Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-222/2020 16.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi cinayət kollegiyası, hakim Cəfərov Vidadi Cəfər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X6 və X2 ibarət tərkibdə Səfərəliyeva Gülnar Mirzahid qızının katibliyi, Dövlət ittihamçısı X8, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 180.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə ilkin məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən P.Ə.Hacıyev) xx xxxx 1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri K.Kotec qəsəbəsi M.F.Axundov küçəsi ev 2-də qeydiyyatda olan və Sumqayıt şəhəri 2-ci mikrorayon ev 6/11 mənzil 21-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmi, cəza çəkilməsi müddətinin əvvəlinin xx xxxx 2019-cu il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə məhkum edilmişdir ki, o,özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx xxx 2019-cu il tarixdə, saat 11 radələrində Sumqayıt şəhəri 32-ci məhəllə ərazisində yerləşən “Karvan” Ticarət Mərkəzinin girişində Zərərçəkmiş şəxs2 belinə geyindiyi çantanı açıb, əlini çantanın içərisinə salmaqla oradan üzərində 04 (dörd) manat dəyərində “Bakcell” mobil operatoruna məxsus GSM nömrə olan 250 (iki yüz əlli) manat dəyərində “Xiomi Mia 2” markalı mobil telefonu, içərisində 70 (yetmiş) manat nəğd pul olan 05 (beş) manat dəyərində pul kisəsini gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 329 (üç yüz iyrimi doqquz) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan baqşqa o, təkrarən özgə əmlakını talama məqsədilə xx xxxx 2019-cu il tarixdə saat 12:18 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən “Zəfaran” aptekinin içərisində X1 üçün qəbul etdiyi və sol çiyin nahiyəsindən asılmış qohumu Zərərçəkmiş şəxs1 məxsus qadın əl çantasının açıq olmasından istifadə edərək, sağ əlini çantanın içərisinə salıb oradan 04 (dörd) ədəd 100 (bir yüz) manatlıq və 01 (bir) ədəd 20 (iyrimi) manatlıq nəğd pul əskinazlarını götürüb gizli talayarkən, S.Balayeva bunu aşkar edib 20 (iyrimi) manatlıq pul əskinazını əlindən almış, Təqsirləndirilən şəxs hərəkətlərini davam etdirib 04 (dörd) ədəd 100 (bir yüz) manatlıq pul əskinazlarını götürüb hadisə yerindən qaçmaqla zərərçəkmişə məxsus əmlakı açıq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 400 (dörd yüz) manat ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədilə xx.xx.2019-cu il tarixdə saat 13:20 radələrində Sumqayıt şəhəri 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzində Zərərçəkmiş şəxs3 sol çiynindən asdığı qadın əl çantasının açıq olmasından istifadə edərək, sağ əlini çantanın içərisinə salıb oradan üzərində 04 (dörd) manat dəyərində “Bakcell” mobil operatoruna məxsus GSM nömrə və 02 (iki) manat dəyərində yaddaş kartı olan 160 (bir yüz altmış) manat dəyərində “Samsung” markalı “SM- J710FN/DS” model mobil telefonu gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 166 (bir yüz altmış altı) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını talama məqsədilə xx.xx.2019-cu il tarixdə saat 12 radələrində Sumqayıt şəhəri 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs4 sol çiynindən asdığı qadın əl çantasını açıb sağ əlini çantaya salıb, oradan içərisində 370 (üç yüz yetmiş) manat nağd pul və 02 (iki) manat dəyərində “Metro kartı” olan 08 (səkkiz) manat dəyərində pul kisəsini gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 380 (üç yüz səksən) manat ziyan vurmaqla oğurluq etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Məhkum apelyasiya şikayətində əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsindən 177.2.2-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. O, apelyasiya şikayətində qeyd etmişdir ki, özünü qismən təqsirli bilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə özünü təqsirli bilmir. Bu barədə ibtidai istintaq zamanı müstəntiqə etirazlarını bildirsə də nəzərə alınmamışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını yoxlayıb, apelyasiya şikayətini müdafiə edən məhkumun və müdafiəçisinin, şikayətin rədd edilməklə hökmün dəyişdirilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilmişdir. Onun əməli özünün qismən etirafedici ifadəsindən başqa birinci instansiya məhkəməsində iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş digər mötəbər sübutlardaözəksinitapmışdır. Təqsirləndirilən şəxsin əməlinin AR CM-nin 180.2.2-ci maddəsindən həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilməsinə dair apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən soyğunçuluq cinayətinin törədilməsi cinayət işinin materialları ilə tam sübuta yetirilir. Belə ki, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə müəyyən sənədlər almalı olduğundan ailə üzvüləri ilə birlikdə Sumqayıt şəhəri ərazisində yerləşən “ASAN” xidmət mərkəzinə gəlmiş və ailə üzvüləri “ASAN” xidmət mərkəzində olduqları vaxt qardaşı qızı X9 ilə birlikdə ona geyim əşyaları almaq üçün yaxınlıqda yerləşən mağazaları gəzib mağazalara baxmağa başlamışdır. Piyada bir qədər gəzişdikdən sonra Sumqayıt şəhəri 2ci mikrorayon ərazisində yerləşən “Zəfəran” adlı aptekə daxil olmuşlar, bundan sonra aptekdən şəxsi istifadəsi üçün üz maskası almış və əlində olan çantadan aldığı üz maskasının dəyərini ödəmiş, ancaq özünü pis hiss etdiyindən çantanın ağzını bağlamamış və əində olan əl çantası ilə mobil telefonunu qardaşı qızı Səma Balayevaya saxlamaq üçün verərək, bundan sonra əl üzünü yumaq üçün aptekin içərisində olan ayaqyoluna getmişdir. Təxminən 5 dəqiqədən sonra geri qayıdıb qardaşı qızı Səmaya getmələrini təklif etmiş, ancaq çantasını və mobil telefonunu Səmadan geri almamış, aptekin içərisindən çıxdıqdan sonra çantasını və mobil telefonunu Səmadan geri alacağını fikirləşmişdir. Aptekdən çıxarkən özünə məxsus qırmızı rəngli qadın əl çantasını Səma sol çiynindən asmış, bundan sonra ilk olaraq o, arxasınca isə Səma aptekin çıxış qapısına tərəf getmiş və bundan sonra qapını əli ilə itələyib açaraq küçəyə çıxmış, ancaq həmin vaxt Səmanın arxasınca gəlmədiyini hiss edib geri çevrildikdə Səmanın çıxış qapısında dayandığını, əynində qara rəngli şalvar, ağ rəngli qısa qol köynək olan, təxminən 30-35 yaşlı, qarabəniz, arıq bədən qurluşlu bir şəxsin Səmanı saxladığını, qapıya tərəf sıxışdırdığını görmüş, Səma isə qışqıraraq həmin şəxsin çantadan pul götürdüyünü bildirmişdir. Əlini uzadıb həmin şəxsin əlində olan bir ədəd 20 manatlıq pul əskinazını almış, həmin şəxs yol kənarına tərəf qaçmış, bundan sonra Səmada olan çantasının içərisinə baxdıqda çantanın içərisindəki 400 manat pulun olmadığını görmüş və daha sonra həmin şəxsin arxasınca getsə də həmin şəxs qaçaraq yol kənarında dayanmış avtomobilə minmişdir. Sürücüdən avtomobili saxlamasını tələb etsədə avtomobili idarə edən şəxs avtomobili sürətlə idarə edərək həmin ərazidən uzaqlaşmışdır. Bundan sonra yaranmış səs-küyə oraya tanımadığı şəxslər gəlmiş və daha sonra polis əməkdaşları tərəfindən Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət olunmuşdur. Polis Bölməsində olarkən isə şikayət ərizəsi yazaraq həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini və dəymiş maddi ziyanın ödənilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Hadisə xx.xx.2019-cu il tarixdə saat təxminən 12:20 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən “Zəfəran” aptekin giriş qapısının qarşısında baş vermiş, həmin vaxt nə ona, nə də qardaşı qızı Səma Balayevaya qarşı heç bir formada fiziki qüvvə tətbiq edilməmiş, hadisə baş verən zaman ətrafda tanımadığı başqa bir neçə nəfər şəxslər olmuş, hadisəni törətmiş şəxsin əlində silah və ya silah qismində istifadə olunan hər hansı bir əşya görməmişdir. Hadisəni törətmiş şəxsin minib getdiyi avtomobil “Opel” markalı avtomobil olmuş, ona məxsus çantadan ümumilikdə 400 manat pul oğurlanmışdır.Həmçinin zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanın ödənilmədiyini , təqsirləndirilən şəxa Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda birinci instansiya məhkəməsində şahid qsmində dindirilmiş Şahid9ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi ** CP *** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobillə taksi sürücüsü kimi fəaliyyət göstərir və əldə etdiyi qazancla dolanır, Zərərçəkmiş şəxs1, X3 və Təqsirləndirilən şəxs Füzuli oğlunu əvvəllər tanımamışdır. xx.xx.2019-cu il tarixdə saat təxminən 11:40 radələrində qardaşı Məcnun zəng vurub ondan harda olduğumu soruşmuş, həmin vaxt Sumqayıt şəhəri ərazisində yerləşən “Nərimanov” klubunun yaxınlığında olduğundan bu barədə qardaşına bildirmiş, Məcnun isə Sumqayıt şəhəri ərazisində yerləşən “Trikotaj” fabrikinin yaxınlığında müştəri olduğunu bildirib, vaxtı varsa həmin yerə getməyini istəmişdir. Qardaşının dediyi yerə gedib bir qədər gözlədikdən sonra idarə etdiyi avtomobilə iki nəfər əvvəllər tanımadığı şəxs yaxınlaşıb, onu Məcnunun göndərib göndərmədiyini soruşmuş, həmin yerə onun Məcnunun göndərdiyini bildirdikdə, həmin iki nəfər şəxsin biri avtomobilin ön sağ oturacağına, digəri isə arxa sağ oturacağına əyləşmişdir. Ön oturacaqda outran şəxs orta bədən qurluşlu, uzun boylu, üzünün sol tərəfindən yara izi olmuş, arxa oturacaqda əyləşmiş şəxs isə digərinə nisbətən qısa boylu, arıq bədən qurluşlu olmuş, həmin şəxslər idarə etdiyi avtomobilə əyləşdikdən sonra onlardan hara gedəcəklərini soruşduqda, onlar Sumqayıt şəhəri istiqamətində yolu göstərib avtomobili düz idarə etməyini tələb etmişlər. Bundan sonra avtomobili idarə edib Sumqayıt şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisindən keçərkən arxada əyləşmiş şəxs beş manat olan gediş haqqını ödəmiş və yolda aptek olarsa saxlamasını xahiş etmişdir. Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisindən keçərkən yol kənarında “Zəfəran” adlı aptekin olduğunu görüb idarə etdiyi avtomobili aptekin qarşısında yol kənarında saxlamışdır. Bundan sonra arxa oturacaqda əyləşmiş sərnişin avtomobildən düşüb aptek istiqamətində getmiş və aradan təxminən üç dəqiqə keçmiş qaçaraq geri qayıdıb avtomobilə minmiş, həmin vaxt aptekin qarşısında səs-küy yaranmış və bir qadın “qoyma”, “qoyma” deyərək qışqırmağa başlamışdır. Bu vaxt ön oturacaqda əyləşmiş sərnişin arxa oturacaqda əyləmiş sərnişindən nəsə oğurlayıb oğurlamadığını soruşduqda, arxa oturacaqda əyləşmiş şəxs heç nə oğurlamadığını bildirmiş və avtomobili idarə etməyini tələb etmişdir. idarə etdiyi avtomobili irəli doğru hərəkət etdirib bir qədər hərəkət etdikdən sonra avtomobili Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşn “Veterok” kafesinin qarşısında saxlamışdır. Bundan sonra avtomobildə olan şəxslər avtomobildən düşüb ordan uzaqlaşmışlar. Həmin vaxt oraya bir nəfər mülki geyimli “Niva” markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobillə gələrək avtomobilində əyləşmiş şəxslərin kim olduğunu və hara getdiklərini soruşmuşdur. Həmin şəxsləri tanımadığını bildirmiş və getdikləri istiqaməti göstərmişdir. Daha sonra oraya polis əməkdaşının gündəlik geyim formasında olan şəxslər gələrək izahatanın alınması üçün onu polis bölməsinə dəvət etmişlər. Etiraz etmədən polis bölməsinə getmiş, polis bölməsində isə avtomobilinə əyləşmiş şəxslərin X5 və Təqsirləndirilən şəxs Füzuli oğlu olduğunu, onlardan Təqsirləndirilən şəxs “Zəfəran” aptekində Zərərçəkmiş şəxs1 məxsus əl çantasından 400 manat pul oğurladığını öyrənmiş, idarə etdiyi avtomobilə sərnişin kimi əyləşmiş şəxslərdən hər hansı biri əvvəlcədən ona cinayət hadisəsi törədəcəkləri barədə məlumat verməmişdir. Birinci instansiya məhkəməsində X4 elan olunmuş ifadəsindən görsənir ki, xx.xx.2019-cu il tarixdə müəyyən sənədlər almalı olduqlarından bibisi Zərərçəkmiş şəxs1 və digər ailə üzvüləri ilə birlikdə Sumqayıt şəhəri ərazisində yerləşən “ASAN” xidmət mərkəzinə getmiş və ailə üzvüləri “ASAN” xidmət mərkəzində olduqları vaxt bibisi Zərərçəkmiş şəxs1 ilə birlikdə geyim əşyaları almaq üçün yaxınlıqda yerləşən mağazaları gəzib mağazalara baxmağa başlamışlar, piyada bir qədər gəzişdikdən sonra Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən “Zəfəran” adlı aptekə daxil olduqda, bibisi Gülər aptekdən şəxsi istifadəsi üçün üz maskası almış və əlində olan çantadan aldığı üz maskasının dəyərini ödəmişdir. ancaq bibisi özünü pis hiss etdiyindən çantasını və mobil telefonunu saxlamaq üçün ona verərək, aptekin içərisində olan vanna otağına getmiş və bibisindən çantanı aldıqdan sonra həmin çantanı sol çiynindən asmış və mobil telefonu isə əlində saxlamışdır. Təxminən 5 dəqiqədən sonra bibisi geri qayıdıb getmələrini təklif etmiş, ancaq çantasını və mobil telefonunu geri almamış, aptekdən çıxarkən bibisi Gülərə məxsus qırmızı rəngli qadın əl çantasını sol çiynindən asılı olmuş, ilk olaraq bibisi, onun arxasınca isə o aptekin çıxış qapısına tərəf getmiş və bibisi qapını əli ilə itələyib açaraq küçəyə çıxmış, onun arxasınca getmək istədikdə əynində qara rəngli şalvar, ağ rəngli qısa qol köynək olan, təxminən 30-35 yaşlı, qarabəniz, arıq bədən qurluşlu bir şəxs onu qapıya tərəf sıxışdırmış, diqqətlə baxdıqda həmin şəxsin əlini çiynindən asdığı bibisinə məxsus əl çantasının içinə saldığını və çantanın içərisində olan pulu götürdüyünü görmüş, bundan sonra isə qışqıraraq həmin şəxsin çantadan pul götürdüyünü bildirmiş və əlini uzadıb həmin şəxsin əlində olan bir ədəd 20 manatlıq pul əskinazını almış, ancaq onun əlindən digər yüz manatlıq əskinazları ala bilməmişdir. Həmin şəxs bundan sonra yol kənarına tərəf qaçmış, bibisi Gülər çantanın içərisinə baxdıqda çantanın içərisindəki 400 manat pulun olmadığını bildirmiş və daha sonra birlikdə həmin şəxsin arxasınca qaçsalarda, qaçan şəxs qaçaraq yol kənarında dayanmış avtomobilə minmiş və avtomobil həmin yerdən uzaqlaşmış, bibisi qışqıraraq sürücüdən avtomobili saxlamasını tələb etsədə avtomobili idarə edən şəxs avtomobili sürətlə idarə edərək həmin ərazidən uzaqlaşmışdır. Bundan sonra yaranmış səs-küyə oraya tanımadığı şəxslər gəlmiş və bibisi Gülərlə daha sonra polis əməkdaşları tərəfindən Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət olunmuş, polis bölməsində olarkən isə şikayət ərizəsi yazaraq həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişlər. Hadisə xx.xx.2019-cu il tarixdə saat təxminən 12:20 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən “Zəfəran” aptekin giriş qapısının qarşısında baş vermiş, həmin vaxt ona qarşı heç bir formada fiziki qüvvə tətbiq edilməmiş, hadisəni törətmiş şəxsin əlində silah və ya silah qismində istifadə olunan hər hansı bir əşya görməmiş, hadisə zamanı bisi Zərərçəkmiş şəxs1 məxsus 400 manat pul götürülmüş, ona məxsus hər hansı əşya və ya pul oğurlanmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, 2015-ci ildən həm DİO-da, həmdə hazırda tutduğu vəzifədə yəni, Sumqayıt ŞPİ-nin PPXT-nun İ Bölüyünün polis nəfəri vəzifəsində xidmət aparır. xx xxxx 2019-cu il tarixdə saat 12:25 radələrində Sumqayıt ŞPİ-nin PPXT-nun 1-ci Bölüyünün polis nəfərləri, polis serjantı Şahid4 və polis serjantı Şahid5lə birlikdə 9140 çağrışlı avtopatrul avtomobilində Sumqayıt şəhəri Sülh küçəsində xidmət apararkən, Sumqayıt şəhəri Sülh küçəsi ilə Nizami küçələrinin kəsişməsində yerləşən “Zəfəran” aptekin qarşısına bir neçə şəxslərin toplaşdığını görüb, polis yoldaşları ilə birlikdə həmin şəxslərə yaxınlaşmış və nə baş verməsi ilə maraqlandıqda adı sonradan onlara Zərərçəkmiş şəxs1 kimi məlum olan şəxs bir neçə dəqiqə əvvəl aptekin giriş qapısının qarşısında bir nəfər tanımadığı şəxsin ona məxsus əl çantasının içərisindən 400 manat pul oğurladığını, bunu görüb həmin şəxsə mane olmaq istəsə də, həmin şəxsin qaçaraq “Opel” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobilə minərək hadisə yerindən uzaqlaşdığını bildirdi. Bundan sonra xidmətdə olduqları avtopatrul avtomobili ilə cinayət hadisəsi törətmiş şəxsin minərək hadisə yerindən uzaqlaşdığı avtomobilin getdiyi istiqamətdə bir qədər hərəkət etdikdən sonra, “Opel” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobilin yol kənarında park edildiyini görüb, həmin avtomobilin sürücüsünə yaxınlşmışlar. Adının sonradan Şahid9 kimi məlum olan şəxsi hadisə ilə bağlı izahatının alınması üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər. Həmin şəxs etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmiş, polis bölməsində isə raport tərtib edərək Şahid9 aidiyyatı üzrə təhvil vermişlər və daha sonra postaçı yoldaşları ilə birlikdə yenidən xidmət etdikləri əraziyə qayıdaraq xidmətlərini davam etdirmişlər. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid4 və Şahid5 oğlu da Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli qərarının 3cü bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarın 4-cü bəndində göstərilir ki, özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır. Həmin qərarın 5-ci bəndində qeyd edilir ki, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi,yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq kimi tövsif edilməlidir. Məhkəmə kollegiyası cəza məsələsini müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİdən daxil olmuş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunmuş, sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2014-cü il il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1; 315.2 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi hökmdən xaric edilərək, həmin maddə ilə təyin edilmiş cəza 06 ay azaldılıb azadlıqdan məhrum etmə cəzası 05 ilə endirilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum edilmiş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmişşəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən cinayətin residivinə görə cəza təyininin ümumi prinsiplərini nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində kifayət qədər ədalətli cəza təyin etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, xx xxxx 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilirki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxarkən məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməsinin zəruriliyini hökmdə əsaslandıraraq, ona qanuni və ədalətli cəza təyin etmişdir.Cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə almış, zərərçəkmiş şəxslərin bir qisminə dəymiş maddi ziyanın ödənilməsi və həmin zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Bu səbəbdən də məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi üçün əsaslar müəyyən etmir. Beləliklə, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 180.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 180.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin edilməsin. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-410-cu maddələrində müəyyən edilmiş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən hakim: Vidadi Cəfərov Hakimlər Elman Əhmədov Ruhiyyə Əsgərova
Məhkəmə qərarları › İş №1(105)-222/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-222/2020
16.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver