Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(105)-2/2024 27.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası hakimlər Rəhimov Elman Gülbaba oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Yusifova Ayşən Hafiz qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 129.1, 221.3-cü, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum olunmasına dair Ağır cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 fevral 2010-cu il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə videkonfrans əlaqə sistemi vasitəsilə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin (hakimlər Ş.Ç.Ələsgərov-sədrlik edən və məruzəçi, K.F.Əliyev, E.A.Quliyev) 15 fevral 2010-cu il tarixli hökmü ilə 24 yanvar 1988-ci ildə Zəngilan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməmiş, Bakı şəhəri, A.Səhhət küçəsi, ev 49, mənzil 5-də yaşamış, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 129.1 və 221.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 129.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CMnin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 1 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək həbsdə olması nəzərə alınmaqla təyin edilmiş cəzanı çəkib qurtarmış hesab edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Məhkəmənin eyni hökmü ilə Təqsirləndirilən şəxs2 da CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək ona 1 il 5 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir, onun barəsində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməmişdir. Hökmün Təqsirləndirilən şəxs1 məhkum edilməsinə dair hissəsindən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru apelyasiya protesti verərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublitkası CM-nin 129.1 və 221.3-cü maddələri ilə məhkum olunmasına dair Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 fevral 201-cu il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham həcmində təqsirli bilinərək həmin maddələrin sanksiyası hüdudlarında azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, habelə CM-nin 62-ci maddəsinin tətbiqinin hökmdən xaric olunmsı xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İ.M.Həsənovsədrlik edən və məruzəçi, L.M.Məmmədova, H.Ə.Nəbiyev) 27 sentyabr 2010-cu il tarixli qərarı ilə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 fevral 2010-cu il tarixli hökmünün Təqsirləndirilən şəxs1 CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 62-ci maddəsi tətbiq edilməklə, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair hissəsi dəyişdirilmişdir. Təqsirləndirilən şəxs1 əməli CM-nin 221.3-ci maddəsindən CM-nin 128-ci maddəsinə tövsif edilmiş, ona həmin maddə ilə hər ay aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzası təyin edilmiş, CM-nin 68.1 və 68.1.3-cü maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 təyin edilmiş 6 (altı) ay müddətinə islah işləri cəzası, 3 gün islah işlərinin 1 gün azadlıqdan məhrum etmə cəzası hesabı ilə, 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hesab edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.2ci maddəsinə əsasən Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 fevral 2010-cu il tarixli hökmü ilə CM-nin 129.1-ci maddəsi ilə ona təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki qərarla Təqsirləndirilən şəxs1 CM-nin 128-ci maddəsi ilə təyin edilmiş 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəza ilə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə yolu ilə birləşdirilməklə ona qəti cəza olaraq 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Ona təyin edilmiş cəzanı çəkib qurtardığı üçün Təqsirləndirilən şəxs1 cəzasını çəkib qurtarmış hesab edilmişdir. Hökmün Təqsirləndirilən şəxs1 dair təsviriəsaslandırıcı hissəsindən CM-nin 62-ci maddəsinin tətbiqinə dair və nəticəvi hissəsindən CM-nin 62-ci və 66.3-cü maddələrinin tətbiqinə dair müddəalar xaric edilmiş, hökm qalan hissədə Təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilməmiş, apellyasiya protesti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İ.T.Hacıqayıbov sədrlik edən və məruzəçi, G. L. Rzayeva, F. A. Kərimov) 01 aprel 2011-ci il il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2010-cu il tarixli qərarı Təqsirləndirilən şəxs1 münasibətdə ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Hökmə əsasən Təqsirləndirilən şəxs1 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 08 avqust 2008-ci il tarixdə, saat 01 radələrində Səbinə adlı qız tanışı ilə birlikdə musiqiyə qulaq asıb rəqs etmək üçün Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən «Palermo» İstirahət Mərkəzinin diskotekasına gələrək orada əyləşmiş, bir az sonra, diskotekanın arxa tərəfində olan giriş qapısında tanışları X16, Təqsirləndirilən şəxs2, X1, X7, X18 və X8 diskotekadan kənara çıxarılmalarını və orada kimlərləsə mübahisə etdiklərini görərək mübahisənin qarşısını almaq üçün onlara tərəf getmiş, istirahət mərkəzinin onların yaxın adamlarına məxsus obyekt olmasını deyərək dalaşmaya imkan verməmək üçün onların arasına girərkən, sonradan tanıdığı, X12 onu nalayiq formada təhqir etməklə qəflətən onun sağ gözünün alt nahiyyəsinə yumruqla zərbə vurmuş, zərbədən özünü ayaq üstə saxlaya bilməyərək yerə yıxılmış və ani olaraq huşunu itirmiş, özünə gəlib ayağa durmaq istəyərkən X12 boru ilə onun başından vurmuş və o, yenidən yerə yıxılmış, yerdə uzandığı vaxt bədəninin müxtəlif yerlərinə təpiklə, habelə sol qoluna bıçaqla vurulması və ağır formada təhqir edilməsi nəticəsində qəflətən yaranmış güclü ruhi həyəcan vəziyyətində bıçaqla X2 buduna, sol diz oynağına və sol saidinə vurmaqla, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmayan, daxili qanaxma ilə müşayət olunan, enən çənbər bağırsağının müsaqirəsinin və böyük piyliyin zədələnməsi ilə qarın boşluğuna keçən, dörd ədəd kəsilmiş-deşilmiş yaralar əmələ gətirən və həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmişdir. Bundan əlavə, o, 08 avqust 2008-ci il tarixdə, saat 01 radələrində X10 bıçaqla vurduqdan sonra, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə silah qismində istifadə etdiyi, əlində olan bıçaqla «Palermo» diskotekasının icarədarı Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq edərək, onun sol bud nahiyyəsindən bir dəfə vuraraq, sağlamlığın pozulmasına səbəb olmayan, yüngül dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edərək hadisə yerindən uzaqlaşmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının iclasında Dövlət ittihamçısı1 apellyasiya protestinin dəlillərini müdafiə etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apelyasiya protestinin dəlillərini əsassız sayaraq rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında Dövlət ittihamçısı1 çıxış edərək göstərmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Hesab edir ki, məhkəmə yekun nəticəyə gələrkən sübutları düzgün qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsi nəticəyə gələrkən məhkəmədə keçirilmiş məhkəmə-psixoloji ekspertiza rəylərini əsas götürmüşdür. İş materiallarından görünür ki, iki dəfə ekspertiza keçirilmiş və həmin ekspertiza rəylərinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 affekt vəziyyətində olmuşdur. Sonradan həmin ekspertiza rəyləri ittiham tərəfindən mübahisələndirilmiş, ekspertizalar təyin edilmişdir. Təyin edilmiş ekspertizalar üzrə ekspertlər belə nəticəyə gəlmişdir ki, hadisədən uzun müddət keçdiyinə görə şəxsin affekt vəziyyətində olub-olmamasını müəyyən etmək mümkün deyil. Ekspertizanın belə nəticəyə gəlməsinə baxmayaraq, ittiham tərəfi olaraq yenə də hesab edirlər ki, təqsirləndirilən şəxs affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrində güclü ruhi həyəcan vəziyyətinə gətirə biləcək məqamlar yoxdur. Təqsirləndirilən şəxs1 daha sonra məhkəmə zamanı məsuliyyətini yüngülləşdirmək üçün ifadəsini dəyişib. Lakin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 onu güclü ruhi həyəcan vəziyyətinə sala biləcək hallar barədə, zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri barədə hansısa ifadə verməmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 ifadəsində göstərir ki, ilk növbədə Təqsirləndirilən şəxs1 söyüş söyərək ona tərəf gəlmiş, ona yumruq atmış, başını arxaya çəkəndə yumruq azacıq olaraq burnunu sürtmüş, həmin an o da yumruqla cavab qaytarmışdır. Hətta zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs1 söyüş söyərək onun üzərinə gəlmişdir. Burda artıq qanunsuz hərəkətləri edən zərərçəkmiş şəxs yox, Təqsirləndirilən şəxs1 olub. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, bu cinayətin baş verməsinin təşəbbüskarlarından biri Təqsirləndirilən şəxs1 olmuşdur. Təqsirləndirilən şəxs1 cinayətdə aktiv iştirak edib və zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirib. Hətta ikinci bir şəxsə də, yəni Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirərək, xuliqanlıq əməlini törətmişdir. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsə bir yumruq atmasını və başına boru ilə vurub xəsarət yetirməsini qəbul etsək belə, hesab edirəm ki, qeyd edilən hal təqsirləndirilən şəxsdə güclü ruhi həyəcan vəziyyəti yarada bilməz. Ona görə də hesab edir ki, məhkəmənin təqsirləndirilən şəxsin affekt vəziyyətində olması barədə gəldiyi nəticə qanunsuz və əsassızdır. Apellyasiya protestinin ikinci hissəsi isə təqsirləndirilən şəxsə təqsirli bilindiyi AR CM-in 221.3-cü maddəsinə əsasən barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsi ilə bağlıdır. Hesab edir ki, məhkəmə bu hissədə də cəza təyini ilə bağlı səhvə yol vermişdir. CM-in 62-ci maddəsi ilə cəzanın yüngülləşdirilməsi üçün müstəsna hallar olmalıdır. Şəxsin ilk dəfə cinayət törətməsi yüngülləşdiri hal deyil. Hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Odur ki, apellyasiya protestinin təmin edilməsini, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 fevral 2010-cu il tarixli hökmünün Təqsirləndirilən şəxs1 AR CM-in 129.1 və 221.3-cü maddələri ilə məhkum olunmasına dair hissədə ləğv edilməsini, onun cinayət əməlinin AR CM-in 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4, 221.3-cü maddələri ilə tövsif edilməklə və təqsirli bilinməklə, habelə AR CM-in 62-ci maddəsinin tətbiqi hökmdən xaric edilməklə, ona həmin maddələrin sanksiyası hüdudlarında və törətdiyi cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə uyğun olan yeni hökm çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsinin iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 çıxış edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 öldürmək istəyi, əvvəlcədən hazırlanmış ölümə qəsdi barədə göstərilənlər iş materialları ilə təsdiq olunmur, hətta təkzib olunur. Məhkəmə psixiatrik ekspertizaya gəldikdə isə görünür ki, ekspertiza rəyi, sonuncu rəy sonrakı rəylərlə təkzib olunmur. Uzun müddət keçdiyi üçün Cavidin hadisəni xatırlamaması səbəb kimi göstərilsə də, hesab edirəm bu əsas deyil ki, sonuncu komision rəyə şübhə ilə yanaşılsın. Qeyd edim ki, Təqsirləndirilən şəxs1 hadisə baş verən yerə bir xanımla birlikdə istirahət etmək üçün getmişdir. Dava Təqsirləndirilən şəxs1la başlamamışdır. Artıq başlamış davaya Təqsirləndirilən şəxs1 tanışları olduğu üçün onları aralaşdırmaq, sakitləşdirmək üçün yaxınlaşmışdır. İş materialları və Zərərçəkmiş şəxs1 də ifadəsindən də görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 səbəbsiz yerə zərbə endirib. Təqsirləndirilən şəxs1 sifətindən gözlənilmədən zərbə alır, təhqir olunur, səndələyir, qalxmaq istəyəndə bir daha onu vururlar, yerə yıxılır. Bunların hamısını Zərərçəkmiş şəxs1 etiraf edir. Zərərçəkmiş şəxs1 etiraf edib ki, Təqsirləndirilən şəxs1 sol qolundan bıçaqla yaralanmışdı. Lakin istintaq zamanı bu hal araşdırılmayıb. Təqsirləndirilən şəxs1 yerə yıxıldıqdan sonra qalxdıqda bıçaq görür. Bıçaqdan sonrakı hadisələri unutsa da, hadisəni görmüş digər şahidlər təsdiq edir ki, Cavid yarı düzəlmiş vəziyyətdə bıçaqla sağa, sola hərəkətlər edərək, Zərərçəkmiş şəxs1 ayaqlarına zərbələr endirmişdir. Hətta iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 çəkilərək, Təqsirləndirilən şəxs1 onun qabağında olan vaxt digər şəxs Mustafanın qarnına zərbələr endirəndə köynəyini qaldıraraq, onu kimin vurmasını soruşur. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 deyil, başqa hansı şəxsin onun qarın boşluğuna bıçaq zərbəsi vurmasını soruşmuşdur. Zərərçəkmiş şəxs1 ifadəsində göstərib ki, Cavid onu o vəziyyətdə görəndən sonra bir anlıq onun gözünə baxıb bıçağı yerə atıb gedib. Belə olan halda protestin əsas dəlillərindən olan Təqsirləndirilən şəxs1 adam öldürməyə cəhdindən, xüsusi amansızlıq göstərməsindən söhbət gedə bilməz. Əksinə, Təqsirləndirilən şəxs1 dava etmək fikri olmadığı halda qəfil hücuma məruz qaldığı halda başa düşülməyən şəkildə onun ziyanına təfsir edilir. Protestin dəlilləri işin halları və iş materialları ilə öz təsdiqini tapmır. Ona görə də, hesab edirik ki, protest təmin olunmamalıdır. AR CPM-in 140.0.2-cı maddəsi ilə affekt halının aid olduğu “psixi fəaliyyətin müvəqqəti pozulması” kimi sübutun yalnız əvvəlcədən əldə edilməsi və tədqiq edilməsi ilə təmin edilir. Hesab edir ki, həm CMnin 128-ci, həm də 129-cu maddələri ilə işə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki halları apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarına riayət edilməsi apelyasiya instansiya məhkəməsi tərəfindən apelyasiya şikayəti və apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, dövlət ittihamçısının və təqsirləndirilən şəxsin müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya protesti təmin edilməli, Ağır cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 fevral 2010-cu il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4 və 221.3 maddələri ilə təqsirli bilinməsinə dair yeni hökm çıxarılmalıdır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4 və 221.3-cü maddələri ilə ittiham verilmişdir ona görə ki, o, 08 avqust 2008-ci il tarixdə, saat 01 radələrində tanışları X20, Təqsirləndirilən şəxs2 ilə birlikdə Xaçmaz rayonu, Nabran kəndində yerləşən «Palermo» İstirahət Mərkəzinin diskotekasına gələrək, diskotekaya biletsiz daxil olmalarına görə nəzarətçi Natiq Həsənovla mübahisə edib dalaşarkən, diskotekada istirahət edən Zərərçəkmiş şəxs1 Firuz oğlu mübahisəni və dava-dalaşı sakitləşdirib ictimai vəzifəsini yerinə yetirərkən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 yumruqla vurmaq istəmiş, sonuncu həmin zərbədən yayınaraq cavab məqsədi ilə Təqsirləndirilən şəxs1 sifət nahiyyəsindən vuraraq yerə yıxmış, bu zaman «Palermo» diskotekasmın qarşısında hamı tərəfindən qəbul edilmiş əxlaq normalarına etinasızlıq göstərməklə özünü ətrafdakılara qarşı qoyub söyüşlər söyərək bir qrup şəxslə Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmək, yəni qəsdən həyatdan məhrum etmək qərarına gələrək üstündə gəzdirdiyi bıçaqla xüsusi amansızlıqla Zərərçəkmiş şəxs1 zərbələr vuraraq sol budun üç yerdən, sol diz oynağının iki yerdən və sol saidə iki yerdən, cəmi yeddi yerdən xəsarətlər yetirməklə dərəcəsinə görə sağlamlığa qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya, daxili qanaxma ilə müşayət olunmuş enən çənbər bağırsağın, müsaqinin və böyük piyliyin zədələnməsilə qarın boşluğuna keçən dörd ədəd kəsilmiş-deşilmiş yaralar əmələ gətirən xəsarətlər yetirməklə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmiş, bundan sonra Zərərçəkmiş şəxs1 müqaviməti nəticəsində öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib sonuncunu öldürməyə cəhd etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 öldürmək məqsədilə bıçaqla vurduqdan sonra, bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə «Palermo» diskotekasmın icarədarı Zərərçəkmiş şəxs2 qarşı silah qismində istifadə etdiyi əlində olan bıçaqla zor tətbiq edərək, onun sol bud nahiyyəsindən bir dəfə vuraraq, sağlamlığın pozulmasına səbəb olmayan, yüngül dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edərək hadisə yerindən qaçmışdır Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsi 15 fevral 2010cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 əməllərini CM-nin 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4-cü maddələrindən CM-nin 129.1-ci maddəsinə tövsif edərkən təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin məhkəmədə verdikləri ifadələrinə və məhkəmə-psixoloji ekspertizasının 12 oktyabr 2009-cu il tarixli, 12552 saylı və komisyon məhkəmə-psixoloji ekspertizasının 21 yanvar 2010-cu il tarixli 627 saylı rəylərinə əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 03 avqust 2008-ci il tarixdə dincəlmək üçün Nabrandakı «Atlant» istirahət mərkəzinə getmişdir. İstirahət mərkəzində X22, X11 və X14 ilə tanış olmuşdur. İstirahət mərkəzində tanıdığı X6, bəzi vaxtlarda isə X14 ilə birlikdə qalmışdır. 08 avqust 2008-ci il tarixdə «Atlant» istirahət mərkəzinin diskotekası tez bağlandığından Orxana, Turala və Tamerlana bildirməklə saat 24 radələrində tanışı Səbinə adlı qızın maşını ilə «Palermo» istirahət mərkəzinə getmişdir. Nəzarətçi onu tanıdığından Səbinə ilə içəri keçərkən ondan pul almamışdır. Səbinə ilə oturduğu yerdən diskotekanın arxa tərəfində olan giriş qapısı göründüyündən 4-5 dəqiqə keçmiş diskotekanın arxa tərəfində olan giriş qapısında tanıdığı və ertədən bir yerdə olduğu Tamerlan, Tural, Turan, Şaiq və Orxanın özlərini təhlükəsizlik xidmətinin əməkdaşı kimi təqdim edən bir neçə nəfər idmançı şəxs tərəfindən kobud formada çölə çıxarılmasını və bu səbəbdən aralarında mübahisə baş verdiyini görmüşdür. Yaxın dostu Orxanın mübahisə yerində olduğunu gördükdən sonra onların dalaşacağını hiss edərək Səbinəyə oturduğu yerdə qalmasını tapşıraraq mübahisənin qarşısını almaq içün oturduğu stuldan durub sürətlə onlara yaxınlaşmış, istirahət mərkəzinin onların yaxınlarına məxsus obyekt olmasını bildirərək artıq-əksik hərəkət etməmələrini deyərək onların arasına girdikdə, mübahisə edən şəxslərdən biri olan Zərərçəkmiş şəxs1 Firuz oğlu qəflətən onun burun nahiyyəsindən yumruqla vuraraq yerə yıxmışdır. Ayağa qalxmaq istədikdə Mustafa başından truba ilə təkrarən vuraraq onu nalayiq sözlərlə söyərək ağır təhqir etmişdir. Başına endirilmiş zərbənin təsirindən, hətta, truba da əyilmişdir. Heç bir təqsiri olmadığı halda Mustafanın onu vuraraq yerə yıxmasından, təpikləməsindən, başına truba ilə vurmasından və ağır formada təhqir etməsindən bərk əsəbiləşdiyi üçün kiminsə əlindən yerə düşmüş bıçağı götürərək bir neçə dəfə Mustafaya tərəf hərləmişdir. Ağır təhqir və döyülmə nəticəsində özünü idarə edə bilmədiyindən bıçağın ona dəyib-dəyməməsini bilməmiş, ətrafda kimin olmasına fikir verməmişdir. Bir az sonra Mustafanın bir maşina dirəndiyini və yaralandığını görərək birdən sanki ayılaraq dayanmış və əlindəki bıçağı kolluğa tərəf tullayaraq çıxıb getmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4 maddələri ilə ona elan olunan ittihamda özünü təqsirli bilməmiş, CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 01-03 avqust 2008-ci il tarixdə Bakı şəhərindən Xaçmaz rayonu Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzinə gəlmişdir. Əvvəldən tanıdığı Tamerlan da oraya gəlmişdir. «Atlant» istirahət mərkəzinə dostu Samirin tanışının maşını ilə gəlmiş, həmin adamın adı yadında qalmamışdır. «Atlant» istirahət mərkəzində Orxan, «Jeep» maşını olan Tural və Turanla tanış olmuşdur. Məqsədi «Atlant» istirahət mərkəzində dincəlmək olmuşdur. Orada olduğu vaxtlarda hər hansı bir şəxslə dalaşmamış, nə də onunla dalaşan olmamışdır. «Atlant»da diskotekada olarkən diskoteka tez bağlandığından tanışı Sabinanın markası yadında qalmayan «Jeep» maşını ilə ”Palermo” diskotekasına getmişdir. Getməmişdən qabaq Orxana, Turala, Tamerlana bildirmişdir ki, ”Palermo” diskotekasına gedir. ”Palermo” diskotekasında nəzarətçi onu tanıdığından Səbinə ilə içəri keçərkən ondan pul almamışdır. Səbinə ilə oturduğu yerdən diskotekanın arxa tərəfində olan giriş qapısı göründüyündən 4-5 dəqiqə keçmiş diskotekanın arxa tərəfində olan giriş qapısında tanıdığı və ertədən bir yerdə olduğu Tamerlan, Tural, Turan, Şaiq və Orxanın özlərini təhlükəsizlik xidmətinin əməkdaşı kimi təqdim edən bir neçə nəfər idmançı şəxs tərəfindən kobud formada çölə çıxarılmasını və bu səbəbdən aralarında mübahisə baş verdiyini görmüşdür. Yaxın dostu Orxanın mübahisə yerində olduğunu gördükdən sonra onların dalaşacağını hiss edərək Səbinəyə oturduğu yerdə qalmasını tapşıraraq mübahisənin qarşısını almaq içün oturduğu stuldan durub sürətlə onlara yaxınlaşmış, istirahət mərkəzinin onların yaxınlarına məxsus obyekt olmasını bildirərək artıq-əksik hərəkət etməmələrini deyərkən tanımadığı şəxs tərəfindən sağ gözünün alt nahiyyəsinə yumruqla zərbə vurulmuşdur. İstintaq zamanı, yəni sonradan bilmişdir ki, həmin vaxt onu vuran Mustafa adlı şəxs olmuşdur. O vaxta qədər Mustafanı tanımamışdır. Mustafa onu vuran zaman özünü ayaq üstə saxlaya bilməyərək yerə yıxılmış və ani anda huşunu itirmişdir. Ayılıb özünə gələrkən ayağa durmağa cəhd göstərmiş və həmin vaxt tanımadığı şəxs tərəfindən baş nahiyyəsinə bərk alətlə vurmuşlar. Bundan əlavə yerdə uzandığı vaxt bədəninin müxtəlif yerlərinə təpiklə vurmuşlar ki, yerdən qalxa bilməsin. Sonra birtəhər özündə güc toplayıb ayağa qalxmış və qarşısında olan tanımadığı şəxsi yumruqla vurmuşdur. Bu zaman görmüşdür ki, onun sol qoluna bıçaq zərbəsi dəymişdir. Qarşısında olan adama yumruqlar atmışdır. Həmin vaxt yerdə bıçaq görmüş və həmin bıçağı götürüb sağa-sola hərəkət etdirərək özünü dəyən zərbələrdən müdafiə etməyə başlamışdır. Həmin bıçağın kiməsə dəyib-dəymədiyinə fikir verməmişdir. Ola bilsin özünü müdafiə edərkən bıçağı sağa-sola yelləyəndə həmin bıçaq Mustafaya dəymiş, amma bu hərəkəti qəsdlə olmamışdır. Özünü qurtarmaq məqsədi ilə hadisə yerindən qaçıb yola çıxaraq ağ rəngli Vaz-2107 markalı maşina minib «Atlant» istirahət mərkəzinə getmiş,orada paltarlarını toplayıb tanımadığı şəxsin maşını ilə Bakı şəhərinə evinə getmişdir. Mustafanı öldürmək və yaxud ona xəsarət yetirmək fikri olmamışdır. Həmin vaxt özü də xəsarət almışdır. Özünün kim tərəfindən vurulmasını bilməmişdir.Əlində olan bıçağı hadisə yerindən qaçarkən dəniz istiqamətinə atmışdır. Onunla mübahisə edən Mustafanın əlində hər hansı bir predmet görməmişdir. Həmin mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Diskotekanın arxasında tanımadığı şəxslərlə 5-10 dəqiqə dava edib tanımadığı şəxslərə yumruqla xəsarət yetirdiyinə, orada olan vətəndaşların narahatçılığını pozduğuna görə və həmin vaxt qarşısında olan şəxsi yumruqla vurduğuna görə özünü xuliqanlıada təqsirli bilir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 14 avqust 2008-ci il tarixdə şahid qismində, 01 sentyabr 2008-ci il tarixdə şübhəli şəxs qismində, 03 sentyabr 2008-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində Zərərçəkmiş şəxs1 qarın nahiyyəsindən bıçaqla iki dəfə vurduğunu, 19 noyabr 2008-ci il və 30 may 2009-cu tarixlərdə dindirilərkən isə iki dəfə bıçağı sağa sola yellədiyini, bıçağın Zərərçəkmiş şəxs1 dəyib dəymədiyini bilməməsini göstərmiş, onun Zərərçəkmiş şəxs1, yaxud digər şəxs tərəfindən nalayiq söyüşlərlə söyülüb təhqir olunması, hadisə zamanı güclü ruhi həyəcan keçirməsi barədə isə ifadələrində heç bir məlumat verməmişdir. Bundan əlavə, o həmin ifadələrində Zərərçəkmiş şəxs1 vurduqdan sonra qorxduğundan hadisə yerindən qaçıb yola çıxaraq ağ rəngli Vaz-2107 markalı maşına minib “Atlant” istirahət mərkəzinə getdiyini, orada paltarlarını toplayıb tanımadığı şəxsin maşını ilə Bakı şəhərinə evinə getdiyini göstərmişdir. Lakin məhkəmə baxışı zamanı verdiyi ifadələrində isə diskotekada baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs1 onu yumruqla vurduğundan yerə yıxıldığını, qalxmaq istədikdə Zərərçəkmiş şəxs1 onun başından truba ilə təkrarən vuraraq nalayiq söyüşlər söyərək ağır təhqir etdiyini, heç bir təqsiri olmadığı halda Zərərçəkmiş şəxs1 onu vuraraq yerə yıxmasından və ağır formada təhqir edilməsindən bərk əsəbləşdiyi üçün kiminsə əlindən yerə düşmüş bıçağı götürərək fırlatdığını və sonra nə etdiyini xatırlamadığını göstərmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələr ilə məhkəmə baxışı vaxtı verdiyi ifadələrində ziddiyyətlər vardır və məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələr işin hallarına daha uyğundur və əsaslıdır, onun sonradan məhkəmə istintaqında ifadəsini dəyişməsi isə özünü müdafiə xarakteri daşıyır. İş üzrə Zərərçəkmiş şəxs1 Firuz oğlu ölkə xaricində olduğundan apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında onu dindirmək mümkün olmamışdır. Lakin Zərərçəkmiş şəxs1 apellyasiya instansiyası məhkəməsinə ünvanladığı notarial qaydada təsdiq edilmiş teleqramında ibtidai istintaqda deyil, birinci instansiyası məhkəməsində verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 Firuz oğlu birinci instansiya məhkəməsində dindirilərkən ifadəsində göstərmişdir ki, 08 avqust 2008-ci il tarixdə dincəlmək üçün dostu Zərərçəkmiş şəxs2 işlədiyi, Nabran qəsəbəsində yerləşən «Palermo» istirahət mərkəzinə getmiş, gecə saat 01 radələrində dostları Zərərçəkmiş şəxs2 və Natiq Həsənovla birlikdə «Palermo» istirahət mərkəzinin diskotekasmda rəqs edən şəxslərə tamaşa edərkən bir neçə şəxsin də oraya gəlməsini görmüş, onlardan birinin Amillə mübahisə etdiyini görüb yaxınlaşaraq mübahisənin səbəblərini soruşduqda, həmin şəxslər diskotekaya giriş haqqını ödəmədiklərindən Amil onlan çölə çıxarmaq istəmiş, buna görə də onların arasında mübahisə baş vermişdir. Zərərçəkmiş şəxs2 və onunla mübahisə edən gənclər çölə çıxmışlar. Onların ardınca o da çölə çıxdıqda, 7-8 nəfər şəxsin giriş qapısının yanında bir-biri ilə mübahisə etdiklərini görmüşdür. O, mübahisə edənlərə yaxınlaşıb onları sakitləşdirməyə çalışmaq istədikdə, sonradan tanıdığı Təqsirləndirilən şəxs1 qaçaraq ona tərəf gəlməsini və onu vuracağını başa düşüb yumruqla onun sifətindən vurmuşdur. Bu zaman o, kiminsə onun sol yan hissəsindən bıçaqla vurmasını hiss etmiş, kənara çəkilib köynəyini qaldırdıqda, qan gəldiyini görərək onu kimin vurmasını soruşmuş, bu zaman Təqsirləndirilən şəxs1 bir nəfərlə onun üstünə gəldiyini görərək yerdən daş götürüb onlara tərəf atmışdır. Həmin vaxtı qarşılıqlı dalaşma zamanı Təqsirləndirilən şəxs1 bıçaqla onun bədəninin müxtəlif yerlərindən bir neçə dəfə vurmuş, sonra isə qəflətən dayanmış, onun sifətinə baxmış, əlindəki bıçağı kolluğa ataraq çıxıb getmişdir. Hadisə zamanı ona ən çox bıçaq zərbəsi vuran adını istintaq zamanı bildiyi Tural Əliyev adlı şəxs olmuşdur. Natiqin kim tərəfindən və hansı şəraitdə bıçaqla vurulduğunu görməmişdir. Amilin kim tərəfindən bıçaqla vurulmasını görsə də, həmin adam yadında qalmamışdır. Təqsirləndirilən şəxs1 yumruqla vurub yıxana qədər onu heç kim bıçaqla vurmamışdır. Onun qarın nahiyyəsinə ilk dəfə bıçaqla zərbəni yumruqla vurub yerə yıxdığı Cavid yox, başında kepka olan alçaq boylu Tural Əliyev vurmuşdur. Sonra isə Tural Əliyevə digər şəxs də qoşulmuş və onu bıçaqla vurmağa başlamışlar. Həmin şəxslər onun qarın nahiyyəsinə 4 ədəd, bədəninin müxtəlif hissələrinə isə 7 ədəd bıçaq zərbəsi vurmuşlar. Aldığı xəsarətlər ağır olmuşdur. Ona hadisə yerində, istərsə də, xəstəxanada bıçaqla vurub xəsarət yetirən şəxslər hər hansı bir yardım və kömək göstərməmişlər. Xəstəxanada ona nə qədər xərc çəkildiyini bilməsə də, Təqsirləndirilən şəxs1 qohumları müalicə xərclərini ödəmişlər və bu səbəbdən onlardan hər hansı şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı isə Zərərçəkmiş şəxs1 ifadəsində Təqsirləndirilən şəxs1 söyüş söyərək ona yumruq atdığını, başını arxaya çəkəndə yumruğun azacıq olaraq burnunu sürtdüyünü, həmin an yumruqla cavab qaytardığını, yumruğu həmin adamın sifətini tutduğunu, vurduğu adamın yerə oturduğunu, yerə yıxılmadığını, sonra əli ilə onu itələyib yerə yıxdığını, bu zaman kiminsə onun sol yan hissəsindən bıçaqla vurmasını hiss etdiyini, kənara çəkilib köynəyini qaldırdıqda, qan gəldiyini görərək onu kimin vurmasını soruşduğunu, sonra iki nəfər şəxsin onun üstünə bıçaqla gəldiyini və onu bıçaqla vurduqlarını göstərmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 birinci olaraq ona yumruq atdığını bildirsə də, məhkəmə baxışı zamanı ifadəsini dəyişərək Təqsirləndirilən şəxs1, qaçaraq ona tərəf gəlməsini və onu vuracağını başa düşüb yumruqla onun sifətindən vurduğunu göstərmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadəsində Təqsirləndirilən şəxs1 onun bədənin müxtəlif yerlərindən bıçaqla xəsarət yetirdikdən sonra daha vurmamasını və qaçmasının səbəbini, habelə həmin şəxsə nəyin mane olduğunu deyə bilməmişdir. Hesab etmişdir ki, həmin adam polislər gəldiyindən dayanmışdır. Birinci instansiyası məhkəməsi bu halı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 qəsdən öldürmək imkanı olduğu yə kənardan hər hansı bir maneə olmadığı halda, belə niyyətdə olmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sonradan məhkəmə istintaqında zərər çəkmiş şəxsin ifadəsinin dəyişməsi təqsirləndirilən şəxsi müdafiə xarakteri daşımışdır. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində “Palermo” diskotekasında müdir vəzifəsini əvəz etdiyini, ondan başqa orada Natiq, Sənan, Famil və Vüqarın işlədiyini, 8 avqust 2008-ci il tarixdə Sənan Dünyamahyev, Tural Əliyev və Tamerlan Əsədullayevin diskotekaya giriş haqqını ödəmədən girdiklərindən mühafizəçi Natiqin ona məlumat verdiyini, həmin şəxslərə yaxınlaşıb pul ödəmədiklərinə görə bayıra çıxmalarını tələb etdiyini, həmin şəxslər ona etiraz etmədən çölə çıxsalar da, onlardan bəzilərinin çöldə mübahisə edib ona hədə-qorxu gəlməyə başladıqlarını, bu zaman dostu Mustafanın da qapının ağzındakı adamların mübahisə etdiyini görüb ora yaxınlaşdığını, bu zaman Təqsirləndirilən şəxs1 da oraya yaxınlaşdığını, başı mübahisəni sakitləşdirməyə qarışdığından Mustafa ilə Cavidin birbirilərini vurmasını görmədiyini, səsə çevrildikdə Cavidin onun üzərinə bıçaqla gəldiyini gördüyünü, qaçmaq istəyərkən Cavidin onun sol ayağının bud nahiyyəsinə bıçaqla bir dəfə vurduğunu, Cavid onu bıçaqla vurduqdan sonra orada olan şüşə plafonu götürüb Cavidin baş nahiyyəsinə vurub içəri qaçdığını göstərmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 hadisə zamanı Zərərçəkmiş şəxs1 başqa, həmçinin Amil Quliyevi də bıçaqla vurmuşdur. Diskotekaya gələn şəxslərin pul ödəmələrinin Mustafaya Quliyevə aidiyyəti olmamışdır, Mustafa onun dostu kimi məsələyə müdaxilə etmiş, onu vurmaq üçün Cavidin yaxınlaşdığını güman edərək sonuncunu yumruqla vurmuşdur. İbtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, «Palermo» diskotekasının sahibi Bəxtiyar adlı bir şəxsdir, soyadını bilmir. Özü isə orada müdüri əvəz edir. Ondan başqa orada Natiq, Sənan, Famil, Vüqar adlı şəxslər işləmişdir. Əsas vəzifəsi diskotekaya nəzarət etməkdən ibarətdir. Diskotekaya gələnlərin pullarını Natiq yığmışdır. Diskotekada olan şəxslərə xidmət edənlər, Bəxtiyar, Sənandır. Vüqar isə didjeydir, müsiqiyə baxır. 08 avqust 2008-ci il tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Tural Əliyevi, Tamerlan Əsədullayevi, Tural Qələndərovu və Orxan Qurbanovu ertədən görməmiş və aralarında hər hansı bir mübahisə və dava-dalaş olmamışdır. 08 avqust 2008-ci il tarixdə, gecə saat 01 radələrində sonradan adlarını bildiyi Tural Əliyev, Təqsirləndirilən şəxs2, Tamerlan Əsədullayev diskotekaya girdikdən sonra diskotekanın pulunu ödəmədiklərini görmüş və həmin vaxt dijey Vüqarda Natiqin yanında olmuşdur. Diskotekaya girən şəxslərin pullarını ödəmədiyini bilib həmin şəxslərə yaxınlaşmış və pul ödəmədiklərinə görə çölə çıxmasını bildirmişdir. Həmin şəxslər ona heç bir etiraz bildirmədən çölə çıxmışdır. Bu zaman onun tanıdığı və dostu Mustafa da qapının ağzında olan adamların onlarla mübahisə etdiyini görüb ora yaxınlaşmışdır. Həmin adamları çölə çıxartdıqdan sonra Cavid özünü göstərmək xatirinə demişdir ki, buranı alt-üst edərlər, nə üçün onları çölə çıxarmışlar. Cavidlə olan şəxslər də eyni qayda ilə onlara hədə-qorxu gəlməyə başlamışlar. Həmin vaxt Cavidin kim tərəfindən vurulmasını, eləcə də Mustafanın Cavidi yumruqla vurmasını görməmişdir. Lakin Cavidin onun üzərinə bıçaqla gəldiyini görmüş və qaçmaq istərkən Cavid onun sol ayağının bud nahiyyəsinə bıçaqla bir dəfə vurmuşdur. Həmin vaxt heç kimlə dalaşmamış, sadəcə mübahisənin içində olmuşdur, mübahisə edənləri sakitləşdirmişdir. Cavid onu bıçaqla vurduqdan sonra orada olan şüşə plafonu götürüb Cavidin baş nahiyyəsinə vurmuşdur. Həmin vaxt içəri qaçmış və kimin kimi necə vurmasını görməmişdir. Diskotekanın içərisinə qaçdıqda görmüşdür ki, Natiqi də bıçaqla vurub içəri gətirmişlər. Natiqi kimin bıçaqla vurmasını görməmiş və diskotekaya kim tərəfindən gətirilməsini bilməmişdir. Mustafanın da bıçaqla kim tərəfindən və necə vurulmasını görməmişdir. Sənanın kimi bıçaqla vurmasını görməmiş, Natiqin deməsinə görə onu bıçaqla vuran Sənan olmuşdur. X21 tərəfindən bıçaqla vurulmasını, eləcə də Cavid tərəfindən bıçaqla vurulmasını görməmişdir. Hadisə yerində təkcə Cavidin əlində bıçaq olmasını görmüş və Cavid onun sol qıç nahiyyəsinə bıçaqla vurmuşdur. Digər şəxslərin əlində bıçaq olubolmadığına fikir verməmişdir. Cavid onu bıçaqlamış, ona görə Cavidin başına platonla vurmuşdur. Digər şəxslər onunla dalaşmamışdır. Həmin şəxslərin kiminlə dalaşmasını dəqiq deyə bilməmişdir. Amma eşitmişdir ki, Mustafanı Tural və Cavid bıçaqla vurmuşdur. Bədənindən qan axdığına görə qorxub içəri qaçmışdır. Mustafayə diskotekanın pulunun ödənilib-ödənilməməsinin hər hansı bir dəlaləti yoxdur, çünki Mustafa işçiləri deyil. Mustafa da hadisə olan yerə gəldikdən sonra eşitdiyinə görə Cavidi yumruqla vurmuşdur. Özü şəxsən bunu görməmişdir. Mustafanın bunu nə üçün etməsinin səbəbini bilmir. Birinci instansiyası məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilən X17 ifadəsində göstərmişdir ki, 08 avqust 2008-ci il tarixdə gecə saat 01 radələrində mühafizəçi işlədiyi «Palermo» diskotekasında olarkən diskotekanın arxa qapısının qarşısında sonradan adını eşitdiyi Tural adlı oğlanın diskotekaya gələn adamları pulsuz içəri buraxdığını görərək onun hərəkətləri barədə diskotekanm mühafizəçisi Amilə məlumat vermişdir. Həmin vaxt Tamerlan adlı oğlan giriş haqqı verib təri keçmək istədikdə Tural buna imkan verməmişdir. Bundan sonra Amil giriş haqqı ödəmədən diskotekaya keçən adamları onunla birlikdə çölə çıxarmış və giriş haqqı ödəmədiklərinə görə çölə çıxarılmış şəxslərlə aralarında mübahisə yaranmışdır. Tural adlı şəxsə bir nəfər də yaxınlaşmış və onunla mübahisə etməyə başlamışdır. Bu zaman Amilin dostu Mustafa da çölə çıxmış və hadisədən əvvəlki gün tanıdığı Cavidin ona tərəf gəlməsini və onu vurmaq istədiyini zənn edərək onun sifətindən yumruqla vurmuşdur. Onun qarşısında isə iki nəfər adam onu vura-vura üstünə gəlmişlər. Bu zaman Tural Əliyev onu bıçaqla vurmuşdur. Sənan adlı oğlan da onunla mübahisə edib dalaşmış, lakin onun əlində bıçaq olmamışdır. Həmin vaxt iki nəfər bıçaqla Mustafanın qarın nahiyyəsinə bir neçə zərbə vurmuşlar. Mustafanı vuran adamlardan biri onu da bıçaqla vuran Tural Əliyev olmuşdur. Belə ki, o, bıçaqla vurulduqdan sonra kənara çəkilmiş, Tural Əliyev isə bıçaqla Mustafanın üzərinə getmişdir. Tamerlanın baş nahiyyəsindən xəsarət almasını görsə də, ona kimin zərbə vurmasını görməmişdir. Hadisə vaxtı Zərərçəkmiş şəxs1 əlində uzun boru olmasını və boru ilə Cavidin başından vurmasını, qarşılıqlı olaraq ağır söyüşlər işlədilməsini qeyd etmiş, həmçinin göstərmişdir ki, həmin vaxt Zərərçəkmiş şəxs2 əlində olan plafon dəmiri ilə Təqsirləndirilən şəxs1 baş nahiyyəsinə vurmuş, Cavid isə bıçaqla Amilin ayağına vurmuşdur. Bıçaq zərbəsindən bədən xəsarəti aldığından Xaçmaz şəhər xəstəxanasına aparılaraq əməliyyat olunmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X15 ifadəsində 08 avqust 2008-ci il tarixdə saat 01 radələrində Nabran kəndində yerləşən «Palermo» istirahət mərkəzinin diskotekasında istirahət edərkən diskotekanın arxa qapısında tanıdığı Natiq Həsənovun və Zərərçəkmiş şəxs1h ora gələn şəxslərlə mübahisə etdiyini görməsini, bir qədər keçdikdən sonra Zərərçəkmiş şəxs1 qışqırıq səslərini və başqa şəxslərin nalayiq söyüşlər söyməsini eşitməsini, tanışı Zərərçəkmiş şəxs2 arxa qapıya tərəf qaçdığını görüb dava-dalaş olan yerə getməsini və dava zamanı Təqsirləndirilən şəxs1 və Tural Əliyevin birlikdə Zərərçəkmiş şəxs1 ardıcıllıqla bıçaqla zərbələr endirmələri faktını təsdiq etdiyini göstərmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibb ekspertizası və patoloji anatomiya birliyinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş, 26 avqust 2008-ci il tarixli 396 saylı məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Firuz oğlunun 08 avqust 2008-ci il tarixdə qarın boşluğu üzvlərinin (enən çənbər bağırsağın, müsariqə və böyük piyliyin) zədələnməsi və daxili qanaxma ilə qarının sol yarısının dörd yerdən, daxilə keçən, deşilmiş-kəsilmiş yaraları, sol budun (üç yerdən), sol diz oynağının (iki yerdən) və sol saidin (iki yerdən) kəsilmiş yaraları, döş qəfəsinin sağ-ön tərəfinin və sol dirsək nahiyyəsinin qançırları (dərialtı hematomaları) ilə Xudat şəhər xəstəxanasının cərrahiyyə şöbəsinə daxil olmuşdur. Göstərilən xəsarətlərdən sol budun, sol diz oynağının və sol saidin kəsilmiş yaraları iti kənarları olan, kəsici əşyanın təsirindən törənməklə dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya, döş qəfəsinin sağ-ön tərəfinin və sol dirsək nahiyyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənməklə sağlamlığa zərər vurmayan xəsarətlərə, daxili qanaxma ilə müşayət olunmuş enən çənbər bağırsağının, müsariqənin və böyük piyliyin zədələnməsilə qarın boşluğuna keçən, dörd ədəd kəsilmiş-deşilmiş yara isə bıçaq tipli kəsici-deşici əşyanın təsirindən törənməklə dərəcəsinə görə, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid edilmişdir. Eləcə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibb ekspertizası və patoloji anatomiya birliyinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş, 13 avqust 2008-ci il tarixli, 342 saylı məhkəmə-tibb ekspertizasının ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sol budundə kəsilmiş yara aşkar edilmişdir. Həmin xəsarət iti kənarlı və ya iti uclu kəsici əşyanın təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, 08 avqust 2008-ci il tarixə uyğun gəlmiş və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid edilmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs1 psixi vəziyyətinin müəyyən edilməsi məqsədi ilə 24 sentyabr 2008-ci il tarixdə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, həmin ekspertizanın 10 oktyabr 2008-ci il tarixli 708 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittihamın ola biləcək nəticələrini düzgün başa düşməklə öz vəziyyətinə və yaranmış situasiyaya qarşı onun tənqidi münasibəti kifayət qədər olmuş, onun emosional vəziyyətində dəyişiklik aşkar olunmamış, onda hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Buna görə də, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilmiş, o, cinayət törədilən zaman və müayinə zamanı öz hərəkətlərini ölçüb-biçmək və onları ifadə etmək iqtidarında olmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs1 barəsində məhkəmə-psixoloji ekspertizası təyin edilmiş, məhkəmə-psixoloji ekspertizasının 12 oktyabr 2009-cu il tarixli rəyində Təqsirləndirilən şəxs1 cinayət törədilən anda affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti) halını keçirdiyi göstərilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək verdiyi ifadələrindən, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Firuz oğlu və Zərərçəkmiş şəxs2, iş üzrə dindirilmiş şahidlərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs1 hadisə zamanı, habelə hadisədən sonra emosional-psixi vəziyyətinin hər hansı formada pozulması baş verməmiş, işin materiallarında bunu təsdiq edən hər hansı bir hal müəyyən edilməmişdir. Dövlət ittihamçısının vəsatəti əsasında Təqsirləndirilən şəxs1 barəsində komisyon məhkəmə-psixoloji ekspertizası təyin edilmiş, 21 yanvar 2010-cu il tarixli 627 saylı ekspert rəyində Təqsirləndirilən şəxs1 cinayət törədilən anda affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti) halını keçirdiyi göstərilmişdir. Dövlət ittihamçısının fikrincə 21 yanvar 2010-cu il tarixli 627 saylı ekspert rəyi 12 oktyabr 2009-cu il tarixli ekspertiza rəyinin əksi olmuş, əlavə tədqiqat aparılmadan qısa müddət ərzində rəy tərtib edilərək məhkəməyə göndərilmişdir. Həmin rəy şübhə doğurduğundan dövlət ittihamçısı tərəfindən 01 fevral 2010-cu il tarixdə təkrar komisyon məhkəmə-psixoloji ekspertizası keçirilməsi barədə vəsatət verilmiş, lakin əsaslı dəlil irəli sürülmədən vəsatət təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı tərəfindən təkrar komisyon məhkəmə-psixoloji ekspertizası keçirilməsi barədə vəsatətlər verilmiş, həmin vəsatətlər təmin edilərək Rəy verilməsi üçün cinayət işi 2 dəfə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə, 2 dəfə isə Səhiyyə Nazirliyinin Məhkəmə X5 göndərilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2023-cü il tarixli rəyində göstərilmişdir ki, hadisənin üzərindən 15 ildən artıq vaxt keçdiyinə görə Təqsirləndirilən şəxs1 psixi fəaliyyətində və yaddaşında müəyyən dəyişikliklər baş verdiyindən 08 avqust 2008-ci tarixdə cinayət əməlini törədərkən onun hansı emosional vəziyyətdə olmasını müəyyən etmək mümkün deyildir. Məhkəmə Ekspertizası Mərkəzindən ekspertizasının aparılmasından imtina edilməsi barədə 20 fevral 2024-cü il tarixli ekspert məlumatında göstərilmişdir ki, cinayət işi üzrə təyin olunmuş əvvəlki ekspertizaların tədqiqatlarında Məhkəmə ekspertizası mərkəzinin Psixoloji ekspertiza şöbəsinin bütün ekspertləri (4 ekspert) iştirak etdiklərinə görə təyin olunmuş təkrar komisyon məhkəmə-psixoloji ekspertizasının Mərkəzdə aparılması qeyri-mümkündür. Məlumat üçün bildirilmişdir ki, Səhiyyə Nazirliyinin Məhkəmə X3 hazırda 3 ekspert-psixoloq fəaliyyət göstərir və şəxs barəsində kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizası təyin olunmaqla həmin qurumda tədqiqat aparıla bilər. Səhiyyə Nazirliyinin Məhkəmə X4 22 aprel və 14 oktyabr 2024-cü il tarixli rəylərində göstərilmişdir ki, aparılmış müayinə zamanı Təqsirləndirilən şəxs1 oğunun hadisə dövründəki emosional vəziyyətini təsvir edə bilməməsi, bununla bağlı verilən sualları dolğun cavablandırmaması, aparılan sorğu-sual zamanı bu müddət ərzində dəfələrlə hadisə iştirakçıları ilə danışması səbəbindən söylədiklərini özünün belə xatırladığı, yaxud eşitdiklərinə əsasən belə yadında qaldığını bilmədiyini deməsi, affekt vəziyyətinin əlamətlərini, affektiv emosional vəziyyətin yaranmasına səbəb olan yaşantılarını açıqlaya bilməməsi, həmçinin hadisədən uzun müddət (təxminən 16 il) keçdiyinə görə baş vermiş hadisə ilə əlaqədar müəyyən detalların yoxlanılan şəxsin yaddaşından silinməsinin mümkünlüyünü nəzərə almaqla, qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs1 hansı psixi-emosional vəziyyətdə olmasını, fizioloji affekt vəziyyəti keçirib-keçirmədiyini müəyyən etmək mümkün olmamışdır. İşin materiallarından görünür ki, hadisə zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Firuz oğlu və Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs1 təhqir edilməsi, ona qarşı sonuncuda qəflətən baş verən güclü ruhi həyəcan vəziyyəti yaranmasına əsas verən hərəkətlərin edilməsi müəyyən edilmir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 yumruqla və yaxud plastik boru ilə vurması sonuncuda qəflətən baş verən güclü ruhi həyəcan vəziyyətini yaratması inandırıcı görünmür. Belə ki, Azərbaycan Respublikası CM-nin qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma, yəni 129-cu maddəsinin dispozisiyasının zəruri elementləri zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir, sair qanunsuz və ya əxlaqsız hərəkətlərdir. Zorakılıq döymədə, işgəncə vermədə, sağlamlığa zərər vurmada, zorlamada, ağır təhqirlə təqsirkarın şəxsiyyətinin, şərəf və ləyaqətinin müstəsna dərəcədə, son dərəcədə kobud surətdə alçaldılmasında ifadə olunur. Zorakılıq mütəmadi olmaqla az əhəmiyyətli olmamalıdır. Sair qanunsuz hərəkətlər zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdə güclü ruhi həyəcan vəziyyəti yaradan qanunsuz əməllərdə, vəzifə səlahiyyətlərini aşma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma kimi hərəkətlərdə ifadə olunur. Əxlaqsız hərəkətlər intim münasibətlər zəminində baş verən hərəkətləri özündə əks etdirir. Məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs1 Firuz oğlunun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 129-cu maddəsinin qeyd edilən zəruri elementlərinin heç biri işin obyektiv halları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Həmin Məcəllənin 127.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində birinci instansiya məhkəməsi zamanı verilmiş psixoloji ekspertiza rəyləri cinayət işində olan digər mötəbər sübutlarla təkzib edildiyindən sübut kimi qəbul edilə bilməz və birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır, bu isə ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir edən haldır. Azərbaycan Respublikası CPM-nin 399.1.2 və 401.1.2-ci maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökmü ləğv edilməlidir. Bundan əlavə birinci instansiya məhkəməsi CM-nin 62-ci maddəsini tətbiq edərək Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-nin 221.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edəkən də cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs1 CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan ən aşağı həddən də az cəza təyin edərkən onun ilk dəfə məhkum olunmasını, əməlindən peşman olmasını, atasının 2001-ci ildə vəfat etməsini, anasının onkoloji xəstə olmasını, əlbəyaxa döyüş üzrə çempion olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmişdir. İşin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs1 hadisələrin təsadüfi axarı zəminində olmamaqla, bir deyil, müstəqil tərkibli iki cinayət törətmiş, o cümlədən qəsdən Zərərçəkmiş şəxs1 Firuz oğlunu öldürməyə cəhd etdikdən sonra diskotekanın icarədarı Zərərçəkmiş şəxs2 əlində olan bıçaqla sağlamlığın pozulmasına səbəb olmayan yüngül dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Buna görə də birinci instansiya məhkəməsi onun ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Birinci instansiya məhkəməsi məhkumun atasının 2001-ci ildə vəfat etməsini, anasının onkoloji xəstə olmasını, əlbəyaxa döyüş üzrə çempionatda iştirak etməsini, zərərçəkmişin şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alsa da bunların motivini hökmdə əsaslandırmamışdır. Halbuki, Azərbaycan Respublikası CM-nin 59.2-ci madəsinə görə cinayət qanununda nəzərdə tutulmamış hallar cəzanı yüngülləşdirən hal kimi nəzərə alındıqda bunun motivləri hökmdə əsaslandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 4-cü bəndində göstərilir ki, cinayət qanununda nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınarkən belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsinin motivləri hökmdə əsaslandırılmalıdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi yüngülləşdirici hal kimi qəbul etdiyi halları qanunsuz olaraq müstəsna hal kimi nəzərə alaraq CM-nin 221.3-cü maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 yüngül cəza təyin etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilir ki, təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsi tətbiq edilərkən nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Eyni zamanda CM-nin 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4-cü maddələrini də CM-nin 129.1-ci maddəsinə tövsif etməklə səhvə yol vermişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 129.1, 221.3-cü maddələri ilə məhkum olunmasına dair Ağır cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 fevral 2010-cu il tarixli hökmü Təqsirləndirilən şəxs1 münasibətdə ləğv edilməli, apellyasiya protesti təmin edilməli və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək ona həmin madddələrin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Azərbaycan Respublikası DİN-nin xx.xx.2008-ci il tarixli arayışı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 qohumları tərəfindən zərərçəkmiş şəxslərin müalicə xərcləri ödəndiyindən və aralarında barışıq əldə olunduğundan zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən məhkəmə kollegiyası bu xüsusatı Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 10-cu maddəsinin tələbləri də nəzərə alıınmalıdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Hazırda Azərbaycan Respublikasının CM-nin 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4-cü maddələrinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Lakin Təqsirləndirilən şəxs1 cinayət törətdiyi dövrdə qüvvədə olan CM-nin müvafiq maddələrinin sanksiyasında on iki ildən on beş ilədək cəza nəzərdə tutulduğundan ona cəza təyini edərkən Azərbaycan Respublikasının CM-nin 10.4-cü maddəsinə əsasən bu hal nəzərə alınmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs1 cinayət törətdiyi vaxtda Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası müəyyən edildiyi halda, Məcəlləyə edilmiş dəyişikliyə əsasən hazırda həmin maddənin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir və cəza təyini zamanı da bu hal da nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayətə cəhdə görə cəzanın müddəti və ya həcmi CM-nin müvafiq Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının CM-nin 60-cı və 63.3-cü maddələrinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4-cü maddələri ilə 8 (səkkiz) il 05 (beş) ay 7 (yeddi) gün müddətə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, yuxarıda göstərilənlər nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 cəza təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 01 sentyabr 2008-ci il tarixdən 15 fevral 2010-cu il tarixədək həbsdə saxlandığı 1 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hökmlə ona təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin olunmalı və o, CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi götürülmüş Xaçmaz rayon prokurorluğunda saxlanılan zərərçəkmiş Zərərçəkmiş şəxs1 Firuz oğluna məxsus 1 ədəd qısaqol köynək, 1 ədəd şalvar, zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd idman tumanı istifadəyə yararsız olduğundan məhv edilməli, cinayət işinin istintaqı zamanı çəkilmiş video kasetlər cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə ekspertizasının xərci 150 manat (yüz əlli manat) Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə köçürülməlidir. Ağır cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 fevral 2010cu il tarixli hökmü ilə 250 manat ekspertiza xərcinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-356-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası H Ö K M E T D İ: Apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 129.1, 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum olunmasına dair Ağır cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 fevral 2010-cu il tarixli hökmü apellyasiya protestinə əsasən Təqsirləndirilən şəxs1 münasibətdə ləğv edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4-cü maddələri ilə 8 (səkkiz) il 05 (beş) ay 7 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 01 sentyabr 2008-ci il tarixdən 15 fevral 2010-cu il tarixədək həbsdə saxlandığı 1 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hökmlə ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 07 (il) il 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı onun həbsə alındığı 20 avqust 2023-cü il tarixdən hesablansın. Cinayət işi üzrə apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə ekspertizasının xərci 150 manat (yüz əlli manat) Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə köçürülsün. Ağır cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 fevral 2010cu il tarixli hökmü ilə 250 manat ekspertiza xərcinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz rayon prokurorluğunda saxlanılan zərərçəkmiş Zərərçəkmiş şəxs1 Firuz oğluna məxsus 1 ədəd qısaqol köynək və 1 ədəd şalvar, zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd idman tumanı məhv edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hökm elan olduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddələrində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(105)-2/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Hökm — İş №1(105)-2/2024
27.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver