Məhkəmə qərarları › İş №1(105)-227/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-227/2022

30.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-227/2022 30.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəhimov Elman Gülbaba oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Elman Məmməd oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Yusifova Ayşən Hafiz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs, müdafiəçiləri Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs4 nümayəndəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 186.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 1(101)-223/2021 nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs4 və onun nümayəndəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 1(101)-223/2021 nömrəli hökmü ilə (sədrlik edən X5, hakimlər X3 və X12) 1984-cü il aprelin 23-də DQMV-nin Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, Sumqayıt Şəhər Məhkəməsinin 2017-ci il 18 iyul tarixli hökmü əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1.-ci və 186.2.1.-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3.-cü maddəsinə əsasən qəti olaraq 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 02 il müddətinə sınaq müddəti müəyyən olunaraq təyin edilən cəzaya şərti məhkum edilmiş, məcburi köçkün, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, “Günəş” pansionatında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 05 (beş) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikası inayət Məcəlləsinin 186.2.1-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ilə bağlı epizod üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi əsasında Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə onun 05 (beş) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, onun 2019-cu il dekabrın 12-dən 2019-cu il dekabrın 14-dək tutulduğu 02 (iki) gün və 2020-ci il fevralın 05-dən 2020-ci il martın 10-dək həbsdə və ev dustaqlığında saxlandığı 01 (bir) ay 05 (beş) gün, cəmi 01 (bir) ay 07 (yeddi) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində 05 (beş) il 07 (yeddi) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsi əsasında Sumqayıt Şəhər Məhkəməsinin 2017-ci il 18 iyul tarixli hökmü əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci və 186.2.1-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetməyə şərti məhkum olunması ləğv edilməklə ona bu Məcəllənin 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə təqsirləndirilmişdir ki, o, 2015-ci il iyunun 21-dən 2015-ci il iyunun 23-dək olan müddət ərzində Zərərçəkmiş şəxs3 məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən, ümumi ölçüsü 0,24 ha təşkil edən 1674-A nömrəli bağ sahəsini qanunsuz qazdırıb 5.400 m2 həcmində 91.800 manat dəyərində qumunu daşıtdırmış, bundan başqa ümumi dəyəri 13.500 manat olan müxtəlif növ ağacları (500 manat dəyərində beş ədəd nar ağacını, 1.000 manat dəyərində 10 ədəd əncir ağacını və 12.000 manat dəyərində 200 ədəd üzüm tənəyini) məhv edərək sonuncuya ümumilikdə 105.300 manat məbləğində, yəni külli miqdarda ziyan vurmuş, adı çəkilən zərər çəkmiş şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2015-ci ilin sentyabr ayından 2017-ci il martın 10-dək olan müddət ərzində Zərərçəkmiş şəxs4 məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən, ümumi ölçüsü 0,10 ha təşkil edən B-250 nömrəli bağ sahəsinin 1.200 m2 hissəsini qanunsuz qazdırıb 2.970 manat dəyərində qumunu daşıtdırmış, bundan başqa ümumi dəyəri 46.080 manat olan müxtəlif növ ağacları (7.200 manat dəyərində 10 ədəd nar ağacını, 7.200 manat dəyərində səkkiz ədəd heyva ağacını, 3.150 manat dəyərində üç ədəd tut ağacını, 3.150 manat dəyərində yeddi ədəd alma ağacını, 3.240 manat dəyərində altı ədəd ərik ağacını, 1.620 manat dəyərində üç ədəd şaftalı ağacını, 3.750 manat dəyərində beş ədəd albalı ağacını, 1.800 manat dəyərində iki ədəd badam ağacını, 1.620 manat dəyərində üç ədəd gavalı ağacını, 3.750 manatdəyərində beş ədəd əncir ağacını, 900 manat dəyərində bir ədəd söyüd ağacını, 8.400 manat dəyərində 35 ədəd üzüm tənəyini), 4.350 manat dəyərində 20 metr uzunluğunda, 5 metr enində və 10 sm dərinliyində sahədə toxunmuş armatur setkanın üzərindəki sement örtüyü, 3.356 manat dəyərində çardaq tikilisini qəsdən məhv edərək dəymiş ziyanın aradan qaldırılması üçün tələb olunan 7.570 manat pulu nəzərə almaqla sonuncuya ümumilikdə 61.356 manat məbləğində, yəni külli miqdarda ziyan vurmuş, adı çəkilən zərər çəkmiş şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını talamaq məqsədi ilə 2019-cu il fevralın 03-də saat 04 radələrində Nümayəndə1 direktoru olduğu Zərərçəkmiş şəxs1 Sumqayıt şəhəri, 76-cı məhəllə ünvanındakı satış mərkəzindən 115.000 manat dəyərində «Hidromek 102 B» markalı HMK 102BJKB063399 şassi nömrəli traktoru gizli olaraq talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə həmin məbləğdə, yəni külli miqdarda ziyan vurmaqla özgənin əmlakını oğurlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını talamaq məqsədi ilə 2019-cu il dekabr ayının sonlarından 2020-ci il yanvarın 12-dək olan müddət ərzində Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, «Qurd Dərəsi» bağlar ərazisində yerləşən 4456 saylı bağ evinin darvazasının qıfılını qıraraq qanunsuz daxil olub 1.500 manat dəyərində bir ədəd 0,8 sm-lik beş tonluq dəmir su çənini, göstərilən çənin alt hissəsinə quraşdırılan 200 manat dəyərində dörd ədəd 2,5 metr hündürlüyündə 109 diametrlik 0,6 sm-lik dəmir borunu, 120 manat dəyərində bir ədəd 5 metr uzunluğunda 22 sm-lik dəmir şvelleri, 180 manat dəyərində 450 ədəd mişar daşını, evin əl damından 150 manat dəyərində bir ədəd 1 metr enində, 2 metr hündürlüyündə 4 mm-lik dəmir qapını, qarajın qapısının qıfılını qıraraq qanunsuz daxil olub 500 manat dəyərində bir ədəd 50 metr uzunluğunda 0,5 sm diametrli, 0,4 sm qalınlığında dəmir borunu, 2.250 manat dəyərində bir ədəd 150 metr uzunluğunda 1,08 sm diametrli, 0,6 sm qalınlığında dəmir borunu, 50 manat dəyərində bir ədəd dəmir manqalı, 40 manat dəyərində iki ədəd 1,5 metrlik dəmir lom, 30 manat dəyərində bir ədəd dəmir saplı kuvalt, evin qapısının qıfılını qıraraq qanunsuz daxil olub 150 manat dəyərində bir ədəd 1x2 metrlik 0,4 sm-lik dəmir qapını, ikinci mərtəbədəki otaqdan 1.000 manat dəyərində beş ədəd İran istehsalı olan 2x3 metrlik xalçanı, 50 manat dəyərində bir dəst Azərbaycan istehsalı olan çay servizini, 30 manat dəyərində 12 ədəd kiçik ölçülü, 40 manat dəyərində 12 ədəd orta ölçülü və 50 manat dəyərində 12 ədəd böyük ölçülü dayaz saxsı boşqabları, 40 manat dəyərində 12 ədəd kiçik ölçülü, 50 manat dəyərində 12 ədəd orta ölçülü və 60 manat dəyərində 12 ədəd böyük ölçülü dərin saxsı boşqabları, 20 manat dəyərində bir ədəd 1,5 metrlik və 40 manat dəyərində bir ədəd 4 metrlik dəmir nərdivanları, 60 manat dəyərində dörd ədəd orta ölçülü aliminium qazanı, 100 manat dəyərində beş ədəd 2x1,5 metrlik 4 kq-lıq pambıq parçadan yun yorğanı və 200 manat dəyərində beş ədəd 1x2 metrlik 8 kq-lıq pambıq parçadan yun döşəyi, 40 manat dəyərində dörd ədəd 2 kq-lıq pambıq parçadan yun yastığı gizli olaraq talamış, bununla da adı çəkilən zərər çəkmiş şəxsə 6.930 manat məbləğində ziyan vurmaqla özgənin əmlakını oğurlamışdır. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 186.2.1 və 186.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, l(101)-223/2021 nömrəli hökmünü qismən ləğv edərək onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 185.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayət işinin materiallarında olan digər zəruri sübutlardan da açıq aydın görünür ki, Təqsirləndirilən şəxs qum satışı iləməşğul olmuşdur. Qum satışının həyata keçirilməsi ilə bağlı ona mütəmadi traktor lazım olmuşdur. Özünün də ifadələrindən açıq aydın görünür ki, onun Zərərçəkmiş şəxs1nə məxsus traktoru oğurlamaq niyyəti olmamışdır. Sadəcə ehtiyacı yarandığı üçün həmin traktoru mülkiyyətçisinin razılığı olmadan istifadə etmişdir. Öz ehtiyacı olan işləri gördükdən sonra traktoru sahibsiz bağlardan birində saxlayaraq getmişdir. Bir daha həmin traktoru idarə etməmişdir. Hətta polis əməkdaşları tərəfindən aşkar edildikdən sonra traktora baxış keçirilmiş və üzərində hər hansı zədə izləri aşkar edilməmişdir. Qeyd edilən traktor sahibinə tam saz vəziyyətdə və heç bir ziyan vurulmamış formada təqdim edilmişdir. Hökmdən Zərərçəkmiş şəxs4 və onun nümayəndəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmış olduğu epizod üzrə Təqsirləndirilən şəxs əməlində onun ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsindən əlavə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.3 və 177.2.4-cü maddələrinin tərkibi olduğundan və birinci instansiya məhkəməsində məhkəmə baxışı ittihamın hüdudları barədə tələblərin pozulması ilə keçirildiyindən onun barəsində çıxarılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)- 223/2021 nömrəli hökmünü ləğv edib, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, qanunamüvafiq cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmış olduğu epizad üzrə Təqsirləndirilən şəxs barəsində hökm çıxararkən məhkəmə ibtidai istintaq zamanı cinayət işinin materiallarında toplanmış, məhkəmədə tədqiq olunmuş mötəbər sübutları deyil, Təqsirləndirilən şəxs ilə birlikdə həmin cinayət əməlinin törədilməsində iştirak etmiş X1 barəsində Sumqayıt Apelliyasiya Məhkəməsinin çıxardığı xx.xx.2021-ci il tarixli 1(105)-11/2021 nömrəli qərarı əsassız və qanunsuz olaraq “Preyudisiyal qərar kimi istinad etmişdir. Bu da CPM-nin “hər hansı bir sübutun əvvəlcədən müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur” müddəsına ziddir. Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmış olduğu epizod üzrə məhkəmə tərəfindən hökm çıxararkən maddi və prosessul hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, cinayət qanunu normasının düzgün tətbiq edilməmişdir Zərərçəkmiş şəxs4 bağ sahəsində ağacların və çardaq tikilisinin qəsdən məhv edilməsi, onun əmlakının gizli olaraq talanması üçün bir vasitə olmuşdur. Təqsirləndirilən şəxs əməli cinayətlərin ideal məcmusu ilə, yəni ağacların və çardaq tikilisinin sökülüb dağıdılması nəticəsində gəlir və fayda əldə olunmadığından əməl özgə əmlakının qəsdən məhv etmə və ya zədələmə, yəni CM-nin 186.1-ci maddəsi, 1610,7 kub metr qumun daşınıb satılması nəticəsində Təqsirləndirilən şəxsla Ə.Nuriyevin gəlir və fayda əldə etməklə, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurduqlarından həmin şəxslərin əməlləri qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən saxlanc yerinə daxil olmaqla oğurluq, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə qiymətləndirilməli, hətta həmin əməlin tövsifini hüquqşünas ixtisası üzrə təhsil alan ali məktəb tələbələrinə mübahisəsiz qəbul edilməli olduğu halda, bununla əlaqədar zərərçəkmiş şəxsin vəsatətləri həm ibtidai istintaq zamanı,həm də məhkəmə baxışı zamanı təmin edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 dekabr 2021ci il tarixli 1(101)-223/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamış və həmin sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 186.2.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. İş materiallarında olan hesabatdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 1674-A nömrəli bağ sahəsindən 5.400 m3 qumun qanunsuz daşınmasına görə dəymiş zərər 35.640 manat, 200 ədəd üzüm tənəyinin, beş ədəd nar kolunun və 10 ədəd əncir ağacının məhv edilməsinə görə dəymiş zərər müvafiq qaydada 48.000 manat, 1.200 manat və 3.600 manat olmaqla ümumi 52.800 manat təşkil edir (2-ci cild, iş vərəqi 22). İş materiallarındakı Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin tərtib etdiyi 2018-ci il 23 iyun tarixli protokoldan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 1674-A nömrəli bağ sahəsinə baxış zamanı Zərərçəkmiş şəxs3 naməlum şəxslərin bağ evindən oğurluq etdiklərini bildirmiş, fotocədvəl protokola əlavə olunmuşdur (2-ci cild, iş vərəqi 12-15). İş materiallarında olan MH seriyalı ******* nömrəli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın kserosurətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən B-250 nömrəli bağ sahəsi Zərərçəkmiş şəxs4 məxsusdur (2-ci cild, iş vərəqi 98). İş materiallarındakı Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin tərtib etdiyi 2017-ci il 17 mart tarixli aktın kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilən videogörüntülərə baxış vaxtı Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən B-250 və 250 nömrəli bağ sahələrindən 70 ədəd üzüm tənəyinin, 12 ədəd nar kolunun, beş ədəd iydə ağacının, üç ədəd tut ağacının, səkkiz ədəd əncir ağacının və 100 ədəd müxtəlif meyvə ağaclarının kökündən çıxarılıb aparılması müəyyən edilmişdir (2-ci cild, iş vərəqi 106). İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Departamentinin 2017-ci il 17 aprel tarixli 17/777-01 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən B- 250 və 250 nömrəli bağ sahələrindən qanunsuz qum daşınması nəticəsində dəymiş ziyanın məbləği 2.970 manat təşkil edir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 saylı «Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası»nın 1.1.-ci bəndinə əsasən göstərilən qanunvericilik müddəalarınn tətbiqi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara şamil edilmir (2-ci cild, iş vərəqi 109). İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Ərazi Ekologiya və X8 2017-ci il 18 may tarixli 338 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən B- 250 və 250 nömrəli bağ sahələrində naməlum şəxslər tərəfindən müxtəlif cinsli və müxtəlif diametrli meyvə ağaclarının məhv edilməsi nəticəsində dəymiş ziyan 10 ədəd 25 sm diametrliyində nar ağacına görə 7.500 manat, səkkiz ədəd 30 sm diametrliyində heyva ağacına görə 7.200 manat, üç ədəd 35 sm diametrliyində tut ağacına görə 3.150 manat, yeddi ədəd 15 sm diametrliyində alma ağacına görə 3.150 manat, altı ədəd 20 sm diametrliyində ərik ağacına görə 3.600 manat, üç ədəd 18 sm diametrliyində şaftalı ağacına görə 1.620 manat, beş ədəd 25 sm diametrliyində albalı ağacına görə 3.750 manat, iki ədəd 30 sm diametrliyində badam ağacına görə 1.800 manat, üç ədəd 20 sm diametrliyində gavalı ağacına görə 1.350 manat, beş ədəd 25 sm diametrliyində əncir ağacına görə 3.750 manat, bir ədəd 30 sm diametrliyində söyüd ağacına görə 900 manat, 35 ədəd üzüm koluna görə 8.400 manat olmaqla cəmi 46.170 manat təşkil edir (2-ci cild, iş vərəqi 112- 113). İş materiallarındakı Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin tərtib etdiyi 2020-ci il 04 fevral tarixli protokoldan görünür ki, Nümayəndə1 Sumqayıt şəhəri, 76cı məhəllə ərazisində yerləşən Zərərçəkmiş şəxs1 ərazisində yolun kənarında torpaq zolağın arxasında yerləşdirilən müxtəlif markalı texnikadan «Hidromek 102 B» markalı traktorun məhdud məsuliyyətli cəmiyyətə məxsus olduğunu bildirmiş, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 55-58). İş materiallarındakı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 02 mart tarixli protokoldan görünür ki, Nümayəndə1 təqdim etdiyi Zərərçəkmiş şəxs1nə məxsus «Hidromek 102 B» markalı traktorun oğurlanması görüntülərini əks etdirən bir ədəd CD-R diski götürülmüşdür (1-ci cild, iş vərəqi 83-84). İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin 2019-cu il 21 oktyabr tarixli 123/2799-103 №-li məktubundan görünür ki, Zərərçəkmiş şəxs1nə məxsus «Hidromek 102 B» markalı traktor Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən bağ evinin həyətində müəyyən edilmişdir (1-ci cild, iş vərəqi 96). İş materiallarındakı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 21 oktyabr tarixli baxış protokolundan görünür ki, «Hidromek 102 B» markalı HMK102BJK2B063399 şassi nömrəli traktorun üzərində hər hansı zədə izi və ya nasazlıq müəyyən edilməmiş, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 114-116). İş materiallarındakı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 25 oktyabr tarixli protokoldan görünür ki, Nümayəndə1 təqdim etdiyi bir ədəd CD-R diskinə baxış vaxtı Zərərçəkmiş şəxs1nə məxsus «Hidromek 102 B» markalı traktorun cəmiyyətin yaxınlığındakı yer körpüsünün yanında olan obyektin, daha sonra Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən «Şah» sarayının, eləcə də Sumqayıt- Bakı magistral yolunun Xırdalan şəhəri ərazisində «Lukoyl» yanacaqdoldurma məntəqəsinin, Xırdalan şəhərində «Qafqaz» universitetinin yanından körpünün üstü ilə Saray qəsəbəsi istiqamətində yerləşən obyektin qarşısındakı asfalt yolu ilə hərəkətdə olması müəyyən edilmiş, bir ədəd disk protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 117- 118). İş materiallarında olan 2019-cu il 16 dekabr tarixli qəbzdən görünür ki, Nümayəndə1 Zərərçəkmiş şəxs1nə məxsus «Hidromek 102 B» markalı traktoru təhvil almışdır (1-ci cild, iş vərəqi 166). İş materiallarındakı Sumqayıt Şəhər Polis İdarəsinin tərtib etdiyi 2020-ci il 12 yanvar tarixli protokoldan görünür ki, Sumqayıt şəhəri, «Qurd Dərəsi» bağlar ərazisində yerləşən 4456 saylı bağ evinə baxış zamanı darvazanın kilidinin sındırılmış vəziyyətdə olması müəyyənləşdirilmiş, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 7-9). İş materiallarındakı Sumqayıt Şəhər Prokurorluğunun tərtib etdiyi 2018-ci il 12 oktyabr tarixli və 2018-ci il 13 oktyabr tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs və şahid X6 ayrı-ayrılıqda şahid X2 ilə üzləşdirilərkən birincisi və ikincisi ifadələrini təsdiq etmişlər, sonuncu onların dediklərini təsdiq etməməklə Ramini Nemət adlı tanışı vasitəsilə tanıdığını, sonuncunun Raminlə Rafiqi tanış etdiyini, Nemətin xahişi ilə bağda işləyən Raminə bir neçə dəfə yemək və kontur apardığını, Rafiqlə bağın qumuna görə pul danışmadığını, Şahid6 hər hansı məbləğdə pul almadığını bildirmişdir (3-cü cild, iş vərəqi 76-84). İş materiallarındakı Sumqayıt Şəhər Prokurorluğunun tərtib etdiyi 2018-ci il 14 oktyabr tarixli protokoldan görünür ki, şahidlər Şahid6 və X2 üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, ikincisi onun dediklərini təkzib edərək Vüsalı öz bağından qum daşıyan sürücü kimi tanıdığını, qum daşınmasında iştirak etmədiyini, Nemətin xahişi ilə bağda işləyən şəxslərə yemək apardığını, Vüsaldan 800 manat pul almadığını bildirmişdir (3-cü cild, iş vərəqi 85-88). İş materiallarındakı Sumqayıt Şəhər Prokurorluğunun tərtib etdiyi 2018-ci il 15 oktyabr tarixli protokoldan görünür ki, şahidlər X7 və X2 üzləşdirilərkən birincisi ifadəsini təsdiq etmiş, ikincisi onun dediklərini təkzib edib öz bağındakı qumun daşınması üçün Tural kimi tanınan Təqsirləndirilən şəxsla razılığa gəldiklərini, sonuncunun əvvəlcədən ona 3.000 manat pul verdiyini, lakin sahə müvəkkili Mehman qumun çıxarılmasına icazə vermədiyindən işin dayandığını, «Ərəbin bağı» adlanan yerdən qum aparıldığına görə pul almadığını bildirmişdir (3-cü cild, iş vərəqi 89-92). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2017-ci il 27 noyabr tarixli 27247/48 nömrəli ekspert rəyinin kserosurətindən görünür ki, 10 ədəd 25 sm diametrli nar ağacı, səkkiz ədəd 30 sm diametrli heyva ağacı, üç ədəd 35 sm diametrli tut ağacı, yeddi ədəd 15 sm diametrli alma ağacı, altı ədəd 20 sm diametrli ərik ağacı, üç ədəd 18 sm diametrli şaftalı ağacı, beş ədəd 25 sm diametrli albalı ağacı, iki ədəd 30 sm diametrli badam ağacı, üç ədəd 20 sm diametrli gavalı ağacı, beş ədəd 25 sm diametrli əncir ağacı, bir ədəd 30 sm diametrli söyüd ağacı və 35 ədəd üzüm kolu olmaqla 88 ədəd ağacın kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın məbləği 46.080 manat müəyyən olunmuşdur (2-ci cild, iş vərəqi 161-164). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2017-ci il 27 dekabr tarixli 27246 nömrəli ekspert rəyinin kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs4 mülkiyyətindəki Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən B-250 nömrəli bağ sahəsinə dəymiş ziyanın aradan qaldırılması üçün sərf olunan vəsaitin 15.276 manat olması müəyyən olunmuşdur, (2-ci cild, iş vərəqi 166-170). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 25 noyabr tarixli 27311 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən ağ-qara rəngli, 2018-ci il buraxılışlı, «Hidromek 102 B» markalı, HMK102BJK2B063399 ban nömrəli, 13,5 m/s (iş saatı) ekskavator yükləyicinin xüsusiyyətləri nəzərə alınmaqla 2019-cu ilin fevral ayına olan orta bazar qiyməti təxminən 115.000 manat müəyyən olunmuşdur, ekspertiza tədqiqatının dəyəri 50 manatdır (1-ci cild, iş vərəqi 131-133). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2018-ci il 01 oktyabr tarixli 19938/19939 nömrəli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 1674-A nömrəli bağ sahəsindən qanunsuz olaraq qumun daşınması nəticəsində dəymiş ziyanın məbləği 35.640 manat, 200 ədəd üzüm tənəyinin, beş ədəd nar kolunun və 10 ədəd əncir ağacının qanunsuz kəsilməsinə görə təbiətə dəymiş ziyanın məbləği 52.800 manat, X9 məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 115 nömrəli bağ sahəsindən qumun qanunsuz daşınmasına görə dəymiş ziyanın məbləği 8.038,8 manat və tədqiq olunan bağ sahəsində hasarın və darvazanın sökülməsi nəticəsində zəymiş ziyanın ümumi məbləği 1.547 manat müəyyən olunmuşdur, ekspertiza tədqiqatının dəyəri 100 manatdır (3-cü cild, iş vərəqi 162-164). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 10 mart tarixli 2804 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən 14 adda malın orta bazar qiyməti 2.680 manat müəyyən edilmişdir, digər 11 adda malın tədqiqata təqdim edilməsə qiymətləndirilməsi mümkün deyildir, ekspertiza tədqiqatının dəyəri 50 manatdır (4-cü cild, iş vərəqi 116-118). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 23 aprel tarixli 2834/2837 nömrəli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 1674 A nömrəli bağ sahəsindən 5.400 m3 qumun daşınması nəticəsində dəymiş ziyanın məbləği 91.800 manat, 200 ədəd üzüm tənəyinin və 15 ədəd ağacın orta bazar qiyməti 13.500 manat müəyyən edilmişdir, ekspertiza tədqiqatının dəyəri 100 manatdır (4-cü cild, iş vərəqi 125- 129). Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın əsaslılığını müzakirə edərək aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan AZE seriyalı 18899797 nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 2016-cı il 27 fevral təvəllüdlü Allahyarov Allahverdi Rafiq oğlu adlı övladı vardır (4-cü cild, iş vərəqi 155). AZ-İ seriyalı 312379 №-li atalığın müəyyən edilməsi haqqında və AZ-İİİ seriyalı 878887 №-li doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2016-cı il 27 fevral təvəllüdlü Allahyarov Allahverdi Rafiq oğlunun atası hesab edilmişdir. 2013-cü il 11 sentyabr tarixli AA seriyalı 299438 №-li vəsiqənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Şuşa rayonundan məcburi köçkündür. İş materiallarındakı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2019-cu il dekabrın 18-də tərtib etdiyi tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2017-ci il 18 iyul tarixli hökmü əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci və 186.2.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3.-cü maddəsinə əsasən qəti olaraq 03 (üç) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətinə sınaq müddəti müəyyən olunaraq təyin edilən cəzaya şərti məhkum edilmişdir (1-ci cild, iş vərəqi 179-181; 3-cü cild, iş vərəqi 40-50). Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsi əsasında təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxsin hüquqi varisi və zərər çəkmiş şəxslərin bir qismi ilə barışıq əldə etməsini, məcburi köçkun olmasını, özünü könüllü olaraq istintaqa təqdim etməsini, peşmanlığını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmişdir Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən əməlində cinayətlərin residivi cəzasını ağırlaşdıran haldır. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2017-ci il 18 iyul tarixli hökmü çıxarıldıqdan sonra həmin hökmlə təyin edilmiş sınaq müddəti ərzində məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivi hesab edilir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini və təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 186.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Apellyasiya instansiyası məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 186.2.1-ci maddələri ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəliliyi nəzərə alınaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə cinayət qanunvericiliyinə uyğundur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin hökmün ləğv edilməsi barədə dəlili əsassızdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərində göstərilən dəlillərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 186.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 1(101)-223/2021 nömrəli hökmünün ləğv edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edir. Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamadığından keyfiyyətli müdafiə hüququnun təmin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, apellyasiya instansiyası məhkəməsində Təqsirləndirilən şəxs göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi4 vəkil işlədiyi Sumqayıt Regional Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 186.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 1(101)-223/2021 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs apellyasiya baxışı zamanı məhkəmədə hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil Müdafiəçi4 12 (on iki) iş saatı üçün 72 (yetmiş iki) manat Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar