Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-20/2023 01.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının hakimləri: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Abasov Şəmsəddin Rzalı oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Atakişiyeva Şəfəq Arif qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin apellyasiya və kassasiya instansiya məhkəmələrində X9 üzrə şöbəsinin prokuroru X14, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Siyəzən Rayon Məhkəməsinin 1(059)-1/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Siyəzən Rayon Məhkəməsinin 1(059)-1/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli hökmü ilə (hakim B.Ələkbərov) Təqsirləndirilən şəxs (xx xxx 1973-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Republikası vətəndaşı, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. Hökmdən Dövlət ittihamçısı1 apellyasiya protesti verərək, hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protestinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-50/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilmiş, Siyəzən Rayon Məhkəməsinin 1(059)-1/2021 nömrəli, 21 sentyabr 2021-ci il tarixli hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində “8 noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 5, 9.2.3, 9.3-cü bəndləri tətbiq edilməklə təyin edilmiş cəza 1 (bir) il azaldılmış və üzərində qəti olaraq 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-50/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Kassasiya şikayəti və kassasiya protestinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli 1(102)-1403/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməklə Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)- 50/2022 saylı qərarı ləğv edilmiş, cinayət işi yeni apellyasiya baxışına qaytarılmış, kassasiya protesti təmin edilməmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötəri ki, o, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı “TOZ-8M” modelli yivli odlu idman-ov silahını əldə edib Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evinin otaqlarından birində açıq vəziyyətdə saxlamış, qeyd olunan silah X3, Şahid1 və X18 tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs şəklində 21 avqust 2019-cu il tarixdə, gecə saat 03:00 radələrində ona məxsus evdən talanmaqla Xızı rayonu, Altıağac qəsəbəsinə aparılaraq qanunsuz saxlanılması üçün X8 verilmiş, Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin silah 23 avqust 2019-cu il tarixdə saat 16:00 radələrində Sapar Bağırovun yaşadığı Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən evin həyətində hasarın bir küncündə yığılmış dəmir və taxtaların arasından aşkar edilərək götürülmüşdür. Apellyasiya protestinin dəlilləri: Birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə edən Dövlət ittihamçısı1 apellyasiya protestində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Siyəzən Rayon Məhkəməsinin 1(059)1/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinib, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, cinayət işinin başlanılmasına səbəb Təqsirləndirilən şəxs Siyəzən RPŞ-nə təqdim etdiyi və öz xətti ilə yazmış olduğu ərizəsi olmuşdur. Məhkəmə, həmin ərizəyə, yəni cinayət işinin başlanılmasına səbəb olan bu xüsusata münasibətdə məhkəmədə Təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəyə əsalanaraq qeyd etmişdir ki, guya sonuncu, Köhnə Quşçu kəndində yerləşən evdə ov silahlarının oğurlandığını bilib atası Şahid2 tapşırığına əsasən Siyəzən RPŞ-yə gedərək baş vermiş oğurluq hadisəsi ilə bağlı ərizə yazmış, orada olarkən o, nə tüfənglərin, nə də ki, tüfəng saxlanan fərdi yaşayış evinin özünə məxsus olmamasını, ata-baba mirası olduğunu, özünün ünvan 3 nömrəli evdə yaşadığını bildirsə də, polis əməkdaşları ona “sənin qoca atanın arxasınca sürünəsi halımız yoxdur” deyərək ərizəni ona yazdırmışlar, hüquqi savadı olmadığından ərizə tərəfindən yazılsa da, polis əməkdaşlarının diktəsi ilə yazılmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində belə fikir söyləməmiş, əks halda bu xüsusatın aydınlaşdırılması üçün dövlət ittihamçısı kimi ya tərəfindən, ya da işə baxan hakim tərəfindən müvafiq tədbirlər görülərdi və görülməli idi, o cümlədən Təqsirləndirilən şəxs həmin polis əməkdaşının şəxsiyyəti barədə məlumatlar alınardı və yaxud da Siyəzən RPŞ-ə müvafiq sorğular verilib ərizəni qəbul edən şəxsin şəxsiyyəti müəyyənləşdirilməklə məhkəmə istintaqında dindirilərdi. Bundan başqa, lap tutaq ki, hər hansı polis əməkdaşı tüfənglərin Təqsirləndirilən şəxs atasına deyil, onun özünə məxsus olması barədə yazmasını tələb etmişdir ki, iş üzrə zərərçəkmiş kimi yaşlı atası Şahid2 deyil, məhz Təqsirləndirilən şəxs özü tanınsın və cinayət prosesində zərərçəkmiş şəxsin iştirakı asan olsun. Bəs yaşayış evinin Təqsirləndirilən şəxs məxsus olmasına dair polis əməkdaşının təkidi nə ilə bağlı ola bilərdi?! Yəni əgər söhbət zərərçəkmiş şəxsin cinayət prosesində iştirakının təmin olunmasından gedirsə və hər hansı bir polis əməkdaşının təkidi ilə Təqsirləndirilən şəxs tüfənglərin ona məxsus olduğunu bildirmişsə onda bəs hadisə baş verən evin ona məxsus olduğunu bildirməsi nəyə görə idi?! Lakin göründüyü kimi Təqsirləndirilən şəxs həm tüfənglərin, həm də tüfənglərin saxlandığı yaşayış evinin ona məxsus olmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində belə fikir söyləməmiş, əks halda bu xüsusatın aydınlaşdırılması üçün dövlət ittihamçısı kimi ya tərəfindən, ya da işə baxan hakim tərəfindən müvafiq tədbirlər görülərdi və görülməli idi, o cümlədən Təqsirləndirilən şəxs həmin polis əməkdaşının şəxsiyyəti barədə məlumatlar alınardı və yaxud da Siyəzən RPŞ-yə müvafiq sorğular verilib ərizəni qəbul edən şəxsin şəxsiyyəti müəyyənləşdirilməklə məhkəmə istintaqında dindirilərdi. Bundan başqa, lap tutaq ki, hər hansı polis əməkdaşı tüfənglərin Təqsirləndirilən şəxs atasına deyil, onun özünə məxsus olması barədə yazmasını tələb etmişdir ki, iş üzrə zərərçəkmiş kimi yaşlı atası Şahid2 deyil, məhz Təqsirləndirilən şəxs özü tanınsın və cinayət prosesində zərərçəkmiş şəxsin iştirakı asan olsun. Bəs yaşayış evinin Təqsirləndirilən şəxs məxsus olmasına dair polis əməkdaşının təkidi nə ilə bağlı ola bilərdi?! Yəni əgər söhbət zərərçəkmiş şəxsin cinayət prosesində iştirakının təmin olunmasından gedirsə və hər hansı bir polis əməkdaşının təkidi ilə Təqsirləndirilən şəxs tüfənglərin ona məxsus olduğunu bildirmişsə, onda bəs hadisə baş verən evin ona məxsus olduğunu bildirməsi nəyə görə idi?! Lakin göründüyü kimi Təqsirləndirilən şəxs həm tüfənglərin, həm də tüfənglərin saxlandığı yaşayış evinin ona məxsus olmasını bildirmişdir. Bunlarla yanaşı, iş materiallarında olan Təqsirləndirilən şəxs anket məlumatlarından görünür ki, o, ali təhsillidir və rayonun Köhnə Quşçu kəndində yerləşən evindən 02 ədəd tüfəngin 20-21 avqust 2021-ci il tarixlərdə naməlum şəxslər tərəfindən oğurlanmasını hüquq-mühafizə orqanına bildirməyə hər hansı bir hüquqi biliyə (sübutetmə, tövsif, prosessual qaydalar və s.) sahib olmağa heç bir zərurət yoxdur. Siyəzən RPŞ-yə Təqsirləndirilən şəxs müraciəti daxil olan gün, yəni 22 avqust 2019-cu il tarixdə qeyd olunan yaşayış sahəsinə şikayətçi Təqsirləndirilən şəxs özünün, eləcə də hal şahidləri və digər aidiyyəti şəxslərin iştirakları ilə baxış keçirilmiş və baxışın nəticələrini əks etdirən protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus yaşayış evinin əsas giriş qapısının açar sistemi yoxdur və həmişə açıq vəziyyətdə olur, ev 3 otaqdan - yataq otağı, qonaq otağı və saxlanc otağından ibarətdir, saxlanc otağının qapısında qıfıl var və həmin qıfıl qırılmış vəziyyətdədir və baxışda iştirak edən Təqsirləndirilən şəxs 02 ədəd tüfəngin saxlanc olan otaqdan oğurlandığını bildirmişdir. Həmin protokolda qeyd olunanlardan belə nəticə hasil olunur ki, həmin evdə daimi yaşayış olmamış, çünki evdə yaşayış olsaydı yaşayış üçün zəruri olan məişət əşyaları - ən azından soyuducu, yemək bişirmək və saxlamaq üçün cihazlar, televizor və s., eləcə də həmin əşyaların mühafizəsi üçün evin giriş qapısında qıfıl olardı. Amma baxış zamanı qıfılın yalnız saxlanc otağının qapısında olması müəyyən olunmuşdur ki, bu da orda olan tüfənglərin mühafizəsini təşkil etmək üçün nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs özünün müdafiə edilməsi üçün, habelə sonuncunun valideynlərinin onu cinayət məsuliyyətindən qorumaq üçün vermiş olduğu ifadələri, eləcə də iş materiallarına əlavə edilməmiş Siyəzən RİH Başçısının Ərziküş İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 32 №-li 18 sentyabr 2020-ci il tarixli arayışı əsas götürüb tamamilə absurd bir nəticəyə gələrək qeyd etmişdir ki, guya sözügedən evdə həmişə Təqsirləndirilən şəxs valideynləri - Əhməd və Əminə Cabbarovlar yaşamış və Təqsirləndirilən şəxs da valideynlərinin yanına baş çəkmək üçün arada bir oraya gəlib getmişdir. Cəmiyyətdə təşəkkül tapan adət və ənənələrə uyğun olaraq içərisində yaşayış olan evin giriş qapısında ümumiyyətlə mühafizə sisteminin (qıfıl, açar və s.), insanın yaşaması üçün zəruri olan avadanlığın (soyuducunun, yemək bişirmək üçün cihazların və s.) olmaması hansı məntiqə uyğun gəlir?! Bu, məsələnin sadə gözlə görünən tərəfidir və artıq iş materiallarında olan baxış protokolu və fotoşəkillərlə sabit olduğundan hər hansı bir digər dəlillə təkzibedilməsi mümkünsüzdür. Təkzib etmək istəyən öz yaşadığı evin giriş qapısına, eləcə də kənddə yaşayan valideynləri və digər qohumlarının giriş qapısına baxmaqla ibtidai istintaq orqanının gəldiyi nəticəyə gələ bilər. Bundan başqa qeyd olunmalıdır ki, Siyəzən RİH Başçısının Ərziküş İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 32 Ns-li 18 sentyabr 2020-ci il və Siyəzən RİH Başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 2002 №-li 21 sentyabr 2020-ci il tarixli arayışlar kim tərəfindən, nə vaxt və harada məhkəməyə təqdim edilməsi məlum deyil. Bu barədə xx.xx.2020-ci il tarixdən sonra olan məhkəmə iclas protokollarında hər hansı bir qeydiyyat yoxdur. Həmçinin, həmin arayışların məhkəmə iclaslarından kənar, şəxsən və yaxud rabitə vasitəsilə məhkəməyə daxil olması barədə proses iştirakçılarına, konkret olaraq dövlət ittihamçısına məlumat verilməmişdir. Əks halda, dövlət ittihamçısı kimi bununla bağlı tərəfindən müvafiq tədbirlər görülərdi, o cümlədən həmin arayışla Siyəzən RİH Başçısının Ərziküş İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 04 saylı cavab məktubu arasında ziddiyyət aydınlaşdırılardı. Çünki son qeyd olunan sənəddə, yəni Siyəzən RİH Başçısının Ərziküş İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 04 saylı cavab məktubunda qeyd olunmuşdur: “Təqsirləndirilən şəxs Siyəzən şəhərində qeydiyyatda olsa da, Siyəzən rayonunun Köhnə Quşçu kəndində ailə kəndli təsərrüfatı (heyvandarlıq) ilə məşğul olur, həmin kənddə babasından qalma fərdi yaşayış evi vardır.” Bundan başqa, Təqsirləndirilən şəxs hazırda aydınlaşdırılan məsələ ilə bağlı ibtidai istintaqda ifadə verdikdən sonra işin ibtidai istintaqını aparmış şəxs (müstəntiq B.Vəlimətov) tərəfindən 02 mart 2020-ci il tarixdə əməliyyat tapşırığı verilmiş və bu tapşırığı icra edən şəxs (polis sahə rəisi R.Məmmədov) tərəfindən 02 aprel 2020-ci il tarixdə tərtib edilmiş raportdan görünür: “tərəfimdən həmin kəndin sakinləri ilə şifahi sorğular aparılmış, şifahi sorğu zamanı kənd sakinləri Təqsirləndirilən şəxs ilin əsasən yaz, yay, payız fəsillərində mütəmadi olaraq həmin evdə yaşadığını, evin təsərrüfat işləri ilə məşğul olduğunu, həmçinin evin həyətyani sahəsində müxtəlif növ tərəvəz bitkiləri əkibbecərdiyini təsdiqləmişlər...” Lakin bütün bunlara baxmayaraq sözügedən məsələ ilə bağlı məhkəmə, Siyəzən RİH Başçısının Ərziküş İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 04 saylı məktubu və polis sahə rəisi R.Məmmədov tərəfindən 02 aprel 2020-ci il tarixdə tərtib edilmiş raporta diqqət yetirməmiş, məhkəmə istintaqı zamanı hansı yolla əldə olunan, iş materiallarına proses iştirakçılarından xəbərsiz sirayət edən, heç bir məhkəmə iclas protokolunda qeyd olunmayan, üzərində məhkəməyə daxil olmaya dair hər hansı bir rekvizit olmayan və ən əsası da iş materiallarlarında olan və eyni məsələyə dair olan digər sənədlərlə ziddiyyət təşkil edən arayışları əslində özü hərtərəfli araşdırmamış və qanuni yolla əldə edilərək iş materiallarına əlavə edilən sənədlərdə göstərilənləri təkzib edərək qanunsuz yolla iş materiallarında peyda olan iki arayışı əsas götürmüşdür. Halbuki, məhkəmənin əsaslandığı həmin arayışlar həqiqəti tam əks etdirmir. Belə ki, həmin arayışda Təqsirləndirilən şəxs və ailə üzvləri - arvadı X15, övladları - Əhməd, Aqil və Şəmsin ünvan 2 ünvanda qeydiyyatda olması göstərilsə də, qəsdən Şahid2 və Şahid3 da həmin ünvanda qeydiyyatda olmaları gizlədilmişdir. Yaşayış sahəsinin məhz Təqsirləndirilən şəxs faktiki sahibliyində olması Təqsirləndirilən şəxs ilkin izahatı, zərərçəkmiş şəxs qismində verdiyi ilk ifadəsi, eləcə də hazırki iş üzrə şahid qismində keçən şəxslərin ibtidai istintaq dövründə verdikləri ifadələrlə təsdiq olunsa da işə baxan məhkəmə bunu nəzərə almamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 vermiş olduğu sərbəst ifadədə əvvəlki ifadələrini olduğu kimi təsdiq etmiş, yalnız bir fərqlə - sözügedən evə artıq “Rövşənə məxsus ev” kimi deyil, hər yerdə “Rövşənin valideynlərinin Köhnə Quşçu kəndində olan evi”, “Rövşənin atası Əhmədgildə”, “Rövşənin valideynlərinin evində”, “Rövşənin atası Əhmədə məxsus evin otağında”, “Rövşənin atasıgilin qaldığı evə (kəndə)”, “Rövşənin valideynlərinin qonşuları”, “Rövşənin atası X23 kəndində olan evində”, “Rövşənin atası Əhmədgilin evi istiqamətində” və s. bu kimi ifadələrdən istifadə etmişdir. Xüsusilə vurğulanmalıdır ki, əgər bu ifadələri Şahid1 sual-cavab (dindirmə) zamanı bildirsəydi, buna hardasa önəm vermək olardı, lakin bu ifadələrin Şahid1 sərbəst şəklində vermiş olduğu ifadədə göstərməsi bir daha göstərir ki, sonuncu, məhkəməyə öyrədilmiş şəkildə gətirilmiş və qonşusu, eləcə də evindən oğurluq etdiyi şəxsin yanında gözü kölgəli olan şəxs kimi Təqsirləndirilən şəxs maraqlarına xidmət edən ifadənin verməsi onun üçün məcburidir. Əvvəla, nəzərə almaq lazımdır ki, istər Şahid1 özünün təqsirləndirildiyi işdə hüquqlarını müdafiə edən və hazırkı iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil eynidir. İkincisi, biləbilə ki, onun verdiyi ifadə qonşusu, eləcə də evindən oğurluq etməklə yanında gözü kölgəli olduğu şəxsin cinayət məsuliyyətinə səbəb olacaqdır, burda hansı obyektivlikdən söhbət gedə bilər və bu hal təsir kimi qiymətləndirilə bilməzmi?! Üçüncüsü, ibtidai istintaq zamanı Şahid1 tək dindirilmişdirmi ki, protokolda onu sözlərindən yazılanlar ona məlum olmasın. Çünki iş materiallarından görünür ki, şübhəli kimi tutulduğu andan sona kimi onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirak etmişdir. Dördüncüsü, sözügedən evin Təqsirləndirilən şəxs məxsus olub-olmamasını bildirməsinə Şahid1 həyəcanının nə aidiyyəti ola bilərdi. Özünün və tanışlarının talama və digər cinayətlərinə görə olan xüsusatlarla bağlı həyəcanlı olmaya-olmaya ziddiyyətli ifadələr verməyən Şahid1 sözügedən evin Təqsirləndirilən şəxs və yaxud sonuncunun atası Şahid2 məxsus olması ilə bağlı niyə həyəcan keçirməli idi. Beşincisi və ən əsası, sözügedən evin məxsusluğuna dair Şahid1 “həyəcanı” o qədərmi uzun çəkmişdir ki, həmin həyəcan düz 22 avqust 2019-cu il tarixdən başlayaraq 14 oktyabr 2020-ci il tarixə kimi davam etmişdir. Göründüyü kimi məhkəmənin bu barədə gəlmiş olduğu nəticə və verilmiş qiymət tamamilə absurddur, ona görə də Şahid1 ibtidai istintaq və özünün təqsiləndirildiyi cinayət işinin məhkəmə baxışı zamanı vermiş olduğu ifadələr əsaslı və mötəbər kimi qiymətləndirilməlidir. İş materiallarından görünür ki, Siyəzən Rayon Məhkəməsinin müvafiq sorğusuna əsasən Şahid1, X3, X12 Azərbaycan Respublikası CM-nin 232.2.1 və 228.2.1ci maddələri və X5 Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə müvafiq cəzalara məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü (hakim M.Xankişiyev) cinayət işi materiallarına əlavə edilmişdir. Həmin hökmdə qeyd olunan təqsirləndirilən şəxslər - X3 və X12 ifadələrindən də görünür ki, onlar xx.xx.2019-cu il tarixdə cinayət törətdikləri Köhnə Quşçu kəndindəki evin və həmin evdə olan 02 ədəd tüfəngin Rövşənə məxsus olmasını qabaqcadan əlbir olduqları qrupun üzvü Şahid1 bilmişlər. Lakin iş materiallarına Bakı Ağır Cinayətlər Məhkəməsinin həmin hökm əlavə edilsə də, işə baxan hakim tərəfindən orada olan ifadələrə qətiyyən münasibət bildirilməmiş, yalnız işə aidiyyəti olmayan məsələni - yəni Şahid1, X3, X12 Azərbaycan Respublikası CM-nin 232.2.1 və 228.2.1-ci maddələri və X5 Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə müvafiq cəzalara məhkum edildiyini qeyd etmişdir. Həmin hökmün iş materiallarına nə kimi aidiyyətinin olduğunu başa düşmək mümkün deyil. Hazırkı iş üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs atası Şahid2 göstərmişdir ki, sözügedən həmin 02 ədəd tüfəng ona atasından miras qalmış, oğlu Rövşənin tüfənglərdən xəbəri olmamış, həmin silahların göstəricilərini bilməmiş və Köhnə Quşçu kəndindəki evdə həmin 02 ədəd tüfəng oğurlanarkən oğlu Rövşənə gedib Siyəzən RPŞ-yə ərizə ilə müraciət etməyi tapşırmışdır. Lakin Şahid2 dindirildikdə və ondan talanmış tüfənglərin göstəriciləri barədə soruşulduqda o, həmin tüfənglərin markasını bilmədiyini, hadisədən sonra həmin tüfənglərdən birinin “Toz-8” olduğu ona məlum olduğunu qeyd etmişdir. Halbuki, Təqsirləndirilən şəxs Siyəzən RPŞ-yə ərizə ilə müraciət etdikdən sonra ondan dərhal izahat alınmış və sonuncu, həmin izahatda talanmış odlu silahların birinin Rusiya istehsalı olan 16 kalibrli “İJ-58” markalı qoşalüləli, digərinin isə Rüsiya istehsalı olan “Toz-8” markalı təklüləli ov tüfənglərinin olduğunu və hər ikisinin də işlək vəziyyətdə olduğunu qeyd etmişdir. Məhkəmənin bu xüsusata qiymət verməsi də çox maraqlı olardı, lakin “təəssüflə” qeyd edilməlidir ki, bu dəfə bu xüsusata qiymət verə bilmədi. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 həmin tüfənglərin evin hansı otağında saxlanılması barədə soruşulduqda sonuncu, həmin silahların yataq otağında saxlanıldığını bildirmişdir. Lakin orada məlum olanda ki, silahlar evin saxlanc kimi istifadə olunan otağında olub Şahid2 “silahların gah yataq otağında, gah da ambarda saxlanılması barədə bildikləri keçirtdiyi xəstəliklə əlaqədar beynində yaranmış problemlərin və bunun nəticəsində meydana gələn yaddaş dağınıqlığının nəticəsidir” deyə cavab vermişdir. Məhkəmə isə sorgu-sual (dindirmə) zamanı verilən ifadəni, yəni Şahid2 “silahların gah yataq otağında, gah da ambarda saxlanılması barədə bildikləri keçirtdiyim xəstəliklə əlaqədar beynində yaranmış problemlərin və bunun nəticəsində meydana gələn yaddaş dağınıqlığının nəticəsidir” deməsini onun sərbəst ifadə qrafasına da daxil etmişdir. Bu azmış kimi Təqsirləndirilən şəxs valideynləri - Əhməd və Əminə Cabbarovların şahid qismində vermiş olduğu ifadələrinə məhkəmə aşağıdakı kimi qiymət vermişdir: “...məhkəmə şahidlər, o cümlədən Təqsirləndirilən şəxs yaxın qohumları, mərhum atası Şahid2 və anası Şahid3 ifadələrinə münasibətdə qeyd edir ki, sonuncular Təqsirləndirilən şəxs valideynləri olmaqla, onun lehinə ifadə versələr də, verilmiş bu ifadə könüllü olaraq sərbəst verilmiş, habelə əhəmiyyətli məqamların təfərrüatlı araşdırılmasına imkan verərək, obyektiv həqiqətin ortaya çıxmasına şərait yaratmışdır. Belə olan təqdirdə isə verilmiş bu ifadələr əsaslı hesab edilməli, mötəbər bəraətverici sübut kimi nəzərə alınmalı, habelə “oğullarını cinayət məsuliyyətindən yayındırmaq niyyətinin olması” xüsusatı ilə müdafiə xarakterli hesab edilməməlidir..." Hesab edir ki, bu cür əsası olmayan əsaslandırmanı təkzib etməyə heç bir zərurət yoxdur. Məhkəmənin bu əsaslandırmasından belə çıxır ki, əgər Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən odlu silahların məxsus olmasına görə zərərçəkmiş şəxs kimi tanınıbsa bu o demək deyil ki, hazırki iş üzrə cinayətin aləti olan tüfənglərin Təqsirləndirilən şəxs sahibliyində olması təsdiq olunur. Göründüyü kimi, işə baxan məhkəmə “Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2020-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsassız olaraq öz mövqeyinə uyğun şəkildə izah vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törətdilmiş cinayətin kifayət qədər sübuta yetirilməsini nəzərə almadan əsassız olaraq onun həmin əmələ aidiyyətinin sübuta yetirilməməsi qənaətinə gələrək ona bəraət vermişdir. Tərəflərin məhkəmədəki çıxışları: Apellyasiya məhkəməsinin iclasında dövlət ittihamçısı apellyasiya protestini müdafiə edərək və protestin dəlillərinə uyğun çıxış edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Siyəzən Rayon Məhkəməsinin 1(059)1/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsi, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham həcmində təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında, bəraət almış Təqsirləndirilən şəxs apellyasiya protestinin rədd edilməsi, cinayət işi üzrə Siyəzən Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Bəraət almış təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 apellyasiya protestinə etiraz edərək, apellyasiya məhkəməsindəki çıxışında işin hallarının birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırıldığını, toplanmış sübutlar əsasında Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarıldığını, həmçinin, bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi 15 sentyabr 2022-ci il tarixli qərarında qiymət verdiyini qeyd edib, apellyasiya protestinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya protestinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) tələblərinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-in 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya tələblərinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya tələblərinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, dövlət ittihamçısının bəraət hökmünün ləğv edilməsi, bəraət almış təqsirləndirilən şəxs və müdafiəçisinin apellyasiya protesstinin rədd edilməsi barədə çıxışlarını dinləyib, eyni zamanda hazırki cinayət işi Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1403/2022 saylı 15 sentyabr 2022-ci il tarixli qərarında qeyd etdiyi tövsiyyələri nəzərə alıb hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin 1(059)-1/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası məhkəmə araşdırmasının yekunu üzrə qərar qəbul edərkən CPM-nin 349-351-ci maddələri ilə müəyyən edilən normaları əsas götürür. Həmin maddələrlə müəyyən edilmişdir ki, hökm Azərbaycan Respublikası Konstitusiyasına, cinayət və cinayət-prosessual qanunlara riayət edilməklə çıxarıldıqda, habelə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda qanuni və əsaslı sayıla bilər (CPM-nin 349.4 və 349.5-ci maddələri). Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bəraət hökmünə bəraət verilən şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir.(CPM-nin 350.3 və 351.2-ci maddələri). Məhkəmə kollegiyası hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın əsasını təşkil edən təqsirləndirilən şəxsin hərəkətlərinin baş verməsinin səbəb və şəraiti, baş vermə yeri və nəticələri barədə mübahisə doğurmayan məlumatları qeyd etməyi zəruri sayır. Belə ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, hazırda Siyəzən şəhərinin Sabir küçəsindəki 49 nömrəli evdə valideyni və ailə üzvləri ilə birlikdə yaşayır. Bundan başqa, Siyəzən rayonu, Köhnə Quşçu kəndində valideynlərinin yaşamış olduğu (hazırda atasının vəfatından sonra anası onunla birgə yaşayır) həyətyanı torpaq sahələri və həmin torpaq sahəsində bir mərtəbə, 3 otaq və 1 eyvandan ibarət evləri vardır. Həmin evin otaqlarından biri qonaq otağı, biri yataq otağı, digəri isə müxtəlif əşyalar saxlamaq üçün anbar kimi istifadə olunur. Mərhum atası həmin həyətyanı torpaq sahəsində mal-qara saxlamış, təsərrüfatla məşğul olmuş, həmçinin müxtəlif tərəvəz bitkiləri əkmişdir. 2019-cu ilin may ayınadək mərhum atası Şahid2 və anası Şahid3 da həmin evdə yaşamışlar. Lakin, sonradan atası Şahid2 beyin insultu keçirdiyindən əvvəlcə atasını, bir müddət sonra isə anasını ünvan 3 ünvanında yerləşən evinə aparmışdır. 2019-cu illin may ayından etibarən Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evlərinin bütün işləri ilə özü məşğul olmağa başlamış, həmçinin, həmin evdə mərhum babası Pənah Cabbarovdan qalma iki ədəd ov tüfəngləri də olmuşdur. Belə ki, Siyəzən rayonu, Köhnə Quşçu kəndi coğrafi baxımdan dağlıq ərazidə yerləşdiyindən müxtəlif növ vəhşi heyvanlar tez-tez kəndə hücum edərək, kənd sakinlərinin mal-qarasına və təsərrüfatına ziyan vururlar. Məhz bu səbəbdən evdə silah saxlanılmışdır. Mərhum babası Pənah Cabbarov da vaxtilə həmin iki ədəd tüfəngi bu məqsədlə evdə saxlamış, babası rəhmətə getdikdən sonra həmin tüfənglərlə mərhum atası Şahid2 maraqlanmışdır. Mərhum atası Şahid2la sağ ikən söhbətləri zamanı sonuncu ona cavanlığında həmin tüfəngləri silib-təmizlədiyini bildirmişdir. Sənədsiz olsa da, kənd yeri olduğu üçün vəhşi heyvanların hücumundan qorunmaq üçün gələcəkdə bəlkə, lazım olar fikri ilə həmin tüfəngləri aidiyyəti üzrə təhvil verməmiş, nə də ki, ortaya çıxarmamışdır. Həmin tüfənglər atasının Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evində anbar kimi istifadə olunan otağın qapısının arxasında divara söykədilmiş vəziyyətdə olmuşdur. Həmin tüfənglərin güllələri olmamış, əgər olmuşdursa belə, o, evdə həmin tüfənglərə aid güllələri görməmişdir. O, 2019-cu ilin may ayından etibarən birbaşa həmin evin təsərrüfat işləri ilə məşğul olduğu zaman, tüfənglərin evdə olmasından məlumatı olsa da, atası icazə vermədiyi üçün (tüfənglər bağlı yerdə olduğundan həmin otağın açarı da atamda olmuşdur) tüfənglərə qulluq və həmin tüfənglərdən istifadə etməmişdir. Mərhum atası Şahid2 xəstələndikdən sonra anası Şahid3 ilə bir müddət həmin evdə qalmış, bu müddət ərzində o, anasının yanında qalması, həmçinin ona təsərrüfat işlərində kömək etməsi üçün Elxan adlı qonşularını oraya aparmış, sonuncu orada qaldığı vaxt, həmin tüfəngləri görmüş və anası Əminədən həmin tüfəngləri istifadə etmək üçün icazə istəmiş, anası isə Elxana həmin tüfənglərdən istifadə etməyə icazə verməmişdir. 20 avqust 2019cu il tarixdə Elxandan ona məxsus avtomobil ilə Siyəzən rayonunda olan həmkəndlilərini Siyəzən rayonu, Köhnə Quşçu kəndinə aparmasını xahiş etmiş, o da etiraz etməyərək xahişini yerinə yetirdikdən sonra avtomobilini özünə qaytarmışdır. 21 avqust 2019-cu il tarixdə heyvanlara yem vermək üçün Köhnə Quşçu kəndində yerləşən evlərinə getdiyində oradan oğurluq olduğunu və həmin evdə saxlanılan 2(iki) ədəd ov tüfənglərinin oğurlandığını müəyyən etmişdir. Daha sonra, bu barədə mərhum atası Şahid2 məlumat verdiyində sonuncu ona səhhətində baş vermiş ağrılar ucbatından polisə gedə bilməyəcəyini, bu səbəbdən də, baş vermiş oğurluq hadisəsi ilə bağlı polisə ərizə yazmasını tövsiyə etmişdir. Bundan sonra, Siyəzən RPŞ-yə gedərək baş vermiş oğurluq hadisəsi ilə bağlı ərizə yazmış, orada olarkən o, nə tüfənglərin, nə də ki, tüfəng saxlanan fərdi yaşayış evinin özünə məxsus olmamasını, ata-baba mirası olduğunu, özünün ünvan 3 nömrəli evdə yaşadığını bildirsə də, polis əməkdaşları ona “sənin qoca atanın arxasınca sürünəsi halımız yoxdur” deyərək ərizəni ona yazdırmışlar. Bundan əlavə, bildirir ki, hüquqi savadı olmadığından ərizə tərəfindən yazılsa da, polis əməkdaşlarının diktəsi ilə yazılmışdır. Sonradan həmin oğurluq hadisəsinin Şahid1, X18 və X3 tərəfindən törədildiyini, qeyd olunan şəxslərin həmin silahları oğurladıqdan sonra saxlaması üçün Xızı rayonu, Altıağac qəsəbəsində yaşayan X8 verdiklərini öyrənmişdir. Sözügedən tüfənglər polis əməkdaşları tərəfindən X5 yaşadığı Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən evinin həyətindən aşkar edilərək götürülmüşdür. Beləliklə, bir daha bildirir ki, məhkəmə istintaqı zamanı təqdim etdiyi sənədlərdən də görünür ki, Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən fərdi yaşayış evində atası və anası, o, isə ünvan 3 nömrəli evdə yaşamışdır. Ona görə də hesab edir ki, cinayət əməlinin törədilməsinə onun heç bir aidiyyəti yoxdur. və bu əsasla əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsində verdiyi ifadələrində ov tüfənglərinin Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evində saxlanıldığını bildirmişdir. O, qeyd edilən silahların babası Pənahdan miras qaldığını etiraf etmişdir. İfadələr arasındakı ziddiyyət silahların saxlanıldığı evin kimə məxsus olması və bu silahdan kimin istifadə etməsi ilə bağlı fikirlərdir. Belə ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində ibtidai istintaq zamanı verdiyi ifadəsindən daha geniş ifadə verərək özünün ünvan 3 nömrəli evdə yaşadığını, Siyəzən rayonu, Köhnə Quşçu kəndində isə təsərrüfatla məşğul olduğunu bildirmişdir.O, qeyd etmişdir ki, Köhnə Quşçu kəndindəki evində valideynləri yaşayır. Valideynləri həmin ilin may ayına qədər kənddə qalmış, atası Şahid2 2020-ci ilin əvvəllərində beyin insultu keçirdiyindən və səhhəti getdikcə pisləşdiyindən valideynləri onun yaşadığı Siyəzən şəhəri Sabir küçəsi 49 saylı evə köçüb onunla birlikdə yaşamışdır. Kənddəki ev baxımsız qaldığından evindən oğurluq edilmiş və oğurlanmış silah onun atası Şahid2 məxsus olmuşdur. Məhkəmə kollegiyası bəraət almış təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti aydınlaşdırmaq üçün iş üzrə dindirilmiş şahid ifadələrini təhlil etməyi zəruri hesab edir. Belə ki, 23 iyun 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında dindirilmiş şahid, mərhum Şahid2 ifadəsində göstərmişdir ki, hazırda ünvan 5 ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs doğma oğludur. 2019-cu ilin may ayınadək arvadı Şahid3 ilə birlikdə Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evlərində yaşamış və həmin müddət ərzində oğlu Təqsirləndirilən şəxs ara-sıra yanlarına gəlibgetmişdir. 2019-cu ilin may ayından sonra insult keçirtdiyindən oğlu Təqsirləndirilən şəxs onu oradan Siyəzən şəhərində yerləşən evlərinə, yəni, Siyəzən şəhərinin Sabir küçəsindəki 49 saylı evə gətirsə də, arvadı Şahid3 bir müddət Siyəzən rayonu, Köhnə Quşçu kəndindəki evdə qalmışdır. Ağlı kəsən vaxtdan həmin evdə biri təklülə, digəri isə qoşalülə olmaqla iki ədəd tüfəng olduğunu görmüşdür. Həmin tüfənglər babasından qalmış, daha sonra atası Pənah Cabbarovun sərəncamında olmuş, sonununcu vəfat etdikdən sonra isə evdə otaqların birində, qapının arxasında divara söykədilmiş vəziyyətdə saxlanılmışdır. İnsult xəstəliyi keçirtdiyindən və həmin xəstəlik onda yaddaş dağınıqlığı yaratdığından tüfəngin gah yataq otağında, gah da anbar kimi istifadə etdikləri otaqda saxlandığı barədə qeyri-dəqiq xatırlamaları olmuşdur. Xəstəliyi ilə əlaqədar Siyəzən şəhərindəki evdə yaşadığı vaxtdan etibarən Köhnə Quşçu kəndində yerləşən evin təsərrüfat işləri ilə oğlu Təqsirləndirilən şəxs məşğul olmuş, sonuncu təsərrüfat işlərinə kömək məqsədilə qonşuluqda yaşayan Elxan adlı şəxsi də oraya aparmış və sonuncu bir müddət orada qalaraq oğluna kömək etmişdir. Dəqiq deyə bilməsə də, xatırladığı qədəri ilə təxmini 2019-cu ilin avqust ayının axırlarında oğlu Rövşən ona Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evdən tüfənglərin oğurlandığını bildirdikdə, o, səhhəti ilə əlaqədar polisə gedib məlumat verə bilməyəcəyindən Rövşənə baş vermiş hadisə ilə əlaqədar polisə gedərək ərizə yazmasını tapşırmışdır. Həmin tüfənglərin markası barədə isə oğurluqla bağlı cinayət hadisəsi baş verən vaxtadək məlumatı olmamışdır. Belə ki, hadisədən sonra, tüfənglərdən birinin “TOZ” markalı olduğunu bilsə də, ikinci tüfəngin markası barədə hələ də məlumatı yoxdur. Qeyd edir ki, nə ova, nə də ki tüfəngə marağı olmadığından ümumiyyətlə, həmin tüfənglərdən istifadə etməmişdir. Sonradan onlara həmin oğurluq hadisəsinin Elxan, Camaləddin və Teymur adlı Siyəzən şəhər sakinləri tərəfindən törədildiyi, həmçinin, oğurladıqları tüfəngləri aparıb saxlanılmasından ötrü Xızı rayonunda yaşayan Sapar adlı şəxsə verdikləri məlum olmuşdur. Bildirir ki, oğurlanmış tüfənglərin evdə olması və ya kimə məxsus olması barədə oğlu Rövşənin məlumatının olub-olmamasını bilməmişdir. Çünki, Rövşənlə ümumiyyətlə, tüfənglər və ya həmin tüfənglərin harada olması barədə heç bir söhbətləri olmamışdır. Onu da qeyd edir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində də tüfənglərin babasından ona qalma tüfənglər olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, hazırda ünvan 5 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs doğma oğludur. Bu ailəyə gəlin köçdüyü vaxtdan, daha dəqiq 1970-ci ildən etibarən həmin evdə biri təklülə, digəri isə qoşalülə olmaqla iki ədəd tüfəng olduğunu görmüşdür. Həmin tüfənglər ərinin babasından qalmış, daha sonra qayınatası Pənah Cabbarovun sərəncamında olmuş, sonuncu vəfat etdikdən sonra isə evdə anbar kimi istifadə etdikləri otaqda qapının arxasında divara söykədilmiş vəziyyətdə saxlanılmışdır. 2019-cu ilin may ayınadək əri Şahid2la birlikdə Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evlərində yaşamış, həmin müddət ərzində oğlu Təqsirləndirilən şəxs ara-sıra yanlarına gəlibgetmişdir. 2019-cu ilin may ayından sonra əri Əhməd insult keçirtdiyindən oğlu Təqsirləndirilən şəxs onu oradan Siyəzən şəhərində yerləşən evlərinə, yəni, Siyəzən şəhərinin Sabir küçəsindəki 49 saylı evə aparmış, o, isə bir müddət qonşuluqda yaşayan və Rövşənə təsərrüfat işlərində kömək edən Elxan adlı şəxslə qalmışdır. Elxanla qalarkən sonuncu həmin tüfəngləri görmüş və tüfənglərdən istifadə etmək üçün ondan icazə istəsə də, o, Elxana tüfəngləri verməmişdir. Sonradan o, da səhhətində yaranmış problemlə əlaqədar Siyəzən şəhərinə oğlunun yaşadığı evə gəlmişdir. Daha sonra, ona evdən silahların oğurlanması barədə məlumatı oğlu Rövşən vermiş, silahlar əri Əhməd tərəfindən mütəmadi olaraq sökülüb təmizlənərək yenidən yerinə qoyulmuşdur. Həmin tüfənglərin markası barədə isə oğurluqla bağlı cinayət hadisəsi baş verən vaxtadək məlumatları olmamışdır. Belə ki, hadisədən sonra, tüfənglərdən birinin “TOZ” markalı olduğunu bilsələr də, ikinci tüfəngin markası barədə hələ də məlumatları yoxdur. Qeyd edir ki, ərinin nə ova, nə də ki, tüfəngə marağı olmadığından sonuncu ümumiyyətlə, həmin tüfənglərdən istifadə etməmişdir. Onu da qeyd edir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində də silahın oğlu Rövşənə aid olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, xeyli müddət olar, Siyəzən şəhər sakinləri olan Teymuru və Camaləddini tanıyır. Belə ki, Teymuru tanıdığı vaxtlarda sonuncu taksi fəaliyyəti ilə, Camaləddin isə VAZ-21011 markalı avtomaşınla mağazalara çörək paylamaqla məşğul olmuşdur. Qonşuluqda yaşayan Təqsirləndirilən şəxs isə kiçik yaşlarından tanıyır və babası X6 mərhum atası Şahid2 münasibətləri yaxşı olduğundan babası ona həmişə Əhməd (Rövşənin atası) kişiyə kömək etməsini tapşırmışdır. Bu minvalla kəndə gələndə Rövşənə işlərində köməyini təklif etmişdir. Rövşən tez-tez valideynlərinə baş çəkmək məqsədilə valideynlərinin Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evinə gəlmişdir. Beləliklə, 2019-cu ilin təxminən iyun ayından etibarən Rövşənlə birlikdə sonuncuya məxsus heyvanlar üçün ot biçmək məqsədilə Siyəzən rayonu, Köhnə Quşçu kəndinə getmiş, həmin sahədə müxtəlif tərəvəz bitkiləri də olmuşdur. Rövşən edəcəyi kömək qarşılığında məhsul yığımı zamanı tərəvəz bitkilərindən ona da verəcəyinə söz vermişdir. Rövşənin valideynlərinin Köhnə Quşçu kəndində olan evinin həyətyanı sahəsinin demək olar, hasarı olmamışdır. Xatırladığı qədəri ilə ev 3 otaqdan ibarət olmaqla, evə giriş eyvandan, giriş qapısı isə nazik dəmirdəndir. Bundan əlavə, İ otağa daxil olduqdan sonra iki otağa taxtadan qapılar vardır. Həmin evdə bir neçə dəfə qalmasına baxmayaraq (adətən Rövşənlə qalmışdır), orada tüfəng olduğunu bilməmişdir. 2019-cu ilin təxminən iyun ayında Rövşənin atası Əhmədgildə təsərrüfat işləri görərkən ayağı əzilmiş, əvvəl buna fikir verməsə də, bir gündən sonra ağrıları şiddətləndiyinə görə Rövşənə zəng edərək sonuncudan gəlib onu aparmasını xahiş etmişdir. Rövşən isə cavabında gələ bilməyəcəyini, lakin, şəhərə gəlməsi üçün maşın tapacağı halda benzin pulunu özünün verəcəyini bildirmişdir. Belə olan halda, Camaləddinə zəng edərək onu şəhərə aparmasını xahiş etdikdə, sonuncu buna etiraz etməmişdir. Beləliklə, Camaləddin onu Siyəzən şəhərinə aparmaq məqsədi ilə gecə saatlarında Siyəzən rayonu, Köhnə Quşçu kəndinə gəlmiş və onunla bərabər Rövşənin valideynlərinin evində qalmışdır. Gecə qalarkən Camaləddin Rövşənin atası Əhmədə məxsus evin otağında saxladığı bir ədəd tək lülə, bir ədəd isə qoşa lülə tüfəngi görüb əlinə alaraq baxdıqdan sonra yerinə qoymuş, səhəri gün isə Rövşəngilin heyvanlarını orada yaxınlıqda yaşayan Rəvan adlı çobana tapşıraraq Camaləddinə məxsus avtomobil ilə Siyəzən şəhərinə gəlmişlər. Bir müddət keçdikdən sonra ayağı sağalmış və o, yenidən Rövşənin atasıgilin qaldığı evə (kəndə) kömək etməyə getmiş, təxminən 2019-cu ilin avqust ayının əvvəllərində Rövşənin ot biçməklə bağlı işləri qurtarmış və o, Siyəzən şəhərinə evlərinə qayıtmışdır. 20 avqust 2019-cu il tarixdə Siyəzən rayonunun Köhnə Quşçu kəndindən Rövşənin valideynigilin qonşuları olan Lalə adlı qadını, onun oğlunu və qardaşını Köhnə Quşçu kəndinə aparmaq lazım olduğundan, Rövşən ondan ona məxsus “Niva” markalı avtomobil ilə həmin şəxsləri kəndə aparmasını xahiş etmiş, o, isə razılaşmışdır. Beləliklə, təxminən saat 22:00 radələrində qeyd edilən şəxsləri götürüb Siyəzən rayonu, Köhnə Quşçu kəndinə yola düşmüş, gedərkən yolda ***- ***-**-** saylı nömrəsindən Camaləddinin istifadə etdiyi ***-***-**-** saylı nömrəyə zəng edib ona pula ehtiyacı olduğu üçün telefon verəcəyini deyərək həmin telefonu satmasını xahiş etmişdir. Camaləddin ondan yerini soruşduqda o, sonuncuya Köhnə Quşçu kəndinə getdiyini və hazırda yolda olduğunu dedikdə, o, ona yolda gözləməsini tapşırmışdır. Bir qədər sonra Camaləddin sonuncuya aid olmadığını ehtimal etdiyi “Niva” markalı avtomobil ilə yanına gəlmişdir. Belə ki, Camaləddin həmin maşını Teymur ilə birlikdə Teymurun adına rəsmiləşdirməklə bir neçə günlük kirayəyə götürmüşdür. Beləliklə, onlar Camaləddinlə Siyəzən rayonunun Sədan kəndinin yaxınlığında görüşmüş və o, özünə məxsus mobil telefonu sonuncuya verib, həmin mobil telefonu satmasını, habelə pulunu ona verməsini xahiş etmişdir. Telefonu Camaləddinə verdikdən sonra, yoluna davam edərək Köhnə Quşçu kəndinə getmiş və həmin adamları kəndə düşürdükdən sonra Siyəzən şəhərinə qayıdıb, Siyəzən şəhəri, S.Xeyrullayev küçəsində yerləşən Hafiz adlı şəxsin işlətdiyi çayxanaya gəlmişdir. Həmin vaxt orada Camaləddin Teymurla pivə içirdilər. O, Camaləddindən telefonunu satıb-sata bilmədiyini soruşduqda, sonuncu sata bilmədiyini bildirərək telefonu ona qaytarmışdır. Beləliklə, o, oturub 2-3 bakal spirtli içki olan pivə içdikdən sonra, Camaləddinə Rövşənə məxsus maşını özünə qaytarmaq üçün Rövşəngilə gedəcəyini, maşını sonuncunun Siyəzən şəhərində yaşadığı evinin qarşısına qoyduqdan sonra öz yaşadığı Siyəzən şəhəri Sabir küçəsinə qayıdacağını, Camaləddindən ardınca gəlib onu oradan götürməsini xahiş etmişdir. Bunu deyib çayçıdan çıxmış və Rövşənin yaşadığı evin qarşısına çatıb avtomobili sonuncunun qapısının ağzında saxlayaraq açarları da avtomobilin üzərində qoymuşdur. Həmin vaxt mobil nömrəsində kontur olmadığı üçün maşını gətirməsi barədə Rövşənə məlumat verə bilməmişdir. Beləcə maşını orada saxlayıb, açarlarını da maşının üzərində qoyub özü üçün siqaret almaq məqsədilə bir qədər aralıda yerləşən marketə getmiş, oradan çıxdıqdan sonra Camaləddin ilə Teymurun ardı ilə yaşadığı Sabir küçəsinə gələcəklərini bildiyi üçün, yaşadığı Sabir küçəsi istiqamətində hərəkətə başlamış, ora çatanda isə Camaləddin ilə Teymurun Niva markalı avtomobil ilə oraya gəldiklərini görmüşdür. Həmin vaxt avtomobili Camaləddin idarə etmiş, Teymur sərnişin qismində qabaqda sağ tərəfdə, o, isə arxa oturacaqda əyləşmişdir. Daha sonra, özündə kontur olmadığı üçün Teymurdan mobil telefonunu istəyərək, onun istifadəsində olan ***-******* saylı mobil nömrədən Rövşənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurmuş, sonuncuya avtomobili gətirib yaşadığı evin qarşısına qoyduğunu, avtomobilin açarlarının da üzərində olduğunu bildirmişdir. Həmin vaxt saatın dəqiq neçə olmasını xatırlamır. Bundan sonra, onlar birlikdə Camaləddin və Teymurun yaşadığı Siyəzən şəhəri, S.Xeyrullayev küçəsinə getmiş, avtomobildən düşərək küçədə dayanıb söhbət etməyə başlamışlar. Camaləddin ilə söhbət əsnasında sonuncu ona pullarının olmadığını, birlikdə haradan pul əldə edə biləcəklərini soruşmuşdur. O, Camaləddinə Rövşənin atası X23 kəndində olan evində heç kimin olmadığını xatırladaraq, orada olan silahları götürə biləcəklərini bildirmiş və onlar birlikdə həmin silahları oğurlamaq qərarına gəlmişlər. Daha sonra, onlar həmin tüfəngləri oğurladıqdan sonra nə edəcəkləri barədə fikirləşdiklərində Camaləddin onlara həmin tüfəngləri bir müddətlik arxayın şəkildə saxlaya biləcəkləri adamının olduğunu bildirmişdir. Fikirləri həmin tüfəngləri oğurladıqdan sonra bir neçə müddət vəziyyət sakitləşənədək saxlayıb, sonradan rahat şəkildə satmaq olmuşdur. Bundan sonra, Camaləddin Teymurun mobil telefonunu götürüb kiməsə zəng vuraraq, danışa-danışa onlardan bir qədər uzaqlaşmış, telefonla danışıb qurtardıqdan sonra isə yanlarına gələrək tüfəngləri saxlamaq üçün etibarlı adamının olduğunu, həmin adamın Xızı rayonu, Altıağac kəndində yaşadığını bildirmişdir. Beləliklə, 21 avqust 2019cu il tarixdə bu niyyətlərini həyata keçirmək üçün hər üçü avtomobilə əyləşib, Siyəzən şəhərindən çıxıb Camaləddinin idarə etdiyi “Niva” markalı avtomobil ilə Siyəzən rayonunun Köhnə Quşçu kəndinə getmişlər. Həmin gün gecə təxminən saat 03:00 radələrində gedib kəndə çatmış və avtomobili kəndin kənarında hündür bir təpənin üzərində saxlayıb, hər üçü avtomobildən düşmüş, Rövşənin atası Əhmədgilin evi istiqamətində piyada getməyə başlamış, həmin təpənin üzəri ilə bir qədər getdikdən sonra təpədən bir qədər aşağıda yerləşən tövlənin yaxınlığında dayanmışlar. Evə yaxşı bələd olmaqla, həyətdə olan itlər onu tanıdıqlarından səslərini çıxartmayacaqlarına əmin olduğu üçün evdə adam olubolmamasına bir daha əmin olmaq məqsədilə evə tərəf getmiş, bu vaxt Teymurla Camaləddin tövlənin arxa tərəfində təpənin üzərində dayanmışlar. Həyətə çatdıqdan sonra evə və evin həyətyanı sahəsinə göz gəzdirib sakitçilik olduğunu yəqinləşdirib, geri qayıtmaqla Teymur və Camaləddinin yanına gəlib “gəlin gedək silahları götürək” deyə müraciət etmişdir. Əvvəlcədən yolda gələrkən aralarında olan danışığa əsasən Camaləddin bir daha oğurluq etməyəcəyi barədə evdə söz verdiyi üçün onlara həmin evə girməyəcəyini, evdən aralıda dayanıb onları gözləyəcəyini bildirib, ətrafa nəzarət etmək məqsədi ilə həmin yerdə dayanmışdır. Doğrudur o, həmin evdə əvvəllər qaldığı üçün oraya kimsənin gəlmə ehtimalının az olduğunu bilsə də, hər ehtimala qarşı ya bir avtomobilin gəlməsi və ya başqa bir şübhələndirici məqam olması ehtimalına görə Camaləddin həmin yerdə dayanıb ətrafa nəzarət etməyə başlamışdır. Bundan sonra, o və Teymur evin həyəti istiqamətində getməyə başlamış, evin nazik dəmirdən olan giriş qapısı açıq və həyətyanı sahənin də işıqları yanılı olduğundan evin pəncərələrindən otaqlara işıq düşmüşdür. Beləcə, Teymur və o evin eyvanına qədər gələrək silahlar olan otağın qapısının qarşısında dayanmışlar. Bu zaman həmin qapının üzərində olan qıfılı aşağıya dartdıqda qıfıl açılmışdır. Sonra, otağa keçərək otaqda qapının arxasında adi açıq vəziyyətdə olan tüfənglərdən əvvəlcə qoşa lülə tüfəngi, daha sonra isə o biri tüfəngi götürüb Teymura vermişdir. Teymur həmin tüfəngləri götürərək ondan əvvəl evdən çıxmış və maşın istiqamətində getməyə başlamış, o, da həm tüfəngləri götürdükləri otağın, həm də, eyvanın qapısını bağlamışdır. Bu vaxt artıq Teymur əlində tüfənglərlə ondan bir neçə metr irəlidə avtomaşın istiqamətində addımlamış, o, gəlib avtomaşının yanına çatanda tüfənglər artıq Niva markalı avtomobilin yük yerinə qoyulmuş vəziyyətdə olmuşdur. Daha sonra, onlar avtomobilə əyləşmiş, avtomobili Camaləddin idarə etmiş və onlar oğurladıqları tüfəngləri Camaləddinin tanışı, Xızı rayonu, Altıağac kəndində yaşayan Sapar adlı şəxsə saxlamaq məqsədilə vermək üçün ora getmişlər. Onlar Altıağac kəndinə çatanda hava hələ tam işıqlaşmamış, Camaləddin avtomaşında Teymurun telefonu ilə Sapara zəng vuraraq, onların qapısına çatdıqlarını bildirib, sonuncudan bayıra çıxmasını xahiş etmişdir. Bir qədər sonra, kiçik boylu, əvvəllər tanımadığı, sonradan isə adının Sapar olduğunu bildiyi oğlan onları qarşılamışdır. Camaləddin avtomobilin yük yerindən tüfəngləri götürüb, Sapara vermiş, sonuncu həmin tüfəngləri əlinə alıb baxdıqdan sonra əlində tüfənglərlə evin həyətinə keçmiş, onlar da Saparın arxasınca həyətə keçmiş və sonuncu eyvan kimi olan yerdə onlara çay vermişdir. Sapar söhbət zamanı həmin silahların işlək vəziyyətdə olub-olmaması ilə maraqlandıqda, o, həmin tüfənglərin işlək vəziyyətdə olduğunu bildirmişdir. Onlar Saparın evində çay içdikdən sonra birlikdə avtomobilə əyləşərək Siyəzən şəhərinə qayıtmışlar. 22 avqust 2019-cu il tarixdə, saat 16:00 radələrində Siyəzən şəhəri, S.Xeyrullayev küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşıb, qeyd etdiyi oğurluq hadisəsi ilə əlaqədar onu Siyəzən RPŞ-yə aparmışlar. Bundan başqa, onu da bildirir ki, oğurladıqları silahların konkret Rövşən və ya başqası tərəfindən işlədilməsini görməmiş, həmin silahların kimə məxsus olmasını da bilməmişdir. İbtidai istintaq zamanı vermiş olduğu və birinci instansiya məhkəməsində elan olunmuş ifadəsində Şahid1 göstərmişdir ki, o, ünvan 6 ünvanında anası və kiçik bacısı ilə birlikdə yaşamışdır. Atası rəhmətə getmişdir. O, Siyəzən şəhər sakinləri olan Teymuru və Camaləddini bir müddətdir ki, tanımışdır. Teymuru Camaləddin vasitəsilə tanımışdır. O, Teymuru tanıdığı vaxtlarda Teymur taksi fəaliyyəti ilə məşğul olmuşdur. Camaləddin isə VAZ-21011 markalı avtomaşınla mağazalara çörək paylamaq işi ilə məşğul olmuşdur. O, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs isə kiçik yaşlarından tanımışdır. Rövşən onlarla qonşuluqda yaşamış, münasibətləri normal olmuşdur. O, işsiz olduğundan Rövşən ona birlikdə işləməyi, Rövşənə işlərində kömək etməyi təklif etmişdir. O da razılaşmışdır. Rövşənin Siyəzən rayonu Köhnə Quşçu kəndində evi və həyətyanı torpaq sahəsi vardır. 2019-cu ilin təxminən iyun ayından etibarən Rövşənlə birlikdə Siyəzən rayonu Köhnə Quşçu kəndinə getmişlər. Orada Rövşənə məxsus heyvanlar üçün ot biçməyə başlamışlar. Həmdə sahədə müxtəlif tərəvəz bitkiləri əkmişlər. Rövşən məhsul zamanı tərəvəz bitkilərini yığarkən həmin tərəvəz məhsullarından ona da verəcəyini söz vermişdir. X25 kəndində olan evinin həyətyanı sahəsinin demək olarki, hasarı olmamışdır. Ev 3 otaqdan ibarət olmuşdur. Evə giriş eyvandan olmuşdur. Giriş qapısı nazik dəmirdən olmuşdur. 1-ci otağa daxil olduqdan sonra iki otağa qapı vardır. Həmin qapılar taxtadandır. O, həmin evdə qaldığı üçün içəri otaqda Rövşənin müxtəlif əşyalar, həm də iki ədəd tüfəng saxladığını və həmin tüfəngləri qapının arxasına qoyduğunu bilmişdir. Qaplıar isə adətən həmişə açıq olmuşdur. Rövşən anası xəstə olduğundan Rövşən bir müddətlik çıxıb Siyəzən şəhərinə getmişdi. O, kənddə Rövşənin evində tək qalmış və heyvanlarına da baxmışdır. 2019-cu ilin təxminən iyun ayında təsərrüfatda iş görən zaman onun ayağı əzilmişdir. Əvvəl buna fikir verməsə də bir gündən sonra ağrılarının çox olduğunu görüb o, Rövşənə zəng edib Rövşəndən gəlib onu aparmasını xahiş etmişdir. Rövşən də cavabında gələ bilməyəcəyini, lakin ona gəlmək üçün maşın tapacağı halda benzin pulunu özünün verəcəyini demişdir. O da zəng edib Camaləddindən kömək istəmişdir. Camaləddin onu Siyəzən şəhərinə aparmaq məqsədi ilə gecə saatlarında Siyəzən rayonu Köhnə Quşçu kəndinə gəlmişdir. Camaləddin gəlib gecə onunla Rövşənin evində qalmışdır. Gecə qalarkən Camaləddin Rövşənə məxsus evin otağında saxladığı bir ədəd tək lülə, bir ədəd isə qoşa lülə tüfəngi görüb əlinə alaraq baxmış, sonra isə yerinə qoymuşdur. O, həmin tüfənglərin Rövşənə məxsus olduğunu demişdir. Səhəri gün isə o, Rövşənin heyvanlarını orada yaxınlıqda yaşayan Rəvan adlı çobana tapşırmış və Camaləddinə məxsus avtomobil ilə Siyəzən şəhərinə evinə gəlmişdir. Bu hadisədən sonra onun ayağı sağalmışdır. O, yenə də Rövşənin yanına kömək etməyə getmişdir. Bu müddət ərzində o, Camaləddinlə və həmçinin onunla bir məhəllədə yaşayan Teymurla görüşmüş, lakin onların üçü birlikdə heç vaxt yaxın olmamışlar, yəni o, Camaləddin və Teymurla ayrıayrılıqda görüşməmişdir. Avqust ayının əvvəllərində Rövşənin ot biçməklə bağlı işləri qurtarmışdır. Bundan sonra o, Siyəzən şəhərində evlərinə qayıtmışdır. 20 avqust 2019-cu ildə Köhnə Quşçu kəndindən olan Rövşənin qonşuları Lalə adlı qadını, onun oğlunu və qardaşını Siyəzən rayonu Köhnə Quşçu kəndinə aparmaq lazım olmuşdur. Rövşənin atası xəstə olduğundan qonşularını özünə məxsus Niva markalı avtomobil ilə kəndə aparmağı ondan xahiş etmişdir. O, da razılaşmışdır. O, Rövşənin qonşularını götürüb Siyəzən rayonu Köhnə quşçu kəndinə yola düşmüşdür. Həmin vaxt saat təxminən 22 radələri olmuşdur. O, gedərkən yolda ona məxsus olan ***-***-**-** saylı nömrədən Camaləddinin istifadə etdiyi ***-***-**-** saylı nömrəyə zəng edib Camaləddinə telefon verəcəyini deyərək telefonu satmasını xahiş etmişdir. Camaləddin ondan harada olduğunu soruşduqda o, X19 kəndinə getdiyini, yolda olduğunu bildirmişdir. Camaləddin də, ona yolda gözləməyi tapşırmışdır. Bir qədər sonra Camaləddin idarə etdiyi Niva markalı avtomobil ilə onun yanına gəlmişdir. Bildiyi qədəri ilə həmin maşın Camaləddinin olmamışdır. Camaləddin həmin maşını Teymur ilə birlikdə Teymurun adına rəsmiləşdirməklə bir neçə günlük kirayəyə götürmüşlər. Onlar Sədan kəndinin yaxınlığında görüşmüşlər. O, Camaləddinlə görüş vaxtı ona məxsus olan mobil telefonu Camaləddinə verib həmin mobil telefonu satmasını və pulunu ona verməsini xahiş etmişdir. O, həmin vaxtı telefonunu pula ehtiyacı olduğu üçün satmaq istəmişdir. O, telefonu Camaləddinə verdikdən sonra, Köhnə Quşçu kəndinə getmişdir. O, həmin adamları kəndə qoyduqdan sonra Siyəzən şəhərinə qayıtmış və Siyəzən şəhəri S.Xeyrullayev küçəsində yerləşən Hafiz adlı şəxsin işlətdiyi çayçıya gəlmişdir. Bu vaxt fikrincə 20 avqusdan 21 avqusta gecən gecə saat təxminən birə işləmiş olmuşdur. O, saatları ola bilərki, dəqiq bilməsin, çünki həmin vaxtı saatdan istifadə etməmişdir. Həmin vaxtı Camaləddin çayçıda Teymurla .oturmuş və hər ikisi pivə içmişlər. O, Camaləddindən telefonu satıb-sata bilmədiyini soruşmuşdur. Camaləddin də telfonu sata bilmədiyini bildirmişdir. Camaləddin telefonu ona qaytarmışdır. O, da oturub 2-3 bakal spirtli içki olan pivə içdikdən sonra, Camaləddinə Rövşənə məxsus maşını özünə qaytarmaq üçün Rövşəngilə getdiyini, maşını Rövşənin yaşadığı evin qarşısına qoyduqdan sonra öz yaşadığı Siyəzən şəhəri Sabir küçəsinə qayıdacağını, Camaləddindən onun ardınca gəlib onu ordan götürməsini xahiş etmişdir. Daha sonra o, çayçıdan çıxmışdır. O, gəlib Rövşənin yaşadığı evin qarşısına çatıb S'vtomobili Rövşənin qapısının ağzında saxlamışdır. Açarları da avtomobilin üzərində qoymuşdur. Həmin vaxtı onun mobil nömrəsində kontur olmadığı üçün o, maşını gətirməyi barədə Rövşənə məlumat verə bilməmişdir. O, maşını orada saxlayıb, açarlarını da maşının üzərində qoyub özü üçün siqaret almaq məqsədilə bir qədər aralıda yerləşən marketə getmişdir. O, marketdən çıxdıqdan sonra Camaləddin ilə Teymurun onun ardınca yaşadığı Sabir küçəsinə gələcəklərini bildiyi üçün yaşadığı Sabir küçəsi istiqamətində gəlmişdir. O, Sabir küçəsinə gəlib çıxdığında Camaləddin ilə Teymur da Niva markalı avtomobil ilə oraya gəlib çıxmışlar. Camaləddin avtomobili idarə etmiş, Teymur da sərnişin qismində qabaqda sağ tərəfdə oturmuşdur. O, avtomobilə çatıb arxa oturacaqda əyləşmişdir. Daha sonra, özündə kontur olmadığıüçün Teymurdan mobil telefonunu istəyərək, onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Rövşənin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurmuşdur. O, Rövşənə avtomobili gətirib yaşadığı evin qarşısına qoyduğunu, avtomobilin açarlarının da üzərində olduğunu bildirmişdir. Həmin vaxtı saatın dəqiq neçə olmasını xatırlamamışdır. Bundan sonra, onlar birlikdə Camaləddin və Teymurun yaşadığı Siyəzən şəhəri S.Xeyrullayev küçəsinə gəlmişlər. Onlar avtomobildən düşüb küçədə dayanıb söhbət etməyə başlamışlar. Xatırladığı qədəri ilə həmin vaxtı onunla Camalləddin bir yerdə dayanmış, Teymur isə onlardan bir qədər kənarda özünə məxsus telefonla qurdalanmışdır. Camaləddin ilə söhbət vaxtı Camaləddin ona pullarının olmadığını, birlikdə haradan pul əldə edə biləcəklərini soruşmuşdur. Həmin vaxtı ikisi də pulsuzluqdan gileylənmişlər. Daha sonra, o, X16 Quşçu kəndində evində olmadığını xatırladaraq Rövşənin evində olan silahları götürə biləcəklərini demişdir. Onlar birlikdə X25 kəndindəki evində olan silahları oğurlamaq qərarına gəlmişlər. Bu qərarlarını həmin vaxtı onlardan bir qədər kənarda olan Teymura da demək üçün Teymuru öz yanlarına çağırmışlar. Onlar Teymura fikirlərini bildirdikdən sonra Teymur ilk əvvəl bir qədər tərəddüd etmişdir. O, Teymurun bir qədər tərəddüd etdiyini görüb, həmin silahların köhnə və sənədsiz olmaqla lazımsız silahlar olduğunu demişdir. Bundan sonra, Teymur da onlarla həmin silahları oğurlamağa öz razılığını vermişdir. Daha sonra, onlar həmin tüfəngləri oğurladıqdan sonra nə edəcəkləri barədə fikirləşdiklərində isə Camaləddin onlara həmin tüfəngləri bir müddətlik arxayın şəkildə saxlaya biləcəyi adamının olduğunu bildirmişdir. Fikirləri həmin tüfəngləri oğurladıqdan sonra bir neçə müddət vəziyyət sakitləşənədək saxlayıb sonradan rahat şəkildə satmaq olmuşdur. Bundan sonra, Camaləddin Teymurun mobil telefonunu götürərək kiməsə zəng vurmuşdur. O, telefonla danışa-danışa onlardan bir qədər aralanmışdır. Telefonla danışıb qurtardıqdan sonra onların yanına gələrək tüfəngləri saxlamaq üçün etibarlı adamının olduğunu bildirmişdir. Camaləddin həmin adamın Xızı rayonu Altıağac kəndində yaşadığını bildirmişdir. Onlar üçü də gedib tüfəngləri X25 kəndindəki evindən oğurlamaq qərarına gəlmişlər. Bu məqsədlə üçü də avtomobilə əyləşib, Siyəzən şəhərindən çıxıb Camaləddinin idarə etdiyi Niva markalı avtomobil ilə Siyəzən rayonu Köhnə Quşçu kəndinə getməyə başlamışlar. Avtomobili Camaləddin idarə etmişdir. Onlar gecə saat təxminən 03 radələrində gedib kəndə çatmışlar. O, saatı tam dəqiq xatırlamadığını demişdir. Amma onun bildiyi qədəri ilə onlar Köhnə Quşçu kəndinə çatdıqlarında saat təxminən 03 radələri olardı. Onlar avtomobili kəndin kənarında hündür bir təpənin üzərində saxlayıb, hər üçü avtomobildən düşmüşlər. Daha sonra, Rövşənin evi istiqamətində piyada getməyə başlamışlar. Həmin təpənin üzəri ilə bir qədər getdikdən sonra onlar təpədən bir qədər aşağıda yerləşən tövlənin yaxınlığında dayanmışlar. O, evə yaxşı bələd olduğu üçün həmçinin həyətdə olan itlər onu tanıdıqlarından səslərini çıxartmayacaqlarına əmin olduğu üçün evdə adam olubolmamasına bir daha əmin olmaq məqsədilə evə tərəf getmişdir. Teymur və Camaləddin isə həmin tövlənin arxa tərəfində təpənin üzərində dayanmışlar. O, həyətə çatdıqdan sonra evə və evin həyətyanı sahəsinə göz gəzdirib sakitçilik olduğunu yəqinləşdirdikdən sonra geri qayıdaraq Teymur və Camaləddinin yanına gəlib “gəlin gedək silahları götürək” deyə müraciət etmişdir. Əvvəlcədən yolda gələrkən aralarında olan danışığa əsasən Camaləddin bir daha oğurluq etməyəcəyi barədə evdə söz verdiyi üçün, onlara həmin evə girməyəcəyini, evdən aralıda dayanıb onları gözləyəcəyini demişdir. Buna görə də Camaləddin ətrafa nəzarət etmək məqsədi ilə həmin yerdə dayanmışdır. Doğrudur o, həmin evdə əvvəllər qaldığı üçün oraya kimsənin gəlmə ehtimalının az olduğunu bilmişdir. Lakin, buna baxmayaraq birdən hər ehtimala qarşı ya bir avtomobilin gəlməsi və ya başqa bir şübhələndirici məqam olması ehtimalına görə Camaləddin həmin yerdə dayanıb ətrafa nəzarət etməyə başlamışdır. Bundan sonra, Teymur onun ardınca gəlmişdir. Onlar evin həyəti istiqamətində getməyə başlamışlar. Həmin evi Teymur tanımamışdır. O, evin yolunu Teymura göstərmişdir. Evin nazik dəmirdən olan giriş qapısı açıq olmuşdur. Həyətyanı sahədə də işıqlar yanmış, buna görədə evin pəncərələrindən otaqlara işıq düşmüşdür. Teymur və o, evə yaxınlaşmışlar. Evə yaxınlaşdıqdan sonra Teymur evin eyvanına qədər gələrək, silahlar olan otağın qapısının qarşısında dayanmışdır. Həmin qapının üzərində qıfıl olmuşdur. O, qapının qıfılını aşağıya dartmış və qapının qıfıl açılmışdır. Sonra o, otağa keçərək otaqda qapının arxasında adi açıq vəziyyətdə olan tüfənglərdən əvvəlcə qoşa lülə tüfəngi, daha sonra isə o biri tüfəngi götürüb Teymura vermişdir. Teymur həmin tüfəngləri götürərək ondan əvvəl evdən çıxmış və maşının istiqamətində getməyə başlamışdır. O da həm tüfəngləri götürdükləri otağın, həm də ki eyvanın qapısını bağlamışdır. O, artıq eyvanın qapısını bağladığı zaman Teymur əlində tüfənglərlə ondan bir neçə metr irəlidə maşın istiqamətində addımlamışdır. O, gəlib maşının yanına çatdığında tüfənglər artıq Niva markalı avtomobilin yük yerinə qoyulmuşdu. Daha sonra, onlar avtomobilə əyləşmişlər. Sonra avtomobili Camaləddin sürməyə başlamışdır. Onlar dağlar arası yolla Xızı rayonu Altıağac kəndinə getmişlər. Qeyd etmişdir ki, onlar Köhnə Quşçu kəndinə gəldikləri zaman yolda maşında söhbət edərkən Camaləddin həmin tüfəngləri oğurladıqdan sonra saxlamaq üçün verəcəkləri şəxsin Xızı rayonu Altıağac kəndində yaşayan Sapar adlı tanışı olduğunu demişdir. Onlar Altıağac kəndinə çatanda hava hələ tam işıqlaşmamışdı. Camaləddin maşında Teymurun telefonu ilə Sapara zəng vuraraq, onların qapısına çatdığını və Sapardan bayıra çıxmasını xahiş etmişdir. Onlar bir evin qapısına yaxınlaşmışlar. Bir kiçik boylu əvvəllər tanımadığı sonradan isə adının Sapar olduğunu bildiyi oğlan onları qarşılamışdır. Camaləddin avtomobilin yük yerindən tüfəngləri götürüb, Sapara vermişdir. Sapar həmin tüfəngləri əlinə alıb baxdıqdan sonra əlində tüfənglərlə birlikdə evin həyətinə keçmişdir. Onlar da Saparın arxasınca həyətə keçmişlər. Sapar eyvan kimi olan yerdə onlara çay vermişdir. Sapar söhbət zamanı həmin silahların işlək vəziyyətdə olub-olmaması ilə maraqlanmışdır. O, Sapara həmin tüfənglərin işlək vəziyyətdə olduğunu bildirmişdir. O, həmin silahların Rövşən və ya başqası tərəfindən konkret işlədilməsini görməsə də, Rövşənin həmin silahları evində saxladığına görə, qeyd olunan silahların işlək vəziyyətdə olduğunu fikirləşmişdir. Çünki, həmin silahlar işlək vəziyyətdə olmasa idi, Rövşən həmin silahları evində saxlamazdı. Onlar Saparın evində çay içdikdən sonra o, küçəyə çıxmış, onun ardınca təxminən 5 dəqiqədən sonra Camaləddin və Teymur da küçəyə çıxmışlar. Bundan sonra, onlar avtomobilə əyləşib Siyəzənə gəlmişlər. Camaləddin birinci öz evlərində düşmüşdür. Sonra Teymur gətirib onu evlərinin qarşısına qoymuş və çıxıb getmişdir. 22 avqust 2019-cu ildə saat 16 radələrində o, Siyəzən şəhəri S.Xeyrullayev küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşıb Siyəzən RPŞ-nə gətirmişlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2019-cu il tarixli, 21728 nömrəli ekspert rəyindən görünür ki, 1 ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, TOZ-8M modelli, yivli odlu idman-ov silahının və 1 ədəd zavod üsulu ilə istehsal edilmiş 16 mm kalibrli, DS 2956 nömrəli, daxili çaxmaqlı, İJ 58 modelli yivsiz qoşa lüləli odlu ov silahının saz vəziyyətdə olmaqla, atəş açmaq üçün yararlı olması müəyyən edilmişdir. Cinayət işinin İ cild 106-107-ci vərəqələrində olan 18 oktyabr 2019-cu il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, 1 ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla, atəş açmaq üçün yararlı TOZ-8M modelli, yivli odlu idman-ov silahı və 1 ədəd zavod üsulu ilə istehsal edilmiş 16 mm kalibrli, DS 2956 nömrəli, daxili çaxmaqlı, saz vəziyyətdə olmaqla, atəş açmaq üçün yararlı İJ 58 modelli yivsiz qoşa lüləli odlu ov silahı iş üzrə maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 13 noyabr 2019-cu il tarixli, 011-10241-1219 nömrəli məktubundan görünür ki, 1 ədəd 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, TOZ8M modelli tüfəngdən eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin gülləgiliz kartotekasınkda “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Şahid1, X18 və X4 barələrində Azərbaycan Respublikası CM-nin 232.2.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işindən ayrılmışdır. Qeyd edilən cinayət işi üzrə mübahisə doğuran yeganə hal Təqsirləndirilən şəxs məxsus olması ittiham edilən bir ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı “TOZ-8M” modelli yivli odlu idman-ov silahının həqiqətən kimə məxsus olub-olmamasını müəyyən etməkdir. Məhkəmə kollegiyası qeyd edir ki, oğurlanmış odlu silahın kimə Təqsirləndirilən şəxs və ya atası Şahid2 məxsus olmasının müəyyən edilməsi istiqamətində ibtidai istintaq orqanının həyata keçirdiyi yeganə əməliyyat tədbiri Təqsirləndirilən şəxs Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evlərində yaşayıb-yaşaması və həmin evdə təsərrüfat işləri ilə məşğul olub-olmamasının yoxlanılması barədə 2 mart 2020-ci il tarixdə müstəntiq tərəfindən qəbul edilmiş əməliyyat tapşırığından ibarət olmuşdur. İş üzrə şahid qismində Təqsirləndirilən şəxs atası və anası, eyniz zamanda silahı oğurlamış Şahid1 dindirilmiş, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən Siyəzən rayonunun köhnə Quşçu kəndində yerləşən yaşayış evindən iki ədəd ov tüfənginin oğurlanması barədə məlumatın verilməsi haqda 22 avqust 2019-cu il tarixli ərizəsini, eyni tarixdə verdiyi izahatını, ********* nömrəli cinayət işində zərərçəkmiş şəxs qismində dindirilərkən verdiyi ifadəsini əsas götürərək, 8 aprel 2020-ci il tarixdə qəbul etdiyi “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərarında həmin tüfənglərin Təqsirləndirilən şəxs məxsus olmasına dair nəticəyə gəlmiş, hazırki iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsini qeyri-obyektiv qiymətləndirib, oğlu Rövşənin müdafiəsinə yönəldiyi qənaətinə gələrək həmin ifadələrin sübut kimi qəbul edilməməsi barədə qərar vermişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı bəraət almış Təqsirləndirilən şəxs 22 avqust 2019-cu il tarixdə təqdim etdiyi oğurluq cinayətinin törədilməsi haqqında ərizəsini və ilkin izahatını əsas götürməklə, oğurlanmış tüfənglərin məhz sonuncuya məxsus olması barədə gəlinmiş nəticəyə dair hər hansı əsaslandırma aparmamışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs yuxarıda göstərilən ittiham üzrə cinayət əməlində özünü təqsirli bilmədiyini qəbul edir və buna qanunvericiliyin tələbləri baxımından müvafiq hüquqi qiymət verir. Bu xüsusatda məhkəmə kollegiyası onu da nəzərə alır ki, ittiham tərəfindən təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyi ittiham üzrə təqsirlililyinin sübut olunması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin mövqeyinə hüquqi müstəvidən yanaşan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63, Avropa Konvensiyasının 6 və Azərbaycan Respublikası CPM-nin 21-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Özünü müdafiə etmək və bu xüsusda özünü ifşa edən ifadələr verməmək həmin hüququn mahiyyətindən irəli gəlir. Təqsirsizlik prezumpsiyası hüququna görə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Avropa Məhkəməsi Minelli İsveçrəyə qarşı işdə qeyd etmişdir ki, cinayət əməli törətməkdə təqsirləndirilən şəxs öz əleyhinə ifadə verməyə məcbur edilməməlidir. Cinayət araşdırmasının gedişində sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyula bilməz. Həmçinin təqsirləndirilən şəxs özünü ifşa edən ifadələr verməmək, öz maraqları əleyhinə şahidlik etməkdən imtina etmək hüququna malikdir ki, cinayət araşdırmasının istənilən mərhələsində bu hüquqlara hörmət edilməlidir. Göstərilənlər əsasında məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan ittiham üzrə özünü təqsirli bilməməsi heç bir halda onun əleyhinə istifadə oluna bilməz. Əks hal təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququnun kobud pozuntusu olacaqdır. Məhkəmə kollegiyası işdəki sübutlara hüquqi qiymət verərək, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı “TOZ-8M” modelli yivli odlu idman-ov silahını əldə edib Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evinin otaqlarından birində açıq vəziyyətdə saxlamasında təqsirliliyinin sübuta yetməməsi əsası ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Belə ki, cinayət işinin materiallarından görünür ki, Şahid1, X1 və X12 Azərbaycan Repsublikası CM-nin 232.2.1 və 228.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işinin başlanmasına səbəb məhz Təqsirləndirilən şəxs törədilmiş cinayət haqqında polis orqanına verdiyi ərizə olmuşdur. Halbuki, bu ərizə Təqsirləndirilən şəxs tərəfindən tərtib edilsə də, qeyd edilən ərizə Şahid2 öz oğlu Rövşəndən polisə gedib həmin məzmunda ərizə yazmasını xahiş etməsi nəticəsində verilmişdir. Oğurluq Təqsirləndirilən şəxs atası Şahid2 məxsus evdən edildiyi üçün və sonuncu ağır xəstə olduğu üçün uzaq məsafə getmək iqtidarında olmayan yaşlı bir adamın tələbi ilə oğlu Təqsirləndirilən şəxs tərəfindən polisdə ərizə yazılmışdır. Şahid2 xəstə olması iş materiallarına əlavə edilmiş tibbi sənədlərlə sübuta yetirilir. Belə ki, 2020-ci ilin fevral-iyun aylarını əhatə edən tibbi sənədlərin surətlərindən görünür ki, mərhum Şahid2 sağlığında şəkərli diabet İİ tip orta ağır dərəcə, SV2. Keçirilmiş işemik insultun qalıq əlamətləri, kataral angina, xroniki daşlı xolesistit, sidik t-lu diatez sol böyrəyin daşı xəstəliklərindən əziyyət çəkmişdir. Həmçinin, Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 13 avqust 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 098181 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid2 10 avqust 2020-ci il tarixdə durğunluq ürək çatışmamazlığından Siyəzən şəhərində ölmüşdür. İş üzrə araşdırılmalı olan ikinci bir hal, silahın oğurlandığı evin, yəni Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən fərdi evin Təqsirləndirilən şəxs və ya Şahid2 məxsus olub-olmaması, qeyd edilən evin Rövşənə aid olması araşdırılmamış, dəqiqləşdirilməmişdir. Verilmiş ittiham üzrə istintaq orqanı tərəfindən hər hansı bir hüquqi və faktiki əsas olmadan həmin evin ona məxsus olması təəssüratı yaradılmışdır. Halbuki, iş materiallarında olan arayışlarda, eləcə də şahid ifadələrində oğurluq hadisəsinin baş verdiyi evin Təqsirləndirilən şəxs valideylərinə aid olduğu, onun orada yaşamadığı, yalnız valideynlərinə görə bir övlad kimi ziyarət məqsədilə bu evə gedib-gəldiyi məlum olmuşdur. Buradan da, qeyd edilməlidir ki, ov silahları Təqsirləndirilən şəxs məxsus olsa idi, sonuncu silahı valideynlərinə məxsus evdə deyil, özünün yaşadığı evdə saxlayardı. Ov silahlarının Təqsirləndirilən şəxs məxsus olması halını əsas gətirən istintaq orqanı hazırki cinayət işindən ayrılmış ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid1 ifadəsini və həmin iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsini əsas götürsə də, bu ifadələr Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlinə aidiyyətinin olmamasına dəlalət edir. Çünki, məhz şahidlər məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ov silahları ilə hər hansı bir formada bağlılığının olmamasını bildirmiş, habelə silahın mərhum babası Pənahdan mərhum atası Şahid2 miras qaldığını, o cümlədən silahların sonuncuya aid olduğunu etiraf etmişlər. Digər tərəfdən zərərçəkmiş şəxs qismində iştirak etdiyi cinayət işində Təqsirləndirilən şəxs ilkin vaxtlarda verdiyi izahata əsaslanmaqla, onun hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi yolverilməzdir. Çünki, həmin izahatın hazırkı iş üzrə preyudisiya əhəmiyyəti yoxdur. Çünki, məhz belə bir izahat verməklə və ərizə yazmaqla Təqsirləndirilən şəxs mərhum atasının əvəzindən sonuncunun xəstə olduğu dövrdə ibtidai istintaqda iştirak edə bilər və vurulmuş ziyanı tələb edə bilərdi. Bundan əlavə, işin hallarından görünür ki, istintaq orqanı şahid qismində dindirilmiş Şahid1 ifadəsini Təqsirləndirilən şəxs təqsirini təsdiqləyən sübut kimi qiymətləndirmişdir. Şahid1, X1 və X12 ifadələrində ov silahlarının Təqsirləndirilən şəxs məxsus olması təsdiqlənsə də, ümumiyyətlə, təqsirləndirilən şəxslərin ifadələrinin mülahizələrdən ibarət olduğu ibtidai araşdırma orqanı tərəfindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, həmin ifadə həqiqətə daha uyğun hesab edilsə belə, oğurlanmış tüfənglərin olduğu Siyəzən rayonunun Köhnə Quşçu kəndində yerləşən yaşayış evinə cəmi 2 ay müddətə yaxın, ifadəsinə görə “2019-cu ilin təxminən iyun ayından etibarən” oğurluğun törədildiyi 22 avqust 2019-cu il tarixədək dövrdə gediş-gəliş imkanı olan şəxsin silahların kimə məxsus olması haqda verdiyi ifadəsinin həmin evdən illər boyu istifadə edən üç şəxsin - Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 eyni məzmunlu ifadələrindən üstün tutulması nə sübutların qiymətləndirilməsi qərarında, nə də ittiham aktında əsaslandırılmamışdır. İşin hallarına görə, Şahid2 insult keçirdiyindən sonra Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs tərəfindən 2019-cu ilin may ayında ünvan 3 ünvanında yerləşən evə aparıldığından, Şahid1 isə Siyəzən rayonunun köhnə Quşçu kəndində yerləşən Şahid2 məxsus yaşayış evinə 2019-cu ilin təxminən iyun ayından etibarən gedibgəlməyə başladığından, onun həmin evdən birgə istifadə etdikləri dövrdə Cabbarovlar ailəsinin məhz hansı üzvünün oğurlanmış tüfənglərə sahiblik etməsi barədə şəxsən özünün, bilavasitə şahidi olduğu məlumatı ola bilməzdi. Eyni zamanda, həmin qərarda Təqsirləndirilən şəxs mərhum atası Şahid2 ov silahların ona məxsus olması ilə bağlı verdiyi ifadə əsassız olaraq obyektiv hesab edilməmiş və oğlunun məsuliyyətə cəlb olunacağını bildiyi üçün müdafiə xarakterli verildiyi göstərilmişdir. Halbuki, işin faktiki hallarından da göründüyü kimi cinayətin predmeti olan silah məhz mərhum Şahid2 sağlığında məxsus olduğu və təsərrüfat işləri gördüyü fərdi yaşayış evində olmuş, Təqsirləndirilən şəxs orada daimi yaşamamış və həmin silaha hər hansı bir formada sahiblik və istifadə etməməklə, qulluq göstərməmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs mərhum atası Şahid2 ov silahlarının ona məxsus olması ilə bağlı verdiyi ifadənin obyektiv hesab edilməməsi və nəzərə alınmaması ibtidai istintaq orqanının məsələyə biganə və laqeyd yanaşmasının, araşdırmanın dəlillərə söykənərək kifayət qədər əsaslandırılmamasının bariz nümunəsidir. Hətta, ibtidai istintaq orqanı qeyd edilən qərarında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs anası, Şahid3 ifadəsinin məzmununu nəzərə almamış, bir yaşayış sahəsindən, yəni Siyəzən rayonunun Köhnə Quşçu kəndində yerləşən evdən istifadə etmiş üç şəxsdən ikisinin, yəni Şahid2 və Şahid3 ifadələrində oğurlanmış tüfənglərin Şahid2 məxsus olmasını bildirildiyini kənara qoymuş, bəraət almış Təqsirləndirilən şəxs 22 avqust 2019-cu il tarixdə təqdim etdiyi oğurluq cinayətinin törədilməsi haqqında ərizəsini və ilkin izahatını əsas götürməklə, oğurlanmış tüfənglərin məhz sonuncuya məxsus olması barədə gəlinmiş nəticəyə dair hər hansı əsaslandırmanın verilməsini təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin araşdırılması zamanı Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı “TOZ-8M” modelli yivli odlu idman-ov silahını əldə edib Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evinin otaqlarından birində açıq vəziyyətdə saxlamasına dair hərəkətləri haqqında nəticəyə gəlməyə əsas verən, hər hansı bir hal müəyyən edilməmişdir. İşdəki heç bir mötəbər sübutla 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı “TOZ-8M” modelli yivli odlu idman-ov silahının məhz Təqsirləndirilən şəxs məxsus olması, onun tərəfindən əldə edilməsi və ona məxsus evdə saxlaması təsdiq olunmur və ittiham tərəfi də belə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanılmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, həmin sübutlarla Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı “TOZ-8M” modelli yivli odlu idman-ov silahını əldə edib Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evinin otaqlarından birində açıq vəziyyətdə saxlaması, yəni qanunsuz olaraq odlu silah əldə etməsi və saxlaması sübut olunmur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət- Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146- cı maddələrinin müddəalarının pozulması (maddəa 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan biri digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş 5,6 mm kalibrli, seriya nömrəsi pozulmuş, saz vəziyyətdə olmaqla atəş açmaq üçün yararlı “TOZ-8M” modelli yivli odlu idman-ov silahını əldə edib Siyəzən rayonu, Köhnə Quşçu kəndində yerləşən evinin otaqlarından birində açıq vəziyyətdə saxlamasını təsdiq edən heç bir mötəbər sübut əldə etmədiyindən birinci instansiya məhkəməsi ona təqsirinin sübuta yetməməsi əsası ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə bəraət verməkdə haqlı olmuş və onun gəldiyi nəticələrin qanuniliyi və əsaslılığı məhkəmə istintaqı zamanı toplanmış sübutların məcmusuna əsaslanır. Məhkəmə kollegiyasının fikrincə, qeyd edilən hal istintaq orqanının mülahizələri olmaqla hər hansı bir tutarlı sübuta istinad etmir. Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyində də birbaşa göstərilir ki, «cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür» (CPM, mad. 21.3). Azərbaycan Respublikasının Konstitusiyasının “təqsirsizlik prezumpsiyası”ndan bəhs edən 63-cü maddəsinə əsasən isə “hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir”. Bundan əlavə, İnsan hüquqlarının və X7 Haqqında Konvensiyanın “ədalətli məhkəmə araşdırması hüququ”ndan və “qanunsuz cəzalandırılmamaq”dan bəhs edən müddəalarına əsasən “cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir” (mad.6). “Heç kəsə cinayət əməli törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz” (mad 7). İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Barbera, Messege və Xabardo İspaniyaya qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, ittiham verilən şəxsin təqsirsiz sayılmaq hüququ tələb edir ki, məhkəmənin üzvləri öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsin təqsirləndirildiyi cinayəti törətməsi kimi yanlış fikirdən çıxış etməsinlər; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Minelli İsveçrəyə qarşı işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası ibtidai istintaqın necə nəticələnməsindən asılı olmayaraq, cinayət prosesinin bütün mərhələlərinə aiddir; o, təkcə ittihamın mahiyyətinin araşdırılması ilə məhdudlaşmır. Rinqvold Norveçə qarşı işdə Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, bəraət hökmü çıxarıldıqdan və ya qanunla nəzərdə tutulan müddət keçdiyinə görə prosesə xitam verildikdən sonra məsrəflərin əvəzinin ödənilməsi və kompensasiya üzrə işlərə, hətta həmin işlərdə müvafiq şəxs daha «cinayət törətməkdə ittiham olunan» şəxs olmasa belə, 6-cı maddənin 2-ci bəndi tətbiq edilə bilər. Kompensasiyaya dair proses cinayət prosesinin nəticəsidirsə və ya həmin proseslə əlaqədar olub paralel həyata keçirilirsə, bu halda da 6-cı maddənin 2-ci bəndi tətbiq edilir. «Taxqet Belçikaya qarşı» iş üzrə Avropa Məhkəməsinin 13 yanvar 2009-cu il tarixli qərarında göstərilir ki, vacibdir ki, qəbul edilmiş qərarın mənası təqsirləndirilən şəxsə və eləcə də adından qərar qəbul edilən «Xalqa» izah edilsin, təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasına dair qəbul etdiyi dəlilləri, hər bir suala hansı əsasla təsdiqedici və ya inkaredici cavab verməsinin səbəbləri göstərilsin. Qeyd olunanları ümumiləşdirərək, məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı Vüsal Babayevin zərərçəkmiş şəxs qismində tanınan Orxan Şükürlü və Ramilə Əliyevaya qarşı dələduzluq etməsini təsdiq edən hər hansı bir mötəbər sübut əldə etmədiyindən birinci instansiya məhkəməsi Vüsal Babayevə təqsirlərinin sübuta yetməməsi əsası ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verməkdə haqlı olmuş və onun gəldiyi nəticələrin qanuniliyi və əsaslılığı məhkəmə istintaqı zamanı toplanmış sübutların məcmusuna əsaslanır. Azərbaycan Respublikası CPM-nin 42.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü o cümlədən cinayət hadisəsi olmadıqda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 55.2-ci maddəsinə əsasən haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını əlaqəli şəkildə araşdırıb hesab edir ki, Siyəzən Rayon Məhkəməsinin 1(059)-1/2021 nömrəli, 21 sentyabr 2021-ci il tarixli hökmünün apelyasiya protestinin dəlillərinə əsasən ləğv edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ittiham hökmünün çıxarılması üçün əsaslar olmadığından, apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Siyəzən Rayon Məhkəməsinin 1(059)-1/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Siyəzən Rayon Məhkəməsinin 1(059)-1/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Apellyasiya protesti təmin olunmasın. Qərar elan olunduğu vaxtdan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-410-cu maddələrində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(105)-20/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-20/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver