Məhkəmə qərarları › İş №1(105)-22/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-22/2023

12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-22/2023 12.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim: Məhəmmədəli Əsəd oğlu Rzayevin sədrliyi və məruzəsi ilə, hakimlər Elman Gülbaba oğlu Rəhimov və Elman Məmməd oğlu Əhmədovdan ibarət tərkibdə, Hacıyeva Aytəkin Qurban qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-96/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-96/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə (hakimlər X11 (sədrlik edən və məruzəçi), X12, X14) xx xxxx 1971-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 19 iyul 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o, 09 iyul 2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində şəxsiyyəti istintaq orqanına məlum olmayan Eldar adlı şəxsdən satış məqsədi ilə külli miqdarda ümumilikdə 5,358 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşımış, 19 iyul 2021-ci il tarixdə, saat 17:20-də Sumqayıt şəhəri, 9cü mikrorayon, 56 nömrəli evin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılaraq Sumqayıt ŞPİ-nə aparılıb orada üzərində şəxsi axtarış aparılarkən əynində olan açıq qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəfaf rəngli sellofan bükümdə külli miqdarda 5,358 qram çəkidə cibində üzərində narkotik vasitə heroin və əynindəki şalvarın sol cibində üzərində narotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, mübahisəli hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs təqsiri mötəbər sübutlarla təsdiq edilmədiyi üçün onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, işin araşdırılan hallarından göründüyü kimi əməliyyat aparmaq adı ilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaşadığı evin yanında saxlanılaraq, avtomobildə polis idarəsinə gətirilmiş, sonradan təhqiqatçıya təhvil verilmiş, bundan sonra vəkil dəvət edilmiş və yalnız bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Belə ki, ilk əvvəl şəxsin saxlanması və polisə aparılması barədə əsaslandırılmış qərar qəbul edilməlidir.Belə bir qərar isə iş materiallarında mövcud deyildir.İşdə olan xx.xx.2021-ci il tarixli nömrəsiz və qeydiyyatsız Sumqayıt şəhər Polis İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş “Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair” əməliyyat müvəkkili Şahid3 qərarından görünür ki, bu qərar əsaslandırılmamış qərardır və yalnız əməliyyat-axtarış tədbirləri barədədir. Bu qərarda kiminsə saxlanması və ya polisə gətirilməsi göstərilməmiş və bu qərarın özü heç bir dəlillə əsaslandırılmamışdır. Bu qərar əsasında heç bir axtarış işi açılmamış və tədbirlər planı hazırlanmamışdır. Bu qərara əsaslanaraq polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik gəzdirmə və satma şübhəsi ilə saxlamış,öz avtomobilərinə mindirərək azadlığını məhdudlaşdırmış və polisə gətirərək bir müddət öz iş otaqlarında saxlamışlar.Təqsirləndirilən şəxs evinin yanında saxlanılarkən üzərində baxış keçirilməmişdir. Hansı ki, hər bir kəs saxlanan andan şahidlərin və vəkilinin yanında şəxsi axtarışa məruz qalmalı bu hərəkət protokollaşdırılmalıdır.Polis əməkdaşları isə bunu etməmiş, şəxsi qanunsuz olaraq öz avtomaşınlarına mindirərək polis idarəsinin inzibati binasına,ordan da oz xidməti otaqlarına aparmış,müəyyən müddətdən sonra təhqiqatçının otağında ona vəkil təqdim edilmiş və videogörüntü ilə şəxsi axtarış aparılmışdır.Bütün bu hallar prossesual pozuntularla müşayiət edilmiş və əldə edilmiş sübut da qanunvericliyin tələblərinin pozulması ilə əldə edilmişdir. Belə ki, məhkəmə zamanı dindirilən polis əməkdaşları Təqsirləndirilən şəxs saxlanılarkən niyə şahidlərin və ya videoçəkilişin vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməməsinin səbəblərini izah edə bilməmişlər. Təqsirləndirilən şəxs polislər tərəfindən tutularaq avtomaşına mindirilib polisə aparılması, xidməti otaqda uzun müddət saxlanılması və yalnız bundan sonra üzərində şəxsi axtarış aparılması prosessual qanunvericliyin kobud surətdə pozulması deməkdir və bu halda əldə edilmiş sübutların heç bir əhəmiyyəti yoxdur. Təqsirləndirilən şəxs barəsində hansı əsaslarla məhkəmənin qərarı olmadan əməliyyataxtarış tədbirlərinin dərhal keçirilməsi barədə əsaslandırılmış qərar mövcud deyildir. Bu isə həm qəbul edilmiş qərarın,həm də bunun da əsasında keçirilmiş əməliyyatın və əldə edilmiş ilkin sübutun qanunsuz və qeyri-mötəbər olmasını təsdiq edir. Bu halda həm həmin hərəkətlər, həmdə bunun əsasında əldə edilmiş ilkin sübutlar etibarsız hesab edilməklə ittihamın əsasını təşkil edə bilməz. Ümumiyyətlə sənədlərdə olan uyğunsuzluqlar,eləcə də guya əməliyyatda iştirak etmiş polis əməkdaşlarının istintaq və məhkəmə zamanı vermiş olduqları ifadələr arasındakı ziddiyətlər də bunu deməyə əsas verir ki, bütün bu sənədlər yalnız Təqsirləndirilən şəxs qanunsuz olaraq polisə gətirilib təzyiqlərə məruz qalaraq polisin dediklərini etiraf etməyə razılıq verəndən sonra hazırlanmış və imzalanmış, həm də sənədlərdə göstərilən polis əməkdaşlarının heç də hamısı bu əməliyyatda iştirak etməmişdir. Bundan başqa Sumqayıt şəhər Pİ CAŞ-nin əməliyyat müvəkkili Şahid3 Pİ-nin rəisinə Təqsirləndirilən şəxs əməliyyat nəticəsində saxlanılıb Pİ-nə gətirilməsi barədə raportu qeydiyyatdan xx.xx.2022-ci il tarixdə keçməsinə baxmayaraq, bundan əvvəl CAŞ-in rəisi Yelmar Mehdiyev və əməliyyat müvəkkili Şahid3 Pİ-nin rəisinə Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatı daxil olduğu üçün əməliyyat keçirməyə razılıq barədə yazdıqları raportlar isə xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişlər.Necə ola bilər ki,əməliyyatın keçirilməsi üçün icazə raportları əməliyyatın başa çatması barədə raportlardan sonra qeydiyyatdan keçir? Bu hal sübut edir ki,bu əməliyyat keçirilməsi üçün heç bir qanuni qərar və əmr olmamış,bu sənədlər yalnız Təqsirləndirilən şəxs Pİ-nə gətirilib təzyiqlə narkotikin etirafına razılıq alınandan sonra hazırlanıb və rəsmiləşdirilib.Bu halı o da sübut edir ki, Pİ-nin rəisinin təsdiq etdiyi Şahid3 tərtib etdiyi əməliyyat axtarış barədə qərarı ümumiyyətlə qeydiyyatdan keçməmişdir, hansı ki, guya əməliyyat qrupu yaradılması barədə əmr qeydiyyatdan keçmişdir. Lakin sənədlərdən görünür ki, bu əməliyyatda yalnız əməliyyat müvəkkilləri iştirak etmiş,kriminalist əməliyyat zamanı hadisə yerində olmamış və heç bir çəkiliş etməmiş, təhqiqatçı isə ümumiyyətələ,yalnız Təqsirləndirilən şəxs Pİ-nə gətirilib bir neçə saat təzyiqə məruz qalandan sonra təhqiqatçının otağına gətirildikdə ilk dəfə Təqsirləndirilən şəxs görmüşdür.Eləcə də,qrupun rəhbəri CAŞ rəisi təyin olduğu halda,Təqsirləndirilən şəxs əməliyyat nəticəsində Pb-nə gətirilməsi barədə rəisin adına olan raportu əməliyyat nüvəkkili Şahid3 yazmışdır.Bütün bu ziddiyyətlər heç bir əməliyyatın olmadığı,qanunsuz olaraq Təqsirləndirilən şəxs Pİ-nə gətirilib etiraf edəcəyi barədə razılığı alınandan sonra sənədləşmələr aparıldığını təsdiq edir. Bundan başqa şəxsi axtarış zamanı R.Məmmovun cibindən polislərin qoyduğu narkotik və tərəzidən başqa heç bir əşya,nə telefon,nə də bir manat da olsun pul aşkar edilməmişdir.Narkotik satanın və alıcı ilə əlaqə saxlamaq istəyənin mütləq həmin vaxt üzərində telefon olmalı idi. Bu telefonun olmaması həqiqətən də təsdiq edir ki, Təqsirləndirilən şəxs həmin gün səhər vaxtlarında evinə çörək alıb qayıtmaq üçün evindən çıxmış,həqiqətən də çörək alıb evinə qayıdarkən də polislər tərəfindən saxlanılaraq polisə gətirilmişdir.Axtarış zamanı cibindən telefonun aşkar edilməməsi də məhz bunun bariz sübutudur. Bundan başqa əməliyyat qrupuna video çəkiliş üçün kriminalistin daxil edilməsi məhz şəxsi saxlama anında çəkiliş etmək üçündür. Lakin Şahid3 və digər 2 şəxsin əməliyyata videokamerasız getməsi də təsdiq edir ki,onların məqsədi Təqsirləndirilən şəxs üzərindən narkotiki aşkar etmək yox, onu qanunsuz Pİ-nə gətirərək narkotik barədə etiraf ifadəsi almaq və yalnız bundan sonra teatrlaşdırılmış səhnəni videoya çəkib şəxsi tutmaq olmuşdur. Çünki videoçəkilişdə iştirak edən vəkilin təəccüblə dolu suallarına Təqsirləndirilən şəxs əvvəlcədən hazırlanmış məntiqsiz cavabları da sübut edir ki, Təqsirləndirilən şəxs üzərində nə narkotik olmuş,nə də tərəzi. Çünki yay ayında guya narkotik satmaq üçün evdən çıxması,bu zaman da böyük, kənardan hiss edilən tərəzini cibinə qoyması, amma bu zaman əsas əlaqə vasitəsi olan telefonu götürməməsi barədə Təqsirləndirilən şəxs söylədikləri sağlam məntiqdən kənardır və bunların polislərin diqtəsi ilə deməsi aydındır. Bundan başqa şəxsi guya narkotik satışında şübhəli kimi saxlayıb Pİ-nə aparan və axtarış zamanı üzərindən guya narkotik və tərəzi aşkar edən polis əməkdaşları və tədqiqatçı dərhal onun evində şəxsin özünün də iştirakı ilə axtarış aparmalı olduqları halda bunu da etməmişlər.Bu da bir daha sübut edir ki, polislər özləri də Təqsirləndirilən şəxs narkotik satıcısı olmamasını bilmişlər və məhz buna görə evində axtarış aparmamışlar.İttihama görə polislər Təqsirləndirilən şəxs 17-20-də saxladıqlarını bildirirlər, Təqsirləndirilən şəxs isə 10 radələrində saxlandığını, bir neçə saat işgəncədən sonra şəxsi axtarışla guya cibindən narkotik aşkar edildiyini bildirir. İş materialları ilə Təqsirləndirilən şəxs isə 10 radələrində saxlandığını qismən də olsa bu hal öz təsdiqini tapmışdır. Bundan başqa ittihamın iki şahidi isə guya istintaq zamanı bildirmişlər ki, Təqsirləndirilən şəxs narkotik vasitə almışlar.Həmin şahidlərdən Şahid1 bildirdiki,Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə almamış,onu narkotik satan kimi tanımamış, istintaqda verilən ifadəni polislərin təzyiqi altında vermişdir, amma dindirmə protokolunun sonundakı imza da ona məxsus deyildir. Digər şahid Sadixov Samir də məhkəmə zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə almamış, ifadəsində yazılan sözlər ona məxsus deyil,sadəcə olaraq həmin vaxt həbs edildiyi üçün polislər ona təzyiq etmişlər ki,ifadəyə qol çəkməsən,sənin üzərinə küllü miqdarda narkotik qoyacağıq,o da məcbur olub imza etmişdir. Amma məhkəmə zamanı dindirmə protokolunun sonunda yazı ilə yazılmış son cümlələrə baxaraq bildirdi ki, bu xətt onun deyil,bunu kənar bir şəxs yazmışdır,o heç Təqsirləndirilən şəxs nə doğum ilini,nə də gününü,ayını bilir. Videoçəkilişdən görünür ki,Təqsirləndirilən şəxs tədqiqatçının kabinetində olanda ona vəkil təqdim edilir. Bundan sonra Təqsirləndirilən şəxs vəkili ilə konfedesial görüş üçün şərait yaradılmır və ona bu hüquqları ümumiyyətlə izah edilmir. Vəkil də belə bir «görüşü tələb etmır. Şəxs özünü narkotik satmaqda təqsirli bilmədiyi halda bu barədə bir dənə də olsun vəsatət verilmir və sairə.Əgər belə bir konfedisial görüş olsaydı,Təqsirləndirilən şəxs polisdə ona qarşı edilmiş işgəncə və təzyiqləri deyər və bəlkə də vəkil bu barədə tədbirlər görərdi.Amma hər bir halda Təqsirləndirilən şəxs vəkillə konfedisial görüş hüququ izah edilməməklə,eləcə də ona belə bir görüş verilmədiyinə görə belə hesab edir ki,bu halda da Təqsirləndirilən şəxs müdafiə hüququ pozulmuşdur. Yekunda hesab edir ki, işdə istinad edilən prosesual normanın tələbləri pozulmuş və Təqsirləndirilən şəxs polis əməkdaşlarının özbaşına hərəkətlərinə məruz qalmış,o,məhkəmə qərarı olmadan,qanuni cəhətdən əsaslandırılmamış polis qərarı ilə prosesual məcburiyyət tədbirinə məruz qalmış,heç bir əsas olmadan evinin həyətindən hər hansı bir qərar təqdim edilmədən zorla polis idarəsinə aparılmış, orada saatlarla polislərin mənəvi və fiziki təzyiqlərinə məruz qalmış,bundan sonra cibinə narkotik və tərəzi qoyularaq videoçəkiliş təşkil edilmiş və bu əsasla da ona ittiham irəli sürülmüşdür.Bu hallar birbaşa iş sənədlərindən tam aydın göründüyü halda müstəntiq də prosesual cəhətdən qanunsuz hərəkətlərlə əldə edilmiş sübutlar əsasında cinayət işi başlamış,şəxsə ittiham elan etmiş,ibtidai araşdırma zamanı qəbul edilmiş bütün qərarlara görə məsuliyyət daşıyan prokuror da öz vəzifə borcunu yerinə yetirməyərək belə bir ittihamı təsdiq edərək məhkəməyə göndərmiş, məhkəmədə bu qanunsuz əməliyyat və tədbirlər nəticəsində əldə edilmiş sübutları qanuni hesab edərək şəxsi ağır cinayətlə məhkum etmişdir. Beləliklə İttiahm hökmü etibarsız hesab edilməli, həmin hökm ləğv edilməli və bu əsaslarla da Təqsirləndirilən şəxs təqsiri sübuta yetmədiyinə görə ona bəraət hökmü çıxarılmalıdır. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı X8 çıxış edərək, apellyasiya şikayətinə etiraz etmiş, əsassız olduğundan apellyasiya şikayətinin təmin edilməməsini, şahid ifadələri və digər sübutlarla təqirləndirilən şəxsin əməlinin sübuta yetirildiyini və bu halların nəzər alınaraq Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)- 96/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində çıxış edərək, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya instansiyası məhkəməsində çıxış edərək bildirdi ki, təqsirləndirilən şəxs həyətində tutulmuş, üzərinə baxış keçirilməmiş və avtomobilə əyləşdirilərək 10 dəqiqə sonra polis şöbəsinə aparılmışdır. Bir saat yarim ərzində Təqsirləndirilən şəxs şöbədə saxlanılmış və onun cibindən narkotik vasitə və tərəzi aşkar edilməmişdir. Təqsirləndirilən şəxsin saxlanılma saatı ilə bağlı sorğu verilmiş və əməllyatçılar özlərinə məxsus olmayan telefon nömrələrini istintaqa təqdim etmişlər. Prosessual pozuntulara yol verildiyinə görə sübutların əldə olunması tələbi pozulmuşdur. Qeyd olunanlar nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmünün ləğv edilməsini və onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını nəzərdən keçirib, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməyərək, hökmün dəyişdirilməməsi barədə, təqsirləndirilən şəxs və onun müdafiəçisinin isə apellyasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyib, işdəki sübutları apellyasiya şikayəti ilə əlaqəli şəkildə tədqiq edib, məcmusu üzrə qiymətləndirərək, hesab edir ki, aşağıda şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-96/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk olaraq onu qeyd edir ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəmə iclasında etdiyi çıxışında ona istinad edilən cinayətin törədilməsində özünü təqsirli bilməsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla, yəni şahid ifadələri, ekspertiza rəyləri, maddi sübut və işdə olan istintaq hərəkətlərinə dair protokollarla Təqsirləndirilən şəxs CM-nin 234.4.3cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddə ilə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 19 iyul 2021-ci il saat 14 radələrində mağazadan çörək alıb geri qayıdarkən blokun qarşısında tanımadığı şəxs onunla polis idarəsinə getməyini tələb etmişdir, o, da etiraz etməyərək polis idarəsinə getmişdir. Polis idarəsinin həyətinə çatanda polislər onu döyüb paltarını soyundurmuş, axtarış aparmışlar. Polis idarəsində iki gün əvvəl də onu tutmaq istədiklərini, lakin yanında başqa şəxslər olduğu üçün onu tutmadıqlarını eşitdiyini bildirmişdir. Polis idarəsinə getdikdən sonra müdafiəçinin yanında dörd dəfə çəkiliş aparılmış, çəkiliş olanda 5-6 nəfər polis əməkdaşının olduğunu demiş, təzyiq edildiyi üçün vəfat edən Eldar adlı şəxsdən narkotik vasitə aldığını demişdir. Polis idarəsinə getdikdən sonra ona Kamil Zeynallının instagram səhifəsində adı çəkildiyini, ona görə də saxlanıldığını deyilmişdir. Birinci dəfə polis idarəsinə gətiriləndə ilk dəfə çəkiliş olanda üzərində 1,9 qram narkotik vasitə olduğu deyilmiş, o isə boynuna almamış, sonra yenidən çəkiliş olunmuş və tərəzinin düz işləmədiyini deyib 5 qram olmasını demişlər. Həmin vaxt müdafiəçi də orada olmuşdur. İstintaqda döyüldüyü üçün narkotik vasitənin özünə məxsus olduğunu, satmaq niyyətinin olmadığını, ancaq istifadə etdiyini demişdir. İttihamda qeyd olunan narkotik vasitə ona aid olmamış, polislər tərəfindən ona verilmişdir. Təqsirləndirilən şəxs Əbdürəhim oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən isə görünür ki, o, özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, təxminən 17:20 radələrində Sumqavıt şəhəri. 9-cu mikrorayon ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq saxlamışlar və Sumqayıt ŞPİyə aparmışlar. Orada müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Daha sonra ondan üzərində qadağan edilmiş əşyaların olub-olmadığı soruşulmuş və o, əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə içərisində öz şəxsi istifadəsi üçün Sumqayıt şəhəri ərazisində xx.xx.2021-ci il tarixdə Eldar adlı şəxsədən 40 manata aldığı narkotik vasitə heroini, həmçinin əynindəki şalvarın sol cibindən narkotik vasitələri aldığı zaman istifadə etdiyi özünə məxsus bir ədəd elektron tərəzini təqdim etmişdir. “Kakos” adlandırıldığı narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və çəkisinin 5,7 qram olduğu müəyvən edilmişdir. Aşkar edilmiş narkotik vasitə və tərəzi qablaşdırılaraq götürülmüş, həmçinin protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Polisdə üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı bir qanunazid hərəkət və fiziki zor tətbiq olunmamışdır. Şəxsi axtarış zamanı üzərində aşkar edilmiş elektron tərəzi özünə məxsus olmuş və onu narkotik vasitə alanda istifadə etmişdir. Apellyasiya Məhkəməsinin məhkəmə istintaqında ifadə verən Təqsirləndirilən şəxs Əbdürəhim oğlu birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, çörək alıb evə gələrkən polis əməkdaşı tərəfindən saxlanılmışdır. Belə ki, həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Cörək aldığı vaxt polis əməkdaşı ona zəng edərək adının Rafiq olduğunu soruşmuşdur. Onu polis şöbəsinə çağırmışdır. Ona 15 dəqiqəyə polis şöbəsində olacağını demişdir. Çörəyi evə qoyaraq polis şöbəsinə getmişdir. Çörək almağa gedərkən telefonu unudaraq evdə qoymuşdur. Əgər üzərində narkotik vasitə var idisə orada üzərinə baxış keçirilməli idi. Onu polis şöbəsinə bir sual soruşacaqları adı ilə və bunun təxminən 15 dəqiqə əhatə edəcəyi deyilərək aparmışlar. Bundan sonra ona işgəncələr göstərilmiş və o etiraf etməyə məcbur olmuşdur. Polis əməkdaşları ona 48 saatdan sonra azad olacağını demişlər. Lakin sonradan müvəqqəti saxlama yerində saxlanılan şəxslər tərəfindən müstəntiq tərəfindən aldadıldığını öyrənmişdir. Tərəzi ona məxsus olsa belə həmin vaxt üzərində telefon üzərində olmamışdır. Bundan başqa qeyd etdi ki, Feyruzla əvvəllər birlikdə narkotik vasitə istifadə etmiş və Feyruz narkotik vasitəni qəbul etməyinə ona kömək etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-in əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayının 19-da Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, qəbulu və satışı barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında Seymur Əliyev, Şahid4, Elnur Qocayevdən ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsinə aparılmışdır. Polis idarəsinin inzibati binasında videoçəkiliş ilə müdafiəçinin iştirakı təmin edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan sellofan torba və elektron tərəzi aşkar edilmişdir. Sual edildikdə Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitələri 10 gün əvvəl Eldar adlı şəxsdən aldığını demişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-in əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayının 19-da Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, qəbulu və satışı barədə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında saat 17 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində saxlayıb Sumqayıt şəhər Polis İdarəsinə aparmışlar. Əməliyyat qrupunda ondan başqa Şahid3, S.Əliyev olmuşdur. Əməliyyat tədbirinə Ş. Şahbazov rəhbərlik etmişdir. Polis idarəsinin inzibati binasında müdafiəçinin iştirakı təmin edilməklə videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs üzərindən içərisində narkotik vasitə heroin olan sellofan torba və elektron tərəzi aşkar edilmişdir. Apellyasiya Məhkəməsinin məhkəmə istintaqında ifadə verən Şahid4 bildirdi ki, əməliyyat məlumatı əsasında təqsirləndirilən şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxsin hansı radələrdə saxlanıldığını xatırlamır və lakin o 9-cu mikrorayon ərazisində saxlanılmışdır. Saxlanılarkən təqsirləndirilən şəxsin əlində çörək olmuşdur. Təqsirləndirilən şəxsə özlərini təqdim etmişlər və şübhəli şəxs kimi polis şöbəsinə gətirilməli olduğunu bildirmişlər və o isə buna etiraz etməmişdir. O, sonra polis şöbəsinə gətirilmiş və üzərində narkotk vasitə aşkar edilmişdir. Şahid4 narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. İstifadəsində olan mobil telefon nömrə 55-575-39-12-dir. Təqsirləndirilən şəxsi saxlayan zaman mobil telefonu üzərində ola, yaxud da təqsirləndirlən şəxsi saxlamaq üçün avtomobildən enərkən avtomobilin içərisində qalmış ola bilər. Təqsirləndirilən şəxsin saxlanıldığı yer ilə polis şöbəsi arasında xeyli, təxminən 15 dəqiqəlik məsafə vardır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Masazıra sexə işçi aparıb-gətirirdi. Müstəntiq zəng edib polis idarəsinə çağırmış, Təqsirləndirilən şəxsla son dəfə nə vaxt görüşdüyünü soruşmuşdur. Sonra hadisə barədə məlumat vermişdir. O, narkotik vasitə istifadə etdiyini, narkotik vasitəni tanımadığı şəxslərdən aldığını bildirmişdir. Müstəntiq tərəfindən təzyiq göstərildiyinə görə Təqsirləndirilən şəxs narkotik vasitə aldığını demişdir. O, istintaq dövründə ifadə verərkən videoçəkiliş aparılmadığını bildirmişdir. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində isə göstərmişdir ki, o, əvvəllər narkotik vasitə heroindən istifadə etmişdir. Narkotik vasitələrdən istifadə etdiyi zaman tanışı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yaşayan uzun müddət ərazində yaşayan tanışı Təqsirləndirilən şəxs narkotik vasitəni alıb istifadə edirmiş, eləcə də, sonuncu dəfə Təqsirləndirilən şəxs narkotik vasitəni alıb istifadə etməsi üçün 19 iyul 2021ci il tarixdə səhər saatlarında tanışı Şahid2 ilə görüşmüşlər. Həmin vaxt onlar Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində tanışları Təqsirləndirilən şəxs yaşadığı ünvanın yanma getmişlər və orada ondan hər özü üçün ondan şəxsi istifadəsi üçün narkotik vasitə almışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs 10 manat məbləğində narkotik vasitə heroini almışdır. Gözü yaxşı görmədiyi üçün həmin narkotik vasitə heroini istifadə etmək üçün tanışı Təqsirləndirilən şəxs xahiş etmiş, ona görə də, onlar onun yaşadığı evə onun idarə etdiyi “Ford" markalı avtomobilə getmişlər və orada Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini onun sağ qoluna şpıislə vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanı istiqamətində idarə etdiyi avtomobilə düşürmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etməsi barədə və onlardan başqa kimsə satması haqqında heç bir məlumatı olmadığını qeyd etmişdir. Şahid1 ifadəsi videoçəkişlə alınmış və bir ədəd “CD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Videoçəkilişə baxdıqda şahidin ifadəsində göstərdiyi xüsusatları deməsi öz təsdiqini tapmışdır. Bundan başqa, tanınma keçirilən zaman Şahid1 Təqsirləndirilən şəxs tanımaqla narkotik vasitənin ondan almasını demişdir. Apellyasiya Məhkəməsinin məhkəmə istintaqında ifadə verən Şahid1 bildirdi ki, halhazırda narkotik vasitə istifadə etmir. Bu hadisəyə qədər narkotik vasitədən bəzi vaxtlarda istifadə etmişdir. Verdiyi bütün ifadələri təsdiq edir, lakin ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Hadisə ilə bağlı bildirir ki, Rafiq tutulduqdan iki ay sonra onu Polis Şöbəsinə çağırmışlar. Müstəntiq ona Rafiqlə münasibətinin olduğunu demiş və iki nəfər tanımadığı polis əməkdaşı mülki formada ona onların dediklərini yazmalı olduğunu demişlər. Polis əməkdaşları onun evinə gəlməmişlər.Ona bununla bağlı hədə-qorxu etmişlər. Müstəntiq ona 4 nəfərin şəkilini göstərərək onlardan kimi tanıdığını soruşmuş və o da cavab olaraq müstəntiqə onların arasından Rafiqi tanıdığını demişdir. Müstəntiq və iki nəfər polis əməkdaşı onu onların dediklərini yazmağa məcbur etmişlər. Polis Şöbəsində ifadə verərkən videoçəkiliş aparılmasından məlumatı olmuşdur. Rafiqdən narkotik vasitə almamışdır. Şahid2 tanıyır. Onlar həyətdən bir az uzaqda yaşayır. Rafiq tutulan gün Samirlə birlikdə onun yanına getməmişlər.Rafiqlə ayda iki-üç dəfə görüşmüşlər. Samirin telefonu olmamış və Samir ev telefonundan onun mobil nömrəsinə zəng etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, keçən ilin avqust ayında onu saxlamışlar, qarşısına şəkillər qoyub onların dediklərinə əməl etməyini tapşırmışlar. O, Təqsirləndirilən şəxsla bir məhəllədə yaşamışdır. Əvvəllər narkotik vasitə heroin istifadə etmiş, narkotik vasitəni “Simurq” şadlıq evinin yanında qalan Mirzə adlı şəxsdən əldə etmişdir, Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. O, Firuz adlı şəxsin onların qonşusu olduğunu, onunla narkotik vasitə qəbul etmədiyini, Rafiq saxlanılan gün qonşularla həyətdə oturduğunu bildirmişdir. Həmin vaxt (günorta saatlarında) Rafiq əlində çörəklə mağazadan gəlmişdir. 3-4 nəfər mülki geyimli polis əməkdaşı Təqsirləndirilən şəxs kəmərindən tutaraq onu saxlayıb maşına aparmışdır. O, ifadə verməmiş, onların yazdığını onun isə imzaladığını bildirmişdir. Yazılan ifadəni oxumamışdır. Onun bir gözü ümumiyyətlə görmür, digərinin 4 faiz görmə qabiliyyəti var. Latın qrafikası ilə yaza bilir. Təqsirləndirilən şəxs doğum tarixini isə bilmir. Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən isə görünür ki, o, narkotik vasitələrin istifadəçisi olduğu üçün əvvəllər Bakı şəhəri ərazisində tanımadığı şəxslərdən eləcə də, tanışı Təqsirləndirilən şəxs Əbdülərim oğlundan mütəmadi olaraq narkotik vasitələri alıb istifadə edirmiş, sonucu dəfə xx.xx.2021-ci il tarixdə səhər saatlarında tanışı Feyruzla görüşdükdən soma Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində şəxsi istifadəsi üçün Təqsirləndirilən şəxs 10 manat məbləğində narkotik vasitə heroini almışdır. Həmin vaxt tanışı Feyruzda öz şəxsi istifadəsi üçün Təqsirləndirilən şəxs narkotik vasitə heroini almışdır. Həmin narkotik vasitəni istifadə etməsi üçün gözü yaxşı görmədiyi üçün Təqsirləndirilən şəxs Feyruzun yaşadığı ünvanında narkotik vasitəni istifadə etməyinə yardım etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri çox ehtiyatla yalnız öz tanışlarına satırmış. R. Məmmədov narkotik vasitələri çox baha qiymətə satırmış və heç vaxt endirim etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulduğunu eşitmişdir. Həmçinin eşitdiyinə görə “İnstaqram" səhvəsində tanınmış bloqer Kamil Zeynalı da bir necə gün öncə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə paylaşım etmişdir. Apellyasiya Məhkəməsinin məhkəmə istintaqında ifadə verən X9 ifadə verərək bildirdi ki, onun barəsində cinayət işinin istintaqını Əli adlı müstəntiq aparmışdır. Həmin vaxt istintaq hələ yekunlaşmamış və buna görə də o narkoloji dispanserdə müayinə edilən zaman Rafiqi də orada görmüşdür. Həmin vaxt su, siqaret və qida məhsulları alaraq Rafiq və digər məhkumlara verilməsini istəmişdir. Bundan sonra müstəntiq onu çağıraraq Rafiqə nə verdiyini soruşmuşdur. Ona Rafiqə siqaret və su verdiyini demişdir. Müstəntiq ona bir neçə nəfərin şəklini göstərərək onların arasında kimi tanıdığını soruşmuş və oda Rafiqi tanıdığını demişdir. Görmə qabiliyyətində problemlər olduğu üçün o dindirilən zaman imzaladığı sənədləri görə və oxuya bilməmişdir. Dindirilən zaman müstəntiq ona Rafiqin barəsində olan cinayət işi ilə bağlı ifadə aldığını deməmişdir. Sənədləri imzaladıqdan sonra müstəntiq ondan ifadə alacağını demiş və o onsuzda sənədləri imzaladığından onun dediklərini deməyini istəmişdir. Həmçinin həmin vaxt barəsində cinayət işinin istintaqı aparıldığından onların dediyini deməsə, külli-miqdarda narkotik vasitə ilə bağlı ona ittiham elan ediləcəyini demişlər. Dindirilən zaman müstəntiqlə bərabər bir neçə polis əməkdaşı da olmuşdur. Digər polis əməkdaşlarını tanımır. Habelə o dindirilən zaman öz xətti ilə heçnə yazmamışdır. Video görüntü təzyiq altında çəkilmiş və müstəntiq həmin ifadəni olduğu kimi ona deməli olduğunu bildirmişdir. Şahid2 ifadəsi videoçəkişlə alınmış və bir ədəd “CD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Videoçəkilişə baxdıqda şahidin ifadəsində göstərdiyi xüsusatları deməsi öz təsdiqini tapmışdır. Bundan başqa, tanınma keçirilən zaman Şahid2 Təqsirləndirilən şəxs tanımaqla narkotik vasitənin ondan almasını demişdir. Apellyasiya Məhkəməsinin məhkəmə istintaqında müdafiəçinin vəsatəti əsasən şahid qismində dindirilən X10 ifadə verərək bildirdi ki, narkotik vasitədən heç vaxt istifadə etməmişdir. Rafiq onun qonşusudur. Rafiq çörək almaq üçün getmiş və həmin vaxt onu saxlamışlar. Rafiq saxlanılan zaman günorta təxminən saat 14:00 radələri olmuşdur. Rafiqin üzərində axtarış aparılıb-aparılmadığını görməmişdir. Həmin vaxt videoçəkiliş aparılmamışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/2975 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «...Vət. Təqsirləndirilən şəxs” sözləri yazılmış 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 5,358 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd 7,5x12,5 sm ölçüdə elektron tərəzinin səthində heroin izləri müəyyən edildi. Tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi mümkün olmadı. İş materiallarında olan ambulator məcburinarkoloji tibbi yoxlamaya dair ekspertizanın xx.xx.2021-ci il tarixli, 3247 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opidodlərin qəbulu nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstenensiya, intoksikasiya əlamətlərinin olmasmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Bakcell MMC-dən gələn sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə şahid polis əməkdaşı Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi sorğulanan xx.xx.2021-ci il tarixdə, saat 09:00-dan 22.00-də bakcell şəbəkəsində istifadə edilməmişdir. Mobil nömrə xx.xx.2019-cu il tarixdə satışa çıxarılmış, hal-hazırda hər hansı abunəçinin adına aktivləşdirilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə və müdafiə tərəfinin apellyasiya məhkəmə iclasında çıxışında təqsirləndirilən şəxsin əməllərinin cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona bəraət verilməsi haqqında dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər iş üzrə müəyyən olunmuş faktiki hallarla təkzib olunan dəlillər olmaqla Təqsirləndirilən şəxs əməlinin qeyd edilən maddə üzrə ona bəraət verilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. Belə ki, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsini, şahidlərin ifadələrini, cinayət işi üzrə keçirilmiş ekspertizalarının rəylərini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri mötəbər sübut növü kimi qəbul edir və belə hesab edir ki, ittiham hökmü çıxarmış birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi və digər qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirməkdə haqlı nəticəyə gəlmişdir. Bundan başqa birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxsin əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 5,308 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 35 dəfə, külli miqdardan isə təxminən 2 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür Məhkəmə Kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun ifadəsi iş üzrə toplanmış hüquqi sənədlər, ekspert rəyləri, eləcə də şahidlərin ifadələri ilə təkzib olunur. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməsinin zəruriliyini hökmdə əsaslandırmışdır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və mübahisələndirilən hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi düzgün tövsif etmişdir. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi vəsatət təqdim edərək, müvafiq sorğuların verilməsini xahiş etmiş, onun vəsatəti təmin edilərək məhkəmə baxışı qismən məhkəmə istintaqı aparılmaqla keçirilmişdir.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə şahid polis əməkdaşı Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin kimə məxsus olması, bu mobil telefon nömrələri üzrə anten əhatə dairəsinin, yəni onun yerləşdiyi yerin, həmin nömrəyə xx.xx.2021-ci il tarixdə saat 09:00- dan 22.00dək daxil olan zənglərin və həmçinin daxil olan zənglərin nömrələrinin kimə məxsus olmasına dair məlumatlar müvafiq olaraq «Bakcell” MMC-dən götürülməsi ilə sorğu ünvanlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Bakcell MMC-dən gələn sorğuya cavabdan görünür ki, şahid polis əməkdaşı Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi sorğulanan xx.xx.2021-ci il tarixdə, saat 09:00-dan 22.00-də bakcell şəbəkəsində istifadə edilməmişdir. Mobil nömrə xx.xx.2019-cu il tarixdə satışa çıxarılmış, hal-hazırda hər hansı abunəçinin adına aktivləşdirilməmişdir. Müdafiəçinin təkrar olaraq verdiyi vəsatəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli telefon nömrələrinə daxil olan və çıxan zənglərin və anten əhatə dairəsi barədə məlumatlarının mobil operatorlardan götürülməsi barədə qərar qəbul edilərək icra olunması üçün "xxxx" MMC, "xxxx" MMC-yə və "xxxx" MMC-yə göndərilmiş və alınmış anten məlumatlarından görünür ki, şahid X3 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrənin xx.xx.2021-ci il tarixdə, saat 09:00-dan 22:00-dək olan müddətdə istifadəsi,zəngləri, SMS-i qeydə alınmamışdır. ***-***-**-** mobil telefon nömrəsi isə X4 adlı şəxsin adına qeydiyyata alınmış və həmin mobil nömrə 13:58-dən 15:16-dək və 15:19-dan 18:09-dək anten əhatə dairəsi müəyyən edilməmişdir. Bundan başqa X6 adına qeydiyyata alınmış, X7 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi xx.xx.2021-ci il tarixdə 14 radələrində Sumqayıt şəhəri, Elmar market və Turan restoranı ərazilərini göstərmişdir, eyni zamanda Şahid4 adına və istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi xx.xx.2021-ci il tarixdə 14 radələrində Sumqayıt şəhəri, M.Hüseynzadə küçəsi, N.Nərimanov küçəsi ərazilərini göstərmişdir. Məhkəmə Kollegiyası təqsirləndirilən şəxsin 09 fevral 2021-ci il tarixdə, saat 14 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığı ilə bağlı qeyd edir ki, mobil şəbəkə operatorlarından daxil olmuş sorğuya cavabdan da göründüyü kimi iş üzrə şahidlərin istifadəsində olmuş mobil telefon nömrələri anten əhatə dairəsi müxtəlif əraziləri göstərmişdir. Ona görə də təqsirləndirilən şəxsin xx.xx.2021-ci il tarixdə, saat 14 radələrində polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı ifadəsi həqiqətə uyğun deyildir. Bundan başqa iş materiallarında olan “Şəxsi axtarış keçirilməsi haqqında” 19 iyul 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən o, əynində olan açıq-qəhvəyi rəngli parça şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf rəngli sellofan bükümü, sol yan cibində saxlamış olduğu qara rəngli elektron tərəzini təqdim etdi, həmin şəffaf rəngli sellofan bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitə olan “heroin” ə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Bundan əlavə “Şəxsi axtarış keçirilməsi barədə” 19 iyul 2021-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “CD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 11 avqust 2021-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni əldə etmə mənbəyi, onun narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü PB-dən daxil olmuş 20 avqust 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini Eldar adlı şəxsdən almışdır. Həmçinin narkotik vasitə olan heroini xx.xx.2021-ci ildə tanışları Şahid2 və Şahid1 satmışdır. Bundan başqa məhkəmə kollegiyası apellyasiya şikayətinin şahidlər Şahid2 və Şahid1 istintaqda verilən ifadələrin təzyiq altında vermələri ilə bağlı dəlillərinə hüquqi qiymət verərək,əsassız hesab edir. Belə ki,Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən görünür ki, o narkotik vasitəni daimi olaraq Təqsirləndirilən şəxs almışdır. O sonda ifadəsini öz xətti ilə yazaraq təsdiq etmişdir. Habelə “şəxsin fotoşəkillə tanınmaya təqdim edilməsi” haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Şahid2 3-cü fotoşəkildə olan, yəni Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün narkotik vasitə aldığını bildirmişdir. Eyni zamanda Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi video çəkilişlə həyata keçirilmişdir. O, bildirmişdir ki, o narkotik vasitəni Təqsirləndirilən şəxs mütəmadi olaraq pul qarşılığında alaraq istifadə edir. Həmçinin görünür ki, o ifadəsini səmimi şəkildə vermiş, ona qarşı hər hansı təzyiq edilməmişdir. Bundan əlavə Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən görünür ki, o narkotik vasitə olan heroini 10 manata Təqsirləndirilən şəxs almışdır. O sonda ifadəsini öz xətti ilə yazaraq təsdiq etmişdir. Habelə “şəxsin fotoşəkillə tanınmaya təqdim edilməsi” haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Şahid1 1-ci fotoşəkildə olan, yəni Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün narkotik vasitə aldığını bildirmişdir. Eyni zamanda Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi video çəkilişlə həyata keçirilmişdir. O, Təqsirləndirilən şəxs 19 iyul 2021-ci il tarixdə narkotik vasitə olan heroini almışdır. Həmçinin görünür ki, o ifadəsini səmimi şəkildə vermiş, ona qarşı hər hansı təzyiq edilməmişdir. Hətta o Təqsirləndirilən şəxs narkotik vasitəni kimdən almasını və onlardan başqa kimlərə satmasını bilmədiyini qeyd etmişdir.Yəni Şahid1 müstəntiqin suallarına cavab vermiş, nəyi bildiyini nəyi bilmədiyini konkret şəkildə qeyd etmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alaraq məhkəmə kollegiyası şahidlərin məhkəmə iclasında və ibtidai istintaqda verdiyi ifadələr arasında fərq və ya ziddiyyət olduğundan hər ikisini tədqiq etmişdir. Məhkəmə Kollegiyası şahidlər Şahid2 və Şahid1 birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində verdiyi ifadəsinə tənqidi yanaşır. Onların ibtidai istintaq zamanı verdiyi ifadəsini daha mötəbər və inandırıcı hesab edərək cinayət işi üzrə sübut kimi qəbul edir. Həmçinin məhkəmə kollegiyası müdafiəçinin vəsatəti əsasında şahid qismində dindirilən X5 ifadəsinədə tənqidi yanaşır və həmin ifadəni iş materialları ilə öz təsdiqini tapmaması əsası ilə mətəbər və inandırıcı hesab etmir. Bundan başqa məhkəmə kollegiyası təqsirləndirilən şəxsin üzərində mobil telefon olmaması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərərk qeyd edir ki, həmin dəlillər əssasızdır. Belə ki, şəxsin üzərində mobil telefonun olub-olmaması onun narkotik vasitə satması yaxud satmaması üçün əsas və ya mühüm vasitə ola bilməz. Bundan əlavə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs müdafiə hüququ pozulması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, həmin dəlillər əssasızdır. Belə ki, iş materiallarından da olan video diskdən görünür ki, təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmiş və müdafiəçi onun üzərində şəxsi axtarış aparılarkən həmin vaxt orada olmuş və onun hüquqlarını müdafiə etmişdir.Həmçinin təqsirləndirilən şəxs tərəfindən müdafiəçiyə etiraz edilməmiş və müdafiəçi ilə konfidensal görüş tələb edilməmişdir. Eyni zamanda təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair çıxarış təhqiqatçı tərəfindən təqdim edilmiş və o, narkotik vasitəni 40 manata Eldar adlı şəxsdən aldığını, həmçinin müdafiəçinin tərəzini həmişə üzərində gəzdirirsən sualına, xeyr təsadüfən üzərində olub demişdir. Həmin tərəzinin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə Kollegiyası təqsirləndirlən şəxsin işgəncə və təzyiqlərə məruz qalması ilə bağlı bildirir ki, iş materiallarına əlavə edilmiş Sumqayıt şəhər prokurorluğunda qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 03 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı məhkəmədə verdiyi cinayət haqqında məlumat öz təsdiqini tapmamışdır. Məhkəmə Kollegiyası digər apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlillərin təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsas və səbəb olmaması qənaətinə gəlir. Məhkəmə Kollegiyası təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı özünü qismən, birinci instansiya məhkəməsində və apellyasiya instansiya məhkəməsində isə verilən ittiham üzrə özünü təqsirli bilməməsini onun cinayət məsuliyyətindən yayınmağa yönəlmiş ifadələr kimi qiymətləndirir və iş materiallarında olan mötəbər sübutlarla təkzib olunduğundan inandırıcı hesab etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il 2 №-li Qərarının 8-ci bəndində qeyd edilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində şərh verilmişdir. Belə ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Qərarın 9-cu bəndində isə qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə Kollegiyası qeyd olunan plenum qərarını əsas hesab edərək qeyd edir ki, iş materiallarından da göründüyü kimi təqsirləndirilən şəxsin şəxsi marağı özünün maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması olmuşdur. Belə ki, iş üzrə dindirilmiş şahidlərdən ibtidai istintaq zamanı ifadələrində narkotik vasitə olan heroini pul qarşılığında, yəni əvəzli olaraq təqsirləndirilən şəxsdən aldıqlarını bildirmişlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotikvasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı, onların xeyli miqdarda olması, istehlakçı ilə əvvəlcədən razılıq olması, narkotik vasitədən istifadə etməyən şəxs tərəfindən onun əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino şəkillər göstərilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfin məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinin tələblərinə əsasən cinayət hadisəsinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olması, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyatının sübuta yetirilməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olması, əməlin cinayət olmasını aradan qaldıran halların olmadığı hallar təsdiq edildikdə məhkəmə məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq təqsirləndirilən şəxsin təqsirini sübuta yetirilmiş hesab edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» xx.xx.2005-ci il tarixli qərarında göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir. (CPM-nin 349.5-ci maddəsi). Göstərilən prosessual maddələrin mənasına görə məhkəmə iclasında həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında toplanmış sübutları tədqiq etməlidir. Yəni, təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadə də sübut növüdür və məhkəmə iclasındakı ifadəsi ilə müqayisəli tədqiq edilməlidir. Əgər təqsirləndirilən şəxsin və şahidin məhkəmə iclasında və ibtidai istintaqda verdiyi ifadələr arasında fərq və ya ziddiyyət olarsa o zaman onların hər ikisi tədqiq edilməklə bu ziddiyyət və ya fərq aradan qaldırılmalı (CPM-nin 327,329-u maddələri), bunu aradan qaldırmaq mümkün omadıqda isə həmin ifadələrdən daha mötəbəri cinayət işi üzrə sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri ümumiləşdirərək təqsirləndirilən şəxsin apellyasiya məhkəməsi məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Təqsirləndirilən şəxs təqsirli olması cinayət işi üzrə ekspert rəyi, şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları və digər mötəbər sübutlarla tam sübuta yetirilir. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas mövcud deyildir. Məhkəmə Kollegiyası apellyasiya şikayətində qeyd edilməsədə təqsirləndirilən şəxsə cəza təyini məsələsinidə müzakirə edərək hesab edir ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməsinin zəruriliyini hökmdə əsaslandırmış, təyin olunmuş cəzanın onun islah olunmasına təsirini nəzərə almışdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cəza müəyyən edərkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olmaması müəyyən olunmuşdır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onda aşkar olunmuş narkotik vasitənin miqdarı, habelə cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni, ədalətli və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinaə və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxshaqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». (30 aprel 2021-ci il tarixli dəyişiklik nəzərə alınmaqla) Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkib əlamətləri mövcud olmuş və onun həmin əməli törətməkdə təqsiri birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi tərəfindən aparılmış məhkəmə istintaqı ilə tam təsdiq olunmuş və törətdiyi cinayət əməlinə uyğun cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi onu da qeyd edir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 24 dekabr tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013cü il tarixli qərarında da qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, təqsirləndirilən şəxsin şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın növünün dəyişdirilməsi, cəzanın daha da yüngülləşdirilməsi üçün heç bir qanuni əsas yoxdur. Beləliklə, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxsin Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-96/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası CPM-nin 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 410cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-96/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar