Məhkəmə qərarları › İş №1(105)-195/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-195/2020

14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-195/2020 14.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), X13 və X6 ibarət tərkibdə, X16 oğlunun katibliyi, dövlət ittihamçısı X10, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi X14 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri təqsirləndirilmələrinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında (Sumqayıt şəhəri, S.Vurğun küçəsi 120) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 1(060)40/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli hökmü (hakim P.Hacıyev) ilə xx xxxxx 1997-ci ildə Bərdə rayonu, Güloğlular kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Frespublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək tutulduğu 02 (iki) günün ona təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müsəssisəsində çəkməsi və cəza çəkmənin başlanğıcının xx xxxxxx 2020-ci il tarixdən hesablanması, cinayət işi üzrə maddi sübut kimi tanınmış 02 ədəd diskin və plastik kartların bank hesabından çıxarışların cinayət işinin materiallarında saxlanılması, Zərərçəkmiş şəxs Ərəstun qızına dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının izah edilməsi, Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürsonun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsinin Azərbaycan Respublikası dövlət büdcəsinin vəsatinin hesabına həyata keçirilməsi, göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manatın dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “xxxxxxxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi: xxxxxxxxx Sumqayıt filialı, hesab AZ03TURA ******************** VÜEN ********** hökm edilmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apelyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs apelyasiya şikayəti verərək, hökmün dəyişdirilərək, maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə daha ağır cəza təyin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Təqsirləndirilən şəxs ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, istintaqa adı “Atlas” kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakınıələ keçirməməqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui istifadə edib, sonuncunun atası X7 “cadu” edilməsi barədəhəqiqətə uyğun olmayan məlumat verib, sosial şəbəkədə tanış olduğu “Atlas” adlışəxsin vasitəsilədini ayinlərin icra edilməsi yolu ilə edilmiş“cadu”nu təmizləyəcəyi və Qürbət Xanəliyevi gələcəkdə ediləcək “cadu”lara qarşı toxunulmaz edəcəyini yalan vəd verib aldadaraq, 2018-ci ilin noyabar ayıərzində vahid qəsdlə, hissə-hissə olmaqla ünvan 3 ünvanında Zərərçəkmiş şəxs aldığı pulları post ternimallar vasitəsilə ekstrasens tərəfindən verilmiş bank hesabına ödəyib, bundan başqa Zərərçəkmiş şəxs ekstrasens tərəfindən verilmiş bank hesabına ödədiyi pulları Sumqayıt şəhəri ərazisində yerləşən bonkamatlardan istifadə edərək Şahid3 “EkpressBank” tərəfindən verilmiş, 5492 3600 1434 3656 seriyalı“expressö mastercard” adlanan plastik kartın bank hesabından çıxarıb ələ keçirtməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs 4000 (dörd min) manat zərər vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən istintaqa adı “Atlas” kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakınıələ keçirməməqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui istifadə edib, sonuncunun anası X3 “cadu” edilməsi barədə həqiqətə uyğun olmayan məlumat verib, sosial şəbəkədə tanış olduğu “Atlas” adlışəxsin vasitəsilədini ayinlərin icra edilməsi yolu ilə edilmiş“cadu”nu təmizləyəcəyi və Rəfiqə Xanəliyevanı gələcəkdə ediləcək “cadu”lara qarşı toxunulmaz edəcəyini yalan vəd verib aldadaraq, 2018-ci ilin dekabr ayıərzində vahid qəsdlə, hissə-hissə olmaqla ünvan 3 ünvanında Zərərçəkmiş şəxs aldığı pulları post ternimallar vasitəsilə ekstrasens tərəfindən verilmiş bank hesabına ödəyib, bundan başqa Zərərçəkmiş şəxs ekstrasens tərəfindən verilmiş bank hesabına ödədiyi pulları Sumqayıt şəhəri ərazisində yerləşən bonkamatlardan istifadə edərək Şahid3 “EkpressBank” tərəfindən verilmiş, 5492 3600 1434 3656 seriyalı“expressö mastercard” adlanan plastik kartın bank hesabından çıxarıb ələ keçirtməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs 2600 (iki min altı yüz) manat zərər vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən istintaqa adı “Atlas” kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakınıələ keçirməməqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui istifadə edib, sonuncunun övladlarıŞıxəlizadə Aydan Zamiq qızı və X8 “cadu” edilməsi barədəhəqiqətə uyğun olmayan məlumat verib, sosial şəbəkədə tanış olduğu “Atlas” adlışəxsin vasitəsilədini ayinlərin icra edilməsi yolu ilə edilmiş“cadu”nu təmizləyəcəyi və Aydan Şıxəlizadə ilə Aydın Şıxəlizadəni gələcəkdə ediləcək “cadu”lara qarşı toxunulmaz edəcəyini yalan vəd verib aldadaraq, 2018-ci ilin dekabr və 2019-cu ilin yanvar aylarıərzində vahid qəsdlə, hissə-hissə olmaqla ünvan 3 ünvanında Zərərçəkmiş şəxs aldığı pulları post ternimallar vasitəsilə ekstrasens tərəfindən verilmiş bank hesabına ödəyib, bundan başqa Zərərçəkmiş şəxs ekstrasens tərəfindən verilmiş bank hesabına ödədiyi pulları Sumqayıt şəhəri ərazisində yerləşən bonkamatlardan istifadə edərək Şahid3 “EkpressBank” tərəfindən verilmiş, 5492 3600 1434 3656 seriyalı“expressö mastercard” adlanan vəŞahid2 “xxxxxxxxxxxx” tərəfindən verilmiş 416 973 321 *** **** seriyalı“Kapitalkart Visa” adlanan plastik kartların bank hesablarından çıxarıb ələ keçirtməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs 2000 (iki min) manat zərər vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən istintaqa adı “Atlas” kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakınıələ keçirməməqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui istifadə edib, ona “cadu” edilməsi barədəhəqiqətə uyğun olmayan məlumat verib, sosial şəbəkədə tanış olduğu “Atlas” adlışəxsin vasitəsilədini ayinlərin icra edilməsi yolu ilə edilmiş“cadu”nu təmizləyəcəyi və onu gələcəkdə ediləcək “cadu”lara qarşı toxunulmaz edəcəyini yalan vəd verib aldadaraq, 2018-ci ilin dekabr və 2019-cu ilin yanvar aylarıərzində vahid qəsdlə, hissə-hissə olmaqla ünvan 3 ünvanında Zərərçəkmiş şəxs aldığı pulları post ternimallar vasitəsilə ekstrasens tərəfindən tərəfindən verilmiş bank hesabına ödəyib, bundan başqa Zərərçəkmiş şəxs ekstrasens tərəfindən verilmiş bank hesabına ödədiyi pulları Sumqayıt şəhəri ərazisində yerləşən bonkamatlardan istifadə edərək Şahid3 “EkpressBank” tərəfindən verilmiş, 5492 3600 1434 3656 seriyalı“expressö mastercard” adlanan vəŞahid2 “xxxxxxxxxxxx” tərəfindən verilmiş 416 973 321 *** **** seriyalı“Kapitalkart Visa” adlanan plastik kartların bank hesablarından çıxarıb ələ keçirtməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs 2600 (iki min altı yüz) manat zərər vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən istintaqa adı “Atlas” kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakınıələ keçirməməqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui istifadə edib, sonuncunun yaxın münasibətdə olmaq istədiyi “Aqşin” adlışəxsə “cadu” edilməsi barədəhəqiqətə uyğun olmayan məlumat verib, sosial şəbəkədə tanış olduğu “Atlas” adlışəxsin vasitəsilədini ayinlərin icra edilməsi yolu ilə edilmiş“cadu”nu təmizləyəcəyi və “Aqşin” adlışəxslə münasibətlərinin yaxınlaşmasına köməklik edəcəyini yalan vəd verib aldadaraq, 2019-cu ilin yanvar və fevral aylarıərzində vahid qəsdlə, hissə-hissə olmaqla ünvan 3 ünvanında Zərərçəkmiş şəxs aldığı pulları post ternimallar vasitəsilə ekstrasens tərəfindən verilmiş bank hesabına ödəyib, bundan başqa Zərərçəkmiş şəxs ekstrasens tərəfindən verilmiş bank hesabına ödədiyi pulları Sumqayıt şəhəri ərazisində yerləşən bonkamatlardan istifadə edərək Şahid3 “EkpressBank” tərəfindən verilmiş, 5492 3600 1434 3656 seriyalı“expressö mastercard” adlanan vəŞahid2 “xxxxxxxxxxxx” tərəfindən verilmiş 416 973 321 *** **** seriyalı“Kapitalkart Visa” adlanan plastik kartların bank hesablarından çıxarıb ələ keçirtməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs 1000 (bir min) manat zərər vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən istintaqa adı “Atlas” kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakınıələ keçirməməqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui istifadə edib, sonuncunun ailəüzvülərinə məxsus Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən mənzilə “cadu” edilməsi barədəhəqiqətə uyğun olmayan məlumat verib, sosial şəbəkədə tanış olduğu “Atlas” adlışəxsin vasitəsilədini ayinlərin icra edilməsi yolu ilə edilmiş“cadu”nu təmizləyəcəyini yalan vəd verib aldadaraq, 2019-cu ilin fevral ayıərzində vahid qəsdlə, hissə-hissə olmaqla ünvan 3 ünvanında Zərərçəkmiş şəxs aldığı pulları post ternimallar vasitəsilə ekstrasens tərəfindən verilmiş bank hesabına ödəyib, bundan başqa Zərərçəkmiş şəxs ekstrasens tərəfindən verilmiş bank hesabına ödədiyi pulları Sumqayıt şəhəri ərazisində yerləşən bonkamatlardan istifadə edərək Şahid2 “xxxxxxxxxxxx” tərəfindən verilmiş 416 973 321 *** **** seriyalı“Kapitalkart Visa” adlanan plastik kartın bank hesabından çıxarıb ələ keçirtməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs 600 (altı yüz) manat zərər vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən istintaqa adı “Atlas” kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakınıələ keçirməməqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui istifadə edib, sonuncuya məxsus Xızı rayonu ərazisində yerləşən yerləşən torpaq sahəsini sosial şəbəkədə tanış olduğu “Atlas” adlı şəxsin vasitəsilədini ayinlərin icra edilməsi yolu ilə satışını təşkil edəcəyini yalan vəd verib aldadaraq, 2019-ci ilin mart ayıərzində vahid qəsdlə, hissə-hissə olmaqla ünvan 3 ünvanında Zərərçəkmiş şəxs aldığı pulları post ternimallar vasitəsilə ekstrasens tərəfindən verilmiş bank hesabına ödəyib, bundan başqa Zərərçəkmiş şəxs ekstrasens tərəfindən verilmiş bank hesabına ödədiyi pulları Sumqayıt şəhəri ərazisində yerləşən bonkamatlardan istifadə edərək Şahid2 “xxxxxxxxxxxx” tərəfindən verilmiş 416 973 321 *** **** seriyalı“Kapitalkart Visa” adlanan plastik kartın bank hesabından çıxarıb ələ keçirtməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs 800 (səkkiz yüz) manat zərər vurub dələduzluq etmişdir. APELYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxs apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hökmündə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən halların olmamasını qeyd etmiş, lakin cəza təyin edərkən bunu nəzərə almamışdır. Təqsirləndirilən şəxs barəsində xx.xx.2019-cu il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin şərtlərini pozduğuna görə “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq barəsində axtarış elan edilmiş, xx.xx.2020-ci il tarixdə Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən tutularaq xx.xx.2020-ci il tarixdə Bakı İstintaq Təcridxanasma təhvil verilmişdir ki, bu da təqsirləndirilən şəxsin bir daha islah olunması üçün daha ağır cəza təyin edilməsinə əsas verir. Təqsirləndirilən şəxs ona 16000 manat maddi zərər vurmuş bu məbləği bu günə qədər də bir manat da olsun belə ödəməmişdir. Maddi zərərin bu günə qədər ödənilməməsi və ödənilməsinə heç bir cəhd edilməməsi bir daha sübut edir ki, Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın həddi düzgün müəyyən edilməmişdir. Azadlıqdan məhrum etmə cəzasının müddəti artırılmalıdır. Belə bir əməli dəfələrlə təkrar olaraq törətmiş şəxsə azdlıqdan məhrum etmə cəzasının ən aşağı hissəsinin tətbiq edilməsi hesab edir ki, cəzanın məqsədlərini təmin etməyəcəkdir. Təqsirləndirilən şəxs törətdiyi dələduzluq cinayəti məhkəmədə mötəbər sübutlarla birmənalı olaraq sübut olunduğu halda o həmin cinayəti törətməyini səmimi olaraq etiraf etməmiş,həmçinin istintaq dövründə məsuliyyətdən yayınmış və qətimkan tədbirinin şərtlərini kobud surətdə pozmuşdur. Birinci instansiya məhkəməsinin hökmündə cəzanını ağırlaşdıran halların olmadığı qeyd edilmişdir və bu hissəyə də diqqət yetirilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, əməlindən peşman olmaması, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməməsi, istintaqdan yayınması, onun şikayətinin olması Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinin artırılmasını zəruri edir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi tam araşdırmamış, işin hallarını düzgün qiymətləndirməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən daha humanist davrana bilərdi. Belə ki, məhkəmənin yekun çıxışı zaman dövlət ittihamçısı belə ona 3 il müddətində azadlığın məhdudlaşdırılması növündə cəza istəməsinə baxmayaraq məhkəmə ona daha ağır cəza olan azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun yaşını, ilk dəfə cinayət törətməsini nəzərə almamışdır. Həmçinin istər istintaq zamanı, istərsə də məhkəmə prosesləri zamanı Atlasın kimiliyi araşdırılmamış, o məsuliyyətə cəlb edilməmişdir. Buna baxmayaraq isə Təqsirləndirilən şəxs AR CM-nin 178.2.1-ci maddəsi ilə də təqsirli bilinərək barəsində bu maddə ilə də ittihamedici hökm çıxarılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq çəkməsini, ailəli və himayəsində iki azyaşlı uşağının olmasının, ilk dəfə məhkum olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəməsini və onlarla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Hesab edir ki, məhkəmə kollegiyası bu iş hərtərəfli araşdırılmaqla, düzgün nəticəyə gələrək pozulmuş hüquqları bərpa edəcəkdir. CİNAYƏT PROSESİ İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Təqsirləndirilən şəxs apelyasiya şikayətinin təmin edilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə 2000 manat məbləğində pulun ödənilməsini, digər məbləğin ödənilməsi barədə aralarında razılıq əldə edilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasının nəzərə alınaraq, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilməsini, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi X23 zərərçəkmiş şəxsə 2000 manat məbləğində pulun ödənilməsini, digər məbləğin ödənilməsi barədə aralarında razılıq əldə edilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasının nəzərə alınaraq, təqsirləndirilən şəxsin apelyasiya şikayətinin təmin edilməsini, zərərçəkmiş şəxsin apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzanın ağırlaşdırılmamasını, ona pulunun ödənilməsini, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərdən 2000 manat məbləğində pulunun ödənildiyini, digər hissəsinin isə ödənilməsi barədə razılıq əldə edildiyiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını nəzərə alınmasını, təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Dövlət ittihamçısı X15 apelyasiya şikayətlərinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi ittiham hökmünün çıxarılmasını məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət qanunvericiliyinin maddəsi üzrə əməlinin sübut olunmasını, cəza təyin edərkən əməli yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almışdır. Təqsirləndirilən şəxs gəlinən nəticədən vermiş olduğu apelyasiya şikayətində barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmiş, zərərçəkmiş şəxs isə təqsirləndirilən şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş zərərdən 2000 manat məbləğində pul ödənilmiş, onlar arasında zərərçəkmiş şəxsə dəymiş zərərin əvəzinin ödənilməsi barədə razılıq əldə edilmiş, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən heç bir şikayətinin və tələbinin olmadığını, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təxminən 2017-ci ildən, Zərərçəkmiş şəxs isə 2018-ci ilin sonlarından Ağgülün vasitəsilə tanımışdır. Özünə məxsus “VAZ 2107” markalı ** LE *** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti göstərdiyindən və əsasən Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində dayanaraq müştəri gözlədiyindən, Ağgüllə həmin ərazidə təsadüfən avtomobilinə mindikdən və onu xatırlamadığı gedəcəyi ünvana müştəri kimi apardıqdan sonra tanımışdır. Ağgül ona məxsus avtomobilə ilk dəfə müştəri kimi mindikdən sonra onun mobil nömrəsini götürmüş və bundan sonra onu dəfələrlə müxtəlif gedəcəyi yerlərə özünə məxsus avtomobillə aparmışdır. Bunun müqabilində isə Ağgül hər dəfə müəyyən məbləğdə pul ödəmiş, təxminən 2018-ci ilin noyabr ayından başlayaraq Ağgülü dəfələrlə Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən “Ekspress Banka” məxsus bankomatın yanına aparmış və Ağgül bankomatdan pul çıxartdıqdan sonra onu təkrar geri qaytarmış, təxminən 2018-ci ilin noyabr və ya dekabr ayında Ağgül Sevinc adlı rəfiqəsinin ona pul borcu olduğunu bildirmiş və Sevincin borcunu ödəyə bilməsi üçün ona bir ədəd plastik bank kartı tapıb verməsini ondan xahiş etmişdir. Həmçinin tapacağı həmin plastik bank kartının hesab nömrəsini Sevincə verəcəyini, Sevincin isə ona olan borcunu hissə-hissə olmaqla bank kartına köçürdükdən və kartdan Sevincin köçürdüyü pulu çıxartdıqdan sonra isə kartı geri qaytaracağını bildirmişdir. Bundan sonra, o, sinif yoldaşı Nurəddinin tanışı olan Əkbər adlı şəxsdə plastik kart gördüyündən, Əkbərə müraciət edərək həmin kartı ona verməsini, tanışına göndəriləcək pulu kartın bank hesabına ödənildikdən və tanışı həmin köçürülmüş pulu çıxartdıqdan sonra isə onun kartını geri qaytaracağını bildirmişdir. Əkbər kartı bank hesabının nömrəsi ilə birlikdə ona verdikdən sonra həmin kartı alıb Ağgülə vermiş, kart bir neçə gün ərzində Ağgüldə qalmış, həmin ərəfədə Ağgüllə özünə məxsus avtomobillə Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yaşayan Sevincin yaşadığı evə getmiş, Ağgül ona məxsus avtomobildə gözləmiş, özü Sevinclə telefonda danışdıqdan sonra Sevincin yaşadığı evə getmiş və Sevincdən təxminən 700 manat alıb geri qayıtmış, geri qayıtdıqdan sonra Ağgül həmin pulun Sevincin ona borclu olduğu və hissə-hissə geri qaytardığı pul olduğunu bildirmiş, bundan sonra Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisinə getmişlər. Ağgül həmin ərazidə yerləşən bonkomatdan Sevincdən alaraq ona verdiyi pulu Əkbərə məxsus bank kartının bank hesabına ödəmiş, sonra isə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazinə getmişlər və Ağgül həmin pulu “xxxxxxxxxxxxa” məxsus bonkomatdan çıxartmışdır. Həmin vaxt onda maraq yarandığından Ağgüldən “əgər Sevincin ona borcu varsa və borcunu hissə-hissə ödəyirsə, onda bəs niyə həmin pulu özü birbaşa Sevincdən aldıqdan sonra götürmədiyini, kartın bank hesabına ödəyib, bundan sonra kartdan çıxarırsan” deyərək soruşmuşdur. Ağgül isə Sevincin ödədiyi pulu özünün çıxartdığını bilməməsi üçün bu cür etdiyini, əgər Sevincin bunu bilərsə ondan inciyə biləcəyini, Sevincdən aldığı pulu borclu olduğu şəxsə ödədiyini dediyini bildirmişdir. Bir müddətdən sonra Ağgül Əkbərə məxsus kartı geri qaytarmış, ancaq bir neçə gün sonra yenidən Əkbərdən kartı alıb ona verməsini xahiş etdiyindən, Əkbərdən kartı alıb yenidən Ağgülə vermişdir. Ağgül isə bu dəfə kartı geri qaytarmamış və Sevincin göndərdiyi pulları ya onun köməkliyi ilə, ya da özü kartdan çıxartmağa davam etmişdir. Həmçinin Şahid1 ifadəsində göstərmişdir ki, qeyd olunan məbləğləri daha çox «Kapitalbank»-ın Qubadlı filialının yanındakı bankomatdan, həmçinin “Kaptalbank”ın Gənclik filialından, “KapitalBank”ın “Liman” Tibb Mərkəzinin yanındakı bankomatlardan, bundan başqa Kristal Abşeron yaşayış kompleksinin yanındakı bankomatlardan çıxartmışlar. Əvvəlcə Zərərçəkmiş şəxsdən alınan pul karta köçürülmüş, daha sonra isə ya həmin gün, ya da bir gün sonra həmin kartdan çıxarılmışdır. Təqsirləndirilən şəxslə birlikdə, dəfələrlə, gedərək bankomatdan pulu çıxartdıqlarından həmin tarixlərin hamısı onun yadında qalmamışdır. Amma yadındadır ki, təxminən 2019-cu ilin əvvəllərində karta 1500 manata yaxın pul köçürüldüyündən həmin pulu Ağgüllə birlikdə bir neçə bankomatdan çıxartmışlar. Belə ki, bankomatda problem olduğundan pulu demək olar ki, 3 bankomatdan hissə-hissə çıxartmışlar. Mart ayının əvvəllərində “Kapitalbank”ın Qubadlı filialının yanındakı bankomatdan 500 manata yaxın pul çıxartmışlar. Həmin vaxtlarda “Liman” Tibb Mərkəzinin yanındakı bankomatdan da 1000 manata yaxın pul çıxartmışlar. Belə hallar çox olmuşdur. Həmin ərazilərdə yerləşən bankomatlara Təqsirləndirilən şəxslə birlikdə getmişlər və pulu birlikdə çıxartmışlar. Bəzi hallar da Ağgül maşından çıxmamış, onun yerinə o, bankomatdan pulu çıxardaraq Ağgülə vermişdir. Sevinc Ağgülə, Əkbərdən alaraq ona verdiyi kartın balansında olan puldan tez-tez pullar çıxarıldığını bildirmişdir və buna görə də ona başqa bank kartı tapıb verməsini xahiş etmişdir. Ağgül kartdan tez-tez 50 və ya daha çox məbləğdə pullar çıxarıldığını da demiş, ona öz adına bankdan kart alıb verməsini və Sevincin köçürdüyü pulların onun alacağı karta köçürülməsini təklif etsə də, ancaq Ağgül bununla razılaşmayaraq Sevincin onu tanıdığını, buna görə də kartın onun adına olmasını istəmədiyini bildirmişdir. Ona Sevincin tanımadığı bir adamın adına kart açdırıb verməsini ondan xahiş etmişdir. “Ekspress Bank”dan tanışı Elməddin adlı şəxsin adına bank kartı alıb Ağgülə versədə o, həmin karta pul köçürməyin mümkün olmadığını bildirib yenidən pulu Əkbərə məxsus kartdan çıxartmağa davam etmişdir. Ancaq sonradan Əkbərə məxsus kart bolklandğından, Ağgül Əkbərə kartda olan pulu çıxara bilməsi üçün kartı blokdan çıxartmasını tapşırmasını xahiş etmişdir. Əkbərə bu barədə dedikdə Əkbər Ağgüllə birlikdə görüşmələrini, həmin vaxt kartı blokdan çıxarmasını, bundan sonra Ağgülün kartdakı pulu çıxartmasını və daha sonra kartını ondan geri almasını təklif etsə də Əkbərlə görüşdükdən sonra Ağgüldəndə yanlarına gəlməsini tələb etdikdə o, bundan imtina etmiş, bu səbəbdən kartdakı təxminən 500 manat pulu çıxarıb aralarında bölmüşlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs (Samirə) Ərəstun qızını təxminən bir ildən artıq müddətdir ki, bacısı X2 yoldaşı və rəfiqəsi olan X5 “İntagram” sosial şəbəkəsinə aid şəxsi səhifəsində görüb ilk olaraq qiyabi tanımış, Nərminlə Ağgül sinif yoldaşı olduqlarından sonradan sosial şəbəkədə bir müddət yazışmışlar. Daha sonra Ağgül onu, özü isə onu “İnstagram” sosial şəbəsindəki şəxsi səhifəsində dostluğa qəbul etmiş, təxminən 2018-ci ilin noyabr ayının əvvələrində Ağgüllə aralarındakı növbəti yazışmada Ağgül ondan plastik bank kartı istəmiş və yaxın münasibətdə olduğu şəxsin kollecdə təhsil aldığından ona pul göndərəcəyini deyərək, əgər onda plastik bank kartı varsa, həmin kartı bank hesab nömrəsi ilə ona verməsini xahiş etmişdir. Tanışının ona pul göndərdikdən sonra kartdan pulu çıxardıb kartı geri qaytacağını bildirmişdir. İlk öncə onun təklifi ilə razılaşmamış, sonradan isə özünə məxsus “EkpressBank”a məxsus 5492 3600 1434 3656 seriyalı “expressö mastercard” adlanan plastik kartı onunla Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində görüşərək Ağgülə vermiş, buna qədər Ağgülü şəxsən görməmiş, Ağgülü ilk dəfə həmin vaxt görmüş, həmin kart Ağgüldə bir gün qaldıqan sonra Ağgül onu geri qaytarmış, ancaq ona yenidən pul göndəriləcəyini və kartı yenidən ona verməli olacağını bildirmiş, razlaşıb kartı Ağgüldən almış, aradan təxminən bir həftə keçdikdən sonra Ağgül özünə məxsus bank kartını istədiyindən kartı yenidən Ağgülə yaşadığı Sumqayıt şəhəri, 1-ci məhəllə ərazisində görüşərək ona vermiş, ancaq bu dəfə ona məxsus kart təxminən bir ay müddətində Ağgüldə qalmış, həmin müddətdə ona məxsus plastik bank kartına hissə-hissə təxminən 7.000 manat pul köçürülmüş, həmin pullar 900, 700, 600, 500, 400, 200, 150 manat kimi məbləğlərdə olmaqla hissə-hissə ona məxsus bank kartına köçürülmüşdür. Karta pul köçürüldükdən sonra isə təxminən bir saatdan sonra kartdan pul çıxarılmış, bundan 050 *** ** ** saylı mobil telefonuna gələn sms mətnləri vasitəsilə ilə xəbər tutmuş, özünə məxsus bank kartı Ağgüldə olan müddətdə kartı geri qaytarmağını tələb etsə də, Ağgül müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. Təxminən 2018-ci ilin dekabr ayının sonlarında Ağgüldən çətinliklə kartını geri almış, Ağgül ona məxsus bank kartını onunla yaşadığı məhəllədə görüşərək vermiş, bundan sonra daha Ağgüllə görüşməmiş, olanlardan məlumatsız olmuş, sonradan ifadəsinin alınması üçün polis idarəsinə dəvət edildikdə Zərərçəkmiş şəxs şikayət ərizəsi yazaraq Samirə, Atlas və digərlərinin falına baxmaq adı ilə və digər məqsədlərlə ona məxsus xeyli miqdarda pulu dələduzlıuq yolu ilə alıb ələ keçitmələrini bildirdiyini öyrənmişdir. Ona məxsus bank kartı Ağgüldə olduğu müddətdə pulun kim tərəfindən köçürülməsi, eləcə də kartdan pulun kim tərəfindən çıxarılması barədə heç bir məlumatı olmamışdır. Özünəməxsus bank kartı Ağgüldə olduğu müddətdə karta köçürülən puldan hər hansı məqsədlə istifadə etməmişdir. Eləcə də hər hansı ödəniş etməmişdir. Ancaq iki dəfə Ağgüldən kartı geri alaraq birincisi 2018-ci ilin noyabr ayının sonlarında, ikincisi isə 2018-ci ilin dekabr ayının sonlarında ilşədiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən ona ödənilmiş 200 manat əməkhaqqı məvacibini çıxartmış və sonra kartı Ağgülə qaytarmışdır. Özünəməxsus bank kartını Təqsirləndirilən şəxs istifadə etmək üçün verməsinin müqabilində Ağgül ona cəmi bir dəfə 20 manat pul vermiş, o, bir neçə dəfədə ona 10 və ya 20 manat məbləğlərində pul verməsini təklif etsə də, ondan başqa məbləğdə pul almamış, “Atlas” adlı Rusiya Federasiyasında yaşayan qohumu və ya tanışı yoxdur. Bundan başqa, Təqsirləndirilən şəxs onu tanımadığını, onunla görüşmədiyini bildirsə də, o, bir dəfə dəqiq tarixini xatırlamadığı tarixdə Ağgüldən kartını qaytarmasını istəmiş, Ağgüllə kartı alması üçün vaxt və yer təyin edilmiş, Ağgülün görüşə gəlmədiyini görüb onun mobil telefon nömrəsinə sms yazaraq gətirib evinə kartı verməsini ondan istəmişdir. Həmin sms məlumatı da, cinayət işinin istintaqı zamanı çıxarılıb ona təqdim edilmiş və o həmin sms-i özünün yazdığını və göstərdiyi məqsədlə yazdığını müstəntiqə bildirmişdir. Həmçinin Şahid3 ifadəsində, hətta bir dəfə bank kartını Ağgülün götürməsi üçün evin yaxınlığında yerləşən tanıdığı mağazanın satıcısının yanında qoyduğunu, Ağgülün kartı həmin satıcıdan götürdüyünü bildirdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, Şahid1 təxminən iki il əvvəl tanımış, onunla Nürəddin adlı tanışı vasitəsilə tanış olmuşdur. Nağdsız ödənişlər etmək üçün özünə “xxxxxxxxxxxx”dan “Kapitalkart Visa” adlı **********944909 seriyalı plastik kart almış və həmin kartdan müxtəlif vaxtlarda istifadə edərək müxtəlif nağdsız ödənişlər həyata keçirtmişdir. Təxminən 2018-ci ilin dekabr ayında Nurəddin ondan həmin kartı istəmiş və bir nəfər tanışının ona pul göndərəcəyini deyərək, tanışının ona göndərəcəyi pulu plastik kartın bank hesabına köçürdükdən sonra həmin pulu kartdan çıxararaq istifadə etməsinə icazə verməsini xahiş etmişdir. Bununla razılaşaraq özünə məxsus kartı Nurəddinə vermiş, ona məxsus kart təxminən iki gün müddətində Nurəddində qalmış, sonra isə Nurəddin ona məxsus kartı geri qaytarmış, bundan təxminən bir həftə sonra Nurəddinin vastəsilə tanış olduğu Sənan ona müraciət edib özünə məxsus kartı ona verməyini xahiş etmiş və onada pul göndəriləcəyini deyib, ona pul göndərəcək şəxsin göndərdiyi pulu kartdan çıxardıqdan sonra kartı geri qaytaracağını bildirmişdir. Sənanın xahişindən sonra özünə məxsus kartı Sənana vermiş, ona məxsus kart təxminən 2-3 gün müddətində Sənanda qalmış, bundan sonra Sənan ona məxsus kartı geri qaytarmış, aradan təxminən 4-5 gün keçdikdən sonra Sənan ona yenidən pul göndəriləcəyini bildirərək kartı istəmiş, kartı Sənana verdikdən sonra Sənan kartı geri qaytarmamış, Sənandan özünə məxsus kartı geri qaytarmasını dəfələrlə tələb etdikdə o, kartı Nurəddinə verəcəyini, kartı ondan götürəcəyini bildirsədə, sonradan ona məxsus kartıöz tanışı olan qıza verdiyini, tanışı olan qızın rəfiqəsinin ona pul göndərdiyini, tanışının kartla işini qurtardıqdan sonra kartını gerdi qaytaracağını bildirmişdir. Bundan sonra Sənanın dediklərindən şübhələndiyindən kartının hesabında daxil olan və çıxarılan pulları internet vasitəsilə telefonuna yüklədiyi proqram vasitəsilə izləməyə başlamış, təxminən 2019-cu ilin yanvar və fevral ayları ərzində ona məxsus karta hissə-hissə olmaqla təxminən 5000 manat pulun köçürüldüyünü, sonra isə çıxarıldığını müşahidə etmişdir. Həmin pullar ona məxsus karta iki dəfə 1000 manat, qalan hallarda isə 400-500 manat məbləğlərində olmaqla köçürülmüş və sonra isə kartdan çıxarılmışdır. Sənandən bunun nə olduğunu soruşduqda o tanışı olan qıza rəfiqəsinin pul borclu olduğunu, həmin pulları ona məxsus karta adını demədiyi qız tanışının rəfiqəsinin köçürdüyünü, karta pul köçürüldükdən sonra isə həmin pulu çıxardıb tanışına verdiyini bildirmiş, sonradan Sənan ona məxsus kartın şifrəsinin səhv yığılması səbəbindən kartın bağlandığını bildirmiş və kartı blokdan çıxartmasını xahiş etmişdir. Həmin ərəfədə vaxtı olmadığından Sənanın xahişini yerinə yetirə bilməmiş, bundan sonra ona məxsus 051 *** ** ** saylı mobil nömrənin votsapına 051 *** ** ** saylı mobil nömrədən bir nəfər qadın sms yazaraq Sənanın kartını ona verdiyini, ancaq kartın şifrəsinin səhv yığılması səbəbindən kartın bağlandığını bildirmiş və kartı blokdan çıxartmağını xahiş etmiş, bundan sonra həmin qadına Sənanla birlikdə görüşmələrini və kartdakı pulu çıxartmasını, sonra isə kartını ondan geri almasını təklif etmiş, ancaq həmin qız vaxtının olmadığını bildirib görüşməkdən imtina etmişdir. Bundan sonra kartı blokdan çıxardıb kartın balansında olan 400 manat pulu kartdan çıxarıb həmin pulun 250 manatını Sənana vermiş, qalan 150 manat pulu isə Sənanın razılığı ilə özü götürmüşdür. Sonradan polis idarəsinə dəvət edildik dəvət Zərərçəkmiş şəxs şikayət ərizəsi yazaraq Samirə, Atlas və digərlərinin falına baxmaq adı ilə və digər məqsədlərlə ona məxsus xeyli miqdarda pulu dələduzlıuq yolu ilə ələ keçirtmələrini bildirdiyini öyrənmişdir. Özünə məxsus bank kartına köçürülən puldan bir dəfə Sənanın razılığı ilə 150 manat pul çıxarıb götürmüş, bundan başqa təxminən 50 manat dəyərində özünə məxsus karta köçürülmüş puldan telefonuna danışıq vaxtı yükləmiş, digər ödənişlər etmiş, ona məxsus karta pulun kim tərəfindən köçürülməsi, eləcədə kartdan pulun kim tərəfindən çıxarılması barədə heç bir dəqiq məlumatı olmamışdır. Özünəməxsus kartı Sənana vermiş, ilk olaraq Sənan ondan kartı alanda ona tanışı tərəfindən pul göndəriləcəyini, ona məxsus kartdan pulu özünün çıxaracağını bildirmiş, sonradan isə Sənan ona məxsus kartı öz tanışı olan adını demədiyi qıza verdiyini, həmin qızında rəfiqəsinin Sənanın tanışı olan qıza pul borclu olduğunu və borcunu ona məxsus plastik kartın bank hesabına hissə-hissə köçürdüyünü, onun tanışınında ona məxsus karta köçürülən pulu kardan çıxartdığını bildirmişdir. Özünə məxsus bank kartını Şahid1 vasitəsilə onun tanışı Təqsirləndirilən şəxs istifadə etmək üçün verməyinin müqabilində Sənan və ya Ağgül tərəfindən ona hər hansı məbləğdə ödəniş edilməmişdir. Həmçinin Şahid2 həmçinin bildirdi ki, o telefonuna “bir kart” proqramını yüklədiyindən karta pul köçürülən kimi bundan xəbər tutmuşdur. Həmin karta köçürülən pullar çıxarıldıqda əgər kartda hansısa qalıq məbləğlər qalırdısa həmin məbləğlərə o, telefonuna kontur yükləyir və ya təxminən 5-10 manat dəyərində evin kommunal xərclərini ödəmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs (Samirəni) təxminən 2015-ci ildən tanımışdır. Həmin ərəfədə Sumqayıt ASAN Xidmət X1 ilə “asan könüllü” işləmiş, Nərminlə Ağgül sinif yoldaşı olmuş, Ağgül arada bir Nərminlə görüşmək və ya digər məqsədlərlə Sumqayıt ASAN Xidmət Mərkəzinə gəldiyi vaxt onu Nərminin yanında görüb tanımış, sonradan isə Ağgülün bacısı Aygünlə sosial şəbəkədə qiyabi tanış olmuşlar. Ağgülün Aygünü, Aygünün isə Ağgülü “İntagram” sosial şəbəkəsinə aid şəxsi səhifələrində dostluğa qəbul etdiklərini öyrənmiş, təxminən 2018-ci ilin noyabr ayının əvvələrində Aygün Ağgülün yaxın münasibətdə olduğu şəxsin ona göndərdiyi pulu ala bilməsi üçün özünə məxsus plastik bank kartını istədiyini bildirmiş, aradan təxminən iki gün keçdikdən sonra Aygün onunla və nişanlısı Ələsgər Həsənovla birlikdə Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində olarkən markasını xatırlamadığı taksi avtomobili ilə olduqları yerə gələrkən, Aygün özünə məxsus “EkpressBanka” məxsus plastik bank kartını ona vermiş, daha sonra olanlardan məlumatsız olmuş, sonradan isə bacısından özünə məxsus plastik kartı bir neçə dəfə Ağgüldən alaraq, sonra yenidən ona verdiyini, bacısına məxsus plastik bank kartının Ağgüldə olduğu müddətdə bacısına məxsus plastik kartın bank hesabına hissə-hissə təxminən 7.000 manat pul köçürüldüyünü, sonradan isə həmin pulların kartdan çıxarıldığını, ən sonda isə bacısı Aygün ifadəsinin alınması üçün polis idarəsinə dəvət edildikdə Zərərçəkmiş şəxs adlı şəxsin şikayət ərizəsi yazaraq Samirə, Atlas və digərlərinin falına baxmaq adı ilə və digər məqsədlərlə ona məxsus xeyli miqdarda pulu alıb dələduzluq yolu ilə ələ keçirtmələrini bildirdiyini öyrənmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun doğma bacısı olmasa da birlikdə böyümüşlər. Zərərçəkmiş şəxsi də tanıyır. Onun Ağgül barəsində dedikləri şər və böhtandır. Belə ki, Atlas adlı falçını internet vasitəsi ilə o tapsa da daha sonra həmin şəxsin votsap nömrəsini Sevincə vermişlər və Sevinc özü Atlasla votsap vasitəsi ilə əlaqə saxlamış və Atlas Sevinci aldatmışdır. Ağgülün heç bir günahı yoxdur. İş üzrə mütəxəsis qismində cəlb edilmiş Kapitalbank ASC-nin əməkdaşı X12 bildirdi ki, barəsində sorğu verilmiş və məlumatlar çıxarılmış 416 973 321 *** **** seriyalı“Kapitalkart Visa” adlanan plastik kart və“EkpressBank” tərəfindən verilmiş, “expressö mastercard bank kartlarından çıxarışa baxarkən həmin bank kartlarına pul məbləğləri əksər hallarda karta yükləndiyi gün, yəni mədaxil edildiyi gün və yaxud onun sabahısı günü kartdan məxaric edilmişdir. Həmin məbləğlərin ən böyüyü 1500, 1200, 1000 manat, karta mədaxil edilmiş və məxaric edilmiş məbləğlərin əksəriyyəti 700, 600, 500 və 400 manat məbləğləri təşkil edir ki, karta mədaxil edilmiş həmin məbləğlər eyni gündə məxaric edilmiş, bəzi məbləğlər eyni gündə ayrı-ayrı bankomatlardan çıxarılmışdır. Qeyd olunan məbləğlərin əksəriyyəti «Kapitalbank»-ın Qubadlı filialının yanındakı bankomatdan, həmçinin “Kaptalbank”ın Gənclik filialından, “KapitalBank”ın “Liman” Tibb Mərkəzinin yanındakı bankomatlardan, bundan başqa Kristal Abşeron yaşayış kompleksinin yanındakı bankomatlardan çıxarılmışdır. Cinayət işi materiallarına əlavə edilməsi üçün “xxxxxxxxxxxx” ASC-i tərəfindən təqdim edilmiş 01 ədəd diskə və Şahid2 məxsus plastik kartın bank hesabından çıxarışlara baxış keçirilərək maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Həmin 01 ədəd diskdə olan görüntü və çıxarışlardan müəyyən edilmişdir ki, “xxxxxxxxxxxx” ASC-i tərəfindən təqdim edilmiş 01 ədəd diskin yaddaşında, 06 (altı) ədəd, birincisi “xx.xx.2019”, ikincisi xx.xx.2019”, üçüncüsü” xx.xx.2019”, dördüncüsü“xx.xx.2019”, beşincisi “xx.xx.2019” və altıncısı xx.xx.2019” adlı, birinci faylın yaddaşında xx.xx.2019-cu il tarixdə çəkilmiş 14 ədəd üz cizgilərindən Şahid1 məxsus rəngli formatda, ikinci faylın yaddaşında xx.xx.2019-cu il tarixdə çəkilmiş 16 ədəd üz cizgilərindən Təqsirləndirilən şəxs məxsus rəngli formatda, üçüncü faylın yaddaşında xx.xx.2019-cu il tarixdə çəkilmiş 70 ədəd üz cizgilərindən Təqsirləndirilən şəxs məxsus rəngli formatda, dördüncü faylın yaddaşında xx.xx.2019-cu il tarixdə çəkilmiş 25 ədəd üz cizgilərindən Şahid1 məxsus rəngli formatda, beşinci faylın yaddaşında xx.xx.2019-cu il tarixdə çəkilmiş 14 ədəd üz cizgilərindən Şahid1 məxsus rəngli formatda və altıncı faylın yaddaşında xx.xx.2018-cu il tarixdə çəkilmiş 21 ədəd üz cizgilərindən Şahid2 məxsus rəngli formatda foto görüntülərin olduğu müəyyən olunmuşdur. xxxxxxxxxxxx” ASC-i tərəfindən təqdim edilmiş Şahid2 məxsus plastik kartın bank hesabından çıxarışlara baxış keçirilərkən plastik kartın bank hesabına 2019-cu ilin yanvar ayının 1-dən 2019-cu ilin mart ayının 31-dək olan müddətdə ümumilikdə 10870 AZN pulun köçürüldüyü, 10870.37 AZN pulun çıxarıldığı müəyyən olunmuşdur. Cinayət işi materiallarına əlavə edilməsi üçün “xxxxxxxxxxx” ASC-i tərəfindən təqdim edilmiş Şahid3 məxsus plastik kartın bank hesabından çıxarışa baxış keçirilərək maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. “xxxxxxxxxxx” ASC-i tərəfindən təqdim edilmiş Şahid3 məxsus plastik kartın bank hesabından çıxarışlardan plastik kartın bank hesabına 2018-ci ilin noyabr ayının 1-dən 2019-cu ilin yanvar ayının 30-dək olan müddətdə ümumilikdə 5644.24 AZN pulun köçürüldüyü, 5580.54 AZN pulun çıxarıldığı müəyyən olunmuşdur. Cinayət işi materiallarından müəyyən edilir ki, “xxxxxxx” MMC-i və “xxxxxxxx” MMCdən daxil olmuş 02 ədəd diskə baxış keçirilərək maddi sübut kimi cinayət işi materiallarına əlavə edilmişdir. Həmin disklərdə olan məlumatlardan müəyyən edilmişdir ki, “xxxxxxx” mobil operatoruna məxus “*** *** ** **” saylı mobil nömrə Zərərçəkmiş şəxs, “xxxxxxxx” mobil operatoruna məxsus “*** *** ** **” saylı mobil nömrə Təqsirləndirilən şəxs, “*** *** ** **” saylı mobil nömrə Şahid1, “*** *** ** **” saylı mobil nömrə Şahid2, “*** *** ** **” saylı mobil nömrə isə Şahid3 atası Çingiz Kərimovun adına qeydiyyata alınmış, həmin şəxslərin istifadəsində olmuş, həmin şəxslərin istifadəsində olmuş müvafiq mobil operatorlara məxsus mobil nömrələr arasında qarşılıqlı olaraq müxtəlif vaxtlarada telefon danışıqlarının həyata keçirilmiş və “SMS” mətnləri göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən diskə baxış keçirilməsinə dair protkoldan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 13:04-dəTəqsirləndirilən şəxsməxsus +99451 *** **** saylı mobil nömrədən Zərərçəkmiş şəxs məxsus +**********58 saylı mobil nömrəyə «O, Allaha and olsun,eger yarəli gedib polisə versə, sənə çox pis zərbə vurduracam Seva. Sənki mənim bacımı bacım uşaqların düşünmədin,sənə elə bir zərbə vurduracam ki, altından bilməyəssən çabalayassan orda» məzmunlu SMS göndərilmişdir. Həmçinin 18.12.20.18-ci il tarixdə kərimova Ayğünə məxsus +99450 ******* saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan +**********97 mobil nömrəsinə «Samirə mən getdim evə. Bir saat gözlədim. Gəlmədin» məzmunlu və «Vaxtın olsa evə gətirib verərsən» məzmunlu SMS-lər göndərilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətinin protokolundan görünür ki, Zərərçəkmiş şəxs bir daha onun və bacısı Vəfanın vasitəsilə sosial şəbəkədə tanış olduğu adını “Atlas” kimi bildiyi şəxslə və başqa şəxslərlə qabaqcadan əlbir olaraq dini ayinlərin icra edilməsi yolu ilə özünə və ailə üzvülərinə qarşı “cadu” edilməsi barədə ona həqiqətə uyğun olmayan məlumat verdiyini, bundan başqa edilmiş “cadu”nu təmizləyəcəklərini yalan vəd verib onu aldadaraq, müxtəlif vaxtlarda ümumilikdə 16.000 manat pulunu alıb ələ keçirtdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə istintaqa verdiyi ilkin ifadəsində göstərilən xüsusatları təsdiq etsədə, Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs hər hansı məbləğdə pul almadığını, Zərərçəkmiş şəxs özünə və ailə üzvülərinə qarşı edilmiş “cadunu” dini ayinlərin icra edilməsi yolu təmizlənməsi üçün post terminallar vasitəsilə “Atlas” adlı falabaxan qadına göndərdiyi pulları alıb ələ keçirtmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, istintaq hərəkəti zamanı Şahid1 bir daha rəfiqəsinin ona borclu olduğu pulları göndərməsi üçün plastik bank kartı tapıb verməsini ondan xahiş etməsi səbəbindən, tanışı Şahid2 məxsus plastik bank kartını alıb ona verdiyini, kimə məxsus kartı alıb ona verməsindən onun məlumatlı olduğunu, həmin plastik bank kartına müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul köçürüldüyünü, həmin pulların bir hissəsini onun xahişi ilə özünün çıxarıb ona verdiyini, qalan hissəsinin isə onun tərəfindən bankomatlardan çıxarıldığını Təqsirləndirilən şəxs üzünə qarşı deməklə istintaqa verdiyi ilkin ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid2 bir daha tanışı Şahid1 xahişi ilə özünə məxsus plastik bank kartını ona verdiyini, bank kartının onda olduğu müddətdə karta müxtəlif məbləğlərdə pullar köçürüldüyünü, özünə məxsus plastik bank kartının şifrəsinin yalnış yığılması səbəbindən kartın bloklandığının, həmin ərəfədə aralarında bununla bağlı telefon danışığının olduğunu və kartın blokdan çıxarılmasında ona köməklik etməsini xahiş etdiyini, ancaq ona məxsus kartın hələdə geri qaytarılmadığını Təqsirləndirilən şəxsnın üzünə qarşı deməklə istintaqa verdiyi ilkin ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan Şahid3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə istintaq hərəkəti zamanı Şahid3 bir daha özünə məxsus plastik bank kartını ona verdiyini, ona məxsus bank kartı onda olduğu müddətdə karta müxtəlif məbləğlərdə pullar köçürüldüyünü, ona məxsus bank kartını yaxın münasibətdə olduğu şəxsin təhsil aldığı kollecin təhsil haqqı ödəməsi üçün göndərdiyi pulları çıxartmaq üçün istədiyini deyərək aldığını, 2018-ci ilin noyabr ayının əvvələrindən 2018-ci ilin dekabr ayının sonlarınadak kartının onda qaldığını, sonradan kartını çətinliklə ondan geri aldığını Təqsirləndirilən şəxsnın üzünə qarşı deməklə istintaqa verdiyi ilkin ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli sübutların qiymətləndirilməsinə dair və cinayət işindən cinayət şinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq olunan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə “Atlas” adlı şəxs barəsində şəxsə görə cinayət işi ayrılmış, Şahid2 və Şahid1 əməlində cinayət tərkibinin əlamətləri olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 178.2, 178.2.1 və 178.2.2-ci maddələrinin məzmununa görə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı, xx xxxx 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmçinin qərarda qeyd edilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, dələduzluq cinayət əməlinin tərkibində əmlakın ələ keçirilməsi və ya əmlak hüquqlarının əldə edilməsi ya aldatma ilə yaxud da etibardan suiistifadə etmək ilə realizə edilir. Aldatma dedikdə, özgə əmlakını ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi anlaşılır. Bundan əlavə aldatma həqiqətin təhrif edilməsi və ya həqiqət barəsində susma vasitəsi ilə də edilə bilər. Həqiqətin təhrif edilməsi təqsirkarın müəyyən faktların mövcud olması və ya olmaması barədə yalan məlumat verməkdə ifadə olunduğu halda, həqiqət barədə susma təqsirkarın xəbər verilməsi zəruri olan məlumatları və ya halları gizlətməklə, zərərçəkmiş şəxsə bildirməməklə onun aldadılmasını ehtiva edir. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin etibarından suiistifadə etməklə ona zərər vurması zərərçəkmiş şəxsin, şahidlərinin ifadələri, üzləşdirmə istintaq hərəkəti protokolları, maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş “xxxxxxxxxxx” ASC-i tərəfindən təqdim edilmiş Şahid3 məxsus plastik kartın, “xxxxxxxxxxxx” ASC-i tərəfindən təqdim edilmiş Şahid2 məxsus plastik kartın bank hesabından çıxarışlara, yaddaşında foto görüntü və telefon danışıqları barədə məlumatlar olan disklərə baxış keçirilməsi və götürmə protokolları ilə, eləcədə digər subutlarla təsdiq edilməklə verilmiş ittihamın əsaslılığını tamamlayır. Belə ki qeyd edilən işin hallarıdan da göründüyü kimi təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla, dələduzluq etməsi ilə bağlı istər ibtidai araşdırma orqanı, istərsə də, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı dələduzluq etməsi ittihamın əsaslı olması barədə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəza ilə bağlı isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2ci maddəsi). Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Kollegiya qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ədalətli cəza təyin edilməsi törədilmiş cinayət üçün yalnız sitəm olmamaqla, hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islan edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. Cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Təqsirləndirilən şəxs əməlindən peşman olmağını bildirməklə bunun məntiqi nəticəsi də zərərçəkmiş şəxsə dəymiş zərərdən 2000 (iki min) manat məbləğində ödəniş etmiş və digər zərər nəticəsində dəymiş zərərin ödənilməsi barədə aralarında razılıq əldə etmişdir. Bunun nəticəsi olaraq da zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. Bu hal onun cinayətin törədilməsindən sonrakı davranışının müsbət yöndə inkişaf etdiyini, islah olunma perspektivləri baxımından ümidverici olduğu qənaətini qaçılmaz edir. Şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır, qeyd edilən xüsusatlar birlikdə götürülməlidir. Bunun əhəmiyyəti ondadır ki, bu hal cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edir. Təqsirləndirilən şəxsin törətmiş olduğu əməl nəticəsində dəymiş zərərin bir qismini ödəməsi və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza istəməsi bunun məntiqi nəticəsi kimi dəyərləndirilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Bununla əlaqədar kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cəza təyin edilərkən cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi cinayət əməlini etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsini, vurduğu ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmaması, təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza təyin etməsini xahiş etməsi, təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan cəza təyin edilməklə cəzanın məqsədlərinin təmin edilməsi qənaəti qaçılmazdır. Azərbaycan Respublikası CPM-nin 404-cü maddəsinə müvafiq olaraq cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsinə müvafiq olaraq təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hesab edilir. Azərbaycan Respublikası CPM-nin 405.1.1-ci maddəsinə əsasən cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, dəymiş zərərin məbləği, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs barəsində şikayət və tələbinin olmaması və həbslə bağlı olmayan qərar qəbul etməsini xahiş etməsi nəzərə alınaraq, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılmış Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmiş və xx.xx.2019-cu il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, xx.xx.2020-ci il tarixdən hal-hazırkı tarixədək Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılır. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)40/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli hökmüdəyişdirilməli, Təqsirləndirilən şəxs qızma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və178.2.2-ci maddələri ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası 03 (üç) ilazadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsxx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək tutulduğu 02 (iki) günün və xx.xx.2020-ci iltarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 09 (doqquz) ay, 01 (bir) gün müddəti nəzərəalınmaqla, qəti olaraq Təqsirləndirilən şəxs qızma 01 (bir) il 05 (beş) ay, 24 (iyirmi dörd) günazadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmaspüçün ona xidmətetmək, Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerinidəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədənməlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanıicra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiriləğv edilsin və o məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalı, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalı, qərarın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməklə, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiyaşikayəti təmin edilməli və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təminedilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 404, 407, 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Şəhər Məhkəməsinin 1(060)40/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası 03 (üç) il azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək tutulduğu 02 (iki) günün və xx.xx.2020ci iltarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 09 (doqquz) ay, 01 (bir) gün müddəti nəzərə alınmaqla, qəti olaraq Təqsirləndirilən şəxs 01 (bir) il 05 (beş) ay, 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərarın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Ruhiyyə Əsgərova Hakimlər: Elman Əhmədov Vidadi Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar