Məhkəmə qərarları › İş №1(105)-194/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-194/2020

12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-194/2020 12.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi cinayət kollegiyası, hakim Cəfərov Vidadi Cəfər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mövsümov Nazim Rasim oğlu və X1 ibarət tərkibdə Səfərəliyeva Gülnar Mirzahid qızının katibliyi, Dövlət ittihamçısı X4, Təqsirləndirilən şəxs və müdafiəçisi X2 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən P.Ə.Hacıyev) xx.xx.1971-ci ildə Qubadlı rayonu, Başarat kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, Bakı küçəsi, 41-ci məhəllə, yataqxana 8-də qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin xx xxxxxxx 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, xx.xx.2019-cu il tarixdə, saat 14:30-da Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində tanıdığı Abdullayev Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, vətəndaşlar üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməklə Zərərçəkmiş şəxs Abdullayevi nəlayiq söyüşlərlə söyüb təhqir etmiş, əlində olan vintaçanla Zərərçəkmiş şəxs Abdullayevə hücum edərək bir dəfə sinə nahiyəsindən qəsdən vurub ona döş qəfəsin ön səthinin deşilmi yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vuran bədən xəsarəti yetirdikdən sonra çıxıb hadisə yerindən getmiş, təxminən 30 dəqiqə sonra geri qayıdaraq xuliqanlıq hərəkətlərini davam etdirib üstündə gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs Abdullayevin baş nahiyəsindən ardıcıl zərbələrlə vuraraq, sonuncuya təpə nahiyəsinin sol hissəsinin iki ədəd, alının ön səthinin, alının sol hissəsinin üç ədəd kəsilmiş yaraları kimi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vuran bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi apelyasiya şikayətində Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünü dəyişdirərək, Təqsirləndirilən şəxs əməlini AR CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edib, ona həbslə əlaqədar olmayan cəza növü təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Müdafiəçi apelyasiya şikayətində göstərmişdir ki, Təqsirləndirilən şəxs həm ilkin istintaqda, həm də məhkəmə baxışı zamanı bildirmişdir ki, məlum hadisə baş versə də o həmin hadisəni xuliqanlıq niyyəti ilə törətməmişdir. Onun Zərərçəkmiş şəxs xəsarət yetirməkdə məqsədi sonuncunun onu söydüyünə görə cəzalandırmaq istəməsi olmuşdur və zərərçəkmiş şəxsə xəsarət yetirməsinə görə peşmandır, onunla barışıq əldə etmişdir. Zərərəkmiş Abdullayev Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışdığını bildirmiş və ondan heç bir şikayəti olmadığı göstərmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 1471 saylı ekspert rəyindən görünür ki, Abdullayev Zərərçəkmiş şəxs bədəni üzərində müxtəlif xəsarətlər dərəcəsinə görə ayrı-ayrılıqda, eləcədə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. 22 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xasiyyət na məd ə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Onun heç bir şikayəti və tələbi olmaması haqda notarial qaydada təsdiq olunmuş ərizə təqdim etmişdir. Belə olan halda hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hərəkəti AR CMnin 221.3 maddəsi ilə düzgün tövsüv edilməmişdir, onun hərəkəti AR CM-nin 128-ci maddəsi ilə tövsif olunub həmin maddənin sanksiyasında göstərilən cəza növünün biri ilə cəzalanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını yoxlayıb, apelyasiya şikayətini müdafiə edən məhkumun və müdafiəçisinin, şikayətin rədd edilməklə hökmün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinin düzgün tövsif edilməməsi barədə məhkumun və müdafiəçisinin firkinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi ibtidai istintaq orqanı tərəfindən təqdim olunan sübutları ətraflı araşdırıb tədqiq etmiş, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməsi barədə düzgün nəticəyə gəlmişdir. Dövlət ittihamçısı da işin faktiki halları barədə məhkəmənin gəldiyi nəticə ilə tam razılaşmışdır. Müdafiə tərəfi isə bu nəticə ilə tam razılaşmasa da, bunun səbəbini, yəni hadisənin başqa motivlə, yaxud başqa şəraitdə baş verməsi barədəki arqumentlərini əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs özünü xuliqanlıq cinayətini törətməsində təqsirli bilməsə də, öz ifadəsində cinayət hadisəsinin baş verməsini təsdiq etmişdir. Onun əməli birinci instansiya məhkəməsində iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmışdır. Apelyasiya məhkəməsi qeyd edir ki, hadisə zamanı hər hansı xuliqanlıq hərəkəti etməməsi, ittihamın sübuta yetməməsi barədə məhkumun və müdafiəçisinin fikirləri hökmün dəyişdirilməsinə əsas vermir. Belə ki, hökmdə məhkumun ona ittiham olunan hərəkəti törətməsi barədə kifayət qədər dəlillər gətirilmişdir. İşin hallarından görünür ki, özünü ətrafdakıların fövqünə qoyaraq ona irad edən şəxsə qarşı zor tətbiq edərək, sağlamlığına yüngül xəsarət yetirmişdir. Belə ki, Zərərçəkmiş şəxs Abdullayevi nəlayiq söyüşlərlə söyüb təhqir etmiş, əlində olan vintaçanla Zərərçəkmiş şəxs Abdullayevə hücum edərək bir dəfə sinə nahiyəsindən qəsdən vurub ona döş qəfəsin ön səthinin deşilmi yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vuran bədən xəsarəti yetirdikdən sonra çıxıb hadisə yerindən getmiş, təxminən 30 dəqiqə sonra geri qayıdaraq xuliqanlıq hərəkətlərini davam etdirib üstündə gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs Abdullayevin baş nahiyəsindən ardıcıl zərbələrlə vuraraq, sonuncuya təpə nahiyəsinin sol hissəsinin iki ədəd, alının ön səthinin, alının sol hissəsinin üç ədəd kəsilmiş yaraları kimi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vuran bədən xəsarəti yetirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmişin Təqsirləndirilən şəxs qarşı qeyriqanuni hərəkətlərə yol verməsi cinayət işinin materiallarında öz əksini tapmır. Azərbaycan Respublikası CM-nin 145-146-cı maddələrinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi ilə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan yaratmış olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhz qanunun bu tələbini rəhbər tutmaqla məhkumun verilən ittiham üzrə təqsirli olması nəticəsinə gəlmişdir. Apelyasiya Məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini cinayət məsuliyyətini yüngülləşdirmək məqsədilə özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 1471 saylı ekspert rəyindən görünür ki, Abdullayev Zərərçəkmiş şəxs bədəni üzərində təpə nahiyəsinin sol hissəsinin iki ədəd, alının ön səthinin, alının sol hissəsinin üç ədəd kəsilmiş yaraları, döş qəfəsin ön səthinin orta hissəsinin deşilmiş yarası kimi xəsarət izləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən təpə nahiyəsinin sol hissəsinin iki ədəd, alının ön səthinin, alının sol hissəsinin üç ədəd kəsilmiş yaraları deşici kəsici alətin, ola bilsin ki, bıçağın, digər xəsarət isə, yəni döş qəfəsin ön səthinin orta hissəsinin deşilmiş yarası isə deşici alətin, ola bilsin ki, vintaçanın təsirindən törənmişdir, müddəti xx.xx.2019cu il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ayrı-ayrılıqda, eləcədə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəzanın həddini müəyyən etmək məsələsini müzakirə edib belə nəticəyə gəlir ki,birinci instansiya məhkəməsi cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilk dərəcəsini təq¬sirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş X5 işlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2006-cı il tarixli,A-0604 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310, 221.2, 149.2.4 və 150.2.4-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə 02 (iki) il müddətinə, Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) il müddətinə, Cinayət Məcəlləsinin 150.2.4-cü maddəsi ilə təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasənona təyin olunmuş cəzalar qismən toplanmış və üzərində qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİU AR Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə AR CM-nin 310, 221.2.2, 149.2.4, 150.2.4 və 133.2.4-cü maddələri təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum edilmiş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən cinayətin residivinə görə cəza təyininin ümumi prinsiplərini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində kifayət qədər ədalətli cəza təyin etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, xx xxxx 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasnı məsuliyyətini yüngülləşdirən hal kimi, əməlində cinayətin residivinin olmasını isə cəzasını ağırlaşdıran hal kimi nəzər almışdır. Bu səbəbdən də məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi üçün əsaslar müəyyən etmir. Beləliklə, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, məhkumun müdafiəçisinin apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin edilməsin. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-410-cu maddələrində müəyyən edilmiş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəmə¬sinin ci¬nayət kol¬leg¬iyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən hakim: Vidadi Cəfərov Hakimlər: Nazim Mövsümov Ruhiyyə Əsgərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar