Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-212/2021 01.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Rzayev Məhəmmədəli Əsəd oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 1(060)387/2018 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt ŞəhərMəhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 1(060)387/2018 saylı hökmü ilə (hakim X3) xx xxxxxx 1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Novxanı bağları fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2 və 333.1-ci maddələri ilə təyin edilmiş 2 (iki) il azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 1 (bir) il sınaq müddəti verilməklə şərti məhkumetmə, Azərbaycan Respublikası CM-nin 71ci maddəsinə əsasən ləğv edilməsi və Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm ilə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxxxx 2018-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərcinin tutulub dövlət nəfinə keçirilməsi hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, xx xxx 2018-ci il tarixdə saat 02 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə, 6/19 saylı binanın qarşısında Zərərçəkmiş şəxs1 məxsus “VAZ-21074” minik markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edib avtomobilə əyləşərək avtomobilin salonunda olan ehtiyat açarını tapıb mühərriki işə saldıqdan sonra idarə etməklə talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Bundan başqa o, təkrarən, xx xxx 2018-ci il tarixdə saat 02 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon, 2A saylı binanın qarşısında X2 məxsus “VAZ-21074” minik markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edib avtomobilə əyləşərək avtomobilin salonunda olan ehtiyat açarını tapıb mühərriki işə saldıqdan sonra idarə etməklə talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Apelyasiya şikayətinin dəlilləri: Məhkəmənin qeyd edilən hökmündən Təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək, barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk dəfədir məhkum olunur. Törətdiyi cinayət əməlindən peşman olmasını, cəzasının bir hissəsini çəkməsini, zərərçəkmiş şəxsin biri ilə barışmasını, anasının onkoloji xəstə olmasını, özünün isə beyin xəsarəti almasını nəzərə alaraq barəsində olan cinayət işinə yenidən baxılaraq, ona təyin edilmiş cəzanın yüngül cəza ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində Dövlət ittihamçısı2 çıxış edərək apelyasiya şikayətinə etiraz etmiş, əsassız olduğundan apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt ŞəhərMəhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 1(060)387/2018 saylı hökmünün qüvvədə saxlanılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apelyasiya instansiyası məhkəməsində çıxış edərək apelyasiya şikayətini müdafiə etmiş, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngül cəza ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib, dövlət ittihamçısının apelyasiya şikayətinin təmin edilməyərək, hökmün dəyişdirilməməsi barədə, məhkumun və onun müdafiəçisinin isə apellyasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyib, işdəki sübutları apelyasiya şikayəti ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, aşağıda şərh olunanlara əsasən, apelyasiya şikayəti təmin edilməməli və hökm dəyişdirilməməlidir. Belə ki, Məhkəmə Kollegiyası ilk olaraq onu qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsini özü etiraf etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.2.2-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, məhkəmə istintaqı zamanı sübutların əldə olunması, onların tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və proses iştirakçılarının, o cümlədən məhkum edilmiş şəxsin qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkan və şərait yaradılmışdır. Birinci instansiya məhkəməsi sübutların məcmusuna qiymət verib, düzgün olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə tövsif edərək onu həmin maddə ilə təqsirli bilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşunaslıq ekspertizasının xx.xx.2018-ci il tarixli, 18740 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu iş materiallarında olan AR “Mərcan” firması tərəfindən tərtib edilmiş, xx.xx.2018-ci il tarixli ziyan aktı məlumatlarına əsasən 2008-ci il buraxılışlı “VAZ 21074” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən “ 1. Dəyişməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 2206 manat. O cümlədən : Dəyişilməli hissələrin qiyməti: 1076 manat; Təmir bərpa işlərinin qiyməti – 1130 manat. 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 1845 manat. O cümlədən : Dəyişilməli hissələrin qiyməti – 715 manat ; Təmir-bərpa işlərinin qiyməti – 1130 manat. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olubolmaması məsələsini də müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən etməmiş, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cinayətlərin residivi olmasını cəzasını ağırlaşdıran hallar qismində müəyyən etmiş, həmçinin törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs CM-nin 185.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx.xx.2018-ci il tarixli tələbnaməsindən, eləcə də Bakı Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2 və 333.1-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası 70-ci maddəsi tətbiq edilməklə 1 il sınaq müddəti verilməklə şərti hesab edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona cəzanın məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4№-li qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)— təkrar törədildikdə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[ Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkuma Azərbaycan Respublikası CM-in 185.2.2-ci maddəsi ilə həmin maddənin sanksiyası həddində, yəni 02 (iki) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini məhkumun şəxsiyyətini, onun ailə vəziyyətini, cəzasını yüngülləşdirən halın olmamasını, cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini tam nəzərə almış və təqsirləndirilən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası həddində qanuna uyğun cəza təyin etmişdir. Birinci instansiyası məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyinin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Beləliklə, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 1(060)387/2018 saylı hökmü apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 1(060)387/2018 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Məhəmmədəli Rzayev Hakimlər: Elman Rəhimov Elman Əhmədov
Məhkəmə qərarları › İş №1(105)-212/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-212/2021
01.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver