Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-208/2021 26.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının hakimləri: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Atakişiyeva Şəfəq Arif qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi X5, onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hökmdən apelyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsinə dair vəsatətin rədd edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 11 noyabr 2020-ci il tarixdə iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X5 Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi X3 vəsatəti təmin edilməmişdir. (Hakim Ə.Q.Quliyev) Həmin qərardan zərərçəkmiş şəxsin hüquqi varisi Zahid Nəbiyev apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və buraxılmış apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. O, apellyasiya şikayətində göstərmişdir ki, apellyasiya şikayəti vermək üçün müəyyən olunmuş prosessual müddəti üzrlü səbəbdən ötürmüşdür. Belə ki, hökmün surəti onun yaşadığı ünvana rəsmi qaydada göndərilməmişdir. Məhkəmə hökmün surətini ona təqdim etmək üçün Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs isə qəsdən hökmün surətini ona təqdim etməyərək, apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsinə səbəb olmuşdur. Hazırda o, təqsirləndirilən şəxsdən şikayətçidir və cinayət işinə mahiyyəti üzrə apellyasiya qaydasında baxılmasını xahiş edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin, apellyasiya şikayətinin rədd edilib qərarın dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının təklifini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apelyasiya şikayəti və ya apelyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət işinin materiallarında olan poçt qəbzindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1071/20219 saylı, 12 dekabr 2019-cu il tarixli hökmün surəti qanunla nəzərdə tutulmuş qaydada zərərçəkmiş şəxsin hüquqi varisi X4 göndərilmişdir. Bundan başqa, cinayət işinin materillarında olan 12.12.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin məzmunundan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Zahid Nəbiyev təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Həmçinin, 12 dekabr 2019-cu il tarixli məhkəmə iclas protokolundan görünür ki, məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxsin hüquqi varisi X5 Təqsirləndirilən şəxs qohumu olduğunu, hadisənin ehtiyatsızlıq üzündən baş verdiyini qeyd edib, təqsirləndirilən şəxsi bağışladığını və ona qarşı şikayətçi olmadığını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsindəki ittiham hökmü məhkəmə prosesində zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakı ilə elan edilmiş, lakin hökm qanuni qüvvəsini alanadək onun tərəfindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi vəsatətdə göstərilən səbəbləri və halları hökmdən apellyasiya şikayəti vermək üçün buraxılmış 10 aydan artıq müddəti üzürlü hesab etməmiş, haqlı və düzgün olaraq, zərərçəkmiş şəxsin hüquqi varisi Zahid Nəbiyevin vəsatətini təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, zərərçəkmiş şəxsin hüquqi varisi Z.Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 384, 385 və 386-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi Z.Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti təmin edilməsin. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-410-cu maddələrində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №1(105)-208/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-208/2021
26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver