Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-144/2022 04.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Cəfərov Vidadi Cəfər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəsirov Natiq Elçin oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru X25, Təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxsin müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1.-ci, 77.2.2, 177.2.3-cü, 177.2.4-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1.-ci, 177.2.2, 177.2.4-cü maddələri ilə məhkum olunmalarına dair Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-250/2019-001 saylı 11 iyul 2019-cu il tarixli hökmündən Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında (videokonfrans vasitəsi ilə) baxaraq, MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-250/2019-001 saylı 11 iyul 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim – N.İ.Abıyev) xx xxxxxx 2000-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Abşeron Rayon Məhkəməsinin 04 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.2 və 326.2-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə və 600 manat cərimə cəzalarına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 08 may 2019-cu il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 04 fevral 2019-cu il tarixli hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs1 qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası və 600 manat cərimə cəzası təyin edilmiş, Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəllə 6da qeydiyyatda olan və Xırdalan şəhəri, M.İbrahimov küçəsi, döngə 1, ev 523-də yaşamış, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza Sumqayıt Apelyasiya Məhkəməsinin 08.05.2019-cu il tarixli qərarı ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə və 600 manat miqdarda cərimə növündə cəzalar ilə qismən toplanılaraq, ona 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 600 manat miqdarda cərimə cəzaları təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası və 600 manat cərimə cəzası saxlanılmış, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi,cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli 04.02.2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1.-ci, 177.2.2, 177.2.4-cü maddələri ilə məhkum edilmiş Təqsirləndirilən şəxs2 tərəfindən apelyyasiya şikayəti verilməmiş və iş üzrə apellyasiya protesti yoxdur. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə 10 mart 2018-ci il tarixdə, gecə saat 01 radələrində X9 məxsus Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 3360 №li bağ evinə hasardan keçmə yolu ilə qanunsuz daxil olub həyətyanı sahədə yerləşən fərdi yaşayış evinin pəncərəsinin bir lay şüşəsini əli ilə çıxarıb içəriyə daxil olaraq, oradan 750 (yeddi yüz əlli) manat dəyərində bir ədəd “Bosh” markalı preparatoru, bir ədəd 172 (bir yüz yetmiş iki) manat dəyərində “Bosh” markalı elektrik mişarını, bir ədəd 75 (yetmiş beş) manat dəyərində “Bosh” markalı dreli, bir ədəd 50 (əlli) manat dəyərində samovarı, bir metri 0,80 (səksən) qəpik olan ümumilikdə 40,00 (qırx) manat dəyərində 50 metr göy izolyasiyalı, 1 x 6 mm markalı çoxsimli təzə mis elektrik naqili və bir metri 3 (üç manat) 80 (səksən qəpik) olan ümumilikdə 95,00 (doxsan beş) manat dəyərində 25 metr göy izolyasiyalı, 1 x 35 mm markalı çoxsimli təzə mis elektrik kabelini gizli talamaqla zərərçəkmiş şəxs Tərlan Pircanova ümumilikdə 1.182 (bir min bir yüz səksən iki) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə 27 mart 2018-ci tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs7 məxsus, Sumqayıt şəhəri, Qurd Dərəsi bağlar massivi ərazisində yerləşən 36-26 A nömrəli bağ evinin hasarından aşıb həyətinə qanunsuz daxil olaraq, saxlanc yeri hesab edilən həyətdəki hovuzun altındakı otağın plastik qapısını özü ilə gətirdiyi dəmir parçası ilə sındırıb oradan bir ədəd 100 (bir yüz) manat dəyərində su nasosunu, bir ədəd 300 (üç yüz) manat dəyərində avtomobil yumaq üçün nəzərdə tutulmuş su aparatını, bir ədəd 150 (bir yüz əlli) manat dəyərində su hovuzunun çirkab sularını təmizləmək üçün nəzərdə tutulmuş sovurucu qurğunu, bir ədəd 20 (iyirmi) manat dəyərində elektrik uzadıcını və evin arxasında olan, saxlanc yeri hesab edilən anbarın pəncərəsinin dəmir barmaqlıqlarını dəmir parçası ilə sıxıb açaraq, oradan bir ədəd 30 (otuz) manat dəyərində ət çəkən maşını, bir ədəd 30 (otuz) manat dəyərində meyvə çəkən şirə aparatını, bir ədəd 20 (iyirmi) manat dəyərində çörək bişirmək üçün nəzərdə tutulmuş elektrik sacını, bir ədədinin qiyməti 70 (yetmiş) manat olan iki ədəd ümumi dəyəri 140 (bir yüz qırx) manat təşkil edən elektrik qızdırıcılarını və bir ədəd 220 (iki yüz iyirmi) manat dəyərində 82 diaqonallı “Samsunq” markalı televizoru gizli yolla talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 1.010 (bir min on) manat məbləğində maddi ziyan vuraraq, oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə 10 iyul 2018-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs6 Hüseynəli qızının yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə giriş darvazasının açıq olmasından istifadə edərək qanunsuz daxil olub həyətdə evin altında yerləşən saxlanc yeri hesab edilən zirzəminin dəmir qapısının kilidini qırıb zirzəmidə olan 450 (dörd yüz əlli) manat dəyərində “Robello” markalı kombi aparatını gizli yolla talayıb Zərərçəkmiş şəxs6 450 (dörd yüz əlli) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə 10 avqust 2018ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivi, 1-ci məhəllə, Nəsimi küçəsində yerləşən fərdi yaşayış evinə hasardan keçmə yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab edilən zirzəminin taxta qapısını açıb oradan bir ədəd 90 (doxsan) manat dəyərində GWS 1400 markalı elektrik mişarını, bir ədəd 30 (otuz) manat dəyərində GWS 14-125 markalı elektrik mişarını, bir ədəd 45 (qırx beş) manat dəyərində GSR 1080-2-Li markalı perferatoru, bir ədəd 60 (altmış) manat dəyərində 5 litr tutumlu kömür samovarını, bir ədədinin qiyməti 10 (on) manat olan ümumilikdə 30 (otuz manat dəyərində 20 (iyirmi) metr uzunluğunda, 4-lük elektrik naqili ilə düzəldilmiş 3 ədəd elektrik uzadıcısını gizli yolla talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 255,00 (iki yüz əlli beş) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə 06.09.2018-ci il tarixdə, saat 23:30-da Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, Corat bağlar massivi ərazisində yerləşən 2540 № bağ evinə hasardan keçmə yolu ilə qanunsuz daxil olub evin qaracından bir ədəd 120 (bir yüz iyirmi) manat dəyərində RF-nın istehsalı olan, Fialet firmasına məxsus perfaratoru, bir ədəd 35 (otuz beş) manat dəyərində RF-ın istehsalı olan dreli, bir ədəd 120 (bir yüz iyirmi) manat dəyərində Türkiyə Respublikası istehsalı olan, “Candan” firmasına məxsus qaynaq ütüsü, evin ikinci mərtəbəsində olan hamamdan isə kağız qutunun içərisindəki bir ədədinin qiyməti 8 (səkkiz) manat olan 36 (otuz altı) ədəd ümumilikdə 288,00 (iki yüz səksən səkkiz) manat dəyərində Türkiyə Respublikasının istehsalı olan, “Eca” firmasına məxsus işlənməmiş, 16 diametri olan istilik radiatoru üçün vintilləri, bir ədəd 100 (bir yüz) manat dəyərində Ukrayna Respublikasının istehsalı olan istilik radiatorunu, bir dəstinin qiyməti 110 (bir yüz on) manat olan 4 (dörd dəst) ümumilikdə 440,00 (dörd yüz qırx) manat dəyərində Türkiyə Respublikasının istehsalı olan “İltimat” firmasına məxsus duş dəstlərini, bir ədədinin qiyməti 4 (dörd) manat olan 4 (dörd) ədəd ümumilikdə 16 (on altı) manat dəyərində 60 sm uzunluğunda birləşdirici su şlanqı, bir ədədinin qiyməti 15 (on beş) manat olan 2 (iki) ədəd ümumilikdə 30 (otuz) manat dəyərində unitaz dəstini, bir ədədinin qiyməti 8 (səkkiz) manat olan 10 (on) ədəd ümumilikdə 80 (səksən) manat dəyərində hamam üçün arkonu gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1.229,00 (bir min iki yüz iyirmi doqquz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə 17 sentyabr 2018-ci il tarixdə, saat 03 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon, 33B/17 saylı binanın həyətindən dayanmış vəziyyətdə olan X5 məxsus “Tofaş” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı NM 4131B********** ban nömrəli avtomobili gizli yolla talayıb zərərçəkmiş şəxs Fəxrəddin Əliyevə 5.000 (beş min) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 01 oktyabr 2018ci il tarixdə, gecə saat 02 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən 7 saylı binanın həyətinə gəlmiş, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 kənarda dayanaraq ətrafa nəzarət etmiş, o, isə binanın həyətində saxlanılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs5 faktiki istifadəsində olan “VAZ-2106” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı XTA 210600P3095436 ban nömrəli avtomobili qapısının açıq olmasından istifadə edib avtomobilin qoltuq altında olan açarla avtomobilin mühərrikini işə salaraq gizli talayıb Zərərçəkmiş şəxs5 2.000 (iki min) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 13 oktyabr 2018ci il tarixdə, saat 02 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən 5 saylı mənzil istismar sahəsinin qarşısına gəlmiş, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 kənarda dayanaraq ətrafa nəzarət etmiş, o, isə binanın həyətində saxlanılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21074” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobili açıq olan şüşəsini aşağıya doğru sıxmaqla avtomobilə daxil olub açar yuvasında olan açarla avtomobilin mühərrikini işə salıb gizli talayaraq Zərərçəkmiş şəxs2 xeyli miqdarda 6500 (altı min beş yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 22 oktyabr 2018ci il tarixdə, saat 02 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində, 23 saylı binanın həyətinə gəlmiş, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 kənarda dayanaraq ətrafa nəzarət etmiş, o, isə binanın həyətində saxlanılmış vəziyyətdə olan X10 faktiki istifadəsindəki “VAZ-21074” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı XTA**********7874 ban nömrəli avtomobili qapılarının açıq olmasından istifadə edərək açar yuvasındakı açarla avtomobilin mühərrikini işə salaraq gizli talayıb zərərçəkmiş şəxs Fərhad Soltanova 3,300 (üç min üç yüz) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 24 oktyabr 2018ci il tarixdə, saat 03 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində 1B saylı binanın həyətinə gəlmiş, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 kənarda dayanaraq ətrafa nəzarət etmiş, o, isə binanın həyətində saxlanılmış vəziyyətdə olan X8 faktiki istifadəsindəki “VAZ-21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı XTA **********3967 ban nömrəli avtomobilə arxa sağ qapısının açıq olmasından istifadə edərək daxil olub açar yuvasında olan açarla avtomobilin mühərrikini işə salıb gizli talayaraq zərərçəkmiş şəxs Amal Mustafayevə 5.000 (beş min) manat ziyan vurmaqla oğurluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxs1 apellyasiya şikayətində barəsində çıxarılmış hökmün dəyişdirilməsini, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum şikayətində göstərmişdir ki, ailə vəziyyəti həddindən artıq ağırdır, atası uzun müddətli xəstəlikdən sonra vəfat etmiş və anası hazırda tək yaşayır. Ailəyə yeganə qazanc gətirən şəxs olmuşdur. Tərəflərin məhkəmədəki çıxışları: Apelyyasiya məhkəməsinin iclasına videokofrans vasitəsi ilə qoşulmuş Təqsirləndirilən şəxs1 çəkilməmiş cəzasının azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi X7 məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsini xahiş etdi. Apellyasiya məhkəməsindəki çıxışında dövlət ittihamçısı Teymur Əsədov apellyasiya şikayətinin təmin edilməməsini, lakin buna baxmayaraq hökmün təqsirləndirilən şəxsə təyin edilmiş cəzaların toplanılmasına dair hissədə dəyişdirilməsini və cinayət qanunu normasının düzgün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayətprosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını yoxlayıb, apellyasiya şikayətinin təmin edilməsi barədə təqsirləndirilən şəxsin və müdafiəçisinin, hökmün təqsirləndirilən şəxsə təyin edilmiş cəzaların toplanılmasına dair hissədə dəyişdirilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməsə də, hökm cinayət qanunu norması düzgün tətbiq olunmadığına görə dəyişdirilməlidir. Belə ki, məhkum Təqsirləndirilən şəxs1 ittiham olunduğu cinayət əməlini törətməkdə özünü təqsirli bilmişdir. Onun əməli səmimi etirafından başqa, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, eləcə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmış və bu hissə üzrə hökmün qanuniliyi apellyasiya şikayətində də mübahisələndirilmir. Məhkum Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanın ağır olması barədə apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə sadalan hallar məhkuma daha yüngül növdə cəza təyin edilməsinə əsas vermir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 cinayəti törədərkən yetkinlik yaşına çatmamasını, cinayəti etiraf edib səmimi peşmançılıq keçirməsini, zərərçəkmiş şəxslərin bir qisminə ziyanın ödənilməsini və onların təqsirləndirilən şəxsə qarşı şikayətinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, məhkumunşəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət vermişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Belə ki, cəza təyininin ümumi prinsiplərini nəzərə alan birinci instansiya məhkəməsi məhkuma təqsirli bilindiyi maddənin sanksiyası həddində kifayət qədər ədalətli cəza təyin etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən məhkum X4 azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməsinin zəruriliyini hökmdə əsaslandıraraq ona qanuni və ədalətli cəza təyin etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən, hökmün və qərarın surətlərindən görünür ki, İmanov X24 Rayon Məhkəməsinin 04 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.2 və 326.2-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə və 600 manat cərimə cəzalarına məhkum edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 08 may 2019-cu il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 04 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmiş, həmin hökmlə X23 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 03 ildən 02 ilə, Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 06 aydan 03 aya endirilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin qərarla və Abşeron Rayon Məhkəməsinin 04 fevral 2019-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəzası yeni hökm üzrə təyin edilmiş cəzaya tamamilə birləşdirilərək qəti olaraq Təqsirləndirilən şəxs1 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası və 600 manat cərimə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əvvəllər də eyni kateqoriyalı cinayətlərə görə məsuliyyətə cəlb edilməsini və onun cinayətə meyilli şəxs olmasını nəzərə alır və məhkum barəsində daha yüngül növdə cəza təyin edilməsi üçün kifayət qədər əsaslar görmür. Buna baxmayaraq, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayətlərin məcmusu qaydasında hökmə əsasən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.2, 326.2-ci maddələri ilə təyin etdiyi cəza ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 08.05.2019-cu il tarixli qərarı ilə təyin edilmiş cəzanı cinayətlərin mqismən toplamaqla səhvə yol vermişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.2, 326.2-ci maddələri ilə təqsirləndiriləməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 18 may 2019-cu il tarixli qərarı kassasiya qaydasında ləğv edilmiş və qeyd olunan cinayət işi yenidən apellyasiya baxışına qaytarılmışdır. Təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinə yenidən baxan Sumqayıt Apellyasiya Məhkəməsi 18 oktyabr 2021ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.2 və 326.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 04 fevral 2019-cu il tarixli, 1(012)-45/2019 saylı hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs1 X18, X11, X22, X12, X13, X19, X15, X1 və X16 yaşayış evlərindən edilmiş oğurluq epizodları üzrə təqsiri sübuta yetirilmədiyindən bəraət verilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.2 maddələri ilə təqsirli bilinib qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə və 600 (altı yüz) manat cərimə cəzasına məhkum edilmiş, cərimə cəzasının müstəqil icra olunması qərara alınmışdır. Həmin hökmə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Prosessual Məcələsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 04 fevral 2019-cu il tarixindən hesablanması qərara alınmışdır. Qeyd olunan halı nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-250/2019-001 saylı 11 iyul 2019-cu il tarixli hökmünə əsasn Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin 18.10.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə və 600 manat miqdarda cərimə növündə cəzalar ilə qismən toplanılmalı və ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası CPM-nin 403-cü maddəsinə əsasən tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi, cinayət qanunu normasının düzgün şərh edilməməsi birinci instansiya məhkəməsi hökm və ya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Beləliklə, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası hesab edir ki, məhkumun apelyasiya şikayəti təmin edilməsə də, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1.-ci, 77.2.2, 177.2.3-cü, 177.2.4-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1.-ci, 177.2.2, 177.2.4-cü maddələri ilə məhkum olunmalarına dair Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-250/2019-001 saylı 11 iyul 2019-cu il tarixli hökmü dəyişdirilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, apellyasiya instansiyası məhkəməsində Təqsirləndirilən şəxs1 göstərilmiş 5 iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Sumqayıt Regional Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 196, 197.1.2, 197.2, 394, 397, 398, 399, 404, 405, 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1.- ci, 77.2.2, 177.2.3-cü, 177.2.4-cü, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1.-ci, 177.2.2, 177.2.4-cü maddələri ilə məhkum olunmalarına dair Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-250/2019-001 saylı 11 iyul 2019-cu il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin 11 iyul 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü, 177.2.4-cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona Sumqayıt Apellyasiya Məhkəməsinin 18.10.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə və 600 manat miqdarda cərimə cəzaları ilə qismən toplanılaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə və 600 manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla, onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan əhrumetmə və 600 manat miqdarında cərimə cəzası saxlanılsın. Azərbaycan Respubliksa Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 600 manat cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 04.02.2019-cu il tarixdən hesablansın. Hökmün Təqsirləndirilən şəxs1 aid qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya məhkəməsində göstərilmiş hüquqi yardımla bağlı məhkum Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş müdafiəçinin haqqı 5 iş saatı müəyyən edilərək, 30 (otuz) manat olmaqla Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili səfərli X6 ödənilsin və qeyd olunan məbləğ Kapital Bank Sumqayıt şöbəsinə (müxbir hesab:AZ37NABZ********************, VÖEN: **********, Benefisiar hesab: AZ50Aİİ B400600C**********214, Benefisiar VÖEN **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-410-cu maddələrində müəyyən edilmiş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəmə-sinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(105)-144/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-144/2022
04.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver