdə qansızma; hər iki göz yuvası ətrafının hematoması; baş beyinin əzilməsi və kəllə əsası sümüklərinin sınıqları” aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin lokalizasiyalarını, xarakterini, əmələgəlmə mexanizmini və avtomaşının və avtomaşının salonunda olan deformasiyaya və yerdəyişməyə məruz qalmış hissələrin konstruktiv xüsusatlarını nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs3 yol-nəqliyyat hadisəsi zamanı avtomaşının salonunda ilkin vəziyyətindən asılı olaraq “VAZ-21015” markalı AZ **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxa oturacağında ola bilərdi. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq olunan sübutları qiymətləndirərkən müdafiə tərəfinin Təqsirləndirilən şəxs təqsirsizliyi ilə bağlı mübahisələndirliyi konkret hallara qiymət verib belə nəticəyə gəlmişdir ki, müdafiə tərəfinin - təqsirləndirilən şəxsin, onun müdafiəçilərinin məhkəmə baxışı zamanı istinad etmiş olduqları dəlillər əsassız olmaqla yanaşı həm də qanunsuz olub, təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən və onu gözləyən cəzadan xilas etmək məqsədi ilə seçmiş olduqları müdafiə taktikasıdır. Belə ki, məhkəmə baxışı zamanı təkzibedilməz və mötəbər sübutlarla təsdiq olundu ki, VAZ-21154 markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobildə hadisə anında olmuş şəxslərdən yeganə sağ qalan şəxs baxılan iş üzrə Təqsirləndirilən şəxsdur, hadisə nəticəsində Təqsirləndirilən şəxs çənəsi sınmışdır, axsamışdır, Təqsirləndirilən şəxs yolun soluna keçirilərkən özü yerimişdir, Təqsirləndirilən şəxs vəziyyəti hadisə nəticəsində dərhal ölmüş zərərçəkmiş Zərərçəkmiş şəxs4 və hadisədən az sonra ölmüş Zərərçəkmiş şəxs3 nisbətən kafi olmuşdur, TTY maşını ilə xəstəxanaya o, özü getmişdir, yalnız avtomaşında olan şəxslərdən sürücü təhlükəsizlik kəməri bağlamışdır. Qeyd olunanları digər şahidlərlə yanaşı, həm də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hadisədən sonra avtomaşının arxa oturacağından çıxarılmasını iddia edən şahidlər X24 (ifadəsinin yekununda düzəliş verib, qabaq sağ tərəfdə oturmuş sərnişini çıxartmaqla məşğul olduğundan arxadan çıxarılmış şəxsin kimliyini və vəziyyətini, insanların köməkliyi ilə sükan arxasından çıxarılan şəxsin kimliyini görə bilmədiyini göstərmişdir) X20 və X53 da təsdiq etmişlər. Birinci instansiya məhkəməsi şahidlər X11 və X39 ifadələrində Təqsirləndirilən şəxs sifətinin və üst başının qan içində olması ilə əlaqədar göstərdiklərinə qiymət verib qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs xaricə qanaxma ilə müşaiyət olunan xəsarətin olması heç bir mötəbər sübutla, o cümlədən tibbi sənədlərlə təsdiq olunmamışdır. Lakin mərhum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 qanaxma ilə müşaiyət olunan ağır bədən xəsarətləri almaları şahid ifadələri, məhkəmətibbi ekspertizalarının rəyləri və ekspert rəylərinə əlavə olunan fotoşəkillərlə də tam təsdiq olunmuşdur. Şahid ifadələrindən başqa, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunan VAZ-21154 markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi haqqında 24 fevral 2014-cü il tarixli protokolla da müəyyən olunmuşdur ki, həm hadisə yerinə və həm də qeyd olunan avtomaşına baxış keçirilərkən avtomaşının sürücüyə aid oturacağında, sükanı üzərində, sükanın yerləşdiyi şitdə və avtomobilin pedal hissəsində qan ləkələri müəyyən edilməmiş və tədqiqat üçün götürülməmişdir. Birinci instansiya məhkəməsində müdafiə tərəfinin təqdim etdiyi və məhkəmədə tədqiq olunan iki tibbi sənədin müqayisəli təhlili göstərmişdir ki, Şamaxı Mərkəzi Rayon Xəstəxanasından fərqli olaraq Kliniki-Tibbi Mərkəzdə təqsirləndirilən Təqsirləndirilən şəxs bədənində beyin silkələnməsi, alt çənənin yerini dəyişən qapalı sınığı kimi xəsarətlərlə yanaşı, həm də sağ aşıq sümüyünün yerini dəyişməyən sınığı, sağ aşıq daban oynağının küt travması kimi bədən xəsarətlərinin də olması müəyyən edilmişdir ki, bu da, X17un məhkəmədə ifadəsində göstərdiyi kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs Şamaxı Mərkəzi Rayon Xəstəxanasına daxil olarkən müalicə həkimi tərəfindən tam, hərtərəfli müayinə olunmadığını, onda sair xəsarətlərin aşkar edilmədiyini və onun bədənindəki bütün xəsarətlərin ilkin diaqnozda göstərilmədiyini təsdiq edir. Birinci instansiya məhkəməsi, haqlı olaraq məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X13 və X39 məhkəmədəki ifadələrinə, X11 həm məhkəməyədək və həm də məhkəmə icraatı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq, X13 və X39 ibtidai istintaq zamanı, yol-nəqliyyat hadisəsinin baş verliyi tarixdə, hadisə yerinə baxış keçirilməsindən dərhal sonra verdikləri və məhkəmə baxışı zamanı tədqiq edilmiş ifadələrini işin hallarına və digər sübutlara uyğun ifadələr kimi qiymətləndirib, məhkəməyədək icraat zamanı vermiş olduqları ifadələrini ittihamın təsdiqi üçün mötəbər sübut kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, şahid X11 ibtidai istintaq zamanı dindirilməsinədək həmin şahid barədə iş materiallarında heç bir məlumat olmamış, şahid Mirəli İbrəhimxəlilov hadisədən 4 aydan artıq bir vaxt keçdikdən sonra, 02 iyul 2014-cü il tarixdə şahid qismində ifadə vermiş, özünün də etiraf etdiyi kimi o, istintaqda ifadə verməli olması barədə təqsirləndirilən Təqsirləndirilən şəxs yaxın qohumları tərəfindən məlumatlandırılmış, istintaqa sonunculara məxsus avtomaşınla gətirilmiş və geri qaytarılmışdır. Apellyasiya məhkəməsinin cinayət kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla yanaşı, iş üzrə müdafiə tərəfinin vəsatəti əsasında apellyasiya məhkəməsi istintaqı zamanı dindirilmiş şahidlər X11, X3, X2 verdiyi ifadələrə ayrı ayrılıqda tənqidi yanaşaraq, belə hesab edir ki, həmin şahidlər X9, X7 da yaxın qohumları olan X6 hadisədən 5 aya yaxın bir müddətdən sonra dindirilərək eyni məzmunlu ifadə verdiyindən və həmin ifadələr hadisədən sonra dərhal dindirilmiş digər şahidlərin və keçirilmiş ekspertiza rəyləri ilə təkzib edildiyindən onların ifadələrini inandırıcı hesab etmir və mötəbər sübut kimi qəbul etmir. Apellyasiya Məhkəməsinin cinayət kollegiyası müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X32 müxtəlif vaxtlarda müxtəlif cür ziddiyyətli olaraq verdiyi ifadələrinə (bütün ifadələrində hadisə baş verən zamanı sükan arxasında kimin olmasını görmədiyini bildirmişdir) qiymət verərək belə qənaətə gəlir ki, sonuncunun ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsi zamanı verdiyi ifadəsini iş üzrə tədqiq edilmiş digər mötəbər sübutlarla təsdiqini tapdığından daha inandırıcı hesab etməklə mötəbər sübut kimi qəbul edir. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan hallara düzgün qiymət verməklə haqlı nəticəyə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs təqsiri ekspert rəyləri, şahid ifadələri və işdə olan digər mötəbər sübutlarla təsdiq olunur. Məhkəmə kollegiyası cinayət işi materiallarına və yuxarıda qeyd olunanları nəzərdən keçirərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi sübutların toplanması, tədqiqi və qiymətləndirilməsi üzrə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin göstərişlərinə əməl etmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsinə əsasən Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən şahid tərəfin məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı clmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə ,ideo və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini stisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə Tutulmuş digər hallarda yol verilir. Göstərilən prosessual maddələrin mənasına görə birinci instansiya məhkəməsi məhkəmə iclasında həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında toplanmış sübutları tədqiq edilməlidir. Yəni, şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadə də sübut növüdür və məhkəmə iclasındakı ifadəsi ilə müqayisəli tədqiq edilməlidir. Əgər təqsirləndirilən şəxsin və şahidin məhkəmə iclasında və ibtidai istintaqda verdiyi ifadələr arasında fərq və ya ziddiyyət olarsa o zaman onların hər ikisi tədqiq edilməklə bu ziddiyyət və ya fərq aradan qaldırlmalı (CPM-nin 327,329-u maddələri), bunu aradan qaldırmaq mümkün omadıqda isə həmin ifadələrdən daha mötəbəri cinayət işi üzrə sübut kimi qəbul edilməlidir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 140.0-cı maddəsinə əsasən cinayət prosesi gedişində aşağıdakı hallar yalnız aşağıda göstərilən sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Həmin Məcəllənin 140.0.1-ci maddəsinə əsasən ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində ekspertin rəyi ilə müəyyən edilir. Göstərilən qanunun mənasına görə cinayət prosesi gedişində ölümün səbəbi yalnız tibb sahəsində ekspertin rəyi sübutunun əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Zərərçəkmişin ölümünün səbəbi barədə ekspertiza rəylərinin hər hansı şahidin ifadəsinə istinad etməklə məhkəmə tərəfindən təkzib edilməsi Azərbaycan Respublikası CPM-nin 140.0.1-ci maddəsinin tələbinə ziddir. Həmin qanuna əsasən ölümün səbəbi yalnız tibb sahəsində ekspertin rəyi sübutunun əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinin sübuta yetməməsi dəlilləri ilə razılaşmayaraq habelə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd ounan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Bundan başqa apellyasiya şikayətlərinin dəlillərini araşdıran məhkəmə kollegiyası zərəçəkmiş şəxsin hüquqi varisinin verdiyi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs cəza müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, işin bir sıra xüsusatlarını, o cümlədən cəza təyininin ümumi əsasları olan təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini tam nəzərə almamışdır. Belə ki, iş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X31 tərəfindən məhkəməyə təqdim edilmiş ərizənin surətindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, iş üzrə hər hansı bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X47 tərəfindən məhkəməyə təqdim edilmiş ərizənin surətindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, iş üzrə hər hansı bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Kollegiya qeyd edir ki, cəza, cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan da, birinci instansiya məhkəməsinin məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsinin sanksiyasının hüdudlarında cəza təyin etmişdir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli qərarının yerinə yetirilməsi gedişi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli, 4 saylı qərarının 1 və 3-cü bəndlərində göstərilmişdir ki, məhkəmələrin diqqəti yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işlərinə baxılarkən qanunvericiliyin tələblərinə və Azərbaycan Respublikası Ali Məhməsi Plenumunun 7 oktyabr 2004-cü il tarixli qərarında verilən tövsiyələrə əməl etmələri zərurətinə cəlb edilsin. Məhkəmələrin nəzərinə çatdırılmışdır ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxslər barəsində cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin ədalət prinsipindən, cəzanın məqsədindən və cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən 8-ci, 41-ci, 58-ci maddələrinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cazalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının tələblərinə ciddi əməl olunmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə 59.1.11-59.1.14-cü maddələr əlavə edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.11, 59.1.12, 59.1.13-cü maddəsində cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq təmamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur CM-nin 10.3-cü maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Yuxarıda qeyd olunan işin hallarına əsasən, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmasını, zərərçəkmiş şəxslərin hüquqi varislərinin ona qarşı şikayətinin olmamasını, ilk dəfə məhkum olunmasını onun cəzasını yüngülləşdirən hallar qismində qiymətləndirməklə, məhkəmədəki davranışını nəzərə alaraq onun cəzasının yüngülləşdirilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Məhkəmə Kollegiyası yuxarıda sadalanan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarını nəzərə alaraq, qanunun müddəlarını rəhbər tutaraq hesab edir ki, işin bu halları Təqsirləndirilən şəxs barəsində təyin olunmuş cəzanın yüngülləşdirilməsi məqsədə müvafiqdir Məhkəmə kollegiyası hesab edir ki, məhkuma ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquqi qaydaların möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla yanaşı, həmçinin məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərməlidir. Bu baxımdan ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amil kimi təqsirkarın şəxsiyyəti hərtərəfli təhqiq edilməli, onun xidməti vəzifəyə, əməyə, ictimai qaydalara münasibəti, təyin olunacaq cəzanın onun ailə üzvlərinin həyat şəraitinə təsiri aydınlaşdırılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs, himayəsində azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, ona qarşı şikayət və tələbin olmamasını, nəzərə alıb ona Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təyin edilmiş cəzanın azaldılmasını qanunun tələblərinə uyğun sayır. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 01 iyul 2014-cü il tarixdən cəzasını çəkməyə başlamış, 01 iyul 2019-cu il tarixdə cəzasını çəkib qurtarmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli hökmü dəyişdirilməli, ona Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilməli, Təqsirləndirilən şəxs 01 iyul 2014-cü il tarixdən 01 iyul 2019-cu il tarixədək cəza çəkdiyi müddət nəzərə alınmaqla cəzasını çəkmiş hesab edilməli, apellyasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Azərbaycan Respublikası CPM-nin 405-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdiyi halda dəyişdirir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 394, 397, 398, 399, 404, 405 və 407-ci maddələrini rəhbər tutaraq Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli hökmü dəyişdirilsin. Hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Təqsirləndirilən şəxs 01 iyul 2014-cü il tarixdən 01 iyul 2019-cu il tarixədək cəza çəkdiyi müddət nəzərə alınmaqla cəzasını çəkmiş hesab edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(105)-13/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-13/2021
20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver