Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-199/2023 12.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), X7 və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Vəliyev Vasif Valeh oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X8, zərərçəkmiş şəxsin hüquqi varisi Orxan İsmayılzadənin nümayəndələri – anası X3, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 590/2021 saylı, 27 iyul 2021-ci il tarixli hökmünün təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-590/2021 saylı, 27 iyul 2021-ci il tarixli hökmü (hakimlər S.Hüseynov (sədrlik edən), A.Məcidov və Z.Ağayev) ilə 1 iyun 1989-cu il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Saray qəsəbəsi, 28 aprel küçəsi, fərdi evdə qeydiyyatda olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 11 sentyabr 2020-ci il tarixdən hesablanması, seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi Orxan İsmayılov, nümayəndəsi Nümayəndə və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-22/2022 saylı, 12 aprel 2022-ci il tarixli qərarı (hakimlər M.Rzayev (sədrlik edən və məruzəçi), E.Rəhimov və E.Əhmədov) ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)590/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli hökmünün verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkum Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisi İsmayılov Orxan Elşən oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-253/2023 saylı, 19 yanvar 2023cü il tarixli qərarı (hakimlər İ.Rəcəbov (sədrlik edən və məruzəçi), İ.Qılıcov və V.Cəfərov) ilə məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətlərinin qismən təmin edilməsi, zərərçəkmiş şəxsin hüquqi varisi İsmayılov Orxan Elşən oğlunun kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-22/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qərarı məhkum və onun müdafiəçisinin kassasiya şikayətlərinə münasibətdə ləğv edilməsi, cinayət işi apelyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. İŞİN HALLARİ: Hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 2020-ci il sentyabrın 10-da saat 18 radələrində idarə etdiyi “Mercedes E-Class” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində “Elmar” marketin yaxınlığında taksi fəaliyyəti ilə məşğul olarkən “Renault Megane” markalı **-DN- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs onun avtomobilinin yanında saxlayaraq yaxınlıqda olan şirniyyat mağazasının qarşısında dayanan tanımadığı biri 18 yaşlarında, digəri 50 yaşlarında olan qadınlara söz atmış, həmin qadınların Zərərçəkmiş şəxs bu hərəkətinə pis olduğunu görüb sonuncuya onlara sataşmamasını və oradan getməsini desə də, Zərərçəkmiş şəxs onu dava-dalaşa sürükləyici söhbətlər edərək bir neçə dəfə təkid etdikdən sonra onu avtomobilinə əyləşdirmiş və Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən idman kompleksinin yaxınlığında olan tikinti üçün ayrılmış boş əraziyə aparmış və orada ona olduqları ərazinin insanlardan kənar olduğunu və onlara heç kimin müdaxilə edə bilməyəcəyini bildirərək barmaqları ilə onun sinəsinə sərt şəkildə vurduqdan sonra onlar arasında əlbəyaxa dava başlamış və o, Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirdikdən sonra sonuncu yerə yıxılmış və onun ünvanına nalayiq ifadələr işlədərək öldürəcəyini demiş, o isə Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsindən əsəbləşərək qisas almaq niyyəti ilə sonuncunu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə yumruq-təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək beyin toxumasına, qişalarına və mədəciklərinə qansızma, beyin kötüyünə qansızma və ənsə sümüyünün xətti sınığı ilə müşayiət olunan başın yumşaq toxumalarına qansızma və dərialtı hematoması, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, sağ ağciyərə qansızma ilə müşayiət olunan döş qəfəsinin sağ yan səthinin yumşaq toxumalarının altına qansızma və burun sümüyünün sınığı ilə müşayiət olunan burun nahiyəsinin qançırı və səthi əzilmiş yarası həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, alt dodağın selikli qişasının əzilmiş-cırılmış yarası və qansızması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, üst göz qapağının və çənənin ön səthinin qançırları, hər iki dizin ön səthinin, sol dirsəyin sıyrıqları və üst dodağın selikli qişasına qansızma ilə müşayiət olunan həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan dərəcəsi təyin olunmayan xəsarətləri yetirib Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-590/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsinə tövsif edilməsini, barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm işin faktiki hallarına uyğun deyildir, yalnız istintaq orqanının gəlmiş olduğu qərəzli nəticələrə əsaslanmışdır. Məhkəmə də təəssüf ki, istər ibtidai araşdırma , istərsə də məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara düzgün hüquqi qiymət vermədən nəticədə kobud pozuntularla hökm çıxarmış, nəticədə hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs barəsində düzgün olmayan ittiham hökmü çıxarılmış, ibtidai istintaqın gəlmiş olduğu səhv nəticə məhkəmə tərəfindən təkrarlanmışdır. Belə ki, iş üzrə sübutlar tədqiq olunan zaman istər şahid ifadələri, istərsə də digər sübutlarla hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməsi üçün hər hansı səbəbinin olmaması müəyyən edilir. Baş vermiş hadisə əvvəldən sona çatanədək zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində olmuş, yəni özü mübahisəni başlamış, onu dayanmış olduğu yerdən götürərək mübahisə olan yerə aparmış, orada ona bədən xəsarətləri yetirmişdir. Yalnız bundan sonra Təqsirləndirilən şəxs özünü müdafiə etmək və zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin qarşısını almaqdan ötrü sonuncuya müəyyən zərbələr endirmiş, bundan sonra zərərçəkmiş şəxs qaçaraq yıxılmış, Təqsirləndirilən şəxs hadisə yerini tərk edərək getmişdir. İş materiallarından da göründüyü kimi bütün hadisələr iş üzrə yeganə sübut olan Təqsirləndirilən şəxs vermiş olduğu ifadəyə əsaslanır, işdə hadisənin mahiyyəti ilə bağlı hər hansı bilavasitə sübut yoxdur. Bununla belə müdafiəçisi olduğu Təqsirləndirilən şəxs qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilinib məhkum edilməsi tamamilə absurddur. Hökmdə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə qismən təqsirli bilməsi qeyd olunsada, bu tamamilə absurddur, belə bir ifadə olmamış, o, özünü həmin maddə ilə ümumiyyətlə təqsirli bilməmişdir. O, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi ilə təqsirli bilmiş və hesab edir ki, iş materiallarında olan sübutlar buna dalalət edir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-590/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsinə tövsif edilməsini, barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş etmişdir. CİNAYƏT PROSESİ İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Dövlət ittihamçısı X12 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi Orxan İsmayılzadənin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi Orxan İsmayılzadənin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üzrə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət qanunvericiliyinin maddəsi üzrə əməlinin sübut olunmasını, cəza təyin edərkən təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran halın olmamasını, yüngülləşdirən hal kimi isə könüllü gəlib təqsirini boynuna almanı nəzərə almışdır. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, hökmün ləğv edilərək, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsinə tövsif edilməsini, barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsi isə vermiş olduqları apellyasiya şikayətlərində ləğv edilməsini, işi daha ağır ittiham verilməsi əsası ilə birinci instansiya məhkəməsinə qaytarılmasını, işə mahiyyəti üzrə baxılacağı təqdirdə könüllü gəlib təqsirini boynuna alma barədə müddəaların hökmdən xaric edilməsini və təqsirləndirilən şəxs barəsində 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişlər. Həmin apellyasiya şikayətləri təmin edilməmiş, gəlinən nəticə dəyişdirilmədən saxlanılmışdır. Həmin nəticədən məhkum Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisi İsmayılov Orxan Elşən oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişlər. Kassasiya instansiya məhkəməsi tərəfindən məhkum və onun müdafiəçisinin kassasiya şikayətləri qismən təmin edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti isə təmin edilməmişdir. Kassasiya instansiya məhkəməsi həmin nəticəyə gələrkən məhkəmələr tərəfindən qəbul edilmiş yekun qərarlarda məhkəmə baxışları zamanı əldə edilmiş sübutlar düzgün qiymətləndirilmədiyini və bu səbəbdən həmin qərarlarda göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyini, məhkum Təqsirləndirilən şəxs barəsində cinayət təqibini davam edən birinci və apellyasiya instansiyaları məhkəmələri də iş üçün əhəmiyyətli olan sübutları qanunamüvafiq qaydada qiymətləndirmədiyini göstərmişdir. Bu isə onu ehtiva edir ki, hazırkı apellyasiya icraatının predmeti təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinin dəlillərinin kassasiya instansiya məhkəməsinin qərarında göstərilən xüsusatlar nəzərə alınmaqla dəyərləndirilməsi təşkil edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar kassasiya instansiya məhkəməsinin gəldiyi nəticəni nəzərə alaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib, tədqiq edilmiş sübutlar üzrə dəyərləndirmə apararaq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsüf edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə cinayət işinin hallarına uyğun gəlmədiyindən, həmin maddə üzrə təqsirləndirilən şəxsin barəsində ittiham hökmünün çıxarılması barədə gəlinən nəticə qanuni və əsaslı hesab edilməməli, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Apellyasiya instansiya məhkəməsində əvvəlki icraat zamanı məhkəmə baxış iclasında şahid qismində dindirilmiş ekspert X5 onun tərəfindən verilmiş rəyi müdafiə edərək, sual-cavab formasında olan ifadəsində bildirmişdir ki, yetirilən xəsarətlər ağırlıq dərəcəsinə görə ayrılmışdır. Xarici müayinənin sonunda xəsarətlərin bədənin hansı hissələrində yerləşdiyi, ölçülərinin nə qədər olması qeyd edilmişdir. Ənsə sümüyü arxa hissədə yerləşir. Hazırki rəy üzrə ənsə sümüyünün üstündə köndələn istiqamətində və bir az əyri formada sınıq xəttin olması qeyd edilmişdir.Ekspertiza zamanı başın yumşaq toxumalarında olan xəsarətlər ayrılır və kənardan görünməsə belə başın yumşaq toxumalarında xəsarətlər ola bilir və bununla bağlı rəyin aşağısındakı fotoda onlar fərqləndirilmişdir. Hər hansı bir alətlə həmin nahiyyələrə xəsarət yetiriləndə o sümüyün üstündə yumşaq toxumalarda həmin alətə aid izlər olur. Ancaq rəydə qeyd etdiyi kimi sümüyün üstündə və yaxud yumşaq toxumalarda hər hansı alət izi aşkarlanmadığı üçün bununla bağlı fikir bildirmək mümkün olmamışdır. Xətti sınıq bir yumruq zərbəsindən də əmələ gələ bilər. Bu istisna olunmur. Hazır ki iş üzrə rəydə maddi sübutlar təqdim olunmadığından buna aid fikir bildirə bilməmişdir. Ancaq yıxılıb xəsarət almaqla bağlı rəydə qeyd etmişdir ki, ola bilsinki xəsarətlərin xüsusiyyətlərinə uyğun olaraq onlar məhdud, yaxud geniş səthə malik alətlər tərəfindən yetirilmiş olsun.Yumruq zərbəsinin təsiri altında yıxılma nəticəsində həmin xəsarətlər yaranmış ola bilər. Ölümə səbəb olan xəsarətin yetirilmə anında şəxsin yıxılı, yaxud ayaqüstə vəziyyətdə olması ilə bağlı rəydə qeyd etmişdir ki, xəsarətlər bədənin müxtəlif nahiyələrindədir və əgər yıxılmış olsa belə, o bütün istiqamətlər üzrə yox, yalnız bir tərəf üzrə yıxılmış olacaqdır. Bundan başqa sağ döşün orta hissəsindən aşağı nahiyyələrində də xəsarətlər olmuş və bunun nəticəsində ağır dərəcəli qansızmalar baş vermiş, bu da böyük ehtimal ki yetirilən zərbələrin təsirindən yaranmışdır. Döş qəfəsində yaranmış qançırlar xəsarət dərəcəsinə görə yüngül xəsarətlərdir. Sifət nahiyyəsində xəsarətlər az ağır xəsarətlərdir. Az ağır xəsarətlər ölümə səbəb ola bilməz. Sifət nahiyyəsindəki xəsarətlərin yumruq zərbəsinin təsiri altında, yoxsa yıxılma nəticəsində yaranması ilə bağlı qeyd etmişdir ki, yıxılma zamanı bədənin qabarıq nahiyyələri daha tez xəsarətlər alır və hazırki iş üzrə burunda yaranmış sınıq yıxılmanın təsiri nəticəsində yaranmış ola bilər. Çünki, dirsək və dizlərindəki sıyrıqlar məhz bu hala dəlalət edir. Şəxs bir neçə dəfə yıxılmış ola bilər və qeyd etmişdir ki xəsarətlər həm yumruq, həm də yıxılma nəticəsində yaranmış ola bilər. Çünki xəsarətlər məhz aralarında olan dava zamanı yaranıb. Bədənin arxa nahiyələrində olan xəsarətlərin (beyinin arxa hissəsi və b.) yıxılma nəticəsində baş vermiş olduğunu qeyd etməmişdir. Ola bilər ki, şəxs üzü üstə yıxılmış olsun və arxadan ona zərbələr endirilsin. Baş beyinə və beyin kötüyünə qan sızma ilə müşayiət olunan ənsə sümüyünün sınması eyni zərbənin təsiri altında yarandığı üçün onları ayırmamışdır. Təcrübədə dəfələrlə rast gəlinibdir ki, ənsə sümüyü sınmamış olsun, lakin beyinə qan sızma olsun. Beyinə qan sızmanın dava zamanı və yaxud yıxıldıqdan sonra zərbə nəticəsində yaranması nəticəsində baş verə bilməsi ilə bağlı qeyd etmişdir ki, qan sızma üçün baş beyin kəlləsinə xəsarətlər yetirilməlidir və başa hansı istiqamətlərdən xəsarətlər yetirlməsindən asılı olmayaraq beyin xəsarət alacaqdır. Rəydəki 5-ci suala verdiyi cavabın axırıncı cavabında müstəntiq həmin xəsarətlərin hansı nahiyələrdə yerləşdiyini və hansı alətlərin təsiri altında yarandığını sual olaraq verdiyi üçün ona uyğun cavab vermiş və həmin halı dəqiqləşdirə bilmədiyindən cavabı da bu cür olmuşdu. Təqsirləndirilən şəxsin müayinəsi nəticəsində qoyulmuş suallara verdiyi cavablar rəydə əks olunmuşdur. Apellyasiya instansiya məhkəməsində əvvəlki icraat zamanı məhkəmə baxış iclasında dindirilərkən müstəntiq Natiq Məmmədov ifadəsində bildirdi ki, istintaqı tam, obyektiv, hərtərəfli aparmış, cinayət işi üzrə toplanmış sübutları qanunvericiliyin tələblərinə uyğun daxili inamına əsasən qiymətləndirmişdir. Belə ki, istintaq zamanı bütün şahidlər, hər iki tərəfin təqdim etdiyi şahidlər dindirilmiş, telefon danışıqları, kamera görüntüləri götürülmüş, əməlliyyat tapşırığı icra olunmuş və cavab alınmış və cinayətin bir qrup şəxs tərəfindən törədilməsinə dair hər hansı sübut əldə olunmadığından istintaq yekunlaşdırılaraq ittiham aktı tərtib olunmuşdur. Şahid2 Sahil oğlunun hadisə baş verən gün maşının hərəkət trayektoriyasının tam götürülməməsi ilə bağlı qeyd etmişdir ki, bununla bağlı zərərçəkən tərəf ibtidai istintaq zamanı da vəsatət qaldırmışlar və həmin vəsatətlə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə ünvanlanan müraciətlə STŞ 25, STŞ 49 saylı kameraların 10 sentyabr 2020-ci il tarixli, saat 18:00 radələrinə aid görüntüləri istənilmişdir. Lakin kamera görüntülərinin arxiv müddəti bir ay olduğundan həmin görüntülərin əldə olunması mümkün olmamışdır. Buna da səbəb vəsatətin bir ay sonra verilməsi idi. İstintaq orqanı olaraq ilkin olaraq sorğular verilmiş və görüntülər alınmışdır. Kamera görüntüləri Elmar marketin döngəsi, 17-ci mikrorayon adlanan əraziyə aid olmuşdur. Qeyd etmişdir ki, xatırladığına görə vəsatətdə qaldırılan əsas məsələ kameranın niyə tam fırlanmaması olmuşdur. Bununla bağlı Daxili İşlər Nazirliyinə sorğu verilmiş və cavab olaraq bildirilmişdir ki, kamera işlək vəziyyətdə olsa da 360 dərəcə fırlana bilmir. Müstəntiq kimi daxili inamına əsaslanaraq istintaqı aparmışdır. Hadisə yerində heç bir şahid olmamış, yeganə şahid Nurlan adlı şəxs olmuş və Nurlan ifadəsində hadisə yerində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs başqa heç kimi görmədiyini demişdir. İstintaq zamanı kamera görüntüləri ümumi olaraq götürülmüşdür. Kamera görüntüləri 18:00-dan 19:00-a qədər olan zamanı əhatə edir. Kamera görüntüləri sırf dəqiqliklə Zərərçəkmiş şəxs idarə etdiyi maşına münasibətdə götürülməmişdir. Hamin kamera görüntüləri Zərərçəkmiş şəxs hadisə yerinə gələnədək olan zamana aiddir. 18:00 -19:00 radələrinə aid kamera görüntüləri götürülmüşdür ki, həmin vaxt əlavə hər hansı şəxsin də hadisə yerinə gedibgetməməsi müəyyən olunsun. Ancaq həmin radələrdə Zərərçəkmiş şəxs məxsus maşının ardınca digər bir şəxsin, o cümlədən Şahid2 adlı şəxsin hərəkət etdiyi müşahidə olunmur. Görüntülərdə dəqiq aydın olur ki, Elgün hadisə yerinə getdikdən bir neçə dəqiqə sonra Mirsahil ifadəsində də qeyd etdiyi kimi həmin istiqamətdə getmiş, ancaq Saray yolu istiqamətinə dönmüşdür. Hadisə ümumi olaraq təxminən 5 dəqiqə ərzində baş vermişdir. İfadələrin yerində yoxlanılması istintaq hərəkətləri ilə və zərərçəkmiş şəxsin yıxılma anını görən yeganə şahid Nurlanın ifadəsi ilə həmin vaxt hadisə yerindən Teymurdan başqa heç kimin olmadığı qənaətinə gəlinmişdir. Vəsatət verildikdən sonra həmin görüntülərin əldə olunması ilə bağlı müraciət edilsə də arxiv müddəti bitdiyindən əldə edilə bilinməmişdir. Qəsdən adam öldürmə işlərinin istintaq təcrübəsinə uyğun olaraq ilk olaraq hadisəni görmüş şahid – Nurlan dindirilmişdir. Müstəntiq ifadəsində həmçinin bildirmişdir ki, Mirsahil adlı şəxs dindirilmişdir. Hadisənin baş vermə müddəti ümumi olaraq 5-6 dəqiqəni əhatə edir. Videogörüntülərlə də Mirsahilin Elgünün arxasınca bir neçə dəqiqə sonra maşınla çıxdığı, lakin əks istiqamətə Saray yoluna doğru hərəkət etdiyi görünür. Nurlan adlı şahid də hadisə yerində iki nəfərdən başqa heç kimi görmədiyini bildirdiyi üçün Mirsahil adlı şəxsin həmin cinayətdə iştirakçılığını sübut edən heç bir fakt olmamışdır. İş materialları ilə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında telefon danışığının olması müəyyən edilməyib. Zərərçəkmiş tərəf iş materialları ilə tanış olublar. Bütün telefon danışıqları götürülüb və telefon danışıqlarının götürülməsində dindirilən bütün şahidlər iştirak ediblər. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında hadisə baş verən gün və ondan əvvəl hər hansı telefon danışığı olmamışdır. İş materialları ilə zərərçəkmiş şəxsin nümayəndəsi və hüquqi varisi tanış olublar. Ola bilər ki, sənədlərin surətlərini çıxardarkən səhvlik ediblər. Bir daha bildirir ki, hadisə gününə aid telefon danışıqlarının olduğu disk və baxış protokolu iş mateiallarında vardır. Sumqayıt Şəhər Polis İdarəsinin cinayət-axtarış şöbəsinin rəis müavini Şahid12 də cinayət işi üzrə dindirilmişdir. İbtidai istintaq zamanı dindirilən şahidlərin zərərçəkmiş şəxsin hüquqi varisi Orxan İsmayılova onların verdikləri ifadələrin təhrif olunması və dəyişdirilməsi ilə bağlı dediklərinə cavab olaraq bildirmişdir ki, cinayət işinin materiallarına bütün şahidlərin vermiş olduqları ifadələri əlavə olunubdur və həmin ifadələr həmin şahidlərin və müstəntiqin imzası ilə təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid7 Ələddin oğlu ifadəsində bildirdi ki, qardaşı Təqsirləndirilən şəxs hadisədən əvvəl metalik rəngli “Mercedes E-Class” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Teymur adətən Sumqayıt şəhəri, 18-ci mikrorayon dairəsi, “Elmar” marketin yaxınlığında dayanıb müştəri toplamışdır. Sonuncu dəfə 2020-ci il sentyabrın 10da qardaşı Teymur iş qrafikinə görə evdə olmuş, saat 18:45-də Teymur ***- ***-**-** saylı mobil nömrəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində bir cavan oğlanla dalaşdığını və evə gəldiyini demişdir. Həmin vaxt Teymurdan kiminlə dalaşdığını soruşduqda həmin şəxsi tanımadığını bildirmişdir. Teymurun səsinin həyəcanlı gəldiyini görüb tez evə gəlməsini tapşırmışdır. Buna baxmayaraq Teymurun evə gəlmədiyini görüb bir neçə dəfə onunla əlaqə saxlamış və Teymur bir azdan gələcəyini demişdir. Təxminən birinci zəngindən 40 dəqiqə sonra Teymur evə gəlmişdir. Teymur ona saat 18 radələrində 18-ci mikrorayon dairəsi, “Elmar” marketin yaxınlığında avtomobilində müştəri gözləyərkən tünd rəngli “Renoult” markalı avtomobilin yanında saxladığını, avtomobili idarə edən cavan oğlanı tanımadığını, dayandığı yerin yanında həmin şəxsin 2 xanıma söz atdığı üçün onların arasında mübahisə olduğunu, bu mübahisədən sonra adını sonradan bildiyi Elgünün qardaşı Teymuru təkidlə maşınına otuzdurub kənar yerdə mübahisəsini davam etdirmək istədiyini, Teymur isə bir neçə dəfə Elgünə buna ehtiyac olmadığını bildirsə də, sonuncunun təkidlə Teymuru öz maşınına otuzdurub yaşadığı yerə yaxın olan 17-ci mikrorayon ərazisindəki boş ərazidə saxladığını və həmin ərazidə Teymuru dava etməyə sürüklədiyini, bundan sonra onların arasında yumruq-təpik davası olduğunu, davanın sonunda Zərərçəkmiş şəxs həmin ərazini tərk etmək istəyərkən ağzıüstə yerə yıxıldığını, qardaşı Təqsirləndirilən şəxs bunu görüb qorxduğundan orada olan başqa cavan oğlana Zərərçəkmiş şəxs su verməsini və kömək etməsini xahiş etdikdən sonra oradan ayrıldığını demişdir. Teymur baş verənlər barədə ona danışdıqdan sonra Sumqayıt şəhərində olan tanıdıqları ilə əlaqə saxladıqda Zərərçəkmiş şəxs hadisə yerində keçindiyini, lakin X16 maşınının onu xəstəxanaya apardığını öyrənmişdir. O, xəstəxana ilə də əlaqə saxladıqda Zərərçəkmiş şəxs öldüyü bildirilmişdir. Teymur özü gedib polisə könüllü təslim olmuşdur. Qardaşı Teymur polisə könüllü olaraq təslim olmağa gedəndə o da qardaşı ilə getmişdir. Onları Sumqayıt şəhərinin girişində əməliyyat müvəkkili Bəxtiyar müəllim qarşılamışdır. O, hadisə baş verən gün Sumqayıtda olmuş, hadisə yerinə getməmişdir. Həmin gün Bakıya getməmişdir. O, polis idarəsinə taksi ilə, qardaşı isə polis əməkdaşlarının xidməti maşını ilə getmişdir. Qardaşı evə axşam saat 7-8 radələrində gəlmiş və evdə təxminən 1 saat olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs 1 ildən çoxdur ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs da onun kimi taksi sürücüsü olmuş və ikisi də həmişə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Elmar” marketin qarşısında dayanaraq Bakı-Sumqayıt yolu üzrə sərnişin gözləmişlər. 10 sentyabr 2020-ci il tarixdə axşamüstü saat 18 radələrində həmişə olduğu kimi Bakı şəhərinə sərnişin daşımaq üçün “Mercedes-190” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Elmar” marketin qarşında dayanmışdır. Orada olarkən Təqsirləndirilən şəxs da “Mercedes” markalı avtomobilinin baqajında oturub sərnişinlərin gəlməsini gözləmişdir. Təxminən 10-15 dəqiqə sonra bir avtomobil onların olduğu yerə yaxınlaşmışdır. Həmin avtomobil bir neçə dəqiqə orada qaldıqdan sonra Təqsirləndirilən şəxs həmin avtomobildəki adama tərəf baxaraq “nəyə baxırsan?” deyə səslənmişdir. O həmin adamın Zərərçəkmiş şəxs olduğunu sonradan öyrənmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs “Fərid” şirniyyat evinin qarşısında olan qızlara söz atmış, onları narahat etmişdir. Sonuncunun bu hərəkəti Təqsirləndirilən şəxs xoşuna gəlmədiyi üçün o, Zərərçəkmiş şəxs mədəni formada bu hərəkəti etməməsini bildirmişdir. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs bu sözlərinə kobud formada cavab vermiş, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs kobud cavablarından sonra avtomobilə yaxınlaşıb pəncərədən başını içəriyə salaraq danışmağa başlamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs avtomobilini qırağa çəkməsini və danışmaq üçün düşməsini demiş, ancaq sonuncu təkidlə Təqsirləndirilən şəxs avtomobilə minməsini söyləmiş və bu sözündən sonra Təqsirləndirilən şəxs məcbur olub həmin avtomobilin qabaq oturacağına əyləşmişdir. Təqsirləndirilən şəxs avtomobilə əyləşən kimi Zərərçəkmiş şəxs avtomobili sürətli sürərək oradan ayrılmış və “Daş bazarı” istiqamətində getmişdir. Bundan təxminən 1-2 dəqiqə sonra avtomobilinə əyləşib Saray qəsəbəsi istiqamətində hərəkət etmişdir. Həmin vaxt istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonu ilə Təqsirləndirilən şəxs nömrəsinə bir neçə dəfə zəng etmiş, lakin sonuncu zənglərinə cavab verməmişdir. O, Zərərçəkmiş şəxs avtomobili “Daş bazarı” istiqamətində sürdüyünü nəzərə alaraq ətrafa baxmış, ancaq gözünə heç nə görünməmişdir. Buna görə də onların Saray qəsəbəsi istiqamətində getdiklərini düşünüb avtomobilini həmin istiqamətdə sürmüş, lakin Saray qəsəbəsində yerləşən “Panarama” adlı kafenin qarşısına qədər yolboyu onlar gözünə görünməmişdir. Bundan sonra o, yenə də bir neçə dəfə Təqsirləndirilən şəxs zəng etdikdən sonra sonuncu cavab verərək həyəcanlı səslə onu “Daş bazarı” tərəfdən gəlib götürməyini xahiş etmişdir. Təqsirləndirilən şəxsla danışdıqdan 3 dəqiqə sonra isə deyilən yerə çatmışdır. Çatan kimi Təqsirləndirilən şəxs avtomobilə oturmuş və “Elmar” marketin qarşısına sürməyini xahiş etmişdir. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla dalaşdığını, sonuncunun yaralandığını demişdir. Təqsirləndirilən şəxs ondan dalaşdığı yerə, yəni Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “İdman kompleks”i tərəfə getməyini, nə baş verdiyini öyrənməyini, eyni zamanda Zərərçəkmiş şəxs kömək etməyini xahiş etmişdir. O da Təqsirləndirilən şəxs “Elmar” market tərəfdə düşürdükdən dərhal sonra deyilən yerə getmiş, orada Zərərçəkmiş şəxs yerdə uzandığını və ətrafda çoxlu insanların olduğunu görmüşdür. Dərhal avtomobilindən düşərək bir müddət orada qalmışdır. Daha sonra Təqsirləndirilən şəxs zəng edərək baş verənləri danışmış, sonuncu isə hər şeyi özü qaydasına qoyacağını demişdir. Bir müddət keçdikdən sonra yenidən Təqsirləndirilən şəxs zəng etdiyi zaman sonuncunun qardaşı Şahid7 telefonu götürüb Zərərçəkmiş şəxs artıq öldüyünü, buna görə də Təqsirləndirilən şəxs təslim etməyə getdiklərini bildirmişdir. Teymurla Elgün gedəndən 1 dəqiqə sonra o da onların arxasınca getmişdir. O, hadisə yerinə tək getmişdir. Elgün arxası üstə yerə uzanmış, üstbaşı qan olmuşdur. Teymuru “Daş bazarı” istiqamətində yolun kənarından götürmüş və 18ci mikrorayon istiqamətinə gedib Teymuru orada düşürmüşdür. Onun Teymuru maşınla götürdüyü yerlə hadisə baş verən yer arasında 300-400 metr məsafə olmuşdur. Hadisə yerinə gedən zaman polis əməkdaşları hadisə yerində olmamışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid4 və Şahid3 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid1 ifadəsində bildirdi ki, 10 sentyabr 2020-ci il tarixdə həmişə olduğu kimi saat 17 radələrində işdən çıxmış və təxminən bir saat yarıma Sumqayıt şəhərinə çatmışdır. Sumqayıta çatan kimi 17-ci mikrorayon ərazisində yerləşən “Ucuz market”ə gedib spirtli içki aldıqdan sonra oradan çıxmışdır. Marketdən ayrılıb telefonla danışaraq Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən “İdman kompleksi” tərəfə gəzərək gəlmiş və kompleksin qarşısındakı yolda daşın üzərində oturmuşdur. Saat 18:15 radələrində ani olaraq başını sağa tərəf döndərəndə yerə yıxılmış vəziyyətdə bir oğlan görmüş, dərhal telefon zəngini sonlandırıb oraya getmişdir. Yerdə üzü asfalta doğru yıxılmış vəziyyətdə olan adamı, yəni sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs qucaqlayıb divara tərəf oturtmaq istəmiş, ancaq bunu edə bilmədiyindən adamı düzünə istiqamətdə yenidən yerdə uzatmışdır. Həmin yaralıya yaxınlaşdığı zaman orada olan 165-170 sm hündürlükdə, girdə sifət, orta köklükdə, üzü bir az tüklü bir oğlan həmin yaralıya kömək etməyini və üzünə su vurmağını xahiş etmişdir. Sonradan həmin adamın Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs çox həyəcanlı görünmüş və günahının olmadığını, Zərərçəkmiş şəxs göstərərək sonunucunun onu davaya təhrik etdiyini demişdir. Təqsirləndirilən şəxs bu sözləri dedikdən sonra həmin yerdən sağ istiqamətə doğru irəliləyib oranı tərk etmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində tünd rəngli qısaqol köynək olmuşdur. Hadisə baş verən yerdə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və ondan başqa heç kim olmamışdır. Həmçinin Zərərçəkmiş şəxs burun hissəsi tərəfdə yüngülvari qan olduğunu, şalvarının da yaş olduğunu görmüşdür. Bundan sonra o həmin ərazidə oynayan azyaşlı uşaqlardan su gətirmələrini xahiş etmişdir. Uşaqlar suyu gətirdikdən sonra suyu Zərərçəkmiş şəxs üzərinə tökmüş, ancaq sonuncu yenə də hərəkətsiz vəziyyətdə qalmışdır. Zərərçəkmiş şəxs telefonunu tapıb yaxınlarına zəng etmək üçün sonuncunun ciblərinə baxmış, ancaq tapa bilməmişdir. Orada olan azyaşlı bir uşaq ona Zərərçəkmiş şəxs tanıdığını, qonşusu olduğunu, orada olan avtomobilin də Zərərçəkmiş şəxs məxsus olduğunu bildirmişdir. Telefonu tapmaq üçün avtomobilə baxmış, ancaq yenə də tapa bilməmişdir. Daha sonra həmin uşaqdan Zərərçəkmiş şəxs ailəsinə xəbər verməsini xahiş etmişdir. Artıq hadisə yerinə başqa insanlar da gəlmiş, onlar X16a və polisə zəng etmişlər. X16 avtomobili gələn kimi orada olan insanlarla birlikdə Zərərçəkmiş şəxs X16 avtomobilinə qoymuş, daha sonra isə evə getmişdir. Teymur özü Elgünə kömək etməmişdir. Elgünün üz nahiyəsində zədələr olmuş, öldüyünü X16 əməkdaşları demişdir. Elgünü yerdə görən zaman onunla mərhumun arasında 1015 metr məsafə, orada olan uşaqlarla onların arasında isə 30-40 metr məsafə olmuşdur. Orada təxminən 10-15 nəfər uşaq olmuş, o həmin uşaqlara yaxınlaşmamışdır. Hadisə yerində hər hansı kəsici alət və ya küt əşya görməmişdir. Elgünə kömək edən zaman sonuncu hərəkətsiz olmuşdur. Elgünün gözləri açıq olmuş, ancaq gözləri tərpənməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid6 ifadəsində bildirdi ki, hadisə günü, yəni 10 sentyabr 2020-ci il tarixdə günün sonuna yaxın saat 19:40 radələrində həmişə taksi kimi dayandığı “Elmar” marketin yaxınlığına gəlmişdir. Oradan keçdiyi zaman Təqsirləndirilən şəxs da avtomobili ilə yanından keçmişdir. Təqsirləndirilən şəxs yanından keçərkən ona siqnal verərək ardınca gəlməyini demişdir. O da ilk başda Təqsirləndirilən şəxs birlikdə sərnişin aparmalı olduqlarından belə etdiyini zənn etmiş, buna görə də Təqsirləndirilən şəxs avtomobilini izləmiş, ancaq yolda olarkən işıqforun qırmızı işığına düşdüyündən Təqsirləndirilən şəxs itirmiş və sonra öz istifadəsində olan ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan (+**********) saylı mobil nömrəsinə zəng etmişdir. Təqsirləndirilən şəxs telefonuna cavab verdiyi zaman sonuncuya yolu itirdiyini demiş, Təqsirləndirilən şəxs isə qabaqda onu gözlədiyini bildirmişdir. Bundan sonra onlar Saray qəsəbəsində yerləşən “internatın kruqu” deyilən yerə yaxın yerləşən Təqsirləndirilən şəxs evlərinin qarşısında avtomobili saxlamışlar. Onlar orada dayandıqdan sonra Təqsirləndirilən şəxs avtomobilindən düşərək tələsik bir şəkildə evə keçmiş, o da Təqsirləndirilən şəxs nə olduğunu, nə üçün buraya gəldiklərini soruşmağa belə fürsət tapa bilməmişdir. Teymur evə girdikdən təxminən 3-5 dəqiqə sonra çıxaraq dərhal onun avtomobilinə minmiş və ondan Bakı şəhərinə sürməyini xahiş edərək orada bir işi olduğunu demişdir. O da avtomobili Bakı şəhəri, “Gənclik” metrostansiyası istiqamətinə sürmüşdür. Avtomobildə olarkən Təqsirləndirilən şəxs həyəcanlı olduğunu görüb nə baş verdiyini soruşduğu zaman o heç bir şey demək istəməmişdir. Onlar “Gənclik” metrostansiyasının yaxınlığına çatdıqdan sonra Təqsirləndirilən şəxs ona “Gənclik Mall” ticarət mərkəzinin qarşısında dayanmağını bildirmiş, o, avtomobili orada saxladıqdan sonra Təqsirləndirilən şəxs avtomobildən düşmüş, o da avtomobildən enmişdir. Təqsirləndirilən şəxs orada Ramin adlı bir dostu gözləmişdir. Təqsirləndirilən şəxs Raminlə görüşüb söhbət edərkən tanımadığı bir şəxslə yumruq davası etdiklərini, ancaq sonradan dalaşdığı şəxsin ölmüş ola biləcəyini demişdir. Ramin də Təqsirləndirilən şəxs dediklərindən sonra Sumqayıt şəhər Polis İdarəsinin CAŞ-nin rəis müavini, polis mayoru Şahid12 zəng edib hadisəni danışmış, Şahid12 Təqsirləndirilən şəxs dalaşdığı şəxsin ölüb-ölmədiyi barədə dəqiq bir məlumatı olub-olmadığını soruşmuşdur. Şahid12 də həmin şəxsin artıq öldüyünü bildirmişdir. Ramin Şahid12 təslim olmaq üçün Təqsirləndirilən şəxs hara gəlməli olduğunu soruşduqda o, Sumqayıt şəhərinin çıxışına “Maşın bazarı” tərəfə gəlmələrini demişdir. Sonra onlar Təqsirləndirilən şəxs evinə gedərək sonuncunun qardaşı Şahid7 götürüb birlikdə həmin yerə getmişlər. Ramin isə onlarla gəlməyib şəhərdə qalmışdır. Onlar orada Şahid12lə görüşdükdə sonuncunun yanında bir neçə polis əməkdaşı da olmuşdur. Şahid12 onlarla görüşdükdən sonra Təqsirləndirilən şəxs cinayəti törətdiyini bildirmiş, bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs polis idarəsinə aparmışlar. Bakıya gedən zaman Teymur yolda Sahilə zəng etmişdir. Teymur Sumqayıt şəhərinin çıxışında polisə təslim olmuşdur. Sonradan öyrənmişdir ki, polis əməkdaşı Şahid12 Raminin sinif yoldaşı olmuşdur. Teymuru gecə saat 12 radələrində təslim olmağa aparmışlar. Teymur ona taksi pulu kimi 20 manat vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid8 ifadəsində bildirdi ki, mərhum Zərərçəkmiş şəxsla tanışlığı 2012-ci ildən başlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs, Şahid10 və Cəlal Manafov “Atena” süd və süd məhsulları şirkətində birgə işləmişlər. Oradan işdən çıxdıqdan sonra Zərərçəkmiş şəxs taksi fəaliyyəti ilə məşğul olmağa başlayaraq, əsasən, Bakı şəhəri, “20 yanvar” dairəsində dayanıb BakıSumqayıt marşrutu üzrə sərnişin daşımışdır. Hadisə günü, yəni 10 sentyabr 2020-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək kafedə olub-olmadığını soruşduqda orada olduğunu bildirmiş və Elgün pivə içmək üçün kafeyə gələcəyini demişdir. Bundan təxminən 15-20 dəqiqə sonra Elgün kafeyə gəlmiş və o, tək olmuşdur. Onlar hal-əhval etdikdən sonra Elgün kafedəki otaqların birinə keçib pivə sifariş etmiş, bir neçə bakal pivə içmişdir. O həmin vaxt iş başında olduğu, digər müştərilərlə maraqlandığı üçün ara-sıra Zərərçəkmiş şəxs yanına gedib-gəlmişdir. Saat 16 radələrində Elgün ona kafenin qarşısına çıxıb bir az söhbət etməyi təklif etmiş, Elgün həmin vaxt içkili olduğundan maşın sürməsi üçün digər dostu Şahid9 çağırmışdır. Onlar bir qədər danışdıqdan sonra Şahid9 kafenin qarşısına gəlmiş, daha sonra Zərərçəkmiş şəxs Şahid9la oranı tərk etmişdir. Bundan təxminən 40-45 dəqiqə sonra Zərərçəkmiş şəxs kafeyə geri dönüb Şahid9 düşürtdüyünü demişdir. Ancaq yenidən kafeyə daxil olmamış və qapının ağzında onunla sağollaşıb evə gedəcəyini demişdir. O, Elgünə içkili maşın sürməməsini dedikdə sonuncu ona yol polislərinin günorta saatlarında içkiyə görə maşın saxlamadığını və yorğun olduğu üçün evə getmək istədiyini demişdir. Zərərçəkmiş şəxs sağollaşdıqdan sonra maşınına minib oranı tərk etmişdir. Saat 20 radələrində Sumqayıt ŞPİ-nin əməkdaşları kafeyə yaxınlaşıb ona bir şəkil göstərək şəkildəki şəxsi tanıyıbtanımadığını soruşmuşlar. O da şəkilə baxıb şəkildəki şəxsin Elgün olduğunu görmüş və polis əməkdaşlarından nə baş verdiyini soruşduqda ona 18-ci mikrorayon dairəsində “Elmar” marketin yaxınlığında Zərərçəkmiş şəxs hansısa şəxslə mübahisə edib dalaşdığını və dava zamanı aldığı xəsarətlərdən öldüyünü bildirmişlər. Elgün hadisə baş verən gün bir neçə bakal pivə içmişdir. Elgün dava-dalaşa meyilli şəxs olmamışdır. O, Teymur adlı şəxsi əvvəllər tanımamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid9 ifadəsində bildirdi ki, mərhum Zərərçəkmiş şəxsla tanışlığı 2013-cü ildən başlamışdır. Hadisə günü, yəni 10 sentyabr 2020-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək görüşmək istədiyini bildirmişdir. Bundan sonra o, saat 16 radələrində evdən çıxmış və “Milli Xörəklər” restoranına getmişdir. Oraya çatdıqda restoranın önündə Zərərçəkmiş şəxs Şahid8 ilə söhbət etdiyini görmüş və həmin vaxt Zərərçəkmiş şəxs sərxoş olduğunu anlamışdır. Zərərçəkmiş şəxs nə içdiyini soruşduqda o, pivə içdiyini demişdir. Sonra Zərərçəkmiş şəxs ona telefon ustasına gedərək arvadının telefonunu təmirdən götürməli olduğunu bildirmiş və onlar birlikdə Sülh prospektindəki “Məktəbli kitab evi”nin yanında yerləşən telefon təmiri mağazasına gedib telefonu götürmüşlər. Daha sonra H.Əliyev prospektində yerləşən “Paliqon” adlı hərbi geyim mağazasına getmişlər, o, oradan xidməti forması üçün “POLİS” yazısı almış və yenidən “Milli Xörəklər” kafesinin önünə getmişlər. Zərərçəkmiş şəxs avtomobilini ustaya aparmalı olduğunu, ustadan çıxdıqdan sonra Cəlal Manafovu götürərək yenidən yanına gələcəyini deyib getmişdir. Bundan sonra ustaya getmiş, təxminən 1 saat ustanın yanında olduqdan sonra Cəlal Manafova zəng edərək sonuncunu götürməyə gələcəyini demiş və yola çıxmasını bildirmişdir. Cəlal Manafovun yanına çatana yaxın Elvin ona zəng edərək Zərərçəkmiş şəxs avtoqəzaya düşdüyünü və X1 bildirmişdir. O da dərhal xəstəxanaya getmiş və ora çatdıqdan sonra 18-ci mikrorayon dairəsində “Elmar” marketin yaxınlığında Zərərçəkmiş şəxs bir şəxslə mübahisə edib sonra dalaşdığını və dava zamanı aldığı xəsarətlərdən yerə yıxıldığını bilmişdir. O, Zərərçəkmiş şəxs yanından ayrıldıqdan 2 saat sonra onun öldüyü xəbərini eşitmişdir. Elgünün həyat yoldaşının telefonunu götürməyə gedəndə maşını o sürmüşdür. Elgünün kiməsə sataşdığını görməmişdir. Elgün müsbət xarakterizə olunan bir şəxs olmuşdur. Elgünün içkili olduğu vaxt mübahisə etməsini görməmişdir. Hadisə barədə ilk dəfə ona Elvin məlumat vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid10 Şahid9 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid11 ifadəsində bildirdi ki, mərhum Zərərçəkmiş şəxs dayısı Aydın Məhəmmədovun kürəkəni olmuşdur. 10 sentyabr 2020-ci il tarixdə saat 18:00-da işdən çıxıb iş yoldaşının avtomobili ilə evə gəlmiş, evə gedərkən 17-ci mikrorayon ərazisində yerləşən “Olimpiya” kompleksinin yanından keçərkən Elgünün oğlu Kamranın həyəcanlı şəkildə qaçdığını görmüş, bu vaxt Kamranı saxlayıb hara qaçdığını soruşduqda o, atasının kiminləsə dalaşdığını deyib kompleksin yanında olan əraziyə tərəf getmişdir. Həmin istiqamətə baxanda 10-15 nəfərin kompleksin qarşısında olan boş ərazidə yarımtikilinin yanında olduğunu görüb o istiqamətə getmişdir. Ora çatanda Elgünün burun nahiyəsinin az da olsa qanadığını, hərəkətsiz üzü yuxarı vəziyyətdə yerdə uzandığını və ətrafdakıların onun paltarlarını qasıq nahiyədən yuxarı çəkib üz-gözünə su vurub köməklik etdiklərini görmüşdür. O, dərhal Elgünə yaxınlaşıb əli ilə üzünə və bədəninə vurmuş və bədəninin soyuq, üz-gözünün isti olduğunu görmüşdür. Bundan sonra o, sol əli ilə Elgünün bilək nahiyəsindən sıxıb nəbzini yoxlamış və nəbzinin 3-4 saniyədən sonra bir dəfə zəif atdığını hiss etmişdir. X16 çağırmaq istəyəndə oradakı insanlar artıq çağırdıqlarını bildirmişlər. Həmin vaxt dayısı qızı Səidə ilə sonuncunun anası Sevda xanım ora gəlmiş və vəziyyəti görüb ağlamağa başlamışlar. Təxminən 2-3 dəqiqə sonra X16ın əməkdaşları gələrək Elgünü ilkin müayinə etdikdən sonra artıq onun öldüyünü demişlər. Həmin vaxt o, həkimlərə Elgünü xəstəxanaya aparmalarını desə də, onlar polislər gəlmədiyindən Elgünə əl vura bilməyəcəklərini bildirmişlər. Bundan sonra o, saat 18:40 radələrində istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə DİN-nin “102” zəng xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Təxminən 2-3 dəqiqə sonra polis əməkdaşları gəlmiş və vəziyyəti öyrənərək Elgünü TTTY avtomobilinə yerləşdirib xəstəxanaya aparmışlar. Hadisə yerinə gəldiyi zaman Elgün yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Hadisə yerinə gəldiyi vaxt orada təxminən 10-15 nəfər olmuşdur. Hadisə yerində olan şəxslər Elgünün dalaşdığını bildirmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid12 ifadəsində bildirdi ki, 10 sentyabr 2020-ci il tarixdə saat 19 radələrində Sumqayıt ŞPİ-nin 1ci Polis Bölməsi tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayon, idman kompleksinin yaxınlığında xx.xx.1988-ci il təvəllüdlü, Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 1, otaq 164 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında o və digər polis əməkdaşları birgə cinayəti törətmiş şəxsi tapmaq üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri görməyə başlamışlar, lakin təqsirləndirilən şəxsin şəxsiyyəti onlara məlum olmamışdır. Saat 22 radələrində əvvəlcədən qiyabi tanıdığı Ramin adlı sinif yoldaşı istifadəsində olan 077-79710-00 saylı mobil nömrəsindən zəng edərək həmin cinayəti dostunun törətdiyini və təslim olmaq üçün Sumqayıt ŞPİ-nə gəlmək istədiyini bildirmiş, o da Raminə Bakı-Quba magistral yolundan Sumqayıt şəhərinə girəcəkdə maşın bazarının qarşısında onları qarşılayacağını demişdir. Bundan təxminən 1 saat sonra Təqsirləndirilən şəxs, qardaşı İsrafil və digər xatırlamadığı şəxs avtomobillə ora gəlmişlər. Təqsirləndirilən şəxs avtomobildən düşdükdən sonra cinayəti özünün törətdiyini bildirərək təslim olmaq istədiyini demişdir. Bundan sonra onlar da Təqsirləndirilən şəxs oradan götürərək prokurorluğa təqdim etmişlər. Onun Təqsirləndirilən şəxsla qohumluq münasibəti olmamışdır. Hadisə yerinə getmişdir. Teymurla dəqiq saat neçədə görüşdüklərini xatırlamır. Görüşdükləri vaxt axşam olmuşdur. Hadisə barədə məlumat aldıqdan sonra əməliyyat axtarış tədbirlərinə başlamışlar. İsmayıl İsrafilovu tanımır. Ramin adlı sinif yoldaşı olmuş, onunla Sumqayıt şəhərində 17 nömrəli tam orta məktəbdə oxumuş, lakin çox az münasibəti olmuşdur. Orta məktəbi 1998-ci ildə bitirmişdir. Ramin Teymurla Bakıda olduqlarını bildirmişdir. Teymur təslim olmağa gəldiyi vaxt Ramin onunla gəlməmişdir. Raminin nə işlə məşğul olduğunu bilmir. Sonradan Raminin təxəllüsünün “Baraka” olduğunu öyrənmişdir. Hadisə baş verən yerdə olan şəxslərdən biri “onlar orada dalaşdılar, sonra onlardan biri yaxınlaşıb ona su verin, kömək edin” sözlərini dediyini bildirmişdir. Onlar zərərçəkmiş şəxsi dindirmək üçün xəstəxanaya getsələr də, orada onun öldüyünü öyrənmişlər. Teymurla görüşən zaman ondan başqa orada 3 nəfər polis əməkdaşı da olmuşdur. O, hadisə barədə Teymurla danışmışdır. Teymur ona mərhum zərərçəkmiş şəxslə qıza söz atdığı üçün dalaşdığını bildirmişdir. Teymur təslim olduqdan sonra hadisəni özünün törətdiyini etiraf etmişdir. Teymur təslim olmağa gələn zaman sonuncunun qardaşı İsrafil də onunla gəlmişdir. Birinci instansiya məhkəməsində ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, 10 ildən artıqdır ki, taksi sürücüsü kimi çalışır. Belə ki, o, əsasən Bakı-Sumqayıt yolu üzrə sərnişin daşıyır və daha çox “Sülh Plaza” tərəfdə dayanır. O, Təqsirləndirilən şəxs 2 il ildir ki, tanıyır, sonuncu da onun kimi taksi sürücüsü olmuşdur. Buna baxmayaraq o, Təqsirləndirilən şəxsla ibadət əhli kimi tanış olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs da onun kimi namaz qılıb ibadət edən olmuşdur. Sonuncu dəfə isə o, Təqsirləndirilən şəxs öncədən götürdüyü 100 manat borcu qaytarmaq üçün 10 sentyabr 2020-ci il tarixdə saat 18:20 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs səsi həyəcanlı gəlmişdir. O, Təqsirləndirilən şəxs nə baş verdiyini soruşduğunda ona tanımadığı bir şəxslə dalaşdığını və həmin şəxsin yerə yıxıldığını, buna görə də bərk qorxduğunu, hazırda “Elmar” market tərəfə maşınının yanına getdiyini demişdir. O, telefonla danışdığı zaman Təqsirləndirilən şəxs avtomobilsiz olduğunu və buna görə onu gəlib 6-cı mikrorayon ərazisində yerləşən “AzPetrol”un qarşısından götürməsini demişdir. Bundan təxminən 20 dəqiqə sonra Təqsirləndirilən şəxs ona yenə zəng edərək onun yerini dəqiqləşdirib yanına gəlmişdir. O, Təqsirləndirilən şəxsla görüşəndə borcu olan 100 manatı sonuncuya vermiş, həmçinin Təqsirləndirilən şəxs ona hadisə barədə ətraflı danışmışdır. Belə ki, Təqsirləndirilən şəxs adını sonradan bildiyi Zərərçəkmiş şəxs “X17”nin qarşısında dayanan iki qadına söz atdığı üçün əsəbləşib sonuncunu qızları narahat etməməsi barədə xəbərdarlıq etmişdir. Bu sözlərdən sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs dava etməyə məcbur edərək təkidlə maşınına oturtmuş və hadisə yerinə 17-ci mikrorayon ərazisində yerləşən olimpiya kompleksinin yanına boş əraziyə sürmüşdür. Zərərçəkmiş şəxs orada Təqsirləndirilən şəxs əl ataraq dava etməyə məcbur etmişdir. Dava yalnızca yumruq-təpiklə olmuş və davanın sonunda Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Buna görə də Təqsirləndirilən şəxs hadisə yerini tərk etdikdən sonra taksi yoldaşı Şahid2 Zərərçəkmiş şəxs kömək etmək üçün ora getməsini xahiş etmişdir. Bu sözlərdən sonra o, Təqsirləndirilən şəxs 29-cu məhəllədə yerləşən “Kalxoz” bazarının yanında çayxanaya sürməsini demişdir. Belə ki, o, Təqsirləndirilən şəxs çox həyəcanlı olduğunu bildiyindən orada sonuncunu sakitləşdirmək istəmişdir. Təqsirləndirilən şəxs onunla olduğu vaxtda tez-tez Şahid2 ilə danışmış və Zərərçəkmiş şəxs barədə məlumat almışdır. Sonuncu dəfə saat 19:20 radələrində Şahid2 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldüyünü bildirmiş və Təqsirləndirilən şəxs da özünü itirərək evə getmək istəmişdir. O, Təqsirləndirilən şəxsla sağollaşıb təskinlik verdikdən sonra sonuncunu evə yola salmış və bundan sonra o, Təqsirləndirilən şəxs görməmişdir. Bundan bir neçə saat sonra o, Təqsirləndirilən şəxs könüllü olaraq Sumqayıt ŞPİ-nə gedərək təslim olduğunu öyrənmişdir (cild 1, iş vərəqə 197-200). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən hadisəni törətdiyi yeri və şəraiti əyani olaraq göstərmişdir (cild 1, iş vərəqə 70-73). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, baxış keçirilən hadisə yeri Sumqayıt şəhəri, 17-ci mikrorayon, ərazisində yerləşən Olimpiya Kompleksinin yanında yarımtikili kimi ətrafı çəpərlənmiş boş ərazidir. Həmin ərazi giriş hissəsi 1,45m hündürlükdə kənarları taxta olan dəmir setka ilə əhatələnmiş və giriş qapısı 1,92x1,07m ölçülərdə taxta çərçivə olub aşağı hissədən yarımçıq 1,1 m hündürlükdə 7 ədəd bir-birinə bərkidilmiş taxta parçası ilə örtülmüşdür. Həmin giriş qapısından içəri daxil olduqda mərkəzi hissədə 1,53 m məsafə irəlidə yerdə asfalt örtüyün üzərində qanabənzər ləkələr müşahidə edilmiş və pambıq vasitəsilə hopdurulmaqla nümunələr müvafiq formada qablaşdırılaraq götürülmüşdür. Həmin giriş qapısından içəri daxil olduqda sol tərəfdə üzəri kafellə üzlənmiş yarımtikili, həmin yarımtikilinin yan və qarşı hissəsində müxtəlif tikinti materialları və digər əşyalar müşahidə olunmuşdur. Hadisə yerinə baxış zamanı hər hansı əhəmiyyət kəsb edən hal, əşya və ya iz, həmçinin hadisə yerində şübhəli əşya və ya predmet müşahidə edilməmişdir. Həmçinin meyitə baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs təşrih stolu üzərində arxası üstə kişi meyiti uzadılmış və meyitin əynində aşağıdakı paltarlar vardır: göy rəngli cins şalvar, şalvarın belində qara rəngli kəmər, qəhvəyi rəngli 3 düymə köynək, ağ rəngli mayka, boz rəngli tuman, 1 cüt qara corablar, 1 cüt qara ayaqqabı vardır. Paltarların cibləri boşdur. Meyit zəif qidalı olmaqla düzgün bədən quruluşuna sahibdir və boyu 170,0 sm-dir. Meyitə əllə toxunduqda ilıq olub qıcıması üzçənə əzələlərində və əl barmaqlarında zəif inkişaf etmişdir, digər əzələ qruplarında inkişaf etməmişdir. Meyit ləkəsi bədənin arxa və yan səthini əhatə etməklə solğun göyümtül rəngdə olub barmaqla təzyiq etdikdə rəngi itir və 15-20 saniyəyə əvvəlki rəngini bərpa edir. Baş tükləri qara rəngdə olub qıvrımdır, uzunluğu 2-3 sm-ə qədərdir. Gözləri qapalıdır, bəbəklər bərabər genəlmişdir, diametri 0,5 sm-dir, güzehli qişa qəhvəyi rəngdədir. Ağlı qişa qansızmasızdır. Burun sümüklərində patoloji hərəkətlilik qeyd olunur. Üz-skelet sümüklərini əllədikdə patoloji hərəkət qeyd olunmur. Ağzı qapalıdır, dişləri tamdır, təbiidir. Xarici qulaq və burun keçəcəkləri sərbəstdir. Boynu bədənə müvafiqdir, adi hərəkətlidir. Döş qəfəsi silindrik olub simmetrikdir. Qarnı döş qəfəsi səviyyəsindən aşağıda yerləşmişdir, əllədikdə yumşaqdır. Xarici cinsiyyət üzvləri kişi tipli olub düzgün inkişaf etmişdir. Xəstəlik və zədə əlamətləri yoxdur. Arxa dəlik ətrafı təmiz və zədəsizdir. Meyitin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ üst göz qapağında 1,0x0,8 sm, burun nahiyəsində 3,0x2,8 sm ölçüdə qırmızımtıl-göy rəngli qeyri-müəyyən formalı qançırlar vardır. Burun nahiyəsində qançır fonunda 0,3x0,2 sm ölçüdə kənarları nahamar, üzəri tam qurumamış qanla örtülü səthi yara vardır. Çənənin ön səthində 4,5x3,5 sm analoji qançır vardır. Sağ dizin ön səthində 5,0x4,0 sm, sol dizin ön səthində 6,0x4,8 sm fasiləli yerləşmiş, sol dirsəyin arxa səthində 2,5x2,0 sm ölçülərdə səthləri ətraf dəri səviyyəsindən aşağıda yerləşmiş qırmızı rəngli, üzəri nəmli sıyrıqlar vardır. Alt dodağın selikli qişasında 4,0x3,0 sm ölçüdə tünd qırmızı rəngli qansızma sahəsi və qansızma fonunda 1,5x0,6 sm ölçüdə kənarları nahamar, içərisi qan laxtası ilə dolmuş, mənfəzi açıq yara vardır. Üst dodağın selikli qişasında 3,5x3,0 sm ölçüdə tünd qırmızı rəngli qeyrimüəyyən formalı qansızma vardır. Meyitin bədəni üzərində digər xəsarət və ya xəsarət izi aşkar edilməmişdir (cild 1, iş vərəqə 3-10). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi hadisə zamanı üzərində 1 ədəd qara rəngli qısaqol köynək və üzərində dəri kəmər olan qəhvəyi rəngli şalvar, zərərçəkmiş Zərərçəkmiş şəxs 1 ədəd qısaqol futbolka, 1 ədəd ağ rəngli mayka, 1 ədəd üzərində dəri kəmər olan göy rəngli cins şalvar və 1 cüt dəri ayaqqabıya baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aid olan şalvar qarışıq materialdandır, qəhvəyi rənglidir, üzərində zolaqlar vardır. Uzunluğu 84 sm, bel nahiyəsində eni 50 sm-dir. Şalvarın ön səthində 2 cib, arxa səthində 2 cib vardır. Şalvar öndən zəncirbənd düymə ilə təsbit olunur. Bel nahiyəsində qara rəngli kəmər vardır. Şalvar üzərində zədə və zədə izləri aşkar edilmədi, lakin şalvarın ön səthində sağ diz hissəsində cüzi sürtünmə izləri müşahidə edildi. 1 ədəd qara rəngli qısaqol futbolka, köynək qarışıq materialdandır, qara rənglidir, qısaqoldur. Çiyin nahiyəsində eni 43 sm, uzunluğu 72 sm, qollarının uzunluğu 18 sm. Köynək üzərində zədə və zədə izləri aşkar edilmədi. Zərərçəkmiş şəxs aid 1 ədəd qısaqol futbolka: futbolka qarışıq materialdandır, qəhvəyi rənglidir, üzərində qırmızıgöy böcək şəkilləri var, qısaqoldur. Çiyin nahiyəsində eni 41 sm, uzunluğu 54 sm, qollarının uzunluğu 14 sm. Kofta öndən 3 ədəd düymə ilə təsbit olunur. Futbolkanın səthi çirkli (toztorpaq ləkələri) vəziyyətdədir. Kofta üzərində zədə və zədə izləri aşkar edilmədi. Həmçinin futbolkanın üzərində qanabənzər ləkələr müşahidə edilir. 1 ədəd ağ rəngli mayka: mayka ağ rəngli, qolsuzdur. Uzunluğu 41 sm, eni 58 sm-dir. Maykanın səthi çirkli (toz-torpaq ləkələri) vəziyyətdədir. Mayka üzərində zədə və zədə izləri aşkar edilmədi. Həmçinin maykanın üzərində qanabənzər ləkələr müşahidə edilir. 1 ədəd üzərində dəri kəmər olan göy rəngli cins şalvar: şalvar cins materialdandır, göy rənglidir. Uzunluğu 95 sm, bel nahiyəsində eni 45 sm-dir. Şalvarın ön səthində 2 cib, arxa səthində 2 cib vardır. Şalvar öndən zəncirbənd düymə ilə təsbit olunur. Bel nahiyəsində qara rəngli kəmər vardır. Şalvarın səthi çirkli (toztorpaq ləkələri) vəziyyətdədir. Şalvar üzərində zədə və zədə izləri aşkar edilmədi. 1 cüt dəri ayaqqabı: ayaqqabı qara rənglidir, uzunluğu 27 sm, eni 9 sm, dabanın hündürlüyü 1,5 sm. Ayaqqabının səthi çirkli (toz-torpaq ləkələri) vəziyyətdədir. Bir cüt ayaqqabı üzərində zədə və zədə izləri aşkar edilmədi. Həmçinin ayaqqabının sağ tayında üzərində qanabənzər ləkələr müşahidə edilmişdir (cild 1, iş vərəqə 45-51). Cinayət işinin materiallarından görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Elmar” marketdə quraşdırılmış videomüşahidə kameralarına baxış keçirilərkən müəyyən edilmişdir ki, baxış keçirilən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Elmar” marketin giriş hissəsinin çöl tərəfdən quraşdırılmış videomüşahidə kamerasının 10 sentyabr 2020-ci il tarixdə aldığı görüntülərdir. Belə ki, marketin giriş qapısında quraşdırılmış 1-ci kameranın xx.xx.2020-ci il tarixdə saat 17:51də olan görüntüsündən müşahidə edilir ki, Zərərçəkmiş şəxs idarə etdiyi “Renault Megane” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil “X17”nin qarşısındakı piyada zolağında dayanır. Bundan 1 dəqiqə sonra isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus olan avtomobilə yaxınlaşır və avtomobilin sağ qabaq pəncərəsinə tərəf əyilib danışması müşahidə olunur. Təqsirləndirilən şəxs avtomobilin sağ qabaq pəncərəsinə yaxınlaşıb danışmağa başladıqdan təxminən 40 saniyə sonra Zərərçəkmiş şəxs avtomobilinin sağ, ön oturacağında əyləşir. Təqsirləndirilən şəxs avtomobilə əyləşdikdən dərhal sonra Zərərçəkmiş şəxs özünə məxsus qara rəngli “MEGANE” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə yüksək sürətlə düz istiqamətdə gedərək oradan ayrılır (cild 1, iş vərəqə 100). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı "xxxx" MMC-dən 11 noyabr 2019-ci il tarixdə daxil olan CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, baxış keçirilən diskin üstü qırmızı rəngli olmaqla üzərində qara rəngli qələmlə 11058 rəqəminin yazılması müşahidə olunur. Təqdim olunan diskə “HP” markalı kompüterdə baxış keçirildi. Diskin içərisində “SMS_Tarixçəsi__**********3803__706010070”, ”SMS_Tarixçəsi__**********3809__706010070”,“Zənglərin_Detallaşması__**********3640__ _706010070”,“Zənglərin_Məxsusluq_Tarixçələri__**********3710___706010070_NAR”,“SM S_Tarixçəsi__**********3751__703009892”,“SMS_Tarixçəsi__**********3756__703009892”, “Zənglərin_Detallaşması__**********3629___703009892”,”Zənglərin_Məxsusluq_Tarixçələr i__**********3659___703009892_NAR” adlı 8 fayl vardır. Fayllarda Təqsirləndirilən şəxs adına qeydiyyatda olan (+**********92) mobil nömrədən və Zərərçəkmiş şəxs adına qeydiyyatda olan (+**********70) mobil nömrədən daxil olan və çıxan müxtəlif mobil nömrələrin, həmçinin abunəçilərinə məxsus məlumatlar, mobil telefon nömrəsinə müxtəlif mobil nömrələrdən daxil olan və çıxan sms mətnlərinin məlumatları vardır. Həmin məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs adına qeydiyyatda olan (+**********92) mobil nömrəsindən Zərərçəkmiş şəxs adına qeydiyyatda olan (+**********70) mobil nömrəyə, yaxud da Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hər hansı bir zəngin edilməsi, sms mətnin göndərilməsi, həmçinin hər iki mobil nömrəyə daxil olubçıxan sms mətnlərində istintaq əhəmiyyəti kəsb edən hal müəyyən olunmadı. Həmçinin Təqsirləndirilən şəxs daxil olan, yaxud da ondan çıxan zənglərə baxış keçirilən zaman hadisə günü Təqsirləndirilən şəxs adına qeydiyyatda olan mobil nömrəsi ilə 19:06:00-da, 19:27:41-də, 20:06:35-də, 23:32:05də (+**********25) mobil nömrə arasında, 18:22:47-də, 18:47:20-də (+**********16) mobil nömrəsi arasında, 19:33:27-də, 19:36:05-də, 19:39:15də və 22:08:42-də (+7********) mobil nömrəsi arasında, 19:41:00-də (+**********88) mobil nömrəsi arasında, 19:48:56-da (+5********) mobil nömrəsi arasında, 19:55:18-də (+**********71) mobil mobil nömrəsi arasında zəng danışığı müşahidə edildi. Eyni zamanda, Zərərçəkmiş şəxs daxil olan, yaxud da ondan çıxan zənglərə baxış keçirilən zaman Zərərçəkmiş şəxs adına qediyyatda olan mobil nömrəsilə 9.09.2020-ci il tarixdə 12:47:00-da (+**********28) mobil nömrəsi arasında, hadisə günü 12:36:43-də (+**********89) mobil nömrəsi arasında, 15:19:18-da, 15:20:14-də, 15:27:00-da, 15:30:34də, 15:54:33-də, 17:48:44-də (+**********26) mobil nömrəsi arasında, 15:39:11-də, 15:44:47-də (+**********77) mobil nömrəsi arasında, 15:47:19-da, 17:35:54-də, 17:59:53də (+**********70) mobil nömrəsi arasında, 15:58:33-də, 16:12:42-də (+**********34) mobil nömrəsi arasında, 16:44:13-də, 17:55:00-da (+**********70) mobil nömrəsi arasında zəng danışığı müəyyən edilmişdir (cild 1, iş vərəqə 176-177). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Sumqayıt ŞPİ-dən daxil olan Zərərçəkmiş şəxs idarə etdiyi “Renault Megane” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2020-ci il tarixdə hərəkət trayektoriyası Sumqayıt şəhər ərazisində quraşdırılmış Pİ-nin “Təhlükəsiz Şəhər” xidmətinin kameralarında qeydə alınmış videogörüntülərin olduğu CD diskə baxış keçirərkən müəyyən edilmişdir ki, CD disk ağ rəngli olmaqla üzərində hər hansı yazı həkk olunmamışdır. Diskə daxil olarkən “SülhS.Vurğun QİS.avi”, “TŞ-012.3.avi”, “TŞ-017.2.avi”, “TŞ-018.3.avi”, “TŞ-023.3.avi”, “TŞ-025.2 Dairədən çıxır.avi”, “TŞ-025.2 Məhləyə girir.avi”, “TŞ-025.3 Dairəyə girir.avi”, “TŞ032.3.avi”, “TŞ-047.3.avi”, “TŞ-049.2.avi”, “TŞ-049.3 17 MK TƏRƏF.avi” və “TŞ- 051.2.avi” adlarında 13 ədəd videogörünütü vardır. Belə ki, videogörüntülərə baxış zamanı ilkin olaraq xx.xx.2020-ci il tarixdə saat 17:38-də Zərərçəkmiş şəxs idarə etdiyi “Renault Megane” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Sülh küçəsində hərəkəti başlayıb saat 17:52-də yaşadığı ünvan 3 ünvanına doğru hərəkət edir, daha sonra saat 18:07-də yenidən geri qayıdaraq Sumqayıt şəhəri, 17 mikrorayon dairəsinə daxil olur və saat 18:09-da dairədən çıxaraq digər avtomobillərdən daha surətli “Daş bazarı” deyilən ərazi istiqamətində hərəkət edərək 17-ci mikrorayon ərazisi istiqamətində yolayrıcından sola dönür. Videogörüntülərə baxış zamanı Zərərçəkmiş şəxs idarə etdiyi “Renault Megane” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin hərəkət edərkən hər hansı şəxslə mübahisəsinin düşməsi və ya digər bunun kimi hərəkətlər müşahidə edilməmişdir (cild 1, iş vərəqə 147). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13- Təcrübi və X11 Hüquqi Şəxsinin 10 oktyabr 2020-ci il tarixli 99 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Baş-beyin toxumasına, qişalarına və mədəciklərinə qansızma. Beyin kötüyünə qansızma. Ənsə sümüyünün xətti sınığı. Burun sümüyünün sınığı. Başın yumşaq toxumalarının iç səthinə qansızma və dərialtı hematoması. Sağ ağciyərə qansızma. Döş qəfəsinin sağ yan səthinin yumşaq toxumaları altına qansızma. Sağ üst göz qapağının, burun nahiyəsinin qançırları, burun nahiyəsinin səthi əzilmiş yarası, çənənin ön səthinin qançırı, hər iki dizin ön səthinin, sol dirsəyin arxa səthinin sıyrıqları, alt dodağın selikli qişasına qansızma və əzilmiş-cırılmış yarası, üst dodağın selikli qişasının qansızması. Qeyd olunan xəsarətlər həyatidir, bərk-küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, onun ölümündən az əvvəl olmaqla qərarda göstərilən vaxta, yəni xx.xx.2020ci il tarixdə əmələ gələ bilərdi və dərəcələrinə görə baş-beyin toxumasına, qişalarına və mədəciklərinə qansızma, beyin kötüyünə qansızma və ənsə sümüyünün xətti sınığı ilə müşayiət olunmuş başın yumşaq toxumalarına qansızma və dərialtı hematoması ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanm əlamətlərinə malikdir, sağ ağciyərə qansızma ilə müşayiət olunmuş döş qəfəsinin sağ yan səthinin yumşaq toxumalarının altına qansızma və burun sümüyünün sınığı ilə müşayiət olunmuş burun nahiyəsinin qançırı və səthi əzilmiş yarası həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Alt dodağın selikli qişasının əzilmiş-cırılmış yarası və qansızması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdir. Üst göz qapağının və çənənin ön səthinin qançırları, hər iki dizin ön səthinin, sol dirsəyin sıyrıqları və üst dodağın selikli qişasına qansızma isə həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilməmişdir. Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2020-ci il tarixdə saat 20:00-da) 1-2 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs ölümünə səbəb baş-beyinə və beyin kötüyünə qansızma ilə müşayət olunmuş ənsə sümüyünün sınığı olmuşdur. Zərərçəkmiş şəxs meyitində dəri səthində, dərialtı yumşaq toxumalarda, kəllə sümüklərində (ənsə nahiyəsinin xətti sınığı) aşkar olunan xəsarətlərdə hər hansı bir əşyanın (alətin) özünəməxsus xüsusiyyətləri aşkar olunmadığına görə qərarın təsviri hissəsində qeyd olunan xəsarətlərin hansı şəraitdə alınması və hər hansı bir alətlə yetirilməsi barəsində qeydlər olmadığına görə xəsarət yetirən əşya (alət) barəsində dəqiq fikir söyləmək mümkün olmamış, lakin ola bilsin ki, xəsarətlər xüsusiyyətlərinə görə həm məhdud, həm də geniş səthə malik əşyaların (alətlərin) təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilən xəsarətlərin lokalizasiyalarına əsasən demək olar ki, xəsarət yetirilən zaman o, müxtəlif duruş vəziyyətlərində ola bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi müayinəsi zamanı 0,4% etil spirti aşkar edilmişdir ki, bu da mövcud cədvəl üzrə canlı şəxslərdə praktiki ayıq kimi qiymətləndirilmişdir (cild 1, iş vərəqə 229-238). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13- Təcrübi və X11 Hüquqi Şəxsinin 14 sentyabr 2020-ci il tarixli 1097 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Alt dodağın selikli qişasının qansızması, sol gicgah nahiyəsinin qançırşişkinliyi, hər iki diz oynağı nahiyəsinin və sağ ayağın bayır topuq nahiyəsinin qançırları. Qeyd olunan xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən 10.09.20-ci il tarixdə yarana bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməmişdir (cild 1, iş vərəqə 226-228). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsinin 25 sentyabr 2020-ci il tarixli 1911 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işinin materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs özünə və başqalarına qarşı hörmət tələb etmək, qıcığa qarşı həssaslıq, ünsiyyətçillik və s. kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixiemosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (affekt) olmamışdır (cild 1, iş vərəqə 249-251). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9 oktyabr 2020-ci il tarixli 6/1920 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs aid olduğu qeyd edilən paltarlardan köynəyin üzərindən tapılmış qara rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs köynəyinin tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs təqdim etdiyi paltarların üzərində Zərərçəkmiş şəxs paltarlarının tərkib liflərindən yoxdur (cild 2, iş vərəqə 4-10). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13- Təcrübi və X11 Hüquqi Şəxsinin 24 noyabr 2020-ci il tarixli 465-MTKŞ/2020 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus kofta, şalvar, mayka, 1 cüt ayaqqabı üzərində zədə və zədə izləri aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək və şalvar üzərində zədə və zədə izləri aşkar edilmədi. Ekspertzaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus kofta, şalvar, mayka üzərində olan qan ləkələri geniş sahəli qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) və ya az dinamik kontakt və fiziki kapilyarlıq faktoru üzrə hopması nəticəsində əmələ gələ bilərdi. Həmin ləkələrin ətrafında olan digər qan ləkələri qan mənbəyindən (qanlı səthdən) səthə az hündürlükdən, onlardan bəziləri bucaq altında, bəziləri isə birbirinin üstünə düşən damcılar nəticəsində əmələ gəlmişdir (cild 1, iş vərəqə 239-241). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13- Təcrübi və X11 Hüquqi Şəxsinin 25 noyabr 2020-ci il tarixli 719/2020-MTKŞ nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: 0(1)/şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/. -Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: B(İİİ)/şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/. -Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol kofta, qolsuz mayka və 1 cüt ayaqqabının sağ tayı üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. “H” antigeni 0(1) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə Oalfa, beta(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Bu ləkələrdə Təqsirləndirilən şəxs qanının olması inkar olunur.-Təqdim olunmuş Zərərçəkmiş şəxs şalvarı üzərində qan, Zərərçəkmiş şəxs 1 cüt ayaqqabısının sol tayı, Təqsirləndirilən şəxs məxsus qısaqol kofta və şalvar üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. -Qərarın təsviri hissəsində ləkələrin canlı insana, yoxsa meyitə məxsus olması və əmələ gəlmə müddəti barədə olan suallara halhazırda elmi əsaslandırılmış dəqiq tədqiqat metodları olmadığı üçün cavab vermək mümkün olmamışdır (cild 1, iş vərəqə 242-247). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 157-158). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının 9-cı bəndində göstərmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inam görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlibgəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarətlər yetirməklə qəsdən öldürməyə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarında adam öldürmə ilə bağlı cinayət işlərinə baxan məhkəmələrə tövsif edilmişdir ki, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərər çəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə usulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonra davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il). İttiham tərəfinin qənaətinə görə, 2020-ci il sentyabrın 10-da saat 18 radələrində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs avtomobilinin yanında saxlayaraq yaxınlıqda olan şirniyyat mağazasının qarşısında dayanan tanımadığı biri 18 yaşlarında, digəri 50 yaşlarında olan qadınlara söz atmış, həmin qadınların Zərərçəkmiş şəxs bu hərəkətinə pis olduğunu görüb sonuncuya onlara sataşmamasını və oradan getməsini desə də, Zərərçəkmiş şəxs onu dava-dalaşa sürükləyici söhbətlər edərək bir neçə dəfə təkid etdikdən sonra onu avtomobilinə əyləşdirmiş və Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən idman kompleksinin yaxınlığında olan tikinti üçün ayrılmış boş əraziyə aparmış və orada ona olduqları ərazinin insanlardan kənar olduğunu və onlara heç kimin müdaxilə edə bilməyəcəyini bildirərək barmaqları ilə onun sinəsinə sərt şəkildə vurduqdan sonra onlar arasında əlbəyaxa dava başlamış və o, Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirdikdən sonra sonuncu yerə yıxılmış və onun ünvanına nalayiq ifadələr işlədərək öldürəcəyini demiş, o isə Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsindən əsəbləşərək qisas almaq niyyəti ilə sonuncunu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə yumruq-təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, alt dodağın selikli qişasının əzilmişcırılmış yarası və qansızması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, üst göz qapağının və çənənin ön səthinin qançırları, hər iki dizin ön səthinin, sol dirsəyin sıyrıqları və üst dodağın selikli qişasına qansızma ilə müşayiət olunan həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan dərəcəsi təyin olunmayan xəsarətləri yetirib Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Lakin cinayət işi materiallarında tədqiq edilmiş sübutların müqayisəli təhlili ittihamın əsaslılığını, yəni təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi şəxsi münasibətlər zəminində həyatdan məhrum etməklə qəsdən öldürdüyü qənaətinə gəlinməsini istisna edir. Belə ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə aralarında olan dava dalaş zamanı aldığı yumruk və təpik zərbələrdən aldığı xəsarətlər nəticəsində ölmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin qərarın 3-cü bəndinə görə isə qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Bununla əlaqədar kollegiya qeyd etməyi zəruri hesab edir ki, qəsdən adam öldürmə cinayəti ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətindən obyektiv meyar üzrə fərqlənir. Qəsdən sağlamlığa ağır zərər vurma zamanı baş verən ölüm təqsirkarın əməlinin sonrakı nəticəsidir, onun əməlinin ilkin nəticəsi məhz müəyyən edilən sağlamlığa vurulmuş ağır zərərdir, zərərçəkmişin ölümü isə sağlamlığa vurulmuş ağır zərər nəticəsində baş verir. Şəxsin təqsiri sağlamlığa ağır zərər vurmaya münasibətdə qəsddən, ölümə münasibətdə isə ehtiyatsızlıqdan ibarət olur. Belə olan halda əməl üzrə sağlamlığa ağır zərər vurmanın yalnız qəsd ilə əhatə olunduğunu, ölümün isə qəsdlə əhatə olunmadığını müəyyən etmək üçün zərər yetirilən bədən nahiyəsinin həyat üçün mühümlük dərəcəsini, zərər yetirmənin üsulunu, istifadə edilən alət və ya vasitəni, təqsirkarın əməli törətdikdən əvvəlki davranışını, onun zərərçəkmişlə münasibətini, əməl törədildikdən sonrakı davranışını aid etmək lazımdır. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə dava-dalaş zamanı aldığı yumruq və təpik zərbələrin nəticəsində ölmüşdür. Mübahisə baş verən vaxtadək onlar ümumiyyətlə birbirini tanımamış, mübahisə zərərçəkmiş şəxsin təhrikedici hərəkətlərindən sonra başlamış, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə aralarında olan dava dalaş zamanı aldığı yumruk və təpik zərbələrindən ölmüşdür. Həmin dava zamanı təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə yetirilən xəsarətlər zamanı hər hansı alət və ya vasitədən istifadə edilməsi müəyyən edilməmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərar). Belə olan halda Təqsirləndirilən şəxs əməllərinin faktiki tərəfi və törədilmə şəraiti barədə istər məhkəməyədək, istərsə də məhkəmə istintaqı zamanı verdiyi ifadələri, şahid ifadələri, istintaq hərəkəti protokolları və əsaslığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədlərin müqayisəli təhlili nəticəsində cinayət hadisəsinin baş verməsinin səbəbi, cinayətin motivi, hadisənin baş vermə yeri, şəraiti və inkişafının ardıcıllığı belə qənaətə gəlinməsini qaçılmaz edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaya münasibətdə təqsiri qəsddən, ölümə münasibətdə isə ehtiyatsızlıqdan ibarətdir. Bu isə onu ehtiva edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslılığına dair gəlinən nəticə qanuni və əsaslı hesab edilməməlidir. Təqsirləndirilən şəxs qəsdən adam öldürmə cinayət əməlini törətməsi müəyyən edilmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsindən 126.3-cü maddəsinə tövsif edilməlidir. Bu isə həm də onu ehtiva edir ki, əməlinin 124-cü maddəsinə tövsif edilməli olmasına dair apellyasiya şikayətinin dəlilləri də əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində törədilmiş əmələ görə cəza təyin edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmiş, yüngülləşdirən hal kimi isə könüllü gələrək təslim olması müəyyən edilsə də, zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətçidir. Bununla əlaqədar kollegiya qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ağır cinayətlər kateqoriyasına aid olmaqla, həmin cinayət nəticəsində ağır nəticə - insanın ölümü baş vermişdir. Cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətçidir. Belə olan halda ona təqsirli bilindiyi maddə üzrə 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CPM-nin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-590/2021 saylı, 27 iyul 2021-ci il tarixli hökmü dəyişdirilməli, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.2, 399.1.4, 407.2 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-590/2021 saylı, 27 iyul 2021-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(105)-199/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-199/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver